Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-98/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021ci il tarixli 1(091)-236/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli (sədrlik edən hakim X10, hakimlər X9 (məruzəçi) və X5 ibarət tərkibdə) hökmü ilə, xx xxxx 1989-cu ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-nin daş karxanasında sürücü işləyən, evli və himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03.07.2021-ci il tarixdən 05.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılması. cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalında həbsə alınması,onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan və Ağdaş rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 17 ədəd çətənə kolları, dəyəri müəyyən edilməyən 01 ədəd dəryaz, 01 ədəd su qabı və içərisində peyinli torpaq olan 01 ədəd kisə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınması, iş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvəllərində Ağdaş rayonundan Qəbələ rayonu istiqamətində avtomobil yolunun sağ tərəfində Ağdaş rayon ərazisindən keçən Türyançay çay yatağının ərazisində işlədiyi "xxxx" MMC-nin daş karxanasının yaxınlığında əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 14 ədəd, təxminən həmin ərazidən 200 metir uzaqlıqda 03 ədəd olmaqla, ümumilikdə 17 ədəd - külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini vahid niyyətlə qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 03.07.2021-ci il tarixdə saat 10:00-da Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon ərazisindən keçən Türyançay çay yatağının ərazisindən 17 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində əməlindən peşman olduğunu, himayəsində 2 nəfər azyaşlı olmaqla 3 nəfər ailə üzvlərinin olmasını, ailədə yeganə qazanca gətirən şəxs olmasını, yaxın qohumlarının Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak etməsini nəzərə alaraq, mənə böyük humanistlik göstərməklə bəraət verilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmündən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ailəsi başsız qalmışdır, əvvəllər məhkum olunmamışdır, səhvini başa düşür, ona köməklik edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X6 təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə aşağı həddən də aşağı cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində təxminən 2021-ci ilin may ayının ortalarında Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən işlədiyi "xxxx" MMC daş karxanasının ərazisində, yəni karxananın ərazisinin ayaq hissəsində 14 ədəd narkotik tərkibli bitkilərin toxumlarını əkdiyini, həmin bitkiləri suvardığını, diblərini yumşaltdığını bildirmiş, lakin digər üç ədəd bitkidən isə xəbərinin olmadığını, sadəcə həmin vaxt özünü itirdiyi üçün polis əməkdaşlarının qeyd etdiyi bütün hallarla razılaşdığını və bütün sənədlərə imza etdiyini göstərmişdir. Həmin vaxt video çəkilişlə polis əməkdaşları aşkar olunan bitkilərə baxış keçirmiş, aqronom tərəfindən rəy verilmiş və həmin bitkilər qablaşdırılmaqla götürülmüşdür. Lakin aşkar olunan digər üç ədəd bitki onun tərəfindən əkilməmiş, onlara qulluq olunmamışdır. Məhkəmədən himayəsində azyaşlı uşaqların olmasını nəzərə alıb barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin may ayının ortalarında Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən işlədiyi "xxxx" MMC daş karxanasının ərazisində, yəni karxananın ərazisinin ayaq hissəsində 14 ədəd, baş hissəsində isə 3 ədəd yerə olmaqla ümumilikdə 17 ədəd narkotik tərkibli bitkilərin toxumlarını əkdiyini, təxminən həftədə bir dəfə işlədiyi karxananın ərazisində əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, həmçinin həmin bitkilərin yanına əyilməmələri üçün ağac dirəklər basdırdığını, 03.07.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində işlədiyi karxanada olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda işlədiyi karxananın ərazisində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətən də işlədiyi karxananın ərazisində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra işlədiyi karxananın ərazisinin ayaq hissəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı işlədiyi karxananın ərazisin ayaq hissəsindən 14 ədəd əkib becərdiyi narkotik tərkibli kol aşkar olunduğunu, həmçinin həmin vaxt oradan bitkilərə qulluq edən zaman istifadə etdiyi dəryaz, su qabları və içərisində peyinli torpaq olan kisə aşkar edildiyini, daha sonra işlədiyi karxananın ayaq hissəsindən aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını, daha sonra işlədiyi karxananın ərazisinin baş hissəsində, yəni ilkin aşkar olunan bitkilərin əkildiyi yerdən təxminən 200 metr uzaqlıqda 3 ədəd narkotik tərkibli bitki əkdiyini bildirdiyini, daha sonra işlədiyi karxananın ərazisinin baş hissəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı işlədiyi karxananın ərazisinin baş hissəsindən 3 ədəd əkib becərdiyi narkotik tərkibli kol aşkar olunduğunu və bütün aşkar olunan bitkilərin müvafiq qaydada qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X8 ifadəsində 03.07.2021-ci il tarixdə xidmətdə olduğu zaman səhər saatlarında ünvan 1-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu Dəhnə kəndində “Daş Karxanası” ərazisindəki kolluq sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında özü tərəfindən raportla şöbə rəhbərliyinə məruzə edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra həmin gün saat 09:30 radələrində Elnurun işlədiyi Ağdaş rayon Dəhnə kəndində yerləşən “Daş Karxanası”-na getdiklərini, həmin zaman Elnurun işdə olduğunu və Elnura yaxınlaşaraq “Daş Karxanası” ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkibbecərməsi barədə məlumat olduğunu və karxanının həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, Təqsirləndirilən şəxs də buna etiraz etmədiyini, bundan sonra videoçəkiliş apararaq aqrononum iştirakı ilə “Daş Karxanası” ərazisinə baxış keçirildiyini, baxış zamanı “Daş Karxanası” ərazisindən ayaq hissəsindən 14 ədəd əkib becərdiyi narkotik tərkibli kolun aşkar olunduğunu, həmçinin həmin vaxt oradan bitkilərə qulluq edən zaman istifadə etdiyi dəryaz, su qabları və içərisində peyinli torpaq olan kisə aşkar edildiyini, daha sonra işlədiyi karxananın ayaq hissəsindən aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və qablaşdırıldığını, həmçinin həmin vaxt Elnur işlədiyi karxananın ərazisinin baş hissəsində də, əlavə olaraq 3 ədəd narkotik tərkibli bitki əkdiyini bildirdiyini, daha sonra karxananın ərazisinin baş hissəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı karxananın ərazisinin baş hissəsindən kolluq ərazidən 3 ədəd Təqsirləndirilən şəxs əkib becərdiyi narkotik tərkibli kolun aşkar olunduğunu, bundan sonra aşkar edilmiş narkotik tərkibli bitkilərin kökündən çıxardıldığını və qablaşdırıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da şahid X8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu işlədiyini, 03.07.2021-ci il tarixdə ünvan 1-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu Dəhnə kəndində “Daş Karxanası” ərazisindəki kolluq sahədə qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkibbecərməsi barədə məlumat daxil olduğunu, həmin əraziyə baxış keçiriləcəyini həmin baxışda onun da aqronom kimi iştirak etməyini təklif etdiklərini, özünün də buna etiraz etmədiyini, həmin gün səhər saatlarında ünvan 1-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu Dəhnə kəndində “Daş Karxanası” ərazisindəki kolluq sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında özü tərəfindən raportla şöbə rəhbərliyinə məruzə edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra həmin gün saat 09:30 radələrində Elnurun işlədiyi Ağdaş rayon Dəhnə kəndində yerləşən “Daş Karxanası”-na getdiklərini, həmin zaman Elnurun işdə olduğunu və Elnura yaxınlaşaraq “Daş Karxanası” ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkibbecərməsi barədə məlumat olduğunu və Karxanının həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, Təqsirləndirilən şəxs də buna etiraz etmədiyini, bundan sonra videoçəkiliş apararaq onun da iştirakı ilə “Daş Karxanası” ərazisinə baxış keçirildiyini, baxış zamanı “Daş Karxanası” ərazisindən ayaq hissəsindən 14 ədəd, baş hissəsindən isə 3 ədəd olmaqla ümumilikdə 17 ədəd əkib becərdiyi narkotik tərkibli kol aşkar olunduğunu, həmçinin həmin vaxt oradan bitkilərə qulluq edən zaman istifadə etdiyi dəryaz, su qabları və içərisində peyinli torpaq olan kisə aşkar edildiyini, aşkar edilmiş narkotik tərkibli bitkilərin kökündən çıxardıldığını və qablaşdırıldığını bildirmiş, daha sonra isə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunması barədə rəy verdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan 03.07.2021-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə ünvan 1-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu Dəhnə kəndində “Daş Karxanası” ərazisindəki kolluq sahədə qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan 03.07.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə Ağdaş rayonu Dəhnə kəndində “Daş Karxanası” ərazisindəki kolluq sahəyə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 03.07.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə Ağdaş rayonu Dəhnə kəndində “Daş Karxanası” ərazisindəki kolluq sahəyə baxış keçirilərkən külli miqdarda, cəmi 17 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar olunaraq götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 16-18) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03.07.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs əkdiyi 17 ədəd bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 19) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış 03.07.2021-ci il tarixli 17/487 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs Ağdaş rayonu “Ümid F MMC-nin həyətində əkdiyi...” sözləri yazılmış 03(üç) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki, ümumilikdə 17(on yeddi) ədəd, hündürlükləri 163 sm-dən 273 smdək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 12 kq 575qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid4 03 iyul 2021-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir .(cild 01, iş vər. 44-47) Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 30.08.2021-сi il tarixli 1005 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 113) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 09.07.2021-ci il tarixli 371 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 106107) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan həddən aşağı cəza təyin edilməsini, yəni barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş,əməlində cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Apellyasiya şikayətinin təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək qanunla müəyyən edilmiş digər alternativ cəza təyin edilməsinə dair dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur.
1. cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar;
2. cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar;
3. iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 105) Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin törədilməsinə görə şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021ci il tarixli 1(091)-236/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov