Məhkəmə qərarları › İş №1(108)-14/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(108)-14/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(108)-14/2021 28.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X10, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-09/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq kollegiya m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Q.N.Məmmədov) 12 avqust 2021-ci il tarixli 1(078)-09/2021 nömrəli, hökmü ilə xx.xx.1982-ci ildə ildə Şərur rayon Aralıq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işsiz, əvvəllər məhkum olunmayan, Şərur rayon Yuxarı Aralıq kəndində qeydiyyatda olmaqla, yaşayan, 04.05.2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbi ri seçilərək, Naxçıvan MR ƏN-nin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş cəzanın çəkilməsi müddətinin başlanğıcının həbsə alındığı 04 may 2021-ci il tarixdən hesablanması müəyyən olunmuşdur. xx.xx.1973-cü ildə Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 3 uşaq atası, müvəqqəti işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olmaqla, yaşayan 04.05.2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərə findən barəsində həbs qətimkan tədbiri seçilərək, Naxçıvan MR ƏN-nin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş cəzanın çəkilməsi müddətinin başlanğıcının həbsə alındığı 04 may 2021-ci il tarixdən hesablanması müəyyən olunmuşdur. xx.xx.1973-cü ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, 2 uşaq atası,müvəqqəti işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan 05.05.2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən b arəsində həbs qətimkan tədbiri seçilərək, Naxçıvan MR ƏN-nin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş cəzanın çəkilməsi müddətinin başlanğıcının həbsə alındığı 05 may 2021-ci il tarixdən hesablanması müəyyən olunmuşdur. Məhkəmənin hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 30 avqust 2021-ci ildə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına müraciət Naxçıvan Şəhər Məhkəməsinin 1(078)09/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını dəyişdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti olaraq cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 30 avqust 2021-ci ildə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-09/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını dəyişdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti olaraq cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 01 sentyabr 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-09/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə hökmlə təyin edilmiş cəzanı yüngülləşdirib cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətlərinin təmin edilməklə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində mə hkəmənin hökmünün dəyişdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə hökmlə təyin edilmiş cəzanı yüngülləşdirib cəzanın şərti olaraq tətbiq edilməsi barədə məhkum edilmiş şəxslərin və müvafiq olaraq onların müdafiəçisi Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, hökmün dəyişdirilmədən və apellyasiya şikayətlərinin təmin olunmadan saxlanılmasına dair dövlət ittihamçısı X8 çıxışlarını dinləyib aşağıdakı nəticəyə gəlir: Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs3 05 mart 2021-ci il tarixindən 09 aprel 2021-ci il tarixinədək olan müddətdə Türkiyə Respublikasının İstanbul şəhərində olarkən, istintaqa məlum olmayan mənbədən satış məqsədilə müxtəlif seriya və nömrəli, dövriyyədə olan eyni məbləğli pul əskinasları üçün qəbul e dilmiş standartlara uyğun olmayan 100 ABŞ dollarına oxşar 7000 ABŞ dolları təşkil edən 70 ədəd saxta pul əskinasını əldə edərək 09 aprel 2021-ci il tarixində Naxçıvan MR Şərur rayon Yuxarı Aralıq kəndinə gətirmiş və onlardan 1200 ABŞ dolları məbləği təşkil edən 12 ədəd saxta 100-lük pul əskinasını Şərur rayonu ərazisində müxtəlif mağaza və alış-veriş yerlərində xərcləmiş, qalan saxta pul əskinasların satılmasına nail olmaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə görüşüb əsli ilə fərqlənməyən saxta dollarlarlarının olduğu barədə ona danışaraq, saxta dollarları satmasını ona təklif etmiş, sonuncu müəyyən bir gəlir qarşılığında sata biləcəyinə razılıq verdiyindən, 1000 ABŞ dolları məbləğindəki 10 ədəd saxta 100-lük əksinası satması üçün Təqsirləndirilən şəxs2 verərək, onunla qabaqcadan əlbir o lub cinayət əlaqəsinə girmiş, bundan sonra, yəni 13 aprel 2021-ci il tarixdə Bakı şəhərinə gedərək 1800 ABŞ dolları məbləği təşkil edən 18 ədəd saxta yüzlük əskinası orada müxtəlif yerlərdə xərcləmiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində Naxçıvan şəhərində yaşayan qohumu Təqsirləndirilən şəxs1 ilə 22 aprel 2021-ci il tarixdə Naxçıvan şəhərində görüşərək, ona saxta olduğuna dair bəzi məlumatlar deməklə Təqsirləndirilən şəxs3 aldığı 1000 ABŞ dolları məbləğindəki 10 ədəd saxta 100-lük əksinası satması üçün ona vermiş, Təqsirləndirilən şəxs1 qeyd edilən əskinaslardan 500 ABŞ dolları məbləği təşkil edən 5 ədədini 850 manat müqabilində ünvan 4 ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində işləyən X4, 500 ABŞ dolları məbləği təşkil edən 5 ədədini isə Cahan Ticarət Mərkəzində valyuta alışı və satışı ilə məşgul olan X5 850 manata satmış və həmin satışdan ümumilikdə əldə edilən 1700 manatın, 700 manatını Təqsirləndirilən şəxs2 terminal vasitəsilə onun kart hesabına göndərmiş, 25 aprel 2021-ci il tarixdə Bakı şəhərindən, Naxçıvana qayıtdıqdan sonra özündə qalan 3000 ABŞ dolları məbləğindəki 30 ədəd 100-lük saxta pul əskinasını satmaq üçün Təqsirləndirilən şəxs2, sonuncu isə həmin saxta pul əskinaslarını Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 həmin saxta əskinasları 26 aprel 2021-ci il tarixdə Cahan Ticarət X2 satarkən Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman, ondan 3000 ABŞ dolları məbləği təşkil edən, dövriyyədə olan həqiqi 100 nominallı X7 dolları pul əskinasları ilə eynilik təşkil etməyən 30 ədəd 100-lük saxta pul əskinasları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 əvvəlcədən tanış olduğu Təqsirləndirilən şəxs3 ilə 11 aprel 2021-ci il tarixdə Şərur rayonu Yuxarı Aralıq kəndində görüşəndə, aralarında baş verən danışıqdan Təqsirləndirilən şəxs3 Türkiyə Respublikasından satmaq üçün, saxta 100-lük ABŞ dolları əskinasları gətirdiyini bilmiş və həmin vaxtı əskinasların bir neçəsini əyani olaraq gözdən keçirərək əslindən fərqlənib-fərqlənmədiyini yoxlamış, saxtalığına dair məlumatları öyrənməsinə baxmayaraq, Təqsirləndirilən şəxs3 təklifi ilə, müəyyən bir gəlir qarşılığında həmin saxta əskinasları satacağına razılıq verərək, onunla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, orada ondan 1000 ABŞ dolları məbləğindəki 10 ədəd saxta 100-lük əks inası satmaq məqsədilə götürərək təqribən 11 gün özündə saxlamış və bu müddətdə saxta əskinasları, satması ilə bağlı yollar axtarmış və 22 aprel 2021-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs1 ilə Naxçıvan şəhərində görüşərək, saxtalığına dair bəzi məlumatları deməklə, kimdən aldığını ona bildirmədən, Təqsirləndirilən şəxs3 götürdüyü 1000 ABŞ dolları məbləğindəki 10 ədəd saxta 100-lük əksinasları satmasını ona təklif etmiş və satacağı halda ona 100 manat qazanc verəcəyini demiş, Təqsirləndirilən şəxs1 onun təklifinə razı olub, qeyd edilən əskinasları ondan götürərək, həmin gün 500 ABŞ dolları məbləği təşkil edən 5 ədədini 850 manat müqabilində ünvan 5 ünvanında yerləşən valyuta dəyişmə məntəqəsində işləyən X4, 500 ABŞ dolları məbləği təşkil edən 5 ədədini isə Cahan Ticarət Mərkəzində valy uta alışı və satışı ilə məşgul olan X5 850 manata satmış və həmin satışdan ümumilikdə əldə edilən 1700 manatdan, 700 manat terminal vasitəsilə Təqsirləndirilən şəxs3 göndərmiş, 100 manat qazanc kimi Təqsirləndirilən şəxs1 vermiş, 900 manat isə özü götürmüş, saxta əskinasların satışını həyata keçirə bildiyindən, 25 aprel 2021-ci il tarixdə yenə Şərur rayon Siyaqut kəndində Təqsirləndirilən şəxs3lə görüşərək onda qalan 3000 ABŞ dolları məbləğindəki 30 ədəd 100-lük saxta pul əskinasını satmaq üçün alaraq, 26 aprel 2021-ci il tarixdə Naxçıvan şəhərində Təqsirləndirilən şəxs1 vermiş, sonuncu qeyd edilən əskinasları həmin tarixdə Cahan Ticarət X2 satarkən Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman, ondan 3000 ABŞ dolları məbləği təşkil edən, dövriyyədə olan həqiqi 100 nominallı X7 dolları pul əskinasları ilə eynilik təşkil etməyən, 30 ədəd 100-lük saxta pul əskinasları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə 22 aprel 2021-ci il tarixdə Naxçıvan şəhərində görüşdükdə onda saxta 100-lük ABŞ dolları əskinaslarının olduğunu bilmiş və əskinasların saxtalığına dair məlumatları öyrənməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 təklifi ilə həmin əskinasları 100 manat qazanc qarşılığında satacağına razılıq verərək, onunla əlbir olub cinayət əlaqəsinə girmiş və elə həmin gün Təqsirləndirilən şəxs2 1000 ABŞ dolları məbləğindəki 10 ədəd saxta 100-lük əksinası alaraq, satmaq üçün onunla birlikdə ünvan 4 ünvanda yerləşən valyuta dəyişmə məntəqəsinə getmiş, Təqsirləndirilən şəxs2 küçədə gözləmiş, özü valyuta məntəqəsinə girərək qeyd edilən əskinaslardan 500 ABŞ dolları məbləği təşkil edən 5 ədədini həmin məntəqədə işləyən X1 850 manat almış, sonra isə qalan saxta əskinasları satmaq məqsədilə Təqsirləndirilən şəxs2la birlikdə Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin yaxınlığına gedərək, ondan ayrılıb ticarət mərkəzinə getmiş və orada səyyari valyuta alışı və satışı ilə məşgul olan X5 yaxınlaşaraq 500 ABŞ dolları məbləği təşkil edən 5 ədəd 100-lük saxta əskinasları 850 manata ona satmış və satışdan ümumilikdə əldə etdiyi 1700 manatı həmin vaxtı qayıdıb Təqsirləndirilən şəxs2 verərkən, sonuncudan qazanc kimi 100 manat almış, həmin pullardan olarsa yenə sata biləcəyinə razılaşdığından, Təqsirləndirilən şəxs2, X6 alıb gətirdiyi 3000 ABŞ dolları məbləği təşkil edən 30 ədəd saxta 100-lük ABŞ dolları əskinaslarını 26 aprel 2021-ci il tarixdə ondan götürərək həmin tarixdə Cahan Ticarət X2 satarkən Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman, ondan 3000 ABŞ dolları məbləği təşkil edən, dövriyyədə olan həqiqi 100 nominallı X7 dolları pul əskinasları ilə eynilik təşkil etməyən 30 ədəd 100-lük saxta pul əskinası aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayı r. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəs inə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbay can Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya məhkəmənin hökmünün dəyişdirilməklə barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq olunması ilə bağlı məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 apellyasiya şikayətlərinin dəlillərini müzаkirə еdib, məhkum edilmiş şəxslərin apellyasiya şikayətlərində və onların müdafiəşilərinin kollegiyadakı çıxışlarında göstərdiyi hallara hüquqi qiymət verib belə nəticə yə gəlir ki, birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi qanuni və əsaslıdır və birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara cinayətin törədilməsi şəraitinə, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədal ətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Kollegiya işin şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir k i, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verərək məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlini Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə tövsif etmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, əməlin tövsifi apellyasiya şikayətlərində də mübahisələndirilmir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuş, cəza təyin edərkən cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü və 59.1-ci maddələrində nəzərdə tutulmuş törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun, yəni törədilmiş cinayətə görə nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verib məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şəxsiyyəti, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, apellyasiya şikayətlərində göstərdikləri eyni dəlillər birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən kifayət qədər nəzərə alındığından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsi rləndirilən şəxs3 təyin olunmuş cəzanı çəkmədən islah olunmaları mümkün deyil, ona görə də barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilə bilməz. Naxçıvan Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 apellyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci, 398.1.1-ci, 407-410-cu və 412-ci maddələrini rəhbər tutaraq kollegiya, qərara alır: Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-09/2021 nöm rəli, 12 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1-ci maddəsində müəyyən edilmiş müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar