Məhkəmə qərarları › İş №1(107)-96/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-96/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-96/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərrləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət İttihamçısı Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarənin prokuroru, birinci dərəcəli hüquqşünas X42 oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X15 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona həmin maddələrlə cəza təyin olunmaması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 08 (səkkiz) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasına dair Qəbələ Rayon Məhkəməsinin (sədrlik edən E.İsayev) 23 noyabr 2020ci il tarixli, 1(025)-21/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs bəraət verilməsi xahişinə dair apelyasiya şikayətinə, bundan əlavə Dövlət ittihamçısı3 təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etməsinə dair apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (sədrlik edən E.İsayev) 23 noyabr 2020-ci il tarixli, 1(025)-21/2020 nömrəli hökmü ilə xx.xx.1959-cu ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qalacıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və CM-in 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona həmin maddələrlə cəza təyin olunmaması, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 08 (səkkiz) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs üzərinə yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 635 (altı yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi hökm edilmişdir. İşin halları: Qəbələ Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 1(025)-21/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 2005-2010-cu illərdə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, tamah niyyəti ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi ilə bağlı saxta sənədlərdən istifadə edərək subsidiya almaq qərarına gəlmiş, bu məqsədlə öz qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən suiistifadə edərək, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və ailəsi üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə torpaqların icarəyə verilməsi səlahiyyətindən öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib 2002-2004-cü illərdə İsmayıllı rayonunun Qalacıq kənd sakinləri X1, X8, Şahid5, Şahid7, X9 və X16 15 və 20 il müddətinə qanuni əsaslarla icarəyə verilmiş Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid əkin təyinatlı 60 hektar torpaq sahəsinin həmin icarə müqavilələri qüvvədə olduğu halda, tamah niyyəti ilə oğlu X17 15 il müddətinə icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatların daxil edildiyi 14 avqust 2006-cı il tarixli hüquq verən rəsmi sənəd hesab olunan, üzərində sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Şahid17 imzası istintaqla müəyyən edilməyən başqa şəxs tərəfindən icra edilməklə saxtalaşdırılan icarə müqaviləsini hazırlayaraq vəzifə saxtakarlığı etmiş, bundan sonra o, öz cinayətkar əməlini davam etdirərək İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 9 mart 2007-ci il tarixli, 27 nömrəli sərəncamı ilə 15 noyabr 2011-ci ilə qədər Qalacıq bələdiyyəsinin sədri kimi Qalacıq kənd inzibati ərazi dairəsi üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımların paylanması ilə bağlı yaradılmış kənd ərazi komisiyasının üzvü olarkən öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, yəni Səbuhi Ağayevin adından Qalacıq Kənd Ərazi Komissiyasına təqdim edilmiş rəsmi sənəd olan 2007-2008-ci illərə aid tarixsiz ərizədə “İmza” qrafasında Səbuhi Ağayevin adının qarşısında, üzərlərindəki imzalar saxta olan 18 noyabr 2008-ci il tarixli, 27 may 2009-cu il tarixli, 30 noyabr 2009-cu il tarixli, 23 aprel 2010-cu il tarixli, 26 noyabr 2010-cu il tarixli, 27 may 2011-ci il tarixli, 280 nömrəli baxış aktlarına, 14 avqust 2006-cı il tarixli 01 nömrəli, 1 oktyabr 2008-ci il tarixli 10 nömrəli icarə müqavilələrinə imza etməklə vəzifə səlahiyyətlərindən suiistifadə və vəzifə saxtakarlığı etmiş, Qalacıq kənd inzibati ərazi dairəsi üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımların paylanması ilə bağlı yaradılmış kənd ərazi komisiyasına Səbuhi Ağayevin adından 28.11.2009-cu il, 20.04.2010-cu il, 23.11.2010-cu il, 25.05.2011-ci il, 26.11.2011-ci il, 18.05.2012-ci il, 25.11.2012-ci il, 27.11.2014-cü il və 13.05.2016-cı il tarixlərində sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Şahid17 imzası istintaqla müəyyən edilməyən başqa şəxs tərəfindən icra edilməklə saxtalaşdırılmış 14 avqust 2006-cı il tarixli icarə müqaviləsini, o cümlədən 25.05.2011ci ildə Qalacıq bələdiyyəsinə məxusus 60 hektar bələdiyyənin ehtiyat fonduna aid ərazilərin Səbuhi Ağayevə eyni tarixli icarə müqavəiləsi əsasında naturada 15 il müddətinə icarəyə verlməsi ilə bağlı keçmiş İsmayıllı rayon Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin əməkdaşı Şahid18 yerinə istintaqla müəyyən edilə bilməyən başqa bir şəxsin imza etdiyi 14 avqust 2006-cı il tarixli aktı, 25.11.2012-ci il və 29.05.2014-cü il tarixlərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Şahid17 yerinə istintaqla müəyyən edilə bilməyən başqa bir şəxsin imza etdiyi “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi” adlı 12 avqust 2006-cı il tarixli, 29/1 nömrəli sənədi, 13.05.2016-cı ildə 10 saylı “Səyyar-Asan xidmət” mərkəzində notariat kontorunun dövlət notariusuna əsli kimi təqdim edib notarial təsdiqlətmiş “B.E.F, ək, A, LİTİR-A, Qalacıq kənd sakini X17 15 (on beş) il müddətinə icarəyə verilmiş torpaq sahəsi S=60.0 (altmış) hek, S.Ağayev” məzmunlu düzəlişlər və əlavələr edilmiş “Qalacıq” təsərrüfatının yerqurluşu layihəsindən çıxarışı, üzərindəki imzanın saxta olduğu müəyyən edilən 14 avqust 2006-cı il tarixli aktı və sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Şahid17 imzası istintaqla müəyyən edilməyən başqa şəxs tərəfindən icra edilməklə saxtalaşdırılmış “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi” adlı 12 avqust 2006-cı il tarixli, 29/1 nömrəli sənədi, eləcə də 15.11.2008-ci il, 25.05.2009-cu il, eləcə də 22.05.2013-cü il, 26.11.2013-cü il və 29.05.2014-cü il tarixlərində üzərilərindəki imzaları saxta olduğu müəyyən edilən və yalan məlumatlar daxil edilmiş eyni torpaq sahəsinin, yəni Qalacıq bələdiyyəsinin podrat sahəsində yerləşən bələdiyyə mülkiyyətinin ehtiyat fonduna aid 60 hektar torpaq sahəsinin taxıl bitkiləri əkmək məqsədilə Səbuhi Ağayevə icarəyə verilməsi ilə bağlı 1 oktyabr 2008ci il, 1 oktyabr 2012-ci il, 28 may 2013-cü il və 1 iyul 2013-cü il tarixli on bir aylıq mövsümi icarə müqavilələrini, X12 adından olan 15 noyabr 2008-ci il tarixli məlumat cədvəlini, 18 noyabr 2008-ci il tarixli aktı, 25 may 2009-cu il tarixli ərizəni, 29 may 2009-cu il tarixli məlumat cədvəlini, 27 may 2009-cu il tarixli aktı, 28 noyabr 2009-cu il tarxli ərizəni, 1 dekabr 2009-cu il tarixli məlumat cədvəlini, 30 noyabr 2009-cu il tarixli aktı, 20 aprel 2010cu il tarixli ərizəni, 1 iyun 2010-cu il tarixli məlumat cədvəlini, 23 aprel 2010-cu il tarixli aktı, 23 noyabr 2010-cu il tarixli ərizəni, 1 dekabr 2010-cu il tarixli məlumat cədvəlini, 26 noyabr 2010cu il tarixli aktı, 25 may 2011-ci il tarixli ərizəni, 27 may 2011-ci il tarixli məlumat cədvəlini, 27 may 2011-ci il tarixli 280 nömrəli baxış aktlarını təqdim etməklə, həmçinin hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdıraraq, yəni 28 noyabr 2011-ci il tarixli 255 nömrəli baxış aktını, 21 may 2012-ci il tarixli, 267 nömrəli baxış aktını, 1 dekabr 2012-ci il tarixli ərizə-məlumatı, 28 noyabr 2012ci il tarixli 279 nömrəli baxış aktını, 22 may 2013-cü il tarixli ərizəni, 25 may 2013-cü il tarixli məlumat cədvəlini, 25 may 2013-cü il tarixli, 274 nömrəli baxış aktını, 26 noyabr 2013-cü il tarixli ərizə-məlumatı, 28 noyabr 2013-cü il tarixli, 242 nömrəli baxış aktını, 29 may 2014-cü il tarixli ərizəni, 31 may 2014-cü il tarixli məlumat cədvəlini, 31 may 2014-cü il tarixli 274 nömrəli baxış aktını, 29 noyabr 2014-cü il tarixli 305 nömrəli baxış aktlarındakı imzaları və həmin sənədlərin məzmununa yalan məlumatları əlavə edib istifadə etmək məqsədi ilə saxtalaşdıraraq təqdim etməklə, eyni zamanda bilə-bilə qeyd olunan saxta sənədlərdən istifadə edib təqdim etməklə dövlət orqanlarını aldadaraq Səbuhi Ağayevin adının digər yardım alan şəxslərin icmal siyahısına daxil edilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, yəni Respublika komissiyasına göndərilməsinə nail olunmaqla öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2008-ci ildə 2400 manat, 2009-cu ildə 4825,28 manat, 2010-cu ildə 2652,08 manat, 2011-ci ildə 2990,80 manat, 2012-ci ildə 5448,80 manat, 2013-cü ildə 3848,80 manat, 2014-cü ildə 3888,80 manat, 2015-ci ildə 5679,99 manat olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 31734,55 manat (otuz bir min yeddi yüz otuz dörd manat əlli beş qəpik) məbləğində büdcə vəsaitlərini ələ keçirib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla dələduzluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Dövlət ittihamçısı3 apelyasiya protesti verərək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin, apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübuta yetirilməmiş, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. İcarəyə verilmiş torpaq sahəsini əkib becərən Səbuhi Ağayev, buna görə subsidiyanı alan Səbuhi Ağayevdir. Bu əmələ görə Təqsirləndirilən şəxs nəyə görə günahlandırılmalıdır? Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli 2-1(107)- 195/2018-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, X22 60 ha torpaq sahəsini 2006-cı ildən əkib brcərməyə başlamış, 2009-2016-cı illərdə həqiqətən də əkib becərdiyi üçün ona 31734.55 manat subsidiya verilmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.10.2018-ci il tarixli 2-1(102)-1765/2018 nömrəli qərarı ilə də qüvvəsində saxlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 23 noyabr 2020-ci il tarixli, 1(025)-21/2020 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarənin prokuroru, 1 dərəcəli hüquqşünas X42 oğlu Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 399.1 və 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2005-2011-ci illərdə Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləmiş, bundan sonra sonuncu seçkiyə qədər bələdiyyənin üzvü olmuşdur. 2005-ci ildə Qalacıq bələdiyyəsinin sədri olan zaman ondan əvvəl bələdiyyə sədri olmuş mərhum Füzuli Umudov bələdiyyənin möhür və ştampını təhvil vermiş, bundan başqa hər hansı bir sənəd təhvil verməmişdir. O da buna dair akt tərtib etmişdir. Həmin vaxt mərhum Füzuli Umudov bələdiyyənin üzvü olmuşdur. Əvvəlki bələdiyyə üzvlərindən Nəcəf Babayev də yenidən bələdiyyənin üzvü seçilmişdir. O, bələdiyyə sədri seçildikdən sonra bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin kimin istifadəsində olmaları ilə maraqlanmış, bununla bağlı müvafiq araşdırma aparmış və bələdiyyənin gəlirini artırmaq üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahələrini kənd camaatına icarəyə verməyi qərara almışdır. Bələdiyyənin ehtiyat fonduna aid 60 ha torpaq sahəsinin 6 nəfər Qalacıq kənd sakinlərinin, yəni X7, Şahid7, X10, X3, Şahid5 və X2 istifadələrində olduğu müəyyən edilmişdir. Həmin şəxslərə qeyd olunan torpaq sahələrinin sənədlərini təqdim etmələri və icarə haqlarını ödəmələri üçün bələdiyyənin adından bir başa özlərinə bildiriş təqdim olunmuş, yuxarıda adlarını qeyd etdiyi şəxslər bələdiyyə icarə müqavilələrini təqdim etməmiş və icarə haqlarını ödəməmişlər, eyni zamanda icarə haqlarını ödəmələrinə dair qəbz təqdim etməmişlər. Həmin şəxslərdən qonşuluğunda yaşayan mərhum Faiz Abdullayevin qapısına bələdiyyənin üzvü Şahid10 ilə gedib torpaq sahəsinin sənədlərini təqdim etməsini və icarə haqqını ödəməsini tələb etmiş, mərhum Faiz Abdullayev ona cavabında, icarəsində olan torpağın sənədi olmadığını, icarə haqqı ödəmədiyini və torpağı əkib becərməyə imkanı olmadığını bildirmişdir. Həmin ilin avqust ayına kimi qeyd etdiyi torpaq sahələri boş qalmışdır. Həmin boş qalmış torpaq sahələri, yəni Qalacıq bələdiyyəsi mülkiyyətində olan 60 hektar torpaq sahəsi Səbuhi Ağayevin müraciəti əsasında 12 avqust 2006-cı il tarixli 09 nömrəli iclasın qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə sonuncunun icarəsinə verilmiş və sənədləşmə aparılması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə müraciət edilmişdir. O, həmin vaxt faktiki xəritə və mütəxəsis olmadığından bələdiyyənin ehtiyat fondunun və əkinə yararlı torpaq sahələrinin dəqiq yerlərini bilməmiş, elə buna görədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsin müraciət etmişdir. O qeyd edərək göstərmişdir ki, sonradan yuxarıda qeyd etdiyi boş torpaq sahələrinin bələdiyyənin ehtiyat fonduna aid torpaq sahələri olduğunu bilmiş, halhazırda da Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid torpaqlara dair rəsmi sənəd olmadığını bildirmişdir. Qalacıq bələdiyyəsinin müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ismayıllı rayon Şöbəsinin mütəxəsisi Şahid18 boş qalan torpaq sahəsinin cizgisini çəkib sənədlər hazırlamış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ismayıllı rayon Şöbəsinin 12 avqust 2006cı il tarixli rəyi ilə Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 60 hektar əkinə yararlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün oğlu Səbuhi Ağayevin icarəsinə verilməsinin məqsədə uyğun olduğu göstərilmiş, həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Qalacıq bələdiyyəsi mülkiyyətində olan 60 hektar torpaq sahəsi Səbuhi Ağayevin müraciəti əsasında 12 avqust 2006-cı il tarixli 09 nömrəli iclasın qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Həmin torpaq sahəsini əkib becərən Səbuhi Ağayev olmuşdur, bu fakt səlahiyyətli Komissiya tərəfindən də təsdiq olunaraq müvafiq “baxış aktları” tərtib olunmuşdur. Torpaq sahəsi Səbuhi Ağayev tərəfindən icarəyə götürülüb becərildiyindən təbii olaraq, dövlət tərəfindən ayrılan subsidiyanı da Səbuhi Ağayev özü almışdır. Səbuhi Ağayevlə hər hansı cinayət əlaqəsinə girməmişdir, onunla hər hansı bir cinayət ortaqlığı olmamışdır. Səbuhi Ağayev aldığı subsiyadan ona hər hansı məbləğdə pul verməmişdir. Onun belə bir niyyəti də olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X22 bildirdi ki, Qalacıq bələdiyyəsi mülkiyyətində olan 60 hektar torpaq sahəsi onun müraciəti əsasında 12 avqust 2006-cı il tarixli 09 nömrəli iclasın qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsini əkib becərən özü olmuşdur, bu fakt səlahiyyətli Komissiya tərəfindən də təsdiq olunaraq müvafiq “baxış aktları” tərtib olunmuşdur. Torpaq sahəsi onun özü tərəfindən icarəyə götürülüb becərildiyindən təbii olaraq dövlət tərəfindən ayrılan subsidiyanı da özü almışdır. “xxxx” ASC-dən adına olan plastik kartı özü götürmüş, həmin karta taxıl əkininə görə hər hektar torpaq sahəsi üçün dövlət tərəfindən ayrılmış vəsait köçürüilmüşdür. O, 2008-ci ildən başlayaraq icarəyə götürdüyü 60 hektar torpaq sahəsində hər il buğda əkib subsidiya almış, dövlət tərəfindən ayrılan pulu adına olan plastik kartdan özü çıxarmışdır. Təqsirləndirilən şəxslə hər hansı cinayət əlaqəsinə girməmişdir, aldığı subsiyadan Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişdir. Onun belə bir niyyəti də olmamışdır, ondan pul istəməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid18 bildirdi ki, Təqsirləndirilən şəxs Şahnazər oğlunu tanıyır. Qəbələ Rayon Məhkəməsində şahid qismində dindirilmişdir. O, İsmayıllı Rayon prokurorluğuna dəvət ediləndə ona kserosurət sənədləri göstəriblər. O həmin sənədlərə baxdıqda həmin sənədlərin kserosurət olduğunu və bu sənədlərin bir hissəsinin ona aid olduğunu bildirmişdir. Qəbələ Rayon Məhkəməsində ona İsmayıllı rayon Qalacıq kəndi “Qalacıq” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarış sənədi göstəriləndə, həmin sənədin başlığı və sonu onun xətti olduğunu, orta hissənin isə onun xətti olmadığını demişdir. 12 avqust 2006-cı il tarixdə onun tərəfindən hazırlanmış, həmin çıxarışda X26 bələdiyyəsinin mülkiyyətində olan 60 ha kolluq sahənin icarəyə verilmiş torpaq sahəsini əks etdirən cizgi olduğunu bildirmişdir. Bununla belə, ona təqdim edilən ikinci İsmayıllı rayon Qalacıq kəndi “Qalacıq” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarışın baş tərəfində “Azərbaycan Respublikası ismayıllı rayonu, Qalacıq kəndi, Qalacıq təsərrüfatının Yerqurluşu Lahiyyəsindən çıxarış Miqyas 1:10000 Təsdiq edilmiş, Qalacıq bələdiyyəsinin sədri M.S.Ağayev” yazısı, eləcə də çıxarışın aşağısındakı “DT və XK-nin ismayıllı rayon şöbəsinin müdiri Şahid17, İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi Şahid18, istifadəsi:” sözləri onun tərəfindən yazılsa da, lakin həmin çıxarışdakı cizgi, cizginin içərisində olan yazılar və qeyd edilən çıxarış sənədinin sol tərəfində yazılmış “Litir-A” Qalacıq kənd sakini X17 15 (on beş) il müddətinə icarəyə verilmiş torpaq sahəsi S=60.0 (altmış) hektar, eyni zamanda çıxarışın aşağı sağ küncündə olan S.Ağayev sözləri onun tərəfindən yazılmadığını, həmin sözlərin sonradan kimliyi bilinməyən şəxs tərəfindən çıxarış sənədinə əlavə edildiyini, qeyd olunan çıxarışda Şahid17 adının qarşısındakı imzanın ona, eləcə də adının qarşısında olan imzanın ona məxsus olmadığını bildirmişəm. Bundan əlavə ismayıllı rayon Qalacıq kəndi “Qalacıq” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarış sənədinin yuxarı hissəsində sağ tərəfdə qeyd edilmiş Təsdiq edirəm: Qalacıq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs sözlərinin qarşısındakı imza qrafasında Qalacıq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs imzası olmamışdır. Vətəndaşlara subsidiyalar veriləndə o rayon komissiyasının üzvü və katibi olmuşdur. Sudsidiyalar əkilmiş torpaqlara verilirdi. Əkilməyən torpaqlara subsidiyalar verilmirdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid4 bildirdi ki, atası Faiz Abdullayevin adına 6 hektar torpaq sahəsi olmuşdur. O Rusiya Federasiyasında yaşamış, 2009-cu ildə atası rəhmətə getdikdən sonra kəndə qayıtmışdır. O burda olmadığından həmin torpaq sahəsinin kimin tərəfindən əkilib-əkilmədiyini bilməmişdir. Həmçinin, həmin torpaq sahəsinin harda yerləşdiyinidə bilmir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid3 bildirdi ki, 2002-ci il avqust ayının 14-də o həmin ərazini müqavilə əsasında götürmüşdür. Həmin sahəni həmişə əkmiş, istifadə etmiş və dövlət tərəfindən ona verilən subsidiyalarıda almışdır. O, həmin torpaq sahəsini 2002-ci ildən bu ilə qədər hər il istifadə etmişdir. 2002ci ildə torpaq həyat yoldaşının adına götürülüb. Bələdiyyə sədri olduğu müddətdə ərizələrə əsasən 6 nəfərə torpaq sahəsi vermişdir. 2000-ci ilin əvvəlindən 2003-cü ilə qədər bələdiyyə sədri, çağırış müddəti bitənə qədər 2005-ci ilə qədər bələdiyyə üzvü olmuşdur. O, 2018-ci ilə qədər torpaq sahəsini müqavilə əsasında, 2018-ci ildən sonra isə torpaq sahəsinə çixariş almişdir. İşlədiyi müddət ərzində o 60 hektar torpaq sahəsini hissə- hissə paylamışdır. Lakin, Ağayev Səbuhinin hansı yeri əkdiyini, Səbuhi Ağayevin onun yerində əkmədiyini bildirdi. O 2005-2006-cı illərdə icarəyə götürdüyü torpağı əkməmişdir. Lakin, 2006-cı ildən 2017-ci ilə qədər həmin torpağı əkmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid7 bildirdi ki, 2002-ci ildən 8 hektar torpaq sahəsini müqavilə əsasında götürmüşdür. Həmin sahəsini həmişə əkmiş, illik icarə haqqlarını ödəmiş və dövlət tərəfindən ona verilən subsidiyaları almışdır. Onun torpaq sahəsi ilə Səbuhinin əkdiyi torpaq sahəsi arasında 200 metr məsafə vardır. Həmin torpaq sahəsində 2006-cı ildən 2017-ci ilə qədər Ziyafəddinin əkin əkdiyini görməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X23 bildirdi ki, torpaq sahəsi 2002-ci ildə 15 illik müqavilə ilə atasının adına olub. 2007-ci ildə atası rəhmətə getdikdən sonra, bir müddət fasilə etdikdən sonra 2011-ci ildən torpağı müqavilə ilə alıb becərmiş, 2014-cü ildə isə torpağı hərrac yolu ilə özünün adına keçirmişdir. Torpağı əkib becərdiyinə görə subsidiyanı xxxxın kartı ilə həmişə almışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid11 bildirdi ki, mərhum atasının adına 6 hektar torpaq sahəsi olub. Atası sağlığında Təqsirləndirilən şəxs ilə razılığa gəlib və atasının adına olan torpağı 2019-cu ilə qədər Təqsirləndirilən şəxs və atası əkmişdir. Həmin torpaq sahəsini əkib-becərdiyinə görə subsidiyanı atası almışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid5 bildirdi ki, icarəyə götürdüyü torpağı imkanı olmadığı üçün əkib-becərmək üçün Təqsirləndirilən şəxs həvalə etmişdir. 2002-ci ildə 8 hektar torpaq sahəsini icarəyə götürmüşdür. 2010-cu ildən torpaq sahəsini imkanı olmadığı üçün Təqsirləndirilən şəxs vermişdir. Əkdiyi dövr ərzində subsidiya almışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 5 mart 2020-ci il tarixli, 2916 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 2008-2016-cı illərdə İsmayıllı rayonunun Qalacıq kənd sakini X17 dövlət büdcəsinin vəsaiti hesabına 30.202,00 manat yardımın ayrılması, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 15 noyabr 2008-ci il tarixdən 13 may 2016-cı il tarixədək olan olan dövrü əhatə edən hesabdan çıxarış üzrə isə ayrılmış vəsaitin 19.957,00 manat məbləğində məxaric olunması müəyyən olunur. Yəni yalnız 19.957,00 manat məbləğində vəsait məxaric edilməsi müəyyən edildiyi təqdirdə dövlət büdcəsindən 19.957,00 manat məbləğində vəsaitin artıq verilməsi müəyyən olunur. Dövlət büdcəsinə dəymiş ziyana görə kimin və ya kimlərin məsuliyyət daşıması hüquqi xarakterli məsələ olduğundan istintaq tərəfindən həll edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 24 yanvar 2020-ci il tarixli 697 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X12 adından olan 26 noyabr 2011-ci il tarixli ərizə-məlumatda “İmza, tarix” qarafasındakı imza, 28 noyabr 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, X12 adından olan 18 may 2012-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza, X12 adından olan 21 may 2012-ci il tarixli məlumat cədvəlində “imzası, möhür” qrafasındakı imza, 21 may 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar: 6.” qrafasındakı imza, 25 may 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 6.” qrafasındakı imza, X12 adından olan 27 noyabr 2014-cü il tarixli ərizə-məlumatda “İmza, tarix” qarafasındakı imza, 29 noyabr 2014-cü il tarixli 305 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza, X12 adından olan 13 may 2016-ci il tarixli ərizədə “İmza” qrqfasındakı imza, X12 adından olan 25 may 2016-cı il tarixli məlumat cədvəlində “imza” qrafasındakı imza, 23 may 2016-cı il tarixli əkin sahələrinə baxış aktında “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik: 6” və “Aktın surətini aldım:” qrafalarındakı imzalar - X22 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 12 avqust 2006-cı il tarixli 09 nömrəli iclas protokolundan çıxarışın kserosurətində əks olunmuş əlyazmalar və “Bələdiyyənin sədri:” qrafasında əks olunmuş imza - BABAYEV NƏCƏF MİRƏDDİN oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 1 oktyabr 2012-ci il tarixli 02 nomrəli icarə müqaviləsinin kserosurətində, 28 may 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin kserosurətində, 1 iyun 2013-cü il tarixli 08 nömrəli icarə müqaviləsində “İsmayıllı bələdiyyəsinin sədri:” qrafaları qarşısında əks olunmuş imzalar tədqiqi hissədə göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin imzaların X13, Təqsirləndirilən şəxs, X22 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.03.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, X12 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinə (bundan sonra cavabdeh və ya İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsi) qarşı, üçüncü şəxslər İsmayıllı Rayon Qalacıq bələdiyyəsi və İsmayıllı Rayon Qalacıq Kənd Əkin Komissiyası cəlb edilməklə, “2016-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinin 15 ha hissəsinə görə ödənilməli olan 1350 manat və 2017-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinə görə ödənilməli olan 5400 manat subsidiya olmaqla, cəmi 6750 manat subsidiyanın verilməsi üçün sənədlərin qəbul edilməsinin və subsidiyanın ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 25 yanvar 2018-ci il tarixli 2-1(84)-37/2018 nömrəli qərarı ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Səbuhi Ağayev apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2-1(84)-37/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli 2-1(107)-195/2018-ci il tarixli qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: İşin həqiqi hallarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 12.08.2006-cı il tarixli rəyinə əsasən, İsmayıllı Rayon Qalacıq Bələdiyyəsinin 12.08.2006-cı il tarixli 09 nömrəli iclas protokol qərarı ilə bələdiyyə mülkiyyətində olan 60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 15 il müddətinə iddiaçının icarəsinə verilmiş, 14.08.2006-cı il tarixdə Qalacıq Bələdiyyəsi ilə iddiaçının arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanaraq həmin müqavilə 15.08.2006-cı il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində torpaq sahələrindən istifadəyə hüquq verilməsinə dair 29/2 nömrəli sənədlərin qeydiyyat kitabında qeydiyyata alınmışdır. Qalacıq Bələdiyyəsinin 13.09.2017-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı tərəfindən həmin torpaq sahəsində 2015-2016, 2016-2017-ci illərdə kənd təsərrüfatı məhsulları (buğda, arpa) əkilmişdir. Məhkəmə kollegiyası cavabdehin etirazı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Qalacıq Bələdiyyəsi ilə Səbuhi Ağayevin arasında bağlanmış 14 avqust 2006-cı il tarixli torpağın icarəyə verilməsi barədə müqavilə bələdiyyə tərəfindən bağlanmışdır. Müqaviləni bağlayan Qalacıq Bədiyyəsi həmin müqaviləni hər hansı qaydada mübahisələndirməmişdir. Odur ki, əgər müqavilə mübahisləndirilməyibsə, notariat qaydasında bağlanmamış olsa belə, müqavilə qüvvədədir. Qalacıq Bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli 09 nömrəli protokolundan görünür ki, bələdiyyənin Podrat sahəsində olan bələdiyyə mülkiyyəti torpaqlarından Səbuhi Ağayevə kənd təsərrüfatı məqsədilə 60 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. 14 avqust 2006-cı il tarixli Qalacıq Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin mütəxəssisi Şahid18, icarəçi Səbuhi Ağayev tərəfindən imzalanmış aktdan görünür ki, 14 avqust 2006-cı il tarixdə Qalacıq Bələdiyyəsi ilə Səbuhi Ağayevin arasında bağlanmış müqaviləyə əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı (BEF) torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 60 ha torpaq sahəsi ölçülərək 15 il müddətinə icarəyə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 12.08.2006-cı il tarixli rəyindən görünür ki, Qalacıq Bələdiyyəsinin mülkiyyətinə verilmiş 60 ha əkinə yararlı torpaq sahəsinin kənd təsərrüfatı məhsullları istehsalı üçün Səbuhi Ağayevə icarəyə verilməsi məqsədəuyğundur. Qalacıq Bələdiyyəsinin 28 iyul 2017-ci il 52 nömrəli arayışından görünür ki, Səbuhi Ağayevin müqavilə əsasında istifadəsində olan və Podrat adlı sahədə yerləşən 60 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aiddir, təyinatı əkindir. Göründüyü kimi, hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, bələdiyyə torpağı iddiaçının icarəsinə vermiş, icarəçi isə torpağı hər il 1200 manat icarə haqqı ödəmək öhdəliyini üzərinə götürmüşdür. Əkin sahələrinə baxış haqqında 18 may 2017-ci il tarixli 346 nömrəli aktın surətindən görünür ki, Şahid14, X18, X25, X29, X19 və X4 təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün ərizə ilə Qalacıq kənd Əkin Komissiyasına müraciət etmiş, istehsalçı Səbuhi Ağayevin ərizəyə əlavə cədvəldə göstərdiyi 3,10 ha əkin sahəsinə istehsalçının iştirakı ilə baxış keçirilərkən 3,10 ha buğda əkildiyi müəyyən edilmişdir. Qalacıq Bələdiyyəsinin 13 sentyabr 2017-ci il tarixli 60 nömrəli arayışından görünür ki, Səbuhi Ağayev müqavilə əsasında icarəsində olan 60 ha torpaq sahəsində 2015-2016, 2016-2017-ci illərdə kənd təsərrüfatı məhsulları (buğda, arpa) əkmişdir. Bundan başqa bələdiyyənin arayışlarında da indiyə kimi iddiaçı tərəfindən icarə haqlarının ödənilməsi öz əksini tapmışdır. Qalacıq kənd Əkin Komissiyasının nümayəndəsi özü də məhkəmə kollegiyasının iclasında izahatında bildirdi ki, həmin illərdə 2006-cı ildən 2016-cı ilə kimi və 2016-2017-ci illərdə iddiaçı 60 ha torpaq sahəsindən istifadə etmiş, torpağı əkib-becərmiş və hal-hazırda da istifadə edir. Göründüyü kimi, iddiaçı 2006-2015-ci illər ərzində sözügedən torpaq sahəsində buğda və arpa əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı (subsidiya) almış, ondan sonra yəni, 2015-2016 və 2016-2017-ci illər ərzində iddiaçı əvvəllər yardım aldığına görə bundan sonra da həmin yardımın ona veriləcəyinə ümid edərək, yəni inzibati orqanın inzibati praktikasına etimad göstərərək, həmin torpaq sahəsini yenə də əkibbecərmişdir. Lakin İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsi eyni torpaq sahəsinin becərilməsinə görə, 2006-2015-ci illər üçün dövlət büdcəsindən ayrılan subsidiyanı ödəsə də, 2016-cı ildə həmin 60 ha torpaq sahəsinin 45 hektarına subsidiyanı ödəmiş, 15 hektarına isə ödəməmiş, 2017-ci ildə isə ümumiyyətlə ödəməkdən imtina etmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 14 avqust 2006-cı il tarixli 01 nömrəli müqavilə ilə, Qalacıq Bələdiyyəsi tərəfindən X36 Bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli 09 saylı protokolu əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün 60 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsini, həmin müqavilənin mübahisələndirilməməsini və hal-hazırda qüvvədə olmasını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 12.08.2006-cı il tarixli rəyinə əsasən, Qalacıq Bələdiyyəsinin mülkiyyətinə verilmiş 60 ha əkinə yararlı torpaq sahəsinin kənd təsərrüfatı məhsullları istehsalı üçün Səbuhi Ağayevə icarəyə verilməsinin məqsədəuyğunluğunu, Qalacıq Bələdiyyəsinin 13 sentyabr 2017-ci il tarixli 60 nömrəli arayışı ilə Səbuhi Ağayevin müqavilə əsasında icarəsində olan 60 ha torpaq sahəsində 2015-2016, 2016-2017-ci illərdə kənd təsərrüfatı məhsulları (buğda, arpa) əkibbecərməsinin təsdiq olunmasını və məhkəmə kollegiyasının iclasında iştirak edən Qalacıq kənd Əkin Komissiyasının və Qalacıq Bələdiyyəsinin nümayəndələrinin izahatlarında qeyd etdikləri kimi Səbuhi Ağayevin 2016-2017-ci illərdə də ona verilən 60 ha torpaq sahəsində buğda və arpa əkib-becərdiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki,14 avqust 2006-cı il tarixli icarə müqavilə bağlanan zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi həmin torpaq sahəsinin əkin üçün yararlı olduğuna dair 12.08.2006-cı il tarixli rəy verdiyinə görə, cavabdehin həmin torpaq sahəsinin örüş və kolluq ərazi olmaqla əkin üşün yararlı olmaması haqqında etirazında qeyd etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bundan başqa cavabdeh inzibati orqan eyni torpaq sahəsinə görə təqdim edilən eyni sənədlər əsasında (icarə müqaviləsi və s.) 2006-2016-cı illər ərzində subsidiyanı ödəmişdir. Lakin 2016-2017-ci illərdə əvvəllər qanunauyğun hesab edərək qəbul etdiyi sənədləri bu dəfə qanunauyğun hesab etməmiş, əvvəllər uzun illər ərzində əkin üçün yararlı hesab edərək subsidiya ödədiyi torpaq sahəsini əkin üçün yararsız hesab etmiş, yuxarıda qeyd edilən əsaslarla iddiaçıya subsidiya ödəməkdən imtina etmişdir. Kollegiyaya görə inzibati orqanın bu hərəkəti həmin orqanın formalaşdırdığı və uzun illər ərzində, davamlı olaraq əməl etdiyi və vətəndaşların da etimad göstərmək hüquqları olduğu inzibati praktikasından qanuni əsaslar olmadan imtina etməsi anlamını verir. Kollegiyaya görə inzibati orqanın 2016-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinin 15 ha hissəsinə görə ödənilməli olan 1350 manat və 2017-ci ildə buğda əkilmiş 60 ha torpaq sahəsinə görə ödənilməli olan 5400 manat subsidiya olmaqla, cəmi 6750 manat subsidiyanın verilməsi üçün sənədlərin qəbul edilməsinin və subsidiyanın ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək 2016-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinin 15 ha hissəsinə görə ödənilməli olan 1350 manat və 2017-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinə görə ödənilməli olan 5400 manat subsidiya olmaqla, cəmi 6750 manat subsidiyanın verilməsi üçün sənədlərin qəbul edilməsinin və subsidiyanın ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli 2-1(107)-195/2018-ci il tarixli qərarı ilə iddiaçı X22 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2-1(84)-37/2018 nömrəli qərarı ləğv edilmişdir. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmişdir. 2016-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinin 15 ha hissəsinə görə ödənilməli olan 1350 (bir min üç yüz əlli manat) manat və 2017-ci ildə buğda əkilmiş 60 ha torpaq sahəsinə görə ödənilməli olan 5400 (beş min dörd yüz) manat subsidiya olmaqla, cəmi 6750 (altı min yeddi yüz əlli) manat subsidiyanın verilməsi üçün sənədlərin qəbul edilməsinin və subsidiyanın iddiaçı X17 ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.10.2018-ci il tarixli 2-1(102)-1765/2018 nömrəli qərarı ilə cavabdeh Kənd Təsərrüfat Nazirliyinin İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin kasasiya şikayəti təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018ci il tarixli, 2-1(107)195/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda məlum cinayət işinə apellyasiya protesti və şikayəti əsasında yenidən baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri yoxdur. Belə ki, ona həmin maddələrlə ittiham ona görə verilmişdir ki, öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2008-ci ildə 2400 manat, 2009-cu ildə 4825,28 manat, 2010-cu ildə 2652,08 manat, 2011-ci ildə 2990,80 manat, 2012-ci ildə 5448,80 manat, 2013-cü ildə 3848,80 manat, 2014-cü ildə 3888,80 manat, 2015-ci ildə 5679,99 manat olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 31734,55 manat (otuz bir min yeddi yüz otuz dörd manat əlli beş qəpik) məbləğində büdcə vəsaitlərini ələ keçirib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla dələduzluq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Qalacıq bələdiyyəsi mülkiyyətində olan 60 hektar torpaq sahəsi X12 müraciəti əsasında 12 avqust 2006-cı il tarixli 09 nömrəli iclasın qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə X12 icarəsinə verilmişdir. Həmin torpaq sahəsini əkib becərən özü olmuşdur, bu fakt səlahiyyətli Komissiya tərəfindən də təsdiq olunaraq müvafiq “baxış aktları” tərtib olunmuşdur. Torpaq sahəsi onun özü tərəfindən icarəyə götürülüb becərildiyindən təbii olaraq dövlət tərəfindən ayrılan subsidiyanı da özü almışdır. “xxxx” ASC-dən adına olan plastik kartı özü götürmüş, həmin karta taxıl əkininə görə hər hektar torpaq sahəsi üçün dövlət tərəfindən ayrılmış vəsait köçürülmüşdür. O, 2008-ci ildən başlayaraq icarəyə götürdüyü 60 hektar torpaq sahəsində hər il buğda əkib subsidiya almış, dövlət tərəfindən ayrılan pulu adına olan plastik kartdan özü çıxarmışdır. Təqsirləndirilən şəxslə hər hansı cinayət əlaqəsinə girməmişdir, aldığı subsiyadan Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişdir. Onun belə bir niyyəti də olmamışdır, ondan pul istəməmişdir. Təqsirləndirilən şəxs X22 ilə cinayət törətməkdə qəsdən birgə iştirakı təsdiq olunmayır və Təqsirləndirilən şəxs da iştirakçılığa görə də ittiham verilməmişdir. Məhkəmə kollegiyası Qəbələ Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 1(025)-21/2020 nömrəli hökmünün Təqsirləndirilən şəxs CM-in 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və CM-in 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona həmin maddələrlə cəza təyin olunmaması hisssəsi ilə razılaşaraq hesab edir ki, hökm həmin hissədə qüvvədə saxlanılmalıdır. Həmçinin, bu hissədə ittihamın əsasını təşkil edən sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də yuxarıda ətraflı təsvir edilib, şərh edildiyindən, eləcədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşdığından kollegiya bu sübutları yenidən təsvir edərək, şərh edilməsinə zəruriət bilmir. Lakin, bu fikridədir ki, həmin hökm Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində həmin hissədə bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiysı belə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, üçüncü şəxslər üçün-oğlu X12 qanunsuz üstünlük əldə etməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmişdir. Bu əməlinə görə də, ona CM-in 308.1, 313 və 320.1-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə tərəfindən də ittiham hökmü çıxarılmışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, üçüncü şəxslər üçün-oğlu X12 qanunsuz üstünlük əldə etməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində X17 artıq içarəyə verilmiş torpaq sahəsini X12 özünün əkərək becərməsi və buna görə də dövlət tərəfindən ayrılmış subsidiyanın X12 “xxxx” ASC-də olan plastik kart hesabına köçürülməsi, həmin vəsaitin X12 yenə də özü tərəfindən cıxarılaraq götürülməsi Təqsirləndirilən şəxs əməllərində CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin tərkib əlamətlərinin olmasını istisna edir. Çünki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4cü maddələri ilə ittiham ona görə verilmiş və ona görə məhkum olunmuşdur ki, o, öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2008-ci ildə 2400 manat, 2009-cu ildə 4825,28 manat, 2010-cu ildə 2652,08 manat, 2011-ci ildə 2990,80 manat, 2012-ci ildə 5448,80 manat, 2013-cü ildə 3848,80 manat, 2014-cü ildə 3888,80 manat, 2015-ci ildə 5679,99 manat olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 31734,55 manat (otuz bir min yeddi yüz otuz dörd manat əlli beş qəpik) məbləğində büdcə vəsaitlərini ələ keçirib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla dələduzluq etmişdir. Halbuki, apellyasiya icraatında 31734,55 manat məbləğində büdcə vəsaitini 60 ha torpağı icarəyə götürən və faktiki olaraq torpaq sahəsini becərdiyinə görə və bu faktın səlahiyyətli Komissiya tərəfindən təsdiq olunmasına görə X12 özü tərəfindən “xxxx” ASC tərəfindən verilmiş plastik kart vasitəsi ilə çıxarılması, həmin vəsaitin heç bir halda Təqsirləndirilən şəxs aid olmaması, aralarında bölüşdürülməməsi halı tam sübuta yetirilir. CM-in 178-1-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə məsuliyyət yaranır. Məhkəmə kollegiyası hesab edir ki, X22 icarəyə götürdüyü 60 ha torpaq sahəsini əkdiyinə görə dövlət tərəfindən ona ayrılmış vəsaiti Təqsirləndirilən şəxs ələ keçirməmişdir, həmin vəsaiti qanuni sahibi olan X22 özü bankda adına açılmış plastik kart vasitəsi ilə özü almışdır. Eləcə də onların qəsdən cinayəti törətməkdə qəsdən birgə iştirakçılığı da istisna edilir və onlara belə bi ittiham da verilməmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 2005-2010cu illərdə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, tamah niyyəti ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi ilə bağlı saxta sənədlərdən istifadə edərək subsidiya almaq qərarına gəlmiş,-----“öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2008-ci ildə 2400 manat, 2009-cu ildə 4825,28 manat, 2010-cu ildə 2652,08 manat, 2011-ci ildə 2990,80 manat, 2012-ci ildə 5448,80 manat, 2013-cü ildə 3848,80 manat, 2014-cü ildə 3888,80 manat, 2015-ci ildə 5679,99 manat olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 31734,55 manat (otuz bir min yeddi yüz otuz dörd manat əlli beş qəpik) məbləğində büdcə vəsaitlərini ələ keçirib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla dələduzluq etmişdir. Halbuki, öyrənilən işdən aydın olur ki, Qalacıq bələdiyyəsi mülkiyyətində olan 60 hektar torpaq sahəsi Səbuhi Ağayevin müraciəti əsasında 12 avqust 2006-cı il tarixli 09 nömrəli iclasın qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Öz növbəsində Səbuhi Ağayev dövlət tərəfindən verilən subsidiyanı ilk dəfə 2008-ci ildə almışdır. Bu baxımdan da, təqsirləndirlən şəxsin 2006-cı illərdə mübahisəli torpaq sahəsini oğlunun adına rəsmiləşdirərkən məqəsinin məhz həmin niyyətə yönəlməsi inandırıcı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi yuxarıdakı məsələləri kifayət qədər araşdırmadan, həmin halları dəyərləndirmədən Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmiş, müdafiə tərəfinin təqsirləndirilən şəxsin bilavasitə müdafiəsi üçün göstərdiyi dəlilləri tədqiq edərək onlara hüquqi qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Halbuki, CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli tam və obyektiv araşdırmaq daxildir. CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icratı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası xatırlatmağı zəruri sayır ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. İşə apellyasiya şikayəti üzrə yenidən baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsinin hakimi qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmuş, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırmamış, işə obyektiv qiymət verməmiş və nəticədə şəxsin qurama itihamla məsuliyyətə cəlb olunmasına yol vermişdir. Oxşar münasibətləri tənzimləyən CPM-in 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icratı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İtihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin hakimi işə baxarkən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər mühakimə icraatının həyata keçrilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair matreallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2016, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2016, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv“ anlayışının təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən süi-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdəm tutulmuş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilməmişdir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan və yuxarıda iqtibas olunmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə ğəlir ki, Əhməd Yusfovun ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi üçün əldə edilmiş sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan yuxarıda sadalanmış biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirli bilib, haqqında ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmiş, buna görə də Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 1(025)-21/2020 nömrəli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetiriləmədiyindən ona təqsirləndirildiyi CM-in 178.2.3 v. 178.2.4-cü maddəsi ilə olan hissədə bəraət verilməli, uyğun olaraq apellyasiya protesti təmin edilməməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Dövlət ittihamçısının apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 1(025)-21/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsi ilə olan hissədə ləğv edilsin və ona həmin maddələrlə bəraət verilsin. Təqsirləndirilən şəxs CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm çıxarıldığı andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar