Məhkəmə qərarları › İş №1(107)-87/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-87/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-87/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) 01 dekabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatıda olmaqla, faktiki olaraq Balakən şəhəri, H.Əliyev pr. 7A ünvanında yaşayan, Balakən Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı cinayət işi üzrə 03.07.2020-ci ildən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən, Balakən Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü ilə ona təyin edilərək üzərində saxlanılmış səkkiz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının iş üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin şübhAnarşəxs qismində tutulduğu 03 iyul 2020-ci ildən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-də saxlanılan 4,792 qram psixotrop maddə olan metamfetamin, 6,125 qram olan narkotik vasitə heroin və içi boş 1 ədəd West markalı siqaret qutusunun hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, 1 ədəd 5 manatlıq əsginazda burularaq hazırlanmış borucuğun məcburi qaydada dövlət nəfinə müsadirə olunması, iş üzrə 71,94 manat ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 27 iyun 2020ci il tarixdə Balakən rayonunun Gərəkli kəndi ərazisindəki Mazım çayının kənarından 1 ədəd West markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 4,842 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdar hesab edilən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini taparaq satış məqsədi ilə qəsdən, qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlayıb Balakən şəhəri H.Əliyev prospektində yerləşən Qəfəs adlı kafeyə gətirmiş, 03 iyul 2020-ci il tarixdə tarixdə saat 01 radələrində RPŞ-nin əməkdaşları tərəfindən karantin rejimi qaydaları ilə əlaqədar keçirilən tədbir zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs olduğu otağa daxil olan zaman sonuncu üzərində saxlamış olduğu içərisində ayrı-ayrı sellofan bükümlərdəki həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 1 ədəd West markalı siqaret qutusunu stolun altına atmışdır. Daha sonra saat 01 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Balakən şəhəri H.Əliyev prospektində yerləşən Qəfəs adlı kafeyə gətirib oradakı stolun altına atmış olduğu 1 ədəd West markalı siqaret qutusuna baxış keçirilərkən siqaret qutusunun içərisindən onun qəsdən, satış məqsədi ilə, qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 4,842 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdar hesab edilən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə qarşı etiraz və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhAnarşəxs kimi tutulmazdan əvvəl onda narkotik vasitə aşkar edilməmiş, hadisəni görən hər hansı şəxs tərəfindən onda narkotik vasitə olması barədə göstərilməmiş, həmçinin onun bədənində, üzərində, paltarında və ya istifadə etdiyi digər əşyalarda yaşayış yerində cinayətin, yəni qanunsuz şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə edilməmiş, satış məqsədi ilə saxlanması izləri müəyyən edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, polis işçiləri onun icarəyə götürüb işlətdiyi kafeyə gəlib Təqsirləndirilən şəxs üzərində saat 23- 24 radələrində şəxsi axtarış apararkən Təqsirləndirilən şəxs üzərində heç bir cinayət xarakterli əşya, predmet, narkotik vasitə aşkar olunmamiş, polis işçiləri bayırdan iki selofan torbada narkotik vasitəni gətirib Təqsirləndirilən şəxs ”bu sənindirmi” deyə soruşmuş, Anar isə bu selofanda olanların ona məxsus olmadığını bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi təhrif edilərək yazılmışdır. Belə ki, Şahid4 polis işçiləri küçədən əlində selofan torbalarda narkotik vasitəyə oxşar kütləni gətirib stolun üstünə qoyduqlarını və həmin narkotik vasitənin ona məxsus olduğunu göstərsədə, Şahid4 ifadəsində “Polis əməkdaşları əllərində olan siqaret qutusunu Təqsirləndirilən şəxs göstərərək onun içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitənin ona məxsus olduğunu bildirdikləri” qeyd olunmuşdur. Beləliklə, məhkəmə istintaq tərəfindən verilmiş ittihamın təsdiqinə çalışmışdır. Təqsirləndirilən şəxs saat 23-24 radələrində “Qəfəs” kafesində şəxsi axtarışa məruz qaldıqda onun üzərində heç nə aşkar edilmədiyi halda o, Balakən RPŞ-ya gətirilmiş, orada işgəncələrə məruz qalmış, polis rəisinin müavini Anar Əhmədov, rəis müavini Vüsal Bayramov, CAB-nin rəisi Orxan Məmmədov CAB-nin əməkdaşı Vüsal Bayramov və qeyriləri tərəfindən işgəncəyə məruz qaldıqdan sonra məcburən narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş ilkin izahat və ifadələri fiziki və psixi təsir altında verməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ləğv edilmAnarvə Təqsirləndirilən şəxs bəraət verilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun ifadə verən təqsirləndirilən şəxs AnarQarayev demişdir: -02 iyul 2020-ci il tarixdə, saat 22:30-23:30 radələrində tanışım Şahid3la birlikdə tanıdığım Ümid adlı şəxsin işlətdiyi “Qəfəs” adlı kafedə çay içirdik. Bu zaman polis əməkdaşları kafeyə daxil oldular. Bu zaman Maqomed arxa qapıdan çıxıb kafedən getdi. Həmin kafeyə gəlmiş iki nəfər polis əməkdaşı karantin rejimi ilə əlaqədar olaraq kafeyə gəldiklərini bildirdilər. Həmin zaman tibbi maskam olmadığından məni saxladılar. Karantin qaydalarını pozduğma görə barəmdə protokol tərtib edilməsi üçün mənə polis şöbəsinə getmək lazım olduğunu dedilər. Bundan sonra əməliyyatçılarla vəkil Müdafiəçi2 gəldilər. Həmin vaxt polis əməkdaşları vəkil Muradovun iştirakı ilə üzərimdə axtarış apardılar. Üzərimdə hər hansı bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmadı. Daha sonra isə məni polis maşınına mindirdilər. Təxminən 15-20 dəqiqə polis maşınında gözlədikdən sonra polis əməkdaşlarından biri əlində West markalı siqaret qutusu gətirdi və həmin siqaret qutusunun mənə məxsus olubolmadığını soruşdu. Mən də polis əməkdaşına siqaret qutusunun mənə məxsus olmadığını bildirdim. Daha sonra isə məni polis şöbəsinə gətirdilər. Polis şöbəsində olanda polis əməkdaşları həmin siqaret qutusunun məndə haradan olduğunu soruşduqda, bir daha mənim olmadığını və haradan olmasından da xəbərim olmadığını bildirdim. Həmin zaman polis əməkdaşı Vüsal Bayramov həmin siqaret qutusunun içərisində olan narkotiki boynuma almağı və həmin narkotikə görə mənə CM-in 234.1-ci maddəsinin qoyulacağını, boynuma almayacağım halda isə zorla həmin narkotikin mənə məxsus olmasının boynuma qoyulacağını dedi. Razılaşdığım halda məni 234.1-ci maddə ilə buraxdıracaqlarına söz verdilər. Əvvəl razılaşmasam da, məni döydüklərinə və mənə hər cür təzyiq göstərdiklərinə görə çarəsiz olaraq onlarla razılaşdım və narkotikin mənə məxsus olmasını boynuma aldım. Mənə fiziki və psixi zor tətbiq edildi. Bundan başqa, o verilən suallara cavab olaraq demişdir: Həmin gün üzərimdə heç bir narkotik olmayıb. Amma mənə cəza təyin edilsə, CM-in 234.1-ci maddəsi ilə verilməsini xahiş edirəm. Kafedə üzərimdə axtarış edilən zaman məndə narkotik olmayıb. Polis əməkdaşları ilə sövdələşdiyim və çəkiliş zamanı narkotikin mənə məxsus olduğunu dediyim üçün özümü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişəm. Əslində heç bir günahım yoxdur və ona görə də mənə bəraət verilməsini xahiş edirəm. Polis şöbəsində Anar, Tural, Vüsal adlı polis əməkdaşları və kafeyə ilk daxil olan polis əməkdaşları mənə psixi və fiziki təzyiq göstəriblər. Saat 22:30 radələrində məni kafədə saxlayıb polis şöbəsində apardılar, səhər saat 04:30 radələrində çəkiliş olub. Polis şöbəsinə daxil olduğum zaman üzərimdə xəsarət olmayıb, xəsarətləri əməliyatçıların otağında almışam. Əmiraslanovun işində izahatımı dəyişdirdiyim üçün polis əməkdaşları mənimlə prinsip aparıblar. Əmiraslanova qarşı ifadəmi dəyişdirəndən təxminən 1 ay sonra tutuldum. Həmin cinayət işi ilə bağlı barəmdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Məni polis şöbəsinə çağırmırdılar, amma ifadəmi dəyişdirdikdən sonra rəis müavini məni buna görə polis şöbəsinə çağıraraq irad tutdu. Narktotik vasitələrdən istifadə etsəm də, onları heç vaxt satmamışam. Narkotik vasitələrdən istifadə edirəm. Barəmdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçildikdən sonra da narkotikdən istifadə etmişəm. Mənə məcburi müəlicə də yazıblar. 5 manatlıq pul əsginazından hazırladığım borucuğu da siqarət qutusuna polis əməkdaşları qoyublar. Kafenin divarında saat asıldığına görə bilirəm ki, axşam saat 22:30-da mən kafeyə gəldim, saat 23:30-da polis əməkdaşları kafeyə daxil oldular. Mən mətbəxdə yox, kafenin ümumi yerində, sağda oturmuşam. Kafeyə daxil olan polis əməkdaşları ilə qərəzliyim, düşmənciliyim yoxdur, onları əvvəl tanımırdım. Onlar üstümü axtardılar, cibimdən borucuq şəklində olan 5 manatlıq pul əsginazı aşkar edildildikdən sonra məni çölə çıxartdılar, bununla bağlı zəng etdilər. Polis əməkdaşları gəlib kafeyə baxdılar, məni maşına mindirdilər. Mən orada 15 dəqiqə dayanmışam. Bundan sonra Vüsal Bayramov və Şəmsəddin gəldilər. Onların gəlişi ilə siqaret qutusu üzə çıxdı. Mən buna etiraz etdim. Məni polis şöbəsində döydülər. X5 daxil olduqda həkimə dedim ki, yıxılmışam, çünki məni qorxutdular. Məhkəmədə polis əməkdaşları tərəfindən döyülməyimi demədim, çünki yenidən döyürlər. Məni döydükdən sonra müdafiəçini mənə verdilər. Şəki Penitensiar müəssisəsinə daxil olduğum zaman müdafiəçimin olduğunu bilməmişəm. Müdafiəçimə döyüldüyümü deməmişəm, çünki məni qorxutdular. Narkotik istifadəçisi olduğuma görə borucuq şəklində bükdüyüm əsginazı cibimdə saxladım. Tutulduğumdan bir gün əvvəl narkotikdən istifadə etmişəm. Mən yalan demirəm. Şahidlərin ifadələri ziddiyətlidir, mənə elan edilmiş ittiham yalnız Şahid1 ifadəsi üzərində qurulub. İmkan olsa əməlimin CM-in 234.1-ci maddəsinə töfsif edilməsini xahiş edirəm. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, apellyasiya şikayətinin dəlillləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs CMin 234.4.3-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını təklif edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əmAnarüzrə sübut edilmAnarolan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməmAnarvə Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən şahid X13 bildirmişdir ki, Təqsirləndirilən şəxs Balakən şəhər sakini kimi tanıyıram. Hadisə baş verən günun tarixi yadımda olmasa da, təxminən axşam saat 11 radələrində Şahid4 işlətdiyi kafenin yanından keçəndə orada qarışıqlıq olduğunu gördüm. Polis əməkdaşları Anarı kafedən çıxardaraq polis maşınına mindirdilər. Nə məsələ olduğunu öyrənmək üçün yaxınlaşsam da, məni qovdular. Səhəri gün bir müddət birlikdə işlədiyim və ona görə tanıdığım Anarın atası Fərman Qarayev mənə yaxınlaşdı. Məndən Ümidi tapmağı xahiş etdi. Ümidi kafenin arxasında tapdıq. Ümid bizə dedi ki, Anar axşam kafeyə gələrək dönər istədi. Dönər olmadığı üçün çay verdim və o kabinetdə çay içirdi. Həmin vaxt polis əməkdaşları ora basqın etdilər, məni və Anarı, əsas da Anarı tozsoranın borusu ilə döydülər. Bundan sonra Anarı, daha sonra məni polis şöbəsinə apardılar. Bizi axsam saat 11 radələrinə qədər saxladılar, saat 04:30 radələrində yenidən kafeyə gətirdilər. Orada polis əməkdaşları West markalı siqaret qutusunu yerə ataraq Anara dedilər ki, götür, bu, sənindir. Anar məcbur olaraq onu götürdü. Məni səhər buraxdılar. Bunların hamısını bizə Şahid4 danışıb. Bundan başqa, o verilən suallara cavab olaraq demişdir: -Mən özüm saat 11 radələrində kafenin mətbəx tərəfində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü görmüşəm. Mən kafeyə çatanda Anar kafenin içərisində idi. Mən içəriyə keçməsəm də, çöldən hər şey aydın görünürdü. Pəncərənin arxasında mən dayanmışam, o biri tərəfində onlar olub. Anarı 3 nəfər döyürdü. Ümid də orada idi. Anarı çıxardıb polis maşınına mindirirdilər. Ümidlə içəridə söhbət edib onu da apardılar. Anarın atasına həmin axşam gördüyümü desəm də, X20 Anarla birlikdə tutulduğu üçün onun özü ilə danışmaq istədi. Mən CM-in 177-ci maddəsi ilə tutulmuşam. Hadisə günü kafenin yanında olmağımı qonşum Əmrahgil, mağazanın işçisi görüb. Hadisədən bir qədər sonra müstəntiq Natiq Hacıyev tərəfindən polis şöbəsinə dəvət edilib bununla bağlı izahat da vermişəm. Anarın atası Fərman Qarayevlə bir yerdə işləmişik. Fərman Qarayevin prokurorluğa müraciətinə qədər məni polis şöbəsinə apardılar və Vüsal, Anar, Orxan adlı polis əməkdaşları məni təhqir etdilər. Mən qorxmuşam. Mən ev dustaqlığında olduğuma görə Fərman Qarayevə bu işlə bağlı vəsatət verməsini dedim. Anarın qılçalarına və belinə vururdular. Hətta kafenin yanında yerləşən mağazanın satıcısı Anarın qışqırıqlarını eşidib. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid1 bildirmişdir ki, tarixi yadımda olmasa da, həmin gün Balakən şəhəri ərazisində İTB-nin sahə polis nəfəri Şahid2lə Balakən şəhəri, H.Əliyev prospektində yerləşən Qəfəs adlı kafenin mətbəx hissəsinə daxil olanda adının sonradan Maqomed olduğunu bildiyim şəxsin kafenin arxa qapısından qaçdığını, digər şəxs, yəni sonradan adını bildiyim Təqsirləndirilən şəxs isə stolun üzərində West yazısı olan siqaret qutusunu stolun altına atdığını gördüm. Həmin vaxt Xodayevi çağırdım, o Təqsirləndirilən şəxs tutub saxladı. Bundan sonra polis şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxladım və əməliyyat qrupu gələrək həmin yerə baxış keçirdi. Baxış zamanı oradan metamfetamin və heroin aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs West yazısı olan siqaret qutusunu stolun altına atdığını və ona məxsus olduğunu etiraf etdi. Videoçəkiliş aparılaraq tədqiqatçı tərəfindən narkotik maddəyə oxşar kütlənin aşkar edilməsinə dair protokol tərtib edildi. Təqsirləndirilən şəxs narkotik maddəni haradan əldə etdiyini deməyib. Mənim Təqsirləndirilən şəxs West yazısı olan siqaret qutusunu stolun altına atmasını sənədləşdirməyə ixtiyarım yoxdur, bunu təhqiqatçı, müstəntiq etməlidir. Təqsirləndirilən şəxs West yazısı olan siqaret qutusunu stolun atlına atdığını görmüşəm. Təqsirləndirilən şəxs sonradan hadisə yerinə baxış keçirilən zaman təhqiqatçı tərəfindən protokol tərtib edildikdə West yazısı olan siqaret qutusunun ona məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərəndə Xodayevə dedim ki, onu saxlasın. O da Anarı saxladı. Təqsirləndirilən şəxs məni görən kimi qaçmağa cəhd göstərdi. Təqsirləndirilən şəxs özü stolun altına atılmış West yazısı olan siqaret qutusunun ona məxsus olduğunu dedi. Onda heç nə olmamışdırsa, niyə görə qaçmağa cəhd göstərirdi? Kafenin mətbəx hissəsinə daxil olanda Maqomed adlı şəxs anidən qaçdı, Təqsirləndirilən şəxs isə əlindəkini yerə tulladı. Mən bunu gördüm. Qədir də mənim arxamca gəlirdi. Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərdi. Onu Qədir tutub saxladı, mən məcburən növbətçi hissəyə zəng vurdum. Anarla aramızda az məsafə var idi. Maqomed üçün qaçmaq rahat idi, amma Anarın qarşısında stol olduğuna görə o qaçmağa çətinlik çəkdi. Amma nəyinsə yerə atıldığını gördüm. Qədir Anarı saxladıqdan sonra həmin yerdən polis şöbəsinə zəng vurdum. Polislər gələnə qədər Qədirlə Anar kafedə qalıb süpürləşdilər. Qədir Anarı saxlamağa çalışırdı. Bundan sonra çəkilişlə polislər, tədqiqatçı və növbətçi hissəsinin maşını gəldi. Təqsirləndirilən şəxs saxladığımızdan polislər gələnə kimi 5-10 dəqiqə vaxt keçib. Çəkiliş olduqda Təqsirləndirilən şəxs sorğu-sual olundu. Ona məxsus olduğunu etiraf etdi. Bundan sonra evimizə getmişik. Xeyr, polislər gələnə qədər Təqsirləndirilən şəxs zor tətbiq etməmişik, vurmamışıq. Sadəcə olaraq saxlanılmasını təmin etmişik. Polis əməkdaşları gələn kimi hadisə yerinə baxış keçirdilər. Baxışın nə qədər çəkdiyini dəqiq bilmirəm. Bəli, baxışda mən də iştirak etmişəm. Bəli, bundan sonra onlarla mən də polis şöbəsinə getmişəm. Dəqiq xatırlamasam da, fikrimcə onun üzərində baxış dərhal keçirilib. Bəli, təxirə salınmadan baxış keçirilib. Kafeyə saat neçədə gəlməyimizi xatırlamıram. Amma qaranlıq idi. Videoçəkilişin nə vaxt keçirildiyi yadıma gəlmir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmamış və orada 4 saat saxlanıldıqdan sonra çəkiliş aparmağa yenidən kafeyə gətirilməmişdir. Çəkiliş zamanı biz hamımız orada idik. Kafenin sahibi Şahid4 yanımızda olub və orada iştirak edib. Amma onun nə isə deməyi yadıma gəlmir. Şahid4 Təqsirləndirilən şəxs əlində olan qutunu yerə atmasını, onu saxlamağımızı və polis əməkdaşlarının gəlməsini görüb. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid2 bildirmişdir ki, hadisədən sonra çox müddət keçib. Bildirirəm ki, həmin kafeyə birinci Şahid1 girdi, arxasınca mən gəldim. Aramızda 3-4 metr məsafə olub. Ağayev mənə dedi ki, tez gəl. Şahid1 həmin şəxslərin əlində nə isə görüb. Onların da bizdən xəbəri olmayıb, çünki qapı onlar tərəfə açılır. Şahid1 onları görsə də, onlar Şahid1 görməyiblər. Bundan sonra Maqomed adlı şəxs qaçdı. Şahid1 tez qapını bağladı, mən isə arxadan gəlib Təqsirləndirilən şəxs tutdum. Təqsirləndirilən şəxs qaçmağa çox cəhd etdi. Amma nə mən onu, nə də o, məni vurmuşdur, ya da söymüşdür. Mənə dedi ki, nə olar, burax mən də gedim. Mən də onu buraxa bilməyəcəyimi bildirdim. Mən onu saxladım. Ağayev polis şöbəsinə zəng vurdu, polis şöbəsindən əməliyyat qrupu, təhqiqatçı, post patrul maşını gəldi. Bundan sonra baxış keçirildi. Anar da siqaret qutusunu stolun altına atdığını dedi. Əgər ona məxsus deyildisə, niyə bunu etiraf etdi? Mən Anarın siqaret qutusunu stolun altına atdığını görməmişəm. Mən Təqsirləndirilən şəxs döyməmişəm, onun başqası tərəfindən döyüldüyünü də görməmişəm. Baxışda iştirak etməyim yadımda deyil. Amma videoçəkiliş olub. Yəgin ki, mən də videoçəkilişdə varam. Səhv etmirəmsə, Təqsirləndirilən şəxs narkotik maddəni çaya çimməyə gedəndə tapdığını dedi. Kafe açıq idi. Kafenin başında mətbəx var. Mətbəxin qapısı biraz aralı idi. Mən polis formasında idim, Şahid1 mülki geyimdə. Aramızda 3-4 metr məsafə var idi. Şahid1 mətbəx qapısından yavaşca baxıb mənə dedi ki, gəl. Bundan heç kimin xəbəri olmayıb. Ağayev mətbəxə daxil olduqda Maqomed adlı şəxs qaçdı, Təqsirləndirilən şəxs isə qaçmağa cəhd göstərdi, mən də onu tutdum. Kafenin sahibi isə qaçmadı. Mən nə olduğunu anlamadım. Mətbəxə daxil olan kimi Təqsirləndirilən şəxs tutdum. Bütün prosesi Şahid1 gördü. Təqsirləndirilən şəxs mətbəxin baş tərəfindən sağda balaca divanda oturmuşdu. Amma onların hansı tərəfdə oturduğunu görmədim, çünki mən mətbəxə daxil olduqda çaxnaşma düşdü. Maqomed adlı şəxs qaçdıqdan sonra Ağayev qapını örtdü ki, Anar qaça bilməsin. Mən də onu tutdum. Təqsirləndirilən şəxs mənə müqavimət göstərmədi. Mən onu arxadan tutdum, o isə məni kafenin digər tərəfinə sürütlədi. Məni itələmək, yumburuq vurmaq, şillə atmaq kimi hərəkətlər etməyib. Baxışdan əvvəl Təqsirləndirilən şəxs kafedən çıxardıb post patrul maşınına oturması yadımda deyil. Bildiyim qədər baxışdan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılıb. Kafeyə saat neçədə gəldiyimiz dəqiq yadımda deyil. Haradasa 12-yə işləmiş olardı. Kafeyə gəldiyimizdən baxış keçirilməsinədək nə qədər vaxt keçməsi yadımda deyil. Həmin gün sahə rəisi ilə gecə xidmətində idik. Kafeyə gəlməyimizin məqsədi karantin rejimi qaydalarına riayət edilməsini yoxlamaqla bağlı idi. Həmin şəxslərin narkotik vasitələrinin daşıması, satması, onlardan istifadə etməsi barədə məlumatımız olmaylıb. Təqsirləndirilən şəxslə təxminən 5 dəqiqə ərzində süpürləşmişik. Şahid1 mənə dedi ki, gəl, burada narkotik maddə çəkirlər. Mən siqarət qutusunun yerə atıldığını görə bilməmişəm. Mən mətbəxə girən kimi çaxnaşma oldu. Siqarət qutusunu yerdə gördüm. Təqsirləndirilən şəxs sorğu-sual olunması yadımda deyil. Təqsirləndirilən şəxs siqarət qutusunun ona məxsus olmasını təhqiqatçıya etiraf etdi. Bu epizod yadımdadır və videoya da düşüb. Orada Şahid4 da olmuşdur. Şahid4 siqaret qutusunu görüb-görmədiyini bilmirəm. Heç bir polis əməkdaşı siqaret qutusunu oraya gətirməyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qeyd edilən gün axşam təxminən 11-ə qalmış əvvəldən tanıdığı və münasibəti olduğu Təqsirləndirilən şəxs kafeyə gəlmiş və dönər sifariş etmişdir. Ona dönərin olmadığını bildirəndə, Təqsirləndirilən şəxs çay içmək istədiyini bildirmişdir. O da razı olub çay dəmləmişdir. Həmin vaxt kafedə, həmçinin tanışı Şahid3 da olmuşdur. O, özünə məxus telefonu enerji yığması üçün kafedə qoymuş və onun enerji yığmasını gözləmişdir. Çay dəmləyən zaman polis əməkdaşları kafeyə gəlmişlər. Karantin qaydalarına əsasən maska taxmayanlar cərimələndiyinə görə, Maqomedin də maskası olmadığı üçün o, kafenin arxa qapısından qaçmışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərilərindən qanunsuz heç nə aşkar edilməmişdir. Polis əməkdaşları əllərində olan siqaret qutusunu Təqsirləndirilən şəxs göstərərək onun içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun ona məxsus olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu kafedə saxlayaraq Təqsirləndirilən şəxs gecə saat 01:00 radələrində şöbəyə aparmışlar, təxminən saat 4-5 arası isə geri qaytarmışlar. Polis şöbəsindən kafeyə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, onun və Təqsirləndirilən şəxs iştirakı ilə kafeyə video çəkilişlə baxış keçirilmiş, Təqsirləndirilən şəxs aşkar olunan siqaret qutusunda olan narkotik vasitənin ona məxsus olduğunu bidirdiyi üçün, o da məcbur qalıb həmin narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olduğunu göstərmiş, sonra isə şahid qismində dindirilərkən bu formada ifadə vermişdir. Hazırda isə məhkəmə istintaqı zamanı həqiqəti danışır və bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs kafedə olarkən onda narkotik vasitə olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində əlavə dindirilmiş Şahid4 sonrakı ifadəsində göstərmişdir ki, isintaqa vermiş olduğu ilkin ifadələrini təsdiq edir. İstintaqa verdiyi ilkin ifadələrində göstərdiyi kimi 02 iyul 2020-ci il tarixdə, axşam saat 23 radələrində tanıdığı Şahid3 kafeyə gəlmiş, 2 ədəd dönər alıb telefonunu zaryatkaya qoyaraq oradan getmişdir. Bir müddət sonra isə tanıdığı Təqsirləndirilən şəxs kafeyə gəlmiş Anar da dönər istəmiş, ona dönər olmadığını bildirdikdə çay içəcəyini deyib kafenin mətbəx hissəsindəki stolda əyləşmişdir. Bir müddət sonra isə Maqomed də geri qayıdaraq Anarla salamlaşıb çay içmək üçün həmin stolda oturmuşdur. İş üzrə Təqsirləndirilən şəxs valideyinləri X11 və X3 tərəfindən rayon prokurorluğuna ünvanlanmış şikayət ərizəsinə əlavə olunmuş 05 iyul 2020-ci il tarixli izahatında qeyd olunanlarla bağlı bildirmişdir ki, 02 iyul 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları kafeyə gələn zaman həyəcanlı olduğu və qorxduğu üçün həmin zaman olanları tam olaraq xatırlamır, polis əməkdaşları onları döyməmişlər, lakin polis əməkdaşları kafeyə gələn zaman Anar oturmuş olduğu stolun üzərindəki West markalı siqaret qutusunu stolun altına atmışdır. Daha sonra isə onun və oraya gəlmiş digər polis əməkdaşlarının iştirakı ilə kafeyə və Təqsirləndirilən şəxs stolun altından götürərək təqdim etdiyi bir ədəd west markalı siqaret qutusuna baxış keçirmişlər. Baxış zamanı siqaret qutusunun içərisində olan Anarın dediyinə görə kakos adlandırılan maddə və şüşə adlandırılan maddə üzərlərində olan sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkilib ayrı-ayrılıqda zərflərdə qablaşdırılmışdır. Həmçinin, siqaret qutusu və siqaret qutusunun içərisində olan bir ədəd 5 manatlıq pul əsginazından hazırlanmış borucuq da bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs tutulduqdan bir neçə gün sonra, sonradan atası olaraq bildiyi Fərman adlı şəxs işlədiyi kafeyə gələrək Anar üçün vəkil tutduğunu, vəkilə izahat verməsini və bunun gələcəkdə Anar üçün yaxşı olacağını bildirmişdir. O, ilk öncə etiraz etsə də, təkidlə bunu xahiş etdikdə, onunla razılaşmış və Anarın vəkili olan Müdafiəçi2 izahat vermişdir. Lakin bu məzmunda izahat verməmişdir. O, izahat yazsa da, öz xətti ilə yazmış, həmçinin ondan Anar atası xahiş etdiyi üçün onun dediyi bir neçə cümləni də izahat yazmışdır. Lakin Müdafiəçi2 və Fərman Qarayevə də istintaqa vermiş olduğu ifadəsində göstərdiklərini demişdir. Lakin hazırda onun adından tərtib edilmiş izahat ona məxsus deyildir. O, bu məzmunda heç kimə izahat verməmişdir. Həmçinin, izahatda olan imzalar da ona məxsus deyildir. İzahatı onun adından kimin tərtib edib imza etməsini də bilmir. Polis əməkdaşları işlətdiyi kafeyə gəlib ondan kafeyə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqdan sonra polis əməkdaşları ilə birlikdə kafeyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindəki maddələr aşkar olunaraq götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. O isə səhəri gün polis şöbəsinə gələrək hadisə barədə izahat vermişdir. Ona təqdim edilmiş onun adına yazılmış izahat ona məxsus deyildir. O, bu məzmunda heç kimə izahat verməmiş və belə bir izahata da imza etməmişdir. Təqsirləndirilən şəxs işlətdiyi kafeyə gələn zaman onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından onun heç bir məlumatı olmamışdır. Sadəcə olaraq Anarın stolun altına atmış olduğu siqaret qutusuna baxış keçirilən zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində kafeyə gətirdiyi siqaret qutusunda narkotik olmuşdur. Təqsirləndirilən şəxs və Şahid3 kafeyə ayrı-ayrı vaxtlarda gəlmişlər. Buna görə də Anarın üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbərinin olması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 02 iyul 2020-ci il tarixdə, axşam saat 23 radələrində nişanlısı Aytacla birlikdə Balakən şəhəri ərazisində gəzərkən dönər almaq üçün Ümid adlı şəxsin işlətdiyi “Qəfəs” adlı kafeyə getmişdir. Daha sonra Aytacla birlikdə kafedən iki ədəd dönər götürüb çıxmışlar. Həmçinin, mobil telefonunun zaryatkası olmadığından Ümidi də tanıdığından, telefonunu orada zaryatkaya qoymuşdur. Daha sonra isə Aytacı yaşadığı evə aparmışdır. Bundan sonra yenidən telefonunu götürmək üçün “Qəfəs” adlı kafeyə qayıtmışdır. O, kafeyə gedib özü üçün də dönər almaq istəmiş və buna görə də Ümiddən dönər istəmişdir. Lakin Ümid dönərin qurtardığını bildirmişdir. O da Ümidə əgər çay varsa 1 çaynik çay dəmləməsini, həmin müddətdə kafedə olan və əvvəllər tanıdığı Təqsirləndirilən şəxslə oturacağını söyləmiş, həmin müddət ərzində telefonunun da zaryatka yığacağını düşünmüşdür. Təqsirləndirilən şəxslə kafedə oturub söhbət edərkən, təxminən saat 01 radələrində kafeyə polis əməkdaşlarının gəldiklərini görmüşdür. Həmin zaman karantin rejimi ilə əlaqədar ona cərimə yazılmasından qorxaraq kafenin arxa qapısından çıxıb oradan getmişdir. Çünki, həmin vaxt onda tibbi maska olmadığına görə cərimə yazılacağını düşünmüşdür. İfadəsinin davamında isə göstərmişdir ki, sonradan kafeni işlədən Ümidlə görüşüb söhbət edərkən sonuncu ona polis əməkdaşlarının kafeyə gəldikdən sonra Təqsirləndirilən şəxs döydüklərini, özlərinə məxsus narkotik vasitəni göstərərək həmin narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olması barədə ifadə verməsi üçün Anara təzyiqlər edildiyini və Anarın da məcbur qalaraq kafedən aşkar olunan narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində əlavə dindirilmiş Şahid3 istintaqa vermiş olduğu ilkin ifadəsiini təsdiq edərək göstərmişdir ki, Balakən şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, lakin onunla yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs atası X8 Təqsirləndirilən şəxs tutulduqdan sonra tanımış, çünki bir neçə dəfə onun yanına gələrək özü dediyi kimi ifadə verməsini ondan xahiş etrmişdir. Həmçinin, Anarın anası X2 da Təqsirləndirilən şəxs tutulduqdan sonra tanımış, çünki Anarın atası ilə Anası onun yanına bir neçə dəfə gəlmişdir. X11 və X1 Balakən Rayon Prokurorluğuna ünvanlanmış şikayət ərizəsinə əlavə etdiyi adına olan 05 iyul 2020-ci il tarixli Müdafiəçi2 adına alınmış izahatda qeyd olunan xüsusatlarla bağlı göstərmişdir ki, onun adından tərtib edilmiş izahatla tanış olmuş həmin izahat və izahatda olan imza ona məxsus deyildir. O da kiməsə belə məzmunda izahat verməmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs atası Fərman Qarayev ondan xahiş edib izahat verməsini istədikdə, onunla birlikdə vəkil Müdafiəçi2 yanına getmişlər. Lakin Müdafiəçi2 istintaqa vermiş olduğu ilkin ifadəsində qeyd etdiklərini bildirmişdir. Bir daha qeyd etmişdir ki, 02 iyul 2020-ci il tarixdə, axşam saat 18 radələrində yaşadığı Qullar kəndi ərazisində yerləşən evindən çıxaraq Balakən şəhəri ərazisində nişanlısı Aytacla görüşmüşdür. Təxminən saat 23 radələrinə kimi birlikdə olmuşlar. Daha sonra isə Aytacı evinə aparmış, həmin zaman Balakən şəhəri ərazisində yerləşən Ümid adlı şəxsin işlətdiyi “Qəfəs” adlı kafeyə Aytacla birlikdə dönər almaq üçün getmişdir. Onu da qeyd etmişdir ki, bir müddət əvvəl Ümidə zəng edərək dönər hazırlamasını bildirmişdir. Daha sonra Aytacla birlikdə kafedən iki ədəd dönər götürüb çıxmışlar. Həmçinin, mobil telefonunun zaryatkası olmadığından Ümidi də tanıdığından telefonunu orada zaryatkaya qoymuşdur. Daha sonra isə Aytacı yaşadığı evə aparmışdır. Bundan sonra yenidən telefonunu götürmək üçün “Qəfəs” adlı kafeyə qayıtmışdır. O, kafeyə gedib özü üçün də dönər almaq istəmiş və buna görə də Ümiddən dönər istəmişdir. Lakin Ümid dönərin qurtardığını bildirmişdir. O da Ümidə əgər çay varsa 1 çaynik çay dəmləməsini həmin müddət ərzində telefonunun da zaryatka yığacağını düşünmüşdür. Bir müddət dayandıqdan sonra təxminən saat 01 radələrində kafeyə polis əməkdaşlarının gəldiklərini görmüşdür. Həmin zaman karantin rejimi ilə əlaqədar ona cərimə yazılmasından qorxaraq kafenin arxa qapısından çıxıb oradan getmişdir. Çünki, həmin vaxt onda tibbi maska olmadığında görə cərimə yazılacağını düşünmüşdür. Bundan sonra isə yaşadığı evə getmişdir. Daha sonra isə nə olmasını bilməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs narkotik aşkar edildiyi üçün tutulmuşdur. Lakin bu barədə Şahid4 və ya başqa şəxsdən də heç nə soruşmamışdır. Bir daha qeyd etmidşdir ki, ona təqdim edilmiş adından olan həmin izahat və izahatda olan imza ona məxsus deyildir. O, da kiməsə belə məzmunda izahat verməmiş və belə məzmunda bir izahata imza etməmişdir. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan 03 iyul 2020-ci il tarixli raportdan görünür ki, Balakən RPŞ-nin İTB-nin sahə rəisi, molis mayoru Şahid1 rayon polis şöbəsinin rəhbərliyinə məruzə edərək 03.07.2020-ci il tarixdə, saat 01 radələrində karantin rejimi qaydaları ilə əlaqədar reyd keçirilərkən Balakən şəhəri, H.Əliyev prospektində yerləşən Şahid4 icarəyə götürərək işlətdiyi kafeyə daxil olduqlarını, kafenin mətbəx hissəsində qoyulmuş stolda oturmuş iki nəfər şəxsə yaxınlaşan zaman bir nəfər tanımadıqları cavan oğlanın kafenin arxa qapısından qaçdığını, digər oğlanın isə stolun üzərində “West” yazısı olan siqaret qutusunu əlinin içində əzərək stolun altına atmasının şahidi olduqlarını, qaçan şəxsin Şahid3, kafedə qalan şəxsin isə Anaq Qarayev olduğunun müəyyən edildiyini bildirmiş və Təqsirləndirilən şəxs özünü narahat aparması şübhə yaratdığından, həmin siqaret qutusuna və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 3). Cinayət işinin materiallarında olan 03.07.2020-ci il tarixli ərizədən görünür ki, Xəlilov X14 şəhəri, H.Əliyev prospektində yerləşən “Qəfəs” adlı kafeyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 5). Cinayət işinin materiallarında olan 03.07.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, kafenin icarədarı Şahid4 və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Balakən şəhəri, H.Əliyev prospektində yerləşən "Qəfəs" kafesinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində saxlayaraq kafeyə daxil olduqdan sonra stolun üzərinə qoyduğu, polis əməkdaşları gəldikləri zaman isə həmin siqaret qutusunu əlində əzərək stolun altına atdığı yeri göstərmiş, oradan 1 ədəd əzilmiş vəziyyətdə üzərində "West" yazısı olan siqaret qutusunu götürərək sotulun üzərinə qoymuş və həmin qutunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdəki psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilmiş sellofanla birlikdə çəkisi 4,92 qram gəlmişdir. Həmin kütlə də qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs "West" markalı siqaret qutusunun içərisində saxladığı 1 ədəd 5 manatlıq əsginazda burularaq hazırlanmış borucuq və içi boş 1 ədəd "West" markalı siqaret qutusu qablaşdırılaraq möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Prosessual hərəkətin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 69). Cinayət işinin materiallarında olan 03 iyul 2020-ci il tarixli 17/429 nömrAnarekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs 1 ədəd "West" markalı siqaret qutusunun içərisində saxladığı ...psixotrop maddə..." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 4,842 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd "West" markalı siqaret qutusunun içərisindəki...narkotik vasitə heroinə oxşar maddə..." sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 6,175 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd "West" markalı siqaret qutusunun içərisindəki...narkotik vasitə heroinə oxşar maddə..." sözləri yazılmış zərfin içərisindəki, 5 manatlıq pul əskinasından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün üzərindən aşkar edilmiş cuzi miqdarda olan maddə hissəcikləri heroin hissəcikləridir. Tədqiqata təqdim edilmiş 5 manatlıq pul əskinasından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə onunla 01 (bir) ədəd sellofan bükümdə olan heroinin müqayisAnartədqiqatının aparılması mümkün olmadı (cild 01, iş vər. 45-46). Cinayət işinin materiallarında olan Balakən Rayon Mərkəzi X10 Şəxsi tərəfindən verilmiş 14 iyul 2020-ci il tarixli 230 saylı məktubdan görünür ki, Balakən rayon sakini 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxananın psixiatriya kabinetində qeydiyyatda yoxdur (cild 01, iş vər. 117). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2020ci il tarixli 683 nömrAnarrəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 192). İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Qarayev X12 şəhəri, N.Nərimanov küçəsi ev 19 mənzil 6 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Balakən şəhəri H.Əliyev psrospekti 7A ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 111-113). İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhAnarşəxs qismində tutulduğu iki gün çıxılmaqla üzərində 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin təqsirləndirilən şəxs AnarQarayev tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əmAnarCM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, təqsirləndirilən şəxs AnarQarayev məhkəmə kollegiyasında verdiyi ifadəsində CM-in 234.4.3-cü maddəsilə ona qarşı irAnarsürülən cinayət əməlini törətmədiyini bildirsə də, cinayət işində olan 03 iyul 2020-ci ildə verdiyi izahatından (cıld 1, i. v. 34-36), 03-04 iyul 2020-ci ildə şübhAnarvə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən (cild 1, i. v. 49-52, 74-76), barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 iyul 2020-ci ildə Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında verdiyi izahatdan (cild 1, i. v. 92-94) görünür ki, təqsirləndirilən şəxs AnarQarayev üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmasını etiraf etmişdir. İbtidai istintaq zamanı AnarQarayev şübhAnarşəxs qismində Müdafiəçi2 iştirakı ilə ifadə verərkən bildirmişdir ki, özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. 2020-ci ilin iyun ayının 27-də Balakən rayonunun Gərəkli kəndindən keçən Mazım çayına çimmək üçün getmişdir. Bu zaman çayın kənarında 1 ədəd “West” markalı siqaret qutusunun olduğunu görmüş, həmin siqaret qutusuna baxdıqda qutunun içərisində 2 ədəd ayrı-ayrı sellofan bükümlərin olduğunu görmüş, həmin sellofan bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə (şüşə) kimi tanıdığı maddə olmuşdur. O, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün həmin narkotiki və metamfetamini görən kimi tanımışdır. Həmçinin narkotik vasitədən istifadə etdiyindən həmin siqaret qutusunu içərisindəki bükümlərə birlikdə üzərində şəxsi istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən bir neçə dəfə istifadə etmişdir. Geri qalanını da elə “West” markalı siqaret qutusunun içərisində üzərində saxlamışdır. 02 iyul 2020-ci il tarixdə axşam saat 23:30 radələrində əvvəllər tanıdığı Şahid3la birlikdə Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Qəfəs” adlı Balakən rayonunun Mahamalar kənd sakini tanıdığı Şahid4 işlətdiyi kafeyə çay içmək məqsədilə getmişdir. Kafenin mətbəx hissəsindəki stolda Maqomedlə birlikdə oturaraq Şahid4 çay hazırlamasını bildirmişdir. Ümid kənarda çay hazırladığı zaman üzərində şəxsi istifadəsi üçün saxladığı içərisində narkotik olan 1 ədəd “West” markalı siqaret qutusunu stolun üzərinə qoymuş, məqsədi həmin siqaret qutusunun içərisində saxladığı 2 ədəd sellofan bükümlədəki heroin və metamfetamindən (şüşədən) istifadə etmək olmuşdur. Bir neçə gün əvvəl üzərində saxladığı siqaret qutusuna həmin narkotikdən istifadə etməsi üçün 5 manatlıq əsginazdan buraraq hazırladığı borucuğu da saxlamışdır. Bir müddət sonra yəni 03 iyul 2020-ci il tarixdə, gecə saat 01 radələrində 2 nəfər polis əməkdaşları onun bildiyinə görə onların olduğu “Qəfəs” kafesinə karantin qaydalarını yoxlamaq məqsədilə daxil olmuşlar, polis əməkdaşları kafeyə daxil olan kimi yanında oturan tanışı Maqomed dərhal durub kafenin arxa qapısından qaçmışdır. Polis əməkdaşları ona yaxınlaşdıqları zaman o stolun üstündə saxladığı 1 ədəd “West” markalı siqaret qutusunu əlində əzərək stolun altına atmışdır. Lakin polis əməkdaşları bunu görmüşlər və ondan nə olmasını soruşduqlarında narkotik olduğunu etiraf etmişdir. Daha sonra polis əməkdaşları onunla birlikdə orada dayanmışlar və bir müddət sonra polis şöbəsindən bir neçə polis əməkdaşı da gələrək onun stolun altına atmış olduğu siqaret qutusuna onun, kafeni işlədən tanışım Şahid4 və polis əməkdaşlarının iştirakı ilə baxış keçirmişlər, baxış zamanı o, 1 ədəd “West” markalı siqaret qutusunun içərisində şəxsi istifadəsi üçün saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini (şüşəni), həmçinin siqaret qutusundakı narkotik vasitə qəbul etmək üçün saxladığı 1 ədəd 5 manatlıq pul əsginazından düzəltmiş olduğu borucuğu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini elektron tərəzidə çəkmişlər. Üzərindəki sellofanla birlikdə çəkisi 6,75 qram gəlmişdir. Sonra polis əməkdaşları onun təqdim etdiyi siqaret qutusunda olan digər sellofan bükümdəki psixotrop maddə metamfetamini elektron tərəzidə çəkmişlər, üzərindəki sellofanla birlikdə ümumi çəkisi 4,92 qram gəlmişdir. Polis əməkdaşları təqdim etdiyi içərisində narkotik olan sellofan bükümləri ayrı-ayrı qablaşdıraraq möhürləyib götürmüşlər. Daha sonra polis əməkdaşları siqaret qutusunda narkotik vasitə qəbul etmək üçün saxladığı 1 ədəd kağız borucuğu, həmçinin içi boş olan 1 ədəd “West” markalı siqaret qutusunu qablaşdırıb möhürləyərək götürmüşlər. Bundan sonra polis əməkdaşları şübhAnarolduğundan onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 və digər polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmişlər, onun üzərinə şəxsi axtarış zamanı hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun razılığı əsasında yaşadığı evə baxış keçirmişlər, baxış zamanı yaşadığı evdən qanunsuz heç nə aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olandan sonra bilmişdir ki, üzərində saxladığı 1 ədəd “West” markalı siqaret qutusunun içərisindəki 1 ədəd sellofan bükümdə aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 6,175 qram, həmin siqaret qutusunun içərisində saxladığı 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 4,842 qramdır. İfadəsinin davamında isə göstərmişdir ki, üzərində saxladığı narkotik vasitə və psixotrop maddəni 2020-ci ilin iyun ayının 27-də Balakən rayonunun Gərəkli kəndindən keçən Mazım çayına tək çimmək üçün getdiyi zaman çayın kənarında 1 ədəd “West” markalı siqaret qutusunu içərisində 2 ədəd ayrı-ayrı bükümlərdə tapmışdır. O 1 ildir ki, narkotik vasitədən istifadə etdiyindən həmin siqaret qutusunun içərisindəki narkotik və psixotrop maddə olan bükümlərə birlikdə üzərində şəxsi istifadəsi üçün saxlamışdır. Həmin saxladığı narkotik vasitədən və psixotrop maddədən heç kimin xəbəri olmamışdır. Maqomed polis əməkdaşları kafeyə gəldikdə qorxub oradan qaçmışdır. O və tanışı Maqomed həmin kafedə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişlər. Ancaq polis əməkdaşları gəlməsə özü tək üzərində saxladığı narkotikdən istifadə edəcəkdi. Üzərində narkotik vasitə və psixotrop maddə olmasından tanışı Şahid3 məlumatı olmamışdır. Həmçinin Şahid3 üzərində narkotik vasitə və ya psixtrop maddə olması ilə bağlı heç bir məlumatı olmamışdır. “Qəfəs” kafesini işlədən tanışı Şahid4 onun üzərində narkotik vasitə saxlamağından xəbəri olmamışdır. Lakin polis əməkdaşları kafeyə daxil olduqda stolun üzərində saxladığı içərisində narkotik maddə və psixotrop maddə bükümləri olan 1 ədəd “West” markalı siqaret qutusunu əlində əzərək stolun altına atanda Ümid bunu kənardan görmüşdür. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, narkotik vasitədən 1 ildir ki, istifadə edir. Ona polis şöbəsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Bundan başqa, iş üzrə Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Qəfəs” kafesini icarə əsasında işlədir. 02.07.2020-ci il tarixdə, axşam saatlarında Balakən rayonunun Qullar kənd sakini Şahid3 tanımadığı bir qızla onun işlətdiyi kafeyə gəlmiş və 2 ədəd dönər sifariş vermişdir. Həmçinin Maqomed telefonunun zaryatkası olmadığını deyərək telefonunu kafedə zaratkaya qoymuşdur. Daha sonra isə 2 ədəd dönəri götürüb kafedən getmiş, həmçinin birazdan telefonunu gəlib götürəcəyini bildirmişdir. Təxminən saat 23 radələrində tanıdığı Balakən şəhər sakini Təqsirləndirilən şəxs onun işlətdiyi kafeyə arxa qapıdan gələrək ondan dönər istəmiş, o da Anara dönər olmadığını bildirdikdə, Anar da ondan çay verməsini və 5 dəqiqəyə içib duracağını demişdir. Həmin vaxt kafedə digər müştərilər də olduğundan, Anara çay verməyə razılaşmışdır. Bundan sonra Anar kafenin mətbəx otağında oturmuş, 1 ədəd West markalı siqaret qutusunu və bir neçə ədəd şakalad-konfet olan kağızı stolun üzərinə qoyduğunu görmüşdür. Bir az keçmiş isə Şahid3 kafeyə gəlmiş, Maqomed Anarı gördükdə onunla salamlaşmış və telefonunun zaratka yığacağını deyərək, Anar oturan stolda əyləşmişdir. Daha sonra o, çayı hazırlayıb Anargilin qarşısına stola gətirmək istədiyi zaman kafeyə polis əməkdaşları daxil olmuşlar. Bu zaman onlar polis əməkdaşlarının karantinlə bağlı reyd keçirdiklərini düşünmüşlər və həmin vaxtı Maqomed tibbi maskası olmadığından qorxaraq kafenin arxa qapısından qaçaraq getmişdir. Təqsirləndirilən şəxs isə stolun üstündə qoyduğu 1 ədəd West markalı siqaret qutusunu Anarilə əzmiş və stolun altına atmışdır. Bu zaman polis əməkdaşları bundan şübhələnmiş və Təqsirləndirilən şəxs kafedə saxlamışlar. Daha sonra isə polis şöbəsindən oraya əlavə olaraq polis əməkdaşları dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ondan kafeyə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına etirazı olmadığını bildirmiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra kafeyə baxış keçirilmiş, baxış zamanı o, polis əməkdaşlarına Təqsirləndirilən şəxs kafenin kabinet kimi istifadə edilən otağında oturduğu stolu göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs də oturmuş olduğu həmin stolun altına atdığı West markalı siqaretin qutusunu götürüb polis əməkdaşlarına təqdim etmiş və içərisində narkotik maddələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin siqaret qutusunu açdıqda içərisində olan 2 ədəd bükümün birinin içərisində kakos, digərində şüşə olduğunu, həmçinin kağız bükülünün də narkotik istifadə etmək üçün nəzərdə tutulduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs kakos olaraq adlandırdığı maddə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 6,75 qram olmuşdur. Bundan sonra 01 ədəd sellofan bükümdəki kakos olaraq adlandırılan maddə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs şüşə olaraq adlandırdığı maddə də elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 4,92 qram olmuşdur. Bundan sonra 01 ədəd sellofan bükümdəki şüşə olaraq adlandırılan maddə də bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış və üzəri də imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etməsi üçün West markalı siqaret qutusunun içərisində saxladığı 5 manatlıq pul əsginazından buraraq hazırladığı borucuq və içərisi boş olan West markalı siqaret qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərfin üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və protokola heç bir əlavə, şikayət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bunlardan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 02 iyul 2020-ci il tarixdə, axşam saat saat 18 radələrində yaşadığı Qullar kəndi ərazisində yerləşən evindən çıxaraq Balakən şəhəri ərazisində nişanlısı Aytacla görüşmüşdür. Təxminən saat 23 radələrinə kimi birlikdə olmuşlar. Daha sonra isə Aytacı evinə aparmış, həmin zaman Balakən şəhəri ərazisində yerləşən Ümid adlı şəxsin işlətdiyi “Qəfəs” adlı kafeyə Aytacla birlikdə dönər almaq üçün getmişdir. Bir müddət əvvəl Ümidə zəng edərək dönər hazırlamasını bildirmişdir. Daha sonra Aytacla birlikdə kafedən iki ədəd dönər götürüb çıxmışlar. Həmçinin mobil telefonunun zaryatkası olmadığından Ümidi də tanıdığından telefonunu orada zaryatkaya qoymuşdur. Daha sonra isə Aytacı yaşadığı evə aparmışdır. Bundan sonra yenidən telefonunu götürmək üçün Qəfəs adlı kafeyə qayıtmışdır. O, kafeyə gedib özü üçün də dönər almaq istəmiş və buna görə də Ümiddən dönər istəmişdir. Lakin Ümid dönərin qurtardığını bildirmişdir. O da Ümidə əgər çay varsa 1 çaynik çay dəmləməsini, həmin müddət ərzində telefonunun da zaryatka yığacağını düşünmüşdür. Bir müddət dayandıqdaqn sonra təxminən saat 01 radələrində kafeyə polis əməkdaşlarının gəldiyini görmüşdür. Həmin zaman karantin rejimi ilə əlaqədar ona cərimə yazılmasından qorxaraq kafenin arxa qapısından çıxıb oradan getmişdir. Çünki, həmin vaxt onda tibbi masa olmadığına görə, cərimə yazılacağını düşünmüşdür. Bundan sonra isə o, yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs qismən doğru deyrir, belə ki, o, ifadəsində qeyd etdiyi kimi, “Qəfəs” adlı kafeyə tək getmişdir. Sadəcə olaraq nişanlısı Aytacı evinə aparıb geri kafeyə qayıdıb telefonunun zaryatkasını doldurmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs də kafenin mətbəx hissəsində olan stolda oturmuşdur. O, özünə çay deyən zaman yəqin ki, Anar onunla birlikdə içəcəyini fikirləşmişdir. O, həmin yerdə Anarla sadəcə salamlaşmışdır. Onunla başqa heç bir söhbəti olmamışdır. Anarın üzərində narkotik vasitə və ya psixotrop maddə olmasını bilməmişdir. Həmin zaman bildiyi qədər stolun üzərində Anara məxsus siqaret qutusu olmuşdur. Amma içərisində nə olduğunu bilməmişdir. Onun Anarın üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Anar ona narkotik vasitə istifadə etməyi də təklif etməmişdir. O, narkotik vasitə istifadə etmir. O, heç vaxt narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamışdır. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadələri arasında olan ziddiyyətlərin nə ilə bağlı olması, ona qarşı aparılan hər hansı hərəkətin qanunsuz olması barədə müdafiəçisinə və barəsində həbs qətimkan tədbirinin seçirilməsi ilə bağlı Ballakən Rayon Məhkəməsində təqdimata baxılarkən polisin qanunsuz hesab etdiyi hərəkətlər, o cümlədən ona qarşı hər hansı təzyiq və zorakılığa dair məlumat verməməsi barədə suala Anar Qaraev aydın və məntiqli cavab verə bilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ona edilmiş təzyiqlər barədə əvvəlcədən hər hansı məlumat verilib-verilməməsi ilə bağlı suallara cavab olaraq “...X5 daxil olduqda həkimə dedim ki, yıxıldım, çünki məni qorxutdular...” “...Məhkəmədə polis əməkdaşları tərəfindən döyülməyimi demədim, çünki yenidən döyürlər...” “...Xeyr, mən müdafiəçimə döyüldüyümü deməmişəm, çünki məni qorxutdular...” kimi inandırıcı olmayan cavablar vermişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis tərəfindən işgəncəyə məruz qalması və etiraf edici ifadələr verməyə məcbur edilməsi barədə göstərdikləri Balakən rayon prokurorluğunda araşdırılmış və cinayət işinin materiallarına əlavə olunmuş Balakən rayon prokurorluğunun müstəntiqi X4 tərəfindən qəbul olunmuş 10 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbiri seçildikdən sonra saxlanılması üçün götürüldüyü müəssisəyə qəbul edilərkən müayinə edilməsi nəticəsində doldurulan tibb kitabçasından çıxarışda əks olunanlara istinad edərək sonuncunun saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair göstərilənlərə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, məhkəməyə təqdim olunan və cinayət işinin materiallarına əlavə olunan sənədlərdə Təqsirləndirilən şəxs müəssisəyə qəbul edilərkən onun bədənində bəzi xəsarətlərin olması müəyyən olunsa da, həmin vaxt ondan xəsarətlərin yaranma səbəbi soruşulduqda Təqsirləndirilən şəxs sözügedən xəsarətlərin həbs edilməmişdən əvvəl ehtiyyatsızlıqdan aldığını bildirmiş və bu barədə həmin sənədlərdə müvafiq qeyd aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onda olan xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirilməsini bildirməyə heç bir hal maneə olmamışdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin ibtidai istintaq zamanı ona təzyiqlər göstərilməsi və döyülməsi ilə bağlı ifadələri müdafiə xarakteri daşıyan fikirlər olmaqla, inandırıcı və ağlabatan deyil. Bundan əlavə, Təqsirləndirilən şəxs həm üzərində, həm də evində axtarış aparılarkən gedişatı əks etdirən videogörüntüdən müəyyən olunur ki, onun üzərindən və mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Lakin kafedə axtarış aparılmasını əks etdirən videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kafeyə daxil olduqdan sonra heç bir tərəddüd etmədən birbaşa narkotik vasitələrin qoyulduğu yerə istiqamətlənir və həmin narkotik vasitələri atdığı yerdən götürərək polis əməkdaşlarına təqdim edir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında narkotik vasitələri satmadığını, təkcə öz istifadəsi üçün saxladığını bildirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ”Nаrkоtik vаsitələrin, psixоtrоp mаddələrin və оnlаrın prekursоrlаrının dövriyyəsi hаqqındа” 28 iyun 2005-ci il tarixli Аzərbаycаn Respublikаsı Qаnununun və 28 iyun 2005-ci il tаrixli Аzərbаycаn Respublikаsı Qаnunu ilə təsdiq edilmiş “Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və psixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhılar”ın kоnkret müddəаlаrına əsаsən beynəlxalq adı “heroin” və “metafetamin” olan narkotik vasitələrin 0,15 qramdan artıq olan miqdarı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab edilir. “Nаrkоtik vаsitələrin, psixоtrоp mаddələrin və оnlаrın prekursоrlаrının dövriyyəsi hаqqındа” 28 iyun 2005-ci il tarixli Qanununun tələbinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi (mad.1.0.9); - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (mad.1.0.8); - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması (mad.1.0.11) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 10-cu bəndində izah edilmişdir ki, CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Məhkəmələrə eyni zamanda izah edilsin ki, CM-in 234.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin yaranması üçün prekursorları hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış şəxsin tamah niyyətinin və ya sair marağının olub-olmaması əhəmiyyət kəsb etmir. Bu maddə ilə əməlin tövsifi məsələləri ilə əlaqədar məhkəmələrə həm də izah edilsin ki, hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin özünün satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu maddələrin miqdarından asılı olaraq CM-in müvafiq olaraq 234.2 və 234.4.3-cü maddələrinin tərkibi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilmAnarvə belə əməllərin cinayətlərin məcmusu qaydasında əlavə olaraq CM-in 234.3-cü maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur. Hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddə hazırlaması, istehsal etməsi və ya emal etməsi əmAnaryalnız CM-in 234.3-cü maddəsinin tərkibini yaradır və həmin əməlin cinayətlərin məcmusu qaydasında əlavə olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxs Anar Qarayevin ona qarşı irAnarsürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irAnar sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irAnarsürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və ya əməlinin həmin maddədən CM-in 234.1-ci maddəəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhAnarvə ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs qarşı irAnarsürülən cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi, habelə cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar