Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-1/2023 16.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nağıyev İsfəndiyar Səfər oğlu (sədrlik edən), Bəylərli Səxavət Şahhüseyn oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Təranə Xudaverdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, təqsirləndirilən şəxsin müdafiəçiləri Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 16 avqust 1998-ci ildə Şərur rayonu, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli - 1 uşaq atası, işləməyən, məhkum olunmamış, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.2.6, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, bir neçə şəxsə olan borclarını ödəmək üçün qonşuluqda tək yaşayan, Şərur rayonu, Püsyan kənd sakini, 1948-ci il təvəllüdlü X20 məxsus yaşayış evinə qanunsuz daxil olmaqla əvvəlcədən G.Əhmədovanın evində işləyərkən stolun örtüyünün altında gördüyü 200 manatadək pulu qəsdən gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 01 avqust 2022-ci il tarixdə, saat 06:47 radələrində öz evindən çıxıb məhəllədə heç kimin olmadığından əmin olduqdan sonra qaçaraq həyətin giriş qapısından Gülüş Əhmədovaya məxsus yaşayış sahəsinə və oradan evin açıq eyvanına daxil olmuş, orada olan stolun üzərindəki silindrik formada taxta materialdan hazırlanmış, məişət təyinatlı mismardan ibarət, ucu itilənmiş, deşici xassəyə malik, ümumi uzunluğu 128 mm, dəstəyinin uzunluğu 80 mm, diametri 20 mm, deşici hissəsinin uzunluğu 48 mm, diametri 4 mm olan işlək aləti, yəni bizi götürüb yaşayış evinin giriş qapısının yanına yaxınlaşaraq əvvəlcə Gülüş Əhmədovanın evdə olub-olmamasını dəqiqləşdirmək üçün asta səslə onu çağırmış, səs gəlmədikdə Gülüş Əhmədovanın evdə olmadığını və ya yatdığını güman edib evin giriş qapısını zor tətbiq etməklə qapının çərçivəsinə sancılmış mismarın qopub düşərək qapının açılmasına nail olmuş, sonra əlində olan bizlə qanunsuz mənzilə girmiş, bu zaman Gülüş Əhmədovanın yataq otağından səsini eşidib onun olduğu otağa daxil olmuş, Gülüş Əhmədovanı gördükdə əsl niyyətini pərdələmək və ifşa olmamaq məqsədilə sonuncuya borc pul almağa gəldiyini bildirmiş, evin giriş qapısını qırmaqla qanunsuz daxil olub özgə əməlakını ələ keçirmək kimi niyyətini Gülüş Əhmədovanın başa düşdüyünü anlayaraq ifşa olmadan geri qayıtmaq və bununla da öz kriminal hərəkətlərini gizlətmək məqsədilə əlində olan kustar üsulla hazırlanmış, qeyd olunan xüsusiyyətlərə malik bizi silah qismində istifadə etməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, habelə təfəkküründə yaratdığı quldurluq cinayət əməli ilə bağlı tələbatını şəxsi qəsdən öldürməklə sonlandırmaq qərarına gəlib, bunu arzu edərək törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etmiş, bu məqsədlə təqsirkar şəxs üçün aşkar surətdə qoca, köməksiz vəziyyətdə olan Gülüş Əhmədovanın üzərinə hücum edib sonuncunun sol qolundan tutub əlində olan bizdən silah qismində istifadə etməklə zərbələr vuraraq ona sağlamlığına yüngül dərəcəli zərər vuran “sol dirsək nahiyəsində bir ədəd deşilmiş yara, sağ əlin İİİ-İV barmaqlar arası nahiyəsinin arxa səthində bir ədəd cırılmış yara”, sağ saidin aşağı üçdə birində qançır və sıyrıq, ardınca sol qolundan tutub buraraq sağlamlığına az ağır dərəcəli zərər vuran “sol dirsək sümüyünün sınığı”, daha sonra Gülüş Əhmədovanı qəsdən üzüstə pəncərəyə tərəf olan çarpayı istiqamətində itələyib başının təpə nahiyəsini çarpayının baş hissəsində olan taxtanın küncünə çırpmaqla sonuncuya sağlamlığa ağır dərəcəli zərər vuran “alın nahiyəsində bir ədəd əzilmiş-cırılmış yara” xəsarətlərini yetirmiş, sonuncu aldığı xəsarətlərdən çarpayının yanında huşunu itirərək yerə yıxıldıqdan sonra onun öldüyünü yəqin edib səs-küyə ətrafdan kənar şəxslərin gələ bilmə ehtimalını fikirləşməklə hər hansı əmlak götürmədən əlindəki bizi mələfəyə silərək evin mətbəxinə ataraq evi tərk edib məhəllədən keçən kənd sakinlərinin onu görməsindən ehtiyatlanaraq Gülüş Əhmədovanın həyətinin aşağısı ilə digər məhəlləyə keçərək yaşadığı evə qayıtmış, daha sonra Gülüş Əhmədovanın evini kənardan müşahidə edib evə heç kimin daxil olmadığını, hər hansı səs-küyün olmadığını dəqiqləşdirib, evdən pul götürə bilmədiyindən əmlak ələ keçirməklə bağlı niyyətini davam etdirərək həmin gün saat 07:48 radələrində yenidən qacaraq Gülüş Əhmədovanın evinə daxil olmuş, evində qonaq otağında masanın üstündə olan qadın əl çantalarında və masanın örtüyünün altında pul axtararkən yataq otağından xırıltılı səs gəldiyini eşidib yataq otağına daxil olarkən əmlak ələ keçirməsi ilə bağlı olan quldurluq, habelə şəxsi öldürmək məqsədilə yetirmiş olduğu xəsarətlərlə bağlı olan cinayət əməlini gizlətmək məqsədilə Gülüş Əhmədovanın ölmədiyini onun çarpayının yanında yerə oturan vəziyyətdə görmüş və almış olduğu xəsarətlərdən və qocalığından köməksiz vəziyyətdə olan Gülüş Əhmədovaya yaxınlaşıb sonuncunun qolundan və saçından tutub başını zərblə çarpayının dəmir künc hissəsinə vurmaqla sağ bazunun aşağı üçdə birinin arxa səthində sağlamlığa zərər vurmayan qançır, sağlamlığa ağır dərəcəli zərər vuran “alın nahiyəsində bir ədəd əzilmiş cırılmış yara, başın yumşaq toxumaları altına alın və təpə nahiyələrində qansızma və hematomalar, alın və təpə sümüklərinin açıq və qəlpəli sınıqları, baş beyin toxumasının əzilməsi, qansızma və hematomaları” və sağlamlığına yüngül dərəcəli zərər vuran “hər iki göz yarığını qapayan hematomalar” xəsarətlərini yetirdikdən sonra Gülüş Əhmədovanın öldüyünə əmin olub sonuncunun yaşadığı evdən hər hansı məbləğdə pul tapa bilməyib hadisə yerini tərk etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib, silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, yəni zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla basqın edib quldurluq cinayət əməlini törətmiş, başqa cinayəti gizlətmə məqsədi ilə təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qoca adamı quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni G.Əhmədovanı qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisəni o törətməmişdir. 31 iyulda axşam pivə və siqaret aldıqdan sonra həmkəndlisi Ceyhun zəng vurub ondan nə etməsi ilə maraqlanmış, Ceyhuna həyətdə olduğunu dedikdən sonra o “gəlimmi?” deyə soruşmuş, ona gəl cavabını vermiş, bir azdan Ceyhun, qardaşı Ağa və Turqut onlara gəlmişlər. Həyətdə söhbət edərkən Ceyhunla birlikdə pivə içmiş, onlar getdikdən sonra isə evə gedib televizora və telefonuna baxmışdır. Həmin axşam qonşusu Bəxtiyar onun həyətinə gələrək əlindəki arağı ona verib “sabah gələcəyəm, burada işim var, bunu “xolodelnik”ə qoy, sabah içərik” deyə söyləmiş, o isə razılaşmışdır. Səhəri gün göy rəngli köynək və qara “spartivni” geyinmiş, çirkli paltarlarını yuyulması üçün paltaryuyan maşınına atmış, sonra yemək yeyib qablarını yumuş, təxminən bir saat sonra Bəxtiyar onun həyətinə gəlib “həyətdə “setka” düzəldəcəyəm, qardaşımgildən motor gətirməyə gedirəm” deyə söyləmiş, ona özündə motor olmasını deyib həyətindəki motoru və şlanqı götürüb Bəxtiyarla birlikdə onun həyətinə aparmışdır. Həyətinə qayıtdıqdan təxminən yarım saat sonra səs-küy eşitmiş, Bəxtiyar, Maşallah və qadınları bir araya toplaşmış vəziyyətdə görüb nə olması barədə maraqlanmış, onlardan biri “Gülüş xala yıxılıb, Vəfa xala gedib onun xırıldadığını görüb” deyə söyləmiş, saat 09 radələrində Gülüş Əhmədovanın evinə girib kömək etmək istəmiş, lakin qonşular əvvəlcə onun yaxınlarının gəlməsini gözləmələrini söyləmişlər. Onlar gəldikdən sonra qonşu Əli, Jalə və Mələklə birlikdə içəriyə girmiş, Əli Gülüşun rəhmətə getməsini bildirmiş, həmin vaxt qonşulardan Mələk “zəng vurun, ekspert gəlsin, divarlar qanlıdır” deyə söyləmiş, o isə xalaoğlusu Ruslana zəng edib hadisə yerinə ekspertin gəlməli olmasını demişdir. X34 arvadının xalası olduğundan həmin gün 2-3 dəfə ona zəng etmiş, birinci zəngində Gülüş Əhmədovanın yıxılması və başının divara dəyməsini söyləmiş, bunu həyətdəki qonşulardan eşitmişdir. Təcili yardım maşını gəldikdən sonra həkim Gülüşə baxıb onun rəhmətə getməsini söyləmiş, bir azdan polislər, prokurorluq işçiləri gəlib hadisə yerində işlərini tamamlayıb meyitin morqa aparılmasını söyləmiş, Ruslan ona təcili yardım maşınından xərəyi gətirməsini bildirmiş, meyiti götürmək üçün adam lazım olduğundan Bəxtiyarla birlikdə meyitin təcili yardım maşınına yerləşdirilməsinə kömək etmiş, həm xalaoğlusu Ruslana, həm də qonşusu Gülüşün ona xeyli yaxşılıqları olmasına görə kömək məqsədilə Rəsulun maşınında xəstəxanaya getmişdir. Gülüş Əhmədova ona dəfələrlə yaxşılıq etmiş, həyətində iş olanda onu çağırmış, haqqını artıqlaması ilə vermişdir. Gülüşün kimləsə söz-söhbəti, ədavəti olmamış, hamıya yaxşı qonşu olmuş, ona görə də həmin gün bir çox işlərə - mələfə-çexolun torbalara yığılıb maşına aparılmasına, xəstəxanada lazım olan şeylərin alınmasına, dəfndə və yas yerində çoxlu köməklik etmişdir. Xəstəxanada olanda “spartivni”sinin dizindəki cırığı gördüyündən paltarını dəyişmək üçün Ruslangil kəndə qayıdarkən onlarla qayıdıb cins şalvar və boz rəngli, zolaqlı qısaqol köynəyini geyinmiş və təkrar Ruslanla birlikdə xəstəxanaya qayıtmışdır. Xəstəxanada olarkən Elşad həkimə əlcək və maska alıb vermiş, saat 1730 radələrində meyitin ekspertizası bitdikdən sonra morqa girmiş, orada həkimin mərhumun qardaşına və ya tanımadığı hansısa qohumuna meyitin başını göstərərək “başından iki yerdən xəsarət alıb, gözləri travma alıb və şişib, başındakı sümük üç yerdən sınıb” deyə söylədiklərini, həmçinin həmin xəsarətlər barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarından da eşitmiş, morqda Rəsulla birlikdə meyitin “xolodelnik”dən götürülüb yerləşdirilməsinə kömək etmişdir. Axşam evə getdikdən sonra kəndin sahə müvəkkili zəng edib onu polis şöbəsinə çağırmış, 3 gün orada qaldıqdan sonra daxili işlər nazirinin müavini, polkovnik Zahid müəllim onu otağına çağırıb “siz də, biz də əziyyət çəkirik, öz boynuna götür, səni Türkiyəyə ailə-uşağının yanına göndərim, get, sənə namus-şərəf sözü verirəm ki, səni buradan göndərəcəyəm” deyə söyləmiş, həm polis şöbəsində ona əziyyət verilməsinə, söyülməsinə dözə bilmədiyi üçün, həm də həmin vaxt paltarında və ayaqqabısında qan olduğunu bildirdikləri üçün yalan danışıb cinayəti boynuna götürmüşdür. Hadisə günü prokurorluğun işçisinin Gülüş Əhmədovanın evinin qapısının yanından mismarı götürməsini görmüş, dindirilərkən dəfndə və yasda iştirak etdiyinə görə bildiyi məlumatların hamısını danışmış, prokurorluqda ifadə verən zaman biz barəsində necə məlumatı olması soruşularkən o, bu haqda da danışmış, bilmədiklərini isə hadisənin şokundan unutmasını söyləmişdir. 4 avqustda dindirilərkən prokuror kağızla bizi götürüb onun əlinə vermiş, bizdə nəyə görə təkcə çeçələ barmağının izi düşməsini bilməmişdir. Hadisə günü səhər saat 08 radələrində odun yığarkən həyətlərinə yaxın hissədə olan ağacın quru budağında qan olmasını görmüş, həmin vaxt onun insan qanı, həmçinin Gülüş Əhmədovanın qanı olmasını düşünməmiş, qanın budağa necə bulaşmasından xəbəri olmamışdır. Prokurorluqda olarkən yarpağı və bizi gətirib materialların bunlar olmasını dediklərində yalandan əlinin qanını həmin yarpağa silib atmasını söyləmişdir. 1 avqustda şöbədə olduğu vaxt ərizə yazmasa da, ondan evinin açarı alınıb evinə baxış keçirilmiş, həmin gün geyindiyi paltarlarında qan olması müəyyənləşdirilmiş, həmin qanın onun paltarlarına necə dəyməsini bilməmiş, hadisə yerində meyitin götürülməsinə kömək edərkən qanın bulaşmasını yəqin etmişdir. Bir neçə dəfə hadisə yerində çəkilişə aparılmış, istintaq dövründə ifadə verərkən müdafiəçisi yanında olmuş, ona qarşı təzyiq və təsir edilməmişdir. Sonradan prokurora dəfələrlə cinayəti özünün törətməməsini söyləsə də, o inanmamışdır. Hər şey onun əleyhinə olduğuna görə ibtidai istintaq zamanı 4 ay boyunca yalan danışmış, özünü necə sübut edəcəyini bilməmişdir. Kamerada görünən şəxs özü deyil, orada görünən ağ köynəyi hadisə günü geyinməmişdir. Gülüş Əhmədovanı öldürmədiyi üçün heç bir peşmançılıq hiss etmir, vicdan əzabı çəkmir, məhkəmədən işə dəqiq baxılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələr ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək Püsyan kəndində anadan olduğunu, uzun müddət Türkiyə Respublikasında yaşasa da, təxmini 1 ildən artıqdır ki, Şərur rayon Püsyan kəndinə qayıdaraq qayınatası Farizin evində yaşadığını, burada ayrı-ayrı evlərdə fəhləlik edərək ailəsini dolandırdığını, 01 avqust 2022-ci il tarixində səhər saat 06:10 radələrində yuxudan oyandığını, evdə borclarını qeyd etdiyi dəftərə baxdığını, borc dəftərinə baxıb borclarının 700 manata yaxın olduğunu gördüyünü, bundan sonra çayı qoyub gedib toyuqlara dən verib evə qayıtdığını, özünə çay süzdüyünü, təqribən saat 07:10 radələrində məhəlləsinə gələn və çörək paylayan maşının siqnal səsini eşidib ondan çörək almaq üçün məhləyə çıxdığını, çörək satandan 1 ədəd çörək alıb ona beş manat verdiyini, çörək satanın xırda pulunun olmadığını deyib 5 manatını qaytardığını və ona sabah 40 qəpiyi verərsən dediyini, çörək alarkən orada G.Əhmədovanın çörək almağa çıxmadığını gördüyünü, sonradan evə yemək yeməyə qayıtdığını, yemək yedikdən sonra G.Əhmədovanın bu gün evdə olmadığını düşündüyünü, onun evindən 200 manat pul oğurlamağı fikirləşdiyini, evdən ağ rəngli saroçka, boz rəngli şalvar, üzərində dəmir olan qara rəngli ayaqqabını geyinərək təxminən 08:00 radələrində onların evinə getmək üçün evdən çıxdığını, əvvəl yavaş, sonra cəld addımlarla irəlilədiyini, G.Əhmədovanın həyətinə çatan zaman həyətlərinin giriş qapısında sağa-sola baxdığını, sonra setkalı giriş qapısını açıb həyətə daxil olduğunu, evin giriş qapısına qalxan pilləkənlardan yuxarı qalxarkən dəmir lövhəni kənara çəkib balkona daxil olduğunu, sonra balkondakı qaz plitəsinin yanındakı stolun üstündən sarı rəngli yumru taxta sapı və mismara oxşayan tiyəsi olan bizi götürərək evin giriş qapısına yaxınlaşdığını, qapının içəridən kilidli olduğunu görüb, asta səslə “Gülüş xala” deyərək 1 dəfə çağırdığını, 10-15 saniyə gözlədikdən sonra evdən səs gəlmədiyini görüb, G.Əhmədovanın evinin göy rəngə çalan taxta qapını 1 dəfə özünə tərəf güc tətbiq edərək çəkərək açdığını, qapını açarkən qapını arxadan tutan mismarın evin içinə düşdüyünü gördüyünü, ağcaqanadlardan qorunmaq üçün tənziflə üzlənmiş 2-ci qapını da açıb otağa daxil olduğunu, evin salonuna daxil olduğu vaxt G.Əhmədovanın yatdığı otaqdan çarpayının setkalarının çırıltısını eşitdiyini, sonra yataq otağına boylanarkən G.Əhmədovanın oyanıq şəkildə çarpayıda oturduğunu gördüyünü, G.Əhmədovanın da onu gördüyünü, görən zaman ona “Nicat burda nə edirsən?”, “Nətəri girdin bura?” “Qapını necə açdın?” “Niyə çağırmadın” deyərək üstünə hirslənərək ona tərəf əsəbi halda gəldiyini, bu zaman G.Əhmədovaya 200 manat borca pul ver dediyini, G.Əhmədova isə ona “səni polisə verəcəm belə borc istəmək olmaz” deyərək əlini onun boğazına atmaq istəyərkən G.Əhmədovanın sol qolunun bilək nahiyəsindən sol əli ilə tutaraq, sağ əlindəki bizlə onun sağ və sol qollarını müxtəlif yerlərinə həmçinin yadında qalan bilək və əl nahiyələrinə bir neçə dəfə zərbələr vurduğunu, sonra həmin qolunu yəni sol qolunu buraraq çarpayıya tərəf itələdiyini, G.Əhmədovanın qolunu buran zaman onun qolundan xırçıltı səsi gəldiyini, G.Əhmədova qışqıraraq “ay qolum qırıldı” dediyini, həmin vaxt G.Əhmədovanı itələyən zaman Gülüş xalanın baş nahiyəsi pəncərə tərəfdən çarpayının sol küncünə dəydiyini, G.Əhmədovanın başı çarpayıya dəyən zaman başının qanamağa başladığını və G.Əhmədovanın çarpayının üstünə düşdüyünü, sonra ayağa qalxaraq başı qanlı şəkildə çarpayının sol tərəfində divarın künc hissəsinə divara əllərini və başını sürtərək ona tərəf gələrkən “səni şikayət edib polisə verəcəm” dediyini, elə həmin an G.Əhmədovanın başının arxa tərəfindən sol əli ilə saçından tutaraq çarpayının baş tərəfinə, yan dəmir hissəsinin küncünə vurduğunu, G.Əhmədovanın başı çarpayıya dəyəndə başından sürətlə qan fışqırmağa başladığını, G.Əhmədova həmin yerdə pəncərə ilə kravatın arasındakı yerə arxasıüstə başı divarın küncünə tərəf yıxıldığını, xatırladığı qədəri ilə əllərini və ayaqlarını tərpətdiyini, həmin vaxt hələ ölmədiyini, sonra əlində olan uc tərəfi qana bulaşmış ucu itilənmiş mismardan olan bizi yatağın üstündə olan qırmızı üstü yarpaq şəkildə olan mələfəyə sildiyini və yataq otağının qarşısındakı balaca, soyuducu olan otağa atıb evdən çıxaraq açıq balkondan həyətə düşüb balkonun yanındakı kəsilmiş tut ağacından bir yarpaq qopartdığını və əlinin üstündəki qanı silib həmin ağacdan təqribən 5-10 metr gedib digər ağacların arasına atdığını, oradan girdiyi həyətin qapısından yox Gülüş Əhmədovanın evinin aşağı hissəsindəki evin həyətindən keçib həmin həyətin balaca göy rəngli giriş qapısını açıb Əxtər nənənin evinin önündəki məhəlləyə çıxdığını, həmin məhəllə ilə hərəkət edib, köhnə qəbiristanlıq yolu ilə hərəkət edib, kanalın körpüsündən keçib kanalın üstü ilə evə getdiyini, yolda gedərkən dayıqızısı Xəyaləni tövlələrinə gedən zaman görüb salam verdiyini, Xəyalənin isə ona fikir vermədiyini, o evə tərəf gedərkən kəndçisi Zamin Cəmil oğlunu velosipetlə gedərkən arxadan gördüyünü, öz evinə girərkən evin həyətindəki hovuzda əlini yuduğunu, bundan sonra əynindəki ayaqqabını çıxarıb evə daxil olduğunu, sonra əynindəki paltarları da çıxardıb paltaryuyan maşına ataraq yuduğunu, paltaryuyan maşını 19 dəqiqəyə quraşdırdığını, sonra ağ rəngli qısaqol köynəyi və qara rəngli adidasını geyinib, qara rəngli tapıçkanı ayağına geyinib həyətə çıxdığını, bundan təqribən 10 dəqiqə sonra qonşusu Şahid3 həyətə yanına gəldiyini, Şahid3 onlara gəlməkdə məqsədi 31 iyul 2022-ci il tarixdə saat təxmini 22:30 radələrində onlara gələrək sabah həyətdə işləyən zaman kömək etməyinə söz verdiyinə görə çağırması olduğunu, Şahid3 yorğun olub kömək edə bilməyəcəyini dediyini, Şahid3 həyətindəki söküntü olan yerə su buraxmaq üçün motor lazım olduğunu və motor almaq üçün qardaşı Yusifgilə gedəcəyini dediyini, Şahid3 özündə su motoru olduğunu və ona verə biləcəyini dediyini, Şahid3 özündəki su motorunu və şlankı verdiyini, su motorunu düzəldib işə salmaq üçün onlara getdiyini, su motorunu işə salıb evə qayıtdığını, evə gələndən təxmini 10-15 dəqiqə sonra G.Əhmədovagilin həyətindən səslər gəldiyini eşitdiyini, məhəlləyə çıxan zaman qonşularından Maşallah, Bəxtiyar, Səmayə, Mənsurəni məhlədə bir yerə yığışdıqlarını gördüyünü, sonra öz həyətimə qayıdıb, mobil telefonla polis işləyən xalaoğlusu Ruslana zəng vuraraq Gülüş xalanın öldüyünü dediyini, Gülüş xala Ruslanın arvadının xalası olduğu uçün ona zəng etdiyini, Ruslana zəng vurduqdan 10-15 dəqiqə sonra onun hadisə yerinə gəldiyini və evə daxil olduğunu, ondan 15-20 dəqiqə sonra hüquq-mühafizə orqanlarının Gülüş xalagilə gəldiklərini, hadisə yerininin müayinəsi bitdikdən sonra Gülüş xalanı təcili tibbi yardım maşınına mindirib morqa aparmağına kömək etdiyini, sonra Ruslanın maşını ilə birlikdə kəndə qayıtdığını, maşında Ruslan, Ruslanın atası və Kamran adlı həmkəndlilərinin olduğunu, Ruslanın hadisə yerinə keçdiyini özünün isə evə getdiyini, axşamüstü Ruslanın maşını ilə birlikdə morqa getdiyini, həmin zaman Ruslanın maşınında müşahidə kameralarının olduğunu gördüyünü, Ruslandan “bunlar nədir” deyə soruşduğunu, Ruslanın da Nazənin xalagilin və Həsəngilin evlərinin önündə olan müşahidə kameralarıdır cavabını verdiyini, morqda da Gülüş xalanın meyitinin dəfnə aparılmasında və dəfn edilməsində köməklik etdiyini, məqsədinin G.Əhmədovanın evindən pul oğurlayaraq borclarını vermək olduğunu, pul oğurlamaq məqsədinə elə həmin gün gəldiyini, tezdən yuxudan duran kimi, borc dəftərinə baxıb borcunun çoxaldığını gördüyünü, həmin an Gülüş xalanın pulu olduğunu, gedib onlardan pul oğurlayıb borcumu qaytararam fikirləşdiyini, G.Əhmədovanın həyətində bir neçə dəfə işlədiyini, G.Əhmədovanın ona gördüyü işlərin müqabilində evin salonunda olan stolun üzərində olan pərdəliyin altından bir necə dəfə pul götürüb verdiyini, hətta sonuncu dəfə hadisəni törətməmişdən 3-5 gün əvvəl təmir etdiyi ventilyatora görə 5 manat pul verəndə həmin yerdə 1 ədəd 100 manatın və bir neçə manatın olduğunu gördüyünü, G.Əhmədovanın evinin 1 salon və 2 otaqdan ibarət olduğu, həmin evin salonundan girişdəki sol tərəfdə ventilyatorun, orta sol tərəfdə masanın, yataq otağına balaca otaqdan daxil olduqda sol tərəfdə 2 ədəd pəncərə, qarşı tərəfdə 2 ədəd yan-yana çarpayı, otağa daxil olduqda sol tərəfdə paltarları yığmaq üçün şkaf, divarda çərçivədə şəkilin olduğunu, G.Əhmədovanın qoca olmasını, evdə tək yaşamasını və ona müqavimət göstərə bilməyəcəyini həmin an fikirləşmədiyini, məqsədinin evdən pul oğurlamaq olduğunu, lakin evə girməzdən əvvəl G.Əhmədovanın evdə olub onu nə ilə isə vura biləcəyini ehtimal etdiyini və ona müqavimət göstərməsindən ehtiyatlandığı üçün bizi götürdüyünü, Gülüş Əhmədovanın mənzilindən heç nə götürə bilmədiyini, qapının eşikdən bağlı olduğuna fikir vermədiyini, lakin evə daxil olandan sonra yataq otağından səs eşitdikdən sonra Gülüş xalanın evdə olduğuna əmin olduğunu, ancaq həmin an evdən qaçan zaman onu arxadan görə biləcəyini fikirləşdiyini, ona görə də G.Əhmədovanı yataq otağına daxil olaraq ondan borca pul istədiyini, onunla mübahisə edib vurub öldürəcəyini güman etmədiyini, G.Əhmədovanın sağ qalarsa onu görüb polisə şikayət edəcəyini, buna görə onu tutacaqlarını, bu səbəb görə də G.Əhmədovanı öldürdüyünü, G.Əhmədovaona əl atan zaman G.Əhmədovanın qolundan tutduğunu, ona görə də G.Əhmədovanın ona heç bir xəsarət yetirə bilmədiyini, cinayət hadisəsini törədən zaman əynində ağ rəngdə öndən düymələnən saroçkanın, qara rəngli üstü dəmirli dəri makasin ayaqqabının, boz rəngli klassik şalvarın olduğunu, onların da hadisədən sonra çıxarıb evə qoyduğunu və hal-hazırda evdə olduğunu, 05 avqust 2022-ci il tarixdə istintaqa təqdim etdiyini, qətli törədən zaman əynində olan paltarları paltaryuyan maşınında yumaqda məqsədinin etdiyi qətl hadisəsinin izlərini itirmək olduğunu, meyitin sağ qolunun bazu hissəsində və sol qolunun bilək nahiyəsində göyərmələr qoluna yapışdığı zaman yarana biləcəyini, digərini xatırlaya bilmədiyini, G.Əhmədova və yaxın qohumları ilə heç bir ədavət və ya düşmənçiliyinin olmadığını, yataq otağına daxil olan zaman Gülüş Əhmədovanın əynində göyümtül rəngli üzərində qara rəngli gülləri olan mayka ilə pəncərəyə tərəf olan kravatın üzərində üzü pəncərə istiqamətdə oturduğunu, bir ayağı yerdə, bir ayağı isə kravatın üzərində olduğunu, G.Əhmədova ayağa qalxıb ona tərəf gələndə belindən aşağı mələfə örtmüş olduğunu, ucu mismarlı taxta bizi oradakı mələfəyə silməkdə məqsədinin qanın bizin üzərində qalmaması və iz buraxmamaq olduğunu, həmin bizin 10-15 sm uzunluğunda, tutacaq yeri sarı yumru taxta materialdan olduğunu, G.Əhmədova ilə cinsi əlaqədə olmadığını və buna cəhd etmədiyini, 31 iyul 2022-ci il tarixində axşamüstü saat 20:00-da xalaoğlusu Yəhya Tağıyevin, Şahid25, Nəcəfov Ağanın, Nəcəfov Fərdinin və soyadını bilmədiyi həmkəndlisi Turqutun onun evinə qonaq gəldiklərini, onlarla birlikdə pivə içib söhbət etdiklərini, onların təqribən saat 21:00 radələrində evlərinə getdiklərini, ərzaq mağazasının sahibi Elnura dükandan aldığı ərzağa görə 280 manata yaxın, xalasının əri Camala 290 manat, həmkəndlisi Fazil Abdullayevə 100 manat borcu olduğunu, bunlardan başqa heç kimə borcu olmadığını, mərhumə G.Əhmədovanın evinə daxil olarkən evdə pul və ya dəyərli qızıl zinət əşyaları götürə bilmədiyini, çünki evə daxil olanda G.Əhmədovanın oyandığını və onunla mübahisə etdiyini, onu qəsdən vuraraq öldürdüyünü, onu öldürdükdən sonra qorxub hadisə yerindən qaçdığını, adlarını göstərdiyi şəxslərdən heç birinin ona borcunun qaytarmadığı barədə tələbi olmadığını, ağ rəngli saroçkanın sol qoluna qanın bulaşdığını, həmçinin şalvarının balaq hissəsində və ayaqqabısında da qan ləkələrinin olduğunu, ifadələr arasında vaxtlarda ziddiyətlərin olmasını saatları təxmini dediyi və həmin vaxtları dəqiq bilmədiyi üçün olduğunu,həmkəndlisi Şahid9 tanıdığını, sonuncu dəfə 31 iyul 2022-ci il tarixində səhər saatlarında istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid9 zəng vurduğunu, Şahid9 həyətdə suvarkalıq iş olduğunu bildirdiyini, Mənsurun da vaxtının olmadığını, vaxt eliyib günortadan sonra gələcəyini desə də, lakin həmin günü gəlmədiyini, 31 iyul 2022-ci il tarixində qonşusu Əfrasın oğlu Seymurdan turnik düzəltmək üçün turba istədiyini, 01 avqust 2022-ci il tarixində saat 07:50 radələrində Şahid9 zəng vurub-vurmadığını xatırlamadığını, 31 iyul 2022-ci il tarixində, ya da 01 avqust 2022-ci il tarixində Şahid9 zəng vuraraq ona suvarkalıq işinin olduğunu bildirdiyini, Mənsura 01 avqust 2022-ci il tarixində tabut gətirmək üçün qəbiristanlığa getmək lazım olduğunu bildirmək üçün zəng vurmadığını, Şahid11 zəng vuraraq ekspertin gəlib-gəlməyəcəyini soruşmadığını, Ruslana telefonda ekspertin hadisə yerinə gəlməsini istədiyini bildirdiyini, 01 avqust 2022-ci il tarixdə Şahid27, Şahid4 və M. Xudiyeva hüquqmühafizə orqanlarının əməkdaşları G.Əhmədovanın evinə gəlməmişdən əvvəl, G.Əhmədovanın meyitinin olduğu otaqda olduğu zaman Şahid13 Şahid4 deyin ekspert gəlsin meyitə və evə baxsın dediyini eşitdiyi üçün, çölə çıxaraq xalaoğlusu Şahid11 ekspertin gəlməsini bu səbəbə görə istədiyini, 01 avqust 2022-ci il tarixində hadisə yerinə saat təxminən 09:50 radələrində gəldiyini, ora çatan vaxt Səmayə, Mənsurə, Mələk, Zəhra adlı qadınların artıq orada olduqlarını gördüyünü, əlavə olaraq sonradan Gültəkin və Jalə adlı qadınların da orada olduqlarını xatırladığını, sonra Maşallah, Bəxtiyar adlı şəxslərin də orada olduqlarını gördüyünü, hadisəni törətdikdən sonra ifadəsinin yerində yoxlanılması zamanı qeyd etdiyi yol ilə getdiyini, yolda olan zaman dayıqızısı Xəyaləni görüb ona salam verdiyini, ancaq Xəyalənin onu görmədiyini, 2022-ci ilin iyul ayında hərbiyə sənəd yığımı zamanı ona pul ehtiyac olduğunu, ona görə də ilk öncə xalaoğlusu Ruslan Allahverdiyevdən borc pul istədiyini, Şahid11 ona pul vermədiyini, sonra anasının Şərur rayon Aşağı Yaycı kəndində yaşayan bacısı Sevil Həsənovaya dediyini, gedib xalası Sevildən 250 manat borc pul aldığını, 01 avqust 2022-ci il tarixdə ilk dəfə Gülüş xalanın həyətinə səhər saat 06-07 radələrində girdiyini, ilk dəfə girəndə balkonun girişindəki dəmir lövhəni kənara çəkdiyini, sonra balkonda olarkən Gülüş Əhmədovanın evdə olmasından ehtiyatlanıb balkondakı stolun üstündən taxta qulplu bizi götürüb, Gülüş xalanın evdə olduğunu öyrənmək üçün asta səslə onu çağırdığını, sonra qapını açmaq istədiyi, qapının açılmadığını görüb ikinci dəfə güclə qapının özünə tərəf çəkdiyini, bu zaman qapının arxasındakı mismarın yerə düşdüyünü, sonra o qapının milçəkgənini evə tərəf itələyib açdığını, sonra evin salonuna keçdiyini, əvvəl Gülüş Əhmədovanın salonundakı masanın örtüyünü altındakı pulları götürmək üçün masaya tərəf getdiyini, masaya yaxınlaşan zaman masanın üzərində Gülüş Əhmədovanın sumkalarını gördüyünü, bu zaman tabbıltını eşidib, Gülüş xalanın yataq otağına tərəf getdiyini, Gülüş xalanın yatdığı çarpayının üzərində oturaq gördüyünü, içəriyə girəndə onu görüb burda nə etdiyini soruşduğunu, ona borca pul istədiyini dediyini, G.Əhmədova da ona belə borc istənməz dediyini, onu polisə verəcəyini bildirdiyini, bundan sonra əlindəki bizlə ona xəsarət yetirib onun qolunu buraraq çarpayıya tərəf itələdiyini, G.Əhmədovanın başı çarpayının tilinə dəyərək qanamağa başladığını, onun ayaq üstə o tərəfə bu tərəf yıxılmağa başladığını, əlindəki bizi yataq otağının mətbəx tərəfindən çıxışına yerə atdığını, oradan çıxaraq Gülüş xalanın pilləkənlərinin qarşısındakı ağacdan tut yarpağını qıraraü əlinin üstünü ona sildiyini, həmin yarpağı həyətin aşağısındakı çəpərin yanına atdığını, Gülüş xalagilin həyətin aşağısındakı kimin olduğunu bilmədiyi həyətlə o biri məhləyə çıxdığını, həmin vaxtı Əxtər xalagilin həyətindəki tövlənin yanında qara xələtdə dayıqızısı Xəyaləni gördüyünü, köhnə qəbiristanlığın yanı ilə keçib, kanala tərəfə getdiyini, qaldığı həyət kanal tərəfdən keçən zaman kanalın üst tərəfində olan söyüd ağacından tutduğunu, bu zaman əlindəki qan ləkəsinin söyüd ağacının tilinə dəydiyini gördüyünü, fikirləşdim ki, evə gedib paltarını dəyişdikdən sonra əlinin ağaca dəymiş qanlı hissəsini qayıdıb qıraraq izi itirəcəyini, lakin sonradan vaxt tapıb ora qayıda bilmədiyini, öz həyətinə daxil olduğunu, əynindəki qara rəngli sport ayaqqabını çıxarıb, evə daxil olub əynindəki ağ saroçkanı, göy rəngli cinsini, çıxardaraq evin salonuna atdığını, bundan sonra boz şalvarını, ağ saroçka və üstündə dəmir olan makasin ayaqqabını geyinib həyətə çıxdığını, ilk dəfə G.Əhmədovanın həyətinə daxil olan zaman və oradan çıxan zaman, onu heç kimin görmədiyini, G.Əhmədovanıöldürüb həyətlərindən çıxan zaman Qəqənigil tərəfdən velosipedçi bir nəfəri gördüyünü, ancaq arxası ona tərəf olduğundan onu görmədiyini, ikinci dəfə Gülüş Əhmədovanın evinə girməyində məqsədinin ilk dəfə onun evindən pul götürə bilmədiyi və ikinci dəfə artıq G.Əhmədovanın öldüyü, gedib onun evində axtarıb pul götürməyi düşündüyünü, ikinci dəfə evdən çıxan zaman əynində boz şalvar, ağ saroçka və üstündə dəmir olan makasin ayaqqabını geyinib saat təqribən 07:30 radələrində Gülüş xalagilə getdiyini, bu zaman öz qapısından məhləyə tərəf boylandığını, məhlədə heç kimin olmadığını görüb iti addımlarla ikinci dəfə Gülüş xalagilə getdiyini, ikinci dəfə Gülüş xalanın evinə girən zaman masanın altındakı örtüyün altına baxdığını, orada pul olmadığını görüb çantalarından birinin içinə baxdığını, çantada pul olmadığını, çantanın yanında dərmanların olduğunu gördüyünü, sonra Gülüş xalanın səsini eşidib yenidən Gülüş xalanın yataq otağına getdiyini, Gülüş xalanın çarpayının yanında oturduğunu, onun ölmədiyini və ona tərəf dönüb baxdığını gördüyünü, bu zaman Gülüş xalanın ölmədiyini görüb onun başından və qolundan yapışıb başını kravatın dəmir künc hissəsinə vurduğunu, G.Əhmədovanın başını kravatın künc hissəsinə vurduqdan sonra onun kravat ilə divarın arasına yıxıldığını, G.Əhmədovanın artıq öldüyünü düşündüyünü, sonra evdən çıxaraq qaçdığını, Gülüş xalagilin həyətlərinin giriş qapısından çıxdığını, ürəyinin bulandığını, ancaq qusmadığını, məhlədə qonşulardan Hidayət əmini görüb həyətə tərəf çəkildiyini, bundan sonra elə həmin qapıdan baxaraq küçədə heç kimin olmadığından əmin olub elə həmin qapıdan da qonşuluqda olan Bəxtiyarın təzə aldığı yaşayış olmayan həyətinə qaçaraq keçdiyini, oradan da qonşusu Bəhrəmin həyətindən keçərək Bəxtiyarın həyəti ilə onların həyətini ayıran çəpəri aşıb həyətə daxil olduğunu, sonra öz həyətindəki krantda əlini yuyaraq birinci və ikinci dəfə Gülüş xalagilə geyindiyi paltarları paltaryuyan maşınına ataraq yuduğunu, sonra birinci dəfə geyindiyi ayaqqabını paltaryuyan maşında yuduğunu, ikinci geyindiyi ayaqqabını isə həyətindəki krantda yuduğunu, 31 iyul 2022-ci il tarixində və müxtəlif vaxtlarda istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə, ***-***-**-** mobil nömrəsinin istifadəçisi X21, ***-***-**-** mobil nömrəsinin istifadəçisi X12 və ***-***-**-** mobil nömrəsinin istifadəçisi X7 zəng etdiyini, Nəsibə Əliyevanın onun həmkəndlisi olduğunu, Türkiyədən gələndən sonra onun müxtəlif adamlarla cinsi münasibətdə olduğunu eşitdiyini və onun nömrəsinin öz telefonunda Nəsib kimi qeyd etdiyini, onunla cinsi əlaqədə olmaq üçün zəng etdiyini, lakin zəng etdiyi vaxtlarda telefonu açmadığını, 31 iyul 2022-ci il tarixdə zəng etməkdə məqsədinin cinsi əlaqədə olmaq olduğunu, X10 kənd sakini olduğunu, ona da zəng vurmağında məqsədinin onunla cinsi əlaqədə olmaq olduğunu, onunla görüşmək üçün ondan 1000 manat pul və 2- 3 ədəd efes pivəsi istədiyini, onun təklifi ilə razılaşmadığını, ona daha zəng etmədiyini, Zeynəb Orucovanı 2021-ci ildən Türkiyədən gələndən sonra tanıdığını, onun Qıvraq kənd sakini olduğunu, onunla otellərin birində cinsi əlaqədə olduğunu, 31 iyul 2022-ci il tarixində yenə də cinsi əlaqədə olmaq üçün ona çoxlu zənglər etdiyinə baxmayaraq telefonunu açmadığını, ***-***-**-** nömrəsi ilə 30 və 31 iyul 2022-ci il tarixlərində və 01 avqust 2022ci il tarixlərində həmkəndlisi Şahid25 istifadəsində olan ***-***-**-** nömrəsi ilə danışdığını, onunla dost olduğunu və hərbidə maxe işlədiyini, özünün də hərbidə maxe işləmək üçün sənəd verdiyini, Ceyhunun da ona hərbi xidmətə sənəd yığmaq üçün kömək etdiyi üçün onunla müxtəlif vaxtlarda telefonla əlaqə saxladığını, 01 avqust 2022-ci il tarixdə X19 dəfn etdikdən sonra qəbiristanlıqda siqaret çəkən zaman qonşusu Bəhrəm Xudiyevə “Gülüş xalanın meyitini evdən çıxararkən morqa aparılan vaxt əlim meyitə və meyitin olduğu hadisə yerinə dəyib, əl izlərimi hadisə yerindən və meyitdən aşkar edəcəklər” sözünü demədiyini, Bəhrəmin yalan danışdığını, Gülüş Əhmədovanı dəfn edib kəndə qayıdan zaman evdə tək yaşadığından və həmin gün də Gülüş Əhmədovanın meyitini gördüyündən gecə evdə tək qalmaqdan qorxduğu üçün öz evlərinə yox, xalasıgildə qalacağını Bəhrəm Xudiyevə dediyini, 01 avqust 2022-ci il tarixdə saat 13:04 radələrində yaşadığı evin ***-**-** telefon nömrəsi ilə ***-**-** ev telefonuna zəng etməyini xatırlaya bilmədiyini, ***-**-** nömrəsi arvadının nənəsigilin nömrəsi olduğunu, arvadı Aysuna məxsus qızılları nənəsindən götürdüyünü, qızılı alıb Şərur rayon bazarında tanımadığı qızıl satana kimliyini təqdim edərək satdığını, aldığı pulu hərbi xidmətə maxe düzəlmək üçün sənəd düzəldəndə xərclədiyini, arvadı Aysuna məxsus qızılları arvadının nənəsindən istəyərkən qızılları verməyəndə ona məni bezdirmə sözünü dediyini, 01 avqust 2022-ci il tarixdən əvvəl Gülüş Əhmədovanı 1 gün qabaq, yəni 31 iyul 2022-ci il tarixdə gördüyünü, G.Əhmədovanın ona evdə içmək üçün aldığı pivəni görüb, pivəni özünə alıb-almadığımı soruşduğunu, pivəni özünə aldığını ona dediyini, Gülüş Əhmədovanın isə ona televizorunun xarab olduğunu və televizoru düzəltməyini ondan xahiş etdiyini, G.Əhmədovaya televizoru düzətməkdən anlayışının olmadığını və başqasına düzəltməyi məsləhət gördüyünü dediyini, tutduğu əməldən peşman olduğunu, bunun nəzərə alınmasını xahiş etdiyini göstərmişdir. Ona ünvanlanmış Şahid21 ifadəsində 01 avqust 2022-ci il tarixdə 13-00 radələrində sizin ev nömrənizə zəng edərək evdən banka gətirməyinizi istədiyini və ondan bir neçə dəqiqə sonra sizin onlara getdiyinizi, banka aparmadığınızı ona Gülüş xalanın başına iki dəfə vurub xəsarət yetirildiyini bildirmisiniz. Həmin vaxtı mərhumə Gülüş Əhmədovanın daxili və xarici müayinəsi olunmamışdır. Siz haradan bilirdiniz ki, mərhumənin baş nahiyəsinə 2 dəfə xəsarət yetirilmişdir? sualına “mən Şahid21gilə 01 avqust 2022-ci il tarixdə təxminən 13-00 radələrində gedib Gülüş Əhmədovanın başından 2 dəfə xəsarət yetirildiyini demişəm, lakin həmin vaxtı Gülüş Əhmədovanın meyiti daxili və xarici müayinə olunmamışdı” cavabını, həm özünüz qeyd edirsiniz ki, G.Əhmədovanın meyiti saat 13-00 radələrində müayinə edilməmişdir, həmçinin mərhumənin meyitinin daxili müayinəsi 01 avqust 2022-ci il tarixdə saat 17-30-da bitmişdir. Saat 13-00 radələrində siz haradan bilirdiniz ki, mərhumənin baş nahiyəsində 2 xəsarət vardır? sualına “mən 01 avqust 2022ci il tarixdə saat 12 radələrində Gülüş Əhmədovanın həyətinin qarşısında duranda adını tanımadığım bir nəfər şəxsin Gülüş Əhmədovanın başından 2 ədəd xəsarət vardır dediyini eşitdim. Həmin adamın kim olmasını ümümiyyətlə bilmirəm. Əlavə olaraq xalaoğlum Şahid11 də mənə Gülüşün başında xəsarət olduğunu və qolunun sındığını dedi” cavabını, 01 avqust 2022-cil il tarixində qonşunuz və həmkəndliniz polis nəfəri X3 zəng vuraraq hadisə barədə maraqlandığı zaman siz ona mərhumənin öldürüldüyünü və qolunun sındığını bildirmisiniz. Mərhumənin qolunun sındığını hardan bilirdiniz? sualına “bəli, mən Fazil Abdullayevə də zəng edəndə G.Əhmədovanın qolunun qırılmağını demişəm, həmin vaxtı Gülüş Əhmədovanın meyitinin daxili və xarici müayinəsi olunmamışdı. Mənə G.Əhmədovanın qolunun sındığını xalaoğlum Ruslan demişdi. Ona görə ona Gülüş Əhmədovanın qolunun sındığını Fazil Abdullayevə demişəm” cavabını, G.Əhmədovanın meyitinin daxili müayinəsi 01 avqust 2022-ci il tarixdə saat 17-30-da bitmişdir, siz isə Fazil Abdullayevə xx.xx.2022-ci il tarixdə sonuncu dəfə saat 16-47-də zəng vurmusunuz, mərhumənin qolunun qırıldığını saat 16-47-də siz haradan bilirdiniz? sualına “G.Əhmədovanın qolunun qırıldığını xaloğlum mənə demişdi. Mən də ordan bildiyim üçün Fazil Abdullayevə qolunun qırıldığını dedim” cavabını, ona ünvanlanmış istintaqa verdiyiniz ifadənizdə, G.Əhmədovanın meyitinin evində olduğu vaxt siz Şahid13, Şahid4 və Şahid27 ilə birlikdə G.Əhmədovanın evində olduğunuzu və Şahid13 Şahid4 ekspert çağırın gəlsin dediyini bildirmisiniz, lakin Şahid13, Şahid4 və Şahid27 G.Əhmədovanın evində olduqları vaxt sizin onların yanında olmadığınızı bildirmişlər. Bu ziddiyətləri nə ilə izah edə bilərsiniz? sualına “onların hər üçüdə yalan deyir, mən onlarla birlikdə G.Əhmədovanın meyitinin olduğu otaqda idim” cavabını, ona ünvanlanmış istintaq zamanı ifadənizdə 31 iyul 2022-ci il tarixdə qonşunuz Mələyin oğlu Seymur sizə turnik düzəltmək üçün turba gətirdiyini, 01 avqust 2022-ci il tarixdə 07:57 radələrində Mənsura zəng vuraraq qaynaq aparatını gətirərək turnik düzəltməsinə köməklik etməsini bildirmisiniz, lakin Mələk və oğlu Seymur ifadələrində turbanı G.Əhmədovanın ölümündən 3-4 gün əvvəl sizə verdiyini bildirmişlər. Həmçinin istintaq zamanı alınmış Şahid9la sizin aranızda olan telefon danışıqlarının qaiməsində sizin Şahid9la danışığınız xx.xx.2022-ci il tarixdə yox, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə olmuşdur. Bu ziddiyyətləri nə ilə izah edə bilərsiniz? sualına “bildirirəm ki, mən düz deyirəm onlar yalan deyirlər” cavabını, ona ünvanlanmış ifadənizdə G.Əhmədovanı 31 iyul 2022-ci il tarixdə axşam saatlarında məhlənizdə gördüyünüzü, mərhumənin həmin vaxt sizə televizorunun işləmədiyini, televizorunun düzəltməyinizi sizdən xahiş etdiyini, siz isə ona televizordan anlayışınızın olmadığını bildirmisiniz. Lakin kəndliniz Şahid24 ifadəsində 01 avqust 2022-ci il tarixdə səhər saat 10 radələrində G.Əhmədovanın həyətində olduğu vaxt sizin ona xx.xx.2022-ci il tarixdə Gülüş xalanın narahat olduğunu gördüyünüzü, ona görə də ondan “gözümə pis görsənirsən sənə nə olub” soruşduğunuzu, G.Əhmədovanın isə sizə təzyiqinin düşdüyünü və buna görə də başının gicəlləndiyini” bildirdiyini, elə Gülüş xalanın gecə təzyiqi qalxmış, başını çarpayının küncünə, divarın o tərəf, bu tərəfinə dəyib xəsarət alaraq öldüyünü demisiniz. Bu ziddiyət barədə nə deyə bilərsiniz? sualına “Şahid24 yalan deyir. Mən ona elə söz deməmişəm” cavabını, siz ifadənizdə Elnurun mağazininə 280 manat borcunuzun olduğunu göstərmisiniz, həm Elnur ifadəsində sizin mağazaya 190 manat borcunuzun olduğunu, həm də sizin kimlərə borcunuz olduğu siyahıya baxış keçirilərkən sizin Elnura 148 manata borclu olduğunuz müəyyən olunmuşdur. İfadələriniz arasındakı ziddiyət barəsində nə deyə bilərsiniz? sualına “Elnur düz deyir ola bilsin ki, mən hadisənin şokundan həyəcanlı olmuşam, ifadəmdə səhv demişəm, həm də ola bilsin ki, yazdığım borc siyahısında da aldığım hər hansı bir ərzağın məbləğini qeyd etməmişəm” cavabını vermişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 04 noyabr 2022-ci il tarixdə dindirilərkən ifadəsində elan edilmiş yeni ittihamın mahiyyətinin və mənasının ona aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməllərinin törətməkdə özünü təqsirli bildiyini, əvvəllər verdiyi ifadələrini təsdiqlədiyini, cinayəti törətdiyini bir daha etiraf etdiyini, ilk dəfə cinayəti törətməsini, himayəsində az yaşlı uşağının olmasını, gənc olmağını və törətdiyi əməldən səmimi peşman olmağını yüngülləşdirən hal kimi istintaq zamanı nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq ona ünvanlanmış siz istintaq zamanı təyin olunan psixoloji ekspertiza zamanı, psixoloji ekspertə əvvəlki verdiyiniz ifadələri inkar etmisiniz və polis idarəsinin müvəqqəti saxlama yerindən çıxaraq ailənizin yanına qayıtmaq və sizə qarşı edilmiş nalayiq ifadələrdən canınızı qurtarmaq üçün baş vermiş hadisəni öz üzərinizə götürdüyünüzü bildirmisiniz, bunu nə səbəbə görə demisiniz? sualına psixoloji ekspertiza keçirilərkən, psixoloji ekspertə əvvəlki verdiyim ifadələri inkar etməyim özümü müdafiə məqsədiylə idi. Mən içərdə qalmaqdan bezdiyim üçün əvvəlki verdiyim ifadələrimi inkar etdim. Fikirləşdim ki, elə etsəm məsuliyyətdən yaxa qurtararam cavabını vermişdir. Şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərdi ki, 1 avqustda saat 10 radələrində evdə olarkən bibiqızısı əri ilə birlikdə onlara gəlib ona “Gülüş xəstələnib, Rəsul zəng edib deyir ki, onu həkimə aparırıq, mamamı götürüb gəlin” deyə söyləmiş, onlarla birlikdə Püsyan kəndinə getmiş, bacısı Gülüş Əhmədovanın evinə tərəf dönəndə yolda çoxlu maşının, həmçinin təcili yardım maşınının dayanmasını, həyətə girəndə isə orada olan qadınları görmüşdür. Əvvəlcə balkona qalxıb evə girmək istəmiş, lakin nə qədər desə də, polislər onu içəriyə buraxmamışlar. Meyiti morqa apardıqdan sonra o da xəstəxanaya getmiş, orada hadisənin cinayət olmasını öyrənmişdir. Xəstəxanada olarkən qohumlardan başqa Təqsirləndirilən şəxs da orada olmuş, o heç nə olmamış kimi davranıb, arada onlara su gətirmiş, hadisənin səhəri günü isə prokurorluqda Nicatın tutulması xəbərini eşitmişdir. Gülüş sakit insan olmuş, heç kəslə düşmənçiliyi olmamış, onun öldürülməsinə görə heç kimdən şübhələnməmiş, ara-sıra onlarda qalmaq üçün gəlmiş, onunla söhbət edərkən kimləsə problemi barədə heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs bacısının evinə iki dəfə girərək ona vicdansızca xəsarət yetirməsinə görə məhkəmədən təqsirləndirilən şəxsə törətdiyi əmələ görə ağır və ədalətli cəza verilməsini xahiş etmişdir. Şahid kimi dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs baldızının oğlu, Gülüş Əhmədova isə gəlininin xalasıdır. 1 avqustda işdə olarkən oğlu ona zəng edib hadisə barədə söyləmiş, işdən çıxıb xəstəxanaya getmiş, orada ekspertiza və digər işlər həyata keçirildikdən sonra kəndə qayıtmış, daha sonra yenidən rayona gedib meyitin götürülüb dəfn edilməsinə köməklik etmişdir. Həm xəstəxanada olarkən, həm də dəfn zamanı Nicat bütün işlərə kömək etmiş, onun bu davranışını G.Əhmədova ilə qohum olmaları ilə əlaqələndirmiş və şübhələnməmişdir. Meyiti kəndə apararkən gəlini maşında uşaqları ilə əlaqə saxlamaq üçün ondan telefonunu istəmiş, lakin telefonunda kontur olmadığı üçün həmin vaxt maşında olan Nicatın telefonu ilə zəng etmişdir. Hadisədən bir gün sonra işdə olarkən hadisənin Nicat tərəfindən törədilməsini və X27 evinə pul üçün getməsini kənd camaatından eşitmişdir. Nicatdan heç bir pislik görməmiş, onun borcu olması barədə bilməmiş, Nicat onun yanında spirtli içki içməmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, hadisə günü səhər saat 10 radələrində həyətdə kartofları dərmanlayıb yeşiklərə yığmış, evləri yaxın olduğundan Mənsurəni və Vəfanı Gülüşün həyətində ağlayan kimi görmüş, onların yanına gedib nə olduğu barədə soruşmuş, onlar “Gülüş yaman gündədir” cavabını vermişlər. Gülüşün xəstələndiyini düşünüb yavaş-yavaş pilləkənlərlə yuxarı qalxıb əvvəlcə salona, sonra isə balaca otağa girmiş, heç birində Gülüşü görməmiş, üçüncü otağa girəndə Gülüşün böyrü üstə yerdə uzanmış vəziyyətdə olmasını görmüş, ona doğru bir az yaxınlaşsa da, qorxub geri qayıtmışdır. Həyətə çıxaraq “Gülüşün təzyiqi qalxıb, həkimə deyin” deyə Mənsurəgilə söyləmiş, Mənsurə həkimi çağırdıqlarını bildirmiş, daha sonra Mənsurəgilin yanında oturub ağlamışdır. Həmin vaxt qonşuları Jalə gəlmiş, onunla birlikdə yenidən içəriyə girmiş, Jalə Gülüşün ölməsini söyləmiş, sonra Gülüşün üstünün açıq olmasını görüb Jaləyə “biz də qadınıq, onun üstünə bir örtük at, deyirlər ki, kişilər də gəlir, eyibdir” deyə söyləmiş, Jalə nə örtəcəyini soruşarkən ona ““krovat”ının aşağısında bir adyal var, onu götür, üstünü örtək” deyə bildirmişdir. İkisi birlikdə adyalla Gülüşün üstünü örtdükdən sonra polis və təcili yardım maşını gəldiyi üçün çölə çıxmışlar. Səhəri gün yas yerində Gülüşün öldürülməsini eşitmişdir. Şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, hər gün səhər tezdən mal-qaranı çöldə otarmağa aparır. Hadisə günü də səhər tezdən mal-qaranı çölə aparmış, təxminən saat 10 radələrində çöldən qayıdanda Gülüş Əhmədovanın qapısında polislərin dayanmasını görmüş, camaatdan nə baş verməsini soruşmuş, onlar Gülüşün öldüyünü söyləmişlər. Həmin gün Gülüşün həyətində hər hansı bir səs eşitməmiş, Təqsirləndirilən şəxs orada görməmişdir. Şahid1 ifadəsində göstərdi ki, həmişə səhər saat 7 radələrində yuxudan oyanır, saat 8 radələrində isə çörək maşını gəlir. Hadisə günü səhər çörək alarkən yaxın qonşusu Gülüşü görməmiş, təxminən saat 8-də Gülüşün xəstələnmiş ola biləcəyini düşünüb ona baxmaq üçün həyətinə getmiş, balkona çıxmadan aşağıda durub iki-üç dəfə Gülüşü çağırmış, lakin səs gəlmədiyi üçün onun yatmasını düşünüb evinə qayıtmışdır. Saat 9 radələrində toyuqlarını Gülüşün həyətinə ötürərkən onu yenə də görməmiş, həmin vaxt Gülüşün evinin qapısını bir az aralı görüb onu çağıraraq balkona qalxıb oradan evə girmiş, evdə stolun üstündə Gülüşün çantasını, yerdə isə dəftər görüb evin dağınıq vəziyyətindən Gülüşün xəstələnməsini düşünmüş, sonra içəri otağa addımlayarkən xırıltı səsi eşidib qorxaraq evdən çıxmışdır. Qonşusu Mənsurəgilə gedib ona Gülüşün evindən xırıltı səsi eşitməsini söyləmiş, ikisi birlikdə Gülüşün həyətinə getmiş, lakin qorxduğu və təzyiqi qalxdığı üçün evə girməyib həyətdə oturmuş, Mənsurə evə girib çıxdıqdan sonra “Gülüş nə gündədir, tez olun, təcili yardım çağırın” deyə söyləmişdir. Şahid kimi dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Püsyan kəndinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 1 avqust 2022-ci il tarixdə səhər saatlarında Şərur Rayon Polis İdarəsində iclasdan çıxmış, bölmə rəisinin tapşırığına əsasən bölməyə getmiş, birlikdə bölməyə getdiyi iş yoldaşı çöldə qalmış, özü isə çay içmək üçün bufetə getmişdir. Saat 0949-da Nicatın telefonundan ona zəng gəlmiş, Nicat ona “xalaoğlu, Gülüş xala yıxılıb, ev qanın içindədir” deyə söyləmiş, ona “gəlirəm” cavabını verib bu barədə bölmə rəisinə məruzə etmiş, rəisin göstərişi ilə çöldə olan iş yoldaşı ilə birlikdə Püsyan kəndinə getmişdir. Yolda olarkən Nicat ona yenidən zəng edib “Gülüş xalanın vəziyyəti yaxşı deyil, xırıldayır” deyə söyləmiş, ona yenə də gəldiyini söyləyib bu barədə rəisinə məruzə etmişdir. Gülüş Əhmədova arvadının xalası olduğundan Püsyan kəndinə çatmağına az qalmış qaynı Rəsula zəng edib “deyilənə görə xalan yıxılıb, vəziyyəti yaxşı deyil, arvadımı da götürüb oraya gəl” deyə bildirmiş, telefonda danışarkən Nicat onun digər telefonuna yenidən zəng etmiş, lakin həmin vaxt zəngi aça bilmədiyi üçün bir azdan özü Nicata zəng vurmuş, Nicat ona “Gülüş xala keçindi” deyə söyləyib ekspertin hadisə yerinə gəlib-gəlməyəcəyini ondan soruşmuş, kəndə girdiyinə görə Nicata oraya çatmasını bildirmişdir. Hadisə yerinə çatanda həyətdə qonşuları, kənd camaatını görmüş, vəzifə borcunu yerinə yetirib ərazini mühafizə etmiş, evə girən zaman Jalə və Mələyi orada görüb onlara çölə çıxmalarını söyləmiş, Mələk dərhal çölə çıxmış, Jalədən hadisə barəsində soruşarkən o Gülüş Əhmədovanın rəhmətə getdiyi yeri göstərib “mərhumun qolunu mən düzəltmişəm, üstünü də örtmüşəm” deyə söyləmişdir. Kənardan həmin yerə baxıb Jaləni çölə çıxarmış, sonra rəhbərliyə məruzə etmişdir. Həmin vaxt təcili yardım maşını gəlmiş, tibb işçisi içəriyə girib Gülüş Əhmədovaya baxıb onun vəfat etməsini bildirib kənara çəkilmişdir. Bir azdan polislər, prokurorluq işçiləri və prokuror hadisə yerinə gəlmiş, ərazini mühafizə etmək və kənar şəxsləri oraya buraxmamaq üçün çölə çıxmışdır. Prokurorluq işçiləri öz işlərini həyata keçirdikdən sonra meyitin götürülməsi söylənilmiş, təcili yardım maşınının sürücüsündən xərəyi gətirməsini istəmiş, lakin o cəsədi götürmək üçün çanta gətirmiş, çöldəki kəndliləri köməyə çağırmış, Nicat, qaynı Rəsul və Bəxtiyar meyiti götürmək üçün içəriyə gəlmiş, onların köməyi ilə cəsədi təcili yardım maşınına qoyub Şərur Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Sonra xəstəxanaya gedərkən Nicat da getmək istəmiş, lakin onun maşınında yer olmadığından onu qaynı Rəsulun maşınına mindirmiş, yolda olarkən atasına zəng edib Gülüş Əhmədovanın rəhmətə getdiyini və xəstəxanaya getdiklərini söyləmişdir. Xəstəxanada olarkən polis əməkdaşlarının hadisə yerinə baxmağa getdikləri söylənilmiş, yenidən hadisə yerinə getmək üçün öz maşınına əyləşmiş, atası da kəndə qayıtmaq üçün onun yanına əyləşmişdir. Həmin vaxt Nicat paltarlarını dəyişəcəyini deyib onlarla birlikdə kəndə qayıtmışdır. Prokurorluq işçiləri və polislər müəyyən işlər görərkən lazımi tapşırıqları yerinə yetirmiş, sonra polislər tərəfindən evə mühafizə qoyulduğuna görə oradan çıxıb xəstəxanaya gedərkən Nicat da onunla birlikdə getmiş, xəstəxanada ekspertiza işləri yekunlaşdıqdan sonra cəsəd təhvil verilmiş, cəsədin maşına yerləşdirilməsinə, endirilməsinə və digər işlərə Nicat da kömək etmiş, sonra atası, Nicat, arvadı və qaynanası ilə birlikdə maşını vasitəsilə Təzəkənd kəndinə getmişlər. Qəbiristanlığa gedib mərhumu dəfn etdikdən sonra Nicatı kəndlilərdən birinin maşını ilə yola salıb özü yas yerində qalmışdır. Hadisədən bir neçə gün sonra Nicat şübhəli şəxs kimi bilinmiş, qohumluq dərəcəsinə görə bölmə rəisi ona zəng edib başqa bir işlə bağlı əməliyyat tapşırığı vermiş və həmin işin arxasıca getmişdir. Şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, 1 avqust 2022-ci il tarixdə Şərur Rayon Polis İdarəsindəki iclas təxminən saat 0925-də yekunlaşdıqdan sonra iş yoldaşı Şahid11lə birlikdə Şərur Rayon X23yıtmış, bölməyə çatdıqdan sonra Şahid11 içəriyə girsə də, o siqaret çəkmək üçün çöldə dayanmış, bir azdan Ruslan çölə çıxıb “gəl, maşına otur, gedək” deyə söyləmiş, maşına mindikdən sonra Ruslandan nə baş verməsini soruşmuş, o isə “xalaoğlum zəng vurmuşdu, yoldaşımın xalası evdə yıxılıb, vəziyyəti yaxşı deyil” cavabını vermiş, yolda gedəndə “evdə qadının uşaqları və ya kimsəsi yoxdurmu?” deyə soruşarkən Ruslan “yox, yaşlı qadındır, tək yaşayır” deyə bildirmişdir. Xanlıqlar kəndində olarkən Nicat Ruslana yenidən zəng vurub “vəziyyəti yaxşı deyil, xırıldayır” deyə söyləmiş, Püsyan kəndinin girişinə çatanda Ruslan qaynı Rəsula zəng vurub “xalanın vəziyyəti yaxşı deyil, yoldaşımı götür, oraya gəl” deyə söyləmiş, həmin vaxt Nicatdan Ruslana zəng gəlmiş, digər telefonla danışdığı üçün zəngi açmamış və bir azdan özü Nicata zəng etmiş, X35 rəhmətə getməsini söyləyib hadisə yerinə ekspert gəlməsi ilə bağlı nəsə demiş, Ruslan Nicata “ekspert gəlsin? Vəziyyət o qədər pisdir? Biz özümüz gəlirik, oraya çatırıq” deyə bildirmişdir. Hadisə yerinə çatdıqda Ruslanın arxasıca həyətə, oradan da evə girmiş, evə girərkən qapının çəftəsindəki mismarın bir az aralanması diqqətini çəkmiş, evdə Jalə və Mələyi görmüş, həmin vaxt Mələk ağlaya-ağlaya çölə çıxmış, onlar Jalə ilə birlikdə meyitin olduğu otağa keçib, kənardan meyitə baxmış, Jalədən meyitin üstünü kimin örtməsini soruşmuş, Jalə Xanımla birlikdə örtdüklərini söyləmişdir. Çölə çıxıb baş əməliyyat müvəkkili Cabbar Hüseynova zəng edib “siz də buraya gəlsəniz, yaxşı olar, burada hadisə baş vermiş ola bilər” deyə söyləmiş və Ruslanla birlikdə hadisə yerini mühafizə etmişdir. Bir azdan təcili yardım maşını, daha sonra isə X28 rəisi Orxan Məmmədov gəlmiş, həkim G.Əhmədovanın rəhmətə getdiyini bildirmiş, ondan hansı səbəbdən rəhmətə getməsi ilə bağlı soruşmuş, həkim isə “təzyiqdən də, başqa bir səbəbdən də ola bilər, bu barədə dəqiq nəsə deyə bilmərik” deyə söyləmişdir. Şərur Rayon Prokurorluğunun əməkdaşları və polis idarəsinin rəisi gələnə qədər kənar şəxslər içəriyə girməsin deyə Ruslanla birlikdə hadisə yerini mühafizə etmiş, içəridə giriş qapısının yanında olan zaman Nicat oraya gəlib içəriyə keçmək istəmiş, ondan haraya getməsini soruşarkən Nicat meyiti götürmək istədiyini söyləmiş, ona “hələ bizə tapşırıq verilməyib, gözlə, tapşırıq veriləndə gəlib götürərsiniz” cavabını vermişdir. Prokurorluq işçiləri və idarə rəisi gəlib meyitə baxdıqdan sonra meyitin götürülməsi ilə bağlı tapşırıq verilmiş, sonra Nicatın və digərlərinin köməkliyi ilə meyit götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla həmkəndli və qonşudur. Hərbi hissədə işlədiyinə görə bir gün Nicat ona “hərbidə işə düzəlmək istəyirəm, sənədləri necə hazırlamalı olduğumu bilmirəm” deyə söyləmiş, hərbi hissədə tanıdıqları olduğundan Nicata istiqamət göstərmiş, hansı sənədləri hazırlamalı olmasını demişdir. Nicat sənədlərini hazırlayıb hərbi hissəyə vermiş, sənədlərə 10-15 günə baxılsa da, orada tanışlarına Təqsirləndirilən şəxs qonşusu olmasını bildirib sənədlərinə əvvəlcə baxılmasını söyləmiş, bunu yeni kurs başlayacağından Nicatın da həmin kursa getməsi üçün etmişdir. Nicatın sənədləri qəbul edilmiş, bu barədə onunla hər gün əlaqə saxlayıb soruşmuş, 31 iyul saat 18 radələrində Nicat ona zəng edib harada olmasını soruşanda ona kənddə yolda dayanmasını demiş, Nicat “bir ədəd pivə var, gəl, pivə içək” deyə söyləmiş, ona “bir ədəd pivə azdır, gedib birini də mən alıb gətirim” deyə bildirmişdir. Dükana gedib bir ədəd pivə və “semiçka” almış, yanında olan sinif yoldaşı Turqutla birlikdə Nicatgilə gedib pivə içmişlər. Axşam saat 10 radələrində balaca qardaşı Ağa onların yanına gələrək “yorğunam, səhər tezdən saat 5-də avtobusa minib işə gedəcəyəm” dediyi üçün onlar da Nicatgildən çıxıb getmişlər. 1 avqustda Axura kəndi tərəfdə işləyəndə istirahət etdiyi vaxt Nicata zəng edib nə etməsini soruşarkən Nicat ona Gülüş Əhmədovanın rəhmətə getməsini söyləmiş, həmin vaxt komandir gəldiyi üçün telefonu söndürmüş, sonra saat 12 radələrində yolda olarkən Nicatla danışmış, Nicat “Gülüş xalanı öldürüblər, meyiti rayon məscidinə aparırıq” deyə bildirərkən ona “Gülüş xala qonşudur, mən də gələcəyəm” deyə cavab vermiş, saat 17-18 radələrində təkrar Nicatla danışarkən Nicat “rayondan çıxırıq, kəndə gələcəyik” demiş, hava qaralanda yenidən ona zəng etdiyində Nicat hal-hazırda qəbiristanlıqda olduqlarını, Gülüş xalanı dəfn etdiklərini bildirmişdir. Həmin vaxt yola çıxsa da, maşın tapa bilmədiyi üçün yas yerinə gedə bilməmişdir. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 27 iyulda həyətdə olan zaman oğlu Seymur yanına gəlib qonşuları Təqsirləndirilən şəxs hərbidə işə düzələcəyini, idman etmək üçün “turba” lazım olmasını söyləyib həyətdə turnik düzəltdikləri dəmiri aparıb-aparmamasını soruşmuş, oğluna “apar, ver” cavabını vermiş, oğlu dəmiri aparıb Nicata vermişdir. 1 avqustda səhər tezdən küçəyə çıxanda səs eşitmiş, qonşusu Mənsurəgilin həyətinə getmiş, balkonda dayanan Mənsurədən nə baş verməsini soruşduqda o Gülüş Əhmədovanın xəstələnməsini söyləmişdir. Mənsurə ilə birlikdə Gülüşün həyətinə getmiş, sonra oraya digər qonşu Jalə də gəlmiş, Jalə ilə birlikdə evə girmiş, otağın qapısının yanına çatanda yorğan-döşəyi və mələfəni qanlı görmüş, qan görəndə narahat olduğundan “ekspert çağırın” deyib əlini ağzına tutub çölə çıxmışdır. Əri rəhmətə getdiyi zaman atasından qan olan yerə ekspertin gəldiyini eşitdiyindən həmin vaxt “ekspert çağırın” ifadəsini işlətmişdir. Şahid qismində dindirilmiş Şahid23 Şahid13 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadının nənəsidir. Gülüş Əhmədovanın ölməsi barədə gec bildiyinə görə hadisə yerinə prokurorluq işçiləri ilə eyni vaxtda çatmış, çöldə olarkən meyitin aparılmasını görmüş, oraya həm qonşu, həm də həmkəndli kimi getmişdir. Hadisədən bir gün əvvəl Nicatgilin həyətindən nəvəsinin məhsulunu yığmış, həmin vaxt Nicat evdə olmamış, sonra Nicata banka gətirməsini, onlara banka bağlayacağını deyərkən Nicat gətirəcəyini söyləmişdir. Hadisə günü saat 12-13 radələrində Nicatın evinə zəng vurub ona yola çıxmağını demiş, Nicat yola çıxsa da, banka gətirməmiş, ondan niyə gətirmədiyini soruşmuş, o isə “bankanı özünüzə bağlayın, bizə sonra bağlayarsınız” cavabını vermişdir. Şahid4 ifadəsində göstərdi ki, 1 avqust tarixində səhər saatlarında əri ilə Qıvrağa gedərkən yolda ərinin telefonuna zəng gəlmiş, o telefonda “bu dəqiqə qayıdıb gəlirəm” deyə bildirmiş, əri Əlidən nə olmasını soruşmuş, o “Gülüş “krovat”dan yıxılıb, başı qanayır, təcili yardım çağırıblar” cavabını vermişdir. Onlar geri qayıtmış, yolda olarkən Əli “təcili yardım geciksə, gözləməyək, özümüz xəstəxanaya çatdıraq” deyə söyləmişdir. Gülüşün həyətinə çatıb oradakı qonşulardan nə olmasını, ölüb-ölməməsini soruşmuş, həmin vaxt Mənsurə balkondan aşağı düşərək Gülüşün xırıltısının kəsilməsini demişdir. İçəriyə girib yorğan-döşəyi qanın içində görmüş, əvvəlcə Gülüşü görməsə də, bir az yaxınlaşdıqdan sonra onun qanın içində “krovat”la pəncərənin arasına yıxılmasını görüb çölə çıxmışdır. Həmin vaxt qonşu Xanım ona “polislər gəlir, gəl, Gülüşün üstünü örtək, eyibdir” deyə söyləmiş, onunla birlikdə təkrar içəriyə girib Gülüşün yığılmış vəziyyətdə olan bir qolunu və bir ayağını düzəldib Xanımla birlikdə üstünü örtüklə örtmüşdür. Sonra otaqdan çıxarkən Şahid11 başqa bir polislə evə gəlib ondan nə baş verməsini soruşmuş, ona Gülüşün öldürüldüyü cavabını vermiş, Ruslan “elə şey olar?” deyib qapıdan otağa baxıb “bəs yoxdur axı” deyə soruşmuş, ona Gülüşün pəncərə ilə “krovat”ın arasında olmasını söyləmişdir. Ruslan “Jalə xala, heç nəyə əlinizi vurmayın, tez çölə çıxın” deyə bildirmiş, ona heç nəyə toxunmadıqlarını, sadəcə Xanımla birlikdə Gülüşün qolunu və ayağını düzəldib üstünü örtməsini demişdir. Sonra təcili yardım maşını, daha sonra isə polislər və prokurorluq işçiləri gəlmiş, onları içəri buraxmamışlar. Şahid kimi dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, hadisə günü səhər saat 7 radələrində əri mal-qaranı çölə aparsın deyə ötürüb evə qayıtmış, həmin gün xəstə olduğundan bütün günü yatmış, hadisə barədə heç bir şey bilməmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bakı şəhərində yaşayır. 1 avqust səhər saatlarında bacıoğlusu ona zəng edərək bacısı Gülüşün rəhmətə getməsi xəbərini vermiş, bilet alaraq Naxçıvana gəlib aeroportdan birbaşa Gülüşün evinə getmiş, saat 1230 radələrində həyətə çatıb orada prokurorluq və polis əməkdaşlarını görmüş, onlardan bacısının qətlə yetirilməsini öyrənmiş, lakin qətli kimin törətməsi barədə məlumatı olmamışdır. Bacısının meyitinin morqa aparılmasını eşidib oraya getmişdir. Xəstəxanada, qəbiristanlıqda və yas yerində Təqsirləndirilən şəxs hər işə getməsini, evə girib-çıxmasını görüb oradakılardan həmin şəxsin kim olmasını soruşmuş, Nicatın adını desələr də, onu tanımamış, yasın üçüncü günü prokurorluq işçiləri tərəfindən bacısını onun öldürməsini öyrənmişdir. Bacısını vicdansızca qətlə yetirməsinə görə məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəzaya məhkum olunmasını xahiş edir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 31 iyul axşam saat 23 radələrində Nicatgilə getmiş, Nicatla səhəri gün birlikdə işləmək barəsində danışmış, o “sabah gələrsən, gedərik” deyə söyləmiş, sonra oradan atasının evinə getmişdir. Səhəri gün saat 0830 radələrində atasıgildən öz evinə gəlmiş, Nicatgilə gedib Nicata işləməkləri barədə söyləmiş, lakin o “bu gün işim var, 3-4 gün sonra işləyərik, sənin malqaran da yoxdur” deyə cavab vermiş, həmin vaxt Nicatın əynində ağ köynək, göy rəngli cins şalvar, ayağında isə “tapıçka” görmüş, həyətində hasarı uçurduğu üçün torpağı sulamaq istədiyindən Nicata “qardaşımgildən motor gətirməyə gedirəm” deyə söyləmiş, Nicat ona “bizdə motor da, şlanq da var, mən verim, sən qardaşıngilə getmə” deyib motoru və şlanqı gətirib onun həyətinə qoşduqdan sonra evinə qayıtmışdır. Həmin vaxt Nicat normal davranmış, onun hərəkətlərindən heç nə hiss etməmişdir. Təxminən 1 saat sonra tanımadığı kəndli qadın qonşusu Zinyəti səsləyib “Zinyət xala, deyirlər ki, qadın çölə çıxmayıb” deyə söyləyərkən onu eşitmiş, Zinyət, oğlu və əri Maşallahla birlikdə Gülüş Əhmədovanın evinə getmiş, onlardan sonra isə oraya Nicat gəlmişdir. Həmin vaxt Maşallah qonşu Əliyə zəng vurub “Gülüş yıxılıb, başı harasa dəyib, gəl” deyə söyləmiş, Maşallah Əlinin arvadı ilə Gülüşün əmiqızı olmasını bildiyi üçün onlara xəbər vermişdir. Əli və arvadı gəlib Gülüşün evinə girmiş, Əli evdən çıxdıqdan sonra “bu, normal ölüm deyil, Gülüşü öldürüblər” deyə söyləmiş, hadisədən həmin vaxt xəbəri olmuş, orada olduğu müddətdə Nicatın Gülüşün evinə girməsini görməmiş, yalnız meyiti evdən çıxarmaq üçün Nicat və başqa bir həmkəndlisiylə birlikdə içəriyə girmiş, meyiti təcili yardım maşınına yerləşdirdikdən sonra evinə qayıtmış, bir gün sonra isə gecə saat 0000-da rayona aparılaraq dindirilmişdir. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hadisə günü işdə olarkən telefonuna zəng gəlmiş, zəng edən şəxs məhəllədə hadisə baş verməsini və araşdırma aparılmasını söyləyib onun həyətində olan müşahidə kamerasındakı görüntülərə baxılması üçün onu çağırmış, müşahidə kamerasına baxılması üçün götürmələrinə icazə vermiş, görüntülərə baxarkən Nicatgilin evinin istiqamətindən mərhum Gülüş Əhmədovanın həyətinə ağ paltarlı, ortaboylu birinin girməsini görmüş, lakin onun kimə bənzəməsini bilməmişdir. Polislər ona “kamera bizdə qalsın, həyətə girən şəxsin kimliyi araşdırılsın” deyə bildirmiş, araşdırma aparıldıqdan sonra isə kamera ona təhvil verilmişdir. Hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini hadisədən sonrakı gün işdən evə gəldikdən sonra eşitmiş, avqustun 3-ü axşam saatlarında polis şöbəsində dindirilmişdir. Şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, hadisə günü səhər saatlarında qayınanası ilə birlikdə banka bağlamaq üçün bir gün əvvəl Nicatgilin həyətlərindən və öz həyətlərindən yığdıqları badımcanı soymuş, Gülüş Əhmədovanın rəhmətə getməsini eşitmiş, qayınanası hadisə yerinə getsə də, o getməmiş, daha sonra çoxlu maşın gəlib getdiyi üçün maraqdan işini yarımçıq qoyub yola çıxmış, hadisə yerinə uzaq olduğundan və Gülüş Əhmədovanın həyətinin qarşısındakı maşınlar qapının önünü tutduğundan onun evinə kimlərin girib-çıxmasını görməmiş, həmin vaxt qonşularla söhbət edərkən meyitin təcili yardım maşınına yerləşdirilməsini və daha sonra əynində göyümtülboz rəngli köynəklə idman şalvarı olan Nicatın başqa bir maşına minməsini görmüş, küçədə olarkən qonşusu Mələyi görüb ona “Gültəkin xala gedib, oradadır, hələ gəlməyib, amma ölüm baş verəndə bu qədər maşın – polis maşınları, təcili yardım maşını olmaz ki!” deyə söyləmiş, Mələk isə ona “Gülüş xalaya nəsə olub, xəstələnib, mən gedəndə Jalə xala, Əli əmi, Nicat, Bəxtiyar Gülüş xalanın evinə girirdilər, mən də onlarla birlikdə içəriyə girdim, evi qanın içində gördüyüm üçün ürəyim bulandı, çölə çıxdım, Jalə xala və Xanım xala birlikdə Gülüş xalanın üstünə adyal atdılar, mən çıxdıqdan sonra onlar içəridə qaldı” deyə cavab vermiş, daha sonra kəndlilərdən hadisənin normal ölüm hadisəsinə oxşamamasını eşitmişdir. Həmin gün günorta Nicat xəstəxanadan qayıtdıqdan sonra qayınanası Gültəkin Nicata banka gətirməsini söyləmiş, həmçinin Nicatdan Gülüş xalaya nə olmasını soruşmuş, o isə “bilmirəm, amma deyilənə görə cinayətdir, başından zərbə alıb” deyə cavab vermiş, Nicatla söhbət etdikdən sonra o evinə gedərək paltarlarını dəyişib təkrar onların yanına gəlmiş, həmin vaxt Nicat qısaqol, yaxasında üç ədəd düyməsi olan köynək və zolaqlı şalvar geyinmişdir. Nicat onların yanında olarkən onun hərəkətlərindən şübhələnməmiş və həyəcanlanmasını görməmişdir. Nicatı yaxşı insan kimi tanımış, onun siqaret çəkməsini və ya içki içməsini görməmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, təxminən hadisədən 3-4 gün əvvəl Nicatla turnik məsələsi barədə söhbəti olmuş, Nicat ona zəng edib “aparatını gətir, “svarka” işləri var, onu edək” deyə söyləmiş, o isə Nicata vaxtı olmamasını, boş vaxtı olan zaman gedib edəcəyini bildirmişdir. Hadisə günü səhər çöldə Mübariz adlı şəxsin presini yığarkən saat 8 radələrində Nicat ona zəng edib salamlaşdıqdan sonra “qonşumuz rəhmətə gedib, gedək, qəbiristanlıqdan cənazəni və dəmirləri gətirək” deyə söyləmiş, ona “maşınım xarabdır, usta yanına gedirəm, “Qazel” şoferlərindən birinə de” deyə bildirmiş, presi çöldən gətirib boşaltdıqdan sonra saat 0930 radələrində Daşarx kəndinə ustanın yanına getmiş, saat 13 radələrində isə oradan çıxmışdır. Həmin gün Nicat ona bir daha zəng etməmiş, ustanın yanından qayıdarkən yolda çadır sahibi İqbal ona zəng vurub çadırla bağlı danışmış, İqbala “problem yoxdur, yemək yeyim, apararam” deyə cavab verib yeməyini yedikdən sonra çadırı Təzəkənd kəndinə aparıb qurmuşdur. Şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısının kürəkənidir. 1 avqust səhər saat 800-da hadisənin baş verdiyi məhəllədən keçərək işə getmiş, işdə olarkən saat 1000-1030 radələrində ona Gülüş Əhmədovanın rəhmətə getməsi ilə, daha sonra isə onun öldürülmə ehtimalı ilə bağlı polis və təcili yardım maşınının gəlməsi barədə zəng gəlmişdir. 2 avqust axşamçağı Nicatın telefonundan ona zəng gəlmiş, lakin telefonda heç kim danışmamış, təkrar Nicata zəng vursa da, onun telefonuna zəng çatmamış, gecə saatlarında bir daha Nicatın telefonuna zəng vurmuş, amma o yenə də telefona cavab verməmişdir. Təqsirləndirilən şəxs hər hansı səhv hərəkətini görməmiş, onun arada bir içki içməsini bilmişdir. Şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. O adətən səhərlər öz maşını ilə çörək paylayır. 1 avqust tarixində səhər saat 0715 radələrində Nicat ondan çörək alıb beş manat pul vermiş, xırda pulu olmadığı üçün pulu özünə qaytarıb “sabah verərsən” deyə söyləmişdir. Həmin vaxt dəqiq olmasa da Nicatın əynində ağ-boz rəngli köynək olmasını xatırlayır, onun şalvarının hansı rəng olmasına fikir verməmişdir. Həmin gün Gülüş Əhmədova ondan çörək almamışdır. Çörəyi paylayıb qurtardıqdan sonra saat 1200 radələrində hadisə barədə bilmiş, əvvəlcə Gülüşün rəhmətə getməsi, sonra isə onun öldürülməsi, bir-iki gün sonra isə polis şöbəsində X32 öldürməsi barədə eşitmişdir. Şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, hadisə günü qonşusu ona zəng edib “deyirlər ki, “posyolka”da bir qadın var, öldürüblər” deyə söyləmiş, indiyədək kəndllərində belə bir hadisə olmadığından təəccüblənmiş, qonşusu Nicata zəng vurub ondan bu barədə soruşmuş, o əvvəlcə “polislər gəlib, bəlli deyil” cavabını vermiş, ikinci dəfə ona zəng edəndə o, meyiti morqa aparmalarını söyləmişdir. Həmin vaxt Nicatdan “sənin morqda nə işin var?” deyə soruşmuş, Nicat “mənə deyirlər ki, gedək, kömək edək” deyə cavab vermişdir. Bu hadisə ona maraqlı gəldiyi üçün üçüncü dəfə Nicata zəng edib soruşmuş, o isə “hələ həkimlər içəridə meyiti yarır” cavabını vermiş, sonrakı telefon danışıqlarında isə Nicat “Gülüş başından iki yerdən xəsarət alıb” cavabını vermişdir. Sonra dəfndə iştirak etmək istədiyindən Nicata yenidən zəng etmiş, Nicat isə “dəfn edirik” deyə söyləmişdir. Şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, hadisə günü səhər saat 39 09 -da həmkəndlisi Mənsurədən onun telefonuna zəng gəlmiş, Mənsurə ona “təcili yardım çağırın, Gülüşün vəziyyəti yaxşı deyil, təzyiqi qalxıb, burnundan qan gəlir” deyə söyləmiş, təcili yardımı çağırdıqdan 15-20 dəqiqə sonra gəlmiş, həmin vaxt Mənsurəyə dəfələrlə zəng etsə də, o, telefona cavab verməmiş, yolu tanımadıqları üçün təcili yardım maşınına əyləşərək həkimi Gülüş Əhmədovanın evinə aparmış, həkim Gülüşün evinə girib çıxdıqdan sonra o da içəriyə girmiş, həmin vaxt Gülüşün yerdə uzanmış vəziyyətdə olmasını və ölməsini görmüşdür. Polislər gəldikdən sonra çölə çıxmış, çöldə xeyli dayandıqdan sonra Nicatdan siqaret istəmiş, həmin vaxt Nicat ona “dünən Gülüş xalanı gördüm, ondan niyə belə yeridiyini soruşdum, Gülüş xala dedi ki, təzyiqim aşağıdır, başım gicəllənir, ona dedim ki, arada mənim də başım gicəllənir, o isə dedi ki, bala, sənin də təzyiqin aşağı ola bilər. Ola bilər ki, Gülüş xala təzyiqdən yıxılıb, başı oraya-buraya dəyib, başından qan gəlib, bu vəziyyətə düşüb” deyərək ehtimal yürütmüş, Nicata “xeyr, bu, qeyri-mümkündür, divarlarda qan ləkələri var, bu, arterial qanaxmadır, təzyiq qalxdıqdan sonra qan axıb bir müddət sonra dayanır, bu, təzyiqin əlaməti deyil, bu cinayət hadisəsidir” cavabını vermişdir. Şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, hadisə günü başqa bir kənddə usta işləyərkən həmkəndlisi Turqan Ağayev ona zəng edib “Gülüş xala rəhmətə gedib, Şərura - rayona gətiriblər” deyə söyləmiş, Nicata zəng edərək bu barədə soruşmuş, Nicat “bəli, biz buradayıq” deyə cavab verərkən ona “gələndə mənə də xəbər et, gedib dəfndə iştirak edim” deyə söyləmişdir. Gəlib-gəlmədiklərini öyrənmək üçün daha 2 dəfə Nicatla əlaqə saxlamış, sonra axşam Nicat ona zəng edərək “biz buradan çıxdıq, dəfn etməyə gəlirik” deyə söyləyərkən ona artıq dəfn yerində olmasını bildirmişdir. Gülüş Əhmədovanın dəfnində Nicatla beş dəqiqə söhbət etmiş, Nicat “mən hadisə yerində köməklik göstərdiyim üçün orada əl izim düşüb” deyə söyləmiş, ona “düşübsə, düşsün, niyə qorxursan? Sən kömək etmisən” deyə cavab vermiş, dəfndə hamı kimi Nicatda məzara torpaq atmış, onun hər hansı hərəkətindən şübhələnməmiş, dəfndən qayıdanda isə maşında ondan evə gedəcəyini soruşarkən Nicat hadisə olduğu üçün qorxmasını, evə getməyəcəyini, xalasıgilə gedəcəyini söyləmişdir. Şahid27 ifadəsində göstərdi ki, 1 avqust səhər saat 0945 radələrində maşına yanacaq doldurmaq və ərzaq almaq üçün arvadı Jalə ilə birlikdə Kəngərli rayonuna gedərkən yolda həmkəndlisi Maşallahdan mobil telefonuna zəng gəlmiş, telefona cavab verərkən Maşallah ondan harada olmasını soruşmuş, ona Qıvrağa getməsi cavabını vermiş, Maşallah “getmə, qayıdıb gəl, Gülüş yıxılıb, qanın içindədir, təcili yardıma məlumat vermişik, Gülüşü həkimə aparmaq lazımdır” deyə söyləmişdir. Arvadı ilə birlikdə kəndə geri qayıdarkən yolda ona “biz təcili yardım maşınının gəlməsini gözləməyək, əmiqızın yıxılıb, başı yaralanıbsa, mənim maşınımla xəstəxanaya aparaq” deyə bildirmiş, Gülüşün həyətinə çatdıqdan sonra küçədə Maşallah, Bəxtiyar və Nicatı, balkonda isə bir neçə qadını görmüşdür. Arvadının arxasınca Gülüşün evinə girmiş, Nicatın onların arxasınca evə gəlməsini görməmiş, Gülüşün yatdığı yerə baxmış, lakin onu döşəmənin üzərində qanın içində, dünyasını dəyişmiş vəziyyətdə görmüş, cəld çölə çıxıb qohum-əqrəbalara Gülüşün ağır vəziyyətdə olması barədə xəbər vermişdir. Bir azdan Ruslanla tanımadığı bir nəfər oraya gəlmiş, Ruslan gəldikdən sonra qadınları evdən çölə çıxarmış, sonra təcili yardım maşını, polis, hüquq-mühafizə orqanlarının işçiləri gəlmişlər. Şahid kimi dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, Püsyan kənd mağazasında satıcı işləyir və Nicatın ona 190 manat borcu vardır. Nicat borcuna sadiq olmuş, borcunu həmişə ödəmişdir. O, evə ərzaq məhsuları almasına görə borclanmış, pulu olduqca 15 manat, 20 manat ödəmiş, qalanını isə sonra ödəyəcəyini bildirmişdir. Nicat onun mağazasından spirtli içki almamışdır. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, hər gün Gülüşgilin məhəlləsindən keçərək mal-qaranı çölə aparır. Hadisə günü çölə mal aparanda evlərindən xeyli aralandıqdan sonra yolda arxaya dönərkən ağ köynəkli bir nəfər görmüş, amma məsafə uzaq olduğundan fikir verməyib, onun çölə mal aparan qonşulardan biri olmasını düşünmüşdür. Çöldən evə qayıdıb yemək yeyib saat 1000 radələrində kənd mərkəzinə getmiş, təcili yardım maşınının, onun arxasınca isə Gülüş Əhmədovanın bacıoğlusunun onların məhəllələrinə doğru getməsini görmüş, həmkəndlilərdən Gülüşün xəstələnməsini, təcili yardım maşınının onun üçün çağırılmasını eşitmişdir. Həmin gün başqa bir yas yeri olduğundan oraya getmiş, günorta saatlarında evlərinə qayıtdıqdan sonra Gülüş Əhmədovanın öldürülməsini, 2-3 gün sonra isə bu hadisəni Nicatın törətməsini eşitmişdir. Şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, səhər saat 0930 radələrində işə getmiş, prokuror ona zəng edərək hadisə baş verməsini və oraya getməli olmasını bildirmiş, hadisə yerinə getdikdən sonra meyiti “krovat”la divarın arasında görmüşdür. Meyit morqa aparıldıqdan sonra meyiti stolun üstünə qoymağa kömək edən bir nəfərlə müstəntiq orada olmuş, meyit çantası açılmış və meyit oradan çıxarılıb masanın üzərinə qoyulmuş, sonra müstəntiq və prokurorun iştirakı ilə onu müayinə etmişdir. Müayinə zamanı əlcək lazım olduğundan Ruslandan əlcək almasını istəmiş, o əlcəyi verdikdən sonra mərhumla qohum olduğuna görə müayinədə iştirak etməsinin mümkünlüyünü soruşmuş, müstəntiq Ramiz müəllim isə Ruslandan müayinədə iştirak etməməsini, çöldə gözləməsini xahiş etmişdir. Meyitə cavabdeh şəxs müstəntiq olduğundan yalnız müstəsna hallarda yaxın qohumların müayinə zamanı iştirakına müstəntiqin göstərişi ilə icazə verilir. Mərhumənin müayinəsi zamanı isə heç bir yaxın qohum iştirak etməmişdir. Müayinədən sonra prokuror tərəfindən hadisə yerinə getmələri barədə qərar verilmiş, meyiti Ruslanın və prokurorun köməkliyi ilə soyuducuya yerləşdirib hadisə yerinə getmiş, prokurorluq işçiləri ona arabir suallar verməklə özlərinə aid olan işləri görmüşlər. Saat 1300 radələrində yenidən morqa qayıdıb meyiti müayinə edərkən onun başında və bədən səthində olan xəsarətlərin hamısı müəyyən edilmiş, qətl hadisəsi olduğuna görə baş direktor Məmmədtağı həkimin də müayinədə iştirak etməsi zəruri bilindiyindən o prokuror tərəfindən morqa çağırılaraq müayinədə iştirak etmiş, meyit tam və hərtərəfli müayinə olunduqdan sonra yaxınlarına təhvil verilmişdir. Təxminən hadisədən beş gün sonra hadisə yerində ifadələrin alınması zamanı iştirak etməsinin lazım olması ona bildirilmiş, buna görə də hadisə yerinə getmiş, orada olarkən Təqsirləndirilən şəxs da oraya gətirilmiş, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini, evə haradan daxil olmasını, hadisəni necə törətməsini, G.Əhmədova ilə aralarında olan dialoqları, onun başını “krovat”a vurmasını, qadın onun üstünə gəldikdən sonra yenidən ona xəsarət yetirməsini, qadının qolundan necə yapışmasını, bizlə onun sağ əlinə necə xəsarət yetirməsini, hətta onun qolunu buranda dirsək sümüyünün sınmaq səsini eşitməsini, onu itələyib yıxmasını dəqiqliklə aydın şəkildə danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir təzyiq-təsir olmamış, törətdiyi əməli səmimi etiraf etmiş, hətta o “bilməmişəm, səhv etmişəm, Allahın işidir, belə oldu” deyə söyləmişdir. İş üzrə onun verdiyi rəy düzgündür, bir ekspert kimi vəzifəsini düzgün yerinə yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, “Mən Şərur rayonunun Püsyan kəndində qeydiyyatda olsam da, hər il payız-qış ayları Bakı şəhərinə övladlarımın yanına gedərək orada yaşayıram. Lakin yaz-yay ayları kənddə olan evimizə gəlib burada yaşayıram. Elə bu ilin may ayından kəndə gəlmişəm. Gülüş Əhmədova bizim qonşumuz idi. Onunla biz uzun illərin qonşusu olmuşuq. Gülüşlə münasibətlərimiz həmişə yaxşı olmuşdur. Mən kənddə olarkən qonşularımız Gülüş və Vəfa bizə yaxın olduğundan həmişə onlar bizə, mən onlara gedərək söhbət edirdik. Hətta qonşularımız arasında kiçik qapı da salmışıq ki, bir-birimizə gedək gələk. 31 iyul 2022-ci il tarixdə axşamüstü saat 6-7 radələrində qonşumuz Vəfa gəlini Günellə və Gülüşlə bizə gəldilər. Həyətin pilləkənində oturaraq söhbət etdik. Sonra onlar evlərinə getdilər. Həmin gün saat 10 radələri olardı ki, həyətdə oturmuşdum. Vəfa gəlini Günel və Gülüş birlikdə yenə də bizə gəldilər. Saat 11-dək bizdə söhbət etdik. Sonra onlar üçü də evlərinə getdilər. Mən isə evə girərək yatdım. Ertəsi gün səhər saat 9 radələri olardı ki, mən evi tozsoranlayırdım. Vəfa qapını açaraq həyəcanlı şəkildə mənə dedi ki, “Gülüşü səhərdən bir dəfə çağırdım səs vermədi. İndi onların evinə girdim ki, yataq otağından xırıltı səsi gəlir. Qorxudan içəri girmədim gəl gedək görək nə baş verib”. Mən də dərhal onunla birlikdə Gülüşgilin evinə gəldim. Vəfa pilləkəndən yuxarı qalxmadı. Dedi ki, mən qorxuram. Mən isə Gülüşü çağıra-çağıra evin koridoruna daxil olaraq koridorun qapısı ilə üzbəüz olan otağa daxil olaraq həmin otaqdan Gülüşün yatdığı otağa daxil olduqda xırıltı səsi eşitdim. Yatağın üstündə Gülüşü görmədim. Yatağın sol tərəfinə baxanda yataqla divarın arasında polun üstündə Gülüşün üst-başının qanlı olduğunu və xırıldadığını gördüm. Qorxdum, həyəcandan ona əl vurmadım. Çağırdım səs vermədi və dərhal evdən çölə çıxdım. Vəfaya dedim ki, Gülüş qanın içindədir xırıldayır, gedək evdən telefonumu götürüm təcili yardıma zəng vurum, o da mənimlə bizim evimizə getdi, mən özümə məxsus mobil telefonumla kənd xəstəxanasına diş həkimi Sərxana zəng vurdum. Ona dedim ki, təcili yardım göndərin Gülüş qan içindədir. Sonra evdən valeriyan dərmanını götürərək içdim və Vəfa ilə birlikdə Gülüşün həyətinə gəldik. Həmin vaxt təqribən saat 10:35 radələri olardı ki,mənə Sərxan zəng vurdu, mən də çox həyəcanlı olduğum üçün telefonunu aça bilmədim. Həmin vaxt qonşulardan Səmayə, Mələk səsimizə Gülüşgilin həyətinə gəldilər. Bir az keçmişdi ki, polislər, Gülüşün əmisi qızı Jalə və təcili yardım xidməti, çoxlu kənd camaatı Gülüşün həyətinə gəldilər. Mənim həmin vaxtı təzyiqim qalxdığından Gülüşü qanlı vəziyyətdə gördüyümdən içəri daxil olmadım. Həyətdə idim. Dedilər ki, Gülüş artıq ölmüşdür. Biraz keçdikdən sonra orada eşitdim ki, Gülüş ölməyib, Gülüşü öldürüblər. Sonra Gülüşün meyidini təcili yardım maşınına qoyaraq xəstəxanaya apardılar. Axşamüstü onun meyidini aparıb doğulduğu Təzəkənd kəndində dəfn etdilər”. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, “Mən mərhumə Gülüş Əhmədovanın qardaşıyam. Biz ata evində 8 uşaq olmuşuq. Gülüşdən əlavə 4 qardaş, 1 bacım da vardır. 1 qardaşım da rəhmətə getmişdir. Mən də daxil olmaqla 4 qardaşım Bakı şəhərində yaşayırıq. Burada sadəcə bacım X15 yaşayır. Bacım Gülüş evlənmədiyi üçün Püsyan kəndində pasyolka adlanan məhəllədə tək yaşayırdı. Biz, yəni qardaşları Bakıda olsaq da, mütəmadi onunla əlaqə saxlayırdıq. Gülüşə neçə dəfələrlə mən və oğlum gəlib bizim yanımızda Bakıda qalmağı təklif edirdik. O isə buralara alışdığını və Bakıda qala bilmədiyini deyirdi. Sonuncu dəfə Gülüşlə danışığım bu ilin iyul ayının 26-da oldu. Mən ona arvadımın ildönümündə uşaqlarımın Püsyana gələcəyini, onlarla birlikdə Bakıya gəlməsini dönə-dönə tapşırdım. O da mənə gələcəyini dedi. 01 avqust 2022-ci il tarixində bacımın oğlu Rəsul mənə zəng edib, Gülüşün öldüyünü dedi. Mən də təcili Naxçıvana bilet alıb Püsyan kəndinə gəldim. Günorta saatlarında Püsyan kəndinə çatdım. Mən bacım Gülüşün evinin qabağında çoxlu polis avtomobilləri olduğunu gördüm. Bacımın oğlu Rəsuldan niyə bu qədər polis maşını olduğunu soruşdum. O da mənə Gülüşün üz-gözü və başı qanın içində olduğuna görə araşdırma aparıldığını, ekspertin Gülüşün meyitini müayinə edəcəyi üçün Şərur rayon xəstəxanasının morquna aparıldığını dedi. Mən bir neçə saat sonra polis və prokurorluğun əməkdaşları hadisə yerindən çıxandan sonra morqa getdim. Ekspert bacımın meyitini axşamüstü müayinə edib qurtardıqdan sonra məlum oldu ki, həqiqətən də bacımı öldürüblər. Gülüşün meyitinin daxili müayinəsindən və onu aparıb məsciddə yudurtduqdan sonra aparıb Gülüşün doğulduğu Təzəkənd kəndində dəfn etdik. Hadisədən bir neçə gün keçdikdən sonra məlum oldu ki, bacım Gülüşü qonşusu Təqsirləndirilən şəxs öldürmüşdür. Onu həbs ediblər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 206 nömrəli məhkəmə daktiloskopik ekspertizasının rəyindən və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, tədqiqata təqdim edilmiş bizin səthində əlbarmaq izləri vardır. Bizin səthindən ekspert tərəfindən aşkar edilərək daktilolentin səthinə köçürülmüş əl-barmaq izi şəxsiyyətin eyniləşdirməsi üçün yararlıdır. Həmin əl-barmaq izi Təqsirləndirilən şəxs əlinin çeçələ barmağından qalmışdır. Təqdim edilmiş fənərin səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 22 avqust 2022-ci il tarixli, 6/4395 nömrəli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X20 və Təqsirləndirilən şəxs məxsus sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata tədim edilmiş, X20 məxsus olduğu qeyd edilən donun səthi üzərində aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürüldüyü qeyd edilən 02 ədəd döşək üzlüklərinin, 02 ədəd yastıq üzlüklərinin, 01 ədəd örtüyünün, 01 ədəd yorğan üzlüyünün, 02 ədəd pərdə hissələrinin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. - 07 oktyabr 2022-ci il tarixli, 5/1062 nömrəli məhkəmə-kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “Multistar” markalı arxa məlumat lövhəsinə görə “6304” modelli 04 ədəd müşahidə kameralarından videogörüntüləri qeydə alan “DVR” tipli cihaz hal-hazırda işlək vəziyyətdədir və cihazda quraşdırılmış tarix (il, ay və gün) göstəricisi real tarixə uyğundur. Lakin saat göstəricisi real saatdan 15 dəqiqə geridir. Aparılan tədqiqatlar zamanı “Multistar” markalı arxa məlumat lövhəsinə görə “6304” modelli cihazın daxili yaddaşında xx.xx.2022-ci il - xx.xx.2022-ci il zaman intervalına aid videogörüntülərin olması müəyyən edilmişdir. Təqdim edilmiş “Multistar” markalı arxa məlumat lövhəsinə görə “6304” modelli 04 ədəd müşahidə kameralarından videogörüntüləri qeydə alan DVR tipli cihazın yaddaşında aparılmış bərpa nəticəsində 01 avqust 2022-ci il saat 06:30-07:50 zaman intervalına aid texniki qeydlər müəyyən edilsə də müxtəlif proqram təminatları vasitəsi ilə həmin fayllar açıldıqda qeyd olunan faylların zədələnməsi və ya formatlarının dəstəklənməməsi səbəbindən daxilinə baxış keçirmək mümkün olmamışdır. - 19 oktyabr 2022-ci il tarixli, 4/1306 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd optik diskdə olan videoyazılarda kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş bir ədəd optik diskdə olan videoyazıların keyfiyyəti saat 06:30-dan 06:55-dək və saat 07:30-dan 07:50-dək G.Əhmədovanın evinə daxil olan və çıxan şəxslərin geyimlərini rəngini və bədən quruluşunu və antrometrik ölçülərini müəyyən etməyə imkan vermir. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11: - 31 avqust 2022-ci il tarixli, 43 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin eksperti) görünür ki, mərhumə X17 meyiti üzərində - alın nahiyəsində iki ədəd əzilmiş - cırılmış yaralar, başın yumşaq toxumaları altına alın və təpə nahiyələrində qansızma və hematomalar, alın və təpə sümüklərinin açıq və qəlpəli sınıqları, baş beyin toxumasının əzilməsi, qansızma və hematomaları bərk mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və ağırlıq dərəcəsinə görə ağır dərəcəli bədən xəsarətlərinə aiddirlər, sol dirsək sümüyünün sınığı bərk mexanizmdən, bərk küt əşyaların təsirindən törənmişdir, eləcə də sol yuxarı ətrafın burularaq sınması nəticəsində əmələ gəlməsi istisna olunmur və ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Hər iki göz yarığını əhatə edən hematomalar bərk mexanizmdən, bərk küt əşyaların təsirindən törənmişlər və ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol dirsək nahiyəsində 1 ədəd deşilmiş, sağ əlin İİİ-İV barmaqlararası nahiyəsinin arxa səthində 1 ədəd cırılmış yarası isə deşici alət təsirindən törənmişlər və sağlam şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sağ saidin aşağı 1/3-də, sağ bazunun aşağı 1/3-nin arxa səthində olan qançırlar və sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. X17 ölümünə almış olduğu xəsarətlər hesabına baş vermiş baş beyin toxumasının əzilməsi, qan itirməsi ilə bağlı travmatik və hemorragik şok səbəb olmuş, ölümün baş vermə müddəti meyitin müayinə gününə, müayinədən 4-5 saat əvvələ uyğun gəlir. X17 meyiti üzərində olan xəsarətlər bərk küt və deşici alət təsirindən törənmişlər. G.Əhmədovanın əynindəki paltarlarda (1 ədəd qısaqol gecə köynəyi və qara tursik) hər hansı bir zədə izləri aşkar edilməmiş, meyitin üzərində olan xəsarətlərin yerləşmə xüsusiyyətlərinə əsasən mərhumla xəsarət yetirənin qarşılıqlı vəziyyətinin üz-üzə olmasına əsas verir. Meyitin sol dirsək və sağ əlində olan yaralar və sağ said nahiyəsində olan qançır və sıyrıq yerləşmə və morfoloji xüsusiyyətlərinə əsasən həmin xəsarətlər mübarizə və özünü müdafiə etmə nəticəsində əmələ gəlməyə xarakterikdirlər. Meyitin üzərində olan xəsarətlərin yerləşmə nahiyələri və yaraların morfoloji xüsusiyyətləri göstərir ki, xəsarətlər öz-özünə yetirməyə xarakterik deyildirlər. Meyitin üzərində zorla cinsi əlaqədə olmağa xarakterik hər hansı bir xəsarət və əlamətlər aşkar olunmamışdır. Zərərçəkmiş şəxsdə qızlıq pərdəsi yerində yoxdur, yeni pozulmaya xarakterik hər hansı bir xəsarət və əlamət aşkar olunmamışdır. Meyitin xarici və daxili müayinəsində ölümündən əvvəl cinsi əlaqədə olmağa xarakterik hər hansı bir əlamət aşkar edilməmişdir. - 31 avqust 2022-ci il tarixli, 01 nömrəli əlavə məhkəmə tibb ekspertizasının rəyindən (meyitin eksperti) görünür ki, mərhumə X4 dirsək nahiyəsində və sağ əlin İİİ-İV barmaqlararası nahiyədə olan xəsarətlər hər hansı bir deşici alət təsirindən əmələ gəlmişlər, eləcə də ekspertizaya təqdim edilmiş bizin təsirindən də törənmələri istisna olunmur, meyitin baş nahiyəsində (alın nahiyəsində) olan iki ədəd xəsarət (yaralar) bərk mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də hadisə yerində yataq otağında olan taxta başlıqlı, dəmir materialdan olan yatağın taxta materialdan olan başlığına və dəmir hissəsinə başının möhkəm güclə vurulması nəticəsində törənmələri inkar edilmir. - 31 avqust 2022-ci il tarixli, 106 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar olunmamışdır. - 13 sentyabr 2022-ci il tarixli, 05 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən (maddi sübutların ekspertizası) görünür ki, cinayət zamanı istifadə olunan bizdə, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan ağ rəngli boyunluq hissədə “SUVARİ” SLİM FİT sözləri yazılmış qollu pambıq “saruçqa”da, 1 cüt qara rəngli üzərində arı şəkli olan ayaqqabıda, 1 ədəd mavi rəngli cins şalvarda, G.Əhmədovanın yataq otağından götürülmüş çarpayısının üzərində olan yataq dəstinin, döşək, balınc, yastıq, adyal, döşəkcə üzlüklərində, pərdəliklərdə, tut ağacının yarpağında və söyüd ağacının budağında, hadisə yerindən götürülmüş nümunələrdə, çarpayının künc hissəsindən götürülmüş saç nümunəsində, G.Əhmədovanın meyitinin tibbi müayinəsi zamanı götürülmüş dırnaq nümunələrində, G.Əhmədovanın əynində olan göyümtül üzərində qara gülləri olan gecə köynəyində və qara rəngli tursiqində aşkar edilən ləkələrin qan olduğu və G.Əhmədovanın qanı ilə eyni olduğu, yəni Oαβ(İ)qan qrupuna aid olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 26 sentyabr 2022-ci il tarixli, 266 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, əldə düzəlmə üsulu ilə biz formasında hazırlanmış predmetdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. Təsərrüfat təyinatlı məişət əşya (mismar) kimi istifadəyə yararlıdır, üzərində sonradan onun təyinatını dəyişən heç bir əlavə dəyişiklik edilməmişdir. - 01 noyabr 2022-ci il tarixli, 298 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxındır, emosional cəhətdən labilliyi (dəyişkənliyi) müşahidə olunur. Onun fərdi-psixi xüsusiyyətlərində laqeydlik, qayğısızlıq, arxayınçılıq, hər xırda məsələdən təsirlənən, tez özündən çıxmaq, hövsələsizlik, dəyişkənlik kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində düşdüyü situasiyaya və hadisə şəraitinə görə yalan danışmağa, özünün xeyrinə ifadələr verməyə, özündən uydurmağa meyllilik əlamətləri üstünlük təşkil edir. O, hadisə barəsində müəyyən informasiya və məlumatları təhrif etməyə meyllidir və hal-hazırda emosional fonu səviyyəcə aşağı olmaqla, onda ruh düşkünlüyü müşahidə olunur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətində heç bir dəyişiklik yaranmamışdır. Onun hadisədən əvvəlki dövrdə emosional halında da hər-hansı ekstremal dəyişikliklərin baş verməsi müşahidə olunmur. Təqsirləndirilən şəxs psixi xüsusiyyətləri və əqli inkişafına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. O, bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Naxçıvan Muxtar Respublikası X5: - 03 oktyabr 2022-ci il tarixli, 66 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlik aşkar olunmamış, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlıdır, o, halhazırda öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir və onun məcburi müalicəyə ehtiyacı yoxdur. - 03 oktyabr 2022-ci il tarixli, 67 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən, alkoqolizm xəstəliyindən əziyyət çəkmir, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – 01 avqust 2022-ci il tarixli baxış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, hadisənin baş verdiyi Şərur rayonu, Püsyan kəndində X1 məxsus olan fərdi yaşayış evinə və həyətinə baxış keçirilmiş, yaşayış evində X17 meyiti müşahidə edilmiş, baxış zamanı mismar, üzərində göy, qırmızı, sarı, çəhrayı naxışları olan əldə tikilmiş parçadan torba, sarı metaldan olan qaşları düşmüş alt hissələri sınmış 2 ədəd üzük, 2 ədəd sarı metaldan olan üst hissəsində 5 guşəli ortası mavi rəngli, onlardan da asılı gülə bənzər ortası qırmızı rəngli sarı metal, 5 guşəli ulduza halqavari şəkildə bərkidilmiş sarı metaldan olan ay şəkilli və alt hissəsi saçaqlı olan sırğalar, qara rəngli sapa düzülmüş üzərində naxışları olan 19 ədəd 8-ə bənzər sarı metaldan olan 1 ədəd boyunbağı, 3 cərgəli sapa düzülmüş qara rəngli muncuqlar arasında düzülmüş 19 ədəd sarı metaldan olan ay ulduz formalı 1 ədəd boyunbağı, qəhvəyi rəngli qadın çantası, qəhvəyi rəngli qadın çantasının içərisindən 30 manat, 1 ədəd **********832909 nömrəli bank kartı, Gülüş Əhmədovaya aid C01939726 nömrəli ümumvətəndaş pasportu, Gülüş Əhmədovanın AZE № 02125535 nömrəli şəxsiyyət vəsiqəsi, ***-***-**-** mobil nömrə kartoçkası, üzərində qanabənzər ləkələr olan 1 ədəd yarpaq, üzərində qanabənzər ləkələr olan sarı və yaşıl rəngli pərdəliklərdən kəsilmiş hissələr, ağ rəngli üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzlükləri, ağ rəngli üzərində qanabənzər ləkələr olan 2 ədəd balınc üzlükləri, qırmızı rəngli üzərində qanabənzər ləkələr olan 2 ədəd yastıq üzlükləri, yaşıl rəngli üzərində qanabənzər ləkələr olan 2 ədəd adyal üzlükləri, qırmızı rəngli üzərində qanabənzər ləkələr olan 2 ədəd döşəkcə üzlükləri, ağ rəngli üzərində qanabənzər ləkələr olan 1 ədəd fənər, üzərində qanabənzər izlər olan 1 ədəd “Huawei” markalı mobil telefon, 1 ədəd 100 manatlıq əsginaz, 1 ədəd 200 manatlıq əsginaz, hadisə yerindəki qanabənzər ləkələrdən DNT çubuğu ilə götürülən nümunələr və çarpayının künc hissəsində olan tük nümunəsi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 01 avqust 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, X17 meyitinə baxış keçirilərkən meyitdə olan xəsarətlərin deşici və bərk küt əşyanın təsirindən törənməyə xarakterikliyi müəyyən olunmuş, hadisə vaxtı onun əynində olmuş qara rəngli tuman və göyümtül rəngli, üzərində qara rəngli gülləri olan mayka müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 04 avqust, 12 avqust və 23 avqust 2022-ci il tarixlərində hadisə baş verdiyi məhəllədə olan müşahidə kamerasına baxış keçirilmiş, baxış zamanı 01 avqust 2022-ci il tarixdə saat 0733-də X30 olması güman edilən, ağ rəngli köynək geyinmiş şəxsin sürətli şəkildə X20 məxsus evin həyətinə daxil olması müəyyənləşdirilmişdir. 05 avqust 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yaşayış sahəsində axtarış aparılarkən Təqsirləndirilən şəxs məxsus ağ rəngli uzun qol ön hissədə 9 ədəd düyməsi olan, boyunluq hissədə “SUVARİ” SLİM FİT XS sözləri olan etiketli sol qol hissəsində yuxarı tikişdən 31 sm aşağıda, aşağı tikişdən 14 sm yuxarıda 9X7 sm ölçüdə talaşəkilli silinmiş (yuyulmuş) qanabənzər ləkələr müşahidə olunan 1 ədəd öndən düymələnən rubaşka, qabaq tərəfdən qara düyməli belində yaşıl, göy və sarı naxışları olan belində “SİZE 32 FASİON “ sözü yazılmış, sol iç ayaq balaq hissədə aşağı tikişdən 3 sm yuxarıda qanabənzər ləkələri olan 1 ədəd boz rəngli şalvar, qara rəngli belində sarı və qara rəngli iplə bərkidilmiş, bel və diz hissələrində cibləri olan içəri tərəfində “SİZE S İSTANBUL” yazılmış 1 ədəd idman şalvarı, mavi rəngli diz hissələri ağarmış, bel hissəsində mavi rəngli süni dəri üzərinə “CLASS DESİGN ZİLLİ” sözü yazılmış ön və arxa tərəfdə cibləri olan belin iç hissəsində “CİNS MADE İN TURKEY SİZE 31” yazılmış etiketi olan, balaq hissəsində qanabənzər ləkələr olan 1 ədəd şalvar, göy rəngdə belin iç hissəsində qara rəngli parça üzərində “H&M” hərfləri həkk olunmuş etiketi olan, belin cib tərəfindən olan iç hissəsində “H&M” V32 L32 yazıları yazılmış etiketi olan 1 ədəd tünd göy rəngdə şalvar, yaşıl rəngdə üzərində “NİKE” qabaritli yazısı olan boynun iç hissəsində “NİKE XXL sözləri yazılmış etiketi olan 1 ədəd qısaqol köynək, sol döş hissəsində “ADİDDAS” sözü yazılmış 2 düyməsi olan ağ rəngdə bir ədəd qısaqol köynək, ön hissədə 8 düyməsi olan pambıq materialda boyun hissədə qara rəngli etiketin üzərində göy hərflərlə “HAVİN COLLECTİON L” yazılmış sol qol hissəsinin yuxarı tikişindən 27 sm aşağıda, aşağı tikişdən 24 sm yuxarıda 7 ədəd, əlavə ətək tərəfində qanabənzər ləkələri 1 ədəd uzunqol köynək, ağ rəngdə boyunluq hissəsində qara parça üzərinə göy rənglə “HAVİN COLLECTİON M” sözü yazılmış 7 ədəd düyməsi olan 1 ədəd uzunqol köynək, qara rəngli dəridən, pəncəsinin üst hissəsində dəmirdən arı şəkli olan, dabanlıq hissələrində qanabənzər ləkələr olan 1 cüt ayaqqabı, qara rəngdə iç hissəsində YZY ultra bost sözləri yazılmış 42 ölçüdə ipli üzərində qanabənzər ləkələri olan 1 cüt idman ayaqqabısı, qara rəngdə, ipli süni dəridən iç hissəsində “LUİS SANTANA” sözləri yazılmış üzərində ağ nöqtələr olan 42 ölçüdə 1 cüt ayaqqabı, üzərində “V FASİON “sözləri yazılmış 42 ölçüdə 1 cüt ayaqqabı, 1 ədəd üzərində okul dəftəri yazılmış içərisində 19 vərəq olan dəftər müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 05 avqust 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə onun ifadəsi X17 yaşayış evində yerində yoxlanılmış, bu zaman video çəkilişdən istifadə olunmuş və cinayət işinə əlavə edilmişdir. 05 avqust 2022-ci il tarixli əşyaya baxış aparılması haqqında protokoldan görünür ki, mərhumə X17 yaşayış evində şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs G.Əhmədovanın mətbəxinin döşəməsində qarpızların yanında cinayəti törədərkən istifadə etdiyi ümumi uzunluğunun 13 sm ölçüdə, tutacaq hissəsi silindrik formalı, sarı rəngli taxta materialdan olmaqla 8 sm, deşici dəmir hissəsinin uzunluğu isə 5 sm ölçüdə olan 1 ədəd biz qablaşdırılaraq götürülmüşdür. 13 avqust 2022-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş vərəqdən məlum olur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılan zaman maddi sübut qismində qablaşdırılaraq götürülmüş dəftərə baxış keçirilmiş, Təqsirləndirilən şəxs borclarının yazıldığı vərəqin surəti çıxarılmışdır. 01 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə onun ifadəsi X17 yaşayış evində yerində yoxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs göstərdiyi kanalın içindəki söyüd ağacının gövdəsinin üzərində qanabənzər ləkələri olan 2 ədəd qurumuş budaqlar kəsilərək maddi sübut olaraq qablaşdırılaraq götürülmüş, ifadənin yerində yoxlanılması zamanı video çəkilişdən istifadə olunmuşdur. 05 sentyabr 2022-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur Rayon Məhkəməsinin 5(110)-03/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs, X13, Şahid9, X1, Şahid11 məxsus mobil nömrələrin məlumat sistemindən çıxarışına baxış keçirilmiş və cinayət işinə əlavə edilmişdir. 22 sentyabr 2022-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur Rayon Məhkəməsinin 5(110)-03/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qərarına əsasən Naxçıvan Şəhər Rabitə İdarəsi tərəfindən çıxarılaraq göndərilmiş Təqsirləndirilən şəxs yaşamış olduğu evə məxsus qayınatası X14 adına olan və mərhumə X17 yaşamış olduğu evə məxsus telefon nömrələrinin məlumat sistemindən çıxarışa baxış keçirilmiş və cinayət işinə əlavə edilmişdir. 19 avqust 2022-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Şərur rayon Püsyan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Gülüş Əhmədova müsbət xarakterizə olunmuşlar. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Məhkəmə baxışında təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr hissə-hissə elan edilərək həmin ifadələrin düzgün olub-olmadığı ondan soruşulmuş, Təqsirləndirilən şəxs hər dəfə “düzdür” cavabını vermiş, lakin sonucda zərərçəkmiş Gülüş Əhmədovanı öldürmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri tamamilə üst-üstə düşüb törətdiyi əməlləri etiraf etsə də, məhkəmə istintaqı zamanı ifadə verərkən “həmin əməlləri törətmədiyini, istintaq müddəti ərzində dəfələrlə yalan ifadə verməsini göstərməsi” özünümüdafə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən və təyin olunacaq cəzadan yayınmasına dəlalət edir. Məlumdur ki, hər hansı istintaq hərəkətinin həyata keçirilməsi zamanı əldə edilmiş məlumatları işdə olan digər sübutlarla tutuşdurmaqla yoxlamaq mümkündür. İstintaq təcrübəsində şübhəli və ya təsqirləndirilən şəxsin ifadələrinin yoxlanılması məqsədilə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilir. Bu istintaq hərəkətini aparmaqla hadisənin baş verdiyi maddi şəraiti daha dərindən tədqiq etmək və ifadəsi yoxlanılan şəxsin dindirmə zamanı verdiyi ifadələri tutuşdurmaq və müqayisə etmək imkanı əldə edilir. İfadənin yerində yoxlanılmasında dindirilən şəxs bu istintaq hərəkətinin məcburi iştirakçısıdır və onun könüllü razılığı olmadan aparıla bilməz. Belə ki, bu istintaq hərəkəti ifadəsi yoxlanılan şəxsin fəal iştirakı ilə aparılır. Məhz bu baxımdan Təqsirləndirilən şəxs dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 05 avqust 2022-ci il tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması və 01 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmişdir. Bu barədə tərtib olunmuş protokollardan və həmin protokollara əlavə olunmuş video çəkilişlərdən məlum olur ki, Təqsirləndirilən şəxs sərbəst, heç bir təsir və təzyiq olmadan, onun hüquqlarını müdafiə edən müdafiəçisinin iştirakı ilə Şərur rayonu, Püsyan kəndində yaşayan X17 yaşayış evinə qanunsuz daxil olmaqla əvvəlcədən sonuncunun evində işləyərkən stolun örtüyünün altında gördüyü 200 manatadək pulu gizli olaraq talamaq məqsədilə 01 avqust 2022-ci il tarixdə, saat 06-07 radələrində özünün yaşadığı evdən çıxıb əvvəl yavaş, sonra isə cəld addımlarla gedərək həyətin giriş qapısından Gülüş Əhmədovaya məxsus yaşayış sahəsinə və oradan evin açıq eyvanına daxil olmasını, eyvanda olan stolun üzərindəki taxta materialdan hazırlanmış, məişət təyinatlı mismardan ibarət, ucu itilənmiş bizi götürməsini, yaşayış evinin giriş qapısının yanına yaxınlaşaraq əvvəlcə Gülüş Əhmədovanın evdə olub-olmamasını dəqiqləşdirmək üçün asta səslə onu çağırmasını, səs gəlmədikdə Gülüş Əhmədovanın evdə olmadığını və ya yatdığını güman etməsini, əli ilə güc tətbiq etməklə evin giriş qapısını açmasını, həmin vaxt qapının çərçivəsində olan mismarın çıxaraq yerə düşməsini, bu zaman Gülüş Əhmədovanın yataq otağından səsini eşidib onun olduğu otağa daxil olmasını, Gülüş Əhmədovaya borc pul almağa gəldiyini bildirməsini, Gülüş Əhmədovanın ona “səni polisə verəcəm, belə borc istəmək olmaz” deyərək əlini onun boğazına atmaq istədiyini, həmin vaxt sol əli ilə Gülüş Əhmədovanın sol qolundan tutaraq sağ əlindəki bizlə ona sol dirsək, sağ əl və sağ said nahiyələrindən zərbələr vurmasını, sonra sol qolundan tutub buraraq sol dirsək sümüyünün sınığı xəsarətini yetirməsini, daha sonra Gülüş Əhmədovanı üzüstə pəncərəyə tərəf olan çarpayı istiqamətində itələyib başının təpə nahiyəsini çarpayının baş hissəsində olan taxtanın küncünə çırpmasını, sonuncunun aldığı xəsarətlərdən çarpayının yanında huşunu itirərək yerə yıxıldığını, onun öldüyünü yəqin edib səs-küyə ətrafdan kənar şəxslərin gələ bilmə ehtimalını fikirləşdiyini, hər hansı əmlak götürmədən əlindəki bizi mələfəyə silərək mətbəxə atdığını və evi tərk etdiyini, həyətə düşüb balkonun yanında olan kəsilmiş tut ağacından bir yarpaq qopardaraq əlinin üstündəki qanı silib 5-10 metr kənarda yerləşən ağacların arasına, çəpərin yanına atdığını, kənd sakinlərinin onu görməsindən ehtiyatlanaraq Gülüş Əhmədovanın həyətinin aşağısı ilə digər məhəlləyə keçib köhnə qəbiristanlığın yanı ilə kanala tərəf getdiyini, yaşadığı evin həyətinə kanal tərəfdən keçdiyi zaman kanalın üst iç tərəfində olan söyüd ağacından tutduğunu, bu zaman əlindəki qan ləkəsinin söyüd ağacının qurumuş budağına dəydiyini, yaşadığı evə qayıtdığını, sonra Gülüş Əhmədovanın evini kənardan müşahidə edib evə heç kimin gəlmədiyini gördüyünü və hər hansı səs-küyün olmasını eşitmədiyini, evdən pul götürə bilmədiyindən əmlak ələ keçirməklə bağlı niyyətini davam etdirərək az sonra saat 07 radələrində yenidən qaçaraq Gülüş Əhmədovanın evinə daxil olduğunu, qonaq otağında masanın üstündə olan qadın əl çantalarında və masanın örtüyünün altında pul axtardığını, bu vaxt yataq otağından xırıltılı səs gəldiyini eşidib həmin otağa gedərək Gülüş Əhmədovanın ölmədiyini və çarpayının yanında yerdə oturan vəziyyətdə gördüyünü, Gülüş Əhmədovaya yaxınlaşıb onun qolundan və saçından tutub başını zərblə çarpayının dəmir künc hissəsinə vurduğunu, sonra Gülüş Əhmədovanın öldüyünə əmin olaraq sonuncunun yaşadığı evdən hər hansı məbləğdə pul tapa bilməyib hadisə yerini tərk etdiyini və s. deyib göstərmiş, ümumiyyətlə cinayət yerinə necə, neçə dəfə, haradan getməsi, hadisənin baş verdiyi evdə hansı hərəkətləri etməsi, öz hərəkətlərinin xarakteri barədə danışmış, cinayəti törədərkən istifadə etdiyi aləti – bizi haradan götürməsi, həmin bizlə və əlləri ilə zərərçəkmişə necə, hansı şəraitdə xəsarətlər yetirməsi, sonra həmin bizin dəstək hissəsindən əl-barmaq izlərini mələfə ilə silib onu mətbəxdə haraya atması və cinayət əməllərini törətdikdən sonra birinci və ikinci dəfə evi hansı yolla tərk edib getməsi haqqında məlumat vermiş, öz dediklərini təsdiq etmək üçün ayrı-ayrı hərəkətləri nümayiş etdirmişdir. Şahid9 ifadəsində “01 avqust 2022-ci il tarixdə deyil, 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək turnik düzəltməyi xahiş etməsini”, “hadisə günü isə səhər çöldə Mübariz adlı şəxsin presini yığarkən saat 08 radələrində Nicatın ona zəng edib salamlaşdıqdan sonra “qonşumuz rəhmətə gedib, gedək, qəbiristanlıqdan cənazəni və dəmirləri gətirək” deməsini göstərsə də, Təqsirləndirilən şəxs bununla bağlı ifadəsində məhz hadisə baş verən gün səhər saat 08 radələrində Şahid9 zəng vuraraq turniki düzəltməyi xahiş etməsini bildirmişdir. Lakin iş üzrə şahid qismində dindirilmiş Şahid13 və onun oğlu Şahid23 ifadələri ilə də N. Abasovun həmin halla bağlı dedikləri təkzib olunmuşdur. Belə ki, şahidlər Şahid13 və Şahid23 ifadələrində N. Abbasovun hadisə olan gün deyil, 27 iyul 2022-ci il tarixdə turnik düzəltmək üçün onlardan turba istəməsini göstərmişlər. "xxxx" MMC mobil operatoru xidmətinin elektron bazasında da Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə Şahid9 zəng etməsi öz əksini tapmışdır. Həmçinin şahid qismində dindirilmiş (ekspert) X16 ifadəsində təxminən hadisədən beş gün sonra hadisə yerində ifadələrin alınması zamanı iştirak etməsinin lazım olmasının ona bildirildiyini, buna görə də hadisə yerinə getdiyini, orada olarkən Təqsirləndirilən şəxs da oraya gətirildiyini, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini, evə haradan daxil olmasını, hadisəni necə törətməsini, Gülüş Əhmədova ilə aralarında olan dialoqları, onun başını “krovat”a vurmasını, qadın onun üstünə gəldikdən sonra yenidən ona xəsarət yetirməsini, qadının qolundan necə yapışmasını, bizlə onun sağ əlinə necə xəsarət yetirməsini, hətta onun qolunu buranda dirsək sümüyünün sınması səsini eşitməsini, onu itələyib yıxmasını dəqiqliklə aydın şəkildə danışmasını, həmin vaxt Təqsirləndirilən şəxs heç bir təzyiq-təsir olmadığını, onun törətdiyi əməli səmimi etiraf etdiyini, hətta “bilməmişəm, səhv etmişəm, Allahın işidir, belə oldu” deyə söylədiyini göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı heç bir təsir və təzyiqə məruz qalmadan dəfələrlə verdiyi etirafedici ifadələri, 05 avqust 2022-ci il tarixdə mərhumə X17 yaşayış evində şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərkətinin video çəkilişi zamanı Təqsirləndirilən şəxs G.Əhmədovanın mətbəxinin döşəməsində cinayəti törədərkən istifadə etdiyi 1 ədəd bizi və əlinin üstündəki qanı silib ağacların arasına, çəpərin yanına atdığı tut yarpağını göstərməsi, məhkəmə-daktiloskopik ekspertizasının rəyinə görə, tədqiqata təqdim edilmiş həmin bizin səthindəki əl-barmaq izinin Təqsirləndirilən şəxs əlinin çeçələ barmağından qalması, 01 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin aparılması və video şəkilişi zamanı Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra yaşadığı evə qayıdarkən kanalın içində olan söyüd ağacının gövdəsinin üzərində əlindəki qan ləkəsinin dəydiyi qanabənzər ləkələr olan 2 ədəd qurumuş budağı göstərməsi, məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən cinayətin törədilməsi zamanı istifadə olunan bizdə, tut ağacının yarpağında və söyüd ağacının budağında, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş ağ rəngli, boyunluq hissədə “SUVARİ” SLİM FİT sözləri yazılmış, qollu pambıq “saruçqa”da, 1 cüt qara rəngli üzərində arı şəkli olan ayaqqabıda, 1 ədəd mavi rəngli cins şalvarda aşkar edilən ləkələrin qan olması və Gülüş Əhmədovanın qanı ilə eyni olması, yəni Oαβ(İ) qan qrupuna aidliyi, lifli materialların tədqiqi ekspertizasının rəyinə görə tədqiqata təqdim edilmiş, X20 məxsus olduğu qeyd edilən donun səthi üzərində aşkar edilmiş boz rəngli poliester kimyəvi liflərin cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlməsi və yuxarıda göstərilən işin faktiki halları təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübut edir. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.6, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.2.6, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə, 181.3.3-cü maddəsinidə nəzərdə tutulmuş cinayətin törədilməsi on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islsh olunmasıına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, müsbət xarkterizə olunmasını, gəncliyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Şərur Rayon Məhkəməsinin 4(110)-03/2022 nömrəli, 06 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilsə də o, faktiki olaraq 01 avqust 2022-ci il tarixdən Şərur rayon Polis şöbəsində saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 01 avqust 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Cinayət işi üzrə maddi sübut olan hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 1 ədəd mismar, qan nümunələri, çarpayının künc hissəsindən götürülmüş saç nümunəsi, ümumi uzunluğu 128 mm, dəstəyinin uzunluğu 80 mm, diametri 20 mm, yəni deşici hissəsinin uzunluğu 48 mm, diametri 4 mm olan biz, tut ağacının yarpağı 1 ədəd, söyüd ağacının budaqları 2 ədəd, yataq otağının çarpayısının üzərində olan balıncın üzlüyünün kəsilmiş hissələri, pərdələrin kəsilmiş hissələri məhv edilməlidir. - X17 yataq otağının çarpayısının üzərində olan yastıq üzlükləri, adyal, döşəkcə üzlükləri, G.Əhmədovanın “Huawey” markalı telefonu, Gülüş Əhmədovanın meyitinə baxış zamanı götürülmüş göyümtül üzərində qara gülləri olan gecə köynəyi və qara rəngli tursiki zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus “Samsung J4” markalı və “Nokia” markalı telefonları, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilərkən götürülmüş hadisə vaxtı əynində olmuş ağ rəngli boyunluq hissədə “suvari” slim fit sözləri yazılmış qollu pambıq “saruçka”, 1 cüt qara rəngli üzərində arı şəkli olan ayaqqabı, 1 ədəd bel hissəsində mavi rəngli süni dəri üzərinə “class design zilli” sözü yazılmış cins şalvar təqsirləndirilən şəxsin arvadı X24 qaytarılmalıdır. Təqsirləndirilən şəxs Gülüş Əhmədovanın başını çırparaq qəsdən öldürmək üçün istifadə etdiyi çarpayı öz xüsusiyyətinə, əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, həcmi böyük olduğundan cinayət işinin materiallarına əlavə edilərək məhkəməyə göndərilməsi mümkün olmadığından iş üzrə məhkəmədə yekun qərar çıxarılanadək olduğu yerdə mühafizəsi təmin olunmaqla zərərçəkmiş şəxsin hüquqi varisinə saxlanışa verildiyindən həmin çarpayı hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə qaytarılmalıdır. 13 avqust 2022-ci il tarixli aktdan görünür ki, 1 avqust 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş X1 məxsus olan sarı metaldan olan qaşları düşmüş alt hissələri sınmış 2 ədəd üzük, 2 ədəd sarı metaldan olan üst hissəsində 5 guşəli ortası mavi rəngli, onlardan da asılı gülə bənzər ortası qırmızı rəngli sarı metal, 5 guşəli ulduza halqavari şəkildə bərkidilmiş sarı metaldan olan ay şəkilli və alt hissəsi saçaqlı olan sırğalar, qara rəngli sapa düzülmüş üzərində naxışları olan 19 ədəd 8-ə bənzər sarı metaldan olan 1 ədəd boyunbağı, 3 cərgəli sapa düzülmüş qara rəngli muncuqlar arasında düzülmüş 19 ədəd sarı metaldan olan ay ulduz formalı 1 ədəd boyunbağı, 1 ədəd 100 manatlıq əsginaz, 1 ədəd 200 manatlıq əsginaz, 1 ədəd 20 manatlıq əsginaz, 1 ədəd 10 manatlıq əsginaz olmaqla ümumi olaraq 330 manat pul, 02 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 1 avqust 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş X1 məxsus olan üzərində göy, qırmızı, sarı, çəhrayı naxışları olan əldə tikilmiş parçadan torba, qəhvəyi rəngli qadın çantası, 1 ədəd **********832909 nömrəli bank kartı, ***-***-**-** mobil nömrə kartoçkası zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X9 təhvil verilmişdir. 02 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 05 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı yaşayış sahəsində axtarış aparılarkən Təqsirləndirilən şəxs məxsus belində “SİZE 32 FASİON “ sözü yazılmış 1 ədəd boz rəngli şalvar, içəri tərəfində “SİZE S İSTANBUL” yazılmış 1 ədəd idman şalvarı, belin cib tərəfindən olan iç hissəsində “H&M” V32 L32 yazıları yazılmış 1 ədəd tünd göy rəngdə şalvar, yaşıl rəngdə üzərində “NİKE” qabaritli yazısı olan 1 ədəd qısaqol köynək, sol döş hissəsində “ADİDDAS” sözü yazılmış ağ rəngdə bir ədəd qısaqol köynək, qara rəngli etiketin üzərində “HAVİN COLLECTİON L” sözü yazılmış 1 ədəd uzunqol köynək, ağ rəngdə boyunluq hissəsində “HAVİN COLLECTİON M” sözü yazılmış 1 ədəd uzunqol köynək, qara rəngdə iç hissəsində YZY ultra bost sözləri yazılmış 1 cüt idman ayaqqabısı, qara rəngdə, iç hissəsində “LUİS SANTANA” sözləri yazılmış 1 cüt ayaqqabı, üzərində “V FASİON “sözləri yazılmış 1 cüt ayaqqabı, 1 ədəd üzərində okul dəftəri yazılmış içərisində 19 vərəq olan dəftər Təqsirləndirilən şəxs anası X18 təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AZE C03021811 nömrəli pasportu cəzanı icra edən müəssisəyə, SX ******* nömrəli hərbi bilet Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə göndərilməlidir. X1 məxsus AZE 02125535 nömrəli şəxsiyyət vəsiqəsi Şərur Rayon Polis İdarəsinin Qeydiyyat və X25, AZE C01939726 nömrəli pasportu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X26 göndərilməlidir. İstintaq hərəkətlərini özündə əks etdirən 7 (yeddi) ədəd CD, ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD, 1 (bir) ədəd flaş disk və 1 (bir) ədəd daktilolent cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə lifli ekspertizasına görə 154 (bir yüz əlli dörd) manat, məhkəməfonoskopik ekspertizasına görə 200 (iki yüz) manat və kompüter texniki ekspertizasına görə 80 (səksən) manat, ümumilikdə 434 (dörd yüz otuz dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə oluna biləcək əmlakı yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə təqsirli bilinib 15 (on beş) il müddətinə, 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 1 ədəd mismar, qan nümunələri, çarpayının künc hissəsindən götürülmüş saç nümunəsi, ümumi uzunluğu 128 mm, dəstəyinin uzunluğu 80 mm, diametri 20 mm, yəni deşici hissəsinin uzunluğu 48 mm, diametri 4 mm olan biz, tut ağacının 1 ədəd yarpağı, söyüd ağacının 2 ədəd budağı, yataq otağının çarpayısının üzərində olan balıncın üzlüyünün kəsilmiş hissələri, pərdələrin kəsilmiş hissələri məhv edilsin. - X17 yataq otağının çarpayısının üzərində olan yastıq üzlükləri, adyal, döşəkcə üzlükləri, G.Əhmədovanın “Huawey” markalı telefonu, Gülüş Əhmədovanın meyitinə baxış zamanı götürülmüş göyümtül üzərində qara gülləri olan gecə köynəyi və qara rəngli tursiki zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus “Samsung J4” və “Nokia” markalı telefonlar, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilərkən götürülmüş, hadisə vaxtı əynində olmuş ağ rəngli, boyunluq hissədə “suvari” slim fit sözləri yazılmış, qollu pambıq “saruçka”, 1 cüt qara rəngli, üzərində arı şəkli olan ayaqqabı, 1 ədəd bel hissəsində mavi rəngli süni dəri, üzərinə “class design zilli” sözü yazılmış cins şalvar təqsirləndirilən şəxsin arvadı X24 qaytarılsın. İş üzrə maddi sübut olan və hadisə yerində saxlanılan bir ədəd çarpayı zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AZE C03021811 nömrəli pasportu cəzanı icra edən müəssisəyə, SX ******* nömrəli hərbi bilet Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə göndərilsin. X1 məxsus AZE 02125535 nömrəli şəxsiyyət vəsiqəsi Şərur Rayon Polis İdarəsinin Qeydiyyat və X25, AZE C01939726 nömrəli pasportu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X26 göndərilsin. İstintaq hərəkətlərini özündə əks etdirən 7 (yeddi) ədəd CD, ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD, 1 (bir) ədəd flaş disk və 1 (bir) ədəd daktilolent cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə lifli ekspertizasına görə 154 (bir yüz əlli dörd) manat, məhkəmə-fonoskopik ekspertizasına görə 200 (iki yüz) manat və kompüter texniki ekspertizasına görə 80 (səksən) manat, ümumilikdə 434 (dörd yüz otuz dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə oluna biləcək əmlakı yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İsfəndiyar Nağıyev Hakimlər: 1 Səxavət Bəylərli
2. Faiq Heydərov