Məhkəmə qərarları › İş №1(107)-9/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-9/2020

22.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-9/2020 22.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, birinci dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini X13 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən T.Qubadov) xx xxxx 1971-ci il tarixdə Ağdam rayonu, Atyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş Ağdam rayonu, Atyeməzli kəndində qeydiyyatda olmaqla, bаrəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda 01 il, 05 ay, 12 gün müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (hazırkı hökm çıxarılan tarixədək) həbsdə və ev dustaqlığında saxlanma müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 il 05 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkаn tədbiri ləğv edilsin və “bаşqа yerə getməmək barədə iltizаm” qətimkаn tədbiri seçilsin. Bаrəsində seçilmiş “bаşqа yerə getməmək hаqqındа iltizаm” qətimkаn tədbiri hökm qаnuni qüvvəsini аlаnаdək qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,36 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd içərisində heroin zərrəcikləri olan ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107,91 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməsi qərara alınmışdır. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə, saat 19 radələrində Ağcəbədi rayonu Hindarx qəsəbə sakini X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа, hər biri 10 manat olmaqla, ümumilikdə 20 manat məbləğində pula aldığı 02 (iki) ədəd gümüşü-аğ rəngli kаğız bükümlərdə, аyrı-аyrılıqdа təmiz çəkiləri - 0,157 qrаm və 0,304 qrаm, ümumi təmiz çəkisi 0,461 qrаm оlаn kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə olan heroini əldə edib saxlamış və dаşıyıb Zərdаb rаyоn ərаzisinə gətirmiş, xx xxx 2019-cu il tarixdə saat 02:40da Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi «VАZ-21063» mаrkаlı, **-BB-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbildə hərəkətdə оlаn zаmаn sаxlаnılаrаq Zərdab rayon Polis Şöbəsinə gətirilərək avtomobilinə baxış keçirilən zaman sаxlаdığı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən аvtоmоbilin sаlоnundаn, qаbaq sаğ оturаcаğın аrxа tərəfdə оlаn cibindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Baş Prokurorunun müavini X13 apelyasiya protesti verib Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünün təqsirləndirilən şəxs barəsində cinayət qanunun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən verilmiş apelyasiya protestinə qarşı Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən etiraz verilmişdir. Apelyasiya protestinin dəlilləri Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndrilən şəxsə təyin edilmiş cəza onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun deyildir. Ona görə də Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apelyasiya protestinin dəlillərini müdafiə edirək bildirmişdir ki, protestdə göstərilənlər əsaslıdır. Belə ki, işin hallarından görünür ki, V.X8 dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2013-cü il tarixdə “Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin x xxx 2013-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx xxx 2019-cu il tarixdə törədərkən X14 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bu səbəbdəndə onun əməlində cinayətin residivi olmuşdur. Ona görə də Zərdab rayon Məhkəməsinin x xxxxxxxx 2019-cu il tarixli hökmünün Təqsirləndirilən şəxs barəsində cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X9 protestə etiraz edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2007-ci il tarixli hökmlə ağır cinayətə görə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli qərarına əsasən cəzasının kəçilməmiş hissəsindən azad edilmişdir. Hazırki cinayətini isə xx.xx.2019-cu il tarixdə, yəni 06 il keçdikdən sonra törətmişdir. Buradan müəyyən olunur ki, təqsirləndirilən şəxsin 2007ci il tarixli hökm üzrə məhkumluğu yoxdur. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən dövlət ittihamçısı da təqsirləndirilən şəxs barəsində onun ailə vəziyyətini nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bilıdirərək, sonda ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərarqəbuledəbilər. CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apelyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin apelyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs oğlunun CM-in 234.1-ci maddəsiilə məhkum olunmasına dair cinayət işi üzrə Zərdab rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 234.1-ci maddəsiilə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, apelyasiya protestində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs oğluqanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi xx xxx 2019-cu il tarixdə, saat 19 radələrində Ağcəbədi rayonu Hindarx qəsəbə sakini X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа, hər biri 10 manat olmaqla, ümumilikdə 20 manat məbləğində pula aldığı 02 (iki) ədəd gümüşü-аğ rəngli kаğız bükümlərdə, аyrı-аyrılıqdа təmiz çəkiləri - 0,157 qrаm və 0,304 qrаm, ümumi təmiz çəkisi 0,461 qrаm оlаn kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə olan heroini əldə edib saxlamış və dаşıyıb Zərdаb rаyоn ərаzisinə gətirmiş, xx xxx 2019cu il tarixdə saat 02:40-da Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi «VАZ-21063» mаrkаlı, **-BB-*** dövlət qeydiyyаt nişаnlı аvtоmоbildə hərəkətdə оlаn zаmаn sаxlаnılаrаq Zərdab rayon Polis Şöbəsinə gətirilərək avtomobilinə baxış keçirilən zaman sаxlаdığı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən аvtоmоbilin sаlоnundаn, qаbaq sаğ оturаcаğın аrxа tərəfdə оlаn cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cinayət qanunvericiliyin tələblərinə uyğun bilmir. Belə ki, cinayət işində olan şəxsi axtarış və götürmə haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları M.Rəhimovun, M.Kərimovun, M.Məmmədovun, hal şahidləri S.İsrafilov və R.Bağırovun, müdafiəçi A.Mahmudovun iştirakı ilə Təqsirləndirilən şəxs “VAZ-21063” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı аvtоmоbilin sаlоnundаn, qаbaq sаğ оturаcаğın аrxа tərəfdə оlаn cibindən Təqsirləndirilən şəxs məxsus 02 büküm siqaretin iç kağızına bükülmüş narkotik vasitəyə oxşar boz rəngli toz halında olan kütlə və 01 ədəd kağız bükümdə yaşımtıl rəngli spesifik qoxuya malik bitki mənşəli kütlə və 01 ədəd şəffaf ampula aşkar edilərək götürülmüşdür. Cinayət işində olan məhkəmə-bioloji ekspetizasının xx.xx.2019-cu il tarixli, 299 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs “VAZ- 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş ...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,157 qram (tədqiqatından sonra qalıq çəkisi 0,107 qram) olan və 0,304 qram (tədqiqatından sonra qalıq çəkisi 0,254 qram) olan ümumi təmiz çəkisi- 0,361 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi – 0,38 qram (tədqiqatından sonra qalıq çəkisi 0,36 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd şüşə ampulanın içərisindəki cüzi miqdarda olan maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləridir. Cinayət işində olan məhkəmə-bioloji ekspetizasının xx.xx.2019-cu il tarixli, 351 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, üzərində “...X7 məxsus fərdi yaşayış evindən götürülmüş kütlələr ...” sözləri yazılmış 01 (bir) ədəd zərfdəki ... kustar üsulla hazırlanmış narkotik vasitə olan (tədqiqatdan sonra qalıq çəkisi 0,763 qram olan) heroinlə tədiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs“VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş (tədqiqatdan sonra qalıq çəkisi 0,261 qram olan) heroinlər tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu tarixli, 562 saylı rəyindən görünür ki, müayinə zamanıTəqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomanlıq xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan maddi sübut kimi tanıma və saxlanca vermə haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki,xx xxx 2019-cu il tarixdəTəqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21063” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,461 qram, tədqiqata sərf edildikdən sonra isə ümumi qalıq 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,38 qram olub tədqiqata sərf edildikdən sonra isə ümumi qalıq 0,36 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd içərisində heroin zərrəcikləri olan ampula iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X14 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmə əsasən CM-in 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2015ci ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 07 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxx 2016-cı ildə tam icra edilmişdir. Hazırda onunməhkumluğu yoxdur. İş mаteriаllаrındа olan xx.xx.2019-cu il tаrixli şübhəli şəxsin tutulmаsı hаqqındа prоtоkоldаn görünür ki, Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Respublikаsı CM-in 234.1ci mаddəsində nəzərdə tutlumş cinаyət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tаrixdə Аzərbаycаn Respublikаsı CM-in 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, оnа həmin mаddədə nəzərdə tutulmuş ittihаm elаn edilmiş və həmin tаrixdə də bаrəsində Zərdаb Rаyоn Məhkəməsinin qərаrı ilə həbsdə saxlama müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 3 (üç) аy müddətində həbs qətimkаn tədbiri seçilmişdir. İş mаteriаllаrındа olan Zərdаb Rаyоn Məhkəməsinin 4(035)-20/2019 nömrəli, xx.xx.2019-cu il tаrixli qərаrından görünür ki, məhkəmənin 4(035)-12/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx xxx 2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı”qətimkаn tədbiri ilə əvəz edilmişdir. İş mаteriаllаrındа olan Zərdab Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 584 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X6 “Hipertoniya xəstəliyi İİİ mərhələ. Hər iki yarım kürədə yayılmış işemik insultdan davamlı qalıq əlamətləri. Sol tərəfli hemiratez” diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Polikilinika şöbəsində dispanser qeydiyyatındadır. İ qrup əlildir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş mаteriаllаrındа olan Zərdab rayon MİS-in rəisi tərəfindən verilmiş 232 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olmasına baxmayaraq Zərdab şəhəri Azərbaycan küçəsi 14 saylı evin 2-ci mənzilində atası ilə birgə yaşayır və atasına qulluq edir. İş mаteriаllаrındа olan Zərdab rayon MİS-in rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ildən Zərdab şəhəri Azərbaycan küçəsi 14 saylı evin 2-ci mənzilində yaşayır. Onun haqqında Zərdab rayon MİS-ə heç bir rəsmi şikayət daxil olmamışdır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. CM-in 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubleyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin x xxx 2013-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə və ya psixotrop maddələri satmağa görə cinayət əsuliyyətini nəzərdə tutan CM-in 234.4.1-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. CM-in 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Birinci instansiya məhkəməsi hökmü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əvvəllər eyni əmələ görə məhkum olunmasına baxmayaraq hazırda məhkumluğu olmayan şəxs olmasını, habelə yuxarıda sadalanan diqqətə layiq yüngülləşdirici halları nəzərə alaraq təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin etmə mövqeyi ilə razılaşmır. Əvvəla ona görə ki, işin faktiki hallarından, həmçinin sadalanan normaların mənasından göründüy kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx xxx 2019-cu il tarixdə törədərkən X14 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bu səbəbdən də onun əməlidə cinayətlərin residivi olmuşdur. Belə ki, CM-in 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitisiya Məhkəməsinin x xxxx 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 58.3-cü maddəsinə uyğun olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 61.1.1-ci maddəsinə görə, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Yuxarıda sadalanan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 6.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cinayətin residivini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əməlini səmimi etiraf etməsini, himayəsində xəstə və ahıl yaşda valideynlərinin olmasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi üzrə bu maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Kollegiya sonda onu da qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (yəni birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılan tarixədək) həbsdə və ev dustaqlığında saxlanma müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya protesti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş аpellyаsiyа protesti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxstəqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 10 gün müddət bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxscəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlubarəsindəseçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkantədbiriləğvedilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin vəməhkəməiclaszalındadərhalhəbsolunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar