Məhkəmə qərarları › İş №1(107)-88/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-88/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-88/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X6, ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3, zərərçəkmiş şəxsin nümayəndəsi X13, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, Ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinаyət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə X27 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-146/2020 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X27 Məhkəməsinin (sədrlik edən B.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 1(091)- 146/2020 nömrəli hökmü ilə, xx.xx.1976-cı ildə Şəki rayonunda doğulmaqla xx xxxxxx 2020-ci il tarixdə ölmüş, ali təhsilli, evli, məhkum olunmayan, Şəki rayonu Qayabaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinərək öldüyünə görə cəza təyin edilməməsi, iş üzrə 100 AZN (yüz manat) məhkəmə məsrəfi olan ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Muğanlı- İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi VAZ 2106 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq avtomobilini qarşı hərəkət zolağına çıxararaq qarşı yolla hərəkət edən Zərərçəkmiş şəxs7 idarə etdiyi Mercedes-Benz 0403 markalı KN-505-AN dövlət qeydiyyat nişanlı avtobusla toqquşdurmuş, toqquşmadan sonra Mercedes-Benz 0403 markalı avtobusla yolun kənarına aşaraq kafenin hasarına çırpılmış, nəticədə ehtiyatsızlıqdan VAZ 2106 markalı avtomobildə olan sərnişinlər X11 başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın və təpə sümüyünün və sağdan V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların qapalıqəlpəli sınığı, başın, bədənin sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ölümünə, X5 bud sümüyünün və sağ qamış sümüyünün açıq-qəlpəli sınığı, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, daxili qanaxma, sol budun və sağ baldırın yaraları, bədənin qançırları kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 sol mil və dirsək sümüyünün az yerdəyişən qapalı sınığı, alın nahiyəsinin sıyrığı, sol gözaltı nahiyənin qançırı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs6 sol dirsək sümüyünün qapalı sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs5 sağ dirsək sümüyünün və sol Vİİ qabırğanın qapalı sınıqları xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sol budun qançır izi olan piqmentasiya sahəsi xəsarətləri yetirərək sağlamlığına zərər vurmayan, Zərərçəkmiş şəxs4 döş qəfəsinin sol yarısının yumşaq toxumasının, sağ diz oynağı nahiyəsinin əzilməsi və hemartrozu, sağ diz oynağının travmatik hissəvi konturakturası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs8 məxsus kafenin zədələnməsi ilə ona 4000 (dörd min) manat məbləğində maddi ziyan vurulumasına və Zərərçəkmiş şəxs7 məxsus Mercedes-Benz 0403 markalı KN-505- AN dövlət qeydiyyat nişanlı avtobusun zədələnməsi ilə ona 26500 (iyirmi altı min beş yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 apelyasiya şikayəti verərək X27 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-146/2020 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə - yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 1389 nömrəli ekspert rəyinin 3-cü hissəsinə əsasən hərəkət üçün təhlükə yaranan anda Mercedes-Benz 0403 markalı KN-505-AN dövlət qeydiyyat nişanlı avtobusun toqquşma yerindən müvafiq olaraq 54-68 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X14 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin nə ibtida istintaq orqanı, nədə ki, məhkəmə ekspert rəyinin bu hissəsinə hüquqi qiymət verməmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin dövrə kimi təqsirləndirilən şəxs qismində olmuş X14 həmin statusda iştirakına xitam verilməklə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Odur ki, X27 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-146/2020 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmənin hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 apelyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X7 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi X20 zərərçəkmişin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etidi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X15 hökmün qаnuni və əsаslı olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, X27 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-146/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və CPM-in normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və ölmüş təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsin hüquqi varisi X1 apellyasiya şikayəti təmin edilməməli, X27 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-146/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə İlhamgil Şəki şəhərindən çıxıb Bakı şəhərinə onlara qonaq gələn zaman Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi VAZ 2106 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mersedes markalı avtobusla toqquşması və nəticədə kürəkəni İlhamın, qızı İlahənin və nəvəsi Aysunun vəfat etməsini bilmişdir. İbtidai istintaq zamanı avtobusun sürücüsü Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmuşdur. Lakin bu hadisədən bir ay keçdikdən sonra avtobusun sürücüsü zərərçəkmiş şəxs qismində işə cəlb olundu. Avto qəza nəticəsində Zərərçəkmiş şəxs1 qolu sınıb və onunla heç kim maraqlanmayib. İşdə avtobusun saatda 60 km sürətlə hərəkət etdiyi bildirilsədə, onun sürəti saatda 120-140 km olub .Məhkəmədən işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış bacısı X4 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, hadisə barədə xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Şəki rayonu Turan kəndində olarkən eşitmiş, sonradan ona qardaşı İlhamın Bakı şəhərinə gedərkən Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi VAZ 2106 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mersedes markalı avtomaşınla toqquşması və nəticədə qardaşı İlhamın, sonuncunun arvadının və qızının vəfat etməsini bilmişdir. Hadisənin İlhamın təqsirindən baş verməsi ilə razı deyil, mərhum qardaşı İlhama bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Hadisənin Mersedes-benz markalı avtobusun sürücüsünün təqsirindən baş verməsini hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikası vətəndaşı olmaqla B kateqoriyalı sürücülük vəsiqəsi almış, Mercedes-Benz 0403 markalı KN-505-AN dövlət qeydiyyat nişanlı avtobus ona məxsus olmuşdur. Nicat adlı şəxs bir gün əvvəl ona zəng vurub xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayonuna tur təşkil etdiyini, gedib axşam qayıdacaqlarını sifariş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 07:00-da Gənclik metrostansiyasının çıxışında gözləmiş, Nicat adlı şəxs 39 nəfər tanımadığı sərnişinlə avtobusa əyləşdikdən sonra yola düşmüşlər. Saat 1030 radələrində idarə etdiyi Mercedes-Benz 0403 markalı KN505-AN dövlət qeydiyyat nişanlı avtobusla Muğanlı-İsmayıllı yolu ilə 60-70 km/saat sürətlə İsmayıllı istiqamətində hərəkətdə olarkən Ağsu rayonu ərazisində qarşıdakı döngədə ağ rəngli Vaz 2106 markalı avtomobil əvvəlcə yolun sol tərəfində olan çınqıllığa çıxmış, sonra sərt şəkildə sola istiqamətlənib onun üstünə gəlmişdir. Həmin vaxtı aralarında təxminən 20-30 metr məsafə olmuş, sükanı sağa burub hadisədən yayınmağa çalışmışdır. Buna baxmayaraq həmin avtomobil üzərinə gəlib avtobusun qabaq sol tərəfinə dəymiş, avtobus irəliyə hərəkət edib yolun sağ tərəfinə aşmışdır. Hadisə nəticəsində xəsarət almamış, avtobusda olan sərnişinlərdən bir neçəsi isə xəsarət almışdır. Avtobusdan çıxıb dərhal Vaz 2106 markalı avtomobilə yaxınlaşmış, sürücünün və onun yanındakı qadının öldüklərini, az yaşlı uşaqların isə yaralandıqlarını görmüşdür. Vaz 2106 markalı avtomobildə olan qız uşağının da öldüyü sonradan məlum olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Hadisə onun təqsiri üzündən baş verməmiş, həmçinin toqquşma onun hərəkət zolağında baş vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, yanvar ayında tanışı Asiflə Qəbələ rayonuna «Tufandağ» turuna getmək barədə danışıb razılaşmış, bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə saat 07:00 radələrində anası və bacısı ilə birlikdə Gənclik metrostansiyasının qarşısına gəlib tura gedən digər şəxslərlə birlikdə Asif adlı şəxsə 20 manat pul verdikdən sonra Mersedes markalı avtobusla hərəkət etmişlər. Saat 10 radələrində Muğanlı-İsmayıllı yolu ilə İsmayıllı istiqamətində hərəkətdə olduqları zaman bir anda güclü toqquşma səsi eşitdikdən sonra avtobus aşmışdır. Kənarda olan şəxslərin köməkliyi ilə avtobusdan çıxmış, sol qolu sındığı üçün hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Avtobusda arxa oturacaqda oturduğu üçün hadisənin necə baş verdiyini görməmiş, sonradan Vaz 2106 markalı avtomobilin onların yoluna çıxaraq avtobusla toqquşduğunu bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 eyni məzmunlu ifadə verməklə Zərərçəkmiş şəxs2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınaraq şahid qismində dindirilmiş X2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, İlahə Quliyeva qızı, Təqsirləndirilən şəxs kürəkəni, Aysu və Elcan nəvəsi olmaqla Şəki şəhərində yaşamışlar. xx xxxxxx 2020-ci il tarixdə İlhamgil Şəki şəhərindən çıxıb Bakı şəhərinə onlara qonaq gələn zaman Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi VAZ 2106 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mersedes markalı avtomaşınla toqquşması və nəticədə kürəkəni İlhamın, qızı İlahənin və nəvəsi Aysunun vəfat etməsini bilmişdir. Həmin gün bir neçə dəfə qızı İlahənin və kürəkəni İlhamın telefonuna zəng etmiş, qızı İlahə telefona cavab verməmiş, İlhamın telefonuna isə zəng çatmamışdır. Hadisə yerindən keçərkən avtomobillərin artıq hadisə yerindən götürüldüyünü görmüş, Şəki şəhərinə çatdıqda bir başa yas yerinə getmişdir. Sonradan hadisə barədə maraqlananda İlhamgilin İsmayıllı-Muğanlı yolu ilə Muğanlı istiqamətində hərkətdə olan zaman qarşı yolla hərkətdə olan avtobusun onların yoluna çıxdığı və toqquşduğunu öyrənib bilmişdir. Hadisənin Mersedes markalı avtobosun günahı üzündən baş verməsini və hadisənin kürəkəninin avtomaşının yolunda baş verməsini hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisi Ə.Məmmədcanovun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə əvvəlcədən qohumu Nicatla razılaşmaya əsasən səhər saatlarında Gənclik metrostansiyasının qarşısında toplaşıb Mersedes-benz markalı avtobusla Qəbələ rayonuna yola düşmüşlər. Həmin vaxt onunla birlikdə iki azyaşlı övladı da olmuş və avtobusda arxa tərəfdə əyləşmişlər. Yol boyu normal qaydada heç bir problem olmadan hərəkət edirmişlər. Saat 10:30 radələrində Muğanlı- İsmayıllı yolu ilə İsmayıllı istiqamətində hərəkət edərkən bir anlıq güclü toqquşma səsi eşitdikdən sonra avtobus yolun kənarına aşmışdır. Hadisə nəticəsində xəsarət almış və təcili yardım briqadası ilə xəstəxanaya getmişdir. Sonradan avtobusun VAZ 2106 markalı avtomobillə toqquşmasını və avtomaşının sürücüsünün vəfat etdiyini bilmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində İsmayıllı istiqamətində yolun sağ kənarında fəaliyyət göstərən kafe mərhum atası X8 adına olsa da vərəsəlik əsasında həmin kafenin sahibi özü olmuşdur. xx.xx.2020ci il tarixdə səhər saatlarında kafedə olduğu zaman güclü toqquşma səsi gəldikdən sonra dərhal yola çıxarkən ağ rəngli Mersedes-benz markalı avtobus aşmış vəziyyətdə kafenin hasarına çırpılıb və besedkanı zədələməsini görmüşdür. Hadisə yerinə yaxınlaşarkən İsmayıllı istiqamətindən gələn VAZ 2106 markalı avtomobilin qarşı zolağa çıxaraq Muğanlı istiqamətindən gələn Mersedes-benz markalı avtobusla toqquşması məlum olmuşdur. Hadisə nəticəsində VAZ 2106 markalı avtomobilin sürücüsü və qadın sərnişini ölmüş, avtomobildə olan iki azyaşlı uşaq isə ağır vəziyyətdə olmuşdur. Həmçinin avtobusda olan şəxslərdən də bir neçəsi xəsarət almışlar. Hadisə nəticəsində material və təmir xərcləri nəzərə alınmaqla ona dəymiş ziyanın ümumi məbləğinin 4000 (dörd min) manata yaxın olmuş, dəymiş ziyanla əlaqədar mülki iddiası və heç bir tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 04 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlər – başın yumşaq toxumalarının iç səthində, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın sümüyünün açıq-qəlpəli, təpə sümüyünün qapalı-qəlpəli sınığı, kəllə əsası sümüyünün sınıqları, burun sümüyünün sınıqları, burun sümüyünün, soldan İİİ, İV, V, Vİ qabırğaların, sol bud və sol baldır sümüklərinin qapalı-qəlpəli sınıqları, başın əzilmiş yarası, başın, bədənin sıyrıq və qançırları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşınların qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum Təqsirləndirilən şəxs əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Təqsirləndirilən şəxs ılümünə səbəb almış olduğu travma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 03 nömrəli rəydən görünür ki, mərhumə X16 meyiti üzərində aşkar edilmiş xəsarətlər - sol bud sümüyünün və sağ qamış sümüyünün açıqqəlpəli sınığı, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, daxili qanaxma, sol budun və sağ baldırın yaraları, bədənin qançırları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşınların qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhumə A.Təqsirləndirilən şəxsada əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlıta ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhumə A.Təqsirləndirilən şəxsanın ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində baş vermiş travmatik şok olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 05 nömrəli rəydən görünür ki, mərhumə X9 meyiti üzərində aşkar edilmiş xəsarətlər - başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın və təpə sümüyünün və sağdan V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların qapalı-qəlpəli sınığı, başın, bədənin sıyrıq və qançırları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum İ.Ə.Quliyevada əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhumə İ.Ə.Quliyevanın ölümünə səbəb almış olduğu travma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına, beyin toxumasına geniş qansızmalar olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 32 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər – sol mil və dirsək sümüyünün az yerdəyişən qapalı sınığı, alın nahiyəsinin sıyrığı, sol gözaltı nahiyənin qançırı küt əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 58 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sol dirsək sümüyünün qapalı sınığı küt əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 59 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sağ dirsək sümüyünün və sol Vİİ qabırğanın qapalı sınıqları küt əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 35/MEŞ nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 döş qəfəsinin sol yarısının yumşaq toxumasının, sağ diz oynağı nahiyəsinin əzilməsi və hemartrozu, sağ diz oynağının travmatik hissəvi konturakturası kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişlər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtobusun salonunda yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 36/MEŞ nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı müəyyən edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtobusun salonunda yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 37/MEŞ nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 sol budun qançır izi olan piqmentasiya sahəsi müəyyən edilmişdir. Qeyd olunan qançır bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtobusun salonunda yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/150 nömrəli ekspert rəyindən görünür ki, Vaz 2106 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobidlin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti şaqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN BDYPİ-nin QİŞdən alınmış xx.xx.2020-ci il tarixli 016-Q-426-1220 saylı məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə AB 635156 nömrəli « BC » dərəcəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan cinayət işi üzrə xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin dövrə kimi təqsirləndirilən şəxs qismində olmuş Zərərçəkmiş şəxs7 həmin statusda iştirakına xitam verilməklə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq zamanı Xəzər-Lada ASC-nin İsmayıllı filialı tərəfindən təqdim olunmuş məktubdan görünür ki, hadisə nəticəsində Mersedes-Benz 0403 markalı KN-505-AN dövlət qeydiyyat nişanlı avtobusa 26500 (iyirmi altı min beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini dəyərləndirərək bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi VAZ 2106 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq avtomobilini qarşı hərəkət zolağına çıxararaq qarşı yolla hərəkət edən Zərərçəkmiş şəxs7 idarə etdiyi Mercedes-Benz 0403 markalı KN-505-AN dövlət qeydiyyat nişanlı avtobusla toqquşdurmuş, toqquşmadan sonra Mercedes-Benz 0403 markalı avtobusla yolun kənarına aşaraq kafenin hasarına çırpılmış, nəticədə ehtiyatsızlıqdan VAZ 2106 markalı avtomobildə olan sərnişinlər X11 başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın və təpə sümüyünün və sağdan V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların qapalıqəlpəli sınığı, başın, bədənin sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ölümünə, X5 bud sümüyünün və sağ qamış sümüyünün açıq-qəlpəli sınığı, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, daxili qanaxma, sol budun və sağ baldırın yaraları, bədənin qançırları kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 sol mil və dirsək sümüyünün az yerdəyişən qapalı sınığı, alın nahiyəsinin sıyrığı, sol gözaltı nahiyənin qançırı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs6 sol dirsək sümüyünün qapalı sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs5 sağ dirsək sümüyünün və sol Vİİ qabırğanın qapalı sınıqları xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sol budun qançır izi olan piqmentasiya sahəsi xəsarətləri yetirərək sağlamlığına zərər vurmayan, Zərərçəkmiş şəxs4 döş qəfəsinin sol yarısının yumşaq toxumasının, sağ diz oynağı nahiyəsinin əzilməsi və hemartrozu, sağ diz oynağının travmatik hissəvi konturakturası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs8 məxsus kafenin zədələnməsi ilə ona 4000 (dörd min) manat məbləğində maddi ziyan vurulumasına və Zərərçəkmiş şəxs7 məxsus Mercedes-Benz 0403 markalı KN-505-AN dövlət qeydiyyat nişanlı avtobusun zədələnməsi ilə ona 26500 (iyirmi altı min beş yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Çünki, CM-in 263-cü maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, habelə zərərçəkmiş şəxsin və ya iki və ya daha artıq şəxsin ölümünə səbəb olarsa şəxsin əməli cinayət sayılır və həmin şəxs CM-nin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. CM-in qeyd edilən maddəsinin dispozisiyasından müəyyən olunur ki, həmin maddə ilə cinayət məsuliyyəti yalnız iki halın eyni anda baş verməsi və ya eyni anda baş verməsə də biri digərinin baş verməsi ilə qarşılıqlı şəkildə səbəbli əlaqəli olması halında, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və bu pozulma ilə bağlı olaraq baş verən hadisənin nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölməsi ilə yarana bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında da göstərilmişdir ki, CM-nin 263-cü maddəsi blanket normadır və maddə ilə nəzərdə tutulmuş cinayətin obyektini “Yol hərəkəti haqqında” Azərbyacan Respublikası Qanununda nəzərdə tutulmuş yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə də, həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” qanunun tələblərinə istinad edilməli, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda, öyrənilən işdən bəlli olur ki, məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizazı keçirilmiş və müəyyən edilmişdir ki, Vaz 2106 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobidlin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti şaqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin, öyrənilən işdən o da müəyyən edilir ki, yuxarıda sadalanan həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X1, Mercedes-Benz 0403 markalı KN-505-AN dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hərəkətlərində cinayət tərkibinin olması, buna görə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı apelyasiya dəlillərinə münasibət bildirməyi zəruri sayır və uyğun olaraq apellyasiya şikayətinin bu dəlillərini məqbul saymır. Belə ki, CM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, iqtibas edilmiş normanın tələbinə görə məhkəmə baxışı yalnız təqsirləndirilən şəxs haqqında, həm də yalnız onun barəsində məhkəməyə verilmiş ittiham üzrə aparılır. Yuxarıda sadalananlara görə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X27 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-146/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə X27 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-146/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar