Məhkəmə qərarları › İş №1(107)-96/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-96/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-96/2023 10.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər X56 oğlunun sədrliyi, Rəfiyev Rövşən Rafiq oğlu və X7аn ibаrət tərkibdə, X11 iclas katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 və onun müdəfiəçisi X6 iştirakları ilə, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 147.2-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(051)-154/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs X28 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 02 dekabr 2022-ci il tarixli 1(051)-154/2022 nömrəli hökmü ilə, xx.xx.1967-ci il tarixdə Yevlax rayonunun Qoyunbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Yevlax rayonunun Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2ü ilə CM-in 148-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasında saxlanılan X14 CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən X19 yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay) müddətə azadlıqdan məhrum etmə cəzası Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2022 saylı 09 iyun 2022-ci il il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Yevlax Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən çəkilmiş cəzanın qəti cəza müddətinə hesablanmaqla X19 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 09 iyun 2022-ci il tarixdən hesablanması, Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2022 saylı 09 iyun 2022-ci il il tarixli hökmü ilə X14 barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən xüsusi ittihamçı X29 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək “Youtube” sosial şəbəkəsində yayımlanan “Azərifreedom” internet kanalı vasitəsilə şəhid oğlu Babək Səmidlinin barəsində xüsusi ilə ağır cinayətdə ittiham etmiş X14 CM-in 147.2-ci maddəsinin sanksiyası həddində ən ağır həddə cəza təyin olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs-Qurban Məmmədli tərəfindən yaradılmış “YouTube” sosial şəbəkəsində yayımlanan “AzeriFreedom” internet kanalı vasitəsilə dəfələrlə yayımlanmış canlı proqramda şəhid övladı haqqında heç bir həqiqətə uyğun olmayan, heç bir hüquqi əsası olmayan yalan, təhqir və böhtan xarakterli məlumatlar yayımlanmışdır. O, məcbur olub bununla əlaqədar dövlət orqanlarına tədbir görülməsi üçün onlayn müraciət etməli olmuşdur. Onun bu müraciətindən sonra qarşı tərəf onu və ailəsini, şəhidin övladlarını müzakirəyə çıxartmış, hətta onun və şəhid övladının telefon nömrələrini canlı efirə çıxararaq onu və ailəsini təhqir etmələri barədə çağırışlar etmişlər. Hətta onun 2016-cı il döyüşlərindəki yaralanma faktının yalan və uydurma olmasını və adi məişət yaralanması kimi canlı efirdə təqdim etmişlər. Yevlax şəhərində yaşayan İlham Təhməzov adlı şəxs Tərtər cinayətlərinin bir nömrəli qatilinin guya Babək Səmidli olması barədə sübutları olduğunu söyləmiş, heç bir hüquqi fakta söykənməyən xüsusilə ağır cinayətdə ittiham edərək onu qatil adlandırılmışdır. X3 aparıcısı olduğu verilişdə Babək Səmidlini ən qorxulu qatil, dindar libası altında gizlənmiş münafiq, şəxsiyyətsiz və ləyaqətsiz adam adlandırmışdır. Verilişlərin birində naməlum bir qadının canlı efirdə zənginə şərait yaradaraq onun şəhid övladının ünvanına, müqəddəs ruhuna söyüş və təhqirlər yağdırır və İlham Təhməzov da verlişin aparıcısı kimi buna şərait yaratmışdır. İlham Təhməzov xx.xx.2021-ci il tarixli növbəti verlişində şəhidi cinayətkar adlandıraraq onun şəklini binalarının və ictimai iaşə müəssisələrinin üzərinə vurmuş obyektləri baykot etməyə çağırışlar etmişdir. Elə həmin verilişdə bildirir ki, “Sübut olunub ki, Babək Səmidli qatildir, o yüzlərlə, minlərlə hərbi qulluqçunun qətlə yetirilməsinə, şikəst edilməsinə və işgəncə verilməsinə birbaşa səbəbkar olan bir nömrəli şəxsdir. 2022ci ilin may ayında şəhidin övladı Səmid Səmidli ATV kanalında “Bizimləsən” verlişində SMA xəstəsi olan balaca Amirə dəstək üçün müəyyən pul vəsaiti ilə efirə yardım üçün getmişdir. İlham Aslanoğlu “Babək Səmidli ATV kanalında şəhid kimi təqdim olunub” başlığı ilə aparıcısı olduğu verilişdə şəhid övladını müzakirəyə çıxartmış və yenidən şəhidin təhqir olunmasına növbəti dəfə şərait yaratmışdır. İlham Təhməzov saxta, əsassız çıxışları ilə, geniş kütləni yönəltməyə çalışır. Şəhid polkovnikinin xatirəsinə hörmət olaraq atılan bütün müsbət addımları hədəfə alır. Bütün etik normaları aşaraq şəhidi və onun ailəsini, onların dincliyini pozan fəaliyyətlə məşğul olur. Şəhidin ünvanına qərəzli, aqressiv, saxta məlumatlarla dolu, gözdən salma kompaniyasi aparır. Əsası olmayan informasiyalarla daima böhtan atmaq niyyəti göstərir. Hətta minaya düşərək şəhid olmasını müəmmalı məqam olaraq bildirərək ictimai fikri çasdırmağa çalışır, halbuki, hərbi prokurorluq o faktı araşdırmış və müvafiq qərar qəbul etmişdir. Şəhidin ailəsini psixoloji sarsıntıya məruz qoyur. Eşitdiyinə görə Təhməzov hüquqşünasdır. Hüquqşunas olan şəxs minlərlə izləyicisi olan kanalda çıxış edirsə, söylədikləri hüquqi faktlara əsaslanmalıdır. İlham Təhməzov tərəfindən bütün bunları nə səbəbə etdiyini və hansı hüquqi əsaslara istinad etdiyi məlum deyildir. Şəhid atası olmaq həm şərəflidir, həm də övlad itirmək ağır bir sınaqdır. Onun oğlunun şəhid olması ona verilən şəhid ailə üzvünün vəsiqəsi ilə də dövlət tərəfindən təsdiq edilir. “Şəhid” anlayışının bir fenomen olaraq Azərbaycan xalqı üçün müqəddəs xarakter daşıdığı hamıya bəllidir və bunun heç bir hüquqi isbatına ehtiyac yoxdur. İlham Təhməzov şəhid övladının Aprel döyüşlərində yaralanmasının yalan olduğunu, Tərtər hadisələrinin 1 nömrəli qatili olmasını, şəxsiyyətsiz, ləyaqətsiz və cinayətkar olmasını, yüzlərlə və minlərlə hərbiçələrin qətlə yetirilməsini, şikəst edilməsi və işgəncə verilməsini ərizəsinə əlavə etdiyi video görüntüdə “AzəriFreedom” kanalı vasitəsi ilə səsləndirilməsi acıq aşkar görünür. Hazırda o bunların nə əsasla hansı sübutlarla minlərlə insanın izlədiyi “Youtube” kanalında səsləndirilməsinin səbəbini İlham Təhməzovdan sübut etməyini tələb edir, əks halda barəsində ağır cəzanın verilməsini tələb edir, çünki oğlu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 4 polkovnikdən biridir. O, ölümündən sonra hərbi xidmətlərinə görə Zəfər ordeninə layiq görülmüş zabitdir. 15 və 11 yaşında 2 övladı var. Bu yaşda atası şəhid olan övlad üçün yeganə təsəlli dövlət başçısının qayğısı və atalarının şərəfli zabit kimi qəhramancasına şəhid olmasıdır. X48 Babək Səmidlinin keçdiyi əzablı, çətin, şərəfli hərb həyatını heçə sayaraq onu ən ağır cinayətdə ittiham edir. Bütün bunlar onun, anasının və şəhid həyat yoldaşının, övladlarının psixologiyasına ağır təsir göstərir və ictimaiyyət arasında yanlış fikir formalaşdırır. “YouTube” sosial şəbəkəsindəki “AzeriFreedom” internet kanalı vasitəsilə» onun oğlu şəhid Babək Səmidlinin barəsində xüsusi ilə ağır cinayətdə ittiham etmiş X28 barəsində CM-in 147.2-ci maddəsinin sanksiyası həddində ən ağır cəzanın tətbiq edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən təqsirləndirilən şəxs X28 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmündən xüsusi ittihamçı və nümayəndəsi tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Təqsirləndirilən şəxs X28 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X29 barəsində xüsusi ittiham qaydasında şikayət verərək bildirmişdir ki, guya o, onun hərbiçi olan oğlu, 44 günlük müharibədən sonra cəbhə bölgəsində minada partlayıb ölmüş Babək Samidliyə qatil, cinayətkar deməklə böhtan atmış və bu fikirlərini KİV-də səsləndirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə o, CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Aşagıdakılara əsasən həmin hökmü qanunsuz və əsassız hesab edir. Belə ki, bu hökm onun barəsində verilmiş xüsusi ittiham qaydasında olan şikayətlər əsasında birbaşa sifarişlə qəbul olunmuş üçüncü qanunsuz və əsassız olan məhkəmə aktıdır. Diqqət çəkən ciddi bir məqam odur ki, şikayətlər xüsusi bir ittihamlı olsa da, heç bir məhkəmədə şikayətçilər şəxsən özləri məhkəmədə iştitak etmir, alınan məlumatlardan müəyyən olunur ki, şikayətçilərin heç birinin ona qarşı hər hansı bir ittihamı və iddiası olmamış, onları ondan şikayət etməyə məcbur etmişlər. Hətta, birinci dəfə xüsusi ittiham qaydasında ondan şikayət vermiş Beyləqan rayon sakini Tahir Quliyev şikayətindən imtina edib bildirmişdir ki, ona onun barəsində şikayət ərizəsinə imza etməyə başqa bir adla məcbur etmişlər. T.Əliyev hərbi və mülki vəzifəli şəxslərin kim olmasını Şəki Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizəsində göstərmişdir. Hazırki şikayətçi Mətləb Osmanov da məlumat vermişdir ki, “o, kimdir ki, şikayət etsin. O, yalnız ərizəyə qol çəkib. Tapşırıq yuxarıdan gəlib”. Bu barədə məhkəmədə Seyidi Mirqafur ifadə versə də, məhkəmə bu fakta münasibət bildirməmişdir. Beləliklə işin mahiyyəti ondan ibarətdir ki, 2021-ci ilin fevral ayında yaşadığı kənddə həmkəndlisi olan X37 adında bir şəxs ona müraciət edərək hüququşünas kimi onun adından ərizə yazmağı xahiş etmişdir. V.Ağayev şikəst olmasının səbibini izah edərək bildirmişdir ki, onu 2017-ci ilin may ayında hərbi xidmətdə olarkən işgəncə verib bu vəziyyətə salmışlar. V.Ağayevin adından aidiyyatı instansiyalara ərizələri yazıb göndərmişdir. Həmin ərizələr hamısı Tərtər hərbi prokorurluğuna göndərilmiş və şikayətlər birmənalı olaraq rədd olunmuşdur. Bundan sonra V.Ağayevin danışdıqlarını beşdəqiqəlik video müsahibəsini alıb internet vasitəsilə ictimailəşdirdikdən sonra sanki yağışdan sonra bitən göblək kimi zərərçəkmiş şəxslər müxtəlif efirlərə çıxaraq onlara verilmiş işgəncələrdən danışdılar. Xeyli sayda zərərçəkmişlər ona da müraciət etmişlər. Məlum oldu ki, 2017-ci ilin may, iyun, iyul, avqust aylarında Beyləqan ərazisindən başlayaraq Qazax ərazisində yerləşən hərbi hissədə xidmət edən həbiçilərimizin demək demək olar hamısını erməniyə işləmək adı ilə sorğu üçün əvvəlcədən hazırlanmış işgəncə məkanlarına gətirib xüsusi amansızlıqla onları işgəncələrə məruz qoyub, çoxlu sayda əsgər, gizir və zabitlərimizi qətlə yetirmiş, ömürlük şikəstliyə, sağalmaz psixi xəstəliyə səbəb olan xəsarətlər yetirmişdir. Bu dəhşətli cinayətin törətməsində Respublikanın bütün güc orqanları demək olar ki, hamısı iştirak etmişlər. Əvvəlcədən hazırlanmış işgəncə məkanları zərərçəkmişlər tərəfindən təsvir olunarkən, ehtimal etmək olar ki, Azərbaycan Ordusuna qarşı törədilmiş bu soyqırım cinayəti kənardan düşmən dövlətlərin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş, icrası isə öz orqanlarımızın vəhşi əməkdaşlarına tapşırılmışdır. Onlar da Azərbaycan əsgərlərinin qanını “sevə sevə” tökmüşlər. Elə növ işgəncələr vermişlər ki, onları ifadə etmək və yaxud dinləmək normal insan üçün mümkün deyil. Hələki məlum olan 12 nəfər vəhşicəsinə qətlə yetirilmiş, minlərlə hərbiçilərimiz ömürlük şikəst edilmiş, yüzlərlə gənc hərbiçimiz nəsilartırma qabiliyyətindən məhrum olmuş, minlərlə hərbiçimiz eyni gündə ordudan qovulmuş, yüzlərlə hərbiçimiz prokurorluqda qanunsuz cinayət məsuliyyətinə cəlb olunub uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hətta ömürlük cəza alan da var. Orduda baş verən, oxşarı olmayan bu qanlı cinayət barədə qısa müddətdə bütün məlumatlar açıldı. Hətta müxtəlif KİV-lərdə bu dəhşətli cinayətdə iştirak edənlər xüsusilə hərbi həkimlər çıxıb elə şeylər danışdılar ki, şoka düşməmək mümkün deyildir. Müəyyən olunmuşdur ki, ordumuza qarşı törədilən bu soyqrım cinayətinin ayrı-ayrı əvvəlcədən hazırlanmış işgəncə məkanlarında həyata keçirilməsinə rəhbərlik edənlərdən biri də məhz Babək Səmidli olmuşdur. B.Səmidli həmin vaxt Birinci Ordu-Korpus Komandirinin müavini olmuş, digər yüksək hərbi vəzifəli şəxslərlə birlikdə hərbçilərimizə işgəncələr verilməsində, qətlə yetirilməsində, zorlanmasında, şikəst edilməsində bir sözlə əvvəldən axıra bu qətliyamda iştirak etmişdir. B.Səmidlinin və onunla bərabər “Tərtər qətliyamı” tötədənlərin cinayətləri elə sübutlarla təsdiq olunmuşdur ki, B.Səmidli gorundan çıxıb gəlsə də, özünə hec cürə bəraət qazandıra bilməz. Məhkəmədə ifadə verən zərərçəkmişlərin Babək Səmidlini birbaşa ifşa edən ifadələrində bildirdikləri insanın damarda qanını durduran faktlar belə hakimə zərrə qədər təsir etməmişdir. Əksinə hakim Elza Cəbrayılzadə “sənin işinin Tərtər işi ilə heç bir əlaqəsi yoxdur” kimi ifadə ilə münasibət bildirməsi onun Tərtər qətliyamına münaibətinin aşkar göstəricisidir. Halbuki, Ali Baş Komandan X49 göstərişi ilə Respublika Prokurorluğunda “Tərtər qətliyamı” bağlı cinayət işi istintaq olunur B.Səmidli və onun kimi yüzlərlə qatillərin əməlləri mötəbər sübutlarla ifşa olunur. Hakim həmin cinayət işinə dair arayış alması üçün Respublika prokurorluğuna verdiyi sorğunun cavabını gözləmədən xx.xx.2022-ci il tarixdə tələsik bu saxta hökmünü elan etmişdir. Onun başqa yolu yox idi. Çünki ona verilən tapşırıqdan və göstərişdən kənara çıxa bilməzdi. Dəfələrlə ifadələrində və vəsatətlərdə hakimə çatdırmaq istədim ki, Azərbaycan əsgərindən, Azərbaycan xalqının, Ali Baş komandanın şərəfindən söhbət gedir. Çünki minlərlə səhifələrdə yazılmış ittiham aktlarında, Azərbaycan Respublikası adından elan olunan hökmlərdə Azərbaycan əsgərinin özünü erməni əsgərinə seksual xidmət üçün satması qeyd olunmuş, məhz bu ittihamla yüzlərlə hərbiçini qanunsuz cinayət məsuliyyətinə cəlb olunub, məhkum edilmişlər. Həmin hərbiçilərimizin artıq bir çoxu 5 ildən sonra bəraət almışıar. Nə qədər binamus olmaq olar ki, əsgərimizi, namus yerimiz olan ordumuzu bu cür iyrənc formada ləkələyəsən və sonra da bu iyrənc cinayət əməllərini törədənləri müdadiə edəsən???!!! Çox düşündürücüdür. Mənim əsaslı şübhələrim var ki, Azərbaycan əsgərinə “üzdən iraq” damğasını vuran Babək Səmidli və onun kimi yüzlərlə Dövlətimizin düşmənlərini müdafiə edənlərin damarlarında azərbaycan qanı axır. Yəqin ki, bu istiqamətdə ciddi araşdırmalar aparılacaq. Bu ola bilməz ki, namusu, qeyrəti, şərəfi olan və Azərbaycan xalqına məxsus adam, əsgərlərimizə vurmuş bu cür iyrənc ittiham normal qəbul edilə. Beləliklə hakim Elza Cəbrayılzadə sona qədər öz prinsipinə sadiq qalıb nəyin bahasına olursa olsun onu qanunsuz məhkum etməyə kökləndi. Hakim açıq şəkildə elə qanunsuzluqlara yol vermişdir ki, artıq ikinci, üçüncü prosesdə aşkar bəlli idi ki, o, ittiham hökmü çıxaracaq. Belə ki, şahid X34 qətliyamında zərərçəkmiş olduğunu, Babək Səmidlinin işgəncələrə birbaşa rəhbərlik etdiyini, onda B.Səmidlinin səsyazısının olduğunu, həmin səsyazısını hazırlıq iclası vaxtından rəsmi məhkəməyə təqdim etdiyini bildirdikdən sonra məlum olmuşdur ki, hakim Elza Cəbrayılzadənin həmin səsyazma barəsində və digər sənədlər haqqında məlumatı yoxdur. Ən pisi həmin səsyazmaya qulaq asdıqdan sonra hakim “Bu səsin Babək Səmidlinin səsi olması şübhəlidir” deməklə və onların tələblərinə baxmayaraq, həmin səslə bağlı ekspertiza keçirilməsinə zərurət görmədiyini bildirməklə, hakim işin nəticəsində maraqlı olduğunu ifrat asılılıq vəziyyətini aşkar göstərmiş olduğundan başqa “Tərtər qətliyamı”nın zərərəçəkmişləri əri öldürülmüş Xavər Haqverdiyeva, oğlu öldürülmüş Sədaqət Hüseynova, oğlü öldürülmüş Familə Ağayevanın eləcədə dəhşətli işgəncələrlə şikəst edilmiş Vaqif Ağayev, Şəhriyar Zeynalov, Vaqif Abdullayevi dindirməklə ifadələri katib tərəfindən protokola yazılmadığı onun diqqətini cəlb etmişdir. Ona görə tələb etdi ki, xüsusilə onun verdiyi suallar və alınan cavablar protokola qeyd olunsun. Katib yaxınlaşıb bildirdi ki, zalda audio, video yazılma aparılır, bütün proses qeydə alınır və olduğu kimidə protokola işlənəcək. xx.xx.2022-ci il tarixdə o hökmü saxlandığı istintaq təcridxanasında alıb tanış olarkən məlum oldu ki, nəyin ki, ifadələr hökmdə olduğu kimi qeyd olunmayıb, hətta 7 dəfə baş tutan və saatlarla davam edən səslərdəki məhkəmə istintaqının heç 5 faizi hökmdə qeyd olunmayıb. Baxmayaraq ki, o cinayət işinin materialları ilə tanış olmaq üçün hakimə ərizə göndərmiş və tələb etmişdir ki, onun işlə tanış olmasını təmin etsin. Lakin onun bu ərizəsinə ümumiyyətlə cavab verilmədi. Bundan başqa sona qədər tələb etdi ki, şikayətçi Mətləb Osmanov məhkəməyə gəlsin. Çünki o, şikayət ərizəsində tələb etmişdir ki, onun oğlu Babək Səmidlinin cinayətkar olmasını sübut etməlidir ya da ona ən ağır cəza verilməlidir. O da məhz bu səbəbə görə “Tərtər qətliyamı”nın zərərçəkmişlərinin şahid qismində ifadələrinin alınmasını təmin etdi ki, Mətləb Osmanovun məhkəməyə gəlib Babək Səmidlinin neçə ailələri, neçə uşaqları başsız yetim qoyduğunu, minlərlə əsgərlərin həyatını necə məhv etdiyini, Azərbaycan Ordusunu üzv olduğu cinayətkar dəstə ilə birlikdə necə sındırdığını eşitsin və vicdanı varsa oğlunun qatil olduğunu və Azərbaycan xalqının düşməni olduğunu qəbul etsin. Hakim M.Osmanovun məhkəməyə gəlməsinə qətiyyən maraq göstərməmişdir. Eyni zamanda Elza Cəbrayılova tərtib etdiyi hökmdə o qədər tələsknliyə yol verib ki, hətta yazdığı hökmə yenidən nəzər salmağa belə vaxtı qalmamış və hökmdə bəzi sözlərin kiril əlifbasının rus variantı ilə yazılmasını görməmişdir. Bu xırda bir texniki səhv kimi görünsə də, işin mahiyyətinə dəlalət edən ciddi bir haldır. Həmçinin Tərtər işinin yenidən araşdırılması zamanı yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumunun qərarı ilə 19 nəfər barəsində hökmlər ləğv olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin cinayət işləri hazırlıq iclasına qaytarılmışdır. Sonra həmin şəxslər azad olunmuşlar. Bəraət alan şəxslər, eləcə də qətlə yetirilmişlərin və sonradan bəraət verici əsaslarla barələrində xitam barədə qərarların elan olunnmasını və bununla da Babək Səmidlinin və “Tərtər qətliyamın”ı törədənlərin əməllərinin nədən ibarət olmasının bəlli olacağının hakimin nəzərinə çatdırılmasında hakim həmin qərarlardan birinin Elçin Quliyev haqqındakı qərardan bir neçə cümlə oxuduqdan sonra, sadəcə hövsələsinin çatmadığı göründü və qərarı kənara atıb ona dedi ki, “özün sonra oxuyarsan”. O ona görə bu cür xırdalıqla diqqəti cəlb etmək istəyir ki, bizim əzəli və əbədi düşmənimiz olan ermənilərə seksual xidmət göstərmək kimi iyrənc bir etirafı vəhşi işgəngələr altında aldırmış və bununla da Azərbaycan əsgərinə “üzdən iraq” damğasını vurmuş Babək Səmidli və bu qətliyamı həyata keçirmiş Azərbaycan Ordusunda kök atmış yüksək hərbi vəzifəli şəxsləri müdafiə edənləri istər hakim olsun, istər prokuror olsun, istər müstəntiq olsun, istər korpus komandiri olsun, istərsə də general rütbəsinə qədər yüksəlmiş şəxs olsun bunlar hamısı xalqımızın böyük düşmənidir. Onu da qeyd etmişdir ki, Tərtər işinin açılması 44 günlük müharibədən sonra yeni bir Tərtər işini törədilməsinin qarşısını da almışdır. Başda hərbi prokurorluq olmaqla növbəti bir qətilyamın törədilməsinə hazırlıq getmiş, hətta bu barədə Babək Səmidlinin növbəti bir səsyazısı da yayılmışdır. Onun “Tərtər işində” göstərdiyi fədəkarlıq əslində onun təşəkkürü ilə nəticələnməli idi. Çünki məhz onun başladığı və təxminən 500 zərərçəkmişlə görüşüb, onların müsahibələrini almaq, ictimailəşdirmək, onların prokurorluğa gedib istintaqa təqdim olunmalarını, bu haqq işini sona qədər davam etdirməsini, Dövlətçiliyimizi ağır bir ciddi cinayətkar qəsdlərdən qorumuş olduq. Eyni zamanda onun valideynləri, bütün nəsli və kökü Qərbi Azərbaycandan deportasiya olunublar, əksəriyyəti ikinci dəfə Xocalıda erməni və rus quldurlanın qətliyamına məruz qalıblar. Yəni ermənilərin onun yaxın qohumlarına və xalqına qarşı etdiklərinin yanında o hec vaxt namusunu qoruyan əsgərləri erməniyə seksual xidmət üçün özünü satmasını etdirmələrə və bu iyrənc ittihamı minlərlə səhifə istintaq və məhkəmə sənədlərə yazanlara və bu gündə onları müdafiə edənlərə münasibətim başqa gür ola bilər ki? O Babək Səmidli kimi bir xalq düşməninə necə şəhid deyə bilər ki? O heç vaxt bu cür xainlərə keçə bilməz. Bu haqq döyüşünü sona qədər davam etdirəcək. O tam əmindir ki, Ali Baş Komandan Cənab prezident İlham Əliyevin bütün bunların hamısını layiqincə cəzalanması üçün göstərişlərini bundan sonra da verəcəkdir. Bu gündə bu xainlərin tərəfində duranları, xüsusi vurğulamaq zəruridir. Belə ki, 1 ildə onun barısində xüsusi ittiham qaydasında verilmiş saxta şikayətlər əsasında 3 dəfə məhkum olunduğu ondan xəbər verir ki, ona qarşı bu çirkin kompaniya aparan düşmənlər məhz erməilərin dəyirmanına su tökənlərdir. Təsəvvür edin ki, hər üç işdə şikayətçilər məhkəməyə gəlmir. Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev şüurlu şəkildə bilə-biləki bu saxta şikayətlər onun “Tərtər qətliyamın”ın üstünün açılması ilə bağlı fəaliyyəti ilə əlaqədar və o onun da hamısını qorumuş Azərbaycan əsgərinin üzərində olan iyrənc ləkəni təmizləmək üçün bu işləri görür, bunun əksinə əsgərimizi sındırmış, namusunu ləkələmiş, erməni soyluları müdafiə edib. Hazırki şikayət etdiyi hökmlə əlaqədar aşağıdakılara diqqət olması zəruridir. Mətləb Osmanovun xüsusi ittiham qaydasında verdiyi şikayətin necə gəlib Mingəçevir Şəhər Məhkəməsinə çıxmasından məlumatı olmamışdır. O həmin vaxt 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirdi. Təsadüfən bilmişdir ki, ondan yenə saxta şikayət var və Mingəçevir Şəhər Məhkəməsinə gedib. Halbuki bundan əvvəlki işlər Yevlax Rayon Məhkəməsində aidiyyatı üzrə baxılmış, hətta ilkin olaraq şikayətlər Yevlax Rayon Məhkəməsinin hakimi “Tərtər qətliyamın”ın əsas iştirakçılarından olan Babək Səmidlinin bir neçə qat yaxın qohumu Ruslan Əlizadə tərəfindən icraata götürülmüşdür. Lakin ona məhz B.Səmidlinin yaxın qohumu olduğuna görə həmin hadisələrdə Hərbi Prokuror Xanlar Vəliyevin də rolunun olmasına, eləcə də X.Vəliyevin Yevlax, Bərdə, Tərtər, Mİngəçevir ərazilərində təsir gücünün real olmasına görə etiraz etmişdir. Etirazı qəbul olunmuşdur. Necə oldu ki, M.Osmanovun şikayəti Mİngəçevir şəhər Məhkəməsinə gəlib, ciddi şəkildə araşdırılmalıdır. Necə oldu ki, mürəkkəb xarakterli belə bir iş gənc hakim Elza Cəbrayılzadənin icraatına verildi. Odur ki, bu işin aidiyyat məsələsi apellyasiya araşdırması ilə baxılmalıdır. Şikayət etdiyi hökmün 2-ci vərəqinin 45-ci cümləsində şikayətçi M.Osmanovun ondan onun oğlu B.Səmidlinin cinayətkar olmasını sübut etməyinin tələbi qeyd olunub. Yəni onun oğlunun cinayətkar olmasını sübut etsə, onun şikayətinin əsassız olması təsdiq olunacaq. Məhz bu məqsədlə o aşağıdakı şahidləri məhkəməyə dəvət etmiş və onların ifadələri ilə tam sübut olunmuşdur ki, B.Səmidli həqiqətən də, “Tərtər qətliyamın”ı “sevə-sevə” yerinə yetirən ən əsas fiqurlardan biri olmuşdur. Belə ki, şahid Vaqif Abdullayev bildirirdi ki, Tərtər rayonu Marquşavan adlanan yerdəki işgəncə məkanında B.Səmidli ona yaxınlaşıb on dəqiqə vaxt vermişdir ki, həmin vaxtda bölüyü ilə birlikdə erməniyə işləməyi etiraf etməlidir. Lakin o, bundan imtina etmiş, on dəqiqədən sonra V.Abdullayev ölümcül işgəncələrə məruz qalmışdır. V.Abdullayev B.Səmidli ilə arasında olan telefon danışıqlarını da təqdim etmiş, həmin səsyazma dinlənərkən, müəyyən olunmuşdur ki, hərbiçilərimizin qətlə yetirilməsi, onların işgəncələrlə şikəst edilməsi əmri verənlərdən biri də məhz B.Səmidli olmuşdur. V.Abdullayev göstərdiyi işgəncələrin yerinə yetirilməsini təşkil edən və onlara rəhbərlik edən məhz B.Səmidli olmuşdur. Şahid oğlu Tərtər qətliyamındə öldürülmüş Sədaqət Hüseynova bildirdi ki, onun oğlu Mehman Hüseynovun qətl edilmiş meyiti Tərtər rayon icra hakimiyyətinin zirzəmisindən çıxarılıb gətirəndə Babək Səmidli silahlı dəstə ilə birlikdə onun oğlunun meyitini birbaşa qəbirstanlığa aparıb qəbirstanlıqdan kənarda traktorla qazılmış təxminən 4 metr dərinlikdə quyuya atmış və həmin yeri nəcislə murdarlamışdır. Bir ana kimi buna etiraz edəndə B.Səmidli başçılıq etdiyi silahlı dəstəyə S.Hüseynovaya hücum etməyi əmr etmiş və oraya toplaşan kənd camaatına demişdir ki, guya M.Hüseynov “vətən xainidir”, kasetlər var, ona görə ona yas verməkdə olmaz. Şahid əri öldürülmüş Xavər Haqverdiyeva bildirmişdir ki, onun hərbiçi olan əri Səxavət Binnətovu öldürdükdən sonra onun meyiti məhz Babək Səmidli evə gətirmədən birbaşa qəbiristanlığa aparmışdır. Meyit qəbiristanlıqdan kənar traktorla qazılmış yerdə, yəni dərin bir quyuya atılmış və üzərinə nəcis tökülmüşdür ki, guya Binnət də “vətən xaini” olmuşdur. Tərtər qətliamında oğlu öldürülmüş Familə Ağayeva bildirmişdir ki, onun yeganə oğlan övladı olan Elxan Ağazadənin meyitini Babək Səmidli gətirmiş, birbaşa qəbiristanlığa aparıb orada elan etmişdir ki, guya Elxan “vətən xaini” olub erməniyə işləmiş, hətta onlarda elə kasetlər var ki, “ona baxanda indi tökdüyünüz göz yaşlarınıza peşman olacaqsız.” Həmin vaxt orda Abdulla Qurbani adında Müdafiə Nazirliyinin əməkdaşı da olmuşdur. O cümlədən “Tərtər qətliyamının” zərərçəkmişləri Vasif Ağayev, Şəhriyar Zeynalov ifadələrində digər sübutları da nəzərə alsaq, Babək Səmidlinin qanlı cinayətlər törətməsi birbaşa təsdiq olunmuşdur. X38 törətdiyi cinayətlərin daha dərindən araşdırılmasını təmin etmək üçün əlavə şahidlərin dindirilməsi barədə və digər tədbirlər yerinə yetirilməsi üçün vəsatətlər versə də, həmin vəsatətlər təmin olunmamışdır. Vəsatətlərin rədd edilməsinin əsası Tərtər işinin Mətləb Osmanovun şikayətinin araşdırılması ilə əlaqəsinin olmaması kimi göstərilmişdir. Şikayətini əsaslandırmaq və Babək Səmidlinin onunla bərabər “Tərtər qətliyamının” törədənlərin əməllərini ifşa etmək üçün yüzlərlə səhifələrdə faktlar yazmaq olar. Eyni zamanda bir il ərzində onun barəsində 3 dəfə xüsusi ittiham qaydasında saxta şikayətlər əsasında qanunsuz hökm çıxaran hakimlərin haraya və kimə xidmət etmələri, onların da əməllərinin Dövlətçiliyinə verə biləcəyi zərəri, eləcə də ədalət mühakiməsinə olan inamın qarşısı alınmasına səbəb olacağını nəzərə alıb qanunsuzluqlar barədə xüsusi qərar qəbul olunması zəruridir. Odur ki, apellyasiya şikayətində qeyd etdiklərini nəzərə almaqla Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını və aşkar olunan qanunsuzluqlarla bağlı xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham yalnız zərər çəkmiş şəxsin xüsusi ittiham qaydasında yazdığı şikayətdir. Xüsusi ittihamçının irəli sürdüyü ittihamlar sübutlarla möhkəmlənməli, mötəbər mənsubiyyəti olan dəlil və faktlarla əsaslandırılmalıdır. Lakin hazırki iş üzrə isə bu hallar mövcud deyildir. Məhkəmə istintaqı zamanı İlham Təhməzova qarşı irəli sürülmüş ittiham sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə iclası zamanı X28 verdiyi ifadəsində bildirmişdir ki, o, heç kimə qarşı böhtan xarakterli məlumatlar yaymamış, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamışdır. İlham Təhməzov qeyd olunan məlumatları “Tərtər” işi ilə bağlı dindirilmiş zərər çəkmiş şəxslərin özləri və yaxın qohumlarının ifadələrinə istinad edərək bildirmişdir. Lakin buna baxmayaraq işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu hallara düzgün qiymət verməmişdir. Bundan başqa işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman məhkəməyə 20-dən artıq vəsatət verilmiş və həmin vəsatətlərin 3-ü təmin olunmuşdur. Təmin olunmuş vəsatətlərdən biri də “Tərtər” işi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırmanın aparılıb-aparılmaması, əgər araşdırma aparılırsa həmin işlə bağlı Babək Səmidlinin iştirakı, onun barəsində ifadələrin olub-olmaması, o cümlədən onunla bağlı mövcud olan hər hansı məlumatın Baş Prokurorluqdan götürülməsi olmuşdur. Məhkəmə vəsatəti təmin etsə də, bu barədə Azərbaycan Resublikasının Baş Prokurorluğundan cavab almadan məhkəmə istintaqını yekunlaşdırmış və İlham Təhməzovun barəsində ittihamedici hökm çıxartmışdır. Hesab edir ki, məhkəmə təqsirləndirilən şəxsə münasibətdə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şərait yaratmamış, bununla cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Baxılan işdə təqsirləndirilən şəxs İlham Təhməzova CM-in 147.2-ci maddəsi ilə istinad olunan ittihamın dəlillərinə Azərbaycan Respublikası CPM-nin normaları, o cümlədən Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedentləri işığında baxarkən xüsusi ittiham qaydasında şikayət üzrə cinayət prossesində iştirak edən tərəflərin sübutların tədqiqində cinayət prossesi tərəflərinin bərabərliyini təmin etmək vəzifəsinə əməl etmədiyi, həmin dəlilləri hüquqi mütəvidə yoxlamadan sübut kimi qəbul etdiyi müəyyən olunur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(051)- 154/2022 nömrəli hökmünün ləğv edilməsini, məhkəmə istintaqının bərpa edilməsini və təqsirləndirilən şəxs X14 əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərini müdafiə edən təqsirləndirilən şəxs X28 bildirdi ki, hazırkı cinayət işi ictimaiyyət arasında “Tərtər işi” və “Tərtər qətliamı” kimi tanınır. 20 fevral 2021-ci il tarixdə həmkəndlisi Vasif Ağayev ona yaxınlaşaraq 2017-ci ilun may ayında hərbi xidmətdə olarkən işgəncələrə məruz qaldığını bildirmişdir. Həmçinin hərbi xidmətdə olarkən ona və onunla birlikdə xidmət etdiyi bütün bölüyün hərbi qulluqçularına işgəncələrin verildiyini bildirmişdir. Vasif Ağayevi dinlədikdən sonra onun adından müxtəlif instansiyalara məktublar yazmışdır. Bundan sonra X50 Hərbi Prokurorluğuna çağırmışlar. Tərtər Hərbi Prokurorluğunda onun izahatını aldıqdan şikayətlə bağlı hər hansı cinayət xarakterli əməlin müəyyən olunmadığı və cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi bildirilmişdir. Vasif Ağayev təkrar şikayət edəndən sonra da cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bu işi müxtəlif kütləvi informasiya vasitələrində ictimailəşdirmişdir. X26 şəhərində fəaliyyət göstərən “Azərifreedom” internet kanalında da bu iş üzrə veriliş olmuşdur. Bu iş ictimailəşdirildikdən bir həftə sonra 1500 nəfər zərərçəkmiş şəxs müraciət etmişdir. Beləliklə məlum olmuşdur ki, 2017-ci ilin may ayından avqust ayınadək Azərbaycan ordusunda kütləvi işgəncələr və qətllər törədilib. Bu qətllərin başında da müəyyən şəxslər durub. Zərərçəkmiş şəxslərin kütləvi şikayətindən sonra “Tərtər işi “ ilə bağlı istintaq işi yenilənmişdir. “Tərtər işi “ ilə bağlı çıxarılmış hökmlərin ittiham hissəsində Azərbaycan əsgərini alçaldan ifadələr yer alıb. Bütün bu işgəncələrin əsas yeri Azərbaycan Silahlı Qüvvələrin 1-ci Ordu Birləşməsi olub. Həmin vaxtda Babək Səmidli korpus komandiri Hikmət Həsənovun tərbiyəvi işlər üzrə müavini olub. Mingəçevir Şəhər Məhkəməsində zərərçəkmiş şəxslərin çoxu dindirilməmişdir. Dindirilən şəxsələrin də ifadələrinin cüzi hissəsi hökmdə yer almışdır. Babək Səmidli ilə heç bir şəxsi qərəzliyi və düşmənçiliyi olmamışdır. Bu işin başında duranlar onların əməlinin ifşa olunacağına inanmamışlar. Bilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Tərtər işi” üzrə istintaq işi yenilənmişdir. Bu işi ictimailəşdirdiyinə görə ondan qisas almaq məqsədi ilə barəsində xüsusi ittiham qaydasında ittiham irəli sürülmüşdür. Bir il ərzində barəsində üç dəfə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Hər üç şikayət eyni adam tərəfindən sifariş verilmişdir. Barəsində ilk şikayət verən şəxs Tahir Quliyev olub. Babək Səmidlinin atası Mətləb Osmanov da eyni məzmunda onun barəsində xüsusi ittiham qaydasında şikayət edib. Hər üç ittihamçı məhkəmə iclaslarında iştirak etməyiblər. Xüsusi ittihamçı Tahir Quliyev şikayətin onun barəsində verildiyini öyrənib şikayətindən imtina etmiş və onu aldadıb şikayət ərizəsinə qol çəkdirdiklərini bildirmişdir. Mətləb Osmanova da onun barəsində şikayət etməsi üçün eyni adamlar sifariş vermişlər. Mətləb Osmanov onun barəsində Yevlax Rayon Məhkəməsinə şikayət vermişdir. Onunla birlikdə ”AzeriFreedom” internet kanalının rəhbəri Qurban Məmmədov barəsində də şikayət verilmişdir. Çünki həmin məhkəmədə işləyən hakimlərdən biri onun qohumudur. X24 şəxsi intriqa yaradaraq bunu çox pis formada biruzə vermişdir. Onu oğlunun toyundan bir gün qabaq həbs etmişlər. Hökmdən şikayət versə də Şəki Apellyasiya Məhkəməsində hökm qüvvədə qalmışdır. Bütün bunların davamı olaraq Babək Səmidlinin atası Mətləb Osmanov şikayət edib ki, guya onun şəhid olmuş oğluna böhtan atmışdır. Babək Səmidli sözün əsl mənasında qatildir və Azərbaycan ordusunda törədilmiş qətliamların baş icraçısıdır. Mingəçevir Şəhər Məhkəməsində bir işin şahidi olmuşdur ki, nə işə sədrlik edən hakimin, nə də onun müdafiəçisinin “Tərtər işi”ndən heç xəbərləri yoxdur. Bu vaxt hakimə etiraz etmişdir. Məhkəmə iclasında Babək Səmidlinin səs yazısına qulaq asılmışdır. Həmin səs yazısında Babək Səmidli özü etiraf edir ki, “sizi öldürənlər, sizə işgəncə verənlər kimdir ki, əmrlər bizim tərəfimizdən verilib”. Hakim həmin səsin Babək Səmədliyə aid olması barədə heç bir sübutun olmadığını bildirmişdir. Mətləb Osmanov onu oğluna böhtan atıldığını öyrənmək istəyirsə, gəlsin məhkəmə iclasında iştirak etsin, o da hər şeyi ona sübut etsin. Mətləb Osmanov istəsə də, məhkəmə iclasına gələ bilməz. Çünki əvvəl də onun barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər məhkəmə iclaslarına gəlmirdilər. Məhkəmə iclasına gəlməmələri onlardan asılı olan bir məsələ deyil. X35 Şəhər Məhkəməsində dindirilmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(051)-154/2022 nömrəli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını və cinayət işində aşkar olunmuş qanunsuzluqlarla bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X1 Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(051)-154/2022 nömrəli hökmünün ləğv edilməsini və X14 əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(051)-154/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs X28 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək söyləmişdir ki, o, özü hüquqşünasdır. Bu artıq onun barəsində verilən üçüncü xüsusi ittiham qaydasında şikayətdir. Bu şikayətlər məhz “Tərtər” hadisələrində onun fəaliyyəti ilə bağlıdır. Uzun illər kriminalist daha sonra isə vəkil işləmiş və istintaqın içərisində olmuşdur. Kimin barəsində ittiham xarakterli böhtan deyibdeməməyini yaxşı bilir. Bilir ki, KİV-də kiminsə barəsində böhtan demək qətiyyən yol verilməzdir. “Tərtər” qətliamının törədilməsində işgəncə məkanlarının hazırlanmasından tutmuş qətllərin həyata keçirilməsində təşkilatçı qismində Babək Səmidli iştirak etmişdir. Bütün bu proseslərin içində də Babək Səmidli olmuşdur. O xahiş etmişdir ki, növbəti prosesdə xüsusi ittihamçının özü də iştirak etsin. Xüsusi ittihamçının iştirakı onun üçün zəruridir ki, ola bilsin o, oğlunun törətdiyi əməllərdən xəbərsizdir. O bu günə qədər Babək Səmidlini tanımamışdır. Bu araşdırmanı aparmağa başlayanda məlum oldu ki, burda aparıcı sima məhz Babək Səmidlidir. Elə bir zərərçəkmiş yoxdur ki, Babək Səmidlinin təqsirkar bilməsin. O, vəsatət təqdim edəcəkdir ki, onun çıxışında harada Babək Səmidliyə cinayətkar demişdir. Halbuki ona cinayətkar və cinayətin təşkilatçısı demək üçün əlində kifayət qədər faktı vardır. Xüsusi işgəncə ilə qətlə yetirilmiş adamları məhz Babək Səmidli gətirib traktorla qəbir qazdırıb “heyvan” kimi dəfn edib. Bu işdə o özünü qətiyyən təqsirli bilmir, əksinə bu işə o qədər məsuliyyətli yanaşmışdır ki, Babək Səmidli və onun tərəfində olanları araşdırmanın nəticəsində, məhz onun araşdırdığı faktlar əsasında Ali Məhkəmənin Plenumun qərarı ilə 18 nəfər şəxsə artıq bəraət hökmünün çıxarılması ilə bağlı qərar verilmişdir. Həmin şəxslər şahid kimi gəlib danışacaqlar və barələrində bəraət qərarları artıq vardır. Həmin bəraət alan şəxslərdən biridə Ağdam rayon, Çəmənli kəndindən olan Arif kişidir. Adam özü 63 yaşlı çobandır. O adama da işgəncə veriblər. Bu məsələdə onun barəsində davamlı olaraq xüsusi ittiham qaydasında şikayətin verilməsində məqsəd onun fəaliyyətinə mane olmaqdır. “Tərtər” qətliamı bütün dünyanın diqqətində olan bir işdir. O bilir ki, Osmanov Mətləbi öyrədərək onun haqında olan şikayəti yazdırmışlar. O, Osmanov Mətləbin məhkəmə prosesində iştirakını zəruri hesab edir, ona görə ki, gəlsin məhkəmə prosesində iştirak etsin və oğlunun əməllərindən xəbərdar olsun. Babək Səmidli kiminsə üçün şəhid ola bilər. Onun üçün o, şəhid deyildir. Çünki bu qədər insanın qanına əli batan bir şəxs onun üçün şəhid deyil. Onun oğlu “ATV” telekanalında yardım edir. Amma məhz Babək Səmidlinin iştirak etdiyi bu cinayətin nəticəsində neçə ailələr başsız qalıblar. Hələ onlar utanmaqdansa onun barəsində xüsusi ittiham qaydasında şikayət veriblər. Babək Səmidlinin əleyhinə internet kanallarında çox məlumatlar var. Hətta bu yaxınlarda “Meydan TV”-də paylaşılıbdır. “Tərtər” qətliamında hələ məlum olmayan 10000-ə qədər zərərçəkmiş vardır. Həmin zərərçəkmişlərdən 500-ə yaxınını o görmüşdür, 500 nəfəri də efirlərə çıxmışdır. Bir məsələni də nəzərinizı çatdırmaq istəyir ki, qarşı tərəfin ailə üzvləri narahatdır. Ona görə ki, bu qədər faktın qarşısında Babək Səmidli Azərbaycan şəhidi ola bilməz. Odur ki, bildirir ki, bu verilən şikayətdə o tam olaraq günahsızdır, bu şikayət məqsədli şəkildə, öyrədilmiş, ona qarşı qurulmuş bir ssenaridir. Deyilənlərə əsasən onun barəsində ədalətli və qanuni qərar verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində xüsusi ittihamçı X16 vəkili və nümayəndəsi Müdafiəçi1 xüsusi ittihamın məzmununa uyğun izahat verərək bildirmişdir ki, təmsil etdiyi şəxs xüsusi ittihamçısı X29 “Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin atasıdır. Babək Səmidlinin keçdiyi 28 illik şərəfli döyüş yolu hamıya məlumdur. Mərhum oğlu 23 noyabr 2020-ci ildə mina partlaması nəticəsində şəhid olmuşdur. İlham Təhməzov dəfələrlə Qurban Məmmədli tərəfindən “Youtube” sosial şəbəkəsində yaradılmış “AzeriFreedom” internet kanalı vasitəsilə Babək Səmidli haqqında həqiqətə uyğun olmayan yalan, təhqir, böhtan xarakterli məlumatlar yayımlamışdır. Verilişlərin birində İlham Təhməzov aparıcı kimi naməlum qadının efirə qoşulmasına və Babək Səmidlinin ünvanına, ruhuna söyüşlər və təhqirlər deyilməsinə şərait yaratmışdır. İlham Təhməzov xx.xx.2021-ci il tarixli növbəti verilişində şəhidi cinayətkar adlandıraraq onun şəklini binalarının və ictimai iaşə müəssisələrinin üzərinə vurmuş obyektləri baykot etməyə çağırışlar etmişdir. Elə həmin verilişdə bildirir ki, “Sübut olunub ki, Babək Səmidli qatildir, o yüzlərlə, minlərlə hərbi qulluqçunun qətlə yetirilməsinə, şikəst edilməsinə və işgəncə verilməsinə birbaşa səbəbkar olan bir nömrəli şəxsdir.” X36 Tərtər cinayətlərinin bir nömrəli qatilinin guya Babək Səmidli olması barədə sübutlar olduğunu söyləmiş, heç bir hüquqi fakta söykənməyən xüsusilə ağır cinayətdə ittiham edərək onu qatil adlandırmışdır. İlham Təhməzov aparıcısı olduğu verlişdə Babək Səmidlini ən qorxulu qatil, dindar libası altında gizlənmiş münafiq, şəxsiyyətsiz və ləyaqətsiz adlandırmışdır. Onun CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərə tutulmuş ən son həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X12 ifadəslində bildirmişdir ki, Tərtər rayonunda yaşayır. 2017-ci ilin may ayında Tərtər hadisələrində rəhmətə gedən Binnətov Səxavətin həyat yoldaşıdır. İlham Təhməzovun heç bir günahı yoxdur. Canlıya özü könüllü qoşularaq Babək Səmidli haqqında fikrini bildirmişdir. Binnətov Səxavət 2017ci il mayın 8-i günü təlimə-Gorana getdi. Sonradan ona zəng çatmadı. Sonradan məlum oldu ki, əri vəfat edib. Səxavətin meyitini evə gətirmədilər. Birbaşa qəbristanlığa apardılar. Meyiti gətirən şəxs Babək Səmidli olub. Ondan bunun səbəbini soruşanda isə ona dəqiq cavab verməyib. Bildirdi ki, əri vətən xainidir. Bunun üçün əlində disk, sübut var. Ancaq hər hansı sübutu ona verməyib. Odur ki, Təhməzov İlham barədə hər hansı cəzanın verilməsi düzgün deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X20 bildirmişdir ki, X8 anasıdır. Oğlu Tərtər hadisələrində ilk ölən şəxslərdən biridir. 2 mayda gecə gəlib oğlunu evdən aparıblar. 8 mayda isə məlumat gəlib ki, oğlu ölüb. Həmin gün meyit birbaşa qəbirsanlığa aparılıb və orda basdırmağa icazə verilmədikdə, oğlunun vətən xaini olduğu və özünü də vətən xainin anası adlandırmışlar. Ondan sonra meyidi basdırdılar. Babək Səmidlinin adamları onu dəfələrlə hədələmişdi. Onu aradan götürmək istəyirdilər. Babək Səmidli oğlunun xain olduğunu, əlində sübutlar olduğunu, təqdim edəcəyini bildirib, ancaq hələ də heç bir sübut təqdim etməyib. İlham Təhməzov günahsızdır. İfadəsində göstərilənləri nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, İlham Aslan oğlu onlara görə hal-hazırda həbsdədir. Tərtər Hadisələri zamanı MAXE işləyib. Həmin dövrdə Babək Səmidli İ Korpusun Tərbiyəvi işlər üzrə Korpus komandirinin müavini vəzifəsində işləyirdi və onun rəisi olub. Babək Səmidli işgəncə yerində birbaşa iştirak edib. Bunun üçün xüsusi yerlər hazırlayırdılar. Səbəbinin nə olduğunu soruşanda isə cavab vermirdi və dövlət sirri olduğunu bildirildi. Gördükləri haqda şikayət etməyəcəyinə dair təhdid edilmişdir. İndiyə qədər buna görə susmuşdur. Təhməzov İlhamın dedikləri isə tam doğrudur. Odur ki, ifadəsində göstərilənlərin nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Babək Səmidli ilə bir yerdə xidmət etmişdir. İşgəncə yerlərində dəfələrlə Babək Səmidlini görmüşdür. 08 may tarixində Mərguşavan kəndinə aparılmışdır. Oradan da 08 may axşam radələrində onları Aran qəsəbəsində yerləşən köhnə hərbi hissəyə gətirmişlər. N may səhər saatlarında onları başlarında torba əlləri bağlı şəkildə meydana düzmüşlər. X51 görmüşdür, onu səsindən tanımışdır. Babək Səmidli onun tabor komandiri olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X37 ifadəsində bildirmişdir ki, bu iş ilkin olaraq ona görə açılıb. Həmin işgəncələrə aid minlərlə şahid vardır. 2017-ci il may ayında ona Mərguşəvanda və Aran qəsəbəsində işgəncələr verilib. 2017-ci ildə təxris olunmuşdur. Təxrisdən sonra İlham Aslanoğlu vasitəsilə müxtəlif yerlərə müraciətlər eləmişdir. Babək Səmidli ona şəxsən işgəncə verməyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, Elxan Ağazadə yeganə oğul övladı idi. X59 müddətdən artıq hərbi qulluqçu olub. 3 ildir ki, xidmət edirdi. 2017-ci il may ayının 1-i oğlunu xəbərsiz iş yerindən götürüb aparıblar. 10 may gecə saatlarında Elxan Ağazadənin əmisinə zəng ediblər ki, sizin qardaşınızın oğlu ermənilərə iş görüb, indi isə rəhmətə gedib. Meyiti evə gətirmədilər. Birbaşa Tərtər rayon, Qapanlı kənd qəbrstanlığına apardılar. Həmin vaxt Babək Səmidli və 3-4 nəfər qara paltarlı adamlar var idi. Heç meyitin üzünü açmağa da qoymadılar. Onlar orada ağlayanda X52 dedi ki ağlamayın, bu şəxs haqqında sübutlar, disklər var. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, 1 ay bundan qabaq Babək Səmidlinin atası ilə görüşüb bu məsələlərə aydınlıq gətirmək üçün Göyçay rayonuna getmişdir. Göyçay rayonunda Osman Mətləbin həm şəxsi sürücüsü, həm də doğma əmisi oğlu Əlvan adlı şəxslə görüşdüb. Əvvəl onunla söhbət etmək istəməmiş, elə başa düşmüşdür ki, o, İlham Təhməzovun qohumudur. Sonradan bildirmişdir ki, İlham Təhməzovla heç bir qohumluq əlaqəsi yoxdur və şəxsiyyət vəsiqəsini də həmin şəxsə təqdim etmişdir. Bundan sonra onun özünün iş otağında onunla oturub söhbət etmişlər. Ona bildirmişdir ki, gəlməkdə məqsədi Mətləb Osmanovun nə üçün belə bir şikayət verməsinin səbəbini öyrənməkdir. O dedi ki, səs yazısı yayılıbdı İlham Aslan oğlu ilə üçüncü bir şəxs arasında. Həmin səs yazısında İlham Aslan oğlu həm onun əmisi, həm Babək Səmidlini, həm qardaşını, həm də Yevlax rayonunda bir qohumu var onu təhqir edibdir və bu səs yazısına görə şikayət etmişlər. Birinci instansiya məhkəməsinin iclası zamanı xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş video yazılara, eyni zamanda şahidlər tərəfindən təqdim edilmiş video yazılara baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan: Vəsiqənin surəti ilə təsdiq olunur ki, Osmanov Mətləb şəhid ailəsinin üzvüdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Babək Mətləb oğlunun atasıdır. Yevlax Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(039)-85/2022 nömrəli hökmünə əsasən X28 CM-in 148-ci maddəsi ilə təqsirli bilinmiş və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 09 iyun 2022-ci il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli 1(107)- 314 nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 müdafiəçisi X30 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 1(039)-85/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tərtər Hərbi Məhkəməsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, 865 saylı sorğuya cavab məktubundan görünür ki, X17 barəsində məhkəmənin icraatında hər hansı cinayət işi və ya təqsirləndirici material olmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 02 dekabr 2022-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının 2017-ci ilin may-iyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual proseslərinə məruz qalmaları faktlarına görə CM-in 126.3, 145.3, 293.3, 341 və digər maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə istintaqın hazırkı mərhələsində X17 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməmişdir. Apellyasiya şikayətlərində X14 CM-in 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan, mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 əməlinin CM-in 147.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. CM-in 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühafizə və müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarına əsasən maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İstinad edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin Qərarın 7-ci bəndində Məhkəmələrə tövsiyə edilib ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 147.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Çünki, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (şikayətə əlavə edilmiş video yazılar, sorğulara cavab məktubu, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirərək məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 147.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi birinci instansiya məhkəməsinin qərarını qanunsuz hesab edərək ona bəraət verilməsini xahiş etmişdir. Halbuki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 147.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Resublikasının Baş Prokurorluğundan cavab alınmadan məhkəmə istintaqının yekunlaşdırılması və İlham Təhməzovun barəsində ittihamedici hökm çıxarılmasına dair apellyasiya şikayətlərinin dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, cinayət işinin 2-ci cildinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 02 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının 2017-ci ilin may-iyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual proseslərinə məruz qalmaları faktlarına görə CM-in 126.3, 145.3, 293.3, 341 və digər maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə istintaq mərhələsində X17 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş videoyazılara baxış keçirilərkən müəyyən olunmuşdur ki, “AzerFreedom TV” tərəfindən “Youtube.com” sosial şəbəkəsində yayımlanan canlı veriliş zamanı İlham Təhməzov xüsusi ittihamçı Mətləb Osmanovun oğlu şəhid Babək Səmidli barəsində həqiqətə uyğun olmayan ifadələr işlətmiş və onu xüsusilə ağır cinayət törətməkdə ittiham edərək cinayətkar (qatil) adlandırmışdır. Bundan əlavə həm təqsirləndirilən şəxsin apellyasiya şikayətindən, həm də onun məhkəmə kollegiyasında verdiyi ifadəsindən görünür ki, Babək Səmidlinin barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda onu cinayətkar adlandırmağa davam edir. Halbuki yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun 02 dekabr 2022-ci il tarixli məktubundan aydın olur ki, X17 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməmişdir. Bununla da, kütləvi informasiya vasitəsi olan internet kanalında yayım zamanı İlham Təhməzov Azərbaycan Respublikasının dünya dövlətləri tərəfindən tanınmış ərazilərinin bərpası uğrunda aparılan döyüşlər zamanı həlak olmuş, dövlət tərəfindən şəhid statusu verilmiş şəhid Babək Səmidlini “qatil” adlandırmaqla təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış, bununla da onun cəmiyyətdə olan yüksək nüfuzuna xələl gətirmişdir. X27 sifarişlə onun barəsində şikayət etməsi, buna görə də onun istəsə belə məhkəmə iclaslarına gələ bilməməsinə dair təqsirləndirilən şəxsin göstərdiklərilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu, İlham Təhməzovun məsuliyyətdən kənarda qalmasına xidmət edən fikirlərdir. Belə ki, iş materiallarında olan xüsusi ittihamçı Mətləb Osmanovun təqdim etdiyi 31 mart 2023-cü il tarixli ərizə və həmin ərizəyə əlavə edilmiş eyni tarixli Ambulator kitabçadan çıxarışdan görünür ki, X5-bud çanaq oynağında hərəkət məhdudiyyəti var, həmçinin o, görmə zəifliyindən əziyyət çəkir. Məhkəmə iclaslarında iştirak etməməsinə səbəb də onun səhhətindəki problemlərdir. Təqsirləndirilən şəxsi bağışlamamış və heç bir zaman bağışlamayacaq. Mingəçevir Şəhər Məhkəməsinin hökmünün qüvvədə saxlamasını xahiş edir. Göründüyü kimi iş materialları ilə, o cümlədən 31 mart 2023-cü il tarixli tarixli ərizə və çıxarışla təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında göstərdikləri öz təsdiqini tapmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsin və onun müdafiəçisi İlham Təhməzovun ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi onun özünün verdiyi ifadəsi, şahidlərin ifadələri, videoyazılar, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin məhkəmələrdə verdiyi ifadəsində, onun özünün və müdafiəçisinin apellyasiya şikayətlərində göstərilən xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, İlham Təhməzovun əməlində CM-in 147.2-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs İlham Təhməzov ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 147.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, İlham Təhməzova CM-in 147.2-ci mаddəsinin sаnksiyаsındа nəzərdə tutulаn aşağı həddə qаnuni və ədalətli cəzа təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq İlham Təhməzova qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı аpellyаsiyа şikаyətlərinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(051)-154/2022 hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs X28 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(051)- 154/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar