Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(108)-12/2021 17.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə işə baxan Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızına edilmiş etiraza baxaraq m ü ə y y ə n e t d i m: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Babək Rayon Məhkəməsində 15 iyul 2021-ci il tarixdə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi işə baxan hakim İsmayıl Günay Mikayıl qızına etiraz etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi etiraz ərizəsində, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs Babək rayon, Babək qəsəbəsində qeydiyyatda olmaqla orada yaşadığını, işə baxan hakim İsmayıl Günay Mikayıl qızının da həmin qəsəbədə doğulub orada yaşadığını əsas gətirərək cinayət işinə qanuni və ədalətli baxılıb qərar qəbul ediləcəyinə dair şübhələrinin olduğunu qeyd edərək, bu əsasa görə cinayət işinə hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə baxılmasına etiraz etmişlər. Cinayət işi Azərbaycan Respublikası CPM-in 109.3-cü maddəsinin tələbinə əsasən hakimə olunan etiraza baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilmişdir. Etirazın dəlillərini cinayət işinin materialları ilə əhatəli şəkildə yoxlayıb hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, et iraz əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 107.2-ci maddəsinə əsasən hakimin cinayət prosesində iştirakını istisna edən, bu məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda hakimə etiraz edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 7-ci bəndinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 109-cu maddəsinə əsasən şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda, həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda, həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə, həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştira k etdikdə, birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə, ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda, cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda cinayət prosesində hakim qismində iştirakı istisna olunur və ona etiraz еdilə bilər. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı etirazından görünür ki, işə baxan hakim ilə təqsirləndirilən şəxsin qeydiyyatda olduqları və yaşadıqları ünv anların eyni olması ilə еtiraz əsaslandırılmışdır. Belə olan halda işə baxan hakimin cinayət təqibində maraqlı olması ehtimalını aradan qaldırmaq məqsədi ilə etiraz təmin olunmalı və cinayət işi baxılması üçün Şahbuz Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 107, 109.3.3-cü, 109.5-ci maddələrini rəhbər tutub qərar verdim: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxan Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızına Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi etirazı təmin edilsin. Cinayət iş baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №1(108)-12/2021
Ali Məhkəmə Qərar — İş №1(108)-12/2021
17.07.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver