Məhkəmə qərarları › İş №1(107)-87/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-87/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-87/2020 07.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə ilkin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxx 1994-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancından 20% faiz pulun dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından tutulmaların aparıldığı gündən hesablanması, hökmün icrasının Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 105 manatın Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi, Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilib yenidən istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, digər zərərçəkmiş şəxslər tərəfindən isə apelyasiya şikayəti və Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsinin apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Zərərçəkmiş şəxslərə və Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov apelyasiya şikayətinin baxılmamış saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs apelyasiya şikayətinin baxılmamış saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin baxılmamış saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətini və cinayət işinin materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndəmünasibətdə xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. CPM-in 384.1-ci maddəsinə görə, apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan iyirmi gün müddətində verilir. Göründüyü kimi, apelyasiya şikayəti hökmün rəsmi qaydada verildiyi gündən 20 gün ərzində verilməli olduğu halda bundan iyirmi üç gün sonra verilmiş və buraxılmış müddətin bərpa edilməsi haqqında nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə vəsatət verilməmişdir. Bundan sonra Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayəti hərəkətsiz saxlanılmış və CPM-in 386-cı maddəsi ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. İşdən görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci ildə Qanuni nümayəndə apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi üçün birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırmaq hüququ barədə məlumat verilmiş, lakin təyin edilmiş müddət ərzində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsi qarşısında vəsatət verməmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli iclas protokolundan görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə həmin məhkəmə iclasında bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü elan olduğu zaman məhkəmə iclasında iştirak etməmişəm. Həmin hökmü poçt vasitəsi ilə xx xxxx 2020-ci ildə almışam və xx xxxx 2020-ci ildə apelyasiya şikayətini poçt vasitəsi ilə məhkəməyə göndərmişəm. Buna görədə apelyasiya şikayətinin verilməsi barədə müddəti ötürməmişəm. Ona görə də işin Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edirəm. CPM-in 520.7-ci maddəsinə əsasən, hökmün və ya məhkəmənin digər yekun qərarınınicrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apelyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. Apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər (CPM-in 386.1-ci maddəsi). Göstərilən maddənin məna və mahiyyətinə görə, apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan həbsdə saxlanılan məhkum hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində apelyasiya şikayəti verə bilər, bu istisna yalnız həbsdə olan təqsirləndirilən şəxsə aid olduğundan, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Göyçay Rayon Məhkəməsinin təmsil etdiyi qızı Zərərçəkmiş şəxs1 barədə olan hökmü elan olunduqdan sonra xx xxxx 2020-ci ilə qədər apelyasiya şikayəti verə bilərdi. Lakin o, bu müddəti ötürmüşür. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün elan olunduqdan iyirmi üç gün keçdikdən sonra məhkəməyə müraciət etməsini, məhkəmə kollegiyasının hərəkətsiz saxlanma haqqında qərarında göstərdiyi tələblərə uyğun olaraq bundan sonra onun ötürülmüş müddətin bərpası barədə birinci istansiya məhkəməsinə vəsatət verməməsini nəzərə alıb hesab edir ki, iş üzrə apelyasiya şikayəti baxılmamış saxlanılmalıdır. CPM-in 391.4-cü maddəsinə əsasən, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 gündən 20 günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Ona görə də məhkəmə kollegiyası göstərilənlərə əsаsən və CPM-in 391.4-cü mаddəsini rəhbər tutаrаq, QƏRАRА АLDİ: Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayəti baxılmamış saxlanılsın. Qərаrdаn çıxarıldığı vaxtdan bir аy müddətində Şəki Apelyasiya Məhkəməsinin vasitəsi ilə Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin Cinаyət kоllеgiyаsınа kаssаsiyа şikаyəti və kаssаsiyа prоtеsti vеrilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar