Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-10/2023 05.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 01 noyabr 1984-cü ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikasının İğdır şəhəri, X7 kəndi 417 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib geyinmiş olduğu gödəkcənin sağ cibində siqaret qutusunun içərisində gizlədərək daşımış, 26 fevral 2023-cü il tarixdə saat 20 radələrində X6 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, həmin vaxt onun üzərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin X6nun əməkdaşları tərəfindən şəxsi yoxlama aparılarkən həmin 01 ədəd sellofan paketdə təmiz çəkisi 1.452 qram olan xırdalanmış bitki mənşəli narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd sellofan paketdə 1-ci paketin təmiz çəkisi 1.233 qram, 2-ci paketin təmiz çəkisi 0.635 qram, 3-cü paketin təmiz çəkisi 0.606 qram, 4-cü paketin təmiz çəkisi 0.592 qram ümumilikdə təmiz çəkisi 3.066 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6.199 qram olan yaşımtıl-qəhvəyi rəngli qətranabənzər narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İranda olarkən iki il yarımdır tanıdığı, əvvəllər də narkotik maddə aldığı Hüseyn adlı şəxsdən dörd qram metamfetamin, əlavə olaraq tiryək və marixuana almış, metamfetaminin bir qramını İranda istifadə etmiş, iki qramını isə bacısı oğlu Cəlal üçün gətirmişdir. İranda olarkən metamfetamin narkotik vasitəsini şüşə kolba ilə tüstüsünü burnuna çəkməklə istifadə etdikdən sonra şüşəni maşından çölə atmaq istəsə də, çölə düşməmiş və maşının oturacağının üzərində qalmışdır. Gömrükdə əvvəlcə maşının çölünə baxış keçirilmiş, daha sonra içərisində axtarış aparılmış və gömrük işçisi maşının oturacağının üzərində şüşəni görüb nə olduğunu soruşmuş, o isə narkotik maddə qəbul edərkən istifadə etdiyini söyləmiş, sonra gömrük işçisi ondan üzərində narkotik maddə olub olmamasını soruşduqda qorxduğu üçün əvvəlcə cavab verməmiş, ikinci dəfə soruşduqda cibində narkotik olmasını demişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, 5 ildir sürücülük edir. Uzun yol gedib-gəldiyi üçün psixoloji problemləri və sıxıntıları olmuş, rahatlamaq üçün narkotik vasitədən istifadə etmişdir. Həmçinın Təqsirləndirilən şəxs gömrükdən üzərində narkotik vasitə keçirməyin cinayət olduğunu bilməsini və tutduğu əməldən peşman olmasını söyləmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 26 fevral 2023-cü il tarixdə axşam saatlarında Türkiyə vətəndaşı idarə etdiyi 76AAD225/04D5619 qeydiyyat nömrəli nəqliyyat vasitəsini qeydiyyatdan keçirib pasport nəzarətindən keçdikdən sonra sürücüyə yaxınlaşıb onunla söhbət etməyə başlamış, daha sonra maşının çölünə baxış keçirmiş və maşında qadağan olunmuş nə isə olub-olmamasını soruşmuş, sürücü isə heç nəyin olmadığını bildirmişdir. Maşının içərisində axtarış aparan zaman şüşə qırıqları aşkar olunmuş, həmin şüşə qırıqlarının nə olmasını soruşduqda sürücü cavab verməmiş, şüşədən narkotik maddə qəbulu zamanı istifadə etdiyini təxmin edərək üzərində narkotik maddə olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əvvəlcə cavab verməmiş, ikinci dəfə soruşduqda əlini cibinə salıb nə isə çıxarmaq istəyən zaman şəxsi yoxlama otağına getməsini söyləmişdir. Şəxsi yoxlama otağında üzərindəkiləri çıxarmasını təklif etmiş, Təqsirləndirilən şəxs də hal şahidlərinin iştirakı ilə içərisində narkotik vasitələri gizlətdiyi siqaret qutusunu gödəkçəsinin cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitələr və psixotrop maddə tərəzidə çəkilib qablaşdırılmış, protokol tərtib olunaraq imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 26 fevral 2023-cü il tarixdə axşam saatlarında Muxtarla anbarda yük boşaldarkən gömrük əməkdaşı Şahid1 onların yanına gələrək İrandan gələn yük maşınına baxış keçiriləcəyini bildirmiş və onların hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Şahid1 Təqsirləndirilən şəxs maşında qadağan olunmuş nə isə olub-olmamasını soruşduqda o heç nəyin olmamasını bildirmiş, maşının içərisində axtarış aparılan zaman oturacağın üzərində aşkar olunmuş şüşə qırıqları barədə soruşduqda isə cavab verməmişdir. Təqsirləndirilən şəxs şəxsi yoxlamanın aparılması məqsədilə şəxsi yoxlama otağına dəvət olunmuş, üzərində nə varsa stolun üzərinə qoyması təklif edilmiş, o isə içərisində 3 bağlama narkotik vasitəyə bənzər maddə olan siqaret qutusunu cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bağlamalar gömrük işçiləri tərəfindən tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş və sənədləşdirildikdən sonra imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 digər hal şahidi Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 222 nömrəli, fiziki-kimyəvi və bioloji ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs geyinmiş olduğu gödəkçənin sağ cibindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan paketdə, bükümlə birlikdə çəkisi 2,7 qram, təmiz çəkisi 1,452 qram xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı, İ bənd, sıra №146); 04 ədəd sellofan paketdə bükümlə birlikdə çəkisi 4 qram, təmiz çəkisi 3,066 qram rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı, İİ bənd, sıra №27); 01 ədəd sellofan bükümdə bükümlə birlikdə çəkisi 8,6 qram, təmiz çəkisi 6,199 qram olan yaşılımtıl-qəhvəyi rəngli qətranabənzər maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Həşiş qətranı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı, İ bənd, sıra №56). Ekspertizanın keçirilməsi zamanı: - tədqiqata 0,05 qram miqdarda marixuana sərf olunmuş, 1,402 qram miqdarda marixuana narkotik vasitəsi; - tədqiqata 0,05 qram miqdarda metamfetamin sərf olunmuş, 3,016 qram miqdarda metamfetamin psixotrop maddəsi; - tədqiqata 0,02 qram miqdarda həşiş qətranı sərf olunmuş, 6,179 qram miqdarda həşiş qətranı narkotik vasitəsi qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası X2 31 mart 2023-cü il tarixli, 70 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamin və konnobinoid narkotik maddələrinin istifadəsi nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı vardır. Naxçıvan Muxtar Respublikası X2 31 mart 2023-cü il tarixli, 69 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - 27 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 76AAD225/04D5619 nömrə nişanlı, "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir şey olmadığını bildirmiş, həmin avtomobil iki hal şahidinin iştirakı ilə gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, sərnişin oturacağının üzərində psixotrop maddə istifadəsi üçün olan istifadə edilmiş kolba parçası və alt yatağın döşəyinin altından isə 1 (bir) ədəd psixotrop maddə istifadəsi üçün olan istifadə edilməmiş kolba aşkarlanmış, aşkar edilən predmetlər Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmışdır. 27 fevral 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində iki hal şahidinin iştirakları ilə şəxsi yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs geyinmiş olduğu gödəkçənin sağ cibindən 1 (bir) ədəd psixotrop maddə istifadəsi üçün olan istifadə edilmiş kolba, 1 (bir) ədəd üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisindən 1 (bir) bağlamada kəskin iyli, açıq yaşıl rəngli, ot halında təxmini çəkisi 2,7 qram; 1 (bir) bağlamada kəskin iyli, tünd qəhvəyi rəngli təxmini çəkisi 8,6 qram; 4 (dörd) bağlamada ağ rəngli, iysiz, duz kristalı formasında ümumilikdə təxmini çəkisi 4 qram (bağlama №1: 1,5 qram; bağlama №2: 0,9 qram; bağlama №3: 0,8 qram; bağlama №4: 0,8 qram) olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütlələr aşkarlanmış, aşkar edilən predmetlər Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmışdır. Həmçinin şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus 1 ədəd “Redmi Note 11S” markalı, İMEİ1: **********37904/78; İMEİ2: **********37912/78 nömrəli qara rəngli mobil telefon, 1 ədəd “Xiaomi 11 Lite” markalı, İMEİ1: **********53711/00; İMEİ2: **********53729/00 nömrəli mobil telefon, xarici vətəndaşa məxsus U26949404 nömrəli pasport götürülmüşdür. 10 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, 27 fevral 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokola əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ona məxsus olan “Xiaomi 11 Lite ” və “Redmi Note 11S” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı “Xiaomi 11 Lite” markalı mobil telefonda iş üçün əhəmiyyətli olan heç nə aşkar edilməmiş, “Redmi Note 11S” markalı mobil telefonda isə “Whatsapp” proqramının mesajlar bölməsindən aşkar olunan yazılı və səsli mesajlar, həmçinin zənglər bölməsindən aşkar olunan gedib-gələn zənglər iş üçün əhəmiyyətli olduğundan həmin bölmənin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. 27 mart 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.4.3-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması isə külli miqdardır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılan 1.402 qram qurudulmuş marixuana, 3.016 qram metamfetamin və 6.179 qram həşiş qətranı psixotrop maddə müsadirə olunaraq, Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş 2 ədəd şüşə kolba və 1 ədəd şüşə kolba parçası, həmçinin narkotik vasitələrin və psixotrop maddənin yerləşdirildiyi 1 ədəd “kent” markalı siqaret qutusu məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus - 1 ədəd “Xiaomi 11 Lite” və 1ədəd “Redmi Note 11S”, markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus U 26949404 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2-348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılan 1.402 qram qurudulmuş marixuana, 3.016 qram metamfetamin və 6.179 qram həşiş qətranı psixotrop maddə müsadirə olunaraq, Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş 2 ədəd şüşə kolba və 1 ədəd şüşə kolba parçası, həmçinin narkotik vasitələrin və psixotrop maddənin yerləşdirildiyi 1 ədəd “kent” markalı siqaret qutusu məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus - 1 ədəd “Xiaomi 11 Lite” və 1ədəd “Redmi Note 11S”, markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 26949404 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov