Məhkəmə qərarları › İş №1(107)-91/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-91/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-91/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri X4 və X7 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Hüseynov (sədrlik edən), N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1995-ci ildə X5 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonunun Qaraoğlan kəndində pasport qeydiyyatında olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi, CM-in 234.2-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsi, CM-in 234.2ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaqla qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun şübhəli şəxs kimi saxlandığı müddətin həmin cəzaya hesablanaraq çıxılması, üzərində qəti olaraq dörd il beş ay iyirmi səkkiz gün cəzanın saxlanılması, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci ildən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. xx xxxx 1992-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonunun Qaraoğlan kəndində pasport qeydiyyatında olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vemə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalından həbs edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi xx xxxxxx 2020-ci ildən hesablanması, həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, ekspertiza xərci olan 107,91 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 53,95 manatın tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan xalis çəkisi 5 kiloqram 613,46 qram çəkidə 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 7,30 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi və 3 (üç) ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 2020-ci ilin aprel ayının 10-da Bərdə X8 X1 4 saylı meşə dolayısında yerləşən 0,04 ha ölçüdə meşə fondu torpaqlarına aid ərazidə məlum olmayan mənbədən əldə etdiyi 22 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkisinin toxumlarını həmin gün qanunsuz olaraq əkib külli miqdarda yəni, 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə bitkilərini yetişdirərək kultivasiya etmiş, həmin çətənə bitkilərinin yarpaqlarından xx xxxx 2020-ci ildə satış məqsədi ilə toplayıb qurutmaqla əldə etdiyi cəmi - 7,34 qram narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlayıb gəzdirməklə tanışı Təqsirləndirilən şəxs2 satmışdır. Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci ildə, saat 18:30-da Təqsirləndirilən şəxs2 üzərində video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində «ARGO» markalı siqaret qutusunda cəmi – 7,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün saat 19:55-də Təqsirləndirilən şəxs1 Bərdə X8 X1 4 saylı meşə dolayısında yerləşən meşə fondu torpaqlarına aid ərazidə kultivasiya etdiyi küli miqdarda cəmi-22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri də aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci ildə saat 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 Yevlax rayonu Qaraoğlan kəndində sonuncunun yaşadığ evin həyətində özü istifadə etmək üçün qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi - 7,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib özündə saxlamış, xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs2 Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Yevlax rayonunun Qaraoğlan kəndinin ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilərək saat 18:30 radələrində video çəkiliş tətbiq edilməklə üstündə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən əynindəki hərbi şalvarın sol yan cibindən «ARGO» markalı siqaret qutusunun içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 7,34 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini və Təqsirləndirilən şəxs1 CM-in 188.1, 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməklə cinayətlərin məcmusu üzrə cinayət qanunvericliyinin tələblərinə uyğun olaraq ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində başqasına narkotik vasitə satmadığını və ailə vəziyyətinin nəzərə alınaraq ona köməklik edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində özünü təqsirli hesab etmirəm. Yazıb oxuya bilmədiyimdən ibtidai istintaqda sənədlərə zor tətbiq gösətərildiyindən qol çəkmişəm. Polis şöbəsində mənə təzyiqlər göstərib məni qorxudublar. Ona görə də işimə düzgün və obyektiv baxılaraq qərar qəbul edilməsini xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, mən özümü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmirəm. Mən narkotik vasitəni satmamışam. Təqsirləndirilən şəxs2 mənim uşaqlıq dostumdur. Bir küçədə böyümüşük. Narkotik vasitəni öz bağımızda əkmişəm. Təqsirləndirilən şəxs2 da ondan istifadə edirdi. Kür çayında çimməyə gedəndə ona narkotik çəkmək üçün bizim bağa getməyi təklif etdim. Rəşad da mənimlə razılaşdı və biz bağa getdik. Orada oturub nəşə çəkdik. Nəşəni çəkib qurtarandan sonra çimməyə getdik. Həmin vaxt nəşə yadımdan çıxıb yerdə qalmışdı. Rəşad da arxamca gəlirdi. Aramızda təxminən 10-15 metr məsafə var idi. Mən ona dedim ki, nəşə yerdə qalıb, onu götür gəl. Rəşad da narkotiki götürəndə polis əməkdaşları bizi tutdular. Rəşad narkotikin yerdə qalan hissəsini mənə verə bilmədi. Çayın qırağı ilə bağımız arasında təxminən 100 metr məsafə olar. Nəşə Rəşadın üstündə olduğuna görə mənə qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürüldü. CM-in 188.1-ci maddəsinə gəlincə, həmin torpaq sahəsi 20-30 ildir ki, bizim ailəmizə məxsusdur. Əlimizdə sənəd olmadığına görə, mənə CM-in 188.1-ci maddəsini də yazdılar. Bundan başqa, o, verilən suallara cavab olaraq demişdir ki, həmin torpaq sahəsinə dair əlimizdə mülkiyyət sənədi yoxdur. Həmin torpaq sahəsində narkotik bitkilərini əkib sulamışam. Narkotik vasitəni Rəşada verməmişəm, sadəcə onunla birlikdə çəkmişik. Büküm yerdə qaldığına görə onu Rəşad götürdü. Heç bir satış olmayıb, mən buna görə Rəşaddan pul və ya hər hansı bir şey də almamışam. Heç aramızda pul söhbəti olmayıb. Rəşadla telefon danışıqlarımız da olmayıb, çünki bizim telefonumuz yoxdur. Üstümdə narkotik vasitə aşkar edilməmişdir. Bir gün qabaq bağımızda əkdiyim narkotikdən bir hissəsini götürmüşdüm. Səhəri gün Rəşadla ot yığdıqdan sonra qərara gəldik ki, Kür çayına çimməyə gedək, lakin orada uşaqlar olduğuna görə nəşəni bizim bağda çəkdik. Narkotik vasitə mənim olsa da, üzərimdə aşkar edilməyib. Mən Təqsirləndirilən şəxs2 narkotik satmamışam, bağışlamamışam, hər hansı məqsədlə, nəyinsə əvəzinə verməmişəm, biz ondan ancaq birlikdə istifadə etmişik. Bundan əvvəl də, Təqsirləndirilən şəxs2la birlikdə narkotikdən istitadə etmişdik. Hardasa 4-5 ildir ki, narkotikdən istifadə edirəm. Təqsirləndirilən şəxs1 son sözundə də bildirmişdir ki, narkotiki satmaq fikrim, niyyətim olmayıb. Özümü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmirəm. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, mənə elan edilmiş ittiham üzrə özümü tam təqsirli hesab edirəm. Ona görə də mənə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edirəm. Bundan başqa, o, verilən suallara cavab olaraq demişdir ki, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edirəm. Mən də təxminən 4-5 ildir ki, narkotikdən istifadə edirəm. Polislər məni döydülər, ayaqlarımın altına vurdular, ona görə də gözlərim şişdi. Sonra şiş getdi. Lakin məhkəməyə döyülməyim barədə heç nə deməmişəm, çünki bilməmişəm, başa düşməmişəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri əsassız, ifadələri isə müdafiə xarakterli olduğundan onların təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Ruslan Salahov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyi CM-in 237.2.3-cü maddəsi ilə aşağı həddə cəza təyin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Musa Sarıyev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Təqsirləndirilən şəxs2 bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya protesti və Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməli və iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə, saat 19:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onu keçiriləcək tədbirdə aqronom-mütəxəssis qismində iştirak etmək üçün Yevlax rayonunun Qaraoğlan kəndində yaşayan Təqsirləndirilən şəxs1 zəbt etdiyi Qaraoğlan Meşəbəyliyinə aid olması ehtimal edilən torpaq sahəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 zəbt etdiyi böyürtkən kollarının arasında yerləşən, 10:4 nisbətində kollardan təmizlənmiş 0,04 ha əraziyə video çəkiliş tətbiq etməklə baxış keçirmişlər. Baxış zamanı böyürtkən kollarının arasında yerləşən 0.04 ha ərazidən 22 ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri bellənib yumşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmiş, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş ləkdə sıra ilə əkilmiş hündürlükləri 1,40-1,80 metr olan narkotik xassəli çətənə (kannabis) bikiləri aşkar olunmuşdur. Bitkiləri nəzərdən keçirərkən həmin bitkilərin xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmasını müəyyən etmişdir. Baxış keçirilən müddətdə bitkilərə dair müvafiq rəy yazıb təhqiqatçıya təqdim etmişdir. Polis əməkdaşları həmin 22 (iyirmi iki) ədəd çətənə bitkilərini torpaqdan kökündən çıxardıqdan sonra isə həmin bitkiləri iki ədəd ağ rəngli sintetik kisələrə qablaşdırıb möhürləyərək götürmüşlər. Tədbirin keçirilməsi barədə protokol təhqiqatçı tərəfindən tərtib edilmiş, o, da digər iştirakçılarla birlikdə qablaşdırılmış kisələrə bərkidilmiş zərfləri və tərtib edilən protokolu imza etmişdir. Bundan başqa orada Təqsirləndirilən şəxs1 həmin bitkilərin yarpaqlarından toplayıb qurutmaqla əldə etdiyi və Təqsirləndirilən şəxs2 təmənnasız olaraq verdiyi 7 qramdan çox narkotik vasitə - qurudulmuş marixuana da onlar sahəyə baxış keçirməyə gəlməzdən əvvəl Təqsirləndirilən şəxs2 üstündə video çəkilişlə axtarış aparılan zaman aşkar edilərək götürülməsi ona məlum olmuş, lakin, əvvəlki proseslərdə bilavasitə iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, 2020-ci il iyunun 23-də, saat 18 radələrində Təqsirləndirilən şəxs1 zəbt ediyi torpaq sahəsində narkotik xassəli çətənə bitkilərini əkibbecərməsi, üzərində narkotik vasitə gəzdirməklə saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında X11 X2 Meşəbəyliyinə aid torpaq sahəsində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat zamanı 22 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin çətənə kollarını özü əkdiyini, aqrotexniki qaydada qulluq göstərdiyini etiraf etmişdir. Ondan əvvəl isə həmin gün saat 18 radələrində yaşadıqları Yevlax rayonunun Qaraoğlan kəndində şübhəli davranışlarına görə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon polis şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman əynindəki hərbi şalvarın sol yan cibindən «ARGO» markalı siqaret qutusunun içərisində olan 7,34 qram çəkidə kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə - qurudulmuş marixuana olmasını və kütləni Təqsirləndirilən şəxs1 ona təmənnasız olaraq istifadə etməsi üçün verməsini bildirmişdir. Siqaret qutusunu açıb içərisinə baxdıqda, orada tünd yaşıl rəngli, ovuntu halında kəskin spesifik iyə malik narkotik vasitə qurdulmuş mariuxanya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənmiş, tərəfindən tərtib olunan protokol və zərfə iştirakçılar imza etdikdən sonra həmin gün saat 19:15 radələrində Təqsirləndirilən şəxs1 də şübhəli şəxs qismində tutaraq müdafiəçisinin iştirakı ilə onun üstündə video çəkiliş tətbiq edilməklə axtarış aparmışdır. Axtarış zamanı onun üstündə hər hansı narkotik vasitə və ya digər cinayət xarakterli əşya aşkar olunmamışdır. O, izahatı alınarkən Təqsirləndirilən şəxs2 təmənnasız olaraq istifadə etməsi üçün narkotik vasitə - qurudulmuş marixuana verməsini, həmçinin ona vermiş olduğu narkotik vasitə - qurudulmuş marixuananı yaşadığı Yevlax rayonunun Qaraoğlan kəndində yerləşən, zəbt etdiyi meşə fondu torpağında əkdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərindən toplayıb qurutmaqla əldə etməsini açıqlamışdır. Saat 19:50 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax rayonunun Qaraoğlan kəndində yerləşən meşəyə çatdıqdan sonra yaxınlıqda yerləşən böyürtkən kollarının arasındakı əraziyə baxış keçirilməzdən əvvəl oraya aqronom Şahid1 Aftandil oğlununun iştirakı ilə baxış keçirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli **********58 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq zəbt edərək narkotik tərkibli çətənə bitkiləri əkdiyi kənd təsərrüfat təyinatlı olmayan 0,04 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla meşə fondu torpaqlarına yəni, X11 X2 Meşəbəyliyinin ərazisinə aiddir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Asan oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, Qaraoğlan Meşəbəyliyinin 4 saylı meşə dolayısının ərazisində kənd təsərrüfat təyinatlı hesab olunmayan, əkinə yararsız halda olan 0,04 ha ərazini Təqsirləndirilən şəxs1 icazəsiz olaraq zəbt etmiş və 2020-ci ilin aprel ayının əvvələrində qanunusuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkərək həmin bitkilərə qulluq göstərmiş, lakin onun işi yarımçıq qalmışdır, belə ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları xx xxxx 2020-ci ildə, axşam saatlarında isə həmin ərazidə əkilən çətənə (kannabis) bitkilərini torpaqdan kökündən çıxararaq kisələrə qablaşdırılaraq götürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 da Nümayəndə ifadəsinə uyğun ifadə vermişdir. xx xxxx 2020-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə X8 Mərkəzinin balansında olan, torpaq sahəsindən akşar edilərək götürülmüş külli miqdarda 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə kolları tünd-yaşıl rəngli, spesifik iyə malik çətənə bitkisidir. Kollara xüsusi qaydada qulluq edilmiş, suvarılma üçün dibləri düzəldilmiş, kolların inikşafı üçün dibinə peyin verilmişdir. Hündürlükləri 1,30-1,80 metr arasındadır. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxx 2020-ci il tarixli 17/413 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd «ARGO» makralı siqaret qutusunun içərisindəki təmiz çəkisi 7,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxx 2020-ci il tarixli 17/414 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 X11 X2 Meşəbəyliyinin ərazisində yerləşən torpaq sahəsindən aşkar olunaraq götürülməklə tədqiqata təqdim olunmuş, 2 (iki) ədəd sintetik torbaların içərisində, 22 (iyirmi iki) ədəd, hündürlükləri 1,40 santimetrdən 1,80 santimetrədək, ümumi təmiz çəkisi 5 kiloqram, 615 qram olan bitklər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Alim-aqronom Şahid1 xx xxxx 2020-ci il tarixli rəyinə əsasən, təqdim edilmiş 22 (iyirmi iki) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli 17/538 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 22 (iyirmi iki) ədəd çətənə (kannabis) bitkiləri və 1 ədəd «ARGO» makralı siqaret qutusunun içərisindəki narkotik vasitə - qurudulmuş murixuana tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 689 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əziyyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 792 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əziyyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə Şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanserinin xx xxxxxxxx 2020-ci il tarixli 511 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik keçirmir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət hadisəsini törətdikdən sonra hər hansı formada heç bir psixi pozuntuya düçar olmamışdır. Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xararkterini, ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında yəni, anlaqlı olmuşdur. Məhkəmə kollegiyasına təqdim edilmiş Yevlax RİH-nin Aşağı Salamabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 Qaroğlan kəndində yaşadığı müddətdə özünü tərbiyəli, ağıllı, qabiliyyətli, bacarıqlı bir gənc kimi göstərmişdir. O, Qaroğlan kəndində həmyaşıdları arasında həmişə hörmət qazanmış, qonşularını və yoldaşlarını yaxın köməkçisi olmuşdur. Kəndə aid hər hansı quruluş və iməcilik işlərində də yaxından iştirakçıları olubdur. Məhkəmə kollegiyasına təqdim edilmiş xidməti xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin 1-ci tabr 2-ci bölük 2-ci taqım 1-ci manqa tuşlayıcı vəzifəsində xidmət etdiyi müddətdə özünü nizam intizamlı, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşan bir hərbi qulluqçu kimi göstərmişdir. Komandirlərinin və rəislərinin əmr və tapşırıqlarını dəqiq və tez bir zamanda yerinə yetirməyi bacarır. Öz bilik və bacarığı ilə komandirlərinn və rəsilərinin hörmətini qazanmağı bacarmışdır. Dəfələrlə numunəvi xidmətinə görə komandirləri tərəfindən həvəsləndirilmişdir. Əsgər Təqsirləndirilən şəxs1 kollektivdə özünü hörmət və nüfuza malik bir kimi göstərmişdir. Beləliklə, işdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci maddəsi ilə bəraət verərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin ərazi narkotik vasitə əkilmək məqsədi ilə zəbt edildiyindən əməldə CM-in 188.1-ci maddəsinin tərkibi yoxdur. CM-in 237.2.3-cü maddəsi həmin maddəni də ehtiva edir. Odur ki, həmin maddə ilə verilmiş itihama bəraət verilməlidir. Apellyasiya protesti və dövlət ittihaçısının apelyasiya protestinin dəlillərinə münasibətindən isə müəyyən olunur ki, dövlət ittihamı tərəfi Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci maddəsi ilə bəraət verilməsi hissəsini qanunsuz və əsassız hesab edir və ona görə də hökmün həmin hissədə ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşa bilmir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilib məhkum edilməsinin səbəbi odur ki, o 2020-ci ilin aprel ayının 10-da Bərdə X8 X1 4 saylı meşə dolayısında yerləşən 0,04 ha ölçüdə meşə fondu torpaqlarına aid ərazidə məlum olmayan mənbədən əldə etdiyi 22 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkisinin toxumlarını həmin gün qanunsuz olaraq əkib külli miqdarda yəni, 22 ədəd narkotik tərkibli çətənə bitkilərini yetişdirərək kultivasiya etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci mаddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaya bilmir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-in 33-cü maddəsi) sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, tam, hərtərəfli və obyektiv yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalar və məhkəmə kollegiyasının mülahizələri kontekstində birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü yoxlandıqda, həmin yekun məhkəmə aktının bu hissədə əsaslı olması müəyyən olunur. Belə ki, CM-in 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma (mad. 188.1) cinayət məsuliyyətinə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, təhlil edilən cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni, şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, videogörüntüdən, habelə foto cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 Qaraoğlan Meşəbəyliyinə aid olması ehtimal edilən torpaq sahəsində böyürtkən kollarının arasında yerləşən zəbt etdiyi 0,04 ha ərazini maddənin dispozsiyasında göstərildiyi kimi, özbaşına hasarlamamış, çəpərə almamış, həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə dövlət fonduna aid ərazidə nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus sahədən təqsirləndirilən icazəsiz istifadə etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 həm CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm CM-in 188.1-ci maddəsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa həm də CM-in 234.4.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. CM-in 237.2.3-cü maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237.2.3cü maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs1 qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə CM-in 237.2.3-cü maddəsi ilə bərabər, həm də CM-in 188.1-ci maddəsi ilə də təqsirləndirilmişdir. Təqsirləndirilən şəxs1 bu əməli ilə cinayətlərin məcmusuna görə təqsirləndirilsə də, onun qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. İşin bu vəziyyəti onun törətdiyi bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalması, başqa sözlə bir əmələ görə iki dəfə məhkum edilməsi anlamına gətirib çıxarır ki, bu da qanunla yolverilməzdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərinə gəlincə, həm apellyasiya şikayətindən, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən müəyyən olunur ki, o özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmir. Təqsirləndirilən şəxs1 dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan “satış məqsədi ilə” anlayışına qanunvericiliyin verdiyi anlayışlarla işin faktiki halları arasında təhlil aparılmasını zəruri hesab edir. Belə ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" xx xxxx 1999-cu il tarixli 686-İQ nömrəli Azərbaycan Respublikas Qanununun 1-ci maddəsində verilmiş anlayışa əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Azərbaycan Respublikasinin Qanununun 1.0.11-ci maddəsində isə göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 8-ci bəndində isə qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs1 ilkin izahatından üstündə axtarış keçirilərkən, şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrdən, habelə məhkəmələrdə verdiyi ifadələrdən görünür ki, o, digər Təqsirləndirilən şəxs2la birlikdə bağa getmiş, orada oturub özü ilə oraya gətirdiyi marixuananı çəkmiş, çəkib qurtarandan sonra istifadə olunan marixuananın istifadə etmədikləri hissəsi yerdə qalmış, bu zaman arxasınca gələn Təqsirləndirilən şəxs2 yerdə qalan marixuananı götürüb Təqsirləndirilən şəxs1 tərəf gələndə polis əməkdaşları onları tutmuşlar. O,Təqsirləndirilən şəxs2 narkotik satmamış, bağışlamamış, hər hansı məqsədlə, nəyinsə əvəzinə verməmiş, ondan ancaq birlikdə istifadə etmişlər. Narkotiki satmaq fikri, niyyəti olmamışdır. Digər Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ona narkotik vasitə olan marixuana satmasını, hər hansı niyyət və məqsədlə verməsini inkar etmişdir. Beləliklə, cinayət işinin materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla əvəzli və ya qazanc əldə etmək, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmək niyyəti ilə əkib becərdiyi, sonra isə qurudaraq istifadə etmək üçün «ARGO» markalı siqaret qutusunda cəmi - 7,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı digər Təqsirləndirilən şəxs2 satmasıi müəyyən müəyyən edilmir. Ona görə də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmələri Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlarla bərabər, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda olan cəmi - 7,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb, daşımaqla CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də onun CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş əməli həmin maddədən CM-in 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin əməlinə görə cəzaya məruz qalmalıdır. CPM-in 405.2.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsi məqsədilə birinci instansiya məhkəməsinin qərarını dəyişdirə bilər. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Digər Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə gəldikdə, apellyasiya şikayətindən görünür ki, o özünü məhkum olunduğu CM-in 234.1-ci madddəsi ilə təqsirli bilmir. Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, habelə digər Təqsirləndirilən şəxs1, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid2 ibtidai istintaq və məhkəmələrdə verdikləri ifadələr, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tam təsdiqini tapmışdır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır və o, həmin cinayət əməlinin törədilməsində təqsirsiz deyil. CM-in 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə razılaşa bilmir. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadə verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 törətdiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar alkar edilməmişdir. Bununla belə o, narkotik vasitəni təkbaşına deyil, digər Təqsirləndirilən şəxs1lə birlikdə istifadə etmişdir. İşin bu halı onu göstərir ki, Təqsirləndirilən şəxs2 dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitədən istifadənin cəmiyyətə gətirdiyi bəlaların, çətinliklərin, məhrumiyyətlərin miqyasını dərk etməmiş, bütövlükdə cəmiyyət və insanlıq üçün təhlükəli əməllə başqaları ilə birlikdə məşğul olmuşdur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs2 altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi onun islah edilməsi üçün cəzanın məqsədləri baxımından əsaslı, qanuni və ədalətlidir. Ona görə də onun bu tələbi də təmin edilə bilməz. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində və məhkəm kollegiyasının iclasında göstərmişdir ki, istintaqda mənə tətbiq edilmişdir, təzyiqlərə məruz qalmışam. Polislər məni döydülər, ayaqlarımın altına vurdular, ona görə də gözlərim şişdi. Sonra şiş getdi. Cinayət işinin materiallarına da nəzər salanda müəyyən olunur ki, hadisədən bilavasitə sonra xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs2 üzərinə videogörüntü ilə şəxsi axtarış aparılarkən o narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitənin özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan əlavə həmin vaxt orada olan müdafiəçisi – vəkil Məmmədov Fərhad Möhübbət oğlunun “Kimsə səni məcbur etməyib ki? Döyülmə olmayıb?” suallarına yox cavabı vermiş, istintaqın sonrakı mərhələsində də bu barədə heç bir məlumat verməmişdir. Həmin videogörüntüyə baxanda onun hər hansı təzyiqə məruz qalmasına dəlalət edən bir hal da müşahidə edilməmişdir. O da qeyd olunmalıdır ki, müstəntiqin xx xxxx 2020-ci il taixli qərarı ilə Təqsirləndirilən şəxs2 barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin döyülməsi barədə müdafiəçisinə və ya məhkəməyə niyə məlumat verməməsi barədə sual veriləndə, o bildirmişdir ki, məhkəməyə döyülməyim barədə heç nə deməmişəm, çünki bilməmişəm, başa düşməmişəm. Beləliklə, məhkəmə kollegiyası ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 polis tərəfindən döyülməsi barədə dəlillərini araşdırıb belə qənaətə gəlir ki, bu dəlillər təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan və həqiqətə uyğun olmayan mülahizələrindən ibarətdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti və Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, ona CM-in 237.2.3 və 234.1-ci maddələri ilə cəza təyin edilməli və hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397-399, 403 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti və Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həmin cəza, CM-nin 66.3-cü maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-in 237.2.3-cü maddəsi ilə ona təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində dörd il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək şübhəli şəxs kimi saxlandığı iki gün cəzaya hesablanaraq çıxılsın və üzərində qəti olaraq üç il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Hökm baxılmış apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar