Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-11/2025 06.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:25 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə 01 avqust 1989-cu ildə Şərur rayonu Dizə kəndində doğulmuş, evli, 5 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq yolu ilə əldə etmiş, saxlamış, daşımış və təkrar satmışdır. Bеlə ki, o, 15 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə, qanunsuz olaraq 2.873 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmə, saxlama, daşıma və psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirildiyi yerlərdə onları qəbul edəcəyi və satışını həyata keçirəcəyi barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvünün İran İslam Respublikasından X13 vasitəsi ilə Azərbaycan Respublikası ərazisinə gələn, marka və qeydiyyat nişanı məlum olmayan yük avtomobilinin sol arxa təkərinin arxa tərəfinə maqnitlə yapışdırdığı bir ədəd bağlamanın içərisindəki 4 ədəd bükümdə 2.873 qramdan artıq psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikası ərazisinə keçirildikdən sonra avtomobil dayanmış vəziyyətdə olanda gömrük postunun çıxışında qoyulduğu yerdən götürərək qanunsuz olaraq qəsdən əldə edib saxlamaqla üzərində daşımış, cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvü Şərur rayonu Aşağı Aralıq kəndində yaşayan Şahid ilə xx.xx.2024-cü il tarixdə 100 manat qarşılığında psixotrop maddə metamfetaminin satışı barədə razılığa gəldikdən sonra onun tapşırığı ilə özündə olan psixotrop maddənin 0.520 qramını 1 ədəd selofan bükümdə “Want” markalı siqaretin boş qutusunun içərisinə yerləşdirib Şərur şəhərində yerləşən “Yaşıl Bazar” adlanan ticarət mərkəzinin arxasında boş ərazidə olan ağacın dibinə ataraq həmin yerin şəkilini cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvünə göndərməklə 15 sentyabr 2024-cü il tarixdə, saat 00:22 radələrində satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvü Şərur rayonu Aşağı Aralıq kəndində yaşayan Şahid ilə 100 manat qarşılığında psixotrop maddə metamfetaminin satışı barədə razılığa gəldikdən sonra onun tapşırığı ilə özündə olan psixotrop maddənin 0.601 qramını 1 ədəd selofan bükümdə “Want” markalı siqaretin boş qutusunun içərisinə yerləşdirərib Şərur şəhərində “Zet Ailəvi” restoranın arxasında olan ağacın dibinə ataraq həmin yerin şəkilini cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvünə göndərməklə 17 sentyabr 2024-cü il tarixdə, saat 17:10 radələrində təkrar satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvü Şərur rayonu Aşağı Aralıq kəndində yaşayan Şahid ilə 200 manat qarşılığında psixotrop maddə metamfetaminin satışı barədə razılığa gəldikdən sonra onun tapşırığı ilə özündə olan psixotrop maddənin 1.141 qramını 1 ədəd selofan bükümdə “Marlboro” markalı siqaretin boş qutusunun içərisinə yerləşdirib Şərur rayonu, Yengicə kənd ərazisində qəbiristanlığın yanında olan elektrik dirəyinin dibinə ataraq həmin yerin şəkilini cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvünə göndərməklə 21 sentyabr 2024-cü il tarixdə, saat 15:15 radələrində təkrar satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvü Şərur rayonu Aşağı Aralıq kəndində yaşayan Şahid ilə 100 manat qarşılığında psixotrop maddə metamfetaminin satışı barədə razılığa gəldikdən sonra onun tapşırığı ilə özündə olan psixotrop maddənin 0.611 qramını 1 ədəd selofan bükümdə “X7” markalı siqaretin boş qutusunun içərisinə yerləşdirib Şərur rayon Yengicə kənd ərazisində Elşən marketlə Yengicə kənd qəbiristanlığın yaxınlığına olan elektrik dirəyinin dibinə ataraq həmin yerin şəkilini cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvünə göndərməklə 23 sentyabr 2024-cü il tarixdə, saat 11:15 radələrində təkrar satmış, 23 sentyabr 2024-cü il tarixdə Şahid Şərur Rayon Polis İdarəsinə gələrək 4 ədəd 0.520 qram, 0.601 qram, 1.141 qram və 0.611 qram bükümlərdə olmaqla ümumilikdə çəkisi 2.873 qram külli miqdarda metamfetamin psixotrop maddəsini könüllü surətdə təhvil vermişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, arvadının əməliyyatı ilə bağlı 2014-2015-ci illərdə İran İslam Respublikasına getmiş, orada olarkən Hüseyn adlı şəxsi taksi sürücüsü kimi tanımış, o vaxtdan Hüseyn ilə əlaqəsi olmuşdur. Onun Hüseynlə narkotik barədə söhbəti 2 il bundan əvvəl təxminən 2023-cü illərdə Bakıda olan zaman olmuş, o vaxta qədər bu haqqda heç bir söhbətləri olmamışdır. Bakıda taksi sürdüyü gecələr yuxusu gəlməsin deyə narkotikin kristal və metamfetamin olan növündən istifadə etmiş, maddələrin ona başqa heç bir təsir etmədiyini söyləmişdir. Narkotikləri əldə etmək üçün Hüseynin kartına pul atmış, onlarda narkotiki hara qoysalar şəklin ona göndərmişlər, şəkildəki yerdən gedib götürmüşdür. Təxminən ayın 14-15 –i Hüseyn ondan borca 100 manat pul istəmiş, onun kartına 100 manatı atmış, ayın 23-ü Türkiyəyə gedəndə dayısının mərasimi vaxtı avtomobili sürətli idarə etdiyi üçün polis əməkdaşları onu saxlayıb sənədlərini almışlar, sənədləri olmadığı üçün Gömrükdən onu buraxmamışlar. O, Naxçıvana maşının sənədlərin almağa gəlmiş, üstündə pulu olmadığı üçün Hüseynə zəng vurub – “İmkan varsa, mənə 100 manat at, sənədlərimi götürüm- deyəndə Hüseyn onun kartına 100 manat pul atmışdır. Təxminən 1 aydır ki, Naxçıvana gəlmiş, Naxçıvanda olan müddətdə Hüseynlə əlaqə saxlamamış, 2024-cü ilin sentyabr ayı dayısının yas mərasimində olarkən Hüseyn ona whatsapp vasitəsi ilə zəng edib -“Naxçıvana 4 büküm kristal və metamfetamin göndərmişəm. Onları götürüb birini özün istifadə edərsən, qalan 3 bükümü müəyyən yerlərə qoyub şəkilini çəkib mənə atarsan. Mənim öz adamlarım var, deyəcəm gedib həmin yerdən götürəcək”- demişdir. Narkotik vasitələrdən bir bükümünü ona pulsuz göndərdiyindən qarşılığında gedib bükümləri götürmüş və özünün müəyyən etdiyi yerlərə atıb şəkilini Hüseynə yollamış, Hüseynin narkotik vasitələri satıb-satmamağı ilə bağlı məlumatı olmamış, o barədə iranlı ona heç nə deməmiş, iranlının ona göndərdiyi bir büküm narkotikdən başqa heç bir qazancı olmamışdır. Hüseyn narkotik vasitəni qoyduğu yeri və nəqliyyat vasitəsinin şəklini ona atıb Culfa Gömrük məntəqəsinə getməyini tapşırmış, o da Culfa Gömrük məntəqəsinə getmiş, həmin nəqliyyat vasitəsini yol qırağında görüb yaxınlaşaraq “TİR”ın arxa tərəfindən narkotik vasitəni götürmüşdür. Ayrı-ayrı olan 4 bükümü ümumu sellofanda bükülü şəkildə maqnitə bağlayaraq nəqliyyat vasitəsinə yapışdırmışlar. Həmin bükümü nəqliyyat vasitəsinin arxasındakı qoşa təkərin arasından götürən zaman sürücünü görməmişdir. Hüseyn narkotik vasitələrin neçə qram olduğunu deməmiş, nəqliyyat vasitəsinin öndən və arxadan qeydiyyat nişan nömrəsini çəkib ona atmış və nömrəsinin Naxçıvan qeydiyyatı olduğunu söyləmişdir. Narkotikin Gömrükdən keçirməyin qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığını bilmiş, lakin narkotikin Gömrükdən Azərbaycan tərəfə necə keçirilməsi ilə bağlı məlumatı olmamışdır. O, nəqliyyat vasitəsindən maddəni götürdükdən sonra şəxsi avtomobili ilə Şərur rayonuna gəlmiş, üstündən 1-2 gün keçəndən sonra Hüseyn ona zəng edib –“ Həmin narkotik vasitələri hara qoysan şəkilin mənə atarsan” – demiş, Şərur rayonunda yerləşən “Zet” ailəvi restoranının arxa tərəfində ağacın dibinə bir büküm qoymuş, sonra şəklin çəkib Hüseynə atmış, ona göndərdiyi bükümün birini özü təxminən 2-3 dəfə istifadə etmiş, qalan bükümlərdən birini isə siqaret qutusuna qoyub Şərur rayonu Yengicə kənd qəbiristanlığında elektrik dirəyinin dibinə qoymuş, sonuncu bükümü isə Yengicə kənd qəbiristanlığının arxasına atmış və bunların hər birinin şəklini çəkib whatsapp vasitəsi ilə Hüseynə göndərmiş, amma Yaşıl bazarın yanına o heç nə qoymamışdır. Qoyduğu narkotikləri kimin götürəcəyi barədə məlumatı olmamış, heç kimi görməmiş, Hüseynin özü kim götürəcəksə ona xəbər etmişdir. Hüseyn digər bükümlərin satışından ona pul verməmiş, narkotik vasitəni satmaq və ya qazanc əldə etmək niyyəti olmamışdır. 23 sentyabr tarixində Şərur rayon Polis İdarəsinin əməkdaşları ona zəng edib bölməyə çağırmışlar, bölmədə ona şəkil göstərib –“Bunu sən qoymusan?”- deyə soruşmuşlar, əməkdaşlara qoyduğunu etiraf etmişdir. Daha sonra polislər videoçəkilişlə üzərinə, evinə və avtomobilinə baxış keçirmişlər. Baxış zamanı üzərində və ya avtomobilində əlavə heç nə aşkar olunmamışdır. Törətdiyi cinayət əməlini etiraf etdiyini və peşman olduğunu məhkəmə kollegiyasına söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Bakıda olanda dostu onun telefonu ilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamış, özü həmin şəxslə danışmamış, dostunun marixuana istifadə etdiyindən xəbəri olsa da həmin vaxt onun telefonu ilə kimlə danışdığını bilməmiş, təxminən 10 -15 gün sonra ona vatsapdan zəng edib - “Mənimlə danışan uşaq hardadır?” – deyə soruşanda – “O, burda deyil, Rusiyadadır” -demişdir. Naxçıvanda olarkən iranlı ona zəng edib Bakıda olub-olmadığını soruşmuş, oda olmadığını demiş, təxminən 2024-cü ilin yay aylarında ona yenidən zəng vurub – “Naxçıvanda olsan sənə narkotik vasitə təşkil edə bilərəm. Şərur ərazisinə metamfetamin qoymuşam, istəyirsən get götür– desə də pulu olmadığını deyib rədd etmişdir. İranlı ona –“Götür istifadə et, pulun olanda verərsən” – demiş, o da narkotik vasitənin yayılmasını istəmədiyi üçün polis əməkdaşlarına - “Mənə zəng gəlib narkotik vasitə göndərdiklərin dedilər”- deyə xəbər vermiş, onlarla bərabər gedərək narkotik vasitəni götürüb əməkdaşlara təhvil vermişdir. Birinci götürdüyündən əlavə iki dəfədə gedib narkotik vasitəni götürmüş, həmin narkotik vasitələrin neçə qram olduqlarını bilməmiş, Şərur rayonundakı Yaşıl bazarın yaxınlığında toyuqculuq tərəfdən 1 büküm götürüb kart vasitəsi ilə onun pulun ödəmiş, götürdüyü narkotik vasitədən istifadə etməmiş, heç kimə verməmişdir. Yaşıl bazarın yanında olan narkotiki götürdükdən sonra polis əməkdaşları ona –“Danış gör kimə göndərir, necə göndərir” – demiş, həmin vaxt o zəng etsə də sonralar iranlının özü onunla əlaqə saxlamışdır. Digər göndərdiyi narkotiki isə “Zet ailəvi” restoranın yan hissəsindən götürmüş, bunun qarşılığında isə iranlıya təxminən 100- 200 manat pul ödəmiş, narkotik vasitəni “Zet ailəvi” restoranından götürdükdən sonra iranlının özü yenə ona zəng etmiş, “vatsap” dan şəkil və konum göndərmiş, oda Şərur rayonu Yengicə kənd qəbiristanlığının yanına gedib elektrik dirəyinin dibindən siqaret qutusunun içinə qoyulmuş metamfetamini götürmüş, siqaret qutusunun “keno” və ya konpat olduğunu hal-hazırda xatırlamamışdır. İranlının atdığı karta “Millon” terminalı vasitəsi ilə narkotik vasitələrə görə ümumi 400- 500 manat pul ödəmiş, iranlıya göndərdiyi pulu ona polis əməkdaşları vermişdir. İranlı vətəndaşın adı səhv xatırlamırsa Hüseyn olmuşdur. Sonuncu narkotik vasitəni polis əməkdaşları ilə birlikdə gedib götürüb onlara təhvil vermiş, ondan 4 dəfə əldə etdiyi psixotrop maddə metamfetamin olmuş, həmin yerlərə psixotrop maddələri kimin qoyduğu barədə ona məlumat verməmiş, Təqsirləndirilən şəxs tanımamışdır. Dostunun Bakıda iranlıya zəng etməyi ilə İranlının bura narkotik göndərməyi arasında 1 il müddət olmuş, noyabr ayı içkili olduğu üçün marixuana istifadə etmiş, buna görə də 1 ay inzibati həbs edilmiş, dekabr ayı həbsdən çıxmış, 2 ay sonra onu yenidən test edib, qanını analizə vermişlər, həmin vaxt qanında narkotik vasitə çıxdığı üçün ona yenidən inzibati həbs vermişlər. Nömrəsini dəyişdiyini, artıq iranlı ilə əlaqəsi olmadığını, narkotik vasitəni indi kimə göndərdiyini bilmədiyini söyləmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli, 1151 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərlərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN ŞƏRUR RAYON POLİS İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” mətni olan dairəvi möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 04 ədəd kağız zərflərdə: şərti 1 nömrəli kağız zərfin içərisindəki üzərində “X7” yazısı olan siqaret qutusunun içərisində qızılı rəngli siqaret kağızının içərisində 01 ədəd şəffaf sellofon bükümdə təmiz çəkisi 0,611 qram; şərti 2 nömrəli kağız zərfin içərisindəki “Want” yazısı olan siqaret qutusunun içərisində qızılı rəngli siqaret kağızının içərisində 01 ədəd şəffaf sellofon bükümdə təmiz çəkisi – 0, 601 qram; şərti nömrəli kağız zərfin içərisindəki üzərində “Marlboro” yazısı olan siqaret qutusunun içərisində qızılı rəngli siqaret kağızının içərisində 01 ədəd şəffaf sellofon bükümdə təmiz çəkisi-1,141 qram; şərti 4 nömrəli kağız zərfin içərisindəki üzərində “Want” yazısı olan siqaret qutusunun içərisində salfet kağızının içərisində 01 ədəd şəffaf sellofon bükümdə təmiz çəkisi – 0, 520 qram olmaqla ümumillikdə - 2,873 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı İİ bənd, sıra № 27). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 14 oktyabr 2024-cü il tarixli, 85 K nömrəli məhkəmə-kimyəvi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qandan məhkəmə kimya tədqiqatı nəticəsində tiryək və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası X1: - 31 oktyabr 2024-cü il tarixli, 450 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətində xəstəlik halı olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir. - 31 oktyabr 2024-cü il tarixli, 451 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs metamfetamin narkomaniyasından əziyyət çəkir. Bununla əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı vardır. Dispanser qeydiyyata alınması məsləhətdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr fevral 2024-cü il tarixli, 1356 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi –psixi xüsusiyyətlərində sünilik, intizamsızlıq, eqoizm, prinsipalsızlıq, kobudluq, laqeydlik və s. kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs emosional halında hadisədən əvvəl, hadisə zamanı və hadisədən sonra hər hansı ekstremal dəyişikliklərin baş verməsi müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yada salmaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü rühi həyacan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində özünü müdafiə mexanizmlərindən istifadə etməklə, hadisə barədə verdiyi məlumatları təhrif etməsi müəyyən olunur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmalar, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 23 sentyabr 2024-cü il tarixli əşyaya baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid məxsus “İnfinix NOTE 30” markalı mobil telefona baxış keçirilmiş, telefonun “whatsapp” proqramına daxil olduqda, "xxxx" (İranlı) adı ilə qeyd olunmuş **********8152 nömrəsi ilə yazışmalara baxış zamanı aşağıdakı mesajlar aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 14:44-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Salam necəsən, nə var nə yox, nə xəbər, patı istəsələr var ha sözləri ilə qeyd olunmuş 10 saniyə səs qeyd göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 12:41-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsinə “Salam qardaş nə var nə yox kefin halın necədi mən gedirəm rayon tərəfə keçirəm 2 dənəsini düz qoş edə bilərsən həll edə bilərsən, tez bazar keçirəm rayon tərəfə həll edə bilərsən keçim” sözləri ilə qeyd olunmuş 14 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 12:41-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Hə, hə, niyə həll edə bilmirəm, indi nağdı danışım deyim düz qoş etsin” sözləri ilə qeyd olunmuş 5 saniyə səs qeyd göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 12:41-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Hə, sən tez elə qardaşa dedim, sən işi gör tez elə sözləri ilə qeyd olunmuş 5 saniyə səs qeyd göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 13:22-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Hə, hə, mən səni gözləyirəm sözləri ilə qeyd olunmuş 2 saniyə səs qeyd göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 13:22-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən **********289595 Kapitalsözləri göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 13:36-da "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsinə üzərində Pashapay MMC VÖEN ********** məbləğ 200 AZN və digər yazılar olan Million elektron ödəmə sisteminə məxsus fotoşəkil göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:09-da "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Nolar indi də təkər buraxıb onu dəyişir, qoy dəyişsin indi atır, bidənə səbirli olsözləri ilə qeyd olunmuş 5 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:12-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsinə “Yaxşı qardaş gözləyirəm da xəbər elə də mənəsözləri ilə qeyd olunmuş 3 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:12-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Sən maşını danış hazır qalsın mən deyəndə çağır gəlsin sözləri ilə qeyd olunmuş 3 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:42-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən üzərində “Yengicə qəbirsanlığı sözləri yazılmış konum” göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:43-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən 5 ədəd müxtəlif fotoşəkillər göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:44-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən üzərində “Yengicə qəbirsanlığı sözləri yazılmış konum” göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:44-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən **********287480 Kapitalsözləri göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:44-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Konumu zadı gəlib hazırdı” sözləri ilə qeyd olunmuş 02 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:44-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Çox yolun var atdığım konuma” sözləri ilə qeyd olunmuş 03 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:44-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsinə “Yox o qədər yoxdur, maşın gəlsə 5 dəqiqəlik yolum var, 10 dəqiqəlik yolum var, maşın çatsın” sözləri ilə qeyd olunmuş 09 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:54-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Maşın çox çəkər gəlməyi sözləri ilə qeyd olunmuş 03 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:30-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsinə “Qardaş maşın gözləyirəm uzaq yerdəydi, deyir çatsın çıxıram” sözləri ilə qeyd olunmuş 05 saniyə səs qeydi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:46-da "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsinə üzərində Pashapay MMC VÖEN ********** məbləğ 100 AZN və digər yazılar olan Million elektron ödəmə sisteminə məxsus fotoşəkil göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:53-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən 5 ədəd müxtəlif fotoşəkillər göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:53-də "xxxx" adı ilə qeyd olunmuş **********8152 mobil nömrəsindən “Daşın altında Nuhun daşın altında o konuma get şəkildə daşın altındadı durbanın dibidi nə mənədi bax ordasözləri ilə qeyd olunmuş 11 saniyə səs qeydi göndərilmişdir. - 23 sentyabr 2024-cü il tarixli əməliyyat – axtarış tədbirləri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı, 10 - NT- 465 dövlət qeydiyyat nişanlı və 10 - KT- 920 dövlət qeydiyyat nişanlı avtomobillərin 02 ədəd qara rəngli pultu və 02 ədəd qara rəngli açarları, özünə məxsus açıq mavi rəngli “Redmi Not 12” markalı mobil telefon, 01 ədəd “Vant” markalı siqaret, 01 ədəd göy rəngli alışqan tərəfimizdən aşkar edilərək götürüldü və qablaşdırılması üçün Şərur rayon Polis İdarəsinə aparıldı. - 23 sentyabr 2024-cü il tarixli təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 - NT - 465 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirildiyi, həmin baxışda ona məxsus avtomobillərin açarları, bir ədəd açıq mavi rəngli “Redmi Not 12” markalı mobil telefon, “Want” markalı siqaret, mavi rəngli alışqanın götürüldüyü müəyyən edilmişdir. - 24 sentyabr 2024-cü il tarixli əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 10 - NT- 465 dövlər qeydiyyat nişanlı, “Mercedes” Markalı avtomobil ilə Şərur şəhəri ərazisində yerləşən Zet Ailəvi restoranın arxa hissəsində Şərur şəhəri, Mikayıl Muşfiq küçəsində yerləşən yola daxil olaraq həmin ünvanda yerləşən binanın arxasında idarə etdiyi avtomobili saxlamışdır. 3 nömrəli videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan videonun 1.33-cü dəqiqəsində Təqsirləndirilən şəxs idarə etdiyi 10 - NT- 465 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin sağ ön sərnişin pəncərəsindən videogörüntüdə qeyd olunan xx.xx.2024-cü il tarixdə, saat 13:25-də Mikayıl Muşfiq küçəsində yerləşən binanın arxasında olan ağacın yanına hər hansı bir əşya atdığı müəyyən edilmişdir. Bundan sonra 04 nömrəli videoya daxil olunmuş və həmin videoda Şərur rayonu, Aşağı Aralıq kəndində yaşayan Şahid videogörüntüdə qeyd olunan xx.xx.2024-cü il tarixdə, 14:11 radələrində Mikayıl Muşfiq küçəsində yerləşən binanın arxasında olan, az əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi 10 - NT- 465 dövlət qeydiyyat nişanlı avtomobili ilə yaxınlaşaraq atdığı əşyanı götürərək ordan uzaqlaşdığı müəyyən edilmişdir. - 24 sentyabr 2024-cü il tarixli mənzilə baxış keçirilməsi və götürülmə aparılması haqqında protokoldan görünür ki, Şərur rayonu, Yengicə kəndində yerləşən yaşayış evinə keçirilən baxış zamanı evdə hər hansı qanunla dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. - 24 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mersedes- Benz” markalı 10 - KT-920 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobildən qanunla dövriyyəsi qadağan və məhdudlaşdırılmış hər hansı predmet və ya vasitə aşkar edilməmişdir. Həmçinin baxış zamanı avtomobildən sübut əhəmiyyəti kəsb edə biləcək, 01 ədəd AA4919784 nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd D122470 nömrəli sürücülük vəsiqəsi, 01 ədəd **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, 01 ədəd 484209 nömrəli etibarnamə, 10753 nömrəli çıxarış, 10 - KT – 920 dqnn-ə məxsus qeydiyyat şəhadətnaməsi, 01 ədəd Nailə Bayramovaya məxsus elektron sağlamlıq kartı, **********774189, **********243480 və üzərində nömrə olmayan “Kapital Bank” bankomat kartları, 03 ədəd Naxtel mobil nömrələrinə məxsus boş nömrə kartları, 01 ədəd qəbz, 01 ədəd şəffaf alminimum kağız parçası və 01 ədəd pul kisəsi aşkar edilərək götürülmüşdür. - 24 sentyabr 2024-cü il tarixli əşyaya baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, mobil telefonda olan “whatsapp” proqramı ***-***-**-** nömrəsi ilə qeydiyyat olunmuşdur. Telefonun “whatsapp” proqramına daxil olduqda “Qusi” adlı şəxslə +98***-***-**-** mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə, saat 13:51 buraxılmış zəng, “salam, necəsən qalmısan” sözləri yazılmış mesaj, xx.xx.2024-cü il tarixdə 13:53, 13:57, 14:24 saatlarında “Qusi”adlı şəxsdən daxil olmuş buraxılmış zənglər olduğu müəyyən edildi. Bundan başqa iş üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. - 17 oktyabr 2024-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 oktyabr 2024-cü il tarixdə Kapital Bankdan 2024/111/28161 nömrəli məktubla daxil olmuş siyahılara baxış keçirilmiş, baxış zamanı X2 məxsus 5239 1517 0249 4389 nömrəli bank kartına Şahid xx.xx.2024-cü il tarixdə, saat 13-46-da million ödəmə terminalı vasitəsilə 100 manat, 17 sentyabr 2024-cü il tarixdə, saat 16:38-də 100 manat pul göndərdiyi, X4 məxsus 4169 7388 0628 9595 nömrəli kart hesabına Şahid milliön ödəmə terminalı vasitəsilə 21 sentyabr 2024-cü il tarixdə, saat 13:34-də 200 manat pul göndərdiyi, 23 sentyabr 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs məxsus 4160 7388 1628 7480 nömrəli bank kartına Şahid xx.xx.2024-cü il tarixdə, saat 10:44-də million ödəmə terminalı vasitəsilə 100 manat pul göndərdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 23 sentyabr 2024-cu il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 25 sentyabr 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. 03 oktyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. 26 sentyabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, ayrı-ayrılıqda çəkiləri 0,520, 0,601, 1,411, 0,611 qram olmaqla ümumi çəkisi 2,873 qram psixotrop maddə, 04 ədəd qəbz, **********774189 nömrəli və üzərində nömrəsi silinmiş “Kapital” banka məxsus kartlar, 01 ədəd aliminum materialdan hazırlanmış kağız parçası, açıq mavi rəngli “Redmi Not 12” markalı mobil telefon maddi sübut hesab edilmişdir. 26 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, 01 ədəd ********** nömrəli Milliönödəmə terminalının qəbzi, 03 ədəd “Naxtel MMC”-yə məxsus boş kartlar, **-NT-*** və **-KT-*** qeydiyyat nişanlı avtomobillərin 02 ədəd qara rəngli pultu, 02 ədəd qara rəngli açarları, 01 ədəd “Want” markalı siqaret qutusu, 01 ədəd göy rəngli alışqan, 01 ədəd **-NT-*** qeydiyyat nişanlı avtomobilə məxsus BD382894 qeydiyyat şəhadətnaməsi, 01 ədəd 484209 nömrəli etibarnamə, 10753 nömrəli çıxarış, 01 ədəd elektron sağlamlıq kartını Təqsirləndirilən şəxs qohumu X6 təhvil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidin ifadəsi, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq yolu il əldə etmək, saxlamaq, daşımaq.... qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaq və təkrar satmaq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin tərkibini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 5-ci bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn; üstündə gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qanunun 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi, onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin qanunun 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüməhəmiyyətkəsbedir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ...qabaqcadan əlbir olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini qaçaqmalçılıq yolu ilə əldə etmə, saxlama, daşıma, satma və təkrar satma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Belə ki, 2024-cü ilin sentyabr ayı İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxs whatsapp vasitəsi ilə Təqsirləndirilən şəxsyla əlaqə saxlayıb -“Naxçıvana 4 büküm kristal və metamfetamin göndərmişəm. Onları götürüb birini özün istifadə edərsən, qalan 3 bükümü müəyyən yerlərə qoyub şəkilini çəkib mənə atarsan. Mənim öz adamlarım var, deyəcəm gedib həmin yerdən götürəcək”- demişdir. Təqsirləndirilən şəxs narkotik maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirildiyi yerlərdə onları qəbul edəcəyi və satışını həyata keçirəcəyi barədə Hüseyn adlı şəxsə razılıq vermişdir. Daha sonra Hüseyn narkotik vasitəni qoyduğu yeri və nəqliyyat vasitəsinin şəklini Rinada atıb Culfa Gömrük məntəqəsinə getməyini tapşırmış, o da Culfa Gömrük məntəqəsinə getmiş, həmin nəqliyyat vasitəsini yol qırağında görüb yaxınlaşaraq “TİR”ın arxa tərəfindən narkotik vasitəni götürmüşdür. Ayrı-ayrı olan 4 bükümü ümumu sellofanda bükülü şəkildə maqnitə bağlayaraq nəqliyyat vasitəsinə yapışdırmışlar. Həmin bükümü nəqliyyat vasitəsinin arxasındakı qoşa təkərin arasından götürən zaman Rinad sürücünü görməmişdir. Narkotik vasitələrdən bir bükümünü Rinada pulsuz göndərdiyindən qarşılığında gedib bükümləri götürmüş və özünün müəyyən etdiyi yerlərə atıb şəklini Hüseynə yollamışdır. Rinad Şərur rayonuna gəlmiş, üstündən 1-2 gün keçəndən sonra Hüseyn ona zəng edib –“ Həmin narkotik vasitələri hara qoysan şəkilin mənə atarsan” – demiş, Şərur rayonunda yerləşən “Zet” ailəvi restoranının arxa tərəfində ağacın dibinə bir büküm qoymuş, sonra şəklin çəkib Hüseynə atmış, ona göndərdiyi bükümün birini özü təxminən 2-3 dəfə istifadə etmiş, qalan bükümlərdən birini isə siqaret qutusuna qoyub Şərur rayonu Yengicə kənd qəbiristanlığında elektrik dirəyinin dibinə qoymuş, sonuncu bükümü isə Yengicə kənd qəbiristanlığının arxasına atmış və bunların hər birinin şəklini çəkib whatsapp vasitəsi ilə Hüseynə göndərmişdir. 2024-cü ilin yay aylarında İran İslam Respublikasının vətəndaşı Şahid zəng vurub – “Naxçıvanda olsan sənə narkotik vasitə təşkil edə bilərəm. Şərur ərazisinə metamfetamin qoymuşam, istəyirsən get götür – desə də Nuhun pulu olmadığını deyib rədd etmişdir. İranlı ona –“Götür istifadə et, pulun olanda verərsən” – demiş, o da narkotik vasitənin yayılmasını istəmədiyi üçün polis əməkdaşlarına - “Mənə zəng gəlib narkotik vasitə göndərdiklərin dedilər”- deyə xəbər vermiş, onlarla bərabər gedərək narkotik vasitəni götürüb əməkdaşlara təhvil vermişdir. Şahid Şərur rayonundakı Yaşıl bazarın yaxınlığında toyuqculuq tərəfdən 1 büküm götürüb kart vasitəsi ilə onun pulun ödəmiş, digər göndərdiyi narkotiki isə “Zet ailəvi” restoranın yan hissəsindən götürmüş, bunun qarşılığında isə iranlıya təxminən 100-200 manat pul ödəmiş, narkotik vasitəni “Zet ailəvi” restoranından götürdükdən sonra iranlının özü yenə ona zəng etmiş, “vatsap” dan şəkil və konum göndərmiş, oda Şərur rayonu Yengicə kənd qəbiristanlığının yanına gedib elektrik dirəyinin dibindən siqaret qutusunun içinə qoyulmuş metamfetamini götürmüşdür. Şahid iranlının atdığı karta “Millon” terminalı vasitəsi ilə narkotik vasitələrə görə ümumi 400- 500 manat pul ödəmiş, həmin pulu ona polis əməkdaşları vermişdir. 23 sentyabr tarixində Şərur rayon Polis İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs zəng edib bölməyə çağırmışlar, bölmədə ona şəkil göstərib –“Bunu sən qoymusan?” - deyə soruşmuşlar, əməkdaşlara özünün qoyduğunu etiraf etmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları, şahidin ifadəsi və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olmaqla narkotik vasitələrin, psixotrop maddələrinvə ya onların prekursorlarının, güclütəsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmə maddəsi üzrə sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələriküllimiqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərməmaddəsi üzrə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələriküllimiqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərməmaddəsi üzrə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələriküllimiqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərməmaddəsi üzrə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini tam etiraf edərək peşman olmasını, himayəsində 5 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə xasiyyətnamədə müsbət xarakterizə olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin 4(110)-25/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 23 sentyabr 2024-cü il tarixdən, saat 21:50-dən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 4(110)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni 07 fevral 2025-ci il tarixədək uzadılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 15 noyabr 2023cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan manat) manat, məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi Qaydası” və Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərdə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Şərur Rayon Polis İdarəsinin “X10” saxlanılan ümumi çəkisi 2,873 qram psixotrop maddə olan metamfetamin (ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 2,793 qram psixotrop maddə olan metamfetamin) məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 12” markalı mobil telefon, **********774189 nömrəli plastik kart və üzərində nömrə olmayan 01 ədəd “Kapital” banka məxsus plastik kart, 01 ədəd aluminium materialdan hazırlanmış kağız və 04 ədəd Milliön ödəmə terminalına aid qəbz Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AD122470 nömrəli sürücülük vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 06 ədəd CD, 02 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən, saat 21:50 hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan manat) manat, məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Şərur Rayon Polis İdarəsinin “X10” saxlanılan ümumi çəkisi 2,873 qram psixotrop maddə olan metamfetamin (ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 2,793 qram psixotrop maddə olan metamfetamin) məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 12” markalı mobil telefon, **********774189 nömrəli plastik kart və üzərində nömrə olmayan 01 ədəd “Kapital” banka məxsus plastik kart, 01 ədəd aluminium materialdan hazırlanmış kağız və 04 ədəd Milliön ödəmə terminalına aid qəbz Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AD122470 nömrəli sürücülük vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə 06 ədəd CD, 02 ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Arzuyar Kərimov