Məhkəmə qərarları › İş №1(107)-88/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-88/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-88/2020 23.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri, 20 saylı vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315.1-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinəаçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxx 1990-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Maşad küçəsində qeydiyyatda olan və yaşayan, “barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 ay 10 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi, məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülməsi, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək Ağdaş rayonu, Məşəd küçəsində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələri qoyulması, Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirməsi, iş üzrə maddi sübut, Ağdaş rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd sellofan kisədə təmiz çəkisi 7.19 qram, 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0.08 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd qara rəngli qatlanan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Zərərçəkmiş şəxs əynində olmuş xidməti polis forması olan 01 ədəd qara rəngli şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 235 manat 91 qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 2 (iki) ədəd ayrı-ayrı bükümlərdə olan ümumi təmiz çəkisi 7.31 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib onun 7.21 qramını idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qoltuqaltı hissəsində, 0.10 qramını isə həmin avtomobildə olan qış gödəkçəsinin sağ cibində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış və həmin narkotik vasitələr xx xxxxxx 2019-cu il tarixdə saat 12:00-da ünvan 1 saylı ünvanında yerləşən Ağdaş RPŞ-nin həyətində ona məxsus VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman müvafiq olaraq avtomobilin qoltuqaltı hissəsindən və avtomobildə olan Təqsirləndirilən şəxs məxsus qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüş, həmçinin, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğuna görə DYP əməkdaşları tərəfindən saxlanıb avtomaşınının Ağdaş RPŞ-nə aparmaq istəyərkən qəflətən əynindəki gödəkçənin cibindən bir ədəd sellofan torba çıxararaq dostu Şahid1 atıb ona qaçması və “at getsin sənlik deyil, sübut edə bilməyəcəklər” sözlərini deməsindən sonra onun narkotik vasitə saxlamaqda şübhələndiklərindən xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq “Fiat Doblo” markalı xidməti avtomobillə Ağdaş RPŞnə gətirilən zaman avtomobil Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Ağdaş Mühafizə” bölməsinin qarşısından keçərkən arxa sağ cibində saxladığı bıçaqla hakimiyyət nümayəndəsi olan və “Polis haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üzrə xidməti vəzifələrini yerinə yetirən Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs sol bud nahiyəsindən bir dəfə bıçaqla qəsdən vurub fiziki zor tətbiq etməklə ona sol budun orta 1/3-nin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirərək xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona müqavimət göstərmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayətinə qarşı zərərçəkmiş şəxs və dövlət ittihamçısı tərəfindən yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 apellyasiya şikayətinin dəlillərini müdafiə edən və əsaslandıran izahat verərək və çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Zərərçəkmiş şəxs çıxışında təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilib-edilməməsinı məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını, ona görə də ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası təxirə salındıqdan sonra Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onuniştirakı olmadan apellyasiya baxışının davam etdirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315.1-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 8radələrində anası xəstə olduğu üçün aptekə dərman almağa getmişdir. Yolda gedərkən dostu Şahid1 qarşısına çıxmış, onunla birlikdə anası üçün dərman aldıqdan sonra oradan avtoyuma işlətdiyi yerə getməyi dostuna təklif etmiş, o da razılaşmışdır. Avtoyuma məntəqəsində avtomobilini yumuş, həmin vaxt yaxın dostu Şahid1 də onunla birlikdə olmuş, avtoyuma məntəqəsində 5-10 dəqiqədən sonra avtomobilini yuduqdan sonra idarə etdiyi avtomobillə avtoyuma məntəqəsindən çıxmışdır. Cibində də anasına aldığı dərman olmuşdur. Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsinin H.Əliyev prospekti ilə kəsişən hissəsində keçib “Şirvan” kinoteatrına çatmamış orada Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində olan polis əməkdaşları işiqları yandırıb söndürməklə xüsusi işarə vasitələri ilə ona avtomobili kənara çəkərək saxlamağı bildirmişlər. Daha sonra o, avtomobili saxlayıb avtomobildən düşmüş, həmin vaxt Ağdaş DYPBnin rəisi Namiq Qəmbərov və onun yanında olan yol polisi inspektoru Şahid4 xidməti avtomobildən yaxınlaşıb özlərini ona təqdim edib bildirmişlər ki, onun idarə etdiyi avtomobilin arxası aşağıdır, o, da demişdir ki, maşının arxasında qum var, açıb baxa bilərsiz. Sonra Ağdaş DYPB-nin rəisi Namiq Qəmbərov avtomobildə əlavə avadanlıq-qadağan olunmuş siqnal vasitəsi olduğunu bildirmişdir. Namiq müəllim maşını söndürüb açarı üstundən götürmüşdür. O, polislərə maşının baqaj hissəsində qum olduğunu, onu götürüb kənara, siqnalı da açıb versə, gedib-gedə bilməyəcəyini soruşmuş, onlar isə maşının şöbəyə getməli olduğunu demişlər. O, şöbəyə getmək istəmədiyindən, onu buraxmalarını xahiiş etmişdir. Ona görə ki, şöbəyə aparılan şəxsləri şərliyib narkotik vasitə ilə yüklüyürlər. O, yenə polislərə demişdir ki, nə cərimə düşürsə yazıb, onu buraxsınlar. Evdə xəstə anası var, ona dərman alıb. Polislər ona demişlər ki, onun maşını polis şöbəsinin cərimə meydançasına getməlidir. Sonradan qabaqda polis maşını dayanmış, ondan iki nəfər polis düşüb maşından qaça-qaça onlar tərəfə gəlmişlər. O, onlara polis şöbəsinə getməyəcəyini, vəkilinin olduğunu, ona görə də vəkilinin oraya çağırılmasını xahiş etmişdir. Həmçinin, vəkilin iştirakı olmadan polis şöbəsinə tərəf bir addım atmayacağını bildirmişdir. Bundan sonra onun maşınının arxa qapısını açıb, onu oraya otuzdurmaq istəmişlər. Polis əməkdaşlarının sayı həmin vaxt səkkiz nəfər olmuşlar. Onu boynundan tutub boğa-boğa maşına otuzdurmağa çalışmış, dubinka ilə arxa tərəfindən başına vurmuşlar. Yerə yıxılanda belə onu vurmağa davam etmişlər. Sonra onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs оğlu əlavə olaraq ifadəsində göstərir ki, hadisə baş verən gün polis əməkdaşları ona qarşı zor tətbiq eləmişlər, onun bədənin müxtəlif nayihələrinə xəsarət yetirmişlər, o, da “Fiat Doblo” markalı polis maşınının arxa hissəsində zorla əyləşdirilərək polis şöbəsinə gətirilməsinə etiraz edərək həmin avtomaşının ehtiyyat hissələri olan qara qutusundan tapdığı bıçaqla özünə xəsarət yetirmişdir. Məhkəmə araşdırması zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs оğlu bildirdi ki, o, bir neçə dəfə narkotik vasitələrdən toy-şənlik mərasimləri zamanı istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə anası xəstə olduğu üçün Ağdaş şəhərində “İbrahim həkimin apketi” kimi tanınan aptekden dimidrol və ekstra valerian adlı dərmanlar almışdır. Lakin, sədrlik edənin “həmin dərmanları ananız xəstə olduğu üçün almışdınızsa, nə üçün onu Şahid1 ataraq “at getsin sənlik deyil” demisiz”,- sualına cavab verə bilməmişdir. Həmçinin, “siz birinci instansiya məhkəməsi hökmündən görünür ki, məhkəmə iclası zamanı son sözünüzdə ilk dəfə az ağır cinayət törətməyinizi, əməlinizdən səmimi peşmançılıq çəkməyinizi, zərərçəkmiş şəxslə barışdığınızı nəzərə alaraq, sizə həbslə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etmişsiz, həmin ifadənizin hazırkı ifadənizlə ziddiyyət təşkil etməsini nə ilə izah edirsiz” -, sualına təqsirləndirilən şəxs ,-“ mən birinci instansiya məhkəməsi zamanı da hazırkı ifadəni vermişəm, məhkəmə tərəfindən ifadəm olduğu kimi qeyd edilməyib”-deyə cavab vermişdir. Lakin, Təqsirləndirilən şəxs оğlu birinci instansiya məhkəməsi iclası zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində özünə məxsus sürücülük vəsiqəsi olmadan idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, ** DE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini yumaq məqsədilə özünün icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə aparmış, belə ki, Ağdaş şəhər ərazisində yerləşən həmin avtoyuma məntəqəsində şəriyi ilə birlikdə avtomobil yumuş, həmin vaxt yaxın dostu Şahid1 də onunla birlikdə olmuş, avtoyuma məntəqəsində bir neçə dəqiqə avtomobilini yuduqdan sonra idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı avtomobillə avtoyuma məntəqəsindən çıxaraq hərəkət etməyə başlamış, həmin vaxt dostu Şahid1 onunla olmuş, Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsinin H.Əliyev prospekti ilə kəsişən hissəsində keçmiş “Şirvan” kinoteatrına çatmamış orada Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində olan polis əməkdaşları xüsusi işarə vasitələri ilə ona avtomobili kənara çəkərək saxlamağını bildirmiş, daha sonra o, avtomobili saxlayıb avtomobildən düşmüş, həmin vaxt Ağdaş DYPB-nin rəisi Namiq Qəmbərov və onun yanında olan yol polisi inspektoru Şahid4 xidməti avtomobildən yaxınlaşıb özlərini ona təqdim edib bildirmişlər ki, onun idarə etdiyi avtomobilin arxası aşağıdır, avtomobilində xüsusi avadanlıq yəni, qadağan olunmuş siqnal vasitəsi quraşdırılıb və o, sürücülük hüququ olmadan avtomobili idarə edir bununla da, o, yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Ona görə barəsində inzibati protokol tərtib edilməli, idarə etdiyi avtomobil isə Ağdaş RPŞ-nin müvəqqəti duracağına getməlidir. O, isə cavabında adları çəkilən polis əməkdaşlarına yaşadığı evdə xəstəlikdən əziyyət çəkən anasının olduğunu, onu xəstəxanaya çatdırdıqdan sonra, gələcəyini, həmçinin, bir daha qadağan olunmuş səs siqnalından istifadə etməyəcəyini və onu açıb kənara qoyacağını bildirmiş, lakin, həmin vaxt Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq Qəmbərov isə bir daha bildirmişdir ki, onun barəsində inzibati protokol tərtib edilməli, bunun üçün o, şöbəyə getməli, idarə etdiyi avtomobil isə müvəqqəti duracağa yerləşdirilməlidir. Həmin vaxt oraya Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları Samir və Emin adlı yol polis inspektorları da gəlmiş, o, avtomobilinin xüsusi vasitə olan səs siqnalına görə duracağa yerləşdiriləcəyini görüb bundan hədsiz dərəcədə əsəbləşmiş və idarə etdiyi avtomobilin kapotunu açıb siqnalı sökməyə çalışmışdır. Bu zaman hədsiz dərəcədə əsəbləşdiyi üçün özünü ələ ala bilməmiş və ətrafa yüksək səslə “bundan ötrü məni aparırsınız” deyərək səslənməyə başlamış, onun səs-küy salmağa başladığını görən Ağdaş RPŞ-nin DYPB-si əməkdaşları onun qolundan tutaraq onu özünə məxsus avtomobilə əyləşdirməyə çalışmış, o, da Ağdaş RPŞ-nə getmək istəmədiyindən onlara müqavimət göstərib avtomobilə oturmamış, həmçinin adıçəkilən polis əməkdaşları onu saxlayan zaman üzərində sellofan bükümdə bir bükümlük narkotik vasitə olan marixuana olmuş, polis əməkdaşları onu sakitləşdirmək istədikləri zaman üzərində aşkar olunmaması üçün o, ucadan səs-küy salaraq anidən həmin marixuana olan kisəni hadisə yerində kənarda olan dostu Şahid1 ataraq ona qaçmasını bildirmiş, Şahid1 ona atdığı həmin kisəni tutub qaçmağa başlamış, Şahid1 onun atdığını kisəni tutub qaçdığını görən Samir adlı yol polisi inspektoru onun arxası ilə qaçmağa başlamış, Şahid1 yəqin ki, həmin sellofan kisədə narkotik vasitə olan marixuana olduğunu bilməmişdir. Samir adlı yol polisi inspektoru Şahid1 arxası ilə qaçıb onu tutmuş, o isə həmin vaxt uca səslə İlhama bildirmişdir ki, “at getsin sənlik deyil”. Həmin narkotik vasitə olan marixuananın hazırda harada olduğuda ona məlum olmamış, daha sonra X17 RPŞ-dən əlavə polis nəfərlərini kömək çağırmış, bir neçə dəqiqə sonra hadisə yerinə xidməti avtomobillə əlavə polis nəfərləri də gəlmiş, həmin vaxt adlarını bilmədiyi polis nəfərləri onu tutaraq “Fiat Doblo” markalı avtomobilə əyləşdirmiş, “Fiat Doblo” markalı xidməti avtomobillə Ağdaş RPŞ-nə gələn zaman o, özünə xəsarət yetirmək məqsədilə şalvarının sağ arxa yan cibində olan qara rəngli qatlanan cib bıçağını çıxarıb özünə xəsarət yetirməyə çalışmış, həmin vaxt avtomobildə yanında əyləşən adını sonradan öyrəndiyi Etibar adlı polis əməkdaşı əlində olan qara rəngli cib bıçağını ondan almış, Ağdaş RPŞ-nə gətirildikdən sonra polis əməkdaşları növbətçi hissədə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra isə onun idarə etdiyi **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə hal şahidləri və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun avtomobilində arxa oturacaqda olan qolu qısa qış gödəkçəsinin cibindən bir ədəd gümüşü kağıza bükülmüş büküm aşkar olunmuş, daha sonra onun avtomobilinin qoltuqaltı hissəsindən 01 (bir) ədəd sellofan kisə aşkar edilmiş, daha sonra aşkar edilmiş 01 (bir) ədəd kağız büküm və 01 (bir) ədəd sellofan kisə açılmış, onların içərisində də yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar edilmiş, sellofan kisə tərəzidə çəkilmiş, çəkisi 7,23 qram olmuş, gümüşü kağıza bükülmüş büküm isə 0,12 qram olmuşdur. Daha sonra onun avtomobilindən 01 (bir) ədəd lampa aşkar edilmiş, aşkar edilmiş 01 (bir) ədəd büküm, 01 (bir) ədəd sellofan kisə və 01 (bir) ədəd lampa zərfə qablaşdırılmış, daha sonra zərfin üzərinə iştirakçılar imza etmişlər. Zərfin üzərinə Azərbaycan Respublikasının DİN-in 111 nömrəli möhürü ilə möhürlənmiş, qeyd edərək bildirmişdir ki, avtomobilindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə, büküm və lampa ona aid olmamış, həmin narkotik vasitəyə bənzər bitki kütlələrini onun avtomobilinə kimin qoyduğunu bilməmiş, belə ki, araşdırma üzrə verdiyi əvvəlki, ifadələrində həmin narkotik vasitəyə oxşar bitki kütləsini və bükümü polis əməkdaşlarının avtomobilinə qoyduğunu bildirmiş, lakin, həmin vaxt əsəbləşdiyi üçün bu cür ifadə vermiş, onun avtomobilinin qoltuqaltı hissəsindən 01 ədəd içərisində narkotik vasitəyə oxşar bitki kütləsi olan sellofan kisə, 01 (bir) ədəd içərisində narkotik vasitəyə oxşar bitki kütləsi olan gümüşü kağıza bükülmüş büküm və 01 (bir) ədəd lampa aşkar edilərək götürülmüş, onun avtomobilindən bundan başqa iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmiş və götürülməmiş, lakin bildirmişdir ki, həmin bitki kütləsi, büküm və lampa ona məxsus olmamışdır. O, narkotik vasitələrdən ara-sıra istifadə etmiş, lakin, bildirmişdir ki, qeyd edilən narkotik vasitələr ona məxsus olmamış, onların avtomobilində necə aşkar olunduğunu bilməmiş, ola bilsin ki, onun avtomobili avtoyuma məntəqəsində olarkən həmin narkotik vasitələri avtomobilinə hər hansı bir şəxs qoymuş, onun üzərində olan narkotik vasitə barədə isə ətraflı ifadə vermişdir. Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlandığı zaman polis əməkdaşlarına müqavimət göstərməmiş, o, yalnız üzərində olan narkotik vasitənin aşkar olunmaması üçün polis şöbəsinə gətirilməyini istəməmiş, ona görə də həmin vaxt Ağdaş RPŞ-nin DYPB-nin polis əməkdaşlarının yanında səs-küy salaraq onlarla birlikdə avtomobilə oturmaq istəməmiş, həmçinin o, polis əməkdaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmiş, belə ki, polis əməkdaşları onu “Fiat Doblo” markalı xidməti polis avtomobilinə əyləşdirdikdən sonra həmin vaxt özünə xəsarət yetirmək məqsədilə sağ arxa yan cibində olan qara rəngli qatlanan bıçağı cibindən çıxardıb qarın nahiyəsinə xəsarət yetirməyə çalışmış, belə ki, bıçağı qarnına vurmaq istəsə də bıçaq qarın nahiyəsinə girməmiş, lakin həmin vaxt avtomobildə əyləşən Etibar adlı polis əməkdaşı onun əlindən tutaraq bıçağı onun əlindən almış, belə ki, həmin vaxt Etibar onun əlindən tutmuş və avtomobildə olan digər polis əməkdaşlarını çağırıb bıçağı onun əlindən almışlar. Ola bilsin ki, Etibar həmin vaxt xəsarət almış, lakin, o, Etibar adlı polis əməkdaşına bıçaqla qəsdən xəsarət yetirməmiş, qeyd edilən bıçaq ona təqdim edilmiş, həmin qara rəngli qatlanan cib bıçağı ona məxsus olmuş, hadisə zamanı əlavə olaraq baş nahiyəsindən 3 ədəd çapıq və sinəsindən qançır xəsarəti almış, həmin xəsarətləri ona Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları hadisə zamanı avtomobilinə əyləşdirmək istəyərkən yetirmiş, lakin, həmin xəsarətləri necə və nə cür yetirdiklərini deyə bilməmiş, belə ki, həmin hissələr tam dəqiqliklə yaddaşında qalmamış, sonradan yadına düşmüş ki, onun baş və sinə nahiyəsinə xəsarət yetirən Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları olmuş, belə ki, hadisə zamanı orada olan adıçəkilən DYPB-nin əməkdaşları onun qolundan tutaraq onu özünə məxsus qırmızı rəngli VAZ-2101 markalı avtomobilə əyləşdirmək istəmiş, ola, bilsin ki, o, həmin vaxt qeyd edilən bədən nahiyələrindən xəsarətlər almış, yuxarıda göstərdiyi kimi o, xx xxxxxxx 2019-cu il tarixdə Ağdaş RPŞ-nin DYPB-nin polis əməkdaşlarına müqavimət göstərməmiş, belə ki, qeyd etdiyi vaxt üzərində sellofan bükümdə bir bükümlük narkotik vasitə olan marixuana olmuş, ona görə ətrafa uca səslə səs-küy salıb Ağdaş RPŞ-nə aparılmağına etiraz etmiş, həmin vaxt niyyəti hər hansı bir şəxsə qarşı qanunsuzluq etmək olmamış, hətta o, həmin vaxt həmin kisəni Şahid1 atıb ona qaçmasını bildirmiş, belə ki, o, polis əməkdaşlarının üzərində olan həmin bükümün aşkar etmələrini istəməmiş, Şahid1 həmin kisəni ondan alıb qaçmağa başlamış, lakin, Samir adlı yol polis inspektoru Şahid1 arxası ilə qaçıb Şahid1 tutmuş, yəqin ki, Şahid1 həmin sellofan kisədə narkotik vasitə olan marixuana olduğunu bilməmiş, belə ki, o, bu barədə Şahid1 heçnə deməmiş, sadəcə o, İlham qaç dediyi üçün o, qaçmağa başlamış, Şahid1 qaçarkən o, ona uca səslə bildirmişdir ki, “at getsin sənlik deyil”. Həmin narkotik vasitə olan marixuananın hazırda harda olduğu ona məlum deyil, belə ki, sonradan üzərində olan bükümü görməmişdir. Üzərində olan narkotik vasitə olan marixuananı təxminən 3 gün bundan əvvəl işlətdiyi avtoyuma məntəqəsinin qarşısından yerdən tapmış və özünə istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi iclası zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verərək göstərdi ki, o, uzun müddətdir ki, Azərbaycan Respublikası Daxili X9 rayon polis şöbəsində xidmət edir. Onun Təqsirləndirilən şəxsla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, onlar hər ikisi Ağdaş rayonu, Məşəd kənd sakini olmuşlar. Hadisədən əvvəl dəfələrlə bir-birilərini salam-sağol vermişlər, bir neçə dəfə Təqsirləndirilən şəxs maşını ilə onu gedəcəyi yerə aparmışdır. Onların münasibətləri normal olmuşdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində o, PPXT-nin polis nəfəri, polis serjantı Şahid5 idarə etdiyi “Fiat Doblo” markalı xidməti avtomobillə Ağdaş şəhəri ərazisində xidmətdə olmuş, həmin vaxt onlarla birlikdə xidmətdə olan polis nəfəri Şahid2 Hüseyn oğlu və manqa komandiri X12 da avtomobildə olmuş, həmin radələrdə Ağdaş RPŞ-nin DYPB-nin rəisi Şahid3 xidməti rabitə vasitəsilə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Ağdaş şəhəri, Heydər Əliyev prospektinin kəsişməsinə, Ağdaş şəhərində köhnə Şirvan kinoteatrı kimi tanınan əraziyə kömək çağırdığını eşitmiş, oraya yaxın olduqları üçün adıçəkilən polis əməkdaşları ilə birgə dərhal həmin əraziyə getmiş, onlar həmin əraziyə çatdıqdan sonra həmin yerdə Ağdaş DYPB-nin rəisi Namiq Qəmbərovun, yol patrul xidmətinin baş inspektoru Şahid4 və YPX inspektorları Emin Qasımovun və Samir Zamanpurunda orada olduğunu görmüş, belə ki, həmin vaxt adlarını çəkdiyi polis əməkdaşları iki nəfər şəxsi saxlamış, həmin şəxslər əvvəlcədən tanıdığı Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslər olmuş, belə ki, Samir Zamanpur adlı polis əməkdaşı həmin vaxt Şahid1 qolundan tutaraq saxlamış, Şahid1 isə öz növbəsində özünü tam sakit şəkildə aparmış, lakin Təqsirləndirilən şəxs isə kobudluq edir, uca səslə qışqırıb səs-küy salır, “məni öldürürlər, məni şərliyirlər” kimi sözlər deyərək ətrafdakılardan kömək istəmiş, polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamış və onlarla ucadan danışıb, onlara müqavimət göstərmişdir. Lakin, Ağdaş DYPB-nin polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluq etməmiş, sadəcə olaraq onun qol nahiyəsindən tutaraq ona sakitləşməsini bildirmiş, bundan əlavə Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ-2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə həmin vaxt orada olmuş, həmin vaxt o, Şahid2, Elçin Cəfərov, Şahid5 və Ağdaş RPŞ-nin DYPB-nin adıçəkilən polis əməkdaşları ilə birlikdə köməkli şəkildə Təqsirləndirilən şəxs tutaraq “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsinə əyləşdirmiş, belə ki, həmin vaxt Təqsirləndirilən şəxs hədsiz dərəcədə onlara müqavimət göstərmiş, xidməti avtomobilə əyləşmək istəməmiş, Təqsirləndirilən şəxs çətinliklə olsa da avtomobilə əyləşdirdikdən sonra Şahid1 isə avtomobilin arxa oturacaq hissəsinə əyləşdirmiş, bundan sonra o, polis nəfərləri Şahid5, Elçin Cəfərov və Şahid2 ilə birlikdə FİAT DOBLO markalı xidməti avtomobilə əyləşib Ağdaş RPŞ-nə doğru hərəkət etməyə başlamışlar. Yolda olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə başını FİAT DOBLO markalı avtomobilin dəmirinə vurduğu üçün sürücü Şahid5 avtomobili saxlamış, daha sonra o və Elçin Cəfərov avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçib Təqsirləndirilən şəxs sakitləşdirmək qərarına gəlmiş, bu zaman Şahid5lə Şahid2 avtomobilin ön yəni, sürücü və qabaq sərnişin hissəsində oturduğu üçün avtomobildə olan digər şəxs Şahid1 avtomobilin arxa hissəsində tək qalmış, o, Elçin Cəfərovla birlikdə Təqsirləndirilən şəxs sakitləşdirən zaman isə Şahid1 qəfildən avtomobildən düşüb qaçmağa başlamış, bu zaman Elçin Cəfərov bunu görüb o, da öz növbəsində Şahid1 arxası ilə qaçmağa başlamış, o isə avtomobilin arxa hissəsinə keçib Təqsirləndirilən şəxs yanında əyləşmiş, həmin vaxt Təqsirləndirilən şəxs avtomobildə hədsiz dərəcədə çox səs küy saldığı üçün onlar Elçin Cəfərovu gözləməyib xidməti avtomobillə yollarına davam etmiş, təxminən Ağdaş şəhəri Mühafizə Polisi Bölməsinin yerləşdiyi X16 küçəsinin sonuna çatanda Təqsirləndirilən şəxs bir daha onun yanında başını avtomobilin dəmirinə bir neçə dəfə vuraraq özünə xəsarət yetirməyə başlamış, həmçinin, Təqsirləndirilən şəxs həmin vaxt avtomobildən qaçmaq məqsədilə avtomobilin arxa qapısına bir neçə dəfə təpiklə vurub qapını açmağa çalışmış, o isə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, bu zaman Təqsirləndirilən şəxs sağ arxa cibindən qara rəngli qatlanan cib bıçağını çıxardıb onun sol bud nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs bıçaq saxladığı sağ əl nahiyəsindən tutduğundan bıçaq Təqsirləndirilən şəxs sol bud nahiyəsinə əlavə olaraq xəsarət yetirə bilməmiş, daha sonra Təqsirləndirilən şəxs sağ və sol əl nahiyələrindən tutub avtomobildə olan polis əməkdaşlarından ona kömək etmələrini və Təqsirləndirilən şəxs əlində bıçaq olmasını bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sağ və sol əl nahiyələrindən tutub saxladıqdan sonra Təqsirləndirilən şəxs ona müqavimət göstərmiş və onu bir daha bıçaqla vurmaq istəmiş, həmin vaxt Şahid5 avtomobili saxlayıb Şahid2 ilə birlikdə avtomobilin arxa hissəsinə gəlmiş, avtomobilin arxa hissəsinin qapısını açdıqdan sonra polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs əlində olan qara rəngli bıçağı ondan almış, daha sonra onlar Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirmiş, Ağdaş RPŞnə gəldikdən sonra isə o, baş vermiş hadisə barədə Ağdaş RPŞ-nin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ona xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 10 radələrində “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsində həmin vaxt sağ arxa cibindən çıxardığı 01 ədəd qara rəngli qatlanan cib bıçağı ilə bir dəfə sol bud nahiyəsinə qəsdən vuraraq xəsarət yetirmiş, daha sonra isə o, Təqsirləndirilən şəxs hər iki əlindən tutub saxladığı üçün o, onu yenidən vura bilməmiş, lakin, həmin vaxt o, yenidən əlləri ilə müqavimət göstərməyə çalışmış, daha sonra isə avtomobildə olan polis əməkdaşları Şahid5 avtomobili saxlayıb polis əməkdaşı Şahid2 ilə birlikdə ona köməyə gəlmiş, həmin vaxt polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs əlindən bıçağı almış, həmçinin, bildirmişdir ki, o, hadisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq saxladığı sağ əl nahiyəsindən tutub onun qarın nahiyəsini doğru sıxıb saxlamış, lakin, həmin vaxt Təqsirləndirilən şəxs öz-özünə xəsarət yetirdiyini görməmiş, ola bilsin ki, Təqsirləndirilən şəxsla avtomobilin arxa hissəsində tutaşan zaman o, qeyd edilən bıçaqla özü-özünə xəsarət yetirmiş, lakin, Təqsirləndirilən şəxs bıçağı arxa sağ cibindən çıxardıqdan dərhal sonra onu ona doğru yönəltmiş və onu qəsdən sol bud nahiyəsindən bir dəfə vurmuşdur. Qeyd edilən 01 ədəd qara rəngli qatlanan bıçaq ona təqdim edilmiş, həmin bıçaq Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi, sonradan isə polis əməkdaşı Şahid2 avtomobilin arxa hissəsində Təqsirləndirilən şəxs əlindən aldığı həmin bıçaq olmuş, daha sonra Şahid2 qeyd edilən bıçağı həmin günü araşdırmaya təqdim etmiş, həmçinin, sol tərəfi bıçaq zərbəsindən zədələnmiş xidməti geyim dəstinə aid olan 01 ədəd qara rəngli şalvarı istintaq zərurəti olaraq araşdırmaya təqdim etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq ifadəsində qeyd etdi ki, təqsirləndirilən şəxslərin yaxınları bir neçə dəfə ona şikayət ərizəsini geri götürməsini bildirmişlər. Lakin, həmin adamlara başa sala bilməmişdir ki, o, xidməti iş ilə bağlı raport yazır, mülki vətəndaş deyildir ki, şikayət ərizəsi yazsın və ya geri götürsün, xidmətdə olan zaman baş verən hadisə ilə bağlı raport yazmaq onun vəzifəsidir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onun şikayət və tələbinin olmamasının səbəbi eyni kənd sakinləri olmaları, əvvəllər duz-çörək kəsmələri olmuşdur. Lakin, Təqsirləndirilən şəxs və onun qohumları bir dəfə də olsun ondan üzr istəməyiblər. Yalandan orda-burda onunla bağlı əsassız fikirlər söyləyirlər. Bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində DYPB-nin rəisi polis mayoru Namiq Qəmbərov ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə səhər radələrindən etibarən o, Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində Ağdaş RPŞ-nin DYPB-nin baş inspektoru, polis baş leytenantı Şahid4 ilə birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olan zaman, həmin gün yəni, xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən Heydər Əliyev prospektinin keçmiş “Şirvan” kinoteatrı yerləşən hissəsinə çıxan kəsişmə istiqamətində hərəkət edən zaman gördükdə ona avtomobilə quraşdırılmış səs gücləndirici cihazla və sayrışan işıqlarla işarə edib idarə etdiyi avtomobili kənara çəkərək saxlamasını bildirmişlər, Təqsirləndirilən şəxs isə avtomobili kənara çəkib saxlamışdır. Onlar da öz növbələrində həmin vaxt xidməti avtomobili saxlayıb xidməti rabitə vasitəsi ilə DYPB-nin xidmətdə olan digər YPX-nin inspektorları Emin Qasımov və Samir Zamanpuru həmin əraziyə çağırmışlar, təxminən 1-2 dəqiqə sonra DYPB-nin YPX inspektorları Emin Qasımov və Samir Zamanpurda həmin əraziyə gəlmışdır, Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra avtomobildən düşüb ona yaxınlaşmış, daha sonra o, İlhama bildirmişdir ki, maşınında xüsusi avadanlıqlar quraşdırılıb, İlham narazlığını bildirmiş və demiş ki, onu buraxsınlar. Onlar İlhamı buraxmamışlar. Buraxmadıqları halda İlham qabaq kapota əl atmış, və bildirmiş ki, ona görə mi narazlıq edirik. Onlar İlhamın ora niyə əlini atmağını bilməmiş, özünə xəsarət və ya digər nəsə alətlər almasın deyə onu tutmuşlar. İlham da ictimayəti özünə cəlb etməyə görə qışqırmağa başlamış və ona kömək etmələrini, onu öldürdüklərini demişdir. Onlar İlhamı sakitləşdirməyə başlamışlar ki, biraz sakit olsun, təmkinli olsun. Sonra görmüşlər ki, İlham sakit dayanmır. Onlar ikinci ekipajı köməyə çağırmışlar. DYPB-nin YPX inspektorları Emin Qasımov və Samir Zamanpurda həmin əraziyə gəlmişdir. Bundan əlavə onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayan zaman Təqsirləndirilən şəxs yanında avtomobildə Şahid1 adlı Ağdaş şəhər sakini də olmuş, lakin, Şahid1 baş verənləri kənardan izləmişdir və lham Məmmədova heç bir müdaxilə etməmişlər, belə ki, Şahid1 həmin vaxt onun və digər adıçəkilən DYPB-nin polis əməkdaşlarının ətrafında gəzirmiş, həmin vaxt Təqsirləndirilən şəxs anidən əynindəki gödəkçənin cibindən bir ədəd sellofan torba çıxararaq Şahid1 atıb ona qaçmasını bildirmiş, Şahid1 sellofan kisəni havada tutaraq qaçmağa başlayan zaman o, YPX-nin inspektoru Samir Zamanpura onun arxası ilə qaçmasını bildirmiş, Samir Zamanpur təxminən 30 metr qaçdıqdan sonra İlhamı tutub saxlamış, lakin Şahid1 həmin vaxt Təqsirləndirilən şəxs Samirin Şahid1 tutduğunu görüb Şahid1 bildirmiş ki, “at getsin sənlik deyil sübut edə bilməyəcəklər”. Bu zaman isə Şahid1 əlindəki torbanı yerə atmışdır, Samir Zamanpur isə Şahid1 saxlayaraq Təqsirləndirilən şəxs yanına yəni, onların olduqları yerə gətirmiş, həmin vaxt Təqsirləndirilən şəxs hədsiz dərəcədə aqresivlik etdiyindən özünün və digər adıçəkilən DYPB-nin əməkdaşlarının onun barəsində tədbir görə bilməyəcəyini nəzərə alıb xidməti rabitə vasitəsi ilə hadisə yerinə əlavə polis əməkdaşlarını çağırmış, bir neçə dəqiqə sonra hadisə yerinə polis nəfəri Şahid5 idarə etdiyi “Fiat Doblo” markalı xidməti avtomobil ilə Ağdaş RPŞ-nin PPXTnin polis nəfərləri Elçin Cəfərov, Zərərçəkmiş şəxs, Şahid2 gəldi, daha sonra DYPB-nin inspektorlarının orada olan PPXT-nin polis nəfərlərinin köməyi ilə Təqsirləndirilən şəxs və Şahid1 “FİAT Doblo” markalı avtomobilə əyləşdirmış, belə ki, onlar həmin vaxt Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı avtomobilin arxa hissəsinə, Şahid1 isə avtomobilin arxa oturacağına əyləşdirmiş, Ağdaş PPXT-nin polis nəfərləri, Elçin Cəfərov, Şahid5, Şahid2 və Zərərçəkmiş şəxs da xidməti avtomobilə əyləşib Şahid1 və Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə aparmışlar. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 Hüseyn oğlu birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində o, Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid5 idarə etdiyi “Fiat Doblo” markalı xidməti avtomobillə polis nəfəri Zərərçəkmiş şəxs və PPXT-nin manqa komandiri X12 ilə birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olmuş, həmin radələrdə Ağdaş RPŞnin DYPB-nin rəisi Şahid3 xidməti rabitə vasitəsilə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə Ağdaş şəhəri Heydər Əliyev prospektinin kəsişməsinə Ağdaş şəhərində köhnə Şirvan kinoteatrı kimi tanınan əraziyə kömək çağırdığını eşitmiş, həmin yerə yaxın olduqları üçün adıçəkilən polis əməkdaşları ilə birgə dərhal həmin əraziyə getmiş, onlar həmin əraziyə çatdıqdan sonra həmin yerdə Ağdaş DYPB-nin rəisi Namiq Qəmbərovun, yol patrul xidmətinin baş inspektoru Şahid4 və YPX inspektorları Emin Qasımovun və Samir Zamanpurun da orada olduğunu görmüş, belə ki, həmin vaxt adlarını çəkdiyi polis əməkdaşları iki nəfər şəxsi saxlamış, həmin şəxslər əvvəlcədən tanıdığı Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslər olmuş, belə ki, Samir Zamanpur adlı polis əməkdaşı həmin vaxt Şahid1 qolundan tutaraq saxlamış, Şahid1 isə öz növbəsində özünü tam sakit şəkildə aparırmış, lakin Təqsirləndirilən şəxs isə kobudluq etmiş, uca səslə qışqırıb səsküy salmış, “məni öldürürlər, məni şərliyirlər” kimi sözlər deyərək ətrafdakılardan kömək istəmiş, polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamış və onlarla ucadan danışıb, onlara müqavimət göstərmiş, lakin, Ağdaş DYPB-nin polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluq etməmiş, sadəcə olaraq onun qol nahiyəsindən tutaraq ona sakitləşməsini bildirmiş, bundan əlavə Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli, VAZ-2101 markalı, **-DE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil də həmin vaxt orada olmuş, həmin vaxt o, Zərərçəkmiş şəxs, Elçin Cəfərov, Şahid5 və Ağdaş RPŞ-nin DYPB-nin adıçəkilən polis əməkdaşları ilə birlikdə köməkli şəkildə Təqsirləndirilən şəxs tutaraq “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsinə əyləşdirmiş, belə ki, həmin vaxt Təqsirləndirilən şəxs hədsiz dərəcədə onlara müqavimət göstərmiş, xidməti avtomobilə əyləşmək istəməmiş, Təqsirləndirilən şəxs çətinliklə olsa da avtomobilə əyləşdirdikdən sonra Şahid1 isə avtomobilin arxa oturacaq hissəsinə əyləşdirmiş, bundan sonra o, polis nəfərləri Şahid5, Elçin Cəfərov və Zərərçəkmiş şəxsla birlikdə “Fiat Doblo” markalı xidməti avtomobilə əyləşib Ağdaş RPŞ-nə doğru hərəkət etməyə başlamış, yolda olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə başını “Fiat Doblo” markalı avtomobilin dəmirinə vurduğu üçün sürücü Şahid5 avtomobili saxlamış, daha sonra Zərərçəkmiş şəxs və X24 Məmmədovu sakitləşdirmək üçün avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçmiş, bu zaman o və Şahid5 avtomobilin ön yəni, sürücü və qabaq sərnişin hissəsində oturduqları üçün avtomobildə olan digər şəxs Şahid1 avtomobilin arxa hissəsində tək qalmış, polis nəfərləri Zərərçəkmiş şəxs və X24 Məmmədovu sakitləşdirən zaman isə Şahid1 qəfildən avtomobildən düşüb qaçmağa başlamış, bu zaman Elçin Cəfərov bunu görüb o, da öz növbəsində Şahid1 arxası ilə qaçmağa başlamış, bu zaman o və Şahid5 avtomobildən düşərək avtomobilin arxa hissəsinə gəlmiş, Təqsirləndirilən şəxs sakitləşmədiyi üçün polis nəfəri Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsinə keçib Təqsirləndirilən şəxs yanında əyləşmiş, daha sonra isə Təqsirləndirilən şəxs avtomobildə hədsiz dərəcədə çox səs küy saldığı üçün onlar Elçin Cəfərovu gözləməmiş, xidməti avtomobillə yollarına davam etmiş, təxminən Ağdaş şəhəri Mühafizə Polis Bölməsinin yerlədiyi M.Ə.Rəsulzadə küçəsinin sonuna çatanda Təqsirləndirilən şəxs bir daha başını avtomobilin dəmirinə bir neçə dəfə vuraraq özünə xəsarət yetirməyə başlamış, həmçinin, Təqsirləndirilən şəxs həmin vaxt avtomobildən qaçmaq məqsədilə avtomobilin arxa qapısına bir neçə dəfə təpiklə vurub qapını açmağa çalışmış, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Avtomobilin ön hissəsində otursada arxaya çönüb baxdığında Təqsirləndirilən şəxs bütün hərəkətlərini aydın görmüş, həmin vaxt qəfildən Zərərçəkmiş şəxs avtomobildə qışqıraraq “İlhamın əlində bıçaq var tutub saxlamışam, mənə kömək edin” dediyini eşitmiş, Şahid5 bunu eşidən kimi dərhal avtomobili saxlamış, daha sonra avtomobildən düşüb onunla birlikdə avtomobilin arxa hissəsinə gəlmiş, avtomobilin arxa hissəsinin qapısını açdıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər iki əl nahiyəsindən tutaraq onu saxladığını və Təqsirləndirilən şəxs sağ əlində qara rəngli bıçaq olduğunu görmüş, dərhal Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli bıçağı onun əlindən almış, bıçağı Təqsirləndirilən şəxs əlindən aldıqdan sonra o və Şahid5 Zərərçəkmiş şəxs əynində olan xidməti polis forması olan şalvarın sol bud nahiyəsinin üzərində zədə olduğunu görmüş, həmin vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs arxa sağ cibindən çıxardığı bıçaqla onun sol bud nahiyəsinə xəsarət yetirmiş, lakin, Təqsirləndirilən şəxs əllərindən tutaraq saxladığı üçün o, bir daha Zərərçəkmiş şəxs xəsarət yetirə bilməmişdir. Həmçinin, avtomobilin arxa qapısını açdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müqavimət göstərmiş, belə ki, Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxs hər iki əl nahiyəsindən tutub çətinliklə onu saxlamış, daha sonra onlar Təqsirləndirilən şəxs bir daha sakitləşdirib Ağdaş RPŞ-nə gətirmiş, Ağdaş RPŞ-nın növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə hal şahidləri və vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi əşya və müəyyən məbləğdə pullardan başqa heç nə aşkar olunmamış, bundan başqa bildirmişdir ki, o, adıçəkilən polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirən zaman Ağdaş RPŞ DYPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ-2101 markalı avtomobil Ağdaş RPŞ-nə gətirilmiş, Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə hal şahidləri və müdafiəçinin işitrakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobilin qoltuq altı hissəsindən 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan sellofan büküm və avtomobilin arxa oturacağından qolsuz qış gödəkçəsinin cibindən isə 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan gümüşü büküm və 01 ədəd şüşə lampa aşkar olunmuş, həmçinin, Ağdaş RPŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs əlindən aldığı 01 ədəd qara rəngli qatlanan bıçağı hal şahidlərinin iştirakı ilə Ağdaş RPŞ-də aparılan araşdırmaya təqdim etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 10 radələrində FİAT DOBLO markalı xidməti avtomobilin ön hissəsində oturduğu üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməmiş, lakin, Təqsirləndirilən şəxs avtomobildə olarkən mütəmadi olaraq baş nahiyəsini avtomobilin dəmir hissələrini vurmuş, ucadan səs-küy salmış, təpiklə avtomobilin arxa qapısına vurmuşdur. Odur ki, həmin vaxt arxaya çönüb baxdıqda onun qeyd edilən hərəkətlərini görmüş, həmçinin, Təqsirləndirilən şəxs sağ əl nahiyəsindən bıçağı almağa çalışarkən o, barmaqlarını sıxaraq bıçağı vermək istəməmiş, bundan əlavə, Təqsirləndirilən şəxs avtomobildə olarkən həmin bıçaqla özünə xəsarət yetirməsini və ya buna cəhd etməsinidə görməmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 10 radələrində “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsində olarkən ucadan səs-küy salmış, avtomobilin arxa hissəsində olan qapıya təpik vurmuş, baş nahiyəsini avtomobilin dəmir hissələrinə vurmuş, onu buraxmaqlarını bildirmişdir. Həmçinin, həmin gün ilkin olaraq Ağdaş şəhərində qeyd edilən əraziyə gəldikdən sonra həmin vaxt Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları ilə mübahisə edib, səs-küy saldığı üçün həmin vaxt orada qarışıqlıq olmuş, odur ki, hadisə yerində olarkən o, orada hər hansı bir sellofan büküm görməmiş və bu barədə Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşlarından heçnə eşitməmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, onu əvvəllər Ağdaş şəhər sakini kimi üzdən tanımış, lakin onunla heç bir münasibəti və şəxsi tanışlığı olmamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilən Şahid5 Şahid2 Hüseyn oğlunun ifadəsi ilə oxsar ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilən Şahid1 birinci instansiya məhkəməsi iclası zamanı verdiyi ifadəsinin məzmununa uyğun verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun dostu olmuş, o, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 09 radələrində 20 yanvar küçəsində yerləşən keçmiş “Universam” adlanan ticarət mərkəzinin qarşısında olan zaman dostu Təqsirləndirilən şəxs özünün idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onun yanında saxlamış və onunla hal əhval tutmuş, daha sonra Təqsirləndirilən şəxs ona maşını icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində yuduzdurmağa getdiyini bildirib onunla getməyini təklif etmiş, o da Təqsirləndirilən şəxsla razılaşıb onunla avtoyuma məntəqəsinə getmiş, orada avtomobili yuduqdan sonra İlham ona anası xəstə olduğu üçün evə gedəcəyini, onu da yolüstü yaşadığı evə düşürəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxsla birlikdə avtomobilə əyləşib avtoyuma məntəqəsindən çıxaraq hərəkət etməyə başlamış, onlar avtoyuma məntəqəsinin yerləşdiyi küçənin sonuna çatanda H.Əliyev prospektinə dönməmiş Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobili onların arxasınca gəlmiş və avtomobildə olan polis əməkdaşları səs gücləndirici cihazla və sayrışan işıqlarla sürücü Təqsirləndirilən şəxs avtomobili kənara çəkərək saxlamağını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs avtomobili saxlamış, Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində yol polisi inspektoru Şahid4 və Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq Qəmbərov olmuş, onlar avtomobildən düşdükdən sonra İlham da avtomobildən düşərək Namiq Qəmbərovun yanına getmiş, həmin vaxt X18 Məmmədova özünü təqdim edib bildirmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığı üçün onun avtomobili idarə etmək hüququ yoxdur, həmçinin, Namiq Qəmbərov əlavə olaraq həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin arxa hissəsinin aşağı olduğunu, avtomobildə xüsusi avadanlıq olan səs siqnalı olduğunu, ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə inzibati protokol tərtib edilməli, avtomobili isə Ağdaş RPŞ-nin müvəqqəti duracağına yerləşdirilməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə buna qəti şəkildə etiraz edərək uca səslə qışqırıb səs-küy salmağa başlamış, belə ki, Təqsirləndirilən şəxs ətrafdakıların diqqətini cəlb etməyə və görünüş üçün guya polis əməkdaşlarının onu döydüyünü bildirməyə çalışmış, lakin, həmin vaxt orada olan və hadisə yerinə sonradan gələn Namiq Qəmbərov, Samir Zamanpur, Şahid4 və Emin Qasımov adlı polis əməkdaşları Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmiş, əksinə həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs qol nahiyəsindən tutub onu qışqırmamağa, onların qanuni tələblərinə tabe olmağa sakitləşdirməyə çalışıb onu avtomobilə otuzdurmağa çalışmış, həmin vaxt polis əməkdaşları Şahid1 şöbəyə aparmağa çalışmamış, sadəcə avtomobili duracağa aparmağa çalışmışlar, o isə həmin vaxt avtomobildən düşüb kənarda gəzişib baş verənləri diqqətlə izləmiş, həmin vaxt o, onların yanında olmuş, dostu Təqsirləndirilən şəxs isə uca səslə qışqırıb səs-küy salmaqda davam etmiş, bu zaman Təqsirləndirilən şəxs qəfildən cibindən bir ədəd sellofan kisə çıxarıb polis əməkdaşlarının üzərindən ona atıb ona qaçmağını bildirmiş, o, həmin vaxtı həyacanlı olduğu və qorxuduğu üçün sellofan kisəni havada tutub qaçmağa başlamış və elə bilmişdir ki, sellofandakı dərmandır. Belə ki, həmin gün səhər radələrində o, Təqsirləndirilən şəxsla birgə avtoyuma məntəqəsinə gedərkən Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində yerləşən apteklərin birində saxlayaraq oradan anası üçün dərman almış, hətta ona həmin dərmanları anasına aldığını bildirmiş, dərmanları aldıqdan sonra isə onları sellofan bükümdə cibinə qoymuşdur. O, sellofan bükümü götürüb qaçmağa başlasa da təxminən 20-30 metr qaçdıqdan sonra polis əməkdaşı Samir Zamanpur arxasınca qaçaraq onu tutmuş, Samir onu tutduqdan sonra o, müqavimət göstərməmiş, həmin sellofan torbanı polis əməkdaşına təqdim etmişdir. O, həmin vaxtı həyacanlı olduğu üçün, nə baş verdiyini başa düşə bilməmiş, həmçinin, Təqsirləndirilən şəxs da uca səslə ona bildirmişdir ki, “sellofan paketi yerə at o, sənlik deyil”. Samir Zamanpur onu tutduqdan sonra özü-özünə fikirləşmişdir ki, nəyə görə qaçmış, belə ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümün ona heç bir aidiyyəti olmamışdır. Həmin vaxt isə polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs onların qanunu tələblərinə tabe olmamış, bir neçə dəqiqə sonra hadisə yerinə Ağdaş RPŞnin PPXT-nin 4 nəfər polis əməkdaşı gəlmiş, onlar Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı xidməti polis avtomobilinin arxa hissəsinə, onu isə avtomobilin arxa oturacağına əyləşdirib Ağdaş RPŞ-nə aparılacaqlarını bildirmiş, valideynlərinin onu evdə danlamasından qorxduğu üçün o, polis əməkdaşlarına onu Ağdaş RPŞ-nə aparmamalarını xahiş etmiş, lakin, polis əməkdaşları onun dediklərinə əhəmiyyət verməmiş, onlar bir qədər avtomobillə getdikdən sonra avtomobilin arxa hissəsində olan Təqsirləndirilən şəxs başını avtomobilin dəmirinə döyməyə başlamış, bunu görən polis əməkdaşları avtomobili saxlayıb xidməti avtomobilin arxa hissəsinə keçmiş, onlar avtomobildən düşən kimi o, da onların arxası ilə avtomobildən düşüb qaçmış, daha sonra baş verənlər barədə isə heçnə deyə bilməmiş, onun hadisə barədə bildikləri bu qədər olmuş, avtomobildən qaçdıqdan sonra isə etdiyi hərəkətlərdən peşman olmuş, və qaçmaqla özünü şübhə altına qoyduğunu anlamış, həmin gün günorta radələrində hadisə ilə bağlı izahat vermək üçün Ağdaş RPŞ-nə gəlmişdir. Əvvəllərdə Təqsirləndirilən şəxs onun yanında narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün onun narkotik vasitə qəbul etdiyini bilmişdir. Onun özü də bir neçə dəfə narkotik vasitələrdən istifadə etmiş, hazırda da toy-ad günü məclisi zamanı hərdən narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirən zaman Təqsirləndirilən şəxs ona müqavimət göstərməsi və bıçaqla ona xəsarət yetirməsi barəsində o, sonradan eşitmiş, lakin, o polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxsla birlikdə həmin vaxt “Fiat Doblo” markalı avtomobil ilə Ağdaş RPŞ-nə gətirilərkən Təqsirləndirilən şəxs başını avtomobilin dəmirinə vurması səbəbindən polis əməkdaşları avtomobili saxlayıb avtomobildən düşən zaman o, da onların arxası ilə avtomobildən düşüb qaçdığı üçün sonradan baş verənlər barədə heçnə deyə bilməmişdir. Lakin, avtomobildə olan polis əməkdaşları ona və ya Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. O, həmin vaxt anasının onu danlayacağından qorxduğu üçün xidməti polis avtomobilindən qaçmış, lakin, sonradan peşman olub xx xxxxxx 2019-cu il tarixdə günorta radələrində Ağdaş RPŞ-nə gəlmişdir. Hadisə xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən H.Əliyev prospektinin köhnə Şirvan kinoteatrı yerləşən hissəsinə çıxan kəsişmədə baş vermişdir. O, Təqsirləndirilən şəxs avtomobilində və ya üzərində narkotik vasitə olduğunu bilməmiş, lakin, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbul etdiyini görmüş, eşitmişdir. Lakin, Şahid1 birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “...dostu Təqsirləndirilən şəxs isə uca səslə qışqırıb səs-küy salmaqda davam etmiş, bu zaman Təqsirləndirilən şəxs qəfildən cibindən bir ədəd sellofan kisə çıxarıb polis əməkdaşlarının üzərindən ona atıb ona qaçmağını bildirmiş, o, həmin vaxtı həyacanlı olduğu və qorxuduğu üçün sellofan kisəni havada tutub qaçmağa başlamış və elə bilmişdir ki, sellofandakı dərmandır. Belə ki, həmin gün səhər radələrində o, Təqsirləndirilən şəxsla birgə avtoyuma məntəqəsinə gedərkən Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində yerləşən apteklərin birində saxlayaraq oradan anası üçün dərman almış, hətta ona həmin dərmanları anasına aldığını bildirmiş, dərmanları aldıqdan sonra isə onları sellofan bükümdə cibinə qoymuşdur. O, sellofan bükümü götürüb qaçmağa başlasa da təxminən 20-30 metr qaçdıqdan sonra polis əməkdaşı Samir Zamanpur arxasınca qaçaraq onu tutmuş, Samir onu tutduqdan sonra o, müqavimət göstərməmiş, bundan başqa bildirmişdir ki, o, həmin vaxt yəni Samir Zamanpur onu tutduqdan sonra sellofan paketi yerə tullamış, lakin, onu hara tulladığı yadında qalmamış, belə ki, həmin vaxtı həyacanlı olduğu üçün nə baş verdiyini başa düşə bilməmiş, həmçinin, Təqsirləndirilən şəxs uca səslə ona bildirmişdir ki, “sellofan paketi yerə at o, sənlik deyil”. Samir Zamanpur onu tutduqdan sonra özü-özünə fikirləşmişdir ki, nəyə görə qaçmış, belə ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümün ona heç bir aidiyyəti olmamışdır. Həmin vaxt isə polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs onların qanunu tələblərinə tabe olmamış, bir neçə dəqiqə sonra hadisə yerinə Ağdaş RPŞ-nin PPXT-nin 4 nəfər polis əməkdaşı gəlmiş, onlar Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı xidməti polis avtomobilinin arxa hissəsinə, onu isə avtomobilin arxa oturacağına əyləşdirib Ağdaş RPŞ-nə aparılacaqlarını bildirmiş, valideynlərinin onu evdə danlamasından qorxduğu üçün o, polis əməkdaşlarına onu Ağdaş RPŞ-nə aparmamalarını xahiş etmiş, lakin, polis əməkdaşları onun dediklərinə əhəmiyyət verməmiş, onlar bir qədər avtomobillə getdikdən sonra avtomobilin arxa hissəsində olan Təqsirləndirilən şəxs başını avtomobilin dəmirinə döyməyə başlamış, bunu görən polis əməkdaşları avtomobili saxlayıb xidməti avtomobilin arxa hissəsinə keçmiş, onlar avtomobildən düşən kimi o da onların arxası ilə avtomobildən düşüb qaçmış, daha sonra baş verənlər barədə isə heçnə deyə bilməmiş, onun hadisə barədə bildikləri bu qədər olmuş, avtomobildən qaçdıqdan sonra isə etdiyi hərəkətlərdən peşman olmuş, və qaçmaqla özünü şübhə altına qoyduğunu anlamış, həmin gün günorta radələrində hadisə ilə bağlı izahat vermək üçün Ağdaş RPŞ-nə gəlmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümdə nə olduğunu bilməmiş, o, əvvəlcə həmin sellofan bükümdə dərman olduğunu başa düşmüş, əlini götürdükdən sonra isə həmin bükümdə olan kütlənin yumşaq kütlə olduğunu yəni ot kimi kütlə olduğunu bilmiş, İlham isə bükümü aldıqdan sonra ona qaçmağını bildirmişdir. O, qaçdıqdan sonra isə polis əməkdaşı Samir Zamanpur arxasınca qaçaraq onu tutmuş, əlavə olaraq bildirmişdir ki, qaçan zaman İlham ona bildirmişdir ki, “əlindəkini yerə tullasan sənlik deyil”. Ona görə o, sellofan bükümü içərisində qanunsuz əşya və ya maddənin olduğunu düşünüb onu yerə tullamış, belə ki, həmin vaxt başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümdəki narkotik vasitə olmuşdur...” Sədrlik edən Şahid1 birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadə ilə hazırkı məhkəmə kollegiyası iclasında vermiş olduğu ziddiyyətli ifadəni səbəbi barədə suala- “hazırda verdiyi ifadəni təsdiq etdiyini bildirdi”. Həmçinin sədrlik edənin sualına cavab olaraq Şahid1 xx xxxxxx 2019-cu il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs Ağdaş şəhərindəki “İbrahimin aptekindən” anası üçün dərmanları aldığını gördüyünü, Təqsirləndirilən şəxs tərəfindən “əlindəkini yerə tullasan sənlik deyil” dediyi əşyaların elə həmin dərmanlar olmasını bildirdi. Bundan əlavə sədrlik edənin “ əgər əlinizdəki dərmanlar idisə, hansı səbəbdən onu götürüb polis əməkdaşlarından qaçmağa çalışmısız”,- sualına “həmin vaxt Təqsirləndirilən şəxs səhhətinin pis olduğunu, halının yaxşı olmadığını dediyinə görə qorxduğu üçün, gedib yaxınlıqdakı avtomobil yuma məntəqəsindən ona su gətirməyə çalışmışam, ona görə polislərin yanından uzaqlaşmışam”-deyə cavab vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin DYPB-nin baş inspektoru, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə səhər radələrindən etibarən o, Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində DYPB-nin rəisi polis mayoru Namiq Qəmbərovla birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olmuş, həmin gün yəni, xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən Heydər Əliyev prospektinin keçmiş “Şirvan” kinoteatrı yerləşən hissəsinə çıxan kəsişmə istiqamətində hərəkət edən zaman gördükdə ona avtomobilə quraşdırılmış səs gücləndirici cihazla və sayrışan işıqlarla işarə edib idarə etdiyi avtomobili kənara çəkərək saxlamasını bildirmiş, Təqsirləndirilən şəxs isə avtomobili kənara çəkib dayanmış, o da öz növbəsində həmin vaxt xidməti avtomobili saxlayıb xidməti rabitə vasitəsi ilə DYPB-nin xidmətdə olan digər YPX-nin inspektorları Emin Qasımov və Samir Zamanpuru həmin əraziyə çağırmış, təxminən 1-2 dəqiqə sonra DYPB-nin YPX inspektorları Emin Qasımov və Samir Zamanpurda həmin əraziyə gəlmiş, Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra avtomobildən düşüb Namiq Qəmbərova və ona yaxınlaşmış, Namiq Qəmbərov həmin vaxt İlhama bildirmişdir ki, onun avtomobilində xüsusi avadanlıq olmuş və o, həmin avadanlıqdan istifadə edib insanları narahat edən səslər çıxarmış, həmçinin, əlavə olaraq X18 Məmmədova idarə etdiyi atomobilin arxa yaylarının kəsildiyini, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini və bu səbəbdən idarə etdiyi avtomobilin müvəqqəti duracağa yerləşdiriləcəyini bildirmiş, lakin, Təqsirləndirilən şəxs avtomobilin müvəqqəti duracağa aparılmasına etiraz edib Namiq Qəmbərovdan avtomobilin duracağa aparılmamasını xahiş etmiş, Təqsirləndirilən şəxs həmin vaxt hətta müxtəlif bəhanələr gətirməyə başlamış, lakin, Namiq Qəmbərov avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğunu dəfələrlə ona təkrar etdikdə Təqsirləndirilən şəxs qəfildən avtomobilin ön kapotunu açıb “bundan ötrü edirsən” deyib avtomobildə olan xususi avadanlığı qırmağa cəhd etmiş və ucadan qışqırıb səs-küy salmağa başlamış, o, bununla ətrafdakı insanların diqqətini cəlb etməyə və onların ona qarşı qanunsuz hərəkətlər etdiyinə dair görüntü yaratmağa çalışmış, lakin, Təqsirləndirilən şəxs Ağdaş RPŞ DYPB-nin xidməti avtomobilində olan təhlükəsizlik kameralarının onun hərəkətlərini həmin vaxt qeyd almasından xəbərsiz olmuş, belə ki, Təqsirləndirilən şəxs hədsiz dərəcədə aqressiv hərəkətlər edib hətta öz-özünə də xəsarət yetirməyə çalışmış, o, idarə etdiyi avtomobilin müxtəlif yerlərindən tutub silkələmiş, uca səslə qışqırıb səs-küy salmış, “məni öldürürlər, məni şərliyirlər” kimi sözlər deyərək ətrafdakılardan kömək istəmiş, onun və adıçəkilən digər polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamış və onlarla ucadan danışıb, onların qanuni tələblərinə bu formada müqavimət göstərməyə çalışmışdır. Həmin vaxt o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs əlindən tutaraq onu nizam intizama dəvət etməyə çalışmış, lakin, Təqsirləndirilən şəxs “döyün məni, öldürün məni deyərək”, aqressivlik etmiş və çalışmışdır ki, onların əlindən çıxıb hadisə yerindən qaçsın. Bundan əlavə bildirmişdir ki, o və X18 Məmmədovun idarə etdiyi avtomobili saxlayan zaman Təqsirləndirilən şəxs yanında avtomobildə Şahid1 adlı Ağdaş şəhər sakini də olmuş, lakin, Şahid1 baş verənləri kənardan izləmiş və Təqsirləndirilən şəxs heç bir müdaxilə etməmiş, belə ki, Şahid1 həmin vaxt onun və digər adıçəkilən DYPB-nin polis əməkdaşlarının ətrafında gəzişmiş, həmin vaxt Təqsirləndirilən şəxs anidən əynindəki gödəkçənin cibindən bir ədəd sellofan torba çıxararaq Şahid1 atıb ona qaçmasını bildirmiş, Şahid1 sellofan kisəni havada tutaraq qaçmağa başlayan zaman Namiq Qəmbərov YPX-nin inspektoru Samir Zamanpura onun arxası ilə qaçmasını bildirmiş, Samir Zamanpur təxminən 30 metr qaçdıqdan sonra İlhamı tutub saxlamış, lakin Şahid1 həmin vaxt Samir Zamanpura müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs Samirin Şahid1 tutduğunu görüb Şahid1 bildirmişdir ki, “at getsin sənlik deyil sübut edə bilməyəcəklər”. Bu zaman isə Şahid1 əlindəki torbanı yerə atmış, Samir Zamanpur isə Şahid1 saxlayaraq Təqsirləndirilən şəxs yanına yəni, onların olduqları yerə gətirmiş, həmin vaxt Təqsirləndirilən şəxs hədsiz dərəcədə aqresivlik etdiyindən Namiq Qəmbərov onun və digər adıçəkilən DYPB-nin əməkdaşlarının onun barəsində tədbir görə bilməyəcəyini nəzərə alıb xidməti rabitə vasitəsi ilə hadisə yerinə əlavə polis əməkdaşlarını çağırmış, bir neçə dəqiqə sonra hadisə yerinə polis nəfəri Şahid5 idarə etdiyi “Fiat Doblo” markalı xidməti avtomobil ilə Ağdaş RPŞ-nin PPXTnin polis nəfərləri Elçin Cəfərov, Zərərçəkmiş şəxs, Şahid2 gəlmiş, daha sonra DYPB-nin inspektorlarının orada olan PPXT-nin polis nəfərlərinin köməyi ilə Təqsirləndirilən şəxs və Şahid1 “FİAT DOBLO” markalı avtomobilə əyləşdirmiş, belə ki, onlar həmin vaxt Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı avtomobilin arxa hissəsinə, Şahid1 isə avtomobilin arxa oturacağına əyləşdirmiş, Ağdaş PPXT-nin polis nəfərləri, Elçin Cəfərov, Şahid5, Şahid2 və Zərərçəkmiş şəxs da xidməti avtomobilə əyləşib Şahid1 və Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə aparmışlar. Sonra onlar Ağdaş RPŞ-nə getmiş və orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı xidməti avtomobil ilə RPŞ-nə gətirilərkən cibindən çıxardığı bıçaqla polis serjantı Zərərçəkmiş şəxs sol budundan xəsarət yetirmiş, həmçinin, həmin vaxt polis əməkdaşları xidməti avtomobili saxlayıb Zərərçəkmiş şəxs kömək etmək istəyən zaman Şahid1 avtomobildən düşərək qaçmış, daha sonra bildiyinə görə Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirilmiş Ağdaş RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə hal şahidləri və vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi əşya və müəyyən məbləğdə pullardan başqa heç nə aşkar olunmamış, bundan başqa bildirmişdir ki, adıçəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı avtomobillə Ağdaş RPŞ-nə gətirən zaman Namiq Qəmbərovun göstərişinə əsasən YPX-inspektoru Samir Zamanpur tərəfindən Təqsirləndirilən şəxs məxsus qırmızı rəngli VAZ-2101 markalı avtomobil Ağdaş RPŞ-nə gətirilmiş, daha sonra bildiyinə görə Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə hal şahidləri və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobilin qoltuq altı hissəsindən 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan sellofan büküm və avtomobilin arxa oturacağından qolsuz qış gödəkçəsinin cibindən isə 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan gümüşü büküm və 01 ədəd şüşə lampa aşkar olunmuşdur. O və YPX-nin baş inspektoru Şahid4 Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən H.Əliyev prospektinin keçmiş Şirvan kinoteatrı yerləşən hissəsinə çıxan kəsişmədə idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən aşkar etmiş və ona saxla işarəsi verərək avtomobili saxlamasını bildirmişdir. hadisə yerində o, Ağdaş RPŞ DYPB-nin rəisi Namiq Qəmbərov, YPX-nin inspektorları Samir Zamanpur, Emin Qasımov, həmçinin, PPXTnin polis nəfərləri Fiat Doblo markalı xidməti avtomobilin sürücüsü Şahid5, Elçin Cəfərov, Zərərçəkmiş şəxs, Şahid2 çağırışa əsasən sonradan hadisə yerinə gəlmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs yanında olan Şahid1 atdığı sellofan kisədə konkret nə olduğunu bilməmiş, lakin, Təqsirləndirilən şəxs Şahid1 sellofan kisəni ataraq ona qaçmasını bildirməsindən, daha sonra isə həmin kisəni yerə atmasını bildirməsindən həmin kisədə narkotik vasitə olduğunu başa düşmüş, ona görə də o, Ağdaş RPŞ-nin rəisi Rasim Mustafayevə raportla müraciət edərək baş vermiş hadisə barədə məlumat vermiş və Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasından şübhələndiyini və bu barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ucadan qışqırıb səs-küy salmaqla, həmçinin, “məni öldürürlər, məni döyürlər kimi” sözlər deməklə onun və ya digər adıçəkilən polis əməkdaşlarının guya ona qarşı qanunsuz hərəkət etməsi barədə görünüş yaratmaq istəmiş, həmçinin, o, DYPB-nin rəisi Namiq Qəmbərov, YPX-nin inspektorları Emin Qasımov və X19 Məmmədovun əlindən və qolundan tutaraq sakitləşdirmək istəyən zaman o, onların əlindən çıxaraq qanuni tələblərinə tabe olmamış və sakitləşməmiş, lakin, Təqsirləndirilən şəxs ona və ya digər adıçəkilən polis əməkdaşlarına hadisə zamanı hər hansı bir fiziki zor tətbiq etməmiş və ya bununla bağlı hədə-qorxu gəlməmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs ona atdığı bir ədəd sellofan bükümü götürüb hadisə yerindən qaçsa da Samir Zamanpur onun arxası ilə təxminən 20-30 metr qaçıb Şahid1 tutub saxlamış, Şahid1 isə həmin vaxt ona və ya digər polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, həmçinin, həmin vaxt o və ya DYPB-nin adıçəkilən polis əməkdaşlarından kimsə Şahid1 xəsarət yetirməmiş və ya ona qarşı hər hansı bir qanunsuz hərəkət etməmiş, o və orada olan DYPB-nin adıçəkilən əməkdaşları yalnız Təqsirləndirilən şəxs sakitləşdirmək istəmiş, həmçinin, onun Ağdaş RPŞ-nə aparılmasını təmin etməyə çalışmışdır. Təqsirləndirilən şəxs hadisə yerində səs küy saldığından və onların qanuni tələblərinə tabe olmadığından o və digər polis əməkdaşları çətinliklə onu avtomobilə əyləşdirə bilmiş, daha sonra onun Şahid1 atdığı sellofan bükümü hadisə yerində tapa bilməmiş, belə ki, hadisə yerində hədsiz dərəcə qarışıqlıq yaranmış, həmin vaxt o və digər adıçəkilən DYPB-nin əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirməyə, daha sonra hadisə yerindən qaçan Şahid1 tutmağa qarışdığından qeyd edilən bir ədəd sellofan bükümü hadisə yerində sonradan tapa bilməmiş, lakin, Təqsirləndirilən şəxs Şahid1 01 ədəd sellofan bükümü atması daha sonra isə hadisə yerindən qaçması DYPB-nin xidməti avtomobilinə quraşdırılmış təhlükəsizlik kamerasında qeydə alınmış, ümumiyyətlə Təqsirləndirilən şəxs təhlükəsizlik kamerasının ona qeydə almasından xəbəri olmamış, həmin hadisə DYPB-nin “Mercedes” markalı **-YP-*** qeydiyyat nömrə nişanlı avtomobilin təhlükəsizlik kamerasında qeydə alınmış və video görüntüləri araşdırmaya təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, onu əvvəllər Ağdaş şəhər sakini kimi üzdən tanımış, lakin onunla heç bir münasibəti və şəxsi tanışlığı olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Elçin Cəfərov Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində DYPB-nin əməkdaşları tərəfindən idarə etdiyi qırmızı rəngli VAZ-2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkət edərkən saxlanıldıqdan sonra polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından oraya köməyə gələn Ağdaş RPŞ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, bu zaman DYPB-nin əməkdaşı Şahid4 tərəfindən RPŞ-nin rəisinə Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasında şübhəli olması barədə raport verilmiş və rəis tərəfindən müvafiq tədbirin keçirilməsi ona həvalə edilmiş, bundan sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3, Ağdaş RPŞ-nə dəvət edilmiş iki nəfər hal şahidlərinin və Müdafiəçi iştirakı ilə saat 11:30-da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymaq təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində 5 ədəd saqqız olan sellofan kisəni, sol cibindən isə 01 ədəd boş sellofan kisəni və 01 ədəd saqqızı masanın üzərinə qoymuş, həmçinin, Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən 04 ədəd 1 manatlıq, 01 ədəd 50 manatlıq pul əskinazını masanın üzərinə qoymuş, həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç döş cibindən bir ədəd qara rəngli siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açıldıqda içərisində siqaret dənələri aşkar olunmuş, qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heç nə aşkar edilməmiş, aşkar olunan əşyalar və pul əskinazlarının fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o və şəxsi axtarışda iştirak edən digər şəxslər həmin protokolu öz imzaları ilə təsdiq etmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, daha sonra onun və Sübhan Tağıyevin, hal şahidlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə Ağdaş RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ-2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə saat 12:00-da baxış keçirilmiş, baxış zamanı qeyd edilən avtomobildə olan qısaqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş büküm, həmçinin avtomobilin qoltuqaltı hissəsindən 01 ədəd sellofan kisə və 01 ədəd başı qırılmış şüşə lampa aşkar olunmuş, 01 ədəd kağız büküm və 01 ədəd sellofan kisə açıldıqda içərisində kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar olunmuş, daha sonra 01 ədəd sellofan kisə və 01 ədəd gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilmiş, 01 ədəd sellofan kisənin çəkisi 7,23 qram, 01 ədəd gümüşü rəngli kağız bükümün çəkisi isə 0,12 qram olmuş, həmçinin, aşkar edilmiş 01 ədəd şüşə lampanın içərisində qara rəngli dənəciklər olmuş, 01 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd sellofan kisə və 01 ədəd şüşə lampa 01 ədəd zərfə qablaşdırılmış, iştirakçılar tərəfindən həmin zərf imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürlənmiş, həmçinin, avtomobilə baxış zamanı avtomobildən 01 ədəd mobil telefonun cərəyan naqili, 01 ədəd 100 ABŞ dollarının surəti, 01 ədəd dəftər, 01 ədəd alışqan, 01 ədəd qayçı, 01 ədəd ətir, 03 ədəd Kazbek markalı siqaret dənəsi, fındıq, mandarin və 01 ədəd su şüşəsi aşkar olunmuşdur. İş üçün əhəmiyyət kəbs etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs avtomobilindən qeyd edilənlərdən başqa heçnə aşkar olunmamış, aşkar olunan əşyaların, bükümlərin, şüşə lampanın fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və baxışda iştirak edən digər şəxslər həmin protokolu imzaları ilə təsdiq etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla da heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs baxış zamanı hadisə yerində atdığı narkotik vasitənin ona məxsus olduğunu, avtomobildə aşkar edilmiş narkotik vasitənin isə ona aid olmadığını bildirmiş, əlavə olaraq isə bu barədə heçnə bildirməmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etdiyini əvvəllər də eşitmiş, bu barədə onda əməliyyat məlumatları olsa da, həmin məlumatların yoxlanılmasını realizə etmək mümkün olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 Bəkirovun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid6 Həmdiyyə oğlu ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11:20-də Ağdaş rayon polis şöbəsinin qarşısından keçmiş,polis şöbəsinin qarşısında keçən zaman polis əməkdaşları mənə yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinin növbətçi hissəsində bir nəfər şəxsin üzərində şəxsi axtarış aparacaqlarını və avtomobilinə baxış keçirəcəklərini bildirib, həmin şəxsi axtarışda və baxışda hal şahidi kimi iştirak etməyini təklif etmiş,o, polis əməkdaşlarının dediklərinə etiraz etməyib könüllü olaraq Ağdaş RPŞ-nin növbətçi hissəsinə gəlmiş, bundan sonra polis şöbəsində növbətçi hissədə sonradan adını bildiyi və əvvəllərdə heç bir zaman görmədiyi Təqsirləndirilən şəxs adlı şəxsin üzərində şəxsi axtarış aparılmış,Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Ağdaş RPŞ-nin növbətçi hissəsində o, məndən başqa bir nəfər tanımadığı hal şahidi kimi dəvət edilmiş şəxs və polis əməkdaşları olmuş,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymaq təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində 5 ədəd saqqız olan sellofan kisəni, sol cibindən isə 01 ədəd boş sellofan kisəni və 01 ədəd saqqızı masanın üzərinə qoymuş, həmçinin, Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən 04 ədəd 1 manatlıq, 01 ədəd 50 manatlıq pul əskinazını masanın üzərinə qoymuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç döş cibindən bir ədəd qara rəngli siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açıldıqda içərisində siqaret dənələri aşkar olunmuş, qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heçnə aşkar edilməmiş, aşkar olunan əşyalar və pul əskinazlarının fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və şəxsi axtarışda iştirak edən digər şəxslər həmin protokolu öz imzaları ilə təsdiq etmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, daha sonra polis əməkdaşlarının, onun və digər hal şahidinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə Ağdaş RPŞnə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı qeyd edilən avtomobildə olan qısaqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş büküm, həmçinin avtomobilin qoltuqaltı hissəsindən 01 ədəd sellofan kisə və 01 ədəd başı qırılmış şüşə lampa aşkar olunmuş, 01 ədəd kağız büküm və 01 ədəd sellofan kisə açıldıqda içərisində kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar olunmuş, daha sonra 01 ədəd sellofan kisə və 01 ədəd gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilmiş, 01 ədəd sellofan kisənin çəkisi 7,23 qram, 01 ədəd gümüşü rəngli kağız bükümün çəkisi isə 0,12 qram olmuş, həmçinin, aşkar edilmiş 01 ədəd şüşə lampanın içərisində qara rəngli dənəciklər olmuş, 01 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd sellofan kisə və 01 ədəd şüşə lampa 01 ədəd zərfə qablaşdırılmış, iştirakçılar tərəfindən həmin zərf imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürlənmiş, həmçinin, avtomobilə baxış zamanı avtomobildən 01 ədəd mobil telefonun cərəyan naqili, 01 ədəd 100 ABŞ dollarının surəti, 01 ədəd dəftər, 01 ədəd alışqan, 01 ədəd qayçı, 01 ədəd ətir, 03 ədəd Kazbek markalı siqaret dənəsi, fındıq, mandarin və 01 ədəd su şüşəsi aşkar olunmuş, iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs avtomobilindən qeyd edilənlərdən başqa heçnə aşkar olunmamış, aşkar olunan əşyaların, bükümlərin, şüşə lapmanın fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və baxışda iştirak edən digər şəxslər həmin protokolu imzaları ilə təsdiq etmişlər. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla da heç bir münasibəti olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Mustafayev X2 İlyas Həmdiyyə oğlunun izahatına oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2019-cu il tarixli 619 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi **-DE- *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisində bir ədəd gümüş-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0.10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7.21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampadan aşkar edilmiş cuzi miqdarda olan maddə hissəcikləri heroin hissəcikləridir, həmin lampada olan heroin hissəcikləri cuzi miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ekspertiza tədqiqinə 0.04 qıram marixuana sərf edilmişdir. Ekspertiza tədqiqindən sonra qalıq marixuananın miqdarı 7.27 qıram təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 15 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının və X5 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 623 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət- sol budun ortası 1/3nin ön səthinin sıyrığı, iti uclu alət (ola bilər bıçağın ucu)təsirindən törənmiş, törənmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 30510/30511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq- kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin, o cümlədən, təqdim edilmiş bıçağın və ona bənzər xassəli hər hansı bir alətin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş şalvarın səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş şalvarın material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilmə-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək TQ-nun baş təhqiqatçısı, polis mayoru Rəşid Musayev tərəfindən xx.xx.2019-cu il tarixdə saat 11:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.1 və 234.1-ci maddələrinin tərkibi olduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1 və 234.1-ci maddələrinə tövsüf edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən ”həbs” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirliliyikifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxsəməli CM-in 234.1 və 315-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs apellyasiya şikayətində ibtidai istintaq və məhkəmə tərəfindən düzgün araşdırma aparılmadığını göstərərək, ona elan edilmiş ittiham üzrə barəsində bəraət hökmünün çıxarılmasına köməklik edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlarla kifayət qədər təsdiqini tapır. Həmin sübutların məcmusu ilə müəyyən olunur ki, o, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 2 (iki) ədəd ayrıayrı bükümlərdə olan ümumi təmiz çəkisi 7.31 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib onun 7.21 qramını idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, **-DE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qoltuqaltı hissəsində, 0.10 qramını isə həmin avtomobildə olan qış gödəkçəsinin sağ cibində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış və həmin narkotik vasitələr xx xxxxxx 2019-cu il tarixdə saat 12:00-da ünvan 1 saylı ünvanında yerləşən Ağdaş RPŞ-nin həyətində ona məxsus VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman müvafiq olaraq avtomobilin qoltuqaltı hissəsindən və avtomobildə olan Təqsirləndirilən şəxs məxsus qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüş, həmçinin, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğuna görə DYP əməkdaşları tərəfindən saxlanıb avtomaşınının Ağdaş RPŞ-nə aparmaq istəyərkən qəflətən əynindəki gödəkçənin cibindən bir ədəd sellofan torba çıxararaq dostu Şahid1 atıb ona qaçması və “at getsin sənlik deyil, sübut edə bilməyəcəklər” sözlərini deməsindən sonra onun narkotik vasitə saxlamaqda şübhələndiklərindən xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq “Fiat Doblo” markalı xidməti avtomobillə Ağdaş RPŞnə gətirilən zaman avtomobil Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Ağdaş Mühafizə” bölməsinin qarşısından keçərkən arxa sağ cibində saxladığı bıçaqla hakimiyyət nümayəndəsi olan və “Polis haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üzrə xidməti vəzifələrini yerinə yetirən Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs sol bud nahiyəsindən bir dəfə bıçaqla qəsdən vurub fiziki zor tətbiq etməklə ona sol budun orta 1/3-nin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirərək xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs оğlu məhkəmə kollegiyası iclasında ifadəsində göstərmişdir ki, hadisə baş verən gün polis əməkdaşları ona qarşı zor tətbiq eləmişlər, onun bədənin müxtəlif nayihələrinə xəsarət yetirmişlər, o, da “Fiat Doblo” markalı polis maşınının ən arxa hissəsində zorla əyləşdirilərək polis şöbəsinə gətirilməsinə etiraz edərək həmin avtomaşının ehtiyyat hissələri olan qara qutusundan tapdığı bıçaqla özünə xəsarət yetirmişdir. Sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs оğlu bildirdi ki, o, bir neçə dəfə narkotik vasitələrdən toy-şənlik mərasimləri zamanı istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə anası xəstə olduğu üçün Ağdaş şəhərində “İbrahim həkimin apketi” kimi tanınan aptekden dimidrol və ekstra-valerian adlı dərmanlar almışdır. Lakin, sədrlik edənin “həmin dərmanları ananız xəstə olduğu üçün almışdınızsa, nə üçün onu Şahid1 ataraq “at getsin sənlik deyil” demisiz”,- sualına cavab verə bilməmişdir. Həmçinin, siz birinci instansiya məhkəməsi hökmündən görünür ki, məhkəmə iclası zamanı son sözünüzdə ilk dəfə az ağır cinayət törətməyinizi, əməlinizdən səmimi peşmançılıq çəkməyinizi, zərərçəkmiş şəxslə barışdığınızı nəzərə alaraq, sizə həbslə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etmişsiz, həmin ifadənizin hazırkı ifadənizlə ziddiyyət təşkil etməsini nə ilə izah edirsiz”-, sualına təqsirləndirilən şəxs,-“ mən birinci instansiya məhkəməsi zamanı da hazırkı ifadəni vermişəm, məhkəmə tərəfindən ifadəm olduğu kimi qeyd edilməyib”-deyə cavab vermişdir. Apellyasiya məhkəməsinin sorğusuna əsasən Ağdaş rayonu 20 yanvar küçəsində yerləşən Zeytun 8 aptekinin müdiri İbrahim Xəlilov arayış ilə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, Zeytun 8 apteki tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs оğluna dimidrol və ekstra-valerian adlı dərmanlar, o, cümlədən ona hər hansı dərman satılmamışdır. Həmçinin iş materiallarından görünür ki, məhkəmə iclas protokoluna nə təqsirləndirilən şəxs nə də ki, onun müdafiəçisi tərəfindən qeyd verilməmişdir. Həmçinin məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin, ifadəsində polis əməkdaşlarının israrla onu polis şöbəsinə aparmaq istəmələrinə, onun isə şöbəyə getmək istəmədiyini, bunun da səbəbi kimi şöbədə adamı şərlədiklərini göstərməsinə də tənqidi yanaşaraq, qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatı, məhkəmə kollegiyasının iclasında dindirilmiş polis əməkdaşlarının ifadələrində, ancaq, təqsirləndirilən şəxsin avtomobilinin duracağa aparılmaq istəmələrini və təqsirləndirilən şəxsin maneə törətdiyini göstərmələri ilə yanaşı, həmin vaxt orada olmuş, təqsirləndirilən şəxsin dostu Şahid1 da ifadəsində Təqsirləndirilən şəxs avtomobilinin arxa hissəsinin aşağı olduğunu, avtomobildə xüsusi avadanlıq olan səs siqnalı olduğunu, ona görə də Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib edilməli, avtomobili isə Ağdaş RPŞ-nin müvəqqəti duracağına yerləşdirilməli olduğunu bildirmiş, İham Məmmədov isə buna qəti şəkildə etiraz edərək uca səslə qışqırıb səs-küy salmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları Şahid1 şöbəyə aparmağa çalışmamış, sadəcə avtomobili duracağa aparmağa çalışmış kimi göstərməsi ilə təkzib olunur ki, buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və işin həqiqi hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı cinayət işi üzrə qüvvədə olan xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs оğlunun hazırkı məhkəmə kollegiyası iclası zamanı verdiyi ifadələrdə göstərdiyi xüsusatlar ilə bağlı ibtidai istintaq orqanı tərəfindən araşdırma aparılmış və həmin qərarda göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən deyil də, özü tərəfindən hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə müqavilə əsasında müdafiəçi tutmuşdur. İş materiallarına əlavə edilmiş sənədlər elə məhz müdafiəçinin iştirakı ilə imzalanmış, iş materiallarında hər hansı nöqsanların olması barədə heç bir vəsatət verilməmişdir. Həmçinin, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən onun ifadələrinin təhrif olunduğunu qeyd etsə də, həmin “təhrif” olunma ilə bağlı heç bir prosesual hərəkətlər, o cümlədən məhkəmə iclas protokollarına qeyd verməmişdir. Halbuki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlunun səmimi peşman olması, törətdiyi cinayət əməlini etiraf etməsi, törətdiyi cinayət əməllərinin az ağır cinayətlər kateqoriyasına aid olması və yüngülləşdirici hallar nəzərə alınaraq barəsində CM-nin 62-ci maddəsi tətbiq edilmiş, azadlıqdan məhrum etmə cəzası əvəzinə (hökm elan olunandək qüvvədə olan Cinayət Məcəlləsinin 315.1-ci maddəsinə görə yalnızda azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin məhkəmə kollegiyası CM-in 315.1-ci maddəsi ilə bağlı təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə qeyd edir ki, x xxx 2020-ci il tarixli Qanunla CM-in 315-ci maddəsinin mətni xx xxxx 2020-ci il tarixdən qüvvəyə minməklə yeni redaksiyada verilərək həmin maddənin dispozisiyasında 1-ci və 2-ci hissələr ləğv edilmişdir. CM-in 315-ci maddəsinin dispozisiyası hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə kimi müəyyən edilmiş və həmin əmələ görə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutlmuşdur. CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Lakin, hazırkı işin hallarından görünür ki, təqsirləndirilən şəxsin əməli köhnə redaksiya üzrə 315.1-ci maddəsinə tövsif edilmiş, birinci instansiya məhkəməsi də şəxsi həmin əməl üzrə təqsirli bilmişdir. Lakin, yeni x xxx 2020-ci il tarixli Qanunla edilmiş dəyişiklikdən sonra təqsirləndirilən şəxsin barəsində CM-in 315-ci maddəsinin tətbiqi onun vəziyyətini ağırlaşdırılmasına səbəb olacaqdır. Çünki, yeni redaksiyada CM-nin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə əməlinə görə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin, köhnə redaksiyada eyni əmələ görə hüquqi məsuliyyətin həddini müəyyən edən 315ci maddəsində qeyd edilirdi ki: 315.1. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə-üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında işə yenidən baxarkən hesab edir ki, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən CM-nin 315.1-ci maddəsi (köhnə redaksiyada) elan edilmiş ittiham üzrə onun təqsirli bilinməsi, barəsində həmin maddənin tətbiqi şəxsin vəziyyətini yüngülləşdirir. Onun barəsində CM-nin yeni redaksiyda olan 315-ci maddəsinin tətbiqi isə onun vəziyyətinin ağırlaşdırılmasına səbəb olacaqdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt qüvvədə olan CM-in 315.1-ci maddəsinin sanksiyası (üç ilədək müddətə azadlıqdan məhrum etmə) daha yüngül olduğundan onun barəsində daha yüngül cəza nəzərdə tutan, köhnə redaksiyada mövcud olmuş CM-in 315.1ci maddəsi tətbiq edilməldir. Həmçinin Şahid1 birinci instansiya məhkəməsi iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümdə nə olduğunu bilməmiş, o, əvvəlcə həmin sellofan bükümdə dərman olduğunu başa düşmüş, əlini götürdükdən sonra isə həmin bükümdə olan kütlənin yumşaq kütlə olduğunu yəni ot kimi kütlə olduğunu bilmiş, İlham isə bükümü aldıqdan sonra ona qaçmağını bildirmişdir. O, qaçdıqdan sonra isə polis əməkdaşı Samir Zamanpur arxasınca qaçaraq onu tutmuş, əlavə olaraq bildirmişdir ki, qaçan zaman İlham ona bildirmişdir ki, “əlindəkini yerə tullasan sənlik deyil”. Ona görə o, sellofan bükümü içərisində qanunsuz əşya və ya maddənin olduğunu düşünüb onu yerə tullamış, belə ki, həmin vaxt başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümdəki narkotik vasitə olmuşdur...” Sədrlik edən Şahid1 ibtidai istintaq və birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadə ilə hazırkı məhkəmə kollegiyası iclasında vermiş olduğu ziddiyyətli ifadəni səbəbi barədə suala-“hazırda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir Həmçinin sədrlik edənin sualına cavab olaraq Şahid1 “xx xxxxxx 2019-cu il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs Ağdaş şəhərindəki “İbrahimin aptekindən” anası üçün ekstravalerian və dimidrol adlı dərmanları aldığını gördüyünü, Təqsirləndirilən şəxs tərəfindən “əlindəkini yerə tullasan sənlik deyil” dediyi əşyaların elə məhz həmin dərmanlar olmasını bildirdi. Bundan əlavə sədrlik edənin “əgər əlinizdəki dərmanlar idisə, hansı səbəbdən onu götürüb polis əməkdaşlarından qaçmağa çalışmısız”,- sualına “həmin vaxt Təqsirləndirilən şəxs səhhətinin pis olduğunu, halının yaxşı olmadığını dediyinə görə qorxduğu üçün, gedib yaxınlıqdakı avtomobilyuma məntəqəsindən ona su gətirməyə çalışmışam, ona görə polislərin yanından uzaqlaşmışam”-deyə cavab vermişdir. Məhkəmə kollegiyası Şahid1 hazırkı məhkəmə kollegiyası iclasında verdiyi ifadə ilə birinci instansiya və ibtidai istintaq zamanı verdiyi ifadələrdən ziddiyyətli ifadələr verməsini, təqsirləndirilən şəxs ilə yaxın dostluq münasibətləri olması səbəbindən sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 315.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,cəzasını yüngülləşdirən(ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını)halları vəağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də zərərçəkmiş şəxsin mənafeyinikifayət qədər nəzərə almış, ona bu xüsusatların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını daha artıq yüngülləşdirməyə, yaxud onu cinayət məsuliyyətindən və ya cəzadan azad etməyə əsas verən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315.1-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315.1-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilmiş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar