Məhkəmə qərarları › İş №1(107)-82/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-82/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-82/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Zaqatala Rayon Vəkil Bürosunun vəkilləri-X9, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 24 noyabr 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1986-cı ildə Zaqatala rayonu Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Bəhmətli kəndində qeydiyyatda olmaqla Zaqatala rayonu Kürdəmir kəndində yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində 02 sentyabr 2020-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 24 noyabr 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, iş üzrə ekspertiza xərci olan 200 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınması, Zərərçəkmiş şəxs vurulmuş ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi müəyyən edilmişdir. işin halları: Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 2019-cu ilin may ayında aralarında olan şifahi razılaşmaya əsasən Zərərçəkmiş şəxs ona inanıb etibar etdiyi əmlakı hesab olunan iribuynuzlu ev heyvanlarını özünün yaşadığı Zaqatala rayonu Kürdəmir kəndindəki həyətində saxlayıb ümumi təsərrüfata rəhbərlik edərək, onlara qulluq edilməsini, yem tədarükünü təmin etməli olduğu halda 2019-cu ilin noyabr ayında “Azərbaycan” cinsli 4 yaşlı diri çəkisi 500 kq ümumi qiyməti 6000 manat olan 3 baş erkək camışı öz borcu əvəzinə Şahid3, 2019-cu ilin dekabr ayında “Azərbaycan” cinsli 3 yaşlı, diri çəkisi 300 kq dəyəri 1500 manat olan 1 baş boğaz camışı, dəyəri 2000 manat olan “Azərbaycan” cinsli 4 yaşlı, çəkisi 500 kq olan 1 baş erkək camışı öz borcu əvəzinə Şahid13 vermiş, 2020-ci ilin fevral ayına dəyəri 4000 manat olan “Azərbaycan” cinsli 4 yaşlı, çəkisi 500 kq olan 2 baş erkək camışı, dəyəri 2000 manat olan “Azərbaycan” cinsli 3 yaşlı 200-300 kq çəkisi olan 2 baş dişi camışı, dəyəri 1300 manat olan “Azərbaycan” cinsli 3 yaşlı çəkisi 300 kq 1 baş boğaz camışı, dəyəri 9000 manat olan “Azərbaycan” cinsli 3 yaşlı çəkisi 200-300 kq olan 9 baş dişi camışı, dəyəri 3600 manat olan, “Azərbaycan” cinsli çəkisi 300 kq olan 3 yaşlı 3 baş dişi camışı, ümumi dəyəri 750 manat olan, “Azərbaycan” cinsli hər birinin çəkisi 40 kq olan təzə doğulmuş 3 baş camış balasını, Zərərçəkmiş şəxs məlumat vermədən satıb qanunsuz və əvəzsiz olaraq mənimsəmə və israf etməklə təkrarən talayıb zərərçəkmiş şəxsə ümumilikdə 30150 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Dövlət ittihamçısı, Dövlət ittihamçısı Müdafiəçi verdiyi apellyasiya şikayətinə yazılı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs, onun müdafiəçiləri X9, Müdafiəçi apellyasiya şikayətinin təmin olunmasını, Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heyvanları satanda Zərərçəkmiş şəxs bundan xəbəri olmuşdur. Telmanın Hafiz adlı dostu gizli nömrə ilə ona zəng edərək heyvanları satmağını demişdir. Telman Nurəddinlə birlikdə Əliabad bazarında olan zaman onu çağıraraq heyvanları satmasını, Nurəddinə borcunun olduğunu, Nurəddinin heyvanlara baxmasını, borcun əvəzinə heyvan aparmasını demişdir. Bu zaman o, Telmana 300 manat beh götürüb verdiyini, heyvanları götürdükdən sonra pulunu gətirib verəcəyini bildirmişdir. Bundan sonra Telman Nurəddinə pulu ondan almasını, bu işi ona həvalə etdiyini, borcu ondan almasını demişdir. Həmin axşam da Telman özü ona zəng edərək heyvanları apardıqdan sonra pulu Nurəddin kişiyə yox, ona gətirməsini demişdir. O da səhəri günü 3000 manat pulu gətirib Zaqatala şəhəri ərazisində yerləşən “Ağsaray”ın qarşısında Telmana vermişdir. Telmanın dediyinə görə Hafiz həm də onun şəriki olmuşdur. Qımır kənd sakini Firuzun da, qəssab Rasimin də nömrələrini Hafizə o vermişdir. 2020-ci yanvar-fevral aylarında telefon danışığı zamanı Telman ona heyvanları neçəyə satdığını Hafizə bildirməməsini, deputat seçkilərində ziyan etdiyini, borcunu ödəməli olduğunu bildirmişdir. Firuzun onun qapısına gələrək camış satıbsatmadığını maraqlandıqda Firuza camış satdığını demişdir. Firuzla arasında heyvanın kimə məxsus olması barədə hər hansı bir söhbət olmamışdır. Şahid2 tanımır. Onunla yalnız telefon danışığı olmuşdur. Telmanla dostu Hafiz ona heyvanları satmağını dedikləri üçün Zaqatalada kimlərin camış alqı-satqısı ilə məşğul olmaları ilə maraqlanmışdır. Bu zaman Rasimin nömrəsini tapmışdır. Rasimlə telefonda danışaraq camış satdığını, 1 kq camış ətini 8 manat 50 qəpiyə satmağını bildirdikdə Rasim onunla razılaşmamışdır. Bundan sonra o, Rasimin nömrəsini Telmanın dostu Hafiz adlı şəxsə vermişdir. Sonradan Rasim ona zəng edərək gizli nömrədən ona zəng edən şəxsin kim olduğunu maraqlandıqda ona heyvanların sahibi olduğunu demişdir. Rasimin dedikləri yalandır. Rasim onun həyətinə gəlib heyvanları aparmışdır. Ola bilər ki, Mahmud düz deyir, söhbət zamanı Mahmuda heyvanların özünə məxsus olmasını bildirmişdir. Telman heyvanları ona satmağı dediyi üçün heyvanların kimə məxsus olmasını deməyə ehtiyac görməmişdir. Səxavətin dedikləri doğrudur. Səxavət ondan heyvanları niyə satdığını soruşduqda ona heyvanlara baxa bilmədiyini demişdir. Telman həmin heyvanları ona satmaq üçün icazə verdiyindən heyvanların ya ona, ya da ki, başqa bir şəxsə məxsus olması barədə məlumat verməmişdir. Zaqatala rayonu ərazisində lombard fəaliyyəti ilə məşğul olan Şahid19 tanıyır, Ramin həm də onun dayısıgilin qonşusudur. Səhv etmirsə 2019-cu ilin iyun-iyul aylarında ondan 1000 ABŞ dolları borc götürmüşdür. Telman ona maaşını vermədiyi üçün sənədləri girov qoyub borc götürmüşdür. Onun Telmana ziyan vurmaq məqsədi olmayıb, camışları satmağı Telman dediyi üçün həmin camışları satmışdır. Həmçinin Telman ona demişdir ki, camışları satarkən satdığı şəxslərə onun camışları olduğunu deməsin, o da həmin camışları satarkən alan şəxslərə camışların şəxsən özünün olduğunu demişdir. Maşını satmağı demədiyi üçün onu satmamışdır. Yol polisi əməkdaşı kimi tanıdığı Şahid13la aralarında həqiqətən fındıq alveri ilə bağlı razılaşma olmuş, Natiqdən aldığı 3000 manat pula görə ona fındıq verə bilmədiyi üçün pulun əvəzinə Natiqə 2 baş camış vermişdir. Həmin camışlar Zərərçəkmiş şəxs məxsus camışlar olsa da, Natiqə öz heyvanı kimi vermişdir. Natiq həmin heyvanların qiymətini 2000 manat hesablamış, nəticədə Natiqə 1000 manat borcu qalmışdır.Natiqə sonradan ona deməsinə görə Zərərçəkmiş şəxs həmin camışların ona məxsus olmasını deyərək Natiqdən 2000 manat pulu almışdır. Bundan Başqa Şahid3 Əliabad qəsəbəsinin sakini kimi tanıyır və onların ferması olmasını bilir. İbadullah 4000 manat pulu borc almış, 1500 manatını qaytarsa da, 2500 manat borclu qalmışdır. Həmin pulun əvəzinə İbadullaya 3 baş camış vermiş,İbadulla həmin camışları maşınla şəhərə aparmışdır. Ona verdiyi camışlar da Telmana məxsus camışlardan olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayının əvvəlində Zaqatala şəhərində tanıdığı Zaqatala rayonunun Kürdəmir kənd sakini Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. O, Təqsirləndirilən şəxs atasını da tanımışdır. Belə ki, atası Şahid16 təxminən 6-7 il əvvəl ona məxsus təsərrüfatda kombayn idarə etmişdir. Lakin, daha sonra öz istəyi ilə işdən çıxmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs ona işsiz olduğunu bildirərək ondan təsərrüfatında işləmək üçün iş istəmişdir. O, İlhamın traktorçu olduğunu əvvəlcədən bilmişdir. Həmin ərəfədə tütünçülük təsərrüfatında işləmək üçün traktorçuya ehtiyacı olduğundan o, İlhama günə muzd ona məxsus traktorla tütünçülük təsərrüfatında işləməyi təklif etmişdir. İlham razılaşdığından 2019-cu ilin aprel ayının axırından ona məxsus tütünçülük təsərrüfatında işləməyə başlamışdır. O, İlhama gündəlik 10 manat olmaqla, 300 manat pul vermişdir. İlham traktorla bərabər, eyni zamanda “Qazel” markalı yük avtomobilini də idarə etmişdir. İlham həmin avtomobillə işçiləri təsərrüfata gətiribaparmışdır. 2019-cu ilin may ayının axırında o, İlhamla Yengiyan kəndində yerləşən fermasına iribuynuzlu heyvanlarına baş çəkməyə getmişdir. Həmin vaxt Yengiyan kəndində yerləşən fermada 6 baş camış kəlçəsi, 5 baş camış düyəsi və 1 baş yeni doğmuş camış olmaqla, ümumilikdə 13 baş iribuynuzlu camış olmuşdur. İlham ona yaşadığı evin həyətində tövləsi olduğunu, heyvanlara daha yaxşı baxacağını bildirərək fermada olan camışları saxlamaq üçün verməyini təklif etmişdir. Həmin vaxta kimi heyvanlarına baxan Anar adlı həmkəndlisindən narazı olmuşdur. Anar başqa işləri ilə əlaqədar heyvanlara yaxşı baxmamışdır. İlk öncə İlhama yeni doğmuş camışı balası ilə birlikdə vermiş, daha sonra isə İlhama müvəqqəti saxlamağa vermişdir. İlhama heyvanların otunu, yemini özü vermişdir. 13 baş heyvanına baxması müqabilində İlham həmin vaxt doğmuş camışın südünü götürmüş və sonda doğmuş camışını İlhama verməyə söz vermişdir. Həmin vaxt Əliabad qəsəbəsində olan fermasında Zahid adlı şəxs onun 15 baş camışına baxmışdır. 2019-cu ilin oktyabr ayında Zahid ona baxdığı camışlardan birinin hövrə gəlmək istədiyini bildirmişdir. Buna görə də, 2019-cu ilin oktyabr ayında İlhama saxlamağa verdiyi 6 baş kəlçədən bir başını Zahid adlı şəxsə vermişdir. Bundan sonra İlhamda 5 baş camış kəlçəsi, 3 baş camış düyəsi, 3 baş yeni doğmuş camış olmaqla ümumilikdə 14 baş iribuynuzlu heyvanı qalmışdır. Çünki, İlhama verdiyi camışlardan 2-si doğmuşdur. Həmin ərəfədə Yengiyan kəndində yerləşən köhnə evini söküb yeni ev tikmək istəmiş, İlham da bunu bilmişdir. Həmin vaxt İlham ona “köhnə evi söküb oradan tikinti materiallarını mənə ver, tövləmi genişləndirim” demişdir. O da həmin evi İlhama sökməyə vermişdir. İlham evi söküb materiallarını Kürdəmir kəndinə aparıb tövləsini genişləndirmişdir. Həmin ərəfədə İlham onu inandırmış, ondan Zahiddə olan camışlarını götürüb ona verməyini xahiş etmişdir. 2019-cu ilin noyabr ayının axırında o, Zahiddən camışlarını götürüb Yengiyan kəndindəki fermasına gətirmişdir. İlham hər gün ona istifadəyə verdiyi “Qazel” markalı yük avtomobili ilə Yengiyan kəndindəki fermasına gəlib camışları yemləmişdir. 2019-cu ilin dekabr ayında İlham yenidən Yengiyan kəndindəki fermada olan camışları baxması üçün ona verməyini təklif etdiyindən həmin vaxt fermada olan 1 baş kəlçəni, 13 baş camış düyəsi olmaqla 14 baş heyvanını və həmin vaxt fermasında olan 600 ədəd qarğıdalı bağlamasını İlhama vermişdir. O, Zahidə zəhməthaqqı kimi 1 doğası camış düyəsi vermişdir. 2019-cu ilin dekabr ayının sonunda əkin-biçin işləri yekunlaşdığından İlham onun yanına işə gəlməmişdir. O, İlhamla telefonla əlaqə saxlamışdır. 2019-cu ilin dekabr ayının sonunda o, Kürdəmir kəndinə İlhamgilə heyvanlara baş çəkməyə getmişdir. Həmin vaxt İlhamgilin həyətindəki tövlədə 6 baş sağılan camış olmuşdur. Həmin vaxt İlham evdə olmamışdır. O, həmin vaxt İlhamın ögey anasından digər heyvanların harada olmasını soruşduqda İlhamın ögey anası sağılan camışların həyətdə olduğunu, digər heyvanların isə örüşdə olduğunu bildirmişdir. Tövlədə olan sağılan camışlar sağlam və gümrah görünmüşdür. Buna görə o, İlhama inanaraq örüşə gedib digər heyvanlara baxmamışdır. Sonra deputat seçkilərinə namizədliyini verməyi ilə əlaqədar İlhamgilə gedib heyvanlara baş çəkə bilməmişdir. 2020-ci ilin yanvar ayında axşam saatlarında Kürdəmir kəndinə İlhamgilə getmişdir. Həmin vaxt hava qaraldığından o, tövləyə girib heyvanlara baxa bilməmişdir. 2020-ci ilin fevral ayında İlham qonşusu Məmməd adlı şəxslə yaşadığı evə gəlib ona kəlçələri satmaq istədiyini və iki kəlçə üçün 300 manat beh götürdüyünü bildirmişdir. O, icazəsi olmadan kəlçələrini satmaq istədiyi üçün İlhama öz iradını bildirərək ondan götürdüyü behi arxaya qaytarmasını tələb etmişdir. Həmin vaxt İlhamdan beh verən şəxsin kim olduğunu soruşsa da, İlham bu barədə ona bir söz deməyərək çıxıb getmişdir. Məmməd İlhamı küçədə maşının içərisində gözlədiyindən bu söhbətə şahid olmamışdır. Təxminən 1 həftə sonra İlham yenidən qonşusu Məmmədlə yaşadığı evə gələrək iki kəlçəsini satdığını söyləyərək ona 2820 manat pul vermişdir. Həmin vaxt çox əsəbiləşərək İlhamı həyətdən qovduqda İlham ona bir də heyvanları ondan xəbərsiz satmayacağını bildirmişdir. İlhamda 4 baş kəlçəsi qalmışdır. Bundan sonra Şəki şəhərində yaşayan tanışı Nurəddin adlı şəxsə 2762 manat məbləğində qarğıdalı alışverişi ilə bağlı borcu olduğundan Nurəddinə camışçılıq təsərrüfatının olduğunu söylədiyi üçün borcun əvəzində kəlçə verməyi təklif etmiş, Nurəddin də bununla razılaşaraq 2020ci ilin mart ayının 15-də Zaqatala rayonuna gəlmişdir. O, İlhama zəng vurub kəlçələrə baxmağa gələcəklərini söyləmişdir. İlhamla Əliabad bazarında görüşdükdə İlham ona heyvanların örüşdə olduğunu deyərək axşam gəlməyi təklif etmişdir. Axşam Nurəddinlə birgə kəlçələrə baxmaq üçün İlhamgilə gedib İlhama zəng etsələr də, İlham örüşdə olduğunu və heyvanları örüşdən götürüb gec çatacağını söyləmişdir. Buna görə də o, Nurəddinlə Zaqatala şəhərinə qayıtmışdır. Nurəddin daha sonra Şəkiyə qayıtmışdır. Təxminən 1 həftə sonra tanışı Ramazan adlı şəxs ona Şəkidə tanışının aşağı qiymətə tütün qurutma kameraları satdığını söylədiyindən Ramazanla birgə Şəkiyə gedib həmin tütün qurutma kameralarına baxıb onları bəyənmişdir. Daha sonra həmin tütün qurutma kameralarını almaq müqabilində Ramazana pul əvəzində camışları təklif etmişdir. Ramazan onunla razılaşandan sonra Ramazana İlhamın nömrəsini verərək gedib heyvanlara baxıb seçməsini bildirmişdir. Ramazan həmin vaxt İlhamla görüşüb camışlara baxmaq üçün örüş sahəsinə getmiş, həmin vaxt İlham örüş sahəsində kənardan Ramazana camışları göstərmişdir. Ramazan daha sonra ona zəng edərək camışları bəyəndiyini və aparacağını demişdir. Təxminən iki gün sonra Ramazandan camışları nə vaxt aparacağını dəqiqləşdirdikdə Ramazan həmin vaxt İlhamın kənardan camışları göstərdiyini, buna görə İlhamın kənd sakinlərinə məxsus camışları göstərməsindən və bu yolla onu aldatmasından şübhələndiyini bildirmişdir. Həmin vaxt İlhama zəng etsə də İlhama zəng çatmamışdır. İlham həmin gün axşam saatlarında telefonu açaraq onun yaşadığı evə gəldiyini demişdir. Təxminən saat 22 radələrində İlham yenə qonşusu Məmmədlə yaşadığı evə gələrək 2800 manat pul verib 2 kəlçə üçün beh aldığını, kəlçələrin həyətində olduğunu, beh verən şəxsin heyvanları kəsib 1 kiloqramını 9 manat 50 qəpikdən alacağını bildirsə də İlham həmin şəxsin kimliyi barədə ona bir söz deməmişdir. Məmməd İlhamla onun arasındakı söhbəti küçədə avtomobildə əyləşdiyi üçün eşitməmişdir. O, 2800 manatı götürüb İlhamdan heyvanlarını satmamasını tələb edərək 2800 manatı beh verən şəxsə özünün qaytaracağını söyləyərək İlhama səhər heyvanları örüşə sürməməsini və gəlib heyvanları götürəcəyini demişdir. Səhər saat 08 radələrində Kürdəmir kəndinə gedib İlhama zəng etsə də zəng çatmamışdır. İlhamın yaşadığı evə getmədən şəhərə qayıtmışdır. Həmin gün saat 12 radələrində İlham özü ona zəng edərək heyvanları örüşə apardığını demişdir. Telefonun isə enerjisi qurtardığından söndüyünü bildirmişdir. Artıq İlhamın onu aldatdığını başa düşərək heyvanları ondan götürmək qərarına gəlmişdir. İlham telefonlarına cavab vermədiyi üçün 01.04.2020-ci il tarixdə İlhamgilə getdikdə İlham evdə olmamış, evdə İlhamın atası İlyas, ögey anası və arvadı olmuşdur. Onlardan İlhamın harada olduğunu soruşduqda həmin şəxslər ona İlhamın onun yanına gəlmək üçün Zaqatala şəhərinə getdiyini söyləmişlər. O, həmin şəxslərdən camışların harada olduğunu soruşduqda sonuncular ona İlhamın camışları satdığını dedikdə İlhamın camışların hamısını satıb-satmamasını soruşduqda iki baş sağılan camışdan başqa İlhamın heyvanların hamısını satdığını söyləmişlər. Həqiqətən də həyətdə həmin vaxt iki baş sağılan camış və 2 baş balası olmuşdur. Onlara İlhamın onu aldatdığını, heyvanların xəbərsiz satıldığını söyləyərək camışlarını tələb edib şəhərə qayıtmışdır. Bir gün sonra İlham ona mesaj göndərərək heyvanları satdığını etiraf edərək heyvanları qaytarmaq üçün 3 gün vaxt istəmişdir. O, İlhama 3 gün vaxt vermiş, 07.04.2020-ci il tarixdə İlhamgilə getmişdir. Həmin vaxt İlham evdə olmuşdur. O, İlhamdan camışları kimə satdığını soruşaraq ondan camışları tələb etdikdə İlham 09.04.2020-ci il tarixə kimi camışları qaytaracağına söz verdiyindən şəhərə qayıtmışdır. 11.04.2020-ci il tarixdə İlhamgilə gedib iki baş camışı və iki ədəd balanı götürmüşdür. Həmin vaxt İlhama müvəqqəti istifadə etməyə verdiyi “Qazel” markalı avtomobilini də götürmüşdür. Lakin, İlham həmin vaxt avtomobilin sənədlərini qaytarmamışdır. İlham üzünə duraraq avtomobilin sənədlərini ona verdiyini söyləmişdir. Sonradan eşitmişdir ki, İlham avtomobilin sənədlərini girov qoyaraq pul götürmüşdür. O, həmin sənədləri Ramin adlı şəxsə verərək ondan pul götürmüşdür. Bu barədə ona Ramazan məlumat vermişdir. İlhamdan geri götürdüyü “Qazel” markalı avtomobili və traktoru tam yararsız vəziyyətdə olduğundan həmin texnikanın təmirinə cəmisi 3000 manat pul xərcləmişdir. Bütün bunlara görə o, İlhamdan şikayət etmişdir. O, İlhama baxmaq üçün 6 kəlçə, 18 baş doğası camış düyəsi, 1 baş yeni doğmuş camış balası ilə birlikdə ümumilikdə 26 baş iribuynuzlu heyvan vermiş, 5 camış düyəsi isə daha sonra İlhamgilin həyətində doğmuşdur. Yerdə qalan 14 baş camış düyəsi 2020-ci ilin fevral-mart ayında doğmalı idi. Bundan sonra İlham ondan xəbərsiz iki baş kəlçəsini satıb ona 2820 manat pul vermişdir. Həmin vaxt İlhamda onun 4 kəlçəsi, 13 doğası camış düyəsi, 6 baş yeni doğmuş camış balaları ilə birlikdə qalmışdır. İlham onun təxminən 500 kq diri çəkidə 4 ədəd camış kəlçəsini, 13 baş doğası camış düyəsini, 4 baş doğmuş camışı balaları ilə birlikdə satmışdır. Kəlçələrin biri təxminən 2000-2500 manat, 16 baş doğası camış düyələri ilə doğmuş camışların biri 2500 manat, bir baş ağ-qara rəngli camış düyənin qiyməti isə təxminən 5500 manat olmuşdur. Öyrəndiyi qədər İlham həmin camış düyəni borcu qarşılığında polis əməkdaşı Natiqə bağışlamışdır. X7 məxsus 1 kəlçə vermişdir. Tanımadığı şəxslərdən beh aldığını bildirərək İlhamın ona verdiyi 2800 manat özündədir. Belə olduğu halda İlham heyvanları sataraq ona 55.500 manat dəyərində maddi ziyan vurmuşdur. Natiq, onun bundan xəbər tutduğunu bildikdən sonra, ona heyvanların İlhama məxsus olduğunu bildiyi üçün İlhamdan götürdüyünü söyləmiş, daha sonra ona 1650 manat məbləğində pul vermişdir. Natiq ona iki heyvanı 2000 manata satdığını bildirmişdir. Lakin, onun fikrincə həmin heyvanların ikisi də Natiqdədir. İlham bundan başqa ona məxsus 3 baş camış kəlçəsini Şahid3 dəyər-dəyməzə satmışdır. Ona məxsus 2 baş camışı yaşadığı evin həyətində kəsmişdir. Heyvanların bir neçəsi isə Qax rayonuna tanıdığı adamlara satmışdır. Digər heyvanları isə nə etdiyini bilmir. İlham eyni zamanda ona heyvanların bir qismini qoyun-quzuya dəyişdiyini demişdir. Lakin qoyunquzu ortada yoxdur. Fikrincə İlhamdan ona məxsus heyvanları götürən şəxslər həmin heyvanların İlhama yox, ona məxsus olmasını bilmişlər. Çünki, İlhamı hamı fəhlə kimi tanıyır. Təqsirləndirilən şəxs heyvanlar üzərində sərəncam vermək kimi hüquq verməmişdir. Bundan başqa İlham ona vurduğu maddi ziyana görə ondan möhlət istəmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında 11, 2019-cu ilin dekabr ayında isə 14 baş camış vermişdir. 11 baş camışdan 6-sı erkək, 5-i isə dişi olmuşdur. Erkək camışların hər birinin diri çəkisi təqribən 500-550 kq, dişi camışların isə hər biri boğaz olmaqla çəkisi təxminən 350-400 kq olmuşdur. 11 baş camışın hər biri sağlam heyvan olmuşdur. Erkək camışların qiyməti təqribən 2500 manat civarında, dişi camışların hamısı boğaz olduğu üçün onların da qiyməti erkək camışın qiyməti ilə təxminən bərabər olmuşdur. İlhama verdiyi boğaz dişi camışlardan biri ağ-qara rəngli olmaqla həmin rəngdə camış nadir hallarda tapıldığından onun qiyməti digərlərindən fərqli olaraq 5000 manat olmuşdur. 2019-cu ilin may ayında İlhama verdiyi 5 baş dişi camışlardan 4-ü İlhamın həyətində həmin ilin yay aylarında balalamışdır. Bundan sonra onun İlhamın həyətində 6 baş erkək, 5 baş dişi və səhv etmirsə 3 erkək 1-i dişi olmaqla cəmi 15 baş camışı olmuşdur. Yeni doğulmuş camış balalarının da hər biri sağlam olmuşdur. İlhama verdiyi 6 baş erkək camışlar 3-4 yaş arası, 5 baş dişi camışdan 4-ü 3-4 yaş arası, 1-i isə 7-8 yaş arasında olmuşdur. Bundan sonra 2019-cu ilin dekabr ayında İlhama 14 baş boğaz dişi camış vermişdir. Həmin camışlar da sağlam olmuş, hər birinin diri çəkisi təqribən 300-350 kq civarında olmuşdur. İlhama verdikdən bir neçə gün sonra həmin camışlardan biri səhv etmirsə dişi bala doğmuşdur. Beləliklə onun İlhamda 30 baş camışı olmuşdur. İşlərinin çox olması ilə əlaqədar olaraq İlhamın öz həyətində saxladığı camışlarına nəzarət etməkdə çətinlik çəksə də vaxt olduqda İlhamın həyətinə gedib camışlara baxmaq istədiyini bildirdikdə İlhamın özü və ailə üzvləri ona camışların Kürdəmir kəndindən sərhəd zolağı tərəfdə olan örüş sahəsində olmasını bildirmişdir. İlhamın ona qarşı etdiyi hərəkətlərdən sonra onun qapısına gedərək orada qalan 2 ana 2 bala camışı götürmüşdür. 2019-cu ilin dekabr ayında İlhama verdiyi 14 baş dişi camışlardan biri 5 yaş, qalanları isə 3-4 yaş aralığında olmuşdur. İlhama verdiyi erkək və dişi camışların hər birini X2 götürmüşdür. Həmin vaxt heyvanların diri çəkisi 5 manat hesablanmışdır. O, ümumilikdə İlhama 25 baş camış vermişdir. Həmin heyvanlardan 6-sı erkək, qalanları, 19-u isə dişi olmuşdur. Dişi camışlardan biri ağ-qara rəngli olduğunda görə qiyməti 5000, qalan dişi və erkək camışların hər birini orta hesabla qiyməti 2500 manat təşkil etmişdir. İlham törətdiyi əməl nəticəsində ona 65000 manat ziyan vurmuşdur. Lakin İlham 2020-ci ilin fevral ayında 2800 manat, 2020-ci ilin mart ayının sonlarında isə 2700 manat olmaqla 5500 manat pul vermişdir. Fikrincə İlham ona 59500 manat miqdarında maddi ziyan vurmuşdur. Hazırda onun əsas tələbi ya 59500 manat məbləğində pulun ya da ki, İlhama verdiyi heyvanların ona qaytarılmasıdır. 2019-cu ilin may ayında İlhama verilmiş 11 baş camışı Anar, 2019-cu ilin dekabr ayında verilmiş 14 baş camışı isə Zahirin həyətindən İlham özü götürmüşdür. Heyvanların təhvil təslimi ilə əlaqədar aralarında heç bir yazılı sənəd olmamışdır. Lakin İlham onun istifadəsində olan hər iki nömrəsinə mesaj yazaraq heyvanları satdığını özü etiraf etmişdir. İlhama işlədiyi müddət ərzində maaşı tam şəkildə verilmişdir. İlhamın heyvanları satmağından xəbəri olmamış, İlham özbaşına onun heyvanlarıın satmışdır. Əgər heyvanların satılmasından xəbəri olsa idi, şikayət etməzdi. Onun İlhama verdiyi camışlar sağlam olmuşdur. İlhamla razılaşmasına əsasən camışın südü və yağı İlhama qalacaqdı. İlham həftə ərzində hər camışdan bir kq yağ alsa idi, onun aylıq qazancı təqribən 500 manat civarında olardı. İlhama verdiyi heyvanları Şəki rayonu Daşüz kəndində yerləşən camışçılıq fermasından götürmüşdür. Belə ki, 2011-ci ildə səhv etmirsə Kənd Təsərrüfatı Nazirliyi yanında Şəki Qaratorpaq dövlət kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinə 150 ton buğda toxumu vermişdir. Həmin müəssisə ona olan borcunu ödəyə bilmədiyi üçün onları məhkəməyə vermiş, məhkəmə qərarı əsasında 90 000 manat ödənilməli idi. Lakin həmin müəssisə pulun əvəzinə ona camış təklif etdiyi üçün qəbul edərək 90000 manatın müqabilində diri çəkisi bir kiloqramı 5 manatdan hesablanmaqla ümumi olaraq 18 ton çəkidə diri camış götürmüşdür. İlhama verdiyi camışlar da həmin sıradan olmuşdur. Əvvəllər camışçılıqla məşğul olmamışdır. İlhama 2019-cu ilin may ayında verdiyi 6 baş erkək camışdan biri törədici olmaqla, 4 yaşlı diri çəkisi isə 500 kiloqram olmuşdur. Qalan 5 baş erkək camışın da hər biri 4 yaşlı olmaqla, diri çəkisi 500 kq olmuşdur. 5 baş dişi camışdan 4-nün hər biri boğaz olmaqla, diri çəkisi 350 kiloqram olmaqla 4 yaşlı olmuşdur. 1 dişi camış isə 7 yaşlı, boğaz olmaqla diri çəkisi 400 kiloqram olmuşdur. Beləliklə o, İlhama 2019-cu ilin may ayında 11 baş camış vermişdir. Bundan sonra isə 2019-cu ilin dekabr ayında isə 14 baş camış vermişdir. Həmin camışların hər biri dişi boğaz camışlar olmuşdur. Onlardan ikisinin 6 yaşı olmaqla, çəkiləri təqribən 400 kq, qalan 12-nin isə 3 yaşı, çəkiləri isə təqribən 200-300 kq arasında olmuşdur. Həmin heyvanlardan 330 kq olanını Zahirə, 235 kq olanı isə borcu olduğu üçün Nəsrullaha vermişdir. Qalan heyvanları çəkisi vərəqdə göstərilən qaydada olması mümkündür. Dəqiq vaxtını xatırlamır, həmçinin Şahid15 da tanımır. Əliabad bazarında olan zaman kimsə yaxınlaşaraq İlhamın onun ilə ot almağını bildirdikdə həmin şəxsə onun arasında heç bir razılıq olmadığını, İlhama kifayət qədər pul verdiyini, İlhamın əlindən bezdiyini demişdir. İlhama hər ay yem və ot üçün pul vermişdir. Hətta Zahirdən heyvanları götürən zaman Yengiyan kəndində yerləşən fermadan 600 ədəd qarğıdalı bağlaması, sonra isə 140 ədəd qarğıdalı bağlaması aparmışdır. İlhamın dedikləri tamamilə yalandır. Onun Hafiz adlı tanışı yoxdur. İlhama verdiyi camışları məhkəmə qərarı əsasında Şəki rayonunda yerləşən Daşüz fermasından almışdır. Həmin camışların hər biri nömrələnmiş halda olmuşdur. Ona borcun əvəzində verilmiş camışlara kiminsə şərik olması İlhamın uydurmasıdır. Əgər heyvanları satmağı İlhama desəydi, polisə şikayət etməzdi. Həmçinin aprel ayında İlhama heyvanları qaytarması barədə mesajlar yazmazdı. Həmin mesajlarda da İlham heyvanları satmağı etiraf edərək heyvanları qaytarması üçün ona vaxt verməyini xahiş etmişdir. Əgər heyvanları satmaq lazım olsa idi, özü sata bilərdi. Onun Zaqatala rayonunda kifayət qədər tanışı vardır. Onun Nurəddinə işlə əlaqədar 2760 manat borcu olmuşdur. 2020-ci ilin mart ayında Nurəddin borcunu götürmək üçün Zaqatala şəhərinə gəlmişdir. Nurəddinlə görüşən zaman ona borclu olduğu pulun əvəzinə camış verməyi təklif etmişdir. Nurəddin də maldarlıqla məşğul olduğu üçün razılaşmışdır. Bundan sonra o, İlhama zəng edərək onun harada olmasını maraqlandıqda İlham ona Əliabad qəsəbəsində olduğunu dediyindən İlhama orada qalıb gözləməsini bildirmişdir. Nurəddinlə birlikdə Əliabad qəsəbəsinə gedib İlhamı tapıb danışaraq Nurəddinə borcunun olduğunu, borcun əvəzində Nurəddinə kəlçələr verəcəyini, birlikdə gedib heyvanlara baxmağı demişdir. Bu zaman İlham ona heyvanların Alazan çayının yaxınlığında olan örüşdə olduğunu, heyvanları axşam gətirəcəyini deyərək axşam gəlib heyvanlara baxmaqlarını bildirmişdir. Belə olduqda İlhamla razılaşmışlar. Həmin gün axşam Nurəddinlə birlikdə İlhamın yaşadığı evə getmişlər, bu zaman İlham evdə olmadığından ona zəng edərək harada olmasını soruşduqda İlham cavabında ona örüşdə olduğunu, heyvanları axtardığını gecə saat 1-ə gələcəyini bildirərək səhəri gün heyvanlara baxmağı demişdir. Belə olduqda o, İlhama heyvanların hamısının sabah yerində olmasını, örüşə buraxmamasını bildirərək səhər gəlib heyvanları aparacağını demişdir. İlham da bu zaman onunla razılaşmışdır. Səhəri gün heyvanları götürmək üçün İlhamın yaşadığı kəndə getmiş, evlərinə girmədən İlhama bir neçə dəfə zəng etsə də onun telefonu söndürüldüyü üçün zəng çatmamışdır. Bu zaman əsəbiləşərək İlhamın evinə girmədən geri qayıtmışdır. Günorta İlhamın özü ona zəng edərək zəng etməyinin səbəbini maraqlanmış, daha sonra onu üzrlü saymasını, evdə yadından çıxıb demədiyini, heyvanların örüşə buraxıldığını bildirmişdir. Bundan sonra o, İlhamın evinə gedib həyətə girərək İlhamın harada olmasını soruşmuşdur. İlhamın analığı bu zaman İlhamı çağırdığı üçün yanına getmək adı ilə evdən çıxdığını bildirmişdir. Bu zaman heyvanların harada olmasını soruşduqda İlhamın analığı ona 2 yanı balalı camışı göstərib İlhamın bütün heyvanları satdığını qalan heyvanların bunlar olmasını, həmin heyvanları da müştərilərin bəyənmədiyi üçün satılmadığını bildirmişdir. Bundan sonra İlham ondan satdığı heyvanları geri qaytarmaq üçün vaxt istəmişdir. Lakin heyvanları qaytarmadığından 3 gün sonra da qalan heyvanları oradan götürmüşdür. Hər dəfə qapısına gedəndə müxtəlif bəhanələrlə İlham onu yayındırmışdır. Təqsirləndiriən şəxslə aralarında barışıq əldə olunmamış, ona dəyən zərər tam ödənilməmişdır. Ondan şikayətçidir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Balkişi oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Telman Həsərətovu 10 il olarkı tanıyır. Belə ki, 7-8 il bundan əvvəl anası xəstə olan zaman o, Telmanın həkim bacısı Qəribə həkimi evlərinə gətirmiş, o vaxtdan Telmanı onun qardaşı kimi tanımışdır. Lakin, Telmanla yaxın bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs isə 2020-ci ilin fevral ayından tanıyır. Belə ki, 2020-ci ilin fevral ayında həm həmkəndli, həm də qonşusu Şahid6 Zaqatala rayonunun Kürdəmir kənd sakini Təqsirləndirilən şəxs 1 baş camış kəlçəsi və 1 baş camış düyəsi satdığını söyləmişdir. Eyni zamanda Adil ona Təqsirləndirilən şəxs həmin heyvanlara müştəri tapmağı ondan xahiş etdiyini demişdir. 2-3 gündən sonra o, Şahid6lə birlikdə İlhamın evinə gedərək həmin heyvanlara baxmışdır. Həmin vaxt onların yanında İlhamın atası İlyas və İlhamın ailə üzvləri də olmuşdur. İlham tövlədəki 1 baş camış kəlçəsini və 1 baş camış düyəsini göstərərək həmin heyvanları satdığını söyləmişdir. İlham həmin heyvanların hər birini səhv etmirsə 1600 manata satdığını dedikdə qiymət baha olduğuna görə onlar həmin heyvanları almadan geri qayıtmışlar. Bundan bir neçə gün keçdikdən sonra İlham təkrar Adilə zəng vuraraq onlara təklif etdiyi 2 baş camışı kəsib satmaq üçün müştəri tapmaqlarını xahiş etmişdir. Bu barədə Adilin özü ona məlumat vermişdir. Adil bundan sonra Danaçı kəndində qəssab işləyən Rəcəb adlı şəxsə zəng vuraraq satılıq camış olması barədə məlumat vermişdir. O, Rəcəbi qəssab kimi 10 il olar ki, tanıyır. Adil isə Rəcəbi 1-2 il olar ki, tanıyır. Növbəti gün Rəcəb və Adillə birlikdə İlhamın evinə gedərək orada görüşmüşlər. Rəcəb İlhamdan həmin gün 1 baş camış kəlçəsini səhv etmirsə 1200-1300 manata kəsərək almışdır. Bundan 2-3 gün keçdikdən sonra İlham Adilə yenidən zəng vuraraq ev tikdiyini və evin damını təmir etmək üçün pula ehtiyacı olduğunu deyərək 2-3 baş camış düyəsini satmaq istədiyini demişdir. Adil özü bu barədə ona demişdir. Bundan sonra o, Adil və Rəcəblə birlikdə növbəti dəfə İlhamgilə getmişlər. İlham həmin vaxt heyvanların ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını söyləmişdir. 2020-ci ilin fevral ayında müxtəlif günlərdə Rəcəb İlhamdan 3 baş camış düyəsini kəsərək almışdır. Lakin, Rəcəb İlhama pul versə də, Rəcəbin İlhamdan 3 baş camış düyəni hansı məbləğdə pula almasını bilməmişdir. Onun işi satılıq heyvan tapdıqdan sonra alıcı və satıcı arasında əlaqə yaratmaqdan ibarətdir. Bunun müqabilində həm alıcı, həm də satıcı ona 20-25 manat pul vermişdir. Heyvanın qiymətini isə alıcı ilə satıcı öz aralarında razılaşdırırlar. Ona görə də Rəcəbin İlhamdan 4 baş camışı hansı qiymətə aldığını bilmir. Habelə onunla orada olan və birgə işləyən Şahid6 də İlhamla Rəcəb arasındakı mal alqısatqısında vasitəçi olmuşdur. Şahid6 onun həm həmkəndlisi, həm də qonşusudur. Uzun illərdir Adili tanıyır. Adil də fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olur. Həm İlham, həm də Rəcəb ona və Adilə hər baş heyvana görə 30 manat olmaqla, cəmisi 120 manat məbləğində pul vermişdirlər. Həmin puldan isə ona 60 manat məbləğində pul qalmışdır. Onun və Adilin vasitəçiliyi ilə Rəcəb İlhamdan ümumilikdə 1 baş camış kəlçəsi və 3 baş camış düyəsi almışdır. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs evinə gedəndə İlhamın evinin həyətindəki tövlədə təxminən 20-25 baş dişi və erkək camış olmuşdur. Təqsirləndirilən şəxs Rəcəbə satdığı heyvanların özünə məxsus olduğunu və pula ehtiyacı olduğuna görə satdığını demişdir. İlhamın Rəcəbə satdığı 4 baş camışın Zərərçəkmiş şəxs məxsus olduğunu əvvəlcədən bilməmişdir. O, vasitəçi olduğundan və satılan heyvanların qiymətlərini İlhamla Rəcəb öz aralarında danışdıqlarından İlhamın həmin heyvanları hansı qiymətə satması barədə məlumatı yoxdur. İlhamın dedikləri yalandır. İlham, Adilə heyvan satmamışdır. Həmin heyvanları o və Adillə birlikdə İlhamgilə gedən qəssab Rəcəb kəsərək almışdır. O və Adil isə həmin alqı-satqıda vasitəçi olmuşdur. İlham Rəcəbə 2 baş camış kəlçəsi və 2 baş camış düyəsi deyil, 1 baş camış kəlçəsi və 3 baş camış düyəsi satmışdır. Əvvəllər Rəcəb onun vasitəçiliyi ilə heyvan almamışdır. Həmçinin bu cür alqısatqılarda vasitəçi olmamışdır. Yalnız tanıdığı adamların mal alıb-satmasında vasitəçi olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında camışların saxlanılması və sonradan satılaraq pulunun mənimsənilməsi məsələsi barədə heç bir məlumata malik deyildir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs 20 ildir ki, tanıyır. Özü də əvvəllər fermer təsərrüfatı ilə məşğul olduğundan Telmanı çox yaxşı tanıyır və əvvəllər ünsiyyətləri olmuşdur. Onun Telmanla yaxın bir münasibəti olmasa da, Telmanı zəhmətkeş və işgüzar adam kimi tanıyır. Lakin, Zaqatala rayonunun Kürdəmir kənd sakini Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs fermer təsərrüfatından başqa, Zaqatala rayonunda əkinçilik və tütünçülüklə də məşğul olan şəxsdir. O, Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində yerləşən heyvanların kəsim məntəqəsinin sahibidir. Həmin məntəqədə xırda və iri buynuzlu heyvanların kəsimi ilə məşğul olur. 2020-ci ilin mart ayında Aşağı Tala kəndində yerləşən “Tala-qala” kafesinin qarşısında Telmanla rastlaşmışdır. Telman ondan kiminsə kəsim üçün camışlar gətiribgətirməməsini maraqlandıqda Telmana İbadullah adlı tanışının təxminən 2019-cu ilin sentyabr ayında kəsim üçün 1 baş camış gətirdiyini demişdir. Telman İbadullanın bundan başqa kəsim üçün heyvan gətirib-gətirməməsi ilə maraqlandıqda Telmana İbadullahın kəsim üçün başqa heyvan gətirmədiyini demişdir. 2020-ci ilin aprel ayında Telman yenidən ona zəng edərək bu məsələni polisə verdiyini, həmin məsələ ilə bağlı nə bilirsə danışmağını xahiş etmişdir. O da həmin məsələ ilə bağlı nə məlumdursa bu barədə polisə izahat verəcəyi barədə Telmana söz vermişdir. Bundan başqa onun Telmanla nə üzbəüz formada görüşü, nədə ki, telefon danışığı olmuşdur. O, İlhamı tanımır və heç vaxt İlhamın həyətinə getməmiş, evini tanımır. İlhamın onu tanımadığı halda adını nə səbəbdən çəkməsi barədə heç bir məlumatı yoxdur. İbadulla onun işlətdiyi kəsim məntəqəsinə kəsməyə bir baş camış gətirmişdir. O, İbadullanın həmin camışı haradan gətirməsini bilmir. İbadulla heyvanı haradan gətirməsi barədə ona bir söz deməmiş, o da bu barədə İbadulladan bir söz soruşmamışdır. İbadullanı yox, atası Nəzir Muradovu yaxşı tanıyır. İbadulla ilə isə yaxın bir münasibəti yoxdur. Qeyd etdiklərindən başqa həmin məsələ ilə bağlı başqa bir məlumatı yoxdur. İlhamın dedikləri tamamilə yalandır. Ümumiyyətlə onunla İlham arasında hər hansı bir telefon danışığı, əlaqə olmamışdır. Hafiz adlı şəxsi tanımır, ona elə bir adam zəng etməmişdir. Göstərdiyi kimi, Telmanın heyvanlarından birini İbadulla gətirmişdir. O da həmin heyvanı kəsib ətini təhvil vermişdir. Həmin heyvanın da Telmana məxsus olmasını sonradan bilmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs 10 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs həm əkin sahələri, həm də fermer təsərrüfatı var. Lakin, Telmanla yaxın bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Belə ki, traktorçu olduğuna görə İlham əvvəllər ona və ailəsinə məxsus sahələrdə taxıl biçini ilə məşğul olmuşdur. İlham 2018-ci ildə “xxxx” ASC-nin Şəki filialından kombayn icarəyə götürərək ona məxsus torpaq sahəsində taxıl biçini ilə məşğul olmuşdur. Buna görə də, o, 2019-cu ildə də özünə məxsus torpaq sahəsində taxıl biçinini İlhama tapşırmışdır. Təxminən 2019-cu ilin fevral ayında İlham ondan 4000 manat pul götürərək kombayn icarəyə götürəcəyini və həmin kombaynla iyun ayında ona məxsus torpaq sahəsində taxıl biçəcəyini demişdir. Lakin, İlham onu aldadaraq 2019-cu ilin iyun ayında taxıl biçməyə gəlməmiş və məcbur olub başqa kombaynçı ilə razılaşaraq taxıl biçdirmişdir. Bundan sonra dəfələrlə İlhama zəng vuraraq ona olan 4000 manat borcunu geri qaytarmasını tələb etmişdir. Bundan bir müddət keçdikdən sonra İlham Zaqatala şəhərində onunla görüşərək 1500 manat pul verərək qalan 2500 manat borcunu isə geri qaytaracağını demişdir. Lakin İlham bundan sonra hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu tez bir zamanda qaytaracağını söyləmişdir. 2019-cu ilin noyabr ayında İlham görüşərək ona olan borcunu pul şəkilində qaytara bilmədiyini və həmin pulun əvəzinə özünə məxsus camışları verə biləcəyini dedikdə İlhamla razılaşmışdır. Bundan sonra o, İlhamgilin həyətində camışlara baxmışdır. Həmin vaxt İlham evdə olmasa da, ailə üzvləri həyətdə olmuşdur. 2500 manat pulun əvəzinə 3 baş camışın ona verilməsi ilə bağlı İlhamla əvvəlcədən razılaşmışdır. Növbəti gün o, İlhamın iştirakı ilə həmin camışları şəhərə gətirmişdir. Camışlardan birini öz təsərrüfatına buraxmış, Digər 2-sini isə diri şəkildə kəsim məntəqəsinə vermişdir. Səhv etmirsə camışlardan birini qəssab Rasim kəsmişdir. Lakin o, orda olmamışdır. Tanıdığı bir neçə qəssab olduğundan digər camışın isə hansı qəssaba təhvil verildiyini xatırlamır. Öz təsərrüfatına buraxdığı camışın isə kəsilib-kəsilməməsi barədə dəqiq bir söz deyə bilmir. Çünki, iri fermer təsərrüfatı vardır. Bu barədə dəqiq bir məlumatı yoxdur. 2020-ci ilin mart ayının əvvəllərində Telmanla rastaşdıqda sonuncu ondan İlhamın ona camışlar verib-verməməsini soruşduqda Telmana İlhamın borcunun əvəzinə ona 3 baş camış verdiyini demişdir. Bundan sonra İlhamın Telmana məxsus camışları ayrı-ayrı şəxslərə satdığını, Telman bununla bağlı Zaqatala RPŞ-yə şikayət ərizəsi verdiyini öyrənmişdir. O, İlhamın borc əvəzi verdiyi 3 baş camışın Telmana məxsus olduğunu bilməmişdir. O, sonradan yəni 2020-ci ilin mart ayında Telmanla rastlaşıb söhbət edərkən, İlhamın ona verdiyi 3 baş camışın Telmana məxsus olduğunu bilmişdir. Təqsirləndirilən şəxs bundan başqa ona camış və hər hansı başqa iri və ya xırda buynuzlu heyvan satmamış, ona olan borcunun əvəzinə 3 baş camış vermişdir. O, dəqiq tarixi xatırlamır. Lakin ola bilsin ki, həmin tarixdə öz təsərrüfatlarında olan mallardan Rasimə kəsim üçün versinlər. İlhamın ona verdiyi camışları 2019-cu ilin noyabr ayında kəsim məntəqəsinə satmışdır. Kəsim məntəqəsində ətin kiloqramı 8 manatdan hesablanmışdır. Hər iki heyvanın çəkisi təxminən 115-120 kiloqram olarmış. Həmin 3 baş camış kəlçəsi kəsim məntəqəsində qiymətləndirilən zaman artıq gələn məbləği İlhama göndərmişdir. Səhv etmirsə 200-300 manat artıq gələn pulu İlhama qaytarmışdır. Camışlardan ikisi diri şəkildə kəsim məntəqəsinə satılmış, birini isə təsərrüfatlarına buraxmışdır. Lakin halhazırda kəsilib-kəsilməməsi barədə heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. İlham onun həmkəndlisidir. Hər ikisi ilə münasibəti yaxşıdır. Zərərçəkmiş şəxs onun yaşadığı kənddə taxıl əkini ilə məşğul olduğuna görə onu 7-8 il olar kı, tanıyır. Təqsirləndirilən şəxs onun qonşusudur. İlham traktorçudur və əvvəllər Zərərçəkmiş şəxs işçisi olmuş, Telmana məxsus sahələrdə taxıl biçini ilə məşğul olmuşdur. 2019-cu ildə İlhamın kəndin naxırına camışlar sürdüyünü görmüşdür. İlhamın heyvanlarının olduğunu bilməmişdir. Sonradan kənd sakinlərindən öyrənmişdir ki, Telman İlhama baxması üçün 15-18 baş camış vermişdir. 2020-ci ilin fevral ayında İlham onun evinə gələrək Telmanla görüşmək üçün Zaqatala şəhərinə getməli olduğunu bildirərək onu maşını ilə Zaqatala şəhərinə aparmağını istəmişdir. O da etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İlhamı Zaqatala şəhərinə Telmanın evinə aparmışdır. X12 məxsus həyətində saxladığı 1 baş camışı satdığını və həmin camışın satışından əldə etdiyi pulu Telmana vermək üçün Zaqatala şəhərinə getdiyini demişdir. Lakin, İlham camışı neçəyə satdığını ona söyləməmişdir. O, İlhamı Telmanın evinin qarşısında düşürüb orada maşının içərisində gözləmişdir. Təxminən yarım saat keçdikdən sonra İlham geri qayıtmış və İlhamı aparıb evinə düşürmüşdür. Bundan təxminən 10 gün keçdikdən sonra İlham yenidən yaşadığı evə gələrək Telmanla görüşmək üçün Zaqatala şəhərinə getməli olduğunu söyləyərək onu Zaqatala şəhərinə aparmağını xahiş etdiyindən İlhamla razılaşaraq onu Telmanın evinə aparmışdır. Yolda söhbət zamanı İlham Telmana məxsus 1 baş camışı satdığını və pulunu Telmana vermək üçün şəhərə getdiyini demişdir. İlham Telmanla görüşdükdən sonra İlhamı evinə gətirib qoymuşdur. Həmin gün də o, İlhamı Telmangilin evinin darvazasının ağzında maşının içərisində gözləmişdir. Bundan bir müddət keçdikdən sonra yaşadığı Kürdəmir kəndində Telmanla rastlaşdıqda sonuncu İlhamın ona məxsus camışları ondan icazə almadan xəbərsiz satdığını demişdir. Telman ondan İlhamın camışları kimlərə və neçəyə satmasını, həmin pulları hara xərcləməsini soruşduqda Telmana bu barədə heç nə bilmədiyini demişdir. İlhamın Telmana məxsus heyvanları Telmandan xəbərsiz satmağından xəbəri olmamışdır. Çünki, İlhamı iki dəfə Telmangilə aparan zaman İlham satdığı camışın pulunu vermək üçün şəhərə Telmanla görüşməyə getdiyini söyləmişdir. Buna görə də, o, elə başa düşmüşdür ki, İlham Telmandan gizli iş görməz. İlhamı Telmanın evinə apararkən İlhamla Telmanın onun yanında camışların satışı ilə bağlı hər hansı söhbət etdiyini eşitməmişdir. Çünki İlham maşından düşdükdən sonra Telmanın evinə daxil olmuş, o, isə İlhamı Telmangilin darvazasının ağzında maşının içərisində gözlədiyindən İlhamla Telmanın nə söhbət etdiklərini eşitməmişdir. İlham yalnız yolda gedərkən Telmana satdığı camışa görə pul verəcəyini desə də, İlham ona başqa bir şey deməmişdir. İkinci dəfə İlhamı Telmangilə aparan zaman da eyni hal təkrarlanmışdır. İlham ona Telmana məxsus camışları sonuncunun icazəsi olub-olmadan satması barədə heç bir söz deməmişdir. O, özü də bu barədə İlhamdan bir söz soruşmamışdır. Fikirləşmişdir ki, İlham Telmangilə gedirsə deməli Telmanın camışın satışından xəbəri var. İlhamın Telmana məxsus olan camışları kimə satması barədə məlumatı yoxdur. İlham bu barədə ona heç nə deməmiş, o özü də bu barədə İlhamdan bir söz soruşmamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs tanıyır. 2019-cu ilin aprel ayında Telman ona baxmaq üçün 15 baş camış düyəsi vermişdir. O, həmin heyvanlara Yengiyan kəndində Telmanın qardaşına məxsus fermada baxmışdır. O, Telmandan heyvanları götürəndə aralarında razılaşma olmuşdur ki, Telman ona verdiyi 15 baş heyvanı diri çəkidə çəkdikdən sonra təhvil verir. Həmin heyvanların yemi onun hesabına verilir. 2019-cu ilin oktyabr ayında isə Telmanın ona verdiyi 15 baş heyvan yenidən tərəzidə diri çəkildikdən sonra aprel ayında heyvanları təhvil alarkən qeydə alınan çəkiləri çıxıldıqdan sonra artıq gələn hər 1 kiloqram üçün 5 manat hesablanmaqla əldə edilən gəlir Telmanla onun arasında yarı-yarıya bölünəcəkdi. Onun payına düşən pul müqabilində Telman ona diri çəkidə camış verməli idi. O, 2019-cu ilin aprel ayında Telmandan 15 baş heyvanı təhvil alarkən ümumi çəkisi 2 ton 870 kiloqram gəlmişdir. 2019-cu ilin oktyabr ayında heyvanları Telmana təhvil verərkən isə 15 heyvanın ümumi çəkisi 4 ton 370 kiloqam olmuşdur. Beləliklə də, 2019-cu ilin aprel ayından oktyabr ayına qədər 15 heyvanın çəkisi 1 ton 500 kiloqram artmışdır. Aralarında olan razılaşmaya əsasən Telman onun payına düşən 750 kiloqram çəkiyə uyğun sayda diri camış verməli idi. O, bundan sonra dəfələrlə Telmandan payına düşən diri camışı istəsə də, Telman onun payını verməmişdir. 2019-cu ilin oktyabr ayının əvvəlində Telman heyvanları ondan təhvil almamışdan qabaq o, Telmana camış düyələrini hövrə gətirmək üçün bir baş camış kəlçəsi lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra Zaqatala rayonunun Kürdəmir kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Qazel” markalı avtomobillə bir baş camış kəlçəsini gətirmişdir. Lakin, həmin vaxt o, evdə olduğu üçün İlham kəlçəni oğluna təhvil vermişdir. Bundan sonra onda 16 baş camış qalmışdır. O, bundan sonra aralarında olan razılaşmaya əsasən Telmana zəng edərək 16 baş heyvanını geri götürməsini və ona çatacaq sayda diri çəkidə camış verməsini tələb etsə də, o heyvanları gəlib götürməmiş və onun payını verməmişdir. 03 noyabr 2019-cu il tarixdə o, heyvanları İlhama təhvil vermişdir. İlham 2 aya yaxın müddətdə həmin heyvanlara orada, yəni Yengiyan kəndindəki damda baxmışdır. Daha sonra isə İlhamın həmin heyvanları hara aparmasından xəbəri olmamışdır. Dəfələrlə dedikdən sonra Telman ona çatacaq pulun əvəzinə 330 kiloqram çəkidə 1 baş camış düyəsi vermişdir. Bundan sonra o, Telmanla münasibətini kəsmişdir. Təqsirləndirilən şəxs isə ümumiyyətlə yaxından tanımamışdır. O, İlhamı Telmanın işçisi kimi tanımışdır. İlham Telmana məxsus “Qazel” markalı avtomobil idarə etmişdir. Bundan başqa İlhamın haqqında bir şey bilmir. Daha sonra öyrənmişdir ki, İlham Telmana məxsus heyvanları mənimsəyərək satmışdır. Telmanla İlham arasındakı haqq-hesab barədə heç bir məlumatı yoxdur. O, Telmanla 2019-cu ilin oktyabr ayının axırında əlaqəsini kəsmiş, heyvanlarını da tam şəkildə təhvil vermişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs isə 2020-ci ilin fevral ayından tanıyır. Belə ki, 2020-ci ilin fevral ayında ona zəng gəlmiş, həmin şəxs özünü Zaqatala rayonunun Kürdəmir kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim edərək ona 1 baş camış kəlçəsi və 1 baş camış düyəsi satdığını deyərək həmin heyvanlara müştəri tapmağını xahiş etmişdir. O, İlhama heyvanlara baxdıqdan sonra bir söz deyəcəyini bildirib heyvanların harada olmasını soruşduqda İlham ona heyvanların yaşadığı evin həyətində tövlədə olduğunu demişdir. O, tanışı Şahid1la birlikdə İlhamın evinə gedərək həmin heyvanlara baxdıqda yanlarında İlhamın atası İlyas və İlhamın ailə üzvləri olmuşdur. İlham tövlədəki 1 baş camış kəlçəsini və 1 baş camış düyəsini göstərərək həmin heyvanların hər birini 1600 manata satdığını demişdir. Lakin qiymət baha olduğuna görə o və Haccov həmin heyvanları almadan geri qayıtmışdır. Bundan bir neçə gün keçdikdən sonra İlham təkrar zəng vuraraq ona təklif etdiyi 2 baş camışı kəsib satmaq üçün müştəri tapmağını xahiş etmişdir. Bundan sonra Danaçı kəndində qəssab işləyən Rəcəb adlı şəxsə zəng vuraraq satılıq camış olması barədə məlumat vermişdir. Növbəti gün Rəcəb və Haccovla birlikdə İlhamın evinə gedərək onunla görüşmüşlər. Rəcəb İlhamdan həmin gün 1 baş camış kəlçəsini səhv etmirsə 1200-1300 manata almışdır. Bundan 2-3 gün keçdikdən sonra İlham ona yenidən zəng vuraraq ev tikdiyini və evin damını təmir etmək üçün pula ehtiyacı olduğunu deyərək 2-3 baş camış düyəsini satmaq istədiyini dedi. Bundan sonra o, Haccov və Rəcəblə birlikdə növbəti dəfə İlhamgilə getmişdir. İlham həmin vaxt heyvanların ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını söyləmişdir. 2020-ci ilin fevral ayında müxtəlif günlərdə Rəcəb İlhamdan 3 baş camış düyəsini kəsərək almışdır. Lakin, Rəcəb İlhama pul versə də, Rəcəbin İlhamdan 3 baş camış düyəni hansı məbləğdə pula almasını bilməmişdir. Onun işi satılıq heyvan tapdıqdan sonra alıcı və satıcı arasında əlaqə yaratmaqdan ibarət olmuşdur. Bunun müqabilində həm alıcı, həm də satıcı ona 20-25 manat pul vermişdir. Heyvanın qiymətini isə alıcı ilə satıcı öz aralarında razılaşdırırlar. Ona görə də Rəcəbin İlhamdan 4 baş camışı hansı qiymətə aldığını bilmir. Onunla orada olan və birgə işləyən Şahid1 da İlhamla Rəcəb arasındakı mal alqı-satqısında vasitəçi olmuşdur. Şahid1 onun həm həmkəndlisi, həm də qonşusudur. Uzun illərdir Haccovu tanıyır. Haccov da fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olur. Həm İlham, həm də Rəcəb ona və Haccova hər baş heyvana görə 30 manat olmaqla, cəmisi 120 manat məbləğində pul vermişdirlər. Həmin puldan isə ona 60 manat məbləğində pul qalmışdır. Onun və Haccovun vasitəçiliyi ilə Rəcəb İlhamdan ümumilikdə 1 baş camış kəlçəsi və 3 baş camış düyəsi almışdır. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs evinə gedəndə evin həyətindəki tövlədə təxminən 20-25 baş dişi və erkək camış olmuşdur. Təqsirləndirilən şəxs Rəcəbə satdığı heyvanların özünə məxsus olduğunu və pula ehtiyacı olduğuna görə satdığını demişdir. O, həmin heyvanların Telmana məxsus olduğunu əvvəlcədən bilməmişdir. O, vasitəçi olduğundan və satılan heyvanların qiymətlərini İlhamla Rəcəb öz aralarında danışdıqlarından İlhamın həmin heyvanları hansı qiymətə satması barədə məlumatı yoxdur. İlham ona heyvan satmamışdır. Həmin heyvanları o, Haccovla birlikdə İlhamgilə gedən qəssab Rəcəb almışdır. O və Haccov isə həmin alqı-satqıda vasitəçi olmuşdur. İlham Rəcəbə 2 baş camış kəlçəsi və 2 baş camış düyəsi deyil, 1 baş camış kəlçəsi və 3 baş camış düyəsi satmışdır. Rəcəbi 1-2 il olar ki, tanıyır. O, Danaçı kəndində məşhur qəssabdır. Demək olar ki, əksər adamlar Rəcəbi tanıyır. Əvvəllər Rəcəb onun vasitəçiliyi ilə heyvan almamışdır. Həmçinin bu cür alqı-satqılarda vasitəçi olmamışdır. Yalnız tanıdığı adamların mal alıbsatmasında vasitəçi olmuşdur. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs Kürdəmir kənd sakini kimi tanıyır. Telmanın adını isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi eşitmişdir. Onların heç biri ilə arasında hər hansı ədavət, düşmənçilik olmamışdır. Kənd sakinlərindən eşitdiyinə görə Telman İlhama saxlamaq üçün camışlar vermiş, İlham isə sonradan həmin camışları satmışdır. İlhamın əvvəllər mal-qara saxlayıb-saxlamaması barədə heç bir məlumatı yoxdur. İlhamın əvvəllər xeyli sayda mal-qara saxlamış olsaydı yəqin ki, bu barədə eşidərdi. Səhv etmirsə 2019-cu ilin oktyabr ayından başlayaraq təxminən 2019-cu ilin dekabr ayına qədər 3-4 gündən bir İlham onun mağazasına gələrək əsasən 40 kq kəpək və toyuq-cücə üçün yem almışdır. Əsasən aldığı yemin pulu yerindəcə verir, bəzən isə borclu qalmışdır. 1 kisə kəpəyin çəkisi 20 kq olmaqla 5 manata satır. Həmin müddət ərzində İlham ondan təqribən 200-300 manatlıq alver etmişdir. Hazırda İlhamın ona 83 manat borcu vardır. İlhamla yaxın münasibəti olmadığından İlhamın nə qədər heyvanının olması, hansı növ heyvanlara baxması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ondan sonuncu dəfə səhv etmirsə bir müddət qabaq toyuq üçün yem almışdır. Həmin vaxt maddi imkanının olmadığını deyərək yemin pulunu verməmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında heyvanlar üçün aldığı yemə görə ona borclu olduğu 300 manatı ödəməsi barədə dedikləri yalandır. İlham ona bir dəfəyə 300 manat pul verməmişdir. İlham ondan alver edən zaman yemin pulunu çox vaxt ödəmişdir. Ümumiyyətlə İlhamın ona 300 manat borcu olmamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, İlhamı Zaqatala rayonu Kürdəmir kənd sakini kimi tanıyır. Bildiyi qədəri ilə İlham Yengiyan kənd sakini Telmanla birlikdə işləmişdir. Telmanın Zaqatala rayonu ərazisində təsərrüfatı olduğu üçün bir qədər tanınmış adamdır. İlham səhv etmirsə Telmanın sahəsində traktor və Qazel sürmüşdür. 2019-cu ilin avqust-sentyabr ayları ərzində İlham hissə-hissə olmaqla ümumlikdə ondan 200 ədəd qarışıq ot bağlaması götürmüşdür. Həmin bağlamaların hər birini İlhama 3 manata satmışdır. Onun evi yolun kənarında yerləşdiyi üçün İlham əsasən axşam vaxtları sahədən qayıdanda götürmüşdür. İlham götürdüyü bağlamaların pulunu dərhal yerindəcə ödəmişdir. Bir neçə dəfə ona nisyə ot satmağını təklif etsə də İlhamın bir qədər narahat adam olduğunu hiss edib onunla razılaşmamışdır. Aralarında olan söhbət zamanı İlham ona Telmanın camışlarına baxdığını, ot bağlamalarını da ona görə almasını, həmin heyvanların içində özünü heyvanlarının olmasını, ikisinin bir yerdə baxdığını, ot çatdıra bilmədiyini demişdir. İlham ona aldığı bağlamaların pulunu hər dəfə versə də sonda 10 manat borclu qalmışdır. İlhamdan 10 manatını istədikdə o, hər dəfə bu gün sabah deyədeyə onu aldatmışdır. Buna görə İlhamla telefonda danışaraq 10 manatı ona keçdiyini və bir daha ot üçün onun qapısına gəlməməsini bildirmişdir. Bu yaxınlarda kənd camaatından İlhamın Telmanın camışlarını satdığına görə Telmanın şikayət etməsini eşitmişdir. O, Təqsirləndirilən şəxs həyətində saxladığı heyvanları görməmişdir. İlham yalnız ondan ot almaq üçün qapısına gəlmişdir. Ot bağlamalarını da özü idarə etdiyi Qazellə hissə-hissə daşımışdır. Təqsirləndirilən şəxs ondan ot almasına görə tanımış, onunla əvvəllər heç bir münasibəti olmamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Belə ki, bacısı İlhamla qonşuluqda yaşayır, həmçinin İlhamla uzaq da olsa qohumluq əlaqələri vardır. Telmanı isə rayon ərazisində təsərrüfat işləri ilə məşğul olan şəxs kimi tanıyır. Nə İlham, nədə ki, Telmanla heç bir ədavəti, düşmənçiliyi yoxdur, onların hər ikisi ilə normal münasibəti vardır. 2019-cu ilin dekabr ayından 2020-ci ilin fevral ayına qədər İlham ondan hissə-hissə olmaqla cəmi 150 ədəd ot bağlamaları almışdır. Hər bir bağlamanı İlhama 3 manatdan satmışdır. İlham həmin bağlamaların pulunu ona hissəhissə vermişdir. Ot bağlamalarının pulunu İlhamdan çətinliklə almışdır. Hər dəfə İlham ot aparanda “heyvan satıb pullarını verəcəm narahat olma” demişdir. Səhv etmirsə sonuncu dəfə 2020-ci ilin fevral ayında İlham onda 30 ya da 40 ədəd ot bağlamaları alaraq aparmış, təxminən 7-10 gün sonra isə pulunu gətirib vermişdir. Ot bağlamalarının hamısını İlham özü aparmışdır. İlhamla söhbət əsasında ona məlum olmuşdur ki, İlham Telmanın yanında traktor və Qazel sürməklə bərabər Telmanın ona verdiyi camışlara da baxmışdır. Təqribən 2020-ci ilin aprel ayında kənd camaatından Telmanın İlhamı, onun camışlarını xəbərsiz satdığına görə axtarmasını eşitmişdir. Bu söhbəti eşidəndən bir müddət sonra İlhamla Əliabad bazarında rastlaşan zaman ondan Telmanın heyvanlarını niyə satmasını soruşduqda İlham ona “heyvanları satıb ot almışam” demişdir. Bundan sonra İlhama “bu məsələ ot məsələsi deyil” dedikdə bu zaman İlham cavab olaraq ona “traktor xarab olmuşdu satıb, ona da pul qoymuşam” demişdir. Bildiyi qədəri ilə İlham sakit təbiətli adam olsa da, bir qədər yalan danışmağa meyllidir. İlham ona bir dəfəyə 450 manat pul verməmiş, aldığı ot bağlamalarının pulunu hissə-hissə ödəmişdir. İlham özü bir qədər yalan danışmağa meylli adam olduğu üçün o, heç İlhama 150 ədəd bağlamaları də bir dəfəyə verməmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, səhv etmirsə 2020-ci ilin yanvar ayının sonları, fevral ayının əvvəllərində Nazim adlı tanışı onunla əlaqə saxlayaraq “Kürdəmir kəndində camış satan var, istəsən ona baxarıq” dedikdə Nazimlə razılaşaraq onunla görüşüb heyvanı satan şəxsin yanına getmişdir. Bu zaman həmin şəxsin adının İlham olması məlum olmuşdur. Həyətdə heyvanlara baxan zaman səhv etmirsə 12 ya 13 baş camış olmuşdur. Həmin heyvanlara baxdıqda heyvanlara zəif qulluq olunduğu görünmüşdür. Çardaqda heyvan üçün nə yem, nə də ot olmuşdur. Söhbət zamanı İlham ona həmin camışların özünə məxsus olduğunu, heyvanlara baxmağa maddi imkanının çatmadığını, aldığı ota görə bir qədər borcunun olmasını bildirmişdir. O, bundan sonra heyvanları müşahidə etdikdə heyvanların həyətdəki tövləyə rahat şəkildə girib çıxdığını görüb heyvanların İlhama məxsus olmasına inanmış, həmçinin İlham da heyvanların onun özünə məxsus olmasına inandırmışdır. Həyətdə olan camışlardan təxminən 2 yaşlı, dişi, diri çəkiləri isə təxminən 170-180 kq arası olan 2 ədədini almışdır. Hər bir camışa görə İlham 800-900 manat pul istəsə də İlhama 1400 manat pul vermişdir. Aldığı iki camışı götürüb Qax rayonuna gəlmiş, arıq olduğu üçün onları kəsməmiş, bir qədər qulluq edib kökəldikdən sonra kəsib satmağı fikirləşmişdir. Bundan təqribən 1 həftə sonra İlham istifadəsində olan xatırlamadığı nömrəsi ilə onun istifadəsində olan mobil nömrəyə zəng edərək “pula ehtiyacım var, ona görə camışları satıram. İstəyirsənsə gəl bax” demişdir. Bundan sonra İlhamın yaşadığı evə gedərək camışlara yenidən baxmış, həyətdə olan zaman əvvəl gördüyü camışları yenidən görüb bir daha həmin heyvanların İlhama məxsus olmasına inanmışdır. Bundan sonra İlhamdan hər birini 700 manata olmaqla, 3 baş təxminən 2 yaşlı, dişi, diri çəkiləri isə təxminən 170-180 arası olan camış almışdır. Həmin aldığı camışları da Qax rayonuna gətirib kökəltmək üçün saxlamışdır. Səhv etmirsə İlhamdan 3 baş camışı aldıqdan sonra onun həyətində 4 baş 2 yaşa qədər, diri çəkiləri isə təxminən 170-180 arası olan dişi camış, 3 baş yanı balalı və bir baş yaşlı camış qalmışdır. İlhamdan 3 baş camışı aldıqdan təxminən 1 həftə sonra İlham ona yenidən zəng edərək camışları ümumiyyətlə satıb qurtarmaq istədiyini bildirdiyindən tanışı Səxavətə Zaqatala rayonu Kürdəmir kəndində İlham adlı şəxsin özünə məxsus camışları satdığını, istəyirsə baxmasını demişdir. Bundan sonra o, İlhamın qapısına gedərək heyvanlara baxıb 4 baş 2 yaşa qədər, diri çəkiləri isə təxminən 170-180 kq olan dişi camış götürmüşdür. Həmin 4 ədəd dişi camışa görə İlhama 2800 manat pul vermişdir. O, ümumilikdə İlhamdan aldığı camışlara görə ona 6300 manat pul vermiş, həmin camışları da götürüb Qax rayonuna kökəltmək üçün aparmışdır. Bir müddət həmin heyvanlara qulluq edərək onları kəsib hər kq-nı 8 manat 50 qəpikdən satmışdır. İkinci dəfə İlhamdan camışları alan zaman İlham ona qalan camışları qoyunla dəyişəcəyini bildirmişdir. Lakin sonradan İlhamın dediyinə görə məsələ alınmamışdır. İlham həmin heyvanların ona məxsus olduğunu demişdir. Əgər kiminləsə şərik olduğunu desə idi, İlhamdan digər şərikini çağırmasını tələb edər, yada ki, həmin şəxslə telefonda danışıb razılıq alardı. İlhamdan ümumilikdə 9 baş dişi camış almış, həmin camışların hər biri 2 yaşa qədər olmuş, diri çəkiləri isə təxminən 170-180 kq arasında olmuşdur. Həmin heyvanlara baxdıqda onlara qulluq edilmədiyi görünmüşdür. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, səhv etmirsə 2020-ci ilin fevral ayının ortalarında Qax rayonundan qəssab kimi tanıdığı Mahmud ona zəng edərək Zaqatala rayonu Kürdəmir kəndindən İlham adlı şəxsin camış satdığını bildirərək “istəyirsənsə get bax” demişdir. Heyvanların alqı-satqısı ilə məşğul olduğundan həmin heyvanları alıb lazım olsa ya kəsib satmağı, yada ki, kökəldib diri satmağı fikirləşmişdir. Bundan sonra İlham ona zəng edərək “nömrəni Mahmuddan götürmüşəm, camış satıram istəyirsənmi?” dediyindən İlhama “Mahmud mənə deyib gəlib heyvanlara baxacam” demişdir. Zaqatala rayonu Kürdəmir kəndinə gedib İlhamın yaşadığı evi kənd sakinlərindən soruşub tapmış, həyətdə İlhamla görüşüb söhbət edən zaman İlham ona camışların özünə məxsus olduğunu, camışlara baxmaqda çətinlik çəkdiyini, heyvanları yemləmək üçün otunun olmadığını bildirmişdir. O, bu zaman heyvanlara baxdıqda onların sərbəst hərəkət etdiklərini görüb İlhamın sözünə inanmışdır. Bu zaman İlhamın ailə üzvləri də həyətdə olmuşlar. Həyətdə olan camışlardan 3 yanı balalı təqribən 2 yaşa qədər, hər birinin çəkisi isə təqribən 170-190 kq arası olardı. Balalardan isə ikisi erkək, biri dişi olmuşdur. Hər bir balanın diri çəkisi təqribən 40 kq-a qədər olardı. Digər dişi camış isə təqribən 7-8 yaşlı olardı, yanında erkək bala var idi. İlhamdan həmin yaşlı camışı və erkək balanı satıb satmadığını soruşduqda o, ancaq 3 yanı balalı camışı satdığını bildirmişdir. Həmin 3 yanı balalı camışa görə İlhama 3100 manat pul verib almışdır. Bundan sonra həmin camışları yaşadığı kəndə gətirib 2-3 ay qulluq etdikdən sonra tanımadığı şəxslərə satmışdır. İlham həmin heyvanların ona məxsus olduğunu demişdir. Heyvanların həyətdə sərbəst olmasını, İlhamın ailə üzvlərinin də orada olmasına görə həmin heyvanların onun özünə məxsus olmasına inanmışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır, onunla hər hansı ədavəti, düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxsla da münasibəti normal olmuş, onunla da hər hansı bir ədavəti, düşmənçiliyi olmamışdır. İlham əvvəllər fındıq alveri ilə məşğul olduğu üçün 2019-cu ilin sentyabr ayında İlhamdan yaxın qohumları üçün 3000 manat dəyərində iri kalibrli fındıq almasını xahiş etmişdir. İlham da ondan 3000 manat pul götürərək 2-3 gün ərzində fındıq gətirəcəyini desə də, fındıq gətirmədiyindən dəfələrlə ona zəng edərək fındığı gətirməsini demişdir. İlhamın onu aldatdığını və fındığı gətirməyəcəyini fikirləşərək ondan verdiyi pulu geri tələb etmiş, İlham əvvəlcə pulunun olmadığını desə də sonradan zəng edəndə 3000 manat pulun əvəzində özünə məxsus camışları verəcəyini demişdir. Həmin ərəfələrdə İlham fındıq alveri ilə məşğul olduğu üçün əldə etdiyi pula özünə camış almasını fikirləşmişdir. Buna görə pulu batmasın deyə İlhamla razılaşaraq 2019-cu ilin dekabr ayında ondan 1 baş erkək və 1 baş dişi camış götürmüşdür. İlham camışları həyətində özü vermişdir. Dişi camış ağ qara rəngli olmuşdur. Bundan sonra o, həmin camışları satmaq üçün Əliabad bazarına çıxarmış, erkək camışı 800, dişi camışı isə 1200 manata satmışdır. Bundan sonra İlhamla əlaqə saxlayıb ona camışlara görə cəmi 2000 manat pul verildiyini bildirdikdə İlham qalan 1000 manatı da verəcəyini bildirmişdir. O da İlhamla razılaşaraq öz xətti ilə 1000 manat borclu qalması barədə iltizam yazdırmışdır. Səhv etmirsə 2020-ci ilin aprel ayında Telman zəng edərək İlhamın ona heyvan satıb-satmadığını soruşmuşdur. Belə olduqda Telmana İlhamın ona 3000 manat borclu olduğunu deyərək həmin pulun müqabilində 2 baş camış verdiyini, həmin camışları bazarda 2000 manata tanımadığı şəxslərə satdığını bildirmişdir. Bundan sonra Telman ona “camışlar mənimdi, İlham məndən xəbərsiz camışları satmışdır” demişdir. Təqribən 1 həftə sonra Telmanla görüşən zaman camışların ona məxsus olması barədə məlumatının olmadığını deyərək 2000 manat pulu Telmanın özünə vermişdir. Bundan sonra İlhama zəng edərək ona niyə Telmanın heyvanlarını öz camışları kimi təqdim edərək satmasını soruşduqda İlham cavab olaraq ona “mən bir ilə yaxındır ki, Telmanın yanında işləyirəm. Lakin o, mənə pul verməyib, qapımda olan camışlar mənimdir. Telmanın mənə aylıq maaşa görə pul borcu olduğu həmin borcun əvəzində camışları mənə verib demişdir ki, sat pulunu götür” demişdir. Təqsirləndirilən şəxs ona olan borcunun əvəzində verdiyi 2 baş camışın Zərərçəkmiş şəxs məxsus olması barədə heç nə deməmişdir. İlham həmin camışları özününkü kimi təqdim etmişdir. Telman ona zəng edəndən sonra o həmin camışların Telmana məxsus olmasını bilmişdir. Sonradan Telmanla görüşüb camışları satıb əldə etdiyi 2000 manatı Telmanın özünə qaytarmışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, səhv etmirsə 2020-ci ilin fevral ayının əvvəllərində tanışı Haccov ona zəng edərək Kürdəmir kəndində bir nəfərin camış satdığını bildirdikdə Haccovdan həmin heyvanların kök olub-olmamasını maraqlanmasını dedikdə Haccov ona həmin heyvanların kəsim üçün yararlı olduğunu bildirmişdir. Bundan sonra o, tanışları Adil və Haccovla birlikdə Kürdəmir kəndinə camış satan şəxsin evinə getmişdir. Orada olan zaman həmin şəxsin adının İlham olması məlum olmuşdur. Heyvanlara baxıb bir o qədər də kök olmadığını görüb kəsim üçün yaramadığını bildirdikdə İlham ona israrla pula ehtiyacının olduğunu, borclarını ödəmək üçün camışları satdığını bildirmişdir. İlhamın təklif etdiyi qiymət 8 manat olsa da İlhama heyvanları kəsib 7 manat 80 qəpikdən alacağını bildirmişdir. Bu zaman İlham onunla razılaşmışdır. Beləliklə 07.02.2020-ci il tarixdə bir baş erkək camış kəsmişdir. Həmin camışa baxdıqda təxminən 2 yaşlı olmasını demək mümkün olmuşdur. Camışı kəsdikdən sonra 151,5 kq təmiz ət alınmış, həmin çəkidə ətə görə İlhama 1170 manat pul ödəyib əti götürmüşdür. İlham söhbət zamanı camışların ona məxsus olmasını bildirmişdir. Həmin vaxt o, İlhamın həyətində traktor, Qazel olmasını görüb həmin camışların ona məxsus olmasına inanmışdır. O, 07.02.2020-ci il tarixdə İlhamın həyətində 1-ci dəfə camış kəsən zaman səhv etmirsə onun həyətində təqribən 15 baş camış olardı. Bundan bir neçə gün sonra Haccov yenidən ona zəng edərək Kürdəmir kəndindəki İlhamın yenə camış satdığını bildirdikdə yenə Haccov və Adillə birlikdə İlhamın qapısına getmişdir. 17.02.2020-ci il tarixdə İlhamın həyətində olan camışlardan birini seçib kəsmişdir. Həmin gün kəsdiyi heyvan dişi olmaqla, təxminən 2 yaşlı olmuşdur. Heyvanı kəsib qurtardıqdan sonra onu çəkdikdə 91 kiloqram təmiz ət alınmış, həmin heyvana görə İlhama 730 manat pul ödəmişdir. 19.02.2020-ci il tarixdə yenidən İlhamdan camış almış, bu dəfə aldığı camış təxminən 2 yaşlı olmaqla dişi olmuşdur. Kəsdikdən sonra 112 kq təmiz ət verdiyi üçün İlhama 873 manat pul vermişdir. Bundan sonra 24.02.2020-ci il tarixdə yenidən İlhamın qapısına camış almaq üçün Haccov və Adillə birlikdə getmişdir. Bu dəfə də bir dişi heyvan seçib kəsmiş, həmin heyvanı kəsib içalatını çıxaran zaman heyvanın boğaz olduğunu, qarnında bala olduğunu görmüşdür. Dərhal İlhama niyə ona boğaz heyvan verməsini bildirdikdə İlham cavab olaraq borclarının olmasını, təcili olaraq pul lazım olduğunu bildirmişdir. Həmin gün kəsdiyi heyvan 86 kq təmiz ət verdiyi üçün İlhama 670 manat pul ödəmişdir. Gün ərzində ət satışı olduğu üçün o, İlhamın qapısında bütün aldığı heyvanları 05 radələrində kəsmişdir. Ona heyvan tapdığı üçün Haccova hər dəfə 20 manat pul vermişdir. İlham ona həmin camışların hamısının özünə məxsus olmasını demişdir. Həmin camışları kəsib Danaçı kəndində kiloqramı 9 manatdan satmışdır. İlhamdan aldığı heyvanların çəkisini də özündə qeyd etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs Kürdəmir kənd sakini kimi tanıyır. Telmanı isə 10 ildən çox olar ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. Onların heç biri ilə arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamır, 2019-cu ilin yay aylarında İlham onun qapısına gələrək saxladığı heyvanlar üçün ot bağlamaları istədikdə bir qədər söhbət etdikdə Telmanın İlhama saxlamaq üçün camışlar verməsi məlum olmuşdur. Lakin həmin camışların sayının nə qədər olması barədə heç bir məlumatı yoxdur. İlham birinci dəfə ondan hər birinin qiyməti 3 manat olan 100 ədəd ot bağlamaları götürmüşdür. Həmin vaxt İlham ona “otu ver pulunu, Telmandan alıb verəcəm” dedikdə İlhama “Telmanı tanımıram, otu sən götürmüsən, pulu səndən alacam” deyə cavab vermişdir. 100 ədəd bağlamaları özü aparıb İlhamın qapısına boşaltmış, bağlamaları boşaltdıqdan 7-10 gün sonra İlham ona 300 manat pul vermişdir. Təxminən 20-25 gün sonra İlham yenidən onun qapısına gələrək heyvanlar üçün bağlamalar lazım olduğunu, pulu bir qədər sonra verəcəyini bildirdikdə bundan əvvəl İlham aldığı bağlamaların pulunu ödədiyi üçün ona inanaraq yenidən bir ədədini 3 manata olmaqla 100 ədəd bağlamalar vermişdir. İlham bağlamaları götürdükdən sonra ona “sənin pulunu mən verəcəm” demişdir. Lakin İlham bağlamaları apardıqdan bir müddət sonra pulu vermədiyi üçün onunla danışdıqda “bu gün, sabah” deyə-deyə onu aldatmağa başlamışdır. Təxminən 3 ay ərzində İlham onun pulumu ödəməmişdir. Həmin ərəfələrdə Əliabad bazarında olan zaman təsadüfən Telmanla rastlaşmış, ona yaxınlaşaraq İlhamın heyvan üçün onun adı ilə ot götürüb pulunu vermədiyini deməyi fikirləşərək Telmana yaxınlaşıb ona İlhamın ondan 150 ədəd ot bağlamaları götürdüyünü, onun adını verdiyini, 450 manat pulu vermədiyini bildirmişdir. Bu zaman Telman ona pul verməyəcəyini, İlhamın əlindən bezdiyini, ot üçün İlhama pul verdiyini bildirmişdir. Bundan sonra o, heç bir tələb irəli sürməyə haqqının olmadığını Telmana bildirərək pulu İlhamdan alacağını demişdir. Səhv etmirsə 2020-ci ilin yanvarfevral aylarında İlhamın həyətindən Qazel markalı avtomobilin ardınca isə İlhamın çıxdığını görsə də, avtomobilin yük yerində nə olmasına fikir verməmişdir. İlhamdan otun pulunu istədikdə İlham ona 250 manat pul verərək qalanını da başqa vaxt verəcəyini, az öncə qapıdan Qazel markalı avtomobillə çıxan şəxsləri Telmanın göndərdiyini, onlara heyvan satdığını bildirmişdir. Bundan sonra isə İlham ondan aldığı ota görə heç bir ödəniş etməmişdir. Bir qədər sonra kənd camaatından eşitmişdir ki, İlham Telmanın heyvanlarını satmışdır. 2020-ci ilin fevral ayında saxladığı heyvanlar üçün aldığı ot və yemin müqabilində 600 manat pul verməmişdir. İlham ondan birinci dəfə götürdüyü 100 ədəd bağlamalar üçün 300 manat, daha sonra isə 150 ədəd bağlamalara görə 250 manat olmaqla 550 manat pul vermişdir. Bundan başqa ona heç bir ödəniş edilməmişdir. İlhamın əvvəllər 1-2 baş mal qarası olmuşdur. Dəqiq xatırlamır, 2019-cu ilin may ayında İlhamın həyətində olmuş, həmin vaxt İlhamın həyətində ən çoxu 50 ədəd bağlamalar olmuşdur. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, onunla birlikdə yaşayır. İlham xaraktercə sakit təbiətli, ünsiyyətcil insandır. İlhamdan heç vaxt şikayət edən olmamışdır. Telmanı isə uzun illərdir ki, tanıyır. Belə ki, Telman Zaqatala rayonunda əkinçilik və maldarlıqla məşğul olur. O da əvvəllər Telmanla birlikdə işləmişdir. Telman ümumiyyətlə işçinin pulunu kəsən adamdır. Telmanın yanında işləyən vaxtda onun 4500 manat pulunu kəsmişdir. İlham bir müddət Telmanla birlikdə işləyənə qədər müxtəlif işlər görərək ailənin maddi ehtiyaclarını qarşılamağa çalışmışdır. Dəqiq vaxtını xatırlamır, səhv etmirsə təxminən 1 il bundan qabaq İlhamın həyətə Qazel markalı avtomobillə gəldiyini görüb ondan bu avtomobili haradan əldə etdiyini soruşduqda İlham ona Telmanın yanında işə düzəldiyini, Qazellə işçiləri Telmanın sahəsinə aparıb gətirəcəyini bildirdikdə İlhama iradını bildirərək Telmanın halal adam olmadığını, pulunu kəsəcəyini desə də İlham onunla razılaşmamışdır. İlhamın dediyinə görə Telman ona aylıq 450 manat maaş verməli idi. Bundan bir müddət sonra səhv etmirsə 2019-cu ilin may ayında İlham həyətə bir neçə baş camış gətirmişdir. O, İlhamdan camışları haradan əldə etməsini maraqlandıqda İlham camışların Telmana məxsus olduğunu bildirdikdə yenidən oğluna Telmanın halal adam olmadığını, sonradan problemlər yaşayacağını, eləcə də camışlara baxa bilməyəcəklərini bildirmişdir. Bu zaman İlham ona “Telman camışların yemini, otunu verəcəkdir” demişdir. Bundan sonra heyvanlara baxmağa başlamış, həmin ərəfədə heyvanlar üçün Telman müəyyən qədər qarğıdalı bağlamaları vermişdir. Lakin həmin qarğıdalı bağlamalarını camışlara verib qurtardıqları üçün yem olmadığından məcbur qalaraq heyvanları özü yaxınlıqda olan otlaq sahələrə çıxarıb otarmışdır. Eyni zamanda İlham da müxtəlif vaxtlarda ot bağlamaları alaraq gətirmişdir. Lakin İlhamın hansı vaxtlarda kimdən nə qədər bağlamalar almasını bilmir. 2019-cu ilin səhv etmirsə noyabr ayında İlham yenidən bir neçə camış gətirmişdir. O, həmin camışların kimə məxsus olmasını maraqlandıqda İlham həmin camışların da Telmana məxsus olmasını bildirmişdir. Həmin ərəfədə İlham həyətdə olan tövləni də bir qədər genişləndirmişdir. Bundan sonra İlham camış üçün ot bağlamaları almışdır. Telman isə camışlara yem və ot almaq üçün də pul verməmişdir. Buna görə İlhamla arasında narazılıq yaranmışdır. İlhama heyvanlara baxmayacağını, onları açıb buraxacağını bildirmişdir. Dəqiq xatırlamır, İlham ona Telmanla razılaşdığını, heyvanları satacağını demişdir. Bundan sonra İlham camışları satmağa başlasa da, onları nə vaxt satmasını və kimlərə satmasını xatırlamır. Bildiyi qədəri ilə İlham satdığı bütün malların pulunu Telmanın özünə vermişdir. Heyvanların bir neçəsini İlham həyətdə kəsdirərək satmışdır. Qalanları isə diri şəkildə satılmışdır. Telmanların heyvanları onun həyətində olan vaxtlarda Telman heyvanlara baxmaq üçün gəldikdə ona heyvanların saxlanılması üçün zəruri şəraitin və qidanın olmadığını bildirdikdə, Telman hər şeyin qaydasında olmasını bildirmişdir. İlham Telmanın camışlarını satdıqdan sonra həyətdə 2 baş yanı balalı camış qalmışdır. Telmanın İlhama verdiyi camışların yaşı və çəkisi barədə dəqiq bir məlumat verə bilmir. Bu vaxt Telman gəlib həmin camışları da götürüb getmişdir. Bundan sonra Telmanın şikayət etməsi məlum olmuşdur. Sonradan oğlu ilə söhbət edən zaman İlham bildirmişdir ki, Telman ona sürücü kimi işləməsinə görə cəmi 3 ay maaş vermişdir. Halbuki İlham onunla 1 il işləmişdir. Telmanın verdiyi camışlardan biri həyətdə öldüyü üçün İlham həmin ölən camışın şəklini də çəkmişdir. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs baxmaq üçün camış verən zaman həyətində 120 ədəd yonca bağlamaları olmuşdur. Əvvəllər qapısında heyvan olduğu üçün qışda heyvanları yemləmək məqsədi ilə tədarük görmüşdür. Həmin ot bağlamaları də o vaxtdan qalmışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid17 qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əri olan Şahid16 ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, Təqsirləndirilən şəxs isə 1-2 dəfə görsə də, onunla elə də tanışlığı yoxdur. Nə Telman nə də ki, İlhamla aralarında heç vaxt narazılıq olmamışdır. Səhv etmirsə, 2019-cu il yaz aylarında Telman ona baxmaq üçün ümumilikdə 86 baş camış vermişdir. Həmin camışlardan müəyyən bir qismini Telmanın razılığı ilə satdıqdan sonra onda 12 baş camış qalmışdır. Həmin camışlardan 6-sı erkək, 6-sı isə dişi olmuşdur. Bir müddət sonra həmin camışlardan biri balalamışdır. Beləlikə Telmanın onda 6 baş erkək, 5 baş dişi, 1 baş isə yanı balalı camışı olmuşdur. Səhv etmirsə 2019-cu ilin may ayında Telmanın ona göstərişi əsasında həmin camışları İlhama vermişdir. Əvvəlcə bir yaş yanıbalalı camışı İlham özü aparmış, daha sonra o, 6 erkək və 2 dişini sürüb İlhamın Kürdəmir kəndində yaşadığı evə, qalan 3 baş dişini isə İlhamın özü idarə etdiyi Qazel markalı yük avtomobili ilə aparmışdır. Bundan sonra onun nə İlhamla, nə Telmanla heç bir əlaqəsi olmamışdır. O, camışları İlhamın qapısına aparıb təhvil verən vaxt onun həyətində ot bağlaması görməmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, qanuni olaraq vergi orqanında qeydiyyatda durmaqla lombard fəaliyyəti ilə məşğul olur. İlhamın dayıları onunla qonşuluqda yaşadığı üçün tanıyır. İlhamla heç bir münasibəti olmamış, aralarında davadalaş, ədavət baş verməmişdir. Telmanı isə tanımır. Təqsirləndirilən şəxs ona müraciət edərək 1300 ABŞ dolları məbləğində borc pul götürmüşdür. Əvvəldən onu tanıdığı üçün, həmçinin dayıları qonşuluqda yaşadığından İlhama borc vermişdir. Borcunun əvəzində İlham ona atasının təqaüd kartını və baş etibarnamə əsasında idarə etdiyi avtomobilin sənədlərini təqdim etmişdir. İlham həmin vaxt avtomobilin ona məxsus olduğunu bildirmişdir. O da həmin kartı və sənədləri götürüb özündə saxlamışdır. İlham ondan borc kimi götürdüyü pulu fındıq yığımı mövsümündə qaytaracağına söz versə də pulu qaytarmamışdır. Hətta İlham ona pulu qaytara bilməsə ondan əlavə pul götürəcəyini, avtomobili ona satacağını bildirmişdir. İlham ona olan borcundan 500 ABŞ dolları ödəsə də hazıradək 800 ABŞ dolları borclu qalmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs baxmaq üçün verdiyi camışlar haqqında məlumatlı deyildir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, heyvanların alqı satqısı ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını qarşılayır. Kəndləri gəzərək heyvan alıb kəsib satır. Nə İlham, nədə ki, Telmanı tanımır. Onların heç biri ilə münasibəti yoxdur. Səhv etmirsə 2020-ci ilin fevral ayında soraqlaşan zaman Zaqatala rayonu Kürdəmir kəndində İlham adlı şəxsin camış satdığını demişlər. O da İlhamı axtarıb taparaq camış satıbsatmadığını maraqlanmış, İlham bu zaman ona camış satdığını, həmin camışların onun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra o, bir ədəd erkək camış seçərək 700 manat verib almışdır. Həyətdə olan zaman İlhamın qapısında bir neçə camış olmuşdur. Camışların onun həyətində rahat gəzdiklərini, eləcə də tövləyə rahat girib çıxdıqlarını görüb həmin camışların İlhama məxsus olduğuna inanmışdır. O, İlhamdan camış alan zaman İlhamın ailə üzvləri də həyətdə olmuşlar. İlhamdan aldığı camışı isə Qımır kəndinə gətirib bir ay saxlayıb bir qədər kökəltdikdən sonra kəsib satmışdır. İlham həmin heyvanların özünə məxsus olduğunu demişdir. Heyvanların həyətdə sərbəst olmasını, İlhamın ailə üzvlərinin də orada olmasına görə həmin heyvanların İlhama məxsus olmasına inanmışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs 2007-ci ildən tanıyır, onunla münasibəti işlə əlaqədar yaranmışdır. Telmanla arasında hər hansı bir ədavət düşmənçilik olmamışdır. Belə ki, o, heyvandarlıqla məşğul olduğundan Telmandan dəfələrlə qarğıdalı almışdır. Telmanla da tanışlığı buna görə yaranmışdır. Sonuncu dəfə o, Telmana qarğıdalı əkini üçün müəyyən məbləğdə pul vermişdir. Məhsul yığımı vaxtı gözlənilən məhsul əldə edilməmişdir. Hesabladıqda Telmanın ona 2760 manat borcluu qalması müəyyən olunmuşdur. Bundan sonra Telman ona qısa müddətdə borcu qaytarmağı söz versə də, qaytara bilməmişdir. O, heyvandarlıqla məşğul olduğu üçün teztez Əliabad bazarına gedərək heyvanların alqı-satqısı, qiyməti ilə maraqlanır. Səhv etmirsə 2020-ci ilin mart ayında eyni məqsədlə Əliabad bazarına getmişdir. Zaqatala şəhərində olan zaman Telmanın ona borclu olmasını xatırlayaraq Telmana zəng edib ona olan borcunu qaytarmasını xahiş etmişdir. Bu zaman Telman onunla razılaşmışdır. Dəqiq yerini xatırlamır, Zaqatala şəhərində Telmanla görüşmüş, söhbət zamanı Telman ona dişi camışların və erkək kəlçələrinin olduğunu, borcun əvəzində camış verməsini təklif etmişdir. Bu zaman o, Telmandan erkək kəlçələrin normal çəkidə olub-olmamasını maraqlandıqda Telman heyvanların yaxşı formada olduğunu bilmişdir. O heyvandarlıqla məşğul olduğu üçün Telmanla razılaşmışdır. Bundan sonra Telman kiməsə zəng edərək həmin şəxsdən harada olduğunu maraqlandıqda o, telefonda Telmanla danışan şəxsin Telmana məxsus heyvanlara baxdığını başa düşmüşdür. Telman həmin şəxslə danışdıqdan sonra Əliabad qəsəbəsinə getmişlər. Orada olan zaman Telman həmin şəxsə ona borclu olduğunu, borcun əvəzində kəlçə verəcəyini, birlikdə gedib heyvanlara baxmağı bildirmişdir. Bu zaman həmin şəxs heyvanların Alazan çayının yaxınlığında örüşdə olduğunu, heyvanları axşam gətirəcəyini, axşam gəlib baxmağı bildirmişdir. Belə olduqda məcburən razılaşmışlar. Həmin gün axşam Telmanla birlikdə heyvanlara baxan şəxsin evinə getmişlər, lakin həmin şəxs evdə olmadığından Telman ona zəng edərək harada olmasını soruşduqda həmin şəxsin Telmana nə dediyini eşitməsə də, Telman ona heyvanların harada olmasını, onunla söz danışdığını, gəlib axşam heyvanlara baxacağını, nə vaxta gəlməsini demişdir. O, Telmandan nə baş verdiyini soruşduqda Telman ona heyvanların Alazan çayı tərəfdə örüşdə olduğunu demişdir. Belə olduqda Alazanın yaxınlıqda olub-olmadığı ilə maraqlandıqda Telman həmin yerin uzaq olduğunu bildirmişdir. Bir qədər həmin şəxsin gəlməsini gözləsələr də, həmin şəxs gəlməmişdir. Artıq saat gec olduğu üçün o da Şəkiyə geri qayıtmaq üçün Telmana gözləməyin mənasız olduğunu deyərək getməyi demişdir. Telman da həmin şəxsə dəfələrlə zəng etsə də, həmin şəxs zənglərə cavab verməmişdir. Sonuncu zəngə cavab verdikdə Telman ona sabah heyvanların hamısının yerində olmasını, örüşə buraxmamasını, səhər gəlib heyvanları aparacağını demişdir. Bundan sonra Telman onunla danışığı bitirmişdir. Beləliklə geri qayıtmışlar. Yolda olan zaman Telmana heyvanlara baxan adamın davranışlarından şübhələndiyini, heyvanları yoxlamasını bildirmişdir. Səhv etmirsə 2020-ci ilin aprel ayında Telman ona zəng vuraraq onun düz dediyini, heyvanlara baxan adamın onun camışlarını satdığını, bundan xəbərinin olubolmamasını, haradansa nəsə eşidibeşitmədiyini soruşmuşdur. Belə olduqda o, Telmana sadəcə həmin şəxsin davranışlarından şübhələndiyini bildirmişdir. O, Telmanın heyvanlarına baxan şəxsi cəmi bir dəfə bazarda görmüşdür, onun adını da bilmir. Telman borcun əvəzində ona heyvan verməyi təklif etmiş o, da razılaşmışdır. İlhamla da görüşməyin səbəbi heyvanlara baxmaq üçün olmuşdur. İlham onun yanında Telmana 300 manat beh verdiyini deməmişdir. Əgər Telman ona borcunu elə pulla qaytarmaq istəsə idi, ona heyvan verməyi təklif etməz, İlhamla da görüşməz, həmin axşam da İlhamın yaşadığı evə heyvanlara baxmağa getməzdi. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında heyvanların saxlanılması barədə razılığın hansı formada olması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heyvanların satılması barədə göstəriş verib verməməsi barədə heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsi iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, Telmanın isə adını rayon ərazisində təsərrüfatla məşğul olan bir şəxs kimi tanımışdır. Onların heç biri ilə münasibəti olmamışdır. Səhv etmirsə 2020-ci ilin yanvar ayının ortalarında İlham Bəhmətli kəndində olan zaman ona yaxınlaşaraq ot satıbsatmadığını soruşduqda İlhama ot satdığını bildirmişdir. Bundan sonra İlham ona hazırda üzərində pul olmadığını bildirərək səhər onunla əlaqə saxlayacağını demişdir. Səhəri gün İlham ona zəng edərək pul tapa bilmədiyini, nisyə ot verib vermədiyini soruşduqda nisyə satmadığını bildirmiş, 4-5 gün sonra İlham yenidən zəng edərək heyvanların ac olduğunu, bazar günü saxladığı heyvanlardan satışa çıxaracağını, bundan sonra pulu verəcəyini bildirdikdə İlhamla razılaşaraq gəlib ot aparmasını demişdir. Həmin gün İlham özü gələrək ondan hər birinin qiyməti 3 manat olan 150 ədəd ot bağlaması almışdır. İlham 150 ədəd bağlamasını apardıqdan sonra şənbə günü onunla əlaqə saxladıqda İlham ona “qapıya gəlib heyvana baxıblar amma almadılar. Heyvan satıb bazar günü pulu verəcəm” demişdir. Bazar günü axşam İlhama zəng etsə də, sonuncu telefonu açmamış, lakin bazar ertəsi günü ona 150 bağlamaya görə borclu olduğu 450 manatı gətirib vermişdir. Təxminən 10-15 gün sonra səhv etmirsə 2020-ci ilin fevral ayının əvvəllərində İlham yenidən ona zəng edərək ot bağlaması lazım olduğunu, hazırda üstündə pulunun olmadığını, 3 günə pulu qaytarcağını dedikdə İlhamla razılaşaraq gəlib otu aparmasını demişdir. Bundan sonra İlham gələrək yenidən ondan hər birinin qiyməti 3 manat olan 150 ədəd təbii ot bağlaması alaraq aparmışdır. Otu apardıqdan təxminən 4-5 gün sonra İlham ona borclu olduğu 450 manatı da gətirib ödəmişdir. İlhamla arasında ancaq ot barəsində söhbət olmuşdur. Lakin kənd camaatından İlhamın Telmanın camışlarına baxmasını eşitmişdir. Həmin heyvanların sayının nə qədər olması barədə məlumatı yoxdur. İlhamın özünün heyvanın olub-olmaması barədə heç bir məlumatı yoxdur. Lakin o, ot satışı ilə də məşğul olduğundan öz yaşadığı kənddən, həmçinin yaxınlıqda olan kəndlərdən heyvan saxlayanlar ot üçün ona müraciət etdiyindən əgər İlhamın da çoxsaylı heyvanı olsa idi, onun bu barədə məlumatı olardı. Birinci instansiya məhkəməsi iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Telman Zaqatala rayonu ərazisində əkinçiliklə məşğul olan adamdır. Telmanla münasibəti daim yaxşı olmuş, onunla heç bir mübahisəsi, dava dalaşı, narazılığı olmamışdır. İlham isə təqribən 1 il olar ki tanıyır, onunla da münasibəti normaldır, ədavəti, düşmənçiliyi yoxdur. Səhv etmirsə 2019-cu ilin iyun-iyul aylarında axşam vaxtı İlham ona zəng edərək ot bağlaması lazım olduğunu bildirmişdir. Danışıq zamanı o, İlhama hazırda qapıda ot olmadığını ot bağlamasının sahədə olduğunu, ancaq sabah bağlama verə biləcəyini bildirdikdə İlham ona axşam heyvanlara verməyə ot olmadığını dediyindən bağlamanın sahədə olduğunu bildirərək “əgər belə vacibdirsə gedək sahəyə ordan verim” demişdir. İlhamla Əliabad qəsəbəsində olan sahədə görüşüb ona 1 ədədi 2 manat 50 qəpik olan 30 ədəd ot bağlaması vermişdir. Söhbət zamanı İlham ona Telmanın camışlarına baxdığını, otu da həmin camışlar üçün apardığını bildirərək otun pulunu Telmanın verəcəyini demişdir. İlham 30 ədəd ot bağlaması apardıqdan təxminən 3-4 gün sonra Telman ona zəng edərək heyvanlar üçün ot lazım olduğunu, Kürdəmir kəndinə yaşayan bir neçə gün əvvəl ot almış İlhama 1 maşın ot verməyini bildirərək pulunu da özünün verəcəyini demişdir. O da Telmanla razılaşaraq özünə məxsus Ford markalı yük avtomobilinə 100 ədəd ot bağlaması yükləyib Kürdəmir kəndinə gedərək İlhamın həyətinə yığmışdır. Həmin ot bağlamasının də hər birini 2 manat 50 qəpikdən satmışdır. Bundan bir neçə gün sonra Telmanla təsadüfən rastlaşan zaman sonuncu ona ota görə borclu olduğu məbləği tam şəkildə ödəmişdir. Satdığı ota görə İlham ona heç vaxt pul verməmişdir. Telmanın isə ota görə ona borcu yoxdur. Məhkəmə kollegiyası qeyd edilən şahidlərin ətraflı ifadə verdiklərindən hesab etmişdir ki, onların məhkəmə kollegiyasının iclasına dəvət edilib dindirilməsinə lüzum yoxdur və onların istintaq və birinci instansiya zamanı vermiş olduqları ifadələri tədqiq edib hüquqi qiymət verməklə kifayətlənmək mümkündür. İş materiallarına əlavə edilmiş 28 dekabr 2018-ci il tarixli Şəki rayonu Daşüz kəndində tərtib edilmiş aktdan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 8- 2(84)26/2018 26 sentyabr 2018-ci il tarixli qərardadının icrası ilə əlaqədar 90 baş camış (birka nömrələri aktda qeyd edilməklə) “X3 və Emalı Birliyi” MMC tərəfindən Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 23.06.2020-ci il tarixli 206 nömrəli məktubundan görünür ki, cari ilin fevral ayında 1(bir) kq erkək camış ətinin qiyməti 9,0 (doqquz) manat, 1 kq dişi camış ətinin dəyəri 8,0 (səkkiz) manat olmuşdur. İş materiallarına əlavə edilmiş “X3 və Emalı Birliyi” MMCnin 07 iyul 2020-ci il tarixli 20M-224 nömrəli məktubundan görünür ki, 28.12.2018-ci il tarixli aktla Zərərçəkmiş şəxs təhvil verilmiş 90 baş camış aşağıdakı qruplarda cins olaraq “Azərbaycan” cinsinə məxsus olmuşdur. Təhvil verilmiş heyvanların çəkisi ümumilikdə 18 000 (on səkkiz) min kq, dəyəri isə hər kq 5 (beş) manat olmaqla 90 000 (doxsan min) manat təşkil etmişdir. Ana camış - 18 baş, törədici kəl -1 baş,düyə 2014 - 9 baş, dişi 2015-1 baş,erkək kəlçə 2014 - 6 baş, dişi kəlçə 2016 -15 baş, erkək kəlçə 2015-11 baş, erkək kəlçə 2016-16 baş, erkək kəlçə 2017 - 6 baş, dişi kəlçə 2017 - 7 baş. İş materiallarına əlavə edilmiş mal bazarı tərəfindən 15.07.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, 2019-cu ilin noyabr ayında Azərbaycan cinsli 1 baş, çəkisi 500 kq olan camışın dəyəri 2200-2500 manat, 1 baş, çəkisi 200-300 kq olan boğaz camışın dəyəri 1300-1400 manat, 1 baş 4 yaşlı, çəkisi 500 kq olan erkək camışın dəyəri 22002500 manat, 2020-ci lin fevral ayında 1 baş 5 yaşlı diri çəkisi 550 kq olan erkək camışın dəyəri 2400-2700 manat, 1 baş, çəkisi 200-300 kq olan boğaz camışın dəyəri 1300-1400 manat, 1 baş çəkisi 200-300 kq olan dişi camışın dəyəri 1000-1200 manat, 3 yaşlı yanı balalı camışın dəyəri 1600-1800 manat , 40 kq-a gələn dişi və erkək camış balasının dəyəri 300- 400 manat civarındadır. İş materiallarına əlavə edilmiş mal bazarı tərəfindən 06.09.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, həftəlik Mal bazarında iri buynuzlu kəlçə iki yüş yarım üç ya.lı 1 baş qiyməti 1000-1200 manat, arasında dəyişir. Camış bir baş ana balanın qiyməti 1000-1100 manat arasında dəyişir. Bir baş boğaz avaranın qiyməti 800 manat arasında dəyişir. Bir baş dişi avaranın qiyməti 700-750 manat arasında dəyişir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.08.2020-ci il tarixli, 9/2707 nömrəli ekspert rəyindən görünür ki, 2019-cu ilin noyabr ayına, “Azərbaycan” cinsli 4 yaşlı diri çəkisi 500 kq olan 3 baş erkək camışın ümumi qiyməti 6000 manat, 2019-cu ilin dekabr ayına “Azərbaycan” cinsli 3 yaşlı, diri çəkisi 300 kq olan 1 baş boğaz dişi camışın qiyməti 1500 manat, “Azərbaycan” cinsli 4 yaşlı, çəkisi 500 kq olan 1 baş erkək camışın qiyməti 2000 manat, 2020-ci ilin fevral ayına 1 baş “Azərbaycan” cinsli 4 yaşlı, çəkisi 500 kq olan erkək camışın qiyməti 2000 manat, “Azərbaycan ” cinsli 3 yaşlı 200-300 kq çəkisi olan 2 baş dişi camışın qiyməti 2000 manat, “Azərbaycan” cinsli 3 yaşlı çəkisi 300 kq olan 1 baş boğaz camışın qiyməti 1300 manat, “Azərbaycan” cinsli 3 yaşlı çəkisi 200-300 kq olan 9 baş dişi camışın qiyməti 9000 manat, “Azərbaycan” cinsli çəkisi 300 kq olan 3 yaşlı 3 baş dişi camışın qiyməti 3600 manat, “Azərbaycan” cinsli hər birinin çəkisi 40 kq olan 3 baş təzədoğulmuş balağın (camış balasının) qiyməti 750 manat, 130 ədəd qarışıq ot presinin qiyməti 520 manat, 200 ədəd qarışıq ot presinin qiyməti isə 800 manat olmuşdur. Xırda buynuzlu, iri buynuzlu heyvanların və ot preslərinin orta bazar qiymətləri ilə ümumi dəyəri 29470,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14.08.2020-ci il tarixli, 9/2761 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus camışlara baxmaq üçün ayrı-ayrı vaxtlarda ot bağlamasına görə 900, 450, 300, 600 manat xərclədiyi halda ümumi məbləğ 2200,00 manat məbləğində, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanında işlədiyi 2019-cu ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər olan müddət ərzində hər ay üçün 450 manat hesablanmaqla onun illik əmək haqqısı 5400,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RHİB-nın Bəhmətli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənd üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Bəhmətli kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 26 avqust 2016-cı il tarixdə verilmiş AZ-İİİ nömrəli 817552 nömrəli doğum haqqında Şəhadətnamədən görünür ki, 15.08.2016-cı il tarixdə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında aralarında olan şifahi razılaşmaya əsasən Zərərçəkmiş şəxs ona inanıb etibar etdiyi əmlakı hesab olunan iribuynuzlu ev heyvanlarını özünün yaşadığı Zaqatala rayonu Kürdəmir kəndindəki həyətində saxlayıb ümumi təsərrüfata rəhbərlik edərək, onlara qulluq edilməsini, yem tədarükünü təmin etməli olduğu halda 2019-cu ilin noyabr ayında “Azərbaycan” cinsli 4 yaşlı diri çəkisi 500 kq ümumi qiyməti 6000 manat olan 3 baş erkək camışı öz borcu əvəzinə Şahid3, 2019-cu ilin dekabr ayında “Azərbaycan” cinsli 3 yaşlı, diri çəkisi 300 kq dəyəri 1500 manat olan 1 baş boğaz camışı, dəyəri 2000 manat olan “Azərbaycan” cinsli 4 yaşlı, çəkisi 500 kq olan 1 baş erkək camışı öz borcu əvəzinə Şahid13 vermiş, 2020-ci ilin fevral ayına dəyəri 4000 manat olan “Azərbaycan” cinsli 4 yaşlı, çəkisi 500 kq olan 2 baş erkək camışı, dəyəri 2000 manat olan “Azərbaycan” cinsli 3 yaşlı 200-300 kq çəkisi olan 2 baş dişi camışı, dəyəri 1300 manat olan “Azərbaycan” cinsli 3 yaşlı çəkisi 300 kq 1 baş boğaz camışı, dəyəri 9000 manat olan “Azərbaycan” cinsli 3 yaşlı çəkisi 200-300 kq olan 9 baş dişi camışı, dəyəri 3600 manat olan, “Azərbaycan” cinsli çəkisi 300 kq olan 3 yaşlı 3 baş dişi camışı, ümumi dəyəri 750 manat olan, “Azərbaycan” cinsli hər birinin çəkisi 40 kq olan təzə doğulmuş 3 baş camış balasını, Zərərçəkmiş şəxs məlumat vermədən satıb qanunsuz və əvəzsiz olaraq mənimsəmə və israf etməklə təkrarən talayıb zərərçəkmiş şəxsə ümumilikdə 30150 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayətindən bəlli olur ki, o Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli hesab etmir və barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edir. Lakin, məhkəmə kollegiyası müdafiəçinin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı apelyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apelyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs ona verdiyi camışları sonuncunun və onun dostu eyni zamanda şəriki olan Hafiz adlı şəxsin göstərişi ilə satmasını, heyvanları satdıqdan sonra Zərərçəkmiş şəxs işlədiyi müddət ərzində onun əmək haqqısını vermədiyi üçün maaşını götürməsini, heyvanlara baxmaq üçün ot və yemə pul xərcləməsini bildirmişdir. Bundan başqa, o və müdafiəçisi məhkəməyə vəsatət verərək mübahisə predmeti olan camışların yenidən qiymətləndirilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü müdafiəsi üçün gətirdiyi dəlillər müstəntiq tərəfindən 04.09.2020-ci il tarixli qərarla rədd edilmişdir. Qeyd olunanlara əsasən, iş materiallarında olan sənədləri, zərərçəmiş şəxsin və şahidlərin ifadələrini sübut qismində qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı məhkəmədə verdiyi ifadəsi, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiçəsinin mübahisə predmeti olan camışların yenidən qiymətləndirilməsi barədə verdiyi vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs dolayısı yolla həmin camışları mənimsədiyini etiraf edir, lakin həmin camışların qiymətlərinin şişirdilməsindən narazıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, həmçinin hazıkı məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4cü maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını və vurulmuş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi, həmçinin onun törətdiyi cinayət əməlində ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündə aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelllyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar