Məhkəmə qərarları › İş №1(107)-86/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-86/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-86/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X9, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X15, hakimlər X21 oğlu və X8 ibarət tərkibdə) 19 noyabr 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi ev 2/3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddət cəzasına hesablanması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 25.01.2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalında həbsə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş ümumi təmiz çəkisi 163.798 qram qalmış tiryək, tədqiqatdan sonra ümumi təmiz çəkisi 27.614 qram qalmış heroin, tədqiqatdan sonra təmiz çəkisi 1 kq 74.95 qram qalmış marixunana və tədqiqatdan sonra qalıq qalmış "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"-na daxil olan 110 ədəd ümumi miqdarı16.500 qram tramadol həbləri, heroin qalıqları və izləri olan 02 ədəd plastik qab, 01 ədəd elektron tərəzi, 01 ədəd kiçik ölçülü qaşıq, 01 ədəd böyük ölçülü qaşıq, 01 ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, saxlanılması üçün Şəki ŞRPŞ-nin Maliyyə Hissəsinə təhvil verilmiş 3100 manat olan pul əskinasları Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə 172,75 AZN (bir yüz yetmiş iki manat yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə olan tiryək, külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda güclü təsir edən maddə olan tramadol tərkibli dərman preparatı əldə edib daşıyaraq yaşadığı, Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 2/3 ünvanında, yataq otaqlarında olan dolablarda saxlamış, 25.01.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər (rayon) Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Post Patrul Xidməti Bölməsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 13:59 radələrində onun yaşadığı Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi ev 2/3 ünvanında yerləşən evə keçirilmiş baxış zamanı həmin evin yataq otağındakı paltar dolabında olan plastik qabın içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3.964 qram, 01 ədəd sellofan bükümdə 50.118 qram, 01 ədəd sellofan bükümdə 50.197 qram, 01 ədəd sellofan bükümdə 42.114 qram, 01 ədəd sellofan bükümdə 1.192 qram, həmin plastik qabın içərisində açıq şəkildə olan və 01 ədəd zərfə qablaşdırılmış təmiz çəkisi 16,813 qram olmaqla ümumi təmiz çəkisi 164.398 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, həmçinin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 27.690 qram və 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0.024 qram olmaqla ümumi təmiz çəkisi 27.714 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, bundan başqa həmin otaqdakı digər dolabdan 01 ədəd sintetik kisənin içərisində təmiz çəkisi 1075 qram çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin evin digər yataq otağında yerləşən dolabdakı kağız qutunun içərisindən 110 (bir yüz on) ədəd olmaqla təmiz çəkisi 16,5 qram külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs bаrəsində olаn cinаyət işinin ibtidаi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. Halbuki, CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-in 346.1.1-346.1.3-cı maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır) cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib yetirilmədiyi. Hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıdakı məsələlərə baxmadan Təqsirləndirilən şəxs təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, nə CPM-in 346.1-ci maddəsinin tələb etdiyi kimi cinayət hadisəsinin olmasının sübuta yetirilibyetirilməməsi sualına, nə də təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib yetirilməməsi sualına müsbət cavab vermək mümkün deyil ki, bundan sonra da CPM-nin 351.3-cü maddəsinin tələb etdiyi qaydada onun təqsirliliyini sübuta yetmiş hesab etmək mümkün olsun. Hazırda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vəsitələri və külli miqdarda güclü təsir edən maddələri əldə eədərək daşımaqla yaşadığı evdə dolablarda saxlamasını təsdiq edən sübutların mümkünlüyü nə CPM-nin 125-ci maddəsinin tələblərinə cavab verir, nə də ki, ittiham tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd edilən cinayətin törədilməsinə aidiyyətinin olmasını hesab etmək mümkündür. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqda ilk iki gündə verdiyi ifadəsinə, polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxarmış, hansıki, müdafiə tərəfinin fikrincə bu sübutlara əsasən sonuncunun cinayət əməli törətməsinə və təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmasını söyləmək faktiki olaraq mümkün deyil. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilk iki günündə verdiyi ifadəsi arasında ziddiyətlər yaranmışdır. Bu ziddiyətlərə aydınlıq gətirilməsi ilə bağlı müdafiə tərəfinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı psixi və fiziki zorakılığa məruz qalmış, o, bu cür ifadələr verməyə məcbur edilmiş, ona görə də ibtidai istintaqın ilk iki günündə verdiyi ifadələrdən imtina edərək, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini xahiş etmişdir. İttiham tərəfi bu ziddiyyətlərə heç bir münasibət bildirməmiş və aydınlaşdırmamış, həmçinin bu ziddiyyətlər digər sübutlarla aradan qaldırılmamışdır. İş üzrə şahid qismində dindirilən şəxslərə nəzər saldıqda görürük ki, bu şəxslər polis əməkdaşlarıdır. Qeyd edilənlər müdafiə tərəfinə haqlı olaraq onu deməyə əsas verir ki, şübhəsiz ki, bu şahidlər birmənalı olaraq həqiqəti əks etdirən deyil, ibtidai istintaqı aparan orqanın marağına uyğun ifadələr vermişlər. Buna görə də bu şahidlərin ifadələri heç bir halda mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən İftixar Qasımov və Vüqar Əfəndiyev ifadələrində 11-12 radələrində polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı ünvanda olduqlarını qeyd etmişlər. Bu şahidlərin qeyd etdikləri xüsusatlar Təbəssüm aptekindən götürülmüş kamera görüntüləri ilə də öz təsdiqini tapır və bir mənalı olaraq sübuta yetirilir ki, polis əməkdaşları rəsmi baxış keçirilməmişdən əvvəl, yəni saat 13:59-dan əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmuş və onunla görüşmüşlər. Çox təəssüflə qeyd etmək istəyirik ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini deyil, ibtidai istintaqın ilk iki günündə psixi və fiziki təzyiqlər nəticəsində verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Bir halda ki, ibtidai istintaq zamanı verilən ifadələr əsas götürülürsə, onda məhkəmə prosesləri niyə təşkil olunur və tərsirləndirilən şəxslərin məhkəmələrdə dindirilmələrinin nə əhəmiyyəti qalır ki? Bununla bağlı Avropa Məhkəməsi Ekrapiçin Xorvatiyaya qarşı iş üzrə qərarında öz hüquqi mövqeyini ortaya qoyaraq qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, məhkəmələr ibtidai istintaq zamanı verilən ifadələrdən fərqli olaraq məhkəmə iclasında verilən ifadələrə daha çox əhəmiyyət verməlidirlər. İbtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində, təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün keçirilir.” Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Sübutlаrın mötəbərliyinin müəyyən olunmаsı və qiymətləndirilməsi bаxımındаn Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formаlаşmış yаnаşmа stаndаrtını müəyyən etmişdir. Məmmədov (Cəlаloğlu) Azərbаycаnа qаrşı 11 yаnvаr 2007-ci il tаrixli, İrlаndiyа Birləşmiş Krаllığа qаrşı 18 yаnvаr 1978-ci il qərаrındа, həmçinin bir sırа qərаrlаrdа məhkəmə sübutlаrı qiymətləndirərkən “əsаslı şübhə yerinin qаlmаmаsı” sübutetmə stаndаrtını tətbiq edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsində istinad etdiyi sübutlar mötəbər sübut kimi əsaslı şübhələrdən kənar olmamaqla, kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan ibarət olmamış, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 1996-cı il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, ... ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə, ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmin Qərarın 6-cı bəndində qeyd edilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Lakin birinci instansiya məhkəməsinin hazırkı mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Ali Məhkəmənin tövsiyyələrinə heç bir əhəmiyyət verməmiş, işdəki mövcud ziddiyyətlər aydınlaşdırılmamış, qeyri-mötəbər sübutlara istinad edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətinin təmin olunmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsimi xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X19 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadənin məzmununa uyğun ifadə verərək barəsində təqsirli bilindiyi maddələr üzrə bəraət hökmünün çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 25 yanvar 2020-ci il tarixdə təxminən saat 11-12 radələrində yaşadığı evin aynabənd hissəsindən ayaq səsləri gəldiyini eşitmiş, otaqdan qapıya çıxmağa imkan tapmamış mülki geyimdə iki nəfər tanımadığı şəxsin gəldiyini görmüşdür. Həmin şəxslərdən kim olduqlarını soruşanda onlar silahdan istifadə etməyəcəklərini bildirərək sakit olmağını tapşırmışlar. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Həmin vaxt cibində olan telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə həmin şəxslər telefonunu əlindən almışlar. Bu zaman oğlu da həmin otaqda yatmış və oğlunun telefonu çarpayının yanında olmuşdur. Polis əməkdaşları oğlunu yuxudan oyadıb onun da telefonunu götürmüşlər. Daha sonra qandal gətirilməsini tapşırmışlar. Polis nəfəri qandal gətirib gəlmiş və qolunu qandallamışlar. Polis əməkdaşları onu aynabənd hissəyə çıxartmış və oğlunu da oraya gətirmişlər. Orada biraz dayandıqdan təxminən 15-20 dəqiqə sonra onu yataq otağına dəvət etmişlər və qoluna vurduqları qandalı açmışlar. Qoluna qandal vuran polis nəfəri otaqdan çıxmışdır. İki nəfər polis əməkdaşı ona plastik qapı göstərərək həmin qabın onun evindən aşkar olunduğunu bildirmişlər. Lakin o, həmin plastik qabın onun evində olduğunu boynuna almamış, təsir, təzyiq edildikdən sonra ona iki nəfər şəxsin tutulduğunu, boynuna alacağı halda qolbaqla azad oluna biləcəyini demişlər. O, xeyli fikirləşdikdən sonra razılaşmışdır. Həmin vaxt həyat yoldaşı hamam otağında olmuşdur. Daha sonra onu yenidən aynabəndə gətirmişlər. Həmin vaxt həyat yoldaşını mətbəxdə saxlamışlar. O, polis əməkdaşları ilə razılaşandan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə giriş-çıxış çoxalmışdır. O, aynabənd hissəyə çıxanda mülki geyimdə olan iki nəfər polis işçisi digər otaqdan çıxmışlar. Beləliklə, hamı bir-birinə qarışmışdır. Buna görə də, nə baş verdiyini tam olaraq anlaya bilməmiş, yaşadığı ev və evin həyatyanı sahəsi polis işçiləri ilə dolu olmuşdur. Bir müddətdən sonra atası evə gəlmişdir. Atasının yatdığı evdə şkaf olmuş və ora qıfıllı olmuşdur. Polis əməkdaşları oranı da atasına açdırmışlar və atasını mətbəxə həyat yoldaşının yanına göndərmişlər. Daha sonra oğlunu da mətbəxə göndərmişlər. Bir müddət keçəndən sonra polis əməkdaşları ona çəkiliş olacağını bildirərək dediklərini kamera qarşısında da deməyini tapşırmışlar. O, polis əməkdaşları ilə razılaşmış, polis əməkdaşları qabda olanların heroinlə tiryək olduğunu aydınlaşdırmışlar. Bir müddətdən sonra polis əməkdaşları onu digər otağa aparmışlar və həmin otaqda bir qədər saxlayandan sonra yenidən əvvəlki yerə qaytarmışlar. Daha sonra vəkil çağırılacağını demiş və çəkiliş başlamamışdan əvvəl vəkil Musa Sarıyevə zəng etmişlər. Həmin vaxt o, zəng etdikləri şəxsin Musa Sarıyev olduğunu bilməmişdir. Musa Sarıyev gələndən sonra o, həmin şəxsin vəkil olduğunu bilmişdir. Bundan sonra çəkiliş başlanmış və o, çəkilişdə iştirak etmişdir. Ona əvvəlcədən narkotik vasitəni tanımadığı bir nəfər şəxsdən aldığını bildirməsi tapşırılmış, həmin vaxt o da narkotik vasitəni aldığı şəxsin bir nəfər tanımadığı Türk vətəndaşı olduğunu demişdir. Daha sonra o, polis şöbəsinə aparılmış, polis şöbəsinə aparılandan sonra ona izahatını dəyişdirərək həmin narkotik vasitəni yerdən tapdığını yazmağı bildirilmişdir. Beləliklə, o, izahatını dəyişdirməli olmuşdur. 25 yanvar 2020-ci il tarixdə axşamüstü radələrində vəkil Müdafiəçi polis şöbəsinə gəlmişdir. O, ailə üzvlərinin Müdafiəçi ilə müqavilə bağladıqlarını öyrənmiş, polis əməkdaşları Musa Sarıyevlə başladıqları üçün günü onunla bitirməyi və Müdafiəçi növbəti gün gəlməsini demişlər. O, etirazının olmadığını bildirmişdir. Müdafiəçi səhər saat 09:00-da polis şöbəsində olacağını bildirərək getmişdir. Polis şöbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürəcəklərini demişlər. Müdafiəçi bu işləri bildiyi üçün gələndən sonra ona düzünü deməyini məsləhət görmüş, o da oğlunu, ailə üzvlərini fikirləşib eybi yoxdur demiş, 53 yaşının olduğunu, bundan sonra nə qədər ömrü varsa bir il bu qolbaqla çətinlik çəkə biləcəyini bildirmişdir. Oğlunun xəta-bəlalardan uzaq olması üçün səssiz qalmışdır. Lakin Müdafiəçi düzünü deməyində israr etmişdir. O isə Müdafiəçi boşuna çalışmamağı, qolbağı gözünün önünə aldığını bildirmişdir. O, müstəntiqdən soruşanda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü bildirmişdir. Lakin 27 yanvar 2020-ci il tarixdə hər şeyin əksinə olduğunu öyrənmiş, daha sonra məhkəməyə getmişdir. Həmin vaxt oğlu aptekin müşahidə kamerasına düşən görüntüləri vəkil Müdafiəçi göndərmişdir. Meqabayt olmadığı üçün həmin görüntülər açılmamış, Müdafiəçi oğluna həmin görüntüləri hansısa bir diskə köçürməyi tapşırmışdır. Oğlu başqa bir şəxsin maşını ilə gedəndə onu yolda saxlayıb polis şöbəsinə aparmışlar və oğlunun telefonunda olan görüntüləri silmişlər. Həmçinin bildirmişdir ki, ondan analiz də götürülmüş və qanında heç bir narkotik vasitə aşkar olunmamışdır. Daha sonra məhkəmə onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul etsə də, onu yenidən polis şöbəsinə aparmışlar və hədəqorxu gəlməyə başlamışlar, boynuna alacağı halda işinin yüngülləşəcəyini bildirmişlər. Həmin vaxt ailə üzvləri narahat olduqları üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişlər. Daha sonra onu evə buraxmışlar. Xeyli müddət keçəndən sonra oğlunu da sərbəst buraxmışlar və o da evə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsində də hər şeyi olduğu kimi danışmışdır. Bir müddət keçəndən sonra yenidən polis əməkdaşları tərəfindən təhdidlərə başlanılmış və ailə üzvlərini ifadə verməyə çağırmışlar. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək ailə üzvlərinin ifadə vermək istəmədiklərini bildirmişdir. Daha sonra polis əməkdaşları təsir, təzyiq edərək həyat yoldaşını və oğlunu yenidən polis şöbəsinə dəvət etmişlər. Beləliklə, həyat yoldaşından və oğlundan məcburi şəkildə ifadə alınmışdır. Həmin vaxt onlar hər ikisi ayrı-ayrı otaqlarda ifadə vermişlər. Həyat yoldaşını evə buraxmışlar, oğlunu isə yenə polis şöbəsində saxlamışlar. Polis şöbəsində oğluna anasını evə qoyub yenidən polis şöbəsinə qayıtması tapşırılmışdır. Buna görə də, oğlu anasını evə gətirib qoyduqdan sonra yenidən polis şöbəsinə qayıtmışdır. 5-6 saat keçdikdən sonra isə oğlunu sərbəst buraxmışlar. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqındakı ifadəsi ilə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq və məhkəmə istintaqı zamanı hüquqlarını müdafiə edən müdafiəçisi Müdafiəçi iştirakı ilə dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3 və 240.3.2-ci maddəsi ilə ona elan olunan ittiham üzrə qismən, yəni CMnin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 25.01.2020-ci il tarixdə yaşadığı evdən narkotik vasitələr aşkar olunsada, özü narkotik vasitə istifadə edən biri deyildir. Belə ki, 2019-cu ilin sentyabr-oktyabr ayları olarkən Yevlax rayonu, Xaldan kəndində yaşayan qaynatasıgildən yaşadığı evə qayıdarkən Şəki hava limanı yaxınlığında yolun kənarında avtomaşını saxlayıb kol-kos olan yerə yüngül ayaqyoluna gedərkən orada bir ağ rəngli sintetik kisə diqqətini çəkmiş, yaxınlaşıb kisəyə baxarkən onun içərisində bir ədəd elektron tərəzi, bir böyük və bir balaca çay qaşığın, sellofan torbalarda narkotik vasitələr və üzərində tramadol yazılmış dərman preparatları olduğunu görmüş, həmin vaxt ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin kisəni götürüb avtomaşına qoyub yaşadığı evə gətirmişdir. Yaşadığı evdə ailə üzvülərinin olmadığı vaxtda həmin kisəni gətirib yataq otağında olan paltar dolabında gizlətmişdir. Həmin vaxt fikirləşmiş ki, sonradan həmin narkotik vasitədən istifadə edib narkotik vasitənin nə olduğunu öyrənər. Lakin sonradan fikirləşmiş ki, istifadə edərək narkotik vasitənin aludəçisi olabilər. Ona görə həmin tapdığı kisə ilə plastik qabda olan narkotik vasitələrin üzərini paltar ilə örtüb gizlətmişdir. 25.01.2020-ci il tarixdə evdə olan zaman darvaza qapısının döyüldüyünü eşidib küçəyə çıxmış, həmin vaxt bir neçə polis əməkdaşının qapının önündə dayandıqlarını görmüşdür. Onlara "nə olub, nə xəbər var" deyib sual edəndə polis əməkdaşları özlərini təqdim edib onun narkotik vasitə qəbul etməsi və yaşadığı evdə narkotik vasitə saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Həmin vaxt o, heç bir çıxış yolu tapa bilməyib yaşadığı evdə narkotik vasitə gizlətməsini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları evə baxış keçirəcəklərini və onun evə baxışla bağlı razılığının olubolmamasını soruşmuşlar. O, da polis əməkdaşları tərəfindən evə baxış keçirilməsinə etiraz etməyib bu barədə ərizə yazmışdır. Polis əməkdaşları ilə birlikdə yaşadığı evə girib yataq otağında paltar dolabında gizlətdiyi narkotik vasitələri, balaca çay qaşıqları və elektron tərəzini onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmışlar, sonra isə ona hüquq və vəzifələrini, o, cümlədən müdafiəçi tutmaq hüququnun olmasını izah edərək Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişlər. O, siyahı ilə tanış olduqdan sonra vəkillərdən Musa Sarıyevi seçib, onun baxışda iştirakının təmin olunmasını xahiş etmişdir. Ondan sonra polis əməkdaşları Şəki şəhər Vəkil Bürosunun vəkili X16 dəvət etmişlər. Musa Sarıyev gəldikdən sonra X13 vəkili ona təqdim etmişdir. Həmin vaxt müstəntiq yaşadığı evə baxış keçirilməsində müdafiəçi qismində iştirak Musa Sarıyevə etirazının olub-olmamasını soruşmuş, o etirazının olmadığını bildirmişdir. Həmin vaxt müdafiəçi Musa Sarıyevin və videoçəkiliş aparan mütəxəssisə etirazımın olub-olmadığı soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilməmişdən qabaq baxışda iştirak edən Şəki ŞRPŞ-nin əməkdaşları ilə qohumluq münasibətinin, ədavətinin və ya düşmənçiliyinin olub-olmaması barədə soruşulduqda, o həmin polis işçiləri ilə heç bir ədavətinin və ya düşmənçiliyinin olmadığını bildirmişdir. Bütün bunlardan sonra polis əməkdaşları onun yaşadığı evə daxil olmuşlar və onun yataq otağında olan paltar dolabında götürüb təqdim etdiyi narkotik vasitəyə oxşar kütlələrə baxış keçirmişlər. Müstəntiq təqdim etdiyi plastik qabda olan sellofan bükümlərə ayrıayrılıqda baxış keçilərəcəyini bildirmiş və plastik qabda olan bükümlərdən birini götürüb açaraq içərisində xüsusi iyə malik narkotik vasitə-heroinə oxşar kütləni iştirakçılara göstərildikdən sonra bir ədəd ağ zərfi götürüb içərisinin boş olmasını hər bir iştirakçıya göstərdikdən sonra narkotik vasitə heroini həmin zərfin içərisinə qoyub və 53 saylı möhür ilə möhürləyib götürmüşdür. Daha sonra müstəntiq həmin plastik qabın içərisində 3 ədəd sellofan bükümdə olan narkotik vasitə-tiryəki bir ədəd ağ rəngli zərfə qoyaraq 53 saylı möhürü ilə möhürləyib götürmüşdür. Sonra plastik qabın içərisinə baxış keçirən zaman içərisindən 1 ədəd tərəzi, 1 ədəd alışqan, 1 ədəd qaşıq, 1 ədəd içərisində qaşıq olan çəhrayı rəngli plastik qab, həmçinin 2 ədəd içərisində narkotik vasitəyə oxşar kütlə olan bükülü və narkotik vasitəyə tiryəkə oxşar tünd qəhvəyi rəngdə kütlələr aşkar edilmiş, sonra həmin kütlələrdə hər bir iştirakçıya göstərildikdən sonra ağ rəngli zərfə qoyularaq 53 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra plastik qabın içərisindən aşkar olunmuş içərisində narkotik vasitəyə oxşar kütlələr olan başlıq hissələrini düyünlə bağlı 2 ədəd büküm hər bir iştirakçıya göstərildikdən sonra zərfə qoyulmuş 53 saylı möhür ilə möhürlənib götürülmüşdür. Bundan sonra digər aşkar olunmuş əşyalara baxış keçirilən zaman çəhrayı rəngli plastik qabın içərisində olan narkotik vasitə tiryək ağ rəngli kağız parçasının içərisinə tökülmüş və hər bir iştirakçıya göstərildikdən sonra 53 saylı möhür ilə möhürlənib götürülmüşdür. Bundan sonra baxış zamanı aşkar olunmuş 1 ədəd yaşıl rəngli qapağı olan şəffaf plastik qab, 1 ədəd çəhrayı rəngli plastik qab, 1 ədəd kiçik ölçülü qaşıq, 1 ədəd böyük ölçülü qaşıq, 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi, 1 ədəd alışqan iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən yaşıl rəngli qapağı olan şəffaf plastik qabın içərisinə yığılmış, sonra qabın qapağı bağlanıb və üzərində hər bir iştirakçının imzası olan kağız və 53 saylı möhür qoyularaq xüsusi qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra onun yaşadığı evə baxış keçirilən zaman müstəntiq aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələri haradan, nə vaxt, hansı məqsədlə əldə etdiyini və saxladığını soruşmuş, həmin vaxt o, hardasa təxminən 20-25 gün əvvəl dörd yol deyilən yerdə azpetrolun yanında əyləşib çay içib çıxanda bir tır sürən Türk vətəndaşı ilə görüşüb söhbət edərkən narkotik vasitəni həmin şəxsin saxlaması üçün ona verdiyini bildirmişdir. Ondan narkotik vasitəyə oxşar kütlələrin nə məqsədlə saxladığını soruşulduqda o, türkə köməklik məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra həmin şəxsin adını bilmədiyini, əvvəllər də narkotik vasitə istifadə etmədiyini qeyd etmişdir. Bundan sonra o, polis əməkdaşlara yaşadığı evdə, əlavə olaraq narkotik vasitə olmasını demişdir. Ona həmin narkotik vasitəni təqdim etmək təklif olunmuş, o həmin yataq otağında yerləşən paltar dolabının digər qapısını açaraq oradan 1 ədəd gizlətdiyi kisəni çıxarıb təqdim edib kisənin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin kisəyə baxış keçirilən zaman kisənin içərisində narkotik vasitə-marixuana olması müəyyən olunmuşdur. Müstəntiq kisənin içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda onu sahədən topladığını bildirmişdir.Bundan sonra həmin içərisində narkotik vasitə olan kisənin başlıq hissəsi bağlanmış və xüsusi qaydada qablaşdırılıb götürülmüşdür. O, müstəntiq yaşadığı evdə, həyətyanı sahədə və yardımçı tikililərdə narkotik vasitə olmadığını bildirmişdir.Bundan sonra müstəntiq baxış həmin otaqdan başlanılacağını bildirib, ona yataq otağında yerləşən paltar dolabında olan əşyaları təqdim etməsi təklif edilmişdir. Buna görə də o, paltar dolabının qapısını açaraq orada olan əşyaları təqdim etmişdir. Dolaba baxış keçirilən zaman içərisində müxtəlif geyimlər və əşyalar olduğu müəyyən edilmiş və həmin əşyalara ayrı-ayrılıqda baxış keçirilmişdir. Həmin əşyalar baxış keçirilən zaman sarı rəngli pul qabının içərisində çoxlu sayda pulun olması müəyyən edilmişdir. Həmin vaxt pulların kimə məxsus olduğu soruşulduqda pulların yoldaşına məxsus olmasını bildirmişdir. Polis əməkdaşları narkotik vasitələrin satışı ilə əlaqədar baxış keçirilməsini bildiririb aşkar olunmuş pulların iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürəcəklərini bildirəndə o, narkotik vasitənin satışı ilə məşğul olmadığını, pulların götürülməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra pullar açılaraq sayılmış və 3 ədəd 100 manatlıq, 16 ədəd 50 manatlıq və 100 ədəd 20 manatlıq, ümumilikdə 3100 manat pul əskinazlarının olması müəyyən edilmişdir. Sonra həmin pul əskinazları iştirakçılara göstərildikdən sonra ağ rəngli zərfə qoyularaq 53 saylı möhür ilə möhürlənib götürülmüşdür. Bundan sonra həmin otaqda yerləşən digər əşyalara baxış keçirilmiş, lakin yataq otağında qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Ona evin digər otaqlarını və orada olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Bu zaman o, həmin otaqdan çıxaraq sağ tərəfdə olan digər otağa keçmiş, lakin qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra divarın içərisində olan şkafın qapısını açaraq orada olan əşyaları təqdim etmişdir. Həmin vaxt şkafın içərisində müxtəlif əşyalar olması, həmin əşyalara baxış keçirən zaman oradan 10 ədəd şprislərin olması müəyyən edilmişdir. Həmin vaxt müəyyən edilən şprislərin kimə məxsus olduğu soruşulduqda o, həmin şprislərin atasının ola biləcəyini demişdir. Bundan sonra həmin şprislərin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən zərfin içərisinə qoyularaq 53 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmin otaqda olan digər əşyalara baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra digər otağa baxış keçirilməsi təklif edildikdə o, etiraz etməyərək həmin otaqdan çıxaraq otağın sağ hissəsində olan otağa baxış keçirilən zaman qanunla qadağan edilmiş əşyalar aşkar edilməmişdir. Daha sonra otaqda müxtəlif əşyaların və bir ədəd seyfin olması müəyyən edilmişdir. Həmin seyfə baxış keçirən zaman seyfin içərisində qızıl-zinət əşyaları, sənədlər olması müəyyən edilmişdir. Bundan sonra 1 ədəd qutunun içərisinə baxış keçirilən zaman həmin qutunun içərisində dərman həblərinin olması müəyyən edilmişdir. Həmin dərman həblərinə baxış zamanı dərman listlərinin rezin ilə bağlanması və üzərində tramadol sözləri yazılması müəyyən olunmuşdur. Həmin vaxt dərmanları haradan əldə etməsi soruşulduqda o, həmin tapdığı narkotik vasitələrin içərisində olduğunu bildirmişdir. Bundan sonra müstəntiq həmin 11 ədəd dərman listlərinin iş üçün əhəmiyyət kəsb etdiyini bildirib bir ədəd ağ zərf götürülüb içərisinin boş olduğu hər bir iştirakçıya göstərildikdən sonra dərman listini həmin zərfin içərisinə qoymuş və 53 saylı möhür ilə möhürləyib götürmüşdür. Həmin vaxt ona tramadol həblərinin qanunla dövriyyəsinin məhdudlaşdırılması və yalnız resept əsasında satılması bildirilib haradan əldə etməsi təkrar soruşulduqda o, həmin dərmanların da narkotik vasitələrin içərisində ona verildiyini bildirmişdir. Bundan sonra həmin dərman həblərinin bir yerdə olduğunu halda nəyə görə dərmanların narkotik vasitənin yanında deyil, digər otaqda olması soruşulduqda o, sonradan dərmanları götürüb oraya qoyduğunu demişdir. O, həmin dərman həblərindən istifadə etmədiyini qeyd etmişdir. Həmin dərmanlar həblərinin tramadol olduğunu bildiyini soruşduqda o, dərmanın üzərini oxuya bilmədiyini bildirmişdir. Bundan sonra həmin otaqda olan şkafa baxış keçirilən zaman oradan qutunun içərisindən üzərində "Concent" yazılmış və içərisində 4 ədəd dərman həbi olan, üzərinə rus dilində sözlər yazılmaqla içərisində 4 ədəd dərman həbi olan listlər aşkar edilmişdir. Həmin vaxt dərmanların kimə məxsus olduğu soruşulduqda o, dərmanların ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin şkafa baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə üzərində "Concent" sözü yazılmış və içərisində 4 ədəd dərman həbi olan, üzərində rus dilində sözlər yazılmaqla içərisində 4 ədəd dərman həbləri olan listlər zərfin içərisinə qoyularaq 53 saylı möhür ilə möhürlənib götürülmüşdür. Bundan sonra həmin otağın kimə məxsus olduğu soruşulduqda o, ailə üzvləri tərəfindən ümumi istifadə edilən otaq olduğunu bildirmişdir. Daha sonra həmin otaqda olan əşyalara baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Sonra evin zalında baxış davam etdirilmişdir. Zala baxış keçirən zaman qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Baxış evin mətbəxində davam etdirilmiş, o mətbəxdə olan əşyaları təqdim edib baxış keçirilmişdir. Lakin mətbəxdə də hər hansı qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra evin zalına keçərək yaşadığı evin həyətyanı hissəsində, yardımçı tikililərdə narkotik vasitə olmadığını qeyd etmişdir. Zaldan həyətyanı hissəyə çıxan zaman girişdə olan şkafa baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həyətə çıxdıqdan sonra ilk olaraq evin sağ tərəfində olan hissəyə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həyatyanı sahədə bütün yerlərə baxılmış, lakin heç nə aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra Şəki ŞRPŞ-nə gəlmişlər. Polis şöbəsində müstəntiq vəkil Musa Sarıyevin iştirakı ilə onu şübhəli şəxs qismində tutmuş, daha sonra üzərinə hal-şahidlərinin iştirakı ilə baxış keçirmiş, lakin üzərindən heç nə aşkar edilməmişdir. O, əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamış, o ilk dəfə olmuş ki, narkotik vasitə taparaq gətirib yaşadığı evdə gizlətmişdir. O, narkotik vasitənin heç bir növündən istifadə etmir. Əvvəlki ifadəsində yaşadığı evədən aşkar olunmuş narkotik vasitələri, tramadol tərkibli dərman peraparalarını, elektron tərəzini, plastik qabları və balaca çay qaşıqlarını türk vətəndaşının verdiyini bildirməkdə məqsədi məsuliyyətdən azad olmaq olmuşdur. Həmin vaxt hesab etmiş ki, belə desə o, məsuliyyətdən kənarda qalabilər. Əslində o, həmin narkotik vasitələri 2019-cu ilin sentyab-oktyabr aylarında Xaldan kəndindən gələrkən yolun kənarında kol-kos olan yerdən heç kimin olmadığı vaxtda taparaq gətirib yaşadığı evdə gizlədib saxlamışdır. O, həmin sintetik kisəni taparkən yanında və ərtafda heç kim olmamışdır. Onun narkotik vasitələri tapmasından heç kimin məlumatı olmamış, həmin narkotik vasitələrdən də bu günə kimi heç kimə satmamış, evdə saxlamış ki, nə vaxtsa istifadə edib narkotik vasitənin insana necə təsir etməsini bilsin. O, narkotik vasitəni taparaq yaşadığı evdə gizlətdikdən sonra bundan ailə üzvülərinin məlumatı olmamışdır. O, tramadol tərkibli dərman peraparatlarını narkotik vasitələr olan sintetik kisə ilə bir yerdə tapmış, lakin o hesab etmiş ki, həmin dərmanlar lazımsızdır, digə otağa qoysun sonra götürüb zibilliyə atsın. O, narkotik vasitəni tapdıqdan sonra nəsə marağında olub yaşadığı evə qoymuş ki, sonra istifadə edib baxsın narkotik vasitə necə olur. Sonradan da narkotik vasitələrin üstünə paltar tökdüyünə görə yadından çıxıb paltar dolabında qalmışdır. Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşlarına onun narkotik vasitə qəbul etməsi, yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat polis əməkdaşlarına necə çatımasını bilmədiyini və narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra hər hansı bir formada fiziki və yaxud psixi təzyiqə məruz qalmadığını qeyd etmişdir. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi disponserdə qeydiyyatda durmur. Narkotik vasitələrlə yanaşı yaşadığı evə baxış keçirilən zaman 3100 (üç min yüz) manat məbləğində pul aşkar olunub götürülmüşdür. Həmin pullar yoldaşı 3 nömrəli məktəbdə müəllimə işləyir, maaşından hissə-hissə yığmış, atası birinici qrup əlildir, əlillik pulu və müavinət alırlar. Həmçinin həyat yoldaşı loteriya oynayıb, loteriya pulunu götürmüş, üst-üstə qoyaraq həmin məbləği yığımışlar. O, bu günə kimi ***-***-**-** saylı mobil nömrəsindən istifadə etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2015-ci il tarixdən Şəki Şəhər-Rayon Polis Şöbəsində post-patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində xidmət edir. Əməkdaşıları Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələri saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumat barədə şöbə rəisinə məruzə olunduqdan sonar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs çöl qapısını döyəndə qapını Trlan açmışdır. Onlar özlərini təqdim etdikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs onun narkotik vasitənin saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsinə etiraz edib-etmədiyini soruşmuş, Təqsirləndirilən şəxs da evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Vahabovun iştirakı ilə evə keçib, yataq otağına daxil olub, Vahabovun yataq otağında paltar dolabında gizlətdiyi özünün dəməsinə görə içərisində narkotik vasitə olan plastik qabı çıxarıb təqdim etmişdir.Təqsirləndirilən şəxs Şəki Regional Vəkil Büosunun vəkillərin siyahısı təqdim edilmiş, Vahabov özünə vəkil Musa müəllimi seçmişdir. Musa Sarıyev gələndən sonra Təqsirləndirilən şəxs hüquqları izah olundan sonra onun yaşadığı evə videoçəkiliş vasitəsi ilə baxış keçirməyə yenidən başladıq. Vahabovun təqdim etdiyi plastik qabda olan bükümlərdən birini götürüb açaraq içərisində narkotik vasitə heroin aşkar edildi. Bundan başqa tiriyek, qaşıq və tərəzi aşkar olundu. Bunlar hamısı ekspertizaya təqdim edilməsi üçün zərfə qoyuldu. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini «Tərlan» adlı şəxsin Şəki şəhər ərazisinə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, yaşadığı evdə saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Tərlan» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə 25.01.2020-ci il tarixdə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə etmişdir. Şöbə rəisinin icazəsi ilə 25 yanvar 2020-ci il tarixdə «Tərlan» adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə ondan və Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Abdulla Xəlilovdan, Şəki ŞRPŞ-nin İTB-nin polis nəfərləri, polis serjantı Şahid3 və polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı «Tərlan» adlı şəxsin Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 2-/3 ünvanında qeydiyyatında olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvüləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 2/3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin darvaza qapısına yaxınlaşaraq qapını döymüşlər. Bir qədər sonra qapını Təqsirləndirilən şəxs açmışdır. Həmin vaxt onlar özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək ona narkotik vasitə əldə etməkdə, yaşadığı evdə saxlamaqda və narkotik vasitənin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, yaşadığı evdə narkotik vasitə olubolmadığını, olduğu halda təqdim etməsini xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olmasını etiraf etmiş və evində gizlətdiyi narkotik vasitəni onlara təqdim etməyə etira etməyərək onları evinə dəvət etmişdir. Onlar Təqsirləndirilən şəxs arxası ilə evə keçib, yataq otağına daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs yataq otağında paltar dolabında gizlətdiyi özünün deməsinə görə içərisində narkotik vasitə olan plastik qabı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni onlara təqdim etdikdən sonra X13 tərəfindən onun hüquq və vəzifələri izah olunmuş və hüquqlarının təmin edilməsi məqsədilə Şəki Şəhəri Vəkil Bürosunun vəkillərinin adları olan siyahının təqdim edilməsi və onun özünə müdafiəçi seçməsi üçün videoçəkiliş dayandırılmışdır. Ondan sonra X13 tərəfindən Təqsirləndirilən şəxs Şəki rayonu ərazsində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Musa Sarıyevi özünə vəkil seçmiş, az sonra vəkil Musa Sarıyev gəlmişdir. Musa Sarıyev gəldikdən sonra müstəntiq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun yaşadığı evə videoçəkiliş vasitəsi ilə baxış keçirməyə yenidən başlamışlar. Baxış keçirilməsinə başlamamışdan əvvəl müstəntiq baxışda iştirak edən, müdafiəçi və polis əşəkdaşları ilə Təqsirləndirilən şəxs qohumluq münasibətinin, ədavətinin və ya düşmənçiliyinin olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs heç kimlə qohumluğunun, heç bir ədavəti və ya düşmənçiliyinin olmadığını bildirmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşlar və yataq otağında olan paltar dolabından götürüb onlara təqdim etdiyi narkotik vasitəyə oxşar kütlələrə baxış keçirməyə başlamışlar. Müstəntiq Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qabda olan sellofan bükümlərə ayrı-ayrılıqda baxış keçirəcəyini bildirmiş və plastik qabda olan bükümlərdən birini götürüb açaraq içərisində xüsusi iyə malik narkotik vasitə-heroinə oxşar kütlə olmasını aşkar etdikdən sonra iştirakçılara göstərmiş, sonra isə ekspertiza tədqiqatına təqdim edilməsindən ötrü ağ rəngli zərfə qoymuş və 53 saylı möhür ilə möhürləyib götürmüşdür. Daha sonra müstəntiq həmin plastik qabın içərisində 3 ədəd sellofan bükümdə olan narkotik vasitə-tiryəki bir ədəd zərfdə qablaşıdırılacağı bildirmiş, narkotik vasitə tiryəkə oxşar 3 ədəd sellofan bükümdə olan kütlələri ağ rəngli zərfə qoymuş, 53 saylı möhürü ilə möhürləyib götürmüşdür. Sonra plastik qabın içərisinə baxış keçirən zaman içərisindən 1 ədəd tərəzi, 1 ədəd alışqan, 1 ədəd qaşıq, 1 ədəd içərisində qaşıq olan çəhrayı rəngli plastik qab, həmçinin 2 ədəd içərisində narkotik vasitəyə oxşar kütlə olan bükülü və narkotik vasitəyə tiryəkə oxşar tünd qəhvəyi rəngdə kütlələr aşkar edilmişdir. Bundan sonra həmin kütlələrdə hər bir iştirakçıya göstərildikdən sonra ağ rəngli zərfə qoyularaq 53 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Sonra plastik qabın içərisindən aşkar olunmuş içərisində narkotik vasitəyə oxşar kütlələr olan başlıq hissələrini düyünlə bağlanmış 2 ədəd bükümdə hər bir iştirakçıya göstərildikdən sonra ağ rəngli zərfə qoyularaq 53 saylı möhür ilə möhürlənib götürülmüşdür. Bundan sonra digər aşkar olunmuş əşyalara baxış keçirilən zaman çəhrayı rəngli plastik qabın içərisində olan narkotik vasitə tiryək ağ rəngli kağız parçasının içərisinə töküldü və hər bir iştirakçıya göstərildikdən sonra 53 saylı möhür ilə möhürlənib götürüldü. Sonra baxış zamanı aşkar olunmuş 1 ədəd yaşıl rəngli qapağı olan şəffaf plastik qab, 1 ədəd çəhrayı rəngli plastik qab, 1 ədəd kiçik ölçülü qaşıq, 1 ədəd böyük ölçülü qaşıq, 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi, 1 ədəd alışqan iş üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, qeyd olunan əşyaların hamısı yaşıl rəngli qapağı olan şəffaf plastik qabın içərisinə yığıldıqdan sonra qapağı bağlanmış və üzərinə hər bir iştirakçının imzası olan kağız və 53 nömrəli möhür qoyularaq xüsusi qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələri haradan, nə vaxt, hansı məqsədlə əldə etdiyini və saxladığını soruşanda, həmin vaxt o, hardasa təxminən 20-25 gün dörd yol deyilən yerdə azpetrolun yanında əyləşib çay içib çıxanda bir tır sürən türklə görüşüb söhbət edəndə həmin şəxsin narkotik vasitəni saxlaması üçün ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütlələrin hansı məqsədlə saxladığını soruşulduqda o, türkə köməklik məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra həmin şəxsin adını bildiyini və əvvəllər narkotik vasitə istifadə etmədiyini qeyd etmişdir. Bundan sonra yenə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olubolmaması soruşulduqda o, “bəli” deyərək cavab vermişdir. Sonra ona həmin narkotik vasitəni təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin yataq otağında yerləşən paltar dolabının digər qapısını açaraq oradan 1 ədəd gizlətdiyi kisəni çıxardaraq təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin kisəyə baxış keçirilən zaman sintetik kisənin içərisində narkotik vasitə-marixuana olmasını müəyyən edilmişdir. X13 Təqsirləndirilən şəxs kisənin içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, sahədən topladığını bildirmişdir. Sonra həmin kisənin içərisində narkotik vasitə olan kisənin başlıq hissəsi bağlanmış və xüsusi qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Müstəntiqə yaşadığı evdə, həyətyanı sahədə və yardımçı tikililərdə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Müstəntiq tərəfindən baxış həmin otaqdan başlanılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs yataq otağında yerləşən paltar dolabında olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Buna görə də o, paltar dolabının qapısını açaraq orada olan əşyaları təqdim etmişdir. Dolaba baxış keçirilən zaman içərisində müxtəlif geyimlər və əşyalar olması müəyyən edilmiş və həmin əşyalara ayrı-ayrılıqda baxış keçirilmişdir. Həmin əşyalar baxış keçirilən zaman sarı rəngli pul qabın içərisində çoxlu sayda pulun olması müəyyən edilmişdir. Həmin vaxt pulların kimə məxsus olduğu soruşulduqda Təqsirləndirilən şəxs pulların arvadına məxsus olmasını qeyd etmişdir. Həmin vaxt X13 pulların iş üçün əhəmiyyət kəsb etdiyini, ona görə götürüləcəyini bildirəndə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığını və pulların götürülməsinə etirazının olmadığını bildirmişdir. Həmin vaxt pullar açılaraq sayılmış və 3 ədəd 100 manatlıq, 16 ədəd 50 manatlıq və 100 ədəd 20 manatlıq, ümumilikdə 3100 manat pul əskinazları qablaşdırılıb götürülmüşdür. Bundan sonra həmin otaqda yerləşən digər əşyalara baxış keçirilmiş, lakin yataq otağında qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs evin digər otaqlarını və orada olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin otaqdan çıxaraq sağ tərəfdə olan digər otağa keçmiş, lakin həmin otaqdan da qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra divarın içərisində olan şkafın qapısını açaraq orada olan əşyaları təqdim etmiş, həmin vaxt şkafın içərisində müxtəlif əşyalar olması müəyyən edilmişdir. Həmin əşyalara baxış keçirən zaman oradan 10 ədəd şprislərin olması müəyyən edilmişdir. Həmin vaxt müəyyən edilən şprislərin kimə məxsus olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin şprislərin atasının olabiləcəyini bildirmişdir. Bundan sonra həmin şprislərin də iş üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq qablaşdırılıb götürülmüşdür. Bundan sonra həmin otaqda olan digər əşyalara baxış keçirilmiş, lakin oradan qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra digər otağa baxış keçirilməsi təklif edildikdə Təqsirləndirilən şəxs etiraz etməyərək həmin otaqdan çıxaraq otağın sağ hissəsində olan otağa keçmişdir. Həmin otağa baxış keçirən zaman qanunla qadağan edilmiş əşyalar aşkar edilməmişdir. Daha sonra otaqda müxtəlif əşyaların və bir ədəd seyfin olması müəyyən edilmişdir. Həmin seyfə baxış keçirən zaman içərisində qızıl-zinət əşyaları sənədlər olması müəyyən edilmiş, həmin vaxt seyfin yaxınlığında olan 1 ədəd balaca qutunun içərisinə baxış keçirən zaman həmin qutunun içərisində dərman həblərinin olması müəyyən edilmişdir. Həmin dərman həblərinə baxış zamanı dərman listlərinin rezin ilə bağlanması və üzərində tramadol sözləri yazılması müəyyən olunmuşdur. Həmin vaxt dərmanları haradan əldə etməsi soruşulduqda Tərlan dərmanları ona verilən həmin narkotik vasitələrin içərisində olduğunu bildirmişdir. Bundan sonra müstəntiq həmin 11 ədəd dərman listlərinin iş üçün əhəmiyyət kəsb etdiyini bildirib qablaşdıraraq götürmüşdür. Həminvaxt ona tramadol həblərinin qanunla dövriyyəsinin məhdudlaşdırılması və yalnız resept əsasında satılması bildirilib haradan əldə etməsi yenidən soruşulduqda Tərlan həmin dərmanların da narkotik vasitələrin içərisində ona verildiyini bildirmişdir. Bundan sonra həmin dərman həblərinin bir yerdə olduğunu halda nəyə görə dərmanların narkotik vasitənin yanında deyil, digər otaqda olması soruşulduqda Tərlan sonradan dərmanları götürüb oraya qoyduğunu bildirmişdir. o, X13a həmin dərman həblərindən istifadə etmədiyini bildirmişdir. Həmin dərman həblərinin tramadol olduğunu bilib-bilmədiyini soruşduqda Təqsirləndirilən şəxs dərmanın üzərini oxuya bilmədiyini qeyd etmişdir. Bundan sonra həmin otaqda olan şkafa baxış keçirilən zaman oradan qutunun içərisindən üzərində"Concent" yazılmış və içərisində 4 ədəd dərman həbi olan, rus dilində sözlər yazılmaqla içərisində 4 ədəd dərman həbi olan listlər aşkar edilmişdir. Həmin vaxt dərmanların kimə məxsus olduğu soruşulduqda Təqsirləndirilən şəxs dərmanların ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin şkafa baxış keçirilimiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra üzərində Concent yazılmış və içərisində 4 ədəd dərman həbi olan, üzərində rus dilində sözlər yazılmaqla içərisində 4 ədəd dərman həbləri olan listlər qablaşdırılıb götürülmüşdür. Bundan sonra həmin otağın kimə məxsus olduğu soruşulduqda Tərlan ailə üzvləri tərəfindən ümumi istifadə edilən otağın olduğunu bildirmişdir. Həmin otaqda olan əşyalara baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra evin zalında baxış davam etdirilmiş, zala baxış keçirən zaman qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra baxış evin mətbəxində davam etdirilmiş, Təqsirləndirilən şəxs mətbəxdə olan əşyaları təqdim etmiş, lakin mətbəxdə də hər hansı qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin zalına keçərək müstəntiqə yaşadığı evin həyətyanı hissəsində, yardımçı tikililərdə narkotik vasitə olmadığını qeyd etmişdir. Zaldan həyətyanı hissəyə çıxan zaman girişdə şkafa baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həyətə çıxdıqdan sonra bütün yerlərə baxılmış, lakin heç nə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış 25.01.2020ci il tarixdə saat 14 radələrində keçirilmişdir. Onun həmin vaxtdan əvvəl həmin ərazidə olması normaldır. Çünki o, əməliyyat müvəkkilidir. Müəyyən əməliyyat axtarış tədbirləri keçirilmədən əvvəl həmin ərazidə olmalı və müəyyən dəqiqləşdirmələr aparmalıdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxs başqa həmin ərazidə hazırda xatırlamadığı digər bir şəxs barəsində də əməliyyat tədbiri keçirildiyindən, ola bilsin həmin əməliyyat tədbirində də kömək məqsədi ilə iştirak etmişdir. Ona görə də Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsindən əvvəl həmin ərazidə olması normal qarşılanmalıdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, atası xəstə olduğu üçün 25 yanvar 2020-ci il tarixdə Gəncə avtobusuna çatmaq üçün səhər saatlarında oyanmış və işlərini qurtardıqdan sonra hamama düşmüşdür. Təxminən saat 11:00 radələrində hamamdan çıxıb pilləkənlərlə mətbəxə çıxanda səslər gəldiyini eşitmişdir. Qapını açıb mətbəxdən aynabəndə daxil olan zaman orada yad mülki geyimdə adamlar olduğunu görmüşdür. Sonra əri Təqsirləndirilən şəxs çağırıb həmin şəxslərin kim olduqlarını öyrənmək istəmiş, lakin həmin vaxt əri Təqsirləndirilən şəxs qolunda qandal olduğunu və yanında da bir nəfər şəxs olduğunu görmüşdür. Həmin vaxt oğlu da yanında olmuşdur. Bu zaman təşvişə düşüb həmin şəxslərin kim olduqlarını və onların yaşadıqları evə nə üçün gəldiklərini soruşduqda əri Təqsirləndirilən şəxs ona narahat olmamasını bildirmişdir. Daha sonra iki nəfər şəxs ona tərəf yaxınlaşaraq özlərinin polis şöbəsindən gəldiklərini və səsküy yaratmamasını, mətbəxə keçmələrini demişlər. Həmin şəxslərdən ərinin yanına getməsinə icazə vermələrini xahiş etsə də, onlar razı olmamış və səs-küy yaratmayıb mətbəxə keçməsini bildirmişlər. Daha sonra həmin şəxslərdən biri gəlib onun yanında, digər bir nəfər şəxs isə çöldə qapıda dayanaraq səslərini çıxartmamalarını tapşırmış və çölə çıxmağa da icazə verməmişlər. Həmçinin həmin şəxslər onun telefonunu əlindən almışlar. Bir qədər vaxt keçdikdən sonra vəziyyəti pisləşdiyi üçün oğlunu çağırmışlar və oğlu yanına gələrək onu sakitləşdirmişdir. Bir qədər vaxt keçəndən sonra qaynatası da gəlmiş və orada dayanaraq gözləmişlər. Sonra həmin şəxslər qaynatasıyla oğlunu çağırmış, lakin yenə ona çıxmağa icazə verməmişlər. Oğlu ilə qaynatası gedəndən bir qədər sonra gəlmiş və oğlu ona nə isə yazdıqlarını bildirmişdir. Xeyli vaxt keçdikdən sonra həmin şəxslər ona hamama düşməsini, oğlu ilə qaynatasına isə həyətə düşüb küçə qapısı tərəfə gedib orada gözləmələrini demişlər. Həmin şəxslərdən səbəbini soruşduqda isə onlara videoçəkiliş aparılacağı bildirilmişdir. Daha sonra onu hamam tərəfə apararaq qapını bağlamışlar. Yanvar ayında soyuq, işığı yanmayan hamamda bir neçə saat ona bu formada əzabəziyyət vermişlər. O, nə qədər çalışsa da, qapını aça bilməmişdir. Həmin vaxt oradakı şəxslərdən biri qışqıraraq ona səsini çıxartmamasını, videoçəkiliş aparıldığını, maneə yaratmamasını bildirmişdir. Xeyli vaxt keçəndən sonra qapını açaraq ona artıq çıxmasına icazə verildiyini bildirmişlər. Soyuqda qaldığı üçün ayaqları tutulmuş və özünü idarə etməkdə çətinlik çəkmişdir. Yuxarıya çıxanda isə aynabəndin bomboş olduğunu, orada heç kəsin olmadığını görmüşdür. Daha sonra yanındakı şəxs ona ərini onunla görüşməsi üçün çağıracağını bildirmişdir. Həmin vaxt çölə baxanda həyətdə çoxlu sayda adamın toplaşdığını görmüşdür. Daha sonra əri Təqsirləndirilən şəxs gəlib onunla görüşən zaman ərindən haraya getməsini soruşmuş, Təqsirləndirilən şəxs isə ona qayıdacağını bildirmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, polis əməkdaşları yaşadıqları evə gələn gün yatdığı zaman təxminən saat 11:00 radələrində səs-küy eşidib yuxudan oyanmış və atasının yanında iki-üç nəfər mülki geyimli şəxs olduğunu görmüşdür. O, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Yerindən durmaq istəyəndə polis əməkdaşları onu yerindən qalxmağa qoymamışlar. Daha sonra polis əməkdaşları onun paltarlarının cibinə baxıb telefonunu götürmüşlər. Sonra atası Tərlan Bahabovla birlikdə aynabəndə keçmiş və təxminən 20 dəqiqə aynabənddə oturmuşdur. Həmin vaxt anası isə mətbəxdə olmuşdur. Babası da evə gəldikdən sonra polis əməkdaşları aynabəndə onlara izahat yazdırmışlar. Polis əməkdaşları onu yenidən mətbəxə, mətbəxdən isə yola çıxartmışlar. Daha sonra atası Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə getmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs yaşadığı evə yaxın yerləşən “Ankara” adlı kafeni işlədir. 25.01.2020-ci il tarixdə saatını dəqiq xatırlamadığı vaxtda, səhv etmirsə günortaya yaxın vaxt iş yerində kafenin qarşısında olduğu zaman bir neçə polis əməkdaşının həmin əraziyə yaxınlaşdığını, eyni zamanda polis maşınının gəldiyini görmüş və elə fikirləşmişdir ki, polis əməkdaşları əvvəlcədən əldə edərək kafenin arxasına yığdığı odun parçaları ilə bağlı onun yanına gəlirlər. Sonradan görmüşdür ki, gələn polis əməkdaşları onun işlətdiyi kafenin yanından keçərək Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan meydançaya tərəf getmişlər. Bir qədər sonra həmin istiqamətdə baxarkən polis əmkdaşlarının həmin meydançada yığışdığını görmüşdür. Lakin onların məhz Təqsirləndirilən şəxs evinə gəldiyini bilməmiş və onun evinə girdiyini görməmişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Təqsirləndirilən şəxs evinə gəlmişlər. Birinci instansiya məhkəməsi istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, o, diş həkimi (texnik) işləyir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan beş mərtəbəli yaşayış binasında qalır. Səhərlər saat 11 radələrində evdən çıxıb işə gedir. 25.01.2020-ci il tarixdə balkonda dayanıb siqaret çəkərkən bir neçə nəfər mülki geyimli şəxsin Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqlarını görmüş və elə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs atası Yaşar dayıya nəsə olmuşdur. Tez onların qapısına yaxınlaşıb içəri girdikdə Təqsirləndirilən şəxs əlində qandal, yanında isə bir neçə şəxsin dayandığını görmüşdür. Başa düşmüşdür ki, həmin şəxslər polis əməkdaşlarıdır. Bu zaman polis əməkdaşları onu saxlamış və onun hal şahidi kimi lazım olub-olmaması dəqiqləşdirilmiş, lakin sonradan şəxsiyyətinə dair məlumatlar götürülərək sərbəst buraxılmışdır. Cinayət işinin materiallarında olan 25.01.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə “Tərlan” adlı şəxsin narkotik vasitələr qəbul etməsi, yaşadığı evdə narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vər. 7). Cinayət işinin materiallarında olan 25.01.2020-ci il tarixli “Raport”dan görünür ki, alınmış əməliyyat məlumatına əsasən Şəki şəhəri ərazisində narkotik vasitələr qəbul edən, yaşadığı evdə narkotik vasitələr saxlayan və satışı ilə məşğul olan “Tərlan” adlı şəxsin xx.xx.1967-ci il təvəllüdlü, Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 2/3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (cild 1, iş vər. 8). Cinayət işinin materiallarında olan 25.01.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında Şəki şəhər ərazisində təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, onun üstünə qanuna müvafiq qaydada şəxsi axtarışın keçirilməsi və yaşadığı Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 2/3 ünvanında yerləşən yaşayış evinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 9) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsində yerləşən evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər.33) Cinayət işinin materiallarında olan 25.01.2020-ci il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri, Təqsirləndirilən şəxs küçəsi, ev 2/3 ünvanında yerləşən evə baxış keçirilmiş və bir ədəd plastik qabda olan sellofanda narkotik vasitə-heroinə oxşar kütlələr, daha sonra plastik qabın içərisində 3 ədəd sellofan bükümdə olan narkotik vasitə-tiryək, sonra plastik qabın içərisinə baxış keçirən zaman içərisindən 1 ədəd tərəzi, 1 ədəd alışqan, 1 ədəd qaşıq, 1 ədəd içərisində qaşıq olan çəhrayı rəngli plastik qab, həmçinin 2 ədəd içərisində narkotik vasitəyə oxşar kütlə olan bükülü və narkotik vasitəyə tiryəkə oxşar tünd qəhvəyi rəngdə kütlələr, sonra plastik qabın içərisindən aşkar olunmuş içərisində narkotik vasitəyə oxşar kütlələr olan başlıq hissələri xüsusi qaydada bağlanmış 2 ədəd bükülülər, sonra digər aşkar olunmuş əşyalara baxış keçirilən zaman çəhrayı rəngli plastik qabın içərisində olan narkotik vasitə tiryək ağ rəngli kağız parçasının içərisinə tökülərək qablaşdırılıb götürülmüş, sonra iş üçün mühüm əhəmiyyət kəsb edən əşyaların hamısı yaşıl rəngli qapağı olan şəffaf plastik qabın içərisinə yığıldıqdan sonra qapağı bağlanmış və üzərinə hər bir iştirakçının imzası olan kağız və 53 nömrəli möhür qoyularaq xüsusi qaydada qablaşdırılıb götürülmüşdür. Həmçinin içərisində narkotik vasitə-marixuanaya oxşar bitki kütləsi olan bir ədəd sintetik kisə, sonra ümumilikdə 3100 manat məbləğində pul əskinasları, daha sonra 10 ədəd şpris, üzərində "Concent" yazılmış və içərisində 4 ədəd dərman həbləri, daha sonra isə üzərində "Tramadol" sözləri yazılmış 11 ədəd dərman listləri iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Protokola müvafiq olaraq aparılan çəkilişin CD diskləri əlavə edilmişdir. (cild 01, iş vər. 34-42) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, «Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd sellefan bükümdə….» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -3.964 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə - tiryəkdir. Bundan başqa tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar..." sözləri və imzalar yazılmış zərfin içərisindəki açıq şəkildə, təmiz çəkisi - 16.813 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Bundan başqa tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 3 ədəd sellofan bukümdə..." sözləri və imzalar yazılımış zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 50.118 qram, 50,197 qram və 42.114 qram, ümumi təmiz çəkisi - 142.429 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Bundan başqa tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 1.192 qram maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim olunmuş tiryəklər tərkiblərinə görə eynidirlər. Bundan başqa təqdiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan büküm... " sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) sellofan bükümdə, təmiz çəkisi - 27.690 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar kütlə..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0.024 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata təqdim olunmuş heroinlər tərkiblərinə görə eynidirlər. Bundan başqa tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götüqrülmüş dərman həbləri..." sözləri və imzalar yazılmış zərfin içəırisindəki üzərində "Contramal 150 SR" yazısı yazılmış 11 (on bir) ədəd blisterdə ümumilikdə 110 (bir yüz on) ədəd zavod üsulu ilə hazırlanma əlamətlərinə malik, tündnarıncı rəngli, içərisində ağ toz şəkilli maddə olan tablet formasında həblər - "Tramadol" tərkibli dərman preparatıdır. "Tramadol" tərkibli dərman preparatları 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"-na daxildir. (Sıra№ 79) Təqdim edilmiş, 110 (bir yüz on) ədəd tablet formalı həblərdə olan "Tramadol" preparatının təsir maddəsinin ümumi miqdarı - 16.500 qram (bir ədəd həbdə təsir madrdəsinin miqdarı 0,150 qram) təşkil edir. Bundan başqa tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş dərman həbləri..." sözləri və imzalar yazılmış zərfin içərisindəki üzərində "BOLA" yazısı yazılmış 01 (bir) ədəd bilisterdə ümumilikdə 04 (dörd) ədəd və üzərində "ALSET" yazısı yazılmış 01 (bir) ədəd blister kəsiyinə ümumilkidə 04 (dörd) ədəd həblər "BOLA" və "ALSET" dərman preparatlarıdır. "BOLA" və "ALSET" dərman preparatları 2016-cı ilin 18 mart tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı" və "Zəhərli maddələrin siyahısı" na daxil deyildir. Bundan başqa tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi - 1 kiloqram 075 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabisi) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (cild 01, iş vər. 79-83) Cinayət işinin materiallarında olan əlavə kompleks məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş əşyalar " sözləri yazılmış 01 (bir) ədəd böyük ölçülü plastik qabda, həmin qabın içərisindəki 01 ədəd kiçik ölçülü plastik qabda, 01 ədəd böyük və 01 ədəd kiçik ölçülü metal qaşıqlarda, 01 ədəd elektron tərəzidə və 01 ədəd alışqanda olan maddə hissəçikləri narkotik vasitə heroin hissəcikləridir. Təqdim olunmuş maddi sübutlarda olan heroin hissəcikləri cuzi miqdarda olduğundan onların təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. (cild 02, iş vər. 30-33) Cinayət işinin materiallarında olan məhkəmə psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O hal-hazırdada heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıılıq və sair xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək abiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbacan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 4-7) Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 2) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətləron onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrin tövsif edilməsi üçün əsas verəcək dərəcədə əsaslı deyildir. Cinayət Prosessual-Məcəlləsinin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 25.01.2020-ci il tarxdə polis şöbəsinə “Tərlan” adlı şəxsin narkotik vasitələr qəbul etməsi, yaşadığı evdə narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə qeyd edilən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, şəxsin yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda müxtəlif növə aid narkotik vasitələr, psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol tərkibli dərman preparatları aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına, həmçinin əlavə kompleks məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasın təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək müxtəlif növə aid narkotik vasitələrin və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol tərkibli dərman preparatlarının aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Müdafiəçi məhkəmə istintaqı zamanı ümumiyyətlə Təqsirləndirilən şəxs ətrafında həyata keçirilən əməliyyat axtarış tədbirini, bu çərçivədə qəbul olunan qərarları, həyata keçirilən prosessual hərəkətləri, prosessual hərəkətin həyata keçirilmə qaydasını, mexanizmini, həmin tədbirdə iştirak edən şəxslərin hərəkətlərini, polis əməkdaşları tərəfindən əməliyyat tədbirindən əvvəl və sonra edilən hərəkətləri, əməliyyat tədbirinin keçirilmə vaxtını və onun rəsmiləşdirilməsi qaydasını mübahisələndirmiş və həmin əməliyyat tədbirinin həyata keçirilməsi nəticəsində əldə olunan sübutların cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əldə olunduğunu bildirməklə həmin sübutların etibarsız sayılmasını, onların sübutlar siyahısından xaric edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, müdafiə tərəfi onların vəsatəti əsasında məhkəmə istintaqında dindirilən şahidlərin ifadələrini, o cümlədən “Təbəssüm” adlı aptekin müşahidə kameralarından götürülmüş video görüntüləri, habelə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının qapını döyməsindən qısa müddət sonra qapını açmasını və həmin vaxt sonuncudan yazılı ərizənin alınmasının müəyyən olunmadığını, sonradan cinayət işinin materiallarına yazılı ərizənin əlavə olunduğunu əsas götürərək əməliyyat axtarış tədbirinin 25.01.2020-ci il tarixdə saat 11 radələrində keçirildiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evinə narkotik vasitələrin və güclü təsir edən maddələrin qoyulduğunu, həmin narkotik vasitələrin ona məxsus olması barədə ifadə verməyə məcbur edildikdən sonra qeyd edilən baxış hərəkətinin video çəkilişlə aparıldığını və tədbirinin keçirilmə vaxtının həmin tarixdə saat 13:59 kimi rəsmiləşdirildiyini qeyd etmişdir. Əvvəla əməliyyat tədbirinin keçirilmə vaxtı və həmin tədbirin rəsmiləşdirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və baxışın keçirilməsini əks etdirən video görüntülərdən müəyyən olunur ki, əməliyyat tədbiri saat 13:59-da başlamışdır. Bunun əksini iddia edən müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şahidlərin söylədiklərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidlərdən X17 ümumiyyətlə polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış hərəkətini keçirmək üçün gəldiyini, onların Təqsirləndirilən şəxs evinə girdiyini görmədiyini və ən əsası da həmin hadisənin, yəni polis əməkdaşları tərəfindən sonuncunun evinə nə vaxt baxış keçirildiyini bilmədiyini qeyd etmişdir. Bundan əlavə digər şahid X12 da ifadə verərkən polis əməkdaşlarını Təqsirləndirilən şəxs evində sözügedən tarixdə saat neçə radələrində dəqiq gördüyünü xatırlamamışdır. X3 və X4 verdiyi ifadələrə gəldikdə isə cinayət işinin materiallarından müəyyən olunur ki, hər iki şahid təqsirləndirilən şəxsin arvadı və oğlu olmaqla yaxın qohumlarıdır. Odur ki, bu hal onların sonuncunun xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə kollegiyası şahid qismində dindirilən X17 və X5 məhkəmə istintaqı zamanı bildirdiklərinin ittihamda göstərilənləri təkzib edən, o cümlədən Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən hər hansı halı təsdiq etmədiyi qənaətinə gələrək həmin ifadələri müdafiə tərəfin qeyd etdiyi xüsusatları təsdiq edən əsaslı sübut növü kimi qəbul etmir. Eyni zamanda X3 və X4 təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla onun xeyirnə ifadə vermək ehtimalını əsas götürərək həmin şəxslərin ifadəsinə də tənqidi yanaşır və həmin ifadələri həqiqəti əks etdirən ifadə kimi qəbul etmir. “Təbbəssüm” adlı aptekin müşahidə kameralarından götürülən görüntülərə gəldikdə isə qeyd olunmalıdır ki, cinayət işinin materiallarına əlavə olunan həmin görüntülər sözügedən tarixdə saat 11 radələrində və ondan sonrakı ərəfədə polis əməkdaşlarının, o cümlədən Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçdiyini təsdiq edir. Lakin həmin görüntülərdə əks olunanlar polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə saat 11 radələrində baxış keçirilməsi qənaətinə gəlməyə əsas vermir. Həmçinin 25.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının qapını döyməsindən qısa müddət sonra qapını açmasına gəldikdə isə qeyd edilməlidir ki, saat etibarı ilə günorta vaxtına təsadüf edən həmin hadisə ərəfəsində Təqsirləndirilən şəxs tam geyinikli şəkildə, yəni əynində gödəkçə, başında papaqla küçəyə hansısa işinin dalınca getməyə hazırlaşan şəxs kimi qapının döyülməsinə reaksiya verib tez bir zamanda gəlməsində təəccüblü heç bir hal yoxdur. Belə ki, müdafiə tərəfin iddia etdiyi kimi əgər təqsirləndirilən şəxs evdə hələ yatılı vəziyyətdə olduğu zaman səhər vaxtı polis əməkdaşları gəlmiş olsaydı, onda ən azından Təqsirləndirilən şəxs ev geyimində qapını açmalı idi. Lakin görüntülərə əsasən Təqsirləndirilən şəxs tam geyinikli şəkildə evdən çıxmağa hazırlaşan şəxs təəssüratı yaratması müəyyən olunur. Odur ki, əməliyyat tədbirinin keçirilmə vaxtının düzgün rəsmiləşdirilməməsi ilə bağlı müdafiə tərəfin irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığından, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfin qeyd etdikləri əsassızdır və cinayət işinin materialları ilə təsdiq olunur ki, sözügedən əməliyyat tədbiri polis əməkdaşları tərəfindən məhz 25.01.2020-ci il tarixdə saat 13:59 radələrində həyata keçirilməyə başlanmışdır. Bundan əlavə müdafiə tərəfi video çəkilişlə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən sonuncudan baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə alınmayaraq onun hüquqlarının pozulduğunu, lakin sonradan cinayət işinin materiallarına qeyd edilən ərizənin əlavə olunduğunu göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən baxış protokolunu əks etdirən video görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilməsinə etiraz etmir və ona yaşadığı evdə narkotik vasitənin olmasına dair müvafiq əməliyyat məlumatının olduğu bildirildikdən dərhal sonra könüllü şəkildə polis əməkdaşlarını evə dəvət edir. Qeyd edilən ərizənin məhz həmin prosessual hərəkətin həyata keçirilməsi ərəfəsində alınmalı olması barədə cinayət prosessual qanunvericiliyin normalarında hər hansı birbaşa tələb nəzərdə tutulmadığından, o cümlədən CPM-nin 177.6-cı maddəsinin tələblərində bu qəbildən olan tədbirlərin keçirilməsi üçün ümumiyyətlə yaşayış yerinin sahibindən və ya orada yaşayan şəxsdən ərizənin alınması tələb edilmədiyindən, məhkəmə kollegiyası müdafiə tərəfin bu hissədə qeyd etdiklərini əsaslı saymır və hesab edir ki, qeyd edilən hərəkət nəticəsində Təqsirləndirilən şəxs hüquqlarının pozulması qənaətinə gəlinməsi qeyri-mümkündür. Bundan əlavə müdafiə tərəfi narkotik vasitələrin və güclü təsir edən maddələrin təqsirləndirilən şəxsin evinə qoyulduğunu bildirsə də, sonuncunun evinə keçirilən baxışın video görüntülərindən Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında polis əməkdaşları tərəfindən güclü təsir edən maddələrin aşkar edilməsi əsnasında necə həyəcan keçirdiyi, həmin dərmanların onun xəstə valideyninə aid olduğunu bildirməklə həmin həblərə diqqət yetirilməməsinə, o cümlədən həmin həblərin götürülməməsinə çalışdığı müəyyən olunur ki, bununla da məhkəmə heyətində qeyd edilən narkotik vasitələrin və güclü təsir edən maddələrin sonuncunun yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulması barədə müdafiə tərəfin dediklərinin həqiqəti əks etdirmədiyi qənaəti formalaşır. Eyni zamanda müdafiəçi Təqsirləndirilən şəxs yaşadığı evə təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsinə dair polis əməkdaşları tərəfindən qəbul edilən qərarın tərtibini mübahisələndirmiş, həmin qərarın prosessual normalara cavab vermədiyini, həmin qərarın qəbul edilməsi üçün hər hansı bir əsasın olmadığını bildirmiş, həmin qərarın qəbulundan sonra həyata keçirilən hərəkətlərin cinayət prosessual qanunvericiliyin normalarına uyğun olmadığını qeyd edərək sözügedən qərarın qanuniliyinin yoxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında qərarın mövcud olmadığını, həmin tədbirin qanuniliyinin tanınması üçün Şəki Rayon Məhkəməsinə müraciət olunsa da, məhkəmə tərəfindən həmin əməliyyat axtarış tədbirinin qanuni olması ilə bağlı qərarın qəbul edilmədiyini göstərmiş və 27.01.2020-ci il tarixli, 5(075)-13/2020 saylı həmin qərara istinad edərək belə bir halın mövcudluğunun özlüyündə keçirilmiş əməliyyat tədbirinin qanunsuz olması ilə əlaqədar olduğunu bildirməklə bir daha həmin tədbir nəticəsində əldə olunan sübutların etibarsız sayılmaqla sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, cinayət işinin materiallarına əsasən təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsinə səbəb polis orqanına Təqsirləndirilən şəxsla bağlı daxil olan əməliyyat məlumatı olmuş, həmin məlumat raport vasitəsi ilə rəsmiləşdirilmiş, bunun əsasında təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən həmin qərar qanuniliyinin yoxlanılması üçün müvafiq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin sözügedən qərarı ilə isə Təqsirləndirilən şəxs yaşadığı evdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsinə dair polis əməkdaşları tərəfindən qəbul edilən 25.01.2020-ci il tarixli qərarın qanuniliyə qiymət verilməmiş, sadəcə həmin qərarda polis orqanının qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmamasının nəzərə alınması əks olunmuşdur. Belə olan halda müdafiə tərəfin subyektiv fikirlərə söykənən əsaslanmasına, habelə məhkəmənin sözügedən həmin qərarına istinad edərək təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsinə dair polis əməkdaşları tərəfindən qəbul edilən 25.01.2020-ci il tarixli qərarın, o cümlədən onunla bağlı həyata keçirilən əməliyyat axtarış tədbirinin qanunsuz olması qənaətinə gəlmək qeyri-mümkündür. Həmçinin Təqsirləndirilən şəxs 25.01.2020-ci il tarixdə yaşadığı evinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən və daha sonra sonuncular tərəfindən psixi və fiziki təsirə, təzyiqə məruz qaldığını bildirsə də, qeyd edilən xüsusatlar Şəki rayon prokurorluğu tərəfindən araşdırılmış və Şəki rayon prokurorluğunun müstəntiqi X18 tərəfindən qəbul edilən 22.04.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda da qüvvədədir və təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. (cild 02, iş vər.37-40) Odur ki, yuxarıda göstərilənləri əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin məhkəmə istintaqı zamanı əməliyyat tədbirinin həyata keçirilməsi nəticəsində əldə olunan sübutların etibarsız sayılmaqla sübutlar siyahısından çıxarılması barədə tələbinin təmin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin mərhələsində müqavilə əsasında hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünün qismən etiraf etməsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biridigərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində müqavilə əsasında hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini qismən etiraf etməsinə dair ifadəsi narkotik vasitə və güclü təsir edən maddələrin onun yaşadığı evdən cinayət prosessual qanunverciliyin tələbləri çərçivəsində aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsində özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi hissəsində qeyd etdiklərinə, o cümlədən ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı ümumiyyətlə özünü ona elan olunan ittiham üzrə təqsirli bilməməsinə dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs birinci halda bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha yüngül cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmağa, ikinci halda isə ümumiyyətlə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin növlərinin müxtəlifliyi, həmin narkotik vasitələrin və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol tərkibli dərman preparatlarının miqdarının şəxsi istehlak miqdarından on dəfələrlə çox olması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara yığılmaqla saxlanılması, evdən həmçinin elektron tərəzinin aşkar olunması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əzab çəkməməsi, onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol tərkibli dərman preparatları şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol tərkibli dərman preparatları satmaq niyyəti ilə deyil, sadəcə saxlamaqla bağlı özünü təqsirli bilməsinə dair məhkəməyədək icraat zamanı qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxsin özünü ümumiyyətlə təqsirli bilməməsinə və polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində etirafedici ifadələr vermək məcburiyyətində qalmasına dair qeyd etdiklərinə münasibətdə isə vurğulanmalıdır ki, yuxarıda artıq Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı nəticəyə gəlindiyindən, o cümlədən müdafiə tərəfin qeyd etdiklərini məhkəmə istintaqı ilə öz təsdiqini tapmadığından, həmin hissədə sonuncunun qeyd etdikləri də müdafiə xarakterli ifadə kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi ona təqsirli bilindiyi maddələr üzrə cəza təyin etməkdə haqlı olmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, həmçinin CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilib 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə hökm etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını əsaslı və ədalətli hesab etmək olmaz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X7 1961 -ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971 ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təqsirli bilindiyi CM-nin 234.4.3 və 240.3.2-ci maddələri üzrə barəət verilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 1(091)-79/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar