Məhkəmə qərarları › İş №1(108)-1/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(108)-1/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(108)-1/2021 28.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev İlqar Məhərrəm oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(110)-05/2020 nömrəli hökmündən xüsusi ittihamçı X3 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 19 avqust 2020-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək ərizədə Aytən Bağırovanın 060 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdi yi Whatsapp durumunda ictimailəşdirməklə onun ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası CM-in 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətdiyini qeyd edərək Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinə əsasən onu, X4 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən keçmiş həyat yoldaşı Şərur rayon Dizə kəndində qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 15 oktyabr 2020-c i il tarixli, 1(110)-05/2020 nömrəli hökmü ilə X5 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi qərara alınmışdır. Hökmlə razılaşmayan xüsusi ittihamçı X6 22 oktyabr 2020-ci il tarixdə apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(110)-05/2020 nömrəli hökmünün ləğv olunmasını və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cəzanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə icraat apellyasiya qaydasında baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına daxil olmuşdur. Məhkəmə tərəfindən xüsusi ittihamçı X3 vəsatəti əsasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 1(108)-01/2021 nömrəli qərar ilə məhkəmə-kompüter-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 5/76 nömrəli rəyi 30 iyun 2021-ci ildə kollegiyanın ünvanına daxil olmuşdur. Xüsusi ittihamçı X1 23.07.2021-ci il tarixli teleqram ünvanlayaraq, teleqramda Vurğun Allahverdiyev kollegiyanın icraatında olan xüsusi ittiham qaydasındakı işə xitam verilməsini xahiş edib, keçmiş həyat yoldaşı Bağırova Aytən barədə heç bir tələbi olmadığını qeyd etmiş, həmçinin 28.07.2021-ci il tarixdə kollegiyaya yenidən teleqram ünvanlayaraq, teleqramda apellyasiya şikayətindən imtina etdiyini həmin teleqramın nəzərə alınması nı xahiş etmişdir. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin teleqramını müzakirə edib, hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(110)-05/2020 nömrəli hökmündən xüsusi ittihamçı X3 verdiyi apellyasiya şikayətinə baxılmasına apellyasiya şikayəti vermiş şəxsin öz tələblərindən imtina etməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansi yası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 verdiyi apellyasiya şikayətindən imtina etdiyindən, həmin qərardan digər proses iştirakçılarının apellyasiya şikayətləri olmadığından, cinayət prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 195.2-ci maddəsinə əsasən həmin Məcəllənin 195.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda haqq tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən hesabat təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 5/76 nömrəli rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 53.65 (əlli üç manat altmış beş qəpik) manatdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlı dır. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normaların əsasən kollegiya hesab edir ki, aparılmış məhkəmə-kompüter-texniki ekspertizasının ekspertiza tədqiqatının dəyəri xüsusi ittihamçı X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, AZ41NABZ********************, X7, KOD 210005 VÖEN **********, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3-ə keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.4,396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(110)-05/2020 nömrəli hökmündən xüsusi ittihamçı X3 verdiyi apellyasiya şikayəti üzrə tələblərindən imtinası qəbul edilsin. Apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Məhkəmə-kompüter-texniki ekspertizasının ekspertiza tədqiqatının dəyəri 53.65 (əlli üç manat altmış beş qəpik) manat xüsusi ittihamçı X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, AZ41NABZ********************, X7, KOD 210005 VÖEN **********, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3-ə keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar