Məhkəmə qərarları › İş №1(107)-83/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-83/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-83/2021 17.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X10 oğlu, hakimlər X7 və X2 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxx 1971-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, dul, fərdi əməklə məşğul olan, işsiz, məhkumluğu olmayan, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxx 2020-ci ildən həbsdə olan X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsi, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun həbsdə olduğu müddət həmin cəzaya hesablanması, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla qəti cəza 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020cu ildən hesablanması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 35 (otuz beş) manat 97 ( doxsan yeddi ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 51 (əlli bir ) ədəd çətənə (kannabis) bitkiləri, 373.06 qram qurudulumuş marixuana məhv edilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2020-ci ilin may ayında Qəbələ rayonu Bum qəsəbəsində yerləşən yaşadığı evinin həyətində qanunsuz olaraq külli miqdarda əkib kultivasiya edərək yetişdirdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən toplayaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, kustar üsulla qurudub hazırlayaraq, yaşadığı evdə saxlamışdır. xx xxxx 2020-ci ildə saat 07:10 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Qəbələ rayonu Bum qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə və yaşayış evinə baxış keçirilən zaman həyətindən onun tərəfindən qanunsuz olaraq kultivasiya edilmiş yaş vəziyyətdə hündürlükləri 18 sm-dən 93 sm-dək 04 (dörd) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, şüşə və plastik qabda əkilmiş hündürlükləri 3 sm-dən 14 sm-dək 41 (qırx bir) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri, hündürlükləri 4 sm-dən 15 sm-dək 06 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri ümumilikdə 51 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs məxsus yaşayış evinin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından təmiz çəkisi 32.23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşayış evinin zirzəmisində dirəklə tavan arası boşluqda təmiz çəkisi 335.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən sustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşayış evinin otağındakı şkafın və pəncərənin qarşısında 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 0.51 qram və 0.62 qram ümumi təmiz çəkisi 1.13 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 18 (on səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.28 qram, 0.32 qram, 0.32 qram, 0.24 qram, 0.18 qram, 0.23 qram, 0.24 qram, 0.21 qram, 0.15 qram, 0.53 qram, 0.25 qram, 0.39 qram, 0.25 qram, 0.22 qram, 0.21 qram, 0.22 qram, 0.16 qram və 0.30 qram ümumi təmiz çəkisi 4.70 qram olmaqla ümumilikdə xalis təmiz çəkisi 373.06 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən narazı olduğunu bildirərək işinə yenidən baxılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş cəza həddən artıq ağırdır. Ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyrək ifadəsində göstərmişdir ki, evdə aşkar edilmiş narkotik tərkibli çətənə bitkisindən 6 ədəd onun olmuşdur. Qalan bitkilər və evdə aşkar edilmiş qurudulmuş narkotik vasitə marixuana onun olmamışdır. Həmin narktik vasitəni polis əməkdaşları onun evinə qoymuşdur. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 20 ilə yaxın müddətdir ki, narkotik vasitələri özü yetişdirir, həmçinin yetişdirdiyi narkotik bitkisinin yarpaqlarını yığaraq qurudub özü istifadə edir, hətta əvvəllər yəni 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə və 2015-ci il tarixdə CM-nin 234.2-ci maddəsi ilə narkotik vasitələrinin əkilməsi, becərilməsi, narkotik vasitələrindən istifadə, saxlama və narkotik vasitələrinin satışına görə məhkum olmuşdur, 2012-ci ildə narkotik vasitə sayılan çətənə bitkiləri əkmiş, həmin vaxtdan həmin bitkinin toxumlarını saxlayır, mütəmadi olaraq narkotik vasitə olan çətənə bitkisini əkib becərir, yarpaqlarını toplayıb qurudub istifadə edir, toxumlarını isə saxlayır ki, növbəti mövsümdə yenidən əksin, narkotik vasitə sayılan çətənə bitkisinin toxumalrını əvvəlcə bir ədəd qabda əkir, sonradan həmin toxumlar böyüyərək kök saldıqdan sonra yaxşı inkişaf etməsi və pöhrələnməsi üçün həmin kiçik şitilləri ayrı-ayrı qablara əkir, o, həmin çətənə bitkilərini ayrı dibçəkdə əkdikdən sonra xüsusi aqrotexniki qulluq kimi butulkanın arxa hissəsini kəsərək üstünə örtür ki, şitilə donuşluq və yağış təsir etməsin, bitki vaxtı gələndə normal yetişsin, həmin çətənə bitkilərinin boy atması üçün vaxtı vaxtında suvarılmasını təmin edir, çətənə bitkilərini hər mövsümdə özü əkir və çətənə kolları artıq yay aylarında kök salmağa başlayır, 2020-ci ilin may ayında yaşadığı həyətyanı sahədə 51 ədəd çətənə toxumu basdırmış ki, həmin toxumlardan 51 ədəd çətənə kolu yetişmişdir, həmin yetişmiş çətənə kollarını ümumi topadan ayıraraq ayrıca dibçəkdə basdırıb orada qulluq etmiş, hətta çətənə kollarından birini dibçəklə birgə həyətindəki xurma ağacının zirvəsində gizlətmiş ki, digər bitkilər bilinərək əlindən çıxarsa ondan istifadə edə bilsin, çətənə kollarını istifadəsi üçün yetişdikdən sonra yarpaqlarını əli ilə qıraraq həyətində sərir və təxminən 2-3 gün ərzində isti hava şəraitində quruyur, çətənə kolları quruduqdan sonra həmin qurudulmuş çətənə kollarını siqaretin tütününü boşaldaraq doldurub çəkir, eyni zamanda çətənə kollarını qurutduqdan sonra aldığı kibrit qutularını boşaldaraq həmin qutulara doldumuş, narkotik vasitə olan qurudulmuş marixuana doldurulmuş kibrit qutularını isə evinə nabələd adamın gəlib getmədiyindən əmin olduğu üçün yataq otağında şkafın və güzgünün qarşı tərəfinə açıq vəziyyətdə qoymuş, yaşayış evinin zirzəmisində dirəklə tavan arasında olan boşluqda sellafon torbaya dolduraraq qoyduğu narkotik maddə olan çətənə bitkisini dozası az olduğu üçün və ona xoş təsir bağışlamadığına görə sözügedən yerdə saxlamışdır. xx xxxx 2020-ci ildə polis əməkdaşları tərəfindən həyətinə və yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yataq otağındakı çarpayının üzərindəki döşəyin alt hissəsinə qoyduğu göy rəngli sellafon torbadakı tərəfindən qurudulmuş çətənə bitkilərini də özü təhvil vermiş və həmin kütlə də ona məxsus olduğunu demiş, yaşadığı evdə gələcəkdə əkib becərmək üçün saxladığı çətənə bitkisinə aid toxumlar aşkar edilmiş, həmin toxumların özünə məxsus olduğunu bildirmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən həyətində özünün dibçəkdə əkib becərdiyi 51 ədəd çətənə bitkiləri aşkar edilmişdir, belə ki, həyətində əkdiyi çətənə bitkilərinin 37 ədədi hələ yaxşı inkişaf etmədiyi üçün bir dibçəkdə, digər 2-si üzərində Nutella sözü yazılmış şüşə qabda, 1 ədədi adi şüşə qabda, qalan 10 ədədi həyətdə plastik qabda və 1 ədədi isə həyətindəki xurma ağacının zirvəsində aşkar edilmiş, həmin çətənə bitkilərini hər birini özü əkərək özü qulluq göstərmiş, baxış zamanı yaşayış evinin otağından aşkar edilmiş içərisində qurudulmuş narkotik maddə olan 5 ədəd kibrit qutuları polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərkən müəyyən edilmişdir ki, çəkiləri 4 qram, 3.6 qram, 4 qram, 4.3 qram və 4.2 qram təşkil etmişdir, bundan əlavə yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlətdiyi və baxış zamanı polis əməkdaşlarına təqdim etdiyi göy sellafon torbadakı narkotik tərkibli kütlənin çəkisi isə çəkildikdə 42 qram, evin zirzəmisində baxış zamanı aşkar edilmiş ağ sellafon torbadakı narkotik tərkibli kütlə çəkilərkən 341 qram, yataq otağında istifadəsi zamanı dağılmaması üçün damalı kağız bükümə yığdığı narkotik tərkibli kütlələr ümumilikdə 11.9 qram, eləcədə gələcəkdə əkməyi üçün nəzərdə tutduğu çətənə bitkisinə aid toxumlar sayılarkən sayının 82 ədəd olması müəyyən edilmiş, həmçinin yaşadığı evdən aşkar edilərək götürülmüş gələcəkdə qurudacağı çətənə bitkilərini doldurmağı üçün saxladığı boş kibrit qutuları, narkotik kütlələri doldurmaq üçün büküm hazırlamaq üçün istifadə etdiyi qırmızı qulplu qayçı, damalı dəftər, büküm üçün nəzərdə tutaraq kəsdiyi kvadrat kağızlar və 2 ədəd ov tüfəngi üçün nəzrdə tutulmuş patornların ona məxsus olduğunu, həmin patronları yaşadığı Bum qəsəbəsi ərazisindən tapdığını, ona məxsus həyətdən və yaşadığı evdən qanunsuz narkotik vasitə çətənə kolları əkdiyi əraziyə baxış keçirilməsi ilə bağlı da protokol yazılmış, protokol ucadan ona və digər iştirakçılara oxunmuş, protokolun doğruluğu onun və digər iştirakçılar tərəfindən imzalanmışdır, ona məxsus həyətdən aşkar edilmiş narkotik vasitə çətənə kolları və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuana qablaşdırılmış, baxış zamanı video və foto şəkillər çəkilmişdir, bir daha qeyd etmişdir ki, o, narkotik vasitəni özü istifadə etmək üçün əkib becərmiş və istifadə etmək üçün saxlayırmış, ifadəsində həmçinin heç kimə narkotik vasitə satmadığını, eləcə də digər formada heç kimə narkotik vasitə vermədiyini, qeyd olunan yerdən başqa heç bir yerdə narkotik vasitə əkmədiyini və başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 18 iyun 2020-ci il ildə saat 06:30 radələrində Qəbələ rayonu Bum qəsəbəsinə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsində hal şahidi kimi iştirak etmiş, baxış zamanı həyətində plastik qablarda uznluqları 7-11 sm təşkil edən ümumilikdə 37 ədəd, üzərində “Nutella” sözü yazılmış şüşə qabda 02 ədəd, adi şüşə qabda isə 01 ədəd olmaqla 40 ədəd, həyətinindəki xurma ağacının zirvəzsində sarı rəngli dibçəkdə uzunluğu təxminən 93 sm təşkil edən 01 ədəd, eləcədə ona məxsus yaşayış həyətində ayrı-ayrı plastik dibçəklərdə 10 ədəd müxtəlif uzunluqlarda 14 sm, 8 sm, 10 sm, 15 sm, 4 sm, 7 sm, 34 sm, 41 sm, 100 sm və 18 sm olmaqla ümumilikdə isə 51 ədəd narkotik vasitə olan çətənəyə bənzər bitkilər aşkar edilmiş ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan çətənəyə bənzər bitkiləri özü əkdiyini, onlara özü qulluq etdiyini və ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış keçirilmiş, baxış zamanı yaşayış evinin zirzəmisində dirəklə tavan arası boşluqda şəffaf ağ sellofan torbada spesifik kəskin iyə malik 341 qram qurudulmuş marixuanaya bənzər yaşıl kütlə, yataq otağında çarpayının döşəyinin altından göy rəngli sellofan torba aşakar edilərək həmin torbanın ağzı açılarkən oradan spesifik kəskin iyə malik 42 qram qurudulmuş marixuanaya bənzər yaşıl kütlə, yataq otağının sağ tərəfində yerləşən otağa baxış keçirilən zaman orada yerləşən yaşıl rəngli şkafın və pəncərənin qarşısından 46 ədəd kibirit qutusu, 18 ədəd damalı kağız bükümləri, damalı vərəqləri olan dəftər, qırmızı qulplu qayçı, kvadrat formada kəsilmiş 5 ədəd damalı kağız, 82 ədəd toxum dənəcikləri, 07 ədəd içərsi boşaldılmış siqaretlər, içərsində dərman olan 3 ədəd tabletka və 2 ədəd 12 kalibirli ov tüfənfgi üçün nəzrədə tutulmuş patronlar aşkar edilmişdir, həmin kibrit qutularından 41 ədədi boş vəziyyətdə, qalan 5 ədədinin içərsində isə spesifik kəskin iyə malik qurudulmuş marixuanaya bənzər kütlə olmuş, həmin 5 ədəd kibirit qutusu narkotik tərkibli kütlələrlə birgə tərəzidə çəkilərək və çəkiləri 4 qram, 3.6 qram, 4 qram, 4.3 qram, və 4.2 qram təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra bükülü vəziyyətdə olan damalı kağızlar açılarkən bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu və həmin 18 ədəd kağız bükümləri içərdindəki narkotik kütlələrlə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək, çəkilərinin 0.5 qram, 0.6 qram, 0.6 qram, 07 qram, 0.6 qram, 0.6 qram, 0.8 qram, 0.7 qram, 0.7 qram, 1 qram, 0.6 qram, 0.7 qram, 0.7 qram, 0.7 qram, 0.8 qram, 0.8 qram 0.7 qram və 0.8 qram olduqları müəyyən edilmiş ki, həmin kağız bükümlərinin ümumi çəkiləri 11.9 qram təşkil etmiş ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərin özünə məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 07 radələrində Təqsirləndirilən şəxs Qəbələ rayonu Bum qəsəbəsində olan evinə və həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətində plastik qablarda uznluqları 7-11 sm təşkil edən ümumilikdə 37 ədəd, üzərində “Nutella” sözü yazılmış şüşə qabda 02 ədəd, adi şüşə qabda isə 01 ədəd olmaqla 40 ədəd, həyətinindəki xurma ağacının zirvəzsində sarı rəngli dibçəkdə uzunluğu təxminən 93 sm təşkil edən 01 ədəd, eləcə də ona məxsus yaşayış həyətində ayrı-ayrı plastik dibçəklərdə 10 ədəd müxtəlif uzunluqlarda 14 sm, 8 sm, 10 sm, 15 sm, 4 sm, 7 sm, 34 sm, 41 sm, 100 sm və 18 sm olmaqla ümumilikdə isə 51 ədəd narkotik vasitə olan çətənəyə bənzər bitkilər aşkar edilmişdir. N. Zeynalov həmin narkotik vasitə olan çətənəyə bənzər bitkiləri özü əkdiyini, onlara özü qulluq etdiyini və ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış keçirilən zaman yaşayış evinin zirzəmisində dirəklə tavan arası boşluqda şəffaf ağ sellofan torbada spesifik kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilməklə tərəzidə çəkilərək 341 qram təşkil etdiyi, bundan əlavə Təqsirləndirilən şəxs məxsus yaşayış evinin yataq otağına baxış keçirilən zaman çarpayının döşəyinin altından göy rəngli sellofan torba aşakar edilərək həmin torbanın ağzı açılarkən oradan spesifik kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl kütlə olduğu və həmin kütlə tərəzidə çəkilərək 42q ram təşkil etdiyini, ardınca Təqsirləndirilən şəxs məxsus yataq otağının sağ tərəfində yerləşən otağa baxış keçirilən zaman orada yerləşən yaşıl rəngli şkafın və pəncərənin qarşısından 46 ədəd kibirit qutusu, 18 ədəd damalı kağız bükümləri, damalı vərəqləri olan dəftər, qırmızı qulplu qayçı, kvadrat formada kəsilmiş 5 ədəd damalı kağız, 82 ədəd toxum dənəcikləri, 07 ədəd içərsi boşaldılmış siqaretlər, içərsində dərman olan 3 ədəd tabletka və 2 ədəd 12 kalibirli ov tüfənfgi üçün nəzrədə tutulmuş patronlar aşkar edilmişdir, həmin kibrit qutularından 41 ədədi boş vəziyyətdə, qalan 5 ədədinin içərsində isə spesifik kəskin iyə malik qurudulmuş marixuanaya bənzər kütlə olmuş, həmin 5 ədəd kibirit qutusu narkotik tərkibli kütlələrlə birgə tərəzidə çəkilərək və çəkiləri 4 qram, 3.6 qram, 4 qram, 4.3 qram, və 4.2 qram təşkil etdiyi müəyyən edilmişdir, daha sonra bükülü vəziyyətdə olan damalı kağızlar açılarkən bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu və həmin 18 ədəd kağız bükümləri içərdindəki narkotik kütlələrlə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək, çəkilərinin 0.5 qram, 0.6 qram, 0.6 qram, 07 qram, 0.6 qram, 0.6 qram, 0.8 qram, 0.7 qram, 0.7 qram, 1 qram, 0.6 qram, 0.7 qram, 0.7 qram, 0.7 qram, 0.8 qram, 0.8 qram 0.7 qram və 0.8 qram olduqları müəyyən edilmiş, həmin kağız bükümlərinin ümumi çəkiləri 11.9 qram təşkil etmiş ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərin özünə məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmiş və onu Qəbələ rayonu Bum qəsəbəsindəki evinə aparmağını demişdir.Yol ilə gedərkən Nizami ilə söhbət zamanı Nizaminin ona narkotik vasitə olan marixuana əkib becərdiyini və yetişdirdiyi narkotik vasitədən satdığını bildirmiş, onun Nizamiyə narkotik istifadəçisi olduğumu deməklə Niazmidən 2-3 dəfə bir siqaret çəkimi qədər hər dəfəsində 10 manat pul verərək narkotik vasitə olan marixuana almışdır, Nizamidən narkotik vasitə olan marixuananı Nizami ilə zəngləşib görüşərək Qəbələ şəhəri, eləcədə Qəbələ rayonu Bum qəsdəbəsi ərazisində görüşməklə almışdır, sonuncu dəfə 2020-ci ilin iyun ayının 13-ü tarixində Nizami ilə Qəbələ rayonu Bum qəsəbəsinin 4 yol deyilən yerində görüşərək ona 10 manat pul verib bir siqaret çəkimi qədər dama-dama kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuana almışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qarşılaşaraq Nizaminin ona həyətlərində tut yarpağı olduğunu və gələrək yığıb aparmağını bildirmişdir, Nizaminin həyətindən tut yarpağı yığarkən əvvəlcədən bilmiş ki, Nizami nrakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, buna görə Nizamidən özü çəkmək üçün qurudulmuş marixuana istəmişdir, Nizami onda qurudulmuş marixuana olduğunu və satdığını demişdir, Nizamidən bütöv bir ədəd beş manatlıq və 1 ədəd bir manatlıq ümumilikdə isə 6 manat pul verməklə ondan bir damadama kağız bükümündə bir siqaret çəkimi qədər narkotik vasitə olan qurudulmuş marixuana aldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli baxış protokolunda görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kultivasiya edilmiş yaş vəziyyətdə hündürlükləri 18 sm-dən 93 sm-dək 04 (dörd) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, şüşə və plastik qabda əkilmiş hündürlükləri 3 sm-dən 14 sm-dək 41 (qırx bir) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri, hündürlükləri 4-sm dən 15 sm-dək 06 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) ümumilikdə 51 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməsi, bununla yanaşı Təqsirləndirilən şəxs məxsus yaşayış evinin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından təmiz çəkisi 32.23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşayış evinin zirzəmisində dirəklə tavan arası boşluqda təmiz çəkisi 335.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşayış evinin otağındakı şkafın və pəncərənin qarşısında 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 0.51 qram və 0.62 qram ümumi təmiz çəkisi 1.13 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 18 (on səkkiz) ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0.28 qram, 0.32 qram, 0.32 qram, 0.24 qram, 0.18 qram, 0.23 qram, 0.24 qram, 0.21 qram, 0.15 qram, 0.53 qram, 0.25 qram, 0.39 qram, 0.25 qram, 0.22 qram, 0.21 qram, 0.22 qram, 0.16 qram və 0.30 qram ümumi təmiz çəkisi 4.70 qram olan ümumilikdə xalis çəkisi 373.06 qram təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qurudulmuş marixuana zərfə qoyulmaqla ağ rəngli sintetik kisə ilə birgə qablaşdırılmaqla, maddi sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Baxış zamanı, baxış protokolu tərtib edilmiş, fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, həmçinin baxış zamanı video çəkilişdən istifadə edilməklə sürəti 01 ədəd CD diskə köçürülərək işə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli baxış protokolu, foto şəkillər və içərisində video görüntü olan 01 ədəd CD formatlı disk cinayət işinin digər materialları ilə uyğunluq təşkil etməklə real gerçəkliyi əks etdirdiyindən iş üzrə sübut növü kimi qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli aqronom rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Qəbələ rayonu Bum qəsəbəsindəki həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman həmin həyətdə 37 ədədi bir ədəd plastik materialdan olan dibçəkdə, iki ədəd üzərində Nutella sözü yazılmış şüşə qabda və 1 ədəd şüşə materialdan olanqabda narkotik vasitə olan çətənə (kannabis) bitkisinə bənzər ümumilikdə 40 ədəd şitil, eləcədə ayrı-ayrı dibçəklərdə ümumilikdə 11 ədəd narkotik tərkibli bitki olan çətənə (kannabis) bitkisinə bənzər bitki kolları aşkar edilmiş, həmin çətənə kollarının dibləri bellənərək yumşaldılmış, onalara ağac dirəklər qoyulmuş, diblərinə su verilərək xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Həmin rəy cinayət işinin digər materialları ilə uyğunluq təşkil etməklə real gerçəkliyi əks etdirdiyindən iş üzrə sübut növü kimi qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 17/388 nömrəli bioloji rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə vət. Təqsirləndirilən şəxs məxsus yaşayış hətyətində kultivasiya etdiyi narkotik bitkilər sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərsindəki 04 (dörd) ədəd hündürlükləri 18 sm-dən 93-sm-dək ümumi təmiz çəkisi 53,27 qram bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqədə vət. Təqsirləndirilən şəxs məxsus həyətdə aşkar edilmiş və plastik qabda əkilmiş bitki şitilləri sözləri yazılmış 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərsindəki 41 (qırx bir) ədəd hündürlükləri 3 sm-dən 14sm-dək, ümumi təmiz çəkisi -14.80 qram bitki şitilləri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqədə vət. Təqsirləndirilən şəxs məxsus həyətdən aşkar edilmiş 6(altı) ədəd bitki şitilləri sözləri yazılmış 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərsindəki 06 (altı) ədəd hünüdürlükləri 4 sm-dən 15 sm-dək, ümumi təmiz çəkisi -3,56 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə vət. Nizmai Zeynalova məxsus yaşayış evindən aşkar edilmiş və sonuncunun təqdim etdiyi döşəyin altından kütlə sözləri yazılmış göy rəngli sellofan torbanın içərsindəki 01 (bir) ədəd şəfaf rəngli sellofan torbada, təmiz çəkisi 32.23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotoik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə vət. Nizmai Zeynalovun özünə məxsus yaşayış evinin quraqlığının altından götürərək təqdim etdiyi kütlə sözləri yazılmış yaşıl rəngli sellofan torbanın içərsindəki 01(bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 335.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotoik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində Vət. Təqsirləndirilən şəxs məxsus yaşayış evindən aşkar edilmiş damalı kağıza bükülmüş və kibrit qutularına qablaşdırılmış kütlələr sözləri yazılmış zərfin içərsindəki 01 (bir) ədəd şəfaf sellofan torbada : 02(iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri – 0,51 qram və 0,62 qram ümumi təmiz çəkisi – 1,13 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotoik vasitə - qurudulmuş marixuanalardır. 18 (on səkkiz) ədə kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0.28qr, 0,32qr, 0,32qr, 0.24qr, 0,18qr, 0,23qr, 0,24qr, 0,21qr, 0,15qr, 0,53qr, 0,25qr, 0.39qr, 0.25qr, 0.22qr, 0.21qr, 0.22qr, 0.16qr, 0.30qr ümumi təmiz çəkisi - 4,70 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotoik vasitə qurudulmuş marixuanalardır. 03(üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 0,92qr, 0,66qr, 0,74qr ümumi təmiz çəkisi – 2,32 qram olan bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş üzərində Vət Təqsirləndirilən şəxs məxsus yaşayış evindən götürülmüş qurudulmuş kütlə sözləri yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd şəfaf rəngli sellofan torbada, təmiz çəkisi - 11,91 qram olan bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyil. Tədqiqata tədim olunmuş, üzərində yapışdırılmış vərəqədə Vət. Təqsirləndirilən şəxs məxsus yataq otağından şkafın və pəncərənin qarşısından götürülmüş 01 (bir) ədəd torbanın içərsindəki 82 (səksən iki) ədəd ümumi təmiz çəkisi 1,78 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkilərinin toxumları narkotik vasitələrə aid deyil. X11 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aqranom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə və çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd çətənə bitkiləri ilə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 47 (qırx yeddi) ədəd çətənə bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün onların təqdim olunmuş çətənə bitkiləri və qurudulmuş marixuanalar ilə müqayisəli tədqiqatını aparmaq mümükün olmamışdır. Tədqiqata təqdim olunmuş, çətənə bitkisinin toxumları narkotik vasitələrə aid olmadığına onların təqdim olunmuş çətənə bitkiləri və qurudulmuş marixuanalar ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 17/388 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus yaşayış evindən aşkar edilərək götürülmüş 03(üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 0,92 qram, 0,66 qram, 0,74 qram ümumi təmiz çəkisi- 2,32 qram olan bitki mənşəli kütlələr, 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd şəfaf rəngli sellofan torbada təmiz çəkisi - 11,91 qram olan bitki mənşəli kütlələr və 01 (bir) ədəd torbanın içərsindəki 82 (səksən iki) ədəd ümumi təmiz çəkisi 1,78 qram olan çətənə bitkilərinin toxumları narkotik vasitələrə aid olmadığından ittihama daxil edilməmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 771 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 495 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmaqla anlaqlı olmuşdur. Hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır, onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, yalnız həyətində aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkiləri onun olmuşdur. Digər bitkiləri və qurudulmuş marixuananı polis əməkdaşları onun evinə qoymuşur. Lakin şahidlərin, və özünün ibtidai araşdırma zamanı vəkilinin iştirakı il evə videoçəkilişlə vermiş olduğu ifadəsindən görünür ki, həmin narkotik təbiətli çətənə bitkiləri və narkotik vasit qurudulmuş marixuana onun olmuşdur. Cinayət işinə əlavə edilmiş Qəbələ RMX-nın xx xxxx 2020-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda olmadığı, lakin Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin “Çətənə narkomaniyası” diaqnozu ilə qeydiyyatda olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında “04” mart 2011-ci il tarixli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir.Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə-bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi toplanmış dəlillərin məcmusu ilə sübuta yetirilir. AzərbaycanRespublikasının 28iyun 2005-ciiltarixliQanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görəsiyahılar»a əsasən çətənə bitkisi kolları 15 ədəddən çox olduqda külli miqdarı təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilən çətənə bitkisi kolları 51 ədəd olmuşdur ki, bu da külli miqdar təşkil edir. Eləcə də narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) şəxsi istehlak miqdarından artıq dedikdə onun 5 qramdan yuxarı və külli miqdar dedikdə 500 qramdan artıq olması nəzərdə tutulur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana 373,06 qram qurudulmuş marixuana olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməl CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilməlidir. Dövlət ittihamçısı da əməlin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilməsini bildirmişdir. Eyni zamanda məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CMnin 234.4.3-cü maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi daha düzgündür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyətlərin tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.2 və 237.2.3cü mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) külli miqdarda törədildikdə —üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcələsininin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilmiş, CM-nin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.3-cü maddəsi ilə isə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla qəti cəza 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasını ona təyin etmişdir. Bundan başqa Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən və hökmün surətindən göbrünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli xx xxxxx 2015-ci ildən hesablanmaqla 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Onun məhkumluğu ödənilmişdir. Lakin buna baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar