Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(109)-11/2023 28.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Talıblı Türkanə İsmayıl qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi Şahid3, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Şahbuz rayonu Nursu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, mühafizəçi işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şahbuz rayonu, Nursu kəndində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 16 avqust 2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan X5 ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində etibarnamə əsasında alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda olmaqla idarə etdiyi VAZ 2121 markalı, 71- BD-311 qeydiyyat nişanlı avtomobillə Şahbuz rayonu ərazisində Nursu-Şahbuz yolu ilə saatda 35 kilometr sürətlə Şahbuz şəhəri istiqamətində hərəkətdə olarkən yolun Nursu kəndinin çıxışındakı körpü yerləşən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərini pozaraq, körpüyə daxil olan hissədəki yol döngəli olduğu halda hava şəraitini və yolun yaş olmasını nəzərə almayaraq idarəetməni itirib avtomobili aşırması nəticəsində ehtiyatsızlıqdan avtomobilin arxa oturacağında əyləşmiş sərnişin X1 ağır zərər vurmaqla ölümünə səbəb olmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalan cinayət əməlini törətməsi onun özünün ifadəsindən əlavə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. 21 avqust 2023-cü il tarixli, AZ-İİ№ 296451 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Ölmüş Təqsirləndirilən şəxs qardaşı Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmiş və məhkəmə onu ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanımışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Məhkəmə ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi Şahid3, müdafiəçisi Müdafiəçi, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iş üzrə icraata xitam verilməsinə etirazlarının olmamasını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, qərar qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ 2121 markalı, **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi həmin nəqliyyat vasitəsinin sahibi Şahid2 qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - VAZ 2121 markalı, **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə aid AD №004499 nömrəli qeydiyyat şəhadətnaməsi, ƏN-İİ №944587 nömrəli etibarnamə həmin nəqliyyat vasitəsinin sahibi Şahid2; - Təqsirləndirilən şəxs məxsus AC 220472 nömrəli sürücülük vəsiqəsi isə onun hüquqi varisi Şahid3 qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43.3-1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ 2121 markalı, **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi həmin nəqliyyat vasitəsinin sahibi Şahid2 qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - VAZ 2121 markalı, **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə aid AD №004499 nömrəli qeydiyyat şəhadətnaməsi, ƏN-İİ №944587 nömrəli etibarnamə həmin nəqliyyat vasitəsinin sahibi Şahid2; - Təqsirləndirilən şəxs məxsus AC 220472 nömrəli sürücülük vəsiqəsi isə onun hüquqi varisi Şahid3 qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Səxavət Hüseynov
2. İlham İbrahimov