Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-88/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər X12 oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibаrət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 259.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(024)-46/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 01 dekabr 2022-ci il tarixli 1(024)- 46/2022 nömrəli hökmü ilə xx.xx.1965-ci ildə Qax rayonunun Uzuntala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Qax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qax Rayon Məhkəməsinin 7(024)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək cəza müddəti 1 il müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixə cəzasının 01 il 05 gününü çəkmiş, çəkilməmiş 11 ay 25 gün cəza müddəti qalmış, Qax rayonunun Uzuntala kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 259.2.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 67.1ci maddəsinə əsasən, Qax Rayon Məhkəməsinin 7(024)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə ilə təyin edilmiş və çəkilməmiş qalan 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yeri olan Qax rayonu Uzuntala kəndində yerləşən yaşayış evini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən şəxsdən müştərək qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, vurulmuş maddi zərərin ödənilməmiş qalan hissəsinin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının zərərçəkmiş hüququ şəxs X14 X1i nümayəndəsi Nümayəndə və Zərərçəkmiş şəxs izah edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda bundan nəticə çıxartmayaraq qəsdən, təkrarən, meşə fonduna aid olan ağacları qanunsuz olaraq kəsərək X14 Təssərüfatı Mərkəzinə və meşə fonduna aid olmayan ağacları qanunsuz olaraq kəsərək zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki o, Qax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 259.2.4cü maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda bundan nəticə çıxartmayaraq qəsdən “Yaşıllıqların mühafizə haqqında” Azərbaycan Respublikası qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası” nın 2.1-ci bəndinin əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin qərarı əsasında həyata keçirilməsi olduğu halda müvafiq normativ hüquqi aktların şərtlərini qanunsuz şəkildə pozaraq heç bir icazəsi olmadan 2021-ci ilin oktyabr ayının əvvəllərində X14 X9 Meşəbəyliyinin 6 saylı meşə dolayında meşə fonduna aid olan təbii bitmiş 2 ədəd 40 sm və 1 ədəd 51 sm diamertliklərində olan qovaq cinsinə məxsus ümumilikdə dəyəri 1750 (min yeddi yüz əlli) manat olan 3 ədəd köküstə bitmiş yaş qovaq ağacını qanunsuz olaraq kəsərək X14 Təsərrüfatı Mərkəzinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, qəsdən, təkrarən “Yaşıllıqların mühafizə haqqında” Azərbaycan Respublikası qanunun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası” nın 2.1-ci bəndinin əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin qərarı əsasında həyat keçirilməli olduğu halda müvafiq normativ hüquqi aktların şərtlərini qanunsuz şəkildə pozaraq heç bir icazəsi olmadan 2021-ci ilin oktyabr ayının əvvəllərində Qax rayonu, Ləkit kəndi ərazisində “Coqay” adlanan 0,08 ha sahədə Zərərçəkmiş şəxs istifadəsində olan meşə fonduna aid olmayan təbii bitmiş 1 ədəd 50 sm, 1 ədəd 52 sm, 1 ədəd 56 sm və 1 ədəd 62 sm diamertliklərində olan qovaq cinsinə məxsus ümumilikdə dəyəri 4600 (dörd min altı yüz) manat olan 4 ədəd köküstə bitmiş yaş qovaq ağacını qanunsuz olaraq kəsərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, qəsdən, təkrarən “Yaşıllıqların mühafizə haqqında” Azərbaycan Respublikası qanunun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2.1-ci bəndinin əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin qərarı əsasında həyat keçirilməsi olduğu halda müvafiq normativ hüquqi aktların şərtlərini qanunsuz şəkildə pozaraq heç bir icazəsi olmadan 2021-ci ilin oktyabr ayının əvvəllərində X14 X8 Meşəbəyliyinin 6 saylı meşə dolayında meşə fonduna aid olan təbii bitmiş 1 ədəd 40 sm və 1 ədəd 50 sm diamertliklərində olan qovaq cinsinə məxsus ümumilikdə dəyəri 1300 (min üç yüz) manat olan 2 ədəd köküstə bitmiş yaş qovaq ağacını qanunsuz olaraq kəsərək X14 Təsərrüfatı Mərkəzinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, qəsdən, təkrarən “Yaşıllıqların mühafizə haqqında” Azərbaycan Respublikası qanunun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası” nın 2.1-ci bəndinin əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin qərarı əsasında həyat keçirilməsi olduğu halda müvafiq normativ hüquqi aktların şərtlərini qanunsuz şəkildə pozaraq heç bir icazəsi olmadan 2021-ci ilin oktyabr ayının əvvəllərində X14 X9 Meşəbəyliyinin 6 saylı meşə dolayında meşə fonduna aid olan təbii bitmiş 1 ədəd 51 sm və 1 ədəd 56 sm diamertliklərində olan qovaq cinsinə məxsus ümumilikdə dəyəri 2150 (iki min bir yüz əlli) manat olan 2 ədəd köküstə bitmiş yaş qovaq ağacını qanunsuz olaraq kəsərək X14 Təsərrüfatı Mərkəzinə xeyli miqdarda maddi ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protestində hazırkı iş üzrə məhkəmənin özünün təyin etdiyi cəzaya Qax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı CM-in 66.5-ci maddəsinə əsasən toplmalı olduğu halda, düzgün olmayaraq CM-in 67.1-ci maddəsinə əsasən birləşdirmiş, beləliklə də, məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmünün cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X4 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmünün cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya protestinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Hüquq məsələləri Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsı CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya protesti təmin edilməli, Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(024)-46/2022 nömrəli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 259.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli CM-in 259.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya protestinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan: Qax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 1(024)-53/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qax Rayon İcra və Probasiya Şöbəsinin 01 dekabr 2022-ci il tarixli məlumatından görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(024)-53/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və hökmün icrası barədə göstəriş icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şöbənin qeydiyyatına alınmışdır. Qax Rayon Məhkəməsinin 7(024)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək məhkumun cəza müddəti 1 il müddətinə azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə cəzasının 01 il 05 gününü çəkmiş, çəkilməmiş 11 ay 25 gün cəza müddəti qalmışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə təqsiri bilindiyi cinayət əməllərini 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu Qax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmündən əvvəl, yəni 2021-ci ilin oktyabr ayının əvvəllərində törətmişdir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamailə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilən normaları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi özünün təyin etdiyi cəzaya Qax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı CM-in 66.5-ci maddəsinə əsasən toplamalı olduğu halda, düzgün olmayaraq CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirmişdir. Beləlilklə də, məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 12 may tarixli Qərarına əsasən, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o cümlədən hökmə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(024)-46/2022 nömrəli hökmü dəyişdirilməlidir. CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(024)-46/2022 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmdən “Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin 7(024)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.” və “Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın.” ilə bağlı müddəalar xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qax Rayon Məhkəmənin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(024)-46/2022 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Qax Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına alındığı vaxtdan, xx.xx.2021-ci il tarixdən hesablansın. Qax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(024)-46/2022 nömrəli hökmü baxılan apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-88/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-88/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver