Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-91/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, Vaqif küçəsi 15 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxxxx 2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1- ci maddəsinə tövsif edilməsi, onun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71,94 manatın ondan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,116 qram narkotik vasitə olan heroinin məhv edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs naməlum mənbədən, ümumilikdə təmiz çəkiləri 1,256 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 07 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,259 qram, 0,182 qram, 0,106 qram, 0,099 qram, 0,135 qram, 0,237 qram və 0,238 qram olmaqla ayıraraq satış məqsədilə qanunsuz olaraq üzərində saxlayıb gəzdirmiş, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində Ağdaş RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri, 20 yanvar küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti cəzasının yüngül cəza növü ilə əvəzləşdirilməsi xahişi ilə əsaslandırılmışdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ona qarşı irəli sürülən cinayət əməllərində özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs bildirmişdir ki, mən nənəmgildə yatmışdım, bu zaman polis əməkdaşları dayımı apardılar. Mən yuxudan ayılanda məni də polis şöbəsinə apardılar. Polis şöbəsinin növbətçi hissəsində əllərim yuxarıda qandallanmış şəkildə olanda Nabir Əzəmmədov cibimə əl atıb “bu nədir” deyə soruşdu. Mən də pul olduğunu bildirdim. Nabir Əzəmmədov “birdən başqa şey olar” dedi. Nabir Əzəmmədov cibimə narkotik vasitə qoydu. Həmin qutunun üzərində olan barmaq izlərinin ekspert tərəfindən yoxlanılmasını desəm də, bunu yoxlamadılar. Araq içənəm, narkotiklə işim yoxdur. Narkotiki satdığımı təsdiq edən şahid yoxdur. İşdə olan şahidlər məni alkoqol aludəçisi kimi tanıyırlar, narkotiki satan kimi yox. Üzümə də heç kim durmayıb. Ərizə yazan vətəndaşlar da məhkəməyə gəlib ifadələrində məni içki qəbul edən şəxs kimi tanıdıqlarını göstəriblər. Mənim təqsirli olmağıma dair heç bir sübut yoxdur, narkotik vasitəni mənim cibimə qoydular. Ona görə də düzgün qərar qəbul edilməsini xahiş edirəm. Bundan başqa, o verilən suallara cavab olaraq demişdir: Polis şöbəsində mənə hər hansı zor tətbiq edilməyib. Nənəmgildən məni səhər saat 11-12 arası apardılar. Üzərimdə axtarış keçiriləndə hal şahidləri var idi. Onlardan biri də narkotikin cibimdən çıxdığını görmədiyini, onun stolun üstündə gördüyünü dedi. Ona nə etmişdilərsə, nəticədə həmin şəxs narkotikin cibimdən çıxdığını göstərdi. Mən olanlara etirazımı bildirdim. Üzərimdən narkotik vasitə çıxmayıb. Ekspertizanın rəyində də göstəririr ki, mən narkotik vasitələrdən istifadə etmirəm. Videoçəkiliş olmayıb. Hal şahidlərini və vəkilimi narkotiki cibimə qoyduqdan sonra gətirdilər. Növbətçi hissədə saxlanıldığım zaman vəkil olmayıb. Nənəmgildə yatdığım zaman dayımı polis şöbəsinə apardılar. Məni də oraya aparanda dayımın polis şöbəsində olduğunu bildim. Şahid1 və Şahid2 məhkəmə iclasında ifadə verərkən adımı çəkmədiklərini, məni içki düşkünü kimi tanıdıqlarını, narkotik vasitə satmağım barədə heç bir məlumatlarının olmadığını bildirdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hesab edirəm ki, həmin hökm əsassız və qanunsuzdur. Belə ki, müdafiə etdiyim şəxs Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmir, onları satmır. Buna baxmayaraq, apelyasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hesab edirəm ki, müdafiə etdiyim şəxsə həddindən artıq sərt cəza təyin edilmişdir, onun təqsirli bilindiyi maddənin sanksiyasında alternativ cəza növləri də nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəzanın təyin edilməsi onun islah olunmasına, cəzanın məqsədlərinə və humanizm prinsipinə uyğundur. Cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona daha yüngül cəza təyin edilə bilər. Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək Məlik Vəzirova həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli olması şahidlərin ifadələri, ekspert rəyləri, baxış protokolları ilə kifayət qədər sübuta yetirilmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, Təqsirləndirilən şəxs nə dayısının evinə, nə də onun üzərinə baxış keçirilməsində iştirak etməmişəm, sadəcə onu şöbədə görmüşəm. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi sənədləşdirilmişdir. Əvvəllər Təqsirləndirilən şəxs alkoqol aludəçisi kimi tanınsa da, amma son vaxtlar dayısının təsiri altında narkotik vasitələri qəbul etməyə və satmağa başlamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparıldıqda iştirak etməmişəm. Təqsirləndirilən şəxs polis şöbəsində təsir-təzyiq olmayıb. Polis şöbəsində hər yerdə kamera var. Həmin kameraları bizdən başqa Daxili İşlər Nazirliyi də müşahidə edir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxxxxxx 2019-cu ildə Ağdaş Rayon Prokurorluğuna Ağdaş rayon sakinləri tərəfindən Gəray, Vəzir və adları qeyd edilən digər şəxslərin onların yaşadıqları küçədə narkotik vasitələr satmaqla vətəndaşları zəhərləmələri barədə məlumat daxil olduğunu və həmin məlumatın araşdırılması üçün Ağdaş RPŞ-ya göndərildiyini, Ağdaş şəhəri, 20 yanvar küçəsi, ev 78-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və satması barədə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2019cu il tarixdə tərəfindən müvafiq sənədləşmələrin aparıldığını, həmçinin də məhkəmənin qərarı alınaraq həmin gün, saat 10 radələrində Ağdaş şəhəri, 20 yanvar küçəsinə Gəray Əliyevin yaşadığı ünvana getdiklərini, Təqsirləndirilən şəxs evlərinə çatanda, Təqsirləndirilən şəxs küçədə Gərayla birlikdə dəyandığını gördüyünü, onları görən kimi Gəray və Vəzirin qaçmaq istədiklərini, dərhal avtomaşından düşüb onları yaxalayıb üzərilərində narkotik vasitələrin saxlaması və satması barədə məlumat olduğunu bildirdiyini, avtomaşına əyləşdirib polis şöbəsinə gətirdiklərini, polis şöbəsində iki hal şahidi və vəkilin iştirakı ilə əvvəl Gərayın üzərində şəxsi axtarış keçirdiklərini, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilən zaman onun əynində olan idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunun, gödəkçənin sol cibindən ona məxsus pul əsginaslarının, idman şalvarının sol cibindən isə yenə ona məxsus pul əsginaslarının və yumru formada olan plastik qutunun aşkar olunduğunu, həmin qutu açıldıqda içərisində 07 ədəd kağız bükümün aşkar olunduğunu, kağız bükümlər açıldıqda onların içərisindən qəhvəyi rəngli, toz və kristal halda olan maddənin aşkar olunduğunu, həmin bükümlərin elektron tərəzidə çəkildiyini, gödəkçəsinin cibindən aşkar olunmuş pul əsginaslarının sayıldığını, gödəkçənin cibində 07 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq pul əsginasının olmasının məlum olduğunu, idman şalvarının cibindən çıxan pul əsginaslarının sayıldıqda orada 02 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginaslarının olmasının məlum olduğunu, Təqsirləndirilən şəxs üzərindən başqa heç nəyin aşkar olunmadığını, Təqsirləndirilən şəxs ifadəsində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik maddələrin ona məxsus olmadığını, həmin narkotik maddələri polis avtomobilində kiminsə onun cibinə qoyduğunu, lakin kimin qoymasını bilmədiyini bildirməsi barədə Təqsirləndirilən şəxs yalan danışdığını, onun cibinə heç kəsin narkotik vasitə qoymadığını, əvvəllər Təqsirləndirilən şəxs tanıdığını və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Ağdaş RPŞ-da məlumat olduğunu, lakin həmin məlumatı realizə edə bilmədiklərini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid6 və Şahid7 da məhkəmə iclasında Şahid8 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxxxxx 2019-cu il tarixdə qonşuları Nəzakət və Şöhrətlə birlikdə küçələrində narkotik satan şəxslər barədə tədbir görülməsini xahiş etmək üçün Ağdaş Rayon Prokurorluğuna gəldiklərini, lakin özlərinin ərizə yazmadıqlarını, yazılmış ərizəyə imza etdiklərini, konkret olaraq heç kimin adını çəkmədiklərini, Təqsirləndirilən şəxs spirtli içki düşkünü kimi tanıdığını, lakin onun narkotik vasitə satması barədə heç bir məlumatının olmadığını və bu barədə heç kimdən heç nə eşitmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid1 və Şahid2 məhkəmə iclasında Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs spirtli içki düşkünü kimi tanıdıqlarını, lakin onun narkotik vasitə satması barədə heç bir məlumatlarını olmadığını və bu barədə heç kimdən heç nə eşitmədiklərini bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxxxxx 2019-cu il tarixdə, saat 10:50 radələrində Ağdaş RPŞ-nın qarşısından keçdiyini, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona polis şöbəsində bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini bildirdiklərini, həmin baxışda hal şahidi kimi iştirak etməyini təklif etdiklərini, könüllü olaraq razılaşdığını və sonra polis şöbəsinə daxil olduğunu, eyni zamanda ondan başqa bir nəfər şəxsin də hal şahidi kimi dəvət edildiyini, polis şöbəsinin növbətçi hissəsində sonradan adını bildiyi Vəzir adlı şəxsin üzərinə hal şahidi kimi onların iştirakı ilə baxış keçirilməyə başlandığını, Vəzir adlı şəxsin üzərində şəxsi axtarış zamanı əynində olan idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunun, gödəkçənin sol cibindən ona məxsus pul əsginaslarının, idman şalvarının sol cibindən isə yenə ona məxsus pul əsginaslarının və yumru formada olan plastik qutunun aşkar olunduğunu, həmin qutu açıldıqda içərisində 07 ədəd kağız bükümünün aşkar olunduğunu, kağız bükümlər açıldıqda onların içərisindən qəhvəyi rəngli, toz və kristal halda olan maddənin aşkar olunduğunu, Vəzirin gödəkçəsinin cibindən aşkar olunmuş pul əskinaslarının sayıldığını, gödəkçənin cibində 07 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq pul əsginasının olmasının məlum olduğunu, idman şalvarının cibindən çıxan pul əsginaslarının da sayıldıqda orada 02 ədəd 10 manatllıq, 02 ədəd 5 manatlıq və 03 ədəd 1 manatlıq pul əsginaslarının olmasının məlum olduğunu, Vəzirin üstündən aşkar edilmiş maddələrin ona məxsus olmadığını və kimsə tərəfindən cibinə qoyulduğunu bildirdiyini göstərdi. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid5 Nizam oğlu məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Bunlardan əlavə, cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 527 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 07 ədəd büküm” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 07 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,259 qr, 0,182 qr, 0,106 qr, 0,099 qr, 0,135 qr, 0,237 qr, 0,238 qr,ümumi təmiz çəkisi 1,256 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş 07 ədəd bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Cinayət işnin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 880 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Məhkəmə kollegiyası belə nəticəyə gələrkən şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu ildə şübhəli şəxs qismində, xx xxxxxxxx 2019-cu ildə isə təqsirləndirilən şəxs qismində (i. v. 43, 72-73) verdiyi ifadəsində məhkəmə iclasında olduğu kimi təqsirli olmadığını bildirərərək narkotik vasitənin onun cibinə qoyulduğunu demişdir. Məhkəmə kollegiyasının iclasında isə bildirmişdir ki, Nabir Əzəmmədov cibimə narkotik vasitə qoymuşdur. Təqsirləndirilən şəxsin bu dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, materiallarında olan xx.xx.2019-cu il tarixli kollektiv ərizədən görünür ki, Ağdaş şəhəri, Vaqif küçəsində yaşayan Şahid2, Şahid1 və Şahid3 Ağdaş rayon prokuroruna ərizə (i. v. 07) ilə müraciət edərək bildirmişlər ki, yaşadıqları küçədə Ərəstun, onun oğlanları Nazir, İbo, Vəzir, Azad, eləcə də Gəray, Loğman, Roman, Sədinin oğlu Niyaməddin və Pərviz adlı şəxslər narkotik vasitələrin satışı ilə məşğul olurlar. Bizim cavan balalarımızı zəhərləyərək gələcəyimizi məhv edirlər. Ona görə də adlarını qeyd etdiyimiz şəxslərin əməliyyat tədbirləri qurularaq barələrində cinayət işinin qaldırılmasını xahiş edirik. Bundan başqa, kollektiv ərizə əsasında xx.xx.2019-cu ildə Ağdaş RPŞ-nın CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8 tərəfindən Ağdaş RPŞ-nın rəis vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Nabir Əzəmmədova ünvanladığı raportdan (i. v. 8) görünür ki, Ağdaş şəhəri, Vaqif küçəsi, 15-də yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə üzərində saxlaması və satması barədə rayon polis şöbəsinə əməliyyat məlumatları, eləcə də rayon prokuroruluğunun xx.xx.2019-cu ik tarixli 223Ş-19 nömrəli məktubu ilə Ağdaş rayon sakinlərinin müraciətləri daxil olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə onun üzərində axtarış keçirilməsinə icazə verilmsi xahiş edilmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (i. v. 26) görünür ki, Təqsirləndirilən şəxs üzərində 01 ədəd siqaret qutusunun, gödəkçənin sol cibindən isə ona məxsus pul əsginaslarının, idman şalvarının sol cibindən isə yenə ona məxsus pul əsginaslarının və yumru formada olan plastik qutunun aşkar olunduğunu, həmin qutu açıldıqda isə içərisində 07 ədəd kağız bükümün aşkar olunduğunu, kağız bükümləri açıldıqda onların içərisindən qəhvəyi rəngli, toz və kristal halda olan maddə aşkar olunduğunu, gödəkçənin cibindən aşkar olunmuş pul əsginaslarının sayıldığını, gödəkçənin cibində 07 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq pul əsginasının olduğunun müəyyən olunduğunu, idman şalvarının cibindən çıxan pul əsginasları sayıldıqda orada 02 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 03 ədəd 1 manatlıq pul əsginasları olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid8, Şahid6 və Şahid7 Ağdaş şəhəri, 20 yanvar küçəsi, ev 78-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və satması barədə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində həmin Gəray Əliyevin yaşadığı ünvana getdiklərini, Təqsirləndirilən şəxs evlərinə çatanda, Təqsirləndirilən şəxs küçədə Gərayla birlikdə dəyandığını gördüklərini, onları görən kimi Gəray və Vəzirin qaçmaq istədiklərini, dərhal avtomaşından düşüb onları yaxalayıb üzərilərində narkotik vasitələrin saxlaması və satması barədə məlumat olduğunu bildirdiklərini, ..Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, ...yumru formada olan plastik qutunun aşkar olunduğunu, həmin qutu açıldıqda içərisində 07 ədəd kağız bükümün aşkar olunduğunu, kağız bükümlər açıldıqda onların içərisindən qəhvəyi rəngli, toz və kristal halda olan maddənin aşkar olunduğunu, həmin bükümlərin elektron tərəzidə çəkildiyini, ...Təqsirləndirilən şəxs üzərindən başqa heç nəyin aşkar olunmadığını, Təqsirləndirilən şəxs ifadəsində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik maddələrin ona məxsus olmadığını, həmin narkotik maddələri polis avtomobilində kiminsə onun cibinə qoyduğunu, lakin kimin qoymasını bilmədiyini bildirməsi barədə Təqsirləndirilən şəxs yalan danışdığını, onun cibinə heç kəsin narkotik vasitə qoymadığını, əvvəllər Təqsirləndirilən şəxs tanıdığını və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Ağdaş RPŞ-da məlumat olduğunu, lakin həmin məlumatı realizə edə bilmədiklərini göstərmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Nabir Əzəmmədov isə bildirmişdir ki, Təqsirləndirilən şəxs nə dayısının evinə, nə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etməmişəm, sadəcə onu şöbədə görmüşəm. ...Əvvəllər Təqsirləndirilən şəxs alkoqol aludəçisi kimi tanınsa da, amma son vaxtlar dayısının təsiri altında narkotik vasitələri qəbul etməyə və satmağa başlamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparıldıqda iştirak etməmişəm. Digər Şahid4 da birinci instansiya məhkəməsində ifadə verərkən bildirmişdir ki, ...Vəzir adlı şəxsin üzərinə hal şahidi kimi onların iştirakı ilə baxış keçirilməyə başlandığını, Vəzir adlı şəxsin üzərində şəxsi axtarış zamanı əynində olan idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunun, ...və yumru formada olan plastik qutunun aşkar olunduğunu, həmin qutu açıldıqda içərisində 07 ədəd kağız bükümünün aşkar olunduğunu, kağız bükümlər açıldıqda onların içərisindən qəhvəyi rəngli, toz və kristal halda olan maddənin aşkar olunduğunu... bildirmişdir. Bundan başqa, iş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirmiş, narkotik və xuliqanlıq üstündə məhkumluq həyatı keçirmiş, dəfələrlə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, Vaqif küçəsi və eləcə də qonşu küçələrin sakinlərini hörmətini qazanmamışdır. Bundan başqa, iş materillarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl X7 İ̇şlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarı ilə həmin cəza 1 ilə endirilmiş, xx xxxxxx 2002-ci ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti sınaq müddəti tətbiq edilmişdir. Ağdaş Rayon Məhkəməsi xx xxxxx 2014-cü il tarixli hökmü ilə CM-in 315.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70ci maddəsinə əsasən həmin cəza 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Ağdaş Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə CM-in 128-ci maddəsi ilə barəsində olan cinayət işinə CPM-in 40.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona israr olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır, onun irəli sürdüyü xüsusatların heç bir sübutla təsdiq olunmayan mülahizələridir. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında özünün bu cinayətdə təqsirsiz olmasını bildirsə də, apelyasiya şikayətində göstərmişdir ki, ona təyin olunmuş cəza daha yüngül cəza növü ilə əvəz edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində naməlum mənbədən, ümumilikdə təmiz çəkiləri 1,256 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 07 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,259 qram, 0,182 qram, 0,106 qram, 0,099 qram, 0,135 qram, 0,237 qram və 0,238 qram olmaqla ayıraraq satış məqsədilə qanunsuz olaraq üzərində saxlayıb gəzdirmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İ siyahısının 5-ci bəndinə əsasən heroin narkotik vasitədir və onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təqsirləndirilən şəxs cinayəti 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 1,256 qram olmaqla, 7 bükümdə) hesab olunan narkotik vasitə heroindən istifadə etməklə törəməsi, törətdiyi cinayətin ictimai təhlükəliliyi, əməlin cəmiyyət üçün hər zaman xüsusi təhlükəli əməl kimi qalması belə qənaətə gəlməyə əsas verir ki, CM-in ədalət prinsipi baxımından ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsşəxsiyyətini, məhkumluğu olmasa da bundan əvvəllər də bir neçə dəfə cinayət törədərək məhkum olunmasını, o cümlədən bir dəfə CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsi, cəzаnı yüngülləşdirən hаllаrın olmaması, yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə tüfeyli həyat tərzi keçirən, haqqında dəfələrlə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat verilən, yaşadığı və qonşu küçələrin sakinlərinin hörmətini qazanmayan bir şəxs kimi səciyyələndirilməsini,hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi cəzanın islah təsiri baxımından mütənasib deyil. Ona görə də apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət - Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəmməhkumlar,həmdəbaşqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-91/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-91/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver