Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-12/2025 10.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:25 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Babək şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan şəhər dəfn bürosunda fəhlə işləmiş, orta təhsilli, məhkum olunmamış, Babək şəhəri, M.S.ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq yolu ilə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Bеlə ki, o, 07 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 8,927 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsi və 2,331 qram az miqdarda marixuana narkotik vasitəsi əldə etmə, saxlama, daşıma və psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirildiyi yerlərdə onları qəbul edəcəyi və satışını həyata keçirəcəyi barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvünün İran İslam Respublikasından X9 vasitəsi ilə Azərbaycan Respublikası ərazisinə gələn, 72BF274/72ZA064 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin sağ arxa təkərinin arxa tərəfinə maqnitlə yapışdırdığı bir ədəd bağlamanın içərisindəki 1 ədəd bükümdə 8,927 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamini və 2,331 qram az miqdarda marixuana narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikası ərazisinə keçirildikdən sonra avtomobil dayanmış vəziyyətdə olanda gömrük postunun çıxışında qoyulduğu yerdən götürərək qanunsuz olaraq qəsdən əldə edib 1,127 qram hissəsini bir ədəd ağ rəngli sellofana bükərək üzərində, 7,800 qram metamfetamin psixotrop maddəsini bir ədəd ağ rəngli sellofana və 2,331 qram marixuana narkotik vasitəsini bir ədəd qara rəngli sellofana bükməklə Naxçıvan şəhər Qəbiristanlığındakı iş otağındakı gödəkcəsinin cibində gizlədərək saxlamaqla daşımış, 7 oktyabr 2024-cü ildə, saat 18:55-də Naxçıvan Muxtar Respublikası X4 Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər Qəbiristanlığında saxlanılaraq üzərində yoxlama aparılarkən üzərindən bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 1,127 qram və iş otağındakı gödəkcəsinə baxış keçirilən zaman gödəkcənin cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 7,800 qram olmaqla ümumi təmiz çəkisi 8,927 qram olan külli miqdarda metamfetamin psixotrop maddəsi və 2,331 qram az miqdarda marixuana narkotik vasitəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-2020-ci illərə kimi Türkiyə Respublikasında yaşamış, orada tikiş fabrikində işləmiş, Türkiyədə oturma izni olmadığı üçün 2021-ci ildə onu Bakıya deportasiya etmişlər. İstanbulda olduğu müddətdə son iki il olardı ki, təxminən 2018-ci illərdən o, narkotik vasitə olan marixuana və metamfetamin istifadə etmiş, Bakıda olduğu müddətdə isə narkotik vasitədən istifadə etməmişdir. Anasının da oturma izni olmadığı üçün İstanbuldan Naxçıvana deportasiya etmişlər. Təxminən 1 il Bakıda yaşadıqdan sonra ailə vəziyyətindən asılı olaraq anasının xəstəliyi ilə əlaqədar Naxçıvana gəlmiş, burada olduğu müddətdə də narkotik vasitədən istifadə etməmişdir. O, Türkiyə Respublikasında olan müddətdə İran İslam Respublikasının vətəndaşı “instagram” sosial şəbəkəsindən ona - “Mən narkotik vasitələr satıram, lazım olsa sənədə təşkil edə bilərəm” - deyə yazmış, həmin vaxt bu söhbətə əhəmiyyət verməmiş amma nömrəsini telefonuna qeyd etmişdir. İranlı vətəndaşın özünü “Vandam” adı ilə tanıtdığını, 2 il olardı ki, əlaqələrinin olduğunu, İran vətəndaşından 1 qram metamfetamini 70 manata aldığını, günə 0.5 qram - 1 qram metamfetamin istifadə etdiyini demişdir. Ailə vəziyyətində olan problemlərdən sonra 2024-ci il İran İslam Respublikasının vətəndaşına “vatsap” vasitəsi ilə zəng edib 5 qram metamfetamin istəmiş, iranlı da razılaşıb Naxçıvana göndərəcəyini söyləmişdir. İranlı vətəndaş ona istədiyi 5 qram metamfetamini “TİR” vasitəsi ilə göndərmiş və həmin nəqliyyat vasitəsinin və narkotik vasitəni hara qoyduğunun şəklini ona atmışdır. Ona – “Get, Culfa Gömrüyündə gözlə, həmin “TİR” ordan keçdikdən sonra narkotik vasitəni qoyduğum yerdən götürərsən”demiş, iranlının tapşırığına əsasən Culfa Gömrüyünə gedib orada gözləmiş, “TİR” Azərbaycan tərəfə keçdikdən sonra gedib həmin yerdən metamfetamini götürmüş, gəldikdən sonra özü istifadə etmişdir. İranlı ona - “Təxminən 1 qramın Vəkillər Kollegiyasının yanına qoyub mənə xəbər edərsən, öz adamım var deyəcəm o götürsün – söyləyəndə - “Məni bu işlərə qatma”demişdir. “Vandam” ona – “Bu dediyimi etsən narkotikdən olan borcundan 40 manat siləcəm, xahiş edirəm” - deyəndə onunla razılaşmış, narkotik vasitəni müəyyən yerə qoyduqdan sonra ona qoyduğu yerin şəkilini və məkanını atıb bir daha ondan belə bir şey istəməməsini demişdir. İlk dəfə aldığı 5 qram metamfetminin qramını 70 manata almış, amma pulun hamısını “Vandama” göndərməmiş, ona – “Üstümdə o qədər pul yoxdur, sən narkotiki göndər, mən pulunu yavaş-yavaş verərəm” - söyləmiş, o da, bu şərtlə göndərmişdir. İranlıdan aldığı 5 qram narkotikin qarşılığında 200 manat pul göndərmiş, ona 150 manat borcum qalmış, dediyini etdiyi üçün 40 manatda borcundan silmişdir. Qoyduğu 1 qram metamfetamini kimin götürdüyünü bilməmiş, daha sonra aparıb başqa yerə narkotik vasitə qoymamışdır. Dostu Şahid4 onun narkotik vasitə istifadə etdiyini Türkiyədə yaşayandan bilmiş, İstanbulda olanda Asimlə birlikdə narkotik vasitə istifadə etmiş, Naxçıvanda olduğu müddətdə məlum hadisədən qabaq Asimlə birlikdə narkotikdən istifadə etməmişdir. Asimdə narkotik istifadə etdiyi üçün ona - “Məndə metametamin var”- demiş, Asim də ondan dost kimi istifadə etmək üçün metamfetamin istəmiş, ona heç bir qarşılıq almadan metamfetamin vermişdir. Narkotiki Asimə verəndə bunun qarşılığında ondan pul istəməmiş, Cəhridəki bardan şəhərə qayıtmağa taksi pulu olmadığı üçün Asimə zəng edib – “Pulun varsa mənim kartıma 20 manat at şəhərə gəlim” – demiş, 20 manatı ona verdiyi narkotik üçün almamışdır. Şəhərə gəldikdən sonra narkotiki Asimə vermişdir. Şahid4 verdiyi narkotikin neçə qram olduğunu bilməmiş, təxminən 2 istifadəlik vermiş, Asimə narkotiki verəndə Şahid5 yanlarında olmuş, onlarla birlikdə metamfetamin istifadə etmiş, narkotiki çəkmək üçün istifadə etdikləri aləti özü hazırlamış, istifadə etdikdən sonrada həmin şüşəni Asimə verib getmişdir. Şahid4 ona – “Sən narkotiki 70 manata baha alırsan. Bakıda dostlarım istifadə edir belə baha deyil, heç İranda qramı 10 manatda deyil” - demişdir. Daha sonra Şahid4 ondan yenə metamfetamin istəmiş, bu zaman onda qurtardığı üçün dostuna olmadığını demiş, yenisi almağa pulu da olmamışdır. O, Asimə - “İran vətəndaşı ilə əlaqə saxlayıb götürə bilərəm” - deyəndə Asim ona - “Pulun yoxdursa mən verim sən al, metamfetamin al bir yerdə istifadə edərik” - söyləyib 120 manat pul vermişdir. O, tutulmamışdan bir gün əvvəl İran vətəndaşı ilə “vatsap” vasitəsi ilə əlaqə saxlayıb ona -“Mən eşitmişəm ki, narkotik ucuzdur, sən niyə mənə baha qiyməti verirsən?” – deyə söyləmiş, bundan sonra İranlıdan 10 qram metamfetamin istəmiş və bunun qarşılığında 130 manat göndərmişdir. İranlı da yenə həmin qaydada narkotik vasitəni “TİR” ın arxa təkərinə maqnitlə yapışdıraraq şəklin çəkib ona atmışdır. İranlı ona – Get, Culfa Gömrüyündə gözlə, həmin “TİR” ordan keçdikdən sonra narkotik vasitəni qoyduğum yerdən götürərsən”- demiş, Vandamdan – Sürücünün xəbəri var? Gətirib o mənə versin” - deyə soruşanda sürücünün xəbəri olmadığını demiş, iranlının tapşırığına əsasən Şahid4 avtomobili ilə birlikdə Culfa Gömrüyünə getmiş, gömrüyün çıxışında bir müddət gözlədikdən sonra “TİR” Azərbaycan tərəfə keçmiş, Asimin avtomobili ilə tırın arxasınca sürmüşlər. Sürücü qoşqunu tır qarajı kimi bir yerdə, qəbiristanlığın yanında saxlayıb kabinkadan ayırmış, kabinkanı sürüb getmişdir. O, gedib Vandamın atdığı şəkildəki yerdən metamfetamini götürmüş, daha sonra Asimin avtomobili ilə Naxçıvan şəhərinə qayıtmışlar. Səhv xatırlamırsa tırın çadırı boz və ya sarı rəng olmuş, İranlı ona 10 qram metamfetamindən əlavə marixuana da göndərmiş, çəki olaraq nə qədər olduğunu bilməmiş, marixuana üçün pul ödəməmiş, Vandam ona hədiyyə göndərmişdir. O, şəhər qəbiristanlığında işlədiyi üçün işdən 1 saatlıq icazə alıb çıxmış, həmin vaxt müdir ona zəng edib – “Rəhmətə gedən var, qəbir qazmaq lazımdır”- dediyi üçün işə qayıtmışdır.İkinci dəfə ona gələn metamfetamini Asimin Vaz 2106 markalı avtomobili ilə gedib götürmüş, Asimə Culfaya veş götürməyə getdiklərini demiş, Tırdan narkotik vasitəni götürmədən qabaq Asimi onu görməsin deyə məqsədli şəkildə qəbirstanlıqdan su götürməyə göndərmişdir. Yolda iranlının narkotik vasitə göndərdiyini, tırdan narkotik vasitəni götürdüyünü, lakin şofirin bu işdən xəbəri olmadığını demişdir. O, Şəfa xəstəxanasının yanında təxminən 0.5 qramını Şahid4 vermiş, həmin günü qəbir qazdığı üçün 20 manat pulu olduğundan Asimin benzin pulunu ödəmiş, axşam ikisi Asimin avtomobilində oturaraq birlikdə narkotikdən istifadə edəcəkləri barədə razılaşmışlar. İranlı ona inansın deyə - “Sən göndər burada istəyənlər var, satıb sənin pulunu göndərəcəm” demişdir. Onun məqsədi 10 qramı alıb istifadə edib bir daha İranı ilə görüşməmək olmuş, 10 qram metamfetamini göndərdikdən sonra onunla əlaqə qurmamışdır. Asimə narkotik verdikdən sonra iş yerinə gəlib paltarını dəyişmiş, istifadə üçün özünə ayırıb siqaret qutusunda cibinə qoymuş, qalan narkotiki isə iş yerindəki soyunub-geyinmə otağındakı gödəkcəsinin cibində saxlamışdır. Birinci törətdiyi əməllə ikinci törətdiyi əməl arasında 3-4 gün fərq olmuş, ayın 4-ü narkotik vasitəni gedib götürmüş, ayın 7-si ikinci dəfə göndərdiyi metamfetamini Asimlə birlikdə gedib götürdükdən təxminən 2-3 saat sonra onu polis əməkdaşları onu qəbir qazdığı yerdə saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 7 oktyabr 2024-cü il tarixində onlara Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasən Sədərək rayon Polis Bölməsinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaratmışlar. Qrup rəhbəri özü olmuş,qrupu yaratdıqdan sonra əməliyyat tədbirini həyata keçirmişlər. Təxminən saat 18:00 radələrində Naxçıvan şəhər qəbiristanlığında şəxsi qəbir qazdığı yerdə saxlamışlar. Videoçəkiliş apararaq özlərini təqdim edib ondan da özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs –Üzərində qanunla qadağan edilmiş əşya, predment və ya narkotik vasitə varmı”- deyə soruşmuşlar, oda üzərində psixotrop maddə olduğunu deyib siqaret qabının içindəki sellofana bükülmüş maddəni təqdim etmiş, onu maddəyə bənzətdikləri üçün Sahilin yanında qablaşdıraraq imzaladıb götürmüşlər. Daha sonra Sahildən -“Əlavə hardasa narkotik vasitə var”-deyə soruşduqda paltar dəyişdikləri otaqda olduğunu demişdir. Çəkilişlə həmin otağa gedib oradakı gödəkçəsinin döş cibindən 1 ədəd qara sellofana bükülmüş marixuana və bir ədəd metamfetamini onlara təqdim etmişdir. Həmin maddələri də Sahilin yanında tərəzidə çəkib qablaşdıraraq götürmüşlər. Bununla da əməliyyat tədbirini yekunlaşdırmışlar. Onlardakı məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etmiş, təqsirləndirilən şəxsi saxlayan zaman onlara heç bir təsir göstərməmiş, qaçmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən axşamçağı idarəyə əməliyyat tədbiri ilə bağlı daxil olan məlumat əsasən əməliyyat qrupu yaradıb şəhər qəbiristanlığına getmişlər. Şəxs qəbir qazarkən ona yaxınlaşıb üzərində psixotrop maddə tərkibli narkotik vasitə olub-olmamasını soruşmuşlar, həmin şəxs üzərindən siqaret qutusuna qoyulmuş metamfetamini onlara təqdim etmiş, daha sonra ondan – “Başqa harda var” –deyə soruşanda onlara soyunma otağında paltarının cibində də olduğunu etiraf etmişdir. Soyunma otağındakı gödəkcəsinin sol cibindən qara bükümdə marixuana və ağ bükümdə metamfetamini çıxararaq onlara təhvil vermiş, o da həmin vaxt əməliyyat çəkiliş etmişdir. Narkotik vasitələri tərəzidə çəkib qablaşdıraraq götürmüşlər. Təqsirləndirilən şəxs saxlayarkən qaçmamışdır. Sahil narkotiki İran İslam Respublikasının vətəndaşından əldə etdiyini söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Hürrü oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla birlikdə Naxçıvan şəhər qəbiristanlığında işlədiyini, bir ilə yaxındır ki, onu tanıdığını, iş yoldaşı kimi münasibətlərinin yaxşı olduğunu, bir yerdə qəbiristanlığı təmizləyib qəbir qazdıqlarını, orada narkotik çəkməyinə şahid olmadığını söyləmişdir. O, tarixini və saatını dəqiq xatırlamasa da, təxminən oktyabr ayı günortadan sonra Sahillə birlikdə qəbir qazdığını, daha sonra qəbirin üstünə qoymaq üçün sal daşları gətirməyə getdiyini, geri qaydanda polis əməkdaşlarının Sahili saxladığını görmüşdür. Həmin günü Sahillə 2- 3 saat bir yerdə qəbir qazmışlar, onun harasa getdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinməsinə görə onlara daxil olmuş məlumat əsasında Naxçıvan şəhər qəbiristanlığına getmişlər və şəhər qəbiristanlığında Sahili qəbirin içində saxlamışlar. Onlar Sahildən üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, heç nə olmadığını dedikdə təlimata uyğun olaraq üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar etdikdən sonra əlavə olaraq harada narkotik vasitə olduğunu soruşmuşlar, oda iş yerlərinə məxsus olan soyunub - geyinmə otağındakı paltarının cibində olduğunu demiş, həmin otağa gedib cırıtqasının sol döş cibindən 2 paket çıxartmışlar. Səhv xatırlamırsa qəbiristanlıqda götürdükləri siqaret qutusunun içindəki narkotik vasitə 2.5 qram, soyunub-geyinmə otağındakı paltarın sol cibindən götürdükləri isə 8 qram olmuşdur. Sol cibindən aşkar olunan qara sellofondakı 2 bükümdən biri marixuana, digəri isə metamfetamin olmuş, həmin götürdükləri maddələri Sahilin iştirakı ilə birlikdə tərəziyə qoyub çəkmişlər, daha sonra onları qablaşdıraraq möhürləyib götürmüşlər, Təqsirləndirilən şəxs isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə aparmışlar. Təqsirləndirilən şəxsv narkotik vasitəni haradan gətirdiyini soruşduqda İran İslam Respublikasından gətirdiyini bildirmişdir. Şəxsi saxlayan zaman onlardan qaçmaq və ya onlara qarşı başqa heç bir hərəkəti olmamış, narkotik vasitəni əvvəlcə gizlətmək istəsə də sonra özü könülü olaraq harda olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi ilə Türkiyə, İran, Gürcüstan bu istiqamətlərə getdiyini, sonuncu dəfə Türkiyədən Bakıya gəldiyini, oradan da İran üzəri Naxçıvana getdiyini söyləmişdir. Həmin günü “Tır”ı İranın Biləsuvarında saxlayıb yudurtmuş, özüdə nəqliyyat vasitəsinin yanında olmuş, daha sonra gedib yanacaq vurdurub birbaşa Culfaya gəlmiş, həmin günüdə yol boş olduğu üçün Gömrükdən keçmişdir. Gömrükdə 5- 10 dəqiqə gözlədikdən sonra çıxmışdır. Culfa Gömrüyündə çıxanda nəqliyyat vasitəsini heç yerdə saxlamamış, birbaşa kəndə gedib məktəbin yanında qoşqunu ayırıb ora qoymuş, kabinkasını sürüb evinə getmişdir. Arxasınca kiminsə gəldiyini görmədiyini, gömrüyü keçəndə nəqliyyat vasitəsini hər tərəfli yoxladıqlarını, hətta “X Ray” qurğusundan da keçdiyini, bu hadisə barədə məlumatı olmadığını, Vandam deyilən İran İslam Respublikasının vətəndaşını tanımadığını, heç təqsirləndirilən şəxsin adını da bilmədiyini demişdir. Nəqliyyat vasitəsinin kabinkasının gilanar rəngli, arxa qoşqusunun isə göyümtül rəngdə çadır olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, işlərinin çox olması ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktında texniki səhvlik etmiş, Təqsirləndirilən şəxs təkrar satış vermişdir. Sahil Əhmədova CM 234.4.2-ci maddəsi verilməsə də, söz olaraq təkrar satış yazılmışdır. İbtidai istintaqda verdiyi ifadədə də qeyd etmişdir ki, birinci partiyada da İranlı ona 5 qram metamfetamin göndərmiş, Sahildə eyni qaydada gedib onu Culfa Gömrüyündən keçən tırdan götürmüşdür. Bununla bağlı aparılmış istintaq hərəkətlərində kifayət qədər sübutlar olmamış, sözügedən maddə aşkar olunmadığından hər hansısa ekspertiza təyin olunmamış və rəy alına bilməmiş, digər mötəbər sübutlarla təsdiqini tapmamışdır. Həmin hissə ilə bağlı şəxsə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham verməmişdir. Cinayət işinin materiallarındakı sübutların qiymətləndirilməsində şəxsə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə barəsində cinayət təqibi başlanılmasın deyə qiymət vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan olunmuş: Şahid4 ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələri təxminən 4-5 il əvvəldən istifadə etməyə başlamış, əvvəllər Türkiyə Respublikasında işləmiş, narkotik vasitə istifadə etməyə də orada başlamışdır. Sonrasında isə ailə vəziyyəti ilə əlaqəli Naxçıvan Muxtar Respublikasına gəlmiş, burada da ürəyi narkotik vasitə istədikcə taparaq çəkməyə davam etmiş, Naxçıvan şəhərində “Şəfa” xəstəxanası ilə üzbə-üz yerləşən qəbiristanlıqda işləyən Təqsirləndirilən şəxs adlı şəxsdən 2 dəfnə metamfetamin psixotrop maddəsi alaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında olarkən tanımış, lakin onun həmin vaxtlar narkotik vasitə və psixotrop maddə istifadə edibetməməsini bilməmiş, sonradan bir müddət Təqsirləndirilən şəxs görməmiş, onunla əlaqəsi olmamışdır. Təxminən 15 gün əvvəl Naxçıvan şəhərində Təqsirləndirilən şəxsla rastlaşmış, biraz kef hal etmiş, bu zaman Təqsirləndirilən şəxs özünün metamfetamin psixotrop maddəsi gətirib sata bildiyini, lazımı olub-olmayacağını soruşmuşdur. Sahilə özünün narkotik vasitələrdən ara-bir istifadə etdiyini bildirərək lazım olarsa istəyəcəyini demiş, əlaqə nömrələrini bir-birilərinə verib getmişlər. Həmin ərəfə narkotik vasitə istifadə etmək istəsə də pul tapa bilmədiyindən Sahildən metamfetamin istəyə bilməmiş, 4 oktyabr 2024cü ildə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb ondan 30 manatlıq metamfetamin psixotrop maddəsi istəmiş, Sahilin ona gönərdiyi 5239 1517 9505 7853 nömrəli plastik kartına 20 manat pul göndərərk 10 manatını isə götürdüyü zaman verəcəyini demişdir. Lakin həmin gün ondan metamfetamin psixotrop maddəsini götürə bilməmiş, 6 oktyabr 2024-cü ildə Şərur rayonunda özünə məxsus Vaz 2106 markalı avtomobildə biboğlusu Şahid5 ilə birlikdə oturub söhbət edərkən İsaya yorğun olduğunu deyib avtomobili idarə etməsini və Naxçıvan şəhərinə getmələrini demişdir. Əvvəlcədən İsaya nə üçün Naxçıvana getməyini deməmiş, İsa ilə birlikdə Naxçıvan şəhərinə gəlməmişdən əvvəl Təqsirləndirilən şəxsla danışıb ondan söz verdiyi 30 manatlıq metamfetamini verməsini demiş, Sahil metamfetamini onun işlədiyi yerə gedib özündən götürməsini demişdir. İsa ilə Sahilin dediyi yerə gedib avtomobildə gözləmiş, Sahil bir neçə dəqiqə sonra gələrək avtomobilə oturmuş, İsa da onların yanında olmuşdur. Orada Sahildən bir ədəd kağız bükümdə olan metamfetamini alaraq qalan 10 manat pulu Sahilə vermiş, həmin metamfetamini orada Sahil ilə birlikdə onun gətirdiyi metamfetamin istifadəsi üçün nəzərdə tutulmuş vasitə olan “lammucka” ilə istifadə etməyə başlamış, İsa orada metamfetamin istifadə etmək istədiyini dediyi üçün Sahildən aldığı metamfetamindən biraz lammucka ilə birlikdə İsaya vermiş, İsa metamfetamimini qəbul etmişdir. Sahildən aldığı metamfetamin qurtardıqdan sonra Sahil getmiş və özü avtomobili idarə edərək Şərur rayonuna İsa ilə birlikdə gəlmişdir. 7 oktyabr 2024-cü ildə günorta saatlarında təkrar Sahil ilə əlaqə saxlayıb ondan metamfetamin istəmiş, bu dəfə özü təkbaşına vaz 2106 markalı avtomobili ilə Sahilin işlədiyi Naxçıvan şəhər Qəbiristanlığına gəlmiş, Sahil yenə özü gələrək avtomobilə oturmuş, ona 50 manat verərək olan pulunun bu olduğunu demiş, Sahil heçnə demədən ona həmin metamfetamini kağız bükümdə vermişdir. Sahil bu dəfə onunla birlikdə metamfetamini istifadə etməmiş, həmin metamfetamini Sahildən alıb Şərur rayonuna gəlmiş, yaşadığı evdə istifadə etmiş və qutarmışdır. 7 oktyabr 2024-cü ildə Şahid5la görüşmüş, narkotik vasitələri çox istifadə etdiyi üçün onda aludəçilik yaranmış və pul tapdıqca istifadə etdiyindən yenə metamfetamin istifadə etmək istəmiş, Sahil ilə bu barədə danışmışdır. Sahil metamfetamin olduğunu, axşam gəlib götürməyini demiş, bu dəfə 60-70 manatlıq metamfetamin almaq istəmiş, saat 18 radələrində Şahid5la birlikdə Naxçıvan şəhərinə gəlmiş və Sahil ilə əlaqə saxlağama çalışsa da onunla danışa bilməyib İsa ilə birlikdə Şərur rayonuna getmişdir. 6 oktyabr 2024-cü ildə Şahid5 Şərur şəhərindən Naxçıvan şəhərinə metamfetamin psixotrop maddəsi almaq üçün gəldiyini yolda olarkən demiş, Şahid5 verdiyi metamfetamin psixotrop maddəsinə görə pul almamış, həmin maddəni ona təmannasız vermişdir. Şahid5 əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etməsi barədə məlumatı olmamış, Şahid5 7 oktyabr 2024-cü ildə Təqsirləndirilən şəxs metamfetamin almaq üçün Naxçıvan şəhərinə gəldiyini demişdir. Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsini haradan əldə etməsi barədə məlumatı olmamışdır. Şahid5 ifadəsində göstərmişdir ki, mən narkotik vasitə və psixotrop maddə istifadəçisi deyiləm. Bu günə qədər bir dəfə metamfetamin psixotrop maddəsi istifadə etmişəm ki, həmin maddəni dayımoğlu Şahid4 Naxçıvan şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs almışdır. Mən Təqsirləndirilən şəxs əvvəlcədən də bir neçə dəfə Şahid4 yanında görsəm də onu yaxından tanımıram. 06 oktyabr 2024-cü ildə günorta saatlarında Şərur rayonunda olarkən Şahid4 məxsus Vaz 2106 markalı avtomobildə Asimlə birgə söhbət edirdik. Həmin vaxt Asim mənə yorğun olduğunu, Naxçıvan şəhərinə getməli olduğunu deyib məndən onun avtomobilini idarə etrməyimi istədi. Mən də Asimlə razılaşdım və onun avtomobilini idarə edərək Naxçıvan şəhərinə yola düşdüm. Yolda olarkən avtomobildə sadəcə ikimiz var idik və Asim mənə Təqsirləndirilən şəxs adlı tanışından metamfetamin psixotrop maddəsi almaq üçün getdiyini, 30 manata razılaşdıqlarını, 20 manatını kartına atdığını, 10 manatını da əlbəəl verəcəyini dedi. Mən də avtomobili idarə edərək Asimin dediyi yerə, yəni Naxçıvan şəhərində “Şəfa” xəstaxanası ilə üzbəüz olan qəbiristanlığa gəldik. Təqsirləndirilən şəxs bir neçə dəqiqə sonra gələrək avtomobilə oturdu. Mən özümdə avtomobildə idim. Sahil 1 ədəd kağız bükümdə miqdarını dəqiq bilmədiyim metamfetamin olduğunu dediyi maddəni Asimə verdi. Sahil özü ilə metamfetamin istifadə etmək üçün lazım olan lammucka dediyimiz aləti də gətirmişdi. Həmin alət bir dənə olmaqla onlar öz aralarında növbə ilə istifadə etməyə başladılar. Sahil özü Asimə verdiyi metamfetamin psixotrop maddəsindən istifadə edirdi. Onların istifadə etdiyini gördükdən sonra mənim də ürəyim metamfetamin istifadə etmək istədi və mən Asimə həmin aldığı metamfetamindən mənə də verməsini dedim. Asim də mənim üçün biraz metamfetamin hazırlayaraq lammucka ilə birlikdə istifadə etməyim üçün mənə verdi və mən avtomobildə onların yanında həmin metamfetamini istifadə etdim. Daha sonra Təqsirləndirilən şəxs avtomobildən düşərək getdi və Şərur rayonuna geri qayıtdıq. Geri qayıdarkən isə avtomobili Asim idarə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli, 1215 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərlərində “İştirak etdi. 1) X11 imza; 2) Şahid3 imza; 3) Şahid2 imza; Tərtib etdi. X8” ad, soyad və imzalar (04 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçası 02 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfin içərisindəki 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,127 qram və - 7,800 qram olmaqla ümumi təmiz çəkisi – 8, 927 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı İİ bənd, sıra № 27). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli, 1216 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “İştirak etdi. 1) X11 imza; 2) Şahid3 imza; 3) Şahid2 imza; Tərtib etdi. X8” ad, soyad və imzalar (04 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçası 02 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd üzəri qara rəngli yapışqan bantla sarınmış şəffaf sellofan bükümdə təmiz çəkisi- 2,331 qram olan yaşımtıl rəngli, spesfik iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı İ bənd, sıra № 146). Naxçıvan Muxtar Respublikası X1: - 22 oktyabr 2024-cü il tarixli, 426 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamin narkomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Dispanser qeydiyyata alınması məsləhətdir. - 22 oktyabr 2024-cü il tarixli, 427 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 07 oktyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ cibində siqaret qutusunun içərisinə qoyduğu 1 ağ sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər, kütləni təqdim etmiş, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 1,28 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əlavə olaraq harada narkotik vasitə saxladığı barədə sual verilmiş, Təqsirləndirilən şəxs işlədiyi yerdə paltar soyunub-geyinmə üçün nəzərdə tutulan ümumi istifadə də olan otağa asılmış gödəkçəsinin sol döş cibində də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs soyunub-geyinmə otağında olan gödəkçəsinə baxış keçirilərkən gödəkçəsinin sol döş cibində 1 ədəd ağ sellofona bükülmüş psixotrop maddə metamfetaminə (elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 8,15 qram olmuşdur) və 1 ədəd qara sellofona bükülmüş narkotik vasitə marixuanaya bənzər maddə (elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 4,15 qram olmuşdur) maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. - 08 oktyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı onun +**********52 mobil nömrəsinin sahibi və telefonda adı “Vandam” olaraq qeydiyyatda olan şəxslə 4 oktyabr 2024-cü ildən 7 oktyabr 2024-cü il tarixədək mesaj və səs yazısı şəklində danışıqları müşahidə olunur. Onlar arasında olan danışıqlardan 4 oktyabr 2024-cü il tarixdə, saat 17:56 dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş 9 saniyəlik səs yazısında “qardaşım sən allah o bir dənəni atkınan, orda mənim ta başımın ətini yedi”, sonra 4 oktyabr 2024-cü il tarixdə, saat 17:56 dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş 3 saniyəlik səs yazısında “hara deyim hara gəlsin gəlsinlər şəhərə sarı”, bundan sonra Vandam adlı şəxsə 4 oktyabr 2024-cü il tarixdə, saat 18:01 dəqiqədə göndərilmiş bir ədəd ağ rəngli dairəvi bükümdə olan predmet şəklinin göndərilməsi, bundan sonra Vandam adlı şəxsə 4 oktyabr 2024-cü il tarixdə, saat 18:02 dəqiqədə göndərilmiş 10 saniyəlik səs yazısında “sən allah başına dönüm sənin, mən uşaq deyiləm qurban sənə bax gör burda 8 vardı, indi mən aparıram tərəziyə qoyam görüm burda 8 var şəklin çəkib atacam sənə”, bundan başqa 4 oktyabr 2024-cü il tarixdə, saat 18:09 dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş 3 saniyəlik səs yazısında “qoy tərəziyə şəklin çək at mənə”, 4 oktyabr 2024-cü il tarixdə, saat 18:57 dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş 10 saniyəlik səs yazısında “qardaşım sən Allah o gəlib durub orda zəng edir zır ha zır onu atkınan qoy götürsün bizdən əl çəksin” bundan başqa Vandam adlı şəxsə 4 oktyabr 2024-cü il tarixdə, saat 19:08 dəqiqədə göndərilmiş bir ədəd ağ rəngli dairəvi bükümdə olan predmet şəklinin göndərilməsi və həmin dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 3 saniyəlik səs yazısında “gedirəm konuma da gedirəm, atan kimi atacam” bundan başqa 4 oktyabr 2024-cü il tarixdə, saat 19:09 dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş 3 saniyəlik səs yazısında “qadan alım bir az tez elə də mənim anamı ağlatdı bu” və həmin dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş 2 saniyəlik səs yazısında “telefonu əlindən yerə qoymur bax” bundan başqa Vandam adlı şəxsə 4 oktyabr 2024-cü il tarixdə, saat 19:38 dəqiqədə göndərilmiş bir ədəd siqaret qutusuna bənzər qutu şəkilinin göndərilməsi, həmin tarixdə, saat 19:39 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş bir ədəd ağ rəngli dairəvi bükümdə olan predmet şəklinin göndərilməsi, 4 oktyabr 2024-cü il tarixdə, saat 19:42 dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş 1 saniyəlik səs yazısında “mənə uzaqdan bir şəkil at” və saat 19:44 dəqiqədə Vandam adlı şəxs tərəfindən göndərilmiş səs yazısında “bir dənə də yazı yaz, ünvanı yazı ilə at mənə bax”, bundan başqa Vandam adlı şəxsə 4 oktyabr 2024-cü il tarixdə, saat 19:44 dəqiqədə göndərilmiş iki ədəd birinci şəkildə avtomobil və ağaclar, ikinci şəkildə isə yanacaq doldurma məntəqəsinə dair şəkilin göndərilməsi, həmçinin saat 19:55 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş avtomobil və ağac təsviri olan fotoşəkildə müəyyən bir hissənin işarələnməsi və təkrar göndərilməsi, bundan sonra Vandam adlı şəxsə 4 oktyabr 2024-cü il tarixdə, saat 19:55 dəqiqədə göndərilmiş bir saniyəlik səs yazısında “o yekə ağacın dibindədir dayı” və Vandam adlı şəxsə yazılmış “goturupdu”, “dayı” “evdeyem mən telfonu acamram yaz” saat 20:27 dəqiqədə Vandam adlı şəxsdən “Ha” mesajı, saat 20:27 dəqiqədə Vandam adlı şəxsə “Oldu” mesajı, saat 20:28-də Vandam adlı şəxsdən “Poll atcaxsan man” mesajı, saat 20:28 dəqiqədə Vandam adlı şəxsə “Men evdeyem da Saba elage saxlyacam sene”, “Seher tezden 100 manat kartında olacag”, “satiğcada yolyacam”, “Tamam” mesajları, saat 20:29 dəqiqədə Vandam adlı şəxsdən “Ok” mesajı, saat 21:51-də Vandam adlı şəxsə “Dayı”, “Yatmamısan” mesajı, saat 21:51 dəqiqədə Vandam adlı şəxsdən “Yoxx” mesajı, saat 21:52 dəqiqədə Vandam adlı şəxsə “Sene ne borcum galır sabahda 100 atsam” mesajl, saat 21:52 dəqiqədə Vandam adlı şəxsdən “100 galar” mesajı, saat 21:53 dəqiqədə Vandam adlı şəxsə “Senin adama verdiyimi necye saydın”, “Men sene bu seferlik Saba 100 atım 50 galsin ozme birez pul ygim onsuz azdı öbür partyaya sene pul vere bilim”, “Olar”, “Ama dayı sene bi söz deyi vallah Cox aziydi gurban sene ele ele bundan sonra isdeyek” mesajları, saat 21:55 dəqiqədə Vandam adlı şəxsə göndərdiyi 39 saniyəlik səs yazısında “dayı vallah qurban sənə çox azıydı bundan sonra elə eləki işləyək işləmək istəyirsənsə, başıva dönüm sənin görürsən mən sənə yanlış etmirəm, 100 manat səhər tezdən 9-da mən sənin kartına atacam, 50 manatda sənə borcum qalır, 50 manatı da inşallah indi verən kimi atacıyam, ama sındən bir dənə xahiş edirəm belə etmə də görsən mən burda baxıram yoxdur, mən birinci dəfədir bu işi görmürəm, eləmiyək bir birimizə belə, yanlış eləmiyək” saat 21:56 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 32 saniyəlik səs yazısında “mən başqaları kimi səndən götürən kimi telefonu bağlamıram, gördün sənin sözünü də yerə salmadım apardım verdim, eləmiyəkdə bir birimizə belə başına dönüm, yaxşı, yani mən 8 deyirəm sən vallah 9 qoymalıydın ki, qoy belə bacoğlumun könlü olsun ama sən 8 demişəm 7 qoymusan heç 7-də deyildi, canın sağolsun bu dəfəlik belə etdin birdə etmiyək başına dönüm” saat 21:56-da Vandam adlı şəxsə göndərilmiş Vandam adlı şəxsə göndərilmiş 23 saniyəlik səs yazısında “İranda onun vallah elə bir qiyməti yoxdu, İranda da olmuşam onun elə bir qiyməti yoxdur orda amma sən bir dənə iki dənədən heç bir şey orda uduzmazsan, ama burda fərqlidir, sən mənə jest etsən sən görəssən də qabaqkı günlərdə mən sənə böyük jest edəcəm hələ bu bir şey deyil”, saat 21:57 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 100 Azərbaycan manatının foto şəkli” saat 21:57 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 5 saniyəlik səs yazısında budur bax 100 manat əlimdədir səhər atacam narahat olma, 5 oktyabr 2024-cü ildə saat 06:26 dəqiqədə Vandam adlı şəxsə 523915******3312 nömrəli plastik bank kartına 100 manat ödənişin edilməsi barədə fotoşəkil, saat 06:26 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 4 saniyəlik səs yazısında “sabahın xeyir dayı bax 100 də atdım qaldı 50 düzdürmü”, saat 06:27-də Vandam adlı şəxsdən göndərilmiş 8 saniyəlik səs yazısında “sabahın xeyır hansı karta atdın, bəs məndən kart istəyərdindəsözləri, saat 06:28-də Vandam adlı şəxsə göndərilmiş 5 saniyəlik səs yazısında “dünən atdığın karta atdım da 200 manat atdığım karta atdım” səs yazısı və saat 06:29 dəqiqədə Vandam adlı şəxsə 3 oktyabr 2024-cü ildə 523915******3312 nömrəli plastik karta 200 manat pul göndərilməsinə dair qəbzin olduğu fotoşəkil, saat 06:33 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 22 saniyəlik səs yazısında “yaxşı neynək, 7 dənə mən sənə vermişəm, bir dənəsin qaytarıb atıbsan mənə düzdü, qalıb 6 dənə, 6 dənəsidə edir 420 manat, ondan mən 300 manat atıbsan qalıb 120-si, 20-si də sənin qalır 100 manat”, saat 06:34 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 17 saniyəlik səs yazısında “o günü demədin bəs o dediyim sən mənim adama bir dənəsin ver 40 manat ordan sənindir, yaxşı problem yoxdur verim 100 manat qalır hə 50 sini atacam, 50-sinidə o biri partiya atacam da yaxşı”, saat 06:35-də Vandam adlı şəxsdən göndərilmiş 23 saniyəlik səs yazısında “neynək 20-də istəmirəm, 80 manat vurarsan neynək, 50-nin üstünə 30-da qoyarsan 80 manat vurarsan, yenə olmasa problem deyil o birinin üstündə atarsan, 06 oktyabr 2024-cü ildə saat 13:00 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 40 saniyəlik səs yazısında “dayı gəl belə edəcəm dəbu günə indi 150 manat düzəldib bu 100 manatdan əlavə atacam, mənə bugünə ayarla sabaha gəlsin əlimə çatsın axşam 150 amant sənə düzəldib verəcəm sabaha da inşallah onu da götürən kimi sənə yani iki-üç nəfər də istəyəcək, 200-300 manat da ordan atacam sənə, sən bir 10 dənə hazırla deyirsən, uje qutardı məndə, axşama da biri istədi uje qutarır məndə” saat 13:01 dəqiqədə Vandam adlı şəxsdən göndərilmiş 4 saniyəlik səs yazısında “yaxşı neynək problem deyil düzəldərəm”, saat 13:03-də Vandam adlı şəxsə göndərilmiş 1 dəqiqə 11 saniyəlik səs yazısında “hə bugünə bidənə şeylə sabaha gəlsin çatsın ki, uje bu gün iki dənəsi qalıb hər an verə bilərəm da yanı, onu da verə bilərəm bunu da verə bilərəm, birini verəcəm bir dənəsi qalır, bir dənəsində hər an zəng vura bilərlər da gözlədiyim uşaq var ki, zəng vuracaq ola bilər zəng vursun, onun da pulun göndərərəm sənə, ama bu 100 maantdan əlavə keçənki partiyadan əlavə 80 manatım qalır 150 manat da bir düzəldib verəcəm, elə bil sənə 230 manat göndərəcəm, sənə 150 manat vermiş olacam, düzdü, sabaha 100 manat da atacam, elə olar çox ataram, nə gedərsə atacam sənə, birinci sənə olan borcumu qutarıb sonra nə qalarsa özümə atacam qırağa bildin nətəri, hələki səndə sıxışıqsan düzdü məndə sıxışığam, özümə xərclik götürüb qalanın da atacam sənə, narahat olma xırım xırdaları özümə götürüb qalanın sənə atacam ki borcum tez qutarsın və təzdən bir də gətir deyim” saat 13:53-də Vandam adlı şəxsə 06 oktyabr 2024-cü ildə 523915******3312 nömrəli plastik bank kartına 85 manat pulun köçürülməsi barədə qəbzin fotoşəkli göndərilmiş, saat 16:45-də Vandam adlı şəxsdən göndərilmiş bir ədəd elektron tərəzi və üzərində bir ədəd ağ rəngli sellofanın içərisindəki predmetlə birgə çəkisinin 10.20 qram olduğu görünən fotoşəkil və digər ikinci şəkildə isə bir insan əli və əlin içərisində yaşıl rəngli marixuana narkotik vasitəsinə bənzər maddənin şəkillər, saat 16:50-də Vandam adlı şəxsdən göndərilmiş 2 saniyəlik səs yazısında “ə gülünü də yollayıram da” saat 16:53-də Vandam adlı şəxsə göndərilmiş 9 saniyəlik səs yazısında “yaxşı dayıcan yolla gəlsin, allah canını sağ etsin, sabah inşallah gedib götürəcəm”, saat 18:27-də Vandam adlı şəxsə göndəilmiş bir ədəd 06 oktyabr 2024-cü ildə 523915******3312 nömrəli plastik bank kartına 125 manat pulun köçürülməsi barədə qəbzin surətinin olduğu fotoşəkil, saat 18:37-də Vandam adlı şəxsdən göndərilmiş 10 saniyəlik səs yazısında “**-BF-***” sözləri, saat 18:46 dəqiqədə Vandam adlı şəxsə göndərilmiş 23 saniyəlik səs yazısında “sayıcan səsin yenə qırıq qırıq gəlməyə başladı yoldasan deyə internetin çəkmir deyəsən, mən də evdəyəm səhərdən hələ evə girməmişəm, girim bir yemək yeyim söhbət edərikdə baına dönüm, sən də yer yurd elə şəklin zadın çəkib atarsan maşının həll edəcəm narahat olma götürəcəm, allahın izni ilə problem çıxmayacaq” saat 18:46 dəqiqədə Vandam adlı şəxsdən göndərilmiş 4 ədəd **-BF-*** qeydiyyat nişanlı yük avtomobilinin bir neçə istiqamətdən çəkilmiş fotoşəkilləri, saat 18:47-də Vandam adlı şəxsdən göndərilmiş 5 saniyəlik səs yazısında “şofir tərəfdə deyil a yan tərəfdədir, o yüzdən sağdadır sağda”, 07 oktyabr 2024-cü ildə saat 16:44-də Vandam adlı şəxsə göndərilmiş 24 saniyəlik səs yazısında “əlimdə iş var idi, başına dönüm, elə oradan getdim götürdüm, qayıtdım iş yerinə, əlimdə biraz iş var da şeyləsən yəqin sən də müsait deyilsən 5 dəqiqə dincəlim, bir saat iki saata işim qutaracaq zəng vuraram danışarıq olar” mesajları və səs yazıları müəyyən olunur. Bundan başqa +**********76 mobil nömrəsinin sahibi və mobil telefonda adı “Asim” olaraq qeyd olunan şəxslə aralarında 04 oktyabr 2024-cü ildən 07 oktyabr 2024-cü il tarixədək mesaj, səs yazıları, səsli zənglər şəklində danışıqlar olması, həmin danışıqlarda 04 oktyabr 2024-cü ildə saat 18:10-da Asim adlı şəxsdən göndərilmiş “Kart att” mesajı, saat 18:10 dəqiqədə Asim adlı şəxsə göndərilmiş fotoşəkildə 5239 1517 9505 7853 plastik kart nömrəsinin fotoşəkli, saat 18:19-dəqiqədə Asim adlı şəxsə göndərilmiş “Tm”, “Çeki at” mesajları, saat 18:20-də Asim adlı şəxsdən göndərilmiş fotoşəkildə 04 oktyabr 2024-cü il saat 18:13-də 416973******5975 nömrəli plastik bank kartından 523915******7853 nömrəli plastik bank kartına göndərilmiş 20 manat pulun qəbzinin fotoşəkli, saat 18:58-də Asim adlı şəxsdən göndərilmiş “Abii bee cavapp verr gorum” mesajı, saat 19:09-da Asim adlı şəxsə “Cehriden cxmsam gerem” mesajı, saat 19:09 da Asim adlı şəxsdən “Men olum tezz gell qardasim san” mesajı, saat 19:13-də Asim adlı şəxsə “tm sen pulu atın karta” mesajı, saat 19:13-də Asim adlı şəxsdən “yoxx el elden verecem mesajı”, 06 oktyabr 2024-cü ildə Asim adlı şəxsdən göndərilmiş 4 saniyəlik səs yazısında “ ə mənə bir xəbər et görüm alınar ya alınmaz, bu dəyqə gəlim sözləri, saat 10:34-də Asim adlı şəxsə “120”, “lik”, “Roldan”, “Yaz tez” mesajları, saat 10:42-də Asim adlı şəxsdən “Hee qaqa”, “Hee”, “120likdii” mesajları, saat 10:43-də Asim adlı şəxsə “Tm” mesajı, saat 13:22-də Asim adlı şəxsə “Sebirli ol 5 deyge” mesajı, saat 13:22-də Asim adlı şəxsdən “Abii sene goree men tesdim geldim”, “Birezz tezele qardasim san m3n ximmaliyam”, “yuvaniram” mesajları, saat 13:23 də Asim adlı şəxsə “E gözde da 5 deyge ölen var gaydaliyim mende gerem sizinen afdavagzala geder” mesajı, 07 oktyabr 2024-cü ildə Asim adlı şəxslə saat 11:13-də 49 saniyəlik, saat 11:15-də 17 saniyəlik, saat 11:59-da isə 21 saniyəlik danışıqların olduğu səsli zənglər, saat 12:21-də Asim adlı şəxs tərəfindən edilmiş 16 saniyəlik səsli zəng, saat 14:11-də Asim adlı şəxsə edilmiş cavabsız zəng, saat 14:15-də Asim adlı şəxsə edilmiş 54 saniyəlik, saat 16:44-də isə 57 saniyəlik səsli zənglər, saat 18:34 və 18:47 dəqiqələrdə Asim adlı şəxsdən edilmiş iki ədəd cavabsız zənglər, saat 18:50-də Asim adlı şəxsdən göndərilmiş “Ayy peyserrr”, “niyee cavapp vermirsen be”, “Men gelmieem” mesajlarının olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonunda +**********52 mobil nömrəsinin sahibi və telefonda adı “Vandam” olaraq qeydiyyatda olan şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu, həmin şəxsdən metamfetamin psixotrop maddəsi və marixuana narkotik vasitəsi aldığını, həmin şəxslə aralarında olan mesaj, səs yazısı, səsli zənglər və digər danışıqları özünün etdiyini, digər +**********76 mobil nömrəsinin sahibi və mobil telefonunda adı “Asim” olaraq qeyd olunan şəxsin Şahid4 olduğunu, həmin şəxsə bir neçə dəfə metamfetamin psixotrop maddəsi satdığını və bir neçə dəfə da onu istədiyi yerlərə avtomobili ilə apardığına görə pulsuz metamfetamin verdiyini, onunla aralarında olan bütün danışıqları özünün etdiyini bildirmişdir. - 15 yanvar 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-də qeydə alınmış video-görüntünün 15 dəqiqə 48 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, baxış video çəkilişlə Təqsirləndirilən şəxs işlədiyi Naxçıvan şəhərində yerləşən Şəfa xəstəxanası ilə üzbəüz yerləşən Qabiristanlıqda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlə başlanılır. Video görüntünün 1-ci dəqiqə 46-cı saniyyəsində polis əməkdaşları hərəkətə başlayaraq Təqsirləndirilən şəxs qazmaqda olduğu qəbirə yaxınlaşır, polis əməkdaşları olduqlarını bildirirlər. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunla daşınması saxlanması qadağan olunmuş predmet olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş predmet olduğunu bildirirək həmin predmeti sellofan bükümdə təqdim edib patı olduğunu bildirir. Təqsirləndirilən şəxs əlavə olaraq üzərində və ya başqa bir yerdə psixotrop maddə saxlayıb saxlamaması soruşulur. Təqsirləndirilən şəxs üzərində olan paltarlarının iş paltarı olduğunu bildirərək digər paltarlarının paltar dəyişmə otağında olduğunu, həmin paltarlarında da qadağan olunmuş maddələrdən olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərində aparılmış əlavə baxış zamanı başqa heç nə aşkar olunmur. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş patı elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülür. Sonra Təqsirləndirilən şəxsla birlikdə paltarlarının dəyişilib geyinildiyi otağa gedilir. Təqsirləndirilən şəxs özündə olan açar ilə qapını açır. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs geyinmə otağında olan paltarının cibindən 2 ədəd qara və şəffaf rəngli sellofan bükümləri təqdim edir. Həmin bükümlərdə elektron tərəzidə çəkilir. Təqsirləndirilən şəxs qara rəngli olan sellofan bükümdə olan maddənin nəşə yəni marixuana olduğunu, digərinin isə metamfetamin olduğunu bildirir. Şəffaf rəngli sellofanda olan bükümün çəkisinin 8,15 qram olması, qara rəngli sellofanın isə çəkisinin 4,15 qram olması müəyyən olunduqdan sonra həmin maddələrdə qablaşdırılır və Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, video görüntüdə görülən şəxs onun özüdür, video çəkiliş onun iştirakı ilə aparılmışdır, polis əməkdaşları tərəfindən onun üzərindən və paltar geyinib soyunma otağından aşkar olunmuş predmetlər metamfetamin psixotrop maddəsi və marixuana narkotik vasitəsidir. Həmin maddələri İran İslam Respublikası vətəndaşı “Vandam” adlı şəxsdən almışdır. - 11 oktyabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və iş otağındakı gödəkcəsinin cibindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 8,927 qram metamfetamin psixotrop maddəsi, 2,331 qram marixuana narkotik vasitəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissələr çıxılmaqla qalmış müvafiq olaraq 8,877 qram metamfetamin psixotrop maddəsi və 2,281 qram qurudulmuş marixuana narkotik vasitəsinin məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 07 oktyabr 2024-cu il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 09 oktyabr 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham edilmişdir. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. 12 oktyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 16 may 2019cu ildə QaziOsmanpaşa 1 Sülh Cəza hakimliyinin hökmü ilə həbs edilmişdir. (TCQ 188/3 maddəsi ilə) 19 fevral 2025-ci il tarixli, 3-1/2-87/2025 nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs QaziOsmanpaşa 1 Sülh Cəza hakimliyinin hökmünün icrası ilə bağlı işə baxılmamışdır. Cinayət işində olan Vandamın səs yazısına baxış keçirilməsi ilə bağlı olan 01(bir) ədəd DVD və narkotik vasitələrin qablaşdırılmasına baxış keçirilməsi haqqında 01 (bir) ədəd DVD tədqiq edildi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidin ifadəsi, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Cinayət işi materiallarındakı 17 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında və ittiham aktında əməlin təkrar törədildiyi göstərilmiş, lakin maddə olaraq verilməmişdir. Bu məsələni aydınlaşdırmaq üçün ittiham aktını və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarını tərtib edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin baş müstəntiqi X6 şahid qismində çağırılıb dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, həmən ittiham aktında və qərarda göstərilən təkrarlıq texniki səhvdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqda verdiyi ifadəsində təkrarlıq əlaməti olsa da, məhkəmə istintaqında digər mötəbər sübutlarla təqsirləndirilən şəxsin verdiyi ifadə üst-üstə düşmədiyindən CPM-in 126.6-cı maddəsinə əsasən təkrar satış aşkar olunmamışdır. Sübutların qiymətləndirilməsində də təkrarlıq məsələsinə qiymət vermiş və Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi irəli sürməmişdir. CPM 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. CPM 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşının tapşırığı ilə Culfa gömrüyündən qaçaqmalçılıq yolu ilə keçmiş 5 qram metamfetamini Tırdan götürmüşdür. CPM-in 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi digər sübutlarla təsdiq edilmədiyindən, ittiham tərəfi isə ağır cinayət əməli olduğu ilə bağlı vəsatət vermədiyindən və cinayət işinə verilmiş ittiham daxilində baxılmasını xahiş etdiyindən məhkəmə kollegiyası verilən ittiham daxilində işə baxır. Konstitusiya Məhkəməsinin Plenumunun 31 oktyabr 2022-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. Məhkəmə kollegiyası cinayət prosesi tərəflərinin fikirlərini dinləyib belə qərara gəlir ki, 17 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında və ittiham aktında təkrar sözü texniki səhv kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq yolu il əldə etmək, saxlamaq, daşımaq.... qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibini təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ...qabaqcadan əlbir olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini qaçaqmalçılıq yolu ilə əldə etmə, saxlama, daşıma, satma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, whatsapp vasitəsi ilə göndərilən şəkillə, iranlı Vandamla olan səs yazıları ilə, maddi sübutlarla, ekspert rəyi ilə, digər mötəbər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Vandam adlı şəxslə whatsapp vasitəsi ilə əlaqə saxlayıb 10 qram metamfetamin istəmiş, iranlı onunla razılaşaraq 10 qram metamfetamini və marixuananı “TİR” ın arxa təkərinə maqnitlə yapışdıraraq şəklin çəkib ona atmışdır. Sürücünün bu məsələdən xəbəri olmadığını Sahilə bildirmişdir. İranlının tapşırığına əsasən Sahil Şahid4lə birlikdə Culfa Gömrüyünə getmiş, gömrüyün çıxışında bir müddət gözlədikdən sonra 72BF274/72ZA064 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi Azərbaycan tərəfə keçmiş, Asimin avtomobili ilə həmin nəqliyyat vasitəsinin arxasınca düşmüşlər. Sürücü nəqliyyat vasitəsini saxlıyandan sonra “TİR” ın arxa təkərinə maqnitlə yapışdırılmış narkotik vasitəni götürmüş, Şəfa xəstəxanasının yanında metamfetaminin bir miqdarını Asimə vermiş, həmin metamfetamindən istifadəsi üçün götürüb siqaret qutusuna qoymuş, qalanı isə soyunub-geyinmə otağında gödəkcəsinin sol cibində gizlətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn.......yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahid ifadələri (Şahid4lə birlikdə gedib Culfa Gömrüyündən narkotik vasitəni götürməsi, həmin narkotik vasitədən dostu Asimə verməsi, narkotik vasitədən özünün istifadəsi üçün götürüb siqaret qutusuna yerləşdirməsi, qalanı isə soyunub-geyinmə otağında gödəkcəsinin sol cibində gizlətməsi) whatsapp vasitəsi ilə göndərilən şəkillə, iranlı Vandamla olan səs yazıları ilə, maddi sübutlarla və digər sübutlarla təsdiq olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 5-ci bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn; üstündə gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qanunun 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi, onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin qanunun 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüməhəmiyyətkəsbedir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndinə əsasən şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs İranlı Vandamın göndərdiyi ümumi təmiz çəkisi – 8, 927 qram olan metamfetamini və təmiz çəkisi- 2,331 qram olan az miqdarda qurdulmuş marixuananı Culfa Gömrüyündən götürməsi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuananın 500 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması külli miqdardır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə ki, 07 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Vandam adlı şəxslə whatsapp vasitəsi ilə əlaqə saxlamış, ondan 10 qram metamfetamin psixotrop maddəsi istəmişdir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq metamfetamin narkotik vasitəsi əldə etmə, saxlama, daşıma və psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirildiyi yerlərdə onları qəbul edəcəyi və satışını həyata keçirəcəyi barədə qabaqcadan razılığa gəlmişdir. İranlı Sahilə narkotik vasitəni nəqliyyat vasitəsinin arxa təkərinə maqnitlə yapışdırdığını, sürücünün bu məsələdən xəbəri olmadığını bildirmiş, hətta nəqliyyat vasitəsinin şəkilini və məkanını atmışdır. Cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Sahil Şahid4 avtomobili ilə Culfa Gömrüyünə getmiş, gömrüyün çıxışında bir müddət gözlədikdən sonra 72BF274/72ZA064 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi Azərbaycan tərəfə keçmişdir. Asimin avtomobili ilə həmin nəqliyyat vasitəsinin arxasınca düşmüşlər. Sürücü nəqliyyat vasitəsini qəbiristanlığın yanında saxlamış, qoşqunu kabinkadan ayırıb kabinkanı sürüb getmişdir. Sürücünün getdiyini görəndən sonra Sahil nəqliyyat vasitəsinin sağ arxa təkərinin arxa tərəfinə maqnitlə yapışdırılmış bir ədəd bağlamanı götürmüş, daha sonra Asimlə birlikdə Naxçıvan şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikası ərazisinə keçirilmiş psixotrop maddə olan metamfetamini və marixuana narkotik vasitəsini qanunsuz olaraq qəsdən əldə etdikdən sonra metamfetaminin bir miqdarını Şahid4 vermiş, özünün istifadəsi üçün bir hissəsini siqaret qutusuna yerləşdirmiş, qalanını isə Naxçıvan şəhər Qəbiristanlığındakı soyunub-geyinmə otağındakı gödəkcəsinin sol cibində gizlətmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olmaqla narkotik vasitələrin, psixotrop maddələrinvə ya onların prekursorlarının, güclütəsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmə maddəsi üzrə sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələriküllimiqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərməmaddəsi üzrə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələriküllimiqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərməmaddəsi üzrə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olmasını, yaşayış yeri üzrə xasiyyətnamədə müsbət xarakterizə olmasını, anasının onkoloji xəstə olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 07 oktyabr 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan manat) manat, məhkəmə kimyəvi ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi Qaydası” və Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərdə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “X5” saxlanılan 8,877 qram metamfetamin psixotrop maddəsi və 2,281 qram marixuana narkotik vasitəsi məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 01 ədəd CD, 05 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə 90 (doxsan manat) manat, məhkəmə-kimyəvi ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “X5” saxlanılan ekspertiza tədqiqatına sərf olunan hissələr çıxılmaqla qalmış 8,877 qram metamfetamin psixotrop maddəsi və 2,281 qram marixuana narkotik vasitəsi məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə 01 ədəd CD, 05 ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Faiq Heydərov