Məhkəmə qərarları › İş №1(109)-12/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-12/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-12/2024 13.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə 21 avqust 1980-ci ildə İran İslam Respublikası, Təbriz şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, ali təhsilli, subay, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Stomatologiya” ixtisasının 5-ci kursunda təhsil almış, İran İslam Respublikasının Təbriz şəhəri, Siqqətuislam prospekti, Barad Dərbəndi küçəsi, ev 16.1 ünvanında qeydiyyatda olmaqla ünvan 1ş, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 276-cı maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, vətəndaşı olduğu İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam Respublikası İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndəsinin tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün məlumatlar toplayıb ETTELAAT nümayəndəsinə verməklə casusluq etmişdir. Belə ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından Təbriz şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin özünü Əziz Vətəni kimi təqdim edən nümayəndəsi tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və ona verilən tapşırığa uyğun olaraq o, həmin vaxtdan Naxçıvan Dövlət Universitetinin (bundan sonra NDU) Tibb fakültəsinin tələbəsi qismində pərdələnməklə 24 iyun 2023-cü il tarixədək olan dövr ərzində İran İslam Respublikası xüsusi xidmət orqanının nümayəndəsi Əziz Vətəninin tapşırıqlarının icrası qaydasında Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək məqsədilə Naxçıvan şəhərində dislokasiya edilmiş hərbi hissələrin ünvanları, Naxçıvan Muxtar Respublikasında baş verən ictimai-siyasi proseslər, Muxtar Respublikanın dövlət orqanlarının vəzifəli şəxsləri və onların ailə üzvləri, NDU-da keçirilən tədbirlər və iclaslar, rektorun xarici ölkələrə səfərləri, universitet tərəfindən xarici ölkələrin təhsil qurumları və müəssisələri ilə bağlanan müqavilələr, əcnəbi qonaqlar, universitetdə təhsil alan əcnəbi və yerli tələbələrin, eləcə də, universitetin rəhbər heyətinin anket məlumatları, sosial şəbəkə hesabları, telefon nömrələri, maddi-sosial vəziyyətləri, təhsildənkənar məşğuliyyətləri, həyat tərzləri və sair barədə məlumatları mütəmadi toplayaraq, o cümlədən, 05 iyul 2022ci ildə mobil telefonu vasitəsilə çəkdiyi Naxçıvan Muxtar Respublikasının keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının fotoşəkillərini mobil telefonunda olan «WhatsApp» tətbiqi vasitəsilə, eləcə də İran İslam Respublikasının Təbriz şəhərinə gedərək 11 fevral 2022-ci il, 22 fevral 2022-ci il və 02 mart 2022-ci ildə “Qostərəş” hotelində, 19 iyun 2022-ci ildə “Məqbərə” adlanan ərazidə, 24 iyul 2022-ci ildə “Petroşimi” hotelində, 21 avqust 2022-ci il və 22 fevral 2023-cü il tarixlərində “Təbriz” hotelində görüşləri zamanı İran İslam Respublikası xüsusi xidmət orqanının nümayəndəsi Əziz Vətəniyə bilavasitə verərək casusluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasında təhsilini bitirdikdən sonra bir müddət İran İslam Respublikasında olmamış, özü və ailəsi İran İslam Respublikasının heç bir dövlət orqanında işləməmiş, ailəsi ilə birlikdə bir neçə ölkədə olmuşdur. 2010-cu ildə Təbriz şəhərində öz klinikasını açmış, qazancı həmin klinikadan olmuş, casusluq etməyə ehtiyacının olmadığını söyləmişdir. 2019-cu ildə İran İslam Respublikasından Avropaya, Türkiyə Respublikasına, hətta Azərbaycan Respublikasına gələ bilmək üçün diplom almaq istəmiş, bunun üçün NDU-nun Stomatologiya fakültəsinə daxil olmuş, Naxçıvan şəhərini özünə yaşayış yeri kimi qəbul etmiş, ailəsini və nişanlısının ailəsini də Naxçıvan şəhərində yaşamağa dəvət etmişdir. Naxçıvan şəhərində yaşadığı 6 il ərzində 4 aydan çox Təbrizə getməmiş, NDU-nu özünə doğma bilmişdir. 2019-cu ilin yayından tutulduğu günə qədər Naxçıvan şəhər Xətai məhəlləsindəki evdə təkbaşına yaşamış, ara-sıra və koronavirus vaxtı tətillərdə Təbriz şəhərinə getmişdir. NDU-da keçirilən 3 iclasda iştirak etmiş, universitetin müəllimləri rəhbərlik sistemi tətbiq etmək istədiklərini söyləyərək tələbələrin onun sözünü yerə salmayacağını və ondan rəhbər olmasını istəsələr də, o, həm işləyib, həm də imtahanlara hazırlaşdığı üçün bunu qəbul etməmişdir. Növbəti dəfə iclas keçirilmiş, universitetin prorektoru və dekanı xarici tələbələrin rəhbərlik sisteminin qurulmasına razı olduqlarını, ondan rəhbər olmasını istədiklərini, ona bu iş üçün köməkçilər verəcəklərini, köməkçilər tələbələrin problemləri barədə ona məlumat verdikdə, Təqsirləndirilən şəxs həmin məlumatları universitetin rəhbərliyinə çatdırmasını istəmiş və o, bu təkliflə razılaşmışdır. 2021-ci ilin təxminən son aylarında Təbrizdə olarkən ona bilinməyən nömrədən zəng olunaraq ondan “Təqsirləndirilən şəxs?” olduğu və Təbriz şəhərində olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs Təbriz şəhərində olduğunu söylədiyi zaman pasportunda problem olduğu üçün pasport idarəsinə çağırılmışdır. Pasportunu və kimliyini deyilən vaxtda və saatda pasport idarəsinə aparmış, təxminən iki saatlıq araşdırmadan sonra pasportunda problem olmadığı söylənmişdir. O, xaricdə təhsil alan tələbələr üçün xüsusi bir bölmə yaradıldığını öyrənmiş və pasportunu təhvil aldıqdan sonra üzərində “"Prezident Nahadının Təhsil Bölümü” yazılmış idarəyə getmişdir. Həmin idarədə xaricdə və daxildə təhsil alan tələbələr üçün ayrıca yaradılmış bölmələr olsa da, o, “xaricdə təhsil alanlar” bölümünə getmişdir. Orada olarkən bir nəfər yaxınlaşaraq özünü Əziz Vətəni kimi təqdim etmiş və xaricdə təhsil alan İran İslam Respublikası tələbələri bölümünün Naxçıvan Muxtar Respublikasındakı hissəsinə məsul olunduğunu söyləmişdir. Ə.Vətəni Təqsirləndirilən şəxs onun Naxçıvan Muxtar Respublikasındakı tələbələrə rəhbərlik etdiyi barədə məlumatının olduğunu, koronavirusla əlaqədar olaraq yolların bağlanmasına görə tələbələrin valideynlərinin Ə.Vətəniyə yazdığını, onların uşaqlarından xəbərsiz olduqlarını, hər gün NDU-nun rəhbərliyinə zəng edib cavab almağın asan məsələ olmadığını söyləmişdir. Onunla aralarında heç bir razılaşma olmamış, o, heç bir sənədə qol çəkməmişdir. Təhsil alan tələbələrin valideynlərinin Ə.Vətəniyə ünvanladığı sualları H.X13 Respublikası Konsulluğuna və ya NDU-nun rəhbərliyinə çatdırmasını istəmişdir. O, problemi rəhbərliyə çatdıracağını, rəhbərliyin həll edə bilməyəcəyi məsələ olduqda səbəbini ailəyə Ə.Vətəninin izah etməsini söyləmişdir. Ə.Vətəni ona tələbələrin Naxçıvan şəhərində “Dörd yol” adlanan yerdə polis idarəsinin qarşısında aksiya keçirmək istədiyi barədə məlumatı verdiyində o, Ə.Vətənini inandırmaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin binasının üzərindəki yazının şəklini çəkib atmış və buranın polis idarəsi olmadığını, həssas bir yer olduğunu söyləmişdir. Bundan başqa nə orqanın özü haqda, nə də ünvanı haqda heç bir məlumat verməmiş, sadəcə orqanın adını ona göstərərək tələbələr aksiya keçirəcəyi halda məsuliyyəti özlərinin daşıdığını söylədikdən sonra Ə.Vətəninin təşəbbüsü ilə ailələrlə danışılmış və aksiyaların qarşısı alınmışdır. Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasında heç bir orqanın şəkilini çəkməmişdir. Ə.Vətəniyə hərbi hissələr haqqında heç bir məlumat verməmiş, ona bu barədə tapşırıq verilməmiş, hərbi hissələrin şəkilini çəkməmiş və heç kimin ünvanına göndərməmişdir. NDU-nun yerləşdiyi yerin hərbi hissəyə çox yaxın olmasını, hətta iranlı qız tələbələrin yaşadıqları universitet yataqxanasının pəncərələrinin hərbi hissəyə tərəf açıldığını, eşidilən parad, məşq, mərmi atma səslərindən onların narahat olub problemi ona danışdıqlarını, tələbələrin ailələrinin də bu haqda məlumatlı olduğunu, onun təkcə Ə.Vətəniyə yox, tələbələrin özünə də “siz birinci gün universitetə gələndə gördünüz ki, yataqxana haradadır. Yataqxana kibrit qutusu deyil ki, onu oradan götürüb başqa yerə qoyasan” - deyə cavab verdiyini, hərbiçilərlə bağlı söhbətin sadəcə söylədiklərindən ibarət olduğunu bildirmişdir. O, stomatologiya ixtisasının tələbəsi kimi pərdələnməklə casusluq etdiyini inkar edərək 16 il fərqli universitetlərdə təhsil aldığını, Naxçıvan şəhərini çox sevdiyi üçün burada yaşamaq istədiyini, Naxçıvan şəhəri haqqında məlumatları toplayaraq gizli yollarla heç kimə ötürmədiyini söyləmişdir. Ə.Vətəninin ETTELAAT üzvü olduğunu bilməmiş, onunla 2 dəfə “Whatsapp” tətbiqi vasitəsilə yazışmış, 6 dəfə görüşmüşdür. Görüşlər zamanı yanında öz telefonunu da aparmış, hansısa dövlət orqanında görüşməkdən narahat olduğu üçün onunla fərqli otellərdə görüşmüşdür. Ə.Vətəni ona tapşırıqlar verməmiş, iranlı tələbələrin problemlərini İran İslam Respublikası Konsulluğu həll etmədiyi üçün onunla görüşmüş və problemlər barədə onu məlumatlandırmışdır. O, Təbriz şəhərindəki şirkətlərin tələbələrin Naxçıvan Muxtar Respublikasında təhsil alması üçün onlardan artıq məbləğdə pul istədiyini, 3 tələbənin Ə.Vətəninin göstərişi ilə özü tərəfindən qeydiyyatdan keçirildiyini, bu işə başlamaqla vasitəçi rolu oynayan şirkətləri aradan çıxardığını, bununla da, Ə.Vətənidən 3 tələbənin sənəd işlərini düzəltmək üçün 50 (əlli), 60 (altmış) və 100 (yüz) ABŞ dolları olmaqla 3 dəfə pul aldığını və Ə.Vətəninin ona 90 (doxsan) ABŞ dolları borcu qaldığını söyləmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, NDU-da texnoparkın açılışı olmuş, bu dünya üzrə sayılı ölkələrdə rastlanan bir hal olduğu üçün texnoparkın açılışı ilə bağlı universitetin rəhbərliyi tərəfindən sosial şəbəkələrdə reklamlar, təbliğatlar aparılmış, rektorun icazəsi ilə afişalar asılmış, universitet yüksək səviyyədə təbliğ olunmuşdur. Ə.Vətəni bu xəbərlərin doğru olub-olmadığını ondan soruşmuş, o, xəbərləri təsdiqləmiş, sosial şəbəkələrdə paylaşılan reklamlardan birini ona göndərmiş, 500 (beş yüz) nəfər xarici tələbənin NDU-da təhsil almaq üçün qeydiyyata gəldiyini söyləmişdir. O, universitetdə keçirilən tədbirlər haqqında rektorun və Ümumi İşlər üzrə prorektor Xəyal müəllimin öz sosial şəbəkə hesablarında paylaşım etdiyini, Ə.Vətəniyə və tələbələrin ailələrinə verdiyi məlumatların rəsmi məlumatlar olduğunu, hamının bildiyini, sosial şəbəkədən əldə etdiyini söyləmişdir. Ə.Vətəni ilə görüşən zaman Seymur Talıbov və Rza Talıbov haqqında sadəcə tələbələrlə bağlı danışmış, tələbələrin baş örtüyü və təmizlik məsələləri ilə bağlı problemlərini Seymur müəllimə söylədiyini və onun da problemi həll etdiyini, Ə.X10 çox rəhmli, Rza Talıbovun isə ciddi biri olduğunu söyləmiş, bundan başqa aralarında sözügedən şəxslərlə bağlı başqa söhbət olmamışdır. Fevral ayından sonra Ə.Vətənini görməmiş, onunla danışmamışdır. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında quru yolları açıldığı zaman Ə.Vətəni tələbələrin ailələrinin Naxçıvan şəhərinə gəlmək istədiyini söyləmiş, fars ailələri Azərbaycan dilində danışa bilmədiyi üçün Naxçıvan şəhərindəki otellər və onların qiymətləri ilə bağlı ondan soruşmuş, o, “Saat Meydanı”dakı otelin ən yaxşı və keyfiyyətli olduğunu, oranın Vasif Talıbova məxsus olmasını eşitdiyini söyləmiş, daha sonra “Duzdağ” otel barədə məlumat vermiş, tələbələrdən eşitdiyinə görə oranın türk vətəndaşına satıldığını, “Təbriz” otelin isə iran vətəndaşı tərəfindən alındığını Ə.Vətəniyə bildirmişdir. Həmçinin Ə.Vətəniyə aşura mərasiminin keçirildiyi kəndlərlə bağlı bir söz deməmiş, Nehrəm qəsəbəsində olmamışdır. Ə.Vətəni ondan Azərbaycan manatı, Bakı şəhəri ilə Naxçıvan şəhəri arasında hər hansı münaqişənin olması, aralarında dava getməsi, Koreya Respublikası ilə münasibətlərin nə yerdə olması ilə bağlı heç nə soruşmamış və ona bu barədə heç bir məlumat verməmişdir. Universitetin rektorunun və müəllimlərin e-mail kodlarını ona göndərməmiş, iranlı ailələr istədiyi üçün Xəyal müəllimin telefon nömrəsini ona vermişdir. Həmçinin, o, ifadəsində Ə.Vətəni ilə aralarında keçən İsrail dövləti ilə bağlı söhbətin səbəbinin tələbələr arasında “İsrail dövləti ilə İran İslam Respublikasının münasibətləri yaxşı deyil, ona görə bizi texnoparka aparmırlar” kimi fikirlərin olmasını demiş, buna görə də Ə.Vətəni ondan İsrail dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlərin necə olduğunu soruşmuş, o isə cavabında “münasibətləri çox gözəldir” - demiş, ölkələrlə probleminin olmadığını bildirmişdir. Onun Ə.Vətəni ilə tələbələr Puya Muctəhidi, Ruhulla Cahangir, Sevda Ağazadə və İsmail Xadim haqqında onlardan çox pul alınması ilə bağlı, həmçinin Sevda Ağazadənin qeydiyyatdan keçirilməsi ilə bağlı söhbəti olmuş, həmin tələbələr onu şikayət etmiş, Puya Muctəhidi uşaqların arasını qatıb onları təhrik etmiş, Ə.Vətəni ona həmin tələbələrlə aralarında əlaqə olması və tələbələrin ona məlumat verməsi haqqında heç nə deməmiş, Ə.Vətəni ondan yüngül həyat tərzi keçirən iki nəfər iranlı tələbə qız haqqında soruşduqda “mən onlara əvvəlcədən sözümü dedim, daha sonra heç maraqlanmadım” - deyə, cavab vermişdir. Təqsirləndirilən şəxs Xəyal müəllimin iranlı tələbələri yanına çağıraraq onlara universitetə aid olmayan suallar verdiyini, valideynlərinin və qohumlarının harada işlədiyini, SEPAH və ETTELAAT-da işləyib-işləmədiklərini, Suriya ilə əlaqələrinin olub-olmadığını soruşmuş, o cümlədən, ona da bu cür suallar vermişdir. Ə.Vətəni haqqında Naxçıvan şəhərində hər hansı bir orqana, o cümlədən, Xəyal müəllimə heç bir məlumat verməmiş, valideynlərin və tələbələrin problemlərini “Prezidentin Nahadı”na dediklərini Xəyal müəllimin özü də bilmiş, tələbələrdən bəzilərinin atalarının SEPAH və ETTELAAT-da işləmələri haqqında məlumatı dekana, Xəyal müəllimə də vermiş, bu məlumatı uşaqların özlərindən eşitmiş, lakin həmin tələbələrin atalarının SEPAH-da, ETTELAAT-da işləmələri haqqında Ə.Vətəniyə heç bir məlumat verməmişdir. Xəyal müəllimin yanında olarkən 10- 15 nəfər tələbənin problemlərini Prezidentə danışmaq istədiklərini söyləmiş, Xəyal müəllim bunun mümkün olmadığını bildirmişdir. Ə.Vətəni ilə görüşən zaman Azərbaycanda vəziyyətin fərqli olduğunu, X7 Respublikasına gizli gəlib-getdiyini söyləmiş, “gizli” sözünün İran İslam Respublikasında “xəbərsiz” mənasında işlədildiyini bildirmişdir. Törətdiyi əmələ görə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, ibtidai istintaq zamanı dindirilərkən müdafiəçisinin və tərcüməçinin iştirakı təmin edilmiş, DTX-nin binasının şəklini keçiriləcək aksiyanın qarşısını almaq üçün çəkdiyini, Ə.X17 Respublikası Xüsusi Xidmət Orqanının, ETTELAAT-ın üzvü olmasını bilmədiyini, ona Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə kölgə salacaq heç bir məlumat vermədiyini, Ə.Vətəninin ondan adını telefonuna “Farzin Tabibzad” olaraq qeyd etməsini istədiyi gündən onunla əlaqəsini kəsdiyini, fevral ayından sonra onun telefonlarına cavab vermədiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, hal-hazırda NDU-da X15 üzrə dekan işləyir. Xarici tələbələr orta məktəbi bitirmək haqqında attestat təqdim etməklə və müsahibə yolu ilə universitetə qəbul edilmişlər. Onların böyük çoxluğunu İran İslam Respublikasından və Türkiyə Respublikasından olan tələbələr təşkil edir. Təqsirləndirilən şəxs də digər xarici tələbələr kimi bir il hazırlıq keçdikdən sonra universitetə qəbul edilmişdir. Oxuduğu müddət ərzində Təqsirləndirilən şəxs başqa nə isə hiss etməmiş, sadəcə digər tələblərdən yaşca böyük olduğuna görə həmişə tələbələrin problemləri maraqlanaraq həll etməyə çalışmışdır. Hazırlıq müddəti bitdikdən sonra, o, Tibb fakültəsinin Stomatologiya ixtisasının 1-ci kursuna başlamış, təhsilini orada davam etdirmiş, universitetdə keçirilən tədbirlərdə fəal iştirak etmiş, dəfələrlə qrup nümayəndəsi olmaq istədiyini söylədiyi üçün Ümumi İşlər üzrə prorektor Xəyal müəllim onu qrup nümayəndəsi təyin etmişdir. Təqsirləndirilən şəxslə Xəyal müəllimin münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs dekanlığın rəhbərliyi ilə tələbələrlə birlikdə “Xalça” muzeyinə getmiş, kollektivlə şəkil çəkdirmişdir. Təqsirləndirilən şəxs son zamanlar onun yanına gələrək Amerikaya nişanlısını görmək üçün akademik möhlət götürmək istədiyini bildirdiyində, bunun üçün tutarlı səbəbinin olmasını, rektora bununla bağlı sənədlər təqdim etməli olduğunu söyləmişdir. O, həmçinin Təqsirləndirilən şəxs tək yaşadığını və içki aludəçisi olduğunu, hətta içkili vəziyyətdə ona zəng edərək “müəllimə, dekanlığı buraxmayın” – dediyini söyləmiş, bundan başqa Təqsirləndirilən şəxs bir tələbə kimi səhv hərəkət və ya tərbiyəsizlik görmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, hal-hazırda universitetdə kordinator vəzifəsində çalışır. 2021-ci ilin aprel ayından 2023cü ilin oktyabr ayına qədər X4 şöbə müdiri vəzifəsində işləmişdir. Tələbə qəbulu ilə heç bir əlaqəsi olmamış, həmçinin iranlı, yaxud da türk tələbələrlə ünsiyyətdə olmamış, sadəcə universitetin ona aid olan işlərini həll etmişdir. Rektorun tapşırığı ilə şöbə müdiri təyin olunduqdan sonra həm türk, həm də iranlı tələbələrlə daha yaxından əlaqədə saxlamağa başlamış, həm tələbə qəbuluna görə, həm də universitetdə tələbələrin problemi olan zaman yanına gəldiklərində əlindən gəldiyi qədər köməklik göstərməyə çalışmışdır. Təqsirləndirilən şəxs də bu sayədə tanımışdır. Hadisə barədə eşitdikdə inana bilməmiş, Təqsirləndirilən şəxs azərbaycanlı tələbələrdən belə üst səviyyədə biri kimi tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs NDU-nun Ümumi İşlər üzrə prorektoru Xəyal müəllim tərəfindən oxuduğu qrupda qrup nümayəndəsi (başqan) təyin edilmiş, tədbirlərdə aktiv iştirak etmiş, universitetin tələbə sosial həyatında can atan bir tələbə olmuş, bilik yarışları, poeziya axşamlarında fəal iştirak etmiş, xarici tələbələrə tapşırıq üzrə Naxçıvanın tarixi abidələrini, yerlərini tanıtmaq məqsədilə rektorun icazəsi ilə təşkil edilmiş turlarda iştirak etmişdir. Təqsirləndirilən şəxs xaricdə təhsil proqramı olan “Erasmus”la bağlı maraqlanmış, sonuncu dəfə onu yolda - universitetin qarşısında görmüş, 2023-cü ilin sentyabr ayında ondan yaxınlarının universitetə qəbul olmaq istəməsi ilə bağlı soruşduğunda artıq qəbul prosesi fərqli keçirildiyindən ona qəbula baxmadığını söyləmişdir. Bundan sonra bir müddət Təqsirləndirilən şəxs məlumat almamışdır. Daha sonra ətrafdan onun artıq tələbə statusundan çıxıb başqa işlərlə məşğul olması, onunla daha ehtiyyatlı davranmalı olduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Naxçıvan şəhərində bərbər kimi fəaliyyət göstərir. Təxminən 5-6 il bundan əvvəl Təqsirləndirilən şəxs yanına müştəri kimi gəlmiş, həmin vaxtdan tutulana qədər müştəri kimi yanına gələrək saçını kəsdirmiş, pulunu vermiş, Naxçıvan şəhərində gedən proseslər, Vasif Talıbovun övladları, ictimai məsələlərlə bağlı heç nə soruşmamış, gündəlik şeylərdən danışmış, onunla birlikdə heç yerə getməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əcnəbi vətəndaş olaraq NDU-da təhsil almaq üçün müraciət edib təhsil almağa başladığı vaxtdan Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs oxuduğu müddət ərzində özünü nümunəvi tələbə kimi aparmış, bütün tədbirlərdə fəal iştirak etmiş, hətta digər əcnəbi tələbələrin də səhvi olduqda rəhbərlikdən əvvəl Təqsirləndirilən şəxs onlarla danışıb “burada oxuyursunuzsa, qanunlara hörmət etməlisiniz” – deyə, tənbeh etmiş, onunla bağlı başqa nə isə hiss etməmişdir. Tələbələr hazırlıq bitdikdən sonra universitetin digər ixtisaslarında oxumuş, həmin vaxt Xarici Tələbələr üzrə Dekanlıqda dekan müavini vəzifəsində işləmişdir. Həmçinin o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırlıq prosesini bitirdikən sonra da mütəmadi olaraq oraya gəlmiş, əsasən iranlı tələbələrin çatışmayan sənədləri olduqda köməklik göstərmiş, onlar Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə vəsiqələri alaraq rəhbərliyə təqdim etməyə etinasız yanaşdıqda Təqsirləndirilən şəxs sənədləri hazırlamağa və gətirməyə köməklik etmiş, müəyyən problemlər olduqda onlarla tərbiyəvi söhbətlər etmişdir. Təqsirləndirilən şəxs ondan universitetdəki rəhbər şəxslər, tədbirlər haqqında məlumat almamış, universitetin rəhbərliyi tələbələrlə yaxın ünsiyyətdə olduğu üçün onların hamısını özü şəxsən tanımış və yaxın münasibətdə olmuşdur. Universiteti bitirdikdən sonra Naxçıvan şəhərində qalmaq, klinika açmaq istəməsini, hətta sonra Amerikaya getmək fikrinin olmasını, lakin ondan İran İslam Respublikasını pisləməsinə dair heç nə eşitmədiyini söyləmişdir. Sonra o, universitet tərəfindən tələbələrin asudə vaxtlarını sərfəli keçirmələri üçün Naxçıvan Muxtar Respublikasının tarixi yerlərinə, abidələrinə səyahətlər təşkil edildiyini, tələbələrin, o cümlədən H. Pourkazemin həmin tədbirlərdə öz istəkləri ilə və ya rəhbərliyin təşəbbüsü ilə iştirak etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər universitetin yataqxanasında yaşamış, daha sonra atasıgil onun yanına gələcəyi üçün oradan ayrılmış, digər iranlı tələbələr kimi, tez-tez İran İslam Respublikasına gedibgəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və Təqsirləndirilən şəxs onun müştərisi olduğundan onu Culfaya, evlərindən universitetə aparmışdır. Taksisində bir yerə apararkən onunla ünsiyyət saxlayan zaman iranlıların azərbaycanlılara qarşı düşmənçilik etdiyini, İran İslam Respublikası ərazisində azərbaycanlıların incidildiyini, 2-ci Qarabağ müharibəsi zamanı İran İslam Respublikasının Ermənistana köməklik etdiyini söylədiyində H.X18 Respublikasının İsrail dövləti ilə düşmən olduğunu, Azərbaycan Respublikasının da İsrail dövlətinə koməklik etdiyini söyləmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs taksi ehtiyacından başqa heç vaxt ona zəng etmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, NDU-da Xarici Tələbələr üzrə Dekanlıqda əcnəbi tələbələrlə işlədiyi zaman Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs universitetə İran İslam Respublikasından tələbələr gətirmiş və onun gətirdiyi bir neçə tələbəni qeydiyyata almışdır. Təqsirləndirilən şəxs özü də Tibb fakültəsində təhsil almış, universitetdə keçirilən sosial tədbirlərdə aktiv iştirak etmiş, özünü vətənpərvər Azərbaycanlı olaraq təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli audio və videoyazıların məhkəmə ekspertizası rəyindən məlum olmuşdur ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “RSAİR.D.K” markalı fləş kartda olan mübahisəli fonoqramlardakı istintaqı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “RSAİR.D.K” markalı fləş kartda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli, 2073 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, halhazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 14 iyun 2023-cü il tarixli baxış protokolundan məlum olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-5(009)-2958/2023 nömrəli qərarına əsasən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, tərcüməçi X8, 03 mart 1965-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, 5 saylı Mİİ-də çilingər işləyən Naxçıvan şəhəri, Atabəylər 5, ev 8-də qeydiyyatda olmaqla orada yaşayan X5, 03 mart 1950-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, təqaüdçü, Naxçıvan şəhəri A.Tarverdiyev küçəsi, ev 10-da qeydiyyatda olmaqla orada yaşayan X2 iştirakları ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 9, ev 20 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Asus” markalı kompüter, 01 ədəd “Samsung Galaxy J6 Plus Duos”, 01 ədəd “Nokia XL Dual Sim” markalı mobil telefon, 01 ədəd “Kingston 64 Gb”, 01 ədəd “Sp 16 Gb” fləş kart, P50211138 nömrəli İran İslam Respublikası pasportu, müddətləri fərqli olan 05 ədəd Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, İran İslam Respublikası banklarına məxsus 03 ədəd plastik kart, 01 ədəd tələbə bileti, 01 ədəd “Naxtel”, 01 ədəd “Türkcell“, 06 ədəd İran İslam Respublikası operatorlarına məxsus sim kart, 03 ədəd qeyd kitabçası, 01 ədəd “Hazırlıq kursunu bitirmək haqqında” şəhadətnamə, 01 ədəd qol saatı və bəzək əşyaları, 400 ABŞ dolları, 65 manat, Təqsirləndirilən şəxs və digər İran İslam Respublikası vətəndaşlarına məxsus sənəd və fotoşəkillər, 2.530.000 (iki milyon beş yüz otuz min) İran İslam Respublikası riyalı aşkar edilərək götürülmüşdür. - 07 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 ədəd qara rəngli “Nokia XL Dual Sim” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonun 2 İMEİ kodundan biri “**********04875”, digəri isə “**********04840” kimi qeyd olunmuşdur. Telefona daxil olduqdan sonra buradan video və fotoşəkillər bölməsinə daxil olunmuş, burada şəxsi 98 fotoşəkil və 03 video olmuş, lakin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı material aşkar edilməmişdir. Davam edən baxış zamanı mobil telefonun “giriş-çıxış” zəngləri mövcud olan bölməsinə daxil olduqda orada çoxsaylı İran İslam Respublikasının operatorlarına məxsus “+98” ilə başlanan nömrələrdən mütəmadi olaraq əlaqə saxlanıldığı müəyyən edilmişdir. Həmçinin həmin protokoldan görünür ki, 01 ədəd qara rəngli “Samsung Galaxy J6 Plus Duos” markalı mobil telefona baxış keçirilərkən telefonun “Android” əməliyyat sistemi ilə idarə olunduğu müəyyən edilmişdir. Mobil telefonun 2 İMEİ kodundan biri “**********74528”, digəri isə “**********74526” kimi qeyd olunmuşdur. Ümumi yaddaş həcmi 32 Gb olan mobil telefona daxil olduqda hər hansı bir şifrə tələb olunmamış, buradan video və fotoşəkillər bölməsinə daxil olunmuş, Təqsirləndirilən şəxs məxsus şəxsi şəkillərin arasında Naxçıvan Dövlət Universitetinin şəxsi heyəti ilə birlikdə çəkdirdiyi fotoşəkillər müəyyən edilmişdir. Mobil telefona davam edən baxış zamanı “WhatsApp” tətbiqində Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəni ilə yazışma və səs yazılarının olduğu müəyyən edilmiş, Əziz Vətəni ilə “WhatsApp” tətbiqi vasitəsilə ilk əlaqələri 08 sentyabr 2022-ci il tarixdə olmuşdur. Növbəti əlaqələr isə 04 yanvar 2023-cü il, 05 yanvar 2023-cü il, 19 fevral 2023-cü il, 20 fevral 2023-cü il, 14 mart 2023-cü il, 15 mart 2023-cü il, 19 aprel 2023-cü il, 09 may 2023-cü il, 11 may 2023-cü il, 12 may 2023-cü il, 14 may 2023-cü il, 03 iyun 2023cü il, 19 iyun 2023-cü il və 20 iyun 2023-cü il tarixlərində olduğu müəyyən edilmişdir. 08 sentyabr 2022-ci ildəki yazışmadan görünür ki, Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəniyə farsca “Salam necəsən. Farzin mən Təbrizdəyəm. Sabah tezdən getməliyəm. İşimlə çox məşğul idim. Kənd və ferma. Bu gün vaxtınız varsa, sizi görmək üçün vaxt təyin edək.” mesajının yazıldığı müəyyən edilmişdir. 04 yanvar 2023-cü ildəki yazışmadan görünür ki, adı “eng. Farzin Tabibzad” kimi qeyd olunan İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəni Təqsirləndirilən şəxs farsca “Salam əziz həkim.” mesajını yazdığı, sonuncu isə cavab olaraq “Salam Farzin bu gün gəldim naxçıvanda yox idin, bir neçə dəfə zəng etdim 33 gün susdun, mən gələcəm” yazdığı müəyyən edilmişdir. 05 yanvar 2023-cü ildəki yazışmadan görünür ki, adı “eng. Farzin Tabibzad” kimi qeyd olunan İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəni Təqsirləndirilən şəxs farsca “Cənab. Orada qar yağır?, Bəli, dünən gecədən yağış yağır. Yaxşı gedir.” mesajını yazdığı, sonuncu isə cavab olaraq “Yox, indi bura qar yağmır. Təbrizə qar yağıb, Allaha şükür” yazdığı müəyyən edilmişdir. 20 fevral 2023-cü ildəki yazışmadan görünür ki, Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəniyə farsca “Təşəkkür edirəm. Yaxşıyam, necəsən?. Yəgin ki, üç gün burada olacam. Mənə zəng etməyin.” mesajını yazdığı müəyyən edilmişdir. 19 aprel 2023-cü ildəki yazışmadan görünür ki, Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəniyə farsca “Salam Farzin necəsən?. Tutduğunuz oruc dualarınız qəbul olsun məzuniyyətə çıxmaq istədim amma imtahana girə bilmədim. Yaxın aylarda iyulun 15-nə kimi yenə gəlməliyəm. Mən səni həqiqətən görmək istəyirdim. Hələlik.” mesajını yazıldığı müəyyən edilmişdir. 09 may 2023-cü ildəki yazışmadan görünür ki, adı “eng. Farzin Tabibzad” kimi qeyd olunan İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəni Təqsirləndirilən şəxs farsca “(Bu mesaj silindi) Salam doktor” mesajının yazdığı, sonuncu isə cavab olaraq “Salam Fərzin can yaxşısan?, o gündən gəlmişəm mən burdayam, 2-3 dəfə yazdım sənə cavab ala bilmədim, sən neyniyirsən, yaxşıdı vəziyyətin? İnşallah 10 günün içində gələcəm Təbrizə görüşərik. Çox istəyirəm görüşüm alınmır. Sağ olasan görüşərik. (Bu mesaj silindi)” yazdığı müəyyən edilmişdir. 11 may 2023-cü ildəki yazışmadan görünür ki, adı “eng. Farzin Tabibzad” kimi qeyd olunan İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəni Təqsirləndirilən şəxs farsca “Bəy bazar günü gələcəm, gələ bilsəniz görüşərik. Təbrizdə qala bilməsəniz, bir-birimizi istədiyiniz kimi görəcəyik.” Mesajını yazdığı, sonuncu isə cavab olaraq “Bazar günü keçə bilmirəm, amma kurslar üçün Təbrizə gələcəm. Mən sizə mütləq xəbər vərəcəm.” yazdığı müəyyən edilmişdir. 12 may 2023-cü ildəki yazışmadan görünür ki, Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəniyə farsca “Çox ağır ciddi kurslarda var.....Məncə sizində xoşunuza gələcək.....” mesajını yazıldığı müəyyən edilmişdir. 03 iyun 2023-cü ildəki yazışmadan görünür ki, Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəniyə farsca “Salam Farzin necəsən?. Sabahınız Xeyr. Bəy, mən dünən Təbrizdə idim. Kursum bitdi. Sabah günorta qayıdacam bazar ertəsi imtahanım var. Dedim ki, vaxtın var gəlim çay içək.” mesajını yazıldığı müəyyən edilmişdir. 19 iyun 2023-cü ildəki yazışmadan görünür ki, Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəniyə mesaj yazmış daha sonra həmin mesajı sildiyi müəyyən edilmişdir. 20 iyun 2023-cü ildəki yazışmadan görünür ki, Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəniyə farsca “(Bu mesajı sildiniz) Salam Farzin necəsən. Mesajları silməli oldum.” mesajını yazıldığı müəyyən edilmişdir. Həmçinin baxış zamanı “Google Meet” görüntülü mesajlaşma tətbiqinə daxil olunmuş, burada Təqsirləndirilən şəxs adını “Masumeh Kish” kimi qeyd etdiyi +**********62 nömrəli İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrə ilə “Google Meet” görüntülü mesajlaşma tətbiqindən qeydiyyatdan keçmiş, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət orqanlarının yerləşdiyi yerləri barədə videogörüntüsünü çəkərək “Masumeh Kish” adlı şəxsə göndərməsi müəyyən edilmişdir. Göndərdiyi videolarda Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasında yerləşən Dövlət Gömrük Baş İdarəsi, Naxçıvan şəhər İcra Hakimiyyəti, Naxçıvan şəhər Mərkəzi Xəstəxanası, Naxçıvan şəhər Olimpiya Stadionu, Naxçıvan şəhər Stomatologiya Mərkəzini çəkərək “Masumeh Kish” kimi qeyd etdiyi şəxsə göndərmişdir. 02 ədəd (ağ və qara rəngli) 16 Gb və 64 Gb yaddaş gücünə malik olan fləş karta və 03 ədəd qeyd kitabçasına, 08 ədəd SİM karta (01 ədəd Naxçıvan Muxtar Respublikası və 07 ədəd İran İslam Respublikasına məxsus operatorlar), 01 ədəd qara rəngli “Asus” markalı “X44H” modelli notbuka baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək materiallar aşkar edilməmişdir. Bundan əlavə, 01 ədəd şabalıdı rəngli pul kisəsinə baxış keçirilmiş, pul kisəsinin içərisindən P50211138 nömrəli İran İslam Respublikasına məxsus pasport, 05 ədəd müddətləri fərqli olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 03 ədəd İran İslam Respublikası bankalarına məxsus plastik kart, 01 ədəd Naxçıvan Dövlət Universitetinə məxsus tələbə kartı, 400 ABŞ dolları, 65 manat və 2.530.000 İran İslam Respublikası riyalı mövcud olmuş, lakin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı material aşkar edilməmişdir. - 14 iyul 2023-cü il tarixli yaddaş qurğusundakı danışıqlara baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış keçirilən fləş daşıyıcıda “xx.xx.2022-ci il tarixli görüş”, “01-03 mart 2022-ci il tarixli görüş və telefon danışıqları”, “xx.xx.2022-ci il tarixli telefon danışığı”, “xx.xx.2022-ci il tarixli görüş”, “xx.xx.2022-ci il tarixli görüş”, “xx.xx.2022ci il tarixli görüş”, “xx.xx.2023-cü il tarixli görüş” adlı ümumilikdə 07 ədəd qovluq mövcud olmuşdur ki, onlardan həmin səslərdə Təqsirləndirilən şəxs İran İslam Respublikası xüsusi xidmət orqanının əməkdaşı olan Əziz Vətəni (Farzin Tabibzad) ilə apardığı danışıqlar öz əksini tapmış, qeydə alınmış danışıqlar 4 saat 1 dəqiqə 33 saniyədən ibarət olmuşdur. - 14 iyul 2023-cü il tarixli fotoşəkil üzrə tanıma protokolundan məlum olmuşdur ki, mülki geyimdə olan 4 nəfər kişi cinsindən olan şəxslərin fotoşəkilləri əks edilmiş fotocədvəli Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bu zaman o, “Mənə təqdim edilən fotocədvəldə mən 3 rəqəmi ilə qeyd edilmiş şəxsi dərhal tanıdım. Bu, barəsində istintaqa ifadə verdiyim İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam Respublikası İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndəsi olan və mənə verdiyi tapşırıqları icra etdiyim, özünü Əziz Vətəni kimi tanıdan şəxsdir. Mən onu arıq bədən, arıq uzun sifət quruluşundan, saçları ön tərəfdən töküldüyündən, qara gözündən, enli və uzun olan burnundan, azca bığ və saqqalından tanıdım” söyləmişdir. - 30 oktyabr 2023-cü il tarixli +**********12, +**********07 və +**********79 nömrəli telefon nömrələri vasitəsilə aparılmış danışıqların statistik kompüter açıqlamalarına baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş cədvəldən məlum olmuşdur ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan +**********07 nömrəli İran İslam Respublikasının operatoruna məxsus nömrədən Azərbaycan Respublikasının operatorlarına məxsus **********, **********, **********, **********, ********** və ********** nömrələr arasında cədvəldə qeyd edilən tarixlərdə danışıqlar aparılmışdır. - 13 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilmiş əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. - 28 sentyabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, İran islam Respublikası xüsusi xidmət orqanı olan İran İslam Respublikası İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndəsinin tapşırığı ilə məxfi əməkdaşlığa cəlb edilmiş İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün məlumatlar toplayıb ETTELAAT nümayəndəsinə verməklə casusluq etmişdir. Belə ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından Təbriz şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin özünü Əziz Vətəni kimi təqdim edən nümayəndəsi tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və ona verilən tapşırığa uyğun olaraq o, həmin vaxtdan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbəsi qismində pərdələnməklə 24 iyun 2023-cü il tarixədək olan dövr ərzində İran İslam Respublikası xüsusi xidmət orqanının nümayəndəsi Əziz Vətəninin tapşırıqlarının icrası qaydasında Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək məqsədilə Naxçıvan şəhərində dislokasiya edilmiş hərbi hissələrin ünvanları, Naxçıvan Muxtar Respublikasında baş verən ictimai-siyasi proseslər, Muxtar Respublikanın dövlət orqanlarının vəzifəli şəxsləri və onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetində keçirilən tədbirlər və iclaslar, rektorun xarici ölkələrə səfərləri, universitet tərəfindən xarici ölkələrin təhsil qurumları və müəssisələri ilə bağlanan müqavilələr, əcnəbi qonaqlar, universitetdə təhsil alan əcnəbi və yerli tələbələrin, eləcə də, universitetin rəhbər heyətinin anket məlumatları, sosial şəbəkə hesabları, telefon nömrələri, maddi-sosial vəziyyətləri, təhsildənkənar məşğuliyyətləri, həyat tərzləri və sair barədə məlumatları mütəmadi toplayaraq, o cümlədən, 05 iyul 2022ci ildə mobil telefonu vasitəsilə çəkdiyi Naxçıvan Muxtar Respublikasının keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının fotoşəkillərini mobil telefonunda olan «WhatsApp» tətbiqi vasitəsilə, eləcə də İran İslam Respublikasının Təbriz şəhərinə gedərək 11 fevral 2022-ci il, 22 fevral 2022-ci il və 02 mart 2022-ci ildə “Qostərəş” hotelində, 19 iyun 2022-ci ildə “Məqbərə” adlanan ərazidə, 24 iyul 2022-ci ildə “Petroşimi” hotelində, 21 avqust 2022-ci il və 22 fevral 2023-cü il tarixlərində “Təbriz” hotelində görüşləri zamanı İran İslam Respublikası xüsusi xidmət orqanının nümayəndəsi Əziz Vətəniyə bilavasitə verərək casusluq etmişdir. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında tədqiq edilmiş çoxsaylı obyektiv sübutları, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ayrı-ayrılıqda vermiş olduğu ifadələri əsas tutmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməmiş, Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini inkar etmişdir. Halbuki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı geniş məzmunlu ifadə verərək törətdiyi cinayət əməlinin mexanizmini və üsulunu, cinayət əməlinin törədilmə vaxtını, ETTELAAT nümayəndəsi ilə əldə olunmuş razılığın mahiyyətini, Azərbaycan respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə oluna biləcək məlumatları əldə edib ETTELAAT nümayəndəsinə verdiyini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 9, ev 20 ünvanına baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli “Samsung Galaxy J6 Plus Duos” markalı mobil telefona baxış keçirilərkən video və fotoşəkillər bölməsinə daxil olunmuş, Təqsirləndirilən şəxs məxsus şəxsi şəkillərin arasında Naxçıvan Dövlət Universitetinin şəxsi heyəti ilə birlikdə çəkdirdiyi fotoşəkillər, “WhatsApp” tətbiqində Təqsirləndirilən şəxs adını “eng. Farzin Tabibzad” kimi qeyd etdiyi İran İslam Respublikası Xüsusi Xidmət orqanının əməkdaşı olan Əziz Vətəni ilə yazışma və səs yazılarının olması , Əziz Vətəni ilə “WhatsApp” tətbiqi vasitəsilə 08 sentyabr 2022ci il, 04 yanvar 2023-cü il, 05 yanvar 2023-cü il, 19 fevral 2023-cü il, 20 fevral 2023-cü il, 14 mart 2023-cü il, 15 mart 2023-cü il, 19 aprel 2023-cü il, 09 may 2023-cü il, 11 may 2023-cü il, 12 may 2023-cü il, 14 may 2023-cü il, 03 iyun 2023-cü il, 19 iyun 2023-cü il və 20 iyun 2023-cü il tarixlərində əlaqələrinin olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhz ibtidai istintaq zamanı vermiş olduqları ifadələr mötəbər sübut kimi qəbul edilərək qiymətləndirilməlidir. Bundan başqa, cinayət işinin materiallarında olan çoxsaylı şəkillər və sair yazılı sübutlarla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənləri bir daha məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında fərqli məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini son anadək dərk etmədiyini, İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndələrinə verdiyi məlumatlara görə ona ödəniş edilmədiyini söyləməsini özünü müdafiə kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 276-cı maddəsinin tərkibi vardır. Ona düzgün olaraq həmin maddə ilə ittiham verilmişdir və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Casusluq, yəni dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə Cinayət Məcəlləsinin 276-cı maddəsinin tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən ona istinad edilən xüsusilə ağır cinayəti cinayətin milli düşmənçilik və ya sair alçaq niyyətlərlə törədilməsidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər... üçün azadlıqdan məhrumetmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-444/2023 nömrəli, 25 iyun 2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 24 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd P50211138 nömrəli pasport cəzanı icra edən orqana göndərilməlidir. - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd tələbə bileti, 1 (bir) ədəd “Samsung Galaxy J6 Plus Duos” markalı mobil telefon və onun daxilində quraşdırılmış 2 (iki) ədəd mobil nömrələr (+**********07 və +**********07) Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus - 5 (beş) ədəd müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-fonoskopik ekspertizasına görə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 352, 353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirli bilinib 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd P50211138 nömrəli pasport cəzanı icra edən orqana göndərilsin. - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd tələbə bileti, 1 (bir) ədəd “Samsung Galaxy J6 Plus Duos” markalı mobil telefon və onun daxilində quraşdırılmış 2 (iki) ədəd mobil nömrələr (+**********07 və +**********07) Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus - 5 (beş) ədəd müvəqqəti yaşamaq üçün icazə vəsiqələri Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-fonoskopik ekspertizasına görə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar