Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-98/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-176/2020 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X21 Məhkəməsinin (sədrlik edən hakim B.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 1(091)-176/2020 nömrəli hökmü ilə, xx xxxxxxx 1983-cü ildə Bərdə rayonu, Gərənə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan və yaşamış, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş, hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx.xx.1986-cı ildə Ermənistan Respublikası Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 01 il, 03 ay, 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmış, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşamış, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş, hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 229.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 2 ədəd bıçaq, bir ədəd xəncər, bir ədəd dəftər, bir ədəd qələm, bir ədəd qovluq, bir ədəd papağın məhv edilməsi, “KİA sportage” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 üçün təhvil verilməsi nəzərə alınmasə, iş üzrə eksperitza xərci olan 30,60 AZN (otuz manat altmış qəpik) təqsirləndirilən şəxslərin hər birindən 15,30 AZN (on beş manat, otuz qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 CM-in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsinə görə ittiham olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etməklə sonuncunun xalası Zərərçəkmiş şəxs1 və onun əri Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirmək üçün əvvəlcədən planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs2lə birlikdə Gəncə şəhərindən “xxxx” MMC-dən kirayələdiyi “KİA Sportage” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Mingəçevir şəhərinə gəlmiş, aralarında olan razılığa əsasən Mingəçevir şəhərinə gəldikləri “KİA Sportage” markalı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospekti 33 saylı binanın arxa tərəfində saxlayıb taksi fəaliyyəti ilə məşğul olan «Opel Astra» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən binanın qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 ona xalasının əri ilə birlikdə yaşadığı mənzili göstərdikdən sonra həmin taksi avtomobili ilə yenidən Mingəçevir şəhəri, H.Əliyev prospekti 33 saylı binanın arxa tərəfinə qayıtmış, o isə özünü dövlət tərəfindən maddi yardım verən orqanın nümayəndəsi kimi təqdim edib, həmin ailəyə dövlət tərəfindən maddi yardım ayrılması üçün qeydiyyata götürmək bəhanəsi ilə, özünü buna inandırmaq üçün Təqsirləndirilən şəxs2lə birlikdə əvvəlcədən düşünülmüş şəkildə aldıqları dəftər, qələm və qovluğu nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 icazəsi ilə onun yaşadığı ünvan 1, mənzil 22 ünvanındakı mənzilə daxil olmuş, mənzilin mətbəxində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlarını özü ilə mənzilə gətirdiyi dəftərə qeyd etdikdən sonra, mənzil sahibləri onun niyyətindən şübhələndikləri zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmək hədəsi ilə ələ keçirməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək üçün əynində olan şalvarın sağ yan cibindən çıxardığı zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən və silah qismində istifadə etdiyi turist bıçağını tətbiq edib Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dayayıb mənzildə olan qiymətli əşyaları və nağd pul vəsaitlərini tələb etmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 qışqıraraq kömək çağırdığı üçün özünü itirib Zərərçəkmiş şəxs2 buraxmış, sonuncu qaçaraq mənzili tərk etdiyindən Zərərçəkmiş şəxs1 üzərinə gedərək boyun-kürək nahiyəsindən əli ilə qəsdən vurub ona sol bazuda, sol dirsək nahiyəsində və kürək nahiyəsində qançırlar əmələ gəlməsinə səbəb olan dərəcələri təyin olunmayan xəsarət yetirib mənzildən qaçıb uzaqlaşaraq silah qismində istifadə edilən bıçağı tətbiq etməklə hər iki zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsinə görə ittiham olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etməklə xalası Zərərçəkmiş şəxs1 və onun əri Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirmək üçün əvvəlcədən planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1lə birlikdə Gəncə şəhərindən “xxxx” MMC-dən kirayələdyi “KİA Sportage” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Mingəçevir şəhərinə gəlmiş, aralarında olan razılığa əsasən Mingəçevir şəhərinə gəldikləri “KİA Sportage” markalı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospekti 33 saylı binanın arxa tərəfində saxlayıb taksi fəaliyyəti ilə məşğul olan «Opel Astra» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən binanın qarşısına gəlmiş, o, Təqsirləndirilən şəxs1 xalasının əri ilə birlikdə yaşadığı mənzili göstərdikdən sonra həmin taksi avtomobili ilə yenidən Mingəçevir şəhəri, H.Əliyev prospekti 33 saylı binanın arxa tərəfinə qayıtmış, Təqsirləndirilən şəxs1 isə özünü dövlət tərəfindən maddi yardım verən orqanın nümayəndəsi kimi təqdim edib, xalası Zərərçəkmiş şəxs1 ailəsinə dövlət tərəfindən maddi yardım ayrılması üçün qeydiyyata götürmək bəhanəsi ilə, özünü buna inandırmaq üçün əvvəlcədən düşünülmüş şəkildə aldıqları dəftər, qələm və qovluğu nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 icazəsi ilə sonuncunun yaşadığı ünvan 1, mənzil 22 ünvanındakı mənzilə daxil olmuş, mənzilin mətbəxində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlarını özü ilə mənzilə gətirdiyi dəftərə qeyd etdikdən sonra, mənzil sahibləri onun niyyətindən şübhələndikləri zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmək hədəsi ilə ələ keçirməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək üçün əynində olan şalvarının sağ yan cibindən çıxardığı zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən və silah qismində istifadə etdiyi turist bıçağını tətbiq edib onun xalasının əri Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dayayıb mənzildə olan qiymətli əşyaları və nağd pul vəsaitlərini tələb etmək istəyərkən Zərərçəkmiş şəxs1 qışqıraraq kömək çağırdığı üçün özünü itirib Zərərçəkmiş şəxs2 buraxmış, sonuncu qaçaraq mənzili tərk etdiyindən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərinə gedərək boyun-kürək nahiyəsindən əli ilə qəsdən vurub ona sol bazuda, sol dirsək nahiyəsində və kürək nahiyəsində qançırlar əmələ gəlməsinə səbəb olan dərəcələri təyin olunmayan xəsarət yetirib mənzildən qaçıb uzaqlaşaraq Təqsirləndirilən şəxs1lə birgə niyyətlə əhatə olunan silah qismində istifadə edilən bıçağı tətbiq etməklə hər iki zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Bundan başqa o, 2020-ci ilin təxminən may ayında Goranboy rayonunda iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri kustar üsulla qanunsuz olaraq hazırlayıb, xx.xx.2020-ci il tarixdə həmin xəncəri Gəncə şəhərində kirayələdiyi «KİA Sportage» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının cibliyinə qoyub üzərində və avtomobildə gəzdirməklə Gəncə şəhərindən Mingəçevir şəhərinə gətirmiş, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasının həyətində «KİA Sportage» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sağ ön qapısının cibliyindən soyuq silah hesab olunan həmin xəncər aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-176/2020 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində verilmiş ittihamla özünü təqsirli hesab etməmişdir. Hadisə baş verən an niyyətinin quldurluq olmadığını, zərərçəkmiş şəxslərin hər hansı tələbinin olmadığını, onlara xəsarət yetirmədiyini, zor tətbiq etmədiyini və həmin vaxt əlində bıçaq olmadığını bildirmişdir. Bütün bunları zərərçəkmiş şəxslər də həqiqət olduğunu bildirmişlər. Məhkəmə istintaqı dövründə də verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 əsəbi olduğu üçün ərizəsində ona və arvadına qarşı quldurluq etmiş şəxsin ondan əmlak tələb etdiyini yazmış, əslində isə şəxsin onlardan əmlak tələb etmədiyini və onun əlində bıçaq olmadığını bildirmişdir. Odur ki, X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)- 176/2020 nömrəli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ümumiyyətlə xalası gilə getməmişdir. Onun xalası oğlu ilə arasında söz-söhbət olduğu üçün dostu Təqsirləndirilən şəxs1 onun xalasıgilə getmişdir. Orada baş verənlərdən isə onun xəbəri olmamışdır. Ona görə də ittiham olunduğu maddələrlə özünü təqsirli hesab etmir. Himayəsində 3 azyaşlı uşağının, atasının xəstə olmasını, evin tək oğlu olmasını nəzərə alıb barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrlə özünü təqsirli hesab etməmişdir. Eyni zamanda iş materiallarında Təqsirləndirilən şəxs2 cinayət əməlində iştirakını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə işin bu hallarını araşdırmamış və barəsində ədalətsiz qərar çıxarmışdır. Bundan başqa ibtidai istintaq zamanı da səhvlərə yol verilmiş, lakin birinci instansiya məhkəməsi isə bu halları araşdırmadan barəsində ittiham hökmü çıxarmışdır. Odur ki, X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-176/2020 nömrəli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya şikayətlərinin təmin edilməməsini, X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)- 176/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 bildirdi ki, o, özünü təqsirli bilmir. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs2 bildirdi ki, o, özünü təqsirli bilmir. Birinci instansiya məhkəməsinin hökmündən narazıdır. Ona gorə də, apellyasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlara oxşar məzmunda ifadə verərək göstərdi ki, o elan olunmuş ittamla özünü təqsirli bilmir. Belə ki,xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə Gəncə şəhərində icarəyə götürdükləri avtomobil ilə səhər saatlarınadək cəzdikdən sonra, birlikdə Mingəçevir şəhərində yaşayan dostları Orxanla görüşməyə gediblər. Yolda Orxanın vatsapda söhbət etdiyini və bikef olduğunu, ondan nə baş verdiyini soruşduqda xalası oğlu ilə mübahisə etdiyini bildirmişdir. O, Orxana Çingizlə görüşə getməyini, özünün isə xalası oğlu ilə söhbət edəcəyini bildirdi. Orxan ona xalasının yaşadığı bloku göstərmiş, taksidən düşdükdən sonra Orxan həmin taksi ilə geri qayıtmışdır. Orxanın göstərdiyi bloka daxil olduqdan sonra əvvəlcə səhv qapını döymüş, sonra Orxana zəng vuraraq evdə heç kimin olmadığını bildirmişdir. Orxan ona bir nəfərdən evin yerini soruşmasını dedikdən sonra aşağı düşərək tanımadığı iki nəfər yaşlı kişidən Südabə adlı şəxsin harada yaşadığını soruşmuşdur. Həmin şəxslər də Südabə adlı qadını tanımadıqlarını dedikdən sonra yenidən Orxana zəng vurmuş, bu dəfə sonuncu qapını döydüyü evin yanındakı qapını döyməsini dedikdən sonra yuxarı qalxıb Orxanın dediyi kimi əvvəl döydüyü qapının yanındakı qapını döymüşdür. İçəridən bir nəfər qadın ondan kim olduğunu soruşmuş, qadına yardım fondundan gəldiyini və bunun üçün evdəkiləri qeydiyyata götürəcəyini demişdir. Qadın ona gözləməsini dedikdən sonra qapını yaşlı kişi açmışdır. Qapını açan kişiyə də yardım fondundan gəldiyini və sonuncuları qeydiyyata götürəcəyini dedikdən sonra sonuncu ona evdə iki nəfərin yaşadıqlarını demiş və bu zaman həmin evin Orxanın xalası və xalasının ərinə məxsus olduğuna əmin olmuşdur. Həmin kişi onu içəriyə dəvət etdikdən sonra evə keçib mətbəxdə əyləşmiş, kişidən su istədiyinə görə kişi arvadına ona çay verməsini demişdir. Buna baxmayaraq su istədiyini bildirdiyinə görə həmin kişi ona su vermiş, suyu içdikdən sonra həmin şəxslərdən şəxsiyyət vəsiqələrini ona vermələrini demişdir. Həmin şəxslər ona şəxsiyyət vəsiqələrini verdikdən sonra Orxanın ona aldığı dəftərə ad və soyadları yazmağa başlamış, həmin vaxt Orxanın xalası da gəlib mətbəxdə oturmuşdur. Orxanın xalası onun kiril hərfləri ilə yazdığını, həm də yazarkən əsəbi olduğundan əli əsdiyindən ondan şübhələnmişdir. Oturan zaman cibində olan alışqan yerə düşmüşdür. Alışqanı götürüb cibinə qoymaq istəyərkən Orxanın xalası onun əlində bıçaq olduğunu hesab edərək qışqırmağa başlamışdır. Həmin vaxt o özünü itirmiş, Orxanın xalasının ərini itələmiş və həmin kişi Orxanın xalasına dəydikdən sonra arvad yıxılmışdır. Orxanın xalasının əri qaçıb çölə çıxdıqdan sonra o da, kişinin arxasınca çölə çıxmışdır. Qaçmaq istəyərkən ayağı ilişib yıxılmış, sonra durub evdən qaçıb getmişdir. Çölə çıxdıqdan sonra yaxınlıqda dayanan taksiyə əyləşib Orxana zəng etmiş, Orxana ona Mingəçevir şəhərinin çıxışında yerləşən körpünün yanına gəlməsini demişdir. Yaxınlıqda olan taksi ilə həmin yerə gedərək orada Orxanla görüşüb şəhər ərazisini tərk etmişlər. Zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməmiş, həmin evə pul və ya əmlak ələ keçirmək məqsədi ilə girməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlara oxşar məzmunda ifadə verərək, göstərdi ki, elan olunmuş ittamla özümü təqsirli bilmir. X16 gətirən zaman Amil Mingəçevirdə dostları olan Çingizlə görüşmək istədiyini bildirdi. Yolda gedərkən o xalası oğlu ilə vatsapda mübahisə edirdi. Bunu görən Amil ondan nə baş verdiyini soruşduqda o, xalası oğlu ilə problemləri olduğunu, xalası oğlu ondan gizləndiyini və hal-hazırda harda olduğunu demədiyini bildirmişdir. Onlar poçt şöbəsinin yanında Çingizin obyektinə çatdıqda obyekt hələ açılmamışdı. Amil ona gedib onun xalası oğlu ilə söhbət edəcəyini bildirmişdir. O Amilə həmin ünvana gedərkən səs-küy qaldirmamağini sadəcə xalasi oğlu Babəyi evdə olub-olmamağını öyrənib gəlməsini bildirmişdir. O Amili həmin ünvana taksi ilə aparıb geri qayıtdıqdan sonra Amil ona zəng vuraraq ev sahiblərinin qapını açmadıqlarını bildirmişdir. O Amilə qonşulardan Salman dayının, Südabə xalanın hansı evdə yaşadığını öyrənməyini demişdir. O, Amilə yenidən zəng vuranda Amil bu evdə Südabəgilin evi olmadığını bildirmişdir. Sonra yenidən Amilə zəng vurub onu həmin ünvandan götürəcəyini bildirdikdə Amil ona Kür çayı üzərində yerləşən körpü tərəfə gəlməsini demişdir. Avtomobillə oraya getmiş, həmin yerə çatanda Amil ona yaxınlaşaraq ondan bir manat pul alaraq aparıb taksi sürücüsünə vermişdir. Daha sonra Amil avtomobilə əyləşdikdən sonra onlar şəhər ərazisini tərk etmişlər. Yolda olarkən Amil ona nə xalasına, nə də ərinə xəsarət yetirmədiyini, onunla bağlı söz demək istəyərkən səs-küy düşdüyünü, bundan sonra evi tərk etdiyini demişdir. Amili Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində düşürtdükdən sonra Goranboy rayonuna getmişdir. Goranboy rayonunun polis şöbəsinin yanında maşını saxlayan zaman polis əməkdaşları ona yaxınlaşaraq harda olduğunu soruşduqda o onlara Mingəçevirdə olduğunu bildirmişdir. Onlar onu maşına mindirib Bərdə şəhərinə gətiriblər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin iclasında ona CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Gəncə şəhərində icarəyə götürdüyü avtomobil ilə səhər saatlarınadək gəzdikdən sonra birlikdə Mingəçevir şəhərinə getmişlər. Orxan ona Mingəçevir şəhərində yaşayan xalası Zərərçəkmiş şəxs1 ilə aralarında pul haqq-hesabının olduğunu, xalası və xalasının oğlunun Orxanın zənglərinə cavab vermədiyini, ona görə də xalasının yaşadığı mənzilə gedərək nə üçün belə hərəkət etdiklərini xalasından soruşmasını ondan xahiş etmişdir. Orxanla razılaşaraq sonuncunun xalasının evinə gedərək qeyd olunan məsələ ilə bağlı xalasına söz deyəcəyini, bundan sonra ola bilər ki, xalasının onlara pul da verəcəyini demişdir. Orxan ona özünün həmin ünvana gedərsə, xalasıgilin qapını açmayacaqlarını demiş, bundan sonra o, Orxana Mingəçevir şəhərində tibbi maska, dəftər və qələm almalarını, xalasıgilin qapısını döyüb özünü sosial yardım fondunun işçisi kimi təqdim edəcəyini, bu şəkildə evə daxil olacağını demişdir. Onlar Mingəçevir şəhərinə çatdıqdan sonra Orxan onun üçün aptekdən tibbi maska, əlcək, həmçinin köşkdən dəftər və qələm alıb vermiş, sonra onlar avtomaşınlarını orada qoyaraq taksi ilə Orxanın xalasının yaşadığı binanın qarşısına getmişlər. Orxan ona xalasının yaşadığı bloku göstərmiş, taksidən düşdükdən sonra Orxan həmin taksi ilə geri qayıtmışdır. Orxanın göstərdiyi bloka daxil olduqdan sonra əvvəlcə səhv qapını döymüş, sonra Orxana zəng vuraraq evdə heç kimin olmadığını bildirmişdir. Orxan ona bir nəfərdən evin yerini soruşmasını dedikdən sonra aşağı düşərək tanımadığı iki nəfər yaşlı kişidən Südabə adlı şəxsin harada yaşadığını soruşmuşdur. Həmin şəxslər də Südabə adlı qadını tanımadıqlarını dedikdən sonra yenidən Orxana zəng vurmuş, bu dəfə sonuncu qapını döydüyü evin yanındakı qapını döyməsini dedikdən sonra yuxarı qalxıb Orxanın dediyi kimi əvvəl döydüyü qapının yanındakı qapını döymüşdür. İçəridən bir nəfər qadın ondan kim olduğunu soruşmuş, qadına yardım fondundan gəldiyini və bunun üçün evdəkiləri qeydiyyata götürəcəyini demişdir. Qadın ona gözləməsini dedikdən sonra qapını yaşlı kişi açmışdır. Qapını açan kişiyə də yardım fondundan gəldiyini və sonuncuları qeydiyyata götürəcəyini dedikdən sonra sonuncu ona evdə iki nəfərin yaşadıqlarını demiş və bu zaman həmin evin Orxanın xalası və xalasının ərinə məxsus olduğuna əmin olmuşdur. Həmin kişi onu içəriyə dəvət etdikdən sonra evə keçib mətbəxdə əyləşmiş, kişidən su istədiyinə görə kişi arvadına ona çay verməsini demişdir. Buna baxmayaraq su istədiyini bildirdiyinə görə həmin kişi ona su vermiş, suyu içdikdən sonra həmin şəxslərdən şəxsiyyət vəsiqələrini ona vermələrini demişdir. Həmin şəxslər ona şəxsiyyət vəsiqələrini verdikdən sonra Orxanın ona aldığı dəftərə ad və soyadları yazmağa başlamış, həmin vaxt Orxanın xalası da gəlib mətbəxdə oturmuşdur. Həmin vaxt kişi ona hansı yardım fondunda işləməsi, yardımın nə zaman veriləcəyini, necə veriləcəyini, uzun müddətdir həmin ünvanda yaşamalarına baxmayaraq ilk dəfədir ki, yardım verildiyini demişdir. Həmin kişinin çoxlu suallar verdiyini görüb yaxşı yazı yaza bilmədiyini, ad və soyadlarını özlərinin yazmağını deyərək dəftəri həmin şəxslərə vermişdir. Ad və soyadlarını yazdıqdan sonra Orxanın ona dediklərini demək üçün ayağa qalxmış, lakin oturan zaman cibində olan alışqan yerə düşmüşdür. Alışqanı götürüb cibinə qoymaq istəyərkən Orxanın xalası onun əlində bıçaq olduğunu hesab edərək qışqırmağa başlamışdır. Həmin vaxt Orxanın xalasının ərini itələmiş və həmin kişi Orxanın xalasına dəydikdən sonra arvad yıxılmışdır. Orxanın xalasının əri qaçıb çölə çıxdıqdan sonra o da, kişinin arxasınca çölə çıxmışdır. Qaçmaq istəyərkən ayağı ilişib yıxılmış, sonra durub evdən qaçıb getmişdir. Çölə çıxdıqdan sonra yaxınlıqda dayanan taksiyə əyləşib Orxana zəng etmiş, Orxan ona Kür çayı sahilində yerləşən körpünün yanına gəlməsini demişdir. Yaxınlıqda olan taksi ilə həmin yerə gedərək orada Orxanla görüşüb şəhər ərazisini tərk etmişlər. Zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməmiş, həmin evə pul və ya əmlak ələ keçirmək məqsədi ilə girməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Orxan ilə icarəyə götürdüyü “KİA” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri ərazisində gəzərkən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin qəbul etmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Orxan ona Mingəçevir şəhərində Südabə adlı xalasının mənzilində əri ilə birlikdə yaşadığını və mənzildə olan pulun quldurluq yolu ilə ələ keçirməyin mümkün olacağını dedikdən sonra Mingəçevir şəhərinə gəlmişlər. Yolda olarkən Orxana mənzilə mənzil sahiblərini yardım verilməsi üçün qeydiyyata almaq bəhanəsilə evə daxil olacağını, daha sonra isə üzərində olan bıçaqla ev sahiblərini hədələyib pul alacağını ona demişdir. Mingəçevir şəhərinə çatdıqdan sonra Orxan avtomobili saxlamış və aptekdən tibbi əlcəklə tibbi maska, həmçinin tanımadığı mağazadan bir ədəd dəftər və bir ədəd qovluq alıb ona vermişdir. Avtomobili yolun kənarında qoyduqdan sonra tanımadığı şəxsə məxsus “Opel” markalı avtomobillə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasının yaxınlığına getmişlər. Orxan ona məzili göstərib oradan uzaqlaşdıqdan sonra binaya daxil olub mənzilin qapısını döymüş, qapını bir nəfər yaşlı kişi açmışdır. Orxanla planlaşdırdıqları kimi həmin yaşlı kişiyə yardım verilməsi üçün sonuncuları qeydiyyata almağa gəldiyini bildirmiş, həmin kişi onu mənzilin mətbəxinə dəvət etmişdir. Mənzilin mətbəxinə girərək papağını çıxardıb stolun üzərinə qoymuş, evdə həmin vaxt bir nəfər yaşlı qadın da olmuşdur. Ev sahiblərinə şəxsiyyət vəsiqələrini ona vermələrini, ev sahiblərinin adlarını yazıb qeydiyyata götürəcəyini demişdir. Həmin şəxslər öz şəxsiyyət vəsiqələrini ona vermiş, ev sahiblərinin soyad, ad və ata adlarını Orxanın alıb ona verdiyi dəftərə yazmışdır. Ev sahiblərinin adlarını yazdıqdan sonra qadın ona bir stəkan su gətirmiş və o, su içmişdir. Evdə olan kişi onu sorğu-sual etməyə başlamış, kişinin suallarına cavab tapmadığını görüb ayağa durmuşdur. Geriyə çevrilib cibində olan bıçağı çıxarmış və ev sahiblərinə sakit olmalarını demişdir. Bundan sonra evdə olan kişi qaçaraq evdən çıxmış, qadın isə qorxaraq qışqırmağa başlamışdır. Daha sonra qadın onun üzərinə gəlməyə başlamış, evdən çıxmaq üçün qadını itələmiş və evin qapısı tərəfə qaçmışdır. Evdən çıxmaq istəyərkən ayağı ilişib yerə yıxılmış, ayağa durub evdən qaçıb çıxmışdır. Daha sonra qaçaraq yolun kənarına çıxmış, sonra isə tanımadığı şəxsə məxsus “VAZ 2106” markalı taksi avtomobili ilə “Kür” çayının üzərində yerləşən körpünün yaxınlığına gedərək Orxana da zəng edərək sonuncunu həmin yerə çağırmışdır. Orxanın idarə etdiyi, icarəyə götürdüyü avtomobilə minmiş və onlar birlikdə Mingəçevir şəhərini tərk etmişlər. O, Goranboy rayonu, Dəliməmmədli kəndində Orxanın idarə etdiyi avtomobildən düşmüş və xatırlamadığı taksi ilə yaşadığı Bərdə rayonu, Gərənə kəndində yerləşən evə getmiş, üzərində olan bıçağı isə yaşadığı mənzildə gizlətmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsinin iclasında CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalası olmaqla sonuncu ilə arasında heç bir ədavət və düşmənçilik olmamış, lakin xalasının oğlu Babəklə aralarında sonuncunun ona pul verməməsi üstündə mübahisələri olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Amil ilə sonuncunun icarəyə götürdüyü “KİA” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri ərazisində gəzdikdən sonra xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhərində yaşayan tanışı Çingizdən telefon almaq məqsədilə oraya getmişlər. Yolda olarkən o, “Vatsapp” vasitəsilə xalası oğlu Babəklə danışaraq mübahisə edən zaman Amilin də bu məsələdən xəbəri olmuş, Amil ona Babəklə aralarındakı məsələləri özü həll edəcəyini, Babəklə onu barışdıracağını demişdir. Mingəçevir şəhərinə çatdıqdan sonra Çingizə zəng vursa da sonuncuya zəng çatmamış, bundan sonra Amil ona xalasının yaşadığı mənzili göstərməsini və gedib xalasıgillə söhbət edəcəyini demişdir. Həmçinin Amil ona dəftər və qələm almağını dediyinə görə Mingəçevir şəhəri ərazisində yerləşən köşkdən Amilə dəftər, qovluq və qələm, bundan başqa aptekdən pandemiya ilə əlaqədar tibbi maska və əlcək də alıb Amilə vermişdir. Amilə taksi ilə xalasına məxsus mənzilə getməyini, özünün isə Çingizi gözləyəcəyini demişdir. Amil razılaşdıqdan sonra sonuncuya xalasının yaşadığı mənzilin olduğu yeri izah etmiş, idarə etdiyi avtomaşını Mingəçevir şəhərində yerləşən “Vestel” mağazasının qarşısında saxlamışdır. Orada olan “Opel” markalı taksiyə yaxınlaşaraq sürücüyə onları “Nərgiz” klinikasının yaxınlığına aparmasını xahiş etmişdir. Taksi sürücüsü onunla razılaşmışdır. Sonra sağa tərəf hərəkət edərək avtomobili Çingizə məxsus mağazanın yaxınlığında yolun sağ tərəfində saxlamışdır. Həmin vaxt Amil ondan xalasının yaşadığı mənzilin yerini bir daha dəqiqləşdirmiş, “Opel” markalı taksi ilə xalasının yaşadığı binanın qarşısına getmişlər. Binanın qarşısına çatanda Amilə xalasının yaşadığı bloku göstərmiş, əvvəldən Amilə xalasının binanın ikinci mərtəbəsində sağ tərəfdə yerləşən mənzildə yaşadığını demişdir. Amil taksidən düşəndən sonra o, həmin taksi ilə avtomobili saxladığı yerə qayıtmışdır. Daha sonra şirkətin nümayəndəsi ilə danışıb maşını işə salmış, bu vaxt Amil ona zəng edərək Kür çayı üzərində yerləşən körpü tərəfə gəlməsini demişdir. Avtomobillə oraya getmiş, həmin yerə çatanda Amil ona yaxınlaşaraq ondan bir manat pul alaraq aparıb taksi sürücüsünə vermişdir. Daha sonra Amil avtomobilə əyləşdikdən sonra və onlar şəhər ərazisini tərk etmişlər. Yolda olarkən Amil ona nə xalasına, nə də ərinə xəsarət yetirmədiyini, onunla bağlı söz demək istəyərkən səs-küy düşdüyünü, bundan sonra evi tərk etdiyini demişdir. Amili Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində düşürtdükdən sonra yaşadığı evə getmişdir. Xalasının yaşadığı mənzildə qızıl-zinət əşyası olduğunu bilmədiyini, idarə etdiyi avtomobildən aşkar olunmuş bir ədəd bıçaq ona məxsus olmuş, digər kustar üsulla hazırlanmış xəncərdən isə xəbəri olmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, alimentlə bağlı məhkəmə işi olan zaman xalası oğlu Babəkdən pul istəmiş, Babək ilkin olaraq ona pul verməyə razılaşsa da, sonradan sözündə durmamışdır. Həmin vaxtdan xalası oğlu Babəkdən intiqam almaq istəmişdir. xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərinə tanışı olan Çingiz adlı şəxsdən mobil telefon almaq üçün gəlmiş, Mingəçevir şəhərində olarkən Amilə Babəklə arasında olan mübahisəni danışaraq Amildən xalası və xalasının ərinin yaşadığı mənzilə girərək sonuncuları qorxutmasını istəmişdir. Amil onunla razılaşaraq hadisəni törətmiş, idarə etdiyi “KİA” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə özünə məxsus bir ədəd bıçaq və kustar üsulla hazırladığı xəncəri olmuşdur. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadıqları mənzildə olarkən mənzilin qapısı döyüldüyünə görə arvadı Sudabə qapını açdıqdan sonra onun yanına gələrək bir nəfər şəxsin “Heydər Əliyev” fondundan gəldiyini, onlara yardım verilməsindən ötrü onları qeydiyyata alacağını dediyini bildirmişdir. Qapını açaraq həmin şəxsi içəri dəvət etmiş, əynində ağ rəngli köynək və tünd rəngli şalvar, orta köklükdə, başında papaq, üzündə tibbi maska, əlinə əlcək taxmaqla qovluq olan bir nəfər şəxs “Heydər Əliyev” fondundan gəldiyini, onlara yardım verilməsindən ötrü onları qeydiyyata alacağını, evdə olan şəxslərin şəxsiyyət vəsiqələrini verməsini demişdir. Adının sonradan Amil olduğunu bildiyi həmin şəxs evin mətbəxində yerləşən stulda oturmuş və papağını çıxarıb stolun üzərinə qoymuşdur. Həmin şəxsin sol tərəfində oturmuş, həyat yoldaşı həmin vaxt mətbəxə keçərək mətbəxdə olan divanda oturmuşdur. Amil onlara yardım verilməsindən ötrü onları qeydiyyata götürəcəyini, onlardan başqa binada yaşayan digər şəxsləri də qeydiyyata götürəcəyini demişdir. Arvadı Sudabənin və özünün şəxsiyyət vəsiqələrini Amilə vermiş, Amil əlində olan qovluğu açaraq oradakı dəftərə onun və həyat yoldaşının ad və soyadlarını yazmağa başlamışdır. Amilin yazı yazmaqda çətinlik çəkdiyini, dəftərdə başqa heç kimin adının olmadığını görüb şübhələnmiş, Amilə indiyə qədər yardım almadıqlarını, onlara necə yardım verəcəklərini və digər sualları verməyə başlamışdır. Bu zaman Amil onlardan içməyə su istədiyinə görə sonuncuya stəkanda su vermiş, sonra Amil ayağa qalxmışdır. Amilin arxasınca isə o da ayağa qalxaraq stulun arxa tərəfinə keçmişdir. Amil yan tərəfə çevrilərək sağ cibindən nəsə çıxarmış, sol əli ilə onun sağ qolundan tutaraq sağ əlində saxladığı nəyi isə onun boğazına dirəmişdir. Həmin vaxt arvadı Südabə möhkəm qışqırmış, bundan sonra Amil onu buraxıb qaçaraq evdən çıxmışdır. Qonşuları köməyə çağırmış, sonra isə blokdan çölə çıxmışdır. Təxminən 1 dəqiqə sonra Amil blokdan çıxaraq qaçmış, sonra isə evə qayıtmışdır. Südabə ona Amilin onu vurduğunu bildirmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələri arasında ziddiyyət olduğundan onun ibtitidai istintaq zamanı verdiyi ifadə elan olumuş və sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs2 yuxarıda göstərdiklərini təsdiq etmiş, təqsirləndirilən şəxslərlə barışdığını və sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələri arasında ziddiyyət olduğundan onun ibtitidai istintaq zamanı verdiyi ifadə elan olumuş və sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Vestel” mağazasının qarşısında ona məxsus taksi avtomobilini təmizləyən zaman avtomobilin yanında ağ rəngli “KİA” markalı, dövlət qeydiyyat nişanının əvvəli “20” olan avtomobil dayanaraq avtomaşını idarə edən bir nəfər tanımadığı qara rəngli köynək geyinmiş, arıq bədən quruluşlu şəxs onu yanına çağırıb Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasının yanına getmək istədiklərini bildirmiş, sonra ardınca gəlməsini, avtomobilini qabaqda saxladıqdan sonra sonuncunu oradan götürüb aparmasını xahiş etmişdir. Həmin şəxsin ardınca avtomaşını sürdükdən sonra Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Yarus” fotoşəkil çıxartma mağazasının yaxınlığında saxlamışdır. Həmin şəxs və arxa oturacaqdan ağ rəngli köynək geyinmiş, orta köklükdə, başında papaq və ağzında tibbi maska olan bir nəfər şəxs düşərək hər ikisi ona məxsus avtomobilin arxa oturacağında oturmuşlar. Həmin şəxsləri Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasının qarşısına aparmış, qara köynək geyinmiş şəxs ona avtomobili bir qədər irəliyə sürməsini, yapışkan alacağını, daha sonra onları “Nərgiz” klinikasının arxasında yerləşən binanın qarşısına aparmağını dedikdən sonra avtomobili qarşıda yerləşən mağazaya tərəf sürmüşdür. Qara köynək geyinmiş şəxs maşından mağazaya düşərək yapışqan almış və yenidən avtomobilə əyləşdikdən sonra avtomobili “Nərgiz” klinikasının arxasında yerləşən binanın qarşısına sürmüşdür. Binanın “Nərgiz” klinikası tərəfdən olan ikinci və ya üçüncü blokunun qarşısında qara köynəkli şəxs avtomobili saxlamasını demiş, avtomobili saxladıqdan sonra qara köynək geyinmiş şəxs digər şəxsə “buradı, düş get” sözlərini demişdir. Bundan sonra ağ köynək geyinmiş şəxs maşından düşüb getmişdir. Qara köynək geyinmiş şəxsi isə özünə məxsus “KİA” markalı avtomobili saxladığı yerə qayıtmışdır. Həmin şəxs ona 3 manat verərək avtomobildən düşüb getmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında tanışı Orxan ona zəng edərək Bərdə rayonundan yaxın dostunun gəldiyini, həmin dostunun Səma adlı Bərdə rayonunda yaşayan bir nəfər şəxslə probleminin olduğunu, icarəyə maşın götürmək istədiyini və bibisi oğlundan 100 manat borc pul alaraq ona verməsini istəmişdir. Bundan sonra bibisi oğlu Sahildən 100 manat pul alıb Goranboy rayonu, Dəliməmmədli qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan taksi ilə Orxana göndərmişdir. Həmin gün saat 17 radələrində Orxan icarəyə götürdüyü “KİA” markalı avtomobillə yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt maşında tanımadığı, sonradan adının Amil olduğunu bildiyi bir nəfər şəxs də olmuşdur. Orxan ondan başqa Natiq adlı bir nəfər şəxsdən də 100 manat borc aldığını, avtomobildə olan şəxsin Bərdə rayonundan gələn dostu olduğunu, dostunun evindən qızıl əşyası götürüb lombarda qoyaraq pul götürəcəyini və ondan aldığı pulu qaytaracağını demişdir. Orxanla razılaşaraq avtombildə qabaq oturacaqda, Amil isə arxa oturacaqda oturmuşdur. Birlikdə Bərdə rayonuna yola düşərkən yolda Amil və Orxan birbirləri ilə söhbət edərək Amil Orxana uşaqlıq dostu olan Səma adlı şəxsin Amilə nalayiq söyüşlər söydüyünü, heç kimin Amilə inanmadığını demişdir. Orxan isə Amilə məsələni həll edəcəklərini demişdir. Onlar ilkin olaraq Amilin yaşadığı evin qarşısına getmiş, Amil avtomobildən düşərək evə girmiş və bir neçə dəqiqədən sonra əlində qırılmış boyunbağı ilə gəlib maşına əyləşmişdir. Sonra Bərdə şəhərində Amil həmin qızılı kiməsə verərək qarşılığında 400 manat pul aldığını bildirmiş, Orxan həmin pulun 300 manatını Amildən aldıqdan sonra 100 manat pulu ona vermişdir. Daha sonra Orxan Amilə maşından düşməyini, Səma ilə özünün tək söhbət etməyə gedəcəyini, gəlib sonra Amili götürəcəyini demişdir. Amil maşından düşmüş və Orxan Səma adlı şəxslə telefon vasitəsilə danışmışdır. X22 şəhərində yerləşən kafedə olduğunu dedikdən sonra onlar həmin kafenin qarşısına getmişlər. Orxan maşından düşərək qarşıda Səma ilə söhbət etdikdən sonra avtomaşına qayıdaraq Amili düşürtdükləri yerə getmişlər. Amili götürüb yaşadığı evə doğru getməyə başlamış, daha sonra onlar Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisinə gedərək maşınla gəzmişlər. Saat 02 radələrində Orxan onu yaşadığı evə düşürtmüş, evə gedib yatmışdır. Saat 11 radələrində Orxan yaşadığı evin ev nömrəsinə zəng edib aliment borcunu ödəmək üçün Rasimdən pul alıb Orxana verməyini demişdir. Orxanla razılaşaraq saat 13 radələrində yaşadığı evin qarşısında sonuncu ilə görüşmüş, daha sonra onlar Rasim adlı şəxsin yaşadığı evin qarşısına getmişlər. Rasim adlı tanışının evdən çıxdığını görüb sonuncuya yaxınlaşaraq söhbət etsə də, pul istəyə bilməmişdir. Rasimlə bir qədər söhbət etdikdən sonra qayıdıb maşına əyləşmiş, Orxan ona nə olduğunu soruşduqda isə Rasimdən pul istəyə bilmədiyini bildirmiş, buna görə Orxanla aralarında mübahisə olmuşdur. Orxan avtomobilə yanacaq doldurmaq üçün Goranboy rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinə girib orada avtomaşını saxladıqdan sonra polis əməkdaşları onlara yaxınlaşaraq onları maşından düşürtmüş və Mingəçevir şəhər polis şöbəsinə gətirmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 0850 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yolun kənarında ona məxsus taksi avtomobilinin yanında gözləyən zaman bir nəfər ağ köynək və qara şalvar geyinmiş, tanımadığı şəxs avtomobilinə yaxınlaşaraq anasının xəstəxanada olduğunu, ona görə də tez xəstəxanaya çatdırmasını xahiş etmişdir. Həmin şəxsi xəstəxana istiqamətində aparmış, avtomobildə həmin şəxs telefonla danışaraq xəstəxanaya çatmağa az qalmış həmin şəxs ona avtomobili saxlamasını, qardaşının “Kür” çayı üzərində olan körpünün yaxınlığında olduğunu, gedib qardaşını oradan götürməyi xahiş etmişdir. Bundan sonra avtomobili körpünün yaxınlığına sürmüş, körpünün yaxınlığında olan dairənin yanında həmin şəxs avtomobili saxlamağı xahiş edərək avtomobili saxladıqda avtomobildən düşüb getmişdir. Həmin şəxsi çağıraraq yol xərcini ödəməsini xahiş etmiş, həmin şəxs orada dayanmış ağ rəngli “KİA” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə yaxınlaşaraq avtomobili idarə edən şəxsdən 1 manat pul alıb ona vermişdir. Bundan sonra oradan dayandığı yerə qayıtmışdır İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 380 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər – sol bazuda, sol dirsək nahiyəsində və kürək nahiyəsində qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 381 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarət – sol ayağın bayır topuğunda şişkinlik fonunda qançır, topuğun gərilməsi nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 490 saylı rəyinən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 491 saylı rəyinən görünür ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməsoyuq silah ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 17/544 saylı rəyinən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet, kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi 1 ədəd bıçaq sonuncunun yaşadığı Bərdə rayonu, Gərənə kəndində yerləşən yaşayış evində, yataq otağında döşəməyə qoyulmuş xalçaların arasından aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “KİA sportage” markalı, **-DB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürət qutusunun qarşısında yerləşən boş hissədən bir ədəd bıçaq, həmçinin avftomobilin sağ ön qapısının cibliyindən bir ədəd dəmir parçası aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən aptekə daxil olaraq həmin aptekdən tibbi maska və tibbi əlcək almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində, Mingəçevir şəhəri Mərkəzi bazarının yaxınlığnda yerləşən köşkdən bir ədəd dəftər, bir ədəd qovluq və bir ədəd qələm almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təhlükəsiz Şəhər Kameralarının mərkəzləşdirilmiş bazasından götürülmüş görüntüləri özündə əks etdirən diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən aptekə daxil olması, həmçinin həmin küçədə yerləşən köşkdən qələm, dəftər və qovluq alması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 81 saylı binanın qarşısına “Opel Astra” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə gəlməsi, hadisədən əvvəl Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Forte-Fashion” heyim mağazasının qarşısında mobil telefonla danışması, həmin vaxt əlində qovluq, başında isə papaq olması, mobil telefonla danışa-danışa Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 81 saylı bina istiqamətində piyada hərəkət etməsi, həmçinin sonuncunun hadisədən sonra Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ilə H.Əliyev prospekti istiqamətində qaçaraq hərəkət etməsi, yolun sol yan kənarında dayanmış VAZ 2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə minməsi və taksi avtomobilinin Mingəçevir şəhəri, 20 Yanvar küçəsi istiqamətinə hərəkət etməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 2250 -da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 0130 -da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X19 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 02 ay, 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamələrdən görünür ki, Mehtiyev X7 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 221.2.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il, 03 ay, 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzası icra olunduqdan sonra Goranboy rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd X17 üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və Bərdə rayonu Gərənə Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Gərənə kəndində yaşamaqla himayəsində iki azyaşlı uşağı vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd X17 üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Mehtiyev X7 rayonu Qaradağlı kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 оğlu CM-in 181.2.1 və 181.2.5-ci maddələrində və Təqsirləndirilən şəxs2 оğlu CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri tərəfindən həyata keçirilsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxslər özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində tanışı təqsirləndirilən şəxslərdən Orxanın xalası Zərərçəkmiş şəxs1 və onun əri Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirmək üçün əvvəlcədən planlaşdırdıqları kimi birlikdə Gəncə şəhərindən “xxxx” MMC-dən kirayələdyi “KİA Sportage” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Mingəçevir şəhərinə gəlmiş, aralarında olan razılığa əsasən Mingəçevir şəhərinə gəldikləri “KİA Sportage” markalı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospekti 33 saylı binanın arxa tərəfində saxlayıb taksi fəaliyyəti ilə məşğul olan «Opel Astra» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən binanın qarşısına gəlmiş, o, Təqsirləndirilən şəxs1 xalasının əri ilə birlikdə yaşadığı mənzili göstərdikdən sonra həmin taksi avtomobili ilə yenidən Mingəçevir şəhəri, H.Əliyev prospekti 33 saylı binanın arxa tərəfinə qayıtmış, Təqsirləndirilən şəxs1 isə özünü dövlət tərəfindən maddi yardım verən orqanın nümayəndəsi kimi təqdim edib, xalası Zərərçəkmiş şəxs1 ailəsinə dövlət tərəfindən maddi yardım ayrılması üçün qeydiyyata götürmək bəhanəsi ilə, özünü buna inandırmaq üçün əvvəlcədən düşünülmüş şəkildə aldıqları dəftər, qələm və qovluğu nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 icazəsi ilə sonuncunun yaşadığı ünvan 1, mənzil 22 ünvanındakı mənzilə daxil olmuş, mənzilin mətbəxində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlarını özü ilə mənzilə gətirdiyi dəftərə qeyd etdikdən sonra, mənzil sahibləri onun niyyətindən şübhələndikləri zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmək hədəsi ilə ələ keçirməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək üçün əynində olan şalvarının sağ yan cibindən çıxardığı zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən və silah qismində istifadə etdiyi turist bıçağını tətbiq edib onun xalasının əri Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dayayıb mənzildə olan qiymətli əşyaları və nağd pul vəsaitlərini tələb etmək istəyərkən Zərərçəkmiş şəxs1 qışqıraraq kömək çağırdığı üçün özünü itirib Zərərçəkmiş şəxs2 buraxmış, sonuncu qaçaraq mənzili tərk etdiyindən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərinə gedərək boyun-kürək nahiyəsindən əli ilə qəsdən vurub ona sol bazuda, sol dirsək nahiyəsində və kürək nahiyəsində qançırlar əmələ gəlməsinə səbəb olan dərəcələri təyin olunmayan xəsarət yetirib mənzildən qaçıb uzaqlaşaraq Təqsirləndirilən şəxs1lə birgə niyyətlə əhatə olunan silah qismində istifadə edilən bıçağı tətbiq etməklə hər iki zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 2020-ci ilin təxminən may ayında Goranboy rayonunda iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri kustar üsulla qanunsuz olaraq hazırlayıb, xx.xx.2020-ci il tarixdə həmin xəncəri Gəncə şəhərində kirayələdiyi «KİA Sportage» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının cibliyinə qoyub üzərində və avtomobildə gəzdirməklə Gəncə şəhərindən Mingəçevir şəhərinə gətirmiş, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasının həyətində «KİA Sportage» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sağ ön qapısının cibliyindən soyuq silah hesab olunan h Hazırda Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməsələr də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə onların bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Digər tərəfdən apellyasiya şikayətində qeyd edilir ki, “məhkəmə istintaqı dövründə də verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 əsəbi olduğu üçün ərizəsində ona və arvadına qarşı quldurluq etmiş şəxsin ondan əmlak tələb etdiyini yazmış, əslində isə şəxsin onlardan əmlak tələb etmədiyini və onun əlində bıçaq olmadığını bildirmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərini qeyri səmimi qəbul edir və uyğun olaraq zərərçəkmiş şəxslərin məlum ifadələrini təqsirkarları müdafiə məqsədi daşıması səbəbindən sonuncuları ibtidai istintaq zamanı verdikləri ifadələrini daha mötəbər hesab edir. Həmçinin, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslərin ifadələri arasında ziddiyyət olduğundan onların ibtitidai istintaq zamanı verdiyi ifadələr elan olumuş və sonuncular ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlunun CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 оğlunun CMin 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, uyğun olaraq apellyasiya şikayətlərinin bu dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş biri-digərini tamamlayan sübutlarla təqsirləndirilən şəxslərin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zəruriət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlunun CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 оğlunun CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlunun CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 оğlunun əməllərinin CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İşdən görünür ki, təqsirləndirilən şəxsləri apellyasiya şikayətində mübahisələndirdiyi növbəti məsələ təyin edilmiş cəzanın ədalətsizliyi ilə bağlıdır. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə də razılaşmır. Çünki, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 181.2.1 və 181.2.5ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 229.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Digər tərəfdən İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X19 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 02 ay, 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə bu halda cinayətlərin residivi təhlükəli sayılır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Belə olan halda, məhkəmə kollegiyası X21 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğluna CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 оğluna CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-176/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs1 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.5, 228.4 və 229.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-176/2020 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. X21 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-176/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-98/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-98/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver