Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-81/2022 20.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X4, bəraət almış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi2 və X3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.2-ci maddəsi ilə bəraət verilməsinə, Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 1(035)-10/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 19 noyabr 2021-ci il tarixli 1(035)-10/2021 nömrəli hökmü ilə xx.xx.1976-cı ildə Zərdab rayonu Alcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, şəxsi təsərrüfatı ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Zərdab rayonunun Alcanlı kəndində qeydiyyatda olan və yaşayan, bаrəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri seçilən Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, xx.xx.1995-ci ildə Zərdab rayonu Alcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Zərdab Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli il tarixli hökmünə əsasən CM-in 221.3, 69.3, 70-ci mаddəsi ilə təqsirli bilinib barəsində 01 il 06 ay şərti sınaq müddəti tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, hazırda məhkumluğu olmayan, Zərdab rayonu Alcanlı kəndində qeydiyyatda olan və yaşayan, bаrəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri seçilən Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai istintaq zamanı 25.06.2020-ci il tarixdən 27.06.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılmaqla ona 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək haqqında “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs olunduğu 19.11.2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 yaşayış yeri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X12 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınan və Zərdab RPŞ-nin maddi sübutların saxlaması otağında saxlanılan 25 iyun 2020-ci il tаrixdə Şahid2 оğlundаn götürülmüş tədqiqatdan sonra qаlıq çəkisi 0,60 qrаm, 25 iyun 2020-ci il tаrixdə Bаyrаmоv Nоvruz Zаkir оğlundаn götürülmüş ümumi qalıq çəkisi 9,93 qrаm bitki mənşəli tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kаnnаbis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnа və 03 аvqust 2020-ci il tаrixdə Zərdаb rаyоnu Аlcаnlı kəndinin yаxınlığındа “Qаrа su” аdlаnаn yerdə yаbаnı hаldа bitmiş bitkilərdən götürülmüş 02 ədəd, qаlıq çəkisi 52,84 qrаm əkilib becərilməsi qаdаğаn оlunmuş nаrkоtik tərkibli çətənə (kаnnаbis) bitkilərinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 106.49 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq dövlət mədaxilinə ödənilməsi hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Əliyev Vаsif Məmmədqulu oğluna CM-in 234.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 20 iyun 2020-ci il tаrixdə sааt 13:00 rаdələrində yаşаdığı Zərdаb rаyоnu Аlcаnlı kəndinin yаxınlığındа “Qаrа su”yun kənаrı аdlаnаn yerdə, yаbаnı hаldа bitmiş, «Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və psixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhılаrın təsdiq edilməsi hаqqındа» 28 iyun 2005-ci il tаrixli Аzərbаycаn Respublikаsının Qаnunu ilə təsdiq edilmiş, bitki mənşəli, əkilib becərilməsi qаdаğаn оlunmuş nаrkоtik tərkibli çətənə (kаnnаbis) bitkilərininin hissələrindən sаtış məqsədi ilə qаnunsuz оlаrаq yığmaqla, orada da qurutmа yоlu ilə hаzırlаyıb 1 kibrit qutusundа və kаğız bükümdə qablaşdırdığı 10,67 qrаm tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kаnnаbis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə оlаn qurudulmuş marixuananı əldə edib üzərində sаxlаmış və daşıyıb 21 iyun 2020-ci il tаrixdə sааt 18:30 rаdələrində yаşаdığı Zərdаb rаyоnu Аlcаnlı kəndindəki Yаnаcаq Dоldurmа Məntəqəsinin yаxınlığındа tаnışı Bаyrаmоv Nоvruz Zаkir оğlunа 60 mаnаtа sаtmış, Nоvruz Bаyrаmоv isə həmin nаrkоtik vаsitənin üzərindən 0,66 qramını götürərək daşıyıb 21 iyun 2020-ci il tаrixdə sааt 20:30 rаdələrində həmin yerdə tаnışı Şahid2 оğlunа 10 manata satmış, dаxil оlmuş əməliyyаt məlumаtınа əsаsən 25 iyun 2020-ci il tаrixdə, sааt 20:20-də Zərdаb RPŞnin əməkdаşlаrı tərəfindən Şahid2 оğlu şübhəli şəxs qismində tutulmuş, həmin gün sааt 20:40-dа üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın qarşı sağ ön cibinin üzərindəki kiçik cibdən bir ədəd kаğız bükümdə 0,66 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün sааt 22:40-da isə Bаyrаmоv Nоvruz Zаkir оğlu Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sааt 23:20-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman isə əynindəki şаlvаrın qаrşı sоl cibindən bir ədəd kаğız bükümdəki kibrit qutusundа təmiz çəkisi 6,59 qrаm və sаğ cibindən bir ədəd kаğız bükümdə təmiz çəkisi 3,42 qrаm, ümumilikdə təmiz çəkisi 10,01 qаrаm qurudulmuş marixuana аşkаr edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Bаyrаmоv Nоvruz Zаkir oğluna qarşı CM-in 234.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 21 iyun 2020-ci il tаrixdə sааt 18:30 rаdələrində yаşаdığı Zərdаb rаyоnu Аlcаnlı kəndindəki Yаnаcаq Dоldurmа Məntəqəsinin yаxınlığındа tаnışı Əliyev Vаsif Məmmədqulu оğlundаn 1 kibrit qutusundа və kаğız bükümdə 60 mаnаtа аldığı, ümumilikdə 10,67 qrаm, «Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və pisixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhılаrın təsdiq edilməsi hаqqındа» 28 iyun 2005-ci il tаrixli Аzərbаycаn Respublikаsının Qаnunu ilə təsdiq edilmiş, bitki mənşəli tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kаnnаbis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnаnı satış məqsədi ilə qаnunsuz olаrаq qəsdən əldə edib üzərində sаxlаmış, həmin nаrkоtik vаsitənin üzərindən 0,66 qramını götürərək daşıyıb 21 iyun 2020-ci il tаrixdə sааt 20:30 rаdələrində yаşаdığı Zərdаb rаyоnu Аlcаnlı kəndindəki Yаnаcаq Dоldurmа Məntəqəsinin yаxınlığındа tаnışı Şahid2 оğlunа 10 manata satmış, sonuncu 25 iyun 2020-ci il tаrixdə sааt 20:20-də Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən şübhəli şəxs qismində tutularaq, həmin gün sааt 20:40-dа üzərindən şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın qarşı sağ ön cibinin üzərində olan kiçik cibdən bir ədəd kаğız bükümdə 0,66 qram həmin nаrkоtik vаsitə aşkar edilərək götürülmüş, 25 iyun 2020-ci il tаrixdə sааt 22:40-da isə Bаyrаmоv Nоvruz Zаkir оğlu Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən şübhəli şəxs qismində tutularaq həmin gün sааt 23:20-də şəxsi axtarış və götürmə aparılan zaman əynindəki şаlvаrın qаrşı sоl cibindən bir ədəd kаğız bükümdəki kibrit qutusundа təmiz çəkisi 6,59 qrаm və sаğ cibindən bir ədəd kаğız bükümdə təmiz çəkisi 3,42 qrаm qurudulmuş marixuana аşkаr edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 Dövlət ittihamçısı verdiyi apellyasiya protestinə etiraz edərək Zərdab Rayon Məhkəməsinin 1(035)-10/2021 saylı işi üzrə 19 noyabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri Dövlət ittihamçısı verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi və Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsi barədə Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli hökmü, Təqsirləndirilən şəxs1 bəraət verilməsi hissəsində ləğv edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə hər hansı fiziki və psixi təsir göstərmə hallarını müəyyən edə bilmədiyi halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa edən, yuxarıda sadalanan hallara qiymət verməyərək birtərəfli mövqe tutmaqla yalnız özünün subyektiv mülahizəsini əsas kimi qəbul etmiş, işdə olan sübutlara obyektiv qiymət verməmiş, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar, onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri və bunun əsasları hökmdə öz əksini tapmamış, nəticədə CPM-in 353.2-ci maddəsinin də tələbləri pozulmuşdur. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə bəraət verərkən mötəbər sübuta əsaslanmamış, işin araşdırılan obyektiv hallarını nəzərə almamış, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tam və hərtərəfli yoxlanmamış, əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil olunmayaraq əsassız olaraq onların mötəbərliyi şübhə altına alınmışdır. Ona görə də Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 Məmməd oğluna bəraət verilməsinə dair hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməli, CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə istintaqın gəldiyi qənaətlə razılaşmayaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə almaması qənaətinə gəlmişdir. Təəssüf ki, Təqsirləndirilən şəxs1lə bağlı obyektiv dəyərləndirmə aparan məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə obyektiv dəyərləndirmə aparmaqdan imtina etmiş, iş üzrə hal şahidlərini dindirməmiş, əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən toplanmış sənədləri sübüt olaraq qanunun tələbləri baxımından dəyərləndirməmişdir. Ona görə də Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli hökmünə apellyasiya qaydasında baxılmalı, məhkəmə baxışı məhkəmə istintaqının tam yenilənməsi ilə aparılmalı, elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs2 bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, üç övladı var, onların ikisi gözdən əlildir, hər ikisinin gözü 10-15% görür. Həkim onların müalicəsi üçün balıq yağı tövsiyə etmişdir. Hər dəfə balıq almağa imkanı olmadığından balıq tutmağa getmişdir. Balıq tutduğu yerin hər tərəfində biyan otunun bir növü bitmişdir. Balıq tutandan sonra həmin biyan otundan üç yarpaq qoparmış, maşına əyləşib həmin biyan otunun yarpaqlarını maşında olan maqnitofonun üstünə qoymuşdur. Evə qayında qəbristanlığın yanında həmkəndlisi Təqsirləndirilən şəxs2 görmuş, o da maşına oturmuşdur. Evə tərəf gəldikləri zaman Novruz ona demişdir ki, “atam səndən ot almaq barəsində bir sənə söz deməyib?” O da cavabında 120 ədəd ot presinin olduğunu, amma yaxşı ot olmadığını demişdir. Sonra Novruz ondan maşında olan yarpaqların nə yarpağı olduğunu soruşmuş, o isə “konoplya” olduğunu, çayın kənarının həmin bitki ilə dolu olduğunu demişdir. Sonra Novruz ona “ver bunu istifadə edim” demiş, o da cavabında demişdir ki, “bunu polis sahə rəisinə göstərəcəm, gedib oranı odlasınlar”. Sonra Novruz evlərinin yanında maşından düşüb getmiş, o özü isə çayxanaya çay içməyə getmişdir. Həmin biyan otunun yarpaqlarını çayxananın yanında zibilliyə atmışdır. Ertəsi gün polis sahə rəisini görüb bu barədə məlumat vermək istəyəndə sahə rəisi indi işinin çox olduğunu deyərək onu dinləməmişdir. Axşam tərəfi Novruz onlara gəlib 60 ədəd ot presinin lazım olduğunu ona demiş, o isə otun hamısını satdığını bildirmişdir. Bundan sonra Novruz ondan “konoplya” yarpaqlarını neynədiyini soruşmuş, o isə demişdir ki, “polis sahə rəisinə deyəsiydim deyə bilmədim, çayxananın yanındakı zibilliyə atdım“. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, həmin bikini yığmamış, sadəcə üç ədəd yarpaq qoparmışdır ki, sahə rəisinə göstərsin. Əvvəllər belə bir şey etməmişdir. Həmin bitkinin narkotik vasitə olduğunu bilməmişdir. Kənd sakinləri deyirdilər ki, həmin bitki, biyan otunun bir növüdür. Narkotik vasitə istifadəçisi deyil, spirtli içki qəbul etsə də, narkotikdən istifadə etməmişdir. Novruz onun həmkəndlisidir, onunla heç bir əlaqəsi və münaqişəsi yoxdur. Novruzu çox döyüblər ki, onun üzünə dursun. Onu da döydüklərinə görə şikayət etmişdir. Polislər onu həmin gün yox, ertəsi gün tutmuşlar. Həmin bitkini tanımamış, onun “konoplya” olduğunu kənd sakinlərindən eşitmişdir. Həmin bitkinin ziyanlı olduğunu bilməmiş, onu televizorda görmüşdür. Belə ziyanlı bitki olduğunu bilirdi. Ona görə də həmin bitkidən üç ədəd yarpaq qoparmışdır ki, sahə rəisinə göstərsin, onlar da həmin ərazini yandıraraq ziyanlı bitkiləri məhv etsinlər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, müstəntiq hər şeyi yalan yazmışdır. O, narkotik vasitədən istifadə etməmiş, onu zibillikdən tapmışdır. Narkotik vasitəni hara atdığını Vasifdən soruşmuşdur. Vasiflə onun arasında heç bir razılaşma olmamış, Vasifdən narkotik vasitə almamışdır. Narkotik vasitəni zibillikdən götürmüşdür ki, istifadə etsin, lakin istifadə edə bilməmiş, həbs olunmuşdur. Narkotik vasitəni zibillikdən götürməsində məqsədi ancaq ondan istifadə etmək olmuş, onu satmaq məqsədi olmamış, zibillik yaxın olduğundan narkotik vasitəni ordan götürmüşdür. Vasifin dediyi yer kənddən uzaqdadır. Onu kənd ərazisindəki kafedə tutmuşlar. Polis şöbəsində axtarış aparılanda narkotik vasitə üstündə aşkar edilmişdir. Ekspertizada ondan qan analizi götürmüşlər. Tutulduğu gün narkotik vasitədən istifadə etməmişdir. İbtidai istintaq zamanı narkotik vasitəni Vasifdən aldığını deməmişdir. Bəxtiyarı tanımır, ona narkotik vasitə satmamışdır. Bəxtiyarın bibisi oğlunu tanıyır, onun dostudur. Tutulduğu gün ot yığıb gəlirdi. Fəhləlik edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Bəhruz Cabbarlı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əvvəllər verdiyi ifadəsini təsdiq edir. Özü maşın təmiri ustası işləyir. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 tanımadığı bir şəxslə maşınını təmin etdirmək üçün onun yanına gəlmişdir. Maşını təmir edib qurtarandan sonra Novruz ona pulunun olmadığını demişdir. Pulun əvəzinə ona bükülü bir şey vermiş, həmin bükülünü açıb baxanda narkotik vasitə olan marixuananın olduğunu görmüşdür. Bundan sonra Şahid2 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs2 iki dəfə narkotik vasitə almışdır. Birinci dəfə maşınını təmir etdirəndə pulun əvəzinə özü vermişdir. İkinci dəfə Təqsirləndirilən şəxs2 10 manat pul verib özü almışdır. Novruz 10 manat əvəzinə ona balaca büküm narkotik vasitə vermişdir. Əvvəllər Novruzu tanımamış və ondan narkorik vasitə almamışdır. Təqsirləndirilən şəxs2 onun maşınını təmin edən gün tanımışdır. Təmir etdiyi maşın VAZ-2106 markalı maşın idi. Həmin maşının alt hissəsini təmir etmişdir. Maşını təmir edib qurtarandan sonra Novruz ona bir ədəd siqaret vermişdir. Həmin siqareti çəkəndən sonra özündə olmamışdır. Sexdə tək işləyir. Novruz ona siqareti verəndə yanlarında heç kim olmamışdır. İşlədiyi obyektin yanında kafe var. Təqsirləndirilən şəxs2 maşınını təxminən 3 saat ərzində təmir etmişdir. Novruz maşını təmir etdirməzdən əvvəl deməmişdir ki, pulu yoxdur. Maşını təmir üçün Novruzla birlikdə gələn şəxs təqdim etmişdir. Maşını Novruz yox, başqa bir şəxs idarə etmişdir. Maşının sahibinin kim olduğunu bilmir. Onlar maşını qoyub getmişlər. Maşını təmir etmək üçün Novruzla 30 manata razılaşmışlar. Maşını təmir etməzdən əvvəl Təqsirləndirilən şəxs2 tanımamışdır. Maşını təmir edib qurtarandan sonra Novruz ona bir ədəd siqaret vermişdir. Sonra Novruz ona demişdir ki, “lazım olsa sonra yenə sənə narkotik vasitə verərəm.” Əvvəllər narkotik vasitə istifadə etməmişdir. Novruzdan cəmi iki dəfə narkotik vasitə almışdır, birinci dəfə zəhmət haqqının əvəzinə, ikinci dəfə isə 10 manat pul verərək -almışdır. 10 manat pul müqabilində narkotik vasitəni balaca bir bükümdə almışdır. Onun çəkisini deyə bilmir. 10 manata aldığı narkotik vasitəni açmamış, cibində saxlamışdır. Axşam işdən çıxıb evə gedəndə polislər onu tutmuş, polis əməkdaşları onu polis şöbəsinə aparıb üstünü axtaranda həmin narkotik vasitə aşkar edilmiş, həmin narkotik vasitəni Novruzdan aldığını bildirmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 1(035)-10/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 106.49 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev Vаsif Məmmədqulu оğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, аilə üzvləri ilə birlikdə Zərdab rayon Alıcanlı kəndində yаşаyır, himayəsində üç nəfər azyaşlı uşaqları vardır. Zərdab şəhər sakini Şahid2 tаnımır, оnunlа heç bir əlаqəsi оlmаmış, iş üzrə digər təqsirləndirilən şəxs Nоvruz Bаyrаmоvu isə bir kənd sаkini kimi tаnımış və onunla həmkəndli kimi adi münаsibəti оlmuşdur. Özünün uşaqlarının üçü də göz xəstəliyindən əziyyət çəkdiklərindən və həkimlər buna görə onlara balıq yedizdirilməsini məsləhət gördüyündən mütamadi olaraq balıq tutmağa gedir. 20 iyun 2020-ci il tаrixdə təxminən sааt 13 rаdələrində də kəndin yаxınlığındа оlаn “Qаrа su” аdlаnаn yerə qаrmаqlа bаlıq tutmаğа gedərkən görmüşdür ki, su kаnаlının kənаrındа el arasında “kanapilə” kimi tanınan yabanı şəkildə bitki bitmişdir. Həmin ərazidə hazırda da həmin bitkilərdən vardır. Marağını cəlb etdiyi üçün həmin bitkilərin yarpaqlarından bir qədər yığıb evə gələrkən idarə etdiyi avtomobilin idarəetmə qurğusunun üstünə qoyaraq özü ilə gətirsə də, sonradan özü imtina edərək kəndin kənarındakı zibilliyə atmışdır. Həmin bitkinin yarpaqlarını yığmaqda məqsədi o olmuşdur ki, tаnıdığı аdаmlаrа göstərsin ki, bu nəşədirmi? Elə оlmuşdur ki, həmkəndlisi Nоvruz yolda onun аvtоmоbilinə minmiş və аvtоmоbilin idarəetmə qurğusunun üstünə qoyduğu həmin bitkini görmüşdür. Nоvruz ondan sоruşmuşdur ki, bu nədir, o da demişdir ki, “kаnаpilə”dir, “Qаrа su” аdlаnаn yerdən yığmışdır. Novruz ona demişdir ki, “eşitmişəm səndə ot kipi var satırsan”, o da cavabında demişdir ki, bəli “otum var, alan olsa satacam”. Bir-iki gün sоnrа Nоvruz onun mоbil telefоnа zəng edərək otu neynədiyini soruşduqda, artıq satdığını demişdir. Novruz bundan başqa soruşmuşdur ki, “həmin “kаnаpilə” ondadırmı?” O da Nоvruza demişdir ki, “kənddə yоlun kənаrındа zibilliyə аtmışdır”. Sonradan istintaq zamanı bilmişdir ki, Novruz gedib həmin “kаnаpilə” yarpaqlarını, yəni “nəşə”ni tаpıb götürmüşdür. Novruz istintaqın əvvəllərində dindirilərkən üstündən aşkar edilən narkotik vasitəni başqasından aldığını bildirmişdir. Lakin istintaqın sonrakı gedişində verdiyi ifadəsində nədənsə onun adını çəkmişdir. Bu səbəbdən ibtidai istintaq zamanı dəfələrlə müstəntiqdən Novruzla onun üzləşdirilməklə dindirilmələrini tələb etsə də, müstəntiq nədənsə onları üzləşdirməklə dindirməmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, o, nə narkotik vasitə əkməmiş, nə başqa birisinə, o cümlədən Novruza narkotik vasitə satmamış və buna görə Novruzdan pul almamış, nə də ki, Novruz ona pul verməmişdir. O, heç narkotik vasitədən istifadə də etmir. Hesab edir ki, Novruz ibtidai istintaq zamanı hansısa təzyiq və ya vəd nəticəsində onun adını çəkmişdir. Belə ki, məhkəmə baxışı zamanı Novruz vermiş olduğu ifadəsində birmənalı şəkildə ondan narkotik vasitə almadığını, buna görə ona pul vermədiyini və əməliyyatçılar tərəfindən ona təzyiqlər edildiyini bildirmişdir. Onun özü ilə də hələ vəkilə qədər müstəntiq tərəfindən dinləmələr aparılmış, məsləhətlər verilmiş, sözlə də olsa müəyyən təzyiqlər edilmişdir. Ona görə də üzərinə baxış keçirilərkən elə də fərqinə varmadan “kanapilə”ni Novruza verdiyini demişdir. Əslində “kanapilə” kimi tanıdığı bitki yarpaqlarını, o, bilavasitə Novruza verməmiş, zibilliyə atmışdır. Novruz ondan soruşduqda ona da həmin birki yarpaqlarını zibilliyə atdığını bildirmişdir. Hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə əsassızdır və sübuta yetirilməmişdir. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Bаyrаmоv Nоvruz Zаkir оğlu özünü CM-nin 234.2-ci mаddəsi ilə deyil, CM-nin 234.1-ci mаddəsi ilə təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Zərdab rayonu Alıcanlı kəndində yaşayır. Bir neçə ildir ki, nаrkоtik vаsitə оlаn mаrixunаdаn istifаdə edir. İstifadə etdiyi narkotik vasitəni müxtəlif mənbələrdən əldə etmişdir. İş üzrə digər təqsirləndirilən şəxs Vаsif Əliyevi kənd sаkini kimi tаnımış və onunla həmkəndli kimi adi münаsibəti оlmuşdur. Ondan narkotik vasitə aldığını deyən Şahid2 Zərdab rayonu Gəlmə kənd sakini olan tanışı Şahid1 vasitəsi ilə sonuncunun bibisi oğlu kimi tanımışdır. Lakin o, Şahid2 narkotik vasitə satmamışdır. Şahid2 yalan danışır. 25 iyun 2020-ci il tarixdə gecə təxminən saat 23 radələrində yaşadığı kənddə Mütəllim adlı şəxsə məxsus kafedə olduğu zaman polis əməkdaşları ora gəlib onu çölə çağırıb narkotik vasitələrin dövriyəsində və satışında şübhəli olduğunu deyərək şöbəyə getməli olduğu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Zərdab RPŞ-nə gəlmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş və özü istifadə etmək üçün üzərində gəzdirdiyi kağız büküm və kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, təxminən 20 iyun 2020-ci il tаrixdə günorta vaxtlarında yaşadıqları Alcanlı kəndi ərazisində yolda Vasifin idarə etdiyi аvtоmоbilə minmiş və аvtоmоbilin idarəetmə qurğusunun üzərində “nəşə” bitkisinin yarpağının qırıntılarını görmüşdür. Vasifdən sоruşmuşdur ki, bu nədir, o da demişdir ki, “kаnаpilə”dir, “Qаrа su” аdlаnаn yerdən yığmışdır. Onlara heyvan üçün ot lazım olduğundan və kənd arasında Vasifdə satlıq ot kipi olduğunu eşitdiyindən Vasifə demişdir ki, “eşitmişəm səndə ot kipi var satırsan?”, o da cavabında demişdir ki, bəli “otum var, alan olsa satacam”. Bir-iki gün sоnrа Vasifin mоbil telefоnunа zəng edərək otu neynədiyini soruşduqda, Vasif artıq otu satdığını demişdir. O cümlədən sözarası Vasifdən soruşmuşdur ki, həmin “kаnаpilə” ondadırmı? Vasif demişdir ki, kənddə yоlun kənаrındа zibilliyə аtmışdır. Bundan sonra gedib həmin “kаnаpilə” yarpaqlarını, yəni “nəşə”ni Vasifin dediyi zibillikdən tаpıb götürmüşdür. Vasif ona narkotik vasitə satmamış, nə də ki, o, sözügedən narkotik vasitəyə görə Vasifə pul verməmişdir. İbtidai istintaq zamanı polislər tərəfindən ona müəyyən psixoloji təzyiqlər olduğu üçün məcbur olub üzərindən aşkar olunan narkotik vasitəni pul müqabilində Vasifdən aldığını demişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, o, Vasifdən heç vaxt narkotik vasitə almamış, nə də ki, Vasif ona narkotik vasitə satmamışdır. Hаzırdа üzərində narkotik vasitə saxlamasından və özü narkotik vasitə isifadə etməsindən peşmаndır. Ona görə də məhkəmədən əməlinin CM-in 234.1-ci maddəsi iilə tövsif edilməsini və ona yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X13 оğlu ifаdəsində gösərmişdir ki, Zərdаb Rayon Polis şöbəsinin CAB-nın əməliyyаt müvəkkili vəzifəsində xidmət edir. 25 iyun 2020-ci il tаrixdə ona Zərdab şəhər sаkini Şahid2 оğlunun nаrkоtik vаsitələrdən qаnunsuz istifаdə etməsi, üzərində sаxlаmаsı, dövriyəsi ilə məşğul оlmаsı və оğurluq etməsi bаrədə əməliyyаt məlumаtı dаxil оlmuşdur. Məlumаta əsasən Şahid2 оğlunun ətrаfındа əməliyyаt аxtаrış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək Zərdаb RPŞ-nin CАB-nin əməliyyаt müvəkkilləri Məmmədоv Mаhir Mehdi оğlu, Şükürоv Fərid Firdоvsi oğlu, Bаxışlı Аnаr Kаmil оğlu və PPXT-nın pоlis nəfəri pоlis serjаntı Şahid4 Yаqub oğlundаn ibаrət əməliyyаt qrupu yаrаdılmış və keçirilən əməliyyat tədbiri nəticəsində həmin tаrixdə də Şahid2 оğlu Zərdаb şəhəri ərazisində sаxlаnılаrаq Zərdаb RPŞ-nə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla Şahid2 оğlunun üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid2 əynində olan göy rəngli cins şalvarın qarşı sağ ön cibinin üzərində olan kiçik cibində öz istifadəsi üçün alıb saxladığı 01 ədəd kiçik ağ kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni stolun üzərinə qoyaraq, həmin kütlənin “nəşə” olduğunu, öz şəxsi istifadəsi üçün 4 gün əvvəl Zərdаb rаyоnu Alcanlı kənd sakini Novruz adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin 1 ədəd ağ rəngli kiçik kağız parçasına bükülü içərisində yaşımtıl rəngli marixuanaya bənzər bitki tərkibli kütlə kağız bükümlə birlikdə “Constant 14192-221C” markalı elektron tərəzi ilə çəkildikdə ümumi çəkisinin 1.17 qram olduğu müəyyən edildi. Sonra həmin kütlələr sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək imzalanmışdır. Bundan sonra əməliyyat qrupu tərəfindən Nоvruz adlı şəxsin ifşа edilməsi üçün ətrаfındа əməliyyаt tədbirləri həyata keçirmişlər. Əməliyyat tədbiri nəticəsində həmin şəxsin Zərdаb rаyоnu Аlcаnlı kənd sakini Bаyrаmоv Nоvruz Zаkir оğlu olduğu müəyyən edilmiş və Novruz Zərdаb rаyоnu Аlcаnlı kəndinin ərаzisində sаxlаnılаrаq Zərdаb Rаyоn Polis Şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla Nоvruzun üzərinə axtarış keçirilmiş, axtarış zamanı Nоvruz Bаyrаmоvun əynindəki cins şаlvаrın qаrşı sаğ cibindən bir ədəd kibrit qutusundа və kiçik kаğız bükümdə оlаn mаrixunаyа bənzər kütlə аşkаr edilərək iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qаblаşdırılаrаq götürülmüş, bu barədə protokol tərtib edilərək imzalanmışdır. Sorğu zamanı Nоvruz Bаyrаmоv həmin kütləni həmkəndlisi Vasif adlı şəxsdən aldığını bildirdiyi üçün Vasif adlı şəxsin ifşа edilməsi üçün ətrаfındа əməliyyаt tədbirləri həyata keçirmişlər. Əməliyyat tədbiri nəticəsində həmin şəxsin Zərdаb rаyоnu Аlcаnlı kənd sakini Əliyev Vаsif Məmmədqulu оğlu olduğu müəyyən edilmiş və Vasif Zərdаb rаyоnu Аlcаnlı kəndinin ərаzisində sаxlаnılаrаq Zərdаb Rаyоn Polis Şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilmiş, lakin axtarış zamanı onun üzərində heç bir cinаyət xаrаkterli əşyа və yа nаrоtik vаsitə аşkаr edilməmişdir. Dаxil оlmuş əməliyyаt məlumаtınа görə Vаsif Əliyev həmin nаrkоtik vаsitəni yаşаdıqlаrı kəndin yаxınlığındаn yаbаnı hаldа bitmiş nаrkоtik vаsitələrdən yığmаqlа əldə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları X8 və Şahid3 şаhid X13 оğlunun ifаdəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərdab şəhəri «Dörd yol» adlanan əraziyə yaxın yerdə avtomobil təmiri sexi icarəyə götürüb, avtomobillərin təmiri ilə məşğuldur. 25 iyun 2020-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı ünvandan piyada tək çıxıb köhnə “barama qəbulu məntəqəsi” istiqaməti ilə H.B.Zərdabi parkına getdiyi zaman kimin adına olmağını bilmədiyi küçədə həyət darvazasının qarşısında üzərində “STELS” yazısı olan velosipedin olduğunu və sahibinin yanında olmadığını görüb, tamah məqsədi ilə həmin velosipedi oğurlmaq qərarına gələrək götürüb aparmışdır. Həmin gün saat 20:30 radələrində isə əvvəldən tanıdığı Zərdab RPŞ-nin CAB-ın əməkdaşları olan Mahir və Murad adlı polis əməkdaşları onun həmin oğurluq velosipedlə “Dörd yol” adalanan ərazi istiqamətinə hərəkətdə olduğunu görüb, onu saxlayaraq oğurluqda və narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib polis şöbəsinə gətirmişlər. Zərdab Rayon Polis Şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl şəxsi axtarış keçirilən xidməti otağa gətirilmiş tanımadığı şəxsə məxsus həmin velosipedin oğurluq olmasını etiraf etmiş, sonra isə əynində olan göy rəngli cins şalvarın qarşı sağ ön cibinin üzərində olan kiçik cibdə öz istifadəsi üçün alıb saxladığı 01 ədəd kiçik ağ kağız bükümdə “nəşəni”, yəni narkotik vasitə olan qurudulmuş marixuananı stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş, elektron tərəzi ilə çəkildikdə həmin narkotik vasitənin ümumi çəkisinin 1.17 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq 01 ədəd kağız zərfdə götürülmüş, bu barədə protokol tərtib edilərək imzalanmışdır. Həmin varkotik vasitəni öz şəxsi istifadəsi üçün ifşa edilməmişdən 4 gün əvvəl Zərdаb rаyоnu Alcanlı kənd sakini Novruz adlı şəxsdən 10 manata almışdır. O, Novruzdan əvvəllər də iki dəfə narkotik vasitə almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Novruzu əvvəldən tanımışdır. Vasifi isə əvvəllər tanımamışdır. Birinci dəfədir ki, burda məhkəmə iclas zalında görür. Əvvəllər özü narkotikdən istifadə etdiyi üçün bir dəfə inzibati xətaya görə məsuliyyətə cəlb olunmuşdur. İndi buna görə peşmandır. Ona görə ki, bir şey olan kimi polislər üstünə gəlir. Bu işdə də polislər onu məcbur etmişdilər ki, bunların “üzünə dur”. Əslində, o, heç ifadə verməmişdir. Sadəcə onun adından müstəntiq tərəfindən yazılan ifadəyə imza etdirmişlər. Məhkəmə iclasında elan olunan ifadəsində guya istintaq zamanı Vasifin adını çəkdiyi qeyd olunmuşdur. Bir daha bildirir ki, o, Vasif adlı şəxsi tanımamış, nə də ki onun adını çəkməmişdir. Novruzdan da narkotik vasitə almamışdır. Bibisi oğlu Bəxtiyarın Nonruzdan narkotik vasitə alması barədə onda məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Məhkəmə-biоlоji ekspertizаsının 26.06.2020-ci il tаrixli 17/418 sаylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid2 üzərində keçirilən şəxsi axtarış zamanı götürülmüş kütlə ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,66 qram (tədqiqatdan sonra qalıq çəkisi 0.64 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-biоlоji ekspertizаsının 26.06.2020-ci il tаrixli 17/419 sаylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilən zaman götürülmüş ... kütlələr ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 3,42 qram (tədqiqatdan sonra qalıq çəkisi 3.40 qram) və ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,59 qram (tədqiqatdan sonra qalıq çəkisi 6.57 qram) ümumi təmiz çəkiləri 10,01 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilən zaman götürülmüş ...kütlələr ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar ilə üzərində “X1 üzərində keçirilən şəxsi axtarış zamanı götürülmüş ... kütlə ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə Kimyəvi-bioloji ekspertizasının 19.08.2020-ci il tarixli, 17/491 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Zərdab rayonu Alcanlı kəndinin yaxınlığından götürülmüş nümunə.” yazısı yazılmış zərfin içərisindəki ümumi təmiz çəkiləri - 52,88 qram (tədqiqatdan sonra qalıq çəkisi 52.84 qram) olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd çətənə bitkiləri ilə 02 (iki) ədəd kağız bükümdə və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar (tədqiqata təqdim olunmuş 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan marixuanların ümumi təmiz çəkisi 9.97 qram tədqiqatdan sonra qalıq çəkisi 9.93 qram; 01 ədəd kağız bükümdə olan marixuananın təmiz çəkisi 0.62 qram tədqiqatdan sonra qalıq çəkisi 0.60 qram olmaqla) tərkiblərinə görə eynidirlər. Sübutların qiymətləndirilməsi barədə 15.09.2020-ci il tarixli qərardan görünür ki, 25 iyun 2020-ci il tаrixdə Şahid2 оğlundаn götürülmüş qаlıq təmiz çəkisi 0,60 qrаm, 25 iyun 2020-ci il tаrixdə Bаyrаmоv Nоvruz Zаkir оğlundаn götürülmüş qаlıq ümumi təmiz çəkisi 9,93 qrаm bitki mənşəli tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kаnnаbis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnа və 03 аvqust 2020-ci il tаrixdə Zərdаb rаyоnu Аlcаnlı kəndinin yаxınlığındа «Qаrа su»yun kənаrı аdlаnаn yerdə, yаbаnı hаldа bitmiş, bitkilərdən götürülmüş 02 ədəd, qаlıq təmiz çəkisi 52,84 qrаm əkilib becərilməsi qаdаğаn оlunmuş nаrkоtik tərkibli çətənə (kаnnаbis) bitkiləri cinаyət təqibi üzrə əhəmiyyət kəsb edən hаllаrın müəyyən edilməsinə kömək etdiyi üçün cinаyət təqibi üzrə mаddi sübut hesаb edilmiş və saxlanılması üçün Zərdаb RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 03.09.2020-ci il tаrixli, 765 sаylı sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 оğlu nаrkоtik vаsitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən su-istifadə nəticəsində yaranmış nаrkоmаnlıq xəstəliyindən əzаb çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə ehtiyаcı var. Nаrkоlоji kаbinetdə prоfilаktik qeydiyyаtа аlınmаsı məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 03.09.2020-ci il tаrixli, 764 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 оğlundа narkotik vasitə olan konnoobinoidlərdən epizodik istifadə etmə halları olub. Nаrkоmаnlıq xəstəliyindən əzаb çəkmir. Nаrkоmаnlıq xəstəliyindən məcburi müаlicəyə ehtiyаcı yoxdur. Nаrkоlоji kаbinetdə qeydiyyаtа götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tərtib etdiyi 10.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 26.12.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, Zərdab Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73, 40.2.2ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tərtib etdiyi 03.08.2020-ci il tаrixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli hökmünə əsasən Аzərbаycаn Respublikаsı CM-nin 221.3-cü mаddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, barəsində 01 il 06 ay müddətə sınaq müddəti tətbiq edilməklə cəzası şərti hesab edilmiş, hazırda məhkumluğu yoxdur. Şübhəli şəxsin tutulmаsı hаqqındа 27.06.2020-ci il tarixli qərar və prоtоkоldаn görünür ki, Təqsirləndirilən şəxs1 27.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29.06.2020-ci il tarixdə CM-in 234.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə Zərdab rayon prokuroru qarşısında vəsatət qaldırılsa da, vəsatət təmin olunmamış və 29.06.2020-ci il tarixdə saxlanıldığı Zərdab RPŞ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulmаsı hаqqındа 25.06.2020-ci il tarixli qərar və prоtоkоldаn görünür ki, Təqsirləndirilən şəxs2 оğlu 25.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.06.2020-ci il tarixdə Аzərbаycаn Respublikаsı CM-nin 234.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə Zərdab rayon prokuroru qarşısında vəsatət qaldırılsa da, vəsatət təmin olunmamış və 27.06.2020-ci il tarixdə saxlanıldığı Zərdab RPŞ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Zərdab RİHB-nın Alcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərdab RİHB-nın Alcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərdab RİHB-nın Alcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13.07.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 bəraət verilməsi xahiş etmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif olunmuşdur. Apellyasiya şikayətinin dəililləri ilə razılaşmayan məhkəmə kolegiyası ona görə belə qənaətə gəlir ki, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə aparılmış şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokolları, şəxsi axtarış və götürmə haqqında protokol və ona əlavə edilmiş videoçəkiliş barədə Diskdə olan məlumatlar, əldə olunan maddi sübutlar, iş üzrə şahid qismində dindirilən Şahid2 həm ibtidai istintaq dövründə, həm birinci instansiya məhkəməsində, həm də məhkəmə kollegiyasının iclasında verdiyi ifadələri, polis əməkdaşlarının (yanakı) ifadələri, iş üzrə keçirilmiş Məhkəmə-bioloji ekspertizasının 26.06.2020-ci il tаrixli 17/418 sаylı və 26.06.2020-ci il tаrixli 17/419 sаylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 0,66 qram çəkidə çətənə (kаnnаbis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnаnı 21 iyun 2020-ci il tаrixdə sааt 20:30 rаdələrində yаşаdığı Zərdаb rаyоnu Аlcаnlı kəndindəki Yаnаcаq Dоldurmа Məntəqəsinin yаxınlığındа tаnışı Şahid2 оğlunа 10 manata satmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Repsublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlma, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə kollegiyası məhkəmə iclasında müəyyən edilmiş hallara görə hesab edir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdiyi və saxladığı narkotik vasitələri satmaq niyyətində olmadığı və özünün istifadəsi üçün saxlaması barədə ifadəsi məsuliyyətdən azad olunmaq niyyəti ilə verilmiş ifadədir, özünümüdafiə xarakteri daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Velikova Bolqarıstana qarşı” iş üzrə 04.10.2000-ci il tarixli qərarında göstərilmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Beləliklə, aparılmış araşdırmanın nəticələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 ona israr edilən cinayət əməlini ümumiyyətlə törətməməsinə dair həm özünün, həm də onun müdafiəçisinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Şahidlərin və onun özünün ifadələri, ekspert rəyləri və s. kimi hallar bir-birini tamamlayır, bir-biri ilə üst-üstə düşür, sübutlar arasında heç bir ziddiyyət qalmır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.2-ci maddəsinin tərkibi var, təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. O cümlədən Təqsirləndirilən şəxs2 məhkum olunduğu CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmamasını, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olaraq CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əsassız olaraq bəraət verilməsi ilə bağlı protestin dəlilləri ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 haqqında irəli sürülmüş itiham üzrə təqsirliliyi sübuta yetmədiyi üçün ona bəraət vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işinin ibtidai istintaqı zamanı cınayət prosesual qanunvericiliyin tələblərinə tam əməl edilməməsi (iş üzrə ən azı dörd nəfərin - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Bəxtiyaq Cəbiyev və Şahid2 barəsində narkotik vasitələrin saxlanması və istifadəsi haqqında məlumatın daxil olmasına baxmayaraq həmin şəxslərin yaşayış və həyətyanı sahələrinə baxış və axtarışın keçirilməsi, Təqsirləndirilən şəxs1 tələb etməsinə baxmayaraq ifadələri arasındakı ziddiyəti aradan qaldırmaq üçün təqsirləndirilən şəxslər arasında üzləşdirmə aparılmaqla ifadələrinin alınmaması) həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Bundan başqa, hökmdə qeyd edilmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə narkotik vasitələrin tərkibinin eyni olması ilə bağlı ittihamın dəlillərinə hüquqi qiymət verərkən qeyd etməyi lazım bilir ki, həmin dəlillər Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əmələ görə təqsirli bilinməsi üçün mötəbər hesab edilə bilməz. Əvvəla ona görə ki, Təqsirləndirilən şəxs1 yarpağını yığdığı tərkibində narkotik maddə olan bitkilərin Zərdab rayonu Alcanlı kəndi ərazisində yabanı halda bitdiyi cinayət işinin materialları ilə müəyyən olunmuşdur və bu mübahisə doğurmur. Yabanı halda bitən həmin narkotik tərkibli bitkilərin orada mövcudluğu Təqsirləndirilən şəxs1 kimi digərlərinə də məlum ola bilərdi və ən azından hazırkı iş üzrə digər Təqsirləndirilən şəxs2 onun tutulmasından birneçə gün əvvəl Təqsirləndirilən şəxs1 bu barədə demişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etməsini inkar etməmiş və məhkəmə istintaqı zamanı ifadəsində narkotik vasitəni müxtəlif mənbələrdən əldə etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, sözügedən narkotik vasitələrin tərkibinin eyni olması halı Təqsirləndirilən şəxs1 münasibətdə digər sübutların məcmusu ilə təsdiq olunduğu halda ona qarşı iləli sürülən ittihamın əsasını təşkil edə bilər. Belə bir sübutlar məcmusu isə Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə bundan başqa qeyd etmişdir ki, istintaq orqanı tərəfindən narkotik vasitənin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən satıldığı iddia edilsə də, məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı ona təyin edilmiş vəkilin iştirakı ilə videoçəkliş aparılmaqla üzərinə baxış keçirilərkən sərbəst şəkildə verdiyi (videoçəklişə dair Diskdə olan məlumatlardan) izahatından (İ cild. səh. 57.) müəyyən olunmuşdur ki, o, üzərindən aşkar olunan 01 ədəd kibrit qutusundakı narkotik vasitəni Zərdab şəhər sakini Bəxtiyara (burada Şahid2 nəzərdə tutulur) satmaq üçün bir gün əvvəl həmkəndlisi olan Bəxtiyardan (burada sonradan barəsində iş üzrə icraata xitam verilən Bəxtiyar Cəbiyev nəzərdə tutulur) 60 manata aldığını, üzərindən aşkar olunan 01 ədəd kağız bükümdəki narkotik vasitənin isə pay olaraq həmkəndlisi Bəxtiyar (Bəxtiyar Cəbiyev) tərəfindən ona verildiyini qəti və aydın şəkildə bildirmişdir. Eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı şübhəli şəxs (İ cild. səh. 58-59.) və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən (İ cild. səh. 158-159.) müəyyən olunmuşdur ki, o, həmin ifadələrində “həmişə narkotik vasitəni həmkəndlisi olan Bəxtiyar adlı şəxsdən aldığını”, “həmkəndlisi Bəxtiyardan alıb Zərdab şəhər sakini olan Bəxtiyara marixuana satdığının polislərin bildiyini başa düşdüyünü” bildirmiş, ifadələrinin sonunda isə müstəntiqin sualına cavab olaraq narkotik vasitəni Vasif adlı şəxsdən aldığını vurğulamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən (İ cild. səh. 185.), habelə ifadənin yerində yoxlanması zamanı vermiş olduğu ifadəsindən (İİ cild. səh. 59-60.) görünür ki, o, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, sonuncunun yalan ifadə verdiyini və onunla üzləşməyə hazır olduğunu bildirsə də (İ cild. səh. 185.) cinayət işinin istintaqını aparan müstəntiq onların arasında üzləşdirmə aparmamışdır. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaətlə razılaşmır, çünki tədqiq edilən sübutlardan bəlli olur ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən ifadələr vermiş və məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünü müdafiə xarakterli olmasını nəzərə almadan, qeyd olunan ifadələrə tənqidi yanaşmadan həmin ifadəyə əsaslanaraq sonuncuya irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, ibtidai istintaqda əvvəlcə şübhəli şəxs, daha sonra dəfələrlə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 25 iyun 2020-ci il tarixdə saat 20:40-də Zərdab RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş 6,59 qram və 3,42 qram qurudulmuş marixuananı və Şahid2 10 manata satdığı 0,66 qram qurudulmuş marixuananı həmkəndlisi Təqsirləndirilən şəxs1 21 iyun 2020-ci il tarixdə saat 18:30-da 60 manata almış, Təqsirləndirilən şəxs1 ona satdığı narkotik vasitə olan qurudulmuş marixuananı “Qara su” adlanan yerdən yığıb gətirdiyini demiş, tutulsa da, narkotik vasitəni ondan almasını heç kimə deməməsini dediyi üçün sonuncuya söz verdiyindən və onu arxayın etdiyindən əvvəlki ifadəsində başqa şəxsin adını çəkmiş, Təqsirləndirilən şəxs1lə üzləşmək istəməmişdir. Təqsirləndirilən şəxs2 bu xüsusatları bir dəfə deyil, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi sərbəst, ardıcıl ifadələrində təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ona ibtidai istintaqda verdiyi ifadələrini təzyiqlərə məruz qaldığı üçün verdiyini bildirsə də, həmin təzyiqlərin nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, istintaq zamanı kifayət qədər vaxta malik olmasına baxmayaraq, aidiyyəti orqanlara bu barədə heç bir şikayət və müraciəti olmamış, habelə belə təzyiqlərin olmasına dair nə məhkəmə-narkoloji və məhkəmə-bioloji ekspertizası rəyləri ilə tanış olarkən, nə müdafiəçisinin iştiakı ilə cinayət işinin materialları ilə tanış olma vaxtı, məhkəmə hazırlıq iclasında özü və müdafiəçisi tərəfindən hər hansı vəsatət verilməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 də şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən ifadələrində 20 iyun 2020-ci il tarixdə “Qara su” adlanan ərazidən yabanı halda bitmiş narkotik vasitə olan marixuana yığdığını və daşıyıb yaşadığı kəndə gətirərək həmkəndlisi Təqsirləndirilən şəxs2 satdığını bildirmiş, (Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərini ifadənin yerində yoxlanması zamanı da bildirmişdir) bu xüsusatları müdafiəçinin iştirakı ilə sərbəst bildirmişdir. Lakin buna baxmayaraq, məhkəmə istintaqında 20 iyun 2020-ci il tarixdə “Qara su” adlanan ərazidən yabanı halda bitmiş narkotik vasitə olan marixuana yığıb daşıyaraq gətirdiyini etiraf etsə də, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, gətirdiyi narkotik vasitəni evlərinin yaxınlığındakı zibilliyə atdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ibtidai istintaqda Təqsirləndirilən şəxs2 narkotik vasitə satması barədə verdiyi ifadələrini təzyiqlərə məruz qaldığı üçün verdiyini bildirsə də, həmin təzyiqlərin nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, istintaq zamanı kifayət qədər vaxta malik olmasına baxmayaraq, aidiyyəti orqanlara bu barədə heç bir şikayət və müraciəti olmamış, həmçinin belə təzyiqlərin olmasına dair nə məhkəmə-narkoloji və məhkəmə-bioloji ekspertizası rəyləri ilə tanış olarkən, nə müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olma vaxtı, məhkəmə hazırlıq iclasında özü və müdafiəçisi tərəfindən hər hansı müraciət və vəsatət verilməmiş, bundan başqa, həmkəndlisi Təqsirləndirilən şəxs2 narkotik vasitə satması barədə ibtidai istintaqda verdiyi ifadəsini gah təzyiqlərə məruz qalaraq, gah da həyəcanlı olması ilə əlaqələndirmiş və fərqinə varmadan verdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərdab rayon prokuroruna Təqsirləndirilən şəxs1 tərəfindən ünvanlanmış teleqramın məzmununda Təqsirləndirilən şəxs2 narkotik vasitəni pulsuz verdiyi, Təqsirləndirilən şəxs2 tərəfindən ünvanlanmış teleqramın məzmununda isə Təqsirləndirilən şəxs1 narkotik vasitə alarkən ona pul vermədiyi qeyd edilmişdir. Həmin teleqramlar eyni poçt şöbəsində, eyni gündə, yəni 04.07.2020-ci il tarixdə, eyni saatda, yəni 09:44 və 09:57-də 13 dəqiqə fərqilə vurulmuşdur. Buradan da açıq-aşkar görünür ki, təqsirləndirilən şəxslər poçta birlikdə getmişlər. Bundan başqa, məhkəmə hökmündə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyini inkar etmədiyini və narkotik vasitəni müxtəlif mənbələrdən əldə etdiyini qeyd edərək narkotik vasitələrin tərkiblərinin eyni olması halına şübhə ilə yanaşmışdır. Halbuki Təqsirləndirilən şəxs2 həm Zərdab Rayon Məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 atdığı zibillikdən gedib götürdüyünü bildirmişdir. Digər tərəfdən məhkəmə kollegiyası onu da xatırladır ki, işdə olan məhkəmə kimyəvibioloji ekspertizasının rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Zərdab rayon Alıcanlı kəndinin yaxınlığından götürülmüş nümunə.” yazısı yazılmış zərfin içərisindəki ümumi təmiz çəkiləri - 52,88 qram (tədqiqatdan sonra qalıq çəkisi 52.84 qram) olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd çətənə bitkiləri ilə 02 (iki) ədəd kağız bükümdə və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar (tədqiqata təqdim olunmuş 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan marixuanaların ümumi təmiz çəkisi 9.97 qram tədqiqatdan sonra qalıq çəkisi 9.93 qram; 01 ədəd kağız bükümdə olan marixuananın təmiz çəkisi 0.62 qram tədqiqatdan sonra qalıq çəkisi 0.60 qram olmaqla) tərkiblərinə görə eynidirlər. Məhkəmə kollegiyası onu diqqətdən qaçırmır ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrlə əlaqəsi barədə suallara narkotik vasitədən istifadə etmədiyini bildirsə də, işdə olan məhkəmə narkoloji ekspertizasının rəyindən onun narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan konnoobinoidlərdən su-istifadə nəticəsində yaranmış nаrkоmаnlıq xəstəliyindən əzаb çəkdyi və nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə ehtiyаcının olması müəyyən edilir. Bundan əlavə cinayət işinə əlavə edilmiş “Azercell Telekom MMC”-dən alınmış telefon danışıqları ilə bağlı diskə baxış keçirilən zaman 20 iyun 2020-ci il tarixdə saat 22:22-də və 22:40-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-******* saylı telefon nömrəsindən digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-******* saylı telefon nömrəsinə zənglər edildiyi müəyyən edilmiş, qeyd edilən zənglərlə bağlı Təqsirləndirilən şəxs1 özü də ifadəsində təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs2 onda olan narkotik vasitə barədə soruşmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 verdiyi ifadələrində etiraf etdiyi kimi məhz “konoplya”nın 3 yarpağını qopardaraq özü ilə kəndə gətirməsi, polis sahə rəisinə göstərmədən zibilliyə tullaması və müəyyən vaxtdan sonra “zibillik” kimi yerdən həmin 3 yarpağı Təqsirləndirilən şəxs2 tapması kollegiyada haqlı şübhələr yaradır. O cümlədən, qopardığı bitkinin gah biyan otu, gah da “konoplya” olduğunu göstərən Təqsirləndirilən şəxs1 onu nə üçün qoparması, eyni zamanda iddia etdiyi kimi sahə rəisinə göstərmək əvəzinə hansı səbəbdən ona göstərməməsi və bununla bağlı ona heç nə deməməsi barədə suallara səlis və aydın cavab verməkdən yayınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutlar və işin obyektiv halları, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyi ziddiyyətli ifadələr, sonuncuya qarşı irəli sürülmüş ittihamın xarakteri, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmamış, cinayət işi üzrə məhkəmə baxışı olduqca səthi, natamam, birtərəfli, qeyri-obyektiv və qərəzli aparılmış, iş üçün çox mühüm əhəmiyyət kəsb edən bir sıra hallar və faktlar tədqiq edilməmiş və araşdırılmamış, bütün bunlar isə son nəticədə təqsirləndirilən şəxsə əsassız olaraq irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verilməsinə səbəb olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, digər təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamla bağlı ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Belə ki, CPM-in: 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, bununla da cinayət prosessual qanunvericiliyinin tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi barədə Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 1(035)-10/2021 nömrəli hökmünün ləğv edilməsi ilə bağlı apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən, nаrkоtik vаsitə оlаn qurudulmuş marixuananı əldə edib üzərində sаxlаmış və daşıyıb tаnışı Novruz Bаyrаmоva satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 20 iyun 2020-ci il tаrixdə sааt 13:00 rаdələrində yаşаdığı Zərdаb rаyоnu Аlcаnlı kəndinin yаxınlığındа “Qаrа su”yun kənаrı аdlаnаn yerdə, yаbаnı hаldа bitmiş, «Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və psixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhılаrın təsdiq edilməsi hаqqındа» 28 iyun 2005-ci il tаrixli Аzərbаycаn Respublikаsının Qаnunu ilə təsdiq edilmiş, bitki mənşəli, əkilib becərilməsi qаdаğаn оlunmuş nаrkоtik tərkibli çətənə (kаnnаbis) bitkilərinin hissələrindən sаtış məqsədi ilə qаnunsuz оlаrаq yığmaqla, orada da qurutmа yоlu ilə hаzırlаyıb 1 kibrit qutusundа və kаğız bükümdə qablaşdırdığı 10,67 qrаm tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kаnnаbis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə оlаn qurudulmuş marixuananı əldə edib üzərində sаxlаmış və daşıyıb 21 iyun 2020-ci il tаrixdə sааt 18:30 rаdələrində yаşаdığı Zərdаb rаyоnu Аlcаnlı kəndindəki Yаnаcаq Dоldurmа Məntəqəsinin yаxınlığındа tаnışı Novruz Bаyrаmоva 60 mаnаtа sаtmış, Nоvruz Bаyrаmоv isə həmin nаrkоtik vаsitənin üzərindən 0,66 qramını götürərək daşıyıb 21 iyun 2020-ci il tаrixdə sааt 20:30 rаdələrində həmin yerdə tаnışı Şahid2 оğlunа 10 manata satmış, dаxil оlmuş əməliyyаt məlumаtınа əsаsən 25 iyun 2020-ci il tаrixdə, sааt 20:20-də Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən Şahid2 оğlu şübhəli şəxs qismində tutulmuş, həmin gün sааt 20:40-dа üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın qarşı sağ ön cibinin üzərindəki kiçik cibdən bir ədəd kаğız bükümdə 0,66 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün sааt 22:40-da isə Novruz Bаyrаmоv Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sааt 23:20-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman isə əynindəki şаlvаrın qаrşı sоl cibindən bir ədəd kаğız bükümdəki kibrit qutusundа təmiz çəkisi 6,59 qrаm və sаğ cibindən bir ədəd kаğız bükümdə təmiz çəkisi 3,42 qrаm, ümumilikdə təmiz çəkisi 10,01 qаrаm qurudulmuş marixuana аşkаr edilərək götürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eləcə də, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində üş az yaşlı övladının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, qanuni və ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə cinayətə görə müəyyən edilmiş cəzadan da daha yüngül cəza təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Habelə, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbildən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan daha yüngül azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Buna görə də kollegiya təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Belə ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında alternativ cəza növləri göstərilmədən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 56.1.2-ci maddəsinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 1(035)-10/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 106.49 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində ləğv edilməli, Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalında həbs edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı bu gündən, yəni 20 may 2022ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, cinayət işi üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 106.49 (bir yüz altı manat 49 qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 53,25 AZN (əlli üç manat 25 qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in: 398.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 1(035)-10/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 106.49 (bir yüz altı manat 49 qəpik) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı bu gündən, yəni 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 106.49 (bir yüz altı manat 49 qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 53,25 AZN (əlli üç manat 25 qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-81/2022
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-81/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver