Məhkəmə qərarları › İş №1(107)-80/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-80/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-80/2022 13.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri X13 və X4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(063)-54/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 21 oktyabr 2021-ci il tarixli 1(063)- 54/2021 nömrəli hökmü ilə xx xxx 1995-ci ildə Göyçay rayonu Şəkili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Göyçay rayonu Şəkili kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilməsi, CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmünə əsаsən Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməkdə təqsirli bilinərək, оnа qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsının çəkilməmiş qаlаn 02 (iki) il 02 (iki) ay 14 (on dörd) günü hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, оnа qəti оlаrаq 3 (üç) il müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsının təyin edilməsi, əvvəlki hökm üzrə qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsının çəkilən 01 (bir) ay 28 (iyirmi səkkiz) günü hazırkı hökm üzrə təyin edilmiş cəzaya hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan, yəni 23 avqust 2021-ci il tаrixdən hesаblаnması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Göyçay rayonu Şəkili kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Göyçay Rayon İcra və Pprobasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinni hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6 qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi, Zığ bağları yaşayış massivi, fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilməsi, CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmünə əsаsən Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməkdə təqsirli bilinərək, оnа qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsının çəkilməmiş qаlаn 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) günü hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, оnа qəti оlаrаq 2 (iki) il 09 (doqquz) ay müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsının təyin edilməsi, əvvəlki hökm üzrə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsının çəkilən 01 (bir) ay 12 (on iki) günü hazırkı hökm üzrə təyin edilmiş cəzaya hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan, yəni 09 sentyabr 2021-ci il tаrixdən hesаblаnması, Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi Zığ bağları yaşayış massivi fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs2 оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ibtidai istintaqda Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 66 (altmış altı) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 оğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 84 (səksən dörd) manat, ibtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs1 оğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 168 (bir yüz altmış səkkiz) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi və talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında bölüşdürdükləri rollara uyğun olaraq 04 mart 2021-ci il tarixdə "xxxx" MMC-dən icarəyə götürdüyü “Kia-forte” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək Ucar rayonuna gəlmiş, həmin tarixdə günorta saatlarında isə həmin rayonun Qarabörk kəndi ərazisində asfalt yolun kənarında yerləşən ətrafı çəpərlənmiş və girişi isə taxta qapı ilə bağlı vəziyyətdə olan heyvanları otarmaq üçün nəzərdə tutulmuş şəxsi bağ sahəsinin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 gəlib-gedən şəxsləri ona məlumat vermək üçün məlum avtomobilin yanında, yerdə gözləyərək gözətçilik etmiş, bu zaman özü isə həmin bağın iplə bağlanmış giriş qapısını əl ilə açma üsulu ilə içəri gizli yolla qanunsuz daxil olub oradan Ucar rayonu Qarabörk kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində 1 baş dişi cinsli qoyunu avtomaşının yük yerinə qoyaraq talayıb Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən heyvan bazarına birlikdə aparıb satmaqla Zərərçəkmiş şəxs1 həmin miqdarda maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında bölüşdürdükləri rollara uyğun olaraq 04 mart 2021-ci il tarixdə "xxxx" MMC-dən icarəyə götürdüyü “Kia-forte” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək Ucar rayonu, Lək kəndi ərazisində yolun kənarındakı otlaq sahəsinə gəlmiş, Təqsirləndirilən şəxs2 gəlib-gedən şəxsləri ona məlumat vermək üçün məlum avtomobilin yanında yerdə gözləyərək gözətçilik etmiş, bu zaman özü isə otlaq sahəsindəki qoyun topasından Ucar rayonu Lək kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində 1 baş dişi cinsli qoyunu avtomaşının yük yerinə qoyaraq talayıb Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən heyvan bazarına birlikdə aparıb satmaqla Zərərçəkmiş şəxs2 həmin miqdarda maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi və talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında bölüşdürdükləri rollara uyğun olaraq 04 mart 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-dən icarəyə götürməklə idarə etdiyi “Kia-forte” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ucar rayonuna gəlmiş, həmin tarixdə günorta saatlarında isə həmin rayonun Qarabörk kəndi ərazisində asfalt yolun kənarında yerləşən ətrafı çəpərlənmiş və girişi isə taxta qapı ilə bağlı vəziyyətdə olan heyvanları otarmaq üçün nəzərdə tutulmuş şəxsi bağ sahəsinin qarşısına gəlmiş, gəlibgedən şəxsləri Təqsirləndirilən şəxs1 məlumat vermək üçün məlum avtomobilin yanında yerdə gözləyərək gözətçilik etmiş, bu zaman Təqsirləndirilən şəxs1 həmin bağın iplə bağlanmış giriş qapısını əl ilə açma üsulu ilə içəri gizli yolla qanunsuz daxil olub oradan Ucar rayonu Qarabörk kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində 1 baş dişi cinsli qoyunu avtomaşının yük yerinə qoyaraq talayıb Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən heyvan bazarına birlikdə aparıb satmaqla Zərərçəkmiş şəxs1 həmin miqdarda maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında bölüşdürdükləri rollara uyğun olaraq 04 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 "xxxx" MMC-dən icarəyə götürməklə idarə etdiyi “Kia-forte” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ucar rayonu, Lək kəndi ərazisində yolun kənarındakı otlaq sahəsinə gəlmiş, gəlib-gedən şəxsləri Təqsirləndirilən şəxs1 məlumat vermək üçün məlum avtomobilin yanında yerdə gözləyərək gözətçilik etmiş, bu zaman Təqsirləndirilən şəxs1 otlaq sahəsindəki qoyun topasından Ucar rayonu Lək kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində 1 baş dişi cinsli qoyunu avtomaşının yük yerinə qoyaraq talayıb Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən heyvan bazarına birlikdə aparıb satmaqla Zərərçəkmiş şəxs2 həmin miqdarda maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən zərərçəkmiş şəxslər, təqsirləndirilən şəxslər və onları müdafiəçiləri tərəfindən apellyasiya şikayəti və verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı Əhsən qızı verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli hökmü ilə razılaşmır. Hesab edir ki, qeyd olunan məhkəmə hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi mübahisə doğurmur, lakin hökm təyin edilmiş cəza hissəsində ədalətsiz və əsassız olduğundan dəyişdirilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin barəsində qanuna müvafiq qaydada azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Çünki məhkəmənin təyin etdiyi cəza cinayət nəticəsində baş vermiş nəticəyə münasibətdə adekvat deyildir. Məhkəmə təqsirləndirilən şəxslərə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxslər, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış, cəzasızlıq mühiti formalaşdırmışdır. Məhkəmə bütün bunları nəzərə almayaraq, təqsirləndirilən şəxslərə yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, dövlət tərəfindən mülkiyyətin toxunulmazlığının müdafiə olunmasına verilən inamlı zəmanətin şübhə altına düşməsinə səbəb olmuşdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə görə ona qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gününü hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə çəkilmiş cəzanı qəti cəza müddətinə hesablamamış, üstəlik bir daha hökmün nəticə hissəsində çəkilən 01 (bir) ay 28 (iyirmi səkkiz) müddət cəzanı hökın üzrə təyin edilmiş cəzaya hesablamaqla, cəzaçəkmə müddətinin əvvəlini yeni hökmün cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan deyil, əvvəlki hökmün qeydiyyata alındığı vaxtdan, yəni 23 avqust 2021-ci il tarixdən hesablamışdır. Həmçinin, məhkəmə digər Təqsirləndirilən şəxs2 Tarvercli oğluna cəza təyin edərkən eyni səhvə yol verərək Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə görə ona qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gününü hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, 01 (bir) ay 12 (on iki) müddətdə çəkilmiş cəzanı qəti cəza müddətinə hesablamamış, həmçinin bir daha hökmün nəticə hissəsində çəkilən 01 (bir) ay 12 (on iki) gün müddət cəzanı hökm üzrə təyin edilmiş cəzaya hesablamaqla, cəzaçəkmə müddətinin əvvəlini yeni hökmün cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan deyil, əvvəlki hökmün qeydiyyata alındığı vaxtdan, yəni 09 sentyabr 2021-ci il tarixdən hesablamışdır. Beləliklə, məhkəmə öz hökmündə həm cinayət qanunu normasını düzgün tətbiq etməmiş, həm də təqsirləndirilən şəxslərə törətdikləri cinayət əməlinin qarşılığında cinayətin ağırlığına və şəxsiyyətlərinə uyğun olmayan cəza təyin etmişdir. Ona görə də dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(063)-54/2021 nömrəli hökmünün cinayət qanunu norması düzgün tətbiq olunmaqla, onlara sanksiya həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X5 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs1 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X13 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs2 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti qismən təmin edilməli və Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021ci il tarixli 1(063)-54/2021 nömrəli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxslərin əməli CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, onlara təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya protestindən və dövlət itthamçısının apellyasiya protestinin dəlillərinə münasibətindən müəyyən olunur ki, o, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı yüngül hesab edir, cinayət qanunu norması düzgün tətbiq olunmaqla hökmün dəyişdirilməsini və həmin cəzaların ağırlaşdırılmasını istəyir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından vəəməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq ediləncəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşin halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətmişlər. Bu əməllərinə görə onlar, həmin maddənin sanksiyasına uyğun olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Kollegiyaya görə, təqsirləndirilən şəxslərə ittiham olunduqları maddə üzrə ədalətli cəza təyin olunmuşdur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların heç biri mövcud olmamışdır. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq onlara dəymiş ziyanın ödənildiyini, hadisə ilə əlaqədar heç kimdən tələblərinin və şikayətlərinin olmadığını göstərmişlər. CM-in 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdiriən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsində isə göstərilir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərinə CM-in ədalət prinsipi baxımından yanaşıb, onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, onların təqsirli bilindikləri maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı, cərimə və azadlığın məhdudlaşdırılması cəzalarınında nəzərdə tutulduğu halda və cəzanı yüngülləşdirən kifayət qədər halların olduğu, lakin azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin əsaslandırılmasının mümkün olmadığı bir vəziyyətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən əməllərinə görə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətsiz görünmür. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən isə məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, o cümlədən hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrində özlərini onlara qarşı irəli sürülən əməldə təqsirli bildiklərini və əməllərindən peşman olduqlarını bildirmişlər. Bundan əlavə, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 barədə verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xаrаkterizə оlunur. Belə ki, onun barəsində kənd inzibati ərazi nümayəndəliyinə kənd sakinləri ilə münaqişədə olması barədə heç bir şifahi və ya rəsmi məlumat daxil olmamışdır. Digər Təqsirləndirilən şəxs2 onun yaşadığı Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ümumiyyətlə müsbət xarakterizə olunur. Belə ki, onun barəsində qəsəbə nümayəndələyinə hər hansı bir xoşagəlməz hallara dair heç bir məlumat daxil olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, təqsirləndirilən şəxslərin əməllərindən peşman olduqlarını bildirmələri onu göstərir ki, onlar törətdikləri cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməllərinə tənqidi yanaşmışlar. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxslərin cəzanın islah təsirinə məruz qalmalarının təzahürü kimi qəbul olunur ki, bu da onların cəmiyyət arasında arzuedilməz şəxslər olmadıqlarını göstərir. Ona görə də CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlinin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi imkanı nəzərə alındıqda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təyin olunmuş cəzalar sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bunlardan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin təqsirli bilinib məhkum olunduqları CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməsini ehtiva etdiyindən, yəni cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməsi cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutulduğundan, apellyasiya protestinin dəlili kimi göstərilmiş cinayətin bir qrup şəxs tərəfindən təkrar törədilməsi təqsirləndirilən şəxslərə həmin maddənin sanksiyasında ikinci – son və ən sərt cəza kimi nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmənin təyin edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin olunmuş cəzaların ədalətsiz və yüngül olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşmır. Bununla yanaşı, məhkəmə kollegiyası cinayət qanunu normasını düzgün tətbiq etməməsinə dair apellyasiya protestinin dəlillərini əsaslı hesab edir. Belə ki, CM-in: 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5-ci bəndinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü ıl tarixli qərarına əsasən CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə görə ona qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gününü hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə çəkilmiş cəzanı qəti cəza müddətinə hesablamamış, üstəlik bir daha hökmün nəticə hissəsində çəkilən 01 (bir) ay 28 (iyirmi səkkiz) müddət cəzanı hökm üzrə təyin edilmiş cəzaya hesablamaqla, cəzaçəkmə müddətinin əvvəlini yeni hökmün cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan deyil, əvvəlki hökmün qeydiyyata alındığı vaxtdan, yəni 23 avqust 2021-ci il tarixdən hesablamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi digər Təqsirləndirilən şəxs2 Tarvercli oğluna cəza təyin edərkən eyni səhvə yol verərək Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə görə ona qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gününü hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, 01 (bir) ay 12 (on iki) müddətdə çəkilmiş cəzanı qəti cəza müddətinə hesablamamış, hökmün nəticə hissəsində çəkilən 01 (bir) ay 12 (on iki) gün müddət cəzanı hökm üzrə təyin edilmiş cəzaya bir daha hesablamaqla, cəzaçəkmə müddətinin əvvəlini yeni hökmün cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan deyil, əvvəlki hökmün qeydiyyata alındığı vaxtdan, yəni 09 sentyabr 2021-ci il tarixdən hesablamışdır. Beləliklə də birinci instansiya məhkəməsi təqsiləndirilən şəxslərin cəzaçəkmə müddətlərinin başlanğıcını səhv müəyyən etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir, Bununla yanaşı, cinayət işinin materiallarında olan: Göyçay Rayon İcra və X11 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ünvanlanmış 13 may 2022-ci il tarixli məktubundan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 1(041)-58/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsi barədə hökmü 23 avqust 2021-ci il tarixdə Göyçay Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Hazırda Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası 8 (səkkiz) ay 18 (on səkkiz) gün təşkil edir. Göyçay Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli 1(046)-47/2021 nömrəli qərarından görünür ki, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, məhkum X1 Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli (041)-58/2021 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 02 (iki) il 02 (iki) ay müddətinin 01 ilindən Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" 05.11.2021-ci ıl tarixli qərarının 5-ci bəndinə əsasən azad edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ünvanlanmış 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər Probasiya İdarəsinin icraatında olmuş, Kürdəmir Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 1(041)-58/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 barəsində olan Ucar Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli 1(063)-54/2021 saylı yeni hökmü ilə birləşdirildiyindən və həmin hökmdən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya protesti verildiyindən "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tədbiq edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs2 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ayını çəkmiş, çəkilməmiş 02 (iki) il 26 (iyirmi altı) gün cəzası qalmışdır. Məhkumun yeni hökmü Şəki Apellyasiya Məhkəməsində baxıldığından onun barəsində olan şəxsi iş Bakı Şəhər Probasiya İdarəsinin icraatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində olan şəxsi iş Bakı Şəhər Probasiya İdarəsinin icraatından çıxardılsa da, Təqsirləndirilən şəxs1 barəsində amnistiya tətbiq edilməklə o, hazırkı günə qədər Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkməyə davam edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, onun təyin edilmiş əsas cəzadan azad edilməsini mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarına əsasən məhkəmələr: Həmin qərarın 5-ci bəndinə əsasən, bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən, bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. CPM-in: 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. 399.1.4-cü maddəsinə görə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(063)- 54/2021 nömrəli hökmü dəyişdirilməli, CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmünə əsаsən Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, оnа qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsının 13 may 2022-ci il tarixə çəkilməmiş qаlаn 08 (səkkiz) ay 18 (on səkkiz) günü hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, оnun üzərində qəti оlаrаq 02 (iki) il 02 (iki) ay müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğııcı bu gündən, yəni 13 may 2022-ci il tаrixdən hesаblаnmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin başlanğıcı hazırda baxılan cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin hökmünün çıxarıldığı tarixdən, yəni 21 oktyabr 2021-ci il tarixdən hesаblаnmalı, birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 5, 9.2.3, 9.3 və 30cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(063)-54/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 09 (doqquz) ay müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı 1 (bir) il azaldılaraq üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzası saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(063)-54/2021 nömrəli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, оnа qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsının 13 may 2022-ci il tarixə çəkilməmiş qаlаn 08 (səkkiz) ay 18 (on səkkiz) günü Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(063)-54/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsı ilə qismən birləşdirilməklə, оnun üzərində qəti оlаrаq 02 (iki) il 02 (iki) ay müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı bu gündən, yəni 13 may 2022-ci il tаrixdən hesаblаnsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin başlanğıcı hazırda baxılan cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin hökmünün çıxarıldığı tarixdən, yəni 21 oktyabr 2021-ci il tarixdən hesаblаnsın. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilsin və Təqsirləndirilən şəxs2 Ucar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(063)-54/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 09 (doqquz) ay müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı 1 (bir) il azaldılaraq üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzası saxlanılsın. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar