Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-95/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X8 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 126.1-ci maddəsi ilə bəraət verilməsinə, CM-in 188.1-ci maddəsi ilə isə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)-12/2020 nömrəli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev (sədrlik edən), Nahid Mirzəyev və Bilal Məmmədovdan ibarət tərkibdə) 30 noyabr 2020-ci il tarixli 1(091)- 12/2020 nömrəli hökmü ilə xx xxxxxxx 1950-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunun Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməsi, cəzanın icrasının onun yaşadığı yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasının əvvəlinin cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Zaqatala rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iddiasının təmin edilməməsi, iş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd ağac parçasının qiyməti müəyyən edilmədiyindən və tələb edilmədiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2017-ci ildən dövlət mülkiyyətində olmaqla "xxxx" X24 Cəmiyyətinin şəhər məntəqəsinə aid 1,53 ha torpaq sahəsinin 2,4 sotunun ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ağac dirəklər basdırıb dəmir torla və müxtəlif kol bitkiləri ilə özbaşına hasarlayıb orada müxtəlif növ ağac və tərəvəz bitkiləri əkib-becərməklə Əmlak Məsələləri Dövlət Komitəsinin X1 Təşkili üzrə Dövlət Agentliyinin və "xxxx" X24 Cəmiyyətinin torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozmaqla həmin torpaq sahəsini özbaşına tutmuşdur. Habelə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 126.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 16 iyul 2018-ci il tarixdə saat 20 radələrində əvvəlcədən tanıdığı və aralarında dəfələrlə əvvəllər mübahisələri olmuş, "xxxx" ATSC-nin şəhər məntəqəsində gözətçi işləyən Zərərçəkmiş şəxs həmin məntəqənin sərhədinə paralel olaraq Tala çay tərəfdən sel sularının qarşısının alınması məqsədilə çəkilmiş və sakinlərin gediş-gəliş yolu kimi istifadə etdikləri çay daşlarından tikilmiş bəndin başlanğıcına hər iki tərəfdən ağac dirəklər basdırıb ortasından dəmir zəncir çəkməklə sakinlərin və mal-qaranın bəndin üzəri ilə sərbəst hərəkət etməsinə məhdudiyyət yaratmasına deyinərək sonuncunun arxasınca narazılıq etdiyi zaman, həmin vaxt Zaqatala şəhəri A.Həmidov küçəsinin yuxarısında "xxxx" ATSC-nin şəhər məntəqəsinin giriş darvazasının qarşısında dayanan və ünvanına deyilən iradları eşidən Zərərçəkmiş şəxs onun qarşısına çıxaraq ünvanına deyilənlərin əsassız olduğunu bildirdikdə aralarında yaranmış mübahisə zamanı ilkin olaraq Zərərçəkmiş şəxs üzünə bir dəfə əli ilə şillə vurduqdan sonra sonuncunun yerə yıxıldığını görüb, onu təpikləyərək fəqərə sütununun çoxsaylı qapalı travması, C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərəsinin cisminin xətti sınığı, L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı, sağ aşağı süst monoparez ilə fəsadlaşmayla müşayiət olunan dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə bəraət verilməsi və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirlin bilinib cəzalanması və zərərçəkmiş şəxsin (mülki iddiaçının) mülki iddiasının tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində qanunsuz və əsassız olduğundan, o cümlədən cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 126.1 və 188.1-ci maddələri ilə təqsirli bilinməklə cinayətlərin məcmusu üzrə cinayət qanunvericliyinin tələblərinə uyğun olaraq ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, xəstədir, səhhəti ilə bağlı problemləri var. 16 iyul 2018ci il tarixdə saat 20 radələrində arvadı Ahidə ilə istifadə etdiyi sahədən evinə getdiyi vaxt bəndin yolu ilə keçərkən həmin yolda əvvəldən tanıdığı İmran dağdan sürülən qoyunları ilə onlardan qabaqda getmişdir. Bəndin başına çatdıqda Allahverdinin çəpər çəkməklə və dəmir zəncirlə yolu bağladığı üçün və Allahverdinin çəkdiyi çəpərdən qoyunlar keçə bilmədiyi üçün İmran öz qoyunlarını bir-bir əli ilə qaldırıb həmin dirəklərin üzərindən əks tərəfə atladıb keçirəndə yoldaşı ilə dayanıb təxminən 1 saat gözləməli olmuşlar. Həmin vaxt İmran bəndin yolunda çəpər dirəklərin qoyulmasına narazılıq edərək “Allahverdi bəndin üzərini bağlamaqla camaatın haqqına girir” demişdir. Bəndin yolundan A.Həmidov küçəsinin yuxarı qurtaracağına gələndə köhnə fındıq qəbulu məntəqəsinin qapısının qabağında Allahverdinin əsəbi halda əlində çomaqla dayandığını görmüşlər. Onlara irad tutanda yoldaşı Allahverdiyə heç bir günahları olmadığını bildirmişdir. O isə həmin günü Allahverdiyə bir söz deməmişdir. Allahverdi cavabında:- “Mən bəndi sizin kimi ikiayaqlı heyvanlardan ötrü bağlamışam.” demişdir. Allahverdi yoldaşını çomaqla vurub itələyib yıxmış, yoldaşını durğuzanda onu da çomaqla vurmaqla ona xəsarət yetirmişdir. Yaxasından sol əli ilə tutub sağ əlində olan çomaqla ona zərbələr endirmiş, o da Allahverdiyə “burax” deyib ona bir şillə vurmuşdur. Mübahisələri 5-10 dəqiqə çəkmiş, Allahverdi yıxılmamışdır. İmranla Elçin onlardan təxminən 10 metr aralıda olmuşlar. İmranla Elçin onlara çatanda onun belindən tutub Allahverdidən aralamışlar. Həmin vaxt Allahverdi dal-dala gedib yıxılmışdır. Allahverdinin əynində qalın palto olmuş, o yıxıldıqdan sonra onu qaldırmışlar. Allahverdi onu çomaqla vurduğundan, 2-3 gün xəsarətlərinə buz qoymuş, dərman alıb özünü müalicə etdirmişdir. Həmin hadisədən 2 gün sonra Allahverdinin qoyun otardığını onlar özləri və qonşular görmüşlər. Allahverdi 3-4 gündən sonra həkimə gedib ona armud ağacından yıxıldığını demişdir. Ona bir şillə vurmuş, başqa bir şey olmamışdır. Bildiyinə görə, təxminən 1995-1996-cı illərdə zərərçəkmiş şəxs Allahverdi şabalıd ağacından daşlığa yıxılaraq belindən xəsarət almış, indi belində olan xəsarəti də həmin vaxt aldığı xəsarətlərdən qalmışdır. Bundan sonra təqsirləndirilən şəxs ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Allahverdi çobanlarla mübahisə etdiyi üçün hirsli olmuşdur. Mübahisə zamanı orada İmran olmuş, mübahisəni İmrandan başqa Elçin də görmüş, həmin vaxt yanlarında başqa qonşular da olmuşlar. Allahverdi onun arvadını vurmuş, o da ona bir şillə vurmuşdur. Həmin vaxt Allahverdi ayaq üstə imiş və çomağı Allahverdinin əlində olmuşdur. Onları aralayanda Allahverdi dal-dala gedib yıxılmışdır, çünki həmin yerdə torpaqla asfaltın arasında olan hündürlükdə təxminən 5-10 sm fərq var. Allahverdi yıxılanda isə əlindəki çomağı görməmişdir. Allahverdi də onu vurmuş, üz-gözü qan içində olmuşdur. Döyülməsi ilə bağlı həkimə müraciət etməmiş, evdə müalicə olunmuşdur. Allahverdi arvadını vurmasaydı, o da onu vurmazdı. Allahverdiyə yoldaşını vurandan sonra vurmamışdır. Ona bir şillədən başqa heç nə etməmişdir. İmran gələndə Allahverdinin yıxılıb-yıxılmaması yadında deyil. Elçinin onlardan nə qədər məsafədə aralı olduğunu bilmir. İmran onları aralayanda Allahverdi ayaq üstə olmuş, İmran onu itələməmişdir. Adını xatırlamadığı polis sahə rəisi onlara gələrək ayıb olduğunu, barışmaq lazım olduğunu bildirmiş və onları barışdırmışdır. Zərərçəkmişi yoluxmağa gedəndə o çarpayıda uzanmış və ona müalicə üçün pul lazım olduğunu demişdir. Buna görə də oğlu zərərçəkmişə 150 manatlıq iynədərman almışdır. Bundan əvvəl aralarında heç vaxt münaqişə olmamış, onları aralayandan sonra öz evlərinə getmişlər. Ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində göstərdi ki, 1996-cı ildən həmin zavodda gözətçi işləyir. Təqsirləndirilən şəxs orada özünə bağ salmışdır. O isə dəfələrlə buranın dövlət ərazisi olduğunu, bağ salma əziyyətinin hədər olacağını ona demişdir. Təqsirləndirilən şəxs isə ona qulaq asmamışdır. Bu barədə zavodun müdirinə xəbər vermiş, müdir təqsirləndirilən şəxsi çağırıb onunla işinin olmamasını tapşırmışdır. Aralarında 4-5 dəfə mübahisə olmuşdur. Hadisənin baş verdiyi gün təqsirləndirilən şəxs onu nalayiq sözlərlə təhqir etmişdir. “Niyə məni söyürsən” deyə soruşduqda isə Bəybala onu fırladaraq yerə çırpmışdır. Birinci bədəni, sonra da başı yerə dəymişdir. O yıxılandan sonra Bəybala onu təpikləməyə başlamış, Bəybalanın arvadı aralıdan “Bəybala vurma, bəsdi daha gəl gedək” demiş, Bəybala isə arvadına “bıçağı gətir, bunun başını qoyun başı kimi kəsəcəm” demişdir. İmran onlardan 50 metr aşağıda qoyunların yanında imiş, o qaçaqaça gəlib demişdir ki, “yekə kişilərsiz, niyə döyüşürsüz, ayıb deyilmi”. İmran onu əlindən tutaraq yerdən ayağa qaldırmışdır. O gün səhərə kimi bədəninin ağrısından yata bilməmiş, səhər bir təhər X4 getmiş, rentgen yoxlamasında həkim ona demişdir ki, “sənə tərpənmək olmaz”. Həkim özü ona taksi çağıraraq tibb bacısı ilə birlikdə X5 göndərmişdir. Xəstəxanada Müşviq həkim rentgenin nəticələrinə baxaraq ona resept yazmış və yataq şəraiti məsləhət görmüşdür. Evə qayıdıb yatmış, bir müddət sonra Bəybala, oğlu və sahə rəisi onlara gəlmişlər. Bəybala onu yataqda görəndə qorxmuşdur. Ona “baş kəsən oğlan necəsən” demiş, o da cavabında “səndə məni vurmusan də” demişdir. O, Bəybalaya “əgər səni vurmuşamsa yaralarını göstər” demişdir. Bəybala sakit dayanmış, oğlu isə “Allahverdi dayı, şikayət etmə, nə lazımsa edəcəyik” demişdir. X25 Yardım maşını ilə onu xəstəxanaya, oradan da Diaqnostika Mərkəzinə aparmışlar. Diaqnostika Mərkəzində onu MRT aparatı ilə müəyinə etdikdən sonra həkim təcili əməliyyat olunmalı olduğunu ona demişdir. Qızı həkimlə danışanda telefonu Bəybalanın oğluna vermiş, həkim ona əməliyyat üçün 4000-5000 manat arası pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxsin oğlu əməliyyatın pulunu düzəltməyə getdiyini bildirmişdir. “Bunlar onun müalicə xərclərini çəkəcəklər” deyə sahə rəisi ona şikayətçi olmadığı barədə izahat yazdırmışdır. Sonra Bəybalanın oğlu zəng edərək pulu düzəldə bilmədiyini bildirmişdir. Ertəsi gün onu Bakı şəhərinə əməliyyata aparmışlar. Səhər saat 11-də başlayan əməliyyat axşam saat 19-da başa çatmışdır. Bundan sonra zərərçəkmiş şəxs ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Bakı şəhərində “Milano Hospital” da əməliyyat olunmuşdur. Qızı əvvəllər “Milano Hospital”da tibb bacısı işləyib. "xxxx" zavodu fəaliyyət göstərmədiyindən o, əmək haqqı almırdı, lakin zavod fəaliyyət göstərdiyi vaxt onun əmək müqaviləsi olmuşdur. Hadisə baş verəndən sonra əl-üzünü gözətçi otağında masanın üstündə olan vedrədəki suda yuyub divardan tuta-tuta evə getmişdir. Həkimə isə hadisə baş verən günün sonrakı günü getmişdir. Zaqatalada bir neçə dəfə müayinədən keçsə də, lakin o cür əməliyyatlar Zaqatala şəhərində olunmur. Dalaşmaqlarına səbəb onun bəndin üstündəki yolu bağlaması olmuşdur. Bağladığı sahə işlədiyi müəssisəyə aid olmuşdur. Odur ki, apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə bəraət verilməsi və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanması, mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini, hazırkı cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılarkən sədrlik etmiş hakim Rəşad Əliyevin süründürməçiliyə yol verdiyinə, zərərçəkmiş tərəfin hüquqlarını dəfələrlə pozduğuna, işə baxarkən hakimliklə, hakim andı ilə bir araya sığmayan hərəkətlər etdiyinə, dövlətin ona həvalə etdiyi vəzifəni qanundankənar, şəxsi istəkləri ilə icra etdiyinə görə barəsində xüsusi qərar çıxararaq Məhkəmə-Hüquq Şurasına göndərilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X18 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 126.1 və 188.1-ci maddələri ilə təqsirli bilinməklə cinayətlərin məcmusu üzrə cinayət qanunvericliyinin tələblərinə uyğun olaraq ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X17 apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)-12/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında travmatoloq işləyir. Zərərçəkmiş şəxs onu pasiyenti olmuşdur. Belə ki, xəstənin vəziyyətinin ağırlaşmasına əsas səbəb yataq rejiminə riayət etməməsidir. Belə xəstələrə tibbi müdaxilə olunmur, ancaq yataq rejimi təyin edilir. Xəstə onlara 2018-ci ilin yay aylarında müraciət edərək ona pilləkəndən yıxıldığını demişdir. Həmin vaxt, xəstəxanaya özü gəlib getmişdir. Ümumiyyətlə, Allahverdi Əilyev iki dəfə müayinədən keçmiş, birinci müayinə ilə ikinci müayinə arasında 3-4 gün fərq olmuş, xəstə ikinci dəfə müayinəyə ağır fəsadlarla gəlmiş, ikinci dəfə müayinəyə gələndə onun qızı atasının döyüldüyünü demiş, qızı deyəndən sonra özü də təsdiq etmişdir. Birinci dəfə müayinəyə gələndə isə xəstə iki gün qabaq yıxıldığını demişdir. Zərərçəkmiş şəxs ikinci dəfə müayinəyə gələndə ona fəsadların aradan qaldırılması üçün cərrahi əməliyyat tövsiyə olunmuşdur. Fəsadlaşmış sınıq, yəni fəqərələrin siniri sıxması xəstə yataq rejiminə əməl etmədiyi üçün baş vermişdir. Xəstəni dərhal qəbul etməmiş, o, təqribən 20 dəqiqə gözləmiş, əlində və ayağında uyuşma olduğunu isə ona bildirməmişdir. 2000-ci ildən həkim işləyir, bu tip sınıqlara tez-tez rast gəlinir, adətən avtoqəza nəticəsində, habelə döyülmə nəticəsində bu tip sınıqların əmələ gəlməsinə rast gəlinir. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında ekspertiza şöbəsində işləyir. Zərərçəkmiş şəxs ekspertiza şöbəsinə ağır fəsadlaşma ilə daxil olub. Belə fəsadlaşma döş nahiyəsində, baş nahiyəsində və onurğa fəqərələrində olur. Belə sınıqlar müxtəlif şəraitdə yarana bilər. Məsələn, döyülmə nəticəsində, avtoqəzada və hündürlükdən yıxılanda yarana bilər. Lakin xəstənin bədənində xəsarət izləri olmayıb. Sınıqlar üç növ olur. Belə sınıq öz boyu hündürlükdən yıxılanda da əməl gələ bilər. Zərərçəkmiş şəxs müayinə edəndə onun çiynində zədə olmayıb. Zərərçəkmiş şəxs əgər yıxılsaydı, çiyin və baş nahiyələrindən zədə almalı idi. Lakin onun çiyin, baş və digər çıxıntılı nahiyələrində sıyrıq və ya digər zədələr müəyyən olunmamışdır. Ona görə də onun həmin xəsarətləri yıxılması nəticəsində alması istisna olunur. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid3 İsa oğlu ifadəsində bildirmişdir ki, hadisə baş verən gün axşamı qoyunlarını otardıqdan sonra evə qayıdırdı. Onun arxasında Bəybala dayı və arvadı Ahidə xala gəlirdilər. Onların yolu Tala çayının kənarındakı bənddən keçir. Həmin bəndi isə Zərərçəkmiş şəxs çəpərlə bağlayıb. Qoyunları keçirəndə Bəybala dayı demişdir ki, “bu çəpər bura nəyə lazımdır”. O da “düz deyirsən” demişdir. Sonra o qoyunları evə aparmış, bir az getmişdir ki, Ahidə xalanın qışqırıq səsini eşitmiş, arxaya baxanda Bəybala dayı ilə Allahverdinin dartışdıqlarını görmüş, tez onların mübahisə etdikləri yerə onları ayırmaq üçün gəlmişdir. Bundan sonra Şahid3 ona verilən sualları cavablandıraraq bildirmişdir ki, o çatanda onlar çomaqdan tutub dartışırdırlar. Evdən mübahisə olan yerə təxminən 300 metr olardı. Onlara yaxınlaşanda Allahverdinin yerə yıxıldığını görmüşdür. Onlar dartışanda biribirilərinə yumruq atanı görməmişdir. Allahverdi çomağı dartanda əli buraxılıb yerə yıxılmılşdır. Allahverdi yıxılandan sonra Bəybala ona vurmamışdır. Onlara yaxınlaşanadək onlar biri-birinə vura bilərdilər, ancaq o, bunu görməmişdir. Aralarında olan məsafəni dəqiq deyə bilmir. Allahverdini yıxılan yerdən qaldırmış, o, ayağa durmuş, ayaqqabılarını özünə vermiş və işlədiyi yerə aparmışdır. Bəybala dayını kimin tutduğunu görməmişdir. Bəybala dayıgildən aralanıb evə çatdığı müddəti dəqiq bilmir. Məsafəni də dəqiq deyə bilmir. O müddət ərzində Bəybala dayının Allahverdini döyməsini də dəqiq deyə bilmir. Onların biribirinə şillə, yumruq vurduqlarını görməmişdir. O, orada olan müddətdə Ahidə xalanı heç kim vurmamışdır. Allahverdi yıxılanda çomağın kimdə qaldığını bilmir. Ahidə xalanın əlindəki torbada bıçaq olmamış, evdən qaçaraq hadisə yerinə çatması 1-2 dəqiqə çəkmişdir. Həmin müddətdə Bəybala dayının Allahverdini vurduğunu dəqiq deyə bilmir, çünki görməmişdir. Onlar dalaşmırdılar, sadəcə çomaqdan tutub dartışırdırlar. Sonradan Allahverdi yıxılmış, o da onu qaldırmışdır. Allahverdi yıxılan yerdə asfalt torpaqdan 10 sm hündürdür. Allahverdi də həmin yerə yıxılmışdır. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün axşamı sahədən ot biçib evə qayıdırdı. İmran isə bəndin üstü ilə qoyunlarını evə aparmış, ondan arxada Bəybala dayı və arvadı gedirmişlər. O, bəndə çatanda İmran çəpərə alınmış yerdən qoyunlarını keçirmiş, sonra Bəybala dayı və arvadı keçmişlər, ən axırda o keçərək İmranla birlikdə evə tərəf getmişdir. Bir az getmişlər ki, birdən Ahidə xalanın qışqıqrıq səsi gəlmiş, o, İmranla birlkdə həmin tərəfə qaçmışlar, ora çatanda Allahverdinin əlində çomaqla arxası üstə yıxıldığını görmüşdür. İmran Allahverdini yerdən qaldırmış, o isə Bəybala dayını tutmuşdur ki, dava olmasın. Bundan sonra Şahid4 ona verilən sualları cavablandıraraq bildirmişdir ki, o, Allahverdi yıxılanda onun çomağının kimdə olmasını bilmir. Həmin gün İmran qoyunları sürüb evə gedirdi, o da ot çalanı qonşuya vermək üçün onların evinə girmişdir. Allahverdinin çığıra-çığıra danışan səsini eşitmişlər. İmranın yanına çatanda Ahidə xalanın qışqırıq səsini eşitmişlər. Ora çatanda Allahverdinin arxası üstə asfaltın tininə yıxıldığını görmüşdür. Onlar olduğu yerdən hadisə yerinədək olan məsafəni dəqiq deyə bilmir. Qışqırıq səsini eşitdikdən 1-2 dəqiqə sonra ora çatmışlar. Allahverdi Ahidə xalanı təhqir etmiş, Bəybala dayının isə Allahverdini təhqir etdiyini eşitməmiş, vurduğunu görməmişdir. Bəybala dayı Allahverdini vurmaq istəməmiş, sadəcə onu tutmuşdur ki, dava olmasın. Bəybala dayının üzündə qızartı olmuşdur. Bəybala dayının “bıçaq gətir onu kəsəcəm” dediyini eşitməmiş, onun Allahverdiyə şillə vurduğunu görməmişdir. Allahverdi Bəybala dayını təhqir edərək “mən sənin kimi heyvanlar keçməsin deyə oranı bağlamışam” demişdir. Ahidə xalanın əlindəki torbada bıçaq olub-olmadığını bilmir. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hadisə günü istifadə etdikləri torpaq sahəsindən evə qayıdırmışlar, onlardan irəlidə İmran və Elçin getmişlər. Zərərçəkmiş şəxs adamlar keçməsin deyə bəndin üzərindəki yolu bağlamışdır. O, bir az qabaqda getmiş, Bəybala isə arxada qalmışdır. İmran və Elçin bəndi keçmiş, o isə Bəybalanı gözləmişdir. Bəndi keçdikdən və bir az getdikdən sonra köhnə fındıq qəbulu məntəqəsinin qapısının qabağında Allahverdinin əlində çomaqla dayandığını görmüşlər. Onlar Allahverdinin yanına çatanda o, onları təhqir etməyə başlamış, Allahverdi onu itələmiş və o, yıxılmışdır. Sonra onu çomaqla vurmaq istəmiş, amma Bəybala buna imkan verməmişdir. Bundan sonra Şahid1 ona verilən sualları cavablandıraraq bildirmişdir ki, əri Allahverdinin çomağını tutmuşdur ki, sonuncu onu vurmasın. Hər ikisi çomaqdan tutub dartışırmışlar. Sonradan Allahverdinin əli çomaqdan buraxılaraq yıxılmışdır. Bəndi keçəndən sonra İmran və Elçin onlardan aralanıb getmişlər. Bəybala ilə Allahverdi dartışanda o qışqırmış, onun səsinə İmranla Elçin qayıdıb qaçaraq gəlmişlər. İmranın nə vaxt evə çatdığını bilmir. İmranla Elçin çatanda onlar çomaqdan tutub dartışırdılar. Səhəri günü oğlu Bəybala və sahə rəisi ilə birlikdə Allahverdigilə getmişlər. Ailəsində Allahverdinin onu təhqir edib vurmaq istədiyi barədə söhbət olmamışdır. X10 vurmuş, Bəybala isə “gözümdən iskra çıxdı” deyə qışqırmışdır. Bəybala Allahverdiyiə bir şillə vurmuş, Allahverdi yıxılanda isə Bəybala ona təpik və ya yumruq vurmamışdır. Əlindəki torbada bıçaq olmamışdır. Allahverdi onu təhqir edib vurmaq istəyəndə Bəybala ona bir şillə vurmuşdur. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli, apellyasiya şikayəti isə qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə bəraət alınması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni hökm çıxarılmalı, mülki iddia baxılmamış saxlanılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs CM-nin 126.1 və 188.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, CM-nin 188.1-ci maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə etirafedici ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs gözətçi işlədiyi köhnə fındıq qəbulu məntəqəsinin qonşuluğunda onun istifadə etdiyi torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi ona məxsus olmasa da, oranı hasarlayıb həmin torpaq sahəsində müxtəlif meyvə ağacları və tərəvəz bitkiləri əkərək orada yaşıllıq yaratmışdır. O, həmin sahədə kənd təsərrüfatı məhsulları əksə də, Allahverdi bir neçə dəfə qoyun sürülərini həmin sahəyə gətirərək otarmış və onun əkinlərinə ziyan vurmuşdur. 16 iyul 2018-ci il tarixdə saat 20 radələrində o, arvadı Ahidə ilə istifadə etdiyi sahədən kartof yığıb evinə getdiyi zaman bəndin yolu ilə keçərkən həmin yolda əvvəldən tanıdığı İmran dağdan sürülən qoyunları ilə onlardan qabaqda getmişdir. Onlar bəndin başına çatdıqda Allahverdinin çəpər çəkməklə və dəmir zəncirlə yolu bağladığı üçün və Allahverdinin çəkdiyi çəpərdən qoyunlar keçə bilmədiyi üçün İmran öz qoyunlarını bir-bir əli ilə qaldırıb həmin dirəklərin üzərindən əks tərəfə atladıb keçirəndə o, arvadı Ahidə ilə dayanıb təxminən 1 saat gözləməli olmuşlar. Həmin vaxt İmran bəndin yolunda çəpər dirəklərin qoyulmasına narazılıq etmiş və ona səslənərək “Allahverdi bəndin üzərini bağlamaqla camaatın haqqına girir” demişdir. O da İmranın sözünə dəstək verməklə “Allahverdinin bəndin yolunu bağlamaqla haqsızlıq etdiyini” söyləmişdir. İmran qoyunlarını keçirdikdən sonra o, arvadı Ahidə ilə dirəklər olan yerdən keçib öz yoluna davam etmişdir. Bəndin yolundan A.Həmidov küçəsinin yuxarı qurtaracağına gələndə köhnə fındıq qəbulu məntəqəsinin qapısının qabağında Allahverdinin əlində çomaqla dayandığını görmüşdür. Bu anda Allahverdi onun qabağını kəsib:- “Mən bu çəpəri sizin kimi heyvanlardan ötrü çəkmişəm. Sizdən soruşub bəndin üstünü bağlamalıyam?” demişdir. Həmin vaxt o, Allahverdiyə cavab verərək:- “Mən sənə nə dedim axı söyürsən?” soruşmuş, yanındakı arvadı Ahidə də Allahverdiyə səslənib “Sən niyə Bəybalanı təhqir edirsən?” demiş, bu zaman Allahverdi Ahidənin ünvanına söyüş işlətmişdir. Bundan sonra o, Allahverdinin arvadını söyməsinə əsəbləşmiş və Allahverdinin üzünə bir şillə vurmuşdur. Həmin anda Ahidə araya girmiş, onu Allahverdidən ayıranda Allahverdi əlində olan çomağı qaldıraraq Ahidəni vurmuşdur. Allahverdi Ahidəni ikinci dəfə vurmaq üçün əlindəki çomağı qaldıranda o, araya girmişdir. Bu məqamda Allahverdi həmin çomaqla onun sifət nahiyəsinə, boynunun arxasına və sol qoluna zərbələr vurmuşdur. O, özünü müdafiə etmək üçün Allahverdinin əlindəki çomağı ondan almaq istəmiş, lakin əli həmin ağaca çatmamışdır. Bu zaman Allahverdi müvazinətini itirib oturulu vəziyyətdə yerə yıxılmışdır. Bu məqamda İmran oraya yaxınlaşmış və Allahverdini ayağa qaldırıb sonuncunun iş yeri olan fındıq qəbulu məntəqəsinin içərisinə keçirmişdir. Daha sonra onlar da öz evlərinə getmişlər. O, Allahverdinin sifətinə bir dəfə şillə vursa da, ona heç bir xəsarət yetirməmişdir. Hadisədən sonra, o, Allahverdinin üzündə və ya bədəninin digər yerlərində xəsarət izləri görməmişdir. 19 iyul 2018-ci il tarixdə yaşadığı evə polis sahə rəisi Səhəddin müəllim gələrək aralarında yaranmış məsələni yoluna qoymaq üçün oğlu Elçini də götürüb Allahverdinin yaşadığı evə danışığa getmişdir. Aralarında söhbət zamanı Allahverdi ondan şikayətçi olmayacağını bildirmişdir. Oğlu Elçin müalicə olunması üçün Allahverdiyə zəruri olan dava-dərman, iynələr də alıb vermişdir. Allahverdi həmişə əlində çomaqla gəzmişdir. Allahverdi belindəki xəsarətləri onların mübahisələrindən qabaq almışdır. Təxminən 1995-1996-cı illərdə Allahverdi 15 metr hündürlüyü olan şabalıd ağacından daşlığa yıxılaraq belindən xəsarət almış, həmin dövrdə o, Zaqatala şəhərində təcili tibbi yardımda Yusif həkimin sürücüsü işləmişdir. Həmin vaxt o, Allahverdinin 15 metr hündürlüyü olan ağacdan yıxılaraq xəsarət aldığının şahidi olmuşdur. Həmin vaxt Allahverdi Zaqatala rayon xəstəxanasında Mahmud həkim tərəfindən müalicə olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Allahverdi əlindəki çomaqla onu vuranda o, özünü müdafiə etmək üçün çomağı onun əlindən almaq istəmiş, lakin əli Allahverdinin çomağına çatmamışdır. Həmin vaxt Allahverdi öz-özünə arxaya gedərək müqavimətini itirərək yıxılmışdır. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,1996-cı ildən Zaqatala-Konserv ATSC-nin köhnə fındıq qəbul məntəqəsində gözətçi olaraq işləmişdir. Təxminən 2012-2013-cü illərdən Təqsirləndirilən şəxs heç kimdən icazə almadan onun işlədiyi məntəqənin qonşuluğunda işlədiyi müəssisəyə məxsus torpaq sahəsini ələ keçirib istifadə etməyə başlamışdır. O, Bəybalaya dəfələrlə həmin torpaq sahəsinin dövlətə məxsus olduğu ilə bağlı xəbərdarlıq edərək ona məntəqənin sahəsinə girməməsini bildirmişdir. Bəybala istifadə etdiyi həmin ərazidə araq çəkmiş, içki məclisləri təşkil etmişdir. Bəybala bir neçə dəfə söyüş söyərək onu təhqir də etmişdir. 16 iyul 2018-ci il tarixdə axşam radələrində hava qaralan zaman İmran qoyunlarını otararaq aşağı gələrkən İmrandan arxa tərəfdə isə Bəybala ilə həyat yoldaşı gəlmişdir. İmran qoyunları keçirərkən Bəybalanın onun arxasınca danışaraq onun ünvanına təhqiredici sözlər dediyini eşidib, buna əsəbləşmişdir. İmran qoyunlarını sürüb keçdikdən sonra Bəybala ilə arvadı Ahidə onun yanından keçərkən Bəybala ilə aralarında mübahisə başlanmışdır. Mübahisə zamanı Bəybala yaxasından yapışıb onu kürəyi üstə yerə yıxmışdır. Əvvəlcə başı, sonra bədəni yerə dəymişdir. Həmin anda yaxınlıqda qoyunları ilə hərəkət edən İmran qaçaraq gəlib onları tənqid edib, Bəybalanı ondan ayırmışdır. Daha sonra İmran onun əlindən tutub onu yerdən ayağa qaldırmışdır. O, köməksiz ayağa qalxa bilməmiş, İmran onu iş yeri olan məntəqənin sahəsinə kimi ötürmüşdür. Həmin vaxt Bəybala maşını sürərək çıxıb getmişdir. O, 2-3 saat məntəqədə oturmuş, su içib özünə gələndən sonra evinə getmişdir. O, evdə səhərə kimi ağrıları olduğu üçün yata bilməmiş, ancaq oturmuşdur. Həyat yoldaşı ondan niyə yatmadığını soruşduqda ona böyrəkləri ağrıdığı üçün yata bilmədiyini bildirmişdir. Səhəri gün erkən saatlarda təkcə avtobusla X4 getmiş, orada rentgen müayinəsindən keçdikdə fəqərə sümüyünün sınığı ilə xəsarətlər aldığını bilmiş, sonra o, özünün rentgen şəkillərini götürmüş və taksi ilə onu rentgen müayinəsindən keçirən həkimin məsləhət bildiyi həkimin yanına getmişdir. Həmin həkim ona iynə, maz və dərman yazmışdır. Həkimin yazdıqlarını alandan sonra evə getmişdir. Qızı baş verən hadisəni öyrənəndən sonra Bakıdan gəlmişdir. Hadisədən üç gün sonra polis əməkdaşı Bəybalanı onlara gətirmişdir. O da həmin vaxt yatılı halda olmuş, Bəybalanın oğlu da həmin vaxt orada olmuşdur. Bəybalanın oğlu ondan şikayət etməməyi xahiş edərək kömək edəcəklərini bildirmişdir. O, əvvəlcə xəstəxanada olarkən polis əməkdaşlarına verdiyi izahatda yalandan ağacdan yıxıldığını bildirmiş, daha sonra müayinə zamanı təcili olaraq əməliyyat olunmağına zərurət yaranmışdır. Xəstəxanada olankən oraya polis əməkdaşları gəlmiş, onun izahatını və ərizəsini almışlar. O, aldığı xəsarətlərin Bəybala tərəfindən yetirildiyini bildirmiş və ondan rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Sonradan o, Bakıda əməliyyat olunmuş və uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, mübahisə zamanı Bəybala onun yaxasından tutaraq onu yerə yıxmış, həmin vaxt əvvəl başı, sonra isə bədəni zərbə ilə yerə dəymişdir. Sonra Bəybala onu təpiklə vurmağa başlamış və qışqıraraq arvadına “Oradan bıçaq gətir, bunun başını qoyun başı kimi kəsəcəm” demişdir. O, mübahisə zamanı Təqsirləndirilən şəxs arvadına əl qaldırmamış, Təqsirləndirilən şəxs və onun arvadına heç bir xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, 2006-cı il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Cinayət işi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi zərərçəkmiş hüquqi şəxs qismində, o, isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin X1 Təşkili üzrə Dövlət Agentliyi X1 təşkili, torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi, torpaqların zəbt olunmasının və qanunsuz tikintilərin qarşısının alınması, həmçinin torpaq sahələrinin özəlləşdirilməyə və icarəyə cəlb olunması ilə məşğul olan dövlət qurumudur. Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş "xxxx" ASC-nin şəhər məntəqəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən tikililər "xxxx" ASC-nin mülkiyyətində olsa da, həmin tikililərin yerləşdiyi torpaq sahəsi özəlləşdirilməmişdir. Həmin torpaq sahəsi "xxxx" ASC-nin istifadəsinə verildiyindən təyinatına görə sahibkarlıq fəaliyyəti üçün verilmiş torpaq sahəsidir və kənd təsərüffatı təyinatlı torpaq sahəsi hesab edilmir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müəssisə rəhbəri, yəni həmin müəssisənin maddi məsul şəxsi torpağın qorunub saxlanılmasında bilavasitə məsuliyyət daşımışdır. Torpaq Xəritəçəkmə Komitəsi ləğv olunanda dövlət torpaqlarının idarə edilməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə olunmuş və onun tərkibində Torpaqların idarə edilməsi üzrə Dövlət Agentliyi yaradılmış və qanunvericiliyin pozulması hallarına bilavasitə nəzarət edən orqan kimi fəaliyyət göstərmişdir. O cümlədən, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri aidiyyatı üzrə həmin məsələlərə nəzarəti həyata keçirmişlər. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Zaqatala şəhəri A.Həmidov küçəsində yerləşən şəhər məntəqəsində gözətçi işləmişdir. Şəhər məntəqəsinin ümumi sahəsi 1,53 hektar təşkil etmiş və həmin sahədə müxtəlif anbarlar yerləşmişdir. Həmin məntəqə fəaliyyət göstərməmiş və orada yerləşən anbarlardan halhazırda istifadə olunmamışdır. Təxminən 3 ilə yaxın Təqsirləndirilən şəxs həmin məntəqənin ərazisinə daxil olan torpaq sahəsinin dağa bitişik təxminən 2 sot hissəsini qanunsuz olaraq hasarlayıb bağlamaqla orada müxtəlif ağaclar və tərəvəz bitkiləri əkibbecərməklə məşğul olmuşdur. Bununla bağlı orada gözətçi işləyən Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında dəfələrlə mübahisələr olmuşdur. Həmin torpaq sahəsindən qanunsuz istifadə etməsi və oradan çıxmaqla bağlı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o, buna məhəl qoymayaraq həmin torpaq sahəsini qanunsuz zəbt edərək orada əkin-becərmə işləri aparmaqda davam etmişdir. 21 aprel 2019-cu il tarixdə onun, Təqsirləndirilən şəxs, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala rayon Ərazi İdarəsinin nümayəndəsinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz zəbt edərək əkin-becərmə işləri apardığı "xxxx" ASC-nin şəhər məntəqəsinin ərazisinə daxil olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi tərəfindən ölçmə işləri aparılmış, baxış zamanı həmin ərazinin Təqsirləndirilən şəxs tərəfindən özbaşına hasarlanaraq onun tərəfindən həmin torpaq sahəsində müxtəlif növ ağacların və tərəvəz bitkilərinin əkilib-becərildiyi müəyyən olunmuşdur. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs də həmin torpaq sahəsində özü tərəfindən əkin-becərmə işlərinin aparıldığını etiraf etmişdir. Həmin torpaq sahəsindən istifadə edilməsi və ya icarəyə götürülməsi ilə bağlı "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında əvvəlcədən heç bir razılıq olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Ona qarşı heç bir tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs mübahisə baş verən vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs yanında onu ağır söyüşlərlə təhqir etmiş və əlindəki əsa kimi istifadə etdiyi ağac parçası ilə ona da xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu müdafiə etmək üçün Zərərçəkmiş şəxs yalnız bir sillə vurmuş, onu yerə yıxaraq təpikləməmişdir. Mübahisə zamanı sadəcə olaraq Allahverdi müvazinətini itirib oturulu vəziyyətdə yerə yıxılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 iyul 2018-ci il tarixdə axşam vaxtı o, evə gəldikdə bilmişdir ki, Allahverdi ilə atası Bəybala arasında torpaq sahəsi üstündə qarşılıqlı münaqişə olmuşdur. Lakin nə atası Bəybala, nə də anası Ahidə Allahverdinin onları söyməsini, kiminsə xəsarət alması barədə ona bir şey deməmişlər. 19 iyul 2018-ci il tarixdə onların yaşadığı ünvana sahə müvəkkili Sədi müəllim gəlmiş, o və atası Təqsirləndirilən şəxs sahə müvəkkili ilə birlikdə Allahverdinin yaşadığı evə getmişlər. Orada atası Təqsirləndirilən şəxs Allahverdi ilə söhbət edən zaman Allahverdi Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmiş, lakin həkimlərin onu müayinə etməsi üçün tibbi məsrəfləri ödəməyini istəmişdir. O da buna etiraz etməmişdir. O, Zərərçəkmiş şəxs müalicəsinə tibbi xərcləri ödəmək üçün sonra dərman və iynələr alıb Allahverdiyə vermişdir. Ümumilikdə həmin dərman və iynələrə 120 manat xərci çıxmışdır. Daha sonra Allahverdinin qızı atasının əməliyyat olunması üçün ondan 4000 manat pul tələb etmiş, lakin onun həmin pulu verməyə imkanı olmadığı üçün Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 İsa oğlu ifadəsində göstərmişdir ki, o, 16 iyul 2018-ci il tarixdə saat 20 radələrində Tala çayı kənarındakı otlaq sahəsindən özünün qoyunlarını köhnə fındıq qəbulu məntəqəsinin yanından keçən bənd yolu üzərindən evə sürüb apardıqda həmin bəndin yolunda özündən arxada Bəybala və onun arvadı Ahidənin gəldiklərini görmüşdür. Allahverdi bu bəndin yanında olan öz sahəsinə heyvanların girməməsi üçün “stolba” ağaclar vurmuşdur. Buna görə də bəndin yolunu keçmək üçün həmin ağacların arasından gedib keçmək lazım gəlmişdir. Həmin günü saat 20 radələrində o, bəndin yolunun başına gəldikdə Allahverdinin basdırdığı həmin ağaclar və dəmir zəncir yolu bağlayıb maneə yaratdığı üçün bir-bir qoyunlarını ağacların arasından yola tərəf keçirməli olmuş, qoyunlarını keçirdiyi zaman Bəybala və onun arvadı arxada dayanıb onun qoyunları “stolba” dirəklər olan yerdən keçirtməyini gözləmişdir. Bu zaman ona yaxınlaşmış Bəybala “burada çəkilmiş çəpər bu yola nə üçün lazımdır? Havayı gəlib-gedən camaata əziyyət olur” demiş, o da Bəybalaya “sən düz deyirsən. Bu yola çəpər lazım deyil” demişdir. Bu sözü deyib öz qoyunlarını ağacların arasından yola çıxardaraq oradan uzaqlaşanda birdən Allahverdinin yaxınlıqdakı fındıq qəbulu məntəqəsi olan yerdən çıxıb gəldiyini görmüşdür. Bu məqamda o, öz yoluna davam etmiş, Bəybala və arvadı Ahidə isə arxada qalmışlar. Onlardan 30-40 metr məsafə aralandıqdan sonra birdən Allahverdinin səsini eşitmiş, Allahverdi Bəybalaya “mən o çəpəri sənin kimi heyvanların oradan keçməməsi üçün vurmuşam” demişdir. Bəybala isə cavabında “Ay Allah. Mən sənə nə dedim axı” demişdir. Bu məqamda o, Ahidənin qışqırıq səslərini eşitmiş, dayanıb arxaya baxdıqda birdən Allahverdi və Bəybalanın biri-birilə tutaşıb dartışdıqlarını, Allahverdi ilə Bəybalanın hər ikisinin Allahverdinin əlindəki çomaqdan yapışdıqlarını, onlar dartışarkən birdən Allahverdinin kürəyi üstə yerə yıxıldığını görmüşdür. Bu vaxt o, qaçaraq onların yanına yaxınlaşmış və Allahverdini yerdən qaldırmış, o, Allahverdini qaldırdıqda Allahverdi sərbəst şəkildə özünün gözətçi işlədiyi məntəqənin ərazisinə keçmiş, Bəybalagil isə çıxıb getmişlər. 16 iyul 2018-ci il tarixdə Bəybala ilə Allahverdi arasındakı münaqişənin baş verməsinə səbəb Allahverdinin köhnə fındıq qəbulu məntəqəsinin yanındakı bənd yolunun başında “stolba” ağacları basdırıb ortasından dəmir zəncir çəkməklə yolu bağlaması və bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Allahverdinin Bəybalanın arvadı Ahidəni söyüb vurması olmuşdur. Həmin şəxslərin arasındakı münaqişə zamanı o, Bəybalanın Allahverdini vurmasını və ya onu yerə yıxıb təpikləməsini görməmişdir. Əgər belə bir hal olsa, o, bunu görərdi. Həmin vaxt Bəybalanın əlində hər hansı əşya, alət də olmamışdır. O, Bəybala və Allahverdini gördükdə hər ikisi tutaşıb dartışmışlar. Bu zaman Allahverdi sadəcə kürəyi üstə yerə yıxılmış, o, Allahverdini ayağa qaldırdıqda Allahverdi sərbəst halda yerimiş, hər hansı yerinin ağrımasını, yaxud xəsarət almasını deməmişdir. O, Allahverdinin üzərində heç bir xəsarət izi də görməmişdir. O, həmçinin Allahverdinin Bəybala və ya onun arvadı Ahidəyə vurduğunu və xəsarətlər yetirdiyini görməmiş, eləcə də onlara qarşı söyüşlər işlətdiyini də eşitməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 16 iyul 2018-ci il tarixdə öz sahəsinə ot çalmaq üçün getmiş və saat 20 radələrində o, həmin sahədən çıxıb getmək qərarına gəlmişdir. Bu vaxt Şahid3 özünün qoyunlarını sürüb yaxınlıqdakı bəndin üstü ilə getmiş, Zərərçəkmiş şəxs həmin bəndin üzərindən mal-qara keçməməsi üçün “stolba” ağaclar vurub və dərir zəncir çəkib yolu bağlamışdır. Çayın yanındakı bənddən yolu keçmək üçün adamlar həmin “stolba” ağacları aşıb getməli olmuşlar. Həmin gün təxminən 20 radələrində o, oradan keçib evinə gedərkən ondan qabaqda İmran öz qoyunları ilə hərəkət etmişdir. Ondan arxada isə Bəybala və onun arvadı Ahidə getmişlər. Onunla Bəybalagilin arasında az məsafə olmuşdur. İmran “stolba” ağaclar və dəmir zəncir olan yerə çatdıqda oradan bir-bir qoyunlarını “stolba” ağacların arasından yola tərəf keçirmək məcburiyyətində qalmış, bu zaman o və ondan arxada gələn Bəybalagil İmranın qoyunlarını keçirməsini dayanıb gözləməli olmuşlar. Həmin vaxt Bəybala:-“Burada çəkilmiş çəpər bu yola nə üçün lazımdır? Havayı gəlib-gedən camaata əziyyət olur” demiş, Bəybala bu sözləri dedikdə İmran da cavabında bildirmişdir ki, “Sən düz deyirsən. Bu yola çəpər lazım deyil”. Daha sonra İmran öz qoyunlarını ağacların arasından yola çıxardaraq oradan getmişdir. O da öz yoluna davam etmişdir. Eyni zamanda Bəybala ilə arvadı Ahidə də ondan arxada gəlməyə başlamışlar. O, həmin vaxt qəflətən Bəybalanın arvadı Ahidənin qışqırıq səsini eşidib arxaya çevrilmiş və Allahverdinin heç bir səbəb olmadan Bəybalanı və onun arvadı Ahidəni söyüb təhqir etməyə başladığını görmüşdür. O və İmran Bəybalanın arvadı Ahidənin qışqırıq səslərini eşidən kimi onlara tərəf qaçmağa başlamışlar. Bəybala ilə Allahverdi çomaqdan tutub dartışarkən Allahverdi qəflətən müvazinətini itirib arxaya tərəf yanı üstə yerə dəymiş və kürəyi üstə yerə yıxılmışdır. Çomaq da Allahverdinin əlində qalmışdır. İmran Allahverdinin ayağa qalxmasına köməklik etmiş, o isə Bəybalanı tutub saxlamışdır. Həmin vaxt Allahverdi sərbəst surətdə özü gəzərək iş yeri olan məntəqənin içərisinə tərəf keçmiş, Bəybala və onun arvadı Ahidə isə yaxınlıqda saxladıqları özlərinə məxsus avtomobilə əyləşərək çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, Allahverdi yıxılan zaman ona Bəybalanın təpiklə vurduğunu görməmişdir. Belə bir hal olsa, bunu görərdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xəstəxanada iş zamanı növbədə bir nəfər ağsaqqalın dayandığını görmüşdür. Başqa xəstələri olduğu üçün sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi həmin şəxs təxminən 1 saata yaxın qəbuluna düşmək üçün növbə gözləmiş, həmin vaxt Zərərçəkmiş şəxs diaqnostikadan aldığı rentgen müayinəsinin nəticəsi ilə qəbuluna düşmüşdür. Zərərçəkmiş şəxs müayinə edən zaman onun fəqərə, boyun və bel nahiyələrində sınıqların olduğu ona məlum olmuşdur. Lakin həmin vaxt Zərərçəkmiş şəxs bədən nahiyəsində olan sınıqlarda nevrologiya əlamətləri olmamışdır. Belə ki, onurğa sınığı fəsadlaşmış və fəsadlaşmamış olur. O, Zərərçəkmiş şəxs ətraflı müayinə etmiş, ondan bu sınıqların baş vermə səbəbini soruşduqda ona yıxılaraq həmin xəsarətləri aldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs müvafiq təyinatı verərək sağalana kimi xəstəxanada və ya evdə yataq rejimində olmağını ciddi şəkildə tapşırmışdır. O, təyinatı verdikdən sonra Zərərçəkmiş şəxs getmişdir. İki gün sonra isə Zərərçəkmiş şəxs yenidən qəbuluna düşdükdə onu müayinə edən zaman artıq onda nevroloji əlamətlərin olduğunu müəyyən etmişdir. İlk dəfə qəbuluna düşəndə ona yataq rejimində olmağını ciddi şəkildə tapşırsa da, Zərərçəkmiş şəxs əməl etməyib hərəkət etdiyi üçün həmin sınıqlar fəsadlaşmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs kompüter tomoqrafiya müayinəsindən keçmiş və növbəti müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs aldığı xəsarətlər ilə bağlı tibbi müayinə etmiş, ona təqdim edilmiş ambulator kartoçkası və “Milana hospital” klinikasına aid tibb sənədlərinin əsasında 25 avqust 2018-ci il tarixdə 332 №-li ekspert rəyini vermiş və hal hazırda da həmin rəyi müdafiə edir. O, Zərərçəkmiş şəxs müayinə etdikdə onun bədəni üzərində fəqərə sütununun çoxsaylı qapalı travması, C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th (döş) fəqərəsinin cisminin xətti sınığı, L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı, sağ aşağı süst monorez ilə fəsadlaşmadan ibarət xəsarətlərin olmasını müşahidə edərək həmin xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi qənaətinə gəlmiş və həmin xəsarətlərin 16 iyul 2018-ci il tarixdə qarşılıqlı dava zamanı yetirilə bilməsinin və dərəcəsinə görə həmin xəsarətlərin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmasını müəyyən etmişdir. Həmçinin onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qəbuluna düşərkən ona özünün başqa bir şəxs tərəfindən vurulub yerə yıxıldığını və həmin vaxt ona bel nahiyəsindən təpik zərbələri ilə xəsarət yetirildiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs müayinə etdiyi zaman Zərərçəkmiş şəxs onurğasının 2-ci oma fəqərəsində hər hansı ağrıları olması barədə ona müraciət etməmişdir. Eyni zamanda o, Zərərçəkmiş şəxs bədəni üzərində köhnədən olan heç bir xəsarətlərlə rastlaşmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, mövcud xəsarətlərin hazırkı vəziyyətdə ayrı-ayrılıqda xarakteristikasının verilməsi qeyri-mümkündür və bu xəsarətlərin yalnız birlikdə götürüldükdə dərəcəsinin təyin edilməsi mümkündür. Həmin xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərdir və mövcud xəsarətlər yalnız kənar şəxs tərəfindən endirilmiş zərbələrin təsirindən törənə bilərdi. Məhkəmə istintaqı zamanı X13 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ekspertizaya təqdim olunmuş tibbi sənədlər və iş materialları əsasında T121-2020 saylı rəyi tərtib edilmişdir. Zərərçəkmiş şəxsin aldığı xəsarətlərlə əlaqədar ağrıları olsa da, ağrı onun hərəkətinə maneə törətməmişdir. Buna görə də, şəxsin üç gün və ya 1 həftə ərzində hərəkət etməsində heç bir problem olmaya bilər. Problem həmin sınıqların hansısa birinin fəsadlaşması zamanı üzə çıxır. Həmin sınıqların içərisində ən çox fəsad verən sınıq isə kompression sınıqdır. Belə ki, kompression sınıq 3 gün - 1 həftə ərzində fəsad verir və fəsad verən kimi artıq bərk ağrılar başlayır. İfadəsinin davamında isə kompression yerdəyişmiş sınıq kimi xəsarətlərin döyülmə nəticəsində, yəni kənar şəxs tərəfindən endirilmiş məqsədyönlü zərbələrin təsirindən deyil, adətən sürətləndirilmiş yıxılma, yəni kənar şəxsin itələməsi nəticəsində şəxsin öz boyu hündürlüyündən yerə yıxılması və ya oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi ilə yarana biləcəyini bildirmiş, hazırkı şəraitdə Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri nəzərə alınmaqla belə xəsarətlərin yıxılaraq alınmasının mümkünlüyünü istisna etməmişdir. Qeyd edilən xəsarətlərin yalnız döyülmə nəticəsində yarana biləcəyi nəticəsinə isə Zərərçəkmiş şəxs bədənində əlavə xəsarətlərin olmaması səbəbi ilə gəldiklərini göstərmiş, cavabını onunla izah etmişdir ki, adətən şəxs öz boyu hündürlüyündən yıxıldıqda ilk növbədə başqa nahiyələrdə, yəni çıxıntılı olan nahiyələrdə- baş, ənsə kimi, kürək kimi, arxa-omba kimi nahiyələrdə sıyrıq xəsarətlərinin əmələ gəlməsi mütləqdir. Lakin Zərərçəkmiş şəxs belə xəsarətlər olmadığından, onlar bu xəsarətlərin döyülmə nəticəsində yarandığı qənaətinə gəlmişlər. Əgər qeyd etdiyi kimi çıxıntı nahiyələrdə əlavə xəsarətlər olmuş olsaydı, onda onlar ən azından alternativ rəy vermək məcburiyyətində qala bilərdilər. Yəni mövcud xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılma nəcitəsində ala biləcəyi barədə də nəticəyə gələr və bunu rəydə göstərə bilərdilər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilməsi nəzərdə tutulan X2 ölkədə mövcud olan hərbi vəziyyətlə və müharibə şəraiti ilə bağlı həkim olaraq yaralılara yardım etmək üçün ön cəbhədə olduğundan, məhkəməyə gələ bilməmiş və məhkəməyə ünvanladığı arayışda 20.07.2018-ci il tarixdə “Milano Hospital”da Zərərçəkmiş şəxs onun tərəfindən əməliyyat edildiyini, xəstədə L1 fəqərəsinin dekompressiv laminektomiyası və Th12, L2, L3 fəqərələrinin transpedikulyar fiksasiyası əməliyyatı aparıldığını, qəbul vaxtı ilkin vizual baxışda bədən xəsarətlərinin olub-olmamasını isə 2 il öncə olduğuna görə xatırlamadığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Raport”dan görünür ki, 19.07.2018-ci il tarixdə saat 20:00 radələrində MRX-nin tibb bacısı İsayeva telefonla 1957-ci il təvəllüdlü Zaqatala şəhəri A.Həmidov küçəsi ev 154 A-da yaşayan Zərərçəkmiş şəxs kürək nahiyəsinin əziyi ilə MRX-ya daxil olması barədə məlumat vermişdir. Məlumatı RPŞ-nin növbətçisi (növbətçi köməkçisi) polis baş leytenantı E.Həsənov qəbul etmişdir. (cild 01, iş vər.6) “Raport”dan görünür ki, 19.07.2018-ci il tarixdə Zaqatala şəhəri Anar Həmidov küçəsi ev 154 A-da yaşayan Əliyev X6 RPŞ-yə müraciət edərək bildirmişdir ki, 16.07.2018-ci il tarixdə saat 20:00 radələrində Zaqatala şəhəri Anar Həmidov küçəsində yerləşən fındıq qəbulu məntəqəsində gözətçi olduğu zaman həmin yerə Təqsirləndirilən şəxs gəlib onunla mübahisə etmiş, aralarında yaranmış mübahisə zamanı Bəybala yerə yıxıb təpikləyərək ona xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Milana Hospitaldan alınmış 24.07.2018-ci il tarixli 43 nömrəli arayışda 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 20.07.2018-ci il tarixdə aldığı travmalarla Milana Hospitala müraciət etdiyi, ona “Fəqərə sütununun çoxsaylı qapalı travması, C5 fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, TH11 fəqərəsinin cisminin xətti sınığı, L1 fəqərəsinin kompression yerdəyişmiş fəsadlaşmış sınığı, sağ aşağı süst monoparez” diaqnozu qoyularaq diaqnozuna əsasən əməliyyat olunduğu göstərilmişdir. (cild 01, iş vər. 5) “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs ərizə yazaraq 16.07.2018-ci il tarixdə təxminən 20:00 radələrində Zaqatala şəhəri A.Həmidov küçəsində yerləşən fındıq qəbulu məntəqəsindəki iş yerində qarovulda durduğu zaman həmin yerə Təqsirləndirilən şəxs gəlib onunla mübahisə etdiyini, aralarında qarşılıqlı münaqişə zəminində yerə yıxıb təpikləyərək xəsarət yetirdiyini bildirmişdir. (cild 01, iş vər. 7) “Ərizə”dən görünür ki, Şahid1 Xəlilullah qızı ərizə yazaraq 16.07.2018-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs aralarında yaranan mübahisə zamanı onu söyüb təhqir etdiyini, əlində olan ağac parçası ilə sol ayağının baldır nahiyəsinə bir dəfə zərbəylə vurduğunu bildirmişdir. (cild 01, iş vər. 10) “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs Nurullah oğlu ərizə yazaraq 16.07.2018-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs onu söyüb təhqir etdiyini, aralarında yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə qoluna, sifət və boyun nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. (cild 01, iş vər. 13) “Arayış”dan görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 20.07.2018-ci il tarixində aldığı travmalarla Milana Hospitala müraciət etmişdir. Xəstəyə “Fəqərə sütununun çoxsaylı qapalı travması, C5 fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, TH11 fəqərəsinin cisminin xətti sınığı, L1 fəqərəsinin kompression yerdəyişmiş fəsadlaşmış sınığı. Sağ aşağı süst monoparez” diaqnozu qoyulub və diaqnoza əsasən əməliyyat olunub. Hal-hazırda xəstənin vəziyyəti orta ağırdır. (cild 01, iş vər. 21) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 oktyabr 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəsarət aldığı yer Zaqatala şəhəri A.Həmidov küçəsinin yuxarı qurtaracaq hissəsində yerləşən Fındıq qəbulu məntəqəsinin darvaza qapısının yanındakı asfalt yerdədir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 116-119) “Könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında” 13 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, 12 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ifadəsində yerində yoxlanılarkən sonuncunun istintaqa könüllü olaraq təqdim olunan 01 (bir) ədəd ağac parçasına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin 01 (bir) ədəd ağac parçası 113 sm uzunluğunda, 2,5 sm diametrində maili formada olan ağac predmetdir. Həmin predmetin üzərində çatlar olsa da, onun üzərində hər hansı sınma əlamətləri müşahidə edilmir. Onun tutacaq hissəsində iki yerdə “skoc” bağlanmışdır. Zərərçəkmiş şəxs bildirdi ki, onun könüllü təqdim etdiyi həmin 01 (bir) ədəd əvvəllər çomaq kimi istifadə edilən ağac parçası 16 iyul 2018-ci il tarixdə onunla Təqsirləndirilən şəxs arasında qarşılıqlı dalaşma hadisəsi olan zaman özündə olmuşdur. (cild 01, iş vər. 231) “İfadənin yerində yoxlanılması haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə ifadəsi yerində yoxlanılarkən sonuncu ona xəsarət yetirilmiş yerin Zaqatala şəhəri A.Həmidov küçəsinin yuxarı qurtaracağında, onun işlədiyi köhnə fındıq qəbulu mənqətəsinin darvaza qapısının yanında olduğunu göstərərək ifadəsində bildirdiklərini bir daha təsdiq etmiş, hadisə zamanı əlində olmuş əsa kimi istifadə etdiyi ağac parçasını istintaqa təqdim etmişdir. (cild 01, iş vər. 134-140, 225-228) “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə bir daha təsdiq etmişdir. (cild 01, iş vər. 223-224) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji ETT Anatomiya Birliyinin 26 iyul 2018-ci il tarixli 275 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs Nurullah oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – boynunun arxasında, sağ yuxarı sifətində və sol saidində qançırlar – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16.07.2018-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda onun sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Vət.Babayevin bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə şəraitinin təhqiqat yolu ilə araşdırılması daha məqsədə uyğundur. (cild 01, iş vər. 37-38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji ETT Anatomiya Birliyinin 24 iyul 2018-ci il tarixli 276 saylı rəyindən görünür ki, vət. Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol budunda qançır – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16.07.2018-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda onun sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Vət.Babayevanın bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə şəraitinin təhqiqat yolu ilə araşdırılması daha məqsədə uyğundur. (cild 01, iş vər. 40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji ETT Anatomiya Birliyinin 25 avqust 2018-ci il tarixli 332 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində müəyyən edilmiş xəsarətlər onun fəqərə sütununun çoxsaylı qapalı travması, C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th (döş) fəqərəsinin cisminin xətti sınığı, L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı, sağ aşağı süst monoparez ilə fəsadlaşma olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həmin xəsarətlər 16 iyul 2018-ci il tarixdə qarşılıqlı dalaşma zamanı yetirilə bilərdilər və dərəcəsinə görə onun həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (cild 01, iş vər. 57-58) Məhkəmə istintaqı zamanı təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 tərəfindən verilmiş 20.04.2020-ci il tarixli T 121/2020 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərə cisminin xətti sınığı, sağ aşağı ətrafda süst monoparez ilə fəsadlaşan L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində özünün göstərdiyi müddətdə və şəraitdə, yəni 16.07.2018-ci il tarixdə kənar şəxs tərəfindən endirilmiş zərbələrin təsirindən törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində ilkin dövrdə məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Bu müddət travmanın ağırlığından asılı olaraq müxtəlif ola bilər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin yerləşmə nahiyələri və xüsusiyyətləri onların istər zərərçəkmişin öz boyu hündürlüyündən yıxılaraq yerə dəyməsi, istərsə də müvazinətini saxlaya bilməyərək oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi nəticəsində yarana bilməsini inkar edir. Məhkəmə istintaqı zamanı təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 tərəfindən verilmiş 21.07.2021-ci il tarixli 318 saylı Təkrar komisyon məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərə cisminin xətti sınığı, sağ aşağı ətrafda süst monoparez ilə fəsadlaşan L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində özünün göstərdiyi müddətdə və şəraitdə, yəni 16.07.2018-ci il tarixdə kənar şəxs tərəfindən xəsarətlər nahiyəsinə endirilmiş zərbələrin təsirindən törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sınıqlar ətrafında sümük döyənəyinin olmaması xəsarətin həmin vaxta uyğun gəlməsini bir daha təsdiq edir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ağırlığından asılı olaraq o, travmanın ilkin dövründə məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Zərərçəkmiş şəxs başının ənsə nahiyəsində və bədəninin arxa səthinin çıxıntılı yerlərində (kürək nahiyələrində, sağrılarda) hər hansı bir xəsarətin olmamasını, xəsarətlərin yerləşmə nahiyələrini və xüsusiyyətlərini nəzərə alaraq onların istər zərərçəkmişin öz boyu hündürlüyündən yıxılaraq yerə dəyməsi, istərsə də müvazinətini saxlaya bilməyərək oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi nəticəsində yarana bilməsini inkar edir. Həmin Təkrar komisyon məhkəmə-tibbi ekspertiza rəyinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Zərərçəkmişin xəsarətlərinin qərarda qeyd edilən tarixə, yəni 16.07.2018-ci il tarixə uyğun gəlməsi istər “Milana VİP Hospital”da, istərsə də Birliyin ekspert-radioloqu tərəfindən təsdiq edilmişdir. Qərarda qeyd edilən digər iradla bağlı onu da qeyd etmək lazımdır ki, məhkəmə heyəti zərərçəkmişin üç gündən sonra xəstəxanaya müraciət etməsi və bu zaman ərzində onda olan sıyrıqların itməsini göstərsələr də, ekspert komissiyası bu xəsarətlərin üç gün müddətinə itə bilməsini tam inkar etməklə onların sağalma müddətinin iki həftədən artıq müddət tələb olunması qənaətinə gəlmişlər. Bu səbəbdən də T120/2020 saylı rəydə göstərildiyi kimi zərərçəkmişin bədəninin arxa səthində qabarıq sahələrdə xəsarətlər olmadığından onların istər Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən sərbəst, istərsə də sürətlənmiş yıxılma nəticəsində yarana bilməsini inkar etmişdir.” “Baxış keçirilməsi haqqında” 21 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq istifadə etdiyi torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Zaqatala şəhəri A.Həmidov küçəsinin yuxarı qurtaracaq hissəsində yerləşən köhnə fındıq qəbulu məntəqəsinin yerləşdiyi ərazidə yerləşməklə, eni 11 metr, uzunluğu isə 22 metrdir. Həmin torpaq sahəsinin ətrafı Təqsirləndirilən şəxs tərəfindən dəmir tor və kollarla hasarlanmış, orada qoz, şabalıd, digər meyvə ağacları və digər tərəvəz məhsulları əkib becərilmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 276-280) “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla "xxxx" ASC-nin şəhər məntəqəsinin yerləşdiyi 1,53 ha torpaq sahəsinə aiddir. (cild 01, iş vər. 281-282) Arayışdan görünür ki, "xxxx" ATSC-nin şəhər məntəqəsinin yerləşdiyi 1,153 hektar torpaq sahəsi dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq deyildir. (cild 01, iş vər. 299 ) Zaqatala rayon mərkəzi xəstəxanasından daxil olmuş 03.10.2018-ci il tarixli 1535 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Zaqatala MRX-nin konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. (cild 01, iş vər. 84) X3 rəisi Fəxrəddin Abbasovun məhkəmə kollegiyasına ünvanladığı teleqramda göstərilir ki, vətəndaş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərlə bağlı verilmiş T 121/2020 saylı rəyi bütövlükdə təsdiq edirlər. Belə ki, zərərçəkmiş şəxsdə aşkar edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların istər öz boyu hündürlüyündə yıxılması, istərsə də müvazinətini itirərək yer səthinə dəyməsi deyil, kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yaranmağa uyğun gəlir. Qeyd edildiyi kimi həm apellyasiya protestində, həm də apellyasiya şikayətində hökmün Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə bəraət verilməsi hissəsi mübahisələndirilir. Eyni zamanda, təqsirləndirilən şəxs onun CM-in 188.1-ci maddəsi ilə məhkum edilməsi ilə razılaşaraq hökmdən apellyasiya şikayətini verməmişdir. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsini yoxlayan kollegiya Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və bu fikirdədir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bununla yanaşı, kollegiya birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə qarşı CM-in 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə gəldiyi yekun qənaətlə razılaşmır. Məhkəmə kollegiyаsı ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilməmiş, Təqsirləndirilən şəxs bаrəsində olаn cinаyət işinin birinci instansiya məhkəməsi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, bəraət verilməsi mümkün hesab edilə bilməyən və düzgün hüquqi qiymət verilməyən sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 126.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini tədqiq edərək hesab edir ki, qeyd olunanlara və o cümlədən aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində ittihamedici hökm çıxarılmalıdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 16 iyul 2018-ci il tarixdə saat 20 radələrində əvvəlcədən tanıdığı və aralarında dəfələrlə əvvəllər mübahisələri olmuş, "xxxx" ATSC-nin şəhər məntəqəsində gözətçi işləyən Zərərçəkmiş şəxs həmin məntəqənin sərhədinə paralel olaraq Tala çay tərəfdən sel sularının qarşısının alınması məqsədilə çəkilmiş və sakinlərin gediş-gəliş yolu kimi istifadə etdikləri çay daşlarından tikilmiş bəndin başlanğıcına hər iki tərəfdən ağac dirəklər basdırıb ortasından dəmir zəncir çəkməklə sakinlərin və mal-qaranın bəndin üzəri ilə sərbəst hərəkət etməsinə məhdudiyyət yaratmasına deyinərək sonuncunun arxasınca narazılıq etdiyi zaman, həmin vaxt Zaqatala şəhəri A.Həmidov küçəsinin yuxarısında "xxxx" ATSC-nin şəhər məntəqəsinin giriş darvazasının qarşısında dayanan və ünvanına deyilən iradları eşidən Zərərçəkmiş şəxs onun qarşısına çıxaraq ünvanına deyilənlərin əsassız olduğunu bildirdikdə aralarında yaranmış mübahisə zamanı ilkin olaraq Zərərçəkmiş şəxs üzünə bir dəfə əli ilə şillə vurduqdan sonra sonuncunun yerə yıxıldığını görüb, onu təpikləyərək fəqərə sütununun çoxsaylı qapalı travması, C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərəsinin cisminin xətti sınığı, L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı, sağ aşağı süst monoparez ilə fəsadlaşmayla müşayiət olunan dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə bəraət verməsini belə əsaslandırmışdır ki, cinayət işinin materiallarında mövcud olan sübutlara əsasən Zərərçəkmiş şəxs yetirilən ağır dərəcəli bədən xəsarətinin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təkzib edildiyindən, eyni zamanda sonuncunun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə mövcud sübutlar vasitəsi ilə təsdiq edilmədiyindən, yəni onun təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın irəli sürülməsi üçün işdə kifayət qədər sübutlar vardır və həmin sübutların mötəbərliyi qətiyyən şübhə doğurmur. Belə ki, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs ifadəsindəki məlumatları şübhə altına alsa da, lakin məhkəmə kollegiyası həmin ifadənin əsas məzmununda və mahiyyətində heç bir zidiyyət və inandırıcı görünməyən məqamlar müəyyən etməmişdir. Onun ifadəsi iş materiallarında olan digər sübutalara uyğun gəlir və heç bir ziddiyyət təşkil etmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 16 iyul 2018-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı və aralarında əvvəllər mübahisələri olmuş, "xxxx" ATSCnin şəhər məntəqəsində gözətçi işləyən Zərərçəkmiş şəxs həmin məntəqənin sərhədinə paralel olaraq Tala çay tərəfdən sel sularının qarşısının alınması məqsədilə çəkilmiş və sakinlərin gediş-gəliş yolu kimi istifadə etdikləri çay daşlarından tikilmiş bəndin başlanğıcına hər iki tərəfdən ağac dirəkləri basdırıb ortasından dəmir zəncir çəkməklə sakinlərin və mal-qaranın bəndin üzəri ilə sərbəst hərəkət etməsinə məhdudiyyət yaratmasına deyinərək narazılıq etdiyi zaman, həmin vaxt "xxxx" ATSC-nin şəhər məntəqəsinin qarşısında dayanan və ünvanına deyilən iradı eşidən Zərərçəkmiş şəxs onun qarşısına çıxmış və aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılmış cinayət işi üzrə əlavə və təkrar məhkəmə tibbi ekspertizaları, o cümlədən təkrar komisyon məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəylər alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, verilmiş rəylərdə bütün hallarda zərərçəkmiş şəxsin fəqərə sütununun çoxsaylı qapalı travması, C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərəsinin cisminin xətti sınığı, L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı, sağ aşağı süst monoparez ilə fəsadlaşmayla müşayiət olunan dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərinin təpik zərbələri ilə yetirilməsinə dair gəldikləri nəticələri ekspertlər onun başının ənsə nahiyəsində və bədəninin arxa səthinin çıxıntılı yerlərində (kürək nahiyələrində, sağrılarda) hər hansı bir xəsarətin aşkar olunmaması ilə əsaslandırmışlar. Halbuki, işin halları və tədqiq edilmiş sübutlar əsasında zərərçəkmiş şəxsin hadisədən dərhal sonra, hətta bundan bir neçə gün sonra keçirdiyi əməliyyatdan əvvəl xarici müayinəsinin aparılmadığı, onun əməliyyatı ilə bağlı xəstəlik tarixində xarici müayinəsinin keçirilməsinə dair qeydlərin olmadığı, eləcə də xəstəni əməliyyat etmiş həkimin zərərçəkmiş şəxsdə əməliyyatdan əvvəl hər hansı xarici xəsarətlərin olmasını xatırlamadığına dair məlumat verməsi tədqiq olunan ekspert rəylərinin ittihamın əsasını təşkil edən mötəbər sübut kimi qəbul olunmasını istisna edir. Məhkəmə diqqəti ona yönəldir ki, bütün ekspertlər faktiki olaraq zərərçəkmiş şəxsin fəqərələrində olan zədələri müşayiət edən bu xəsarətlərin, yəni onun başının ənsə nahiyəsində və bədəninin arxa səthinin çıxıntılı yerlərində (kürək nahiyələrində, sağrılarda) hər hansı bir xəsarətin onun istər öz boyu hündürlüyündən yıxılaraq yerə dəyməsi, istərsə də müvazinətini saxlaya bilməyərək oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi nəticəsində almasının mümkünsüz olması qənaətinə gəlmişdir ki, göstərilənlərdən belə müəyyən olunur ki, əgər belə xəsarətlər alınsa idi, əks nəticəyə də gələ bilərdilər. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji ETT Anatomiya Birliyinin 25 avqust 2018-ci il tarixli 332 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində müəyyən edilmiş xəsarətlər ... bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həmin xəsarətlər 16 iyul 2018-ci il tarixdə qarşılıqlı dalaşma zamanı yetirilə bilərdilər və dərəcəsinə görə onun həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (cild 01, iş vər. 57-58) Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 tərəfindən verilmiş 20.04.2020-ci il tarixli T 121/2020 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərə cisminin xətti sınığı, sağ aşağı ətrafda süst monoparez ilə fəsadlaşan L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində özünün göstərdiyi müddətdə və şəraitdə, yəni 16.07.2018-ci il tarixdə kənar şəxs tərəfindən endirilmiş zərbələrin təsirindən törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində ilkin dövrdə məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Bu müddət travmanın ağırlığından asılı olaraq müxtəlif ola bilər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin yerləşmə nahiyələri və xüsusiyyətləri onların istər zərərçəkmişin öz boyu hündürlüyündən yıxılaraq yerə dəyməsi, istərsə də müvazinətini saxlaya bilməyərək oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi nəticəsində yarana bilməsini inkar edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 tərəfindən verilmiş 21.07.2020-ci il tarixli 318 saylı Təkrar komisyon məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərə cisminin xətti sınığı, sağ aşağı ətrafda süst monoparez ilə fəsadlaşan L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində özünün göstərdiyi müddətdə və şəraitdə, yəni 16.07.2018-ci il tarixdə kənar şəxs tərəfindən xəsarətlər nahiyəsinə endirilmiş zərbələrin təsirindən törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sınıqlar ətrafında sümük döyənəyinin olmaması xəsarətin həmin vaxta uyğun gəlməsini bir daha təsdiq edir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ağırlığından asılı olaraq o, travmanın ilkin dövründə məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Zərərçəkmiş şəxs başının ənsə nahiyəsində və bədəninin arxa səthinin çıxıntılı yerlərində (kürək nahiyələrində, sağrılarda) hər hansı bir xəsarətin olmamasını, xəsarətlərin yerləşmə nahiyələrini və xüsusiyyətlərini nəzərə alaraq onların istər zərərçəkmişin öz boyu hündürlüyündən yıxılaraq yerə dəyməsi, istərsə də müvazinətini saxlaya bilməyərək oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi nəticəsində yarana bilməsini inkar edir. X3 rəisi Fəxrəddin Abbasovun məhkəmə kollegiyasına ünvanlanmış teleqramında göstərilir ki, vətəndaş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərlə bağlı verilmiş T 121/2020 saylı rəyi bütövlükdə təsdiq edirlər. Belə ki, zərərçəkmiş aşkar edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların istər öz boyu hündürlüyündə yıxılması istərsə də müvazinətini itirərək yer səthinə dəyməsi deyil, kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yaranmağa uyğun gəlir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş məhkəmə tibb eksperti Şahid8 ifadəsində göstərmişdir ki, …o, Zərərçəkmiş şəxs müayinə etdikdə onun bədəni üzərində fəqərə sütununun çoxsaylı qapalı travması, C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th (döş) fəqərəsinin cisminin xətti sınığı, L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı, sağ aşağı süst monorez ilə fəsadlaşmadan ibarət xəsarətlərin olmasını müşahidə edərək həmin xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi qənaətinə gəlmiş və həmin xəsarətlərin 16 iyul 2018-ci il tarixdə qarşılıqlı dava zamanı yetirilə bilməsinin və dərəcəsinə görə həmin xəsarətlərin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs onun qəbuluna düşərkən ona özünün başqa bir şəxs tərəfindən vurulub yerə yıxıldığını və həmin vaxt ona bel nahiyəsindən təpik zərbələri ilə xəsarət yetirildiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs müayinə etdiyi zaman Zərərçəkmiş şəxs onurğasının 2-ci oma fəqərəsində hər hansı ağrıları olması barədə ona müraciət etməmişdir. Eyni zamanda o, Zərərçəkmiş şəxs bədəni üzərində köhnədən olan heç bir xəsarətlərlə rastlaşmamışdır. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında ekspertiza şöbəsində işləyir. Zərərçəkmiş şəxs ekspertiza şöbəsinə ağır fəsadlaşma ilə daxil olub. Belə fəsadlaşma döş nahiyəsində, baş nahiyəsində və onurğa fəqərələrində olur. Belə sınıqlar müxtəlif şəraitdə yarana bilər. Məsələn, döyülmə nəticəsində, avtoqəzada və hündürlükdən yıxılanda yarana bilər. Lakin xəstənin bədənində xəsarət izləri olmayıb. Sınıqlar üç növ olur. Belə sınıq öz boyu hündürlükdən yıxılanda da əməl gələ bilər. Zərərçəkmiş şəxs müayinə edəndə onun çiynində zədə olmayıb. Zərərçəkmiş şəxs əgər yıxılsaydı, çiyin və baş nahiyyələrindən zədə almalı idi. Lakin onun çiyin, baş və digər çıxıntılı nahiyələrində sıyrıq və ya digər zədələr müəyyən olunmamışdır. Ona görə də onun həmin xəsarətləri yıxılması nəticəsində alması istisna olunur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki,... həmin xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərdir və mövcud xəsarətlər yalnız kənar şəxs tərəfindən endirilmiş zərbələrin təsirindən törənə bilərdi... Zərərçəkmiş şəxsin aldığı xəsarətlərlə əlaqədar ağrıları olsa da, ağrı onun hərəkətinə maneə törətməmişdir. Buna görə də, şəxsin üç gün və ya 1 həftə ərzində hərəkət etməsində heç bir problem olmaya bilər. Problem həmin sınıqların hansısa birinin fəsadlaşması zamanı üzə çıxır. Həmin sınıqların içərisində ən çox fəsad verən sınıq isə kompression sınıqdır. Belə ki, kompression sınıq 3 gün - 1 həftə ərzində fəsad verir və fəsad verən kimi artıq bərk ağrılar başlayır. İfadəsinin davamında isə kompression yerdəyişmiş sınıq kimi xəsarətlərin döyülmə nəticəsində, yəni kənar şəxs tərəfindən endirilmiş məqsədyönlü zərbələrin təsirindən deyil, adətən sürətləndirilmiş yıxılma, yəni kənar şəxsin itələməsi nəticəsində şəxsin öz boyu hündürlüyündən yerə yıxılması və ya oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi ilə yarana biləcəyini bildirmiş, hazırkı şəraitdə Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri nəzərə alınmaqla belə xəsarətlərin yıxılaraq alınmasının mümkünlüyünü istisna etməmişdir. Qeyd edilən xəsarətlərin yalnız döyülmə nəticəsində yarana biləcəyi nəticəsinə isə Zərərçəkmiş şəxs bədənində əlavə xəsarətlərin olmaması səbəbi ilə gəldiklərini göstərmiş, cavabını onunla izah etmişdir ki, adətən şəxs öz boyu hündürlüyündən yıxıldıqda ilk növbədə başqa nahiyələrdə, yəni çıxıntılı olan nahiyələrdə baş, ənsə kimi, kürək kimi, arxa-omba kimi nahiyələrdə sıyrıq xəsarətlərinin əmələ gəlməsi mütləqdir. Lakin Zərərçəkmiş şəxs belə xəsarətlər olmadığından, onlar bu xəsarətlərin döyülmə nəticəsində yarandığı qənaətinə gəlmişlər. Əgər qeyd etdiyi kimi çıxıntı nahiyələrdə əlavə xəsarətlər olmuş olsaydı, onda onlar ən azından alternativ rəy vermək məcburiyyətində qala bilərdilər. Yəni mövcud xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılma nəcitəsində ala biləcəyi barədə də nəticəyə gələr və bunu rəydə göstərə bilərdilər. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında travmatoloq işləyir. Zərərçəkmiş şəxs onu pasiyenti olmuşdur. Belə ki, xəstənin vəziyyətinin ağırlaşmasına əsas səbəb yataq rejiminə riayət etməməsidir. Belə xəstələrə tibbi müdaxilə olunmur, ancaq yataq rejimi təyin edilir. Xəstə onlara 2018-ci ilin yay aylarında müraciət edərək ona pilləkəndən yıxıldığını demişdir. Həmn vaxt, xəstəxanaya özü gəlib getmişdir. X7 iki dəfə müayinədən keçmiş, birinci müayinə ilə ikinci müayinə arasında 3-4 gün fərq olardı. Zərərçəkmiş şəxs ikinci dəfə müayinəyə gələndə onun qızı atasının döyüldüyünü demişdir. Xəstə ikinci dəfə müayinəyə ağır fəsadlarla gəlmişdir. Özü döyülməsi ilə bağlı heçnə deməmişdir, qızı deyəndən sonra özü də təsdiq etmişdir. Birinci dəfə müayinəyə gələndə isə xəstə iki gün qabaq yıxıldığını demişdir. Zərərçəkmiş şəxs ikinci dəfə müayinəyə gələndə ona fəsadların aradan qaldırılması üçün cərrahi əməliyyat tövsiyyə olunmuşdur. Fəsadlaşmış sınıq, yəni fəqərələrin siniri sıxması xəstə yataq rejiminə əməl etmədiyi üçün baş vermişdir. Xəstəni dərhal qəbul etməmiş, o, təqribən 20 dəqiqə gözləmiş, əlində və ayağında uyuşma olduğunu isə ona bildirməmişdir. 2000-ci ildən həkim işləyir, bu tip sınıqlara tez-tez rast gəlinir, adətən avtoqəza nəticəsində, hündürlükdən yıxılanda əmələ gəlir. Həmçinin döyülmə nəticəsində də bu tip sınıqlara da rast gəlinir. Göründüyü kimi, ibtidai istintaq zamanı təyin edilərək keçirilmiş 25 avqust 2018-ci il tarixli 332 saylı, məhkəmə istintaqı zamanı təyin edilərək keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 tərəfindən verilmiş T 121/2020 saylı və 318 saylı ekspert rəylərinə, həmçinin X3 rəisi Fəxrəddin Abbasovun məhkəmə kollegiyasına ünvanlanmış teleqramına əsasən müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin yerləşmə nahiyələrini və xüsusiyyətlərini nəzərə alaraq onların istər zərərçəkmişin öz boyu hündürlüyündən yıxılaraq yerə dəyməsi, istərsə də müvazinətini saxlaya bilməyərək oturaq vəziyyətdə yerin sərt qatına dəyməsi nəticəsində yarana bilməsi inkar edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən xəsarət yetirilmədiyini sübut etmək üçün ifadəsində göstərmişdir ki, bildiyinə görə, təxminən 1995-1996-cı illərdə zərərçəkmiş şəxs Allahverdi şabalıd ağacından daşlığa yıxılaraq belindən xəsarət almış, indi belində olan xəsarəti də həmin vaxt aldığı xəsarətlərdən qalmışdır. Kollegiya həmin dəlil ilə bağlı qeyd edir ki, cinayət işi üzrə alınmış bütün məhkəmə tibb ekspert rəylərində həmin xəsarətlərin 16 iyul 2018-ci il tarixdə qarşılıqlı dava zamanı yetirilə bilməsinin mümkün olması, zərərçəkmiş şəxsin bədənində köhnədən qalan xəsarət izlərinin olmadığı qeyd edilmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 tərəfindən verilmiş 318 saylı komisyon ekspert rəyində isə imperativ qaydada göstərilmişdir ki, Sınıqlar ətrafında sümük döyənəyinin olmaması xəsarətin həmin vaxta uyğun gəlməsini bir daha təsdiq edir. İstinad olunan sübutlarla təqsirləndirilən şəxsin öz alibisi üçün istifadə etdiyi dəlilin işin gerçək halları ilə təsdiq olunmaması, əksinə təkzib olunması müəyyən olunur. Şahidlər Şahid1, Şahid4 və Şahid3 İsa oğlunun ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yıxılmış vəziyyətdə vurmasını görmədiklərini bildirmələri ilə bağlı qeyd edilməlidir ki, həmin şahidlər heç də neytral, təqsirləndirilən və zərərçəkmiş şəxslərə bərabər münasibət bəsləyən şəxslər deyillər. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs arvadı olmaqla onun yaxın qohumudur və öz ərinə qarşı müdafiə xarakterli ifadə verməsi təbidir. Digər şahidlər Şahid3 İsa oğlu və Şahid4 gəldikdə isə qeyd edilməlidir ki, işin gerçək halları ilə həmin şəxslərin Zərərçəkmiş şəxs qarşı qərəzli olmalarının müəyyən edilməsi heçdə çətin deyildir. Belə ki, tərəflər arasında yaranmış dava-dalaşın kökündə Zərərçəkmiş şəxs Tala çayı tərəfdən sel sularının qarşısının alınması məqsədilə çəkdiyi və sakinlərin gediş-gəliş yolu kimi istifadə etdikləri çay daşlarından tikilmiş bəndin başlanğıcına hər iki tərəfdən ağac dirəklər basdırıb ortasından dəmir zəncir çəkməklə sakinlərin və mal-qaranın bəndin üzəri ilə sərbəst hərəkət etməsinə məhdudiyyət yaratması olmuşdur. Şahid3 İsa oğlu və Şahid4 da sözügedən yoldan daimi istifadə edən şəxslərdirlər və Zərərçəkmiş şəxs həmin yolu bağlaması onların da mənafelərinə toxunduğundan yolun bağlanmasından Təqsirləndirilən şəxs kimi onlarda narazıdırlar. Onların bu narazılığını həm ibtidai istintaq dövründə, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı verdikləri ifadələrindən görmək olur. Və həmin narazılıq zəminində sözügedən şahidlərin mənafeləri Təqsirləndirilən şəxs mənafeyi ilə birləşir. Ona görə də kollegiya şahidlər Şahid3 İsa oğlunun və Şahid4 verdikləri ifadələrini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM 140.0 və 140.0.1-ci maddələrinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər, məhkəmə araşdırması zamanı həmin ekspertiza rəylərinin mötəbərliyi bir neçə dəfə ekspertiza təyin edilməklə yoxlanılmış, bütün ekspert komissiyaları eyni nəticəyə gəldiyi halda birinci instansiya məhkəməsi tərəfindən həmin ekspert rəylərinin ehtimallara əsasən mübahisələndirilməsi anlaşılan deyil. Bu baxımdan kollegiya Təqsirləndirilən şəxs ifadələrini daha çox özünü müdafiə xarakterli hesab edir, şahidlər Şahid1, Şahid4, Şahid3 İsa oğlunun ifadələrini səmimi qəbul etmir, onların ifadələrinə, yuxarıda göstərilənlərə əsasən şübhə ilə yanaşır. Bu səbəbdən məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən biridigərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və X15 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Şərh edilən xüsusatlara məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Birinci instansiya məhkəməsi onun barəsində bəraət hökmü çıxarmaqda səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinin sübuta yetirilməməsi əsası ilə təqsirsiz elan edərək ona bəraət verməkdə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinin dəlillərini tam, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini isə qismən əsaslı sayır. Göründüyü kimi, Şəki Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs barəsində çıxardığı hökmündə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. CPM-in 399.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. CM-in 126.1-ci maddəsinə əsasən, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CPM-in 346.1.12-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmamasına müşavirə otağında baxmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkməli olubolmamasını müzakirə edərək, onun cəzа çəkmədən də islаh olunmаsının mümkün olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində AR CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilən cəza şərti olaraq tətbiq olunmalıdır. Belə ki, Azərbаycаn Respublikаsının Cinаyət Məcəlləsinin: 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü mаddəsinə əsаsən, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. 59.2-ci mаddəsinə əsаsən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsində göstərilir ki, məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-in 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-nin 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа, аzаdlığın məhdudlаşdırılmаsı və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Göründüyü kimi qаnunverici şərti məhkum etmənin təyin edilməsi üçün zəruri şərt olаrаq məhkumun cəzа çəkmədən islаh olunmаsının mümkün sаyılmаsını müəyyən etmişdir. Məhkum bаrəsində Cinаyət Məcəlləsinin 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlаrlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumlаrdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Məhkəmə kollegiyаsı onu dа qeyd edir ki, şərti məhkum etmə zаmаnı məhkum cinаyət məsuliyyətindən аzаd olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəzа icrа olunmаsа dа təyin olunаn cəzа qаnunlа müəyyən olunmuş xüsusi formаdа şərti həyаtа keçirilir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyası bu qənaətini təqsirləndirilən şəxsin 71 yaşında ahıl şəxs olması, əməlində ağırlaşdırıcı halın olmaması, əvvəllər məhkum olunmaması, onun cinayət törətməyə meyilli şəxs olmaması və cəmiyyət üçün tam yararsız olmaması ilə əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilməsini məqsədə uyğun hesаb etmir. Zərərçəkmiş şəxsin maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iddiasının təmin edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə bununla razılaşmır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq vurulmuş maddi ziyanın əvəzi olaraq 25000 (iyirmi beş min) manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat olmaqla, cəmi 35000 (otuz beş min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. CPM-in 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki cavabdehdən maddi ziyana görə 25000 (iyirmi beş min) manat, mənəvi ziyna görə 10000 (on min) manat pul tələbi ilə bağlı hazırkı cinayət işi üzrə mülki qaydada məhkəmədə iddia qaldırsa da, həmin tələblə bağlı təqdim olunan sübutları yetərli deyildir. Mənəvi ziyanla bağlı məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Ona görə də kollegiya hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki cavabdeh olan Təqsirləndirilən şəxs maddi ziyana görə 25000 (iyirmi beş min) manat, mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pul tələbi ilə bağlı hazırkı cinayət işi üzrə verdiyi mülki iddia baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CPM-in 399.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 398.1.2-ci maddəsinə görə, apellyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə bəraət verilməsinə, CM-in 188.1-ci maddəsi ilə isə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü CM-nin 126.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 66.3-cü maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə ona CM-in 188.1-ci maddəsi ilə təyin edilmiş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-in 70-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 3 (üç) il (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməli, sınaq müddətində Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarət edən orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gecə saat 2300-dan səhər saat 0600dək yaşayış yerini tərk etməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iddiası baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Hökm etdi: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə bəraət verilməsinə, CM-in 188.1-ci maddəsi ilə isə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)-12/2020 nömrəli hökmü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)-12/2020 nömrəli hökmü ilə CM-in 188.1-ci maddəsi ilə təyin edilmiş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. CM-in 70-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 3 (üç) il (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətində Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin və onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, davranışına nəzarət edən orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gecə saat 2300-dan səhər saat 0600dək yaşayış yerini tərk etməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs “maddi və mənəvi zərərin ödənilməsi tələbi” ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)-12/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-95/2021
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-95/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver