Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-10/2025 19.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 16:25 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X9 Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X13 və tərcüməçi X3 iştirakları ilə 21 iyun 1981-ci il tarixində Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış,Türkiyə Respublikası, İğdır şəhəri, Əmək məhəlləsi, Prens binası mərtəbə 2, ev 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2 və 240.3-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda güclü təsir edən maddəni əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, 16 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan şəxslərlə,razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvündən satış məqsədi ilə ümumilikdə təsiredici maddəsinin miqdarı 6436,125 qram olan, xüsusilə külli miqdarda 28605 ədəd güçlü təsiredən maddə tramadol dərman preparatlarını 250000 türk lirəsi müqabilində daşıyıb, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Türkiyə Respublikasına aparıb orada istintaqa məlum olmayan yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qəbul edib üç hissəyə ayıraraq aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə folya kağızına bükərək idarə etdiyi 06DAF529/76AK237 qeydiyyat nişanlı “Renault” markalı yük nəqliyyat vasitəsinin Dartıcı hissəsində alt yatağın altında və arxasındakı boşluqda, üst yatağın içərisində və havalandırma boşluğunda gizlədib saxlayaraq daşımaqla, 16 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən "Culfa" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 06DAF529/76AK237 qeydiyyat nişanlı “Renault” markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən qabaqcadan əlbir ilan bir qrup şəxs halında xüsusilə külli miqdarda güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında alt yatağın altında və yatağın arxasındakı boşluqda gizlədilmiş üzərlərində Namadol-225 yazılmış 15000 ədəd, üst yatağın içində gizlədilmiş 3000 ədəd və dartıcının havalandırma boşluğunda gizlədilmiş 10605 ədəd olmaqla, ümumilikdə təsiredici maddəsinin miqdarı 6436,125 qram təşkil edən 28605 ədəd tramadol dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X13 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ildən bəri mütəmadi şəkildə gömrükdən gedib gəlmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün tam xatırlmamış, ama təxminən xatrıladığı qədəri ilə İrana keçid etmiş, İranın Bəzirgan şəhərində ərzaq aldığı dükançı Əli adlı şəxsə əl borcları olduğunu demiş, o isə xalça və ya başqa bir şeylə bağlı iş olduğunu, pul qarşılığında o işləri görə biləcəyini söyləmişdir. Əlini təxminən 4-5 ildir tanımış, lakin ona əvvəllər gətirməyi üçün nə isə verməmişdir. Əli ilə Bəzirganda dərman göndərəcəyi barəsində razılaşmadığına görə həmin gün Əlinin ona gömrük sərhədini keçirmək üçün xalça göndərəcəyini demiş, amma daha sonra zəng edərək xalça yox, dərman aparacağını bildirərək taksi ilə “Namadol-225” dərmanlarını göndərmişdir. O da həm pula ehtiyacı olduğundan, həm də həmin vaxt qardaşını itirdiyi üçün psixologiyası pis olduğundan, dərmanların çox sayda olmasının qadağan olduğunu düşünə bilməmiş və Əlinin təklifini qəbul etmişdir. Əgər xalça keçirsə idi 12000 dollar alacağını bildirmiş, lakin dərmanları 250000 tl qarşılığında keçirmək üçün razılaşmışdır. Dərmanları təhvil verəcəyi şəxsi tanımadığı üçün Türkiyəyə keçdikdə “Whatsapp”dan Əliyə zəng vuracağını, o da dərmanları təhvil verəcəyi şəxsə nömrəsini verəcəyini, pulu isə dərmanları təhvil verdikdən sonra həmin adamdan alacağını söyləmişdir. Dərmanların narkotik olduğunu bilməmiş və ona həmin dərmanların xərçəngin müalicəsində istifadə olunduğuna görə bahalı olduğunu, insanlara məhdud sayda verildiyini, buna görə də qaçaq yolla Azərbaycandan keçirildiyini dedikləri üçün ona dərmanları keçirməyi qarşılığında çox pul verəcəkləri ağlında şübhə yaratmamışdır. Dərmanlar ona sayılıb verilməmiş, 3 ədəd qara rəngli sellofanda göndərilmiş, həmin formada da ondan təhvil alınacağını söyləmişdir. Dərmanların gömrükdəki aparatlarda aşkar olunmasını əngəllədiyi üçün yanında da alüminium falqa göndərilmişdir. O isə həyatında elə bir şey görmədiyi üçün tam fikirləşə bilməmiş və dərmanların sayının çox olduğuna görə onların bir qismini falqaya bükmüşdür. Daha sonra dərmanların bir qismini kabində alt yatağın altındakı boşluqlara, bir qismini üst yatağın içərisinə, bir qismini də havalandırmaya yerləşdirmişdir. Culfa Gömrüyünə sentyabrın 16-sı gəlmiş, orada normal gömrük yoxlanışı olmuş, gömrük əməkdaşı yoxlanışdan qabaq nəqliyyat vasitəsində qanunla qadağan olunan nə isə varsa, təhvil verməsini istəmiş, o isə olmadığını bildirmişdir. Sonra sensorla olan yoxlamadan keçmiş, 2-3 paket dərman ayaq altına- yerə düşdüyü üçün onları öz dərmanlarının içərisinə qoymuş, gömrük əməkdaşı da sadəcə onları görmüş və ondan sonra anbarda yoxlanış aparılmışdır. Dərmanlar qeyd etdiyi yerlərdən çıxmış,özü də dərmanların sayılmasında iştirak etmiş, lakin, onların sayı dəqiq yadında olmamışdır. Dərmanların qadağan olunmasını, gömrükdən keçiriləcəyinin məsuliyyət yaradacağını isə bilməmişdir. Gömrükçülər onun yükünün içərisinə heç nə qoymamış, vəkili də yanında olmuş və heç bir qanunazidd hərəkət olmamışdır. Övladlarının biri 2012, digəri 2015-ci ildə anadan olmuşdur. Daha sonra isə törətdiyi əmələ görə çox peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, 2024cü il sentyabr ayının 16-sı növbəli iş qrafiki ilə işləmiş, növbədə olan zaman ərazidə 06DAF529 nömrəli nəqliyyat vasitəsinə yaxınlaşmış, ilk dəfə gördüyü sürücü ilə həmişə o söhbət apardığı üçün sürücünün kim olduğunu soruşmuş, Serkan da özünü təqdim etmişdir. Ondan hardan gəlib hara getdiyini və maşınında qanunla qadağan olunmuş nə isə olduğunu soruşmuş, o isə heçnə olmadığını bildirmişdir. Sürücünü tanımadığı və ilk dəfə gördüyü üçün söhbət eləmiş, həmin müddətdə sürücü göz təması qurmaqdan yayındığı və sözün birini deyib, digərini deyə bilmədiyi üçün onda nə isə olma ehtimalını düşünmüş və şübhələnmişdir. Daha sonra gömrüyün kinoloqunu çağırmış və maşını anbara apararaq baş müfəttiş Şahid2 çağırmışdır. Serkana yenidən maşına baxış keçirəcəyini, buna görə də nə isə varsa əvvəlcədən deməsini istəmiş, Serkan da heçnəyi olmadığını bildirmişdir. Serkan Türkiyə Respublikası vətəndaşı olduğu üçün türk dilinə tərcümə olunmuş hüquq və vəzifələri ona təqdim olunmuş və videoçəkiliş aparmaqla maşına baxış keçirməyə başlamış, əvvəlcə maşının ətrafına baxmış, daha sonra maşının içərisinə baxanda arxada şoferin istirahəti üçün yataq olduğunu görmüşdür. Alt yatağın arxa hissəsində alüminium falqaya bükülmüş siqaret qutularına bənzər qutularda dərman preparatları aşkar olunmuş, Serkandan nə olduğunu soruşduqda, o da dərman olduğunu, ondan başqa heçnəyin olmadığını bildirmişdir. Tam dəqiqləşdirməsi üçün yenidən Serkandan başqa heç nə olmadığını soruşmuş, o da yenidən heçnə olmadığını bildirmişdir. Daha sonra üst yatağın içərisindən dərman preparatlarını çıxarmış, axtarışı davam etdirərək yuxarıda havalandırma hissəsində yenə gizlədilmiş üzərində “Namadol-225” yazılmış dərman preparatları aşkar olunmuşdur. Dərman preparatlarının sayı ümumilikdə təxminən 28605 ədəd olmuş, nəqliyyat vasitəsindəki alt yatağın arxa künc hissəsindən təxminən 15000 ədəd, üst yatağın içərisindən yayılmış şəkildə 3000 ədəd, havalandırma hissəsindən də 10605 ədəd çıxmışdır. Dərmanlar hamısı siqaret qutusu formasında alümininum folqaya bükülmüşdür. Aşkar etdikdən sonra sənədləşdirmə işləri aparmış, sonra çəkiliş üçün də yenidən sənədləşdirmə işləri apararaq iştirakçılar tərəfindən imzalanmışdır. Videoçəkiliş zamanı Şahid2 və Şahid3 iştirak etmişdir. Sonra protokol tərtib olunmuş, şəxsi yoxlama həyata keçirmişlər. Şəxsi yoxlama zamanı üzərində qanunla qadağan olunan nə isə aşkar edilməmiş və şəxsə qarşı hər hansı təsir, təzyiq olmamışdır. Həmin dərmanlar sümük ağrısı əleyhinə olan dərmanlar olduğu üçün onlar reseptlə gələndə heç nə edə bilmədiklərini, ümumi külli miqdarda olan dərmanları onlara bəyan etmədiyinə görə axtarış etdiklərini, Serkanın resepti olsaydı belə 28000 dərmanı sayı çox olduğu üçün keçirə bilməyəcəyini, 45 dənə dediyi dərmanın da onların içində olduğunu demişdir. O, Serkandan nə üçün bu işi gördüyünü soruşmuş, o da borcu çox olduğu üçün məcburən bu işi gördüyünü və 250000 tl pul qarşılığında dərmanları gətirdiyini söyləmiş, daha sonra Türkiyədə ona zəng edib dərmanları alacaqlarını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü ildə Culfa gömrük postunda xidmətdə olarkən Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Rəhman ona yaxınlaşaraq İran İslam Respublikasından gələn nəqliyyat vasitəsinə yoxlama həyata keçirəcəyini demiş və ondan yoxlama zamanı ona kömək etməyini istəmişdir. Şəxsin özündən ilk öncə qanunla qadağan olunan nə isə olubolmadığı soruşulmuş, o isə üzərində və nəqliyyat vasitəsində olmadığını bildirmiş, lakin onun şübhəli hərəkətləri onlarda baxış keçirmək üçün əsas yaratmışdır. Daha sonra maşını anbara aparmış, həmin vaxt Şahid2 videoçəkiliş etmiş, şəxs Türkiyə Respublikası vətəndaşı olduğu üçün ona hüquq və vəzifələrinin bildirişinin türk dilinə tərcüməsini vermiş, kinoloji iti gətirmiş, sonra da nəqliyyat vasitəsini yoxlamağa başlamışlar. Yoxlama zamanı maşının alt yatağının arxasında olan boşluqdan 15000 ədəd üzərində “Namadol-225” yazılan dərman preparatları aşkar edilmiş, daha sonra yoxlamağa davam etmişlər. Üst yatağın içərisindən eyni adlı 3000 ədəd yenə dərman çıxmış, bir müddət yoxlama həyata keçirdikdən sonra yuxarı hissəni yoxlayaraq havalandırmanın “kapron”unun altına yığılmış eyni adlı 10605 ədəd dərman çıxmışdır. Dərmanlar cəmi 3 yerdən çıxmış, ümumilikdə 28605 ədəd olmuş və hamısı aşkarlanmasının çətinləşdirilməsi məqsədilə X-Ray qurğusundan yayındırmaq üçün folqaya bükülmüşdür. Dərmanları aşkar etdikdən sonra sürücüyə təqdim etmiş, o da sonda pul qarşılığında dərmanları apardığını bildirmişdir. Yoxlama zamanı sürücüyə hər hansı təsir təzyiq olmamış, daha sonra sənədləşdirilmə aparılmış, həmin protokola imza çəkmiş və qablaşdırılaraq götürülmüş, şəxsi axtarışda isə orada olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024 tarixində xidmətdə olan zaman Rəhman ona zəng vuraraq nəqliyyat vasitəsinə baxış keçirəcəklərini demiş və ondan videoçəkiliş aparmağını xahiş etmişdir. Digər işçilər nəqliyyat vasitəsini yoxlamış, o da sadəcə videoçəkiliş aparmış, çəkilişdən öncə əməkdaşlar şəxsə nəqliyyat vasitəsinə baxış keçiriləcəyini bildirərək qadağan olunmuş və ya gizlədilmiş nə isə olub-olmadığını soruşmuş, lakin o, olmadığını bildirmişdir. Çəkiliş zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsindən, yəni kabin hissədə aşağı yatağın alt hissəsindən üzərində “Namadol-225” yazılmış 15000 ədəd, üst yataqdan 3000 ədəd, havalandırma hissədən isə təxminən 10605 ədəd dərman aşkar olunmuşdur. Falqa dərmanların X-Ray qurğusunda aşkar olunmasına maneə olacağı üçün həmin dərmanlar alüminium folqaya bükülmüşdür. Lakin, zaman çox keçdiyi üçün sürücünün nə yükü apardığını xatırlamamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 17 sentyabr 2024-cü il tarixli, 1112 nömrəli məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəyindən məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Alagöz Serkanın idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 ədəd sintetik kisədən üzərində “Namadol-225” yazısı olan 2860 ədəd tam və 01 ədəd yarım konvalyutada ümumilikdə 28605 ədəd dərman həbləri (təsiredici madəsinin miqdarı- 6436,125 qram) tramadol dərman preparatıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. - 16 oktyabr 2024-cü il tarixli, 1244 nömrəli əlavə məhkəmə-kimyəvi ekspertizasının rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilən maddələr ekspertiza tədqiqatlarına sərf olunmuş hisələri çıxılmaqla qalmış hissəsindən Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə küli miqdarlarının” Siyahısına əsasən tramadol maddəsi üçün xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi – yəni 1200 qram miqdarında nümunə götürülməklə həmin nümunəni və maddənin qalan miqdarı ayrı-ayrılıqda qablaşdırıldı. Dərman preparatlarının tərkibində tramadol təsiredici maddəsinin miqdarı 01 həb üçün 0,225 qram olduğundan 1200 qram təsiredici maddə tramadol üçün 5334 ədəd tramadol həbləri (təsiredici maddəsinin miqdarı 1200,15 qram) götürüldü. Üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd sintetik kisədə 2327 ədəd konvalyutda ümumilikdə 23268 ədəd tramadol həbləri (təsiredici maddəsinin miqdarı 5235,3 qram) və 01 ədəd ağ rəngli sintetik kisədə 533 ədəd tam və 01 ədəd yarım konvalyutda ümumilikdə 5334 ədəd tramadol həbləri (təsiredici maddəsinin miqdarı 1200,15 qram) qablaşdırıldı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X10” MMC-nin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının 11 dekabr 2024-cü il tarixli 309 nömrəli rəyindən məlum olur ki, aparılan tədqiqatlar nəticəsində nümunələrin tərkibində qablaşmasının üzərində haqqında məlumat verilmiş maddələrin mövcudluğu təsbit edilsə də, istehsalçısı tərəfindən tabletlərin keyfiyyət prametrlərinin təyininə dair analiz üsulları, orta çəkisinə, dağılma müddətinə, tərkibindəki maddənin miqdarına dair hüdudlarla əlaqədar məlumat təqdim edilmədiyindən əldə edilən nəticələrin tələblərə uyğunluğuna dair fikir bildirmək mümkün olmamışdır. Həmçinin, ekspertizaya təqdim edilməzdən əvvəl nümunələrin saxlanma şəraiti naməlum olduğundan onların tibbdə istifadəsi məqsədəmüvafiq hesab edilmir. Naxçıvan Muxtar Respublikası X1: - 17 oktyabr 2024-cü il tarixli, 411 saylı Ambulator Məcburi X5 rəyindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı X7 narkomaniya xəstəliyi aşkar olunmadı. - 17 oktyabr 2024-cü il tarixli, 412 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizanın X5 rəyindən görünür ki, təqsirləndirilən şəxs X7 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs X13 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs X6 hərəkətləri hadisəni törədən anda və hal hazırda Azərbaycan Respublikası CM-inin 21ci maddəsinin təsiri altına düşmür. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş- -16 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Alagöz Serkanın idarə etdiyi 06DAF529/76AK237 dövlət qeydiyyat nişanlı “renault” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısında alt yatağın altında və arxasındakı boşluqda gizlədilmiş 15000 ədəd, üst yatağın içində gizlədilmiş 3000 ədəd və dartıcının havalandırma boşluğunda gizlədilmiş 10605 ədəd ümumilikdə 28605 ədəd üzərində Namadol-225 yazısı olan dərman preparatları aşkar edilərək götürülmüşdür. Daha sonra nəqliyyat vasitəsində daşınan “PVC” yükü risqli yüklər qrupuna daxil olduğu üçün X-Ray rentgen qurğusuna göndərilmiş və baxış davam etdirilmişdir. Baxış zamanı yük nəqliyyat vasitəsinin yükündə qadağan olunmuş heç nə aşkar edilməmişdir. - 16 sentyabr 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan məlum olur ki, şəxsi yoxlama zamanı Alagöz Serkanın üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilmədi. - 20 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. - 07 dekabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, qeyd edilən DVD-yə baxış zamanı DVDdə qeydə alınmış video-görüntünün 22 dəqiqə 36 saniyə olduğu müəyyən edilmiş və gömrük yoxlaması video çəkilişlə X6 iştirakı ilə gömrük əməkdaşı Şahid1 özünü təqdim etməsi ilə başlayır. Şahid1 bildirir ki, xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasından gəlib, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına PVC yükü aparan 06DAF529/76AK237 qeydiyyat nişanlı “Renault” markalı nəqliyyat vasitəsinə Gömrük nəzarəti kabinində, Culfa gömrük postunun baş müfəttişi Şahid2 tərəfindən “İpone XS MAX” markalı mobil telefonla çəkiliş aparılmaqla gömrük əməkdaşı Şahid3 iştirakı ilə yoxlama aparılmağa başlanılmış, yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı tərəfindən sürücüyə hüquq və vəzifələrinə dairyazılı bildiriş təqdim olunaraq ondan yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş hər hansı bir əşya olub -olmadığı soruşulduqda, sürücü Alagöz Serkan nəqliyyat vasitəsində qadağan olunmuş heç bir əşya olmadığını bildirir. Bundan sonra gömrük əməkdaşı Şahid1 yoxlama aparılacağını bildirərək öndən sürücü nəqliyyat vasitəsinin kabininə daxil olurlar. Alagöz Serkanın iştirakı ilə yük nəqliyyat vasitəsinin kabinində yoxlama aparılmasına başlanılır, yoxlama zamanı Şahid1 tərəfindən yük nəqliyyat vasitəsinin kabinində alt yatağın altına baxıldıqda oradan gümüşü rəngli falqa kağızına bükülmüş bağlamalar aşkar edilir və Şahid1 həmin bağlamaları açdıqda içərilərində üzərlərinə Namadol 225 mg tramadol hidroxlorid yazıları olan dərman tabletkaları olduğunu bildirir. Bundan başqa alt yatağın arxa hissəsindən də falqa kağızına bükülmüş bir neçə bağlama aşkar olunur. Bundan əlavə kabində olan üst yatağın döşəyin zamoku açılaraq baxıldıqda döşəyin içərisindən konvalyutlarda xeyli sayda həmin dərman preparatlarından aşkar edilir. Əlavə olaraq isə yük nəqliyyat vasitəsinin kabinində havalandırma acılara baxıldıqda havalandırma boşluğundan da gümüşü rəngli falqa kağızına bükülmüş bağlamalarda üzərlərinə Namadol 225mg tramadol hidroxlorid yazıları olan dərman tabletkaları aşkar olunaraq götürülür. Aşkar olunmuş dərman preparatları X6 iştirakı ilə gömrük əməkdaşları tərəfindən sayıldıqdan sonra Şahid1 ümumilikdə 28605 ədəd üzərlərində Namarol 225 mg tramadol hidroxlorid yazıları olan dərman tabletkalarının aşkar olunduğunu bildirir. Nəticədə, təqsirləndirilən şəxs X13 bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunmuş narkotik vasitələr ona məxsusdur. Həmçinin təqsirləndirilən şəxs X13 və onun müdafiəçisi Müdafiəçi əlavə olaraq heç nə bildirmədilər. - 26 sentyabr 2024-cü il tarixli yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında aktdan məlum olur ki, “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Mühafizə olunan ərazisində saxlanılan Türkiyə Respublikasının vətəndaşı Alagöz Serkanın idarə etdiyi 06DAF529/76AK237 dövlət qeydiyyat nişanlı “Renault” markalı yük nəqliyyat vasitəsi 09643 nömrəli vəkalətnamə əsasında Türkiyə Respublikasının vətəndaşı Kantaş Metinə texniki pasportu ilə birlikdə saz vəziyyətdə təhvil verilmişdir. - 01 noyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 göndərilmiş X13 haqqında tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. - 27 sentyabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, Alagöz Serkanın idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş ümumilikdə 28605 ədəd (təsiredici maddənin miqdarı – 6436,125 qram) tramadol dərman preparatları cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 28602 ədəd tramadol dərman preparatları məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına verilmişdir. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVD-lər tədqiq edilmişdir. X13 törətdiyi əmələ görə 16 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərçüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 18 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və barəsndə həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs X12 07 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3-1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna həmçinin müdafiəçinin vermiş olduğu vəsatətə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3-1-ci maddələri ilə tövsif olunmuşdur. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X6 həmin cinayət əməlini törətməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin tam etirafı, toplanmış materiallar, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs X13 ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumilikdə 28605 ədəd tramadol dərman preparatının ona məxsus olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə küli miqdarlarının” Siyahısına əsasən tramadol dərman preparatının 1200 qramdan artıq olması xüsusilə külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan dərman preparatlarının miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, X6 idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumilikdə 28605 ədəd dərman həbləri (təsiredici madəsinin miqdarı – 6436,125 qram) olan tramadol dərman preparatları xüsusilə külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, X13 ümumilikdə 28605 ədəd dərman həbləri (təsiredici maddəsinin miqdarı – 6436,125 qram) olan tramadol dərman preparatlarını əldə etmiş, saxlamış, daşımış və gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq cinayətlərini törətmişdir. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə əvvəlcədən razılaşaraq Əlinin ona göndərdiyi üzərində “Namadol-225” xüsusilə külli miqdarda dərman vasitələrini 250000 tl pul qarşılığında gömrük nəzarətindən gizli və bəyan etmədən keçirəcəyinə söz vermiş, həmin dərman vasitələrinin gömrük nəzarətindən keçirərkən görünməsini çətinləşdirmək məqsədilə İran İslam Respublikasının vətəndaşı Əlinin ona göndərdiyi alüminium falqaları açaraq dərman vasitələrini ona bükməklə idarə etdiyi avtomaşının kabin hissəsində müxtəlif yerlərdə gizlətməklə gömrük nəzarətindən kənar və bəyan etmədən keçirməyə cəhd etməklə qaçamalçılıq cinayətini törətmişdir. X8 Cinayət Məcəlləsinin 206.3.2 və 240.3-1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməsi, onun özünün səmimi etirafı, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 240.3-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi altı ildən on ilədək müddətə müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. X12 isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X12 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə X6 əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmamasını, himayəsində 2 azyaşlı övladının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-45/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X6 barəsində əvvəli əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmaqla barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-58/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qərarına əsasən X6 həbsdə saxlanılma müddəti əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablanmaqla 1 ay müddətinə, yəni 16 yanvar 2025-ci il tarixədək uzadılmış, daha sonra Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-2/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qərarına əsasən X6 həbsdə saxlanılma müddəti 15 (on beş) gün müddətinə, 31 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs X6 cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 16 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. X13 törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Cinayət işi üzrə mülki iddianın verilməməsi və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmədə X6 hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından X9 Vəkillər Kollegiyasının hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə ümumilikdə 180 (yüz səksən) manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxs X4 tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan və ayrı-ayrılıqda qablaşdırılmış 01 ədəd sintetik kisədə olan 5334 ədəd tramadol həbləri (təsiredici maddəsinin miqdarı 1200,15 qram), 01 ədəd sintetik kisədə və 01 ədəd kağız zərfdə olan ümumilikdə 23253 ədəd (təsiredici maddəsinin miqdarı 5231,925 qram) tramadol həbləri məhv edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 02 ədəd “Redmi” markalı mobil telefonlar təqsirləndirilən şəxs X12 qaytarılmalıdır. - X12 məxsus U33847930 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 04 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən şəxs X6 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3-1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. X6 cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2024-cü il tarixdən hesablansın. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə X6 hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından X9 Vəkillər Kollegiyasının hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə ümumilikdə 180 (yüz səksən) manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxs X4 tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalan və ayrı-ayrılıqda qablaşdırılmış 01 ədəd sintetik kisədə olan 5334 ədəd tramadol həbləri (təsiredici maddəsinin miqdarı 1200,15 qram), 01 ədəd sintetik kisədə və 01 ədəd kağız zərfdə olan ümumilikdə 23253 ədəd (təsiredici maddəsinin miqdarı 5231,925 qram) tramadol həbləri məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 02 ədəd “Redmi” markalı mobil telefonlar təqsirləndirilən şəxs X12 qaytarılsın. - X12 məxsus U33847930 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə 04 ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu
2. Kərimov Arzuyar Sadıq oğlu