Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-13/2025 15.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 15:50 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, Dövlət İttihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun X9 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X17, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 06 iyul 1984-cü ildə Culfa rayonu, Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, işsiz, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüşdür. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, bacısı X4 bir neçə il bundan qabaq Culfa rayon Bənəniyar kənd sakini Şahid18 ilə birlikdə getməsi, lakin 2 gün sonra geri qayıtması ona çox pis təsir etmiş, bacısının Vilayətlə qaçıb, sonra geri qayıtmasını qəbul edə bilməmiş, bu barədə hər gün beynində fikirləşmiş, amma dərdini heç kəsə deyə bilməmiş, bu barədə heç kimə bir söz deməmişdir. Bacısına əsəbi olsa da, geri qayıtdıqdan sonra onunla bu məsələ ilə bağlı heç bir söhbət etməmişdir. Bundan başqa, Elfanənin 2023-cü ildə, 43 yaşında olarkən həmkəndlisi X23 ərə getməsi də bir qardaş kimi ona çox pis təsir etmiş, bacısının Rasimə ərə getməsinə razı olmadığından onların toy yığıncağında iştirak etməmişdir. 2024-cü ilin iyun ayının ortalarında bacısı Elfanənin onların yaşadığı evə gəlib yataq otağındakı dolabdan arvadı Şahid3 məxsus olan alt paltarlarını gizlincə götürüb Bənəniyar kənd ərazisindən keçən su kanalına atması isə onun səbrini tamamilə daşırmış, bacısı Elfanənin etdiyi həmin hərəkətlərin öz namusuna ləkə gətirdiyini düşünmüşdür. Bundan sonra etdiyi hərəkətlərə görə qəti olaraq bacısını cəzalandırıb öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün uyğun vaxtı gözləmiş, yeganə məqsədi bacısı Elfanəni öldürmək olmuş və bu yolla namusunu təmizləmək istəmişdir. Bu məqsədlə bacısı Elfanənin həmin gün onlara gələcəyini bilib 24 iyun 2024-cü il tarixdə hadisə baş verməmişdən təxminən yarım saat əvvəl uzunluğu 1 metr, ölçüləri 3 sm x 3 sm, üzərində göy rəngli boyalar olan dəmir profili əl damından götürərək ilk olaraq həyətlərinin giriş qapısının arxasına, içəri tərəfə qoymuş, daha sonra siqaret yandırıb küçəyə çıxmış, yaşadığı evin həyətə giriş qapısının yaxınlığında olarkən, təxminən, saat 23 radələrində bacısı Elfanənin həmin evə tək gəldiyini görüb həyətə girərək giriş qapısının arxasına, içəri tərəfə qoyduğu dəmir profili götürüb küçəyə qayıtmış və bacısına yaxınlaşıb “sən mənim namusumu çöllərə atmısan, sən mənim namusumu küçələrə səpmisən, şərəfsiz” deyərək dəmir profillə qaranlıq havada, ətrafı tam görmək mümkün olmayan şəraitdə tez bir zamanda öldürmək məqsədilə cinayətin törədildiyi yerdə hər hansı bir şəxsin iştirakı olmadan öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb bunları arzu etməklə ayaq üstə olarkən bacısının həyat üçün mühüm olan baş nahiyəsindən, çiynindən və bədənin müxtəlif yerlərindən bir neçə zərbə vurmuş, vurduğu zərbələrin təsirindən bacısı yerə yıxılmış, yerə yıxıldıqdan sonra əvvəlcə bacısı tərpənmiş, ancaq səsi çıxmamış, daha sonra bir neçə dəfə dəmir parçası və təpiklə bacısına zərbələr endirmiş, bundan sonra bacısı tərpənməmiş və səsi çıxmamış, vurduğu zərbələr nəticəsində bacısı X6 ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan və ölümlə nəticələnən ağır zərərvurmaya aid olan sağ ənsə nahiyəsində 3.5 sm x 1 sm, təpə ənsə nahiyəsində 3.5 sm x 2 sm və sol ənsə nahiyəsində 4.5 sm x 1 sm ölçülü, çapılmış açıq yaralar, burun sümüklərində və alt çənə sümüyündə çoxsaylı sınıqlar, sifətin sol tərəfində 7 sm x 2 sm ölçüdə, sağ çiyin qurşağının arxa nahiyəsində 35 sm x 15 sm ölçülü sahədə, sol dirsək çuxuru nahiyəsində 5 sm x 0.7 sm ölçüdə qançırlar, sağ əlin bilək oynağı nahiyəsinin üst səthində 2.5 sm x 1.2 sm ölçüdə, çapılmış yara, sağ budun arxa yan nahiyələrində 02 (iki) ədəd 10 sm x 2 sm ölçüdə qançır, burun və alt çənə sümüyünün çoxqəlpəli sınıq, ölümə səbəb olan başın çapılmış açıq yaraları hesabına baş beyin əzilməsi xəsarətlərini yetirərək bacısını qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailədə iki qardaş, iki bacı olmuşlar və içlərində ən böyükləri qardaşı,ən balacaları isə özü olmuşdur.Vəfat edən bacısının ondan böyük olduğunu, uşaqlıq illərini xatırlamadığını demişdir. Özü isə orta təhsilli olmuş, fəhləlik etmiş,suvaq işi ilə məşğul olmuşdur.Naxçıvan şəhərində və Şərur rayonunda iş götürüb fəhlə işləmişdir.Hadisənin hansı tarixdə baş verdiyini xatırlamadığını,bildirmişdir.Təqsirləndirilən şəxs bacısı ilə münasibətlərinin pis olmadığını, bacısının xəstəxanada işlədiyini və hadisənin yay ayında baş verdiyini bildirmişdir.Bacısının onlara gələcəyini əvvəlcədən bilmədiyini, lakin anasının xəstə olduğu üçün,bacısının tez-tez anasına qulluq etmək məqsədi ilə onlara getdiyini qeyd etmişdir. Bacısı onlara getdiyində ailələrində heç bir söz söhbətin olmadığını, bacısının xəstəxanada işlədiyini və günortalar işdən gəlib onlarda yemək yediyini bildirmişdir. Həmçinin bacısının bir nəfərlə qaçdığını, 1 gün sonra bacısını bibisigilin gedib gətirdiyini bildirmişdir. Həyətdə siqaret çəkdiyi zaman bacısının onlara gəldiyini görmüş və bu vaxt qapının arxasındakı dəmir profili götürüb bacısına vurmuşdur. Səbəb kimi isə yoldaşının paltarını bacısının aparıb harasa atdığını hiss etdiyini demişdir. Bacısını əvvəlcədən öldürmək barədə heç bir düşüncəsi olmamış sadəcə paltar məsələsinə görə bacısını qorxutmaq istəmişdir. Hadisənin və bacısının bədəninin hansı nahiyəsindən və neçə zərbə vurduğunun xatirində olmadığını söyləmişdir.Heç bir narkotik vasitədən istifadə etmədiyini və heç bir xəstəliyinin olmadığını bildirmişdir.Bacısını vurduqdan sonra onu maşına mindirməyə kömək etmək istəmiş, lakin qardaşıgil buna icazə verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş,ifadəsi məhkəmədə elan olunmuş, ziddiyətlər aydınlaşdırılaraq dəqiqləşdirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, qardaşı Şahid1 arvadı Şahid2 və övladları Musa Əlili, İnci Əlili və Gülsüm Əlili ilə birlikdə, digər bacısı X11 isə Şahid13 ilə ailə həyatı quraraq Culfa rayon Bənəniyar kəndində ailəsi ilə birlikdə yaşayırlar. Mərhum bacısı Elfanə Əliyeva 2023-cü ildə X30 ilə ailə həyatı qurduqdan sonra Rasimlə birlikdə Culfa rayon Bənəniyar kəndində yaşamışdırlar. X35 uzunmüddətli yataq xəstəsi olmuş, bundan əlavə, anasının şəkərli diabet və sümük xəstəliyi də olmuşdur, hərəkət etməkdə çətinlik yaşamış, ayaqları tutmamış, gözləri görməmişdir. Anası bütün gününü yataqda keçirmiş, hərəkət etməsi isə kənar şəxslərin yardımı ilə olmuşdur. Əvvəllər anasına qulluğu arvadı Gülnar həyata keçirmiş, lakin bir müddət əvvəl anası yıxılaraq qıçını sındırmışdır. Bundan sonra, anasının səhhəti daha da ağırlaşmış və hərəkət etmək imkanı çox aşağı düşmüşdür. Həmin vaxt arvadı Gülnar hamilə olmuş, bu səbəbdən arvadının anasına tək baxması çətin olmuşdur. Buna görə də həm Gülnar, həm bacıları Elfanə və Aynur razılaşaraq anasına qulluq etmək məsələsində növbə yaratmışdırlar. Anasının yataq xəstəsi olması səbəbindən həm mərhum bacısı Elfanə, həm digər bacısı Aynur, həm də arvadı Gülnar anasına qulluq etməyə başlamışdırlar. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bacısının bir neçə il bundan qabaq Bənəniyar kənd sakini Vilayət adlı şəxslə birlikdə getməsi, lakin 2 gün sonra geri qayıtması ona çox pis təsir etmiş, bacısının Vilayətlə qaçıb, sonra geri qayıtmasını qəbul edə bilməmiş, bu barədə hər gün beynində fikirləşmiş, amma dərdini heç kəsə deyə bilməmiş, heç kimə bir söz deməmişdir. Elfanəyə əsəbi olsa da, geri qayıtdıqdan sonra Elfanə ilə bu barədə heç bir söhbət etməmişdir. Bundan başqa, Elfanənin 2023-cü ildə, 43 yaşında X23 ərə getməsi də bir qardaş kimi ona çox pis təsir etmişdir. X28 ərə getməsinə razı olmadığından həmin toy yığıncağına getməmişdir. Rasim ilə münasibətləri yaxşı olmamış, Rasimlə ancaq Bənəniyar kəndinə onların evilərinə gəldiyi vaxt görüşmüş, kənar yerlərdə isə Rasimlə görüşməmişdir. Digər bacısı Şahid5 əri Şahid13 ilə münasibətləri çox yaxşı olmuş, Məhəmmədlə tez-tez görüşüb Bənəniyar kəndindəki çay evində domino oynamışdırlar. Bacısı Elfanə ilə arvadı Gülnarın münasibətləri yaxşı olmuş, yataq xəstəsi olan analarına qulluq etməklə bağlı bacısı Elfanə Əliyeva ilə aralarında söz-söhbətləri olmamışdır. 2024-cü ilin iyun ayının ortalarında bacısı Elfanənin arvadı Şahid3 alt paltarlarını götürüb su kanalına atması isə onun səbrini tamamilə daşırmış, bacısı Elfanənin etdiyi həmin hərəkətləri namusuna ləkə kimi qəbul etmişdir. Paltar məsələsindən sonra etdiyi hərəkətlərə görə qəti olaraq bacısını cəzalandırıb öldürmək qərarına gəlmiş, yeganə məqsədi bacısı Elfanəni öldürmək olmuş və bu yolla namusunu təmizləmək istəmişdir. Bacısı Elfanənin arvadı Gülnarın alt paltarlarını götürüb su kanalına atması barədə arvadına heç bir söz deməmiş, bacısını öldürmək niyyətinin olması barədə kiməsə bildirməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, bacısını öldürərkən hava qaranlıq olmuş, ətrafı tam görmək mümkün olmamış, məqsədi tez bir zamanda bacısını vurub öldürmək olmuşdur. Buna görə də tez ölməsi üçün əlində olan dəmir profillə bacısının başından çoxlu sayda zərbələr vurmuşdur. Bacısını öldürərkən müstəsna dərəcə rəhmsiz, qəddar davranmamışdır. Onun fikrincə, bacısı başından vurduğu zərbələrdən sonra ölmüşdür. Zərbələr endirməkdə məqsədi bacısına əzab, işgəncə vermək deyil, tez bir zamanda öldürmək olmuş, bacısına xəsarətlər yetirərkən əzab, işgəncə verməmiş, bacısının şəxsiyyətini ələ salmamış, məsxərəyə qoymamışdır. Zərbələr endirərkən bacısı ondan həyatı üçün dönə-dönə aman diləməmiş, öldürməməyi üçün ona yalvarmamışdır. Elfanəyə zərbələr endirərkən Elfanə ona heç nə deməmiş, o da tez bir zamanda ölməsi üçün bacısına ardıcıl zərbələr endirmişdir. Ayaq üstə olarkən bacısı Elfanənin başından dəmir parçası ilə bir neçə zərbə vurmuş, vurduğu zərbələrin təsirindən bacısı yerə yıxılmış, yerə yıxıldıqdan sonra əvvəlcə bacısı tərpənmiş, ancaq səsi çıxmamış, daha sonra da bir neçə dəfə dəmir profillə və təpiklə bacısını vurmuş, bundan sonra bacısı tərpənməmiş və səsi çıxmamışdır, bacısı hər hansı bir söz deməmişdir. İstər ayaqüstə, istərsə də yerdə bacısını vurarkən bacısı ona hər hansı bir söz deməmişdir. Bacısı həmin vaxt nəsə desə də, o eşitməmiş, ona görə ki, həmin vaxt çox əsəbi olmuş, zərbələr vurduğu vaxt bacısına ucadan qışqıraraq “sən mənim namusumu çöllərə atmısan, küçələrə səpmisən, şərəfsiz” demişdir. Həmin vaxt onun yeganə məqsədi tez bir zamanda bacısını vurub öldürmək olmuşdur. Yerdə zərbələr vurduqdan sonra bacısı tərpənməmiş və səsi çıxmamışdır. Həmin vaxt bacısının öldüyünü bilmiş, buna görə də bacısına zərbə vurmayıb çəkilərək kənarda dayanmışdır. Kənara çəkildiyi vaxt qardaşı Elfanın həyət qapısından küçəyə çıxıdığını görmüş, Elfan bacısının yanına gələrkən o, kənarda dayanmışdır. Elfan həyət qapısını açıb küçəyə çıxdığı vaxt o, kənarda dayanmış, həmin vaxt onun əlində dəmir profil olmuş və əsəbi olduğundan “şərəfsiz” deyərək ucadan qışqırmışdır. Qardaşı Elfan aşağı əyilərək yerdən çınqıllı daşlardan götürüb onun üstünə atmış və əli ilə onu kənara itələmiş, həmin vaxt çınqıllı daşlar ona dəyməmiş və itələyərkən heç bir xəsarət almamışdır. Qardaşı sadəcə onu uzaqlaşdırmaq üçün əlini sinəsinə dayayıb kənara itələmişdir. Lakin qardaşı Elfan ona qarşı fiziki zorakılıq etməmiş, yəni onu döyməmiş, hər hansı bir xəsarət yetirməmişdir. Qardaşı həmin vaxt onun üstünə qışqıraraq “Elfanəni sən öldürdün” demişdir. Bacısı Elfanəni öldürmək məqsədilə bacısına zərbələr endirərkən tətbiq etdiyi üsul Elfanədən başqa hər hansı bir şəxsin həyatı və sağlamlığı üçün təhlükə törətməmişdir, çünki həmin vaxt küçədə ikisi olmuş, onlardan başqa heç kim orada olmamışdır. Elfan, Gülşən və Gülnar küçəyə çıxarkən artıq Elfanəyə zərbələr endirməmiş və kənara çəkilmişdir. Bacısı Elfanəyə xəsarətlər yetirdikdən sonra Elfanəyə qardaşı Elfan, Elfanın arvadı Gülşən, öz arvadı Gülnar yardım göstərmiş, onlar Elfanəni götürüb həyətə aparmış və daha sonra isə baş nahiyəsinə bal qoymuşdurlar. Elfanəyə kömək göstərilməsinin qarşısını almamış, yardım edilməsinə mane olmamış, həmin vaxt sadəcə kənara çəkilib sakitcə dayanmış, küçədə sağa-sola hərəkət etmiş, heç kimlə danışmamış, heç kimə bir söz deməmişdir. Həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə, hadisə baş verməmişdən, təxminən, yarım saat əvvəl cinayətin aləti olan dəmir profili əl damından götürərək ilk olaraq həyətlərinin giriş qapısının arxasına, içəri tərəfə qoymuş, çünki bacısı Elfanənin həmin gün onlara gələcəyini bilmiş, dəmir profili həmin yerə qoymaqda məqsədi Elfanəni həmin alətlə vurub öldürmək olmuş, daha sonra siqaret yandırıb küçəyə çıxmış, küçədə olarkən bacısı Elfanənin gəldiyini görüb həyətə girərək həmin dəmir profili götürüb küçəyə çıxmış və həmin dəmir profillə bacısı Elfanəyə xəsarətlər yetirərək bacısını öldürmüşdür. Həmin dəmir parçasının (profilin) uzunluğu 1 metr olmuş, mərhum bacısı X4 başına və bədənin müxtəlif yerlərinə xəsarətlər yetirmiş, məqsədi tez bir zamanda bacısını vurub öldürmək olmuş, əlindəki dəmir profillə bacısının başından və müxtəlif nahiyələrindən vurmuşdur. Hadisə vaxtı bacısına çox əsəbi olmuş və bu səbəbdən də bacısını öldürmüş, sonradan etdiyi əməldən peşmançılıq çəkmiş, heç vaxt narkotik vasitə və ya psixotrop maddə tərkibli maddələr qəbul etməmiş, ekspert rəyində qanında amfetamin və tiryək qrupuna aid alkoloidlər çıxmasının səbəbini bilməmiş, dişinin ağrıması səbəbindən bacısı Elfanəni öldürməsindən 4-5 gün əvvəldən bacısını öldürdüyü günə kimi iltihab əleyhinə dərman atmış, dərmanı atmağının səbəbi diş ətinin iltihablanması və şişməsi olmuşdur. Həmçinin 24 iyun 2024-cü il tarixdə, axşamtərəfi İran İslam Respublikasından aldığı, adını bilmədiyi dərman preparatını qəbul etmiş, həmin dərman preparatını X8rkən almış, həmin dərman qırmızı rəngli, uzunsov dərman olmuş, lakin həmin dərman preparatının tərkibini və adını xatırlamamışdır. Bir neçə il bundan əvvəl əsəb xəstəliyi ilə bağlı Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasında müalicə almış, həmin vaxt onu Səkinə həkim müalicə etmişdir. Bacısı Elfanənin arvadı Gülnar ilə münasibətləri yaxşı olmuş, yaxşı yola getmişdirlər, aralarında problem yaşandığını, onların mübahisə etdiyini, bir-birinin arxasınca danışdığını, dalaşdığını, konflikt yaşadığını görməmişdir. 24 iyun 2024-cü il tarixdə evdə olarkən anası nə olduğunu soruşmuş, o, anasına “dərdim başımdan aşır” demiş, həmin sözü deməsinə səbəb bacısı Elfanənin bir neçə il əvvəl Bənəniyar kənd sakini Vilayət adlı şəxsə ərə getməsi, 2 gün sonra evlərinə geri qayıtması olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X30 ifadəsində bildirmişdir ki, hadisənin hansı tarixdə baş verdiyini xatırlamır. 2023-cü il tarixdə Culfa rayon Bənəniyar kənd sakini, mərhum həyat yoldaşı Elfanə Əliyeva ilə ailə həyatı qurmuş, 1 il 2 ay idi ki, ailəli olduqlarını,Elfanə Əliyeva ilə ailə həyatı qurduqdan sonra onunla birlikdə Culfa rayon Bənəniyar kəndində özünə məxsus olan evdə yaşamışlar. Elfanənin onun ikinci evliliyi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs onlara ümumiyyətlə gəlmədiyini, Elfanə ilə evli olduğu vaxt yalnız bir neçə dəfə Ruslangilin evinə getdiyini, ora getdiyi vaxt hər zaman Ruslanla əl verib görüşdüyünü başqa vaxt Ruslanla görüşmədiyini qeyd etmişdir. Ruslanın digər bacısı Şahid5 əri Şahid13 ilə münasibətlərinin çox yaxşı olduğunu qeyd etmişdir.X10 uzunmüddətli yataq xəstəsi olduğu üçün, hərəkət etməkdə çətinlik çəkdiyini və ayaqlarının tutmadığını bu səbəbdən də həm mərhum arvadının, həm baldızı Şahid5, həm də qaynı Təqsirləndirilən şəxs arvadı Şahid3 qayınanasına növbəli şəkildə qulluq etdiklərini qeyd etmişdir. 2024-cü ilin iyun ayında qayınanasına baxmaq növbəsinin Elfanədə olduğunu, lakin evdə işlədiyinə görə Elfanədən Ruslanın arvadı Gülnara zəng vurmasını, anasına baxma növbəsini dəyişdirməsini istədiyini bildirmiş, Elfanə Gülnara zəng vuraraq həmin gün gələ bilməyəcəyini, növbəni dəyişdirməyi söyləmiş və Gülnar da bununla razılaşmışdır. Ondan sonra həmin gün evlərində təmir işləri görmüşlər.Hadisə baş verən gün axşam saatlarında onu həyat yoldaşı anasına baş çəkmək üçün anası X18gilə aparmağını istəmiş, saat 22 radələrində arvadı ilə birlikdə yaşadıqları evdən çıxaraq qayınanasıgil tərəfə gedərkən həmkəndlisi X24 maşınla gəlib saxlamış onun maşınına əyləşib qaynanasıgilin evlərinin yaxınlığına qədər getmişlər. Orada Elfanə maşından düşmüş həmin vaxtı qayınanasıgilin hasarının çöl tərəfi, küçə qaranlıq olduğundan hasarın çöl tərəfində, həyətə giriş qapısının yanında qaraltı görmüş və həmin vaxt qaraltının qayınatası Məhərrəm olduğunu düşünmüşdür. Elfanənin anası ilə danışdığı vaxt onlara gələcəyini dediyini, buna görə də anası, qardaşı Ruslan, gəlinləri və uşaqlarının onun anasıgilə gedəcəyini bildiklərini qeyd etmişdir. Elfanə maşından düşərkən qapının yanında dayanan şəxsin Ruslan olduğunu bilmədiyinə görə ona “qorxma, atan ordadır” demişdir.Elfanəni ötürdükdən sonra Bənəniyar kəndində yerləşən Uğur adlı şəxsin işlətdiyi çayxanaya getmiş, təxminən, 20-25 dəqiqə sonra Culfa rayon Bənəniyar kənd sakini, qazel sürücüsü Yasir onu kənara çağıraraq qayınanası Səfaligildən qışqırıq səsi gəldiyini demişdir. Bundan sonra Elfanəyə zəng etmiş, ancaq o, telefona cavab verməmişdir. Daha sonra qayınanasına zəng edib nə olduğunu soruşmuş, qayınanası ona Elfanənin burnundan qan açıldığını və Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparıldığını demişdir.Daha sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasına getmiş və orada olarkən yaşca böyük qaynı olan Şahid1 Təqsirləndirilən şəxs “bacımı sən öldürmüsən” sözünü qışqıraraq dediyini eşitmiş və bu zaman arvadı Elfanənin qaynı Ruslan tərəfindən öldürüldüyünü bilmişdir. Arvadının ona ailə üzvülərinin hər hansı biri ilə aralarında problemlərinin olması barədə heç nə demədiyini və bacı-qardaş aralarında söz-söhbətin olduğunu görmədiyini, Elfanənin vəfat etməmişdən qabaq kiminsə paltarlarlarını götürüb və harasa atması barədə ona danışmadığını buna görə də Təqsirləndirilən şəxs həyat yoldaşı Elfanəni hansı səbəbdən öldürməsini bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bağışlamadığını, ondan şikayətçi olduğunu, onun qanun qarşısında cəzalandırılmasını istədiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisənin baş verdiyi günü xatırlamır.Hadisə baş verən günü dayısıoğlu əməliyyat olduğu üçün onlarda olmuş, orada olduğu zaman böyük oğlu Elfan Əliyev ona zəng vuraraq “Ruslan Elfanəni vurub, tez gəl” demişdir. O getdiyində Ruslan Elfanəni vurduğu üçün onun həyətə qoyulmasını, başından yaralandığını, Elfanənin özündə olmadığını, lakin ağır da olsa nəfəs aldığını görmüşdür. O həmçinin bildirmişdir ki, hadisə yerinə çatdığında küçədə heç kim yox imiş və böyük oğlu Elfan qapının önündə dayanmışdı. Qaranlıq olduğuna görə yerdə hər hansı bir şeyin olduğunu görməmiş, Ruslanın da hadisə yerində olmadığını bildirmişdir. Ruslanın harada olmağı barədə heç bir xəbəri olmadığını, hadisədən sonra onu görmədiyini demişdir. Qızını öldürdüyü üçün onu görmək istəmədiyini söyləmişdir. Hadisə yerində Elfanənin yanında bibisioğlu Çingiz, gəlini və özünün olduğunu demişdir. Elfanəni bibisioğlunun avtomobili ilə xəstəxanaya aparıldığını qeyd etmişdir. Ruslanın hansı alətlə bacısını vurduğunu polislər ona göstərmək istəsələr də, o bunu qəbul etməyərək onu görmək istəməmişdir. Şahid4 onu da bildirmişdir ki, onların ailəsində hər hansı mübahisə olmamışdır.Ruslanın onun yanında siqaret belə çəkmədiyini, içki içmədiyini demiş, lakin başqa nədənsə istifadə etdiyini bilmədiyini söyləmişdir. Ruslanın əsəblərinin dişlərinə görə pozulmuş vəziyyətdə olduğunu, diş müalicəsi üçün həkimə getdiyini, həkimin iynə və dərman yazdığını və onlardan istifadə etdiyini bildirmişdir. Bundan əlavə Ruslanın bir-iki dəfə nevropataloq yanına getdiyini də bildirmişdir.Qızı Elfanə kəndlisi olan Viloş adlandırılan şəxslə ailə quraraq onunla getmiş, sonradan Ruslan onu özü ilə qaytarıb evə gətirmişdir. Lakin Elfanənin ailə qurması ilə bağlı onların arası pisləşməmişdir. Ruslanla bir evdə yaşadığını, qızı Elfanənin hər gün onlara gəldiyini bildirmiş, Ruslanla salamlaşıb görüşdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki,Təqsirləndirilən şəxs əridir. Əri ilə münasibətləri çox yaxşı olmuş, ona və ailəsinə qarşı yaxşı davrandığını bildirmişdir. Elfanənin onlara tez-tez gəlməsini, onunla Ruslan arasında hər hansı münaqişənin olmadığını qeyd etmişdir. Ruslanın səhhətində hər hansı bir problemin olmasını bilmədiyini, yalnız son günlərdə dişinin ağrıdığını bildirmişdir. Hadisə baş verdiyi gün Elfanə təxmini saat 10-da gəlmiş, lakin içəri daxil olmamışdır. O zaman əri Ruslanın da evdə olduğunu bildirmişdir. Elfanənin həmin gün onlara gələcəyindən xəbərlərinin olmadığını, hadisə baş verdiyi gün Ruslanla çay içdiklərini, Ruslanın heç kimlə danışmadığını, yalnız telefona baxdığını bildirmişdir. Ruslanın əlində hər hansı dəmir parçasının olmasını görməmişdir. Hadisə baş verən zaman orada qaynı Elfan və yoldaşının olmasını, qaynatasının isə Dilsuz əmisigilə xəstə yanına getdiyini bildirmişdir. Çay içdikləri zaman Ruslan çölə çıxmışdır. Qaynının yoldaşı Gülşən çöldə qab yuduğu zaman “çöldən nəsə səs gəlir” demiş, o anda Elfan və Gülşənlə birlikdə küçəyə çıxmış, Elfanənin yerə yıxıldığını və Ruslanın aralıda dayandığını görmüşdür. Elfanəni həyətə Elfanla Gülşən gətirmişdir. Həyətə gətirildikdən sonra Elfanə xəstəxanaya aparılmışdır. O zaman Ruslanın çöldə dayandığını və əlindəki dəmir parçasını yerə atdığını bildirmişdir. Həyətdə və qapının arxasında elə bir dəmir parçasının olduğunu görməmişdir.Xəstəxanaya zəng etdiklərində Elfanənin öldüyünü öyrənmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirdi ki,hadisənin baş verdiyi günü xatırlamır. Səs eşitmədiyi üçün hadisənin baş verməsindən xəbəri olmamış, hadisənin necə baş verdiyini sonradan eşitmişdir. Hadisə baş verən günü evdə televizora baxırmış və bu zaman, Təqsirləndirilən şəxs böyük qardaşı Elfan Əliyevin bayırda şərəfsiz sən elədin, öldürdün deyərək qışqırdığını eşitmiş və onun səsinə çölə çıxmışdır. Ora getdiyində Elfanə Əliyevanın ədyala bükülmüş halda maşına qoyularaq xəstəxanaya aparıldığını görmüş və bu zaman təqsirləndirlən şəxsin anası xəstə olduğu üçün və hamı yığışıb xəstəxanaya getdiyindən , orada qalan qonşularla yığışıb onun yanına getmişlər və daha sonra heç nə görməmişdir. Həmin vaxt polislər gəlmiş və çəkiliş etdiklərini söyləyərək onları çölə çıxarmışlar. Təqsirləndirilən şəxsin darvazası ilə öz darvazaları üz-üzə olduğundan çölə çıxarıldıqdan sonra qonşularla birlikdə öz həyətlərinə getmiş və orada baş verənlərdən məlumatı olmamışdır.Ruslanın Elfanəni niyə öldürməsi ilə bağlı maraqlanmamış onlarda indiyə qədər elə söz-söhbət olmadığından hadisənin niyə belə olması barədə heç nə bilməmişdir.. Ora köçəndən bəri yəni 40 ildən çoxdu ki, Ruslangillə qonşuluq etdiyini , onların pis qoşnu olmadığını aralarında çox yaxşı münasibətlərinin olduğunu və aralarında bir maşın yolu olduğunu bildirmişdir. Ruslanla Elfanənin hər ikisinin sakit insanlar olduğunu aralarında hər hanı bir pis münasibətin olduğunu görmədiyini, çox mehriban bir ailə olmalarını hətta Ruslanı öz övladlarından sakit uşaq bildiyini, sakit olduğundan salam verəndə üzə belə baxmadığını onun hər hansı psixi problemlərinin olması barədə məlumatının olmamasını demişdir. Elfanənin idarədə işlədiyini, evləri uzaq olduğu üçün günortalar atası evinə gəldiyini və atası evindən çıxdığında onun əlində paltar olmasını görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid24 ifadəsində bildirdi ki,kənddə çayxanada olduğu zaman dayısı ona zəng etmiş, nə olduğunu soruşduqda Elfanənin yıxılıb burnunun qanadığını və xəstəxanaya aparıldığını bildirmişdir. Xəstəxanaya getdikərində artıq Elfanənin vəfat etdiyini görmüşlər. Həmin vaxt dayısının Elfanənin anası ilə danışdığını güman etmişdir. Xəstəxanaya Ruslanın polis əməkdaşları tərəfindən gətirildiyini bildirmiş və Elfanın Ruslana qarşı “şərəfsiz niyə öldürmüsən” cümlələrini səsləndirdiyini eşitmişdir. Şahid24 Rasimin onun dayısı, Elfanənin isə Rasimin yoldaşını olmasını, hadisənin keçən il baş verdiyini və hadisə barədə məlumatı çayxanada olduğu zaman aldığını öz sözləri ilə təsdiqləmişdir. Onun Elfanənin qardaşı Ruslanla hər hansı problemi olmasını eşitmədiyini və Ruslanın bacısını öldürməsi səbəbini bilmədiyini demişdir. Həmçinin o,kənddə Ruslanın bacısını dəmirlə vurub öldürməsi barədə xəbər yayıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 ifadəsində bildirmişdir ki,hadisə baş verən günü o öz evində olmuşdur. O, evdə olduğu zaman nəvəsi ona zəng etmiş və ağlayaraq bibisinin öldüyünü demişdir. Hadisə yerinə getdiyində orada polislərdən başqa heç kimi görmədiyini və Ruslanın oradan aparıldığını bildirmişdir. Kürəkəni Təqsirləndirilən şəxs ona və başqalarına qarşı pis insan olmadığını, yaxşı bir insan olduğunu, onun ailəsi ilə də münasibətlərinin yaxşı olduğunu bildimiş, həmçinin Ruslanın öz ailəsi və bacısı ilə hər hansı münaqişəsinin olmadığını, onun içki içmədiyini, hər hansı xəstələyinin olmadığını qeyd etmişdir. O həmçinin Ruslanın bacısını öldürməsinin səbəbini bilmədiyini qeyd etmişdir. Həmçinin o, hadisədən təxminən bir həftə əvvəl xalça yumaq üçün qızıgilə getdiyini, Elfanə və Ruslanın da ona kömək etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, Ruslangilin evi ilə onların evinin arasında 60-70 metr məsafə olmuş, hadisə baş verən vaxt balkonda siqaret çəkdiyini, həmin vaxt da Məhərrəmgil tərəfdə Elfanın çığırma səsini eşitdiyi üçün səs gələn tərəfə getmiş və hadisə yerinə çatdıqda həyətə girməmiş, Elfanəni maşına mindirib apardıqlarını görmüşdür. Nə olduğunu soruşduqda isə Elfanənin xəstə olduğuna görə apardıqlarını söyləmişlər. Ondan sonra o da oğlunu çağırmış, onun maşını ilə xəstəxanaya getmişlər. Onlarla birlikdə xəstəxanaya Ruslanın bacısı və bibisi də getmişdir. O, bir qonşu kimi Ruslanla bacısının savaşmağını görməmiş, Ruslan anadan olandan onunla bir məhlədə yaşamış, həmin müddət ərzində Ruslanın sakit, başıaşağı və tərbiyəli oğlan olduğunu, onun kənddə kimləsə savaşmağını görmədiyini, heç kimlə işi olmadığını, Elfanənin isə sakit və gözəl qız olduğunu söyləmişdir. Hadisədən sonra kənd camaatından Elfanənin anasına baxmağa gələn zaman Ruslanın onu dəmirlə vurduğunu eşitmiş, lakin nə səbəbə öldürməsini bilməmişdir. Əlavə olaraq ifadəsində Ruslanın hər hansı bir xəstəliyinin olması barədə dəqiq məlumatı olmadığını, lakin özü Ruslanın xəstə olduğunu təxmin etdiyini, çünki xəstə olmasaydı bacısını öldürmək üçün səbəbinin olmadığını söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İskəndərov Dilsuz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bibioğlusunun oğlu, zərərçəkiş şəxsin hüquqi varisi Rasim isə kəndlisi olmuş, lakin Elfanənin ölümü ilə bağlı heç nə bilməmişdir. Hadisə baş verən gün gözündən əməliyyat olunduğu üçün Məhərrəm, Çingiz və onun həyat yoldaşı Aybəniz onun yanına gəlmişlər. Məhərrəm onlarda olduğu zaman öz ailələrindən olduğunu təxmin etdiyi biri ona zəng vuraraq Elfanə ilə qardaşının savaşdığını söyləmiş, Məhərrəm də durub getmiş, özü isə bacı-qardaş öz aralarında savaşdıqlarını düşünmüş və sabah onlara getməyi qərara almış, daha sonra hadisənin səhərisi günü Məhərrəmgilə getmiş və Elfanəni qardaşı Ruslanın öldürdüyünü eşitmişdir. Dilsuz İskəndərov əlavə olaraq ifadəsində bildirmişdir ki, Ruslan və Elfanəni uşaq vaxtından tanımış, onların əvvələr savaşması barədə heç nə eşitməmiş, Elfanənin çox tərbiyəli, qanacaqlı, başıaşağı və sakit bir qız olduğunu bildirmiş və Ruslanın da bacısını öldürəcəyi ağlına gəlmədiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki,hadisənin baş verdiyi günü xatırlamır. Hadisə baş verən vaxtı o, yoldaşı ilə Dilsuzgildə olub. Təzəcə oturub çay içdikləri zaman birdən Məhərrəmə Elfan zəng etmiş və “Ruslan Elfanəni döyüb, pis vəziyətdədir, tez gəlin” demişdir .O, Məhərrəmlə birlikdə heç 2-3 dəqiqə keçməmiş onun “MERCEDES” markalı avtomobili ilə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdığında Ruslanın yolda olduğunu, onun əlində heç nə olmadığını, Elfanənin qanın içərisində olduğunu, Elfanənin yarasına yaylıq bağlandığını görmüşdür. Həyətdə isə Elfanı, onun yoldaşını və Ruslanın yoldaşını görmüşdür. O,əsəblərini cilovlaya bilməyərək Ruslana yaxınlaşmış və 1-2 şillə vuraraq “ bu nə qələtdi etmisən?” demişdir.Ruslanın isə ona “nə haqqıdı, onu da etmişəm” cavabını vermişdir.Onun verdiyi cavabın nə mənaya gəldiyini hələ də başa düşməməsini bildirmişdir. Ondan sonra Elfanəni maşınına qoyub xəstəxanaya gətirmişlər. O bildirmişdir ki, Elfanə yolda ölmüş, onlar ölüsünü xəstəxanaya aparmışlar.O, həmçinin Ruslanın çox sakit insan olduğunu, heç kimlə mübahisə etmədiyini ,bacısı ilə də aralarında hər hansı ziddiyyətin olmasını eşitmədiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə 24 iyun 2024-cü ildə baş vermişdir. Onlar qaynanası xəstə olduğu üçün tez-tez ona baş çəkməyə getdiklərini, həmin gün də qaynanasına baş çəkmək üçün yoldaşı ilə onlarda olduğunu, evdə qaynanası, Ruslan, qaynının iki uşağının, qaynının həyat yoldaşı, özünün həyat yoldaşı Elfan və özünün olduğunu, qaynatasının isə orada olmadığını bildirmişdir. Həmçinin onlar qaynanasıgilə getdiklərində Ruslanın uzanmış vəziyyətdə telefona baxdığını söyləmiş və Elfanənin ora gələcəyindən xəbəri olmadığını demişdir.. Ruslanın nə zaman çölə çıxmasını görməmiş, çöldə qab yuyarkən sanki “şərəfsiz, namussuz” sözləri eşitmişdir. Bu vaxt yoldaşını çağırmış və o, çölə çıxmış, onun ardınca isə özü çölə çıxmışdır. Bu zaman Ruslanın əlində heç nə görmədiyini bildirmişdir. Yoldaşının “Ruslanı oradan qovdum, onun əlində dəmir vardı, aldım atdım həyətə” sözlərinin dediyini qeyd etmişdir. Ruslanın yoldaşı da ora yaxınlaşmış, lakin hamilə olduğu üçün onu yaxına buraxmadıqlarını bildirmişdir. Küçəyə çıxdıqları zaman qaranlıq olduğu üçün yerə yıxılan şəxsin kim olduğunu bilməmiş, yalnız həmin şəxsin üzünü çevirdikdən sonra onun Elfanə olduğunu anlamışlar. O zaman Elfanənin yuxulu vəziyyətdə olduğunu, səsinin gəlmədiyini qeyd etmişdir. Yoldaşı çölə çıxan zaman Ruslanı oradan qovmuşdur. Sonra Elfanəni yoldaşı ilə birlikdə həyətə gətirmişlər və başı qanadığı üçün həmin yerə bal qoymuş, yaylıq ilə bağlamış və xəstəxanaya aparıldığını bildirmişdir. Xəstəxanaya getdiklərində avtomobildə özünün, yoldaşının və qaynatasının olduğunu demişdir. Xəstəxanada Elfanənin vəfat etdiyini öyrənmişlər. O, həmçinin qeyd etmişdir ki, 2004-cü ildən o ailədə gəlin olmuş, bu vaxta qədər ailədə söz-söhbət olduğunu görməmiş, Ruslanın bacısı Elfanə ilə münasibətlərinin yaxşı olmuşdur. Ruslanın Elfanəni öldürmə səbəbini bilmədiyini söyləmişdir.. Ruslanın hər hansı xəstəliyi ilə bağlı müalicə almasını bilmədiyini, yalnız arada nevropatoloq yanına getdiyini söyləmişdir. X32 ilə ailə qurmasına razı olmuş, öz evlərində olan yığıncaqda iştirak etmiş, lakin Rasimgildə olan yığıncaqda iştirak etməmişdir. Əlavə olaraq hadisədən bir gün əvvəl qaynanasıgilə getmədiklərini, həmin günü qaynanasına Ruslanın yoldaşının qulluq etdiyini bildirmiş, hadisə baş verən günü qaynanasının Elfanə ilə telefon danışığının olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 ifadəsində bildirmişdir ki,hadisə baş verən vaxtı Bənəniyar kəndində çay evində işləyirmiş və bu zaman əmisi , yəni zərərçəkmiş şəxsin hüquqi varisi, X30, maaşını almaq üçün ora yanına getmişdir. Həmin vaxtı Yasir gəlib əmisinə “yoldaşın Elfanəgilin həyətində səs-küy gəlir” demiş və Rasim həyat yoldaşı Elfanəyə zəng vurmuşdur. Elfanə telefonu açmamış, sonra Elfanənin anası telefonu açaraq əmisi Rasimə “Elfanənin burnu qanayıb xəstəxanaya aparıblar” demişdir. Daha sonra əmisi Rasim Muradov xəstəxanaya getmişdir.1 saat sonra isə özü maşın tutub xəstəxanaya getmiş, xəstəxanaya çatdığında hüquq mühafizə orqanı işçilərinin Təqsirləndirilən şəxs morqdan çıxardığını görmüşdür. Həmin vaxtı Ruslanın qardaşı Elfan Ruslanın üstünə hücum edərək demişdir ki, “bacımı sən öldürmüsən”. O zaman Elfanənin Ruslan tərəfindən öldürülməsini anlamışdır. O, qeyd etmişdir ki, əmisi ilə Elfanə təxminən iki ilə yaxındır ki, evlidirlər. Onların arasının çox yaxşı olduğunu, Elfanənin əxlaqlı və mehriban insan olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, əmisinin toyunda iştirak etməmiş, Ruslanın əmisinin toyunda olmaması barədə məlumatının olmadığını qeyd etmişdir. Elfanənin qardaşıgillə arasının necə olduğunu bilmədiyini söyləmişdir. Əlavə olaraq, əmisinin çayçıya gəldiyində ona heç nə deməməsini, hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid25 ifadəsində bildirmişdir ki, hadisənin nə zaman baş verdiyini xatırlamır. Hadisə baş verən zaman orada olmamışdır. Qonşu olduğu üçün ibtidai istintaqda ifadəsini almışlar. Dostu Ayaz ona demişdir ki, “məhlənizdə nəsə olub?”. O da cavabında demişdir ki, “bilmirəm, xəbərim yoxdur”. Məhləyə getdiyi zaman heç nə görməmiş, sonra küçəyə gələrək Rasim əmiyə demişdir ki, “qaynanangildə nəsə olub, ordan xəbər tut mənə də de”. Rasim əmi çayçıda imiş, çölə çıxıb telefonla danışdıqdan sonra demişdir ki, “Elfanə gəlmişdi anasıgilə, yıxılıb orada aparıblar xəstəxanaya”. Sonra Məhərrəm əmiyə zəng vurmuşlar, o da demişdir ki, “Elfanə rəhmətə gedib”. Məhərrəm əmiyə dostu Seymur zəng vurmuşdu. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə sinif yoldaşı olmuş və onunla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs çox sakit bir insan olmuş, bacına qarşı hər hansı aqresiyasının olmadığını, heç kimlə ədavəti olmamasını qeyd etmişdir. Ruslanla 2-3 ildir ki, əlaqəsi olmamış, yalnız Ruslanı hadisədən bir həftə qabaq görmüş, Ruslanın kimləsə probleminin olmasını hiss etmədiyini qeyd etmişdir. Həmçinin Elfanəni tanıdığını, çox sakit insan olduğunu bildirmiş, Ruslanın onunla Elfanə ilə bağlı hər hansı söhbət etmədiyini bildirmişdir. Ruslanla Elfanənin yola getməməsi barədə hər hansı məlumat eşitmədiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, o da xəstəxanaya getmiş, Elfanənin vəfat etməsini xəstəxanada Ruslanın atasından öyrənmiş, Ruslanın Elfanəni dəmirlə vurub öldürməsini sonradan bilmişdir. Ruslanın Elfanəni öldürməsi səbəbini, Ruslanla Rasimin münasibətlərinin necə olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində bildirdi ki,hadisənin baş verdiyi günü xatırlamır. Hadisə baş verən günü məlumatı olmamış, səhəri günü işə getdiyində eşitmişdir. 10 ildir Bənəniyar kəndində yaşadığını 2015-ci ildən hazırki iş yerinə gəldiyini, Elfanənin daha əvvəldən orada işlədiyini bildirmişdir.Elfanənin 10 il olarki tibb məntəqəsində iki nəfər xadimədən biri olaraq işçisi olduğunu,işdə deyib gülən bir xanım olduğunu və onun bir pis xüsusiyətini görmədiyini Ruslanı isə indiyə qədər kənddə 1-2 dəfə gördüyünü və fağır bir insan olduğunu demişdir. İşçilərlə yaxın münasibət saxlamadığından və işçilərin ailələri ilə bağlı söhbət etmədiyindən Elfanənin ailəsi ilə pis münasibətinin olması halını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 ifadəsində Elfanənin qardaşının arvadı olduğunu, onunla münasibətlərimiz yaxşı olduğunu,hadisə baş verən günü gecə evdə yatdığını və bu zaman yoldaşının ona Elfanənin burnundan qan açıldığını, xəstəxanaya aparıldığını bu xəbəri qardaşının zəng vurub ona dediyini bildirmişdir. Bu zaman Naxçıvan MR Xəstəxanasına getmişlər və xəstaxanaya çatanda həyətdə hamının qışqırıb, ağladığını görmüşlər. Bu zaman Elfanənin öldüyünü bilmişlər. Ruslanın Elfanəni niyə öldürməsini bilmədiyini demişdir.Niyə ölməsi barədə orada heç nə deyilməmişdir və Elfanənin ölməsi barədə heç kimnən heç nə soruşmamışlar. Qardaşının Elfanəni atasıgilə aparıb ötürdüyünü sonra bu hadisənin baş verdiyini dediyini bildirmişdir. Sonradan kənddə hamının “qardaşı vurub, oda ölüb dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü ad günü olduğundan, içkili olmuş, həyətlərində balkonda divanın üstündə yatmışdı. Təxmini saat on birin yarısı Ruslan onlara gəlmiş, yanına oturmuş,bu zaman yuxudan oyanmışdır. Ruslan onlara getməzdən əvvəl səs-küy yox imiş, sonradan Ruslanın daha sonra Elfanın səsini eşitmişdir. Ruslan onlara getdiyində üst-başı təmiz olmuş,su istəmiş, yoldaşı Gülpar gətirib ona su vermiş və o,su içib getmişdir. Ruslangilin evi ilə onların evlərinin yan-yana olduğunu,Ruslanla münasibətlərinin pis olmadığını,onun çox yaxşı oğlan olduuğunu, Ruslan işə gedib-gələndə salamlaşdığını və Ruslandan heç vaxt hər hansı bir pis hərəkət görmədiyini demişdir. Hadisə baş veren vaxt,küçəyə çıxmamış, yoldaşı küçəyə çıxmış, Elfanənin döyüldüyünü yoldaşından eşitmişdir.Sonradan belə bir hadisə baş verdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 ifadəsində bildirmişdir.ki, Təqsirləndirilən şəxs kürəkənidir, hadisə ilə bağlı heç bir məlumatı yoxdur və hadisənin baş verdiyi günü xatırlamır. Hadisə günü axşam saatlarında balaca nəvəsi Fatimə onlara zəng vurmuş, həyat yoldaşına “atam bibimi vurubdu aparıblar xəstəxanaya durun gəlin bura” demişdir. Sonra hadisə yerinə yəni qızı Gülnargilə yoldaşı Aybənizlə axşam saat təxmini on ikiyə qalmış maşın çağırıb getmişlər .Hadisə yerinə çatdıqlarında həyətdə heç kim olmamış, hamı xəstəxanada olmuş, orada Ruslanı görməmiş, sadəcə qonşulardan bir iki nəfəri görmüşdür. Daha sonra xəstəxanaya getmədiklərini demişdir. Sonralar Ruslanın bacısı Elfanəni dəmir parçası ilə vurmasını eşitmişdir. Ruslan ilə münasibətlərinin çox yaxşı olduğunu, Ruslanın bacısını öldürməsi səbəbin bilmədiyini söyləmişdir. Ruslangillə gedişgəlişlərinin və qızı ilə münasibətlərinin çox yaxşı olduğunu bildirmişdir. Qızının ailəsindən heç vaxt gileylənmədiyini, onların heç vaxt söz-söhbətlərinin olmadığını,münasibətlərinin yaxşı olduğunu, həmçinin qızı ilə Elfanənin arasında da hər hansı bir söz-söhbətin olmasının şahidi olmadığını söyləmişdir. Ruslan həbs olunandan sonra təsərüfatla məşğul olduğundan vaxtı olmadığına görə onunla görüşmədiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirdi ki,hadisədədən 1-2 saat qabaq qayınatasıgilə getmiş, qayınanası xəstə olduğu üçün onlara yemək aparmışdır. Həmin vaxtı Ruslanın həyətdə olduğunu ,Ruslan, yoldaşı və atasının həyətdə əyləşdiyini bildirmişdir. Yeməyi verdikdən sonra qayıtmışdır. Hadisə baş verən günü yoldaşları ilə çayçıda çay içirmiş. Həmin vaxtı 10-cu sinifdə oxuyan qızı Özdəmir qayınanasıgildən ona zəng vurub tez gəl nənəmgilə demiş və telefonu bağlamışdır. Qayınanası xəstə olduğu üçün ona nəsə olduğunu düşünmüşdür.Hadisə yerinə çatdığında qızı dayısının xalasını vurduğunu onu xəstəxanaya apardıqlarını söyləmişdir.Daha sonra xəstəxanaya gəlmiş, xəstəxanaya çatanda Elfanə artıq öldüyünü bilmişdir. Hadisə yerində Ruslanı görmədiyini, hadisə yerinə getdiyimdə orada heç kimin olmadığını, yalnız Ruslanın həyat yoldaşının orda olduğunu demişdir.Yoldaşının ondan qabaq xəstəxanaya getdiyini bildirmişdir Ruslanla Elfanənin arasında hər hansı bir pis münasibətin olmasın eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində hadisə baş verən günü axşam evdə namaz qıldığını, atası Oqtay Məmmədovun ona zəng vurub Ruslan Elfanəni vurubdu,maşını tez götür gəl dediyini bildirdi. Onların hadisə yerinə çatdığında orada heç kim olmadığını,hadisə yerinə çatana qədər Elfanənin xəstəxanaya.aparıldığını bildirmişdir. Ondan sonra Aynur, bibisi Aybəniz və 4-5 nəfər onun maşınına minmiş, və xəstəxanaya getmişlər. Yolda Aynurun bacımı Ruslan bu hala salıb, bacım çox qan itirib, inanmıram bacım qala dediyini bildirmişdir. Hadisə haqqında bildiklərinin bu qədər olduğunu,hamının Ruslanın Elfanəni öldürdüyünü dediklərini lakin,Ruslanın belə bir iş görəcəyinə heç kim inanmadığını bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: Şahid6 ifadəsində qeyd etmişdir ki, 24 iyun 2024-cü il tarixdə, saat axşam 11 radələrində küçədən səs gəlmiş, bu zaman o, bacısı Şahid7 ilə telefona baxmış, həmin vaxt onların evində atası Ruslan nənəsi, Elfan əmisi, onun arvadı Gülşən və anası olmuş, babası evdə olmamışdır. Bir az keçdikdən sonra atası çölə çıxmışdır. Elfan əmisinin arvadı Gülşən gələrək küçədən səs gəldiyini demiş, bu zaman Elfan əmisi, onun arvadı Gülşən və anası küçəyə çıxmış, səs gələn zaman bacısı ilə o da evdən həyətə çıxmış, daha sonra küçəyə çıxmaq istəyərkən anası Şahid3 onların küçəyə çıxmasına icazə verməmiş və onlar evə getmiş, bir müddət sonra bibisi Elfanənin xəstəxanaya aparılmasını eşitmişdir. Şahid7 ifadəsində bildirmişdir ki, hal-hazırda babası Şahid4, nənəsi Səfali Əliyeva, anası Şahid3 və bacısı Şahid6 ilə birlikdə Culfa rayon Bənəniyar kəndində yaşayırlar. O, Culfa rayon Bənəniyar kənd tam orta məkətəbin 3-cü sinfini bitirmişdir. 24 iyun 2024-cü il tarixdə, axşam saatlarında küçədən səs gəldiyi zaman bacısı Şahid7 ilə telefona baxdıqlarını, onun babasına məxsus olan telefon ilə oyun oynadığını bildirmiş, bu zaman evdə nənəsinin, Elfan əmisinin, əmicanı Gülşən və anasının olduğunu, babasının xəstə yanına getdiyini qeyd etmişdir. Həmi vaxt atası da evdə olmuş, lakin səs gəlməmişdən əvvəl çölə çıxmışdır. Gülşən əmicanı həyətdə qab yuduğu zaman evə gələrək küçədən səs gəldiyini demişdir. Bu zaman Elfan əmisi, Gülşən əmicanı və anası küçəyə çıxmş, həmçinin özü də bacısı ilə evdən həyətə çıxmşdır. Daha sonra onların küçəyə çıxmağına anası icazə verməmiş və onlara evə getməsini söyləmişdir. Bu zaman onlar evə getmiş və telefon oynamağa davam etmişlər. Bir müddət sonra anası ona bibisinin naxoşladığını və babasının bibisi Elfanəni xəstəxanaya apardığını demişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Elfanə Əliyeva onun bacısı, Təqsirləndirilən şəxs isə onun qardaşı olmuş, bacısı Elfanə xaraktercə çox mehriban, qayğıkeş, gülərüzlü, səmimi biri olmuş, mübahisə etməyə meyilli olmamış, hər hansı bir şəxsin bacısından narazı olduğunu görməmiş və eşitməmiş, Elfanə xadimə olaraq Culfa rayon Bənəniyar kəndində yerləşən ambulatoriyada işləmiş, qardaşı Ruslan xasiyyətcə heç kimə qarışmayan bir insan olmuş,çox danışmağı sevməmiş, dinib-danışmamış, özünəqapanıq biri olmuşdur. Bacısı Elfanə bir neçə il bundan qabaq könüllü şəkildə Bənəniyar kənd sakini Şahid18lə qoşulub qaçmış, onlar Elfanənin Vilayətlə evlənməsini Vilayətin sağlamlıq imkanları məhdud uşağı olduğu üçün istəməmişdir, çünki Elfanənin Vilayətin sağlamlıq imkanları məhdud uşağına baxa bilməyi bacaracağını düşünməmişdirlər. Bacısı Aynur, qardaşı Ruslan və digər qohumları Vilayətin Bənəniyar kəndində yerləşən evinə gedərək Elfanəni öz evlərinə gətirmişdirlər. Elfanənin Vilayətə qoşulub qaçması Ruslana qardaş kimi pis təsir etmiş, Elfanə geri qayıtdıqdan sonra Rasim Muradova ərə gedənə qədər Ruslanla birlikdə onların evində yaşamışdır. Bundan başqa, Elfanənin 2023-cü ildə, 43 yaşında Bənəniyar kənd sakini X23 ərə getməsi Ruslanın xoşuna gəlməmiş, o, bunu Ruslanın hərəkətlərində hiss etmiş, Ruslan əvvəlki kimi Elfanə ilə mehriban olmamışdır. Elfanə ilə Rasimin evlənməsi ilə əlaqədar Rasimin Bənəniyar kəndində olan evində toy yığıncağı təşkil edilmiş, lakin Ruslan bacısı Elfanənin toyu olmasına sevinmədiyi üçün həmin toy yığıncağında iştirak etməmişdir. Ruslanla Rasimin münasibəti yaxşı olmamış, Ruslan ancaq Rasimlə Bənəniyar kəndinə onların evinə gəldiyi vaxt görüşmüş, kənar yerlərdə isə görüşməmişdir. Ruslan əsəbi adam olmuş, əsəbləşdiyi vaxt dinib-danışmamış, ancaq kənardan Ruslanın əsəbi olduğu aydın şəkildə hiss edilmişdir. Ruslanın bacısı Elfanə ilə telefonda danışmasını görməmiş, eşitməmişdir. Ruslan Elfanənin mobil nömrəsini öz telefonuna qeyd etməmiş, Elfanə ilə ancaq əl verib görüşmüş, elə də mehriban münasibətləri olmamışdır. X38 Muradova ərə getdikdən sonra qardaşı Ruslan heç vaxt bacısının yaşadığı evə getməmişdir. 24 iyun 2024-cü il tarixdə axşam saatlarında, təxminən, saat 22 radələrində arvadı Şahid2 ilə birlikdə X35nı görmək üçün onun yaşadığı evə getmiş, anası yataq xəstəsi olmuş, həmin gün orada anası Səfalı, qardaşı Ruslan, onun arvadı Gülnar, uşaqları Rüqayyə və Fatimə olmuş, atası evdə olmamışdır. Bir az söhbət etdikdən sonra qardaşı Ruslan evdən çölə çıxmışdır. Təxminən, saat 23 radələrində arvadı Gülşən stəkanları yumaq üçün həyətə çıxmış, bu vaxt Ruslan da evdə olmamışdır. Gülşən stəkanları yuyarkən səs eşidib evə gəlib onlara evin pəncərəsindən yolda, həyətə giriş qapısının ağzında kiminsə dalaşdığını, səs gəldiyini onlara bildirmiş, bu zaman o cəld şəkildə evdən çıxaraq küçəyə getmiş, həyət qapısını açıb küçəyə çıxdıqda ilk olaraq qardaşı Ruslanı küçədə görmüş, onun əlində dəmir parçası (profil) olmuş və qardaşı Ruslan öz-özünə əsəbi şəkildə “şərəfsiz” deyərək ucadan qışqırmış, başını sağa döndərdikdə Ruslandan, təxminən, 3-4 metr məsafədə, sağ tərəfdə, küçənin ortasında bir nəfər şəxsin yerdə yıxılmış vəziyyətdə olduğunu görmüş, ilk olaraq, qardaşının kiminləsə mübahisə etdiyini, dalaşdığını zənn etmiş və bu zaman qardaşına əsəbiləşib aşağı əyilərək yerdən çınqıllı daşlardan götürüb qardaşının üstünə atmış, hirsi soyumadığı üçün yenidən qardaşına yaxınlaşıb əlindəki dəmiri alaraq qardaşını əli ilə kənara itələmiş, dəmiri isə anasıgilin yaşadığı evin həyətinə atmış, daha sonra yerdə yıxılan şəxsə tərəf yaxınlaşmış, həmin vaxt həyətə giriş qapısının üstündə, küçə tərəfdə olan işıq yanmamış və bu səbəbdən də küçə qaranlıq olmuş, yaxınlaşarkən Ruslanın içkili olan hər hansı bir şəxslə dalaşaraq və mübahisə edərək həmin şəxsi vurduğunu düşünmüş, yerdə uzanmış vəziyyətdə olan şəxsə çatdıqda həmin şəxsin bacısı Elfanə Əliyeva olduğunu görmüş, Elfanə başı atasıgilin hasarına tərəf olmaqla sol çiyni üstə yerə uzanmış vəziyyətdə olmuşdur. Onunla birlikdə küçəyə Gülşən və Gülnar da çıxmışdılar. Elfanənin baş nahiyyəsində bir neçə yerdən qan axmasını görmüş, buna görə də Ruslanın dəmirlə Elfanənin başına xəsarətlər yetirməsini bilmiş, Elfanənin üst-başını qanlı gördükdə su ilə bacısının üzünün qanını yumuş, daha sonra bacısını götürərək həyətə keçmiş, onu çardağın altında beton döşəmənin üzərinə uzatmış, onun başına bal qoymuşlar, Ruslan Elfanəyə kömək göstərilməsinin qarşısının almamış, Elfanəyə yardım etməklərinə maneçilik törətməmiş, həmin vaxt sakitcə kənarda dayanmış, heç bir hərəkət etməmiş, bundan sonra qohumları Çingizin maşını ilə bacısı X25 Respublikası Mərkəzi Xəstəxanasına aparmışlar. Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdıqdan, təxminən, 5 dəqiqə sonra həkimlər ona bacısının öldüyünü bildirmişlər. Şahid14 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur, onunla qonşudurlar, Ruslanla eyni küçədə yaşayırlar, bir məhlədə böyümüşdürlər. 24 iyun 2024-cü il tarixdə axşam saatlarında, təxminən, saat 23 radələrində ailəsi ilə birlikdə Naxçıvan şəhərindən toy məclisindən qayıdan vaxt Ruslangilin həyətinə giriş qapısının ağzında bir neçə nəfərin olduğunu görmüş, Ruslanın bacısının əri Şahid13 orada görmüşdür. Məhəmməddən nə olduğunu, nə baş verdiyini soruşduqda Məhəmməd ona xəstəxanaya getdiklərini söyləmiş, bu zaman o da Məhəmmədgilə qoşularaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yola düşmüşdür. Yolda gedərkən X16 başından vurduğunu, Elfanənin xəstəxanaya aparıldığını demişdir. Şahid15 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və Elfanə Əliyeva onun həmkəndliləridir. 24 iyun 2024-cü il tarixdə, təxminən, saat 22 radələrində şəxsi nəqliyyat vasitəsi ilə Bənəniyar kəndində meydan adlandırdıqları yerdən keçdiyi həmkəndlisi Rasim Muradov və Elfanə Əliyevanın piyada getdiklərini görüb maşını saxlamış, onlar maşına əyləşmiş, Rasim Elfanəni anasıgilə apardığını bildirmişdir. Elfanə anasıgilin evinin yaxınlığında maşından düşüb sağollaşaraq getmiş, Rasimi meydan adlanan ərazidə düşürmüş və daha sonra özü tək çayxanaya getmiş, bir az keçdikdən sonra Elfanənin qardaşı Ruslan tərəfindən vurulduğunu və Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparıldığını öyrənmişdir. Şahid18 ifadəsində qeyd etmişdir ki, 2021-ci ilin payız aylarında Culfa rayon Bənəniyar kənd sakini X12 ilə tanış olmuş, Elfanə həmin vaxt həkim ambulatoriyasında xadimə olaraq işləmiş, Elfanəni ambulatoriyada görmüş, həmin vaxtdan sonra münasibətləri yaranmağa başlamış, Elfanə ilə evlənmək məqsədinə gəlmiş, Elfanə ilə danışdıqları müddətdə ona evlərinə elçi göndərəcəyini demiş, lakin Elfanə ailəsinin razı olmadığını ona bildirmiş, Elfanə ilə evlənmək məsələsinin alımadığını görüb Bakı şəhərinə getmək istəmiş, bu məqsədlə hava limanına bilet almaq üçün getmiş, növbə götürüb gözləyərkən Elfanə ona zəng vuraraq Bakı şəhərinə getməməsini, gəlib onu qaçırdıb aparmasını demiş, hava limanından çıxıb Bənəniyar kəndinə geri qayıtmış və Elfanə Bənəniyar kəndində yerləşən həkim ambulatoriyasının yanına yola çıxmış, Elfanəni öz maşınına mindirərək Naxçıvan şəhərinə, Cahan Ticarət Mərkəzinə aparmış, həmin vaxt Elfanə paltarlara baxmış, daha sonra qardaşı X19 ticarət mərkəzinə gəlib öz maşını ilə onları evinə aparmışdır. Elfanə onunla öz razılığı ilə, könüllü şəkildə gəlmiş, Elfanəni onunla getməyə məcbur etməmişdir. Həmin gün axşam saatlarında Elfanənin atası Məhərrəm, əmisi Vüqar və digər qohumları qardaşıgilə gəlmişdirlər, onların gəlməkdə məqsədi Elfanəni geri qaytarmaq olmuşdur. Lakin Elfanə öz ailəsinə onunla könüllü şəkildə, özü istəyərək gəldiyini, onunla qalmaq istədiyini bildirmiş, bundan sonra Elfanənin ailəsi çıxıb getmişdir. Onlar getdikdən sonra Elfanəni qardaşıgildə qoyub Bənəniyar kəndinə geri qayıtmış, səhəri gün Naxçıvan şəhərinə gedərək qardaşıgildən Elfanəni götürüb bazara aparmış, Elfanə bazardan özünə pal-paltar almış və onlar Bənəniyar kəndinə, onun evinə qayıtmışdırlar. Həmin gün axşamçağı Elfanənin əmisi Vüqar, bibisi Aybəniz, qardaşı Ruslan və adını bilmədiyi bir qohumu onun Bənəniyar kəndində yerləşən evinə gəlmiş, o, evdən çölə çıxarkən Elfanənin qohumları qapıda səs-küy salmış, həmin vaxt Vüqar ona bir söz deməmiş, lakin Ruslan onun üzərinə gəlmiş, uca səslə qışqırmış və ona irad bildirmiş, daha sonra ailəsi Elfanəni götürərək aparmışdırlar. Həmin vaxt Elfanə gedərkən ona bir söz deməmiş və ailəsi ilə çıxıb getmişdir. Bu hadisədən, təxminən, 2 ay sonra o, ailə həyatı qurmuş, ailə həyatı qurduqdan bir müddət sonra Elfanənin də Bənəniyar kənd sakini Rasimlə ailə həyatı qurduğunu eşitmişdir. 25 iyun 2024-cü il tarixdə, səhər saatlarında Culfa X1 idarəsində işdə olarkən iş yoldaşları ona Elfanənin öldüyünü, qardaşı Ruslanın onu vuraraq qəsdən öldürdüyünü bildirmişdir. Şahid21 ifadəsində göstərmişdir ki, hal-hazırda Babək rayon Şıxmahmud kəndində ailəsi ilə birlikdə yaşayırlar. 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almış, universiteti bitirdikdən sonra 2002-2003-cü illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Nevrologiya şöbəsində internatura, yəni ixtisaslaşma keçmiş, 2003-2005ci illərdə ailə vəziyyəti ilə əlaqədar əmək fəaliyyəti ilə məşğul olmamış, 2005-2014-cü illərdə Xanəgah və Xoşkeşin kənd həkim ambulatoriyalarında həkim vəzifəsində işləmiş, 2014-cü ildən Naxçıvan Muxtar Respublika X21 Şəxsin Nevrologiya şöbəsində həkim olaraq, 2021-ci ildə isə həmin şöbənin müdiri olaraq işləmişdir. O, sinir sistemi xəstəlikləri olan xəstələrə baxır, bununla əlaqədar diaqnoz və təyinat vermək məsələlərini həll edir. İbtidai istintaq zamanı Şahid21 ifadəsində əlavə olaraq bildirmişdir ki, X4 Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi hadisə ilə bağlı məlumatı olmuş, Bənəniyar kəndində qardaşın bacısını qəsdən öldürməsi hadisəsini hadisə baş verdikdən bir gün sonra, yəni 25 iyun 2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkələrdə görmüş, həmin vaxt ölənin və öldürənin kim olduğunu dəqiq bilməmiş, sonradan oğlanın adının Ruslan olduğunu bilsə də, bacısının adını istintaq zamanı eşitmişdir. Təqsirləndirilən şəxs tanımır, onun Ruslanın özü və qohumlarının Ruslanı müalicə etməyi ilə bağlı dedikləri haqqında dəqiq bir söz deyə bilmir. Çünki Təqsirləndirilən şəxs ona hər hansı bir xəstəliklə bağlı müraciət etməsini xatırlamır. Ola bilər ki, Təqsirləndirilən şəxs bir neçə il bundan qabaq hər hansı xəstəliklə bağlı ona müraciət edib və o da Ruslanı müalicə etmişdir, lakin həmin şəxsin şikayətinin nədən ibarət olmasını, Ruslanda olan xəstəliyi aşkar etmək üçün hansı anamnezləri toplamağını, hansı fiziki müayinələr aparmağını, müayinə etdikdən sonra hansı diaqnozu qoymağını və xəstəliyin diaqnostikası ilə bağlı hansı tədbirləri həyata keçirməyini, hansı təyinatı verməyini, verdiyi təyinatda əks-göstərişli dərman vasitəsinin olub-olmamasını, bundan başqa, həmin şəxsin stasionar yatırılması barədə göstəriş verməyini də xatırlamır. Qəbul etdiyi xəstələrlə bağlı onun özümün ambulator jurnalı vardır. O, həmin jurnala baxmış, lakin jurnalda Təqsirləndirilən şəxs qeydiyyatı ilə bağlı məlumat olmamışdır. Bundan əlavə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının arxivinə də müraciət etmiş, lakin Təqsirləndirilən şəxs xəstəxanaya hər hansı bir xəstəliklə bağlı müraciət etməsi müəyyən olunmamışdır. Son olaraq qeyd etmişdir ki, o, hər hansı bir şəxsə psixotrop maddə tərkibli dərman preparatları təyin edərkən onun qeydiyyatını xüsusi olaraq aparır. Şahid26 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, belə ki, Ruslanla bir müddət usta kimi birlikdə işləmişlər. Təqsirləndirilən şəxs suvaq ustasıdır, o da malyar ustası kimi fəaliyyət göstərir. Onlar daha çox şəxsi evlərdə təmir işləri ilə məşğul olur, Ruslanla da tanışlıqları təmir işləri ilə bağlı olmuşdur. Ruslanla, təxminən, 2 ay birlikdə işləmişdirlər. Həmin işlədikləri dövrdə Ruslanla münasibətləri normal olmuş, heç bir problem yaşamamışdırlar. Ruslan bacısını qəsdən öldürməmişdən 4-5 gün əvvəl işə çıxmamışdır. Təqsirləndirilən şəxs bacısını qəsdən öldürməsini hadisə baş verdikdən, təxminən, 3-4 gün sonra öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid27 cinayət işinin hallarının mahiyyəti üzrə bildirdi:Hal-hazırda ailəm ilə birlikdə Naxçıvan şəhərində yaşayırıq.Bildirmək istərdim ki, Təqsirləndirilən şəxs mənim tanışımdır, belə ki, mən onunla bir müddət usta kimi birlikdə işləmişəm. Qeyd edim ki,Ruslan suvaq ustasıdır, mən isə malyar ustasıyam.Ruslanla tanışlığımız təmir işləri ilə bağlı olmuşdur.Naxçıvan şəhərində usta kimi işlədiyimiz evlərdən birində onunla tanış olmuşam. Onunla,təxminən, 2 ay birlikdə işləmişik.İşlədiyimiz dövrdə Ruslanla münasibətlərimiz normal olmuşdur.Lakin onu da qeyd etmək istərdim ki,Ruslan bacısını qəsdən öldürməmişdən 4-5 gün əvvəl işə çıxmayıb.İşə çıxmamasının səbəbini dəqiq bilmirəm,amma bizə yorulduğunu,istirahət etmək istədiyini bildirmişdi. Ruslanın bacısını qəsdən öldürməsi hadisəsini hadisə baş verdikdən,təxminən,3-4 gün sonra öyrənmişəm.Onu da bildirmək istərdim ki,şəxsən mən Ruslanı hər hansı birini öldürəcək şəxs kimi tanımamışam. O çox sakit təbiətli,başıaşağı,heç kimlə işi olmayan,heç kəsə qarışmayan,ancaq işi ilə məşğul olan biri idi.Ruslanın qəsdən öldürdüyü bacısının kim olduğu,Ruslanın bacısını hansı səbəbdən öldürdüyü barədə məlumatım yoxdur.Birlikdə işlədiyimiz dövrdə də Ruslanın hər hansı bir şəxslə problem yaşadığını görməmişəm,eşitməmişəm. Şahid8 ifadəsində göstərmişdir ki, 24 iyun 2024-cü il tarixdə, axşam radələrində o, əri Çingiz və qardaşı Şahid4lə birlikdə dayısı oğlu Çingizin yanına getmişlər, təxminən, yarım saat sonra qardaşı Məhərrəmin böyük oğlu Elfan Məhərrəmə zəng vuraraq “Ruslan Elfanəni vurdu, Elfanəni qan götürdü” demiş və bu zaman qardaşı Məhərrəm və əri Çingizlə birlikdə Məhərrəmgilə getmiş, həmin evə çatdıqda həyətə giriş qapısının sol tərəfində yerdə Elfanənin uzadıldığını görmüşdürlər. Həyətə çatdıqda X29 dəmir parçası ilə vurduğunu onlara bildirmiş, Elfanə Çingizin maşını ilə xəstəxanaya aparılmış, təxminən 5-10 dəqiqə keçdikdən sonra həkimlər onlara Elfanənin ölməsini demişlər. Şahid qismində dindirilmiş Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir: Əvvəl verdiyim ifadələri təsdiq edirəm və bir daha bildirirəm ki, Təqsirləndirilən şəxs mənim qardaşım, Elfanə Əliyeva isə mənim bacım idi. X37 2023-cü ildə Muradov Rasim ilə ailə həyatı qurduqdan sonra onunla birlikdə Culfa rayon Bənəniyar kəndində yaşayırdı. Qeyd etmək istərdim ki, anam Səfali Əliyeva uzunmüddətli yataq xəstəsi idi, gəlinimiz Gülnar da hamilə olduğundan anama qulluğu tək həyata keçirə bilmirdi və biz qərara gəldik ki, anama qulluq etmək üçün növbə yaradaq. Anamın yataq xəsətsi olması səbəbindən həm mən, həm gəlinimiz Gülnar, həm də mərhum bacım Elfanə ona qulluq etməyə başladıq. Bir gün mən, bir gün gəlinimiz Gülnar, bir gün isə Elfanə anamın qulluğunda dururduq. Onu da bildirim ki, anamın ağrıları olduğu üçün gecələr yatmaqda çətinlik çəkirdi. 24 iyun 2024-cü il tarixdə axşam radələrində mən öz evimizdə idim. Saat 23 radələrində qardaşım Ruslanın qızı Fatimə ev telefonumuza zəng edərək qaynanam Sabirəyə Ruslanın bacım Elfanəni vurmasını, burnundan qan gəlməsini bildirmişdi. Mən dərhal qaçaraq hadisənin baş verdiyi, atamgilin yaşadığı evə getdim. Həyətə daxil olduqda yerdə qan izləri gördüm. Orada olanlar mənə qardaşım Ruslanın bacım Elfanəni dəmir parçası ilə başından və bədəninin digər nahiyələrindən vurduğunu söylədilər. Bir az keçdikdən sonra Elfanənin ölməsini eşitdik. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – - 09 iyul 2024-cü il tarixli, 728 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş dəmir parçasının səthindəki əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına,tam və aydın əks olunmadığına görə,habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 240916001 nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş dəmir parçasının səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparılmadı. - 10 iyul 2024-cü il tarixli, 07 nömrəli məhkəmə biooji ekspertizasının rəyindən ( maddi sübutların ekspertizası) görünür ki, X6 məxsus paltarlar üzərində qan vardır, bu qan insan qanıdır, qan mərhum X4 qanı ilə eynidir,tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs paltarları üzərində qan vardır, həmin qan insan qanıdır, qan mərhum X4 qanı ilə eynidir,tədqiqata təqdim edilən, hadisənin törədilməsində istifadə olunan dəmir parçasının (profilin) üzərində qan vardır, həmin qan insan qanıdır, həmin qan mərhum X4 qanı ilə eynidir, tədqiqata təqdim edilən, hadisə yerindən götürülmüş 03 (üç) ədəd qanabənzər nümunə qandır, bu qan insan qanıdır, qan mərhum X4 qanı ilə eynidir, yəni O(ab) İ qan qrupuna aiddir. - 25 iyul 2024-cü il tarixli, 51 nömrəli Məhkəmə Tibb Ekspertizasının rəyindən məlum olur ki, Elfanə Əliyevanın meyitinin sağ ənsə nahiyəsində, təpə ənsə nahiyəsində və sol ənsə nahiyəsində çapılmış açıq yaralar, burun sümüklərində və alt çənə sümüyündə çoxsaylı sınıqlar, sifətin sol tərəfində, sağ çiyin qurşağının arxa nahiyəsində, sol dirsək çuxuru nahiyəsində qançırlar, sağ əlin bilək oynağı nahiyəsinin üst səthində çapılmış yara, sağ budun arxa yan nahiyələrində qançır, burun və alt çənə sümüyünün çoxqəlpəli sınıqları xəsarətlər var. Aşkar olunmuş yaralar çapıcı əşya (alət) təsirindən, burun və alt çənənin sınıqları və bədənində olan qançır isə bərk-küt əşyanın (alətin) təsirindən törənmişdirlər, ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan və hazırda ölümlə nəticələnən ağır zərərvurmaya aiddirlər və ekspertizaya təqdim edilmiş dəmir profillə yetirilməyə xarakterikdir, xəsarətlər yetirilərkən zərərçəkmiş şəxs müxtəlif vəziyyətlərdə ola bilərdi, ölüm xəsarətlər yetirildikdən dərhal sonra baş vermişdir, X4 qanı O(ab) (İ) qrupuna aiddir, Elfanə Əliyevanın hamilə olmamışdır, onun bədən səthi üzərində zor tətbiq etməklə cinsi əlaqədə olmanın əlamətləri yoxdur, Elfanə Əliyeva bakirə deyildir, onun uşaqlıq yolunda sperma aşkar edilməmişdir, onun ölümünə səbəb başın çapılmış açıq yaraları hesabına baş-beyin əzilməsi olmuşdur. - 25 iyul 2024-cü il tarixli, 1224 nömrəli Məhkəmə Tibb Ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarət yoxdur, onun qanında narkotik hesab olunan amfetamin və tiryək qrupu alkaloidlər aşkar edilmişdir. - 16 avqust 2024-cü il tarixli, 300 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən ( maddi sübutların ekspertizası) görünür ki, ambulator məhkəməpsixiatriya ekspertizası zamanı qarşıya qoyulan suallara tam cavab vermək mümkün olmadığından stasionar məhkəmə-psixiatriya ekspertizası məsləhət olundu. - 16 avqust 2024-cü il tarixli, 301 saylı X13 Tibbi Yoxlamasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə, psixotrop maddə, alkoqollu içkilər istehlak etməsinin istisna olunmur, Təqsirləndirilən şəxs psixoaktiv maddələrin qəbulundan yaranmış psixi və davranış pozuntusu müşahidə olunmadı. - 23 avqust 2024-cü il tarixli, 923 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən məlum olur ki, , Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur; əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətlərinin müşahidə olunmur; hadisə zamanı və hadisədən əvvəlki dövrdə emosional-psixi halında hər hansı ekstremal dəyişikliyin baş verməmişdir,keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla,onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, fərdi-psixi xüsusiyyətlərində utancaqlıq, danışmağı sevməyən, özünəqapanıqlıq, sakit tabiətlilik, heç kimlə işi olmayan, dərd-sərini özündə saxlayan kimi əlamətlərin müşahidə olunur, fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətlərinin müşahidə olunmur, lakin özünü müdafiə mexanizmindən istifadə etməklə hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. - 23 avqust 2024-cü il tarixli, 924 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş sensor ekran, “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 9A” markalı, “M2006C3LG№ modelli, “**********65952, **********65960” İMEİ kodlu mobil smartfon və arxa məlumat lövhəsinə görə “f+” markalı, “F198” modelli proqram təminatına görə “**********08756, **********08764” İMEİ kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır; ekspertizaya təqdim edilmiş “Xiaomi Redmi 9A” markalı, “M2006C3LG№ modelli mobil smartfonun yaddaşında (kontaktlar, zəng tarixçəsi, vatsap proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (audio, foto, video) fayllar və s.) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən olundu; ekspertizaya təqdim edilmiş arxa məlumat lövhəsinə görə “f+” markalı, “F198” modelli mobil telefonun yaddaşında mövcud olan və silinən məlumatlar üzrə tədqiqat işinin aparılması mümkün olmadı; ekspertizaya təqdim edilmiş arxa məlumat lövhəsinə görə “f+” markalı, “F198” modelli mobil telefonun əsas menyusunun “Сообщения (SMS mesajlar)/Входящие (Gələnlər qutusu)” bölməsində 59 (əlli doqquz) ədəd, Журнал вызовов/Пропущенные (cavabsız zənglər siyahısı) bölməsində 7 (yeddi) ədəd, Журнал вызовов/Исходящие (çıxan zəngləri siyahısı) bölməsində 37 (otuz yeddi) ədəd, Журнал вызовов/Входящие (daxil olan zənglərin siyahısı) bölməsində 16 (on altı) ədəd zəng qeydləri müəyyən olundu, lakin tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı; ekspertizaya təqdim edilmiş “Xiaomi Redmi 9A” markalı, “M2006C3LG№ modelli mobil smartfonun daxilindəki üzərində “a” hərfinə oxşar işarə olan, “SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olundu; ekspertizaya təqdim edilmiş arxa məlumat lövhəsinə görə “f+” markalı, “F198” modelli mobil telefonun daxilindəki arxa tərəfində “S”hərfi olan “SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olundu. -29 avqust 2024-cü il tarixli, 920-921 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş Elfanə Əliyevaya və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən əlbəyaxa mübarizəyə, zorakılıq yetirilməyə xarakterik zədə(lər) və iz(lər) aşkar olunmadı, təqdiqata təqdim edilmiş predmet formasına, quruluşuna, qabarit ölçülərinə və s. görə məişət təsərrüfat təyinatlı metal parçasıdır soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını dəyişdirəcək heç bir əlavə dəyişiklik edilməmişdir. -01 noyabr 2024-cü il tarixli, 188 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu əlamətləri müəyyən olunmur, onda xasiyyətin psixopatik cizgiləri aşkar edilir, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur, onda xasiyyətin psixopatik cizgiləri aşkar edilir, halhazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs müayinə zamanı hər hansı psixi xəstəlik aşkarlanmamış, həmçinin müayinə dövründə onun davranışında özü və ətrafdakılar üçün təhlükəli şəxs olması müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi ictimai təhlükəli əməllə bağlı halları düzgün qavramaq və onlar barəsində ifadə vermək iqtidarındadır. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - 25 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəllərdən məlum olur ki, hadisənin baş verdiyi yer X4 qardaşı Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyü, Culfa rayon Bənəniyar kəndində yerləşən, Şahid4 məxsus olan və Təqsirləndirilən şəxs da yaşadığı fərdi yaşayış evinə gedən torpaq yoldur. Həmin yol Culfa şəhərindən Bənəniyar kəndinə gedərkən kəndin mərkəz yolundan sol tərəfdə yerləşir. Ana yoldan sola dönməklə həmin torpaq yola gedilir. Torpaq yolun eni 6.70 metrdir. Bir qədər irəlilədikdən sonra sol tərəfdə Şahid4 məxsus fərdi yaşayış evi, həmin fərdi yaşayış evinin həyətinə giriş qapısı ilə üzbəüz, yolun sağ tərəfində isə Şahid16 məxsus olan fərdi yaşayış evi yerləşir. Hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi torpaq yolda və Şahid4 məxsus fərdi yaşayış evinin həyətində qanabənzər ləkələr, həmçinin həmin fərdi yaşayış evinin həyətində uzunluğu 100 sm, ölçüləri 3 sm x 3 sm, cinayətin aləti olan dəmir parçası (profil) və həmin dəmir parçasının üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs dəmir parçası ilə (profillə) bacısı X7 öldürdüyü yeri və şəraiti göstərməklə bacısını öldürdüyünü, Şahid1 hadisənin baş verdiyi yeri və cinayətin alətini – dəmir parçasını göstərməklə qardaşı Ruslanın bacısı Elfanəni öldürdüyünü bildirir. Həmçinin Təqsirləndirilən şəxs hadisəni törədərkən əynində olan paltarları könüllü şəkildə istintaqa təqdim etmişdir. Hadisə yerinə baxış aparılması zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən müstəntiq tərəfindən prokurorkriminalistin köməkliyi ilə 1 (bir), 2 (iki) və 3 (üç) rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr (maddələr), 4 (dörd) rəqəmi ilə işarələnmiş, uzunluğu 100 sm, ölçüləri 3 sm x 3 sm olan dəmir parçası və onun üzərində olan qanabənzər ləkələr, Təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etdiyi, hadisəni törədərkən əynində olan paltarlar – ağ, göy, boz və qara rəngli, üfüqi zolaqları olan, üzərində “F” hərfi yazılan qısaqol köynək, yan və arxa tərəflərində cibləri, arxa üst tərəfində üzərində “Jack Wild”, “The original denim” sözləri yazılmış etiketi olan, düyməli, zəncirbəndli, göy rəngli cins şalvar, üzərində 10 ədəd deşiyi və ağ rəngli dəmirdən toqqası olan qara rəngli kəmər, boz rəngli mayka, yan tərəflərində boz rəngli, şaquli zolaqları, üzərində “HLWZ Underwear” və “Ok” yazıları olan qara rəngli tursik, qara rəngli, 43 ölçülü, gön materialdan olan bir cüt makasin ayaqqabı, qara rəngli, boğaz hissəsində ağ və göy zolaqları olan bir cüt corab müvafiq qaydada qablaşdırılaraq götürülmüş və protokola əlavə edilmişdir. Bundan əlavə, hadisə yerinə baxış zamanı Şahid1 təqdim etdiyi, bacısı X12, qardaşı Təqsirləndirilən şəxs və qardaşı Ruslanın arvadı Şahid3 məxsus mobil telefonlara baxış keçirilmişdir. X6 məxsus mobil telefonun “Telefon” proqramına daxil olduqda 24 iyun 2024-cü il tarixdə, saat 16:22-də +**********35 nömrəli mobil telefondan 1 dəfə cavabsız zəng gəldiyi, +**********04 nömrəli mobil telefondan 23 iyun 2024-cü il tarixdə saat 10:56, 16:35 və 17:31-də zəng gəldiyi, həmin tarixdə saat 11:09-da həmin nömrəyə zəng getdiyi, 24 iyun 2024-cü il tarixdə, saat 09:34-də və 10:15-də cavabsız zəng gəldiyi, “Fatma xanım” adlı şəxsin +**********93 nömrəli mobil telefonundan 24 iyun 2024-cü il tarixdə, saat 08:01, 08:18, 08:25, 08:30 və 08:59 olmaqla 5 (beş) dəfə cavabsız zəng gəldiyi, +**********99 nömrəli mobil telefondan 22 iyun 2024-cü il tarixdə, saat 15:05-də və 23 iyun 2024-cü il tarixdə saat 08:15-də zəng gəldiyi, həmin nömrəyə 22 iyun 2024-cü il tarixdə, saat 15:05də və 22:01-də və 23 iyun 2024-cü il tarixdə, saat 07:10 və 08:13-də zəng getdiyi, “Raslm” adlı şəxsin +**********36 nömrəli mobil telefonuna 21 iyun 2024-cü il tarixdə zəng getdiyi, “Telefon” proqramından çıxılaraq “WhatsApp” tətbiqinə daxil olunduqda həmin tətbiqin “Söhbetler” bölümündə xx.xx.2024-cü il tarixdə “Raslm” və “Arzu Bibi” adlı şəxslərdən cavabsız səsli zəng gəldiyi, “Aramalar” bölümünə daxil olduqda 24 iyun 2024-cü il tarixdə, saat 23:15-də və 21 iyun 2024-cü il tarixdə, saat 19:29-da “Raslm” adlı şəxsdən, 24 iyun 2024-cü il tarixdə, saat 16:21-də “Arzu Bibi” adlı şəxsdən zəng gəldiyi müəyyən edilmişdir. Bundan əlavə, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus telefonun zəng etmək üçün nəzərdə tutulmuş düyməsini sıxaraq zənglərə daxil olduqda 24 iyun 2024-cü il tarixdə, saat 23:34 və 23:41də +**********78 nömrəli mobil telefonlara, saat 23:36-da +**********78 nömrəli mobil telefonlara zəng edildiyi müəyyən olunmuş, bundan başqa, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar edilməmişdir. Şahid3 məxsus mobil telefonun “Telefon” proqramına daxil olduqda 24 iyun 2024-cü il tarixdə, saat 22:53-də “Mehemmed” adlı şəxsin +**********78 nömrəli mobil telefonuna zəng edildiyi, 23 iyun 2024-cü il tarixdə, saat 10:54 və 10:55-də “Elfanə” adlı şəxsin +**********93 nömrəli mobil telefonuna zəng edildiyi, bundan başqa xx.xx.2024-cü il tarixdə “Atam”, “Vuqar”, “Aynur”, “Baba Emi” adlı şəxslərə zəng edildiyi və həmin şəxslərdən zəng gəldiyi, “Telefon” proqramından çıxılaraq “WhatsApp” tətbiqinə daxil olunduqda həmin tətbiqin “Söhbətlər” bölümündə xx.xx.2024-cü il tarixdə “Aynur”, “Mental imtahan mərkəzi (QRUP1)” və “Baba Emi” adlı şəxslərlə mesajlaşıldığı, “Zənglər” bölümünə daxil olduqda +**********36 nömrəli vatsap hesabından 22 iyun 2024-cü il tarixdə, saat 12:53-də bir dəfə səsli, 12:56-da bir dəfə görüntülü, 23 iyun 2024-cü il tarixdə, saat 13:54-də bir dəfə görüntülü, 24 iyun 2024-cü il tarixdə, saat 23:16-da iki dəfə və saat 10:28-də bir dəfə səsli zəng gəldiyi, həmin nömrəyə 22 iyun 2024-cü il tarixdə, saat 12:57-də bir dəfə görüntülü zəng getdiyi, 24 iyun 2024-cü il tarixdə, saat 22:45-də “Aynur” adlı şəxsə səsli və görüntülü zəng edildiyi, 24 iyun 2024-cü il tarixdə, saat 18:49-da “Ata 2” adlı şəxsdən görüntülü zəng gəldiyi, 23 iyun 2024-cü il tarixdə, saat 22:25-də “Azade” adlı şəxsə bir dəfə görüntülü zəng edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar edilməmişdir. -25 iyun 2024-cü il tarixli X4 meyitinə baxış keçirilməsi haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, meyitin əynində qırmızı rəngli, yaxasında bağcıqları olan qısaqol köynək, yan tərəflərində cibləri, parça materialdan olan qara rəngli şalvar, ağ rəngli mayka, bənövşəyi rəngli lifçik, çəhrayı rəngli, üçkünc tursik, 38 ölçülü, bağlı, üzərində “Classic fashionable” yazısı olan, boz rəngli bir cüt ayaqqabı, üzərində bənövşəyi, yaşıl, qırmızı naxışları olan, qara rəngli bir cüt corab vardır. Meyitin paltarlarının və ayaqqabısının üzərində qanabənzər ləkələr müşahidə edilir. Meyitin paltarlarının ciblərində hər hansı əşya aşkar edilməmişdir. Meyitə baxış zamanı əynində olan paltarlar məhkəmə-tibbi ekspertinin köməyi ilə çıxarılmış və daha sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin dərisinin rəngi avazımış, meyitə xas olan əlamətlər mövcuddur, meyit zəif soyumuşdur. Meyitin boyu 160 sm-dir, orta bədən quruluşlu, kafi qidalı, qadın cinslidir, döş qəfəsi silindirik və normostenikdir. Qarın döş qəfəsi səviyyəsindədir. Yuxarı və aşağı ətraflarda patoloji sümük hərəkiliyi müəyyən edilmir. Cinsiyyət orqanları qadın tipli olub, normal inkişaf etmiş, zədəsizdir. Meyitin sağ əlinin dördüncü barmağında ağ rəngli metaldan olan üzük vardır. Həmin üzük də müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin saçları qara rəngli olmaqla uzunluğu 20- 25 sm-dir. Başı əllədikdə sümük kripitasiyası müəyyən olunur. Başın sağ ənsə nahiyəsində uzunluğu 3.5 sm, eni 1 sm ölçüdə, kənarları bir qədər hamar və qansızmalı, boylama çəp istiqamətli, kəllə sümüyünədək davam edən, mənfəzində kəllə sümüyünün yerdəyişən qəlpəli sınığı müşahidə olunan, açıq yara, təpə ənsə nahiyəsində uzunluğu 3.5 sm, eni 2 sm ölçüdə, sol ənsə nahiyəsində uzunluğu 4.5 sm, eni 1 sm ölçüdə analoji xarakterli yaralar vardır. Gözlər qapalı vəziyyətdədir, gözlərini açdıqda birləşdirici toxuma qişasının altında qansızmalar vardır, ağzı yarım açıq, dili isə ağız boşluğunda sərbəst yerləşmişdir, burun və qulaq seyvanları azaddır, qulaqlarının ölçüləri normal, dəlikləri sərbəst keçiricilidir, mənfəzindən qan ifraz olunur. Gözləri qonur rəngli, bəbəklər bərabər şəkildə genişlənmiş, 0.8 sm diametrdədir. Burun dəlikləri sərbəst olmaqla mənfəzindən qan süzülür. Burun sümüklərində və alt çənə sümüyündə çoxsaylı sınıqlar müəyyən olunur. Alt çənənin sağ tərəfində üçüncü dişdən sonrakı dişlər yoxdur. Alt çənənin sol istiqamətində sona qədər dişlər yoxdur. Üst çənənin sağ dörd, beş və altıncı dişləri yoxdur, üst çənənin sol üçüncü dişindən sonrakı dişləri yoxdur. Dişlər olmayan alveollar sağalmış, travmatik mənşəli deyildir. Sifətin sol tərəfində eni 2 sm, uzunluğu 7 sm olan göyümtül rəngli, zolaq formalı qançır, sağ çiyin qurşağının arxa nahiyəsində eni 15 sm, uzunluğu 35 sm ölçüdə olan sahədə analoji xarakterli qançır vardır. Sol dirsək çuxuru nahiyəsində uzunluğu 5 sm, eni 0.7 sm ölçüdə, köndələn istiqamətli, zolaq formalı qançır, sağ əlin bilək oynağı nahiyəsinin üst səthində uzunluğu 2.5 sm, eni 1.2 sm ölçüdə köndələn istiqamətli, kənarları qansızmalı, çapılmış yara vardır. Sağ budun arxa yan nahiyələrində 02 (iki) ədəd, uzunluğu 10 sm, eni 2 sm ölçüdə göyümtül rəngli, zolaq formalı, boylama istiqamətli qançır vardır. Meyitə baxış aparılan zaman məhkəmə-tibbi eksperti mərhum X4 meyitinin bədən səthində olan xəsarətlərin ekspertizaya təqdim edilən dəmir parçası (profil) və təpiklə yetirilməyə xarakterik olan xəsarətlər ola biləcəyini bildirmişdir. -08 avqust 2024-cü il tarixli əşyanın tanınması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki,”2” nömrəsi ilə nömrələnmiş dəmir parçası bacısı Elfanə Əliyevaya xəsarətlər yetirərkən istifadə etdiyi predmet –cinayətin alətidir. Cinayətin alətini əvvəllər əl damında görmüşdür. 24 iyun 2024-cü il tarixdə həmin dəmir parçasını əl damından götürərək həyətlərinə giriş qapısının arxasına, içəri tərəfə qoymuş, daha sonra küçədə olarkən bacısı Elfanənin gəldiyini görmüş və həyətə girib həmin dəmir parçasını götürərək küçəyə çıxmış, bacısı Elfanə Əliyevaya dəmir parçası ilə onun çiynindən, başından və bədənin müxtəlif yerlərindən zərbələr endirmişdir. Həmin dəmir parçasının uzunluğu ,təxminən, 1 metr, ölçüləri 3 sm x 3 sm, üzərində göy rəngli boyalar olmuş, lakin nisbətən pas atdığından boyalar bəzi hissələrində qalmışdır. Təqsirləndirilən şəxs dəmir parçasını üzərində göy rəngli boyaların olmasından tanıdığını bildirdi. -23 sentyabr 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, tanıyan şəxs Şahid1 təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki, 3 rəqəmi ilə nömrələnmiş dəmir parçası Təqsirləndirilən şəxs bacısı, zərərçəkmiş şəxs X6 xəsarətlər yetirərkən istifadə etdiyi predmet- cinayətin alətidir. Şahid1 cinayətin alətini( dəmir parçasını) əvvəllər heç bir yerdə görmədiyini, 24 iyun 2024-cü il tarixdə həmin dəmir parçasını ilk dəfə qardaşı Təqsirləndirilən şəxs əlində gördüyünü, həmin vaxt qardaşı Ruslanın küçədə dayandığını və əlində dəmir parçası (profil) olduğunu, həmin dəmir parçasını qardaşı Ruslanın əlindən alaraq həyətə atdığını, qardaşı Ruslanın həmin dəmir parçasını haradan, nə vaxt, kimdən alması (götürməsi) haqqında məlumatının olmadığını, həmin dəmir parçasının (profilin) uzunluğunun, təxminən, 1 metr, ölçülərinin 3 sm x 3 sm, üzərində göy rəngli boyalar, bəzi hissələrinin paslanmış vəziyyətdə olduğunu, dəmir parçasını (profili) üzərində göy rəngli boyaların və bəzi hissələrinin paslanmış olmasından tanıdığını bildirdi. -Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - 25 iyun 2024-cü il tarixli, 4(089)-2/2024 nömrəli Naxçıvan MR Culfa Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 25 iyun 2024-cü il tarixdən hesablanmışdır. - 17 oktyabr 2024-cü il tarixli, 4(089)-5/2024 nömrəli Naxçıvan MR Culfa Rayon Məhkəməsinin qərarından məlum olur ki, stasionar məhkəmə-psixiatriya ekspertizasından keçirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X22 hüquqi Şəxsə yerləşdirilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 4 (dörd) ay 25 iyun 2024-cü il tarixdən 25 fevral 2024-cü il tarixədək uzadılmışdır. -15 yanvar 2025-ci tarixli əşyanın təhvil verilməsi haqqında aktdan məlum olur ki, Culfa rayon Bənəniyar kənd sakini X4 qardaşı Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış aparılması istintaq hərəkəti zamanı baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüş Şahid1 təqdim etdiyi, bacısı, zərərçəkmiş şəxs X6 məxsus mobil telefon və xx.xx.2024-cü il tarixdə keçirilən X4 meyitinə baxış zamanı iş üçün əhəmiyyətli hesab olunduğundan müvafiq qaydada qablaşdırılaraq götürülmüş, Elfanə Əliyevanın meyitinin sağ əlinin dördüncü barmağında olan, ağ rəngli metal üzük xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən zərərçəkmiş şəxs X4 hüquqi varisi X23 təhvil verildi. -15 yanvar 2025-ci tarixli əşyanın təhvil verilməsi haqqında aktdan məlum olur ki, Culfa rayon Bənəniyar kənd sakini X4 qardaşı Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış aparılması istintaq hərəkəti zamanı baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüş Şahid1 təqdim etdiyi, qardaşı, Təqsirləndirilən şəxs məxsus mobil telefon xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs atası Şahid4 təhvil verildi. - Naxçıvan Muxtar Respublikası Culfa rayon İcra Hakimiyyətinin Bənəniyar kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X12 İcra müayəndəliyi tərəfindən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-inin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafı zərəçəkmiş şəxsin hüquqi varsinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə sübuta yetirlir. Təqsirləndirilən şəxs bacısı X4 başının və bədənin müxtəlif nahiyələrinə uzunluğu təxminən 1 metr olan dəmir profili xəsarətlər yetirməsi Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinin tərkibini yaradır. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, 24 iyun 2024-cü ildə Təqsirləndirilən şəxs küçədə olarkən bacısı Elfanənin gəldiyini görüb həyətə girərək uzunluğu təxminən 1 metr olan dəmir profili götürüb küçəyə çıxmış və həmin dəmir profillə bacısı X4 başına və bədənin müxtəlif yerlərinə xəsarətlər yetirmiş, həmin vaxt Elfanə yerə yıxılmış, daha sonra Ruslan bir neçə dəfə də dəmir profillə və təpiklə bacısını vurmuş, bundan sonra bacısı tərpənməmiş və səsi çıxmamışdır. Ruslan bacısının öldüyünü bildiyi üçün ona zərbə vurmayıb çəkilərək kənarda dayanmışdır. Kənara çəkildiyi vaxt qardaşı Elfanın həyət qapısından küçəyə çıxıdığını görmüş, Elfan bacısının yanına gələrkən o, kənarda dayanmışdır. Elfan həyət qapısını açıb küçəyə çıxdığı vaxt o, kənarda dayanmış, həmin vaxt onun əlində dəmir profil olmuş və əsəbi olduğundan “şərəfsiz” deyərək ucadan qışqırmışdır. Qardaşı həmin vaxt onun üstünə qışqıraraq “Elfanəni sən öldürdün” demişdir.Qardaşı Elfan onu uzaqlaşdırmaq üçün əlini sinəsinə dayayıb onu kənara itələmişdir. Bacısı Elfanəyə xəsarətlər yetirdikdən sonra Elfanəyə qardaşı Elfan, Elfanın arvadı Gülşən, öz arvadı Gülnar yardım göstərmiş, onlar Elfanəni götürüb həyətə aparmış və daha sonra isə baş nahiyəsinə bal qoymuşlar. Bacısını vurduqdan sonra onu maşına mindirməyə kömək etmək istəmiş, lakin qardaşıgil buna icazə verməmişlər. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, öz təqsirini səmimi etiraf etməsi və barəsində verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunması isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır; Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizasına görə 80 (səksən) manat, məhkəmə-psixoloji ekpertizasına görə 110 (yüz on) manat, məhkəmə-daktiloskopik ekspertizasına görə 160 (yüz altmış) manat, kompüter-texniki ekspertizasına görə 110 (yüz on) manat, ümumilikdə 460 (dörd yüz altmış) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd disk (DVD) cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 25 iyun 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizasına görə 80 (səksən) manat, məhkəmə-psixoloji ekpertizasına görə 110 (yüz on) manat, məhkəmə-daktiloskopik ekspertizasına görə 160 (yüz altmış) manat, kompüter-texniki ekspertizasına görə 110 (yüz on) manat, ümumilikdə 460 (dörd yüz altmış) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: -hadisə yerinə baxış zamanı götürülmüş 4 (dörd) rəqəmi ilə işarələnmiş, uzunluğu 100 sm, ölçüləri 3 sm x 3 sm olan 01 (bir) ədəd dəmir parçası və onun üzərində olan qanabənzər ləkələr məhv edilsin; -hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etdiyi, hadisəni törədərkən əynində olan paltarlar – ağ, göy, boz və qara rəngli, üfüqi zolaqları olan, üzərində “F” hərfi yazılan, 01 (bir) ədəd qısaqol köynək, yan və arxa tərəflərində cibləri, arxa üst tərəfində üzərində “Jack Wild”, “The original denim” sözləri yazılmış etiketi olan, düyməli, zəncirbəndli, göy rəngli, 01 (bir) ədəd cins şalvar, üzərində 10 ədəd deşiyi və ağ rəngli dəmirdən toqqası olan, 01 (bir) ədəd qara rəngli kəmər, 01 (bir) ədəd boz rəngli mayka, yan tərəflərində boz rəngli, şaquli zolaqları, üzərində “HLWZ Underwear” və “Ok” yazıları olan, 01 (bir) ədəd qara rəngli tursik, qara rəngli, 43 ölçülü, gön materialdan olan, 01 (bir) cüt makasin ayaqqabı, qara rəngli, boğaz hissəsində ağ və göy zolaqları olan, 01 (bir) cüt corab, Təqsirləndirilən şəxs qaytarılsın; -meyitə baxış zamanı götürülmüş zərərçəkmiş şəxs X4 hadisə zamanı əynində olan qırmızı rəngli, yaxasında bağcıqları olan, 01 (bir) ədəd qısaqol köynək, yan tərəflərində cibləri, parça materialdan olan, 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd bənövşəyi rəngli lifçik, 01 (bir) ədəd çəhrayı rəngli, üçkünc tursik, 38 ölçülü, bağlı, üzərində “Classic fashionable” yazısı olan, boz rəngli, 01 (bir) cüt ayaqqabı, üzərində bənövşəyi, yaşıl, qırmızı naxışları olan, qara rəngli 01 (bir) cüt corab zərərçəkmiş şəxsin hüquqi varisi X23 qaytarılsın; - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd disk (DVD) cinayət işində saxlanılsın. - Təqsirləndirilən şəxs əl-barmaq izlərinin köçürüldüyü daktiloxəritə cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Kərimov Arzuyar Sadıq oğlu
2. X15