Məhkəmə qərarları › İş №1(107)-97/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-97/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-97/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5 müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 1(019)-4/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 01 dekabr 2021-ci il tarixli hökmü ilə, xx.xx.1963-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 228.1, 234.1 və 296.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 296.2-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 fevral 2020-ci il tarixdən 01 mart 2021ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəlinin hazırki hökmün çıxarıldığı 01 dekabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə 566,54 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs 27.02.2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə təqdim etdiyi yan tərəfində “Zahid 050306-80-16” yazıları olan karton qutu, həmin qutunun içərisində olan A4 formatlı kağızlar, 3 ədəd sellofan torbalarda olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,356 qram, 1,501 qram və 0,923 qram ümumilikdə təmiz çəkisi – 3,780 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,510 qramı və 3 ədəd sellofan torbalarda saxlanılan ümumi təmiz çəkisi16,074 qram olan analginin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 15,924 qramı məhv edilsin; 04 ədəd 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronlar dövlət nəfinə xüsusi müsadirə olunsun; 27.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi qutuya baxılş keçirilməsinə dair videogörüntünün əks edildiyi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə dair videogörüntünün əks edildiyi, «Azərcell Telekom» və "xxxx" MMC-dən məktubla daxil olan və özündə telefon danışıqlarına dair məlumatları əks etdirən disklər hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılması müəyyən edilmişdir. işin halları: Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq döyüş sursatını əldə etmə, saxlama və daşıma, habelə satış məqsədi olmadan qəsdən qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma, eləcə də qəsdən şəxsin ağır cinayət törətməkdə ittiham olunması üçün süni ittiham sübutları yaratmaqla cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə, habelə istintaqa məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq 4 ədəd 7,62 mm kalibrli həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş üçün yararlı olan və döyüş sursatı hesab edilən patronları əldə edib daşıyaraq, 26.02.2020-ci il tarixədək Qax rayonu İcra və Probasiya Şöbəsindəki xidməti otağındakı siyirmədə saxlamışdır. Bundan başqa o, qəsdən qanunsuz olaraq X6 nümunə üçün 2019-cu ilin may ayının sonu, iyun ayının əvvəlində Gəncə şəhərindən istintaqa məlum olmayan mikroavtobusla göndərdiyi və sonuncunun 16.06.2019-cu ildə ona eyni məqsədlə verdiyi cəmi ümumi təmiz çəkisi 3,780 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini birinci halda Balakən rayonu, ikinci halda isə Qax rayonu ərazisində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq, həmin vaxtdan 26.02.2020-ci il tarixədək Qax rayonu İcra və Probasiya Şöbəsindəki xidməti otağındakı siyirmədə saxlamışdır. Daha sonra o, tanışı Şahid2 sonuncunun qərəzli münasibətdə olduğu keçmiş kürəkəni Zərərçəkmiş şəxs qanuni yolla cinayət məsuliyyətinə cəlb olunmasında edəcəyi kömək müqabilində 3000 manat pul istəmiş, Zərərçəkmiş şəxs barəsində müxtəlif orqanlara şikayət etməkdə Şahid2 köməklik etmiş, lakin Zərərçəkmiş şəxs qanuni yollarla məsuliyyətə cəlb etdirməyin mümkün olmadığını anladıqdan sonra həmin pul vəsaitini əldə etmək üçün Şahid2 məlumat vermədən Zərərçəkmiş şəxs ağır cinayət törətməkdə ittiham olunması üçün süni ittiham sübutları yaratmaqla Balakən Rayon Polis Şöbəsinə sonuncunun cinayət törətməsi barədə bilə-bilə yalan məlumat vermək qərarına gəlmiş, 2020-ci ilin fevral ayının ortalarında bu məqsədlə onun niyyətindən xəbərsiz olan Qax Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyən Şahid4 vasitəsi ilə Balakən Rayon Polis Şöbəsinə Zərərçəkmiş şəxs guya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yaxın zamanlarda ona narkotik vasitə göndəriləcəyi, bu barədə ətraflı informasiya əldə etdikdən sonra məlumat verəcəyini bildirib, 26.02.2020-ci il tarixdə xidməti otağındakı siyirmədə saxladığı həmin kustar üsulla hazırlanmış heroini hər birində təmiz çəkiləri 1,356 qram, 1,501 qram və 0,923 qram olmaqla 3 ədəd sellofan bükümlərə, eləcə də ümumi təmiz çəkisi 16,074 qram olan “analgin” tərkibli maddələri 3 ədəd sellofan bükümlərə bölməklə yerləşdirərək, həmin 6 ədəd balaca sellofan torbaları 1 ədəd kağız bükümə, həmçinin xidməti otağındakı siyirmədə saxladığı həmin 4 ədəd döyüş sursatını digər 1 ədəd kağız bükümə qoyub, hər 2 kağız bükümü karton qutuya qablaşdıraraq, qutunun Zərərçəkmiş şəxs çatmasını göstərmək üçün üzərinə kiril əlifbası ilə “Zahid” və Zahid Xanlyevin istifadəsində olan mobil nömrəni, yəni “***-***-**-**” yazılarını yazmaqla, onun bu əməlindən xəbərsiz olan taksi sürücüsü Şahid7 vasitəsi ilə qəsdən qanunsuz olaraq 4 ədəd 7,62 mm kalibrli həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş üçün yararlı olan və döyüş sursatı hesab edilən patronları və satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 3,780 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əvvəlcə şəxsən Şəki rayonuna, oradan isə onun qanunsuz hərəkətlərindən xəbərsiz olan mikroavtobus sürücüsü Şahid5 vasitəsi ilə Balakən rayonu ərazisinə daşımaqla içərisində nə olduğunu bilmədiyi qutunun kim tərəfindən, hansı məqsədlə göndərilməsindən xəbərsiz olan Zərərçəkmiş şəxs göndərərək, yenidən Şahid4 vasitəsi ilə Balakən Rayon Polis Şöbəsinə guya Zərərçəkmiş şəxs 26.02.2020-ci il tarixdə saat 17 radələrində Balakən rayonu ərazisində “Bayraq Meydanı” adlanan yerdə tünd yaşıl rəngli “Mercedes” markalı mirkoavtobusla gələn içərisində narkotik vasitə olan qutunu qəbul edəcəyi barədə, yəni Zərərçəkmiş şəxs ağır cinayət-satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi cinayətini törətməkdə ittiham olunması üçün süni ittiham sübutları yaratmaqla cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmiş, həmin gün Zərərçəkmiş şəxs mobil telefonuna zəng çatmadığı və buna görə də Şahid5 qutunu ona təqdim edə bilmədiyi üçün Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yoxlanılan həmin məlumat öz təsdiqini tapmamış, 27.02.2020-ci il tarixdə isə Şahid5 qutunu Zərərçəkmiş şəxs çatdırmağa nail olduğu üçün Zərərçəkmiş şəxs göndərilən qutunun içərisinə baxan zaman narkotik vasitəni və döyüş sursatını görüb, qutunu dərhal içərisindəkilərlə birlikdə Balakən RPŞ-nə könüllü olaraq təqdim etmiş və bununla da Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq döyüş sursatını əldə etməklə saxlamış və daşımış, habelə satış məqsədi olmadan qəsdən qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamış və daşımış, eləcə də qəsdən Zərərçəkmiş şəxs ağır cinayətdə ittiham olunması üçün süni ittiham sübutları yaratmaqla cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmünün ləvğ edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1,234.1 və 296.2-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.1,234.1 və 296.2-ci maddələrinə xitam verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti və verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi3 verdikləri apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək və birinci instansiya məhkəməsinin iclasındakı ifadəsini təsdiq edərək ona bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-ninin 228.1, 234.1 və 296.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, əvvəllər 1994-2012-ci illərdə Balakən rayon icra qrupunda işləmiş, təxminən 10 il bundan əvvəl Şahid2 adlı qadınla tanış olmuşdur. Vaxtilə onun köməkliyi ilə Elmira Balakən rayon bazarında özünə mağaza əldə etmiş, o vaxtdan onun Elmira ilə yaxın münasibəti yaranmışdır. Elmira dəfələrlə ona müraciət edib, hüquqi yardım istəmiş, o da Şahid2 köməklik etmişdir. 2019-cu ildə Şahid2 bir-iki dəfə onlara gəlmiş, yoldaşı da buna öz narazılığını bildirmişdir. Balakən şəhərində X23 keçmiş binasının yanında Elmira ilə görüşüb ona məsləhət vermişdir. Elmira bir dəfə dedi ki, Zərərçəkmiş şəxs onun üstünə reket gətirir. Onda Elmiraya polisə müraciət etməsini bildirmişdir. Sonra Elmira ilə görüşəndə Elmira söyləmişdir ki, əmlak bölgüsü məsələsi var. O da Elmiraya bu məsələ ilə bağlı vəkilə yaxınlaşmasını məsləhət bilmişdir. Bir dəfə Elmira ona dedi ki, Zahid nəşə çəkir, onu tutdurmaq lazımdır. O da Elmiraya bildirdi ki, bunun üçün əsas lazımdır. Sonra Elmira dedi ki, Zahid narkotik alveri ilə məşğuldur, flomasterin qapağında narkotik satır. O vaxt Elmira dedi ki, Qəmbər adında polis tanışı var, ona bu barədə deyəcəkdir. Bununla bağlı Qəmbər müəllimə demiş, Qəmbər də Şahid6 ona tanış vermişdir. Bir gün axşam işdən evə gələndə görüb ki, Elmira gəlib. Elmira ilə görüşmüş, Elmira ona demişdir ki, sabah Zərərçəkmiş şəxs narkotik gələcəkdir. 25 fevral 2020-ci il tarixdə səhər işdə olmuş, çölə çıxanda Şahid2 gəldiyini görmüşdür. Elmira ona məlumat vermişdir ki, 26 fevral 2020ci il tarixdə axşam saat 5-də göy rəngli Mersedes avtobus Şəkidən keçir. Elmira əlindəki korobkanı ona verib, həmin korobkanı maşina verməyi ondan xahiş etmiş və həmin korobkanı satıcısının Balakəndə maşından götürəcəyini bildirmişdir. Həmin vaxt Şahid12 onun arxasıyca gəlmişdir. O, otağına girmiş və korobkanı masanın üstünə qoymuşdur. Elmira korobkanın içində nə olduğunu ona deməmişdir. Sonra Şahin müəllimdən icazə alıb Şəkiyə getmək istəmiş, sonra geri otağa qayıtmış və Rəşad adlı taksiyə zəng etmişdir. Rəşad gələndə korobkanı götürüb, Rəşadın maşınının arxa oturacağına qoymuş və avtovağzala getmişdir. Rəşad avtovağzalda yer olmadığı üçün maşını dayanacağa sürmüş və korobkanı götürüb avtobus sürücüsünə vermişdir. Rəşad avtobus sürücüsünə 5 manat də pul vermiş və Balakəndə çıxıb həmin korobkanı götürəcəklərini və korobkanın üstündə həmin şəxsin nömrəsinin olduğunu demişdir. Sonra Şəkidə mağazaları gəzmiş, oradan saat 14.00-da işə qayıtmışdır. İşdə oturanda Elmiranın ona verdiyi məlumatları Şahid4 ötürmüşdür. Sonra Qəmbər dedi ki, avtobus saat 16-da Balakənə gəlmiş, lakin orada heç kim olmamışdır. Sonra Güllük kəndində yemək yeyib evə gəlmişdir. Səhəri gecə saat 2-3 radələri olmuş Qəmbər ona zəng vurub rəisin onu axtarmasını demişdir. Onu polis əməkdaşları Balakən RPŞ-yə gətirmiş, orada rəisin Qəmbərlə telefonla danışdığını görmüş və rəis Qəmbərə onun başına oyun açacağı ilə bağlı sözlər demişdir. Rəisin otağında izahat verən zaman rəis silahını çıxarıb stolun üstünə qoymuş, onun istədikləri kimi izahat yazmasını, yoxsa oğlunun narkotik, yaxud silahla gətirəcəklərini bildirmişdir. İstintaqda müxtəlif ifadələr verməsinin səbəbi ona edilən psixi təsirlər olmuşdur. Rəis hətta məktəb direktoruna zəng edərək, yoldaşını işdən çıxarmaqla bağlı hədələmişdir. Sonra ona müdafiəçi kimi Məlahət Emçiyevanı vermiş, Emçiyeva onun istədiyi heç bir vəsatəti verməmişdir. Məlahət Emçiyeva karandaşla kağıza yazıb ona polis üçün 2000 manat pul verməyi təklif etmişdir. Sonra həmin vəkildən imtina etmişdir. Başqa Cianşi Ömərov adlı vəkil dəvət olunmuşdur. Sonra prokuror və prokuror köməkçisi Yunis Qurbanov ondan həmin vəkildən imtina etməsini tələb etmiş və izahat götürəcəklərini bildirmiş, lakin izahat götürməmişlər. O, şikayət yazıb Azərbaycan Respublikasınını Prezidentinə, Birinci Vitse- Prezidentinə, Baş Prokura göndərmiş və bundan sonra prokuror onu çağırmış və onunla söhbət etmişdir. Sonra çağırıb dedilər ki, onun bütün vəsatətlərini təmin edəcəklər, amma eləmədilər. Qax Rayon Polis Şöbəsində Viləş adlı şəxsə qarşı narkotik əməliyyatı keçirilmişdir. Əvvəl Viləş ona narkotik təklif etmiş, o da bu barədə Qəmbərə məlumat vermişdir. Qəmbər onu rəisin yanına aparmış, Viləşə qarşı narkotik əməliyyatı keçirilmişdir. İbtidai istintaqda verdiyi izahatları təsir altında vermişdir. Oradakı narkotik vasitə və sursatlar ona aid deyildir. Bağlamanın üstündəki yazı ona məxsus deyildir. O, kiril əlifbası ilə sərbəst yaza bilmir. Buna səbəb uzun illər latın əlifbası ilə yazı yazması olmuşdur. Onun Elmiraya yox, Zahidə borcu olmuşdur. Elmiranın ona tez-tez zəng vurmasının səbəbi ondan məsləhət almaq istəməsi olmuşdur. Elmira ona Zahidin tutulmasını istəməsini demişdir. Elmira hətta bunun müqabilində 3000 manat pul təklif etmiş, o da bundan imtina etmişdir. İcra şöbəsinə verilən sursatlar komissiya vasitəsilə məhv edilir. Narkotik vasitənin həmin qutunun içərisinə Balakən Rayon Polis Şöbəsində şöbənin ona məlum olmayan əməkdaşları tərəfindən qoyulmasına dair də şübhələri vardır. Çünki qutunun içərisindəki 6 ədəd sellofan torbalardan 3 ədədinin içərisində heroin, 3 ədədinin içərisində isə “analgin” tərkibli maddə çıxması şübhəlidir. Qaxda metamfetaminlə bağlı heç bir araşdırma aparılmayıb, ancaq heroinlə bağlı istintaq aparılıb. Qəmbərə verdiyi məlumatın məzmununda silah-sursatla bağlı heç bir şey olmamışdır. İş otağında saxlanc yeri yoxdur. İki icraçıya seyf belə olmamışdır. Stollarında siyirmələr olmuşdur. İş otağını xadimələr təmizləyir. Əl-barmaq izləri ilə bağlı ekspertiza keçirilməmişdir. Polis otağında işıq yaxşı olmuş, torbaların rənglərini ayırmaq mümkün olmuşdur. Yivli silahla bağlı icra işləri icraya təqdim edilmir. Döyüş sursatı və narkotik polis şöbəsində saxlanılır. Yivli silah və patronlar səhvən məhkəmədən icra şöbəsinə göndərilə bilməz. Onun Zahidlə münasibətləri həmişə yaxşı olmuşdur. O, patronları ibtidai istinatqda görmüş, narkotik vasitəni isə görməmişdir. 4 ədəd 7,62 avtomat patronu var idi. Heroin və patronlarla bağlı onda icra işi olmamışdır. Evinə və iş yerinə baxış keçirilmiş, lakin heç bir şey aşkar edilməmişdir. Viləş ona heroin və metamfetamindən nümunə vermişdir. Viləşin dedyinə görə Azərbaycana gələn gürcülər narkotiki yaxşı qiymətə alırlar. Ona görə də Viləş ondan narkotik vasitəni satmaqda köməklik etməsini xahiş etmişdir. Qəmbər Qaxda sahə müvəkkili işləyir. Viləşdən götürülən narkotik vasitəni əməliyyatda Qəmbər vasitəsilə rəisə vermişdir. X13 tərəfindən keçirilmişdir. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclası zamanı vermis olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək göstərdi ki, 27.02.2020-ci il tarixdə Balakən RPŞ-yə etmiş olduğu müraciətini təsdiqləyir. 20 ildir ki, Balakən rayon mərkəzi bazarında məktəb və ofis ləvazimatları satışı ilə məşğul olan fərdi sahibkardır. 27.02.2020-ci il tarixdə saat təxminən 16 radələrində o, özünə məxsus olan mağazada olan vaxt telefonuna ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, o, həmin zəngə cavab verəndə Arif adlı şəxs özünü ona təqdim edərək, avtobus sürücüsü olduğunu bildirib, ona Şəki rayonundan bağlama göndərildiyini demişdir. O, həmin şəxsə Şəki rayonundan ona gələcək hər hansı bir əşyanın olmadığını bildirən zaman, ondan Zahid olub-olmadığını soruşmuşdur. O da Zahid olduğunu dedikdən sonra Arif qutunun üzərində onun ***-***-**-** nömrəli mobil telefonunun və adının yazıldığını deyib, ondan hansı Zahid olduğunu dəqiqləşdirmişdir. O, bazarda kitab-dəftər satan Zahid olduğunu deyən zaman Arif onu tanıyıb, “Əfəndi əminin oğlu Zahidsənmi ?” deyə soruşmuş və o, da Arifin dediyini təsdiqləmişdir. Atasının adı Abdulhacı olsa da, kənddə hamı onu Əfəndi deyə çağırır. Daha sonra o, ona həmkəndlisi olan Şahid5 olduğunu bildirən zaman, o da Arifi tanımışdır. O, Şahid5 gətirdiyi qutunun nə qutusu olduğunu soruşan zaman, Arif ona bu barədə heç bir məlumatının olmadığını, hazırda “Bayraq Meydanı” adlanan yerin yanında olduğunu demişdir. O, Şahid5 “hazırda mağazadan çıxa bilmirəm, oğluma deyərəm gəlib götürər” dedikdən sonra Kənana zəng edərək, harada olduğunu soruşmuş, Kənan ona “Bayraq Meydanı”adlanan yerin yanında olduğunu demişdir. O, Kənana üzərində “Şəki” yazısı olan mikroavtobusa yaxınlaşıb, ondan özünə çatacaq qutunu götürməyi tapşırmışdır. Kənan oradan ona zəng edərək, üzərində ona çatacaq əşyanın “Snequroçka” yazılmış A4 formatlı kağız üçün nəzərdə tutulmuş karton qutu olduğunu, içərisində cəmi 3 ədəd A4 formatlı kağız paketinin olduğunu demişdir. Mağazada A4 formatlı kağızlar satsa da, o, həmin kağızları firma mağazasından təxminən 50 qutu birdən alır. Hər qutuda 5 paket olur. Kənanın götürdüyü qutunun sayının 1 ədəd olması, bundan başqa içərisində 3 ədəd paket olması onu şübhələndirmiş və bunun ona gəlmədiyini yəqin edib Kənana qutunu Arifin özünə geri qaytarmağı tapşırsa da, Kənan Arifin mikroavtobusu sürüb getdiyini demişdir. O, Kənana qutunu mağazaya gətirməyi tapşırmışdır. Kənan qutunu mağazaya gətirib qoyandan bir az sonra içərisindəki paketləri bir-bir açmağa başlamışdır. Paketlərin içərisinə baxan zaman müəyyən etmişdir ki, ən altdakı paketin içərisində A4 formatlı kağızların ortaları ovulmuş vəziyyətdədir. Həmin paketin ovulmuş hissəsində bir ədəd qəzetə bükülmüş və 1 ədəd adi kağıza bükülmüş 2 ədəd büküm olmuşdur. Qəzet büküm içərisində 6 ədəd sellofan torbalarda narkotikə bənzər ağ rəngli maddə, digər kağız bükümdə isə 4 ədəd patron olmuşdur. 6 ədəd sellofan paketin 3 ədədi digər 3 ədədinə baxanda rəng baxımından nisbətən fərqli olsa da, o, həyəcanlı olduğundan həmin fərqə bir o qədər fikir verməmiş, həmin sellofan paketlərin içərisində olan maddələri ağ rəngli maddələr kimi qəbul etmişdir. O, bunları görəndən sonra dərhal Şahid5 yenidən zəng edərək, həmin qutunu kimdən aldığını və onun içərisində nə olmasından xəbərinin olubolmamasını soruşmuşdur. Şahid5 ona tanımadığı bir şəxsin həmin qutunu təqdim etdiyini, içərisində nə olduğunu bilmədiyini demişdir. O da həmin vaxt dərhal gələcəkdə hər hansı bir hadisə baş verməsin deyə ona göndərilən qutunu Balakən RPŞ-yə gətirib, könüllü surətdə təqdim edib, bu barədə ərizə ilə müraciət etmişdir. Şöbədə onu həmin qutu ilə birlikdə rəis Mehman Əliyev qəbul etmişdir. Ona baş verənləri şifahi şəkildə danışmışdır. Rəis ona narahat olmamağını, onun şöbəyə verdiyi həmin məlumatın araşdırılacağını və cinayətkarların məsuliyyətə cəlb olunacağını bildirmişdir. Bundan sonra araşdırmanın aparılması şöbənin təhqiqatçısı Şahid11 tapşırılmış və Şahid11 ondan ərizə alıb, onun iştirakı ilə həmin qutuya baxış keçirmiş, narkotikə oxşar maddələr 1 ədəd zərfdə, bundan başqa aşkar edilmiş 4 ədəd patronlar da ayrıca 1 ədəd kağız zərfdə qablaşdırılıb və möhürlənib, polis əməkdaşları tərəfindən götürülmüş, sonra izahatını almışdır. Şöbədə olduğu dövrdə qutu onun nəzarətindən kənarda olmamışdır. Həmin şöbədə olduğu vaxta qədər qutuya hər hansı bir müdaxilə oluna bilməzdi. Lakin evə gedəndən sonra müdaxilə olunubolunmamasını bilmir. Keçmiş qaynanası Şahid2 ilə münasibətləri çox pisdir. Şahid2 onun ailəsini dağıtmış, keçmiş arvadı Nüşabəni ondan boşanmağa məcbur etmişdir. Bundan əlavə bir neçə il bundan əvvəl o, Şahid2 ilə birlikdə şərikli mağaza almışdır. Belə ki, bazarda 2 ədəd mağazanı (biri 92 kvadrat metr, digəri 57 kvadrat metr) alıb birləşdirmişlər. Sahə etibarı ilə böyük olan mağaza Şahid2, balaca olan isə onundur. Lakin sənədləşmə olan zaman hər iki mağaza Şahid2 adına sənədləşdirilmişdir. Bu barədə aralarında məhkəmə çəkişmələri də olmuşdur. Şahid2 dəfələrlə ondan Balakən Rayon Polis Şöbəsinə əsassız şikayətlər etmişdir. Ona görə də onunla münasibətləri çox pisdir. Təqsirləndirilən şəxs da tanıyır. Ona məxsus mağazanın alınmasında Təqsirləndirilən şəxs onlara yaxından köməklik etmişdir. Təqsirləndirilən şəxs da həmin vaxtdan etibarən tanıyır. Bundan bir neçə il sonra o, Şahid2 ilə birlikdə bazarda daha bir mağazanı almaq qərarına gəlmişlər. Ona görə də yenidən Təqsirləndirilən şəxs müraciət etmişlər. O, bunun üçün 14000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zaqatala rayonunda icra məmuru vəzifəsində işləmişdir. O, Şahid2 ilə birlikdə Zaqatala rayonunun mərkəzinə gedib Ələkbərin xidməti otağında ona 14000 manat pul vermişlər. Lakin həmin pulu bir dəfəyə və ya iki dəfəyə verdiyini dəqiq xatırlamır. Həmin pul şərikli olduğu üçün 7000 manatı ona, 7000 manatı isə Şahid2 məxsus olmuşdur. Təqsirləndirilən şəxs həmin pulu alsa da, mağazanı hərracda alınmasını təşkil edə bilmədiyini, pulun ona lazım olduğu üçün üstündən xərclədiyini, lakin qısa vaxtda pulu onlara geri qaytaracağını bildirmişdir. Təxminən 3-4 ay bundan əvvəl Təqsirləndirilən şəxs ona həmin puldan 1000 manatını geri qaytarmışdır. O, yerdə qalan 6000 manatı istəyən zaman X14 Hacıyevaya 6000 manat verdiyini, Elmiranın borcunu qaytarandan sonra onun yerdə qalan 6000 manat pulunu geri qaytaracağını demişdir. Ona görə də o, Təqsirləndirilən şəxs pulunu təkidlə istəməmiş, Şahid2 borcunu qaytarandan sonra onun pulunu qaytarmasını gözləmişdir. Nə o, nə də Xaləddin adlı şəxs Təqsirləndirilən şəxs hədə-qorxu gəlməmiş, onu heç vaxt hər hansı bir kafeyə çağırmamışlar. Xaləddinlə həmkəndlidir, onunla normal münasibəti vardır. Xaləddinin onunla Təqsirləndirilən şəxs arasında olan borc məsələsindən xəbəri yoxdur. Həyat yoldaşı Nüşabə evdən çıxıb gedən zaman Xaləddin onları barışdırmaq üçün Şahid2 evinə getmişdir. Lakin Şahid2 buna qəti etiraz etdiyi üçün Xaləddin geri qayıtmışdır. Xaləddinin adını Şahid2 məhz bu məsələyə görə yalandan çəkir. Ona təqdim edilən üzərində “Snequroçka” yazısı olan “A4” formatlı kağızlar üçün nəzərdə tutulmuş, yan tərəfindən “Zahid ***-***-**-**” məzmununda əlyazma olan qutu 27.02.2020-ci il tarixdə ona Şahid5 tərəfindən oğlu Şahid1 vasitəsi ilə çatdırılan qutudur. Həmin əlyazmanı o, icra etməmiş, kimin icra etməsini də bilmir. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya bilsə də, yazmaqda çətinlik çəkir. Lakin kiril qrafikalı Azərbaycan əlifbası ilə həm sərbəst oxuya, həm də sərbəst yaza bilir. 26.02.2020-ci il tarixdə, eləcə də ondan əvvəlki günlərdə iş vaxtı ərzində işlədiyi mağazada, iş vaxtından sonra isə yaşadığı evdə olmuşdur. Ona məxsus “Samsung S6” markalı mobil telefon 20.02.2020-ci il tarixdə əlindən yerə düşdüyü üçün yaxşı işləməmişdir. Belə ki, gələn zəngləri göstərməmişdir. Ona görə də 26.02.2020-ci il tarixdə səhər saat 10-11 radələrində o həmin telefonu hazırda xatırlamadığı Bayraq Meydanı yaxınlığındakı telefon ustalarından birinə düzəltmək üçün vermiş, usta ona telefonu axşam saat 18-19 radələrində götürə biləcəyini demişdir. O, telefonu ustadan həmin gün təxminən saat 19 radələrində işdən çıxıb evə gedən zaman götürmüş, ona görə də həmin gün səhər saat 10-11 radələrindən saat 19 radələrinə kimi onun mobil telefonu bağlı olmuş, yəni telefona zəng çatmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayon bazarında ona məxsus mağazanın alınmasında həmin dövrdə Balakən rayon İcra Şöbəsində icra məmuru işləyən Təqsirləndirilən şəxs ona, eləcə də həmin dövrdə yeznəsi və şəriki olan Zərərçəkmiş şəxs yaxından köməklik etmişdi. Belə ki, həmin mağaza hərrac yolu ilə satıldığı üçün mağazanın sənədləri icra şöbəsində olmuşdur. Təqsirləndirilən şəxs da həmin vaxtdan etibarən tanıyır. Bundan təxminən 2 il sonra o, Zərərçəkmiş şəxslə birlikdə bazarda daha bir mağazanı almaq qərarına gəlmiş, ona görə də yenidən Təqsirləndirilən şəxs müraciət etmişlər. Həmin vaxt Zaqatala rayonunda icra məmuru vəzifəsində işləyən Təqsirləndirilən şəxs bunun üçün 14000 manat pul lazım olduğunu demişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi Zaqatala rayon İcra Şöbəsindəki xidməti otağında Ələkbərə 14000 manat pulu vermişlər. Həmin pulu iki dəfəyə, əvvəlcə 8000 manat, daha sonra 6000 manat olmaqla vermişlər. Hər iki halda Zərərçəkmiş şəxs də onun yanında olmuşdur. Pulu Təqsirləndirilən şəxs verən zaman otaqda ondan, Zahiddən və Ələkbərdən başqa heç kəs olmamışdır. Həmin dövrdə o, Zərərçəkmiş şəxslə şərikli işlədiyinə görə də pulun 50 faizi Zərərçəkmiş şəxs, 50 faizi onun olmuş, yəni 7000 Zərərçəkmiş şəxs, 7000 manatı isə onun olmuşdur. Lakin sonradan Zərərçəkmiş şəxs ev alınan zaman evin pulu ümumi qazancdan verildiyi üçün Təqsirləndirilən şəxs qalan 14000 manat pul da tam şəkildə ona qaytarılmalı olmuşdur. Təqsirləndirilən şəxs həmin pulu alsa da, mağazanı hərracda alınmasını təşkil edə bilmədiyini, pulun ona lazım olduğu üçün üstündən xərclədiyini, lakin qısa vaxtda pulu onlara geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs Zaqatala rayon İcra Şöbəsində işləsə də, eləcə də mağaza Balakən rayonunda olsa da, onun Balakən rayon İcra Şöbəsində işləyən tanışı olmadığına görə də Təqsirləndirilən şəxs müraciət etmişdir ki, onun Balakən rayon İcra Şöbəsində tanışları vardır. Təqsirləndirilən şəxs da bu işdə kömək edəcəyini demişdir. Lakin hansı qaydada kömək edəcəyini isə onlara deməmişdir. 2020-ci ilin yanvar ayında o, Balakən Rayon Polis Şöbəsinə Zərərçəkmiş şəxs şikayət etmiş, şöbədə bununla bağlı araşdırma aparılsa da, araşdırma nəticəsində Zərərçəkmiş şəxs barədə hər hansı bir tədbir görülmədiyi üçün o, hüquqşünas kimi Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona 14000 manat borcu olduğu üçün ona bu qədər güzəşt edib, pulu qaytarmasını gözlədiyindən bunun qarşılığında hüquqşünas kimi ona ərizə yazmaqda kömək edəcəyini və onun hüquqi yardım üçün vəkilə əlavə pulu çıxmayacağını fikirləşmiş, ona görə də vəkilə yox, məhz tanışı Təqsirləndirilən şəxs müraciət etmişdir. 2020-ci ilin yanvar ayının sonu, fevral ayının əvvəlində o, Təqsirləndirilən şəxsla telefonla Zahidlə olan münasibətlərindən, Zahiddən etdiyi şikayətdən danışmış və ondan ərizə yazmaqda kömək etməsini xahiş etmişdir. Ələkbər telefonda ona Zahidin Xaləddin adlı şəxslə birgə ona hədə-qorxu ilə borcun qaytarmasını tələb etdiyini demişdir. Telefonda Ələkbər bildirmişdir ki, Zahid cinayətkar olub və onu tutmaq lazımdır. Ələkbər pul tələbi ilə bağlı Zahidin hədələrindən təsirlənmiş və narahat olduğu üçün Zahidin barəsində tədbir görülməsini vacib hesab etmişdir. Hətta Zahidin özünün və ailə üzvlərinin arxasınca danışmasını demişdir. Ona görə də telefonda onu hər hansı bir yolla şərləyib tutdurmağı təklif etmişdir. O, telefon danışığı zamanı Ələkbərə bildirmişdir ki, Zahidin etmədiyi cinayət üstündə şərlənib tutulması onun işi deyil. Ona təklif etmişdir ki, ona Zahiddən qurtulmaq üçün başqa çıxış yolları tapsın. Ələkbərdən Zahidin hərəkətlərinə qarşı ona ərizə yazmaqda köməklik göstərməsini istəmişdir. Təqsirləndirilən şəxs ona bu işdə köməklik edəcəyini bildirərək, 3000 manat pul istəsə də, ona imkanı olanda hörmət edəcəyini demişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs tutulmasının vacib olduğunu deyən zaman o, buna etiraz etmiş və yalnız ərizə yazmaqda köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxs da 3000 manat pulu onun həmin istəyindən sonra dilə gətirdiyi üçün o, həmin pulun ərizə yazılması müqabilində istədiyini fikirləşmişdir. Təqsirləndirilən şəxs həmin vaxt pulunun olmadığını, lakin axırda hörmət edəcəyini demişdir. Fikrində əgər Təqsirləndirilən şəxs yazdığı ərizələr bir işə yarasa və Zərərçəkmiş şəxs onun qızına qarşı etdiklərinə görə qanun qarşısında məsuliyyətə cəlb olunsa, Təqsirləndirilən şəxs 100-200 manat məbləğində pul verəcəyini nəzərdə tutmuşdur. O, Təqsirləndirilən şəxs ondan 3000 manat pul istəməsinə etiraz etməmiş, sadəcə Zərərçəkmiş şəxs qanunsuz əməllərinə görə məsuliyyətə cəlb etdirə bilsə, ona hörmət edəcəyini demişdir. O, özü Təqsirləndirilən şəxs qəti etiraz etməmişdir ki, ona bu işdə, yəni ərizə yazmaqda köməklik etsin, onu başından etməsin. O, Təqsirləndirilən şəxs hörmət edəcəyini deyib, hər hansı bir məbləğdə pul verəcəyinə söz verməmiş, lakin onun Təqsirləndirilən şəxs ərizə yazacağı üçün 3000 manat pul vermək fikri olmamışdır. Təqsirləndirilən şəxs nə düşündüyünü bilmir, ola bilsin ki, onun hörmət edəcəyini deməyini o, razılıq əlaməti kimi qəbul etmişdir. O, həmin vaxt buna fikir verməmişdir. Təqsirləndirilən şəxs telefonda ona ərizəni yazıb hazırlayacağını deyib, sağollaşmışdır. Bundan 1 və ya 2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək, ərizəni yazdığını bildirib, ərizəyə baxmaq üçün onu “Balakən konserv zavodu” adlanan zavodun yanına çağırmışdır. Həmin vaxt o, zavodun yanında yaşayan qızı Nurlananın evində olmuşdur. O, oğlu Sahibə zəng edərək, Təqsirləndirilən şəxsla görüşməyə getdiyini demişdir. Sahib isə ona həmin yerə gələcəyini demişdir. O, zavodun yanına çatana yaxın uzaqda Təqsirləndirilən şəxs dayanıb onu gözlədiyini, digər tərəfdən isə oğlu Sahibin də idarə etdiyi özünə məxsus “Chevrolet Cruz” markalı “**-VH-***” dövlət qeydiyyat nişanlı gümüşü rəngli avtomobillə oraya gəldiyini görmüşdür. O, avtomobilə minib, Təqsirləndirilən şəxs əli ilə işarə etmişdir ki, o da gəlib avtomobilə əyləşsin. Daha sonra Təqsirləndirilən şəxs da gəlib avtomobilə əyləşmişdir. Sahib avtomobili Ələkbərin yaşadığı evinə tərəf sürüb, Ələkbərin evinin yaxınlığındakı yarımtikilinin qarşısında saxlamışdır. Avtomobildə onlardan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs avtomobilin içərisində onlara ərizəni təqdim etmişdir. Ərizə 3 və ya 4 dövlət orqanına ünvanlanmışdı. Ərizədə bir sıra səhvlər olmuş, belə ki, Zərərçəkmiş şəxs soyadı ilə onun soyadını qarışdırıb səhv yazdığı üçün Sahib həmin səhvləri düzəldib, Təqsirləndirilən şəxs geri qaytarmışdır. Ələkbər həmin ərizəyə düzəliş edib, 3 və ya 4 nüsxədə çıxarıb, onlara təqdim edəcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onlara Zahidin onu hansısa kafeyə görüşə çağırdığını, ondan pulunu tələb etdiyini, daha sonra onu hədələdiyini bildirsə də, nə ilə hədələdiyini deməmişdir. Təqsirləndirilən şəxs bunları danışdıqdan sonra Zahidin dəyişdiyini, cinayətkarlara qoşulduğunu bildirib, onun məsuliyyətə cəlb edilməsinin vacib olduğunu demişdir. Bundan sonra isə o, avtomobildən düşüb getmişdir. Bu görüşdən təxminən 5-7 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək, ərizələri 3-4 nüsxədə hazırladığını demişdir. O, Sahiblə birlikdə yenidən onun yaşadığı evə tərəf getmişdir.Təqsirləndirilən şəxsla yaşadığı evin yaxınlığındakı yarımtikili evin qarşısında yenidən görüşmüşlər. Ələkbər yenidən avtomobilə əyləşmiş və Sahibə 3 və ya 4 nüsxədə tərtib edilmiş ərizələri təqdim etmişdir. Onlar ərizələrə baxıb görmüşlər ki, deyilən düzəlişləri etmişdir. Bundan sonra Ələkbər ondan soruşmuşdur ki, “mən dediyimi fikirləşdinmi?”. O, bu suala cavab verərək “Ələkbər müəllim, fikirləşməmişəm. Çünki Zahidlə aranızda olan problemləri özünüzün həll etməyinizi, məni bu işə qatmamamğınızı istəyirəm. Mənə ərizə yazmaqda köməklik et, kifayətdir. Sənin hörmətini axırda edəcəm” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildən düşərək, evinə getmişdir. O, Təqsirləndirilən şəxs onun adından yazdığı ərizələri imzalayıb, onları müxtəlif dövlət orqanlarına göndərmişdir. O, Təqsirləndirilən şəxsla cəmi 2 dəfə oğlu Sahibin avtomobilində görüşmüşdür. Başqa yerdə görüşməmişdir. Lakin dəfələrlə telefonla danışmışdır. Üzərində “Snequroçka” yazısı olan “A4” formatlı kağızlar üçün nəzərdə tutulmuş, yan tərəfindən “Zahid ***-***-**-**” məzmununda əlyazma olan qutunu ilk dəfədir ki, görür. Əvvəllər heç vaxt görməmişdir. Həmin əlyazmanı o, icra etməmişdir, kimin icra etməsini də bilmir. Təqsirləndirilən şəxs 14000 manat pulu Zaqatala rayonu ərazisində deyil, Balakən rayon mərkəzi bazarındakı mağazanın alınması üçün vermiş, Təqsirləndirilən şəxs ona 6000 manat pulu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs Zahidin narkotik vasitənin satışı ilə məşğul olduğunu, narkotik satışı ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb etdirə bilsə, 3000 manat pul verəcəyini deməmiş, Təqsirləndirilən şəxs da ona “Elmira bacı, sənin pulun mənə lazım deyil, bundan ötrü polis şöbəsi var, xahiş edirəm həmin şöbəyə müraciət edin” deməmiş, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs narkotik vasitəni rəngli qələmlərin qapağının içərisində satdığını bildirməmiş, Təqsirləndirilən şəxs ona bu barədə Balakən Rayon Polis Şöbəsinə müraciət etməyini məsləhət görməmiş, o, Təqsirləndirilən şəxs rayon polis şöbəsinin düzgün araşdırma aparmadığını deməmiş, çünki ümumiyyətlə Zahidin narkotik vasitə satışı ilə məşğul olması barədə məlumatı olmadığı üçün bununla bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etməmişdir. O, Təqsirləndirilən şəxs inandırmaq üçün “cümə məscidənə and olsun” deyə and içməmişdir. Təqsirləndirilən şəxs da ona Qax Rayon Polis Şöbəsində tanışı olduğunu, həmin tanışı vasitəsi ilə aidiyyəti orqanlara məlumat çatdıracağını bildirməmişdir. Həmin görüş olmamış, ümumiyyətlə nə görüşlərdə, nə də telefon danışıqlarında Təqsirləndirilən şəxs ifadəsində yalandan göstərdiyi həmin danışıqlar olmamışdır. Təqsirləndirilən şəxs 24.02.2020-ci il tarixdə ona zəng edərək, Zərərçəkmiş şəxs atasının adını soruşub-soruşmadığını, onun Təqsirləndirilən şəxs Zahidin atasının adını deyib-demədiyini dəqiq xatırlamır. Ola bilsin hansısa məqsədlə soruşmuş, o da bildirmişdir. Lakin bunu xatırlamır. O, Təqsirləndirilən şəxs evinə getməmiş, həmin görüş ümumiyyətlə olmamış, heç vaxt Təqsirləndirilən şəxs ona Şəki rayonuna gedəcəyini bildirməmişdir. O, nəinki 26.02.2020-ci il tarixdə, ümumiyyətlə heç vaxt Qax Rayon Məhkəməsinin qarşısında olmamış, oraya hər hansı bir qutu ilə getməmiş və onu Təqsirləndirilən şəxs verməmişdir. Qax Rayon Məhkəməsinin harada yerləşməsini belə bilmir. Ona görə də Təqsirləndirilən şəxs həmin gün onun oraya gəlməyini, ona guya Qax rayonunda həkimə gəlib orada 1-2 saat ləngiməyini və oradan da Bakı şəhərinə gedəcəyini, daha sonra ona Zərərçəkmiş şəxs saat 17 radələrində Balakən rayonundakı “Bayraq Meydanı” adlanan yerdə göy rəngli “Mercedes” markalı avtobusla ona gələn narkotik vasitəni qəbul edəcəyini deməmiş, ondan hansısa qutunu da Şəki rayonundan Balakən rayonuna yola salmağı xahiş etməmiş, ona qutunun üzərinə onu götürəcək şəxsin nömrəsini yazdığını, satıcının maşının qabağına çıxıb qarşılayacağını bildirməmiş, yol xərci olaraq 5 manat da pul verməmiş, “burdan uşaqlar üçün ayın-oyun almışam” deməmişdir. Habelə Təqsirləndirilən şəxs onların görüşlərini kiminsə görməsi barədə ibtidai istintaqda dedikləri də tamamilə yalandır. Təqsirləndirilən şəxs dedikləri ona görə yalandır ki, o, Təqsirləndirilən şəxs Qax rayonunda həkim yanına gəldiyini, oradan da Bakı şəhərinə gedəcəyini deməyi heç də məntiqli deyil. Bunun məntiqli olmadığını Təqsirləndirilən şəxs da bilməli idi. Çünki Bakı şəhərinə gedəcəyi halda nə üçün müayinəni daha savadlı və daha qabiliyyətli həkimlərin toplaşdığı paytaxt Bakı şəhərində yox, yolüstü balaca rayon olan Qax rayonunda etdirməyi ilk baxışdan şübhəli, gəlməlidir. O, Şahid12 tanımır, onun qara şubası olduğunu hər kəs bilir. O, həmin şubanı hər il qış aylarında geyinir. Qış aylarında şuba geyindiyini Təqsirləndirilən şəxs yaxşı bilir. Belə ki, 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxsla görüşən zaman da əynində qara rəngli şuba olmuşdur. Çox güman ki, Təqsirləndirilən şəxs onun əynində qara şuba olması barədə Şahid12 məlumat vermiş və yaxud ona şəklini göstərmiş, yaxud da onu kənardan Şahid12 göstərdiyi üçün Xəyal bu barədə məlumat vermişdir. 26.02.2020-ci il tarixdə, eləcə də ondan əvvəlki günlərdə də Balakən rayon mərkəzi bazarında olan məktəb ləvazimatları mağazasında olmuş, həmin vaxt satıcısı Şəbnəm İbrahimova və mağazaya işi öyrənməyə gələn Səmayə Çıraqova da mağazada olmuşlar. Həmin gün Xocalı soyqırımının anım günü olduğuna görə həmin günü xüsusilə xatırlayır. Həmin gün hər kəs qərənfil alaraq, soyqırım qurbanlarını yad etmək üçün həmin soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə qoyurlar. Çox adam mağazanı gül mağazası ilə səhv salaraq, mağazada qərənfil satılıb-satılmamasını soruşmuşlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 da ifadəsində anası Şahid2 Təqsirləndirilən şəxsla görüşləri barədə dedikləri ilə bağlı eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qax rayon İcra və Probasiya Şöbəsində icra məmuru işləmiş Təqsirləndirilən şəxs təxminən 7-8 ildir ki, tanıyır. Belə ki, o, Zaqatala Rayon Polis Şöbəsində işləyən zaman Təqsirləndirilən şəxs həmin vaxt Zaqatala rayon icra qrupunda icra məmuru vəzifəsində işləmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ona müraciət edərək, tanışı olan bir nəfər şəxsin ona satmaq üçün narkotik vasitə təklif etdiyini, hətta nümunə üçün 2 ədəd sellofan bağlamada verdiyini bildirib, həmin nümunəni ona göstərmişdir. O, bu barədə Qax Rayon Polis Şöbəsinin rəisinə məlumat vermiş, beləliklə Təqsirləndirilən şəxs dediyi adamın ətrafında əməliyyat tədbirlərinin qurulmasına qərar verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaxından köməkliyi nəticəsində həmin şəxs Qax Rayon Polis Şöbəsinin xidməti ərazisində yaxalanaraq, şöbənin inzibati binasına gətirilmişdir. Həmin vaxt müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1982-ci il təvəllüdlü Bakı şəhəri sakini X8r. Tutulan zaman Viləşin üzərində 1000 qram heroin və 500 qram metafetamin aşkar edilmişdir. Həmin tədbirdə Təqsirləndirilən şəxs yaxından iştirak etdiyi üçün bununla bağlı Qax Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən fəxri fərmanla mükafatlandırılmışdır. Həmin faktla bağlı Qax Rayon Polis Şöbəsində ********* nömrəli cinayət işi başlanmış və Viləş Əhədova həmin narkotik vasitənin Bakı şəhər sakini X7 tərəfindən verildiyi müəyyən edilmiş, həmin şəxsin Bakı şəhərindəki evinə baxış zamanı evindən 11.187 qram heroin və 167.795 qram metafetamin aşkar edilərək, götürülmüşdür. Həmin cinayət işi sonradan istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Təxminən 20 və ya 21 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, Balakən Rayon Polis Şöbəsində tanışının olub-olmasını dəqiqləşdirmişdir. O, Təqsirləndirilən şəxs tanışının olduğunu deyən zaman, Ələkbər ona Balakən rayonunda Zahid adlı şəxsə narkotik vasitə göndəriləcəyini demişdir. O, Təqsirləndirilən şəxs haradan göndəriləcəyini soruşan zaman, Ələkbər bunun hələ dəqiq məlumat olmadığını, çox güman ki, Bakı şəhərindən göndəriləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bu məlumatların dəqiqləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin məlumatları dəqiqləşdirib, ona deyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla danışıb qurtarandan sonra Polis Akademiyasından birlikdə təhsil aldığı, eləcə də həm Bərdə Rayon Polis Şöbəsində, həm də Zaqatala Rayon Polis Şöbəsində birlikdə işlədiyi və hazırda Balakən Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid6 zəng edib, Təqsirləndirilən şəxs ona verdiyi məlumatları demişdir. Bundan 1 və ya 2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək, Zahid adlı həmin şəxsin ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs olduğunu demişdir. Lakin narkotik vasitənin nə zaman, kim tərəfindən və nə ilə göndəriləcəyi barədə ətraflı məlumat alandan sonra deyəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs aldığı həmin məlumatı olduğu kimi Şahid6 bildirmişdir. Şahid6 Zərərçəkmiş şəxs şəxsiyyəti barədə məlumat topladıqdan sonra ona zəng edib, Zahid adlı şəxsin həqiqətən həmin ünvanda yaşadığını və ailə problemlərinin olduğunu demişdir. Bundan başqa 26.02.2020-ci il tarixdə saat təxminən 16:10 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs göndərilən narkotik vasitənin Şəki rayonundan Balakən rayonuna gələn tünd yaşıl rəngli “Mercedes” markalı mikroavtobusda 1 ədəd karton qutunun içərisində göndərildiyini, həmin mikroavtobusun Balakən rayonunda “Bayraq Meydanı” adlanan yerə saat 17 radələrində çatacağını demişdir. O da bu barədə dərhal Şahid6 məlumat vermişdir. Bundan təxminən 1-2 saat sonra Şahid6 ona zəng edərək, məlumatın doğru olmadığını bildirmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs zəng edərək, məlumatın doğru olmadığını demişdir. Təqsirləndirilən şəxs isə məlumatın doğru olduğunu, dəqiq mənbədən öyrəndiyini bildirmişdir. Təqsirləndirilən şəxs nə üçün Zərərçəkmiş şəxs narkotik vasitə əldə etməsi barədə məlumatı Balakən Rayon Polis Şöbəsinə yox, məhz ona deməsini soruşan zaman demişdir ki, özü Balakən rayon sakinidir, ona görə də yaşadığı rayonda adının polislə əlbirlikdə çəkilməsini istəmir. Həm də onun bu hərəkəti tutduğu vəzifə ilə uyğun gəlmir. Təqsirləndirilən şəxs məlumatın ona kim tərəfindən verildiyi barədə heç bir məlumat verməmişdir. Sadəcə məlumatın dəqiq olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanıyıb-tanımadığını soruşsa da, Ələkbər ona həmin şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərilən bağlamanın içərisində narkotik vasitədən başqa avtomat patronları olan döyüş sursatları barədə heç nə deməmişdir. O, həmin cinayətin üstü açılandan sonra bilmişdir ki, narkotik vasitənin yanında 4 ədəd döyüş sursatı olan avtomat patronları da olmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitənin çəkisini soruşsa da, o, bu barədə heç bir məlumatının olmadığını demişdir. Ondan narkotik vasitənin kim tərəfindən göndərildiyini soruşsa da, bu barədə məlumatının olmadığını demişdir. Təqsirləndirilən şəxsla 26.02.2020-ci il tarixdə saat 16:10 radələrində telefonla danışan zaman ondan nə üçün məlumatın narkotik vasitənin Balakən rayonuna çatana yaxın verməsinin səbəbini soruşan zaman, o həmin məlumatı elə indicə aldığını demişdir. Ələkbər X2 verdiyi 2 ədəd sellofan bağlamada olan həmin narkotik vasitəni göstərsə də, həmin vasitəni ona verməmişdir. Həmin narkotik vasitə Ələkbərə nümunə kimi verilmişdir. Təqsirləndirilən şəxs ona nümunə kimi verilən narkotik vasitəni Viləş Əhədova qaytardığını və həmin nümunənin Viləş Əhədovun üzərində tapılan narkotik vasitənin içərisində olduğunu demişdir. Təqsirləndirilən şəxs 16.06.2019-cu il tarixdə ona heroin və metafetamin verməmişdir. Hətta onun X19 İsmayılova ikinci dəfə heroin və metafetamin verməsindən məlumatı olmamışdır. O, yalnız Viləş Əhədovun ona tutulmasından bir neçə gün əvvəl heroin və metafetamin göndərməsini bilmiş, lakin ikinci dəfə ona nümunə üçün heroin və metafetamin verməsindən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 20 və ya 21 fevral 2020-ci il tarixdə Şahid4 ***-***-**-** nömrəli mobil telefonu ilə onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək, haləhval tutmuş, bir az danışdıqdan sonra ona Balakən rayonuna Zahid adlı şəxsə narkotik vasitə göndəriləcəyini demişdir. O, narkotik vasitənin haradan göndəriləcəyini soruşan zaman Qəmbər ona hələ dəqiq məlumatının olmadığını, lakin çox güman ki, Bakı şəhərindən göndəriləcəyini demişdir. O, Şahid4 həmin məlumatın təfərrüatı ilə ona deməsini istəsə də, Qəmbər ona məlumatın hələ tam olmadığını, dəqiqləşdirib, ona bir söz deyəcəyini bildirmişdir. Bundan 1 və ya 2 gün sonra o, yenidən Şahid4la telefonla danışmış, Qəmbər ona həmin şəxsin ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. O, həmin şəxsin şəxsiyyəti ilə maraqlanan zaman, həqiqətən həmin ünvanda Zərərçəkmiş şəxs yaşadığını, onun ailə problemlərinin olduğunu öyrənmişdir. Hətta bu barədə Şahid4 da məlumat vermişdir ki, həmin şəxsin ailə problemləri vardır. 26.02.2020-ci il tarixdə Şahid4 ona yenidən zəng edərək, Zərərçəkmiş şəxs həmin gün, yəni 26.02.2020-ci il tarixdə Şəki rayonundan Balakən rayonuna gələn tünd yaşıl rəngli “Mercedes” markalı mikroavtobusdan 1 ədəd karton qutunun içərisində narkotik vasitə qəbul edəcəyini bildirmişdir. Həmin mikroavtobusun Balakən rayonunda “Bayraq Meydanı” adlanan yerə saat 17 radələrində çatacağını demişdir. O, Şahid4 bu məlumatın dəqiq olub-olmamasını soruşmuşdur. Şahid4 məlumatın dəqiq olduğunu, məlumat verən şəxsin Qax rayon İcra və Probasiya Şöbəsində işləyən tanışı Təqsirləndirilən şəxs olduğunu demişdi. O, dərhal bu barədə raport tərtib edərək, şöbə rəisinə məlumat vermişdir. Bundan sonra o, saat təxminən 16:30 radələrindən etibarən “Bayraq Meydanına” getmişdir. Həmin vaxtlarda oraya Şəki rayonundan mikroavtobus gəlsə də, Zərərçəkmiş şəxs həmin yerə gəlməmişdir. O, bu barədə Şahid4 da məlumat vermişdir ki, məlumat öz təsdiqini tapmamışdır. 27.02.2020-ci il tarixdə şöbə rəisi Mehman Əliyev ona Zərərçəkmiş şəxs Balakən Rayon Polis Şöbəsinə naməlum şəxs tərəfindən göndərilən qutu ilə bağlı müraciət etdiyini bildirmişdir. Bir gün əvvəl onun tərəfindən Zərərçəkmiş şəxs narkotik vasitə göndəriləcəyi ilə bağlı raport verildiyi üçün rəis qutuya baxış keçirilməsində onun iştirak etməyini tapşırmışdır. Zərərçəkmiş şəxs rəisin qəbulundan çıxıb, əlindəki qutu ilə dərhal təhqiqatçı Şahid11 otağında keçmişdir. Şahid11 Zərərçəkmiş şəxs ərizə aldıqdan sonra Zahidin və onun iştirakı ilə qutuya baxış keçirməyə başlamışdır. Baxış zamanı qutunun içərisində 6 ədəd şəffaf sellofan paketlərdə narkotikə bənzər maddə və 4 ədəd avtomat gülləsi var idi. Həmin 6 ədəd şəffaf sellofan paketlərdən 3 ədədinin rəngi digər 3 ədəd sellofan paketdəkilərdən fərqlənmişdir. Belə ki, nisbətən çəkiləri az olan 3 ədəd sellofan paketlərdə olan maddələr açıq qəhvəyi rəngli, nisbətən onlardan çəkiləri çox olan 3 ədəd şəffaf sellofan paketlərdəki maddələr ağ rəngli olmuşdur. Qutuya baxış keçirildikdən sonra protokol tərtib olunmuş, daha sonra Şahid11 Zərərçəkmiş şəxs izahatını almışdır. Bununla da Zahidin iştirakı ilə şöbədə sənədləşmə işləri yekunlaşmışdır. Zərərçəkmiş şəxs qutunu şöbədə qoyub, çıxıb getmişdir. 28.02.2020-ci il tarixdə isə gecə saat 03 radələrində onun şöbəyə çağırılmasından xəbəri yoxdur. Zahid şöbəyə gəldiyi vaxtdan Şahid11 otağını tərk edib getdiyi vaxta qədər qutu Zahidin nəzarətindən kənarda olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Opel Vectra A” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun daimi müştərisi olmuşdur. 26 fevral 2020-ci il tarixdə səhər təxminən saat 10-11 radələrində Təqsirləndirilən şəxs özünün istifadəsində olan, hazırda nömrəsini xatırlamadığı telefon nömrəsindən onun ***-***-**-** və ya ***-***-**-** nömrəsinə zəng edərək, həmin gün 12-yə 20 dəqiqə qalanda məhkəmənin qarşısında olmağı tapşırmış və Şəki şəhərinə iş üçün gedəcəyini bildirmişdir. İstifadə etdiyi mobil telefonda 2 mobil nömrə olduğundan həmin gün Təqsirləndirilən şəxs ***-***-**-** və ya ***-***-**-** nömrəsinə zəng etdiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs sifarişi ilə 26 fevral 2020-ci il tarixdə günorta 12-yə 20 dəqiqə qalmış Qax Rayon Məhkəməsinin inzibati binasının qarşısına gəlmişdir. Təxminən 10-12 dəqiqə məhkəmə binasının qarşısında gözlədikdən sonra Təqsirləndirilən şəxs əlində bir ədəd A4 formatlı kağız qutusu ilə yaxınlaşmışdır. Həmin qutu ortadan yapışqan lentlə bağlanmış və həmin lentin özündən əl tutmaq üçün yer də düzəldilmişdi. Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açıb, əlindəki həmin qutunu arxa sərnişin oturacağının qarşısındakı yerə qoyub, bu A4 kağızı da Şəkidə verəcəyini demişdir. Qutunu həmin yerə qoyduqdan sonra özü qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin qutu bir qədər akkumlyator qutusunu xatırlatdığından o, hətta zarafat edərək, “Ələkbər müəllim, akkumlyatormu almısınız?” deyə soruşmuşdur. Təqsirləndirilən şəxs onun zarafatına bir qədər gülümsəsə də, cavab verməmişdir. Qutunun içərisində A4 kağızının olduğunu hesab etmiş, həmin qutunu açıb içinə baxmamışdır. Yolda ordan-burdan söhbət edərək, Şəki şəhərinin girəcəyində dairəvi yola çatdıqda “Ələkbər müəllim, düzmü gedirik?” deyə soruşmuş, Təqsirləndirilən şəxs ona həmin yerdən sağa dönməyi, bir qədər getdikdən sonra Şəki şəhərində avtovağzala sürməyi və maşındakı qutunu həmin yerdə avtobusa verməyi tapşırmışdır. O, əslən Şəkidən olduğundan şəhərin yollarını yaxşı tanıyır. Avtovağzalın aşağı küçəsindən avtovağzalın qarşısına sürmüşdür. Təqsirləndirilən şəxs avtovağzalın içinə sürübsürməməyini soruşduqda, Ələkbər ona içəri sürməyə ehtiyac olmadığını deyərək, elə avtovağzalın qarşısında maşını saxlamağı tapşırmışdır. Avtovağzalın qarşısında Təqsirləndirilən şəxs ona 5 manat pul verib, həmin qutunu Balakənə hansı avtobus çıxırsa, onunla Balakənə yola salmağını tapşırmışdır. Avtobus sürücüsünə isə Balakəndə onu qarşılayıb, qutunu götürəcəklərini deməyini tapşırsa da, qutunu avtobus sürücüsündən kimin götürəcəyini deməmişdir. Ələkbər həmçinin ona əgər qutunu qarşılamasalar, qutunun üzərindəki nömrəyə zəng etməyi avtobus sürücüsünə deməyi və mikroavtobusun Balakənə çatacağı vaxt sürücüdən öyrənməyini də tapşırmışdır. Avtomobilin arxa sərnişin oturacağındakı qutunu götürmək üçün düşdükdə, başqa bir sürücü ona həmin yerdə avtomobili saxlamağın qayda pozuntusu olduğunu və yol polisi əməkdaşlarının gəlib onu cərimə edə biləcəklərini dedikdə, avtomobili avtovağzalın yuxarı girişindən üst döngəyə sürmüşdür. Həmin yerdə yenidən avtomobildən düşüb arxa sərnişin oturacağına Təqsirləndirilən şəxs qoyduğu qutunu götürərək, avtovağzala girmişdir. Balakənə gedən mikroavtobusun sürücüsünü əvvəl tapa bilməmişdir. Oradakı şəxslər ona sürücünün kafedə ola biləcəyini demişlər. Avtovağzalın içərisində zal hissədə olan kafeyə baxdıqda,orada da həmin mikroavtobusun sürücüsünü tapa bilməmişdir. Yenidən geri qayıtdıqda avtovağzalda olan tanımadığı şəxslərdən biri ona mikroavtobusun qapısını açıb baxmağı təklif etmiş, sürücünün yata biləcəyini demişdir. Həmin mikroavtobusun qapısını açdıqda, arxa sərnişin oturacaqlarının üstündə bir nəfərin uzandığını görmüşdür.Həmin şəxsin sürücü olduğunu dəqiqləşdirdikdən sonra sürücüyə Təqsirləndirilən şəxs ona verdiyi 5 manat pulu uzadaraq, bir ədəd qutunu Balakənə aparmaq lazım olduğunu və Balakəndə həmin qutunu gəlib götürəcəklərini bildirmişdir. Həmçinin qutunu qarşılayacaq adam geciksə, həmin qutunun üzərindəki nömrəyə zəng etməyini ondan xahiş etmişdir. Sürücü onunla razılaşmış və həmin qutunu mikroavtobusun qabaqdakı birinci sərnişin oturacağının altına qoymağını bildirmişdir. Sürücüdən mikroavtobusun Balakənə nə vaxt çatacağını soruşmuş, sürücü ona saat 5-in yarısında və ya 6-nın yarısında Balakən şəhərində “Bayraq Meydanı” adlanan yerdə olacağını bildirmişdir. 5-in yarısı və ya 6-nın yarısı dediyini dəqiq xatırlamır. Sürücüyə 5 manat pulu verib, qutunu da onun dediyi yerə qoyduqdan sonra geri, avtomobilin yanına qayıtmışdır. Təqsirləndirilən şəxs da həmin vaxtı avtomobilin yanında onu gözləmişdir. O, avtomobilə əyləşən kimi Təqsirləndirilən şəxs qutunu verib-vermədiyini soruşmuş, ona Balakən rayonuna gedən tünd yaşıl rəngli “Mercedes” markalı mikroavtobusa verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü ondan həmin mikroavtobusun Balakən rayonuna nə zaman çatacağını və harada dayanacağını soruşmuşdur. O da Təqsirləndirilən şəxs mikroavtobus sürücüsünün dediyi vaxtı və dayanacaq yeri barədə məlumat vermişdir. Mikroavtobus sürücüsünün Balakən rayonunda “Bayraq Meydanı” adlanan yerdə dayanacağını, oraya ya 5-in, ya 6-nın yarısında çatacağını, yolda mikroavtobusa minibdüşənlərdən asılı olaraq 20-30 dəqiqə ləngimə ehtimalının olduğunu da demişdir. O, saatı hazırda dəqiq xatırlamasa da, həmin vaxt mikroavtobus sürücüsünün dediyi dəqiq vaxtı olduğu kimi Təqsirləndirilən şəxs dedikdən sonra 20-30 dəqiqə ləngimə ehtimalının olduğunu da demişdir. Bundan sonra geri, avtomobilinə əyləşərək, ona avtomobili Şəki şəhərində "xxxx" ASC-nin filialının yanında yerləşən 9 mərtəbəli binanın qarşısına sürdürmüşdür. Həmin yerdə gözləməyini bildirmiş və avtomobildən düşüb mağazaların qarşısı ilə getmişdir. Getdiyi səmti görsə də, həmin vaxtı dayanacağa nəzarət edən şəxs yaxınlaşdığından başı ona qarışmış və Təqsirləndirilən şəxs hara getdiyini görməmişdir. Dayancağa nəzarət edən şəxsin sözü ilə avtomobili yerləşdirdiyi zaman Təqsirləndirilən şəxs geri qayıtmışdır. Onun qayıtmağı cəmi 3-4 dəqiqə çəkmişdir. Ələkbər avtomobilə minib Qaxa qayıtmaqlarını bildirmişdir. Təxminən günorta saat 14 radələrində Qax şəhərinə çatmışlar. Təqsirləndirilən şəxs axşam onu işdən götürüb, Zaqatalaya çatdırmağını və həmin vaxt taksi pulunu verəcəyini demişdir. Həmin gün axşam saat 18 radələrində Qax Rayon Məhkəməsinin qarşısına getmiş, Təqsirləndirilən şəxs işdən çıxanda onu avtomobilinə mindirib, Zaqatala rayonundakı Bayraq meydanına Balakən şəhərinə gələn taksilərin dayandığı yerdə düşürmüşdür. Təqsirləndirilən şəxs ona 20 manat pul vermişdir. Təqsirləndirilən şəxs daimi müştərisi olduğundan işdən çıxanda onu çox vaxt Zaqatala şəhərindəki Bayraq meydanına çatdırır. Həmin yerdən də Balakənə gedən taksilərə minib, Balakən şəhərinə gedir. Onun başqa müştərisi olarsa, Təqsirləndirilən şəxs başqa taksi sifariş verir. 27 fevral 2020-ci il tarixdə axşam saat 18 radələrində Təqsirləndirilən şəxs işdən çıxdıqda onu Qax Rayon Məhkəməsinin qarşısından mindirib onun sifarişi ilə Qax rayonunun “Zərnə kəndi” yazılan yerdən 50 metr Zaqatalaya tərəf yol kənarında düşürmüşdür. Prokurorluqda ona təqdim edilən üzərində “Snequroçka” yazısı olan “A4” formatlı kağızlar üçün nəzərdə tutulmuş, yan tərəfindən “Zahid ***-***-**-**” məzmununda əlyazma olan qutu 26.02.2020-ci il tarixdə ona Şəki rayonundakı avtovağzalda Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonuna yola salmaq üçün verilən və onun tərəfindən adının sonradan Arif olduğunu öyrəndiyi mikroavtobus sürücüsünə verdiyi həmin qutudur. Təqsirləndirilən şəxs ona qutunu təqdim edən zaman “Zahid ***-***-**-**” məzmununda əlyazmanın qutu üzərində yazılmış vəziyyət olmuşdur, həmin əlyazmanı kimin icra etməsini bilmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes Benz 508D" markalı, “10-20- 438“ dövlət nömrə nişanlı tünd yaşıl rəngli mikroavtobusla Balakən-Şəki marşrutu üzrə işləyir. Həmin marşrut üzrə ondan başqa Rəfail Sarıyev də işləyir. Belə ki, o, ardıcıl 4 gün işləyir, növbəti 4 gün ardıcıl Rəfail Sarıyev işləyir. O, işlədiyi günlərdə səhər 08:30-da Balakən avtovağzalından çıxmaqla təxminən saat 11 radələrində Şəki şəhər avtovağzalına çatır. Həmin gün saat 14:00-da Şəki şəhər avtovağzalından çıxmaqla 16:30 radələrində Balakən rayonunda “Bayraq Meydanı" adlanan yerə çatır. Mikroavtobus 19 sərnişin üçün nəzərdə tutulmuşdur. Bundan başqa Şəki rayonundan Balakən rayonuna, eləcə də əks istiqamətdə hərəkətdə olarkən ayrı-ayrı şəxslərin əşyalarının çatdırılmasını da təmin edir. Sərnişinlər üçün bilet 3,50 manat, əşyaların çatdırılması üçün isə xidmət haqqı olaraq təxminən 2 manat alır. 26.02.2020-ci il tarixdə saat təxminən 12:30 radələrində o, Şəki şəhər avtovağzalında özünə məxsus mikroavtobusun salonunda arxa sərnişin oturacaqlarının üzərində uzanıb dincələn zaman mikroavtobusda ondan başqa heç kim olmamışdır. Həmin vaxt mikroavtobusun qapısının açıldığını görmüş, əlində A4 kağız üçün nəzərdə tutulmuş qutu olan şəxs “sürücü sizsinizmi” deyə soruşan zaman o, sürücü olduğunu demişdir. O, əlindəki qutunu ona uzadaraq, üzərində 5 manat pul verib, qutunu Balakən rayonuna aparmaq lazım olduğunu və Balakəndə həmin qutunu gəlib götürəcəklərini bildirib, qutunu götürəcək adamın gecikəcəyi təqdirdə qutunun üzərindəki nömrəyə zəng etməyi xahiş etmişdir. O, görmüşdür ki, qutunun üstündə nömrə yazılıb. O, pulun çox olduğunu görüb, ona pulun qalığını qaytarmaq istəyən zaman həmin şəxs ehtiyac olmadığını bildirmişdir. O, həmin şəxsdən qutunun içərisində nə olduğunu soruşan zaman kompüter kağızı olduğunu demişdir. Qutunun içində nə olmasını bilməmişdir. O, qutunu birinci sərnişin oturacağının altına qoymağını tapşırdığına görə həmin şəxs qutunu birinci sərnişin oturacağının altına qoymuş və ondan Balakən rayonuna nə zaman çatacağını soruşanda, ona saat 16:30-da çatacağını bildirmişdir. O, həmin gün 16:30 radələrində Balakən rayonunda “Bayraq Meydanı" adlanan yerə çatan zaman qutunun üzərində yazılan, hazırda xatırlamadığı nömrəyə zəng etsə də, nömrəyə zəng çatmamışdır. Həmin gün bir neçə dəfə qutunun üzərindəki nömrəyə zəng etsə də, nömrə bağlı olduğundan danışa bilməmişdir. Ona görə də o, qutunu növbəti gün yenidən özü ilə Şəki rayonuna aparmış və 27.02.2020-ci il tarixdə saat 16:30 radələrində Balakən rayonunda “Bayraq Meydanı" adlanan yerə çatanda o, yenidən qutunun üzərində yazılan nömrəyə zəng etmişdir. Nömrəyə Zahid adlı şəxs cavab vermiş, onunla telefonla danışan Zahidin onun həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. O, Zahidə telefonda Şəki rayonundan kompüter kağızı üçün nəzərdə tutulan qutunun göndərildiyini bildirən zaman, Zahid qutunu götürmək üçün oğlunu göndərəcəyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Zahidin oğlu olduğunu deyən oğlan ona yaxınlaşaraq, qutunu soruşmuş, o, həmin qutunu Zahidin oğluna vermiş və yaşadığı Qazma kəndindəki evinə getmişdir. Evə çatandan 10-15 dəqiqə sonra Zahid ona zəng etmiş və qutunu ona kimin verdiyini, qutunun içərisində nə olduğunu soruşmuş, o, Zahidə tanımadığı şəxsin verdiyini, içərisində nə olmasından məlumatının olmadığını, lakin həmin şəxsin deməsinə görə kompüter kağızı olduğunu demişdir. Zahid ona telefonda qutunun içərisində avtomat gülləsi və ağ rəngli toz olduğunu demişdir. Həmin gün axşam vaxtı (saatı dəqiqliklə xatırlamır) Zahid ona zəng edərək, təcili onun işlədiyi mağazaya gəlməli olduğunu, Balakən Rayon Polis Şöbəsinin Əli adlı əməkdaşının orada olduğunu bildirmişdir. Zahid ona 10 dəqiqə ərzində çatsa, mağazaya, çatmasa birbaşa şöbəyə gəlməyini tapşırmışdır. O da təcili Zahidin işlədiyi mağazaya getmişdir. Həmin vaxt orada Zahid, oğlu Kənan, həmkəndlisi Xaləddin, polis əməkdaşı Əli, eləcə də mülki geyimdə olan digər 2 nəfər şəxs olmuşdur. Həmin şəxslərin adlarını bilmir. Əli müəllim mağazada qutunu haradan götürdüyünü soruşmuşdur. O da bildiyi hər şeyi danışmışdır. Bundan sonra Əli müəllim təcili şöbəyə getməli olduğunu bildirdiyi üçün Zahid, o, və polis əməkdaşları Balakən Rayon Polis Şöbəsinə getmişlər. O, mağazaya gedəndə qutunun içərisindəkilər yenidən qutunun içərisinə yığıldığı üçün, qutunun içərisində nə olmasını görə bilməmişdir. Mağazaya çatandan təxminən 5-10 dəqiqə sonra mağazadan Balakən Rayon Polis Şöbəsinə getmişlər. Mağazada olarkən Əli müəllimin suallarına cavab verib, oradan çıxmışlar. Şöbədə olarkən şöbə rəisi Zərərçəkmiş şəxs qəbul etmək istədiyi üçün o, rəisin qəbuluna getmişdir. Tanımadığı polis əməkdaşları isə ondan qutunu verən şəxs, onun xarici görkəmi barədə məlumatlar almağa çalışmışlar. Zahid şöbə rəisinin qəbuluna gedən vaxtdan sonra o, Zahidi görməmişdir. Polis əməkdaşlarının Zahidin iştirakı ilə hansı istintaq hərəkətlərinin keçirdiklərini görməmişdir. Çünki onlar ayrı-ayrı otaqlarda olmuşlar. Zahidin şöbədən nə zaman çıxmasını belə bilmir. Prokurorluqda ona təqdim edilən üzərində “Snequroçka” yazısı olan “A4” formatlı kağızlar üçün nəzərdə tutulmuş, yan tərəfində “Zahid ***-***-**-**” məzmununda əlyazma olan qutu ona Şəki rayonundakı avtovazğzalda adının sonradan Rəşad olduğunu öyrəndiyi şəxs tərəfindən verilən həmin qutudur. Qutunun üzərində əlyazmanı kimin icra etməsini bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. X20 adlı şəxsə borcu olmuş, borcunu qaytara bilməmişdir. 2015-ci ildə ortaq dostlar vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Ələkbərlə dərdləşən zaman ona borcu olduğunu, bir nəfərdə narkotik olduğunu, borcunu bağlamaq üçün həmin narkotikin satılmasında ona dəstək olmasını, narkotikin satılmasında ona kömək etməsini xahiş etmişdir. Ələkbər də öz növbəsində özünün də borcunun olmasını və narkotikin satılmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Ələkbər ondan nümunə istəmiş, o da ona kurtkanın içində marşrut vasitəsi ilə nümunə göndərmişdir. Həmin nümunəni çəkməmiş və çəkisini dəqiq bilməmişdir. Narkotik vasitə təxminən 1 qram civarında olmuşdur. Orada həm heroin, həm də metafetamin var idi. Sonra Ələkbər ikinci dəfə nümunə istəyəndə ikinci nümunəni Ələkbərlə Qax rayonu Qorağan kəndində görüşərək ona əlbəəl vermişdir. 2-ci dəfə verdiyi nümunə Vinston markalı siqaret qutusunun içində idi. Sonra Ələkbər onu süd zavoduna çağırmış və o da ona inanıb,oraya getmişdir. Oraya əməliyyatçılar gəlmiş və onu tutmuşlar. Ondan sonra Ələkbəri görməmişdir. İkinci dəfə verdiyi nümunəni Orxan adlı polisin əlində görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından etibarən Balakən Rayon Polis Şöbəsinin narkomaniyaya qarşı mübarizə qrupun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.02.2020-ci il tarixdə axşam vaxtı, saatı dəqiqliklə xatırlamır, Zahid adlı şəxs ona məlumat vermişdir ki, naməlum şəxsdən ona narkotik vasitə və patronlar göndərilmişdir. Həmin vaxt o, Balakən şəhərində “Bayraq Meydanı” adlanan yerin yanında olmuşdur. Ona görə də dərhal Zahidin dediyi Balakən rayonu mərkəzi bazarındakı mağazaya getmişdir. Mağazada Zahiddən başqa oğlunun və Xaləddin adlı şəxsin olduğunu görmüşdür. Zahid ona qutunu, içərisindən aşkar olunan 6 ədəd sellefon bağlamaları və 4 ədəd patronları göstərmişdir. O, həmin şəffaf sellofan bükümlərə baxan zaman həmin 6 ədəd şəffaf sellofan bükümlərdən nisbətən çəkiləri az olan 3 ədəd şəffaf sellofan bükümlərin açıq qəhvəyi rəngli, çəkiləri nisbətən çox olan 3 ədəd şəffaf sellofan bükümlərin isə ağ rəngli olduğunu görmüşdür. O, Zahiddən həmin qutunu haradan aldığını soruşan zaman, Zahid qutunu ona Şəki-Balakən marşrutu ilə işləyən, hazırda adını xatırlamadığı mikroavtobus sürücüsünün gətirdiyini bildirmişdir. O, qutunun üstündə Zahidin adı və xatırlamadığı mobil nömrəsinin yazıldığını görmüşdür. O, Zahidə təcili mikroavtobus sürücüsünü zəng edib çağırmağını tapşırmış və demişdir ki, əgər tez gələ bilirsə, mağazaya, gec gələcəksə şöbəyə gəlsin. Zahid zəng edərək, həmin şəxsə məlumat vermişdir. Həmin sürücü təxminən 10-15 dəqiqə ərzində mağazaya gəlmiş və ona həmin qutunu bir gün əvvəl Şəki rayonundan tanımadığı şəxsdən qəbul etdiyini və qutunun içərisində nə olduğunu bilmədiyini demişdir. O, sürücüyə və Zahidə qutunu, eləcə də içərisindəkiləri götürməklə Balakən Rayon Polis Şöbəsinə getməyi təklif etmişdir. Həmin şəxslər onunla birlikdə Balakən Rayon Polis Şöbəsinə getmişlər. O, bu barədə dərhal şöbə rəisinə məlumat vermişdir. Şöbə rəisi Zahidi əlindəki qutu ilə birlikdə qəbul etmişdir. Həmin vaxt o, sürücüdən ona qutunu verən şəxsin əlamətlərini öyrənmək üçün onunla öz otağında şifahi söhbətlər aparmışdır. Zahid rəisin qəbulundan çıxandan dərhal sonra əlindəki qutu ilə birlikdə təhqiqatçı Şahid11 otağına keçmişdir. Şahid11 otağında onun iştirakı ilə sənədləşmə işləri aparılmışdır. Bundan sonra Zahid çıxıb evinə getmişdir. Zahid şöbəyə gəldiyi vaxtdan Şahid11 otağını tərk edib getdiyi vaxta qədər qutu Zahidin nəzarətindən kənarda olmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaqda ifadəsində göstərdikləri, yəni mağazada 6 ədəd şəffaf sellofan bükümlərə baxan zaman onların hamısının ağ rəngdə olması, çəkilərinin bərabər olması, rəisin onu qəbul etdikdən sonra qutunu şöbədə qoyaraq evə getməsi, 28.02.2020-ci il tarixdə gecə saat təxminən 03 radələrində şöbəyə çağırılması və onun ərizəsinin, izahatının həmin vaxt alınması, eləcə də qutuya baxışın həmin vaxt keçirilməsi doğru deyildir. O, mağazada həmin şəffaf sellofan bükümlərə baxan zaman 6 ədəd şəffaf sellofan bükümlərdən nisbətən çəkiləri az olan 3 ədəd şəffaf sellofan bükümlərin açıq qəhvəyi rəngli, çəkiləri nisbətən çox olan 3 ədəd şəffaf sellofan bükümlərin isə ağ rəngli olduğunu görmüşdür. Ona təqdim edilən videogörüntüdə olan 6 ədəd şəffaf sellofan torbalar onun mağazada gördüyü həmin torbalardır. 27.02.2020-ci il tarixdə axşam vaxtı bacısı oğlu X9 öz dostu X16 ilə birlikdə Bakı şəhərindən onun yanına qonaq gəlmişlər. O, məlumat alan zaman onlarla birlikdə “Bayraq Meydanı” adlanan yerin yaxınlığında çayxanaların birində çay içmişdir. Həmin məlumatı alan kimi vaxt itirmədən bacısı oğlu və onun dostu ilə birlikdə Zahidə məxsus bazardakı mağazaya getmişdir. Onlar da onunla birlikdə mağazaya getsələr də, narkotik vasitəni və döyüş sursatlarını görməmişlər. O, mağazaya girib, həmin narkotik vasitəni və döyüş sursatlarını görən kimi Zahidə onları yenidən qutunun içərisinə götürdükləri yerə qoymasını tapşırmışdır. Həmin vaxt Nihad və Tural onun arxasında olmuşlar. Onlar 6 ədəd sellofan paketləri və 4 ədəd patronları görməmişlər. Onlar Bakı şəhərində yaşadıqları üçün hal-hazırda da oradadırlar Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 27.02.2020-ci il tarixdə şöbə rəisi Mehman Əliyev ona Zərərçəkmiş şəxs Balakən Rayon Polis Şöbəsinə naməlum şəxs tərəfindən göndərilən qutu ilə bağlı müraciət etdiyini bildirmişdir. Bir gün əvvəl əməliyyat müvəkkili Şahid6 tərəfindən Zərərçəkmiş şəxs narkotik vasitə göndəriləcəyi ilə bağlı raport verildiyi üçün rəis qutuya baxış keçirilməsində Şahid6 iştirak etməsini tapşırmışdır. Zərərçəkmiş şəxs rəisin qəbulundan çıxıb əlindəki qutu ilə təhqiqatçı Şahid11 otağına keçmiş, Şahid11 Zərərçəkmiş şəxs ərizə aldıqdan sonra Zahidin və Şahid6 iştirakı ilə qutuya baxış keçirməyə başlamışdır. Zahid şöbəyə gəldiyi vaxtdan Şahid11 otağını tərk edib getdiyi vaxta qədər qutu Zahidin nəzarətindən kənarda olmamışdır. O, həmin vaxt Şahid11 otağında olmasa da, kənardan bunları müşahidə etmişdir. O, qutunun içərisində olan narkotik vasitə və patronları görməmişdir. Həmin vaxtdan etibarən o, Zərərçəkmiş şəxs narkotik vasitəni verən sürücü ilə bağlı əməliyyat tədbirlərini həyata keçirməklə məşğul olmuşdur. O, 28.02.2020-ci il saat təxminən 02:00 radələrində Zərərçəkmiş şəxs zəng edərək,qaynanası Şahid2 mobil nömrəsini soruşmuş, Zahid də ona həmin nömrəni vermişdir. Həmin zəngdən 1 saat sonra təxminən gecə saat 03:00 radələrində o, Zərərçəkmiş şəxs yenidən zəng edərək, şöbəyə çağırmışdır. Ondan narkotik vasitənin ona necə gəlib çıxması ilə bağlı ətraflı məlumatlar almışdır. Çünki həmin gecəni o, səhərə qədər Arif adlı sürücüyə qutunu verən şəxsi isti izlərlə tapmağa çalışmış və buna da nail olmuşdur. Zərərçəkmiş şəxs 28.02.2020-ci il tarixdə heç kəs ərizə və izahat almamış, qutuya baxış keçirilməmişdir. Ərizə və izahatın alınması, qutuya baxış keçirilməsi 27.02.2020-ci il tarixdə onun şöbəyə ilkin gəlişi zamanı olmuşdur. 28.02.2020-ci il tarixdə gecə saat 03 radələrində o, Zərərçəkmiş şəxs Şəki rayonunda qutunu avtovağzala gətirən şəxsi tapmağa çalışdığı üçün çağırmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid11 ifadəsində göstərmişdir ki, 27.02.2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsində əməliyyat-istintaq qrupunun üzvü olan zaman axşam vaxtı şöbə rəisi Mehman Əliyev ona Zahid adlı şəxsə naməlum şəxs tərəfindən içərisində narkotik vasitəyə bənzər maddə və 4 ədəd avtomat gülləsi olan qutu göndərildiyini bildirib, göstəriş vermişdir ki, həmin şəxsin ərizəsini və izahatını alıb, qutuya baxış keçirsin. O da dərhal Zahidə ərizə yazmasını bildirib, ona ərizə blankını təqdim etmişdir. Zahid ərizə yazdıqdan sonra şöbənin əməliyyat müvəkkili Şahid6 və Zərərçəkmiş şəxs iştirakı ilə qutuya baxış keçirmişdir. Baxış zamanı qutunun içərisində 6 ədəd şəffaf sellofan paketlərdə narkotikə bənzər maddə və 4 ədəd avtomat gülləsi olmuşdur. Həmin 6 ədəd şəffaf sellofan paketlərdən 3 ədədinin rəngi digər 3 ədəd sellofan paketdəkilərdən fərqlənirdi. Belə ki, nisbətən çəkiləri az olan 3 ədəd sellofan paketlərdə olan maddələr açıq qəhvəyi rəngli, nisbətən onlardan çəkiləri çox olan 3 ədəd şəffaf sellofan paketlərdəki maddələr ağ rəngli olmuşdur. Qutuya baxış keçirildikdən sonra protokol tərtib olunmuş, daha sonra tərəfindən Zahidin izahatı alınmışdır. Bundan sonra o, şöbədən çıxıb öz evinə getmişdir. 27.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs rəisin qəbulundan sonra əlindəki qutu ilə birlikdə onun yanına gəlmiş və o, Zərərçəkmiş şəxs iştirakı ilə sənədləşmə işlərini yerinə yetirdikdən sonra, Zahid qutunu şöbədə qoyub çıxıb getmişdir. 28.02.2020-ci il tarixdə isə gecə saat 03 radələrində onun şöbəyə çağırılmasından xəbəri yoxdur. Zahid şöbəyə gəldiyi vaxtdan onun otağını tərk edib getdiyi vaxta qədər qutu Zahidin nəzarətindən kənarda olmamışdır. 6 ədəd şəffaf sellofan bükümlərdə olan maddələrin rəngləri bir-birinə oxşadığı, ilk baxışda bir o qədər fərqlənmədiyi üçün o, protokola onların rəngini daxil etməmişdir. Həmin 6 ədəd şəffaf sellofan bükümlərdən nisbətən çəkiləri az olan 3 ədəd şəffaf sellofan bükümlər açıq qəhvəyi rəngli, çəkiləri nisbətən çox olan 3 ədəd şəffaf sellofan bükümlər isə ağ rəngli olmuşdur. Zərərçəkmiş şəxs ola bilsin mağazada bunlara fikir verməmişdir. Çünki 3 ədəd şəffaf sellofan bükümlərdə olan açıq qəhvəyi rəngli maddələr digər 3 ədəd şəffaf sellofan bükümlərdə olan maddələrdən bir-birindən rəng çalarlarına görə çox az fərqlənmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Elmira ona telefonla zəng edərək, yoldaşının Zahidlə intim münasibətdə olmasını və Bakı şəhərində görüşdüklərini bildirdi. Sonra Zahid haqqında dedi ki o itin başını əzmək lazımdır. Elmiradan dediklərini sübut etməsini soruşduqda o, qızının boşanmasından sonra hər şeyi sübut edəcəyini bildirdi. Həmçinin Elmira ona Zahid haqda o itin başını əzməmiş onlara rahatlıq olmayacağını demişdir. Zənniycə Elmira aralarında münaqişədə olan kürəkəni Zahidi onun vasitəsi ilə cəzalandırmaq istəyib. Həmçinin Elmira qardaşına Zahidi çaylağa apararaq, başını əzmək lazım olduğunu demişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 26 fevral 2020-ci il tarixdə Qax Rayon Məhkəməsinin qarşısında özünə məxsus hüquq ofisində olan zaman Ələkbər müəllim onu icra və probasiya şöbəsinə çağırmışdır. Onu çağırmaqda məqsədi onun çobanının icra və probasiya şöbəsində icra işi olmasıdır. O, ofisdən icra və probasiya şöbəsinə gedən zaman Ələkbər müəllimin bir qadınla məhkəmə binasının qarşısındakı cökə ağacının yanında söhbət etməsinin şahidi olmuşdur. Həmin vaxt qadının əlində karton (snequroçka) qutu var idi. Qutu skoç ilə bağlanmış vəziyyətdə idi. Qutunun üzərində 306 ilə başlanan telefon nömrəsi yazıldığını, həmçinin kiril hərfləri ilə nə isə yazıldığını görmüşdür. Xanım 60-65 yaşlarında olardı və onun əynində qara rəngli şuba var idi. Həmin qadını ilk dəfə görürdü. Təxminən saat 10-11 radələri olardı. Sonradan həmin qutunu Ələkbər müəllimin əlində görmüşdür. Sonra Ələkbər müəllimlə onun otağında çobanının icra işi ilə bağlı danışıb oradan ofisinə getmişdir. İbtidai istintaqda Balakən rayon prokurorunun köməkçisi Yunis Qurbanov tərəfindən dindirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Şəki şəhərindən olan dostu Şahmar ilə Qax Rayon Məhkəməsinə getmişdir. Ələkbər müəllimin bir qadınla məhkəmə binasının qarşısındakı cökə ağacının yanında söhbət etməsini görmüşdür. Həmin vaxt qadının əlində karton (snequroçka) qutu var idi. Qutu skoç ilə bağlanmışdı. Qutunun üzərində yazı görməmişdir. Onunla onların arasında 15 metr məsafə olardı. Xanım 60-65 yaşlarında olardı və onun əynində qara rəngli şuba var idi. Həmin qadını ilk dəfə görürdü. Təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra Ələkbər müəllim qutunu götürüb məhkəməyə girdi. Birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, fevral ayının 25-i Şahid14 yanına Qax rayonuna getmişdir. 26-sı fevralda Vüsal dedi ki, məhkəmədə işi var, ora gedək. O da onunla Qax Rayon Məhkəməsinə getmişdir. Məhkəmənin önündə cökə ağacının yanında 60-65 yaşlarında əynində qara şuba olan bir qadın görmüşdür. Qadının əlində qutu var idi . Qutunun üzərində ağ və göy rənglər var idi. Həmin qutunun üzərində yazılar yox idi. Qutu kağız qutusu idi. Həmin qadının əlindəki qutunu məhkəmə işçisinə verdiyini görmüşdür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizanın 28.02.2020-ci il tarixli, 139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «1 ədəd kağız bükümdə aşkar olunmuş 6 ədəd sellofan torbalarda narkotik vasitəyə bənzər maddələr…» sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kiçik polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,356 qr, 1,501 qr, 0,923 qr, ümumi təmiz çəkisi – 3,780 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir; həmin zərfin içərisindəki digər 03 (üç) ədəd kiçik polietilen paketlərdə, ayrı-ayırlıqda təmiz çəkiləri – 2,821 qram, 5,166 qram, 8,087 qram ümumi təmiz çəkisi 16,074 qram olan ağ rəngli maddələrin tərkibini müvafiq laboratoriya cihazı olmadığından müəyyən etmək mümkün olmamışdır; tədqiqata təqdim edilmiş 03 (üç) ədəd kiçik polietilen paketlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Qeyd:a)Heroinlərin ümumi təmiz çəkisi-3,780 qram, tədqiqata sərf edildi- 0,150 qram (hər obyektə-0,050 qram), qalıq-3,630 qram. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 28.02.2020-ci il tarixli, 144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 04 ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronlardır, atəş üçün yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 30,60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 18.03.2020-ci il tarixli, 9 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2020-ci il tarixli, 6/123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsi №2 dairəvi möhür əksi olan «1 ədəd kağız bükümdə aşkar olunmuş 6 ədəd sellofan torbalarda narkotik vasitəyə bənzər maddələr…» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 03 (üç) ədəd kiçik polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,306 qram, 1,451 qram, 0,873 qram, ümumilikdə təmiz çəkisi-3,630 qram olan açıqqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər, kimyəvi tərkibinə görə eynidirlər. Bu tədqiqat obyekti üzrə MEM-nin Şəki regional bölməsi 28.02.2020-ci il tarixli, 139 nömrəli ekspert rəyi verilmişdir. Təqdim edilmiş ağ rəngli tozşəkilli maddə “Analgin” 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Qeyd: Heroinin ümumi təimz çəkisi-3,630 qram, tədqiqata sərf edildi-0,12 qram, qalıq-3,510 qram. Analginin ümumi təmiz çəkisi- 16,074 qram, tədqiqata sərf edildi-0,15 qram, qalıq 15,924 qram. Ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 17 aprel 2020-ci il tarixli, 4/151 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, karton qutunun yan tərəfində olan “Zahid 050306-80-16” əlyazmaları-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 112 manatdır. İş materiallarında olan ambulator məhkəmə- narkoloji ekspertizasının 29 mart 2020ci il tarixli, 211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 14.05.2020-ci il tarixli, 6/753 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 03 (üç) ədəd polietilen paketlərdəki heroinlər, X3 götürülmüş 1 ədəd sellofan torbadakı heroinlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirilər. İlkin tədqiqat zamanı 3 (üç) ədəd polietilen paketlərdə və 1 (bir) ədəd sellofan torbada olan heroinlərin təmiz çəkiləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsinin 16 iyun 2019-cu il tarixli, 365 saylı və 28 fevral 2020-ci il tarixli, 139 saylı ekspert rəylərində göstərilib. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 16 iyun 2019-cu il tarixli, 365 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.X10 məxsus ağ sellofan torbadan aşkar edilərək götürülmüş...narkotik maddə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi-1000 qram olan maddə kustar üsulla hazırlanmış narkottik vasitə-heroindir. Həmin zərfin içərisindəki digər 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi-500 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra №27) daxil olan metamfetamindir. Qeyd:1) Heroinlərin təmiz çəkisi- 1000 qram, tədqiqata sərf edildi-0,150 qram, qalıq-999,85 qram.2) Metamfetaminlərin təmiz çəkisi-500 qram, tədqiqata sərf edildi-0,150 qram, qalıq499,85 qram. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 iyul 2021-ci il tarixli, 4/768 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, karton qutunun yan tərəfində olan “Zahid 050306-80-16” əlyazmaları – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 173 manatdır. İş materiallarında olan maddi sübutu tanıma haqqında 14 iyun 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs 27.02.2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə təqdim etdiyi yan tərəfində “Zahid 050306-80-16” yazıları olan karton qutu, həmin qutunun içərisində olan A4 formatlı kağızlar, 3 ədəd sellofan torbalarda olan narkotik vasitə-heroin, 3 ədəd sellofan torbalarda saxlanılan “analgin” tərkibli maddə, 4 ədəd döyüş sursatı olan patron maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid6 tərəfindən tərtib edilmiş 26.02.2020-ci il tarixli raportda qeyd edilmişdir ki, əldə olunmuş əməliyyat məlumatına əsasən 26.02.2020-ci il tarixdə Şəki rayonundan Balakən rayonuna işləyən marşrut avtobusu ilə ünvan 3 ünvanında qeydiyyatda olan olan xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına narkotik vasitələrin olduğu 01 ədəd kardon qutunun göndəriləcəyi və sonuncunun həmin günü saat 17 radələrində Balakən şəhərində yerləşən “Bayraq dairəsi” adlı ərazidə onu götürəcəyi ehtimal olunur. Habelə Şahid6 tərəfindən tərtib edilmiş 26.02.2020-ci il tarixli arayışda göstərilmişdir ki, qeyd edilən əməliyyat məlumatı yoxlanılarkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Şəki şəhərindən Balakən rayonuna gələn marşrut avtobusun sürücüsü ilə görüşməmiş və bununla onun cinayət əməlini ifşa etmək mümkün olmamışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 29.02.2020-ci il tarixli, 5(019)27/2020 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış aparılmış, axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan Qax rayon İcra və Probasiya Şöbəsindən alınan 19.03.2020-ci il tarixli, 642/1 nömrəli məktubdan görünür ki, Qax rayon İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında və içərisində təhlükəsizlik kameraları yoxdur. İş materiallarında olan Qax Rayon Məhkəməsinin inzibati xəta haqqında işlər üzrə çıxardığı 27.03.2018-ci il tarixli, 3(024)-82 nömrəli, 27.03.2018-ci il tarixli, 3(024)-83 nömrəli, 27.03.2018-ci il tarixli, 3(024)-84 nömrəli və 28.03.2018-ci il tarixli, 3(024)-85 nömrəli qərarlarında müsadirə edilməsi göstərilən əşya və predmetlərlə Təqsirləndirilən şəxs 03.10.2018-ci il tarixli aktla Qax Rayon Polis Şöbəsinə təhvil verdiyi əşya və predmetlər tamamilə üst-üstə düşür, həmin əşya və predmetlər arasında 4 ədəd döyüş sursatı hesab edilən patronlar yoxdur. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 23.04.2020-ci il tarixli, 024/67 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə tərəfindən Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi Ruslan Məhərrəmova ünvanlanan məktublarda qeyd edilən əşya və predmetlərlə yuxarıda qeyd edilən məhkəmə qərarlarında göstərilən əşya və predmetlər üst-üstə düşür. İş materiallarında olan Qax rayon İcra və Probasiya Şöbəsindən alınan 05.05.2020-ci il tarixli, 880/1 nömrəli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Qax rayon İcra və Probasiya Şöbəsində işlədiyi dövrdə Balakən rayon prokurorluğuna göndərilən 4 icra sənədindən əlavə silah və patronlarla bağlı icra sənədi olmamışdır. İş materiallarında olan Şahid2 ifadəsində Təqsirləndirilən şəxs tərəfindən yazıldığını göstərdiyi ərizə və ərizə əsasında rayon prokuroru tərəfindən tərtib edilmiş rəy əlavə edilmişdir. Şahid2 ərizədə Zərərçəkmiş şəxs tərəfindən təhqir olunması, onun özü ilə Balakən rayonu Bedağar kənd sakini Xaləddin adlı şəxsi onun evinə gətirərək hədə-qorxu gəlməsi, bu barədə polis şöbəsinə müraciət etməsi, bunun heç bir nəticəsinin olmaması və s. xüsusatları göstərmiş və ərizə Azərbaycan Respublikasının birinci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Daxili İşlər Nazirinə və Balakən Rayon Polis Şöbəsinə ünvanlanmışdır. Ərizəyə rayon prokurorluğunda baxılarkən Balakən Rayon Polis Şöbəsində araşdırılan HK-1-41 nömrəli material öyrənilmiş və ərizədə qeyd edilən xüsusatların araşdırılıb qanuni qərar qəbul olunması qərarına gəlindiyi üçün qərar qanuni və əsaslı hesab edilmiş, bu barədə Şahid2 cavab verilmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin 08.06.2020-ci il tarixli, 10912461-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə Balakən Rayon Polis Şöbəsinə Şahid2 və ya qeyrisi tərəfindən müraciət qeydə alınmamışdır. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin 03.07.2020-ci il tarixli, 10914691-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs üzərində silah gəzdirməsi və ya evində silah saxlaması barədə Balakən Rayon Polis Şöbəsinə Şahid2 və ya qeyrisi tərəfindən müraciətlər daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC-dən 29.04.2020-ci il tarixli, BKC/LGL-5182/20 nömrəli məktubla göndərilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid4 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefon arasında 01.01.2020-ci il tarixdən 28.02.2020-ci il tarixədək 16 danışıq olmuş, Şahid4 məxsus 055-222-2156 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid7, Şahid5 və Şahid6 məxsus mobil telefonlar arasında 01.01.2020-ci il tarixdən 28.02.2020-ci il tarixədək hər hansı bir danışıq müəyyən olunmamışdır. Bundan başqa Şahid7 məxsus ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli telefon arasında 01.01.2020-ci il tarixdən 28.02.2020-ci il tarixədək olan dövr ərzində 1 danışıq olmuşdur. Şahid7 məxsus ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid4, Şahid5 və Şahid6 məxsus mobil telefonlar arasında 01.01.2020-ci il tarixdən 28.02.2020-ci il tarixədək hər hansı bir danışıq müəyyən olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-dən daxil olan 15.05.2020-ci il tarixli, 7879 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, 01.01.2020-ci il tarixdən 28.02.2020-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs məxsus 050-30680-16 nömrəli telefon arasında 17 danışıq, Şahid2 məxsus ***-***-**-** nömrəli telefon arasında 53 danışıq, Şahid7 məxsus ***-***-**-** və 055669-62-82 nömrəli telefonlar arasında çoxsaylı danışıqlar, 26.02.2020-ci il tarixdə cəmi 2 danışıq, Şahid4 məxsus ***-***-**-** və ***-***-**-** nömrəli telefonlar arasında 34 danışıq olmuş, Şahid1 məxsus ***-***-**-** nömrəli, Şahid5 məxsus ***-***-**-** nömrəli, Şahid4 məxsus 070-22221-56 nömrəli və Şahid6 məxsus ***-***-**-** nömrəli telefonlar arasında isə hər hansı zəng və danışıq olmamışdır; həmin dövr ərzində Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonla oğlu Şahid1 məxsus ***-***- **-** nömrəli telefon arasında 27.02.2020-ci il tarixdə 7 danışıq, Şahid5 məxsus ***-***-**- ** nömrəli telefon arasında 8 danışıq olmuş, Şahid2 məxsus ***-***-**-** nömrəli, Şahid7 məxsus 050419-62-82 və ***-***-**-** nömrəli, Şahid4 məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli və Şahid6 ***-***-**-** nömrəli telefonlar arasında hər hansı zəng və danışıq olmamışdır; həmin dövr ərzində Şahid1 məxsus ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli, Şahid2 məxsus ***-***-**-** nömrəli, Şahid7 məxsus ***-***-**-** və ***-***-**-** nömrəli, Şahid5 məxsus ***-***-**-** nömrəli və Şahid4 məxsus 050-997-9103, ***-***-**-** və ***-***-**-**, Şahid6 ***-***-**-** telefonlar arasında hər hansı zəng və danışıq olmamışdır; həmin dövr ərzində Şahid2 məxsus ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli, Şahid1 məxsus ***-***-**-** nömrəli, Şahid7 məxsus ***-***-**-** və ***-***-**-** nömrəli, Şahid5 məxsus ***-***-**-** nömrəli, Şahid4 məxsus ***-***-**-**, ***-***-**-** və 055222- 21-56 və Şahid6 ***-***-**-** telefonlar arasında hər hansı zəng və danışıq olmamışdır; həmin dövr ərzində Şahid7 məxsus ***-***-**-** nömrəli telefonla Zərərçəkmiş şəxs məxsus 050306-80-16 nömrəli, Şahid1 məxsus ***-***-**-** nömrəli, Şahid2 məxsus ***- ***-**-** nömrəli, Şahid5 məxsus ***-***-**-** nömrəli, Şahid4 məxsus ***-***-**-**, ***-***- **-** və ***-***-**-** nömrəli və Şahid6 ***-***-**-** nömrəli telefonlar arasında hər hansı zəng və danışıq olmamışdır; həmin dövr ərzində Şahid5 məxsus ***-***-**-** nömrəli telefonla Şahid7 məxsus ***-***-**-** nömrəli, Şahid1 məxsus ***-***-**-** nömrəli, Şahid2 məxsus ***-***-**-** nömrəli, Şahid4 məxsus 050997-91-03, ***-***-**-** və ***-***-**-** nömrəli və Şahid6 ***-***-**-** nömrəli telefonlar arasında hər hansı zəng və danışıq olmamışdır; həmin dövr ərzində Şahid4 məxsus ***-***-**-** nömrəli telefonla Şahid7 məxsus ***-***-**-** nömrəli telefonla Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli, Şahid1 məxsus ***-***-**-** nömrəli, Şahid2 məxsus 051-94202-44 nömrəli, Şahid5 məxsus ***-***-**-** nömrəli və Şahid6 ***-***-**-** nömrəli telefonlar arasında hər hansı zəng və danışıq olmamışdır; bundan başqa sms mətnləri içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinə verilən əməliyyat tapşırığının 14.06.2020-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərmək üçün hazırladığı patronları nə zaman, kimdən, hansı şəraitdə əldə etməsini, X6 Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni hansı avtomaşınla gördərməsini müəyyən etmək mümkün olmamışdır. Eləcə də Şahid2 Təqsirləndirilən şəxs Balakən rayonundakı ünvanına, Qax rayonunda işlədiyi yerə də getməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2020-ci il tarixdə, saat 18:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 01 mart 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə o, Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materialarında olan 08 iyul 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 27.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi qutuya baxılş keçirilməsinə dair videogörüntünün əks edildiyi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə dair videogörüntünün əks edildiyi, «Azərcell Telekom» və "xxxx" MMC-dən məktubla daxil olan və özündə telefon danışıqlarına dair məlumatları əks etdirən disklər istintaq protokollarına əlavələr hesab edilməklə sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs 27.02.2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə təqdim etdiyi yan tərəfində “Zahid 050 306-80-16” yazıları olan karton qutu, həmin qutunun içərisində olan A4 formatlı kağızlar, 3 ədəd sellofan torbalarda olan ayrıayrılıqda təmiz çəkiləri 1,356 qram, 1,501 qram, 0,923 qram, ümumilikdə təmiz çəkisi – 3,780 qram olan açıqqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,510 qramı və 3 ədəd sellofan torbalarda saxlanılan ümumi təmiz çəkisi-16,074 qram olan analginin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 15,924 qramı, 4 ədəd döyüş sursatı olan patronlar maddi sübut kimi tanınmış və Balakən rayon prokurorluğunda saxlanılır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs ifаdəsinə gəlincə, məhkəmə kollegiyası bu ifadəyə də tənqidi yanaşır və işdə olan digər sübutlarla bərabər tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edib, onların mənbəyinin mötəbərliyini müəyyənləşdirib belə qənaətə gəlir ki, bu sübutlar Təqsirləndirilən şəxs bəraət verilməsi barədə dəlilləri apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, həmin ifadənin təqsirləndirilən şəxsin müdafiəsinə yönəlməsi şübhə doğurmur, özünümüdafiə xarakteri daşıyır və işin digər halları ilə uzlaşmır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin təqsirləndirilən şəxsə bəraət verilməsi barədə dəlilləri ilə razılaşa bilmir. Belə ki, işdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda beş dəfə dindirilmiş və hər birində bir-birinə ziddiyyətli olan ifadələrdə məlumatlar vermişdir, eyni zamanda birinci instansiya məhkəməsində istintaqında bir-birinə ziddiyyətli olan ifadələrdə məlumatlar vermişdir. Belə ki, ibtidai araşdırmada ilk dəfə izahatında o, Şahid2 ona Zərərçəkmiş şəxs narkotik vasitə əldə edəcəyi barədə verdiyi məlumatı Şahid4 verdiyini, 2-ci dəfə dindirmədə Şahid2 ona Zərərçəkmiş şəxs tutdurmaq istədiyini bildirən zaman bu barədə Qax rayonunda taksi fəaliyyəti ilə məşğul olan Rəşad adlı şəxslə əlaqə saxlayıb belə bir məsələ olduğunu, narkotik vasitəni və gülləni Rəşadın təşkil etdiyini, 3-cü dəfə şübhəli şəxs qismində verdiyi ifadəsində özünün xidməti otağında saxladığı narkotik vasitəni və döyüş sursatını qablaşdırıb Zərərçəkmiş şəxs göndərdiyini və bu barədə Şahid4 məlumat verdiyini, 4-cü dəfə 20.05.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Şahid2 26.02.2020-ci il tarixdə içərisində narkotik vasitə və döyüş sursatı olan qutunu gətirib ona Qax rayonunda başqa adla verdiyini, 5-ci dəfə 22.06.2020ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində narkotik vasitənin həmin qutunun içərisinə Balakən Rayon Polis Şöbəsinin ona məlum olmayan əməkdaşları tərəfindən qoyulmasına dair şübhənin olduğunu, məhkəmə istintaqında verdiyi ifadəsində ümumiyyətlə ona istinad olunan narkotik vasitə və döyüş sursatı hesab edilən patronlara heç bir aidiyyətinin olmadığını və özünün təqsirsiz olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında verilmiş ifadələr arasında olan ziddiyyətlərlə bağlı verilmiş suallara ifadələri müdafiəçisinin oxuduğunu, onun imza çək dedikdən sonra oxumadan imza çəkdiyini deyərək özünü müdafiə xarakterli cavab vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələrə digər mötəbər sübutlarla birlikdə hüquqi qiymət verərək, hesab edir ki, onun özünün xidməti otağında saxladığı narkotik vasitəni və döyüş sursatını qablaşdırıb Zərərçəkmiş şəxs göndərdiyi və bu barədə Şahid4 məlumat verdiyi barədə ibtidai araşdırmada şübhəli şəxs qismində verdiyi ifadəsindəki məlumat digər mötəbər sübutlarla, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və sair sübutlarla təsdiq olunduğu mötəbər sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyəti başqa şəxslərin üzərinə atmaq cəhdi ilə bağlı digər ifadələrini, o cümlədən məhkəmə istintaqında verdiyi ifadəsini özünümüdafiə kimi qiymətləndirməklə mötəbər sübut kimi qəbul etmir. Qeyd olunanların əksinə iş üzrə Zərərçəkmiş şəxs və şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7, X4, Şahid9, Şahid10 və Şahid11 verdiyi ifadələri, həmçinin şahid X6 ibtidai istintaqda verdiyi ifadəsini, məhkəmə fiziki-kimyəvi ekspertizanın 28.02.2020-ci il tarixli, 139 nömrəli rəyini, məhkəmə-ballistik ekspertizasının 28.02.2020-ci il tarixli, 144 nömrəli rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 18.03.2020-ci il tarixli, 9 saylı arayışı, məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2020-ci il tarixli, 6/123 nömrəli rəyini, məhkəmə-xətşünaslıq ekspertizasının 17 aprel 2020ci il tarixli, 4/151 nömrəli rəyini, ambulator məhkəmənarkoloji ekspertizasının 29 mart 2020-ci il tarixli, 211 nömrəli rəyini, materialların məhkəmə ekspertizasının 14.05.2020-ci il tarixli, 6/753 nömrəli rəyini, materialların məhkəmə ekspertizasının 16 iyun 2019-cu il tarixli, 365 saylı rəyini, məhkəmə-xətşünaslıq ekspertizasının 12 iyul 2021-ci il tarixli, 4/768 nömrəli rəyini, maddi sübutları, 08 iyul 2020ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı və məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkum olunduğu CM-in 228.1, 234.1 və 296.2-ci maddələrinin ilə ona bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Şahid2 əməllərinə düzgün hüquqi qiymət verilmədiyindən Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələrinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyin tələbinə görə məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır. Ona görə də, göstərilən əsasla hökmün ləğv edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(019)-4/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar