Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-95/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X35, təqsirləndirilən şəxs X20 və onun müdafiəçisi X23 iştirakları ilə X8 Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs X20 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakin N.Misirzadə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 29, 304.2.1-ci maddəsi ilə 06 il 06 ay müddədə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməyən, Ağsu şəhəri, C.Şərifov küçəsi 112 saylı evdə qeydiyyatda olmaqla X7 saxlanılan X8 CM-in 177.2.2 və 177.2.3-cü maddələrilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuş və çəkilməmiş qalan 07 ay 14 gün hissəsinin CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməsi və ona qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin tutulduğu xx xxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Ağsu Rayon Polis Şöbəsində saxlanılan maddi sübut – 1 ədəd bıçağın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış qızıl-zinət əşyalarının saxlanıldığı şəffaf materialdan olan qutunun sahibi Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması, aparılmış ekspertiza tədqiqatının dəyəri 324 manatın ondan alınıb dövlət büdcəsinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi, Kod 2100 05, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01) keçirilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs X20 xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağsu şəhəri, M.Əliyev küçəsi, 21 saylı evə barıdan tullanaraq, pəncərədən qanunsuz daxil olmaqla, evin yataq otağında yerləşən paltar şkafından asılmış dəri materialdan olan gödəkçənin sağ yan cibində saxlanılan 1500 manat pulu və həmin şkafda, şüşə balonda olan 12 ədəd 50 qəpikləri oğurlayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1506 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən xx xxxx 2019-cu il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağsu şəhəri, S.Rzayev küçəsi, 5 saylı evə barıdan düşməklə, evin taxta qapısını itələyib açmaqla, yataq otağına qanunsuz daxil olaraq, oradakı mebel dəstində saxlanılan çamadanın içərisindən 1 ədəd 5 qram cəkidə, 750 əyarlı, ağ platin üzərində 5 ədəd brilyant qaşlar düzülmüş, 400 manat dəyərində kişi nişan üzüyünü, 1 ədəd 6 qram çəkidə, üstü tac formalı, bəzəkli 750 əyar, üzərində 37 ədəd xırda brilyant qaşlar düzülmüş 480 manat dəyərində qadın üzüyünü, 1 ədəd 7 qram çəkidə, 750 əyarlı yolka formalı 560,0 manat dəyərində qolbağını, 1 ədəd 5 qram çəkidə sadə ulduz naxışları olan 583 əyarlı 275,0 manat dəyərində qadın üzüyünü, 1 cüt 2 qram çəkidə üzərində delfin bəzəyi olan 583 əyarlı 110,0 manat dəyərində uşaq sırğalarını, 1 ədəd 7 qram çəkidə paxlava formalı (üzüyün alt hissəsi qırılmış halda) 583 əyarlı 259,0 manat dəyərində qadın üzüyünü (qırıntı kimi), 1 cüt 8qram çəkidə, damla formasında sallama olan, üzərində bir neçə ədəd brliyant qaşlar düzülmüş, 583 əyarlı 440,0 manat dəyərində qadın sırğalarını, 1 cüt 6 qram çəkidə, həmin sırğaların 583 əyarlı 330,0 manat dəyərində qadın üzüyünü, 1ədəd sadə formalı “Tissot” markalı (işlənmiş) 30 manat dəyərində kişi qol saatını, 1 ədəd “Sivaci” markalı (işlənmiş) 150,0 manat dəyərində kişi qol saatını oğurlayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və sonuncunun arvadı SadıqovaŞəhla Mirzəkərim qızına, ümumilikdə 3034 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində X5 yaşadığı Ağsu şəhəri, Əli Kərim küçəsində yerləşən 14 saylı evə barıdan düşməklə, evin taxta qapısını itələyib açmaqla, yataq otağına qanunsuz daxil olaraq, qab-qaşıq yığılması üçün nəzərdə tutulmuş senvantın 3 cü rəfində saxlanılan 1 ədəd 5 manat dəyəri olan mücrünü və həmin mücrü içərisinə yığılmış 1 cüt 10 qram çəkidə, üzərində yaqut qaşları olan 583 əyarlı 550,0 manat dəyərində qadın sırğasını, 1 ədəd 6 qram çəkidə üzərində yaqut qaşı olan 583 əyarlı 330,0 manat dəyərində qadın üzüyünü, 1 ədəd 9 qram çəkidə xırda sadə qaşları olan 583 əyarlı 495,0 manat dəyərində qadın nişan üzüyünü, 1 ədəd 11 qram çəkidə 583 əyarlı, ortasında qırmızı zefir qaşı, kənarları ağ qaşlarla bəzədilmş, aralığı ilə birlikdə 605,0 manat dəyərində qadın boyunbağını, 1 ədəd 7 qram çəkidə, 583 əyarlı romb forma toxunuşlu 385,0 manat dəyərində qadın boyunbağını, 1 ədəd 5 qram çəkidə 583 əyarlı 275,0 manat dəyərində sadə toxunuşlu uşaq boyunbağını, 1 ədəd 6 qram çəkidə 583 əyarlı zəncir toxunuşlu 330,0 manat dəyərində uşaq boyunbağını, 1 ədəd 2 qram çəkidə 583 əyarlı 110,0 manat dəyərində uşaq qolbağını, 1 ədəd 2 qram çəkidə 583 əyarlı 110,0 manat dəyərində uşaq qolbağını, 1 ədəd 2 qram çəkidə 583 əyarlı 110,0 manat dəyərində uşaq qolbağını, 1 ədəd 1,5 qram çəkidə xırda ağ qaşları olan 583 əyarlı 82,50 manat dəyərində uşaq sırğasını oğurlayaraq, zərərçəkmiş şəxs Sara Mahmudovaya ümümilikdə 3387,50 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs4 Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən iki mərtəbəli yaşayış evinin həyətinə barıdan düşməklə, plastik materildan olan açıq qalmış qapıdan evin yataq otağına qanunsuz daxil olaraq, orada, divardan asılmış əl çantasının içərisində olan iki ədəd pul qabının hər birində saxlanılan 500 manatı, ümumilikdə 1000 manatı, həmin otaqda çarpayının üzərindəki döşəyin altına qoyulmuş pul qabındakı 20 manatı, komodun dördüncü rəfinin içərisində saxlanılan 1 cüt 2 qram çəkidə 583 əyarlı 110,0 manat dəyərində zefir qaşlı sırğaları, 1 ədəd 5 qram çəkidə 583 əyarlı 275,0 manat dəyərində muncuq formalı boyunbağını, 1 ədəd 583 əyarlı 4.3 qram çəkidə üzərində gül forması və hər iki ətrafında ağ qaşları olan 236,5 manat dəyərində qadın nişan üzüyünü, cəmi dəyərləri 621 manat qızıl-zinət əşyalarını və 1020 manat nəgd pulu oğurlayaraq, Zərərçəkmiş şəxs4 ümümilikdə 1641,5 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrindən 23 radələrinədək olan vaxt ərzində X6 Ağsu şəhəri, H.Aslanov küçəsində yerləşən evinə barıdan düşməklə evin plastik materialdan olan pəncərəsindən qanunsuz olaraq yataq otağına daxil olub, otaqdakı divar mebel dəstinin içərisindəki əl çantasının içində saxlanılan 200 manat nəgd pulu, həmin mebel dəstinin rəfinin üzərində paltarların arasında olan 1 ədəd 20 manat dəyərində əldə toxunma qadın pul kisəsini, həmin pul kisəsinin içərisində olan 1 ədəd 8 qram çəkidə üzərində 5 sadə qaşları olan 583 əyarlı 440,0 manat dəyərində qadın nişan üzüyünü, 1 ədəd 10 qram çəkidə toxunma 583 əyarlı 550,0 manat dəyərində qadın boyunbağını, 1 ədəd 6 qram çəkidə 583 əyarlı 330,0 manat dəyərində toxunma qolbağını, 1 ədəd 925 əyarlı 15 qram çəkidə 60,0 manat dəyərində ortasında kəpənək formalı aralığı olan gümüşü boyunbağını, 1 ədəd 925 əyarlı 20 qram çəkidə 80,0 manat dəyərində ortasında paxlava formalı olan gümüşü boyunbağını, həmin günün məzənnəsi ilə 134,5 manat məbləğində 5000 rus rublunun oğurlayaraq, zərərçəkmiş şəxs Tahirə İbadovaya ümumilikdə 1614,5 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən xx xxxx 2019-cu il tarixdə, saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs5 məxsus Ağsu şəhəri, T.İsmayılov küçəsi, 42 saylı yaşadığı evə barıdan tullanmaqla, pəncərədən qanunsuz daxil olaraq, oradan 2000 manat nəgd pulu, 1 ədəd 16 qram çəkidə 583 əyarlı, 960 manat dəyərində tros boyunbağını, 1 cüt 4 qram çəkidə 583 əyarlı, 240 manat dəyərində şarlı formalı sırğaları gizli yolla oğurlayaraq, Zərərçəkmiş şəxs5 ümümilikdə 3200 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Hökmdən təqsirləndirilən şəxs Teymur Rəhimov apelyasiya şikayəti vermişdir. Hökmdən apelyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apelyasiya şikayəti, həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayət onunla əsaslandırılmışdır ki, prokuror və müstəntiqin qərəzli olduğuna görə onun əlində olan sübutlara məhəl qoymamışlar. Heç bir sübutuna baxmamış, etmədiyi cinayətləri boynuna qoymuşlar. Şikayətçilərin istintaqda verdikləri ifadə məhkəmədə verdikləri ifadə ilə heç cürə üstüstə düşməmişdir. Cinayətlər olan vaxt rayonda olmadığını dəlil və sübutla göstərmiş, ancaq ona baxmamışlar. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və ədalətli qərar çıxarılmasını apelyasiya instansiya məhkəməsindən xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Teymur Rəhimov ifadəsində bildirmişdir ki, mənə irəli sürülmüş ittihamın yalnız bir epizodu üzrə özümü təqsirli bilirəm, qalan epizodlar üzrə özümü təqsirli bilmirəm. Belə ki, ibtidai istintaq zamanı verdiyim ifadə müstəntiqin təzyiqi ilə yazılmışdır. xx xxxx 2019-cu il tarixdə Əfqan adlı polis sahə rəisi tərəfindən yaşadığım ünvandan Ağsu Rayon Polis Şöbəsinə aparılmış, dörd gün müddətində, yəni xx xxxxxx 2019-cu il tarixdə barəmdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilənə kimi polis şöbəsində qanunsuz saxlanılmışam. Bu müddət ərzində də cinayət işi üzrə ibtidai araşdırmanı aparan orqan mənə təzyiqlər göstərmiş, hazırki ittihamda göstərilmiş oğurluq cinayətlərinin tərəfimdən törədilməsini boynuma götürməyim təklif edilmiş, əks təqdirdə işimin daha da ağırlaşdırılacağı bildirilmiş, bunun nəticəsində də həmin oğurluq cinayətlərinin mənim tərəfindən törədilməsi barədə ifadələr vermişəm. Bir neçə epizodlar üzrə oğurluqlar baş verən vaxtlarda Ağsuda olmamışam, Kürdəmirdə və Gəncədə satdığım qızıllar əvvəlki 2013-cü ildə törətdiyim oğurluqlardan qalmışdır. Bundan başqa, mən polis şöbəsində qanunsuz saxlanılarkən, yəni xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 evində oğurluq hadisəsi baş vermişdir. Onu da mənim boynuma yıxıblar. Bundan başqa, o, verilən suallara cavab olaraq bildirmişdir: Digər epizodlar üzrə törədilmiş cinayətlərdən xəbərim yoxdur və həmin hadisələr baş verən günləri Ağsu rayonunda olmamışam. Mən may ayının əvvəllərindən Gəncə şəhərinə getmişəm, sahə rəisi Əfqan imza etmək üçün ayda bir dəfə məni polis şöbəsinə çağırırdı. Mən X6 evindən xx xxxx 2019-cu ildə, gecə saatlarında oğurluq etmişəm, əldə etdiyim qızılları Gəncə şəhərində Anar adlı şəxsə satmışam. xx xxxx 2019-cu il tarixdə, sahə rəisi Əfqan məni polis şöbəsinə çağırdı, bundan sonra məni müstəntiqin yanına apardı. Əfqan özü də bunu məhkəmədə etiraf edib. İfadələrinin yerində yoxlanılması zamanı müstəntiq mənə əvvəlcədən nə deyəcəyimi başa salmışdı. Ona görə də mənə koməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev bildirmişdir ki, apelyasiya şikayətinin dəlillərini müdafiə edirəm. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan narazıdır. Belə ki, o yalnız bir epizod üzrə özünü təqsirli bilir, amma digər epizodlar üzrə özünü təqsirli bilmir. Həmin oğurluqlar baş verən zaman müdafiə etdiyim şəxs Ağsu şəhərində olmamışdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, X8 CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlarla tam sübuta yetirilmişdir. X20 özünü yalnız bir epizod üzrə özünü təqsirli bilsə də, digər epizodlar üzrə özünü təqsirli bilmir. Onunla bağlı qeyd etmək istəyirəm ki, Teymur Rəhimovun xx xxxx 2019-cu ildə Zərərçəkmiş şəxs2 evindən oğurlanmış qızılları səhəri gün günörta saatlarında Kürdəmir mərkəzi bazarında X1 müəyyən edilmişdir. Həmçinin, Teymur Rəhimovun xx xxxx 2019-cu ildə Zərərçəkmiş şəxs4 evindən oğurlanmış qızılları xx xxxx 2019-cu ildə Kürdəmir mərkəzi bazarında X3 müəyyən edilmişdir. Beləliklə, toplanmış sübutlarla Teymur Rəhimovun törətdiyi əməllər kifayət qədər sübuta yetirilmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, zərərçəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Sadlıq oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və X16 məhkəmə iclasına gəlməmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüdudlar həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayətləri təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində ifadə verən zərərçəkmiş şəxs X15 bildirmişdir ki, o, Ağsu şəhəri, Ə.Kərim küçəsi, 14 saylı evdə qayınanası Həqiqət Mahmudova, həyat yoldaşı X31, övladları Nihad Mahmudov və Sürəyya Mahmudova ilə birlikdə yaşayır. X51 yaşadığı evdə qeydiyyatda olmağına baxmayaraq, o, Ağsu şəhərində yerləşən təzə məhlədə öz ailə üzvüləri ilə birlikdə yaşayır. O və həyat yoldaşı fərdi qaydada Bakı şəhərində işləyirlər. xx xxxx 2019-cu il tarixdə, saat 09 radələrində qayınanası Həqiqət Mahmudova yaşadığı Bakı şəhəri, Xırdalan qəsəbəsində yaşadığı evə qonaq gəlmişdir. Qonaq gəldiyi üçün isə evin açarını qonşuları Zahidə vermişdir ki, ara bir gedib evə baxsın. Qonşuları Zahid qayınanası Həqiqətə xx xxxx 2019-cu il tarixdə zəng vuub küçəyə açılan pəncərənin pərdəsinin çölə çıxdığını demişdir. Qayınanası Həqiqət də evin həytinə keçib baxmasını və görsün nə məsələdir demişdir. Zahid keçib məhləyə baxdıqda evin içərisinə oğrunun girdiyini dediyindən, qayınanası oğlu Raminə zəng vurmuş, ona evə oğrunun girdiyni demişdir. Ramin də öz evindən gəlib onların yaşadığı evin içərisinə baxdıqda həqiqətən evə oğrunun girdiyini görüb onlara demişdir. Bundan sonra o, qaynı Ramin ilə əlaqə saxlamış, qızıllarının evin yataq otağındakı servantın içərisində şəkilin arxasına mücrüdə qoyuduğunu və yerində olub-olmadığına fikir verməsini demişdir. Lakin, Ramin ona mücrünün orada olmadığını demiş və o, başa düşmüşdür ki, evə girən oğru mücrünü tapıb və qızılları oğurlayıb. Həmin oğrunun kim olmasını bilmir. O, Bakı şəhərində olarkən oğurlanmış qızılların nə nişanəsini Raminə demiş və Ramin də bu barədə polisə müraciət etmişdir. Onun evinə daxil olan oğru yalnız qızıl-ziynət əşyalarını oğurlamışdır. Həmin qızıllar özünün olmuşdur. Evdən 1 cüt 10 qram çəkidə üzərində yaqut qaşları olan 583 əyarlı təxminən 500 manat bazar satış dəyərində olan qadın sırğalarını, həmin sırğaların 1 ədəd üzərində yaqut qaşı olan 583 əyarlı 6 qram çəkidə təxminən 300 manat bazar satış dəyərində olan qadun üzüyünü, 1 ədəd 9 qram çəkidə xırda sadə qaşları olan təxminən 450 manat bazar satış dəyərində olan qadın nişan üzüyünü, 1 ədəd 11 qram çəkidə 583 əyarlı ortasında qırmızı zefir qaşı kənarları ağ qaşlarla olan aralığı ilə birlikdə təxminən 550 manat bazar satış dəyərində olan qadın boyunbağısını, 1 ədəd 583 əyarlı, təxminən 7 qram çəkidə romb forma toxunuşlu təxminən 350 manat bazar satış dəyərində qadın boyunbağısını, 1 ədəd 5 çəkidə 583 əyarlı, sadə toxunuşlu təxminən 250 manat bazar satış dəyərində olan uşaq boyunbağısını, 1 ədəd 6 qram çəkidə 583 əyarlı zəncir toxunuşlu təxminən 300 manat bazar satış dəyərində olan uşaq boyunbağısını, 3 ədəd hər biri təxminən 2 qram çəkidə 583 əyarlı hər biri təxminən 100 manat olmaqla ümumilikdə isə 300 manat bazar satış dəyərində olan uşaq qolbağılarını, 1 ədəd 1,5 qram çəkidə xırda ağ qaşları olan 583 əyarlı təxminən 75 manat bazar satış dəyərində olan uşaq sırğasını oğurlamışdır. Qızıl əşyaları hamısı qızıl qabında olmaqla yataq otağındakı qab-qaşıq yığılmış şkafda olan şəkilin arxasında olmuşdur. Qızıl qabı qırmızı rəngli, açılıb örtülən qab olmuşdur, təxminən 5 manat bazar satış dəyərində olmuşdur. Ümumilikdə bu oğurluq cinayəti nəticəsində ona 3080 manat maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Birinci instansiya məhkəməsində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Ağsu şəhəri, M.Ə.Əliyev küçəsi, 21 saylı evdə həyat yoldaşı X21 və qızı Sevda Quliyeva ilə birlikdə yaşayır, oğlu Vüsal Quliyev isə ayrı öz ailə üzvüləri ilə Ağsu şəhərində kirayədə yaşayır, “xxxxxxxxxx” MMC-də fəhlə işləyir. Digər iki qızları Vüsalə və Vəsilə Şamaxı şərində öz ailə üzvüləri ilə yaşayır. O, özü heç bir yerdə işləmir. Dolanışacaq məqsədi ilə fərdi qaydada işləyir. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 18 radələrindən saat 24 radələrindək o, həyat yoldaşı və qızı Sevda Ağsu şəhərində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında bacısı X2 nəvəsi Hikmətin toy şənliyinə getmişlər. Toy şənliyində o, qızı Sevda və həyat yoldaşı Sevinc iştirak etmişlər. Kirayədə yaşayan oğlu X32 isə iştirak etməmişdir. Toydan çıxıb yaşadığı evə həyat yoldaşı Sevinc, qızı Sevda ilə tanımadığı taksi maşınına şadlıq sarayının qarşısından əyləşib yaşadığı evə gəlmişlər. Evin bağlı olan həyət darvazasını qızı Sevda açıb içəri keçmiş və evin bağlı olan giriş qapısını o, açıb evin içərisinə keçdikdən sonra görmüşdür ki, evdə olan soyducunun qapısı açıqdır. Bu zaman arxasınca gələn Sevincdən soyducunun qapsının kimin açmasını soruşmuşdur. Sevinc isə soyducunun qapısını nəyə görə açmalıyıq ki, demişdir. O, soyducunun qapsını örtdükdən sonra Sevinc və qızı Sevda evin yataq otağına daxil olub evə oğru girdiyini demişlər. O, evin yataq otağına baxdıqda görmüşdür ki, evin yataq otağında yerləşən paltar şkafında olan paltarları çıxarılıb döşəmə üzərinə tökülüb və iki-üç ədəd kostyum və pencək isə asılqanda qalıb. Bundan sonra evin digər otağına baxmış və görmüşdür ki, servantın qapısı açıqdır və içərisində olan qab qaşıqların içərisini evə girən oğru axtarıb. O, yataq otağında şkafda olan dəri gödəkçənin cibinə qoyduğu pulun yerində olub-olmadığını yoxladıqda görmüşdür ki, gizlədib saxladığı 1500 manat pulunu evə girən oğru tapıb oğurlayıb. Bu vaxt həyət darvazasının örtulmə səsi eşidilmiş və evdən qızı Sevda ilə həyat yoldaşı Sevinc həyətə çıxmış və gəlib demişlər ki, heç kimi görmədik. O, da həmin vaxtı həyacanlı olduğu üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərəkən iki nəfərin çıxdığını və evindən oğurluq olmasını demişdir. Bundan sonra evin içərisinə həyat yoldaşı və qızı baxdıqdan sonra evdən yalnız paltar şkafında gizlədib saxladığı və ailə üzvülərinin bildiyi pulu oğurlanmışdır. Başqa onun evindən heç nə oğurlanmamış, oğurluğa girən oğru isə evə yataq otağının pəncərə yerindən keçmişdir. Belə ki, həmin pəncərənin alt şüşəsi yoxdur və həmin yerə sellofan çəkmişdir. Həmin sellofanı da naməlum oğru evin çölündən götürdyü bıçaqla kəsib evə girmişdir və həmin bıçağı da həyətdə mətbəx kimi istifadə olunan yerdə pərdənin arxasına qoymuşdur. Həmin bıçaq isə özlərinin bıçağı olmuşdur. Evinə daxil olan oğru onun evindən əlavə olaraq kassa kimi düzəltdiyi şüşə bankanının içərisindən xırda qəpik pullarını oğurlamış, həmin pullar qəpik pullar olmaqla 50 qəpikliklər olmuş və 6 manat olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Birinci instansiya məhkəməsində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Ağsu şəhəri, S.Rzayev küçəsi, 5 saylı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs3, az yaşlı övladları Zəhra Sadıqova, Ləman Sadıqova ilə birlikdə yaşayır. xx xxxx 2019-cu il tarixdə yaşadağı evdən çıxıb Bakı şəhərində keçirilən toy şənliynə getmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs3 az yaşlı uşaqarı Ləman, Zəhra və qardaşı X36 ilə birlikdə xx xxxx 2019-cu il tarixdə, gecə saat təxminən 23-30 radələrində Bakı şəhərinə qardaşı Salehin evinə qonaq getmək üçün çıxmışlar. O, xx xxxx 2019-cu il tarixdə isə Bakı şəhərindən Salyan şəhərinə şəxsi işi ilə bağlı getmişdir. xx xxxx 2019-cu il tarixdə Salyan şəhərindən çıxıb geçə saat 23 radələrində yaşadığı Ağsu rayonunda yerləşən evinə gəlib keçdikdə görmüşdür ki, evin otaqlarında naməlum şəxs tərəfindən axtarış aparılıb, evin ikinci mərtəbəsinin otaqlarında zalda və yataq otaqlarında yerləşən şkaf servant və yüklərin arası axtarılıb, paltar şkafında olan paltarlar yerə döşəmə üzərinə tökülüb, yataq otağında yerləşən divar mebel dəstinin içərisində olan geyim və paltarları çıxarılıb döşəmə üzərinə atlıb, həmin şkafda olan qırmızı rəngli çemadanın ağzı açılıb, içərisində ailə üzvlərinə məxsus fotoşəkillər orada otaqda yerləşən çarpayının üzərinə dağıdılıb, çemadanın içərisində şəfafa qızıl qabında saxlanılan ona və həyat yoldaşı Şəhlaya məxsus qızılar, həmçinin həmin çemadanda olan bir ədəd “Tissot” markalı kişi qol saatı da oğurlanmışdır. O, cümlədən həmin çemadanda olan seyfin açarı götürülüb, otaqda olan dəmir seyfin ağzı açılıb və orada da axtarış aparılmışdır. Naməlum oğru əlavə olaraq qızıl-zinət əşyalarından başqa həmin otaqda qapının solunda yerləşən güzgülü termonun içərisindən ona məxsus “Sivaci” markalı kişi qol saatını oğurlamışdır. Bundan başqa naməlum oğlru tərəfindən evin digər yataq otağında yerləşən mebel divar dəstinin içərisində olan qab-qaşıqların içərisini axtarıb, lakin həmin yataq otağında qiymətli heç nə olmadığından oğurlanmamışdır. Bundan başqa digər yataq otağında olan çarpayıların üzərindəki döşəklər götürülərək evin döşməsinə atılmış və axtarış aparılmışdır. Naməlum oğru evin zal hissəsində yerləşən divar mebel dəstinin içərisində olan qab-qaşıqların içərisini axtarmış, həmin şkafın alt rəfələrində olan paltarlar çıxarılıb döşəmə üzərinə tökülmüşdür. Lakin həmin yerdə də qiymətli nə isə olmamış və oğurlanmamışdır. Naməlum oğru yataq otağında yerləşən mebel divar dəstinin içərisində olan qırmızı rəngli çemadanın içərisində şəffaf rəngli qabda saxlanılan ona və həyat yoldaşı Şəhlaya məxsus birgə mülkiyyətlərində olan qızılları və həmin otaqda güzgülü termonun rəfindən isə ona məxsus bir ədəd “Sivaci” markalı kişi qol saatını oğurlamışdır. Birgə mülkiyyətlərində qızıl-zinət əşyalarının oğurlanmasına görə ailəsinə təxminən 3150 manat və iki ədəd kişi qol saatının oğurlanmasına görə isə 180 manat maddi ziyan vurulmuşdur. Ümumilikdə birgə mülkiyətlərində olan əmlaklarının oğurlanmasına görə isə onlara 3330 manat həcmində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X20 xx xxxx 2019-cu il tarixdə yaşadığı ünvana polis əməkdaşları ilə gətirilmiş, o, səmimi halda evinə necə daxil olduğunu, evin içərisində otaqda olan şkafda çamadan olduğunu və içərisində qızıl-zinət əşyalarının oğurladığını təfərrüatı ilə göstərmişdir. Ona həmin zaman heç bir təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, Ağsu şəhəri S.Rzayev küçəsi 5 saylı evdə həyat yoldaşı X33, azyaşlı evladları Zəhra Sadıqova, Ləman Sadıqova ilə birlikdə yaşayır. xx xxxx 2019-cu il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs2 yaşadığı evdən çıxıb Bakı şəhərində keçirilən toy şənliyinə getmişdir. O isə azyaşlı uşaqarı Ləman, Zəhra və qaynı X36 ilə birlikdə xx xxxx 2019-cu il tarixdə, gecə saat təxminən 23:30 radələrində Bakı şəhərinə qayını Salehin evinə qonaq getmək üçün çıxmışlar. O, Bakı şəhərində azyaşlı uşaqları ilə birlikdə olarkən Sahib onun mobil telefonuna xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində zəng vurub bildirmişdir ki, evə oğru girib, evi axtarıb və əşyaları dağıdıb. Ondan qızıl zinət əşyalarını evdən çıxarkən götürüb-götürmədiyini soruşmuş, o, isə qızılların evdəki divar mebel dəstinin içərisində olan çemadanda şəffaf qızıl qutusunun içərisində olduğunu bildirmişdir. Bundan sonra Sahib ona çemadanın içərisindən qızılları oğru tapıb oğurlayıb apardığını demişdir. Bundan sonra o, xx xxxx 2019-cu il tarixdə yaşadığı evə Bakı şəhərindən qayıdıb gəlmiş və ona məlum olmuşdur ki, çemadanın içərisində şəffaf qızıl qutusunda saxladığı, ona məxsus qızıları, həmçinin həmin çemadanda olan bir ədəd “Tissot” markalı kişi qol saatı da oğurlanmışdır. O, cümlədən həmin çemadanda olan seyfin açarı götürülüb otaqda olan dəmir seyfin ağzı açılıb və orada da axtarış aparılıb. Naməlum oğru əlavə olaraq qızıl-zinət əşyalarından başqa həmin otaqda qapının solunda yerləşən güzgülü termonun içərisindən Sahibə məxsus “Sivaci” markalı kişi qol saatını oğurlamışdır. Bundan başqa naməlum oğru evin digər yataq otağında yerləşən mebel divar dəstinin içərisində olan qab qaşıqların içərisi axtarıb, lakin həmin yataq otağında qiymətli heç nə olmadığından oğurlanmamışdır. Bundan başqa digər yataq otağında olan çarpayıların üzərindəki döşəklər götürülərək evin döşməsinə atılmış və axtarış aparılmışdır. Naməlmu oğru evin zal hissəsində yerləşən divar mebel dəstinin içərisində olan qab-qaşıqların içərisini axtarmış, həmin şkafın alt rəfələrində olan paltarları çıxarılıb döşəmə üzərinə tökülmüşdür. Lakin həmin yerdə də qiymətli nə isə olmamış və oğurlanmamışdır. Naməlum oğru yataq otağında yerləşən mebel divar dəstinin içərisində olan qırmızı rəngli çemadanın içərisində şəffaf rəngli qabda saxlanılan ona və həyat yoldaşı Sahibə məxsus birgə mülkiyyətlərində olan qızıllıarı oğurlamışdır. Birgə mülkiyyətlərində olan qızıl-zinət əşyaları oğurlanmasına görə ailələrinə təxminən 3150 manat və iki ədəd kişi qol saatlarının oğurlanmasına görə isə 180 manat maddi ziyan vurulmuşdur. Ümumilikdə birgə mülkiyətlərində olan əmlakın oğurlanmasına görə isə 3330 manat həcmində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Birinci instansiya məhkəməsində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, Ağsu rayonu, Qaraqaşlı kəndində oğlu X37, gəlini X9 və azyaşlı nəvəsi Röyal ilə birlikdə yaşayır. Rəsmi olaraq ailə üzvülərindən heç kim işləmir. Lakin oğlu Xəyal Bakı şəhərində iş olanda gedib orada işləyir. İş olmayanda isə yaşadığı evə gəlir. Oğlu Xəyal oğurluq olan günü Bakı şəhərində olmuşdur. Oğlu Xəyal Bakı şəhərində fərdi qaydada işləyir, iş olmayanda isə yaşadığı evə gəlir və oğlu bir aydan çoxdur ki, Bakı şəhərindədir. O isə gəlini Şahnaz ilə xx xxxx 2019-cu il tarixdə, saat təxminən 19 radələrində nəvəsi Röyalı da götürüb piyada Ağsu şəhərində yaşayan qardaşı İsanın evinə qonaq getmişlər. İsanın evindən isə saat təxminən 23 radələrində tanımadığı taksi maşınına əyləşib yaşadığı evinə gəlib, qapıdan içəri keçdikdə görmüşdür ki, həyətdə olan masa evin döşünə qoyulub, üzərində də oturacaq var. O, evin işıqlarını yandırıb evin birinci mərtəbəsinə açıq qapıdan keçmiş və görmüşdür ki, evə naməlum oğru keçib, orda yataq otağına keçdikdə görmüşdür ki, səliqə səhman pozulub, çarpayının üzərində olan döşək dağınıq vəziyətdədir, üzərində kaşelyoku görmüş və evin otağına baxdıqda görmüşdür ki, divardakı mismardan asmış olduğu əl çantasının içərisi axtarılıb və orada olan iki ədəd koşelyokun hər birinin içərisində olan 500 manatı, cəmi 1000 manat olan pulları naməlum oğru tapıb, koşelyokları isə evin otağında, düz elə əl çantasının asıldığı divarın qarşısına döşəmə üzərinə atıb. Çarpayının üzərində olan koşelyokundanda 20 manatı tapıb oğurlamasının şahidi olmuşdur. Həmin koşeylok isə həmin çarpayının üzərində döşəyin altında olmuşdur. Bundan sonra o, görmüşdür ki, həmin evə daxil olan naməlum oğru, elə həmin otaqda qapının sağında olan 4 gözlü komodun alt gözündə, ətir və kirşanların qoyulduğu sellofanın içərsində saxladığı bir cüt 2 qram çəkidə, 583 əyarlı, təxminən 100 manat dəyərində sırğaları, bir ədəd 5 qram çəkidə, 583 əyarlı, boyunbağını, 4,3 qram çəkidə, 583 əyarlı 260 manat dəyərində qadın nişan üzüyünü tapıb oğurlamışdır. Bundan sonra o, bacısı Bənövşənin oğlu Kamrana zəng edib evə oğru girdiyini və yaşadığı evə gəlməsini demişdir. Kamran evinə gəldikdən sonra oğurunun evə girməsinin, evin birinci mərtəbəsində axtarış aparmasının şahidi olduqdan sonra DİN-nin 102 xidmətinə zəng etmiş və orada evin ikinci mətrəbəsinə isə nəyin-oğurlanıb oğurlanmamasına baxmamış, polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları ilə evə baxdıqda evin otaqlarında, şkafların içərisində axtarış aparılmasının, yorğan döşəyin arasının axtarılıb səliqə səhmanın pozulmasının şahidi olmuşdur. Lakin həmin evin ikinci mərtəbəsindən isə naməlum oğru tərəfindən heç bir əşyası oğurlanmamışdır. Evin ikinci mərtəbəsindəki otaqlarda naməlum oğru tərəfindən axtarışlar aparılsa da oradan oğurluq etməmişdir. Oğurluq evin birinci mərtəbəsində, yataq otağından edilmiş və evdə olan pulları və qızılları oğurlanmışdır. Baş vermiş oğurluq cinayət əməli nəticəsində ona 1700 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Birinci instansiya məhkəməsində ifadə verən zərərçəkmiş şəxs X16 bildirmişdir ki, o, Ağsu şəhəri, H.Aslanov küçəsi, 25 nömrəli evdə azyaşlı oğlu X47, qayını X48 ilə birlikdə yaşayır. Həyat yoldaşı X54 hazırda Türkiyyə Respublikasındadır, orada işləyir. O, yaşadığı evdə tək qalmasın dey,ə qayını İsmət ilə birlikdə qalır. Lakin o, xx xxxx 2019-cu il tarixdə azyaşlı oğlu Ramalla saat təxminən 11 radələrində atası X10 ilə birlikdə yaşadığı evin giriş seyf qapısını və çöl darvazanı qıfılla bağlayıb Ağsu rayonu, Padarqışlaq kəndinə yaxın qohumlarının hüzür məclisinə dəyməyə və həm də həmin kənddə yaşayan bacısı Təranənin yaşadığı evinə oğlu Ramal ilə qonaq getmişlər. Qaynı İsmət isə həmin gün Ağalarbəyli kəndinə öz ata evinə getmiş və ona bacısı gildə qalacağını, gələndə isə zəng edib bildirəcəyini demişdir. O, xx xxxx 2019-cu il tarixdə, saat təxminən 12 radələrində yaşadığı evə oğlu Ramal ilə gəlib darvazanın kilidini açıb həyətə keçmiş, evin seyf qapısını açıb içəri keçib solda yerləşən uşaq otağına keçəndə görmüşdür ki, otaqda siyirmədəki qara sellofan torba evin döşəməsi üzərindədəir, otaqdakı stolun üzərində qara rəngli düyməli bıcaq var, həmin bıçaq naməlum oğrunun olmuşdur, evin digər yataq otağına keçib baxanda görmüşdür ki, məhləyə açılan qəhvəyi rəngli plastik materialdan olan pəncərənin orta gözü bərkidildiyi yerdən çıxarılıb döşəmə üzərinə atılmış, qapının sağında yerləşən üç taylı divar mebelinin qapıları açıq vəziyətdədir, mebelin rəfinin üzərində olan paltarların bir qismi çıxarılıb döşəmə üzərinə atılıb, qara dərili əl çantası və qara dərili kaşelyok da döşəmə üzərindədir, hər ikisi açıq vəziyətdədir. Otaqdakı siyirməli termonun üst siyirməsi açıqdır, orada olan və qutuda saxladığı gümüş boyunbağıları qutunun içərisindən götürülüb, həyat yoldaşı Zaura məxsus “SHAİK” odekalonu siyirmədən çıxarılıb termonun üzərinə qoyulub. O, bunu görüb qayınatası İbada yaşadığı evə gəlməsini və evə naməlum oğrunun girib oğurluq etdiyini bildirmiş və onun gəlişini gözləmişdir. O, evin digər qonaq otağına baxmış, həmin evin qonaq və mətbəx hissəsində naməlum şəxs tərəfindən axtarış aparılmamış və həmin otaqlarda səliqə-səhman pozulmamışdır. Yataq otağında naməlum oğru axtarış apararaq orada qara dərili koşelyokumun içərisində saxladığı 200 manat pulu, divar mebel dəstinin içərisində olan rəfin üstündə paltarın arasına qoyub gizlətdiyi koşelyoku tapıb içərisində olan bir ədəd 8 qram çəkidə üzərində 5 sadə qaşları olan, 583 əyarlı təxminən 480 manat bazar satış dəyərində olan qadın nişan üzüyünü, bir ədəd 10 qram çəkidə, toxunma, 583 əyarlı təxminən 600 manat dəyərində qadın boyunbağısını, bir ədəd 6 qram çəkidə 583 əyarlı toxunma 300 manat dəyərində qolbağını, həmin koşelyokun içərisində olan 5000 Rus Rubulunu və 20 manat dəyərində olan koşelyoku oğurlayıb aparmışdır. Bundan başqa naməlum oğru həmin otaqda güzgülü termonun içərisində gümüşləri saxladığı qutunun içərisində saxladığı 925 əyarlı ortasında kəpənək aralığı olan 40 manat dəyərində gümüşü boyunbağını, 925 əyarlı ortasında paxlava formalı olan 50 manat dəyərində gümüşü boyunbağını oğurlayıb aparmışdır. Naməlum oğru bu oğurluq cinayəti nəticəsində ona 1690 manat həcmində maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Birinci instansiya məhkəməsində ifadə verən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, o, Ağsu şəhəri, T.İsmayılov küçəsi, 42 b saylı evdə X17 ilə birlikdə yaşayır. Özü istefada olan polis əməkdaşıdır. xx xxxx 2019-cu il tarixdə həyat yoldaşı Naibə Zərbalıyeva ilə birlikdə xəstəliyi ilə bağlı Bakı şəhəri Yasamal rayonuda yerləşən X22 müalicə olunmaq üçün getmişlər. Evə nəzarət etmək üçün qardaşı Cəmilə və qonşusu Naibənin dayısı arvadı Qeysiyəyə tapşırmışdır. Evin darvazasının açarını Qeysiyəyə vemişdir. Qeysiyyə xx xxxx 2019-cu il tarixdə Naibəyə zəng vurub ona yaşadığı evə oğrunun pəncərədən girdiyni demiş və o, da bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vurub məlumat vermişdir. İlk əvvəl məlumatında evindən 1200 manat pulunun oğurlanmasını bildirmişdir. Lakin evinə gəlib baxdıqda və dəqiqləşdirmə apardıqdan sonra ona məlum olmuşdur ki, naməlum oğru evdən 2000 manat nağd pul, əlavə olaraq 16 qram çəkidə 583 əyarlı təxminən 750 manat dəyərində tros boyunbağını və bir cüt 4 qram çəkidə 583 əyarlı təxminən 200 manat bazar satış dəyərində şarlı formalı sırğaları oğurlamış və bu barədə ərizə ilə müraciət etmişdir. Ümumilikdə həmin oğurluq nəticəsində ona 2950 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin oğuru onun yaşadığı evə evin məhləyə açılan çöl hisəssində olan pəncərəni çıxarıb evə daxil olmuş, evin yataq otaqlarında axtarışlar aparmış və səliqə-səhmanı pozmuşdur. Naməlum oğru evdən 2000 manat pulu və 950 manat dəyərində qızıl-zinət əşyalarını yataq otağında yerləşən şkafın içərisində olan qara rəngli çemadanın içərisindən tapıb oğurlamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Bunlardan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X34 zərərçəkmiş şəxs X5 ifadəsinə uyğun ifadə vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu, Qaraqaşlı kəndində həyat yoldaşı X37, qayınanası Zərərçəkmiş şəxs4 və az yaşlı oğlu Röyal ilə birlikdə yaşayır. Rəsmi olaraq ailə üzvülərindən heç kim işləmir. Lakin həyat yoldaşı Xəyal Bakı şəhərində iş olanda gedib orada işləyir. İş olmayanda isə yaşadığı evə gəlir. Evdən oğurluq olan günü həyat yoldaşı Xəyal Bakı şəhərində olub, bir aydan çoxdur ki, Bakı şəhərindədir. O, isə az yaşlı oğlu Röyal və qayınanası Ceyran ilə birlikdə xx xxxx 2019-cu il tarixdə, saat təxminən 19 radələrində piyada Ağsu şəhərində yaşayan qayınanasının qardaşı İsanın evinə qonaq getmişlər. İsanın evindən isə saat təxminən 23 radələrində tanımadığı taksi maşınına əyləşib yaşadığı evə gəlib qapıdan içəri keçdikdə görmüşdür ki, həyətdə olan masa evin döşünə qoyulub, üzərində də oturacaq var. Qayınanası evin işıqlarını yandırıb evin birinci mərtəbəsinə baxmış, o, isə həyətdə oğlu Röyal ilə gözləmiş və gəlib demişdir ki, evə naməlum oğru girmişdir. Bundan sonra qayınanası bacısı Bənövşənin oğlu Murada zəng vurmuş, Murad gözləməyi və özü gəlir demişdir. Murad gəlikdən sonra isə “102” xidmətinə oğurluq cinayətinin törədilməsi barədə məlumat vermişdir. Məlumat verdikdən sonra isə yaşadığı evə polis əməkdaşları gəlmişdir. Naməlum oğru evin ikinci mərtəbəsinə qalxmaq üçün ayağının altına həyətdə olan çörək yedikləri masanı və üzərinə oturacaq qoyub qalxmış, evin otaqlarında, şkafların içərisində axtarış aparıb, yorğan döşəyin arasını axtarıb, səliqə səhmanı pozmuşdur. Evin birinci mərtəbəsinə keçib orda yataq otağında qayınanası Ceyranın divardakı mismardan asmış əl çantasının içərisindən isə iki ədəd koşelyoku tapıb və hər bir koşelyokda olan 500 manatı pulları, cəmi 1000 manat olan pulu da tapıb oğurlayıb aparmış, koşelyokları isə evin otağında, düz elə əl çantasının divardan asıldığı döşəmənin üzərinə atmışdır. Həmin otaqda olan tək adamlıq çarpayının üzərindəki döşəyin altında olan koşelyoku da tapıb içərisindən 20 manatı götürüb koşelyoku da çarpayının üzərinə atmışdır. Bundan sonra o, görmüşdür ki, həmin evə daxil olan naməlum oğru, elə həmin otaqda qapının sağında olan 4 gözlü komodun alt göszündə, ətir və kirşanların saxlanıldığı sellofanın içərsində olan bir cüt 2 qram çəkidə, 583 əyarlı, zefir qaşlı sırğaları, bir ədəd 5 qram çəkidə, muncuq formalı boyunbağını, bir ədəd 4,3 qram çəkidə üzərində gül forması və hər iki ətrafında ağ qaşları olan qadın nişan üzyünü tapıb oğurlayıb aparmışdır. Oğurlanmış qızıl-zinət əşyaları qayınanası Zərərçəkmiş şəxs4 olmuşdur. Evin ikinci mərtəbəsindəki otaqlarda naməlum oğru tərəfindən axtarışlar aparılsa da, oradan oğurluq etməmişdir. Oğurluq evin birinci mərtəbəsində olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla orada yaşayır. Özü Kürdəmir rayonun mərkəzi bazarında qızılların alışı və satışı ilə məşğul olur. Ağsu şəhər sakini X11 əvvəllər tanımamış, onu ilk dəfə olaraq ondan qızıl aldığı günü Kürdəmir rayonun mərkəzi kolxoz bazarında görmüşdür. Orada Teymur ona bir ədəd qolbağı, boyunbağı, bir cüt sırğa və bir ədəd üzük gətirmiş və göstərmişdir. Onun gətirdiyi qızıl-zinət əşyalarını 21 iyul tarixdə, saat təxminən 11 radələrində almışdır. Teymurun gətirib ona satdığı qızıllar istifadəyə yararsız olmuş və həmin qızılları təkrar emala göndərmək üçün ondan qramını 40 manata qəbul etmişdir. Belə ki, həmin yararsız olan qızılları lom kimi qəbul etmiş və çəkisi 16,2 qram olduğundan Teymura 648 manat pul vermişdir. Qızılın həmin vaxtı qram çəkisinin qiyməti qalxıb düşməklə oynayırdı. O, ziyan etməmək üçün Teymurdan həmin ona gətirib satdığı qızılları ondan 40 manata almış və 41 manata tanışı qızıl alışı və satışı ilə məşğul olan Kürdəmir rayon sakini Vilayət adlı şəxsə satmış, Vilayət də aparıb Bakı şəhərində ona məlum olmayan şəxsə satmışdır. O, Teymurdan qızılları alarkən Teymur ona həmin qızılzinət əşyalarının onun olduğunu, oğurluq olmadığını və həyat yoldaşının ağır xəstə olduğu üçün həkimə apardığı üçün pula ehtiyacı olduğundan satdığını demişdir. O, Teymurdan almış olduğu qızıl-zinət əşyalarının oğurluq olmasını bilməmişdir. Əgər bilmiş olsaydı həmin qızılları ondan almazdı və bu barədə polisə bildirib məlumat verərdi. Teymurun hərəkətləri onda hər hansı bir şübhə doğurmamışdır. Belə ki, o, qızıl zinət əşyalarını Teymurdan onun öz vəsiqəsinin surəti əsasında ondan almış və aldığı qızılların çəkisini, verdiyi pulun məbləğini qeyd edib ona imza etdirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ağsu Rayon Polis Şöbəsinin müstəntiqi X49 bildirmişdir ki, X8 CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi icraatında olmuş və barəsində xx xxxxxxx 2019-cu il tarixli ittiham aktı tərtib olunaraq məhkəməyə verilmişdir. T.Rəhimov xx xxxx 2019-cu il şübhəli şəxs qismində tutulmuş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. T.Rəhimov zərərçəkmiş şəxslərə məxsus yaşayış evlərində oğurladığı əmlakları tam səməmi etiraf etmiş və həmçinin hadisə yerinə baxış keçirilən zaman oğurluq hadisələrini törətməsini tam izah etmişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiqlər olunmamışdır. Həmçinin, hadisə yerindən götürülmüş əşyalarda onun əl-barmaq izləri aşkarlanmışdır. Teymur Rəhimov xx xxxx 2019-cu il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 Ağsu şəhəri, S.Rzayev küçəsində yerləşən evindən oğurladığı qızılların həmin günün səhərisi, günorta saatlarında Kürdəmir şəhərində Şahbazov Familə satmışdır. Famil ifadəsində təsvir edilən qızılların zərərçəkmiş Zərərçəkmiş şəxs2 dedikləri ilə uyğun gəlmişdir. xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 Ağsu rayonu Qaraqaşlı kəndindəki evindən oğurladığı qızılları xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrində X29 satmışdır. Göstərilən qızıllar zərərçəkmiş şəxsin və Sadiq Səlimovun ifadəsində göstərdikləri təsvirlərlə üst-üstə düşür. Bütün bu kim hallar təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsini tamamilə sübuta yetirir. Zərərçəkmiş şəxs5 evindən götürülmüş əl bıçağında Teymurun əl-barmaq izləri müəyyən edilmiş, ibtidai araşdırma zamanı X20 daha səmimi ifadələr vermiş və onun ifadələri yerində yoxlanılan zaman hadisəni necə törətməsini aydın şəkildə və ətraflı izah etmiş, ona cinayət işi üzrə ibtidai istintaqı aparan zaman məlum olmayan halları tam səmimi şəkildə bildirmişdir. Hətta müstəntiqə, yəni ona həmin anadək məlum olmayan halları bildirməsi və onun göstərdiyi halların zərərçəkmiş şəxs tərəfindən də təsdiq olunması, Zərərçəkmiş şəxs2 evindən oğurladığı qızıl əşyanın salafan torbada olması, iş üzrə zərərçəkmiş şəxslər və şahidlərin ifadələrində Teymur Rəhimovun yaşayış evlərinə daxil olması, yaşayış otaqlarından oğurladığı qızıl əşyalarının yerini tam səmimi şəkildə göstərməsi təqsirləndirilən şəxs X8 əməllərini təsdiq edən sübutlardır. Bunlardan əlavə, birinci instansiya məhkəməsinə ərizə ünvanlayaq Bakı şəhərində müalicə olunduğunu və məhkəmə iclasında iştirak edə bilməyəcəyini ifadə edən X25 ibtidai istintaq zamanı şahid qismində ifadə verərkən bildirmişdir ki, Ağsu şəhəri, M.Ə.Əliyev küçəsi, ev 21 saylı evdə atası Zərərçəkmiş şəxs1, anası Sevinc Quliyev ilə birlikdə yaşayır. Onun qardaşı Vüsal və bacıları Vəsilə ilə Vüsalə isə ailə həyatı qurduqları üçün öz evlərində yaşayırlar. xx xxxx 2019-cu il tarixdə, saat 18 radələrindən 24 radələrindək o, atası və anası Ağsu şəhərində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında bibisi X2 Hikmətin toy şənliyinə getmişdik. Toy şənliyində iştirak etdikdən sonra təxminən 24 radələrində şadlıq sarayının qarşısında tanımadığı taksiyə əyləşib yaşadıqları evə gəlmişlər. Yaşadığı evin darvazasını o, açmış, sonra həyətə daxil olmuşdurlar. Atası Vidadi isə evin qapsını açıb evin həyətinə keçdikdən sonra evin içərisində yerləşən soyducun qapısının açıq olduğunu görüb onlardan soyuducunun qapsını kimin açmasını soruşmuş, o və anası Sevinc atasına “soyducunun qapsını nəyə görə açmalıyıq ki” demişlər. Bundan sonra yataq otağına açılan qapıdan anası ilə içəri keçdikdə görmüşlər ki, yataq otağında yerləşən paltar şkafında olan paltarlar çıxarılıb evin döşəməsinə dökülmüşdür. Həmin otaqda olan tək çarpayının üzərində olan döşək qaldırılıb üstündə olan döşək səliqəsiz hala salınıb, həmin otaqda raskladuşka olmuş, raskladuşkanın üzərində olan yorğan döşək yükünün üstü dağılmış vəziyyətdə olmuşdur. Həmin otağın giriş qapısından keçdikdə sol hissədə yerləşən məhləyə açılan iki taylı pəncərə var, həmin pəncərənin alt hissəsində yerləşən tərə şüşəsi isə yerində yoxdur. Belə ki, həmin pəncərənin alt şüşəsi yerində olmadığına görə həmin yeri sellofanla örtülmüş, yaşadıqları evin pəncərəsinə keçən naməlum oğru evin yataq otağındakı pəncərənin alt hissəsində əvəzinə vurulmuş sellofanı həyətdən götürdüyü mətbəx bıçaqı ilə kəsib içəri girmişdir. O və ailə üzvüləri evdə olan vaxtı darvazanın mökəm vurulması səsini eşidib birlikdə anası ilə həyətə çıxmış, lakin heç kimi görməmişdirlər. Bundan sonra evə təkrar daxil olub hansı əşylarının oğurlanması ilə bağlı evə baxıdıq görmüşdür ki, onun yaşadığım otağa daxil olan evin digər otağına da keçib axtarış aparmış, digər qonaq otağında divan, servant, termo və stol-stul yerləşir. Həmin otaqda yerləşən servantın içərisində olan qab qaşıqların içərisi axtarılmış və heç bir qiymətli bir əşya olmadığı üçün tapıb oğurlaya bilməmişlər. Lakin yataq otağında yerləşən paltar şkafında olan atası Vidadiyə məxsus dəri təkçəsinin sağ cibində olan 1500 manat pulunu evə girən oğru oğurlamışdır. Bundan sonra atam Vidadi evlərindən 1500 manat pulunun oğurlanması barədə Azrəbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə zəng vuraraq məlumat vermişdir. Şahid X19 birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Teymurdan qızılları alarkən Teymur ona həmin qızıl-zinət əşyalarının onun olduğunu, oğurluq olmadığını və həyat yoldaşının ağır xəstə olduğu üçün həkimə apardığı üçün pula ehtiyacı olduğundan satdığını demişdir. O, Teymurdan aldığı qızıl-zinət əşyalarının oğurluq olmasını bilməmişdir. Əgər bilmiş olsaydı həmin qızılları ondan almazdı və bu barədə polisə bildirib məlumat verərdi. Həmçinin, Teymurun hərəkətləri onda hər hansı bir şübhə doğurmamışdır. Belə ki, o, qızıl-zinət əşyalarını Teymurdan onun vəsiqəsinin surəti əsasında almış və aldığı qızılların çəkisini, verdiyi pulun məbləğini qeyd edib ona imza etdirmişdir. O, Teymurdan qşızıl-zinət əşyalarını xx xxxx 2019-cu il tarixdə almış, aldığı qızıl-zinət əşyalarına görə qızılların çəkisi 19,4 qram olmuş, qramını 45 manata aldığı üçün Teymura 873 manat pul vermişdir. Şahid X26 birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Özü Kürdəmir rayonunun mərkəzi bazarında qızılların alışı və satışı ilə məşqul olur. Ağsu şəhər sakini X11 əvvəllər tanımamış, onu ilk dəfə ondan qızıl aldığı gün, yəni xx xxxx 2019-cu il tarixdə, günorta radələrində Kürdəmir rayonun mərkəzi kolxoz bazarında qızılların alışı və satışı ilə məşqul olduğu mağazada görmüşdür. Teymur ona həmin vaxtı 1 ədəd kişi nişan üzüyü, 3 ədəd qadın üzüyü, həmin üzüyün birinin altı qırılmış idi, 1 ədəd qolbağı, 2 cüt uşaq sırğaları, gətirib göstərmiş və ona həmin qızılların ona məxsus olmasını və ehtiyacı üzündən satdığını demişdir. O, həmin qızılların oğurluq nəticəsində əldə olunduğunu və gətirib ona satmasını bilməmişdir. Həm də özü Teymurdan hansı ehtyaca görə satmasını deyib soruşduqda ona evləndiyi qadından övladının olmadığı üçün satıb həkimə gedəcəyini deydiyi üçün ona inanıb yazığı gəldiyi üçün köməklik etmək məqsədi ilə həmin qızılları ona yalnız lom halında yəni, təkrar istehsala gedəcəyi üçün qramını 45 manata ala biləcəyini demişdir. Həmin vaxt isə qızılın alışının bir qramının qiyməti 40 manat, satışı isə 45 manat olmuşdur. O, isə Teymurdan aldığı qızıllara görə onun üstündə heç bir qazanc əldə etmək məqsədi ilə deyil, onun övladının olmamdığını ona deyib həkimə gedəcəkləri üçün onu inandırıb qızılların ona məxsus olmasını deyib satmışdır. O, Teymurdan aldığı qızılları elektron tərəzidə çəkmiş və çəkisi 18 qram olmuş və bir qramı üçün ona 45 manata satış qiyməti ilə pulunu verə biləcəyini deyib ona 810 manat pul vermiş, bu barədə qeydiyat aparmaq üçün Teymuryn şəxsiyyət vəsiqəsinin üzərində olan göstəricilərini özündə olan bloknota yazmış və onun özünə hansı məbləğdə pulu verməyini qeyd edib Teymura imza etdirmişdir. Teymur Rəhimovdan aldığı qızılların üzərində olan qaşları çıxardıb təmizləmiş, qaşlar yararsız olduğundan tullamış və qızılları isə səhəri Bakı şəhərində yerləşən mərkəzi univermağa göndərib orada Teymurdan aldığı qiymətə satmışdır. Qızılın ayrı-ayrı fərdlər tərəfindən alışı 40 manat satışı 45 manatdır. O isə Teymurdan qızılın bir qramını satış qiyməti ilə, yəni 45 manata almışdir. Lakin yeni qızılın satış qiməti 55-60 manat arasındadır. Göstərilənlərlə yanşı, cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə əmtəəşunaslıq ekspertizasının 20143 saylı ekspertiza rəyindən görünür ki, qərarda göstərilən 5 adda qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1460,0 manat müəyyən edilir. 1 ədəd toxunma qadın pul kisəsi haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Qeyd: həmin qızıl-zinət əşyalarının üzərində olan brliyant qaşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə əmtəəşunaslıq ekspertizasının 20144 saylı ekspertiza rəyindən görünür ki, qərarda göstərilən 11 adda qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3382,0 manat müəyyən edilir. 1 ədəd qızıl saxlanılması üçün nəzərdə tutulmuş qutu haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Qeyd: həmin qızıl-zinət əşyalarının üzərində olan brliyant qaşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə əmtəəşunaslıq ekspertizasının 20145 saylı ekspertiza rəyindən görünür ki, qərarda göstərilən 2 adda qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 385,0 manat müəyyən edilir. 1 ədəd üzərində gül forması və hər iki ətrafında ağ qaşları olan qadın nişan üzüyü haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Qeyd: həmin qızıl zinət əşyalarının üzərində olan brliyant qaşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə əmtəəşunaslıq ekspertizasının 20145 saylı ekspertiza rəyindən görünür ki, qərarda göstərilən 8 adda qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2584,0 manat müəyyən edilir. 2 adda saatlar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Qeyd: həmin qızıl-zinət əşyalarının üzərində olan brliyant qaşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə əmtəəşunaslıq ekspertizasının 20142 saylı ekspertiza rəyindən görünür ki, qərarda göstərilən 8 adda qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2854,0 manat müəyyən edilir. 2 adda saatlar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Qeyd: həmin qızıl-zinət əşyalarının üzərində olan brliyant qaşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirilmə aparılmadı. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə əmtəəşunaslıq ekspertizasının 21177 saylı ekspertiza rəyindən görünür ki, qərarda göstərilən qızı-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1200,00 manat müəyyən edilir. O cümlədən: cəkisi 16 qram olan, dəyəri 960 manat olan 583 əyarlı tros boyunbağı və cəkisi 4 qram olan, dəyəri 240 manat olan 1 cüt 583 əyarlı şarlı formada sırğa. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə ballistik ekspertizasının 22543 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrufat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminaliksik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 011-6965-1219 saylı məktubundan görünür ki, 2019-cu il tarixdə, Ağsu şəhəri, T.İsmayılov küçəsi ev 42-də yaşayan Zərərçəkmiş şəxs5 evində baş vermiş oğurluq faktı ilə ar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, 01 ədəd oskopik kart və 01 ədəd bıçaq xx.xx.2019cu il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata 01 möhürlənmiş zərf təqdim edilmişdir (bax; fotocədvəl - 1, həmin zərfi açdıqda onun içərisindən 01 ədəd bıçaq aşkar edildi (bax: dvəl-1, şəkil №-2). Aşkar olunmuş 01 ədəd bıçaq DİN-nin, KTİ-nin alistik labaratoriyasında xüsusi kimyəvi tozlarla aşılanmışdır. Aşılanmadan onun səthi adi göz və böyüdücü lupa vasitəsi ilə müayinə edilmişdir. Onun də aşkar edilmiş əl izlərinin fraqmentləri qarışıq və yaxın şəkildə əks undan şəxsin eyniləşdirilməsi üçün yararsızdır. Həmin əl izlərinin elementləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız olduğundan müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Digər möhürlənmiş zərfi açdıqda içərisindən 07 ədəd tərəfləri müxtəlif ölçülərdə olan kağız parçalan üzərinə yapışdırılmış əl izləri aşkar edildi. Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində tədqiqat üçün yararlı olan əl izlərindən 09 ədəd əl izi (tədqiqata təqdim edilmiş) xx.xx.1991-ci ildə Ağsu rayonunda anadan olmuş X4 əlinin ovuc (03 dəfə), orta və adsız barmaqlarının, sol əlinin isə ovuc, orta və adsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq üzərində olan əl izləri yararsız olduğundan ADİS-in məlumat bazasında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş X8 əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 001-1853-1220 nömrəli məktubundan görünür ki, Ağsu Rayon Polis Şöbəsinin inzibati binasında və növbətçi hissəsinin qarşısında istismar olunan videomüşahidə kameralarının xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək görüntülərinin təqdim olunması arxivlərin saxlanılma müddəti bir ay keçdikdən sonra avtomatik olaraq sistem tərəfindən silindiyindən imkanları xaricindədir. Cinayət işi materiallarında olan Ağsu Rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 130-1684-1220 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin 102 Zəng Xidmətinin təhlükəsizlik nəzarət kameralarından görüntülərin çıxarılması nazirliyinin səlahiyyətlərinə aid olduğundan Ağsu RPŞ-nin imkanları xaricindədir. Odur ki, xx.xx.2019xx.xx.2019-cu il tarixlər aralığında X8 Ağsu RPŞ-ya giriş və çıxışını müəyyən etmək məqsədilə təhlükəsizlik nəzarət kameralarının görüntülərini təqdim etmək etmək mümkün deyildir. X8 Ağsu RPŞ-ya girişinin müvafiq qeydiyyatı RPŞ-nın “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabının” 60-cı səhifəsində 386 sıra sayında əks olunduğundan, həmin qeydiyyatın surəti Sizə göndərilir. Həmin məktuba əlavə edilmiş RPŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabının” 60-cı səhifəsində 386 sıra sayında X20 xx xxxx 2019-cu il tarixdə, saat 15:57-də Ağsu RPŞ-ya gətirilmiş və saat 18:57-də şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Bundan başqa, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan hökümlərin surətlərindən görünür ki, X20 Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə CM-in 29, 177.2.1-ci, 29, 177.2.2-ci, 29, 177.2.3-cü, 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinrək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə CM-in 29, 304.2.1-ci maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş və Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 14 günü şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmündən görünür ki, X20 həmin hökmlə təqsirli bilindiyi cinayət əməllərini törədən vaxt yetkinlik yaşına çatmamışdır. Ona görə həmin hökmlə yaranan məhkumluq onun residivliyin müəyyən olunması zamanı nəzərə alına bilməz. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmündən isə görünür ki, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə təyin olunmuş cəza cinayətlərin məcmusu qaydasında toplanmaqla X12 qəti cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Teymur Rəhimov CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri eləcə də, ibtidai istintaq zamanı verdiyi ifadələri, ifadələrin yerində yoxlanılması protokollarına habelə cinayət işinin materiallarında olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə CM-in177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Teymur Rəhimovun məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olmaları bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxs Teymur Rəhimovun cinаyət əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Apelyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bunlarla razılaşmır və hesab edir ki, bu dəlillərinin heç bir əsası yoxdur. Belə ki, məhkəmə kollegiyasının əvvəlki iclaslarında təqsirləndirilən şəxs X20 bildirmişdir ki, mən yalnız Tahirə İbadovanın evindən oğurluq etmişəm, digər zərərçəkmiş şəxslərin evlərində oğurluq baş verən zaman Ağsu şəhərində olmamışam. Bundan başqa, dörd gün müddətində, yəni xx xxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixlərdə barəmdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilənə kimi, polis şöbəsində qanunsuz saxlanılmışam. Həmin müddət ərzində də Zərərçəkmiş şəxs5 evindən oğurluq edilmişdir. Mən bu epizodlar üzrə təqsirli ola bilməzdim, çünki həmin vaxtlarda zərərçəkmiş şəxslərin evlərində yox, başqa yerlərdə olmuşam. Ona görə də bu halları araşdırmaq üçün 27 iyun-xx xxxx 2019-cu il tarixlərində mənə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglərin, mesajların, həmin nömrələrin əhatə dairəsi, anten məlumatı, anten dairəsi, dislokasiya yeri, kimə məxsus olması barədə məlumatları götürülməlidir. Bütün bunları nəzərə alaraq iş üzrə mühüm əhəmiyyət kəsb edən telefon məlumatlarının götürülməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Bununla bağlı məhkəmə kollegiyası vəsatəti təmin etmiş, 27 iyun - xx xxxx 2019-cu il tarixlərində təqsirləndirilən şəxs X12 məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglər, mesajlar, həmin nömrələrin əhatə dairəsi, anten məlumatı, anten dairəsi, dislokasiya yeri, kimə məxsus olması barədə məlumatlar götürülməsi barədə xx xxxx 2020-ci il də qərar qəbul edilərək Azercell Telekom MMCyə göndərilmişdir. Azercell Telekom MMC tərəfindən məhkəmə kollegiyasına göndərilmiş xx xxxxxx 2020ci il tarixli məlumat məktubdan müəyyən edilmişdir ki, Teymur Kərimov heç də qeyd etdiyi kimi oğurluq hadisəsi baç verən 28 iyun, 07 iyul, 12 iyul və 20 iyul tarixlərində başqa rayonlarda, 28 iyulda isə polis şöbəsində saxlanılmamışdır. Belə ki, Azercell Telekom MMC tərəfindən təqdim edilmiş CD diskdə olan məlumatlara əsasən, Teymur Rəhimov birinci epizod üzrə Zərərçəkmiş şəxs1 evindən oğlurluq edilən zaman, yəni xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində Ağsu şəhərində, ikinci epizod üzrə Zərərçəkmiş şəxs2 evindən oğlurluq edilən zaman, yəni xx xxxx 2019-cu ildə, saat 02 radələrində Ağsu şəhərində, dördüncü epizod üzrə Zərərçəkmiş şəxs4 evindən oğlurluq edilən zaman, yəni xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində Ağsu rayonunun İlxıçı kəndi və Gəncə şəhərində olmuşdur. xx xxxx 2019-cu il tarixdə isə təqsirləndirlən şəxs Teymur Rəhimovun saat 08:52-dən 09:36-ya kimi Ağsu rayonu, Ağsu şəhəri, Ağsu aşırımında, 17:15-dən 21:12-yə kimi Ağsu aşırımında olması müəyyən edilmişdir. Belə olan halda onun həmin gün, saat 13 radələrində başqa yerdə olması barədə dəlillərinin heç bir əsası yoxdur. Bunlardan əlavə, xx xxxx 2019-cu il tarixdə gecə 02 radələrində Zərərçəkmiş şəxs2 Ağsu şəhəri, S.Rzayev küçəsində yerləşən evindən oğurladığı qızılların həmin günün səhəri, günorta satlarında Kürdəmir şəhərində Famil Şahbazova satması, Familin ifadəsində təsvir edilən qızılların zərərçəkən Sahibin dedikləri ilə uyğun gəlməsi, xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 Ağsu rayonunun Qaraqaşlı kəndindəki evindən oğurladığı qızılları xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrində X30 satması, göstərilən qızılların əlamətlərinin zərərçəkmiş şəxs və Sadiq Səlimovun göstərdiyi təsvirlərlə üst-üstə düşməsi, Zərərçəkmiş şəxs5 evindən götürülmüş əl bıçağında Teymurun əl-barmaq izlərinin olması, ibtidai araşdırma zamanı X8 daha səmimi ifadələr verməsi, ifadəsi yerində yoxlanılan zaman onun hadisəni necə törətməsini aydın şəkildə və ətraflı izah etməsi, hətta müstəntiqə həmin anadək məlum olmayan halları bildirməsi və onun göstərdiyi halların zərərçəkmiş şəxs tərəfindən də təsdiq olunması, Zərərçəkmiş şəxs2 evindən oğurladığı qızıl əşyanın şkafın içində çamadanda olması, iş üzrə zərərçəkmiş şəxslər və şahidlərin ifadələrində Teymur Rəhimovun yaşayış evlərinə daxil olması, yaşayış otaqlarından oğurladığı qızıl əşyalarının yerini tam səmimi şəkildə göstərməsi təqsirləndirilən şəxs X8 əməllərini təsdiq edən sübutlardır. Bundan başqa, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi ifadəsində Ağsu şəhərində 16 yaşayış evindən oğurluq etdiyini bildirmiş, müstəntiqin “həmin oğlurluq etdiyiniz evləri isə dəqiq ifadənizdə bildirmədiniz, bunu nə ilə izah edə bilərsiz” sualına cavab olaraq “Oğurluq etdiyim evlərdən hansında çoxlu qızıl və pul tapmışam, həmin evlər yadımda qalıb. Hansıki, evlərdən oğurluq edib çıxanda həmin evlərdən 50, 10 manat və bəzi suvenir götürdüyüm evlər isə yadımda qalmayıb, mən Ağsu şəhərini Sizinlə ifadəm yerində yoxlanarsa və gəzərəmsə sizə hansı evlərdən oğurluq etdiyini və hansı qaydada evə daxil olduğumu göstərə bilərəm yazmışdır (cild 1, i. v. 63-70) Bundan başqa, o təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (cild 2, i. v. 121-125 və cild 3, i. v. 144-147) hazırki məhkə iclasında mübahisələndirdiyi epizodları da təsdiq etmiş, ifadənin sonunda ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb əlavəm yoxdur qeydini yazmış və ifadəni müstəntiq, müdafiəçisi və öz imzası ilə təsdiq etmişdir (cild 2, i. v. 121- 125). Təqsirləndirilən şəxslə ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunmuş və keçirilmiş istintaq hərəkətlərinin fotoşəkilləri çəkilmişdir. Bu zaman da təqsirləndirilən şəxs Teymur Rəhimov oğurladığı pulları harada və necə xərclədiyini təfsilatı ilə göstərmişdir. Göstərilənlərlə yanaşı, o, hadisə yerinə baxış keçirilən zaman oğurluq hadisələrini törətməsini tam izah etmişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiqlər olunmamışdır. Həmçinin, hadisə yerindən götürülmüş əşyalarda onun əl-barmaq izləri aşkar edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Teymur Rəhimovun ilkin ifadələri, təqsirləndirilən şəxsə məxsus mobil telefon vasitəsi ilə edilmiş zənglər, mobil telefon nömrələrinin anten dairəsi barədə məlumatlar, onun anten dairəsinin oğurluq hadisəsinin baş verdiyi ünvanlara yaxın olmasını sübut edir. Beləliklə, təqsirləndirilən şəxs X44 İbadovadan başqa digər zərərçəkmiş şəxslərə məxsus əşyaları oğurlamaması barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Teymur Rəhimovun ittihmda qeyd olunan zərərçəkmiş şəxslərə məxsus mənzillərdən oğurluq etməsi tqsirləndirilən şəxs onun ibtidai istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq, ziddiyyət olmamaqla yanaşı, onların mənbəyinin mötəbərliyinə də heç bir şübhə yaranmır. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməllərini törətməməsi barədə göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Teymur Rəhimovun əməlində CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır, ona görə də onun apelyasiya şikayətinin təmin olunması üçün heç bir əsas yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs Teymur Rəhimov ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir, apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət - Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Teymur Rəhimova israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiyatələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər
Məhkəmə qərarları › İş №1(107)-95/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-95/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver