Məhkəmə qərarları › İş №1(107)-89/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-89/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-89/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X16, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-19/2020 saylı hökmü ilə (sədrlik edən hakim Nahid Mirzəyev) xx xxxxxx 1964-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonun Aşağı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-in 234.4.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 240.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay müddət cəzaya hesablanmaqla çıxılması və Təqsirləndirilən şəxs1 üzərində 05 (beş) il 08 (səkkiz) ay müddət azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, məhkəmə məsrəfləri olan 134.26 AZN (134 manat 26 qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 67.13 AZN (67 manat 13 qəpik) olmaqla tutularaq Azrbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olmaqla Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan - baxış zamanı götürülmüş Şahid1 Zaqatala RPŞ-nə təqdim etdiyi predmetlərdən - (bir hissələri tədqiqata sərf edildikdən sonra qalmış) – üzərlərində “Диазепекс-Диазепам 5 мг”, “Фензепин phenzepin”, “Clonazepam 2 mg” və “ЦИКЛОДОЛ ГРИНДЕКС” yazıları olan, həmin preparatlara aid cəmi 520 ədəd həb (müvafiq zavod qablaşdırma vasitələri ilə birlikdə), “Реланиум” “Сибазон”, “Tramadol Kalceks” və “Tramadol” preparatları, həmin preparatlardan “Tramadol Kalceks” preparatına aid 01 ədəd ampula, Tramadol preparatına aid 01 ədəd ampula kəsiyi və “Реланиум” və “Сибазон” preparatlarının saxlandığı 02 ədəd şprisin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, mobil operatorlardan daxil olmuş 04 ədəd CD diskdə olan məlumatların cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-19/2020 saylı hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmiş, saxlamış və satmış, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Belə ki, Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Sağlam həyat” adlı aptekdə “xxxxx” MMC ilə bağladığı əmək müqaviləsi əsasında əczaçı işləyən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək psixotrop və güclü təsir edən maddələrin satışı ilə bağlı xüsusi icazəsi (lisenziyası) olmadığı halda istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə psixotrop maddələrə aid edilmiş – üzərlərində “Диазепекс-Диазепам 5 мг” yazılmış, 06 ədəd konvalyutda və 02 ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,335 qram olan, 67 ədəd Diazepam, üzərlərində “Фензепин phenzepin” yazısı olan, 08 ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,080 qram olan, 80 ədəd “Fenazepam”, üzərində “Clonazepam 2 mg” yazısı olan, 01 ədəd konvalyutda, zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,040 qram olan, 20 ədəd “Klonazepam”, üzərində “Реланиум” yazılmış, içərisində sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qram, 01 ədəd 02 ml-lik ampulada “Diazepam” və üzərində “Сибазон” yazılmış, içərisində açıq sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qram olan, 01 ədəd 02 ml-lik ampulada “Diazepam”, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə güclü təsir edən maddələrə aid edilmiş - üzərlərində “ЦИКЛОДОЛ ГРИНДЕКС” yazısı olan, 11 ədəd konvalyutda və 09 ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,720 qram olan, 360 ədəd “Triheksifenidil (Siklodol)”, üzərlərində “Tramadol Kalceks” yazısı olan, içərisində şəffaf rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,200 qram olan, 02 ədəd 02 ml-lik ampulalarda və üzərində “TPAMAДOЛ” yazılmış, 01 ədəd 02 ml-lik ampulada, təsir maddəsinin ümumi təmiz çəkisi 0,100 qram olan “Tramadol” dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq əldə edərək həmin aptekdə 3x4 metr ölçüdə saxlanc yerində qanunsuz olaraq saxlamış, xx xxxxxx 2019-cu il tarixdə həmin aptekdə üzərində “Диазепекс-Диазепам 5 мг” yazılmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,050 qram olan “Diazepam” dərman preparatının 01 ədəd konvalyutda olan 10 ədəd həbini 5 manat məbləğində pul müqabilində Şahid1 qanunsuz olaraq satmış, sonuncunun müraciəti əsasında xx xxxxxx 2019-cu il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Sağlam həyat” adlı aptekdə keçirilmiş baxış zamanı həmin aptekdəki yuxarıda qeyd edilən saxlanc yerində Azərbaycan Respublikasının qanunvericiliyi ilə psixotrop maddələrə aid edilmiş – üzərlərində “Диазепекс-Диазепам 5 мг” yazılmış, 05 ədəd konvalyutda və 02 ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,285 qram olan, 57 ədəd “Diazepam”, üzərlərində “Фензепин phenzepin” yazısı olan, 08 ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,080 qram olan, 80 ədəd “Fenazepam”, üzərində “Clonazepam 2 mg” yazısı olan, 01 ədəd konvalyutda, zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,040 qram olan, 20 ədəd “Klonazepam”, üzərində “Реланиум” yazılmış, içərisində sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qram, 01 ədəd 02 ml-lik ampulada “Diazepam” və üzərində “Сибазон” yazılmış, içərisində açıq sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qram olan, 01 ədəd 02 ml-lik ampulada “Diazepam”, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə güclü təsir edən maddələrə aid edilmiş - üzərlərində “ЦИКЛОДОЛ ГРИНДЕКС” yazısı olan, 11 ədəd konvalyutda və 09 ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,720 qram olan, 360 ədəd “Triheksifenidil (Siklodol)”, üzərlərində“Tramadol Kalceks” yazısı olan, içərisində şəffaf rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,200 qram olan, 02 ədəd 02 ml-lik ampulalarda və üzərində “TPAMAДOЛ” yazılmış, 01 ədəd 02 ml-lik ampulada, təsir maddəsinin ümumi təmiz çəkisi 0,100 qram olan “Tramadol” dərman preparatları aşkar edilərək götürülmüş, üzərində “Диазепекс- Диазепам 5 мг” yazısı olan, zavod üsulu ilə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,050 qram olan, “Diazepam” dərman preparatının 10 ədəd həbi isə Şahid1 tərəfindən həmin tarixdə könüllü olaraq Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-19/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-19/2020 iş nömrəli hökmü qəbul olunan zaman aşağıda qeyd olunan məsələlər araşdırılmamış, həmçinin sübutlara düzgün hüquqi qiymət verilməmiş və nəticədə hazırki qanunsuz və əsassız hökm qəbul edilmişdir: Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il axşam saatlarından xx xxxxxx 2019-cu il saat 04:00 radələrinədək Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında qanunsuz olaraq tutulmuş, onun müdafiə hüquqları pozulmaqla, gələcəkdə qanunsuz olaraq ittiham edilməsinə səbəb olacaq sübutlar (izahatlar, ifadələr, baxış, götürmə, axtarış istintaq hərəkətlərinin protkollları və s.) toplanılmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə gecə saatlarında şübhəli şəxs qismində tutulması da onun qanunsuz olaraq Zaqatala RPŞ-də saxlanılmasını təsdiq edir. Cinayət işinin materiallarından da olan xx xxxxxx 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan da göründüyü kimi, Zaqatala Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru Şöhrət Əhmədov məhkəmənin və yaxud əməliyyat-axtarış fəaliyyətinin subyektlərindən birinin qərarı olmadan qeyri-yaşayış binasında baxış istintaq hərəkətini icra edərək, ordan hazırda hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz olaraq ittiham olunmasına səbəb olan müəyyən dərman pereparatlarını götürmüşdür. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Axtarış aparılması haqqında” qərarlar ümumiyyətlə məhkəmə nəzarətini həyata keçirmiş məhkəməyə göndərilməmiş və dolayısıyla da qanuniliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, həmin cinayət işinin başlanmasına əsaslardan biri də Şahid1 xx xxxxxx 2019-cu il tarixli ərizəsi olmuşdur. Lakin, istintaq orqanı ibtidai istintaqın sonunadək Şahid1 şəxsiyyətini müəyyən etməmişdir. Hətta onlarda olan məlumata əsasən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 ilə xx xxxx 2019cu tarixdə üzləşdirilən şəxs də Şahid1 olmamışdır. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 10:05-dən saat 10:15-dək dindirilməsi protokolu qanunsuz tərtib olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Axtarış aparılması haqqında” protokoldan da göründüyü kimi, həmin vaxt (saat 10:00-dan saat 12:00-dək) iş üzrə cinayət təqibini həyata keçirmiş müstəntiq Anar Hacıəbdülhəlimzadə “Sağlam həyat” aptekində axtarış istintaq hərəkətini həyata keçirmişdir. Cinayət işinin materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru Şöhrət Əhmədovun “Cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarından da ibtidai istintaq orqanın təqsiləndirilən şəxslərin tutulması və onlara qanunsuz olaraq ittiham verilməsində maraqlı olması bir daha öz təsdiqini tapır. Belə ki, təhqiqatçısı qeyd olunan qərarı qəbul edən zaman Zaqatala Rayon Polis Şöbəsinə hələ xx xxxxxx 2019-cu il tarixdə daxil olacaq Məhkəmə Ekspertiza X23 Bölməsinin xx xxxxxx 2019-cu il tarixli, 51 nömrəli rəyinə istinad edir. Cinayət işinin materiallarında olan “Maddi sübuta baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan göründüyü kimi, həmin protokol baxışın iştirakçısı olmuş Məhkəmə Ekspertiza X23 Bölməsinin eksperti Hafiz Rəşidov tərəfindən imzalanmamışdır. Belə olan, halda həmin götürmənin pozuntuya yol vermədən həyata keçirilməsi şübhə doğurur və maddi sübutların sonradan dəyişdirilməsi ehtimalını yaradır. Təqsirləndirilən şəxslərin ifadələrindən məlum olmuşdur ki, Zaqatala Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru Şöhrət Əhmədov tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixoloji təzyiq göstərilməklə müvafiq izahatlar alınmışdır. Təqsirləndirilən şəxs1 arvadı Zaqatala rayonu, Aşağı Tala kənd sakini X20 və qaynı arvadı Zaqatala rayonu, Aşağı Tala kənd sakini X1 Vasif İbrahim oğlunun xx xxxxxx 2019cu il tarixdə axşam saatlarından xx xxxxxx 2019-cu il tarixinədək qanunsuz saxlanılması və evə gəlməməsindən məlumatlıdırlar və bu halı ifadələrində təsdiq edə bilərlər. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən hökmü qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Odur ki, Azərbaycan Respublikası X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-19/2020 iş nömrəli hökmünü ləğv edərək, CM-inin 234.4.1 və 240.2.1-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan əməllər hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 tərəfindən törədilmədiyi və onun belə cinayəti törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X24 bildirdi ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini, X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-19/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin hazırki cinayət işində təqsirli bilinməsinə əsas gətirə biləcək sübut yoxdur. İbtidai istintaq orqanı istinad edir ki, Təqsirləndirilən şəxs2 ilkin ifadəsində qeyd olunan narkotik maddənin Təqsirləndirilən şəxs1 tərəfindən gətirilməsini bildirmişdir. Ancaq ibtidai istintaqın gedişatında, həm məhkəmə istintaqında, həm də apelyasiya istintaqında dindirmə zamanı o qeyd olunan xüsusatların polisin ona bildirməsinə və həmin vaxtı Təqsirləndirilən şəxs1 üz-üzə gətirilməsindən sonra uşağı və xəstə anasına görə polis şöbəsindən tez müddətdə çıxmasına görə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 10:05-dən 10:15-dək dindirilməsi protokolu qanunsuz tərtib olunmuşdur. Belə ki,cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ”Axtarış aparılması haqqında” protokoldan da göründüyü kimi həmin vaxt iş üzrə cinayət təqibini həyata keçirmiş müstəntiq Anar Hacıəbdülhəlimzadə “Sağlam həyat” aptekində axtarış istintaq hərəkətini həyata keçirmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs və digər şəxs qanunsuz olaraq Zaqatala Rayon Polis Şöbəsində 48 saat müddətində saxlanılmış və saxlanılan müddətdə onlara polisin təzyiq imkanları olunmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsində ifadə verən Aqşin Gülməmmədov o cümlədən Apelyasiya Məhkəməsində ifadə verən Anar Hacıəbdülhəlimzadə bildirmişdilər ki, onlar həqiqətən də qeyd olunan müddətdə tutulmazdan 4 saat əvvəl polis rəisinin otağında görmüş və daha sonra öz otağına dəvət edərək tutmuşdur. Məhkəmə istintaqı zamanı məlum oldu ki, hüquqlarını müdafə etdiyi şəxsin 48 saat ərzində heç bir anten danışıqları məlumatları yoxdur, digər Təqsirləndirilən şəxs2 isə həmin müddət ərzində olan bütün zənglərin anten dairəsi Zaqatala Rayon Polis Şöbəsinin anten dairəsi ilə üst üstə düşür. Həm ibtidai istintaq dövründə, həm də Şəki Apelyasiya Məhkəməsinin verdiyi sorğularda Zaqatala Rayon Xəstəxanası bilərəkdən və yaxud bilməyərəkdən həmin məlumatları məhkəməyə təqdim etməmiş, buda öz özlüyündə hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə dərman preparatlarının həqiqətən də onun tərəfindən gətirilib gətirilməməsini şübhə altına qoymuşdur. Çünki qeyd olunan aptekdə Təqsirləndirilən şəxs2la yanaşı başqa şəxslər də işləyir. Buna görə də, həmin dərmanların hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən gətirilməsinə istinad olunması tam qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ədalətsiz və qanunsuzdur. X27 Məhkəməsində xx xxxx 2020-ci il tarixli,1(091)- 19/2020 nömrəli hökmünü ləğv edərək hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə ona bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-19/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ifadəsində bildirdi ki, o, evdə olarkən ona zəng edib şəhərə gəlməsini xahiş etmiş, sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən xəbər tutmuşdur ki, aptekdə işləyən Təqsirləndirilən şəxs2ı da polis şöbəsinə gətirmişlər. Həmin vaxt ona demişdirlər ki, əgər Xacayın çıxmasını istəyirsənsə dərmanları aptekə gətirməyi öz üzərinə götürməlisən. O, Təqsirləndirilən şəxs2 çoxdan tanıyır, onunla qonşu olmuşdur. Həmin vaxt məcburiyyət qarşısında qalaraq izahatında satışı qadağan olunmuş dərmanları aptekə özünün gətirdiyini etiraf etmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-19/2020 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən digər Təqsirləndirilən şəxs2 bildirdi ki, o Təqsirləndirilən şəxs1 işlətdiyi aptekin sahibinin qohumu kimi tanımışdır. Həmçinin Vasifin yoldaşı da həmin aptekdə işləyir. İşlədiyi aptekdən aşkar olunmuş satışı qadağan olunmuş dərmanları ona Vasif gətirməmişdir. Tanımadığı bir qadın həmin dərmanları aptekə gətirmiş, evlərində həmin dərmanlardan istifadə edən xəstənin vəfat etdiyini bildirmiş və həmin dərmanları götürərək ehtiyacı olan xəstələrə verməsini xahiş etmişdir. O da həmin dərmanları götürmüş və əvəzində həmin qadına aerozol vermişdir. O, həmin dərmanları götürərkən pul ödəməmiş və heç kimə satmamışdır. Bir neçə gün sonra bir nəfər cavan oğlan aptekə gələrək anasının xəstə olduğunu, qıc olmasını və diazepan tabletkası lazım olduğunu bildirmişdir. O da, siyirmədən dərman götürərək ona vermişdir. Polis şöbəsində olarkən isə əvvəlcə ifadə vermək istəməmiş, lakin sonradan ona təsir göstərərək ifadəsini almışlar. Belə ki, ona Vasifin dərmanları gətirdiyini etiraf etdiyini və onun da satışı qadağan olunmuş dərmanları aptekə Vasifin gətirməsi barədə izahat verməli olduğunu bildirmişlər. O məcburiyyət qarşısında qalaraq belə bir ifadə vermişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X2 bildirdi ki, material ona həmin günü bölmə rəisin imzası ilə təhqiqatdan daxil olmuşdur. Həmin vaxt Vasif və Xacay rəis müavininin yanında olmuşlar. O, materialla tanış olmuş və fakta görə cinayət işi açılmaqla hər ikisinin ayrı ayrılıqda ifadələrini almışdır. Vasif və Xacayı şübhəli kimi saxlayandan sonra aptekdə və hər ikisinin yaşadığı evlərdə də axtarış aparılmışdır. Əvvəlcə axtarış aptekin anbarında aparılmışdır. Sonradan zərurət yarandığından aptekin içərisində axtarış aparılmışdır. Həm təqsirləndirilən şəxslərin dindirmə protokolunda, həm də axtarış protokollarında tarixlərin eyni olması məsələsinə gəldikdə isə bildirir ki, bu sadəcə texniki səhvdir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 240.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 aptekdə aşkar olunmuş, satışı qadağan olunan dərman preparatlarının satışı və saxlanılması ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs1 həmin dərmanların satışı ilə bağlı onunla əlbirliyi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında sonradan adının Ceyhun olduğunu bildiyi şəxs işlədiyi aptekə gəlib ondan “diazepam” dərmanı istədikdə o, əvvəlcə vermək istəməmişdir. Lakin Ceyhun adlı şəxs ona yalvardığı üçün o, yazığı gəlib aptekin saxlanc yerində olan həmin dərmandan 1 ədəd konvalyutda götürərək Ceyhun adlı şəxsə vermişdir. Həmin dərmanı Ceyhun adlı şəxsə pul qarşılığında satmamışdır, sadəcə yazığı gəldiyi üçün pulsuz vermişdir. Ceyhunun ondan dərmanı alıb getməsindən dərhal sonra işlədiyi aptekə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları aptekə baxış keçirərkən ondan aptekdə satışı qadağan olunmuş narkotik tərkibli, psixotrop və güclü təsir edən maddələrin olubolmadığını soruşmuş, həmin vaxt onun tərəfindən aptekdə saxlanılan dərmanlar təqdim edilmişdir. Sonra polis şöbəsinə dəvət olunmuş, orada ona Təqsirləndirilən şəxs1 əleyhinə izahat vermək tələb olunmuş, izahat verməkdən imtina etdikdə isə polis işçiləri tərəfindən təsir və təzyiqə məruz qalmış, ləyaqəti alçaldılmışdır. Daha sonra onun yanına Vasif gətirilmiş və Vasif aptekdə aşkar edilmiş dərman preparatlarının onun əldə edib gətirməsi barədə izahat verməsini ondan xahiş etmişdir. Eyni zamanda polis əməkdaşı olan Şöhrət Əhmədov Vasifin özü tərəfindən yazılan izahatı ona göstərərək həmin izahatla onu tanış etmişdir. Həmin izahatda Vasif həqiqətən də aptekdə polislər tərəfindən aşkar edilmiş dərman preparatlarını Bakı şəhərində Gənclik metrosunun yanında tanımadığı şəxsdən əldə edib aptekə satmaq məqsədi ilə gətirdiyini göstərmişdir. Belə olub Şöhrət Əhmədov onu çaşdıraraq aldadıb Vasifin əleyhinə izahat yazdırmışdır. Aptekdən aşkar olunmuş qanunla satışı qadağan olunan dərman preparatlarını Vasif deyil, o, əldə etmişdir. Belə ki, hadisədən təxminən bir həftə əvvəl işlədiyi aptekə təxminən 50 yaşlarında bir nəfər tanımadığı qadın gəlmişdir. Qadının özü xəstə olduğunu və təzəlikcə bacısının vəfat etdiyini bildirmişdir. Həmin qadın ona sellofan torbanın içərisində işlədiyi aptekdən aşkar olunmuş dərman preparatlarını göstərib vəfat edən bacısının dərmanları olduğunu demişdir. O, həmin dərmanlara baxdıqda satışına xüsusi icazə tələb olunan dərman preparatları olduğunu bilmişdir. Qadın həmin dərmanları aptekdə qoyub çıxıb getmişdir. O isə həmin dərmanları sonradan satmaq məqsədi ilə götürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 240.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun satışı qadağan olunan dərman preparatlarının satışı və saxlanılması ilə heç bir əlaqəsi olmamış, o, yalnız aptekdə texniki işləri görmüşdür. Onun arvadı həmin aptekdə işlədiyindən və həmin obyekt onun arvadının qardaşına məxsus olduğundan, lazım olanda onlara kömək etmək üçün həmin aptekə getmişdir. Həmin aptekdə dərmanları daşımaq, su gəlməyəndə onunla bağlı işləri görmək, istilik təchizatı bağlı problem yarananda onları həll etmək üçün orada olmuş, buna görə də arvadının qardaşından ayda 300 manat pul almışdır. Onun aptekdə dərman satmaq kimi bir vəzifəsi olmamışdır. O, ümumiyyətlə həmin aptekdə dərman satmamışdır. Onun aptekdən aşkar olunaraq götürülmüş dərman preparatlarından xəbəri olmamışdır. İbtidai araşdırmanın ilkin mərhələsində polis şöbəsində izahatı alınarkən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı qızının olması ilə bağlı ona kömək etməyinə dair yalvarışlarını nəzərə alaraq aptekdən aşkar olunan həmin dərman preparatlarının bir qisminin özü tərəfindən Bakı şəhərindən gətirildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, əvvəllər Zaqatala Rayon Polis Şöbəsinin Xidmət Üzrə rəis müavini vəzifəsində işləmiş, xx xxxxxxxx 2019-cu il tarixdə tutduğu həmin vəzifədən azad olunmuş və hal hazırda sərəncamdadır. xx xxxxxx 2019-cu il tarixdə Zaqatala rayon Aşağı Tala kənd sakini Şabanov X17 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Xacay adlı qadının aptekdə psixotrop maddələrin satışı ilə məşğul olduğunu, həmin aptekin qanunsuz əməllərini ifşa etmək üçün oradan diazepam dərmanı aldığını, 5 manata aldığı 10 ədəd diazepam həbini könüllü olaraq təqdim etmək istədiyini bildirmiş və aldığı həmin dərmanları könüllü olaraq Zaqatala rayon polis şöbəsinə təqdim etmişdir. Həmin ərizə ilə bağlı araşdırmanın aparılması Zaqatala Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı Şöhrət Əhmədova tapşırılmış və həmin şəxs tərəfindən araşdırma zərurəti ilə bağlı hadisə yerinə, yəni Şahid1 narkotik vasitələri aldığı aptekə baxış keçirilmişdir. Baxışın keçirilməsində məqsəd vətəndaş Şahid1 göstərdiklərinin həqiqi olub-olmamasını, yəni, aptekdə psixotrop maddələrin satılıb-satılmamasını yoxlamaq olmuşdur. O, Xidmət Üzrə rəis müavini kimi həmin baxışda iştirak etmək üçün dəvət edilmiş və baxışın aparılmasında başdan sona kimi iştirak etmişdir. Baxış məqsədilə Zaqatala Rayon Mərkəzi xəstəxanasının yaxınlığında yerləşən “Sağlam Həyat” adlı aptekə gedilmiş və onları aptekdə Xacay adlı qadının özü qarşılamışdır. Baxış keçirilməzdən əvvəl iştirakçılara, eləcə hal şahidlərinə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs2 baxışın keçirilməsinə icazə verdikdən sonra baxışın aparılmasına başlanılmışdır. Baxış zamanı Xacay adlı qadından aptekdə psixotrop maddələrin satılıb-satılmaması soruşulduqda Xacay səmimi etiraf edərək işlədiyi aptekdə qanunla qadağan olunmuş və icazələri olmadığı halda satdığı psixotrop maddələr olduğunu bildirmiş və aptekin arxa hissəsində anbar kimi istifadə edilən yeri onlara göstərərək həmin dərmanları orada saxladığını bildirmiş, həmin dərman preparatlarının saxlandığı sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən hazırda adlarını xatırlamadığı müxtəlif növdə olan psixotrop və güclü təsir edən maddələr aşkarlanaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid X12 xx xxxxxx 2019-cu il tarixdə “Sağlam həyat“ adlı aptekə baxış keçirilərkən orada iştirak etdiyini qeyd etməklə Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsayeva (Məmmədova) Şahnaz İsa qızı göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib xəstəxananın qarşısında yerləşən “Sağlam həyat“ adlı aptekə baxış keçirmək istədiklərini bildirmiş və həmin baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə qeyd olunan aptekə baxış keçirilməsi üçün daxil olmuşdur. Orada polis əməkdaşları ona satıcı işləyən xanımı təqdim edib sonuncunun işlədiyi aptekə baxış keçirmək istədiklərini bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, bu xanım Təqsirləndirilən şəxs2dır. Bundan sonra digər hal şahidin iştirakı ilə polis əməkdaşları tərəfindən aptekdə işləyən Təqsirləndirilən şəxs2 aptekdə qanuniliyi şübhə doğuran dərman preparatları varsa həmin preparatları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 könüllü olaraq aptekin anbar kimi istifadə edilən yerini polis əməkdaşlarına göstərmişdir. Orada polis əməkdaşları baxış keçirərkən satışı qadağan olunmuş bəzi dərman preparatları aşkar edilib qablaşdırılaraq götürülmüşdür. O, ilk dəfə belə bir dərmanları görmüşdür. Bundan başqa həmin aptekdən üzərinə ”Etoflex” sözü yazılmış dəftər də götürülmüşdür. Polis əməkdaşları protokol tərtib etmiş və o, həmin protokolda yazılanlarla tanış olduqdan sonra öz imzasını atmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən “Sağlam həyat“ adlı aptekə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etdiyini bildirmiş, Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Zaqatala Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 işlədiyi “Sağlam həyat” adlı 535 nömrəli aptekə və onun yaşadığı evə, eləcə də həmin cinayət işi üzrə digər şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 Zaqatala rayonun Aşağı Tala kəndində yerləşən evində axtarış aparılarkən polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Qeyd edilən həmin ünvanlarda aparılan axtarış zamanı heç bir narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddələr, eləcə də digər qanunsuz saxlanılan əşya və predmetlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zaqatala şəhərində İ.Şamil küçəsində çayxana işlədir, eyni zamanda Zaqatala şəhəri, Vidadi küçəsində Z.Əliyeva adına parkın yanında ona məxsus iki mərtəbəli binanın birinci mərtəbəsini aptek fəaliyyəti ilə məşğul olması üçün “xxxxx” MMC adlı şirkətə 5 illik müddətə icarəyə vermişdir. Eyni zamanda binanın digər hissəsini və ikinci mərtəbəsini oğlu Əlinin adına rəsmiləşdirmişdir. Onun bacısı X20 həmin aptekə həkim məsləhətçi olaraq işə düzəlmişdir. O, həmin aptekdə işləyən Təqsirləndirilən şəxs2 tanıyır. Yeznəsi Vasif həmin aptekə həyat yoldaşı Qiyafətə kömək məqsədi ilə gedibgəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə Zaqatala rayon polis şöbəsinin adını bilmədiyi əməkdaşları onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək onu aptekə dəvət etmişlər. O, qeyd etdiyi aptekə daxil olarkən polis əməkdaşları aptekdə protokol tərtib edərək dərmanlara baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən protokollaşdırılmış dərmanlar qanunla satışına xüsusi lisenziya tələb olunan psixotrop və güclü təsir edən dərman preparatları olmuşdur. Həmin dərmanların sayı və miqdarı yadında qalmamışdır. Polis əməkdaşları tərəfindən qeyd olunan dərman preparatları qablaşdırılaraq götürülmüşdür. Həmin dərman preparatlarının kimin tərəfindən aptekə gətirilərək satılmasından onun xəbəri olmamışdır. O, heç vaxt aptekin işinə qarışmamış, eləcə də qaynı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin aptekdə qanunla satışına icazə tələb olunan dərmanların satışı ilə məşğul olub-olmadıqlarından onun heç bir xəbəri olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qızıdır. 9 ildir qızı Təqsirləndirilən şəxs2 ondan ayrı yaşayır. Qızı Xacay əvvəllər evli olub ayrılmışdır. Həmin nigahdan Xacayın bir qız övladı vardır. Qızı Xacay təxminən 3-4 ildir Zaqatala şəhəri Vidadi küçəsində yerləşən 535 nömrəli aptekdə əczaçı işləyir. xx xxxxxx 2019-cu il tarixdə o, qızı Xacaydan öyrənmişdir ki, onun işlədiyi aptekə Zaqatala rayon polis şöbəsinin əməkdaşları gəlib baxış keçirərkən aptekdən qanunsuz satışı qadağan olunmuş dərman preparatları aşkar etmişlər. Qızı Xacay ona qeyd olunan dərmanların kimin tərəfindən aptekə gətirilməsini deməmişdir. Qızı Xacay şübhəli şəxs qismində tutulduqdan sonra sonuncuya ittiham elan olunaraq evə buraxılmış, həmin müddət ərzində qızı Xacay aptekdə işləməyi davam etdirmişdir. Vasif isə həbsdə olmuşdur. xx xxxx 2019-cu il tarixdə məhkəmə qərarı ilə Vasifin ev dustağlığına buraxılmasını qızı Xacaydan öyrənmişdir. Lakin Təqsirləndirilən şəxs1 və ya onun yaxınları tərəfindən qızı Təqsirləndirilən şəxs2 heç kim təzyiq göstərilməmişdir. İbtidai araşdırma dövründə onun Təqsirləndirilən şəxs1 tərəfindən qızı Təqsirləndirilən şəxs2 təzyiq göstərilməsi ilə bağlı məzmunda ərizə yazmasını işin istintaqını aparan müstəntiqin təkidi ilə yazmış, həmin ərizənin məzmunundan xəbəri olmamışdır. Müstəntiq ona bu formada ərizə yazacağı təqdirdə qızı Təqsirləndirilən şəxs2 xeyrinə olacağını bildirdiyindən, bu məzmunda ərizə yazmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Vasifi və Xacay adlı şəxsləri ifşa etmək məqsədi ilə “Sağlam Həyat” adlı aptekdən psixotrop maddələr almışdır. Heç kim onu həmin aptekdən psixotrop maddələr almağa təhrik və ya məcbur etməmişdir. O, həmin aptekdən cəmi 2 dəfə psixotrop maddə almışdır. Bunlardan biri 2018-ci ilin dekabr ayında xatırlamadığı gündə, digəri isə xx xxxxxx 2019-cu il tarixdə baş vermişdir. O, 2018-ci ilin dekabr ayında Vasifdən, xx xxxxxx 2019-cu il tarixdə isə Xacaydan psixotrop maddələr almışdır. Hər iki halda 5 manat pul verib “diazepeks-diazepam” dərman preparatları almışdır. O, 2018-ci ilin dekabr ayında aldığı dərmanları atmış, xx xxxxxx 2019-cu il tarixdə aldığı dərmanları isə polis şöbəsinə könüllü olaraq təhvil vermişdir. Zaqatala rayonunda həmin aptekdə psixotrop maddələrin satılması barədə şayələr gəzmiş və Zaqatala rayonunda cavanların bu yolla zəhərlənməsi onu narahat etmişdir. Buna görə 2018-ci ilin dekabr ayında dəqiqləşdirmək məqsədi ilə həmin aptekdən 10 ədəd “diazepam” həbi almış, 2019-cu ilin yanvar ayında isə həmin şəxsləri ifşa etmək qərarına gəlmişdir. Buna görə 2-ci dəfə həmin aptekdən “diazepam” dərmanını aldıqdan sonra şikayət etmək fikrini qətiləşdirib aldığı dərmanlarla birlikdə polis şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. Həmin ərizəni yazmağa onu heç kim məcbur və sövq etməmiş və ərizəni özü yazmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixli “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi müvafiq xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha bildirərək təsdiq etmişdir. İşdə olan “Ərizə”dən görünür ki, Zaqatala rayon Yuxarı Tala kəndində yaşayan Şabanov X17 Rayon Polis Şöbəsinə müraciət edərək aptek işçisi olan Xədicə adlı şəxsin psixotrop maddələrin satışı ilə məşğul olduğunu, Xədicə adlı şəxsi ifşa etmək üçün ondan 5 manata 10 ədəd “Diazepam” maddəsini aldığını və onu könüllü şəkildə polisə təqdim etdiyini bildirmiş və Xədicə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 5) İşdə olan “Könüllü təqdim edilən dərman preparatının götürülməsi haqqında” protokoldan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 10 ədəd “Diazepeks- Diazepam” həbi polis əməkdaşları tərəfindən protokollaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 6) İşdə olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs2 işlədiyi “Sağlam həyat” adlı aptekdə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir.(cild 01, iş vər. 12) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri “xxxxx MMC”-nin 535 nömrəli aptekidir. Həmin aptek Zaqatala RMX-nin qarşısında yerləşir. Baxış zamanı satıcı işləyən Xədicə (Xacay) İsmayılovaya aptekdə şübhə doğuran dərman preparatlarını verməsi təklif edilmişdir. Xədicə (Xacay) İsmayılova könüllü olaraq 3x4 metr ölçüdə saxlanc yerinə daxil olaraq giriş qapısından 120 sm sağ tərəfdə yerləşən yaşıl rəngli şkafın üst siyirməsində olan, üzərinə “LC Waikiki” yazısı olan göy rəngli polietilen torbadakı dərman preparatlarını təqdim etmişdir. Həmin dərman preparatları aşağıdakılar olmuşdur. 360 ədəd Çiklodol Qrindeks, 57 ədəd Diazepeks-diazepam, 80 ədəd Fenzepin, 20 ədəd Clonazepam, 10 ədəd Fenadiazepin, 19 ədəd Miqralqin həbi, 03 ampula Tramadol kalçeks, 01 ampula Relanium və 01 ampula Sibazon. Həmçinin üzərində Etoflex yazısı olan bloknot aşkar edilmişdir. Xacay İsnayılova həmin dərman preparatlarını 2015-ci ildə işlədiyi 549 saylı aptekdən hazırda işlədiyi aptekə gətirib qoyduğunu bildirmişdir. Aşkar edilmiş yuxarıda qeyd ediləb dərman preparatları və 01 ədəd bloknot qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 8-11) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 Bölməsindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 51 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Şahid1 könüllü olaraq təqdim etdiyi 10 (on) ədəd sözləri olan zərfin içərisindəki üzərində “DİAZEPEKS Diazepam 5 mq” yazısı olan, 01 (bir) ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış ağ rəngli, dairəvi formalı tablet şəklində 10 (on) ədəd həblər - “Diazepam”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Avromed Docta MMC”-nin 535 nömrəli aptekində əczaçı işləyən X6 təqdim etdiyi” sözləri olan zərfin içərisindəki 01 (bir) ədəd üzərində “LC WAİKİKİ yazısı olan göy rəngli polietilen torbada üzərlərində “ЦИКЛОДОЛ ГРИНДЕКС” yazısı olan 11 (on bir) ədəd konvalyutda və 09 (doqquz) ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış ağ rəngli dairəvi formalı tablet şəklində 360 (üç yüz altmış) ədəd həblər- Triheksifenidil (Siklodol)” dərman preparatıdır, üzərlərində “Диазепекс-Диазепам 5 мг” yazısı olan 05 (beş) ədəd konvalyutda və 02 (iki) ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində 57 (əlli yeddi) ədəd həblər - “Diazepam” dərman preparatıdır, üzərlərində “Фензепин phenzepin” yazısı olan 08 (səkkiz) ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində 80 (səksən) ədəd həblər “Fenazepam” dərman preparatıdır, üzərində “CLONAZEPAM 2mg” yazısı olan 01 (bir) ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində 20 (iyirmi) ədəd həblər “Klonazepam” dərman preparatıdır, üzərində “fenadiazepin 1 mq” yazısı olan 01 (bir) ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində 10 (on) ədəd həblər “Bromdıhydrochlorphenylbenzodıazepıne” dərman preparatıdır, üzərlərində “MİGRALGİN 100 mg” yazısı olan 02 (iki) ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəkilində 19 (on doqquz) ədəd həblər “Sumatriptan succinate” dərman preparatıdır, üzərlərində “TPAMAДOЛ Kalceks” yazısı olan, içərisində şəffaf rəngli maye olan, zavod üsulu ilə hazırlanmış 02 (iki) ədəd 2 ml-lik ampulalar- “Tramadol” dərman preparatıdır, üzərində “Реланиум” yazısı, içərisində sarı rəngli maye olan zavod üsulu ilə hazırlanmış 01 (bir) ədəd 2 ml-lik ampula-“Diazepam” dərman preparatıdır, üzərində “Сибазон” yazısı, içərisində açıq sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış 01 (bir) ədəd 2 ml-lik ampula- “Diazepam” dərman preparatıdır. “Diazepam” “Klonazepam və “Fenazepam” preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı-na (İİİ siyahı, sıra 11, 30 və 64) daxildir. Triheksifenidil (siklodol) və “Tramadol” dərman preparatları 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin siyahısı”-na (Sıra 77 və 79) daxildir. “Bromdıhydrochlorphenylbenzodıazepıne (fenadiazepin 1 mq) və “Sumatriptan succinate” (MİQRALGİN 100 mg) dərman preparatları isə siyahılara daxil deyildir. (cild 01, iş vər. 22-26) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 Bölməsindən verilmiş xx xxxx 2019-cu il tarixli 148 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 4(dörd) ədəd qutuda cəmisi 70 (yetmiş) ədəd həbdə olan “Gluferal” adlı dərman preparatı ...” sözləri olan zərfin içərisində üzərlərində “GLUFERAL” yazısı olan 04 (dörd) ədəd qutuda olan 07 (yeddi) ədəd zavod üsulu ilə hazırlanmış konvalyutdakı 70 (yetmiş) ədəd həblərin tərkibində “Fenobarbital” maddəsi vardır. 70 (yetmiş) ədəd həblərdə olan “Fenobarbital” adlı maddə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına (İİİ siyahı, sıra 19) daxildir. Lakin həmin siyahıya əsasən “Fenobarbital” maddəsi başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır. Buna əsasən “Gluferal” adlı mürəkkəb tərkibli dərman preparatının tərkibində “Fenobarbital” maddəsi olmasına baxmayaraq həmin dərman preparatı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına, o cümlədən 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı və Zəhərli maddələrin siyahısına daxil deyildir. Məhkəmə Ekspertizası Mərkəzi Şəki Regional Bölməsinin xx xxxxxx 2019-cu il tarixli 51 saylı rəyinə əsasən - 10 (on) ədəd həblərdə “Диазепекс-Диазепам 5 мг” olan “Diazepam” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi 0,050 qramdır, 360 (üç yüz altmış) ədəd həblərdə “ЦИКЛОДОЛ ГРИНДЕКС” olan “Triheksifenidil (Siklodol)” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi-0,720 qramdır, 57 (əlli yeddi) ədəd həblərdə “Диазепекс-Диазепам 5 мг” olan “DİAZEPAM” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi 0, 285 qramdır, 80 (səksən) ədəd həblərdə (Fenzepin phenzepin) olan “Fenazepam” preparatlarının təsir maddəsinin ümumi təmiz çəkisi 0,080 qramdır, 20 (iyirmi) ədəd həblərdə (CLONAZEPAM 2 mg) olan “Klonazepam” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi 0,040 qramdır, 10 (on) ədəd həblərdə (fenadiazepin 1 mq) olan “Bromdıhydrochlorphenylbenzodiazepine” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qramdır, 19 (on doqquz) ədəd həblərdə (MİGRALGİN 100 mg) olan “Sumatriptan succinate” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi 1,900 qramdır, 02 (iki) ədəd 2 ml-lik ampulalarda olan “Tramadol” preparatının təsir maddəsinin ümumi təmiz çəkisi 0,200 qramdır, 01 (bir) ədəd 2 ml-lik ampulada “Реланиум” olan “DİAZEPAM” preparatının təsir maddəsinin təmiz çəkisi 0, 010 qramdır, 01 (bir) ədəd 2 ml-lik ampulada “Сибазон” olan “DİAZEPAM” preparatının təsir maddəsinin təmiz çəkisi- 0,010 qramdır. Təqdim edilmiş üzərində “TPAMAДOЛ” yazısı olan 01 (bir) ədəd 2 ml-lik ampula kəsyinin içərsindəki cüzi miqdarda olan maddə qatıları tramodol dərman preparatına məxsusdur. “TPAMAДOЛ” dərman preparatı 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına (Sıra 79) daxildir.(cild 02, iş vər. 63-67) İşdə olan “Sübutlara qiymət verilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin qərarla müstəntiq tərəfindən bəzi sənədlərdə Təqsirləndirilən şəxs2 adının “Xədicə” kimi yazılması araşdırılmış, Təqsirləndirilən şəxs2 ərizə ilə polis şöbəsinə müraciət edərək Zaqatala rayonunda insanların onu Xədicə kimi tanıdığını, əslində isə adının Xacay olduğunu və şəxsiyyət vəsiqəsində adının Xacay olaraq qeyd olunduğunu bildirmiş, şəxsiyyət vəsiqəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 adının Xədicə kimi göstərilən bütün sənədlərdə Xacay kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Rəcəbov X10 Xacay Şamil qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmiş, saxlamış və satmış, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründəki etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən işə aid biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Yuxarıda sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamı təsdiq edir və bununla bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək verdiyi ifadələr, eləcə də bununla bağlı apelyasiya şikayətində göstərilən dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apelyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zaqatala RPŞ-də qanunsuz saxlanılması cinayət işinin materialları ilə təsdiq olunmur. Eləcə də müdafiə tərəfi bu halı təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefon danışıqları barədə məlumatlar götürülərək cinayət işinə əlavə edilmiş, həmin məlumatların tədqiqi zamanı da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən tarixlərdə Zaqatala RPŞ-də qanunsuz saxlanılması müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təqsirləndirilən şəxs1 əleyhinə hər hansı sübut toplanmamış, yalnız ekspertiza təyin edilmiş, əlavə olaraq həmin dövr ərzində hər hansı istintaq hərəkəti aparılmamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının sorğusu əsasında Zaqatala rayon polis şəbəsindən xx.xx.2020-ci il tarixdə daxil olmuş məktubdan bəlli olur ki, Zaqatala şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 21:04 radələrində RPŞ-yə dəvət olunaraq izahatları alınmış və elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə sərbəst buraxılmışlar. Bundan əlavə cinayət işi başlamamışdan əvvəl təhqiqat orqanı tərəfindən törədilən cinayət barədə verilən məlumatın qeydə alınması zamanı, qanuna müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi zamanı, sözügedən aptekə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 razılıq ərizəsinin alınması ilə daha sonra aptekə baxış keçirilərək psixotrop maddələrin və güclü təsir edən maddələrin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Sonradan müstəntiq tərəfindən qərar qəbul edilərək aptekdə, eləcə də təqsirləndirilən şəxslərin yaşadığı evdə axtarış aparılmış, təqsirləndirilən şəxslər özləri də ərizə verərək axtarış aparılmasına etiraz etməmişlər. Həmçinin axtarış zamanı hər hansı qanunsuz saxlanılan əşya aşkar olunmadığı üçün ittiham tərəfi həmin protokolları ittihamın əsasını təşkil edən sübut kimi qiymətləndirməmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 31.01.20-ci il tarixdə dindirmə protokolu ilə axtarış aparılması haqqında protokolun tərtibi saatlarının eyni olduğu göstərilsə də, müstəntiq ifadəsində qeyd edilən halın texniki səhv olduğunu bildirmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 həmin vaxt ifadə verməkdən imtina etmiş, ona görə də həmin dindirmə protokolu da ittihamın əsasını təşkil edən sübut kimi qiymətləndirilməmişdir. Həmçinin, apelyasiya şikayətində maddi sübutun sonradan dəyişdirilməsi ehtimalı göstərilsə də, təqsirləndirilən şəxslər özləri həmin maddi sübutların aptekdən aşkar olunan dərman vasitələri olmasını heç bir halda təkzib etməmişlər. Zaqatala Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru Şöhrət Əhmədovun “Cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarında Zaqatala Rayon Polis Şöbəsinə hələ xx xxxxxx 2019-cu il tarixdə daxil olacaq Məhkəmə Ekspertiza X23 Bölməsinin xx xxxxxx 2019-cu il tarixli, 51 nömrəli rəyinə istinad etdiyi göstərilsə də, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, müvafiq ekspertiza rəyi xx.xx.2019-cu il tarixdə dərkənar qoyularaq Şöhrət Əhmədova təqdim edilmişdir. Şahid1 şəxsiyyətinin müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Şahid1 birinci instansiya məhkəməsində şəxsiyyəti müəyyən edilərək dindirilmiş, bununla bağlı müdafiə tərəfinin hər hansı etirazı olmamışdır. Məhkəmə kollegiyası, şikayətin digər dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 törədilən əməldə iştirakını polis əməkdaşlarının təsir və təzyiqi altında verdiyini bildirsə də, göstərilən xüsusat Zaqatala rayon prokurorluğunda araşdırılaraq xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs1 özü müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində izahat verərkən ona qarşı hər hansı fiziki və psixoloji təsir olmadığını bildirmişdir. Həmçinin ifadəsində özünün aptekdə qeyri rəsmi işlədiyini, hətta bəzi hallarda dərman vasitələri satdığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlinin törədilməsində heç bir iştirakının olmadığını bildirsə də, ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi yazılı izahatında, bundan əlavə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən, həmçinin müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində ilk dəfə ifadə verərkən törədilən cinayət əməlini səmimi olaraq etiraf etmiş və bildirmişdir ki, Vasif 2018-ci ilin dekabr ayında satış məqsədilə “Diazepam, “Fenzepin”, “Fenazepam”, “Clonazepam”, “Relanium”, “Sibazon” və “Gluferal” adlı dərman preparatlarını aptekə gətirərək aptekin anbar yerinə qoymuş və həmin dərmanları Bakı şəhərindən bir nəfər şəxsdən aldığını bildirmişdir. Vasif həmin şəxsin kim olması barədə ona məlumat verməmişdir. O, əvvəlcədən Vasifin gətirdiyi dərman preparatlarının qanunla qadağan olunmuş psixotrop dərmanlar olduğunu bilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində sonradan adının Ceyhun olduğunu öyrəndiyi şəxs işlədiyi aptekə gəlib ona xəstə olduğunu, sümükləri sızıldadığını və ona sakitləşdirici dərman lazım olduğunu bildirmişdir. Həmin şəxsə aptekdə sakitləşdirici dərman olmadığını bildirdikdə sonuncu 3 gün əvvəl həmin aptekdə olduğunu və həmin vaxt Vasifdən sakitləşdirici dərman aldığını bildirmişdir. Bundan sonra o, 10 ədəd diazepam həbini aptekin anbarından götürüb 5 manata Ceyhun adlı şəxsə satmışdır. Ceyhun aptekdən aralandıqdan bir müddət sonra işlədiyi aptekə polis əməkdaşları gəlib özlərini təqdim edərək Zaqatala RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş, bir qədər əvvəl onun Ceyhuna 5 manata satdığı dərman barədə soruşduqda, o, Ceyhuna diazepam dərmanı satdığını səmimi etiraf etmişdir. Həmin vaxt polis əməkdaşları ona işlədiyi aptekdə qanunla qadağan olunmuş narkotik və psixotrop dərman preparatları varsa onları könüllü surətdə təqdim etməsini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq işlədiyi aptekdə qanunla qadağan olunmuş psixotrop dərman preparatları olduğunu, həmin dərman preparatlarını Bakı şəhərində bir nəfər şəxsin Vasifə verdiyini bildirmişdir. Bundan sonra keçirilmiş baxış zamanı polis əməkdaşları ilə birlikdə aptekin anbar olan yerinə keçib orada saxlanc yeri kimi istifadə edilən yaşıl rəngli şkafın üst siyirməsində göy rəngli polietilen torbaya qoyduğu psixotrop tərkibli dərman preparatlarını çıxarıb polis işçilərinə təqdim etmişdir. Polis əməkdaşları həmin torbanın içərisində 57 ədəd həblik “Диазепекс- Диазепам, 80 ədəd həblik “Фензепин phenzepin”, 20 ədəd həblik “Clonazepam, 360 ədəd həblik “Çiklodol Qrindeks”, 10 ədəd həblik Fenadiazepin və 19 ədəd həblik Miqralqin, habelə ampulalarda olan “Tramadol”, “Relanium” və “Sibazon” preparatlarını aşkar etmiş, aşkar edilmiş dərman preparatları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə izahat vermək üçün polis şöbəsinə getmişdir. İşlədiyi aptekin güclü təsir edən və psixotrop maddələrin satışına dair heç bir lisenziyası olmamışdır. O, əvvəllər heç vaxt psixotrop tərkibli dərman preparatlarını aptekdə saxlamamış və satmamışdır. İlk dəfə isə 2018-ci ilin dekabr ayında qeyd etdiyi dərman preparatlarını Vasif vasitəsi ilə əldə edib saxlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü qeyd edilən cinayət əməlində təqsirli bilməsə də, ibtidai araşdırmanın ilkin mərhələsində yazılı izahat verən zaman törədilən cinayət əməlini etiraf etmiş və ətraflı izahat verməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 “Sağlam həyat“ adlanan aptekdə əczaçı işləyir. O, həmin aptekdə rəsmi işləməsə də, aptekdə işləyən şəxslərə köməklik edir. Aptekdə qanunla satışı qadağan olunmuş dərmanlar aşkar edilmişdir. Həmin dərmanlar əvvəlcədən aptekdə olmuş, bir qismini isə Bakı şəhərindən özü gətirmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs2 Ceyhun adlı şəxsə Diazepan dərmanını, daha doğrusu 10 ədəd diazepan həbini 5 manata satmışdır. Bu barədə Ceyhun adlı şəxs Zaqatala rayon polis şöbəsinə məlumat verib həmin həbləri təqdim etmiş, daha sonra aptekə polis əməkdaşları gedib orada şübhə doğuran dərman preparatlarını könüllü təqdim edilməsi polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 təklif edilmişdir. Təqsirləndirilən şəxs2 onun Bakı şəhərindən gətirdiyi və əvvəlcədən aptekdə olmuş, satışı qadağan olunmuş “Диазепекс”, “Çiklodol”, “Фензепин”, “Fenazepam”, “Miqralqın” və sair dərman preparatlarını təqdim etmişdir. Həmin dərman preparatları polis əməkdaşları tərəfindən götürülmüşdür. O, Ceyhun adlı şəxsin adını Xacaydan dərman preparatları aldıqdan sonra eşitmişdir. O özü heç vaxt həmin şəxsə qanunla qadağan olunmuş dərman preparatları satmamışdır. Aptekə gətirmiş qanunla qadağan olunmuş dərman preparatların bir qismini Bakı şəhərində Gənclik metrosunun yaxınlığındakı apteklərin birindən almış, lakin həmin dərmanları satan satıcının kim olduğunu bilmir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı sözügedən dərman preparatlarının tanımadığı bir qadın tərəfindən ona verilməsi, həmin dərman vasitələrinin isə həmin qadının vəfat etmiş bacısına məxsus dərmanlar olması ilə bağlı qeyd etdiklərini nəzərdən keçirərək aptekdən aşkar edilmiş dərman preparatlarının müxtəlifliyini, çeşidlərinin fərqliliyini, həmin dərman preparatlarının içərisində həm psixotrop maddələrin, həm də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin olmasını və həmin dərman preparatlarının bir nəfər tərəfindən qəbul edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduğu ifadəsinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini əsaslı və işin faktiki hallarına uyğun ifadə kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bundan əlavə məhkəmə kollegiyasının xatırlatmasına görə Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin dövründə Təqsirləndirilən şəxs1 əleyhinə vermiş olduğu ifadəsini məhz Təqsirləndirilən şəxs1 həbsdən azad edildikdən, yəni ev dustaqlığına buraxıldıqdan dərhal sonra onun xeyrinə dəyişdirməklə Təqsirləndirilən şəxs1 qeyd edilən cinayətin törədilməsində əlaqəsinin və iştirakının olmamasını bildirməsi, Təqsirləndirilən şəxs2 həmin dövrdə təsirə məruz qalması nəticəsində bu formada ifadə verməsi qənaətini yaradır. Məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 həbsdən azad olunması üçün onun Vasifin göstərilən cinayət əməlində iştirakının olmaması barədə ifadə verməli olmasının sonradan ona məlum olmasını bildirmiş, lakin bu halın ona haradan məlum olması barədə verilən suallara adekvat cavab verə bilməmişdir. Habelə, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsinə sözügedən dərman preparatlarının bir qismini Bakı şəhərindən gətirdiyini bildirməsini Təqsirləndirilən şəxs2 ona yalvarması nəticəsində himayəsində bir azyaşlı qızının olmasına görə məhz ona yazığının gəlməsi ilə əsaslandırmağa və məhkəməni bu hala inandırmağa çalışsa da, onun ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi həmin izahatı araşdırıldıqda izahatın uyğunsuz və məntiqsiz olmaqla, həm Təqsirləndirilən şəxs2, həm də özünü, yəni Təqsirləndirilən şəxs1 ifşa edən formada verilmiş izahat olduğu müəyyən olunmuşdur. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs1 izahatında heç də Təqsirləndirilən şəxs2 müdafiə etməmişdir. Əksinə hər ikisini ifşa edən izahat vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs2 ilə birinci mərtəbədə dəhlizdə görüşdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs2 ondan kömək etməsini xahiş etdiyini, buna görə də dərman vasitələrini özünün aptekə gətirməsi barədə izahat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ifadəsində Təqsirləndirilən şəxs1la təhqiqatçının otağında görüşdüyünü, Vasifin özünün ona dərman vasitələrini sonuncunun aptekə gətirməsi barədə izahat verməsini bildirməsini, həmin vaxt Vasifin izahatda hər şeyi öz üzərinə götürdüyünü görüb bundan sonra dərman vasitələrini Vasifin aptekə gətirməsi barədə izahat verdiyini bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslərin ziddiyyətli ifadələr verməsi onların izahat verərkən hər hansı təsirə məruz qalmadıqlarını göstərir və ilkin olaraq düzgün izahat verdiklərini təsdiq edir. Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs2 kömək etmək məqsədilə ilkin olaraq izahatında cinayəti törətməsini etiraf etməsini göstərsə də, onun izahatından görünür ki, aşkar olunmuş dərman vasitələrinin bəzilərinin onun tərəfindən aptekə gətirilməsini bildirmişdir. Yəni Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 kömək etmək istəsəydi bütün dərman vasitələrinin ona məxsus olmasını və ya Ceyhun adlı şəxsə dərman satmasını təsdiq edərdi. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir, hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Şahid9 məhkəmə istintaqında onun qızı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və onun tanışları tərəfindən məhkəməyədək icraat zamanı hər hansı təsir və təzyiq olmadığını bildirsə də, o, ibtidai istintaq zamanı ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edərək qızı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və onun yaxınları tərəfindən təzyiqlər edildiyini göstərmişdir. X20 və X4 Təqsirləndirilən şəxs1 yaxın qohumları olmaqla məhkəmə istintaqı zamanı onun xeyrinə ola biləcək ifadə vermələrini nəzərə alan məhkəmə kollegiyası, həmin ifadələri həqiqəti əks etdirən sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi” haqında xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.10 maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (şahidlərin verdiyi ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.4.1 və 240.2.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Çünki, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X11 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinəmühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.1 və 240.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.1 və 240.2.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinə əsasən müəyyən edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu X5 “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası X27 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci və 240.3.2-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-19/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti təmin edilməsin. X27 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-19/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar