Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-92/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: X14 Məhkəməsinin (sədrlik edən N.Mirzəyev) xx xxxxxx 2020-ci il tarixli, 1(091)- 141/2020 nömrəli hökmü ilə, xx xxxxxx 1980-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan 02 ədəd zərfdə narkotik vasitə olan tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 4,666 qram olan heroin, 2,098 qram metamfetamin, 8,160 qram olan tiryək, 0,11 ml heroin, 4,76 qram marixuana, o cümlədən 01 ədəd zərfdə olan 03 ədəd şpris və 01 ədəd elektron tərəzi dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 153,18 AZN (yüz əlli üç manat, on səkkiz qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, X11 İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən CM-in 134, 180.3.1, 182.3.1, 329.2.1, 332.2.1, 332.2.2, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, hər iki hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş, 2020-ci ilin aprel ayının əvvəllərində Ağdaş rayon Maşad kənd qəbirstanlığının yanından yerdən tapdığı ümumilikdə külli miqdarda təmiz çəkiləri 01 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2.298 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bükümdə, 87 ədəd kağız bükümlərdə və 01 ədəd şprisin içərisində ümumi təmiz çəkisi 5.57 qram külli miqdarda narkotik vasitə olan heroini, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8.260 qram narkotik vasitə olan tiryəki, 01 ədəd sellofan bükümdə və 01 ədəd kibrit qutusunda cəmi təmiz çəkisi 4.8 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə etmiş, həmin narkotik vasitələrdən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,660 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,555 qram, 01 ədəd kibrit qutusunun içərisində olan 37 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 1,601 qram, 01 ədəd kibrit qutusunun içərisində 49 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 1,730 qram narkotik vasitə olan heroini, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,101 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,197 qram psixatrop maddə olan metamfetamini, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,260 qram narkotik vasitə olan tiryəki, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,37 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,43 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 01 ədəd 1ml-lik şprisdə həcmi 0,22 ml məhlulda olan 0,024 qram heroini satış məqsədilə ünvan 2-də yerləşən evində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 15:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı həmin narkotik vasitələr Təqsirləndirilən şəxs yaşadığı evində axtarış aparılan zaman aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o törətdiyi əməldə özünü qismən təqsirli bilir. Belə ki, polis əməkdaşları onun evinə axtarış keçirərkən hal şahidi və icazə olmadan evə daxil olublar. Onun üzərində olan narkotik vasitənin üzərinə əlavə narkotik vasitə əlavə edərək ona imza çəkməyə məcbur etmişlər. Lakin, o heç bir sənədə imza etməmişdir. Bundan başqa onun səhhətində problemlər vardır. Odur ki, ona verilmiş cəzanın dəyişdirilərək ciddi rejimlə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 bildirdi ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayət əməlini törətməsi işdə olan sübutlarla tam sübuta yetirilir. Ona görə də, hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olmasının nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini, X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X3 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs bildirdi ki, onun onun səhhətində problemlər vardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, cəzaçəkdiyi xüsusi rejimli cəzaçəkmə müəsissəsinin növünün dəyişdirilərək, ciddi rejimli cəzaçəkmə müəsissəsi ilə əvəz edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xəstə olduğu üçün narkotik vasitə istifadəçisi olmuşdur. Özü ağır hipotet xəstəsidir. Evində aşkar olunan narkotik vasitələrdən yalnız 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,660 qram olan narkotik vasitə heroin, eyni zamanda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,43 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd 1ml-lik şprisdə həcmi 0,22 ml məhlulda olan 0,024 qram heroin onun, qalanları onun deyildir. O, narkotik vasitələrin satışı ilə məşğul deyil və o ibtidai istintaq dövründədə heç bir sənədə qol çəkməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, xəstə olduğu üçün narkotik vasitə istifadəçisi olmuşdur. Əvvəllər narkomaniya xəstəliyindən əzab çəkmiş, eyni zamanda məhkumluq həyatı da yaşamışdır. Evindən aşkar olunan narkotik vasitələrdən yalnız 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,660 qram olan narkotik vasitə heroin, eyni zamanda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,43 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd 1ml-lik şprisdə həcmi 0,22 ml məhlulda olan 0,024 qram heroin ona məxsus olmuşdur. Özü narkomaniya xəstəliyindən əzab çəkdiyi üçün qeyd edilən narkotik vasitələri əldə edib evində saxlamışdır. Onun narkotik vasitənin satışı ilə heç bir əlaqəsi olmamışdır. Evindən aşkar olunan digər narkotik vasitələr isə polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində ünvan 2-də yerləşən evində olan zaman polis əməkdaşları qəfildən onun evinə soxulmuş, ona heç bir söz demədən onu döyməyə başlamışlar. Sonradan hal şahidləri və özlərinin dəvət etdikləri müdafiəçi vasitəsi ilə onun yaşadığı evə baxış keçirilmiş və həmin baxış zamanı özlərinin onun evinin müxtəlif yerlərinə qoyduqları narkotik vasitələri aşkar edərək həmin narkotik vasitələrin ona məxsus olması barədə müvafiq protokol tərtib etmişlər. O isə işgəncəyə məruz qaldığı üçün həmin protokolu imzalamışdır. Odur ki, özünə aid olan narkotik vasitələri şəxsi istifadə üçün əldə edib saxlamağa görə özünü təqsirli sayır, xəstə olduğu üçün narkotik vasitədən əl çəkə bilmir, hazırda əməlindən peşmandır, məhkəmədən əməlinin CMnin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cəza təyin olunmasını xahiş etmişdir. Hazırda öyrənilən işdən bəlli olur ki, həm təqsirləndirilən şəxs, həm də onun müdafiəçisi hər hansı yeni bir sübutun tədqiq edilməsini istəmirlər, həmçinin məhkəmə kollegiyası da buna zərurət görmür. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi aşağıda tədqiq edilən sübutlara görə təqsirləndirilən şəxsin həm birinci, həm də apellyasiya məhkəməsinin iclasında verdiyi ifadələri qeyri səmimi və uyğun olaraq apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər narkotik vasitəni saxladığına görə məhkum olunduğunu, xx.xx.2020-ci il tarixdə təxminən saat 14:30 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olan zaman polis əməkdaşlarının yaşadığı evə gələrək yaşadığı evdə narkotik vasitə saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini və ona məhkəmə qərarına əsasən yaşadığı evə baxış keçirəcəklərini söylədiklərini, onları yaşadığı evə dəvət etdiyini, daha sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə yaşadığı evdə hal şahidlərinin, müdafiəçinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin qonaq otağında masanın üzərində 03 ədəd kibrit qutusu, 04 ədəd sellofan büküm və 01 ədəd kağız bükümün aşkar edildiyini, daha sonra həmin 04 ədəd sellofan bükümlərin açıldığını və içərilərindən qara rəngli kristal halında narkotik vasitəyə oxşar maddə, yaşıl rəngli qurudulmuş halda olan xüsusi iyə malik olan narkotik vasitəyə oxşar bitki kütləsi və ağ rəngli kristal halında maddələrin aşkar olunduğunu, 01 ədəd kağız büküm açılan zaman isə içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, sonra həmin bükümlərin elektron tərəzidə çəkildiyini və sellofan bükümlərdə olan qara rəngli kristal halında narkotik vasitəyə oxşar maddənin çəkisinin 8,64 qram, yaşıl rəngli qurudulmuş halda olan xüsusi iyə malik olan narkotik vasitəyə oxşar bitki kütləsinin çəkisinin 1,84 qram, ağ rəngli kristal halında maddənin çəkisinin 2,31 qram, qəhvəyi rəngli toz və kristal halında olan narkotik vasitəyə oxşar maddənin çəkisinin 1,85 qram olduğunu, kağız bükümdə olan qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin çəkisinin 1,18 qram olduğunu, daha sonra kibrit qutularının açıldığını və birinin içərisindən yaşıl rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar bitki kütləsi, digər ikisinin içərisində isə müvafiq olaraq 50 ədəd və 37 ədəd kağız bükümlər aşkar edildiyini, 37 ədəd kağız bükümlərin içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddələr, 50 bükümün 49 ədədinin içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddələr, digər 1 ədəd bükümün içərisindən isə ağ rəngli kristal halında olan narkotik vasitəyə oxşar maddə aşkar edildiyini, içərisində narkotik vasitəyə oxşar bitki kütləsi olan kibrit qutusunun çəkisinin 6,55 qram, içərisində 50 ədəd büküm olan kibrit qutusunun çəkisinin 7,01 qram və içərisində 37 ədəd büküm olan kibrit qutusunun çəkisinin isə 6,74 qram olduğunu, daha sonra isə yaşadığı evin digər otağından ona məxsus gödəkcənin sol yan cibindən içərisində qəhvəyi rəngli maye məhlul halında olan 01 ədəd şpris və qara rəngli elektron tərəzi aşkar olunduğunu, sonra həmin bükümlərin, kibrit qutuları və şprisin zərflərə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin həmin zərfə imza etdiklərini, daha sonra onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindəki 01 ədəd “Darago” markalı mobil telefonu və 01 ədəd üzərinə “Argo” yazılmış siqaret qutusunu masanın üzərinə qoyduğunu, daha sonra həmin siqaret qutusunun açıldığını və içərisində siraret dənələri aşkar olunduğunu, axtarış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün yaşadığı evdə saxladığını, həmin narkotik maddələri 2020-ci ilin aprel ayın əvvəllərində Ağdaş şəhəri Maşad kənd qəbirsanlığının yanından yerdən tapdığını, lakin konkret olaraq həmin yeri xatırlamadığı üçün göstərə bilmədiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını, evinə baxış keçirilən zaman ona məxsus gödəkcənin sol yan cibindən 01 ədəd qara rəngli elektron tərəzinin aşkar olunduğunu, lakin həmin tərəzinin onun gödəkcəsinin cibində necə olub qalmasını bilmədiyini, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq edilmədiyini göstərmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq edilmədiyini göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” iş üzrə gəldiyi qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də hazırkı məhkəmə kollegiyasının iclasında özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini qeyri səmimi qəbul etməklə inandırıcı bilmir. Məhkəmə kollegiyasının gəldiyi bu qənaət həm də aşağıdakı sübutlardan irəli gəlir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik maddə saxlaması, satması və narkotik maddələrdən istifadə etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin tarixdə raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş, tərəfindən müvafiq sənədləşmələr aparılaraq Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilməsi üçün Ağdaş rayon məhkəməsindən qərar alınmış, daha sonra həmin gün saat 15:00 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXT-nin polis nəfərləri Şahid5 və Şahid6 ilə birlikdə İlqarın yaşadığı ünvana gedilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmuş, ona üzərində və evində narkotik vasitələri saxlaması və həmçinin də istifadə etməsi barədə onlarda məlumat olduğu bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs onları yaşadığı evinə dəvət etmiş və yaşadığı evdə üzərində şəxsi axtarış aparılacağı ona bildirilmiş, şəxsi axtarış zamanı ona hüquq və vəzifələrini başa saldıqdan sonra Təqsirləndirilən şəxs onlara vəkillə təyin olunmaq istədiyini, lakin maddi imkanının olmadığını dediyindən ona vəkil təyin edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin qərarı ilə də tanış edilmiş, onun yaşadığı evə hal şahidlərinin, müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin qonaq otağında masanın üzərində 03 ədəd kibrit qutusu, 04 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilmiş, daha sonra həmin 04 ədəd sellofan bükümlər açılmış və içərilərindən qara rəngli kristal halında narkotik vasitəyə oxşar maddə, yaşıl rəngli qurudulmuş halda xüsusi iyə malik olan narkotik vasitəyə oxşar bitki kütləsi və ağ rəngli kristal halında maddələr aşkar olunmuş, 01 ədəd kağız büküm açılan zaman isə içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, sonra həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Daha sonra kibrit qutuları açılmış və birinin içərisindən yaşıl rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar bitki kütləsi, digər ikisinin içərisində isə müvafiq olaraq 50 ədəd və 37 ədəd kağız bükümlər aşkar edilmiş, 37 ədəd kağız bükümlərin içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddələr, 50 bükümün 49 ədədinin içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddələr, digər 1 ədəd bükümün içərisindən isə ağ rəngli kristal halında olan narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Daha sonra isə İlqarın yaşadığı evin digər otağından ona məxsus gödəkçənin sol yan cibindən içərisində qəhvəyi rəngli maye məhlul halında olan 01 ədəd şpris və qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar olunan maddələr qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamında Təqsirləndirilən şəxs evində məhkəmə qərarı əsasında cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində baxış keçirdiklərini, sonuncuya qarşı heç bir işgəncə və təsir vasitələrindən istifadə edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 Təqsirləndirilən şəxs özünün də yaşadığı evə baxış keçirilməsində iştirak etdiyini, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirdiyini, əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat eşitsələr də, məlumatı tam konkretləşdirə bilmədikləri üçün realizə edə bilmədiklərini, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə gedən zaman evdə yalnız özünün olduğunu, həmin vaxt evdə başqa heç kimin olmadığını, vəkil gələnə qədər Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmadıqlarını, baxış keçirmək üçün gedən zaman təqsirləndirilən şəxsin yatılı vəziyyətdə olmadığını, Təqsirləndirilən şəxs yatan zaman onun yaşadığı evə daxil olduqlarının doğru olmadığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid2, Şahid5 və Şahid6 Natiq oğlu Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Nəzirov Söhbət Paşa oğlu ifadəsində, həqiqətən də, həmin gün başqa bir nəfər hal şahidinin, o cümlədən polis əməkdaşlarının iştirakı ilə qeyd edilən baxış keçirilərkən orada hal şahidi qismində iştirak etdiyini, baxış zamanı Təqsirləndirilən şəxs evindən qeyd edilən narkotik vasitələrin aşkar olunduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və sonuncu həmin ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 15:00 radələrində Ağdaş şəhəri Vaqif küçəsi ilə piyada getdiyi zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evinə baxış keçiriləcəyini bildirmişlər, həmçinin də onu həmin baxışda hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. Həmin polis əməkdaşlarına etiraz etməyib Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri Vaqif küçəsində yerləşən evinə getmişdir. Sonradan ora ondan başqa bir nəfər də, sonradan adının Söhbət olduğunu bildiyi şəxs də hal şahidi kimi iştirak etmək üçün dəvət edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmuş, polis əməkdaşları ona üzərində və evində narkotik vasitələri saxlaması və həmçinin də istifadə etməsi barədə onlarda məlumat olduğu bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs onları yaşadığı evinə dəvət etmiş və onun yaşadığı evində üzərinə şəxsi axtarış aparılacağı ona bildirilmiş, şəxsi axtarış zamanı ona hüquq və vəzifələrini başa saldıqdan sonra Təqsirləndirilən şəxs onlara vəkillə təyin olunmaq istədiyini, lakin maddi imkanının olmadığını dediyindən ona vəkil təyin edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin qərarı ilə də tanış edilmiş, onun yaşadığı evə onların, müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin qonaq otağında masanın üzərində 03 ədəd kibrit qutusu, 04 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilmiş, daha sonra həmin 04 ədəd sellofan bükümlər açılmış və içərilərindən qara rəngli kristal halında narkotik vasitəyə oxşar maddə, yaşıl rəngli qurudulmuş halda olan xüsusi iyə malik olan narkotik vasitəyə oxşar bitki kütləsi və ağ rəngli kristal halında maddələr aşkar olunmuş, 01 ədəd kağız büküm açılan zaman isə içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, sonra həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Daha sonra kibrit qutuları açılmış və birinin içərisindən yaşıl rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar bitki kütləsi, digər ikisinin içərisindən isə müvafiq olaraq 50 ədəd və 37 ədəd kağız bükümlər aşkar edilmiş, 37 ədəd kağız bükümlərin içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddələr, 50 bükümün 49 ədədinin içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddələr, digər 1 ədəd bükümün içərisindən isə ağ rəngli kristal halında olan narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Daha sonra isə İlqarın yaşadığı evin digər otağından ona məxsus gödəkcənin sol yan cibindən içərisində qəhvəyi rəngli maye məhlul halında olan 01 ədəd şpris və qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar olunan maddələr qablaşdırılaraq götürülmüş və müvafiq protokol tərtib edilmiş, onlar isə həmin protokolu imzalamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, yaşadığı evə və evin həyətinə baxış keçirilməsi üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 7) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(014)-33/2020 saylı qərarından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi ilə əlaqədar olaraq onun üzərində şəxsi axtarış aparılması, yaşadığı ünvan 2 ünvanında yerləşən evə və evin həyətinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 13) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,660 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,555 qram, 01 ədəd kibrit qutusunun içərisində olan 37 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 1,601 qram, 01 ədəd kibrti qutusunun içərisində 49 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 1,730 qram narkotik vasitə olan heroin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,101 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,197 qram psixatrop maddə olan metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,260 qram narkotik vasitə olan tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,37 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,43 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd 1ml-lik şprisdə həcmi 0,22 ml məhlulda olan 0,024 qram heroin və elektron tərəzi aşkar olunaraq götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 30-50) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -1,660 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,555 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 (bir) ədəd kibrit qutusunun içərisindəki 37 (otuz yeddi) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri – 1,601 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 (bir) ədəd kibrit qutusunun içərisindəki 49 (qırx doqquz) ədəd kağız bükümlərdə, təmiz çəkiləri - 1,730 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin kibrit qutusunun içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 1,101 qram olan maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra №27) daxil olan – metamfetamindir, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 2, 197 qram olan maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra №27) daxil olan – metamfetamindir, 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 8,260 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 1,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 3,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd içərisində maye kütləsi olan şpris” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 1ml-lik şprisdə həcmi 0,22 ml olan məhlul narkotik vasitə - heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi 0,024 qramdır. Tədqiqata təqdim edimiş 01(bir) ədəd sellofan bükümdə, 01(bir) ədəd kağız bükümdə, 01 (bir) ədəd kibrit qutusunun içərisindəki 37 (otuz yeddi) ədəd kağız bükümlərdə və digər 01 (bir) ədəd kibrit qutusunun içərisindəki 49 (qırx doqquz) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kibrit qutusunun içərisindəki 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 62-65). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterialoji (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 182-183) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Eroin narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır.(cild 01, iş vər. 119) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən, metamfetamindən, tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 179). İş materiallarından görünür ki, xx.xx.2020 il tarxdə polis şöbəsinə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, vəsatət və təqdimatla məhkəməyə müraciət olunaraq müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunması xahiş olunmuş və məhkəmədən müvafiq qərar alınmış, şəxsin yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidləri və müdafiəçinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, tüfeyli həyat tərzi keçirdiyi üçün yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 01, iş vərəqi 153- 154). Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və qаnunlа müəyyən edilmiş qаydаdа götürülmədiyi hаldа istintаqа məlum оlmаyаn mənbədən, qəsdən satış məqsədi ilə qanunsuz olaraq yuxarıda adları və çəkiləri qeyd edilmiş narkotik vasitələri əldə edib, sаxlаmаqla məlum cinаyət əməlini törətmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalnan dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı məhkəmə kollegiyasının icıaslarında verdiyi ifadələr, eləcədə bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi” haqında xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.10 maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Həmçinin, təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində qeyd edir ki, polis əməkdaşları onun evində axtarış keçirərkən hal şahidi və icazə olmadan evə daxil olublar. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də əsaslı bilmir. Çünki, işdə olan Ağdaş Rayon Məhkəməsinin qərarından, həmçinin baxış və götürmə haaqında protokolundan bəlli olur ki, polis əməkdaşları sonuncunun yaşadığı evdə aparılmış baxış və götürmə hərəkətləi rayon məhkəməsinin qərarı və uyğun olaraq hal şahidlərin iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası gəldiyi qənaətdə həm də ona görə israrlıdır ki, təqsirləndirilən şəxsin yaşadığı evdə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, barəsində ədalətli qərar qəbul edilməsini, eləcədə cəzaçəkdiyi xüsusi rejimli cəzaçəkmə müəsissəsinin növünün dəyişdirilərək, ciddi rejimli cəzaçəkmə müəsissəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollgiyası ilk olaraq onu qeyd etməyi zəruri bilir ki, cəzaçəkmə müəsissəsinin növü bilavasitə cinayət qanunun norması ilə müəyyən edilir. Bu münasibətləri nizama salan CM-in 56.1.4-cü maddəsinə görə cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəsissəsi müəyyən edilir. Məhkəmə kollegiyası cəzanın sərtliyi ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, məhkumluğunun ödənilməməsini və götürülməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Digər tərəfdən İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 134, 180.3.1, 182.3.1, 329.2.1, 332.2.1, 332.2.2, 332.2.3-cü maddələri ilə xx.xx.2003-cü il tarixdə X11 İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsi tərəfindən 11 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağdaş Rayon Məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsi ilə xx.xx.2015-ci il tarixdə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Şəki Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, cəzası çəkilmiş hesab olunmaqla cəzadan azad olunmuşdur. Daha sonra Ağdaş Rayon Məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsi ilə xx.xx.2017-ci il tarixdə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsini qərarı ilə 03 ay 06 gün vaxtından əvvəl azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. (cild 01, iş vər.124- 126, 128-147,190-212). Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 18.3.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə bu halda cinayətlərin residivi xüsusi təhlükəli sayılır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı X11 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-141/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-92/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-92/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver