Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-93/2021 26.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X7 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X12, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X8, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 1(019)-51/2020 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 27 noyabr 2020-ci il tarixli 1(019)-51/2020 nömrəli hökmü ilə 15.01.1975-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ qrup əlil, məhkum olunmuş, ünvan 1 ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CM-in 234.1-ci maddəsilə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi, 08.01.1983-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CM-in 234.1-ci maddəsilə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi, xx.xx.1993-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 3 ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CM-in 234.1-ci maddəsilə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi, ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 götürülməsi göstərilən 0,636 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,586 qramı, Təqsirləndirilən şəxs2 götürülməsi göstərilən 0,639 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,589 qramı və Təqsirləndirilən şəxs1 götürülməsi göstərilən 340 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 339,95 qramı mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-də saxlanılması, iş üzrə maddi sübut kimi tanınması göstərilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən, həmin şəxslərin yaşadıqları evə, həmçinin Təqsirləndirilən şəxs3 məxsus “Xəzər” markalı avtomaşına baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 07 ədəd CD diskin hazırkı cinayət işi materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılması, iş üzrə 103,65 manat ekspertiza xərcinin Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməsi, hazırkı iş üzrə Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manatın Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, X29 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X4 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməsi, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manatın Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına köçürülməsi, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 18 manat, cəmi 138 manatın Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 nəfinə, X29 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X6 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməsi, şübhəli şəxs Şahid1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manatın fərdi qaydada fəaliyyət göstərən vəkil X9 nəfinə köçürülməsi, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 12 manatın fərdi qaydada fəaliyyət göstərən vəkil X13 nəfinə köçürülməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ona görə ki, o, 17 may 2020-ci il tarixdə, saat 18 radələrində Yevlax şəhərində yolun kənarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə dayandığı zaman bir nəfər tanımadığı şəxsə 15 manat məbləğində pul verməklə, təmiz çəkisi 0,636 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq, satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində gəzdirmişdir. Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 18 may 2020-ci il tarixdə, saat 01 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində təmiz çəkisi 0,636 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, 07 may 2020-ci il tarixdə Balakən çayının Balakən şəhərindən keçən dağlıq hissəsində yabanı halda bitən narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini toplayıb qurudaraq satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 340 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq əvvəlcə yaşadığı evdə, sonra isə üzərində saxlamışdır. Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 18 may 2020-ci il tarixdə, saat 03 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən 1 ədəd sellofan torbada 340 qram kustar üsulla hazırlanmış olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o, 17 may 2020-ci il tarixdə, saat 18 radələrində Yevlax şəhərində yolun kənarında tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə dayandığı zaman bir nəfər tanımadığı şəxsə 15 manat məbləğində pul verməklə, təmiz çəkisi 0,639 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq, satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində gəzdirmişdir. Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 18 may 2020ci il tarixdə, saat 04 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan torbanın içərisində təmiz çəkisi 0,639 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı1 verdiyi apellyasiya protestində Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən şəxslərin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə və onlara müvafiq maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya şikayətləri və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə 27 noyabr 2020-ci il tarixli bəraət hökmü ləğv edilməli və onlar CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə CM-in 234.1-ci maddəsi ilə bəraət verərkən öz qərarını onunla əsaslandırmışdır ki, şəxsi axtarışların təqsirləndirilən şəxslərin saxlanıldıqları Balakən rayon Katex kəndində deyil, Balakən rayon polis şöbəsində aparılması nəticəsində həbslə şəxsi axtarış arasında olan vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxslərin üstünə qoyulması mümkünlüyünə qanuni və əsaslı narahatlıqlar yaratmış, faktiki olaraq tutulduqları vaxt və üstlərində axtarış aparılan zaman latın qrafikalı Azərbaycan əlifbasını bilmədikləri halda müdafiə hüququ təmin edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərə münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və onlara qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericilik normalarının pozulması ilə əldə edilmişdir. Lakin işin hallarından görünür ki, əksinə, məhkəmənin gəldiyi həmin nəticələr işin obyektiv hallarını əks etdirməmiş və təqsirləndirilən şəxslərin yalnız məhkəmə baxışında verdiyi ifadələrinə əsaslanmışdır. Məhkəmə həmin nəticələrə gələrkən iş üzrə toplanmış sübutları və işin obyektiv hallarını, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin bəşəriyyət üçün aktuallığını nəzərə almamış, təqsirləndirilən şəxslərin özünü müdafiə məqsədilə uydurduğu ifadələrinə əsasən onların təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında iş üzrə verdiyi əvvəlki izahat və ifadələrində göstərdiklərini əsassız olaraq tamamilə inkar edən ifadələri onların tərəfindən törətdiyi cinayətə görə labüd məsuliyyət və cəzadan yayınmaq məqsədilə uydurulmuş ifadə kimi əsassız və qanunsuz olmaqla cinayət işinin materiallar ilə təsdiq olunmadığı üçün iş üzrə sübut kimi qəbul edilməməli və rədd edilməli olduğu halda məhkəmə işdə olan çoxsaylı sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin ifadələini əsas götürüb onlara bəraət vermişdir. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxslərini Balakən rayonu Katex kəndində saxlanılaraq Balakən RPŞ-yə gətirilmələrini qanunsuz tutulma kimi qiymətləndirilir və həmin vaxt şəxsi axtarışın rəsmiləşdirməməsinə tənqidi yanaşır. Maraqlıdır ki, məhkəmə bu zaman təqsirləndirilən şəxslərin havanın qaranlıq olması əlaqədar vaxtın dəqiq deyə bilmədikləri barədə ifadələrindəki xüsusatları öz mülahizəsinə əsasən şərh edərək saat 19 radələri kimi qiymətləndirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Qeyd etmək lazımdır ki, gecə vaxtı magistral yolda bir neçə şəxs barəsində şəxsi axtarışların aparılması hər hansı bir işıqlandırma sistemi və müvafiq otaq olmadan mümkün deyildir. Buna görə də təqsirləndirilən şəxslər Balakən RPŞ-yə dəvət edilərək gətirilmiş, gətirildikdən sonra dərhal şübhəli şəxs kimi tutulmuş və şəxsi axtarışların həyata keçirilməsi üçün tədbirlər görülmüşdür. Şübhəli şəxs kimi tutma və şəxsi axtarışların aparılması müddəti 18 may 2020-ci ildə saat 01 radərindən 05 radələrinə qədər davam etmişdir. Ona görə təqsirəndirilən şəxslərin tutulması ilə şəxsi axtarışların aparılması arasında saatlarla vaxt boşluğunun olması və vaxt boşluğunun təqsirləndirilən şəxslərin tutulması və həbs edilməsi kimi qiymətləndirilməsi ilə bağlı məhkəmənin gəldiyi nətticə işin faktiki halları ilə tamamilə təkzib edilir. Təqsirləndirilən şəxslərin tutulduqları vaxt və şəxsi axtarış aparılan zaman latın qrafikalı Azərbaycan əlifbasını bilmədikləri halda müdafiə hüququnun təmin edilməməsi ilə bağlı məhkəmənin qənaəti anlaşılan deyil. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 İqbal oğlu və Təqsirləndirilən şəxs2 orta məktəbdə latın qrafikasını mənimsəmişlər. Digər təqsirləndirilən şəxs X2 latın qrafikasını bilməməsi ilə bağlı hər hansı sübut yoxdur. Ümumiyyətlə, təqsirləndirilən şəxslər üzərində şəxsi axtarışlar aparılarkən latın qrafikasını bilməmələri barədə barədə hər hansı vəsatət verməmişlər. Bununla belə təqsirləndirilən şəxslərin latın qrafikasını bilməmələri belə onların müdafiə hüququunun pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər şübhəli şəxs kimi tanındıqları andan ibtidai istintaqın sonuna qədər müdafiəçi ilə təmin edilmişlər. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin prossessual hüquqlarının pozulması ilə bağlı hər hansı sübut və dəlil müəyyən edilməmişdir. Məhkəmənin bəraət hökmündə əsaslandığı təqsirləndirilən şəxslərin ifadələrində göstərilir ki, onlar polislərin təzyiqindən qorxduqları üçün video çəkiliş zamanı narkotik vasitələrin onlara aid olması barədə ifadələr vermişlər. Lakin iş materiallarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahatlarında və işin sonrakı ibtidai araşdırılması zamanı verdiyi ardıcıl olaraq bütün ifadələrində onlara verilən ittiham üzrə törətdikləri cinayəti etiraf etmişlər. Qeyd etmək lazımdır ki, məhkəmə öz hökmündə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verməyə zəmin hazırlamaqdan ötrü ibtidai istintaqda onların prosessual hüquqlarının pozulması və üzərlərindən götürülən maddi sübutların mötəbərliliyini şübhə altına almağı əsaslandırmaq üçün Avropa Məhkəməsinin «Tacir Layicov Azərbaycana qarşı» və «Sakit Zayidov Azərbaycana qarşı» qərarlarında formalaşdırdığı hüquqi mövqeni hazırkı iş üzrə presedent kimi tədqiq etmişdir. Lakin məhkəmənin bu iş üzrə həmin qərarlara presedent olaraq yanaşması qanunsuz və əsassızdır. Belə ki «Tacir Layicov Azərbaycana qarşı» qərardan görünür ki, saxlanılan zaman və ibtidai araşdırmanın gedişində Tacir Layicova fiziki və psixi təzyiq göstərilmişdir. Avropa Məhkəməsinin «Zakit Zayidov Azərbaycana qarşı» qərarından görünür ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmə axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişdir. Hazırkı iş üzrə məhkəmə video çəkilişləri tədqiq etməmişdir. Təqsirləndirilən şəxslər də bununla bağlı hər hansı vəsatət verməmişlər. İş materiallarına əsasən şəxsi axtarışların video çəkilişləri zamanı təqsirləndirilən şəxslər narkotik vasitələrin onlara aid olmasını etiraf etmişlər. Görünür, məhkəmə video çəkilişlərin tədqiqinin bəraət üçün zəmin yaradılmasına çətinlik yaradacağından bunu etməmişdir. İşin hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi bütün ifadələrini müdafiəçiinin iştiakı ilə vermiş, istintaq zamanı onlara hər hansı təzyiqin olması barədə aidiyyəti orqanlara heç bir şikayət və müraciəti olmamış, həmçinin belə təziqlərin olmasına dair nə məhkəmə-narkoloji və məhkəmə-bioloji ekspertizası rəyləri ilə tanış olarkən, nə müdafiəçisinin iştiakı ilə cinayət işinin materialları ilə tanış olma vaxtı, məhkəmə hazırlıq iclasında özləri və müdafiəçiləri tərəfindən hər hansı müraciət və vəsatət verilməmişdir. Təqsirləndirilən şəxslər barələrində keçirlən məhkəmə narkoloji ekspertizası zamanı da ekspertə verdyi izahatlarda istinad edilən narkotik vasitəsinin onlara məxsus olduğunu təsdiq etmişlər. İbtidai istintaq zamanı onlara hər hansı təzyiq və ya fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə isə iş üzrə sübutlara qiymət verərkən işin bu obyektiv hallarına diqqət verməmiş, ümumiyyətlə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə güya edilmiş təzyiqin nədən ibarət olmasının, kim tərəfindən təzyiq olunması və bundan irəli gələn digər məsələləri araşdırmadan, yalnız təqsirləndirilən şəxsin işin obyektiv hallarına zidd olan ifadələrin əsas kimi götürmüşdür. Məhkəmə hökmdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məzmunu və mənbəyi bilinməyən hansısa məlumat əsasında tutulmuşlar. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində isə şəxsin mücərrəd əməliyyat məlumatı, yəni kimliyi bilinməyən şəxsin hansısa yoxlanılmayan məlumatı əsasında tutulması nəzərdə tutulmamışdır. Avropa Konvensiyasının 5-ci maddəsində tutulmanın əsası kimi göstərilən və Azərbaycan Respublikası üçün mütləq olan əsaslarda da mücərrəd əməliyyat məlumatı əsasında şəxsin tutulması qeyd olunmamışdır. “X1” Qanunun 11-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin birbaşa əldə etdikləri məlumatlar əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əsaslardan biridir və bu məlumatların, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin gizliliyinin qorunması bu subyektlərin hüququdur. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri əməliyyat məlumatlarının mənbəyi barədə şübhələndikləri şəxslərə məlumat verməyə borclu deyillər. Ona görə də məhkəmənin təqsirləndirilən şəxsərin saxlanıldıqları zaman həmin Qanunun müddəalarının və Avropa Konvensiyasının 5-ci maddəsinin əsaslarının pozulması barədə qənaəti işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı müəyyən edilən narkotik vasitənin miqdarının məhkəmə-kimyəvi ekspertizasının rəyində müəyyən edilən miqdarlara tənqidi yanaşmış, bü xüsusatları maddi sübutların mötəbərliliyinə təsir edən hallar kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları haqqında məlumat əsasında Balakən rayonu Katex kəndində saxlanıldıqları zaman hazırkı iş üzrə Şahid1 da onlar ilə birlikdə olmuşdur. Balakən RPŞdə onun üzərində və sonradan yaşadığı evə, 18 may 2020-ci il tarixdə təqsirləndirilən şəxslərində yaşadıqları evə baxış keçirilmiş, lakin hər hansı narkotik vasitələr müəyyən edilməmişdir. Göstərilən hallar məhkəmənin maddi sübutların mötəbərliliyinə şübhə altına alması barədə mövqeyinin haqsız olduğunu göstərir. Narkotik vasitələrin təqsirləndirilən şəxslərin üzərində kənar şəxlər (yəni polislər) tərəfindən qoyulması ilə bağlı məhkəmənin ehtimalını, Şahid1 və onun yaşadığı evdə və təqsirləndirilən şəxslərin yaşadıqları evə bunun edilməməsi faktları bu ehtimalları rədd edir. Cünki maddi sübütlarla bağlı hər hansı kənar müdaxilə mümkün idisə, ”onda yaşayış evlərindən narkotik vasitələrin tapılmasına daha çox əlverişli şərait yarana bilərdi”. Ona görə də maddi sübutların mötəbərliyi barədə məhkəmənin tənqidi mövqeyi işin hallarına uyğun olmayan şəxsi mövqeyidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizası rəylərini də mötəbər sübut kimi qəbul etməyərək öz hökmündə göstərmişdir ki, ekspertlər konkret olaraq hansı tədqiqat metodlarına, anamnez məlumatlara, qan və sidik məlumatlarına əsaslandığını rəydə qeyd etməmişlər. Lakin qeyd etmək lazımdır ki, məhkəmə həmin rəyin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini (komissiyanın sədri), həkim-narkoloq, həkim-terapevt və həkim nevropatoloqdan (komissiya üzvləri) ibarət tərkibdə ixtisaslı komissiya tərəfindən verilməsini, rəyin tədqiqi-əsaslandırıcı hissəsində təqsirləndirilən barəsində bütün zəruri məlumatların və konkret yekun nəticəyə gəlinməsi üçün tədqiqat metodlarının göstərilməsini, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999-cu il tarixli Qanununun İV fəslinin 27-37-ci maddələrində məhkəmə ekspertizası idarələrində canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasının xüsusiyyətlərinə aid qaydalara tam əməl edilməsini nəzərə almamış, habelə hökmdə yuxarıda qeyd olunan Qanunun konkret hansı tələblərinin pozulmasına yol verildiyini göstərməyərək, ümumi sözlərlə rəyi şübhə altına almışdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli hökmü ilə CM-nn 234.1-ci maddəsi ilə 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 17.01.2020-ci ildən cəzasını çəkir, 7 ay 16 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Bu hökmlə ona narkomaniyadan məcburi müalicə təyin edilmiş, məhkəmə iclasına birbaşa narkomaniydan müalicə müəssisəsindən gətirilmişdir. Təqsirləndirilən şəxs3 Balakən Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmü ilə CM-nin 234.2 və 237.1-ci maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı çəkib qurtardıqdan sonra yenidən qəsdən hazırkı cinayəti törətmişdir. Bundan başqa hazırkı iş üzrə məhkəmə baxışının keçirildiyi dövrdə Təqsirləndirilən şəxs3 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmiş və Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə cinayət işi üzrə alınmış ambulator məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2020-ci il tarixli 451 №-li, 08 iyun 2020-ci il tarixli 452 №-li və 08 iyun 2020-ci il tarixli 453 №-li rəylərini əsassız olaraq şübhə altına almaqla təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün “zəmin yaratmağa” çalışmışdır. Anlaşılan deyil ki, məhkəmə təqsirləndirilən şəxslərin özünü müdafiə məqsədilə uydurduğu ifadələrə mötəbər sübut kimi yanaşdığı halda, onların ifadələrində hər birinin narkotik vasitə istehlakçısı olmaları bildirdiklərini, hətta 17 may 2020–ci il tarixdə Yevlax rayonundan Balakən rayonuna gələn zaman Yevlax şəhərində əldə etdikləri narkotik vasitə-heroin qəbul etdikləri barədə xüsusatları nəzərə almadan məhkəmə-narkoji ekspertizası rəylərini mötəbər saymamışdır. Qeyd edilən məhkumluqlar həm onların şəxsiyyətin xarakterizə edən, həm də onların narkotik vasitələrdən istifadə etməyə vərdişli və narkotik vasitələrin qanunsuz dövriyyəsi bağlı cinayətlər törətməyə meyilli olmalarına dəlalət edən hallardır. Məhkəmə hazırkı cinayət işi üzrə bu halları təqsirləndirən şəxslərə verilən ittihamı təsdiq edən sübutlar kimi nəzərə almalı idi. Çünki bu sübutlar cinayət işi üzrə təqsirləndirilən şəxslərin məntiqi ardıcıllıqla verilmiş ilkin izahat və sonrakı ifadələri ilə toplanmış digər sübutlarla bir-birini tamamladığından onların səmimiliyi heç bir şübhə doğurmur. Bununla yanaşı, təqsirləndirilən şəxslərin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmaları onların ibtidai istrintaq zamanı verdiyi ifadələrinin həqiqilyinə şübhə yaranmasına əsas vermir. Məhkəmə isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa edən, yuxarıda sadalanan hallara qiymət verməyərək birtərəfli mövqe tutmaqla yalnız özünün subyektiv mülahizəsini əsas kimi qəbul etmiş, işdə olan sübutlara obyektiv qiymət verməmiş, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar, onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri və bunun əsasları hökmdə öz əksini tapmamış, nəticədə CPM-in 353.2-ci maddəsinin də tələbləri pozulmuşdur. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə bəraət verərkən mötəbər sübutlara əsaslanmamış, işin araşdırılan obyektiv hallarını nəzərə almamış, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tam və hərtərəfli yoxlanmamış, əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil olunmayaraq əsassız olaraq onların mötəbərliyi şübhə altına alınmışdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən bəraət almış şəxs Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, onlar 17 may 2020-ci il tarixdə günorta vaxlarında Yevlax rayonuna Şahid1 təklifi ilə gediblər, o həmin rayona taksi şoferi kimi getmiş, Yevlax rayonuna getməkdə məqsədləri Şahid1 qohumundan pul götürməsi olmuşdur. O, Yevlax rayonuna Elxan, Mətin və Elvinlə birlikdə getmiş, Yevlax şəhərinə gedəndə üstlərində narkotik olmamışdır. Elxanın qohumunun evi şəhərin özündə idi, amma Elxanın qohumu evdə olmamışdır. Elxan ilə Mətin həmin evə getmiş, o isə Təqsirləndirilən şəxs2 ilə birlikdə çayxanada gözləmişlər. Onlar Yevlax şəhərində çayxanada gözləyən vaxt tanımadıqları bir nəfər şəxs onlara bildirmişdir ki, ona pul lazımdır, əvəzində isə narkotik verə bilər. Onlar, yəni Elvin ilə o əvvəlcə razılaşmamış, sonradan narkotik maddəni həmin şəxsdən almışlar. Cəmi 30 manat pul verib bir büküm narkotik vasitə olan heroin alıblar. Aldıqları heroini geri qayıdan zaman yolda tam olaraq istifadə etmişlər və onlarda narkotik maddə qalmamışdır. 17 may 2020-ci il tarixdə, saat 19 radələrində Balakən rayonu Katex kəndinə çatanda yolda polis əməkdaşı onları saxlamaq üçün işarə vermiş, o, maşını saxlamaq istəməmiş, yanında olan Təqsirləndirilən şəxs2 demişdir ki, “Tofiq bizim tanışdır, bəlkə atama nəsə olub”. Elvinin sözünə görə saxlamışdır. Maşından düşən kimi Tofiq adlı polis əməkdaşı onun kəmərindən tutmuş, ona demişdir ki, “tapşırıq var ki, sən saxlanılmalısan”. Ondan sonra iki polis əməkdaşı da gəlmiş, sonra onlar polis şöbəsinə onların saxlanılmaları barədə məlumat vermişlər. Katex kəndinə gələn polis əməkdaşları onu, Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşından düşürərək, üst-başlarını, maşını axtarmış, ancaq heç bir narkotik vasitə tapılmamışdır. Sonra polislər onları Balakən RPŞ-nə aparmış, polis şöbəsinin həyətində yenə də üstlərində axtarış aparılmış, lakin heç bir narkotik vasitə tapılmamışdır. Onların üzərində axtarış aparılan vaxt vəkil olmayıbdır. Balakən rayonu Katex kəndindən Balakən Rayon Polis Şöbəsinə avtomobil ilə 15-20 dəqiqəlik məsafə olar. Onun əvvəl CM-in 234.1-ci maddəsi ilə məhkumluğu olub. Polis rəisi əvvəllər ona demişdir ki, “sən bundan sonra bizimlə əlbir olub işləyib, narkotik vasitələrdən istifadə edənlər haqqında məlumat verməlisən. Əgər sən bizlə işləməsən yenidən məhkum olunacaqsan”. O isə buna razı olmamışdır. Sonra Balakən RPŞ-də onları dindirmə otağına aparıblar. İndi elə sənədləşdiriblər ki, guya Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə ilə polis şöbəsinə dindirmə otağına daxil olub. Bu necə ola bilər? Onların üstlərində və maşınlarında o qədər axtarış edilib heç nə tapılmayıb. Polis şöbəsin həyətində onların üzərində axtarış aparılarkən narkotik vasitə aşkar eilməmişdir. Polis şöbəsində onun əllərini masaya qandallayaraq beş saat saxlayıblar. Həmin müddətdə üç dəfə onun üstünü axtarıblar. Əlləri qandallı yuxuladığı zaman polis işçiləri onun cibinə narkotik vasitə qoyublar. Pollis şöbəsində onlara hədə-qorxu gəldikdən və döyüləndən sonra boyunlarına almışlar. O, müdafiəçiyə demişdir ki, narkotik onun deyil. Onun izahatını gecə saat 3-də alıblar. O vaxta qədər onu döyüb incidiblər, etiraf etməyə razı olandan sonra müdafiəçini gətirib həm izahatını alıblar, həm də çəkiliş ediblər. Ona təzyiq edilib, polislər tərəfindən döyülüb, ona yumruq və təpik vurulub. Döyülmə ilə bağlı prokurorluğa şikayət ərizəsi vermişdir. Habelə polis şöbəsində ona demişlər ki, heroini etiraf etməsə külli miqdarda metamfetaminin satışı ilə məşğul olmasını ona sübut edəcəklər. Bundan sonra qorxusundan məcbur olub razılaşmışdır. O, latın qrafikalı əlifbada yaza bilmir. İkin dindirilmə zamanı onun adından yazılan ifadəni təzyiq altında imzalamışdır. Özü xəstədir, ağ ciyəri funksiyasını itirib, bir gözü görmür. Bütün bunlar nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən bəraət almış şəxs Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, 17 may 2020-ci il tarixdə, günorta radələrində Qəhrəman, Elvin və Elxanla birlikdə Qəhrəmanın idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə Elxanın təklifi ilə getmişlər. Belə ki, Elxan Yevlaxda yaşayan qohumu ilə görüşməli idi. Sonradan Qəhrəmanın dediyinə görə Qəhrəman və Elvin hərəsi 15 manatdan 30 manata birdəfəlik istifadə etmək üçün heroin almışlar. O, həmin vaxt Elxan ilə birlikdə Elxanın qohumlarını axtarmaq üçün getdiyindən bundan xəbərsiz olmuşdur. Qayıdanda yolda digər rayonların ərazisində Qəhrəman ilə Elvin həmin heroini tam olaraq istifadə etmişlər. Oradan qayıdan zaman 17 may 2020-ci il tarixdə, saat 19 radələrində Balakən rayonu Katex kəndi ərazisində polislər onları saxlayıblar. Qəhrəman maşını saxlamaq istəməmiş, Təqsirləndirilən şəxs2 dediyinə görə saxlamışdır. Həmin vaxt axşam olsa da, hava işıqlı olmuşdur. Onları maşından düşməyə qoymayaraq maşında gözlətmişlər. Sonradan bir neçə polis maşını gəlmiş, polislər düşən kimi onları vurmağa başlamış, sonra üstlərini axtarmış, üstlərindən heç nə çıxmamışdır. Daha sonra onları Balakən RPŞ-nə aparmış, polis şöbəsinin həyətində yenə də üstlərində axtarış aparılmış, lakin heç bir narkotik vasitə tapılmamışdır. Onların üzərində axtarış aparılan vaxt vəkil olmayıbdır. 1 saat gözləyəndən sonra onların hər birini ayrı-ayrı otağa aparıblar. Əməliyyatçılar yenə onun üstünü axtarıblar. Üstlərini 3-4 dəfə yoxlayıblar. Balakən RPŞnin əməliyyatçısı Orxan Eyvazov ona təklif edib ki, bu narkotiki üstünə götür. Onun qarşısına narkotik maddə qoyub deyiblər ki, izahat verəcəksən ki, Yevlaxa qoltuğun altında narkotiklə getmisən. Həmin gün hava isti olduğundan üstündə qısaqol köynək olubdur. O, əvvəl razı olmamış, sonra polislər onu döyərək, deyiblər ki, onu müalicəyə göndərəcəklər, məcbur olub razılaşmışdır. Sonra onu yenə döyüblər, o, üzərində narkotik maddə olmasını qəbul etməsi haqqında izahat verməyə razı olduqdan sonra gecə vəkil gətirib, çəkiliş edərək özlərinin yerləşdirdikləri narkotik maddəni onun üzərindən çıxarıblar. Narkotiki üstünə qoyandan sonra vəkil gəlmiş, polislər ona nə deyiblərsə izahatında onu yazmışdır. O, Balakən RPŞ-nin əməkdaşlarının təzyiqi nəticəsində, ona külli miqdarda narkotik vasitə satışı ittihamı veriləcəyindən qorxub, ibtidai istintaqda yalan ifadə vermişdir. Həmin gün onlarla birlikdə olmuş Şahid1 atası Milli Qəhrəman olduğuna görə çəkinib onun boynuna heç nə qoymayıblar. Onun üzərində heç bir narkotik vasitə olmayıbdır, nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən bəraət almış şəxs Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, 17 may 2020-ci il tarixdə, günorta radələrində Qəhrəman, Elvin və Elxanla birlikdə Qəhrəmanın idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə Elxanın təklifi ilə getmişlər. Yevlax şəhərində Elxan və Mətin Elxanın qohumunu axtarmağa getmiş, o isə Qəhrəman ilə birlikdə çayxanada onları gözləmişlər. Çayxanada üst-başı pis gündə olan bir nəfər onlara yaxınlaşmış, onlardan pul istəmişdir. Həmin adam onlara pul müqabilində iki büküm narkotik təklif etmişdir. Onlarda həmin şəxsə 30 manat pul verərək iki büküm narkotik maddə olan heroin – “kokos” almışlar. Yevlaxdan qayıdanda Şəki rayonu ərazisində onlar həmin narkotik vasitəni tam olaraq istiafə edib qurtarmışlar. Balakən rayonu Katex kəndi ərazisində Balakən RPŞ-nin polis nəfəri olan Tofiq adlı şəxs digər polislərlə birlikdə onları saxlayıblar. Avtomobili sürən Qəhrəman saxlamaq istəməmiş, o isə Qəhrəmana demişdir ki, “Tofiq bizim uzaq qohumdur, bəlkə evdə nəsə olub, maşını saxla”. Qəhrəman maşını saxlayıb düşən kimi Qəhrəmanı tutublar. Sonra Balakən RPŞ-dən digər polislər gəlib Katex kəndi ərazisində onların hamısının üzərində və avtomobildə axtarış aparıblar, lakin onlardan heç nə çıxmayıbdır. Həmin vaxt onların yanında vəkil olmayıb, çəkiliş isə aparılmayıb. Daha sonra onları polis maşınlarında məcburi şəkildə Balakən RPŞ-nə gətiriblər. Polis şöbəsinin həyətində polislər yenə onların üzərində hər hansı vəkil olmadan və çəkiliş aparılmadan axtarış aparıblar və yenə də bir şey tapılmayıbdır. Daha sonra onların qollarını qandallayıb polis şöbəsinin zirzəmisinə düşürmüş, zirzəmidən isə polis əməkdaşı onu Orxan müəllim adlı polis əməkdaşının yanına qaldırmışdır. Orada ona 2 büküm vermişlər. O, əvvəl bu bükümləri götürməmiş, buna görə onu polis şöbəsinin rəisinin otağına aparmışlar. Polis şöbəsində polislər onu etiraf etməyə məcbur etmək üçün davamlı olaraq döymüşlər. O, üzərinə qoyulmuş narkotiki hər dəfə yerə atmış, polislər yenidən bir-biri ilə göz-qaş edib aparıb başqa otaqda onu döyüb, narkotiki üzərinə qoyub gətirmişlər. Döyülməyinə görə axırda məcbur olub razı olmuş, səhərə yaxın üzərindən heroin tapılmasına dair yalançı videoçəkiliş edilmişdir. Əslində isə həmin narkotik vasitəni onun üstünə polislər özləri yerləşdirmişlər. Şahid1 ona bildirmişdir ki, polis əməkdaşları ona da narkotik vasitə təklif etmiş, amma o, götürməmişdir. Şahid1 da Yevlaxdan Balakənə qayıdan vaxt yolda narkotikdən istifadə etmişdi. Elxanın atası Milli Qəhrəman olduğuna görə polislər ondan çəkinib onu sərbəst buraxıblar. Barələrində olan bəraət hökmünün qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onun təklifi ilə Qəhrəmana aid maşınla Yevlax şəhərinə getmişlər. Yevlaxda qohumları ilə görüşməli idi. Təqsirləndirilən şəxslər onun yanında narkotik vasitədən istifadə etməmişdilər. Yevlax şəhərindən qayıdanda Balakən rayonu ərazisində Katex postunda polislər onları saxlayıblar. Saxlayandan sonra onların üstünü və maşını axtarmışlar. Lakin onlardan heç nə çıxmamışdır. Daha sonra onları polis maşınlarında məcburi şəkildə Balakən RPŞ-nə gətiriblər. Polis şöbəsində onların üstünü təkrar axtarmışlar, yenə də bir şey tapılmamışdır. Onların üzərində axtarış aparılanda polislərdən başqa heç kim iştirak etməmişdir. Polis şöbəsində onları ayrı-ayrı otaqlarda saxlamışlar. Həmin gecəni polis şöbəsində qalmışdır. Polis şöbəsində olan vaxt polislər ona içində narkotik vasitə olan xırda bükülülərin ona aid olduğunu deməsini bildirmişlər. Lakin o buna razı olmamış, polislərə onlardan şikayət edəcəyini, Milli X14 olduğunu bildirmişdir. Bundan sonra ondan əl çəkmiş, onu sərbəst buraxmışlar. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, 2020-ci ilin may ayının 24-dən 25-nə keçən gecə saat 04-05 radələrində təqsirləndirilən şəxsləri polis şöbəsinə gətirmişlər. Təhqiqatçının otağında təqsirləndirilən şəxslərin üstünə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki jaketin sol tərəfindən kulyonkaya bükülmüş 350 qram narkotik vasitə aşkar edilmişdir. O, yalnız baxış keçirilən vaxt iştirak etmiş, digər heç bir proseslərdə olmamışdır. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi X5 birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan apellyasiya protestinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X8 birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan apellyasiya protestinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X10 birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan apellyasiya protestinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X12 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, bəraət almış şəxslərin CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmələrini və həmin maddənin saksiyası həddində azadlıqdan məhrum etmə cəzsının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 1(019)-51/2020 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 may 2020-ci il tarixdə saat 12- 13 arası Mətin, Elvin və Elxanla onun idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə Elxanın qohumugilə getmiş və orada Elvin və o, hərəsi 15 manatdan 30 manata çəkmək üçün heroin almış və həmin heroini Şəki ərazisinə çatanda istifadə etmişlər. Həmin gün, yəni 17 may 2020-ci il tarixdə, saat 19 radələrində qayıdan zaman Balakən rayonu Katex kəndi ərazisində mülki geyimli Tofiq adlı polis əməkdaşı yanında polis geyimində olan bir şəxslə birlikdə səbəbini bildirmədən avtomaşını saxlamış, onları avtomaşında saxlayaraq, bir yerə getməyə qoymamış, bundan təxminən 40 dəqiqə sonra adlarını bilmədiyi 10 nəfərdən çox polis əməkdaşları gəlmişlər. Tofiq onu kəmərindən tutmuş, onları tapşırıq əsasında tutduğunu demiş və bundan sonra polis şöbəsinə məlumat vermişdir. Katex kəndinə gələn polis əməkdaşları onu, Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşından düşürərək, üst-başlarını və paltarlarını axtarmış, ancaq onlarda heç bir narkotik vasitə tapılmamışdır. Polis əməkdaşları tərəfindən onun avtomaşını da axtarılmış, lakin avtomaşında da heç bir narkotik vasitə tapılmamışdır. Sonra onları Balakən RPŞ-yə aparmış, polis şöbəsinin həyətində yenə də üstlərində axtarış aparılmış, lakin heç bir narkotik vasitə tapılmamışdır. Balakən rayonu Katex kəndindən Balakən RPŞ-yə avtomaşın məsafəsi təqribən 15 dəqiqə olar. Sonra onların 4-nü, yəni onu, Mətini, Elxanı və Elvini əməliyyatçıların otağına aparmışlar. Bundan sonra onu təhqiqatçının otağına aparmış, təhqiqatçı onu çölə çıxarıb balaca sellofanda nəyi isə göstərmiş və demişdir ki, bu heroindir və bunu sənədləşdirir. Əgər qəbul etmirsə, külli miqdarda metamfetaminin satışını sənədləşdirəcəkdir. O da çarəsizlikdən boynuna almışdır. Həmin sellofan torbanı təhqiqatçı çəkilişdən əvvəl ona vermiş və o da təhqiqatçının tapşırdığı kimi çəkiliş zamanı həmin sellofan torbanı stolun üstünə qoymuşdur. Bunları vəkilə ona görə deməyib ki, onu polis şöbəsində incitməsinlər. O, Mətin, Elxan və Elvinlə 2020-ci il tarixdə, saat 19 radələrində tutulmuş və deyilənə görə hansısa məlumat əsasında tutulmuşlar. Ancaq bu məlumatın kim tərəfindən verilməsi və hansı məlumat olması ona bildirilməmişdir. Üstündə videoçəkiliş gecə vaxtı aparılmışdır. O, Mətin və Elvin haqqında cinayət işi başlanmış, lakin Elxan haqqında başlanmamışdır. Buna səbəb Elxanın Milli Qəhrəmanın oğlu olmasıdır. Onun 17 may 2020-ci il tarixdə, saat 19 radələrində tutulması barədə protokol tərtib olunmamışdır. Onun şübhəli şəxs qismində tutulması barədə tərtib olunan protokol da həqiqətə uyğun deyildir. O, tutularkən tutulmanın səbəbləri, nədə ittiham olunması ona bildirilməmiş, ona hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən və onun boynuna narkotik vasitəni qanunsuz əldə edib, saxlaması qoyularkən vəkil və hal şahidləri həmin proseslərdə iştirak etməmişlər. Tutulduğu vaxt və axtarış zamanı onun vəkillə təklikdə ünsiyyət saxlamaq, görüşmək, onunla birlikdə müdafiəsini hazırlamaq üçün heç bir imkan yaradılmamışdır. Eyni zamanda ona bu axtarışa etiraz etmək, qeydlərini yazmaq və sair hüquqları təmin edilməmişdir. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmədiyi halda, ona sonradan latın qrafikasında yazılmış hüquqları barədə bildiriş verilmişdir. İstintaq zamanı onun prosessual hüquqları izah edilməmişdir. Tutulan zaman, yəni polisin nəzarəti altına keçəndən sonra, tam sarsılmış vəziyyətdə olmuş, nə edəcəyini bilməmişdir. Həmin vaxt müdafiəçinin olmaması da bu mənəvi sarsıntılarını daha da artırmışdır. Belə ki, polisin əsassız olaraq onu narkotik vasitə olan metamfetaminin küllü miqdarda satışı ittihamı ilə cinayət məsuliyyətinə cəlb edəcəyindən çox qorxmuşdur. Tutulduğu zaman polis tutulmanın səbəblərini bildirməmiş, həmin vaxt onun şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilməmiş, hüquq və vəzifələri izah olunmamış, ona vəkil təqdim edilməmiş, ailə üzvlərinə xəbər verilməmiş, həmçinin tutulan zaman üstündə aparılan axtarış sənədləşdirilməmişdir. O, tutulana qədər üstündə narkotik vasitənin olmamasını və üstündə «aşkarlanan» narkotik vasitənin polis tərəfindən qoyulmasını polis müstəntiqinə və prokurora bildirmiş, lakin onun dindirilmə protokollarında və cinayət işinin digər materiallarında bunlar əks olunmamış, bununla bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir araşdırma aparılmamış, müstəntiq və prokuror tərəfindən bu hallara heç bir hüquqi qiymət verilməmişdir. O, polislərin təzyiqi nəticəsində, dediklərinə razılaşmadığı təqdirdə, ona küllü miqdarda metamfetaminin satışı ittihamı veriləcəyindən qorxub, şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai araşdırmada yalan ifadə vermişdir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin əsasında polis tərəfindən ona verilən narkotik vasitə olan heroinin üstündə «tapılması» durmuşdur ki, bütün digər «sübutlar» da bunun əsasında əldə edilmişdir. Belə ki, ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham üzrə ekspertizaların rəyləri, şahid ifadələri və digər sənədlər yalnız polis tərəfindən ona verilən narkotik vasitə ilə, yəni qanunsuz yolla əldə edilən maddi sübutla bağlı olmuşdur. Onun barəsində ədalətli araşdırma hüququ pozulmuşdur. O, qanunsuz yolla əldə edilmiş sübutlarla məhkum oluna bilməz. Ona görə də barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 may 2020-ci il tarixdə, saat 12-13 arası Qəhrəman, Elvin və Elxanla Qəhrəmanın idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə getmiş və Qəhrəmanın dediyinə görə Qəhrəman və Elvin hərəsi 15 manatdan 30 manata birdəfəlik istifadə etmək üçün heroin almışlar. Həmin heroini Şəki ərazisinə çatanda istifadə etmişlər. Həmin gün, yəni 17 may 2020-ci il tarixdə, saat 19 radələrində qayıdan zaman Balakən rayonunun Katex kəndi ərazisində mülki geyimli Tofiq adlı polis əməkdaşı səbəbini bildirmədən avtomaşını saxlamış, onları avtomaşında saxlayaraq, bir yerə getməyə qoymamışdır. Tofiqin yanında adını bilmədiyi polis geyimində bir şəxs də olmuşdur. Bundan təxminən 40 dəqiqə sonra 10 nəfərdən çox polis əməkdaşları gəlmişlər. Katex kəndinə gələn polis əməkdaşları onu, Təqsirləndirilən şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs2 avtomaşından düşürərək, üst-başlarını və paltarlarını axtarmış, ancaq onların heç birində narkotik vasitə tapılmamışdır. Həmçinin polis əməkdaşları tərəfindən Qəhrəmanın avtomaşını axtarılmış, avtomaşında da heç bir narkotik vasitə aşkarlanmamışdır. Sonra onları Katex kəndindən Balakən RPŞ-yə aparmış, polis şöbəsinin həyətində yenə də üstlərində axtarış aparılmış, lakin heç bir narkotik vasitə tapılmamışdır. Sonra onu, Qəhrəmanı, Elxanı və Elvini əməliyyatçıların otağına aparmışlar. Balakən rayonu Katex kəndindən Balakən RPŞ-yə məsafə təxminən 15 dəqiqədir. Bundan sonra onu polis əməliyyatçısının otağına aparmış, əməliyyatçı ona adına marixuananı sənədləşdirdiyini, razı olmadığı təqdirdə külli miqdarda metamfetamini adına sənədləşdirəcəyini bildirmişdir. O da qorxub üstündə qurudulmuş mariuxana olduğunu boynuna almışdır. Həmin sellofan torba polis tərəfindən çəkilişdən əvvəl ona verilmiş və o da çəkiliş zamanı həmin marixuananı stolun üstünə qoyaraq, ona məxsus olduğunu bildirmişdir. Əslində isə həmin marixuananı 07 may 2020-ci il tarixdə çöldən tapmamışdır. Üstündə «tapılan» qurudulmuş marixuana polis tərəfindən ona verilən marixuana olmuşdur. O, ona qarşı fiziki zor tətbiq edilməsin deyə bunları açıb-ağartmamış və vəkilə bu barədə heç nə bildirməmişdir. Tofiq onları tutanda tapşırıq əsasında tutulduqlarını bildirmişdir. O, Qəhrəman, Elxan və Elvinlə 2020-ci il tarixdə, saat 19 radələrində tutulmuş və deyilənə görə hansısa məlumat əsasında tutulmuşlar. Ancaq bu məlumatın nədən ibarət olması barədə ona bildirilməmişdir. Üstündə videoçəkiliş gecə vaxtı aparılmışdır. Onun 17 may 2020-ci il tarixdə, saat 19 radələrində tutulması barədə protokol tərtib olunmamışdır, şübhəli şəxs qismində tutulması barədə işdə olan protokol həqiqəti əks etdirmir. Tutularkən tutulmanın səbəbləri ona bildirilməmiş, ona hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmir. Tutulduğu zaman polis tutulmanın səbəblərini bildirməmiş, həmin vaxt onun şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilməmiş, hüquq və vəzifələri izah olunmamış, ona vəkil təqdim edilməmiş, ailə üzvlərinə xəbər verilməmiş, həmçinin tutulan zaman üstündə aparılan axtarış sənədləşdirilməmişdir. Üstündən çıxan narkotik vasitə ona məxsus olmamış, polis tərəfindən ona verilmişdir ki, onu saxlamağını boynuna alsın. O, polislərin təzyiqi nəticəsində, ona külli miqdarda narkotik vasitə satışı ittihamı veriləcəyindən qorxub, ibtidai istintaqda yalan ifadə vermişdir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin əsasında polis tərəfindən ona verilən narkotik vasitə olan qurudulmuş marixunanan üstündə «tapılması» durmuşdur ki, bütün digər «sübutlar» da bunun əsasında əldə edilmişdir. Onun barəsində ədalətli araşdırma hüququ pozulmuşdur. Barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailəlir, 4 yaşında bir uşağı vardır. Ali təhsillidir. Ukraynada İqtisadiyyat Universitetinin hüquq fakultəsini bitirmişdir. 17 may 2020ci il tarixdə, saat 12 radələrində Qəhrəman, Mətin və Elxanla Qəhrəmanın idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə getmişlər. Yevlax şəhərinə getməkdə məqsədi əsgər yoldaşı ilə görüşmək olmuş, lakin əsgər yoldaşı ilə görüşə bilməmişdir. Yevlaxda çayxanada oturan zaman bir kişi onunla Qəhrəmandan pul istəmiş və 30 manat pulun əvəzində onlara çəkmək üçün heroin təklif etmişdir. Onlar da həmin heroini alaraq, Balakən rayonuna qayıdan zaman Şəki rayonu ərazisində hamısını qəbul etmişlər. 17 may 2020-ci il tarixdə, saat 19 radələrində Balakənə qayıdan zaman Balakən rayonu Katex kəndi ərazisində mülki geyimli Tofiq adlı polis əməkdaşı gəldiyi avtomaşına işarə edərək, onları saxlamışdır. Tofiq Qəhrəmanın kəmərindən tutub saxlamış, bu zaman yanında polis geyimində bir polis əməkdaşı da olmuşdur. O, polis əməkdaşlarına evə tələsdiyini demiş, Tofiq də cavabında onluq heç nə olmadığını, onları Qəhrəmana görə tutduqlarını bildirmişdir. Təxminən 40 dəqiqə sonra əməliyyat qrupu gəlib, Mətini və onu avtomaşından düşürüb,Tofiqlə bir yerdə yoxlamışlar. Polis əməkdaşları onu, Qəhrəmanı, Mətini və Elvini ayaqqabılarına qədər soyundurub, yoxlamış, lakin nə Qəhrəmanda, nə Mətində, nə Elxanda, nə də onda heç bir narkotik vasitə aşkarlanmamışdır. Polis əməkdaşları onların dördünü də polis şöbəsinə aparmış və burada şöbənin həyətində onların üstündə yenə də axtarış aparmışlar. Ancaq bu dəfə də onların üstündə heç nə tapılmamışdır. Növbətçi hissədə paltarlarını təhvil alanda üstlərində heç bir narkotik vasitə olmamışdır. Daha sonra onun və Qəhrəmanın qollarını qandallayıb, onları növbətçi hissənin qabağına gətirmiş, orada telefon, açar və kəməri təhvil alaraq zirzəmiyə düşürtmüşlər. Polis şöbəsinin zirzəmisindən isə polis əməkdaşı onu Orxan müəllim adlı polis əməkdaşının yanına qaldırmışdır. Orada ona 2 büküm vermişlər. O, bu bükümləri götürməmiş və sonra onu polis şöbəsinin rəisinin otağına aparmışlar. O, qorxduğu üçün nə versələr, götürəcəyini bildirmişdir. Şahid1 ona bildirmişdir ki, polis əməkdaşları ona da narkotik vasitə təklif etmiş, amma o, götürməmişdir. Zənnincə Elxanın atası Milli Qəhrəman olduğu üçün onu tutmamışlar. Gecə saat 04-ə kimi zirzəmidə qalmışdır. Narkotik vasitə ona sellofanda polis şöbəsində verilmiş və o, sellofanda nə olduğunu görməmişdir. Amma heroin olduğunu deyirdilər. Barmaqları vasitəsilə sellofanı yoxlamış, lakin sellofanın içində heroinin olmaması, quru sementin olması qənaətinə gəlmişdir. Səhərə yaxın şöbədə guya axtarışı barədə videoçəkiliş qurama şəkildə aparılmış, orada ona hüquq və vəzifələri izah olunmamışdır. O, 17 may 2020-ci il tarixdə, saat 19 radələrində Katex kəndində tutulmuş, tutulanda və Katexdə üstündə axtarış aparılanda ona vəkil təqdim edilməmiş, hal şahidləri iştirak etməmiş və videoçəkiliş aparılmamışdır. Sabahısı gün müstəntiq tərəfindən ona imza çəkdirəndə vəkil iştirak etməmişdir. Müstəntiq onu tutulandan 3-4 gün sonra dindirmişdir. Göstərilənlər barədə prokurora yazılı ərizə yazmamış, lakin şifahi şəkildə bildirmişdir. Yazılı şikayət verməməsinin səbəbi istintaq getdiyi üçün cəsarət etməməsi olmuşdur. Balakən rayonu Katex kəndindən Balakən RPŞ-yə avtomaşın məsafəsi təqribən 15 dəqiqə olar. Çəkiliş zamanı polis tərəfindən ona verilən sellofan torbanı stolun üstünə qoymuşdur. Onun 17 may 2020-ci il tarixdə, saat 19 radələrində tutulması barədə protokol tərtib olunmamışdır. Onun şübhəli şəxs qismində tutulması barədə tərtib olunan protokol da həqiqətə uyğun deyildir. O, tutularkən tutulmanın səbəbləri, nədə ittiham olunması ona bildirilməmiş, ona hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən və onun boynuna narkotik vasitəni qanunsuz əldə edib, saxlaması qoyularkən vəkil və hal şahidləri həmin proseslərdə iştirak etməmişlər. Tutulduğu vaxt və axtarış zamanı onun vəkillə təklikdə ünsiyyət saxlamaq, görüşmək, onunla birlikdə müdafiəsini hazırlamaq üçün heç bir imkan yaradılmamışdır. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmədiyi halda, ona sonradan latın qrafikasında yazılmış hüquqları barədə bildiriş verilmişdir. İstintaq zamanı onun prosessual hüquqları izah edilməmişdir. Tutulan zaman, yəni polisin nəzarəti altına keçəndən sonra, tam sarsılmış vəziyyətdə olmuş, nə edəcəyini bilməmişdir. Həmin vaxt müdafiəçinin olmaması da bu mənəvi sarsıntılarını daha da artırmışdır. Tutulandan sonra Katex kəndində üstündə aparılan axtarış sənədləşdirilməmişdir. O, tutulana qədər üstündə narkotik vasitənin olmamasını və üstündə «aşkarlanan» narkotik vasitənin polis tərəfindən onun cibinə qoyulmasını müstəntiqə və prokurora bildirmiş, lakin bunlara hüquqi qiymət verilməmişdir. İbtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai araşdırmada yalan ifadə vermişdir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Onun barəsində ədalətli araşdırma hüququ pozulmuşdur. O, qanunsuz yolla əldə edilmiş sübutlarla məhkum oluna bilməz. Ona görə də barəsində CM-nin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 17 may 2020-ci ildə Balakən RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X30 RPŞ-yə məlumat verərək, Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs3 özünün, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşınında olan sərnişinlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində qanunsuz narkotik vasitə və qadağan edilmiş əşya saxlamalarında şübhəli olduğunu bildirmişdir. Balakən RPŞ-nin müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs3, həmçinin Təqsirləndirilən şəxs3 idarə etdiyi Xəzər markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşında olan sərnişinlər vətəndaş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 saxlanılaraq, Balakən RPŞ-yə dəvət edilmişlər. 18 may 2020-ci ildə vətəndaş Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, Zaqatala-Balakən rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 isə hüquqlarının müdafiəsini vəkil Müdafiəçi1 dövlət hesabına müdafiəçi dəvət edilməsini istəmişdir. 18 may 2020-ci ildə, saat 03 radələrində Balakən RPŞ-də Təqsirləndirilən şəxs1 üzərində vəkili Müdafiəçi1 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Balakən RPŞ-nin TQ-nun təhqiqatçısı X15 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya, yaxud narkotik vasitə olub-olmaması barədə sual verilmiş, həmçinin əgər üzərində qanunsuz əşya, yaxud narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 isə üzərində narkotik vasitə olduğunu bildirərək, əynindəki jaketin sağ qoltuq altından bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin bitki kütləsini Balakən şəhərindən keçən Balakən çayının kənarından çətənə bitkisinin üzərindən yığaraq, qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilərkən sellofan torba ilə birlikdə çəkisinin 350 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa hər hansı qanunsuz əşya, yaxud narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol Mikayıl Mahmudov tərəfindən ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin 18 may 2020-ci ildə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq, Balakən və Zaqatala rayonlarında fərdi fəaliyyət göstərən vəkillərin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi3 iştirakı ilə saat 04 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı Mikayıl Mahmudov üzərində narkotik vasitə, yaxud qadağan olunmuş əşya olub-olmaması barədə soruşmuş, həmçinin əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 isə üzərində narkotik vasitə saxladığını bildirərək, əynindəki şalvarın sol qabaq cibindən 1 ədəd səffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə heroinə oxşar bükülü elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 0,64 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə heroinə oxşar kütlə ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılaraq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan sonra təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 18 may 2020-ci ildə, gecə saat 05 rədələrində şübhəli şəxs qismində tutulmuş vətəndaş Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Əsədov X21-Balakən rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçdiyi dövlət hesabına dəvət edilmiş vəkil X20 ilə təmin edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Mikayıl Mahmudov Şahid1 üzərində narkotik vasitə, yaxud hər hansı qeyriqanuni əşya olub-olmamasını soruşmuş, Şahid1 isə üzərində narkotik vasitə, həmçinin qeyri-qanuni əşya olmadığını bildirmişdir. Daha sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Şahid1 üzərindən narkotik vasitə, yaxud qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai araşdırma zamanı 18 may 2020-ci ildə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirərək, bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirlərin davamı olaraq 18 may 2020-ci ildə, saat 13 radələrində Şahid1 ünvan 5 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi X9 iştirakı ilə baxış keçirilmişdir. Şahid1 baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirib, bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Baxış zamanı Şahid1 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 18 may 2020-ci ildə, saat 21 radələrində Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 atası X27 və Təqsirləndirilən şəxs2 özü baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bu barədə Balakən RPŞ-yə ərizə də vermişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin axtarışlar videokamera ilə çəkilmiş və bu zaman tərtib edilən protokollar ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Balakən RPŞ-də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 haqqında əməliyyat-qeydiyyat işi olmamışdır. Onda olan məlumata görə həmin şəxslər 17 may 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində polis əməkdaşları tərəfindən saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişlər. X33 adlı bir polis əməkdaşı başqa adını bilmədiyi bir polis əməkdaşı ilə saxlamışdır. Onda olan məlumata görə polis əməkdaşlarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 qanunsuz narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat olmuş, həmin məlumat əsasında da bu şəxslər saxlanılmışdır. Lakin bu məlumatın kim tərəfindən verilməsi və məzmunu, həmçinin onda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 narkotik vasitələrin konkret olaraq qanunsuz dövriyyəsilə məşğul olması barədə heç bir fakt, məlumat və sübutlar olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞnin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞnin X19 nəzarətçisi Şahid4 ifadəsində göstərmişdir ki, 17 may 2020-ci ildə Balakən RPŞnin PPXB-nün polis nəfəri, polis serjantı X30 RPŞ-yə məlumat verərək, Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs3 özünün, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşınında olan sərnişinlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qanunsuz narkotik vasitə və qadağan edilmiş əşya saxlamalarında şübhəli olduğunu bildirmişdir. Balakən RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs3, həmçinin Təqsirləndirilən şəxs3 idarə etdiyi Xəzər markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşında olan sərnişinlər vətəndaş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 saxlanılaraq, Balakən RPŞ-yə dəvət edilmişlər. 18 may 2020-ci ildə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutularaq, Balakən və Zaqatala rayonlarında fərdi fəaliyyət göstərən vəkillərin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə saat 01 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı Mikayıl Mahmudov üzərində narkotik vasitə, yaxud qadağan olunmuş əşya olub-olmaması barədə soruşmuş, həmçinin əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs3 isə üzərində narkotik vasitə heroin saxladığını bildirərək, əynindəki cins şalvarın sağ cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi narkotik vasitə heroinə oxşar bükülü elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 0,64 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 üzərində saxladığı narkotik vasitənin “kakos" olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi narkotik vasitə heroinə oxşar kütlə ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılaraq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan sonra təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. 18 may 2020-ci ildə, saat 09 radələrində Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşına Təqsirləndirilən şəxs3, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşından narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 18 may 2020-ci ildə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 ünvan 7 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs3 baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirərək, bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə baxış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Balakən RPŞdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 haqqında əməliyyat-qeydiyyat işi olmamışdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 17 may 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində polis əməkdaşları tərəfindən saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişlər. X33 adlı bir polis əməkdaşı başqa adını bilmədiyi bir polis əməkdaşı ilə saxlamışdır. Onda olan məlumata görə polis əməkdaşlarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 qanunsuz narkotik vasitə saxlaması və isttifadə etməsi barədə məlumat olmuş, həmin məlumat əsasında da bu şəxslər saxlanılmışdır. Lakin bu məlumatın kim tərəfindən verilməsi və məzmunu, o cümlədən onda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 narkotik vasitələrin konkret olaraq qanunsuz dövriyyəsilə məşğul olması barədə heç bir fakt, məlumat və sübutlar olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 da Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək, onun ifadəsinin məzmununa uyğun ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild iş vərəqi 3) Balakən RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı X24 RPŞ-nin rəisinə ünvanladığı, Balakən RPŞ NK-1 də 17.05.2020-ci il tarixdə 273 № ilə qeydə alınmış və polis şöbəsinin rəisi tərəfindən «c.b.A.Məmmədov, icrasını təmin edin 17.05.2020-ci il» dərkənarı qoyulmuş 17.05.2020-ci il tarixli raportda Balakən şəhəri Atatürk prospekti ev 23 mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs3 idarə etdiyi “Xəzər” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşında sərnişin qismində əyləşən Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş əşya saxlamaları barədə məlumatın daxil olması, məlumat əsasında Balakən DYPB-nin YPX inspektoru, polis baş serjantı Anar Mirəliyev ilə birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi Xəzər markalı, 08-Bj-950 qeydiyyat nişanlı avtomaşınla və sərnişinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Balakən RPŞ-yə gətirilməsi göstərilmişdir (buradan görünür ki, təqsirləndirilən şəxslər hansısa məlumat əsasında 17.05.2020-ci il tarixdə tutulmuş və polis şöbəsinə gətirilmişlər). Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqi 4) Cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlanıladək tutulması haqqında 18 may 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs3 17.05.2020-ci il tarixdə narkotik maddəyə bənzər kütlə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət edilməsi, onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması qeyd edilərək, şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Lakin bu qərarın ona 17 may 2020-ci il tarixdə elan edilməsi və CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin ona izah edilməklə hüquq və vəzifələri barədə yazılı bildiriş verilməsi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 may 2020-ci il tarixli protokoldan, Təqsirləndirilən şəxs3 ərizəsindən və dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan (İ cild, iş vərəqləri-6-8) görünür ki, Təqsirləndirilən şəxs3 Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs3 ərizəsində Müdafiəçi3 ona müdafiəçi təyin edilməsini istəməsinə baxmayaraq, onun seçiminin əksinə olaraq Balakən RPŞ-nin TBnin təhqiqatçısı tərəfindən ona müdafiəçi qismində Müdafiəçi2 təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət işi başlananadək şəxsi tutma haqqında 18 may 2020-ci il tarixli protokolda (İ cild, iş vərəqi 17) Təqsirləndirilən şəxs3 18 may 2020-ci il tarixdə, saat 01.10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinməsi göstərilmiş, bu zaman tutulma üçün əsaslar qrafasında «1) həmin şəxs cinayət törədərkən və ya bilavasitə sonra yaxalanmışdır; 2) zərərçəkmiş şəxs, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir; 3) həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində, cinayətin törədilməsini göstərən aşkar izlər müəyyən edilmişdir» kimi əsaslar qeyd edilmiş, tutulmanın motivləri kimi 1) hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalının olması; 2) daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşayır; 3) şəxsiyyəti müəyyən edilməmişdir» göstərilmiş, onun tutulması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 2020-ci ilin may ayının hansı günündə və saatında məlumat verilməsi göstərilməmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulmamışdan qabaq onda narkotik vasitə aşkar edilməmiş, hadisəni görən hər hansı şəxs tərəfindən onda narkotik vasitə olması barədə göstərilməmiş, onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin-yəni qanunsuz şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edilməsi, daşınması və saxlanmasının izləri müəyyən edilməmişdir. Habelə onun daimi yaşayış yeri vardır, başqa ərazidə yaşamır və şəxsiyyəti məlum olmuşdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarışın 18.05.2020-ci il tarixdə, saat 01.40-02.20-də aparılması və üstündən 0,64 qram narkotik vasitə olan heroinin «çıxması» göstərilir. Hələ üstündə narkotik vasitə aşkar edilmədiyi və digər qanunda göstərilən əsaslar olmadığı halda, həmin vasitənin onda «tapılması» qeyd edilən axtarışın aparılmasının ehtimal olunduğu saat 01.40-02.20-dən təqribən 1 saat əvvəl həmin şəxsin şübhəli şəxs adı altında həbs edilməsi tam qanunsuzdur. İş matertiallarında olan (İ cild, iş vərəqləri 18-20) 18.05.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarışın 18.05.2020-ci il tarixdə, saat 01.40-dan saat 02.20-yədək aparılması və bu zaman ondan 0,64 qram narkotik vasitə olan heroinə oxşar kütlənin aşkar olunması göstərilmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs3 18.05.2020-ci il tarixdə, saat 01.10-da şübhəli şəxs qismində tutulduğu və onun tutulmasında müdafiəçinin artıq iştirak etdiyi halda, onun üstündə şəxsi axtarış dərhal deyil, tutulmasından 30 dəqiqə sonra başlanmışdır. İkinci anlaşılmayan hal ondan ibarətdir ki, ona verilən ittihamda Təqsirləndirilən şəxs3 18.05.2020-ci il tarixdə, saat 01 radələrində tutulmaqla üstündə aparılan axtarış zamanı heroinin «tapılması» göstərilir, ancaq şəxsi axtarış protokolunda onun üstündə axtarışın saat 02.20-də başa çatması qeyd edilir. Saat 01 radələri ilə saat 02.20 tamamilə başqa-başqa vaxtlardır. Buradan belə çıxır ki, 18.05.2020-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs3 üstündə hələ narkotik vasitə «aşkar edilməmişdir» və onun tutulması qanunsuz olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqi 21) Təqsirləndirilən şəxs3 18.05.2020-ci il tarixli izahatından görünür ki, o, məhz 17 may 2020-ci il tarixdə Elxan, Mətin və Elvinlə Yevlax şəhərindən qayıdan zaman polis əməkdaşları tərəfindən Balakən rayonu Katex kəndində saxlanıldığını və polis şöbəsinə gətirildiyini, burada üstündə axtarışın aparıldığını və onun 0,64 qram çəkidə narkotik vasitə olan heroin təqdim etdiyini göstərmişdir. Maraqdır ki, həmin vaxt Təqsirləndirilən şəxs3 artıq şübhəli şəxs statusunda olduğu halda, o, şübhəli şəxs qismində, özü də dərhal dindirilməmiş, ondan faktiki öz əleyhinə şahid qismində ifadəsi alınmışdır ki, bu da Konstitusiyanın 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına ziddir. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqi 22) Cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlanıladək tutulması haqqında 18 may 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs1 17.05.2020-ci il tarixdə narkotik maddəyə bənzər kütlə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət edilməsi, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması qeyd edilərək Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 18 may 2020-ci il tarixli protokoldan, Təqsirləndirilən şəxs1 ərizəsindən və dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan (İ cild, iş vərəqləri-24-26) görünür ki, Təqsirləndirilən şəxs1 Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 ərizəsində Müdafiəçi1 ona müdafiəçi təyin edilməsini xahiş etmiş, həmin şəxs də ona müdafiəçi qismində təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cnayət işi başlananadək şəxsi tutma haqqında 18 may 2020-ci il tarixli protokolda (İ cild, iş vərəqi 35) Təqsirləndirilən şəxs1 18 may 2020-ci il tarixdə, saat 02.50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinməsi göstərilmiş, bu zaman tutulma üçün əsaslar qrafasında «1) həmin şəxs cinayət törədərkən və ya bilavasitə sonra yaxalanmışdır; 2) zərərçəkmiş şəxs, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir; 3) həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində, cinayətin törədilməsini göstərən aşkar izlər müəyyən edilmişdir» kimi əsaslar qeyd edilmiş, tutulmanın motivləri kimi 1) hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalının olması; 2) daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşayır; 3) şəxsiyyəti müəyyən edilməmişdir» qeyd edilmiş, onun tutulması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 2020-ci ilin 18 mayının hansı saatında məlumat verilməsi göstərilməmişdir. Lakin cinayət işinin matieriallarından görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulmamışan qabaq onda narkotik vasitə aşkar edilməmiş, hadisəni görən hər hansı şəxs tərəfindən onda narkotik vasitə olması barədə göstərilməmiş, həmçinin onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin- yəni qanunsuz şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edilməsi, daşınması və saxlanmasının izləri müəyyən edilməmişdir. Habelə onun daimi yaşayış yeri vardır, başqa ərazidə yaşamır və şəxsiyyəti artıq məlumdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın 18.05.2020-ci il tarixdə, saat 03.15-03.55də aparılması və üstündən 350 qram narkotik vasitə olan qurudulmuş marixuananın «çıxması» göstərilir. Hələ üstündə narkotik vasitə aşkar edilmədiyi və şübhəli şəxs qismində tutulması üçün digər qanuni əsaslar olmadığı halda, həmin vasitənin onda «tapılması» göstərilən saat 03.15-03.55-dən təqribən 1 saat 05 dəqiqə əvvəl həmin şəxsin şübhəli şəxs adı altında həbs edilməsi qanunsuz olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqləri 36-38) 18.05.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın 18.05.2020-ci il tarixdə saat 03.15-dən saat 03.55-dək aparılması və bu zaman ondan 350 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması göstərilmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs1 18.05.2020-ci il tarixdə, saat 02.50-də şübhəli şəxs qismində tutulduğu və onun tutulmasında müdafiəçinin artıq iştirak etdiyi halda, onun üstündə şəxsi axtarış dərhal deyil, tutulmasından 25 dəqiqə sonra başlanmışdır. İkinci anlaşılmayan hal ondan ibarətdir ki, ona verilən ittihamda Təqsirləndirilən şəxs1 18.05.2020-ci il tarixdə, saat 03 radələrində tutulmaqla üstündə aparılan axtarış zamanı qurudulmuş marixuananın «tapılması» göstərilir, ancaq şəxsi axtarış protokolunda onun üstündə axtarışın saat 03.55-də başa çatması qeyd edilir. Saat 03 radələri ilə saat 03.55 tamamilə başqa-başqa vaxtlardır. Buradan belə çıxır ki, 18.05.2020-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs3 üstündə hələ narkotik vasitə aşkar edilməmişdir və onun tutulması qanunsuz olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqi 29) Təqsirləndirilən şəxs1 18.05.2020-ci il tarixli izahatından görünür ki, o, məhz 17 may 2020-ci il tarixdə Elxan, Qəhrəman və Elvinlə Yevlax şəhərindən qayıdan zaman polis əməkdaşları tərəfindən Balakən rayonu Katex kəndində saxlanıldığını və polis şöbəsinə gətirildiyini, burada üstündə axtarışın aparıldığını və onun 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana təqdim etdiyini göstərmişdir (maraqdır, həmin vaxt Təqsirləndirilən şəxs1 artıq şübhəli şəxs statusunda olduğu halda, şübhəli şəxs qismində, özü də dərhal dindirilməmiş, ondan faktiki öz əleyhinə şahid qismində ifadəsi alınmışdır ki, bu da Konstitusiyanın 63-cü və Azərbaycan Respubikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına ziddir). Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqi 40) Cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlanılanadək tutulması haqqında 18 may 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs2 17.05.2020-ci il tarixdə narkotik maddəyə bənzər kütlə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması qeyd edilərək onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Lakin bu qərarın ona 17 may 2020-ci il tarixdə elan edilməsi və Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin ona izah edilməklə hüquq və vəzifələri barədə yazılı bildiriş verilməsi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 may 2020-ci il tarixli protokoldan, Təqsirləndirilən şəxs2 ərizəsindən və dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan (İ cild, iş vərəqləri-41-43) görünür ki, Təqsirləndirilən şəxs2 Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2 ərizəsində Müdafiəçi3 Əli oğlunun ona müdafiəçi təyin edilməsini xahiş etmiş, həmin şəxs də ona müdafiəçi qismində təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət işi başlananadək şəxsi tutma haqqında 18 may 2020-ci il tarixli protokolda (İ cild, iş vərəqi 52) Təqsirləndirilən şəxs2 18 may 2020-ci il tarixdə, saat 04.10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinməsi göstərilmiş, bu zaman tutulma üçün əsaslar qrafasında «1) həmin şəxs cinayət törədərkən və ya bilavasitə sonra yaxalanmışdır; 2) zərərçəkmiş şəxs, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir; 3) həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində, cinayətin törədilməsini göstərən aşkar izlər müəyyən edilmişdir» kimi əsaslar, tutulmanın motivləri kimi «1) hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalının olması ; 2) daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşayır; 3) şəxsiyyəti müəyyən edilməmişdir» qeyd edilmiş, onun tutulması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 2020-ci ilin may ayının 18-ci günün hansı saatında məlumat verilməsi göstərilməmişdir. Cinayət işinin matieriallarından görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulmamışdan qabaq onda narkotik vasitə aşkar edilməmiş, hadisəni görən hər hansı şəxs tərəfindən onda narkotik vasitə olması barədə göstərilməmiş, həmçinin onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin-yəni qanunsuz şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edilməsi, daşınması və saxlanmasının izləri müəyyən edilməmişdir, onun daimi yaşayış yeri vardır və başqa ərazidə yaşamır, həmçinin şəxsiyyəti artıq bəlli olmuşdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın 18.05.2020-ci il tarixdə, saat 04.35-05.05-də aparılması və üstündən 0,64 qram narkotik vasitə olan heroinin «çıxması» göstərilir. Hələ üstündə narkotik vasitə aşkar edilmədiyi və digər əsaslar olmadığı halda, həmin vasitənin onda «tapılması» göstərilən saat 04.35-05.05-dən 55 dəqiqə əvvəl həmin şəxsin şübhəli şəxs adı altında həbs edilməsi qanunsuz olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqləri 53-55) 18.05.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın 18.05.2020-ci il tarixdə, saat 04.35-dən saat 04.05-dək aparılması və bu zaman ondan 0,64 qram narkotik vasitə olan heroinə oxşar kütlənin aşkar olunması göstərilmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs2 18.05.2020-ci il tarixdə, saat 04.10-da şübhəli şəxs qismində tutulduğu və onun tutulmasında müdafiəçinin artıq iştirak etdiyi halda, onun üstündə şəxsi axtarış dərhal deyil, tutulmasından 25 dəqiqə sonra başlanmışdır. İkinci anlaşılmayan hal ondan ibarətdir ki, ona verilən ittihamda Təqsirləndirilən şəxs2 18.05.2020-ci il tarixdə, saat 04 radələrində tutulmaqla üstündə aparılan axtarış zamanı heroinin «tapılması» göstərilir, ancaq şəxsi axtarış protokolunda onun üstündə axtarışın saat 05.05-də başa çatması qeyd edilir. Saat 04 radələri ilə saat 05.05 tamamilə başqa-başqa vaxtlardır. Buradan belə çıxır ki, 18.05.2020-ci il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs2 üstündə hələ narkotik vasitə aşkar edilməmişdir və onun tutulması qanunsuz olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqi 56) Təqsirləndirilən şəxs2 18.05.2020-ci il tarixli izahatından görünür ki, o, məhz 17 may 2020-ci il tarixdə Elxan, Mətin və Qəhrəmanla Yevlax şəhərindən qayıdan zaman polis əməkdaşları tərəfindən Balakən rayonu Katex kəndində saxlanıldığını və polis şöbəsinə gətirildiyini, burada üstündə axtarışın aparıldığını və onun 0,64 qram çəkidə narkotik vasitə olan heroin təqdim etdiyini göstərmişdir (maraqdır, həmin vaxt Təqsirləndirilən şəxs2 artıq şübhəli şəxs statusunda olduğu halda, şübhəli şəxs qismində, özü də dərhal dindirilməmiş, ondan faktiki öz əleyhinə şahid qismində ifadəsi alınmışdır ki, bu da Konstitusiyanın 63-cü və Azərbaycan Respubikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına ziddir). Cinayət işinin materiallarına əlavə edilmiş materialların məhkəmə ekspertizasının 18 may 2020-ci il tarixlli, 17/296 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət.Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddi sübut.» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,636 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddi sübut» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,639 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd zərfdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində «Vət.Təqsirləndirilən şəxs1 İnqilab oğlundan aşkar edilmiş maddi sübut.» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-340,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: a) Heroinin təmiz çəkisi-0,636 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,586 qram. B) Heroinin təmiz çəkisi-0,639 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,589 qram. Qeyd: Marixuananın təmiz çəkisi-340 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-339,95 qram. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsi dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs3 18 may 2020-ci il tarixdə, saat 15.00-dan saat 15.25-dək (şübhəli şəxs kimi tutulduğu göstərilən 18 may 2020-ci il tarix, saat 01.10-dan təqribən 14 saat sonra), Təqsirləndirilən şəxs1 18 may 2020-ci il tarixdə, saat 15.35-dən saat 16.00dək (şübhəli şəxs kimi tutulduğu göstərilən 18 may 2020-ci il tarix, saat 02.50-dən təqribən 12 saat sonra), Təqsirləndirilən şəxs2 isə 18 may 2020-ci il tarixdə, saat 16.30-dan saat 17.05-dək (şübhəli şəxs qismində tutulduğu göstərilən 18 may 2020-ci il tarix, saat 04.10dan təqribən 12 saatdan artıq sonra) şübhəli şəxs qismində dindirilmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş (İ cild, iş vərəqi 124) Balakən RPŞ-nin TBnin baş təhqiqatçısı X16 RPŞ-nin rəisinə ünvanladığı 19.05.2020-ci il tarixli raportda 17.05.2020-ci il tarixdə Balakən şəhəri, Atatürk prospekti ev 23, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs3 və onun idarə etdiyi Xəzər markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşında sərnişin qismində əyləşən Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə məlumat daxil olması, məlumat əsasında həmin şəxslərin Balakən RPŞ-yə gətirilərək, üzərlərində şəxsi axtarış aparılması göstərilmişdir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2020-ci il tarixli 451 №-li, 08 iyun 2020-ci il tarixli 452 №-li və 08 iyun 2020-ci il tarixli 453 №-li rəylərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görülməsi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 15 iyun 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 götürülməsi göstərilən 0,636 qram çəkidə və ekspertiza rəyindən sonra faktiki çəkisi 0,586 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülməsi göstərilən təmiz çəkisi 0,639 qram çəkidə və ekspertiza rəyindən sonra faktiki çəkisi 0,589 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 götürülməsi göstərilən təmiz çəkisi 340 qram çəkidə və ekspertiza rəyindən sonra faktiki çəkisi 339,95 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, habelə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən, həmin şəxslərin yaşadıqları evə, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşına baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 07 ədəd CD diski sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Balakən RPŞ-də əməliyyat-qeydiyyat işi olmamışdır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi ona bəraət verilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən bəraət verilmiş şəxslər və şahidlərin birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclaslarında verdikləri ifadələrə ekspert rəyinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilirlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittiham üzrə təqsiri sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu hüquqi mövqe ilə razılaşır və hesab edir ki, apellyasiya protestinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyası bəraət almış şəxslərin əleyhinə olan sübutların onların xeyrinə olan sübutlarla qarşılıqlı əlaqədə yoxlanılıb təhlil edilərək qiymətləndirilməsini zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtlərindən bəhs edən İİ fəslinin CPM-in 33-cü (Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi) maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (CPM-in 143.1-ci maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (CPM-in 144-cü maddəsi). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145-ci maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). İş materiallarından görünür ki, bəraət almış şəxslərin üzərində axtarış və götürmə onların Balakən rayonu Katex kəndində saxlanılmasından dərhal sonra həyata keçirilməmiş və bu CPM-in tələblərinə uyğun olmamışdır. Belə ki, CPM-nin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: -cinayət törətməkdə şübhəli olan şəxsə (maddə 147.1.1); -ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (maddə 147.1.2); -hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma (maddə 147.1.3). CPM-nin 147.2-ci maddəsinə əsasən tutulma aşağıdakı hallarda tətbiq edilir: - şəxsin cinayət törətməsinə şübhə yarandıqda (maddə 147.2.1); - bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda (maddə 147.2.2); - hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda (maddə 147.2.3). CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (Azərbaycan Respublikasının 04 noyabr 2015-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası CPM-nə edilmiş dəyişikliyə görə). CPM-nin 148.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: - şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda (maddə 148.2.1); - zərərçəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə (maddə 148.2.2); - şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunları ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda (maddə 148.2.3); CPM-nin 148.3-cü maddəsinə əsasən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: - hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə (maddə 148.3.1); - daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda (maddə 148.3.2); - şəxsiyyəti müəyyən edilmədikdə (maddə 148.3.3). CPM-nin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. CPM-nin 153.2-ci maddəsinə əsasən, tutulmuş şəxslərin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvafiq saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidir: -tutulmadan dərhal sonra tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (maddə 153.2.1); - tutumuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək (maddə 153.2.2); - hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir) (maddə 153.2.3); - tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (maddə 153.2.4); - şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq (maddə 153.2.5); - tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq (maddə 153.2.6); - tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq (maddə 153.2.6). CPM-nin 158.2.1-ci maddəsinə görə, tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. CPM-nin 232.1-ci maddəsinə görə, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. CPM-nin 242.1, 242.2 və 242.3-cü maddələrinə görə, əldə edilmiş (mövcud sübutlar) və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər; axtarış həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər; toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. CPM-nin 243.1-ci maddəsinə görə, axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. CPM-nin 243.3-cü maddəsinə görə, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (maddə 243.3.1); - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini (maddə 243.3.2); - yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (maddə 243.3.3); - yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükə olduğunu (maddə 243.3.4). CPM-nin 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. CPM-nin 244.1-ci maddəsinə görə, axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. CPM-nin 244.2-ci maddəsinə görə,şübhəli və təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu arzusunu təmin etməlidir. CPM-nin 244.6-cı maddəsinə görə, barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydləri vermək hüququna malikdirlər. CPM-nin 245.2-ci maddəsinə görə, axtarış və götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürməni apardığı şəxsi bu barədə qərarla tanış etməlidir. CPM-nin 245.6-245.8-ci maddələrinə əsasən, götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina etdikdə isə götürməni məcburi aparır; axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır; axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. CPM-nin 246.1-ci maddəsinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri bir qayda olaraq məhkəmənin qərarı əsasında götürə bilər. CPM-nin 246.2.1-246.2.3-cü maddələrinə görə, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. CPM-nin 246.3-cü maddəsinə görə, şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır. CPM-nin 247.1.1, 247.1.4 və 247.1.6-cı maddələrinə görə, axtarış və götürmə haqqında protokolda axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtı; barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun, hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat göstərilməlidir. CPM-nin 247.1.9-cu maddəsinə əsasən axtarış və götürmə aparılarkən müşahidə etmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri axtarış və ya götürmə protokolunda əks olunmalıdır. CPM-nin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri (o cümlədən baxış, axtarış, götürmə) bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. CPM-nin 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. «X1» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinə görə, əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir; əməliyyat-axtarış fəaliyyətinin vəzifələri 1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; 2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; 3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; 4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması və 5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. Həmin Qanunun 4-cü maddəsinin İİ hissəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı 1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənefelərini təhlükə altına alan hərəkətlərə yol vermək; 2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək; 3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətandaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq; 4) səlahiyyətlərindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur. «X1» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, əməliyyataxtarış fəaliyyətinin subyektləri bu qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyataxtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaq asma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Bu maddənin İ hissəsinin 3-5,8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişləri yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiya çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş cəzaçəkmə müəssisəsindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Bu maddənin İİİ hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Sözügedən Qanunun 11-ci maddəsinə görə, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçriliməsi üçün səbəblər aşağıdakılardır: 1) fiziki şəxslərin ərizələri; müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri; 3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar; 4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar. Qanunun 19-1-ci maddəsinə görə, əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. «X1» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İV hissəsinə görə, əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil. Apellyasiya protestində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 may 2020-ci il tarixdə saat 19 radələrində Balakən rayonu Katex kəndində tutulması mübahisələndirilsə də, bununla bağlı dövlət ittihamçının dəlillərinə tənqidi yanaşan kollegiya qeyd edir ki, ittiham tərəfi bəraət almış şəxslərin 17 may 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində tutulmasından onların üstündə axtarış aparılmasınadək nə qədər vaxt keçdiyi barədə məhkəməyə hər hansı fakt və sübut təqdim etməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 bildirmişdir ki, “… həmin şəxslər 17 may 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində polis əməkdaşları tərəfindən saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişlər. “Apellyasiya instansiyası məhkəməsində isə ifadə verən Şahid2 bildirmişdir ki, … 2020ci ilin may ayının 24-dən 25-nə keçən gecə saat 04-05 radələrində təqsirləndirilən şəxsləri polis şöbəsinə gətirmişlər. “ Göründüyü kimi, polis əməkdaşı hər dəfəsində bir-birindən fərqli ziddiyyətli ifadələr vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən RPŞ-nin CABnin axtarış üzrə əməliyyat müvəkkili Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi halları, yəni təqsirləndirilən şəxslərin 17 may 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmələrini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən RPŞ-nin X19 nəzarətçisi Şahid4 bildirmişdir ki, “...Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 17 may 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində polis əməkdaşları tərəfindən saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişlər.” Bundan başqa iş materiallarında olan 17 may 2020-ci il tarixli Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Rəsul Qantayevin raportundan görünür ki, ...məlumat əsasında Balakən DYPB YPX inspektoru, polis baş serjantı Anar Mirəliyevlə birlikdə Təqsirləndirilən şəxs3 idarə etdyi “Xəzər” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomaşınla və sərnişinləri Təqsirləndirilən şəxs1 İnqilab oğlu və Təqsirləndirilən şəxs2 ilə birlikdə Balakən RPŞ-yə gətirilmişdir.” Halbuki iş materiallarında olan cinayət işi başlananadək şəxsi tutma haqqında 18 may 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs3n 18 may 2020-ci il tarixdə saat 01.10-da, Təqsirləndirilən şəxs1 18 may 2020-ci il tarixdə saat 02.50-də, Təqsirləndirilən şəxs2 isə 18 may 2020-ci il tarixdə saat 04.10-da tutulmuşdurlar. Bundan başqa, iş materiallarında olan Cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlanılanadək tutulması haqqında 18 may 2020-ci il tarixli qərarlardan da görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduqlarından 17 may 2020-ci il tarixdə Balakən RPŞ-nə gətirilmişlər. Beləliklə, işin gerçək hallarına görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 may 2020-ci il tarixdə, axşam saat 19 radələrində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduqlarından 17 may 2020-ci il tarixdə Balakən rayonu Katex kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nə gətirilmişlər. Onların tutulduğu Balakən rayonu Katex kəndindən Balakən RPŞ-nin inzibati binasına avtomobil ilə təqribən 15-20 dəqiqəlik məsafə vardır və onlar bu vaxt məsafəsində tutulduqları yerdən Balakən RPŞ-nin inzibati binasına aparılmış, bir neçə saat polis şöbəsində saxlanılmışlar. İş materialları ilə birmənalı olaraq təqsirləndirilən şəxslərin 17 may 2020-ci il tarixdə Katex kəndində tutulması, həmin tarixdə də polis şöbəsinə aparılması və burada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasının 18 may 2020-ci il tarixdə, müvafiq olaraq saat 01:10, 02:50 və 04:10-da sənədləşdirilməsi ilə həmin şəxslərin məhz bir neçə saat ərzində polisin nəzarəti altında olması müəyyən olunur. Yalnız saatlarla polisin nəzarəti altında qaldıqdan sonra təqsirləndirilən şəxslərin üstlərində axtarış və götürmənin keçirildiyi sənədləşdirilmişdir. Hətta axtarış və götürmələrin protokollarda göstərilən vaxt ərzində aparılmasını nəzərə alsaq, onda belə bir nəticə çıxır ki, təqsirləndirilən şəxslərin 17 may 2020-ci il tarixli həbsi ilə onların üstündə həyata keçirilən protokollarda göstərilən şəxsi axtarış və götürmə arasında müəyyən vaxt, təqsirləndirilən şəxslərin bildirdiyinə görə təxminən bir neçə saat vaxt keçmişdir. Ona görə də təqsirləndirilən şəxslərin həbsi ilə protokollarda qeyd edilən şəxsi axtarış və götürmə arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxslərin cibinə və ya üzərinə «qoyulması» mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, bu vaxt, yəni Balakən rayonu Katex kəndindən tutulub, Balakən RPŞ-yə gətirilmələri və polis şöbəsində saxlanmaları zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamamilə polisin nəzarəti altında olmuşlar. Bu da CPM-in tələblərinin pozulması deməkdir. İttiham tərəfi isə həmin şübhəni təkzib edən hər hansı mötəbər sübut təqdim edə bilmir. Kollegiyanın qənaətinə görə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 prosessual hüquqlarının pozulması milli qanunvericiliklə yanaşı, beynəlxalq hüquq normaları ilə də təsdiq olunur. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Tacir Layıcov Azərbaycana qarşı iş üzrə 10 aprel 2014-cü il tarixli qərarında bir sıra çatışmazlıqlar üzə çıxarmışdır. Məhkəmə bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının videoçəkilişinin surətini təqdim etməmiş və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözügedən videoçəkilişin surətini Məhkəməyə təqdim etməmişdir. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir. İkincisi, məhkəmə hazırki işdə ərizəçinin 2005-i il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Üçüncüsü, məhkəmə qeyd etmişdir ki, sonralar yerli məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi, ərizəçinin 2005-i il 17 martda həbsi sənədləşdirilməmiş və o, bir gün qanunsuz olaraq polis idarəsində saxlanmışdır. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənini ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağa apellyasiya məhkəmələrindən xahiş etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi 2006cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Bu işlə bağlı Avropa Məhkəməsi daha sonra bildirmişdir: «Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözügedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmamasının səbəblərinə ölkə məhkəmələri və ya hökumət tərəfindən hər hansı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsi və ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə bilməz. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, hesab edir, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərinin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir». Eyni ilə Sakit Zayidov Azərbaycana qarşı 12 noyabr 2015-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflər arasında mübahisə doğurmur ki, ərizəçinin şəxsi axtarışı onun 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulmasından dərhal sonra keçirilməmişdir. Həmin axtarış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində 23 iyun 2006-cı il tarixdə, saat 19.20-də keçirilmişdir. Həbslə axtarış arasında təxminən 20 dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmələr axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişlər. Bundan əlavə, hökümət Məhkəmənin soruğusuna baxmayaraq, bu videoçəkilişin surətini təqdim etməmişdir. Məhkəmə o halı da nəzərdən qaçıra bilməz ki, polis əməkdaşları ərizəçinin tutulmasını dərhal sənədləşdirməmişlər. O cümlədən tərəflər ərizəçinin polis əməkdaşları tərəfindən 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulması faktını mübahisələndirməsələr də, tutulma protokolu 23 iyun 2006-cı il tarixə, saat 22.50-ə qədər tərtib olunmamışdı. Bundan əlavə, deyəsən, tutulma və DİN BNMİ-də axtarış zamanı ərizəçi müdafiəçi ilə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən Avropa Məhkəməsi belə hesab etmişdir ki, ərizəçinin təqsirli bilinməsi üçün milli məhkəmələrin gəldiyi nəticənin əsasında duran maddi sübutun keyfiyyəti şübhəldir. Belə ki, onun əldə edilməsi üsulu onun mötəbərliliyini şübhə altında qoyur. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi maddi sübutun mötəbərliyini və onun istifadə edilməsini bütün milli məhkəmələrdə qaldırmışdır. Bununla bağlı Məhkəmə nəzərə çatdırmışdır ki, ərizəçinin konkret şikayətinin olmasına baxmayaraq, 23 iyun 2006-cı il tarixdə keçirilən axtarış zamanı əldə edilmiş sübutun istifadəsi məsələsi qulaqardına vurulmuşdur. Xüsusilə onlar, nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə həyata keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar. Milli məhkəmələr heç ərizəçinin yuxarıda göstərilən şikayətinə baxmamaqla, o qərara gəlməklə kifayətlənmişlər ki, onun cibinə narkotik vasitənin qoyulması barədə ərizəçinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçiyə bu məsələnin qaldırılması üçün imkan yaradılmamışdır. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir.” Bunları nəzərə alaraq “gecə vaxtı magistral yolda bir neçə şəxs barəsində şəxsi axtarışların aparılmasının hər hansı bir işıqlandırma sistemi və müvafiq otaq olmadan mümkün olmaması” ilə bağlı apellyasiya protestinin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, polis əməkdaşları tərəfindən tərtib edilmiş heç bir prosessual sənəddə şübhəli şəxslərin hansı yaşayış məntəqəsində və ya ərazidə saxlanılaraq polis şöbəsinə gətirilmələri göstərilməmişdir. Bundan başqa, şübhəli şəxslərin müdafiə hüquqlarının təmin edilməsi baxımından onların tutulması daha əlverişli şəraitdə həyata keçirilə bilərdi. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi bütün ifadələrinin müdafiəçinin iştirakı ilə verməsi, istintaq zamanı onlara hər hansı təzyiqin olması barədə aidiyyəti orqanlara heç bir şikayət və müraciətin olmaması, həmçinin belə təyziqlərin olmasına dair nə məhkəmə-narkoloji və məhkəməbioloji ekspertizası rəyləri ilə tanış olarkən, nə müdafiəçisinin iştiakı ilə cinayət işinin materialları ilə tanış olma vaxtı, məhkəmə hazırlıq iclasında özləri və müdafiəçiləri tərəfindən hər hansı müraciət və vəsatət verilməməsi ilə bağlı apellyasiya protestinin dəlillərinə gəlincə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu andan müdafiə hüququnun pozulması barədə özü, yaxud vəkili tərəfindən ibtidai araşdırma orqanına hər hansı müraciətinin olmaması həm birinci instansiya məhkəməsində, həm də məhkəmə kollegiyasının iclasında təsdiq olunmuş müəyyən olunmuş hallarla müqayisədə bəraət verilmiş şəxslərin CM-in 234.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, CPM-in 91.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Bu baxımdan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdikləri ilkin izahatlarında və işin sonrakı ibtidai araşdırılması zamanı verdikləri bütün ifadələrində onlara verilən ittiham üzrə törətdikləri cinayəti etiraf etmələri barədə apellyasiya protestinin dəlilləri əsassızdır. Apellyasiya protestinin digər dəlillərinə gəlincə kollegiya qeyd edir ki, CPM-in 399.3-cü maddəsinə əsasən bütün halların araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (maddə 21.3). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. CPM-in 138.2-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.3-cü maddəsi). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır (CPM-in 349.5.1-ci maddəsi). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-in 351.2-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə ittiham verilərkən onların həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, o cümlədən yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə həmin şəxslərin təqsirliliyi sübuta yetirilməmişdir. CPM-in 10.1, 349.4-cü maddələrinə əsasən, məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Göstərilən prosessual hüquq normalarının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Bütün yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olması barədə tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirli olmaları sübuta yetirilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cinayət işi üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutları bir daha hərtərəfli təhlil edib həm onlara, həm də yuxarıda qeyd olunan hallara, apellyasiya protesti üzrə apellyasiya instansiyasında məhkəmə baxışına əsaslanaraq hökmdən verilmiş apellyasiya protestində göstərilən dəlilləri əsassız hesab edərək həmin protestin təmin edilmədən, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 1(019)-51/2020 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldi: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Balakən Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 1(019)-51/2020 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-93/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-93/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver