Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(108)-6/2023 18.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Əsgər Novruz oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 1(078)01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmündən Təqs irləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(078)-1/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət yəni 2 gün, müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər hesabla nmaqla cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının ortalarında asan gəlir əldə etmək üçün, qəsdən, tamah məqsədi ilə X4 ilə danışaraq ona vəzifədə hörmətli adamının olduğunu, həmin şəxsin adını verə bilməyəcəyini, onun bir kəlmə sözü ilə qızı X5 4500 manat müqabilində Naxçıvan şəhərində yeni açılacaq 8 №-li uşaq bağçasında metodist kimi, özünü isə 2000 manat müqabilində həmin uşaq bağçasında aşbaz kimi işə düzəldə biləcəyi adı ilə aldadaraq qəsdən, vahid niyyətlə Zərərçəkmiş şəxs1 6500 manat, yəni xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçir mişdir. Bundan başqa o, qəsdən, tamah məqsədilə, təkrarən, 2022-ci ilin fevral ayında, əvvəllər hərbi xidmətdə olarkən tanıdığı, xidmət yoldaşı olmuş Babək rayon Şəkərabad kənd sakini Zərərçəkmiş şəxs2 xidmət zamanı ağ ciyər xəstəliyinin olduğunu bildiyindən ona dayısının həkim olduğunu bildirərək, hərbi xidmətdə olarkən keçirdiyi xəstəliklə əlaqədar onu təqaüdə çıxara biləcəyinə inandırıb, onu aldadaraq onun 2150 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində qəsdən, tamah məqsədilə, təkrarən əvvəllər qonşusu olmuş, Zərərçəkmiş şəxs3 yaşadığı Naxçıvan şəhəri, X12, ev 26 ünvanında yerləşən evinə gedərək onunla danışıb, ona Naxçıvan Şəhər İcra Hakimiyyətində əvvəllər sürücü işlədiyini, orada tanışının olduğunu dey ib, oğlu X6 Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan şəhər Xətai məhəlləsinin İƏDÜ nümayəndəsi kimi işə düzəldə biləcəyinə inandıraraq Zərərçəkmiş şəxs3 aldadıb onun 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və törətdiyi cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 6500 manat məbləğində, yəni xeyli miqdarda, Zərərçəkmiş şəxs2 2150 manat məbləğində, Zərərçəkmiş şəxs3 isə 4000 manat məbləğində maddi ziyan vurmuşdur. Hökmlə razılaşmayan Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(078)-1/2023 nömrəli hökmünün dəyişdirilərək barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmas ını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, törətdiyi əməli səmimi olaraq etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Bu gün də çox peşmandır. İlk dəfədir ki, belə iş tutur, əvvəllər məhkum olunmayıb. Ailəlidir, himayəsində üç az yaşlı övladı var. Yaşadığı və işlədiyi yerlərdə hamının hörmətini qazanıb. Əlavə olaraq bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Ailəsinin yeganə çörək gətirəni odur. Birinci instansiya məhkəməsində də bildirib ki, işləyib dəymiş ziyanı ödəyəcək. Apellyasiya şikayətinin nəticəvi hissəsində işin faktiki halları və əməlin hüquqi tövsifi deyil, təyin olunmuş cəzanın ağırlığı mübahisələndirilmiş, kollegiyadan təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi xahiş edilmişd ir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətini qəbul etməyərək Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək eyni dəlillərə istinad edib, çıxışlarında Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(078)-1/2023 nömrəli hökmünün dəyişdirilərək təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı Naxçıvan Muxtar Re spublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7 apellyasiya şikayətini qəbul etməyərək Təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmadığını bildirib, çıxışında apellyasiya şikayətinin təmin edilmədən Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını kollegiyadan xahiş etmişdir. Kollegiya cinayət işinin materiallarını araşdıraraq apellyasiya şikayəti ilə əlaqədar cinayət prosesi tərəflərinin dəlillərini müzakirə edib, cinayət işi üzrə tərəflərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəy yən edilməsini apellyasiya şikayətinin hüdudlarında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya baxışının nəticələrinə əsaslanmaqla belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan onun törətdiyi əməli səmimi olaraq etiraf edərək əməlindən peşman olduğunu bildirməsi, bu gün də çox peşman olması, ilk dəfədir ki, belə iş tutması, əvvəllər məhkum olunmaması, ailəli olması, himayəsində üç az yaşlı övladının olması, yaşadığı və işlədiyi yerlərdə hamının hörmətini qazanması, əlavə olaraq bir daha belə səhvlərə yol verməyəcəyinə söz verməsi, ailəsinin yeganə çörək gətirəni olması, birinci instansiya məhkəməsində də işləyib dəymiş ziyanı ödəyəcəyini bildirməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə görə cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış və ona 3 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar ı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədlər daxilində azadlıqdan məhrum etmə cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci ma ddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İş üzrə materiallardan da məlum olduğu kimi zərərçəkmiş şəxslər ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, eyni zamanda Zərərçəkmiş şəxs3 apellyasiya baxışı zamanı çıxışlarında da aralarında barışığın əldə olunmaması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, onun əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, onun ailə vəziyyətini, eyni zamanda barəsində cəzanı ağırlaşdırılan halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Təqsir ləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri mülahizə xarakteri daşıyır və bu səbəbdən kollegiya apellyasiya şıkayətinin dəlillərini formal əsaslar kimi qiymətləndirərək həmin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv olunması və ya dəyişdirilməsi üçün əsas hesab etmir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində göstərilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən halları cəza təyini zamanı nəzərə almaqla əsaslandırmış, onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun cəza təyin etmişdir. Apellyasiya şikayətinin baxışı mərhələsində də təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hər hansı bir yeni hal müəyyən edilməmişdir. Bu səbəblərdən də, apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmaqla təmin olunmamalı dır. Ümumiyyətlə işin kollegiyada tədqiqi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində təqsiri, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi kollegiyanda heç bir şübhə doğurmayan sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Kollegiya belə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsi üçün əsaslar yoxdur. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması halları iş materialları və cinayət işinin apellyasiya qaydasında kollegiyada baxılması zamanı müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmünün nəticə hissəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilin məsi və 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət yəni 2 gün, müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması göstərilmişdir. Bununla bağlı kollegiya bildirir ki, çıxarılan hökm Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.2-ci maddəsinə uyğun olmalıdır. Həmin normanın tələbinə əsasən məhkəmənin ittiham hökmün ün nəticəvi hissəsində təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi göstərilməlidir. Cinayətlərin və hökmlərin məcmusu olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq çəkilməli olan yekun cəzanın növü və həddi göstərilir (qəti cəza). Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 2 günün təyin edilmiş cəzadan çıxılmasını hökmdə qeyd etmişdir. Lakin təyin edilmiş cəzadan şəxsin şübhəli şəxs qismində tutulduğu müddətin çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxl anıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə uyğun olaraq işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda qeyd olunan əsaslara görə kollegiya belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r v e r d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 1(078)01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(108)-6/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(108)-6/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver