Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-11/2024 15.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1969-cu ildə Kəngərli rayonu, Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, birinci qrup əlil, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır xəsarət yetirmişdir. Belə ki, o, 17 oktyabr 2023-cü il tarixdə, saat təxminən 00:20-da birgə yaşadıqları Naxçıvan şəhəri, 11-ci küçə, döngə 1, ev 25B ünvanında yerləşən evin yataq otağında kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi mübahisə zamanı evdən götürdüyü mətbəx bıçağı ilə kürəkəni Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə qəsdən bir bıçaq zərbəsi vuraraq sol çiyin nahiyəsindəki döş boşluğuna keçən perekardı və ağciyəri kəsib deşən, boyunun sol yarasında yara, pnevmotoraks xəsarətlər yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs hadisə baş verən günü axşam saat 20:05 radələrində evə gəlmiş, uşaqları ilə bir qədər vaxt keçirmiş, daha sonra arvadı ilə öz otaqlarına getmişdir. Təqsirləndirilən şəxs mətbəxdə televizora baxarkən içəri otaqdan səs gəlmiş, qızı ilə kürəkəni Şaməddinin mübahisə etdiyini eşitmiş, onlar mübahisə edə-edə dəhlizə gəlmiş, dəhlizdə onlara “nə olub? niyə mübahisə edirsiniz ? gecə vaxtı qonşular sizin səsküyünüzü eşidirlər” deyə hirslənmiş, ondan sonra Şaməddin səsini daha da yüksəltmiş, ona “dəfələrlə get yat sabah söhbət edərik” deyə söyləmiş, lakin Şaməddin ona məhəl qoymamışdır. Qızı ilə kürəkənin arasındakı mübahisənin nə olduğunu bilməmiş, bir anda səs-küyün düşdüyünü, həmin vaxt saatın təxminən 21:00 - 22:00 olduğunu bildirmiş, onlar mübahisə edən zaman polisə zəng vurmuşdur. Günay ərini salona getməsi üçün itələmiş, Şaməddin onun mərhum oğlunu təhqir etmiş, bu nalayiq sözləri eşidən M. Abdullayev qapının arxasında olan telefon rəfinin üstündəki meyvə qabının içərisindən mətbəx bıçağını götürmüş, həmin vaxt nə etdiyini bilməmiş, Zərərçəkmiş şəxs bıçaqla sol çiyin nahiyəsindən vurmuşdur. Daha sonra özü polisə zəng edərək hadisə haqqında məlumat vermiş, polis əməkdaşı da “gəlirik” deyə ona bildirmiş, lakin on ikinin yarısına qədər gəlməmişlər. Bir müddət sonra Şaməddinin bibisi oğlu Xosrov gəlmiş, o gəldikdən sonra bıçağı arxa cibinə qoyaraq həyətə çıxmış, yenidən polisə zəng edərək özünün gələcəyini bildirmiş, polis əməkdaşı da “gəlmə özümüz gəlirik çıx küçəyə” deyə söyləmişdir. İki maşın polis gəlmiş, cinayəti törədərkən istifadə etdiyi bıçağı könüllü polis əməkdaşına təhvil vermişdir. Polis maşınlardan biri Şaməddini xəstəxanaya, digəri isə onu polis bölməsinə aparmışdır. Onlarla birlikdə yaşadıqları 3 il ərzində Zərərçəkmiş şəxs ilə qızı Şahid3 tez-tez mübahisə etdiyini, içki içəndə həmişə mübahisələrinin düşdüyünü, hətta hadisə olan günü də Şaməddinin evə içkili gəldiyini bildirmişdir. Heç vaxt onların ailə işinə qarışmamış, bu hadisə baş verməmişdən əvvəl zərərçəkmişlə heç bir mübahisəsi olmamış, dəfələrlə Şaməddinin söyüşlərini eşitsə də, ona reaksiya verməmiş, mərhum oğlunu söydüyünə görə ona bıçaqla xəsarət yetirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü təxminən saat 7-də işdən çıxmış, ərzaq mağazasından bir ədəd enerji içəcəyi almış, həmin içəcəyi içdikdən sonra “Limon” marketdən bir ədəd də spirtli içki olan “Jaquar” enerji içəcəyi almışdır. Daha sonra evə çatmış, yemək yemiş, duş almış, uşaqları ilə bir müddət vaxt keçirdikdən sonra yataq otağına keçmişdir. Yataq otağında olanda arvadı ilə aralarında mübahisə başlamış, onlar mübahisə edən zaman Təqsirləndirilən şəxs mətbəxdə çay içərək televizora baxmış, səs-küyü eşidib onlara “sakit olun sabah danışarıq” demiş, arvadı buna baxmayaraq bir azda onun üstünə gəldiyindən səsini yüksəltmiş, bu vaxt Təqsirləndirilən şəxs də söhbətə qarışmışdır. Daha sonra o, ölən qaynının ünvanına söyüş söymüş, qayınatasının əlindəki bıçağı arvadı Günay onun qabağına keçən zaman görmüş, vuracağını düşünmədiyi üçün müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla kürəyindən vuranda qan çıxmamış, sadəcə hava dolduğunu hiss etmişdir. Yerə yıxılarkən təcilli yardıma zəng etmələrini istəmiş, arvadı həmin vaxt onların qaldığı evdən bir məhəllə aşağıda yaşayan bibisi oğlu Xosrova zəng edərək təcilli onların evinə gəlməyini demişdir. Xosrovgil ora çatanda polis əməkdaşları da içəri daxil olmuşlar. Polislər ondan nə olduğunu soruşduqda o, yıxıldığını desə də, Təqsirləndirilən şəxs hadisəni danışaraq bıçağı özü təhvil vermişdir. Daha sonra onu polis maşını ilə xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, maddi vəziyyət ilə bağlı olaraq 3 il Təqsirləndirilən şəxs evində yaşamış, arvadı ilə aralarında çox söz-söhbət olsa da, təqsirləndirilən şəxslə heç vaxt mübahisələri olmamış, həmişə arvadı ilə mübahisə edəndə qayınatasını, qayınanasını söymüş, sonuncu dəfə isə özünü cilovlaya bilmədiyi üçün mərhum qaynını söymüşdür. İşlətdiyi nalayiq sözlərə görə çox peşmandır. Təqsirləndirilən şəxs niyyətinin onu öldürmək olmadığını, sadəcə qorxutmaq istədiyini, onu atası qədər sevdiyini, məhkum olunmasını istəmədiyini, bu günə qədər ona bir şillə belə vurmadığını , hal-hazırda işlədiyini, səhhətində heç bir problem olmadığını, arvadı ilə başqa ünvanda kirayə qaldıqlarını, münasibətlərinin yaxşı olduğunu, təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını söyləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışına dəvət olunmuş təqsirləndirilən şəxsin qızı Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 298-ci maddəsinin “qeyd” inə müvafiq olaraq ifadə verməkdən imtina etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü gecə saatları Şaməddinin arvadı Günay ona zəng etmiş, təcilli onlara gəlməsini istəmiş, o da arvadını götürüb getmiş, ora çatanda Şaməddinin yerə yıxıldığını, arvadı Günayın köynəyi Şaməddinin çiyninə qoyduğunu görmüş, Şaməddindən nə olduğunu soruşduqda qayınatasının onu bıçaqla vurduğunu söyləmiş, daha sonra təcilli tibbi yardıma zəng etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də polisə zəng edərək hadisə haqqında məlumat vermişdir. Təcilli tibbi yardım Şaməddini yolda polis maşınından təhvil almış, gecə saat 4-5-ə kimi xəstəxanada Şaməddinin yanında durmuş, Şaməddin çox narahat olduğundan danışmamış, iynə vurduqdan sonra o, yatmışdır. Şaməddin yatdıqdan sonra Təqsirləndirilən şəxs evinə gəlmiş, gec olduğu üçün heç kəsdən hadisə barədə heç nə soruşmamış, arvadını götürüb evə getmişdir. Şahid1 ifadəsinə əlavə olaraq bildirdi ki, hadisə günü Şaməddinin içkili olduğunu hiss etməmiş, əvvəllər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisə olduğunu eşitməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, S.Vurğun küçəsi, ev 68 ünvanında yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Zərərçəkmiş şəxs onun ərinin dayısı oğludur. Şaməddin öz ailəsi və qayınatası Məhəmmədlə birlikdə ünvan 4 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə, gec saatlarda Şaməddinin həyat yoldaşı Günay yoldaşına zəng etmiş. Günay həyat yoldaşı Xosrova təcili onlara gəlməsini demiş. O da həyat yoldaşı ilə birlikdə Günaygilə getmiş. Onlar evə yaxınlaşan zaman səs-küy, qışqırıq gəldiyini eşitmişlər. Həyat yoldaşı ilə birlikdə evə girmişlər. Həmin vaxt Şaməddin yerdə uzanmış vəziyyətdə başını həyat yoldaşı Günayın dizinə qoyubmuş. Evin içərisində isə şüşə qırıqları var imiş. Şaməddinin həyat yoldaşı isə uca səslə ağlayırmış. Şaməddinin qayınatası Məhəmməd otaqda gəzişirmiş. Həyat yoldaşı Xosrov həmin vaxt nə olduğunu soruşmuş, Şaməddin həmin vaxt qısıq səslə qayınatasının onu bıçaqladığını demiş. Şaməddinin kürəyində deşik var imiş. Həmin vaxt qan çölə çıxmırmış. Şaməddin nəfəs almaqda çətinlik çəkirmiş. Həyat yoldaşı Xosrov Şaməddinin yanına getmiş. Onun yarasına baxmış, sonra isə 103-ə zəng etmiş. Həmin vaxt Şaməddinin qayınatası Məhəmməd kişi polisə zəng etmiş, hadisə barədə məlumat vermiş, evlərinə polis əməkdaşlarının gəlməsini demiş. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra Məhəmməd evin çölündə cibindən çıxardığı bıçağı polis əməkdaşlarına təhvil vermiş, həmin vaxt X9 mərkəzinin əməkdaşları zəng edərək evi tapmaqda çətinlik çəkdiklərini onun həyat yoldaşına demişlər. Şaməddinin vəziyyəti getgedə pisləşirmiş. Şaməddini polis əməkdaşının avtomobilinə mindirib aparmışlar. Məhəmməd kişini isə polis əməkdaşları aparmışlar. Uşaqları evdə tək qaldıqları üçün oradan çıxıb evimə getmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 06 noyabr 2023-cü il tarixli, 1479 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol çiyin nahiyəsindəki döş boşluğuna keçən perekardı və ağciyəri kəsib deşən, boynun sol yarısındakı yara, pnevmotoraks, döş boşluğundakı qan kəsici-deşici alətin təsirindən törənmişdir, eləcədə bıçağın çiyin nahiyəsinə vurulması nəticəsində törənə bilərdi. Ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 11 dekabr 2023-cü il 1204 nömrəli məhkəmə soyuq silahın kriminalistikası ekspertizasının rəyindən məlum olur ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən təsərrüfat - məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir. - 01 fevral 2024-cü il tarixli, 121 nömrəli məhkəmə - psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman sinir psixi gərgin halını keçirmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Naxçıvan MR X2 11 dekabr 2023-cü il tarixli, 415 nömrəli ambulator məhkəmə psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətində xəstəlik halı olmamışdır. Hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 17 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, hadisə zamanı Ş. Rəhimovun vurulmasın da istifadə olunan 1 ədəd sap hissəsi qara rəngli, plastmasdan ibarət bıçaq prosessual qaydada götürülmüşdür. - 20 yanvar 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs evindən prosessual qaydada götürülmüş bir ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin ƏSİB-nə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 4 №-li sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs normal xarakterizə olunmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs M. Abdullayevin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün hər hansı sübut və ya dəlil gətirməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində cinayət hadisəsinin onun işlətdiyi nalayiq ifadələrə görə baş verdiyini dəfələrlə bildirmiş, hadisə günü içkili olduğunu, 3 körpə uşağına qayınatasının və qayınanasının baxdığını, əgər qayınatası Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilərsə, ailəsinin dağılacağını, məhkəmənin nəzər-diqqətinə çatdırmış, məhkəmədən təqsirləndirilən şəxsi bağışladığını nəzərə almağı və ona cəza təyin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs verdiyi 24 mart 2024-cü il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 015239 nömrəli vəsiqədən görünür ki, təqsirləndirilən şəxs xəstəliyə görə İ (birinci) qrup əlildir. 25 dekabr 2023-cü il tarixli, 851 nömrəli Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinin verdiyi tibbi arayışdan və ona əlavə edilmiş radyoloqun rəyi, radyoloji analiz nəticəsi və tibbi laboratoriya analiz nəticəsindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Ümumi terapiya şöbəsində xroniki obstruktiv ağciyər xəstəliyi, tez-tez kəskinləşmələrlə, kəskinləşmə mərhələsi, qaraciyərin piy distrofiyası İİ dərəcəsi diaqnozuyla stasionar müalicə olmuşdur. Son sözlə məhkəməyə müraciət edən təqsirləndirilən şəxs M. Abdullayev törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət hadisəsini zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, İ qrup əlil olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Məhkəmə çıxışları mərhələsində təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alan dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, lakin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məhkəmə qarşısında təklif etdi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları və dövlət ittihamçısının təklifini nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-103/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 4(078)-117/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “ev dustaqlığı” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza təyin edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübut 1 (bir) ədəd sap hissəsi qara rəngli, plastmasdan ibarət bıçaq məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. - Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X5 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazırliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübut 1 (bir) ədəd sap hissəsi qara rəngli, plastmasdan ibarət bıçaq məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. - Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X5 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1 Hüseyn Məmmədov
2. Səxavət Hüseynov