Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-97/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X20 iclas katibliyi, xüsusi ittihamçı X21, onun nümayəndəsi X22, təqsirləndirilən şəxslər X28, Həsənzadə Elçin Yusif oğlu, onların müdafiəçiləri X10 və X6 iştirakları ilə X28 və Həsənzadə Elçin Yusif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1, 147.2 və 148-ci maddələri ilə məhkum edilmələrinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən xüsusi ittihamçı və təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1977-ci ildə Şəki rayonununun Dərəcənnət kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Şəki rayonunun Dərəcənnət kəndində qeydiyyatda olub, Mingəçevir şəhəri, M.Maqomayev prospekti, ev 14, mənzil 13-də yaşayan X14 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla altı ay müddətə, CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla səkkiz ay müddətə və CM-in 148-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X14 üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla bir il müddətə islah işləri cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkməsi, hökmün icrasına nəzarətin Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsi məyyən edilmişdir. xx xxxxxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olub, ünvan 2 yaşayan Həsənzadə Elçin Yusif oğlunun CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla altı ay müddətə, CM-in147.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla səkkiz ay müddətə və CM-in 148-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Həsənzadə Elçin Yusif oğlunun üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə on faiz tutulmaqla bir il müddətə islah işləri cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkməsi, hökmün icrasına nəzarətin Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə 150 manat məbləğində ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə maddi sübut və mülki iddianın olmaması müəyyən olunmuşdur. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X28 və Həsənzadə Elçin Yusif oğlu “facebook.com” sosial şəbəkəsinin səhifələrində və digər səhifələrdə yalan olduğunu biləbilə X11 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar yaymaqla CM-in 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Hökmdən xüsusi ittihamçı Şəhriyar Musayev, təqsirləndirilən şəxslər İbrahim Salamov və Elçin Həsənzadə apellyasiya şikayətləri vermişlər. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Xüsusi ittihamçı Şəhriyar Musayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o ciddi mənəvi və fiziki ziyana məruz qalmışdır. Təqsirləndirilən şəxslərin məhkumluqları olmasa da, onlar əvvəllər azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər. Təqsirləndirilən şəxslərin əvvəlki məhkumluqları onların şəxsiyyətlərini səciyyələndirlən hallardır. Cəzalarını yüngülləşdirən hallar da yoxdur. Təqsirləndirilən şəxslərin hazırda da barəsində internet informasiya ehtiyatında şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları yayması onların islah olunmamasının əyani nümunəsidir. Cəza isə sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. İşin hallarından göründüyü kimi, hər iki təqsirləndirilən şəxsə təyin edilmiş islah işləri cəzası onların islah olunması üçün kifayət etmir, yüngül cəzadır və onların daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri zəruridir. Beləliklə, məhkəmə İbrahim Salamov və Elçin Həsənzadəyə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq müddəasını pozmuş, törədilmiş əmələ görə yüngül cəza hesab edilən islah işləri cəzasını təyin etməsinin səbəblərini əsaslandırmamışdır. Məhkəmə yüngül cəza təyin etməklə təqsirləndirilən şəxslərin şəxsiyyəti ilə bağlı halları nəzərə almamaqla faktiki olaraq öz hökmü ilə cinayət qanunvericiliyinin tələbinin əksinə olaraq təqsirləndirilən şəxslər və digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə zəmin yaratmış, yüngüllüynə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın məqsədinin tələblərini pozmuş, nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmiş, cinayətin ağırlığına və təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Odur ki, X28 və Həsənzadə Elçin Yusif oğlunun təqsirli bilindikləri CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə onlara azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə hökmün dəyişdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Təqsirləndirilən şəxs İbrahim Salamov apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, barəsində olan Mingəçevir Şəhər Məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət sifarişli və qərəzli, mətbuatı azad sözü boğmaq üçün istifadə metodudur. İnformasiya vermək, mənbəni göstərməmək hər bir şəxsin haqqıdır və hüququdur. Dahi şəxsiyyətlərin önəmli günlərdə fotolarının hər hansı bir normal məkana vurulması qanunazidd ola bilməz. Əgər bu qanunsuzdursa, o zaman niyə bütün avtomobillər, iaşə obyektləri, parklar Azərbaycan, Türkiyə, Pakistan bayraqları, həmçinin həmin ölkələrin liderlərinin fotoları ilə bəzədilib. Dahilərin, yaxud liderlərin fotolarının ictimai yerlərdə vurulması nə inzibati, nə də cinayət məsuliyyəti yaratmır. Bu halda xüsusi ittihamçı Şəhriyar Mustafayevin M.Ə.Rəsulzadənin fotosunu abidə üzərindən cırıb atması birbaşa hörmətsizlikdir. M.Ə.Rəsulzadənin şəklini “Ay-Ulduz” abidəsinə yapışdıran Ceyhun Rzayevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 10 sutka həbs edildiyi qeyd edilir. Halbuki, Ceyhun Rzayev İXM-in tamamilə basqa maddəsi ilə həbs edilib. Bu faktlar da bir daha göstərir ki, məhkəmə sifarişlidir, çünki xüsusi ittihamçı Şəhriyar Mustafayevin rəhbərlik etdiyi İdarə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində olan müəssisədir. İcra hakimiyyəti başçısının sifarişidir. Belə ki, davamlı olaraq icra hakimiyyəti başçısı İlham İsmayılov haqqında yazılar yazılırdı. Bu məhkəmə iddiası da susdurulma metodu olaraq ortaya atılmışdır. Şəhriyar Mustafayev qanunazidd olaraq barəsində xitam verilən və yaxud ictimai təhlükəliliyi olmayan məhkəmə qərarlarını işə əlavə edərək çaşqınlıq yaradıb, onun şəxsi keyfiyyetlərini bilərəkdən aşağı salmağa nail olub. Halbuki, Şəhriyar Mustafayevin atası vətəndaşa odlu silahdan atəş açmış idarə rəhbəri olub. Bütün Mingəçevir şəhəri bu barədə məlumatlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası “İnformasiya əldə etmək haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Azərbaycan Respublikası “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 7-ci maddəsinə əsasən, kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur. Qanunun 8-ci maddəsinə görə, kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. O, ictimai əsaslarla fəaliyyət göstərən jurnalist, həmçinin ictimai fəal olaraq müəyyən mənbəələrdən X12 haqqında xoşagəlməz məlumatları alaraq bu barədə internet portalında — kütləvi informasiya vasitələrində qeyd etmişdir. İnformasiyada jurnalist (vətəndaş jurnalistikası) informasiya mənbələrini açıqlamağa borclu deyil. Belə ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər: -insan həyatının müdafiəsi üçün; -ağır cinayətin qarşısını almaq məqsədi ilə; -ağır cinayət törətməkdə ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün. Məhkəmə gedişində o, informasiyanın mənbəyini açıqlamamışdır. Məhz bu informasiyalar əsasında xüsusi ittihamçı qismində çıxış edən X12 haqqında onun işlətdiyi ifadələr hakim tərəfindən tərəfkeşliklə qeyd edilmişdir. İnsan hüquqların və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafıya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısım almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə görə, hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə gedişində işə baxan hakim ekspert rəyini mütləq kimi qəbul edib, təqsirləndirilən şəxsin arqument və dəlillərini isə nəzərə almadan ittiham hökmü çıxarıb. Belə ki, ekpertiza araşdırılmasında sözün cümlədə istifadə qaydasına baxılmayıb, durğu işarələrinin istifadəsi nəzərə alınmayıb, hansı ki, durğu işarələri cümlənin məğzini dəyişə bilən amillərdir. Ən əsası sual işarəsi qoyulan cümlələr açıqlama verilməsi vacib məqamlardır. Bu hal hec bir təhqir, yaxud böhtana dəlalət etmir. Onun yazdığı informasiya xarakterli yazılarda hec bir təhqir yoxdur, heç bir böhtandan söhbət gedə bilməz. Faktlar və skren sübutlarda hər şey açıq aşkar görünür. Minqəçevir Şəhər Məhkəməsinin 1 (051 )-77/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü əsassız və qanunsuz olduğundan ləğv edilib, X28 haqqında bəraət hökmünün çıxarılmasını xahiş edirəm. Təqsirləndirilən şəxs Elçin Həsənzadə isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, X2 ittihamına görə, təqsirləndirilən şəxs Həsənzadə Elçin Yusif oğlunun bu ifadələri onu təhqir edib: «Harınlamış, iribuynuz və balacabuynuz", «Cinayətkar, qatil, korrupsioner", «JEK müdirləri-onlar niyə düzəlmir...!!!?» başlıqlı məqalədə işlədilən «Regionlarda qara yollarla xalqdan oğurladığı pullarla oliqarxa çevrilmiş vəzifəli məmurlarla bağlı məlumatlar yayılmaqla davam edir. Belə məmurlardan biri də «Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir». Minqəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü hökmü qanunsuz və əsassızdır. Belə ki, xüsusi ittihamçı qismində çıxış edən X12 haqqında kifayət qədər faktlar mövcuddur. Bundan əlavə, mətbuatda yaydığı videolar bu şəxsin korrupsiyaya bulaşdığını sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası "İnformasiya əldə etmək haqqında" Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Azərbaycan Respublikası "Kütləvi informasiya vasitələri haqqında" Qanununun 7-ci maddəsinə əsasən, kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur. Həmin Qanunun 8-ci maddəsinə görə, kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. O, jurnalist olaraq müəyyən mənbəələrdən X12 haqqında xoşagəlməz məlumatları alaraq bu barədə kütləvi informasiya vasitələrində deyib. Jurnalist informasiya mənbələrini açıqlamağa borclu deyil. Belə ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 11-ci maddəsinə əsasən, redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər: insan həyatının müdafiəsi üçün; ağır cinayətin qarşısını almaq məqsədi ilə; ağır cinayət törətməkdə ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün. Məhkəmə gedişində o, aldığı informasiyanın mənbəyini açıqlamamışdır. Məhz bu informasiyalar əsasında xüsusi ittihamçı qismində çıxış edən Şəhriyar Mustafayev haqqında mənfi ifadələr işlədib. İnsan hüquqların və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Azərbaycan Respublikası CPM-in 127.3. maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə gedişində işə baxan hakim ekspert rəyini mütləq kimi qəbul edib, təqsirləndirilən şəxsin arqument və dəlillərini isə nəzərə almadan ittiham hökmü çıxarmışdır. Minqəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü əsassız və qanunsuz olduğundan ləğv edilib, Həsənzadə Elçin Yusif oğlu haqqında bəraət hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа xüsusi ittihamçı Şəhriyar Mustafayev bildirmişdir ki, x xxx 2020-ci il tarixdə, faşizm üzərində qələbə günü Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə Nizami prospektinin kəsişməsində yerləşən avtomobil yolundakı dairədə ucaldılmış “Ay-ulduz” abidəsinin yanından keçərkən tanımadığım bir nəfər şəxsin həmin abidənin üzərində əl gəzdirərək nə isə etdiyini görüb dayandım və ona yaxınlaşanda şəkil yapışdırmağa çalışdığını gördüm. Sonradan həmin şəxsin X37 olduğunu bildim. Yaxınlaşıb ona izah etdim ki, şəhər ərazisindəki küçə və xiyabanlarda ucaldılmış abidələrin, o cümlədən “Ay-ulduz“ abidəsinin üzərində özbaşına hər hansı dəyişiklik etmək, onların üzərinə şəkil, foto yapışdırmaq, rəsm çəkmək, yazılar yazmaq, elan vurmaq və sair qeyri-hüquqi hərəkətdir, özbaşınalıqdır və qanunla cəzalandırılır. X54 dediklərimə məhəl qoymadan mənə qarşı kobud rəftara və təhqirə keçərək əsassız hay-küy saldı. Onun yaratdığı hay-küyə böyük bir kütlə topladı və o, həmin yerə gələn polis əməkdaşları tərəfindən saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə aparıldı və Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə Ceyhun Rzayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 10 gün müddətə inzibati həbs olundu. Hadisə vaxtı sonradan adını bildiyim İbrahim Salamov da oraya gəldi və mənə yaxınlaşaraq Ceyhun Rzayevə fikir verməməyi mənə dedi. Xüsusi ittiham qaydasında şikayət etdiyim X28 və Həsənzadə Elçin Yusif oğlu “Facebook.com” sosial şəbəkə səhifələrində və digər səhifələrdə bu hadisə ilə əlaqədar, yəni Ceyhun Rzayevin törətdiyi inzibati xəta ətrafında yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzuma xələl gətirən, məni nüfuzdan salan, böhtan xarakterli məlumatlar yaydılar, o cümlədən korrupsiya kimi ağır cinayətdə ittiham etməklə mənə böhtan atdılar. Eləcə də onlar həmin sosial şəbəkə səhifələrində şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltdılar. Belə ki, X28 xx xxx 2020-ci il tarixdə “Facebook.com” sosial şəbəkə səhifəsində “Mingəçevirdə idarə rəhbəri Şəhriyar Mustafayev M.Ə.Rəsulzadənin fotosuna hörmətsizlik etdi”, “Mingəçevir Kommunal Təsərrüfatı İdarəsi rəhbəri X4 şəklini qoparır. Bir nəfər şəxs Rəsulzadənin şəklini ay-ulduz abidəsinə vurmuşdur. Sanki erməni dığası şəkli vurulub kimi hay-küy, həşir edən Şəhriyar adlı müəssisə rəhbəri onu qoparmağa cəhd edirdi Təsəvvür edin ... bir idarə rəhbəri bu cür xainlik edir. X44 ad - soyadlı müəssisə rəhbəri erməni dəyirmanına su tökür?. Yoxsa ölkə başçısına qarşı nifrət hissi oyadır?. “Rəsulzadənin şəklini kimsə vurub ay-ulduz heykəl kompleksinə, bu da provokasiya yaradıb qopartdırır” “Bu gün Heydər Əliyevin doğum günüdür. Belə bir gündə Mingəçevirdə Şəhriyar adlı müdir Rəsulzadənin şəklinə hörmətsizlik etdi”. “1-ci şəkildəki Azərbaycan Demokratik Cümhuriyyətinin başçısı X25... 2-ci şəkildəki isə Cümhuriyyət banisinin fotosuna hörmətsizlik edən, onu düşmən kimi görən Mingəçevirdə Kommunal Təsərrüfat İdarəsinin rəhbəri Şəhriyar Mustafayevdir. Get idarəndə normal iş rejimi yarat. Normal iş qur; Ölkədə bu cür aşağılayıcı hərəkətlər edən Kəslər, şəxsiyyətlərə nifrət hissi aşılayan kəslər. Cəzalandırılmalıdır” kimi məlumatlar yaymışdır. İbrahim Salamovun "facebook.com” sosial şəbəkə səhifəsini izləyən bəzi şəxslər bu mövzu ilə bağlı onun yaydığı məlumatlara istinadən həmin səhifədə və digər sosial şəbəkə səhifələrində ünvanıma xoşagəlməz, şərəf və ləyaqətimi ləkələyən, nalayiq formada alçaldan, məni nüfuzdan salan şərhlər yazdllar. Məsələn: Elçin Həsənov adlı şəxs - “Ceyhunu şərləyən Komxozun sədri Şəhriyardır”, Gülzar Deniz - “Şəhriyarı it də tanımır, heyf o şərəfsiz Rəsulzadə bayrağı altında yaşayıb nəfəs alırsan, “haram olsun sənə Vətənin suyu, çörəyi.” X26 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 3(051)-432/2015 saylı qərarı ilə xx xxxxxx 2015-ci ildə şəhərin N.Nərimanov küçəsindəki 38 saylı binanın arxasında ucadan səs-küy salıb nalayiq söyüşlər söydüyünə və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə, Azərbaycan Respublikası İXM-in 310.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətə inzibati həbs edilmişdir. Bundan başqa, o, Qarabağ Hərbi Məhkəməsinin 1998-ci il tarixli hökmü ilə xx xxxxxx 1960-cı il tarixli Qanunla təsdiq edilmiş (hazırda qüvvədən düşmüş) CM-in 243-cü maddəsilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbrahim Salamovun barəsində olan hökm və qərarlar, yəni cinayət əməlləri törətməsi və məhkum edilməsi onun şəxsiyyətini səciyyələndirən hallardır. Digər tərəfdən, Elçin Həsənzadənin xx xxx 2020-ci il tarixdə “Facebook.com” sosial şəbəkə səhifəsində “Dünən Azərbaycan Demokratik X1 Rəsulzadənin şəklini Mingəçevir şəhərindəki “1941-1945” abidəsinə yapışdıran AXCP Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevdən şikayət edən bu şəxs Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir. Tezliklə bu “Qəhrəmanımızın” Mingəçevirdə “törətdiyi korrupsioner əməllərindən” ətraflı jurnalist araşdırma məlumatları sizə paylaşacam”. Onu tanıyanlar bilir ki, fasebook yarananadan ordadır, kimseni söyüb təhqir etməmişdir, indi də söyüşə qarşıdır. Amma məsələ ondadır ki, rejimin sözü ilə kimseni şərləyib tutduracaqsansa səni də onun ətrafı söyəcəkdi”. Regionlarda qara yollarla xalqdan oğurladığı pullarla oliqarxa çevrilmiş vəzifəli məmurlar ilə bağlı məlumatlar yayılmaqda davam edir. Belə qara yol məmurlarından biri də Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir. Şəhriyar Mustafayevin özbaşınalığı vətəndaşları dövlətdən narazı salır; X40 ətrafını zəbt edərək orada özünə dəyəri milyonlarla olan obyektlər və istirahət mərkəzi tikməkdədir. Bundan əlavə, Şəhriyar Mustafayev təkcə işçiləri ilə deyil, qəbula gələn vətəndaşlarla da kobud rəftar edir. Dövlətin ayırdığı büdcəni düzgün şəkildə xərcləmir. Deyir büdcədə pul yoxdur. Bəs dövlətin ayırdığı maliyyə hara gedir ay Şəhriyar. Mingəçevir şəhər təsərrüfatına rəhbərlik edən Şəhriyarın səhlənkarlıqlarını, fəaliyyətində korrupsiyaya qurşanmasını artıq hər kəs bilir. Şəhərdə jurnalistlərin çoxuna görüm-baxım etdiyi üçün onun ayıblarını yazmırlar. X5 Torpaq və Xəritəçəkmə Komitəsində işlədiyi zaman şəhərin mərkəzində Dom pionerin arxasındakı yaşayış binasının ərazisini Mingəçevirin ucqar qəsəbəsinin torpağı kimi sənədləşdirib dəyərindən üçqat baha qiymətə sahibkarlara satıb. Bundan əlavə, Şəhriyar o vəzifədə olarkən torpaqların mülkiyyətinə aid saxta şəhadətnamələr düzəldərək insanlara sotu 10 min manatdan satıb. 10 ildən çoxdur ki, müxtəlif yüksək məmur vəzifəsində çalışarkən korrupsiya əməlləri ilə özünə dəyəri milyonlarla ölçülən kommersiya obyektləri tikib. Polis bu balaca buynuz məmuru cinayət məsuliyyətinə cəlb edə bilmirsə polisə vətəndaş olaraq güvənimiz necə olsun. Bu adam artıq neçə gündür məni hədələməkdə davam edir. 1993-cü ildə Kəlbəcərdən qaçqın düşəndə əyninə şalvar ala bilməyən Şəhriyar müəllim qaynatasının sayəsində indi milyonlara sahib olub” kimi məlumatlar yaymışdır. Elçin Həsənzadənin “Facebook.com” sosial şəbəkə səhifəsini izləyən bəzi şəxslər bu mövzu ilə bağlı, onun yaydığı məlumata istinadən də ünvanıma xoşagəlməz, şərəf və ləyaqətimi ləkələyən nalayiq formada alçaldan, məni nüfuzdan salan şərhlər yazdılar. Məsələn: Samir Şakurov - “Mənliyinə tüpürüm”; - İlqar Qurbanov- “Belə biqeyrətin arvadının, qızının şəkillərini paylaşmaq lazımdır”; İlqar Bağırov - “Suka sifət”; Dünyamalı Mehdiyev - “Adı üstündədi suka, üzündən də sukalıq yağır”, Şəkər Şükür - “Tüpürüm sifətinə, kökünüz kəsilsin”, Əli İslamov - “Vəzifəyə görə mənliyini satanlar” və sair. X45 Hərbi Məhkəməsinin 2002-ci il tarixli hökmü ilə CM-in 334.1-ci maddəsiilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elçin Həsənzadə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2016-cı il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsiilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elçin Həsənzadənin barəsində olan yuxarıda qeyd edilmiş hökmlər, yəni cinayət əməlləri törətməsi və məhkum edilməsi onun şəxsiyyətini səciyyələndirən hallardır. X28 və Həsənzadə Elçin Yusif oğlu sosial elektron şəbəkə olan “Facebook.com” sosial şəbəkə səhifələrində barəmdə yaydıqları məlumatlarla təhqir, böhtan və ağır cinayətdə ittiham etməli böhtan cinayət əməlini törətmişlər. Hal-hazırda, hökm çıxarıldıqdan sonra da onlar barəmdə yazmağa davam edirlər. Bu yolla məni apellyasiya şikayətimi geri götürməyə məcbur etmək istəyirlər. Bu, onların birinci əməlləri deyil. Vətəndaşları qorumaq adı ilə guya araşdırma aparırlar, hansısa məmur barədə sosial şəbəkələrdə yazırlar. Bu məmur onlarla razılıq əldə etdikdə onlar yazı-pozunu dayandırırlar. Qanunsuz arayışları verdiyimi iddia edərək barəmdə əsassız olaraq şikayət etmiş və bununla bağlı araşdırma aparılıb cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Mənə qatil deyirlər, mən hansı qətli törətmişəm? Daha sonra atamın cinayətkar olduğunu yazırlar. Övladım yoxdur, barəmdə yazırlar ki, sonsuz deyil, başqa arvaddan iki uşağı var. Ailəm barədə yalan təhqiredici məlumatlar yayırlar. Onların mübahisəsi mənimlədir, onlara kim ixtiyar verib ki, mənim ailəmi bu məsələyə qatsınlar. Bu insanların heç kimə və heç nəyə hörməti yoxdur. Nə qanun, nə də milli mentaliteti vecinə alırlar. Halbuki, onların barəsində çıxarılmış qərarlardan görünür ki, özləri fərari və saxtakardırlar. Birinci instansiya məhkəməsi hökm çıxardıqdan sonra, guya hakimə 500 manat məbləğində pul verdiyimi yazıblar. Həmin hökmlə onlar islah işlərinə məhkum olunsalar da, görünür ki, hələ də islah olunmayıblar. Onların fikri bu cür yazıları yazmağa davam etməklə məni qorxutmaq və beləliklə də barışıq əldə etmək, ya da məni şikayəti geri götürməyə vadar etməkdir. Bu yaxınlarda Elçin Həsənzadə “Meydan TV” kanalında müsahibə verərək, Mingəçevir şəhərində yaşadığını bildirdi. Yoldaşı və qayınanası Mingəçevir Su kanal idarəsində işləyir. Ona görə də butün bunları nəzərə alaraq, apellyasiya şikayətimin təmin edilməsini, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, təqsirləndirilən şəxslərin isə apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Bundan başqa, o verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmaq üçün məhkəmə tərəfindən vaxt verilməsini istəmirəm. Buradan çıxan kimi bu şəxslər yenə də barəmdə yazmağa, məhkəmə iclasında dediyimi şərh etməyə davam edəcəklər. Bu yaxınlıqda xx xxxxxx 2020-ci ildə Həsənzadənin “Meydan TV”-nin proqramında məni ittiham etməsi ilə bağlı dediklərini fləşkarta yazıb Sizə təqdim edirəm. Həmin materialın sübut kimi qəbul edilməsi və iş materiallarına əlavə edilməsini xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən təqsirləndirilən şəxs Həsənzadə Elçin Yusif oğlu bildirmişdir ki, mən Ceyhun Rzayevi əvvəllər tanımamışam. O, Paşinyanın 09 may tarixdə Şuşa şəhərində parad keçirilməsinə etiraz olaraq Məmmədəmin Rəsulzadənin şəklini və bayrağı qaldırmışdır. Şəhriyar Musayev onunla mübahisə edən zaman kiminsə tərəfindən çəkilmiş videonu “Facebook” sosial şəbəkəsinə qoymuşuq. Şəhriyar Musayev yalan danışır, yoldaşımı işdən çıxartmağa cəhd edib. Bu barədə mətbuatda məlumat da dərc edildi. Mən onun əlindən nələr çəkmişəm. Həmin şəxs döyüşlər zamanı əsgərlərə göndərilən tikinti materiallarından evinə gətirdi. Bunları videoya çəkib qoymuşuq, qonşusu da təsdiq edir. Bu adamın korrupsiya ilə bağlı əməlləri polis şöbəsində və prokurorluqda hələ də araşdırılır. Qərar hələ çıxmayıb. Mən yalan demirəm. Mən “Meydan TV”-də düzünü danışmışam. Həmin hakimi isə işdən çıxardıblar. Həmin hakim Tərtər Rayon Məhkəməsindən də çıxarılmışdı. Bundan başqa, işimə Mingəçevir Şəhər Məhkəməsi baxıbsa, hökmün icrası niyə görə Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir? Hakimin qərəzi bundan da bilinir. İş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməmişdir, lakin icrası Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. X46 barəsində heç bir böhtan yazmamışam. Dediklərimi təsdiq edən videogörüntüləri məhkəməyə təqdim edə bilərəm. Ona görə də apellyasiya şikayətimin təmin edilməsini, Şəhriyar Mustafayevin isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm. Bundan sonra o verilən suallara cavab olaraq bildirmişdir ki, mən hərbiçi olduğuma görə təhsili davam etdirməmişəm. Jurnalist olmaq üçün təhsilə ehtiyac yoxdur. Niderland jurnalistika məktəbini qutarmışam. Bu, üç aylıq kursdur. Mən hakimə pul verməmişəm. Mən pul versəydim, mənim xeyrimə qərar çıxardardı. Şəhriyar Mustafayev jurnalistlərə pul verdiyinə görə onlar onun qanunsuz əməlləri barədə yazmırlar. Onunla məhkəmə prosesim olduğuna görə ondan yazıram. Şəhriyar Musayev yalan danışır. Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən digər təqsirləndirilən şəxs X28 bildirmişdir ki, mən həmişə Şəhriyar Mustafayevlə razılıq əldə etməyi düşünmüşəm. Mən şəxsən barışığa getmək istəyirəm. Çox yazım olmayıb. Həmişə çərçivə saxlamışam. Bundan başqa, o verilən suallara cavab olaraq bildirmişdir ki, hökm çıxdıqdan sonra həqiqədən də, Şəhriyar Mustafayevlə bir neçə yazım olub. X18 qərəzliliyim yoxdur. Mən özümü təqsirli bilmirəm. Özümü qismən təqsirli bilirəm ona görə ki, hadisələri informasiya olaraq yazmışam. Statusun altında rəy yazılan yerdə bəzi insanların ağzını tutmaq olmur. Mən onlara yazmışam ki, artıq heç bir kəlimədən istifadə etməyin, mənim heç kimlə qərəzim yoxdur. Statusun altında insanların nə yaza biləcəyini əvvəlcədən hesablaya bilmirsən, anlamırsan ki, kimsə artıq söz danışa bilər. Ona görə də həmin stutusun altında rəylər bağlanmalı idi. Amma mən yazdığım informasiyada heç kim artıq söz yazmayıb, bir xanımdan başqa, səhv etmirəmsə. Qafqaz Universitetinin şərqşünaslıq fakultəsinə daxil olmuşam, lakin bitirməmişəm. Natamam ali təhsilim var. Məhkəmədən xahişim odur ki, barəmizdə bəraət hökmü çıxarılsın. Bizə qarşı irəli sürülən ittihamlar əsassızdır. Mən şəxsən informasiya xarakterli yazı dərc etmişəm. Hadisə günü mən Şəhriyar Mustafayevin qolundan tutaraq “lazım deyil” demişəm, heç bir tərəfi tutmadan davaya qarışmışam, bundan sonra informasiya olaraq yazmışam. Yazmamaq kimi öhdəliyim yoxdur. İctimai nəzarəti həyata keçirmişəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən təqsirləndirilən şəxs Elçin Həsənzadənin müdafiəçisi X10 bildirmişdir ki, təqsirləndirilən şəxs Elçin Həsənzadənin apellyasiya şikayətinin dəlillərini müdafiə edirəm. Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Onun təmin edilməsi üçün heç bir mötəbər sübut təqdim edilməmişdir. Xüsusi ittihamçının təqdim etdiyi sənədlər kserosurətdir, sübut kimi qəbul edilməsi yolverilməzdir. Ona görə də təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən təqsirləndirilən şəxs X14 müdafiəçisi Ruslan Salahov bildirmişdir ki, təqsirləndirilən şəxs X14 apellyasiya şikayətinin dəlillərini müdafiə edirəm. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, xüsusi ittihamçı tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. X36 cəmiyyətin bir üzvü kimi öz ictimai və siyasi fəaliyytinə görə təzyiqə məruz qalmış, qarşı tərəf isə vəziyyətdən istifadə edərək apellyasiya şikayəti verib ona daha ağır cəza təyin edilməsini xahiş edir. Hesab edirəm ki, müdafiə etdiyim şəxs tərəfindən cinayət əməlinin törədilməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Ona görə də xüsusi ittihamçının apellyasiya şikayətinin təmin edilməməsini, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin isə təmin edilməsini və onlara bəraət verilməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməməli, xüsusi ittihamçının apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü xüsusi ittihamçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli və təqsirləndirilən şəxslərə təyin olunumuş cəzalar ağırlaşdırılmalıdır. İş materiallarında olan sübutlardan görünür ki, təqsirləndirilən şəxslər X28 və Həsənzadə Elçin Yusif oğlu CM-in “Facebook.com” sosial şəbəkəsi səhifələrində və digər səhifələrdə Ceyhun Rzayevin törətdiyi inzibati xəta ətrafında yalan olduğunu bilə-bilə xüsusi ittihamçı Şəhriyar Mustafayevin şərəf və ləyaqətimi ləkələyən, nüfuzuna xələl gətirən, onu nüfuzdan salan, böhtan xarakterli məlumatlar yaymış, o cümlədən korrupsiya kimi ağır cinayətdə ittiham etməklə ona böhtan atmış, habelə həmin sosial şəbəkə səhifələrində xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışlar. Belə ki, təqsirləndirilən şəxs İbrahim Salamov xx xxx 2020-ci il tarixdə “Facebook.com” sosial şəbəkə səhifəsində: - “Mingəçevirdə idarə rəhbəri Şəhriyar Mustafayev M.Ə.Rəsulzadənin fotosuna hörmətsizlik etdi. - Mingəçevir Kommunal Təsərrüfatı İdarəsi rəhbəri X4 şəklini qoparır. - Bir nəfər şəxs Rəsulzadənin şəklini ay - ulduz abidəsinə vurmuşdur. Sanki erməni dığasınm şəkli vurulub kimi hay-küy, həşir edən Şəhriyar adlı müəssisə rəhbəri onu qoparmağa cəhd edirdi. Təsəvvür edin ... bir idarə rəhbəri bu cür xainlik edir. X44 adsoyadlı müəssisə rəhbəri erməni dəyirmanına su tökür? Yoxsa ölkə başçısına qarşı nifrət hissi oyadır?. - Rəsulzadənin şəklini kimsə vurub ay-ulduz heykəl kompleksinə, bu da provokasiya yaradıb qopartdırır. Bu gün Heydər Əliyevin doğum günüdür. Belə bir gündə Mingəçevirdə Şəhriyar adlı müdir Rəsulzadənin şəklinə hörmətsizlik etdi. 1-ci şəkildəki Azərbaycan Demokratik Cümhuriyyətinin başçısı X25... 2-ci şəkildəki isə Cümhuriyyət banisinin fotosuna hörmətsizlik edən, onu düşmən kimi görən Mingəçevirdə Kommunal Təsərrüfat İdarəsinin rəhbəri Şəhriyar Mustafayevdir. Get idarəndə normal iş rejimi yarat. Normal iş qur. Ölkədə bu cür aşağılayıcı hərəkətlər edən kəslər, şəxsiyyətlərə nifrət hissi aşılayan kəslər. Cəzalandırılmalıdır” kimi məlumatlar yaymışdır. Bu məlumatlar yayılandan sonra İbrahim Salamovun "Facebook.com” sosial şəbəkə səhifəsini izləyən bəzi şəxslər bu mövzu ilə bağlı onun yaydığı məlumatlara istinadən həmin səhifədə və digər sosial şəbəkə səhifələrində xüsusi ittihamçının ünvanına onun şərəf və ləyaqətini ləkələyən, nalayiq formada alçaldan və onu nüfuzdan salan ““Elçin Həsənov adlı şəxs “Ceyhunu şərləyən Qomxozun sədri Şəhriyardır”, Gülzar Deniz adlı şəxs isə “Şəhriyarı it də tanımır, heyf o şərəfsiz Rəsulzadə bayrağı altında yaşayıb nəfəs alırsan, “haram olsun sənə Vətənin suyu, çörəyi”” kimi şərhlər yazmışlar. Digər təqsirləndirilən şəxs Elçin Həsənzadə isə xx xxx 2020-ci il tarixdə “Facebook.com” sosial şəbəkə səhifəsində: “Dünən Azərbaycan Demokratik X1 Rəsulzadənin şəklini Mingəçevir şəhərindəki “1941-1945” abidəsinə yapışdıran AXCP Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevdən şikayət edən bu şəxs Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir, tezliklə bu “Qəhrəmanımızın” Mingəçevirdə “törətdiyi korrupsioner əməllərindən” ətraflı jurnalist araşdırma məlumatları sizə paylaşacam”. “Məni tanıyanlar bilir ki, mən fsbok yarananadan burdayam, kimseni söyüb təhqir etməmişəm, indi də söyüşə qarşıyam. Amma məsələ ondadır ki, rejimin sözü ilə kimseni şərləyib tutduracaqsansa səni də onun ətrafı söyəcəkdi”. “Regionlarda qara yollarla xalqdan oğurladığı pullarla oliqarxa çevrilmiş vəzifəli məmurlar ilə bağlı məlumatlar yayılmaqda davam edir. Belə qara yol məmurlarından biri də Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir. Şəhriyar Mustafayevin özbaşınalığı vətəndaşları dövlətdən narazı salır. X40 ətrafını zəbt edərək orada özünə dəyəri milyonlarla olan obyektlər və istirahət mərkəzi tikməkdədir. Bundan əlavə, Şəhriyar Mustafayev təkcə işçiləri ilə deyil, qəbula gələn vətəndaşlarla da kobud rəftar edir. Dövlətin ayırdığı büdcəni düzgün şəkildə xərcləmir. Deyir büdcədə pul yoxdur. Bəs dövlətin ayırdığı maliyyə hara gedir ay Şəhriyar. Mingəçevir şəhər təsərrüfatına rəhbərlik edən Şəhriyarın səhlənkarlıqlarını, fəaliyyətində korrupsiyaya qurşanmasını artıq hər kəs bilir. Şəhərdə jurnalistlərin çoxuna görüm-baxım etdiyi üçün onun ayıblarını yazmırlar. X5 Torpaq və Xəritəçəkmə Komitəsində işlədiyi zaman şəhərin mərkəzində Dom pionerin arxasındakı yaşayış binasının ərazisini Mingəçevirin ucqar uçxos qəsəbəsinin torpağı kimi sənədləşdirib dəyərindən üçqat baha qiymətə sahibkarlara satıb. Bundan əlavə Şəhriyar o vəzifədə olarkən torpaqların mülkiyyətinə aid saxta şəhadətnamələr düzəldərək insanlara sotu 10 min manatdan satıb. 10 ildən çoxdur ki, müxtəlif yüksək məmur vəzifəsində çalışarkən korrupsiya əməlləri ilə özünə dəyəri milyonlarla ölçülən kommersiva obyektləri tikib. Polis bu balaca buynuz məmuru cinayət məsuliyyətinə cəlb edə bilmirsə polisə vətəndaş olaraq güvənimiz necə olsun. Bu adam artıq neçə gündür məni hədələməkdə davam edir. 1993-cü ildə Kəlbəcərdən qaçqın düşəndə əyninə şalvar ala bilməyən Şəhriyar müəllim qaynatasının sayəsində indi milyonlara sahib olub” kimi məlumatlar yaymışdır. Elçin Həsənzadənin “Facebook.com” sosial şəbəkə səhifəsini izləyən bəzi şəxslər bu mövzu ilə bağlı, onun yaydığı məlumata istinadən də xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən nalayiq formada alçaldan, onu nüfiızdan salan şərhlər yazmışlar. Belə ki, həmin şəxslərdən Samir Şakurov - “Mənliyinə tüpürüm"; İlqar Qurbanov - “Belə biqeyrətin arvadının, qızının şəkillərini paylaşmaq lazımdır”; İlqar Bağırov - “Suka sifət”; Dünyamalı Mehdiyev - “Adı üstündədi suka, üzündən də sukalıq yağır”; Şəkər Şükür - “Tüpürüm sifətinə, kökünüz kəsilsin”; Əli İslamov - “Vəzifəyə görə mənliyini satanlar” və sair kimi ifadələr işlətmişlər. İş materiallarında olan və birinci instansiya məhkəməsində baxış keçirilmiş SD diskdən və xüsusi ittihamçının məhkəmə kollegiyasına təqdim etdiyi fləşkarta olan videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs İbrahim Salamov və Elçin Həsənzadə xüsusi ittihamçı Şəhriyar Mustafayev barədə şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymışlar. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə keçirilmiş məhkəmə linqvistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 4/550 nömrəli rəyində göstərilmişdir ki:
1. Ekspertizaya təqdim edilmiş facebook sosial şəbəkəsində «Elçin Həsəndazə» adlı profildən paylaşılan yazılarda istifadə edilmiş «Harınlamış, iribuynuz və balacabuynuz” ifadələri X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
2. Ekspertizaya təqdim edilmiş facebook sosial şəbəkəsində «Elçin Həsəndazə» adlı profildən paylaşılan yazılarda Şəhriyar Mustafayev barəsində istifadə edilmiş «Cinayətkar, qatil, korrupsioner”, həmçinin onun dövlət əmlakını, mənimsəməsi, talaması, oğurlaması insanlara qarşı şər-böhtan atması, şantajdan istifadə etməsi, E.Həsənzadəni ölümlə hədələməsi ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
3. Ekspertizaya təqdim edilmiş bir ədəd fləşkartda E.Həsənzadə tərəfindən qeydə alınan videogörüntüdə söylədiyi korrupsioner, cinayətkar olması, dövlət əmlakını mənimsəməsi, talaması ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
4. Ekspertizaya təqdim edilmiş Elçin Həsəndazə tərəfindən qələmə alınan və cinayət işi materiallarına əlavə edilən «Gündənxəbər.az» saytında «Mingəçevirdə son həbslərdən nəticə çıxarmayan «JEK müdirləri-onlar niyə düzəlmir…!!!?» başlıqlı məqalədə işlədilən «Regionlarda qara yollarla xalqdan oğurladığı pullarlda oliqarxa çevrilmiş vəzifəli məmurlarla bağlı məlumatlar yayılmaqla davam edir.» Belə məmurlardan biri də «Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir.» cümləsindəki fikirlər həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən fikirlərdir.
5. Ekspertizaya təqdim edilmiş facebook sosial şəbəkəsində «X41» adlı profildən paylaşılan yazılarda Şəhriyar Mustafayev barəsində istifadə edilmiş «Dövlət əmlakını mənimsəməsi, insanlara qarşı şər-böhtan atması, xain olması» ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
6. Qeyd edilən ifadələrin həqiqəti əks etdirib-etdirməməsi ekspert linqvistin səlahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələlərdir. Bunlardan əlavə, iş materiallarında olan Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin baş təhqiqatçısı, polis mayoru X16 xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş Həsənzadə Elçin Yusif oğlunun müraciəti əsasında toplanmış xx.xx.2021-ci il tarixli HK-1/267 nömrəli material üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, Həsənzadə Elçin Yusif oğlunun DİN-in “facebook” elektron səhifəsinə ünvanladığı və xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-ya daxil olmuş müraciəti əsasında toplanmış material üzrə X2 əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmı prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət etmək, hüquqlarının olması Həsənzadə Elçin Yusif oğluna izah edilmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxlərə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər İbrahim Salamov və Elçin Həsənzadə CM-in 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. ”Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarının 2-ci bənədində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 3-cü bəndində isə qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45) (həmin qərarın 3-cü bəndi). CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə görə, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 148-ci maddəsinə əsasən isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşdən görünür ki, təqsirləndirilən şəxs Elçin Həsənzadə “facebook” sosial şəbəkəsində xüsusi ittihamçı Şəhriyar Mustafayev barədə “Harınlamış, iribuynuz və balacabuynuz” ifadələri işlətməklə onun şərəf və ləyaqətini ləkələmişdir. Həmçinin, Elçin Həsənzadə xüsusi ittihamçı barədə “cinayətkar, qatil, korrupsioner, dövlət əmlakını mənimsəyən, talayan, oğurlayan, insanlara qarşı şər-böhtan atan, şantajdan istifadə edən, onu ölümlə hədələyən” kimi ifadələr işlətmiş, lakin bu faktların həqiqəti əks etdirməsi barədə heç bir sübut yoxdur. Əksinə, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Həsənzadə Elçin Yusif oğlunun müraciəti əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Mingəçevir ŞPŞ-ya daxil olmuş şikayət əsasında toplanmış xx.xx.2021-ci il tarixli HK-1/267 nömrəli material üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, X2 əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də qeyd olunan ifadələr də xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən ifadələrdir. Eyni zamanda, Elçin Həsəndazə tərəfindən qələmə alınan və cinayət işi materiallarına əlavə edilən «Gündənxəbər.az» saytında «Mingəçevirdə son həbslərdən nəticə çıxarmayan «JEK müdirləri-onlar niyə düzəlmir…!!!?» başlıqlı məqalədə işlədilən «Regionlarda qara yollarla xalqdan oğurladığı pullarlda oliqarxa çevrilmiş vəzifəli məmurlarla bağlı məlumatlar yayılmaqla davam edir.» Belə məmurlardan biri də «Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir.» cümləsindəki fikirlər də həqiqəti əks etdirmədiyi üçün Şəhriyar Mustafayevin şərəf və ləyaqətini ləkələyən fikirlərdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Elçin Həsənzadə qeyd olunan hərəkətləri ilə CM-in 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə olan halda Elçin Həsənzadənin apellyasiya şikayətinin ona bəraət verilməsi barədə dəlilləri ilə razılaşmaq olmur. Təqsirləndirilən şəxs Elçin Həsənzadənin apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var, bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir ki, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir (mad. 47). Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir (mad. 50). Eyni zamanda, Konstitusiyada göstərilmişdir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz (mad 46). Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir (mad. 24, hissə İİİ). Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur (mad. 80). Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” xx xxxxxx 2002-ci il tarixli 404-İİKQ nömrəli Konstitusiya Qanununun 1.2-ci maddəsinə əsasən, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Həmin Qanunun 3.6-cı (Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər) maddəsində isə göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyün mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Konvensiyanın 10-cu (Fikri ifadə etmək azadlığı) maddəsində isə qeyd olunmuşdur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. İstinad olunan milli və beynəlxalq hüquq normalarından göründüyü kimi, fikir və söz azadlığı, fikri ifadə etmək azadlığı hüquq mütləq hüquq deyil və bu azadlıqların həyata keçirilməsi başqa maraqlar naminə olduğu kimi, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün də məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Söz və fikri ifadə etmək azadlığı bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Lakin bu düşüncələr, qənaət, davranış və ya duyğu hər hansı zorakılıq olmadan bəyan edilməli, digər şəxslərin nüfuzuna və ya hüquqlarının pozulmasına xələl gətirmədən, qanunla qorunan hüquq və azadlıqlarına, mənafelərinə zərər vurmadan, ləyaqətini ləkələmədən və ya nüfuzdan salmadan həyata keçirilməlidir. Başqa sözlə, söz və fikri ifadə etmək azadlığı hüquqdan sui-istifadə ilə nəticələnməməlidir, hansıki bu yolverilməzdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmin Qanunun 60-cı (Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından suiistifadəyə görə məsuliyyət) maddəsinə əsasən isə kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) ...vətəndaşların şəxsi həyatına qəsd etdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X32rşı iş üzrə (şikayət № 50538/12) qərarında göstərmişdir ki, bəyanatlar daha çox hakim D-yə olan şəxsi hücuma aid idi, nəinki tənqidə və vəzifəsinə görə hörmət edilməli olan hakimin ləyaqətini alçatmağa yönəlmişdi və bu seçki nəticələrinin saxtalaşdırılmasına baxan tədqiq hakimi kimi vəzifələrinin icrası ilə bağlı deyildi. Bunun istifadə edilmiş ″mən hakim D-yə hörmət etmirəm″, ″siyasi komissara çevrilən″, ″hüquqlarını aşmış″, ″məhkəmə sistemini rüsvay etmiş″ və ″etibar″ edilməyən kimi müxtəlif terminlər təsdiq edir . Bəyanatlar ədatən təhqirlərin şəxsi sferaya keçdiyi siyasi görüş zamanı deyilsə də, Avropa Məhkəməsi Dijon şəhər Apellyasiya Məhkəməsi və Fransa hökuməti ilə birgə nəticəyə gəlir ki, bu bəyanatların faktiki əsası olmamışdır. Həqiqətən, faktiki məlumat, xüsusilə, quldurların azadlığa buraxılması yalnış olmuş, çünki tənqid predmeti olan həmin qərar bu hakim tərəfindən qəbul edilməmişdir. Digər tərəfdən, söylənildiyi kontekst və şərait baxımından faktlar barədə bəyanatdan daha çox qiymətlədirici ifadələr kimi tövsif edilmiş digər ifadələrə gəldikdə, Avropa Məhkəməsi hesab edir ki, onlar ərizəçiyə hakim D. tərəfindən ittihamın irəli sürülməsinə əsaslanmış, eləcə də həmin hakimə qarşı düşmənçilikdən irəli gəlmişdir və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı fikrini ifadə etmək kimi niyyətə bağlı deyildi. Belə ki, Dijon şəhər Apellyasiya Məhkəməsi vurğulamışdır ki, hakim D. ″məhkəmə sistemini rüsvay etdiyi″ ifadələrinə əsasən nəzərdə tutulurdu ki, o, qanuna riayət etmir və məhkəmə fəaliyyətinin həyata keçirilməsini xarakterizə edən tələblərə zidd olaraq qərəzli idi. Lakin ərizəçi bir dəfə də olsa hakim barəsində söylədiyi fikirlərin dəqiqiliyini aydınlaşdırmamış və ictimaiyyətə bu etik qaydalara zidd olan qərarları qəbul etdiyinin sübutlarını təqdim etməmişdir (bax mutatis mutandis, yuxarıda qeyd edilən Avropa Məhkəməsinin qərarı Peruzzi İtaliyaya qarşı işi, §60). Vogt Almaniyaya qarşı iş üzrə (1995) qərarında isə Avropa Məhkəməsinin Böyük Palatası göstərmişdir ki, Vogt onun dövlət qulluqçularından "Dövlət və mövcud konstitusiya sistemini düşməncəsinə tənqid edən və böhtan atan qruplarda iştirak etməməyi" tələb edən siyasi loyallıq öhdəliyinə hörmət etməməsi şübhəsi ilə dərs dediyi məktəbdən çıxarılmışdı. Bu, onun ayrılmaqdan imtina etdiyi X15 fəalı olması faktına əsaslanırdı. Məhkəmə demokratik dövlətlərin dövlət qulluqçularından loyallıq tələb etməyə səlahiyyətinin olmasını tanımışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Elçin Həsənzadə söz və fikri ifadə etmək azadlığı adı ilə xüsusi ittihamçı barədə yalan olduğunu bilə-bilə «Harınlamış, iribuynuz və balacabuynuz”, «Cinayətkar, qatil, korrupsioner”, “dövlət əmlakını mənimsəyən”, “talayan”, “oğurlayan”, “insanlara qarşı şərböhtan atan”, “şantajdan istifadə edən”, “E.Həsənzadəni ölümlə hədələyən”, “Regionlarda qara yollarla xalqdan oğurladığı pullarlada oliqarxa çevrilmiş vəzifəli məmurlarla bağlı məlumatlar yayılmaqla davam edir. Belə məmurlardan biri də “Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir” kimi ifadələrlə facebook sosial şəbəkəsində və «Gündənxəbər.az» saytında Şəhriyar Mustafayevin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymış, onu ağır cinayətdə ittiham etməklə böhtan atmış və təhqir etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmur. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, məhkəmə ekspert rəyini mütləq kimi qəbul edib, təqsirləndirilən şəxsin arqument və dəlillərini isə nəzərə almadan ittiham hökmü çıxarmışdır. Apellyasiya şikayətinin bu dəlillərini də əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, CPM-in tələblərinə əsasən, ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış: - cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir; - bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. Ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır (mad. 127). Ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır (mad. 264.1). Təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Bu Məcəllənin 140.0.1—140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi məcburidir (mad. 264.2). Ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır. Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir (mad. 264.3). “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 3cü maddəsinə görə isə məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. İşdən görünür ki, təqsirləndirilən şəxslər xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayıb, onu ağır cinayətdə ittiham etməklə, böhtan atıb təhqir etməkdə ittiham olunrlar. Belə olan halda, təqsirləndirilən şəxslərin sosial şəbəkələrdə ifadə etdikləri sözlərin, fikirlərin, ifadələrin böhtan və təhqir olubolmamasını müəyyən etmək üçün elm sahəsində xüsusi biliyə malik olan şəxsin – ekspertin rəyinə zərurət vardır. Qeyd olunan halın ekspertizadan kənar həll edilməsi sübutun mötəbərliyi baxımından şübhəli ola bilər. Ona görə də birinci instansiya məhkəməsi iş üzrə komisyon məhkəmə linqvistik ekspertizası keçirməkdə səhvə yol verməmişdir. Həmin ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsi məsələsinə gəldikdə isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir (CPM-in 145.1-ci maddəsi). Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125.1ci maddəsi). Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin ekspert rəyinə mötəbər sübut kimi qiymət verib ona istinad etməkdə səhvə yol verməmişdir. Təqsirləndirilən şəxs Elçin Həsənzadənin yaşayış yeri ilə bağlı xüsusi ittihamçının saxta arayış verməsi barədə səsləndirdiyi fikirlərə gəlincə, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Təqsirləndirilən şəxs Elçin Həsənzadə məhkəmə kollegiyasının iclasında yaşayış yeri ilə bağlı məsələyə cavab olaraq bildirmişdir ki, 2020-ci ilin may ayında iş başlayandan Mingəçevir şəhəri, Nizami prospekti, ev 4a, mənzil 7-də qayınatasıgildə faktiki olaraq yaşayır. Eyni zamanda, iş materiallarında olan (i. v. 27) xx xxx 2020-ci il tarixli arayışdan da görünür ki, o, Mingəçevir şəhəri, Nizami prospekti, ev 4a, mənzil 7-də qeydiyyatsız yaşayır. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Elçin Həsənzadənin bu dəlilini də əsaslı hesab etmir. Digər təqsirləndirilən şəxs İbrahim Salamovun apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bu dəlillərin təqsirləndirilən şəxs Elçin Həsanzadənin apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin apellyasiya şikayəti üzrə hüquqi qiymətləndirmə aparılmış və onun dəlillərinə hüquqi qiymət verilmişdir. Ona görə də yenidən eyni məsələlərlə bağlı təkrar hüquqi qiymətləndirmə aparılmasına zərurət yoxdur. Təqsirləndirilən şəxs İbrahim Salamov facebook sosial şəbəkəsində «X41» adlı profildən paylaşdığı yazılarda «Dövlət əmlakını mənimsəyən, insanlara qarşı şər-böhtan atan, xain» və s. kimi həqiqəti əks etdirməyən ifaələrdən istifadə etməklə xüsusi ittihamçı Şəhriyar Mustafayevin şərəf və ləyaqətini ləkələyən məlumatları yaymışdır. Təqsirləndirilən şəxs İbrahim Salamovun məhkəmə kollegiyasına təqdim etdiyi videodisklərə gəlincə, məhkəmə kollegiyası bu disklərdə olan videogörüntülərin xüsusi ittihamçıya böhtan atılması və təhqir edilməsinə heç bir təsirinin olmaması, xüsusi ittihamçının haqqında yayılan məlumatların həqiqətə uyğun olmasını təsdiq etmədiyindən, bu məlumatları sübut kimi qəbul etmir. Beləliklə, təqsirləndirilən şəxslər İbrahim Salamov və Elçin Həsənzadənin israr edilən cinayət əmələrini törətməmələri barədə göstərdikləri xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxslər İbrahim Salamov və Elçin Həsənzadənin onlara qarşı irəli sürülən cinayət əməlini törətməsi işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər İbrahim Salamov və Elçin Həsənzadənin əməlində CM-in 147.1 147.2 və 148-ci maddələrinin tərkibi vardır, apellyasiya şikayətlərinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Göründüyü kimi, iş üzrə istinad olunan maddədə nəzərdə tutulan əsaslardan heç biri mövcud deyil. Belə olan halda apellyasiya şikayətlərinin təqsirləndirilən şəxslərə bəraət verilməsi ilə bağlı tələbi təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, təqsirləndirilən şəxslər onlara elan edilmiş xüsusi ittihamda göstərilən cinayət əməllərini törətmələrini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxslər İbrahim Salamov və Elçin Həsənzadənin CM-in 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cəza təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxslərə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə uyğun olmamışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. İstinad olunan sübutlarla yanaşı, xüsusi ittihamçı tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş sübutlardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci ildə barəsində hökm çıxardıb onu məhkum etdikdən sonra təqsirləndirilən şəxs İbrahim Salamov facebook.com internet sosial işəbəkəsində olan səhifəsində xüsusi itihamçı Şəhriyar Mustafayevin ünvanına xx.xx.2020-ci ildə “Çünki, bu boğazına qədər çirkabdadır”, “Mingəçevirdə idarə rəhbər cinayətkar övladı olursa bunu hansı əsasla saxlayırlar rəsmi işdə?”, “Adam kişi olub bir dəfə kişi səhifəsi ilə cavab yazammadı ...Adama deyərlər ay gerizəkalılar siz atası vəzifə başında olanda odlu silahla insan vurub, cinayət edənin, əməlləri bəlli olmayan, min cür oyundan çıxaraq “vətənpərvərlik” portreti cızan övladının kimliyini deyəcəksiz bizə???” “cinayətkar ailə başçısının bu cəmiyyətə verdiyi..”, “Nədir maraqları? Niyə Dövlətçiliyə, Cumhuriyyətçiliyə nifrət edən şəxsi Vəzifədə saxlayırlar? Şəhər İcra Hakimiyyəti ən azından bu kəmsavadı, kriminal beyinlini vəzifədən rədd etməlidir”, “Özü dəCinayət işi tutan vəzifəlinin oğludur”, “cinayətkar oğlu Şəhriyar Mustafayev”, “cinayət əməli törədən şəxsin oğlu Şəhriyar Mustafayev”, “orada provakasiya yaratmasını”, xx.xx.2021-ci ildə “Bu alçaqlığa görə”, “cinayətkar oğlu Şəhriyar Mustafayev cəzalanmır”, “cinayətkar oğlu Şəhriyar Mustafayev”, “bu alçaq adamı”, “bivec gedəni araşdırın” “çox qudurub!”, xx.xx.2012-ci ildə “biabırçı yalançı olduğu, böhtançı olduğu bir daha təsdiq olunur”, xx.xx.2021-ci ildə “Sən şəhərin adına ləkəsən”, “Dövlətin büdcəsinə ziyana oturubsan?”, “Şəhər rəhbərliyini də ləkələyirsən”, “sabitliyi pozan birisinin”, “Mingəçevir Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev “qozum” ləqəbli vəzifəli !!!” “xırdaca gedə Vəzifədədir”, “Açıqlama gəlib ki, bəs sonsuz deyil. 2 uşağı var başqa arvadından.. Nə alçaq simasızdır bu gədə.. Hələ bu aftafa çənə gədədən nələr eşidəcək”, “Şəhriyar Quşvari. Öl yerə gir, aftafa sifət..” kimi ifadələr işlətmişdir. Bunlardan əlavə, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2015ci il tarixli 2(051)-785/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X13 cavabdeh X17 qarşı şərəf ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İbrahim Salamovun qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni informasiya portallarında və qəzetdə, həmçinin eyni sosial şəbəkədəki səhifəsində eyni ölçülü və eyni şriftlərlə yazılmaq şərti ilə iddiaçı Səxavət Məmmədovdan üzr istəməsi, iddiaçı Səxavət Məmmədovun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları təkzib etməsi, 3000 manat məbləğində mənəvi ziyanın cavabdeh İbrahim Salamovdan tutularaq iddiaçı Səxavət Məmmədova ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1281/2019+ nömrəli qətnaməsindən isə müəyyən olunur ki, iddiaçı X23 cavabdeh X28 və X7 qarşı şərəf və ləyaqətinə, işgüzar nüfuzuna dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının şərəf və ləyaqətini açaltması ilə bağlı Süleyman Alsnovdan 300 manat, İbrahim Salamovdan 300 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qeyd olunanlarla yanaşı, Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx xxxx 1999-cu il tarixli hökmünün surətindən görünür ki, X28 xx xxxx 1998-ci ildə Ağdam rayonu ərazisində döyüş şəraitində yerləşən hərbi hissəsin özbaşına buraxıb getmiş və kadrlar və nizami bölməsinin mirzəsi vəzifəsində xidmət edərkən N saylı hərbi hissədən fərarilik etmiş Şəki rayon sakinləri X8 və X33 hərbi biletlərinə saxtakarlıqla onların tərxis olunmalarına dair möhür vuraraq tərxis olunmalarını göstərən qrafada zəruri qeydlər etmiş, həmin məqsəd üçün hərbi hissənin möhüründən saxtakarlıqla istifadə etmiş və həmin hərbi biletləri hərbi bilet sahiblərindən 200 ABŞ dolları almaq üçün qardaşı X24 vermişdir. Bu əməlinə görə İbrahim Salamov həmin zaman qüvvədə olan CM-in 194-cü (Rəsmi sənədləri, möhürləri, ştanpları, blankları hazırlama, saxtalaşdırma, satma və ya onlardan istifadə etmə) maddəsinin birinci hissəsi və 243-cü (Döyüş şəraitində hissəni özbaşına buraxıb getmə) maddəsi ilə təqsirli bilinib qəti olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Digər təqsirləndirilən şəxs Həsənzadə Elçin Yusif oğlu da Mingəçevir Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci ildə barəsində hökm çıxardıb onu məhkum etdikdən sonra fasebook.com internet sosial işəbəkəsində olan səhifəsində xüsusi itihamçı Şəhriyar Mustafayevin ünvanına xx.xx.2020-ci ildə “cinayət əməli törədən şəxsin oğlu Şəhriyar Mustafayev”, “orada provakasiya yaratmasını”, xx.xx.2020-ci ildə “Mingəçevir Şəhər İcra başçısı İlham İsmayılov öz “kəndxudası”, xx.xx.2021-ci ildə isə “korrupsiya əməllərindən yazdığımız üçün məhkəmə hakiminə 500 AZN rüşvət verib bizi İbrahim Türksoyla məni həbs etdirmək istəyən Mingəçevirdə”Əxlaqıyla” bir çoxlarina tanıdigi KOMXOZ sədri Şəhriyar Mustafayev”, “Şəhriyar kimi ondan yazan jurnalistin hayıfını onun həyat yoldaşını işdən çixartmağa calışan nakişi deyilik.” “idarəsi özü tam korrupsiya bataqliginda olanməmur” kimi ifadələr işlətmişdir. Bundan əlavə, xüsusi ittihamçının məhkəmə kollegiyasına təqdim etdiyi fləşkartda olan videogörüntüyə baxanda müəyyən olunur ki, internet vasitəsi ilə YouTube sosial şəbəkəsində yayımlanan Meydan TV-nin “Sənin səsin” verilişində çıxış edən təqsirləndirilən şəxs Elçin Həsənzadə xüsusi ittihamçı Şəhriyar Mustafayevi “komxoz” adlandırır, şəxslərə saxta sənəd verməkdə, işçiləri qanunsuz işlətməkdə ittiham edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Elçin Həsənzadə hətta məhkəmə kollegiyasının iclasında xüsusi ittihamçıya “şərəfsiz baştutan olmusan” deməsinə görə ona xəbərdarlıq edilmişdir. Qeyd olunanlarla yanaşı, xüsusi ittihamçının məhkəmə kollegiyasına təqdim etdiyi Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx xxxxxxx 2001-ci il tarixli 1-151/2001 nömrəli hökmündən müəyyən olunur ki, təqsirləndirilən şəxs Elçin Həsənov (sonradan Həsənzadə olub) CM-in 334.1-ci (Fərarilik) maddəsi ilə təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, X51-Qubadlı Hərbi Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli 1-103/2002 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Elçin Həsənov CM-in 333.4-cü (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67-ci maddəsinə əsasən, ona hökmlərin məcmusu üzrə qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli 012-22965-1220 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1977-ci il il təvəllüdlü X3 Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsi, 243-cü maddəsi, 40-cı maddəsi və 38-ci maddələri ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Məhkəmənin Hərbi Kollegiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə 42-ci maddə tətbiq edilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 383.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzadan azad olunmuşdur. xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş X9-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və AR CM-in 70-ci maddəsi tətbiq dilməklə cəza şərti hesab olunaraq 3 il sınaq müddəti təyin edilmişdir. Həmçinin, E.Y.Həsənov Fizuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2002-ci il ırixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 67-ci ıaddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və AR CM-in 70-ci maddəsi tətbiq edilməklə cəza şərti hesab olunaraq 3 il sınaq müddəti təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin «Amnistiya» qərarının 2.4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 1/3-ə qədər azaldılmış və xx.xx.2003-cü ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə CM-in 77-ci maddəsinə asasən çəkilməmiş cəzası 1 il 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Bundan başqa, E.Y.Həsənov Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzası bitmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər İbrahim Salamov və X27 Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə məhkum edilmələrinə baxmayaraq, xüsusi ittihamçı barədə sosial şəbəkələrdə onun şərəf və layaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar paylaşmaqda davam etmişlər. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi aqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində isə qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqirləndirilən şəxslərin ittiham olunduqları maddələrin sanksiyalarında həbslə bağlı olmayan cəzalar nəzərdə tutulsa da, məhkəmə kollegiyasının qənaətinə görə islah işi cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs İbrahim Salamovun şəxsiyyətinə nəzər salanda görünür ki, hazırda məhkumluğu və residivi olmasa da, o əvvəllər məhkum olunmuş, xüsusi ittihamçıdan başqa digər şəxslərin də şərəf və ləyaqətini alçaldan məlumatlar yayması ilə bağlı 2015 və 2019-cu illərdə mülki məsuliyyətə cəlb edilərək, ziyanına olan məhkəmə qətnamələri qəbul edilmiş, bundan sonra internet sosial şəbəkəsində xüsusi ittihamçı barədə böhtan və təhqir xarakterli məlumatlar yaymış, hətta həmin əməlinə görə barəsində məhkəmə hökmü çıxarılandan sonra da, xüsusi ittihamçı barədə eyni əməllərini davam etdirmişdir. Digər təqsirləndirilən şəxs Elçin Həsənzadə də hazırda məhkumluğu və residivi olmayan şəxs olsa da, o əvvəllər məhkum olunmuş, internet sosial şəbəkəsində xüsusi ittihamçı barədə böhtan və təhqir xarakterli məlumatlar yaymasına görə barəsində məhkəmə hökmü çıxarılandan sonra da, xüsusi ittihamçı barədə eyni əməllərini davam etdirmiş, hətta məhkəmə kollegiyasının iclasında belə xüsusi ittihamçının şərəf və ləyaqətini alçatmaqdan, ona bötan atıb təhqir etməkdən çəkinməmişdir. Hazırda təqsirləndirilən şəxslər İbrahim Salamov və Elçin Həsənzadənin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər (CMin 56.1.2). CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etmədiyinə və təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun olmadığına görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməməli, xüsusi ittihamçının apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, X28 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə, CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib altı ay müddətə, CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməli, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X14 üzərində qəti olaraq səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, məhkəmə iclas zalında həbs edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci ildən hesablanmalıdır. Həsənzadə Elçin Yusif oğlu da CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə, CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib altı ay müddətə, CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməli, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Həsənzadə Elçin Yusif oğlunun üzərində qəti olaraq səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, məhkəmə iclas zalında həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci ildən hesablanmalı və baxılmış apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ
Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
Təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməsin. Xüsusi ittihamçının apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. X28 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə, CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib altı ay müddətə, CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X14 üzərində qəti olaraq səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, məhkəmə iclas zalında həbs edilsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci ildən hesablansın. Həsənzadə Elçin Yusif oğlu CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə, CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib altı ay müddətə, CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Həsənzadə Elçin Yusif oğlunun üzərində qəti olaraq səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, məhkəmə iclas zalında həbs edilsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci ildən hesablansın. Baxılmış apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.