Məhkəmə qərarları › İş №1(107)-92/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-92/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-92/2020 19.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçiəsi-Şəki Regional Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxs X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim Zəfər Quliyev) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1955-ci ildə Göyçay rayonu Ərəbcəbrli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, əvvəllər Göyçay rayon Ərəbcəbrli bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda işsiz, Göyçay rayonu 1-ci Ərəbcəbrli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib dövlət orqanlarında və yerli özünü idarə orqanlarıda 02 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ittihamından onun zərərçəkmiş Zərərçəkmiş şəxs «xeyli miqdarda ziyan vurmaqla» dələduzluq etməsinə dair müddəa və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin xaric edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülməsi, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülməsi, iş üzrə maddi sübut qismində tanınmış danışıq səsləri qeydə alınmış 1 ədəd CD diskinin cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. işin halları: Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, Göyçay rayonu Ərəbcəbrli bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin avqust ayının istintaqa məlum olmayan günlərində ayrı-ayrı vaxtlarda vahid niyyətlə Göyçay rayonu Ərəbcəbrli kəndi ərazisində Göyçay rayonu, Mirzəhüseynli kəndində yaşayan Zərərçəkmiş şəxs Ərəbcəbrli bələdiyyəsinin mülkiyyətində olan ərazidən 1 ha 92 sot torpaq sahəsi ayrılacağı barədə razılıq alınması üçün aldadıb yalandan vəd verərək inandırmaqla ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 3000 manat, 2015-ci ilin sonlarında həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ı almaq adı ilə aldadıb yalandan vəd verərək inandırmaqla 1600 manat, 2016-cı ilin yay aylarında həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılan mülki üzrə Ərəbcəbrli bələdiyyəsinin xeyrinə qətnamə çıxarılması adı ilə aldadıb yalandan vəd verərək inandırmaqla 600 manat, 2016-cı ilin sonlarında həmin mübahisəli 1 ha 92 sot torpaq sahəsinin hərraca çıxarılaraq sonuncuya satılması üçün rüsumların ödənilməsi məqsədi ilə aldadıb yalandan vəd verərək inandırmaqla 3000 manat, ümumilikdə 8200 manat pulunu alıb ələ keçirib zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilərək məhkəməyə verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X9 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs X9 verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, işə yenidən baxılaraq Təqsirləndirilən şəxs barəsində daha ağır cəza tətbiq edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərəçəkmiş X9 çıxışında onun tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə ağırlaşdırılmaqla dəyişdirilməsini, Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X16 Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadənin məzmununa uyğun ifadə verərək və ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2015-ci ildən Göyçay rayonu 1-ci və 2-ci Ərəbcəbrli kəndləri və Mirzəhüseynli kəndini əhatə edən Ərəbcəbirli bələdiyyəsinin sədri seçilmiş və həmin vaxtdan bu vəzifədə işləyir. 2005-ci ildən 2013-cü ilə kimi Göyçay rayonu Ərəbcəbrli kənd ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. Mirzəhüseynli kəndi 2010-cu ildə Ərəbcəbirli bələdiyyəsinə birləşdirilmişdir. 2015-ci ilin əvvəlində Mirzəhüseynli kənd sakini X1 bələdiyyəsinə müraciət edərək onun istifadə etdiyi torpaq sahəsini qonşusu Şahid2 Təvəkkür oğlunun ata-baba mülki olduğunu iddia edərək həmin ərazidən onu çıxardığını bildirmişdir. Həmin mübahisə ilə bağlı dəfələrlə Rafiq və Bəhrəmlə görüşüb onları razılaşdırmağa çalışmışdır. Mübahisələrin ilkin vaxtında Şahid2 Təvəkkür oğlu ilə görüşəndə Rafiq həmin torpağı digər bir sakindən aldığını, həmin torpağa dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışı da olduğunu demişdir. Odur ki, mübahisəli torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmək üçün əmlak komitəsindən baxış keçirilməsi üçün nümayəndə dəvət etmiş, Əmlak komitəsindən gələn mütəxəssislər tərəfindən Şahid2 Təvəkkür oğlunun təqdim etdiyi sənədin zəbt etdiyi torpağa aid olmadığını, həmin torpağın bələdiyyəyə məxsus olduğunu bildirmişlər. Həmin ərəfələrdə Göyçay rayonu Mirzəhüseynli kənd sakini Zərərçəkmiş şəxs dəfələrlə ondan mübahisəli həmin torpaq sahəsindən Şahid2 Təvəkkür oğlunu çıxarmağını və həmin torpaq sahəsinin onun istifadəsinə verməyini xahiş etmişdir. Ona həmin torpağın bələdiyyə mülkiyyəti olduğunu, həmin torpağa dair bələdiyyənin adına Əmlak komitəsindən çıxarışın alınmasının lazım olduğunu, yalnız rəsmi icazə, yəni çıxarış olandan sonra onu ya hərrac vasitəsi ilə kimə sata biləcəyini, ya da ki, istifadəyə verə biləcəyini bildirmişdir. Bəhrəm isə özü ona bütün xərcləri özünün çəkəcəyini bildirərək ona köməklik göstərməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs əvvəllər istifadə etdiyi torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi prosesində əvvəlcədən həmin sahənin bələdiyyə mülkiyyəti kimi tanıdılmasına görə bələdiyyə büdcəsində pul olmadığı üçün ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul almışdır. Belə ki, torpaq sahəsini sənədləşdirilməsi üçün müvafiq razılıqlar alındıqdan sonra torpaq sahəsinə baxış keçirmək üçün əmlak komitəsindən gələn işçiləri qarışlayıb yola-salmaq, həmçinin rüsumları ödəmək üçün Bəhrəmdən ilkin olaraq 2015-cı ilin sonlarında 900 manat, daha sonra isə 500 manat pul almışdır. Bəhrəmdən 900 manat pulu alan zaman yanında Şahid1 da olmuşdur. Həmin dövrlərdə şəxsi problemləri də olduğu üçün Bəhrəmdən bir qədər artıq pul almışdır. Belə ki, pulu almaqda əslində məqsədi dələduzluq olmamışdır. Fikirləşmiş ki, torpaq sahəsini bələdiyyənın adına sənədləşdirib daha sonra rahat bir şəkildə həmin sahəni ya Bəhrəmə satacaq, ya da ona icarəyə verəcək. Odur ki, Bəhrəmdən əvvəlcədən pul almış ki, gələcəkdə rüsumları ödəyən zaman hesablaşarlar. Bundan sonra həmin sahənin çıxarışının alınması prosesində Bəhrəmdən 1600 manat pul istəmişdir. Belə ki, həmin vaxt maddi çətinlikləri olduğu üçün Bəhrəmə yalandan çıxarış üçün 1600 manat lazım olduğunu demişdir. Bəhrəm də kənd yolunda avtomobili ilə onunla rastalaşıb ona 1600 manat pul vermişdir. Həmin pulun bir qədərini rüsumlar üçün xərcləsə də qalan pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bəhrəmə isə pulun hamısını rüsumlara ödədiyini yalandan demişdir. 2016-cı ilin yanvar ayında çıxarış aldıqdan sonra həmin sahəni Bəhrəmin adına icarəyə vermək istəsə də Şahid2 həmin çıxarışın etibarsız olması və ləğv edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. xx xxxxxxx 2016-cı il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Şahid2 iddiası rədd edilmişdir. Həmin dövrdə Məhkəmələrə onunla bərabər həmçinin bələdiyyənin xəzinadarı Şahid1 da getmişdir. Bundan sonra Hərrac keçirilməsi prosesi alınmadığı üçün əvvəlcə məsləhətləşərək Bəhrəmin Bələdiyyə adına alınmış çıxarışın 1 ha hissədə ləğv edilməsi və həmin sahənin əvvəlcədən əvəzləşmə ilə ona verilməsini əsas gətirib sahəni məhkəmə qərarı ilə Bəhrəmin adına sənədləşdirilməsinə çalışmışlar. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-cu l tarixli qərarı ilə Bəhrəmin iddiası təmin edilsə də, sonradan həmin prosesə Şahid2 də qoşulduğu üçün xx xxxx 2018-ci il tarixdə həmin iş üzrə qəbul edilmiş qərar Şəki Apellyasiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Lakin həmin dövrdə məhkəmə prosesləri uzanmasın deyə Şahid2lə barışıq sazişi imzalamış ki, torpaq sahəsi ilə bağlı mübahisələr məhkəmə müstəvisindən götürülsün. Bundan sonra mübahisəli sahəni razılaşama ilə və ya hərrac qaydasında tərəfələrə icarəyə və ya istifadəyə verər. Lakin Şahid2lə barışıq sazişi bağlayan zaman onun tərtib etdiyi müqavilə şərtləri ilə tanış olmamış və hüquqi savadının zəifliyi üzündən tərtib edilmiş müqaviləyə baxmamış və sonradan həmin müqavilə ilə mübahisəli torpaq sahəsinin Şahid2 icarəyə verməyi öhdəsinə götürdüyünü bilmişdir. Bundan sonra Göyçay rayon Məhkəməsinə müraciət etsə də iş üzrə barışıq müqaviləsi olduğu və müqaviləyə əsasən işə baxılmasından imtina edilməsi barədə ərizə yazdığı üçün qeyd olunan işə yenidən işə baxıla bilməyəcəyi ona məlum olmuşdur. Mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı alsa da həmin ərazinin onlara verilməsi üçün Bəhrəm və Şahid2 məhkəmələrə müraciət etdikləri və proseslər uzandığı üçün Bəhrəm ondan oğlunun yaşadığı evin həyətyanı sahəsini sənədləşdirməyini xahiş etmişdir. Bəhrəmin işi alınmasa da onun oğlunun işini həll edəcəyini və oğluna həyətyanı 0,12 ha torpaq sahəsi verəcəyini demişdir. Bundan sonra həmin sahə ölüçülərək Bəhrəmin oğluna satılmışdır. Torpaq sahəsinin ilkin sənədləşməsindən notarial alqısatqısına qədər xərclənən bütün pulları Bəhrəmin ona verdiyi 3000 manat puldan ödəmiş və həmin pulları Asif ondan alıb banka ödəmişdir. Bunu Asif də təsdiq edir. Lakin üzləşdirmə zamanı Bəhrəmin oğlu Mirəli yalan yerə həmin torpaq sahəsinin qiymətləndirilməsinə dair Əmlak komitəsinin tərtib etdiyi torpağın qiymətinin 3000 manat olmasına dair arayışı əsas gətirərək guya ona həmin sahənin sənədləşdirilməsi üçün 3800 manat pul verdiyini iddia etmişdir. X2 pul almamış və Mirəlini təkbaşına qəbul edib onunla söhbət aparmamışdır. Mirəli yalan yerə atasına şahidlik edərək guya həmin torpaq sahəsini pulunu onun verdiyini bildirir. Əslində Mirəlini kənd sakini kimi bir müddətdir ki, tanıyır və Mirəli heç bir halda atasının razılığı və icazəsi olmadan heç bir dövlət orqanına getmir və hər hansı bir orqandan sənəd almır. Mirəlini polis şöbəsinə də atası aparıb gətirir. Zərərçəkmiş şəxs ona torpaq sahəsi ayrılması üçün 8200 manat pul verdiyini iddia etsə də Bəhrəmdən yalnız 3000 manat pul almışdır. Qalan pulların Bəhrəmin kimə və hansı şəraitdə verdiyini bilmir. Bəhrəmdən aldığı 3000 manatdan Bəhrəmin oğluna torpaq sahəsi ayrılması üçün xərclədiyindən və yerdə qalan pulla həmin sahənin Bəhrəmə Hərrac yolu ilə veriləcəyini düşündüyü üçün Göyçay rayon prokurorluğunda ilkin izahatında Bərəmdən 3000 manat pul aldığını qeyd etməmiş ki, gələcəkdə bu rəsmiyyətə düşməsin. Lakin sonradan hərrac komissiyasından ona verilən məlumata görə torpaq sahəsi ilə bağlı məhkəmə prosesləri olduğu üçün hərrac komissiyası həmin sahəni hərraca çıxarmaqdan imtina etmişdir. Bəhrəmdən yalnız 900, 500 və 1600 manat pul almışdır. Bəhrəm 600 manatı və sonradan qeyd etdiyi 3000 manatı ona verməmişdir, Bəhrəmin həmin pulları kimə verdiyini bilmir. Səs yazısında adı çəkilən Ayaz Göyçay Regional Ədliyyə şöbəsininin əməkdaşı olmudur. Belə ki, çıxarış alınan prosedurdan sonra Bəhrəmə torpaq sahəsi ayrılması üçün məsləhət üçün Göyçay Regional Ədliyyə şöbəsində işləmiş Ayaz müəllimlə söhbət zamanı Bəhrəm mübahisəli 3 ha torpaq sahəsinə öz adına çıxarış istədiyi üçün Ayaz müəllim məsləhət üçün əgər torpaq sahəsinə bələdiyyə adına çıxarış alınmasaydı, Bəhrəmin əlində olan dövlət aktına əsasən həmin sahənin Bəhrəmə verilməsi üçün məhkəməyə müraciət etməyin mümkün olacağını, bundan sonra həmin sahənin Bəhrəmə verilməsi üçün Məhkəmə Əmlak komitəsinə və Bələdiyyə üzərinə öhdəlik qoya biləcəyini, lakin daha bunun üçün gec olduğunu bildirmişdir. Söhbət zamanı Bəhrəm bu iş üçün nə qədər xərc çəkməli olduğunu maraqlandıqda yəqin ki, Ayaz da məhkəməyə gedib gəlmək vəkil və digər xərclər üçün 500-600 manat pul xərcləyə biləcəyini demişdir. Lakin həmin vaxt Ayaz onlardan pul istəməmişdir. Zərərçəkmiş şəxs aldığı 3000 manat pulun təxminən 900 manat hissəsini ayrı-ayrı vaxtlarda rüsumlar ödənilməsi üçün Şahid1 vermiş, Asif də həmin puldan Lahiyyə Tədqiqat MMC-yə 76,10 manat, həmin sahəyə bələdiyyə adına çıxarış alınması üçün 51 manat xidmət haqqı, 81 manat dövlət rüsumu, 20 manat da əlavə xidmət haqqı üçün, 32 manat forma 1 arayışı üçün, 92 manat notariat kontorunda alqı-satqı üçün dövlət rüsumu, 480 manat isə torpaq sahəsinin alqı-satqısı üçün Şahid3 əvəzinə pul ödəmişdir. Zərərçəkmiş şəxs aldığı 3000 manat puldan Şahid3 torpaq sahəsi ayrılması üçün ümimilikdə təxminən 1000 manat pul xərcləmiş, qalan 2000 manatı isə Bəhrəmə torpaq sahəsi ayrılan zaman hərrac zamanı Bəhrəmin yerinə xərcləyəcəyini bildirmişdir. Lakin sonradan bu iş alınmadığı üçün Bəhrəmə həmin pulu qaytarmaq istəsə də Bəhrəm həmin pulu almaqdan imtina etmişdir. Bələdiyyə torpaqlarının alqı-satqısı prosesində torpaq sahəsinə çıxarış alıb hərraca çıxarılıb Natorial alqısatqıya qədər bütün rüsumları bələdiyyə ödəməli, alqı-satqı zamanı torpaq sahəsinin dəyərini isə vətəndaş ödəməlidir. Şahid3 də 0,12 torpaq sahəsi ayrılması prosesində Mirəlinin əvəzinə atasından aldığı puldan 480 manat onun əvəzinə torpağın alqı-satqı dəyərini ödəmiş, digər pulları isə bələdiyyə adından olan rüsumları ödəmişlər. Bələdiyyənin mülkiyyətindən torpaq sahəsi almaq istəyən vətəndaş bələdiyyəyə yazılı şəkildə müraciət edərək kənd ərazisindən torpaq almaq istədiyini bildirir, qeyri rəsmi olsa da adətən vətəndaş kəndin hansı hissəsində torpaq almaq istədiyini də şifahi olaraq qeyd edir. Bundan sonra həmin vətəndaşın almaq istədiyi əraziyə bələdiyyə üzvlərinin iştirakı ilə baxış keçirilir, həmin sahənin boş olub-olmaması müəyyən edilir. Ərazinin boş olması müəyyən edildikdən sonra Əmlak komitəsinin yerli şöbəsinin əməkdaşının iştirakı ilə həmin yerə baxış keçirilir və həmin yerin bələdiyyə, xüsusi və ya dövlət mülkiyyəti olub-olmaması yoxlanılır. Həmin ərazinin bələdiyyə mülkiyyəti olması bazada göstərildikdən sonra həmin ərazinin eskizi çıxarılır, İcra nümayəndəsi və bələdiyyə həmin eskizi təsdiq edir. Bundan sonra bələdiyyənin həmin baxılan sahənin bələdiyyənin mülkiyyəti kimi tanıdılması prosesinin başladılması üçün protokol tərtib edilir. Torpaq sahəsinin mülkiyyət kimi tanıdılması üçün Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə protokol, eskiz və məktub ünvanlanır. Həmin sənədləri rayon İcra hakimiyyətinin arxitektura şöbəsinə təqdim edilir. İcra hakimiyyətinin arxitektura şöbəsi razılıq verdikdən sonra digər sənədləri və razılıq məktubunu DƏDRX-ın Ucar ərazi idarəsinin Göyçay rayon şöbəsinə təqdim edirlər. Bundan sonra həmin məktub qeydiyyata alınır. Əmlak komitəsinin yerquruluşu Layihə tədqiqat MMC-nin nümayəndəsi əraziyə yenidən baxış keçirir və ərazidə ölçmə işləri aparır. Bundan sonra həmin sənədlərdə və torpağın yerləşməsində heç bir problem olmadığı halda sənədlər DƏDRX-ın müfaviq şöbəsinə göndərilir. Qeyd olunan idarələrdən ekspertiza üçün 1 nümayəndə gəlib yerdə torpağa baxış keçirirlər. Bundan sonra bütün sənədlər və torpağın yerləşmə yeri qaydasında olduğu halda bütün sənədlər DƏDRX-ın ərazi idarəsinə mülkiyyət sənədi verilməsi üçün göndərilir. Həmin ərazinin kənd bələdiyyəsinin mülkiyyətində olmasına dair çıxarış verilir. Ərazinin hərraca çıxarılması üçün 1 saylı forma arayışı alınır və DƏRDX-ın ərazi idarəsinə göndərilir. Torpağın alqı-satqısı üçün hərrac keçirilir və hərracın sənədləşməsini ərazi idarəsinin əməkdaşları aparır. Bundan sonra hərrac keçirilən zaman torpağın qiymətini ən yüksək qiymətləndirən şəxsə satılır. Həracın nəticəsi barədə sənədlər, çıxarış, bələdiyyənin nizamnaməsi və bələdiyyənin VÖEN-i və hərracın keçirilməsi nəticəsində ödənilmiş pulun qəbzi alqı-satqı aparılması üçün notariat orqanına təqdim edilir. Notariat orqanında bələdiyyə ilə vətəndaş alqı-satqı edir və torpağın pulunu ödəyir. Bundan sonra alqısatqının sənədlərini vətəndaş Əmlak komitəsinin müvafiq şöbəsinə təqdim edərək öz mülkiyyətinə dair çıxarış alır. Bəhrəm torpaq sahəsi ayrılması üçün 2015 və 2016-cı illərdə Bələdiyyəyə müraciət etmişdir. Həmin mübahisəli əraziyə dair çıxarış alındıqdan sonra həmin ərazini Bəhrəmə icarəyə verəcəyinə görə bələdiyyə büdcəsində pul olmadığı üçün həmin rüsumların və digər xərclərin ödənilməsini Bəhrəmdən xahiş etmiş ki, çıxarışın pulunu ödəsin ki, gələcəkdə həmin sahəni ona icarəyə versin. 2016-cı ilin yay aylarında həmin əraziyə dair alınmış çıxarışın ləğvi üçün Şahid2 iddiasına X18 Məhkəməsində işə baxılan zaman işin bələdiyyənin xeyrinə həll edilməsi üçün məhkəməyə verilməsi üçün Bəhrəmdən 600 manat pul istəməmiş və həmin 600 manat puldan xəbəri olmamışdır. Məhkəmədə heç kimlə iş barəsində danışmamışdır. Həmin iş onsuzda bələdiyyənin xeyrinə olacaqmış. Belə ki, ərazi bələdiyyə mülkiyyəti olduğu üçün həmin çıxarışı heç bir məhkəmə ləğv edə bilməzdir. Bəhrəmin göstərikləri yalandır. Zərərçəkmiş şəxs kənd ərazisindən ona torpaq sahəsinin ayrılması üçün Ərəbcəbirli kənd bələdiyyəsinin inzibati binasında 2015-ci il tarixdən hal-hazırkı vaxta qədər ümumilikdə 3000 manat pul almışdır. Lakin Bəhrəmdan 3000 manatdan əlavə heç bir pul almamışdır. Həmin 3000 manat pulu Bəhrəmdan oğlu Mirəliyə 0,12 ha torpaq sahəsi ayrılması və 3 ha iddia etdiyi ərazinin sənədləşdirilməsi üçün almışdır. Həmin pulları 2016-cı il tarixdən bugünə qədər müxtəlif vaxtlarda almışdır. Həmin mübahisəli torpaq sahəsi ilə bağlı keçirilən məhkəmə prosesində heç kimə heç bir məbləğdə pul verməmişdir. Eyni zamanda da Bəhrəmin məhkəmə prosesində özünün kiməsə pul verməsindən isə heç bir məlumatı olmamışdır. Qeyd olunan səs yazısı onun xəbəri olmadan yazılıb və həmin səs yazısında bütün aralarında olan söhbətləri tam aşkar şəkildə danışmışdır. Baxmayaraq ki, Bəhrəm həmin səs yazısından istifadə edərək ona pul verdiyini sübut edir. Həmin səs yazısı bir daha sübut edir ki, o tam sərbəst danışığı zamanı da Bəhrəmdən 500 manat bir, 900 manat bir və 1600 manat bir pul aldığını etiraf etmişdir. Lakin Bəhrəm şər ataraq ona 8200 manat pul verdiyini iddia edir. Həmin danışıqda qeyd olunan 100 manatlar ona verilməmişdir. Belə ki, hələ 2015-ci ildə Bəhrəmin torpaq sahəsi ilə bağlı ilkin olaraq polis şöbəsinə araşdırma aparılarkən və ondan sonrakı dövrlərdə Bəhrəm torpaq sahəsinin ölçülməsi və yerinin müəyyən edilməsi üçün bir neçə dəfə əmlak komitəsinin Ucar şöbəsindən əməkdaşlar çağırmış, həmin şəxslər Mirəzhüseynli kəndinə gələrək mübahisəli torpaq sahəsinin künc kordinantlarını vurub getmişlər. Odur ki, həmin ölçü işlərinin rüsumu təxminən 80-90 manat arası olduğu üçün Bəhrəm həmin rüsumları özü ödəmiş və bu mübahisəli torpaq sahəsi ilə bağlı xərclədiyi pulları da danışıqda qeyd etmişdir. Danışığın mətnindən də görünür ki, həmin pulları ona verməmiş və digər üçüncü şəxslərə vermişdir. Əgər həqiqətən də Bəhrəm ona birdəfəyə 3000 manat pul vermişdirsə nə üçün həmin danışıq qeydə alınan zaman o, etiraz etməmiş və həmin 3000 manatla bağlı bir söz deməmişdir. Ümumiyyətlə həmin danışıq mətnində 3000 manat puldan söhbət getmir. Həmin danışıq mətnindən də görünür ki, Bəhrəm ondan əlavə pul almaq məqsədi ilə ona şər atır. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadənin məzmununa uyğun ifadə verərək göstərmişdir ki, Göyçay rayonu Ərəbcəbrli və Mirzəhüseynli kənd bələdiyyəsi Təqsirləndirilən şəxs ilə də həmçinin düşmənçilik və ədavəti olmamışdır. 1998-ci ildə Aqrar islahat komisiyyasının qərarına əsasən ailə üzvlərinə kənd ərazisindən 1 hektar 92 sot torpaq sahəsi ayrılmışdır. Lakin həmin sahə hazırda da əkinə yararlı olmadığına görə torpaq sahəsinin dəyişdirilməsi üçün Komissiyaya müraciət etmişdir. 2000-ci ildə Göyçay rayon S.Vurğun adına Kolxoz yerli aqrar islahat komissiyasının iclas protokoluna əsasən yaşadığı Mirzəhüseynli kənd ərazisindən yaşadığı evdən təxminən 200 metr aralıda həmkəndlisi və qonşusu olan Şahid2 yaşadığı evin yanında 3 hektar torpaq sahəsindən 1 hektar 92 sot pay torpağı ayrılaraq onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Qeyd olunan pay torpaq sahəsi onun evi ilə Şahid2 evinin arasında yerləşir. Qanuni qaydada həmin torpaq sahəsində istifadə etdiyinə görə bələdiyyə hesabına hər il 20 manat pul keçirmişdir. Təxminən 2015-ci ildə Şahid2 tərəfindən ona məxsus 1 hektar 92 sot pay torpaq sahəsi zəbt edilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs torpaq sahəsindən Şahid2 çıxarılmasını tələb etmişdir. Ona verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan həmin ildə bələdiyyə sədri Təqsirləndirilən şəxs Şahid2 qeyd olunan torpaqdan çıxarılması üçün Göyçay rayon məhkəməsinə və Göyçay rayon polis şöbəsinə müraciət etmişdir. Lakin Təqsirləndirilən şəxs müraciətlərinə baxmayaraq Rafiqin həmin torpaqdan çıxarılması barədə heç bir orqan qərar qəbul etdirməmişdir. Bundan sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs ona bu işi həll edəcəyini, yəni torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi ilə bağlı vəd verib ondan 3000 manat pul istəmişdir. Belə ki, Səyyaf həmin torpağın bələdiyyə mülkiyyəti olduğuna dair rəsmi sənədinin olmadığını, odur ki, Rafiqi həmin torpaqdan çıxarmaq üçün torpağın bələdiyyə mülkiyyəti kimi tanıtmağın vacib olduğunu demişdir. Təqsirləndirilən şəxs ona ilkin olaraq Mirzəhüseyinli kənd ərazisində yerləşən sözügedən 3 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin adına çıxarış alaraq sonra onun 2000-ci il tarixdən istifadə etdiyi mübahisəli olan həmin 3 ha torpağın içərisində olan 1 hektar 92 sot torpaq sahəsini onun mülkiyyətinə verəcəyini, hətta həmin torpaq sahəsinə dair rəsmi çıxarış da verəcəyini bildirmişdir. Səyyaf ilkin olaraq ondan tələb etdiyi 3000 manatı sadəcə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq alınması üçün icra hakimiyyətinə 1000 manat, regional ədliyyə şöbəsinə 1000 manat verəcəyini, qalan 1000 manatı da icra hakimiyyətində işçilərlə bölüşəcəyini, bundan sonra həmin idarələrin torpağın sənədləşdirilməsi üçün razılıq verəcəklərini, onlar torpaq sahəsinin bələdiyyənin adına sənədləşdirilməsinə icazə verməyəcəkləri halda torpaq sahəsini sənədləşdirə bilməyəcəklərini demişdir. Bunun rəsmi və ya qeyri rəsmi bir prosedur olduğunu və nəticədə əvvəllər istifadə etdiyi torpaq sahəsini yenə də istifadə edəcəyi üçün həmin pulları Səyyafa vermişdir. Lakin Səyyafın həmin pulları konkret olaraq kimsə rüşvət verib vermədiyini bimir, bunun nəticəsi ilə maraqlanmamışdır. Həmin 3000 manatı Səyyafa 1000 maant, 900 manat, 900 manat və 200 manat hissələrlə vermişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri olduğuna və ona dövlət nümayəndəsi kimi inam və etibarı olduğu üçün 2015-ci ilin avqust ayında Səyyafa 3000 manat pul vermişdir. Həmin pulları Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayının xatırlamadığı günlərində bələdiyyə binasında onun iş yerində oğlu Mirəlinin və bələdiyyənin mühasibi Şahid1 yanında vermişdir. Səyyaf həmin pulun rayon rəhbərliyinə çatacağını və torpaq sahəsini bələdiyyənin adına sonra isə onun adına rəsmiləşdirilməsi üçün icazə alacağını demişdir. Torpaq satışının prosedurunun bu şəkildə olduğunu düşünüb Səyyafa həmin pulu vermişdir. Bundan sonra Səyyafdan torpağın sənədləşdirilməsi barədə Səyyafla kənd ərazisində görüşüb ondan maraqlananda Səyyaf torpağa dair sənədlərin hazırlandığını və yaxın vaxtlarda həmin 3 ha torpaq sahəsinin sənədlərinin alınacağını demişdir. Sonuncu dəfə Səyyafla 2015-ci ilin oktyabr-noyabr ayında görüşəndə Təqsirləndirilən şəxs ona həmin torpağın bələdiyyəyə məxsus olmasına dair sənədləşmə işini yekunlaşdığını, odur ki, çıxarışın hazır olduğunu, buna görə də həmin sahənin gələcəkdə ona veriləcəyinə görə həmin torpaq sahəsinin rüsumunun da onun tərəfindən ödənilməli olduğunu demişdir. Rüsum barədə maraqlananda Səyyaf həmin torpaq sahəsinin rüsumunun 1600 manat olduğunu demişdir. Rüsumun bu qədər çox olmasının səbəbi barədə maraqlandıqda Səyyaf həmin pulun hamısının torpaq sahəsinin rüsumu deyil, həmçinin sənədləri hazırlayan şəxslərə də əlavə şirinlik verəcəyini bildirmişdir. Belə ki, torpaq sahəsi 3 ha olduğundan həmin sahə üçün şirinlik adı ilə çox pul alındığını demişdir. Səyyafa inanıb təxminən 3-4 gün sonra kənd yolu ilə Səyyafla görüşmək üçün bələdiyyə binasına gedən zaman onunla yolda rastlaşmış və avtomobili saxlayıb Səyyafla görüşüb ondan çıxarışın rüsumu adı ilə istədiyi 1 600 manat pulu oğlu Mirəlinin yanında ona vermişdir. Bundan sonra yenidən iş yerinə qayıtmışdır. Səyyaf isə Göyçay şəhərinə getmişdir. Bir neçə ay sonra Səyyaf çıxarışın hazır olduğunu demişdir. Təxminən 2016-cı ilin yay aylarında Səyyaf demiş ki, Şahid2 Göyçay rayonu Ərəbcəbrli kənd bələdiyyəsini X19 məhkəməsinə verərək həmin çıxarışın ləğv edilməsi barədə iddia vermişdir. Odur ki, məhkəmə həmin işdə Rafiqin iddiasını təmin edə bilər. Buna görə də məhkəmə işçisi ilə danışıb bu işi onların xeyrinə həll etmək üçün pul vermək lazımdır. Səyyaf əgər məhkəməyə pul verməsələr bu iş Rafiqin xeyrinə həll oluna biləcəyini demişdir. Bir neçə gün sonra həmin işlə bağlı Səyyafla görüşəndə Səyyaf bu işlə bağlı danışdığını və 600 manata işi onların xeyrinə həll etmək üçün razılaşdığını bildirmişdir. Həmin günədək torpaq sahəsi üçün xeyli pul xərclədiyi üçün 600 manat pul tapıb Bələdiyyə binasına getmişdir. Həmin vaxt Səyyaf orada olmadığı üçün onunla telefonla danışmış və Səyyaf işdə olmadığını pulu Asifə verməsini demişdir. Bələdiyyə binasında Asifə 600 manat pul vermişdir. Həmin məhkəmədə olan zaman qərar bələdiyənin xeyrinə olmuş və Rafiqin iddiası təmin edilməmişdir. Bundan sonra Rafiq həmin işdən şikayət etsə də Rafiqin şikayəti apellyasiya zamanı da təmin edilməmişdir. Bundan sonra həmin torpaq sahəsini Səyyaf ona satacağını və onun mülkiyyətinə veriləcəyini demişdir. Səyyaf həmin torpaq sahəsinə dair çıxarış aldığını həmin çıxarışda göstərilən ərazini ona satacağını, hətta bələdiyyə mülkiyyətində olan və bələdiyyə mülkiyyəti kimi tanıdılaraq 3 ha sahəyə alınmış RX ******* saylı çıxarışın ona məxsus olmasına onu tam əmin edərək inandırmaq üçün həmin çıxarışın əslini ona vermiş və o da notariat kontorunda çıxarışı kserosürətini əsli ilə düzdür təsdiqi edərək özündə saxlamışdır. Bundan sonra Səyyaf həmin ərazidən Şahid2 məhkəmə qərarı ilə çıxarılması barədə Göyçay rayon Məhkəməsinə müraciət edəcəyini demişdir. Təxminən 2017-ci ilin əvvəllərində X15 mülkiyyətindən zorla çıxarılması barədə Göyçay rayon məhkəməsinə iddia vermişdir. Həmin iş üzrə məhkəmə baxışı zamanı Səyyaf məhkəmənin Rafiqin həmin ərazidən çıxarılması barədə qərar qəbul edəcəyini və məhkəmə qərarı qəbul edildikdən sonra həmin sahənin onun adına rəsmiləşdirilməsi, notarial alqı-satqı müqaviləsi və hərracın keçirilməsi barədə rüsumların ödənilməsi üçün 3 000 manat lazım olduğunu demişdir. Həmin pulun rüsumlar üçün olduğunu düşünüb Səyyafa 3000 manat pul vermişdir. Səyyafa həmin 3000 manatı bələdiyyə binasında vermiş və həmin vaxt yanlarında heç kim olmamışdır. Lakin həmin iş üzrə Göyçay rayon məhkəməsində işə baxılan zaman Səyyafın iddiasından imtina edərək Rafiqlə barışıq sazişi bağladığı məlum olmuşdur. Buna tam əmin olmasa da eşitdiyinə görə Rafiq həmin işə Göyçay rayon məhkəməsində baxılan zaman Səyyafa 10 000 manat pul vermişdir. Belə ki, Səyyafın Rafiqlə qanunsuz barışıq sazişi bağlaması və qanunsuz məhkəmə qərarının qəbul edilməsi üçün yəqin ki, həqiqətən də Rafiq Səyyafa pul vermişdir. Məhkəmə qərarı qəbul edildikdən sonra və Rafiqin həmin ərazidən zorla çıxarılması barədə qərar qəbul edilmədiyi üçün yenidən Səyyafla görüşüb bu barədə marqlananda Səyyaf Göyçay rayon məhkəməsində işin alınmadığını odur ki, Şəki İnzibati-İqtisadi məhkəməsinə şikayət etməyini və həmin torpaq sahəsinin 1 ha hissəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etməyini bildirmişdir. Həmin iddia əsasında Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciəti əsasında işə baxılan zaman xx xxxxxxx 2017-ci il tarixdə onun iddiası təmin edilsə də, lakin həmin iş üzrə Şahid2 apellyasiya şikayəti vermiş və yenidən həmin iş üzrə oğlu da iş üzrə maraqlı tərəf kimi tanınmışdır. Lakin xx xxxx 2018-ci il tarixdə onun şikayəti üzrə apellyasiya məhkəməsi iddianı təmin etməmiş və məhkəmə kollegiyası həmin torpaq sahəsinin Göyçay rayonu İİ Ərəbcəbrli kənd bələdiyyəsinə məxsus olduğunu, bələdiyyənin həmin sahəni kimə istəsə satıb və ya icarəyə verə biləcəyini bildirmişdir. Göyçaya gələndən sonra Təqsirləndirilən şəxs demiş məhkəmənin də bildirdiyi kimi, hənin sahədən Rafiqin zorla çıxarılması üçün məhkəməyə iddia ərizəsi verəcək. Həmin iş üzrə Göyçay rayon məhkəməsində baxış iclası zamanı qərarın necə elan olunduğunu başa düşməmiş, məhkəmə iddia ilə bağlı rəyini qərarda qeyd edəcəyini bildirmişdir. Lakin sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs Şahid2 həmin sahədən çıxarılması üçün 2017-ci ilin yaz aylarında şikayət etdikdən sonra Şahid2lə barışıq sazişi bağlamış və həmin ərazini Rafiqə 11 aylıq icarəyə vermişdir. Bundan məlumat aldıqdan sonra Səyyafla telefonla danışaraq bu barədə ətraflı məlumat almaq üçün zəng edəndə Səyyaf telefonda onu söyüb təhqir etdiyi üçün onun işlədiyi binaya getmiş və oğlu Mirəli və onun işçisi Asifin yanında Səyyafla mübahisə edərək ondan 8200 manat ümumilikdə pul aldığını və ona torpaq sahəsi vermədiyini, torpağı da Rafiqə verdiyini bildirmişdir. Həmin vaxt Səyyaf “get bu barədə hara şikayət edirsən et, səndən pul almamışam, mənim arxamda başçı dayanıb” demişdir. Bundan əvvəl 3000, 1600 və 600 manat pul verdikdən sonra Səyyafın otağında olan zaman onunla söhbət etdiyi məqamı mobil telefonunda səs yazısı vasitəsi ilə qeyd etmiş ki, gələcəkdə aralarında problem yaranarsa Səyyafa pul verdiyi təsdiq edilsin. Həmin yazıları da diskə köçürüb özündə saxlamışdır. Səyyafdan sonuncu dəfə 2018-ci ilin iyul ayında ona verdiyi ümumilikdə 8200 manat pulunu və ya ona söz verdiyi torpaq sahəsini verməsini tələb etsə də Səyyaf ondan pul almadığını və ona torpaq sahəsi verə bilməyəcəyini demişdir. Bundan sonra Səyyafın ona qarşı dələduzluq edərək onun pulunu aldadaraq ələ keçirməsi barədə şikayət etmişdir. 2016-cı ilin noyabr ayında Təqsirləndirilən şəxs tərəfindən oğlu Şahid3 satılan 0,12 ha torpaq sahəsi Mirzəhüseynli kənd ərazisində mövcud olan uzun müddət istifadə olunan həyətyanı torpaq sahəsi olmuşdur. 1998-ci il tarixdən həmin qeyd olunan 0,12 ha torpaq sahəsinin hasara alaraq oradan oğlu Mirəli ilə birlikdə təsərüfat məqsədilə istifadə etmişdir. 2016-cı il tarixdə isə oğlu Şahid3 Təqsirləndirilən şəxs həmin qeyd olunan uzun müddət istifadə etdiyimiz 0.12 ha torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsindən ötrü ona köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi 8200 manat pulu verməyinin qeyd olunan 0,12 ha torpaq sahəsinin verilməsinə heç bir aidiyyatı olmamışdır. Belə ki, oğlu Şahid3 2016-cı il tarixdə rəsmi şəkildə Ərəbcəbirli bələdiyyəsinə həmin 0.12 ha torpaq sahəsinin ona satılması və xüsusi mülkiyyətinə verilməsi üçün ərizə ilə müraciət etmiş, daha sonra Təqsirləndirilən şəxs ilə oğlu Mirəli arasında 2016-cı ilin noyabr ayında alqı-satqı müqaviləsi bağlanılmış və xx.xx.2019-cu il tarixdə 0.12 ha torpaq sahəsinin oğlu Mirəlinin mülkiyyətinə verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsinin alınması ilə bağlı ödənişlər isə oğlu Mirəli tərəfindən həyata keçirilmiş və həmin sənədləşdirmə prosesində iştirak etməmişdir. Təqsirləndirilən şəxs verdiyi 8200 manat pulun oğlu Mirəliyə verilmiş 0.12 ha torpaq sahəsi ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Təqsirləndirilən şəxs 8200 manat pulu əvvəlki ona məxsus olan və uzun müddət istifadə etdiyi 1 hektar 92 sot torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi üçün vermişdir. Səyafən dediyinə əsasən Asifə verdiyi 600 manat pulun Səyyaf və yaxud da Asif tərəfindən məhkəmə prosesində kiməsə verilməsi məqsədilə verməmiş, eləcə də həmin pulun Səyyaf və yaxud da Asif tərəfindən kiməsə verilib-verilməməsi barədə heç məlumatı yoxdur. Çünki bu barədə Səyyaf ona heç bir söz deməmişdir. Səyyaf ondan aldığı pulları rüsum və icra hakimiyyətinə verilməsi, həmçinin torpaq sahəsinin sənədləşdirilməsi adı ilə almışdır. Lakin ondan aldığı pullardan kiməsə konkret olaraq verib verməməsini bilmir. Bu barədə dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs verdiyi həmin pulların bir qisimini işəyib qazanmış, bir qismini isə iş materiallarında da olan kredit müqavilələri əsasında Bankdan götürdüyü kredit pulları əsasında ödəmişdir. Belə ki, 2015-ci ildə 1500 manat, 2016-cı ildə 1000 manat, 2017-ci ildə 2500 manat, 2018-ci ildə də 2500 manat Access bankdan kredit götürmüşdür. Təqsirləndirilən şəxs 2015ci ilin avqust ayında 3000 manat pulu ona 3-4 dəfəyə vermişdir. Sadəcə ona ilkin vaxtı ümumilikdə 3000 manat verdiyi üçün həmin məbləğləri ayrı-ayrılıqda qeyd etməmişdir. Həmin pulları eyni məqsədlə və demək olar ki, 3-4 gün ərzində verdiyi üçün həmin pulları ümumilikdə 3000 manat qeyd etmişdir. Səs yazısında da Səyyafa 1000 manat, daha sonra 900 manat, bir gün sonra 900 manat, sonra isə 200 manat pul verdiyini qeyd etmişdir. Həmin danışıq zamanı səslər tam aydın eşidilmir və pulların məbləğini deyən zaman Səyyaf tez-tez onun sözünü kəsir. Bundan sonra isə Səyyafa 1600 manat vermişdir. Asifə də verdiyi 600 manatı nəzərə alanda Səyyafa ümumilikdə 5200 manat vermişdir. Danışıq zamanı isə səhvən Səyyafa ümumilikdə 4200 manat verdiyimi bildirir. Həmin vaxt da Səyyaf onun dediyini inkar etmir və onun danışdıqlarını qəbul etdiyini bildirir. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı izahatında ondan ümumiyyətlə pul almadığını bildirmişdir. Lakin şikayəti əsasında həmin iş üzrə qəbul edilmiş qərar ləğv edilmiş və Səyyafa 5200 maant pul verdikdən sonra onun səsini yazdığı səs yazısına baxış keçirilmiş və həmin səs yazısında Səyyafa pul verdiyi təsdiq edildiyi üçün Səyyaf ondan pul aldığını etiraf etmişdir. Həmin səs yazısına qədər Səyyaf ondan pul aldığını etiraf etməmişdir. Əgər həqiqətən də həmin səs yazısını əldə etməsəydi Səyyafa pul verdiyini təsdiq edə bilməyəcəkmiş. Əgər Səyyaf ilkin araşdırma zamanı ondan 3000 manat pul aldığını etiraf etsəydi onun düzgün danışdığını qəbul etmək olardı. Səyyafa böhtan atmır. Bir qədər yaşlı və Səyyafın səriştəsizliyi və dələduzluqları üzündən əsəbləri pozulmuşdur. İfadələrimdə olan ziddiyyətlər hadisələrdən bir neçə il keçməsi və bu illər ərzində əsəblərinin pozulmasına görə olmuşdur. Belə ki, bu illər ərzində həm pulu əlindən çıxmış, həm də sağlamlığında problemlər yaranmışdır. Səyyaf sadəcə ondan aldığı pulu geri qaytarmalı olduğundan ona ödəniləcək pulu tam şəkildə ödəməkdən imtina etdiyi üçün ondan yalnız 3000 manat pul aldığını bildirir. Təqsirləndirilən şəxs və Asif yalan danışır. Səyyafın məhkəməyə verilməsi üçün qeyd etdiyi 600 manatı Asifə vermişdir. Lakin Asifin həmin pulu kimə verdiyini bilmir. Bu barədə Asiflə danışan zaman Asif ona hər bir halda bələdiyyənin mövqeyini müdafiə edəcəyini bildirmişdir. Odur ki, Asif ondan pul aldığını etiraf etmir. Konkert olaraq sərbəst danışıq zamanı Səyyaf Asifə 600 manat pul verdiyini etiraf etmişdir. Həmin vaxt 600-də deyəndə Səyyaf 600-də Asifə pul verdiyini bildirmişdir. Həmin səs yazısında adı çəkilən Ayaz Göyçay Regional Ədliyyə şöbəsininin əməkdaşı Ayazdır. Həmin torpaq sahəsinin onun adıma rəsmiləşdirilməsi prosesində Səyyaf onu inandırmaq üçün ədliyyə şöbəsinə aparmış, orada Ayaz müəllimlə görüşmüşlər. Ayaz müəllim də həmin sahənin bələdiyyə mülkiyyəti kimi tanıdıldıqdan sonra bələdiyyənin ona sata və ya icarəyə verə biləcəyini demişdir. Ayaz müəllim səhv etmirəmsə həmin sənədləşdirmənin aparılması üçün müəyyən rüsumlar olduğunu qeyd etmişdir. Lakin həmin danışıq zamanı Ayaz ondan pul tələb etməmiş və mən Ayaza hər hansı bir məbləğdə pul verməmişdir. Ayazın söhbət zamanı 600 manat dediyini dəqiq xatırlamır. Bunu Səyyaf danışıq zamanı qeyd etmişdir. O, Təqsirləndirilən şəxs tutulmasını tələb etmir, yalnız ona verdiyi pulların qaytarılmasını istəyir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirlmiş Şahid1 birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadənin məzmununa uyğun ifadə verərək göstərmişdir ki, o, 2015-ci ilin yanvar ayından etibarən Göyçay rayonu Ərəbcəbrli bələdiyyəsində xəzinədar vəzifəsində işləyir. Göyçay rayonu Ərəbcəbrli kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxsdur. Mirzəhüseynli kənd sakini Zərərçəkmiş şəxs 30-40 ildir ki, qonşu kənd sakini kimi tanıyır, onunla da heç bir düşmənçilik və ədavəti olmamışdır. 20052013-cü illərdə 2-ci Ərəbcəbirli bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Xəzinədar kimi əsas vəzifəsi mühasibatlığa aid olan sənədlərin qəbulu, bələdiyyə büdcəsinə daxil olan vergilərin qəbulu, bələdiyyə büdcəsinin formalaşdırılmasından ibarətdir. Mirzəhüseynli kəndi 2010-cu ildə Ərəbcəbirli bələdiyyəsinə birləşdirilmişdir. 2015-ci ilin əvvəlində X1 bələdiyyəsinə müraciət edərək qonşusu Şahid2 Təvəkkür oğlunun onun istifadə etdiyi 3 ha ata-baba torpaq sahəsinə iddialı olduğunu və oradan onu çıxardığını bildirmişdir. Bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs maraqlandıqda Şahid2 Təvəkkür oğlu həmin mübahisəli yeri digər bir sakindən aldığını iddia edərək çıxarış təqdim etmişdir. Həmin vaxt isə torpağın kimə məxsus olmasını dəqiqləşdirmək üçün bələdiyyə tərəfindən əmlak komitəsindən nümayəndə dəvət olunmuş və Şahid2 Təvəkkür oğlunun təqdim etdiyi sənədin zəbt etdiyi torpağa aid olmadığı, başqa bir torpaq sahəsinə aid olduğu müəyyənləşdirmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, sözügedən mübahisəli torpaq sahəsi nə Rafiqə, nə də ki, Bəhrama məxsus deyil, bələdiyyə torpağıdır. Bundan sonra Şahid2 Təvəkkür oğlunun həmin torpaq sahəsindən çıxarılması üçün bələdiyyə sədri Təqsirləndirilən şəxs polis şöbəsinə müraciət etsə də, həmin məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi Səyyaf müəllimə izah olunmuşdur. Daha sonra 2016-ci il tarixdə həmin 3 ha torpaq sahəsinin bələdiyyəyə məxsus olması barədə Daşınmaz Əmlakın Komitəsindən çıxarış alınmışdır. Həmin çıxarışın ləğv edilməsi barədə Şahid2 X19 Məhkəməsinə iddia ərizəsi versə də məhkəmə onun iddiasını təmin etməmişdir. Bundan sonra Bələdiyyə tərəfindən həmin torpaq sahəsindən Şahid2 çıxarılması barədə məhkəməyə iddia ərizəsi verilmiş, bələdiyyə sədri Təqsirləndirilən şəxsla Şahid2 ilə xx xxxx 2017-ci il tarixdə barışdığı üçün məhkəmədə işə xitam verilmişdir. Daha sonra Şəki İnzibati-İqtisad məhkəməsi 2017-ci ilin oktyabr ayında bələdiyyə mülkiyyətində olan 3 ha torpaq sahəsinin 1 ha hisəsinin Bəhrəmə verilməsi barədə qərar qəbul etsə də, sonradan 2017-ci ilin dekabr ayında qəbul edilmiş qərar ilə məhkəmə həmin qərarını ləğv etmişdir. Daha sonra isə Bəhrəm apellyasiya şikayəti vermiş, 2018-ci ilin mart ayında onun şikayəti Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan sonra Ərəbcəbrli kənd bələdiyyəsi tərəfindən Şahid2 həmin zəbt etdiyi sahədən çıxarılması barədə yenidən Göyçay rayon Məhkəməsinə müraciət edilsə də 2018-ci ilin iyun ayında məhkəmə qərarı ilə həmin işə xitam verilmişdir. Belə ki, həmin iş üzrə 2017-ci ilin mart ayında bələdiyyə ilə Şahid2 arasında bağlanmış barışıq sazişi olduğuna və həmin sazişə görə bələdiyyə mübahisəli torpaq sahəsini Şahid2 icarəyə verdiyinə görə Şahid2 həmin sahədən çıxarılması barədə bələdiyyənin eyni məzmunlu müraciətinə əvvəllər baxıldığı və işə xitam verildiyi üçün yenidən həmin işə baxılmaması barədə qərar qəbul edilmişdir. Lakin həmin tarixdən bu yana Ərəbcəbrli kənd bələdiyyəsi ilə Şahid2 arasında torpaq icarə müqaviləsi bağlanılmamışdır. 2015-ci il tarixdən hal-hazırki vaxta qədər həmin 1 hektar 92 sot torpaq sahəsindən Şahid2 istifadə edir. Həmin 1 hektar 92 sot torpaq sahəsi Zərərçəkmiş şəxs 2000-ci il tarixdən əvəzetmə qaydasında verilmiş və Bəhrəm də 2015-ci il tarixinə qədər həmin torpaq sahəsindən istifadə etməsi müqabilində bələdiyyəyə vergiləri ödəmişdir. Bəhrəm həmin 1 hektar 92 sot torpaq sahəsindən 2000-ci il tarixdən istifadə etmiş, lakin sonradan Rafiq tərəfindən həmin torpaq sahəsindən çıxarılmış, Rafiq həmin torpaq sahəsindən istifadə etməyə başlamışdır. Bəhrəmdən heç vaxt pul almamış, məhkəmə proseslərində sadəcə olaraq bələdiyyənin nümayəndəsi kimi iştirak etmişdir. Bəhrəm yalan məlumat vermişdir. Məhkəmə proseslərində bələdiyyənin nümayəndəsi kimi iştirak etsə də məhkəmədə heç kimə bu işlə bağlı hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs hansı səbəbdən Bəhrəmə ona məhkəmə prosesində 600 manat pul verməsini deməsini bilmir. Yalnız 2016-cı il tarixdə bələdiyyə tərəfindən Bəhrəmin oğlu Şahid3 verilən 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı ödənişlərdə iştirak etmişdir. Belə ki, alqı-satqı ilə bağlı Bəhrəm tərəfindən verilən alqı-satqı üçün 420 manat, yerquruluşu və kadastr üçün olan 76 manat, 120 notarius, 150 manat isə Daşınmaz Əmlakın Dövlət Resyteri Xidmətindən çıxarış almaq üçün edilmiş ödənişlərdə iştirak etmişdir. Həmin pullar banka ödənilmişdir. Bəhrəmdən məhkəməyə veriməsi üçün 600 manat pul almamış, həmçinin ondan 600 manat alıb Səyyafa verməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan mübahisəli torpaq sahəsini sənədləşdirərək Zərərçəkmiş şəxsa satılması və ya icarəyə verilməsi prosesində Bəhrəmdən 2016cı ilin sonlarında 900 manatı onun yanında almışdır. Həmin pulun alınmasında o, da iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin pulu torpaq sahəsinin ilkin sənədləşdirilməsi üçün aldığını demişdir. Bundam əlavə çıxarış alındıqdan sonra Bəhrəm bələdiyyəni məhkəməyə verərək həmin çıxarışın ləğvi və həmin ərazinin onun mülkiyyətinə verilməsi prosesində bələdiyyənin nümayəndəsi kimi o da həmin məhkəmə proseslərində Bəhrəmlə birlikdə iştirak etmişdir. Həmin məhkəmə proseslərində Bəhrəm məhkəmənin onun xeyrinə qərar qəbul etməsi üçün məhkəməyə pul vermələrini təklif etmişdir. O isə həmin iş üzrə məhkəmədə kimdənsə bu işin Bəhrəmin xeyrinə həll olunması üçün kiməsə pul vermək barədə maraqlanmışlar. Belə ki, Bəhrəm kiməsə 500600 manat pul verə biləcəyini işin onun xeyrinə həll edilməsini xahiş etmişdir. Lakin bu barədə maraqlansa da, heç kim iş üçün onlardan pul tələb etməmişdir. Bəhrəm də yəqin ki, Səyyafla danışan zaman səs yazısını qeyd edərkən həmin 600 manatı qeyd etmişdir. Bəhrəmdən pul alıb məhkəməyə və Səyyafa verməmişdir. Məhkəmə proseləri yekunlaşsa da Səyyaf Bəhrəmin torpaq sahəsini ona verə biləmədiyi üçün Bəhrəm heç olmasa onun oğlunun həyətyanı sahəsini onun adına rəsmiləşdirilməsi üçün prosedur başlatmağı xahiş etmişdir. Odur ki, Səyyaf Bəhrəmdan aldığı puldan ona rüsum kimi pullar vermiş və o da həmin pullardan Bəhrəmin oğlunun 0,12 ha torpaq sahəsinin ilkin kadastr planının hazırlanmasına görə Lahiyyə Tədqiqat MMC-yə 76,10 manat, həmin sahəyə çıxarış alınması üçün 51 manat xidmət haqqı, 81 manat dövlət rüsumu, 20 manat da digər hansısa xidmət üçün, 32 manat forma 1 ayarışı üçün, 92 manat notariat kontorunda alqısatqı zamanı ödənilmiş rüsum, 480 manat isə torpaq sahəsinin alqı satqısı üçün pul ödənilmişdir. Həmin pulların hamısını Təqsirləndirilən şəxs ona vermiş və həmin rüsumları da o Mirəli ilə birlikdə və ya təkbaşına ödəmişdir. Bəhrəmlə olan bütün söhbətlər zamanı Bəhrəm Səyyafa 3000 manat bir, 1600 manat bir, 3000 manat da bir pul verdiyini, həmçinin ona 600 manat pul verdiyini bildirməmişdir. Bəhrəm ümumi söhbətlər zamanı Səyyafa ümumilikdə 3000 manat pul verdiyini demişdir. Bəhrəmin bu işdə digər kiməsə pul verib vermədiyini bilmir. Şahid3 təkbaşına bələdiyyə binasına gələn görməmişdir. Mirəlinin torpaq sahəsi üçün ayrılan pulu Səyyaf ona vermişdir. Bəhrəm oğlu Mirəlini ümumiyyətlə təkbaşına heç bir yerə göndərmir. Səyyaf Bəhrəmə torpaq sahəsi verə bilmədiyi üçün onun oğluna torpaq sahəsi ayırmışdır. Mirəli yalan danışır. Mirəliyə ayrılmış torapq sahəsinin ümumi xərcləri və alqı-satqısı ümumilikdə 900 manata yaxın pul etmişdir. Bütün prosedur və rüsumları 900 manata həll edilən torpaq sahəsi üçün nə üçün Mirəli 3800 manat pul vermişdir. Bəhrəm Səyyafa 3000 manatdan əlavə pul verməmişdir. Bu barədə dəfələrlə Səyyafla danışan zaman Bəhrəm də bunu təsdiq etmişdir. Bəhrəmin hazırda nə üçün Təqsirləndirilən şəxs 8200 maant pul tələb etdiyini bilmir. Bələdiyyə ilə Rafiq arasında 2017-ci ildə barışıq sazişi bağlanması barədə 2018-ci ilin iyun ayında yenidən məhkəmə həmin işə baxan zaman bilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 Bəhrəm oğlu ifadəsində bildirmişdir ki, təxminən 2-3 il olar ki, atasının evindən çıxıb həmin kənddə ata evindən bir az aralıda olan evində yaşayır. Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, kənd bələdiyyəsi kimi tanıyır. Onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2003-cü ildən etibarən onlara verilmiş pay torpaq sahəsi yarasız olduğu üçün evilərinin aşağı-cənub hissəsində evdən 150 metrlik məsafədə pay torpağının əvəzinə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini 2015-ci ilədək istifadə etsələr də, lakin 2015-ci ildə qonşuları Şahid2 onları həmin sahədən çıxarmış və bugünədək həmin sahəni Rafiq istifadə edir. Həmin sahəni bələdiyyədən almaq istəyəndə Təqsirləndirilən şəxs həmin sahənin bələdiyyə torpağı olduğunu odur ki, həmin sahəni sənədləşdirmək üçün bir qədər pul lazım olduğunu odur ki, onun dediyi 3000 manat pulu tapıb versələr həmin sahəni onların adına sənədləşdirəcəyini bildirmişdir. Atası da etiraz etməmişdir. Həmin vaxt təxminən 2015-ci ilin yayın son ayları olmuşdur. Atası həmin pulu topladıqdan sonra Səyyafa torpaq sahəsi verməsi üçün 3 000 manat pul vermişdir. Səyyaf isə yaxın vaxtlarda 3 hektar sahəni sənədləşirib onun 1 hektar yarımını onlara verəcəyini bildirmişdir. Pulu verib ayrıldıqdan sonra təxminən 2015-ci ilin payız aylarında atası Səyyafın həmin torpaq sahəsinə dair çıxarış alınması üçün 1600 manat pul tələb etdiyini demişdir. Atası 1600 manatı əldə etdikdən sonra yenidən avtomobillə kənd yolu ilə bələdiyyə binasına gedən zaman yolda Səyyafla görüşmüş və atası avtomobildən düşərək Səyyafla söhbət etmiş və Səyyafa 1600 manat pul vermişdir. Bundan sonra həmin sahəyə dair çıxarış alınmış və həmin çıxarışın təsdiq olunmuş sürətini də Səyyaf atasına vermişdir vermişdir. Bundan sonra atasından torpağın sənədləri barədə maraqlananda Səyyaf işin alınmadığını məhkəmədə həll ediləcəyini demişdir. Lakin atası bundan sonra Səyyafa məhkəməyə verilməsi üçün 600 manat, 2017-ci ildə isə torpağın məhkəmə qərarı ilə atasına verilməsi üçün isə 3000 manat pul almışdır. Lakin həmin pulu atasının konkret olaraq harada və hansı şəraitdə verdiyini bilmir. Atası Səyyafa həmin torpaq sahəsi üçün ümumilikdə 8200 manat pul versə də 2018-ci ildə məlum olmuş ki, Səyyaf məhkəmədə Rafiqlə barışıq əldə etmiş və barışığa əsasən həmin torpaq sahəsi məhkəmə qərarı ilə Rafiqə verilmişdir. Odur ki, atası da Səyyaf barəsində şikayət etmişdir. O, bələdiyyə qərarı və keçirilmiş hərracın nəticəsinə əsasən kənd ərazisindən bələdiyyə torpağından 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ona ayrıldığı üçün həmin torpaq sahəsinin bütün rüsumlarını şəxsən öz adından və ya bələdiyyənin adından ödəmiş, sonra isə notarial alqı-satqıya əsasən pulunu ödəməkə həmin sahəni bələdiyyədən almışdır. Bələdiyyə sədri Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ayrılması üçün atası pul verməmişdir. Həmin sahənin pulunu tam şəkildə özü vermişdir. Həmin pulların bir qisminə dair qəbzlər olsa da, bir qismi qeyri-rəsmi və ya bələdiyyə tərəfindən ödənildiyi üçün həmin pulların ödəniş sənədləri onda yoxdur. Lakin həmin sahənin atasına Səyyafın verəcəyi sahə ilə heç bir əlaqəsi olmamışdır. Atası Səyyafa 3000, 1600, 600 və 3000 manat da sonuncu dəfə pul vermişdir. Lakin həmin pullardan yalnız Səyyafa 900 manat və 1600 manat verilən zaman atasının yanında olmuşdur. Sadəcə atası Səyyafa verdiyi pulları 3-4 mərhələdə qeyd etdiyi, yəni ilkin olaraq verdiyi 3000 manatın torpağın sənədləşdirməsinə başlanılması üçün razılıq almaq məqsədi ilə verdiyini, 1600 manatı torpağın çıxarışını alınması və 600 manatı məhkəmədə gedən prosesin onların xeyrinə həll edilməsi və sonuncu dəfə isə məhkəmə porosesi qutardıqdan sonra torpağın atasının adına satılması üçün 3000 manat pul vermişdir. Birinci mərhələdə verilmiş 3000 manat 3 və ya 4 dəfəyə verilmiş və həmin pul ümumilikdə 3000 manat olmuşdur. Həmin yəni, birinci mərhələdə verilmiş 3000 manatın yalnız 900 manatı verilən zaman iştirak etmişdir. Bundan sonra atasından Təqsirləndirilən şəxs torpağın çıxarışının alınması üçün 1 600 manat pul almışdır. Həmin pulu atası Səyyafa verən zaman avtomobildə olmuş və atası Səyyafın avtomobilinin yanında kənd yolunda görüşüb pulu sayıb ona vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirlmiş Şahid2 bildirmişdir ki, o, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs tanıyır. Onun aralarında qonşuluqdakı kənd bələdiyyəsinə məxsus torpaq sahəsinə görə təxminən 2015-ci il tarixdən mübahisə yaranmışdır. Belə ki, 1988-ci ildən 2000-ci ilə qədər həmin mübahisə olunan torpaq sahəsindən istifadə etmişdir. 2000-ci ildə Abdullayev Bəhram ona köhnə kolxoz sənədi sənəd təqdim edərək həmin torpağın ona məxsus olduğunun bildirmiş və həmin vaxtdan da 2015-ci ilə qədər o həmin 1 ha 30 sot torpaq sahəsinin 60 sotundan istifadə etmişdir. Həmin torpağın qalan hissəsində isə bugünkü günə qədər istifadə etmişdir. Daha sonra 2015-ci ilin fevral ayında Tahir Salmanov adlı şəxsdən 97 sot torpaq sahəsini alqı-satqı müqaviləsi ilə almışdır. Həmin aldığı torpaq sahəsinin bir hissəsinin Bəhramın istifadə etdiyi torpaq sahəsi olduğunun iddia edərək ondan həmin torpaqdan çıxmağını istəmişdir. Bəhrəm ərazidən çıxmadıqda isə Göyçay rayon polis şöbəsinə müraciət etmiş və şöbədən gəlib ona məxsus sənədləriə baxıb həmin sahənin ona məxsus olduğunu bilərək, Bəhrəmə qeyri-rəsmi həmin torpaqdan çıxmasını bildirmişlər. 2016-cı ildə təxminən mart ayında bələdiyyə sədri Təqsirləndirilən şəxs həmin torpağa dair çıxarış aldıqdan sonra ona qarşı həmin torpaq sahəsindən çıxarmaq üçün Göyçay rayon məhkəməsinə iddia vermişdir. Həmin vaxtlarda bələdiyyə sədri Təqsirləndirilən şəxs qarşı Şəki İnzibati-İqtisadi məhkəməsinə iddia vermişdir. Şəki İnzibati-İqtisadi məhkəməsi bələdiyyənin xeyrinə qərar çıxarmışdır. Sonra həmin qərardan Şəki Apelyasiya məhkəməsinə şikayət vermişdir. Daha sonra məhkəmə prosesində barışıq sazişi imzalamışlar və bələdiyyə həmin torpaq sahəsindən istifadə etməyinə icazə vermişdir. 2018-ci ildə Təqsirləndirilən şəxs yenidən ona qarşı həmin torpaq sahəsindən çıxarılmağı barədə iddia vermişdir. Lakin əvvəllər onunla barışıq sazışı imzaladıqları və həmin iş üzrə məhkəmə qərarı ləğv edilmədiyindən məhkəmə həmin işə xitam vermişdir. Hal-hazırda həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur və həmin torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsində təsərrüfat işləri ilə, əkin işi ilə məşğuldur. Həmin torpağın sənədləri bələdiyyə tərəfindən hərraca çıxarılacaqdır. Təqsirləndirilən şəxs pul verməmişdir. Bəhramın dedikləri şər və böhtandır. Səyyafa pul verməyi üçün deyilənlərin heç bir əsası yoxdur. X11 Səmədova 8200 manat pul verdiyi barədə prokurorluqda və polis şöbəsində olan zaman eşitmişdir. Lakin bu barədə başqa məlumatı olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarının sürətindən görünür ki, iddiaçı Şahid2 cavabdeh ƏMDK yanında DƏDRX-in 16 saylı Ərazi İdarəsinə qarşı 3 ha torpaq sahəsinə dair Ərəbcəbrli bələdiyyəsinin adına verilmiş **********10 nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərardadının sürətindən görünür ki, iddiaçı Şahid2 Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətindən imtinaya dair ərazisi qəbul edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadının sürətindən görünür ki, iddiaçı Göyçay rayon Ərəbcəbrli bələdiyyəsinin cavabdeh Şahid2 oğuna qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılmasına tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarından sürətindən görünür ki, Zərərçəkmiş şəxs iddiası təmin edilərək cavabdeh ƏMDK yanında DƏDRX-in 16 sayı Ərazi İdarəsinin üzərinə JN 323 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının 1,0 ha hissədə və xx.xx.2016-cı il tarixli **********10 nömrəli çıxarışa əsasən Göyçay rayonu Ərəbcəbrli bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha torpaq sahəsinin 1,0 ha hissəsi üzərində mülkiyyət hüququun ləğv edilməsi və Göyçay rayonu Mirzəhüseynli bələdiyyəsi və DTXKnin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş sxematik planda göstərilən 1,0 ha torpaq sahəsi üzərində iddiaçı Zərərçəkmiş şəxs hüquqlarının danışmaz əmlakın dövlət reyestrində qeydə alıb çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati iqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadından sürətindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərardadından sürətindən görünür ki, iddiaçı Şahid2 apellyasiya şikayəti təmin edilməmişdir, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı qüüvvəsində saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati iqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərardadından sürətindən görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadından görünür ki, iddiaçı Göyçay rayon Ərəbcəbrli bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs cavabdehlər Şahid2 Təvvəkkül oğluna və X4 qarşı Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən zəbt edilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması tələbi üzrə qanuni qüvvəyə minmiş Göyçay rayon Məhkəməsinin xx xxx 2017ci il tarixli qərardadı olduğundan mülki iş üzrə icraaa xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, iddiaçı Şahid2 cavabdeh Göyçay rayonu Ərəbcəbrli bələdiyyəsinə qarşı öhdəliyin icra edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Göyçay rayon Ərəbcəbrli bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs cavabdehlər Şahid2 Təvvəkkül oğluna və X4 qarşı Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən zəbt edilmiş 1.50 ha torpaq sahəsindən çıxarılması tələbi üzrə qanuni qüvvəyə minmiş Göyçay rayon Məhkəməsinin xx xxx 2017ci il tarixli qərardadı olduğundan mülki iş üzrə icraaa xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Regional Ədliyyə idarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində apardığı araşdırmaya dair Göyçay rayon prokurorluğuna göndərilmiş xx.xx.2019-cu il tarixli A-228 nömrəli məktubunda qeyd edilmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kənd sakini Şahid2 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 16 saylı Ərazi idarəsinə qarşı 3,0 ha torpaq sahəsinə dair Ərəbcəbrli bələdiyyəsinin adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bundan sonra Şahid2 Məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişdir. Eyni zamanda Bələdiyyə tərəfindən Şahid2 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair Göyçay rayon Məhkəməsində iddia qaldırmışdır. İcraat zamanı bələdiyyə sədri Təqsirləndirilən şəxs vətəndaş Şahid2lə qanunvericiliyin tələblərinə zidd olaraq Göyçay rayonu Ərəbcəbrli bələdiyyəsinə məxsus Göyçay rayonu Mirzəhüseynli kənd ərazisində yerləşən cavabdeh Şahid2 tərəfindən qanunsuz zəbt edilmiş 1,50 ha torpaq sahəsinin boşaldılmasına tələbinə dair iddiadan iddiaçı Göyçay rayon Ərəbcəbrli bələdiyyəsi tərəfindən imtina ediləcəyi Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən və **********10 nömrəli çıxarışla Ərəbcəbrli bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha torpaq sahəsinin 1,50 ha hissəsini kənd təsərrüfatı məqsədi ilə istifadə etmək üçün Şahid2 icarəyə verəcəyinə, icraə müqaviləsinin müddəti bitdikdə (hər 11 aydan bir) 15 il davamlı olaraq yeni icarə müqaviləsi bağlayacağına, torpaq sahəsini Şahid2 razılığı olmadan başqa şəxsə satmayacağına, gələcəkdə Şahid2 qarşı Göyçay rayon Mirzəhseynli kəndində yerləşən və **********10 nömrəli çıxarışa əsasən Ərəbcəbrli bələdiyyəsinin mülkiyyətində olan 3,00 ha sahəsinin 1.50 hektar hissəsindən çıxarılması barədə iddia qaldırmayacağını öhdəsinə götürməsinə dair xx.xx.2017-ci il tarixdə barışıq razılaşması haqqında müqavilə bağlamışdır. Halbuki Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.2 ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan toprapqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflərin arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Beləliklə, bələdiyyə sədri Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə zidd olaraq iş üzrə cavabdeh Şahid2lə barışıq razılaşması haqqında müqavilə bağlayaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılması üzrə icrata xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Ərəbcəbrli bələdiyyəsinin Şahid2 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə icraata xiatm verilmişdir. Həmçinin Ərəbcəbrli bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 14 nömrəli iclas protokolunun qərarı ilə Mirzəhüseynli kənd ərazisində yerləşən mübahisəli torpaq sahəsi də daxil olmaqla 3 ha torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınaraq ƏMDKnin Ucar ərazi şöbəsinə müraciət edilmiş, lakin həmin orqanın xx.xx.2019-cu il tarixli bələdiyyəyə ünvanladığı məktubunda qeyd edilən torpaq sahəsi ilə bağlı bələdiyyə ilə vətəndaşların arasında mübahisə olduğundan müsabiqəyə çıxarılmasının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxx 2017-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilədən görünür ki, tərəflər Göyçay rayonu Mirzəhüseynli kənd sakini Şahid2 və Göyçay rayon Ərəbcəbrli bələdiyyəsi (sədr Təqsirləndirilən şəxs) məhkəmədə olan iddialarından imtina etmələri və mübahisəli torpaq sahəsinin Şahid2 icarəyə verilməsi ilə bağlı barışıq sazişi müqaviləsi bağlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə Access Bank QSC-nin Göyçay filialı arasında xx xxxxxx 2015-ci il tarixdə, xx xxxx 20916-cı il tarixdə, xx xxxx 2017-ci il tarixdə və xx xxxxxx 2018-ci il tarixdə kredit müqavilələri bağlanması və müvafiq olaraq Zərərçəkmiş şəxs bankdan 1500, 1000, 2500 və 2500 manat məbləğində kredit almışdır. Cinayət işi materiallarına əlavə edilmiş RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayon Ərəbcəbrli bələdiyyəsinin mükiyyətində 3.0 ha torpaq sahəsi vardır. Həmin çıxarış xx.xx.2016-cı il tarixdə **********10 nömrə ilə qeydə alınmışdır. Həmçinin iş materialarında həmin çıxarışın xx.xx.2017-ci il tarixdə Göyçay rayon notariat kontorunda təsdiq edilmiş sürəti vardır. Göyçay rayon Ərəbcəbrli bələdiyyəsinin Göyçay rayonu Mirzəhüseynli kənd sakini Zərərçəkmiş şəxs adına verdiyi xx xxxx 2018-ci il tarixli arayışında islahat komissiyasının Bəhrəm və ailə üzvlərinə 323 və 324 nömrəli Dövlət aktına əsasən 0,57 ha və 1,35 ha torpaq sahəsi verilməsi, lakin 2000-ci ildən vətəndaşın xahişini nəzərə alaraq islahat komissiyası onlara evlərinin yaxınlığında Mirzəhüseynli bələdiyyəsinə məxsus olan istifadə edilməyən torpaq sahəsi Mizəhüseynli bələdiyyəsinin qərarı ilə 2002-ci ildə dəyişdirilərək onların istifadəsinə verilməsi və sənədlərin Göyçay rayon torpaq şöbəsi tərəfindən təsdiq edilməsi, vətəndaşın 2000-ci ildən 2018-ci il də daxil olmaqla həmin torpaq sahəsinin vergisini ödəməsi göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 12046 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat hissəsində CD dikdə olan danışıq səslərinin: K1 – müəllim, bələdiyyə torpağıdı, o kimdi ki, deyirəm ki, o da kənd sakinidi. ə, ver ona getsin o yana da. ə, bə mən deyəndə ki, burda ikinci bir şəxs var, bu şəxsin əlində sənədi var. Buların// ba ona görə ki, sənin nə marağın var, sənə nə tafotu var, ya o oldu ya bu oldu. Niyə bu ... Tem boli uzanır da. Burda iş uzanır ha, elə belə iş olsa. Burda görürsən bular nətər uzadıllar. Ona görə də sənin. söən qabağa durmalısan. Mən ... sa verərdim. Bilmirsən ki,? K2 - ...yox K1 – Yadındadı getdik ora. ...Aya z edi ki. filan qədər, onda heç çxıarış da yoxuydu. Ayaz dedi ki, filan qədər poul ver, bilmirəm 600-müydü, nə qədər pulyudisə. K2 – Məllim sonradan göndərdim də. K1 – yox da, sonradan polisə göndərdin də. Uje çıxarış çıxandan sonra. O da ki çıxarış çxıartma. Bələdiyyə mülkiyyəti tanınmamış vətəndaşnan//vətəndaş əlində sənəd əsasında məhkəmə qət// o da verdiyimiz o pulları. Düzdü? o üç sot üç hektar sənin rüsümün var, ziri var, tək rüşvət kimi getmir, burda rüsumlar var.. K2 – bilirəm e var K1 – indi bir şey var. İndi o olmuş olsaydı məhkəmə qərar verərdi pramoy sənin adıva. İndi Xəşdədiyinin hamısını orda məhkəməyə verərdi. Bunnan da sənin adına... K2 – müəllim, mən siznən razı e. axı mənə maraq nədi. K1- hm K2 – bax olaraq ikisii də birinci ora gedənnən sonra məsləhət olduğu kimi min bir yüz ora. K1 – gərək vereydin K2 – yox e. 10xx xxxxx 1000 manat ... o da 2000 manat elə olmadı? K1 – yox e yox. Mənə 900 bir vermisən, K2 - 900 də bir vermişəm K1 – yox yox yox. ... Mən 600 ora vermisən K2 – gör nə deyirəm.məllim Qurana and olsun, ... bircə dəqiqə də, mən gör nə deyirəm də. Yəni bunu bir verdim . sonra 1600 də K1 –sən mənə 1600 manat verdin K2 – 1600 manatı da bir verdim K1 – qapının ağzında orda K2 – bildim e qulaq as da K1 – mən 2000 pul almamışam e səndən K2 – 900 bir verdim K1 – yox yox 500. Burda sən gətdin mənə K2 – bir dəqiqə qulaq as da müəllim K1 – icazə ver, ola bilsin ki, sən... bilirsən, ... düzdü 900 vermisən,. 900. Hələ mənim o hadisəm zad törənmişdi e. .dedim ki, mənə pul tap, tap gegtin.. . 500 manat mənə pul tapdın gətirdin 0 vaxt mənə. 500 manat mən bir vermisən. 900 mənə bir vermisən, 1600 də. Bildin? ..aybaay vermişəm. amma bu 900 elə bil mənə .. burda bir yerdə vermisən... amma xırda xırda pul vermisən. 100, 100 bir ora ver bura ver. Belə olub. 600 də bəli məhkəmə prosesində Asifə vermisən K2 – 4200 pul vermişəm. ... K1 – aydındı başa düşürəm, yo qəbul eliyirəm. mən səni qəbul eliyirəm İndi ... də bir ver. ... mən də bu işdə ... bilirsən. Şeyi bir dəfə quraşdırırsan ... ikinci dəfə rahatdı. Mən də məhkəmə işində birinci dəfə idi. ibarət olması müəyyən edilmiş. -Ekspertizaya təqdim olunmuş 1 ədəd PRİNCO markalı CD diskdə olan istintaqı maraqlandıran və tədqiqatı tələb ounan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətndə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 210 manatdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 1600 manat hissəsini ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay RİHB-nin Göyçay rayonu Ərəbcəbrli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2019-cu il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs subay olmaqla Göyay rayonu 1-ci Ərəbcəbrli kəndində yaşayır. Təqsirləndirilən şəxs uzun müddət Göyçay rayonunda müəllim və məktəb direktoru kimi fəaliyyət göstərmişdir. Sonralar Göyçay RHİB-nin Ərəbcəbrli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini və nümayəndəsi vəzifələrində işləmişdir. 2015-ci ildən hal-hazıradək Ərəbcəbrli bələdiyyəsinin sədri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs nümayəndəlik ərazisində yaşadığı və işlədiyi vaxtda kənd sakinlərinə qarşı diqqətli və qayğılı olmuş, onların hörmət və ehtiramını qazanmışdır. Təqsirləndirilən şəxs kəndin ictimai və siyasi tədbirlərində yüksək təşkilatçılıq bacarığı göstərməklə fəal iştirak etmişdir. O, dövlətə və dövlətçiliyə sadiq, gördüyü işinə məsuliyyətlidir. Təqsirləndirilən şəxs rayon ictimayyəti arasında sayılıb sevilən bir ziyalı kimi nüfuz qazanmışdır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon PŞ İB-nin baş müstəntiqi X12 xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ibtidai istintaq və birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmadığnı göstərərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonar-CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, onun zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 8200 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair ona elan olunmuş ittihamın CM-nin 178.2.4-cü maddəsi ilə olan hissəsi məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinə göstərilir ki, bu Məcəllənin 177-182, 185-187 və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması barədə ittiham konkret sübutlara əsaslanmır və yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsi maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsini xaric etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Ərəbcəbrli bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Göyçay rayonu Ərəbcəbrli kəndi ərazisində Göyçay rayonu, Mirzəhüseynli kəndində yaşayan Zərərçəkmiş şəxs Ərəbcəbrli bələdiyyəsinin mülkiyyətində olan ərazidən 01 ha 92 sot torpaq sahəsi ayrılacağı barədə razılıq alınması adı ilə aldadıb inandırmaqla 2015-ci ilin avqust ayının istintaqa məlum olmayan günlərində ayrı-ayrı vaxtlarda vahid niyyətlə sonuncudan 900 manat və 500 manat, 2015-ci ilin sonlarında həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ı almaq adı ilə aldadıb yalandan vəd verərək inandırmaqla 1600 manat, 2016cı ilin yay aylarında həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılan mülki üzrə Ərəbcəbrli bələdiyyəsinin xeyrinə qətnamə çıxarılması adı ilə aldadıb yalandan vəd verərək inandırmaqla 600 manat, 2016-cı ilin sonlarında həmin mübahisəli 1 ha 92 sot torpaq sahəsinin hərraca çıxarılaraq sonuncuya satılması üçün rüsumların ödənilməsi məqsədi ilə aldadıb yalandan vəd verərək inandırmaqla hissə-hissə 600 manat pulunu alıb ələ keçirməklə ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 4200 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb bu nəticəyə gəlir ki, həmin dəlillər işin faktiki hallarına uyğun deyildir. Belə ki, zərərçəkmiş şəxs X9 verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli hökmünün ləğv edilməsini, işə yenidən baxılaraq Təqsirləndirilən şəxs barəsində daha ağır cəza tətbiq edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən (ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən peşmançılıq çəkməsini, yaşını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, maddi ziyandan 1600 manat pulu zərərçəkmiş şəxsə ödəməsini, əvvəllər məhkum olunmamasını) halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də zərərçəkmiş şəxsin mənafeyini kifayət qədər nəzərə almış, ona bu xüsusatların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını daha artıq ağırlaşdırılmağa, yaxud onun etdiyi əmələ görə daha sərt cəzaya məhkum edilməsi ilə bağlı hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası zərərçəkmiş şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə əsas görmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar