Məhkəmə qərarları › İş №1(108)-18/2025

Ali Məhkəmə Qərar — İş №1(108)-18/2025

06.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(108)-18/2025 06.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X16 Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, X6 məhkəmə iclas katibliyi ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə baxan Naxçıvan Şəhər Məhkəməsinin hakimi X8 özü-özünə etmiş olduğu etiraza baxaraq müəyyən etdim: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Naxçıvan Şəhər Məhkəməsində baxılarkən X5 özü-özünə etiraz etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(078)-40/2025 nömrəli qərarına əsasən etiraz baxılması üçün xüsusi ittiham qaydasında işinin materialları i lə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. X5 özü-özünə etmiş olduğu etirazda X1 Kərim İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət 24 aprel 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Şəhər Məhkəməsinin sədridir. Qeyd olunanlara əsasən hesab edir ki, hazırki cinayət işinə onun tərəfindən baxılması obyektivliyin təmin olunması baxımından məqsədəmüvafiq dey ildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Şəhər Məhkəməsinin sədri olduğundan hazırki işə onun tərəfindən baxıla bilməz. Buna görə də, işə onun sədrliyi ilə baxılmasına özü-özünə etiraz edir. Azərbaycan Respublikasının CPM-nin 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının CPM-nin 109.1.7-ci maddəsinə əsasən hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda hakimə etiraz əsaslı sayılmalı və şərtsiz təmin edilməlidir. İş üzrə xüsusi ittihamçı olaraq G.Səf ərəliyevanın ittiham tərəfindən cinayət prosesinin iştirakçısı olmasını və işə baxan hakim Gülsüm Əliyevanın isə G.Səfərəliyevanın sədrlik etdiyi Naxçıvan Şəhər Məhkəməsində hakim vəzifəsində fəaliyyət göstərdiyini nəzərə alıb onların arasında xidməti münasibətlərin mövcudluğunu qeyd edərək işin obyektivliyini təmin etmək məqsədilə məhkəmə etirazı əsaslı hesab edir. İş üzrə gələcəkdə qəbul ediləcək qərarın obyektivliliyinə, qərəzsizliyinə şübhənin aradan qaldırılması üçün etiraz təmin edilməli xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün başqa birinci instansiya məhkəməsinin icraatına verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri X1 Kərim İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi il ə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyindən işin Naxçıvan Şəhər Məhkəməsində baxılması məqsədəmüvafiq deyil. Bu səbəbdən də Naxçıvan Şəhər Məhkəməsinin hakimi X8 özü-özünə etmiş olduğu etiraz təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109-cu maddələrini rəhbər tutub qərarverdim: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə baxan Naxçıvan Şəhər Məhkəməsinin hakimi X8 özü-özünə etmiş olduğu etiraz təmin olunsun. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn şikаyət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar