Məhkəmə qərarları › İş №1(107)-81/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-81/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-81/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 19 noyabr 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1985-ci ildə İsmayıllı rayonu Basqal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum edilməmiş, işsiz, İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 19 avqust 2020-ci il tarixdən 21 avqust 2020ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdəki 15,905 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 40 (qırx) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə mülki iddia tələbinin olmaması müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ittiham elan edilmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumilikdə 16,905 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram, 3,015 qram, 2,791 qram, 3,427 qram və 3,770 qram olmaqla 5 ədəd kibrit qutusuna doldurub üzərində daşıyaraq saxlamış, 19 avqust 2020-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 18:30 radələrində üzərində şəxsi axtarış aparılarkən üzərindən həmin 5 ədəd kibrit qutusunda qanunsuz olaraq satış məqsədi ilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə ona yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, etdiyi cinayət əməlindən səmimi peşmandır, ailəlidir, himayəsində 1 azyaşlı övladı var. Ailəsinin yeganə gəlir gətirən şəxsi odur. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 birinci instansiya məhkəməsi hökmünü apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, o heç kəsə narkotik vasitə satmadığını, özünün narkotik vasitələrdən asılılığına görə istifadə etdiyini, ona görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyi bildirdi. Birinci instansiya məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, 15 avqust 2020-ci il il tarixdə saat 14:00 radələrində yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən meşə sahəsinə getmişdir. Meşədə gəzərkən qurumuş vəziyyətdə bir ədəd yabanı şəkildə bitmiş çətənə bitkisi görmüş, onun yarpaqlarını yığaraq əynindəki gödəkçəsinin ciblərinə doldurmuşdur. Bundan sonra kəndə qayıtmış və mağazadan 5 ədəd kibrit almışdır. Kibrit qutularının içərisindəki çöpləri yerə tökərək topladığı marixuana yarpaqlarını əzərək qutularının içərisinə doldurmuşdur. Narkotik vasitə istifadəçisi olduğundan kibrit qutularını cibində saxlamış və arabir ondan siqaretə doldurarqaq çəkmişdir. 19 avqust 2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı kənddə küçədə olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin Qərb bölgəsinin Regional şöbəsinin əməkdaşları olduğunu demişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağı barədə əməliyyat məlumatı daxil olduğunu deyərək əməliyyat-axtarış tədbilərinin keçirilməsi barədə qərarı göstərmişlər. Onlar üzərində narkotik vasitə olub-olmadığını soruşduqda üzərində marixuana olduğunu etiraf etmişdir. Əməkdaşlar ona İsmayıllı rayon Polis şöbəsinə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. O, etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada hüquqları izah edildikdən sonra ona seçdiyi müdafiəçi təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə tərtib olunmuş sənədləri oxuyub tanış olmuşdur. Ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdə etiraz etməmişdir. Polis əməkdaşları ona üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan gödəkçəsinin cibindən işərisində marixuana olan 5 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Əməkdaşlar tərəfindən kibrit qutularının hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, içərisindəki marixuana aşkar edilmiş, çəkiləri müəyyən olunmuşdur. Ondan narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda meşədə yabanı şəkildə bitmiş çətənə bitkisinin üzərindən yığaraq saxladığını bildirmişdir. Kibrit qutuları zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri onun və müdafiəçisinin, həmçinin baxış zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış davam etdirilsə də hər hansı digər narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Axtarış barədə protokol tərtib olunaraq oxunmuş, o, müdafiəçisi ilə birlikdə tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. O, üzərindən aşkar edilmiş kibrit qutularında olan quru halda marixuananı satış məqsədi ilə saxlamamış, ozü narkomaniya xəstəliyindən əziyyət çəkdiyi və mütəmadi həmin vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Narkotik vasitələri hissələrə ayıraraq kirbit qutularında yerləşdirməkdə məqsədi cibində rahat şəkildə saxlamaq və ailə üzvərini şübhələndirməmək olmuşdur. Həmin narkotik vasitəni evində gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Narkotik vasitəni heç kimin sifarişi ilə əldə etməmiş və saxlamamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Himayəsində bir azyaşlı uşağının və ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin baş əməliyyat müvəkkili vəifəsində işləyir. İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə 19 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbilərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün İsmayıllı rayonuna gəlmişlər və saat 16:00 radələrində Təqsirləndirilən şəxs Basqal qəsəbəsinin giriş hissəsində olması barədə məlumat əldə edərək həmin yerə getmişlər. O və əməliyyat qrupunun üzvləri olan Ceyhun İsmayılov və X17 Mirzəyevə yaxınlaşaraq xidməti vəsiqlərini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Elvindən üzərində narkotik vasitə olubolmadığını soruşduqda sonuncu üzərində marixuana olduğunu etiraf etmişdir. Onlar üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək Elvinə İsmayıllı rayon polis şöbəsinə getməyi təklif etmişlər. Elvin onlarla birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmişdir. Şöbəsdə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona seçdiyi müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Elvin tərtib edilmiş sənədləri müdafiəçisinin iştirakı ilə oxuyaraq tanış olmuş və ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməmiş, Elvinə üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 5 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutularının hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, həmin qutuların içərilərindən yaşıl rəngli kəskin iyi olan narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Elvindən həmin kütlələrin nə olması və haradan əldə etməsi soruşulduqda o, kütlələrin marixuana olduğunu, meşə ərazisindən qurumuş halda gördüyü çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Həmin kütlələrin ayrı ayrılıqda çəkiləri müəyyən edilmiş, zərfə qoyularaq üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də onu üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və qanunlıa dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin digər əməkdaşları X3, X15, X4 və X12 da şahid Anar Seyidov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin Regional şöbəsinin baş əməliyyat müvəkkili X16 tərəfindən qəbul edilmiş 19 avqust 2020-ci il tarixli qərarından müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 19 avqust 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 18:35-dən saat 18:50-yə dək İsmayıllı RPŞ-nin inzibati binasında növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 5 ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutular açıldıqda içərisində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Axtarış davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, üzərindən aşkarlanmış narkotik vasitəni qurumuş halda meşədən tapdığı koldan yığaraq kibrit qutularında öz istifadəsi üçün saxladığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında” 21 avqust 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin hər hansı narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X11 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 20 avqust 2020-ci il tarixli 16/579 nömrəli rəyi ilə müəyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində“...Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5 (beş) əəd kibrit qutusunda....”yazı və imzalar olan bir ədəd kağız paketdəki, 5 (beş) ədəd kibrit qutusunda olan, ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram, 3,015 qram, 2,791 qram, 3,427 qram, 3,770 qram, ümumi təmiz çəkisi 16,905 qram olan bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabius) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş qurudulmuş mаrixuаnаlаr tərkiblərinə görə eynidirlər. Tədqiqat obyektlərindən hər birindən ayrı-ayrılıqda 0,02 qram olmaqla ümumilikdə 01 qram tədqiqata sərf edilmiş, qalıq hissələrinin ümumi çəkisi 15,905 qramdan ibarətdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 819 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Nаrkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Müstəntiqinin20 avqust 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə 17 sentyabr 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının 19 avqust 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş 19 avqust 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 19 avqust 2020-ci il tarixdə saat 18:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş müstəntiqinin 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:20-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1985-ci il təvəllüdlü arvadı X6 və 2011-ci il təvəllüdlü qızı Leyladan ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. İsmayıllı rayon X5 hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli 314 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Ruhi-Əsəb” və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsin nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli birinci instansiya məhkəməsi tərəfindən Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə ona yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və həmçinin qeyd edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə, yəni CM-nin 234.2-ci maddəsi təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Belə ki, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcələnin 234.2-ci maddəsinə tövsif edilmiş və bu maddə ilə məhkəməyə verilmişdir. İbtidai istintaq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsinə sübut növü kimi üzərindən aşkarlanmış ümumilikdə 16,905 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın hissələrə ayıraraq 05 (beş) ədəd kibrit qutusunda saxlamasını əsas götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə hissəyə bölərək kibrit qutularında saxlamasında satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi ümumilikdə 16,905 qram narkotik vasitə olan qurudulmuş marixuananı saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından da bu anlama gəlmək olar ki, təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən az miqdarda, ümumilikdə 16,905 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrıayrı hissələrə bölünərək 05 (beş) ədəd kibrit qutularında qablaşdırıb saxlanılması sonuncunun həmin narkotik vasirtəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Nаrkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Bu hallar da Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Məhkəmə, hesab edir ki, aşkar olunaraq götürülmüş narkotik vasitənin yalnız ayrıayrı hissələrə bölünərək 05 (beş) ədəd kibrit qutularında qablaşdırıb saxlanılması təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş 19.08.2020-ci l tarixli DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Anar Seyidovun DİN BNMİ-nin QBRŞ-nin rəisi, polis polkovnik-leytenantı Elvin Abbasova ünvanladığı raportda məruzə edərək, 19 avqust 2020-ci il tarixdə İsmayıllı rayonu, Basqal kəndində yaşayan Elvin adlı şəxsin qanunsuz olaraq narkotik vasitə-marixuana əldə edib, üzərində saxlaması və istifadə etməsi barədə DİN BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Eyni tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən əməlliyyat qrupunun yaradılmışdır. Buna baxmayaraq əməlliyyat qrupu, Təqsirləndirilən şəxs onun üstündə gəzdirdiyi narkotik vasitələri kiməsə satmaq istəməsi, həmin gün kiminlə görüşə getməsini, narkotik vasitənin satmaq niyyətinin olub-olmadığını dəqiqləşdirmədən onu olduğu yeri müəyyən etməklə və onu onu tutmaqla kifayətlənmişdir. İstintaq orqanı isə onun narkotik vasitənin satması üçün kiminləsə təmasda olması, telefon danışığı və s. halları araşdırmadan, bükümlərin sayı ilə məhdudlaşaraq onun satış niyyətinin olduğu qənaətinə gəlmişdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış niyyəti sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş narkotik vasitəni satmaq niyyətinin olmaması barədə düzgün qənaətə gəlmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumilikdə 16,905 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram, 3,015 qram, 2,791 qram, 3,427 qram və 3,770 qram olmaqla 5 ədəd kibrit qutusuna doldurub üzərində daşıyaraq saxlamış, 19 avqust 2020-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 18:30 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən həmin 5 ədəd kibrit qutusunda qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə kollegiyası qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almış, onun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar (səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, himayəsində 1 azyaşlı övladının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması) və həmin Məcəllənin 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin Apellyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs оğlunun himаyəsində olan 1 azyaşlı övladı olmaqlа, evdə yegаnə qаzаnc gətirən kişidir; Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən Təqsirləndirilən şəxs оğlunun himаyəsində olan 1 azyaşlı övladının olması, аilədə yegаnə qаzаnc gətirən kişi оlmаqlа, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, təqsirləndirilən şəxs Ə Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn azyaşlı övladının maddi və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına, yəni onun törədiyi cinayət əməlinin CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar