Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-99/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs1 Samir oğlu və onun qanuni nümayəndəsi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X10, hakimlər X16 oğlu və X4 ibarət tərkibdə) 23 noyabr 2020-ci il tarixli hökmü ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Vəli Xuluflu küçəsi ev 2, mənzil 34-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Türklər qəsəbəsi 20 Yanvar küçəsində yaşayan, barəsində «xxxx» qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcələsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı 04 dekabr 2019cu il tarixdən hesablanması, barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1999-cu ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 29, mənzil 6-da yaşayan, barəsində «xxxx» qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı 04 dekabr 2019cu il tarixdən hesablanması, barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan bir ədəd «Samsunq» markalı, «SM-A305FN/DS» modelli mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınması, cinayətin törədilməsində alət olan və iş üzrə maddi sübut kimi tanınaraq Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq xüsusi müsadirə edilərək məcburi və əvəzsiz qaydada dövlət nəfinə alınması, eləcə də iş üzrə eksperitza xərci olan 81,50 AZN (səksən bir manat əlli qəpik) təqsirləndirilən şəxslərin hər birindən 16,30 AZN (on altı manat, otuz qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 məhkum olunmuşdur ona görə ki, o, 02 dekabr 2019-cu il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona cinayət yolu ilə telefon əldə etmək istədiyini bildirdikdən sonra özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə Mingəçevir şəhəri ərazisində gəzişərkən 2005-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ona başqa şəhərdən gəldiklərini deyib, şəhərin “Dostluq” istirahət parkının yerləşdiyi ünvanı göstərməsini xahiş etdikdən və Zərərçəkmiş şəxs1 onlara qeyd olunan parkın yerləşdiyi ərazini göstərəcəyini bildirdikdən sonra, sonuncu ilə həmin park istiqamətində getməyə başlamışlar, həmin vaxt Zərərçəkmiş şəxs1 istifadəsində «Samsung» markalı, «SM- A305FN/DS» modelli mobil telefonun olduğunu görüb, Samid İsgəndərovla aralarında olan razılığa görə o, şəhərin Ə.Vahid küçəsində yerləşən məsçidin yaxınlığında mobil telefonunu danışmaq adı ilə Zərərçəkmiş şəxs1 istəyib ondan almış, Samid İsgəndərov isə Zərərçəkmiş şəxs1 arxa hissəsinə keçərək cibindən çıxardığı zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik və soyuq silah hesab edilməyən turist bıçağını sonuncunun boğaz nahiyəsinə dayayıb ona “telefonun bizə məxsusdur” sözlərini demiş və müqavimətini qırmaq məqsədi ilə hücuma məruz qoyduğu Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş və hədənin real icra ediləcəyini nümayiş etdirmək məqsədi ilə ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs1 ayağından vuraraq zərərçəkmiş şəxsə məxsus 230 manat dəyərində olan «Samsunq» markalı, «SM- A305FN/DS» modelli mobil telefonunu alıb ələ keçirməklə quldurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin təmin olunmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3 apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı iclasında Zərərçəkmiş şəxs1 Samir oğlu, onun qanuni nümayəndəsi X11 təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını bildirərək, qanunamüvafiq qərar verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 apelyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikаyətinin dəlillərini müzаkirə edərək, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsinin, habelə dövlət ittihаmçısının çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadəsinin məzmuna uyğun ifadərək verərək ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd etmiş, hadisənin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini, Samir özü telefonu Səiddən götürərək qaçmış, sonradan həmin telefonu satdığını qeyd etdi. Əlavə olaraq ifadəsində göstərdi ki, Samir ilə onun arasında əvvəlcədən hər hansı razılıq olmamışdır. O, özü həmin vaxt Səid ilə Samirin arasında girmiş, bıçağı Samirin əlindən almışdır. Bıçağı yerə tullamış, Samir isə telefonu və bıçağı götürərək qaçmışdır. İstintaq zamanı ona təzyiq edilmiş, müstəntiq onu döyərək telefona videolarını çəkmiş, lakin heç bir müvafiq orqana ona edilmiş təzyiq ilə bağlı müraciət etməmişdir. Müstəntiq ona təzyiq göstərdikdən sonra ifadələrə qol çəkmişdir. Müstəntiq inandırmışdır ki, hadisə ilə bağlı onun heç bir günahı yoxdur. O, hadisə vaxtı öz telefonu ilə danışmış, sonra anidən qışqırıq səsi eşitmiş, Samirin Səidə bıçaq dirəməsini gördükdən sonra bıçağı onun əlindən almışdır. Onun heç bir təqsiri yoxdur. Telefonu da ilk olaraq Samir Səiddən götürmüşdür. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30.11.2019-cu il tarixdə tanışları Gəncə şəhərində yaşayan Ayxan, İlkin və Samir ona zəng edərək Mingəçevir şəhərinə gəzmək məqsədi ilə gəlmək istədiklərini dedikdən sonra o da, öz razılığını bildirmişdir. Həmin gün saat 17 radələrində Ayxan, İlkin və Samir hər üçü Mingəçevir şəhərinə gəlmiş, birlikdə şəhər ərazisində gəzmişlər. Axşam üstü qonaqları öz yaşadığı evə aparmış və onun yaşadığı evdə qonaq qalmışlar. Səhəri gün birlikdə evdən cıxaraq şəhər ərazisində gəzmiş, axşam saatlarında evə geri dönmüşlər və tanışları onun yaşadığı evdə qalmışdır. Səhəri gün birlikdə təkrar olaraq şəhərə gəzməyə cıxmış və saat 17 radələrində evə geri dönmüşlər. Həmin vaxt Samir onların yanında olan Maqa ləqəbli Məhəmməd adlı şəxsdən sonuncunun üzərində olan bıcağı istəmiş və Məhəmməd də cibindəki bıcağı Samirə vermişdir. Samir ilə çölə cıxdıqdan sonra birlikdə Mingəçevir şəhərində yerləşən Kollecə tərəf getmiş, həmin kollecdə oxuyan onun tanışından borc verdiyi 4 manat borcunu geri aldıqdan sonra birlikdə kollec istiqamətindən geri dönərkən qarşılarına əlində mobil telefon olan bir oğlan uşağı çıxmışdır. Samir həmin uşağın mobil telefonunu əlindən alacağını bildirib sonuncuya yaxınlaşmış və həmin oğlana başqa rayondan gəldiklərini, şəhərin “Dostluq” istirahət parkının yerləşdiyi ünvanın yerini soruşmuşdur. Həmin oğlan onlara həmin ünvanı göstərə biləcəyini deyərək onlarla birlikdə həmin ünvana doğru piyada getmişdir. Yolda Samir həmin oğlandan mobil telefonunu istəmiş və guya Ayxanla danışırmış kimi Ayxanın mobil telefonunu yığaraq “ayə hardasınız” sözlərini demiş, həmin “Dostluq” parkına çatdıqda özü də həmin oğlanın mobil telefonunu istəyərək öz anasına və Ayxana zəng etmişdir. Bundan sonra birlikdə bir qədər məscidə tərəf getdikləri vaxt Samir həmin oğlanın mobil telefonunu təkrar olaraq istədikdə həmin oğlan telefonu Samirə vermiş, həmin vaxt Samir oğlanın arxasına keçərək cibindən çıxardığı bıçağı həmin şəxsin boğaz nahiyəsinə tutaraq “telefon bizimdir” sözlərini demişdir. Samirə belə hərəkət etməməsini demiş, Samir telefonu özü ilə götürərək oradan uzaqlaşmışdır. Samirlə birbaşa oradan evə gəlmişlər və evə daxil olduqda həyəcanlı bir vəziyyətdə olmuşlar. Ayxanla, İlkin və Məhəmməd onları gördükdə nə baş verdiyini soruşduqda baş vermiş hadisəni danışmışlar. Bundan sonra Məhəmməd, İlkin və Ayxan bayıra çıxaraq evə getmək istədiklərini deyərək çıxıb getmişlər. Samirin Səiddən telefonu zor tətbiq etməklə götürməsi barədə heç bir məlumatı olmamış, Samir əvvəldən ona bu barədə heç bir söz deməmişdir. Samir quldurluq əməlini özü tək törətmişdir. Məhkəmə kollegiyası iclası zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində hadisə zamanı mobil telefonun onda olduğunu, Samirin bu zaman Səidin boğaz nahiyəsinə bıçaq dirəyərək telefonu istədiyini, Səidin Samirin əlindən çıxmaq istəyən vaxt bıçaq Samirin əlinin üst hisəsini cızdığını, Səidi təpiklə ayaq hissəsindən vuraraq yıxdığını, Səid yerə yıxılan zaman həmin şəxsi orada qoyub telefonu əlindən alaraq qaçıb oradan uzaqlaşdıqlarını göstərmişdir. Məhkəmə kollegiyası iclası zamanı Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə ifadə vermis Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, hadisə baş verən vaxt Zərərçəkmiş şəxs1 Samir oğlu ilə söhbət etmiş, Təqsirləndirilən şəxs2 onlardan aralıda dayanmış, Azər onlara yaxınlaşanda Səiddən telefonu danışmaq üçün almış, həmin telefon ilə dostuna zəng etmiş, Azər daha sonra onlardan 20-30 metr aralılanmış, özü bıçağı çıxararaq Səiddən telefonu almış, onun telefonu Səiddən almasını görən Azər onu itələmiş, bıçaq əlindən yerə düşmüş, o daha sonra yerdən telefonu və bıçağı götürərək qaçmışdır. Səiddən telefonu almaq onun fikri olmuşdur. Onun üzərində bıçaq gəzdirməsindən Azərin məlumatı olmamışdır. O, üzərində daima bıçaq gəzdirir. Sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, hadisə zamanı ilk olaraq telefonu Azər Səiddən istəmiş, Azərin telefonuna həmin an zəng gəldiyindən Azər oradan uzaqlaşmış, özü Səiddən telefonu alaraq danışmışdır. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Samir oğlu ilə bağlı ittiham üzrə vermiş ifadəsində göstərmişdir ki, 30 noyabr 2019-cu il tarixdə günortadan sonra tanışları Ayxan və İlkin ilə birlikdə gəzmək üçün Mingəçevir şəhərinə digər ümumi tanışları Təqsirləndirilən şəxs2 yanına getmişlər. Mingəçevir şəhərində Mərkəzi bazarın qarşısında Azər ilə görüşüb birlikdə şəhər ərazisində gəzmiş, gecə saatlarında isə Azərin yaşadığı evə gedib gecəni orada qalmışlar. Səhəri gün təkrar birlikdə səhər saatlarında evdən çıxaraq şəhərdə gəzməyə başlamış, saat 22 radələrində evə dönərək gecəni təkarar olaraq Azərin yaşadığı evdə qalmışlar. Səhəri gün 02 dekabr 2019-cu il tarixdə Ayxan və İlkinlə birlikdə çölə çıxaraq şəhərdə gəzməyə başlamış, həmin vaxt onlarla birlikdə tanışları “Maqa” ləqəbli Məhəmməd də onlarla gəzmiş, bir qədər gəzdikdən sonra saat 17 radələrində Azərin yaşadığı evə geri dönmüşlər. Həmin vaxt Maqa ləqəbli Məhəmməddən üzərində gəzdirdiyi bıçağı istəmiş və Məhəmməd bıçağı sonuncuya vermişdir. Azər kollecdə oxuyan bir tanışına borc verdiyini pulu geri almalı olduğunu demişdir. Birlikdə Kollecə doğru gedərək oraya çatdıqda Azər bir nəfər Akşin adlı şəxsə yaxınlaşaraq sonuncu ilə söhbət etdikdən sonra geri qayıtmışlar. Yolda onlar əlində böyük həcmli mobil telefon olan bir nəfər uşaq görmüş, Azər həmin uşağın mobil telefonunu əlindən almağı təklif etmişdir. Azər həmin uşağa yaxınlaşaraq sonuncuya dostlarını itirdiklərini dostları ilə əlaqə saxlamaq istədiklərini, eyni zamanda “Dosluq” parkının yerləşdiyi ünvanı soruşmuşdur. Həmin uşaq “Dosluq” parkının yerləşdiyi ünvanı göstərə biləcəyini deyərək onlarla birlikdə geriyə dönüb şəhərə doğru getməyə başlamışdır. Onlarla birlikdə gedərkən yolda Azər həmin oğlandan telefonunu danışmaq məqsədi ilə istəmiş, bundan sonra həmin oğlan öz mobil telefonunu Azərə vermişdir. Azər telefon vasitəsi ilə Ayxanın mobil telefonunu yığaraq harada olduqlarını soruşmuş, «Dostluq» parkına çatdıqda həmin oğlandan yenə mobil telefonunu istəmişdir. Həmin oğlan ona telefonu verdikdə həmin telefonla danışaraq yenidən telefonu həmin şəxsə geri qaytarmışdır. Məscidin yanına çatdıqda həmin oğlandan bu dəfə o, zəng etmək üçün telefonu istəmiş və telefonu aldıqdan sonra cibində olan bıçağı çıxarıb həmin oğlanın boğaz nahiyəsinə dirəmiş, bu zaman həmin oğlan onun əlini tutduğundan əlində olan bıçaq onun əlinin üst hissəsini cızmışdır. Azər ona oradan uzaqlaşmağı bildirmiş, həmin oğlana badalaq verərək yerə yıxdıqdan sonra onlar qaçaraq həmin yerdən uzaqlaşmışlar. Azərlə həyacanlı vəziyyətdə evə geri dönmüş, dostları evdə onları qarşılamışlar. Dostları onlardan nə baş verdiyini soruşduqda, sonunculara telefonu bir nəfər uşağın əlindən aldıqlarını bildirmişlər. Bundan sonra Ayxan və İlkin ilə birgə Kür çayının sahilindən «VAZ 2107» markalı avtomaşına əyləşərək Yevlax rayonu Aran qəsəbəsinə, oradan isə yaşadıqları Gəncə şəhərinə geri dönmüşlər. Geri döndükdən sonra səhəri gün Gəncə şəhərinə catdıqda hər kəs öz yaşadığı evə getmişdir. Səhəri gün o, Azər ilə birlikdə əldə etdiyi mobil telefonu Gəncə şəhərinə mərkəzi univermağının yanında telefon alqı-satqısı ilə məşğul olan Eldəniz adlı şəxsə 130 manata satmağa razılaşaraq “Samsung” S-4 marakı mobil telefonu 50 manata, sonra isə əlavə olaraq 80 manat pul vermişdir. Həmin 80 manat pulu öz şəxsi məqsədləri üçün xərçləmişdir. Azərin həmin işdə günahı olmamış, Azərə telefonu zorla Səidin əlindən almaq istəməsi barədə heç bir söz deməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, sonuncularla barışıq əldə etmişdir. Lakin, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, Azər əvvəldən ona Gəncə getməyə pulları olmadığını və buna görə bir yerdən onlara pul tapmaq lazım olduğunu dedikdən sonra Maqa ləqəbli Məhəmməddən üzərində gəzdirdiyi bıçağı istəmiş və Məhəmməd bıçağı sonuncuya vermişdir. Azər kollecdə oxuyan bir tanışına borc verdiyini pulu geri almalı olduğunu demişdir. Birlikdə Kollecə doğru gedərək oraya çatdıqda Azər bir nəfər Akşin adlı şəxsə yaxınlaşaraq sonuncu ilə söhbət etdikdən sonra geri qayıtmışlar. Yolda onlar əlində böyük həcmli mobil telefon olan bir nəfər uşaq görmüş, Azər həmin uşağın mobil telefonunu əlindən almağı təklif etmişdir. Azər həmin uşağa yaxınlaşaraq sonuncuya dostlarını itirdiklərini dostları ilə əlaqə saxlamaq istədiklərini, eyni zamanda “Dosluq” parkının yerləşdiyi ünvanı soruşmuşdur. Həmin uşaq “Dosluq” parkının yerləşdiyi ünvanı göstərə biləcəyini deyərək onlarla birlikdə geriyə dönüb şəhərə doğru getməyə başlamışdır. Onlarla birlikdə gedərkən yolda Azər həmin oğlandan telefonunu danışmaq məqsədi ilə istəmiş, bundan sonra həmin oğlan öz mobil telefonunu Azərə vermişdir. Azər telefon vasitəsi ilə Ayxanın mobil telefonunu yığaraq harada olduqlarını soruşmuş, «Dostluq» parkına çatdıqda həmin oğlandan yenə mobil telefonunu istəmişdir. Həmin oğlan ona telefonu verdikdə həmin telefonla danışaraq yenidən telefonu həmin şəxsə geri qaytarmışdır. Məscidin yanına çatdıqda Azər həmin oğlandan təkrar olaraq telefonunu istəmiş və telefonu aldıqdan sonra gözü ilə ona işarə etmişdir. Həmin vaxt cibində olan bıçağı çıxarıb həmin oğlanın boğaz nahiyəsinə dirəmiş, bu zaman həmin oğlan onun əlini tutduğundan əlində olan bıçaq onun əlinin üst hissəsini cızmışdır. Bu zaman Azər həmin oğlana telefonu verib çıx getməsini demiş, Azər həmin vaxt badalaq verərək oğlanı yerə yıxdıqdan sonra onlar qaçaraq həmin yerdən uzaqlaşmışlar. Məhməkə kollegiyası iclasında qanuni nümayəndəsi X5 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ilk öncə göstərmişdir ki, hadisə baş verən vaxt Samir ilk öncə ondan dostuq parkının yerini soruşmuş, oranı yerini göstərdikdə Samir dedi ki, özü Ağstafadan gəlmiş, ona görə də oranı tapa bilməyəcəkdir. Mən onları götürüb düşdük səhərə, Dostluq Parkının yanına çatdıqda Samir Meçidin yanına getməli olduğunu demiş, məndən telefonu alaraq dostuna zəng etmiş, həmin Azər onlardan 2 3 metr aralıda olmuş, onun boğazına bıçağı Samir dirəmiş, Azər kənardan onlara bərkdən nəsə demiş, lakin nə dediyini xatırlamamış, o yerə yıxıldıqdan sonra qaçaraq 200-300 metr oradan uzaqlaşmışdır. Özü şok vəziyyətində olduğundan Azərin nə deməsini xatırlamamışdır. Lakin birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadə elan edildikdən sonra ifadəsində göstərdi ki, Azər ikinci dəfə ondan telefonu almış, bütün hadisə də ondan sonra başlamışdır. Samir ona bıçaq dirədikdən sonra Azər ilə birlikdə qaçmış, həmin vaxt telefon Azərin əlində olmuşdur. Telefon ondan danışmaq məqsədi ilə alınmışdır. Samir ilə Azər qaçan zaman Samir qabaqda olmuşdur. Azər həmin vaxt geri qayıtsın, telefonu ona versin, belə heç bir hərəkət Azər tərəfindən edilməmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində isə göstərmişdir ki, 02 dekabr 2019-cu il tarixdə saat 17 radələrində idmana getmiş və saat 18 radələrində idmandan çıxaraq yaşadığı ünvana doğru gəlib catdıqda küçəyə daxil olan zaman arxadan iki nəfər şəxs ona yaxınlaşaraq, həmin şəxslərdən arıq olan oğlan ondan zəng etmək məqsədi ilə mobil telefonu istəmiş, həmin şəxslərin onunla nəzakətli danışmalarına görə atasının ona 400 manata almış olduğu “samsung” A-30 markalı mobil telefonunu həmin şəxslərə danışmaq məqsədi ilə vermişdir. Həmin arıq qamətli adını bilmədiyi şəxs mobil telefonu ondan götürərək onun yanında mobil telefonla nömrə yığmış, həmin nömrənin sahibi cavab vermədikdən sonra ondan “Dostluq” parkı deyilən yerin ünvanını soruşmuşlar. Həmin parkın yerləşdiyi yeri göstərmiş, həmin şəxslərdən biri Ağstafa rayonundan, digəri isə Gəncə şəhərindən olduqlarını ona bildirdiklərinə görə həmin park istiqamətinə gedən yolu göstərməyi ondan xahiş etmişlər. Mobil telefonu ona geri qaytardıqdan sonra birlikdə yaşadığı küçədən geriyə qayıdıb şəhər istiqamətinə doğru hərəkət etmişlər. Birlikdə şəhərin mərkəzi prospektindən düzünə “Dostluq” parkı deyilən yerə doğru hərəkət edən zaman həmin şəxslər yol boyu pul arxasınca gəldikləri barədə danışmışılar. Birlikdə dostluq parkına catdıqda həmin şəxslərdən biri ondan təkrar olaraq mobil telefonu danışmaq məqsədi ilə istəmiş, təkrar olaraq həmin şəxslərə öz mobil telefonunu verdikdən sonra arıq qamətli oğlan təkrar olaraq nömrə yığaraq danışmağa başlamışdır. Danışıq zamanı arıq qamətli oğlan “ayə harada qaldın, hansı tərəfdəsən, pul yəqin ki üzərindədir” sözlərini demişdir. Bir qədər getdikdən sonra telefonla şəhər Məscidinin yaxınlığında olduqlarını deyərək məscid tərəfə doğru hərəkət etməyə başlamış, məscidin arxa tərəfinə çatdıqda qaranlıq bir yerdə dayanmışlar. Arıq qamətli şəxs ondan təkrar olaraq mobil telefonunu istəmiş, telefonunu həmin şəxsə verdikdən sonra həmin arıq qamətli oğlan təkrar olaraq zəng etmişdir. Bu zaman onların yanında olan hündür boylu qara buğdayı oğlan onun arxa tərəfinə keçərək əlində olan bıçağı cıxarıb onun boğaz nahiyəsinə dirəyərək “telefon bizimdir sakit ol” sözlərini demişdir. Həmin şəxslərə etməmələrini deyərək hündür boylu oğlanın əlindən çıxmağa calışmış, lakin əlində bıçaq olan şəxs onun ayağından təpik ilə vuraraq onu yerə yıxmışdır. Həmin şəxslərə bu kimi hərəkətləri etməməyi desə də, həmin şəxs əlindəki bıçaqla onun ayaq nahiyəsinə dirəyərək qorxmamasını demişdir. Bundan sonra onların hər ikisi onun mobil telefonunu ələ keçirərək həmin yerdən uzaqlaşmışlar. Həmin şəxslər qaçıb getdikdən sonra yerdən qalxaraq bir qədər qaçdıqdan sonra yol kənarında dayanmış şəxslərə yaxınlaşıb mobil telefonunu iki nəfər şəxsin onun əlindən alıb qaçdığını bildirmişdir. Orada olan iki nəfər həmin şəxslərin ardınca qaçmış, bir nəfər şəxs isə onun yanında dayanmışdır. Orada olan tanımadığı şəxsin mobil telefonu ilə atası Samidə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Atası Samid olduğu yerə gəldikdən sonra birlikdə Mingəçevir şəhər polis şöbəsinə gələrək baş vermiş hadisə ilə əlaqədar ərizə yazaraq məlumat vermişlər. Sonradan ona qarşı quldurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06.12.2019-cu il tarixli 732 nömrəli rəyndən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinə zamanı onun bədənində aşkar olunan xəsarətlər; sol əlində və sol said nahiyyəsində sıyrıqlar bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlmiş, yetirilmə müddətləri qərarda göstərilən 02.12.2019-cu il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 03.12.2019-cu il tarixli 722 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət; boynunun sol səthində yara kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti 02.12.2019-cu il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməballistik ekspertizasının 29.12.2019-cu il tarixli 696 nömrəli rəyindən görünür ki, tədqiqata təyin edilən bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 07.01.2020-ci il tarixli 30809 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təyin edilmiş, normal vəziyyətdə olan 1 ədəd «Samsunq» markalı, «SM-A305FN/DS» modelli mobil telefonun işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 230.00 manat müəyyən olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21.02.2020-cu il tarixli 123/48 saylı rəyinin psixiatrik ekspertizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir, həmçinin ona ittiham elan olunan zaman ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Həmin rəyin psixoloji ekspertizaya aid hissəsində qeyd olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla başqalarının təsiri altında uydurmaya meylli deyildir. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla başqalırının təsiri altında hərəkət etməyə meylli deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Həmin rəy iş üçün əhəmiyyətli olduğuna görə sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilməlidir. İş üzrə təyin olunmuş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21.02.2020-cu il tarixli 124/49 saylı rəyinin psixiatrik ekspertizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir, həmçinin ona ittiham elan olunan zaman ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Həmin rəyin psixoloji ekspertizaya aid hissəsində qeyd olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla başqalarının təsiri altında uydurmaya meylli deyildir. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla başqalırının təsiri altında hərəkət etməyə meylli deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Həmin rəy iş üçün əhəmiyyətli olduğuna görə sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində xxxx qətimkan tədbirinin seçilməsi haqqında Mingəçevir şəhər Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 04 dekabr 2019-cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə xxxx qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində xxxx qətimkan tədbirinin seçilməsi haqqında Mingəçevir şəhər Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 04 dekabr 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə xxxx qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05 dekabr 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 07 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatdığı üçün barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nazərat altına vermə» qətimkan tədbiri ləğv olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 17 may 2020-ci il tarixdə tarixdə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatdığı üçün barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nazərat altına vermə» qətimkan tədbiri ləğv olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslərin barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yaşayış yeri üzrə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ev 2, mənzil 34-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Türklər qəsəbəsi 20 Yanvar küçəsində yaşayan, yaşayış yerindən müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Salahov X8 şəhəri Ş.İ.Xətai küçəsi ev 29, mənzil 6-da yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Samux rayonu Nəbiağalı kəndində yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Gəncə şəhəri, Kəpəz rayonu Natavan qəsəbəsi məhəllə Q 1 küçəsi ev 28-də yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilir İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 1 ünvanında yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilməsi üçün əsas verəcək dərəcədə əsaslı deyildir. Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri tərəfindən həyata keçirilsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qərarın 7-ci bəndinin ikinci cümləsində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədi ilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Təqsirləndirilən şəxs1 qrup şəklində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 mobil telefonunu almaq məqsədi ilə basqın etdiyi andan cinayət əməli artıq başa çatmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində özünü CM-in 181-ci maddəsində nəzərdə tutulan quldurluq əməlində təqsirli bilməməsini göstərsə də, lakin məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən düzgün olaraq quldurluq cinayəti kimi tövsif edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində olan bıçaqla zərərçəkmiş Samid Səfərliyə zor tətbiq etdiyi andan quldurluq cinayəti başa çatmış, onun bu hərəkəti onunla birlikdə orada olan Təqsirləndirilən şəxs2 da niyyəti ilə əhatə olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcədən Samid Səfərlidən mobil telefonu danışmaq üçün istəməsi, Mingəçevir şəhərində yaşadığı halda zərərçəkmişdən onları “Dostluq” parkına aparmalarını bildirməsi və zərərçəkmişin özünün ifadəsində göstərdiyi kimi sonuncuya bir dəfə ayağından badalaq vuraraq yıxmasını, telefonun Azər tərəfindən götürülməsini göstərməsi, onun da Təqsirləndirilən şəxs1la birlikdə quldurluq cinayətinin qabaqcadan əlbir olaraq planlaşdırdıqlarını və sonradan həmin əməli birgə icra etdiklərini bir daha təsdiq edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini özünü müdafiə kimi qiymətləndirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onunla bağlı ittiham üzrə təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Belə olan halda zərərçəkmiş Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq, həm birinci instansiya məhkəməsi həm də ifadəsi elan edildikdən sonra vermis olduğu ifadədə ona məxsus telefonun məhz Azər tərəfindən götürülməsini qeyd etməsini işin faktiki hallarına uyğun olması qənaətindədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham kifayət qədər əsaslıdır, birinci instansiya məhkəməsi onu Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə təqsirli bilib ona cəza təyin etməkdə haqlı olmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışması və dəymiş zərəri ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, həmçinin onun əməlində cəzasını ağırlaşdıran halların olmasını nəzərə almışdır. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən sərt cəza, yəni uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindi CM-nin 181.2.1 və 181.2.5-ci maddəsini sanksiyasınd 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, birinci instansiya məhkəməsi də ona 8 il 6 ay müddətə, yəni sankiyanın nəzərdə tutulmuş ən aşağı həddinə yaxın həddə cəza təyin etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Ona görə də, hesab edir ki, verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 1(091)-111/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 1(091)-111/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-99/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-99/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver