Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-10/2024 06.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və tərçüməçi X6 iştirakları ilə 09 noyabr 1989-cu ildə Türkiyə Respublikası, Mardin şəhəri, Derik rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, qoşqulu nəqliyyat vasitəsi sürücüsü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikasının Mardin şəhəri, Derik rayonu, Beş budaq küçəsi, 11/1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Belə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi ilə qurudulmuş marixuana narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib bükümlərdə idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində gizlədib saxlayaraq daşımaqla, xx.xx.2023-cü il tarixdə, saat təxminən 15:00-da Naxçıvan MR, Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33CRH24/31AH548 dövlət qeydiyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı avtomobilin kabinində orta hissədə olan günəşlik örtüyünün arxasından bir bükümdə şəffaf sellofona bükülmüş təmiz çəkisi 0.755 qram, göstəricilər panelinin çərçivəsinin arxasındakı boşluqdan bir ədəd alüminium falqanın içərisində olan 3 ədəd sellofan bükümdə təmiz çəkiləri ayrı-ayrılıqda 18.716 qram, 14.069 qram və 1.857 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış ümumilikdə təmiz çəkisi 35.397 qram külli miqdarda psixotrop maddə metamfetamin, sükanın arxa hissəsindəki boşluqdan isə 2 ədəd sellofan paketdə təmiz çəkiləri ayrı-ayrılıqda 1.454 qram və 2.109 qram olan ümumilikdə təmiz çəkisi 3.563 qram narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Naxçıvan MR, Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getmək istəmişdir. İran İslam Respublikasında olarkən qış aylarında yaşadığı Mardin şəhərinə çox qar yağdığı üçün buraya uzun müddət gəlməyəcəyini və Türkiyə Respublikasında psixotrop maddə və narkotik vasitələrin qiymətinin baha olduğunu düşünərək İranda benzin satan tanımadığı iki ayrı şəxsdən təxminən 2 ay müddətində istifadə edə biləcəyi miqdarda psixotrop maddə və narkotik vasitəni öz istifadəsi üçün almışdır. Şirkətə məxsus olan idarə etdiyi tırı yüklə birlikdə müəyyən olunan qısa müddət ərzində ünvana çatdırmaq üçün dayanmadan hərəkət etmək lazım gəldiyindən və 9 saatdan artıq tırı idarə etmək olmadığından yolda yuxulamamaq üçün psixotrop maddə istifadə etmişdir. Həmçinin 10 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, 1 ay müddətində isə psixotrop maddə istifadə etməyə başladığını, 3 ildir sürücü işlədiyini, gömrükdə saxlanılan zaman ona hər hansı təzyiq göstərilmədiyini, gömrük işçisi tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsindən bükümlərin aşkar edilərək götürüldüyünü, sonuncu bükümü isə özünün könüllü olaraq gömrük işçisinə təqdim etdiyini, heç kimə narkotik vasitə, psixotrop maddə satmadığını və vermədiyini bildirmişdir. Psixotrop maddəni və narkotik vasitəni aldığı kimi saxlamış, ayrı-ayrı bükümlərə bölməmiş, sadəcə nəqliyyat vasitəsinin müxtəlif yerlərinə qoymuşdur. İlk dəfə olaraq İrandan narkotik vasitə və psixotrop maddə almış, Türkiyədə olarkən Mardindən, İstanbuldan aldığı narkotik vasitələrdən rahat şəkildə istifadə etmiş, Azərbaycanda və İranda qadağan olduğunu bilməmiş, törətdiyi əməldən çox peşman olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 noyabr 2023-cü il tarixdə, saat 14:00 radələrində İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçən Türkiyə Respublikası vətəndaşı X9 şübhəli əsaslar müəyyən etmiş, bundan sonra əsaslı baxış keçirmək qərarına gəlmiş, bir büküm metamfetamin psixotrop maddəsini maşının sağ tərəfdəki günlük hissəsindən, 3 büküm qurudulmuş marixuana narkotik vasitəsini isə sürətlər qutusunun cihazlar panelindəki plastik yerdən və 2 bükümü isə maşının rolunun aşağı hissəsindən qara sellofana bükülmüş halda aşkar edərək sənədləşdirib götürmüşlər. X10 baxış keçirilən zaman hüquq və vəzifələri izah olunmuş, video çəkiliş aparılması barədə məlumat verilmiş, üzərində və ya nəqliyyat vasitəsində qanunla qadağan edilmiş nəisə olub-olmadığı soruşulmuş, o isə heçnə olmadığını bildirmişdir. O, nəqliyyat vasitəsinin yoxlanması zamanı gömrük işçilərinə qarşı təsir və təzyiq göstərməmiş, gizlədilmiş narkotik vasitə və psixotrop maddələr aşkarlandıqdan sonra sonuncu bükümü könüllü olaraq təqdim etmiş, aşkarlanan bükümlərin öz istifadəsi üçün olduğunu bildirmişdir. Nəqliyyat vasitısinə ətraflı baxış zamanı əlavə nəisə aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 14 noyabr 2023-cü il tarixli, 1125-1126 nömrəli fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş: - 04 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 18,716 qram, - 14,069 qram, - 1,857 qram, - 0,755 qram olmaqla ümumilikdə təmiz çəkisi - 35,397 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir ( İ siyahı, İİ bənd, sıra №27) - 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri - 1,454 qram, - 2,109 qram olmaqla ümumilikdə təmiz çəkisi 3,563 qram olan yaşılımtıl rəngli xırdalanmış bitki mənşəlli kütlələr narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir ( İ siyahı, İ bənd, sıra № 146) Tədqiqata daxil olmuş 02 ədəd toxumlar əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumlarıdır və həmin toxumların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və narkotik vasitə sayılmır. Aşkar olunaraq götürülmüş təmiz çəkisi 35.397 qram olan metamfetamin psixotrop maddənin 0,08 qramı kimyəvi ekspertiza zamanı tədqiqata sərf edilmişdir, qalıq 35.317 qramdır, təmiz çəkisi 3.563 qram olan qurudulmuş marixuana narkotik vasitəsinin 0,04 qramı tədqiqata sərf edilmişdir və qalıq 3.523 qramdır. Naxçıvan Muxtar Respublikası X2: - 28 noyabr 2023-cü il tarixli, 388 nömrəli X8 yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə olan qurudulmuş marixuana və metamfetaminin istifadəçisidir, narkomaniya xəstəliyinə tutulmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. - 14 dekabr 2023-cü il tarixli, 422 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında olmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkələri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - - 13 noyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33CRH24/31AH584 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz markalı yük nəqliyyat vasitəsinin kabininin içərisində olan sellofan paketdəki tullantıların arasından, üzərində “Turkay” yazısı olan kofe paketinin içərisindən bitki mənşəli narkotik vasitəyə məxsus olması ehtimal edilən 2 ədəd toxum və psixotrop maddə istifadə edilməsi üçün kustar üsulla hazırlanmış alətin hissəsi olan 2 ədəd əzilmiş plastik butulka, 1 ədəd uc hissəsi sınmış spiralvari şüşə boru, həmin borunun sınmış hissəsi və 2 ədəd qara rəngli plastik boru aşkar edilmişdir. Sonra aparılmış ətraflı yoxlama zamanı kabində orta hissədə olan günəşliyin üzərindəki örtüyün arxasından şəffaf sellofana bükülmüş halda ağ rəngli, duz kristalı halında, iysiz sellofanla birlikdə çəkisi 1,364 qram olan 1 büküm, göstəricilər panelinin çərçivəsinin arxasındakı boşluqdan isə 1 ədəd aluminium falqanın içərisində şəffaf sellofana bükülmüş halda ağ rəngli, duz kristalı halında, iysiz sellofanla birlikdə çəkiləri 20,540 qram, 15,066 qram və 2,557 qram olan 3 büküm psixotrop maddəyə bənzər kütlələr, sükanın aşağı hissəsindəki boşluqdan isə 2 ədəd sellofan paketdə paketlərlə birlikdə çəkiləri 2,777 qram və 3,487 qram olan kəskin iyli, yaşıl rəngli ot halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. - 13 noyabr 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Redmi Note 11 Pro” markalı, İMEİ1: **********79017/78; İMEİ2: **********82982/78 nömrəli mobil telefon və ona məxsus U35348129 nömrəli pasport götürülmüşdür. - 15 dekabr 2023 - cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11 pro” markalı mobil telefona baxış keçirilmiş baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir məlumat əldə edilməmişdir. 09 yanvar 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün səmimi etirafı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam təsdiq olunur. Belə ki o, Bəzirgan gömrüyündən İran İslam Respublikasına gəldiyi zaman orada yanacaq satan tanımadığı İran vətəndaşından 2000 türk lirəsinə 5 qram qurudulmuş marixuana narkotik vasitə və 20 qram metamfetamin psixotrop maddə alıb Türkiyə Respublikasına qayıtdıqda orada istifadə edəcəyini, əldə etdiyi qurudulmuş marixuana və metamfetamini ayrı-ayrı falqaya büküb idarə etdiyi avtomobildə panelin arxasında 1 bükümunu isə günəşliyin arxasında gizlətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs qurudulmuş marixuana narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini gecələr yuxusunun qaçması üçün istifadə ediyini söyləməsi məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin tanımadığı İran vətəndaşından aldığı qurudulmuş marixuana narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini ayrı-ayrı bükümlərdə, ayrı-ayrı çəkilərdə, ayrı-ayrı yerlərdə və yerləşdirərək idarə etdiyi avtomobildə gizlətməsini, onun həmin narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olduğu qənaətinə gəlir. Təqsirləndirilən şəxs həm qurudulmuş marixuana həm də metamfetamin psixotrop maddəsinin hər iki növündən özünün istifadə etməsini söyləməsi də inandırıcı deyil. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2 nömrəli Plenum Qərarının 9-cu bəndinin 2-ci abzasında narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinin satış niyyəti ilə törədilməsi qəbul edilmiş və oxşar cinayət əməlləri ilə bağlı bu hal narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi kimi qiymətləndirilmişdir. Qeyd olunanlar onun külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib xırda bükümlərə ayırmaqla saxlamasında niyyətinin satış olmasına əsas verir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.4.3-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuananın 5 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması xeyli miqdar, metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması isə külli miqdardır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-111/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 13 noyabr 2023-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 3,523 qram qurudulmuş marixuana narkotik vasitə, 35,317 qram metamfetamin psixotrop maddə, 01 ədəd şüşə boru, 02 ədəd əzilmiş butulka və 02 ədəd qara rəngli plastik boru məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 11 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 35348129 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlamanın aparılması və yük nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair 02 (iki) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X7 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 3,523 qram qurudulmuş marixuana narkotik vasitə, 35,317 qram metamfetamin psixotrop maddə, 01 ədəd şüşə boru, 02 ədəd əzilmiş butulka və 02 ədəd qara rəngli plastik boru məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 11 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 35348129 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlamanın aparılması və yük nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair 02 (iki) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X7 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Səxavət Hüseynov