Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-90/2020 10.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: X18 Məhkəməsinin (sədrlik edən hakim X12, hakimlər X13 və X3 ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxx 1963-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 36 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş ümumilikdə təmiz qalıq çəkisi 29,467 qram olan heroin hökm qüvvəsini aldıqdan sonra məhv edilməsi, sübut əhəmiyyətli 2 ədəd disk isə cinayət işinin materiallarında saxlanılması, iş üzrə 29,34 (iyirmi doqquz manat, otuz dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda, həmçinin istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 29,627 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2018-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitə olan heroini ayrıayrılıqda təmiz çəkiləri 5,34 qram, 9,87 qram, 9,84 qram, 3,91 qram, 0,035 qram, 0,047 qram, 0,059 qram, 0,526 qram olmaqla səkkiz ədəd büküm şəklində qablaşdırmaqla Yevlax rayonu “Stansiya Mingəçevir” adlanan ərazidə 1070 manat pulun müqabilində tanışı Gəncə şəhər sakini Şahid1 satmış, sonuncu həmin narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib satış məqsədi ilə idarə etdiyi “VAZ21011” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində daşımaqla saxlamış, həmin tarixdə saat 17 radələrində Gəncə şəhər Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri “Qala Qapıları” adlanan yerdə saxlanılıb Gəncə şəhər Kəpəz rayon polis idarəsinə gətirilib avtomobilinə baxış keçirilən zaman qabaq oturacaqlar arasındakı külqabının içərisindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində özünü təqsirli bilmədiyini, işinə ədalətli baxılmasını xahiş etmişdir. X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü qismən təqsirli bilməyərək ifаdəsində göstərdi ki, o, Mingəçevir şəhərində taksi fəaliyyətini həyata keçirmiş, bəzi günlərdə isə avtomobil alğı-satqısı ilə məşğul olmuşdur. Şahid1 xeyli müddət olar ki tanımış, yaxşı münasibətləri olmuş, xx xxxxxx 2018-ci il tarixdə telefonla danışarkən sonuncu ona Bərdə şəhərinə gedəcəyini bildirdiyi üçün, o, da kəskin sümük ağrılarından əziyyət çəkdiyindən, Bərdə şəhərində yerləşən aptekdən ona ağrıkəsici dərman almasını xahiş etmişdir. Şahid1 Bərdədən qayıdıb yolda onu gözlədiyi yerdə maşınından düşərək ona yaxınlaşmış, dərman olmadığı üçün ala bilmədiyini bildirmiş və sonra da öz yoluna davam etmişdir. Bundan iki gün sonra ona müştəridən zəng gəldiyi üçün həmin adamı istədiyi ünvana apardığı zaman yanacaq doldurma məntəqəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə ona Şahid1 polis əməkdaşları tərəfindən saxlanıldığı, avtomobilinə baxış keçirilərkən isə avtomobildən narkotik vasitə olan heroinin aşkar olunduğu bildirilmiş, həmin narkotik vasitənin onun tərəfindən Şahid1 satıldığı deyilmişdir. Həmin vaxt qorxduğundan Şahid1 aşkar olunan narkotik vasitəni Şahidə özünün satdığını bildirmiş, Şahid1la üzləşdirmə zamanı da eyni formada ifadə verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində ona ünvanlanan sualları cavablandırarkən ağrıları olduğu üçün hərdən narkotik vasitə olan heroindən istifadə etdiyini, Şahid1 heç vaxt narkotik vasitə satmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsində adıçəkilən Mahmud adlı İran İslam Respublikasının vətəndaşının İranda olan klinikanın baş həkimi olduğunu, həmin şəxsin onunla heç vaxt cəzaçəkmə müəssisəsində cəza çəkmədiyini və yalnız İrana müalicəyə getdiyi zaman həmin şəxslə telefon əlaqəsi saxladığını bildirmişdir. Həmçinin ibtidai istintaqın gəldiyi qənaətin əksinə olaraq istifadəsində olan mobil telefon nömrəsini cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra əldə etdiyini, həmin telefon nömrəsinin cəzaçəkmə müəssisəsində cəza çəkən ərəfədə onda olmadığını bildirmişdir. Həm məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, həm də Şahid1 barəsində olan cinayət işi üzrə X16 Məhkəməsində şahid qismində dindirilərkən sonuncunun avtomobilindan aşkar olunan narkotik vasitə ilə heç bir əlaqəsinin olmadığını, Şahid1 narkotik vasitə satmadığını bildirmiş, lakin hər iki halda məhkəmə qərarlarında qeyd etdiklərinin əksinə olaraq güya onun Şahid1 qeyd edilən narkotik vasitəni satması barədə etirafı yer almışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan, onun həmin ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxsibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əsasən maşın alğı-satqısı ilə məşğul olaraq çörəkpulu qazanıb ailəsini dolandırmışdır. Dəfələrlə məhkumluq həyatı yaşamış, sonuncu dəfə isə 2014-cü ildə CM-nin 234.1-ci maddəsi ilə Bakı şəhərində həbs edilmiş, həmin vaxt 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası almış və 2015-ci ilin sonlarında cəzanın çəkilməmiş hissəsindən azad edilərək azadlığa çıxmışdır. Uzun müddətdir ki, narkotik vasitə olan “kakos”dan istifadə etmiş, sonuncu dəfə 14 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkərkən orada Mahmud adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin vaxt Mahmud o, bildiyinə görə qanunsuz olaraq narkotik vasitəni dövlət sərhədindən keçirdiyinə görə həbs edilmiş və Mahmudla söhbət zamanı, azadlığa çıxdıqdan sonra Mahmuddan ucuz qiymətə narkotik vasitə alıb həmin narkotik vasitəni baha qiymətə sataraq pul qazanması üçün görüşmək haqqında razılaşmışdır. Mahmudu cəzasını çəkmək üçün İran İslam Respublikasına göndərəcəklər və orada Mahmud azadlığa çıxacağını bildirmişdir. O, Mahmuda öz telefon nömrəsini, yəni, (055) ***-**-** saylı mobil telefon nömrəsini vermiş, təxminən 2017-ci ilin axırlarında Mahmud onun göstərdiyi nömrəsinə özünün istifadəsində olan +**********03 saylı mobil telefon nömrəsindən zəng etmiş, artıq azadlığa çıxdığını və ona satmaq üçün narkotik vasitə olan “kakos” əldə etdiyini bildirmiş və onu İrana dəvət etmişdir. Həmin vaxt o, Mahmuda pulunun olmadığını və pul olan kimi Mahmudun yanına gedərək narkotik vasitəni alacağını bildirmişdir. Bundan sonra onlar mütəmadi olaraq telefon vasitəsi ilə bir-biriləri ilə əlaqə saxlamış, təxminən 6-7 ay bundan qabaq (055) 43563-22 saylı mobil telefon nömrəsinə Şaiq adlı tanışı öz istifadəsində olan (055) ***-**-** saylı mobil telefon nömrəsi ilə zəng edərək narkotik vasitə olan “kakos” lazım olduğunu bildirmiş və pul müqabilində narkotik vasitə təşkil etməsini istəmişdir. Lakin həmin vaxt o, Şaiqə hələlik narkotik vasitə olmadığını, müəyyən müddətdən sonra isə narkotik vasitə təşkil edə biləcəyini demişdir. Şaiqi o, uzun müddət idi ki, tanımış, 2003-cü ildə o, Bərdə rayonunda quldurluq etdiyinə görə həbs edilmiş və 1 nömrəli cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən orada Şaiqlə tanış olmuşdur. Həmin vaxtdan etibarən də, Şaiqlə münasibətləri qalmış, Şaiqin istifadəsində yuxarıda göstərdiyi nömrəsindən başqa daha 3 nömrəsi, yəni, (055) 308-98-17, (055) ***-**-** və (055) ***-**-** saylı mobil telefon nömrələri də olmuş, lakin Şaiq ona daha çox (055) ***-**-** saylı nömrəsi ilə zəng etmişdir. Təxminən 5-6 ay qabaq o, özünə məxsus olan “Vaz-21099” markalı, qırmızı rəngli, nömrəsini xatırlamadığı avtomobilini Bərdə rayonunda yerləşən maşın bazarında tanımadığı şəxsə 3900 manata satmış, pul əldə etdikdən sonra Mahmuda zəng edərək narkotik vasitə almaq üçün pul əldə etdiyini bildirmiş və tezliklə Mahmudun yanına gedəcəyini demişdir. Mahmud da onunla razılaşmış, o, ümumilikdə 4200 manat pul götürüb İran İslam Respublikasına getmiş, o, Biləsuvar rayonundan İran İslam Respublikasına sərhədi keçdikdən sonra Mahmud onu sərhəddə qarşılamış və oradan onlar Ərdəbil rayonuna getmişlər. Çünki Mahmud orada yaşamışdır. Mahmudla bir qramını 18 manata olmaqla 400 qram narkotik vasitə olan “kakos” almağa razılaşmış, 4000 manat pulu Mahmuda vermiş və qalan 3200 manat pulu isə narkotik vasitə ona çatandan sonra göndərəcəyini demişdir. Onlar qabaqcadan olan razılıqlarına əsasən o, pulu Mahmuda verib Azərbaycan Respublikasına qayıtmış, Mahmud isə 2 gündən sonra ona satacağı narkotik vasitəni kiminsə vasitəsi ilə Azərbaycan Respublikasında ona çatdıracaqmış. Lakin o, Mahmudun həmin narkotik vasitəni nə vaxt, haradan, kimdən əldə etdiyini, kimin vasitəsi ilə, necə Azərbaycan Respublikasına keçirəcəyini bilməmiş və bu barədə Mahmuddan heç nə soruşmamışdır. Mahmudun onun üçün kirayə tapdığı evdə 2 gün qaldıqdan sonra Azərbaycan Respublikasına qayıtmış, qayıtdıqdan təxminən 10 gün sonra Mahmud ona zəng edərək ona satacağı narkotik vasitənin artıq Azərbaycan Respublikasında olduğunu, 400 qram deyil, cəmi 350 qram narkotik vasitə ona verəcəyini və Bakı şəhərinə getməli olduğunu bildirmişdir. O da, özünə məxsus “Mercedes 190” markalı, qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı, İran İslam Respublikasından qayıtdıqdan sonra aldığı avtomobillə Bakı şəhərinə tək olaraq getmiş və Bakı şəhərində olanda Mahmud ona zəng edərək Sumqayıt şəhərinə getməli olduğunu və “Sumqayıt” sözü yazılan lövhənin yanında Sumqayıt şəhərinin girəcəyində gözləməli olduğunu demişdir. O, Sumqayıt şəhərinə getmiş və şəhərin girəcəyindəki lövhənin yanında gözləməyə başlamışdır. Həmin vaxt saat təxminən axşam 22 radələri olmuş, təxminən 2025 dəqiqə gözlədikdən sonra bir nəfər tanımadığı şəxs piyada və tək olaraq onun yanına gələrək maşınına əyləşmiş, daha sonra həmin şəxs onun adını soruşmuş və heç bir söz demədən şəffaf rəngli sellofan torbaya bükülmüş bir ədəd bükümü ona verərək harasa getmişdir. Bundan sonra o, Mingəçevir şəhərinə qayıtmış və həmin bükülünün içərisində olan narkotik vasitə “kakos”u elektron tərəzidə çəkmişdir. Narkotik vasitənin çəkisi 350 qram olmuş, bundan sonra o, özündə olan və xırda çəkiləri ölçmək üçün istifadə edilən elektron tərəzi ilə həmin 350 qram “kakos”u hər biri 10 qram olmaqla hissələrə ayırmış və hər bir hissəni şəffaf rəngli sellofana bükmüşdür. Bundan sonra isə o, özü Şaiqə zəng edərək artıq narkotik vasitə əldə etdiyini və gəlib ala biləcəyini demişdir. Təxminən 5-6 gündən sonra Şaiq ona zəng edərək ona 20 qram çəkidə narkotik vasitə lazım olduğunu demiş, o, Şaiqə narkotik vasitənin bir qramını 30-32 manata satacağını bildirmiş və Şaiq onunla razılaşmışdır. Lakin Şaiqin həmin narkotik vasitəni nə edəcəyini bilməmiş və bu barədə ondan heç bir söz soruşmamışdır. Həmçinin o, Şaiq ondan narkotik vasitəni nisyə istəməməsi üçün Şaiqə satacağı narkotik vasitənin özündə olduğunu deyil, narkotik vasitəni kimdənsə alacağını bildirmişdir. Şaiqlə razılaşdıqlarına görə o, öz “Mercedes 190” markalı avtomobili ilə “Stansiya Mingəçevir” adlanan əraziyə getmiş, Şaiq həmin yerə “VAZ-21011” markalı, qırmızı rəngli, 20 xx XXX dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmiş, onlar orada görüşmüş və o, Şaiqdən pulu alaraq narkotik vasitəni ona vermişdir. Bundan sonra Şaiqlə mütəmadi olaraq əlaqə saxlamağa başlamış və 4-5 dəfə, hər dəfəsində 20, 22 qram olmaqla bir qramını 30-32 manata Şaiqə narkotik vasitə satmağa başlamışdır. Onlar hər dəfə eyni yerdə görüşmüş, hər dəfəsində o, Şaiqi tək görmüş və Şaiqin maşınında kimsə olduğunu bilməmişdir. O, Şaiqlə görüşməyə bir dəfə də sonuncu “Mercedes 190” markalı avtomobilini sataraq yenidən özü üçün aldığı “Mercedes 190” markalı, qara rəngli, 02 xx 219 markalı avtomobili ilə də getmişdir. Sonuncu dəfə təxminən noyabr ayının 20-də Şaiq ona zəng etmiş, yenidən narkotik vasitə istəmiş və o isə, Şaiqə cəmi 34 qram narkotik vasitə qaldığını bildirmişdir. Şaiq onunla həmin narkotik vasitənin hamısını alacağına razılıq vermiş, həmin günü saat təxminən 14 radələrində onlar yenə “Stansiya Mingəçevir” adlanan yerdə görüşmüş və Şaiq ora həmin qızmızı rəngli “VAZ21011” markalı avtomobili ilə gəlmişdir. Həmin vaxt o, isə ora “VAZ- 2102” markalı, ağ rəngli ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, çünki o, öz avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş və avtomobili Mingəçevir şəhərində cərimə meydançasında olmuşdur. “VAZ-2102” markalı avtomobili isə təxminən 10-15 gün bundan qabaq müvəqqəti sürmək üçün Mingəçevirdə yaşayan Elnur adlı tanışından almış, Şaiqlə görüşdükdən sonra Şaiq ona 1070 manat pul vermiş, o, isə Şaiqə narkotik vasitəni Mingəçevir şəhərindən alıb qayıdacağını bildirmiş, Şaiq isə ona həmin müddət ərzində Bərdə rayonuna gedəcəyini demişdir. Həmin vaxt Şaiq tək olmuş, lakin onun maşınında kiminsə olub-olmamasını bilməmişdir. Onlar ayrılmış və o, oradan Mingəçevir şəhərinin çıxacağında gizlətdiyi narkotik vasitəni götürərək görüş yerinə qayıtmışdır. Daha sonra Şaiqə zəng edərək narkotik vasitənin onda olduğunu bildirmiş, bir qədərdən sonra Şaiq də həmişə görüşdükləri yerə gəlmiş və o, müvafiq olaraq 10, 10, 10 və 4 qram olmaqla 4 bükümdən ibarət narkotik vasitəni Şaiqə vermişdir. Həmin bükümlər şəffaf rəngli sellofanlara bükülmüşdür. Daha sonra o, evinə qayıtmış, bir neçə gün sonra isə polis əməkdaşları ona yaxınlaşaraq Gəncə şəhərinə dəvət etmiş və o, artıq cinayət əməlinin ifşa olunduğunu görüb könüllü olaraq polisə ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid Həsəpurun evində usta işləmişdir. Şahid ona dostugilə getdiyini, yolda isə onu da öz evinə düşürəcəyi bildirib, onunla getməyi təklif etmiş, o da buna etiraz etməmişdir. Şahidin avtomobilində ondan başqa 2 nəfər şəxs də olmuş, Şahid maşını Goranboy istiqamətində idarə etmiş və yol üstü maşından düşərək adını sonradan bildiyi Təqsirləndirilən şəxsla görüşmüşdür. Şahid maşına qayıdıb maşını Bərdə rayonuna sürmüş və orada aptekdən dərman alacağını bildirmişdir. O, həmin vaxta qədər Bərdə şəhərinə gedəcəyi barədə bilməmişdir. Şahid1 idarə etdiyi maşında ondan başqa 2 nəfər şəxslə birlikdə Bərdə rayonuna getmiş, orada Şahid aptekdən dərman almışdır. Onlar yenidən Gəncə şəhərinə qayıdarkən yol üstü Şahid yenə də Təqsirləndirilən şəxsla görüşmüş və o, maşında olduğundan Şahidlə Nəsiminin nə danışdığını bilməmişdir. Bundan sonra Gəncə istiqamətində gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişlər. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ailəsinə məxsus, lakin onun adına olan “Vaz-2102”, **-BG-*** dövlət nömrə nişanlı, ağ rəngli avtomobili olmuşdur. Nəsimi sonuncu dəfə özünə məxsus “Mercedes” markalı avtomobili idarə edərkən 2018-ci ilin təxminən oktyabr ayının ortalarında yol-nəqliyyat hadisəsi törətdiyindən, işlərinin arxasınca getmək üçün ondan həmin “Vaz-2102” markalı avtomobili müvəqqəti idarə etmək üçün istəmiş, o da münasibəti olduğundan Nəsimiyə etiraz etməmiş və etibarnamə ilə həmin avtomobili təxminən 2018-ci ilin noyabr ayının əvvəllərində Nəsimiyə vermişdir. O, 2018-ci ilin noyabr ayının axırlarında Nəsiminin Gəncə şəhər polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə şəhərinə ağrıkəsici dərman almaq üçün getdiyi zaman yol üstü Təqsirləndirilən şəxsla qarşılaşmış, Nəsimiyə Bərdə şəhərinə aptekdən ağrı kəsici dərman almaq üçün getdiyini bildirdiyi zaman Nəsimi ona da həmin dərmandan almağı xahiş etmişdir. O, Bərdə şəhərinə getmiş, lakin aptekdə istədiyi ağrı kəsici dərman olmadığı üçün ala bilməmiş və qayıdarkən dərman ala bilmədiyini Nəsimiyə demişdir. Həmin vaxt Gəncə istiqamətində maşını idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və axtarış zamanı idarə etdiyi avtomobildən narkotik vasitə aşkar olunmuşdur. Qeyd edilən narkotik vasitəni o, Gəncə şəhərində yerləşən “Aliminum” zavodunun həyətindən tapmış və avtomobilində saxlamışdır. Həmin narkotik vasitənin Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamışdır. Heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin almamışdır. İbtidai araşdırmanın ilkin mərhələsində də məhz bu formada ifadə vermiş, lakin sonradan Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı sonuncu qeyd edilən narkotik vasitənin özü tərəfindən ona satılması barədə ifadə verməsini xahiş etdiyindən, o həmin ifadəni təsdiq edərək imzalamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, 2003-cü ildə o, Gəncə şəhəri ərazisində oğurluq etdiyinə görə həbs edilmiş və 1 nömrəli cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən orada Nəsimi ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən də, Nəsimi ilə münasibətləri qalmışdır. Sonuncu dəfə polis tərəfindən saxlanılmamışdan təxminən 6-7 ay qabaq o, özü istifadə etmək üçün Nəsimidən pul müqabilində narkotik vasitə olan “kakos” tapmasını xahiş etmiş, lakin həmin vaxt Nəsimi ona hələlik narkotik vasitə təşkil edə bilməyəcəyini, bir müddət sonra isə narkotik vasitə tapmaqda kömək edə biləcəyini demişdir. Həmin vaxt onun istifadəsində (055) ***-**-** saylı mobil telefon nömrəsi olmuş və həmin nömrədən Nəsiminin istifadəsində olan (055) ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Təxminən 1-2 ay sonra Nəsimi ona zəng etmiş və onun üçün artıq narkotik vasitə olan “kakos” təşkil edə biləcəyini demişdir. Həmin vaxt ona 20 qram çəkidə narkotik vasitə lazım olduğunu bildirmiş, Nəsimi ona narkotik vasitənin bir qramını 30-32 manata satacağını bildirmiş və onlar razılaşmışlar. Razılaşdıqlarına görə o, öz avtomobili ilə “stansiya Mingəçevir” adlanan əraziyə getmiş, Nəsimi ora “Mercedes 190” markalı avtomobili ilə gəlmiş, o, isə həmin yerə “VAZ-21011” markalı, qırmızı rəngli, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə gəlmiş, onlar orada görüşmüş və Nəsimi ondan pulu alaraq narkotik vasitəni ona vermişdir. Bundan sonra Nəsimi ilə mütəmadi olaraq əlaqə saxlamağa başlamış və 3-4 dəfə, hər dəfəsində 20, 15 qram olmaqla bir qramını 30-32 manata Nəsimidən narkotik vasitə almağa başlamışdır. Onlar hər dəfə eyni yerdə görüşmüş, sonuncu dəfə polis tərəfindən saxlanılmamışdan təxminən 5-6 gün bundan qabaq o, Nəsimiyə zəng edərək yenidən narkotik vasitə istəmiş, Nəsimi isə ona cəmi 34 qram narkotik vasitə qaldığını bildirmiş və o, Nəsimiyə həmin narkotik vasitənin hamısını alacağına razılıq vermişdir. Həmin günü saat təxminən 14 radələrində onlar yenə “Stansiya Mingəçevir” adlanan yerdə görüşmüş, o, ora həmin qırmızı rəngli “VAZ-21011” markalı avtomobili ilə gəlmiş, həmin vaxt onun yanında Fazil, Əli və İsgəndər adlı tanışları olmuş, həmin şəxslər onunla bekar olduqları üçün, vaxt keçirmək üçün, maşında bir qədər gəzib hava almaq üçün getmiş, lakin həmin şəxslər onun kiminlə, nə üçün görüşəcəyini bilməmişlər. Həmin vaxt Nəsimi isə ora “VAZ-2102” markalı, ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmiş, onlar görüşdükdən sonra o, Nəsimiyə 1070 manat pul vermiş, Nəsimi isə ona narkotik vasitəni Mingəçevir şəhərindən alıb qayıdacağını bildirmişdir. O, həmin müddət ərzində Bərdə rayonuna gedəcəyini demiş, bundan sonra Bərdə rayonuna gedərək göz dərmanı alıb yenidən görüş yerinə qayıtmış, onlar orada görüşmüş və Nəsimi 4 ədəd iri bükümdən və kibrit qutusunun içərisində 4 ədəd xırda bükümdən ibarət, ümumilikdə 34 qram narkotik vasitəni ona vermişdir. Həmin bükümlər şəffaf rəngli sellofanlara bükülmüşdür. Daha sonra onlar ayrılmış və o, Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərinə çatmamış Gəncə şəhərinin girəcəyində, “Qala qapısı” adlanan yerin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimidən aldığı narkotik vasitə idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüşdür. Həmin vaxt birinci ifadəsində Nəsimini məsuliyyətdən qurtarmaq üçün o, özü həmin narkotik vasitəni yerdən tapdığını yalandan bildirmişdir. Həmin narkotik vasitəni o, özü istifadə etmək məqsədi ilə Nəsimidən almışdır. O, həmin narkotik vasitəni iynə vurmaq yolu ilə deyil, çəkmək yolu ilə qəbul etmiş, iynə vurmaq yolu ilə narkotik vasitəni qəbul etdikdə hər dəfəsində az miqdarda narkotik vasitə lazım olmuş, çəkmək yolu ilə qəbul etdikdə isə hər dəfəsində xeyli miqdarda narkotik vasitə tələb olunmuş və buna görə o, Nəsimidən hər dəfə külli miqdarda narkotik vasitə almışdır. Bundan əlavə o, tez-tez Nəsiminin yanına getmək istəməmiş və hər dəfə Nəsimidən 20-25 gün bəs edəcək qədər narkotik vasitə almasını fikirləşmişdir. Həmin narkotik vasitəni o, hissələrə bölməmiş, Nəsimi özü həmin narkotik vasitəni hissələrə bölmüş və ona hissələrə bölünmüş vəziyyətdə satmışdır. O, əldə edib saxladığı narkotik vasitə olan heroindən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş və belə bir məqsədi də olmamışdır. Onun narkotik vasitə olan heroini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. O, Nəsimi ilə görüşərkən və Nəsimidən narkotik vasitə alarkən avtomobilində olmuş Fazil, İsgəndər və Əliyə narkotik vasitə alması barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Kəpəz Rayon Polis X9 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx xxxxxx 2018-ci il tarixdə Gəncə şəhər sakini Şahid1 və Şahid2 ilə birlikdə mütəmadi olaraq narkotik vasitə əldə edib üzərlərində gəzdirmələri, qəbul etmələri, Şahid1 özünə məxsus avtomobilində və yaşadıqları evdə saxlamaları və onların narkotik vasitəni satmaları barədə əməliyyat məlumatı daxil olmuş, Fazil və Şahidin həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. O, həmçinin əməliyyat müvəkkili Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə Gəncə şəhəri ərazisində əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar. Saat təxminən 17:20 radələrində Şahid1 Gəncə şəhəri “Qala qapıları” adlanan yerdə ona məxsus VAZ-21011 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışlar. Həmin vaxt Şahid1 yanında Şahid2, sonradan adları ona məlum olan X5 və Şahid6 özlərini təqdim etmişlər. Şahid2 narkotik vasitələri qanunsuz mütəmadi olaraq əldə edib saxlamaqda, qəbul etməkdə, satmaqda, həmçinin Şahid1 özünə məxsus maşınında və evində narkotik vasitələrin saxlaması və satmasına görə şübhəli olduğunu bildirmiş və onlarla birlikdə Kəpəz RPİ-nə gəlmələrini xahiş etmişdir. Kəpəz RPİ-də Şahid2 şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı təmin edilmiş və Şahid2 üzərinə baxış keçirilərkən sağ ayağında olan corabın baş hissəsindən içərisində çəhrayı rəngli maye olan 1 ədəd şpiris aşkar olunmuşdur. Şahid2 həmin 1 ədəd şpirisin içərisində olan mayenin novakain qarışıqlı ağrıkəsici olmasını demiş və 2018-ci ilin noyabr ayının əvvəllərində bədənində ağrılar olduğu üçün aptekdən aldığını bildirmişdir. Həmin şpiris qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Şahid2 öz razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və oradan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə və tozsoranın içərisindən 30 ədəd 50 mq-lıq Tramadol həbləri, həmçinin 32 ədəd güclü təsiredici psixotrop maddə olan 300 mq-lıq “Pregabalin” həbləri aşkar olunaraq götürülmüşdür. Kəpəz RPİ-də Şahid1 şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah edildikdən sonra müdafiəçinin iştirakı təmin edilmiş və Şahid1 üzərinə, həmçinin onun razılığı ilə idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı avtomobilə və onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və Şahid1 üzərinə və evinə baxış keçirilərkən heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Şahid1 məxsus VAZ-21011 markalı avtomobilə baxış keçirilən zaman avtomaşının qabaq oturacaqlarının arasında olan kül qabının içərisində 1 ədəd kağız qutuda 4 ədəd iri büküm olmaqla, tünd sarı rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar olunaraq götürülmüş, bundan əlavə həmin külqabının içərisində olan kibrit qutusunda 4 ədəd xırda bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Avtomobildən aşkar olunan narkotik vasitələr qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Şahid1 aşkar olunan narkotik vasitənin heroin olmasını, həmin bükümlərdə olan narkotik vasitələri 5-6 gün əvvəl Gəncə şəhəri ərazisində yerləşən Alüminum zavodunun bağ ərazisində yerdən tapdığını, özü istifadə etmək üçün avtomobildə saxladığını və satmaq fikrində olmadığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan Şahid1 maşınında onunla birgə olan Şahid6 və X2 şübhəli şəxs qismində saxlanılmaları ilə bağlı hüquq və vəzifələrini izah edildikdən sonra onlar müdafiəçi ilə təmin edilmişlər və üzərlərinə baxış zamanı heç bir cinayət xarakterli əşya aşkar olunmadığından həmin şəxslər sərbəst buraxılmışlar. Şahid1 maşınından aşkar olunan narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı tərəflərindən araşdırılma aparılmış və əməliyyat tədbirləri davam etdirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı Şahid1 avtomobilindən aşkar olunan narkotik vasitəni Şahidin Mingəçevir sakini Təqsirləndirilən şəxs alması məlum olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdə Nəsimi saxlanılaraq dindirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, o, əsasən fərdi əməklə məşğul olaraq çörəkpulu qazanıb ailəsini dolandırmışdır. Şahid1 uzun müddətdir ki, tanımış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şahidi o, usta işləyən qohumları vasitəsi ilə tanımışdır. xx.xx.2018-ci il tarixdə, təxminən günorta saatlarında o, qardaşı uşağını 2 saylı məktəbə qoyduqdan sonra həmin məktəbin yanında təsədüfən Şahidlə görüşmüş, Şahid özünə məxsus “VAZ-21011” markalı, qırmızı rəngli, ** BK *** dövlət qeydiyyat nişanlı maşınla olmuş, onlar salamlaşdıqdan sonra Şahid ondan bekar olub-olmamasını soruşmuş və əgər bekardırsa onunla birlikdə Bərdə rayonuna getməyini təklif etmişdir. O da həmin vaxtı bekar olduğundan Şahidlə razılaşmış və onun maşınına minmişdir. Həmin vaxt Şahidin maşınında əvvəllər Şahidin tanışı kimi tanıdığı Fazil adlı şəxs olmuş, Şahid oradan “Əllərin kruqu” adlanan əraziyə maşını sürmüş və maşını orada nəyəsə görə saxlamışdır. Onlar bir qədər orada dayandıqdan sonra əvvəllər ümumiyyətlə tanımadığı, sonradan adının Əli olduğunu bildiyi şəxs gələrək Şahidlə görüşmüş, həmin şəxslər bir qədər söhbət etdikdən sonra həmin Əli adlı şəxs də maşına oturmuş və onlar birlikdə Bərdə rayonuna getməyə başlamışlar. Şahidin yanında qabaqda o əyləşmiş, Əli və Fazil isə arxada oturmuşlar. “Stansiya Mingəçevir” adlanan əraziyə çatarkən Şahid hansısa işinin olduğunu demiş, Mingəçevir şəhərinə gedən körpüyə qalxaraq körpünü keçib yolun kənarında dayanmış, həmin vaxt Şahid maşından düşərək kənarda dayanmış “Vaz-2102” markalı, ağ rəngli, nömrəsini bilmədiyi hansısa avtomobilə yaxınlaşmış və o, Şahidin orada nə etdiyinə fikir verməmişdir. Təxminən 1-2 dəqiqədən sonra Şahid yenidən maşına qayıtmış və onlar Bərdə rayonuna getməyə başlamışlar. Onlar Bərdə şəhərinə çatdıqdan sonra orada Şahid yenə maşından düşərək aptekə getmiş və təxminən 5 dəqiqədən sonra yenidən gəlib maşına minərək geriyə, Gəncə şəhərinə qayıtmağa başlamışlar. Gəncə şəhərinə gələrkən də, Şahid yenə “Stansiya Mingəçevir” adlanan ərazidə, əvvəlki görüşdüyü yerdə maşını saxlamış, yenə “Vaz-2102” markalı, ağ rəngli, nömrəsini bilmədiyi həminki avtomobilə yaxınlaşmış, həmin avtomobilin tanımadığı sürücüsü ilə bir qədər söhbət edib yenidən onların maşına qayıtmış və oradan Gəncə şəhərinə gəlməyə başlamışlar. Gəncə şəhərinə gələrkən isə Gəncə şəhərinin girəcəyində polis əməkdaşları onları saxlamış, polis əməkdaşları Şahidin və Fazilin narkotik vasitəni qeyri-qanuni saxlamaqda şübhəli olduqlarını bildirmiş, onları polis idarəsinə aparmışlar. Onun və Əlinin üzərinə polis idarəsində baxış keçirilmiş, lakin onların üzərindən heç bir cinayət xarakterli əşya aşkar edilməmiş və buna görə onlar sərbəst buraxılmışlar. Şahid1 idarə etdiyi “Vaz 21011” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilində, Şahid2 isə yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamaları ilə bağlı heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, lakin vəfat etməsi səbəbindən birinci instansiya məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 Şahid7 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Kəpəz RPİ-də, təhqiqatçı Asəf Musayev, idarənin digər polis əməkdaşları Şahid3, Şahid4 və Şahid5, həmçinin müdafiəçi X6 və mütəmadi olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda, və qəbul etməkdə şübhəli bilinərək saxlanılmış şəxs Şahid1 iştirakı ilə sonuncuya məxsus VAZ-21011 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı maşının qabaq oturacaqları arasında olan maşının kül qabı adlanan yerindən 1 ədəd siqaret qutusunun içərisində 4 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin 4 bükümdə tapılan narkotik narkotik vasitə olan heroinə bənzər kütlələr elektron çəkidə çəkilmiş, 1-ci büküm 4,26 qram, 2-ci büküm 10,13 qram, 3-cü büküm 10,08 qram və 4-cü büküm isə 10,84 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin yerdən 1 ədəd kibrit qutusunun içərisində olan 1 bükümdə narkotik vasitə olan heroinə bənzər, 3 ədəd ayrıayrılıqda gümüşü rəngli kağıza bükülmüş Şahid1 deməsinə görə limon duzu və 1 ədəd şpris aşkar olunaraq götürülmüşdür. Sonra kibrit qutusunun içərisində 1 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə elektron çəkidə ölçülmüş və çəkisinin 0,81 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlələr, həmçinin 3 ədəd ayrı-ayrılıqda gümüşü rəngli kağıza bükülmüş bükümlər qablaşdırılmaqla götürülmüşdür. (01 cild, iş vər. 99-113) Cinayət işi materiallarına əlavə edilmiş “Üzləşdirmə haqqında” xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilən zaman Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (02 cild, iş vər. 11-12) Cinayət işi materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılarkən, o, ifadəsində göstərdiklərini hadisə yerində də göstərərək bir daha təsdiq etmişdir. (02 cild, iş vər. 6467) Cinayət işi materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini hadisə yerində də göstərərək bir daha təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı binanın dəhlizində olan saxlanc yerində narkotik vasitə saxlaması ilə bağlı ifadəsinin yerində yoxlanılmasından imtina etmiş və narkotik vasitəni hissələrə bölmək üçün istifadə etdiyi tərəzi xarab olduğundan həmin tərəzini atdığı üçün istintaqa təqdim edə bilməyəcəyini bildirmişdir. (02 cild, iş vər. 173-175) Cinayət işi materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı nömrəyə 2018-ci ilin yanvar ayından etibarən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində digər təqsirləndirilən şəxs Şahid1 istifadəsində olmuş ***-*******, ***-******* və ***-******* saylı, həmçinin şəxsiyyəti istintaqa məlum olmayan Mahmud adlı şəxsin istifadəsində olmuş 00**********03 saylı mobil telefon nömrələrindən daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların götürülməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq daxil olmuş cavab məktubuna baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdək müxtəlif vaxtlarda və saatlarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-******* saylı nömrə və Mahmud adlı şəxsin istifadəsində olan 00**********03 saylı nömrəyə arasında çoxsaylı zənglər olmuşdur. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-******* saylı nömrə və Şahid1 istifadəsində olan ***-******* saylı nömrəyə arasında çoxsaylı zənglər olmuşdur ki, əsasən 2018-ci ilin noyabr ayının 22-də saat 14:44-də və 14:45-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-******* saylı nömrədən Şahid1 istifadəsində olan ********** saylı nömrəyə zəng edilmiş, həmin vaxt ***-******* saylı nömrə Yevlax dys anten dairəsində olmuş, ***-******* saylı nömrənin isə anten dairəsi müəyyən edilməmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdək Təqsirləndirilən şəxs istifadəsində olan ***-******* saylı nömrə və Şahid1 istifadəsində olan ********** saylı nömrə arasında çoxsaylı zənglər olmuşdur ki, əsasən 2018-ci ilin noyabr ayının 22-də saat 13:26-da Şahid1 istifadəsində olan ***-******* saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ******* saylı nömrəyə zəng edilmiş, saat 13:39-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-******* saylı nömrədən Şahid1 istifadəsində olan ***-******* saylı nömrəyə zəng edilmişdir ki, həmin vaxt ***-******* saylı nömrə Mingəçevir şəhər, Köçkünlərin yüksək mərətəbəli yaşayış kompleksinin anten dairəsində, ***-*******saylı nömrə Gəncə şəhəri Kəpəz rayonu, N.Nərimanov prospekti, Azturqaz müəssisəsi binasının şərq hissəsində anten dairəsində olmuşdur. Noyabr ayının 22-də saat 14:03-də ***-******* saylı nömrə ***-******* saylı nömrəyə zəng etmiş, həmin vaxt ***-******* saylı nömrənin anten dairəsi müəyyən edilməmişdir, ***-*******saylı nömrə Gəncə şəhəri Yevlax şosesi 15 anten dairəsində olmuşdur. Noyabr ayının 22-də saat 14:03-də ***-******* saylı nömrə ***-******* saylı nömrəyə zəng etmiş, həmin vaxt ***-******* saylı nömrə Yevlax dys anten dairəsində, ***-******* saylı nömrə Gəncə şəhəri H.Əliyev prospekti 121 anten dairəsində olmuşdur. Noyabr ayının 22-də saat 14:14-də ***-******* saylı nömrə ********** saylı nömrəyə zəng etmiş, həmin vaxt ***-******* saylı nömrə Yevlax dys anten dairəsində, ***-*******saylı nömrə Gəncə şəhəri Yevlax şosesi 15 anten dairəsində olmuşdur. Noyabr ayının 22-də saat 14:45-də ***-*******saylı nömrə ********** saylı nömrəyə zəng etmiş, həmin vaxt ***-******* saylı nömrə və ********** saylı nömrə Yevlax dys anten dairəsində olmuşdur. Noyabr ayının 22-də saat 15:27-də ***-******* saylı nömrə ***-******* saylı nömrəyə zəng etmiş, həmin vaxt ***-******* saylı nömrə Yevlax şəhəri, Arfa MMC anten dairəsində, ***-******* saylı nömrə Bərdə şəhəri, Nizami küçəsi 1 anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-******* saylı nömrə və Şahid1 istifadəsində olan ********** saylı nömrəyə arasında da 2018-ci ilin oktyabr ayının 11-ə qədər çoxsaylı zənglər olmuşdur. (İİ cild iş vərəq 220-221) Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, 504 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Şahid1......” sözləri olan kağız paketdəki dörd ədəd sellofan bükümdə və bir ədəd kibrit qutusunun içərisində üç ədəd “gümüşü” rəngli kağız bükümdə, bir ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri-5,34 qram, 9,87 qram, 9,84 qram, 3,91 qram, 0,035 qram, 0,047 qram, 0,059 qram, 0,526 qram, ümumi təmiz çəkisi-29,627 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Şahid1 əynində.......” sözləri olan kağız paketdəki, iki ədəd tamlığı pozulmuş, üzərində “Mydrax1%” əmtəə yazısı olan kauçuk flakonlardakı maye narkotik, psixotrop və güclü təsiredici maddələrə adi deyil. ( İ cild iş vərəq 148-156) Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli, 155 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (İİ cild iş vərəq 225) Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 4025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (İİ cild iş vərəq 70) Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 4544 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. (İİ cild iş vərəq 71) Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2018-ci il tarixli, 120-35916-1218 saylı məktubdan görünür ki, əməliyyataxtarış tədbirləri nəticəsində Şahid1 avtomoblindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini ünvan 1-da pasport qeydiyyatında olan Mingəçevir şəhəri H.Əliyev prospekti ev 10, mənzil 36-da yaşayan, xx.xx.1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs 1070 manat pul müqabilində alması müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2102 markalı 02 BG132 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə saxlanıldığından dindirilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinə təqdim olunmuşdur. ( İ cild iş vərəq 148-156) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş xx.xx.2019-cu il tarixli, 17/612408 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci tarixdə 14 saylı cəzaçəkmə müəssisəsində qeydiyyata götürülmüş və Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarına əsasən, xx.xx.2016-cı il tarixdə həmin müəssisədən azad edilmişdir. Həmin müddətdə 14 saylı cəzaçəkmə müəssisəsində Mahmud adlı İran İslam Respublikasının vətəndaşı qeydiyyatdan keçməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, müstəntiq Rauf Atakişiyevin təqsirləndirilən şəxs Şahid1 avtomobilindən götürülmüş narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə vermiş olduğu əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şahid1 avtomobilində aşkar olunan narkotik vasitələri ünvan 1-da pasport qeydiyyatında olan Mingəçevir şəhəri H.Əliyev prospekti ev 10, mənzil 36-da yaşayan, xx.xx.1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs 1070 manata almışdır. Ona görə də xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq dindirilməsi üçün Gəncə şəhər BPİ-nin İTİ-nə təqdim olunmuşdur. Əməliyyat axtarış tədbirləri müstəntiqin vermiş olduğu əməliyyat tapşırığı əsasında həyata keçirildiyi üçün Təqsirləndirilən şəxs barəsində Kəpəz RPİ tərəfindən əməliyyat işi açılmamışdır. İş Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2009-cu il təvəllüdlü 1 azyaşlı övladı vardır. (İİ cild iş vərəq 178-179) Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 3712 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, ünvan 4 ünvanında ailəsi ilə birlikdə məskunlaşmışdır. (İİ cild iş vərəq 180-181) Cinayət işinin materiallarına əlavə edilmiş Dövlətqaçqınkomun Mingəçevir şəhər nümayəndəsi və Ağdam rayon səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2018ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İİ cild iş vərəqi 182) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Məmmədov X4 şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2009cu il tarixdən hessablanmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. (İİ cild iş vərəq 103-105) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apelyаsiyа şikаyətindən göründüyü kimi Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, işinə ədalətli baxılmasını, yəni X17 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-3/2020 saylı hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, həmçinin istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 29,627 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2018-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitə olan heroini ayrıayrılıqda təmiz çəkiləri 5,34 qram, 9,87 qram, 9,84 qram, 3,91 qram, 0,035 qram, 0,047 qram, 0,059 qram, 0,526 qram olmaqla səkkiz ədəd büküm şəklində qablaşdırmaqla Yevlax rayonu “Stansiya Mingəçevir” adlanan ərazidə 1070 manat pulun müqabilində tanışı Gəncə şəhər sakini Şahid1 satmış, sonuncu həmin narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib satış məqsədi ilə idarə etdiyi “VAZ21011” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində daşımaqla saxlamış, həmin tarixdə saat 17 radələrində Gəncə şəhər Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri “Qala Qapıları” adlanan yerdə saxlanılıb Gəncə şəhər Kəpəz rayon polis idarəsinə gətirilib avtomobilinə baxış keçirilən zaman qabaq oturacaqlar arasındakı külqabının içərisindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı ilə heç bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı dindirilərkən verdiyi ifadəsi, onun Şahid1 ilə üzləşdirilməsi zamanı hər iki şəxsin qeyd etdikləri, ifadənin yerində yoxlanması zamanı həm təqsirləndirilən şəxsin, həm də Şahid1 bildirdikləri, o cümlədən cinayət işinin materiallarında olan digər sənədlər və sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsaslı olduğunu, ona qarşı irəli sürülən ittihamın konkret sübutlara söykəndiyini, ittihamın subyektiv fikir və fərziyələrə əsaslanmadığını, istintaqın əldə etdiyi sübutların işin faktiki halları ilə üst-üstə düşməklə onların məntiqi ardıcıllıqla bir-birini tamamladığını təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında həm barəsində Gəncə şəhəri Kəpəz rayon məhkəməsində həbs qətimkan tədbiri seçilərkən, həm də X16 Məhkəməsində Şahid1 təqsirləndirildiyi cinayət işi üzrə şahid qismində dindirilərkən verdiyi ifadələrinin təhrif olunduğunu, onun heç vaxt Şahid1 narkotik vasitə satmadığını bildirməklə özünün təqsirsizliyini bir-biri ilə heç bir bağlılığı olmayan, müstəqil məhkəmələrin qərəzliliyinin nəticəsi kimi göstərməklə məhkəmələrin güya qəsdən onu ittiham edən qərarlar qəbul etdiyinə məhkəmə tərkibini inandırmağa çalışmışdır ki, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan, o cümlədən işin faktiki halları ilə üst-üstə düşən sübutlar məhz onun tərəfindən qeyd edilən narkotik vasitənin Şahid1 satıldığını təsdiq edir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Ona görə də məhkəmə kollegiyası onun ibtidai istintaq zamanı qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşdüyünü və cinayət işində olan digər sübutlarla birbirini tamamladığını əsas götürərək ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Eyni zamanda məhkəmə kollegiyası Şahid1 özünün də təqsirləndirildiyi cinayət işi üzrə təqsirləndirilən şəxs olmaqla istənilən formada ifadə vermə sərbəstliyinə malik olması hüququnu bilməsi fonunda Təqsirləndirilən şəxs məsuliyyətdən azad etməyə yönələn ifadəsini qeyri-səmimi və işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qəbul edir, ona görə Şahid1 öz işi üzrə məhkəmədə dindirilərkən hər bir şeyi ittihamda göstərilən qaydada etiraf etməklə vermiş olduğu və hazırkı iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eynilik təşkil edən ifadəsini əsaslı sayaraq, onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə üzləşdirilərkən verdiyi ifadəsini əsas götürür və hazırda Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadəni qoyur. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir aşyazlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Apellyasiya Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (uzunmüddətli) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-90/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-90/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver