Məhkəmə qərarları › İş №1(109)-14/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(109)-14/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(109)-14/2023 14.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Talıblı Türkanə İsmayıl qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 2001-ci ildə Şərur rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 06 dekabr 2018-ci il tarixdə saat 22:00 radələrində Koqalım şəhəri, Festival küçəsi, ev 6, mənzil 15-də öz aralarında dalaşan xx xxx 1957-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs və azyaşlı 22 yanvar 2003-cü ildə anаdan olmuş Şahid7 Şamileviçin arasına girərək qəsdən sağ əlinin yumruğu ilə Zərərçəkmiş şəxs sol gözünə zərbə vurmuş, nəticədə Zərərçəkmiş şəxs sol gözünün küt travması nəticəsində bədən xəsarəti almış, (Göz almasının sklerasının koniktiv cırılması, gözün görmə qabiliyyətinin ağır dərəcədə itkisinə səbəb olub) beləliklə, qəsdən sağlamlığa ağır dərəcəli xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci ildən ailəsi ilə birlikdə Rusiya Federasiyasına işləmək üçün getmiş və həmin il Koqalım şəhərində orta məktəbdə təhsilinə davam etmişdir. 2018-ci ilin dekabr ayının 6-da dostu Şahid7 ilə onların yaşadığı mənzilin blokunda söhbət edən zaman Şahid7 qonşusu olan Zərərçəkmiş şəxs qızı uşağı ilə öz avtomobilində ora gəlmişdir. Həmin vaxt orada səs-küy olduğu üçün uşağını İslamın anası Şahid8 vermişdir ki, uşağı evə aparsın və onların söhbətlərini bilməsin. Onlarla birlikdə Şahid7 yaşadığı mənzilə qalxmışdır. Mənzildə olan zaman uşaqla oynayıb onu sakitləşdirməyə çalışmışlar. Bu zaman Zərərçəkmiş şəxs mənzilə daxil olaraq nəvəsini götürmək istədiyini bildirmiş, ucadan qışqırmışdır. İslamın nənəsi və anası onu sakitləşdirməyə çalışmış, sərxoş olduğu üçün uşağı ona vermək istəməmişlər. Nikolay nalayiq ifadələr işlədərək qışqırdığı üçün İslam otaqdan koridora çıxmışdır. İslam Nikolayı sakitləşdirmək istəyən zaman Nikolay ona yumruq zərbəsi vurmuş və İslam yerə yıxılmışdır. Bu zaman o araya girmiş, onları aralamaq istəmişdir. Nikolay ona nalayiq ifadələr işlətməyə başlamış və onun boğazından tutaraq baş nahiyəsindən yumruq zərbəsi vurmuşdur. O, Nikolayın əlindən çıxmaq üçün onu əli ilə itələmişdir. Nikolay yerə yıxılmış və nalayiq ifadələr işlətməyə davam etmişdir. Sonra İslamın anası onu mənzildən çıxarmışdır ki, Nikolay yenə onunla dava etməsin və o, mənzildən çıxıb evlərinə getmişdir. İtələyərkən xəsarət yetirdiyi Zərərçəkmiş şəxs ilə hər hansı bir ədavəti olmamışdır. Nikolay ondan yaşca çox böyük olmuşdur. Zərərçəkmiş şəxs onu boğmaq istədiyi üçün o, özünü müdafiə etmək məqsədi ilə onu güclə itələmişdir. Zərərçəkmiş şəxs onu boğmaq istədiyi üçün onun gözləri qaralmış və onu necə itələdiyini bilməmişdir. Zərərçəkmiş şəxs ilə mübahisə etmək səbəbi onun Şahid7 yaşadığı mənzilə daxil olub onlarla mübahisə etdiyi üçün araya girmişdir ki, onları aralaşdırsın, lakin Nikolay onu boğmağa cəhd etdiyi üçün onun əlindən qurtarmaq istəmişdir. Rusiya Federasiyasının Koqalım şəhərində barəsində istintaqı aparılan cinayət işi üzrə məhkəmə baxışında iştirak etməməsinin səbəbi onun hərbi xidmət vaxtınin çatması və Azərbaycan Respublikasına gəlməsi olmuşdur. Törətdiyi əməldən çox peşmandır, Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri tədqiq edilmiş;- Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il, saat 21:40 radələrində əri Zərərçəkmiş şəxs ilə evdə yatmışlar. Təqribən göstərilən vaxtda onların qızı Şahid2 zəng edərək onların yaşadığı evin yaxınlığında olduğunu və valideynləri ilə danışmaq istədiyini bildirmişdir. O, geyinərək qızı ilə görüşmək üçün aşağı düşüb. Blokun yaxınlığına öz avtomobilində gələn qızı atasının harada olduğunu soruşub və bundan sonra ərini çağırmaq üçün yenidən mənzilə qayıdıb və ərindən geyinərək aşağı düşməsini istəyib. Aşağı düşərkən blokun girişində onlarla qonşu mənzildə yaşayan Şahid7 və onunla birlikdə olan, zahirən 16-17 yaşlarında iki nəfər qafqaz millətinə oxşar gənc adamla qarşılaşıblar. Onların yanında da nəvələri O.R.Maziyev var idi. Nəvələri və həmin gənc şəxslər mənzilə qalxmışlar. Əri qızından nəvəsinin hara getdiyini soruşmuş, qızı da onların söhbətini eşitməsin deyə oğlunu qonşuya göndərdiyini bildirmişdir. Aralarında şəxsi mövzuda söhbətə başladıqları zaman əri Zərərçəkmiş şəxs öz aranızda danışın demiş və getmişdir. O qızı ilə söhbət edərkən qonşuları Şahid8 qışqırıq səsini eşitmişdir. O dərhal binanın girişinə qaçmış, qızı isə avtomobildə qalmışdır. İkinci mərtəbəyə qalxan zaman pilləkənlərdə mənzil 15-də yaşayan R.P.Maqamedova, mənzil 13-də yaşayan Şahid3, 15ci mənzilə yaxın Şahid7 və onun yanında iki nəfər tanımadığı cavan adamları görmüşdür. O öz mənzilinə daxil olduğu zaman əri Zərərçəkmiş şəxs divanda uzanmasını və gözündən qan gəlməsini görmüşdür. Ondan nə baş verdiyini soruşduqda, Zərərçəkmiş şəxs qonşularından nəvəsini götürmək istəyərkən qapının çərçivəsini döydüyü zaman Şahid7 və bir nəfər tanımadığı cavan şəxsin mənzilin dəhlizində dayandığını, Təqsirləndirilən şəxs onun nəvəsi ilə və R.P.Maqamedova ilə otaqların birində divanda oturduğunu görməsini bildirmişdir. O mənzilə daxil olaraq nəvəsinin harada olmasını soruşmuş, onlar nəvəsinin yatdığını bildirmişlər. Ərinin sözündən divanda oturmuş Təqsirləndirilən şəxs qalxaraq ona yaxınlaşmış və onun sol gözündən vurmuşdur. Zərərçəkmiş şəxs gözünü örtərək sağ tərəfdə dayanan şkafa tərəf əyilmişdir. Daha sonra Zərərçəkmiş şəxs evə qayıtmışdır. Ərinin dediyinə görə üzü və bədəninin digər hissələri ilə şkafa zərbə ilə dəyməmiş, o cümlədən yıxılmamışdır. Ərinin bədən xəsarəti alması barədə ətraflı məlumatı onun sözlərindən eşitmişdir. Gözünün adi qaralma olduğunu düşündüyü üçün əri müalicə müəssisəsinə müraciət etməmiş, həmçinin təcili tibbi yardım çağırmamış və polisə şikayət etməmişdir. Ərinin gözünün şişi çəkilmədiyi üçün xx.xx.2018-ci ildə xəstəxanaya müraciət etmək qərarına gəlmişlər. Həkim tövsiyyəsindən sonra xx.xx.2018-ci ildə əməliyyat olunmuşdur. Əri Zərərçəkmiş şəxs sol gözü görmür və həkimi dediyinə görə gözünün görmə qabiliyyəti bərpa olunmayacaqdır. Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il saat, 21:40 radələrində o öz avtomobilində kiçik oğlu O.R.Maziyevlə Koqalım şəhəri, Festival küçəsi, ev 6-da yaşayan valideyinlərinin evinə gəlib. O anasına zəng edərək çölə çıxmalarını və onlarla söhbətinin olduğunu bildirmişdir. Valideyinləri ilə görüşən zaman ailə probleminin olduğunu və onların köməyinə ehtiyacı olduğunu bildirmişdir. Söhbət zamanı əsəbləşdiyindən uca səslə danışdığı üçün valideynləri ilə aralarındakı söhbəti eşitməsin deyə iki dostu ilə bloka çıxan Şahid7 ona yaxınlaşıb kömək lazım olduğunu soruşduqda, ondan oğlunu bir müddətliyə evlərinə aparmasını xahiş etmişdir. Bundan sonra Şahid7 və dostları bloka girmiş, bir müddətdən sonra O.R.Maziyeva atası Zərərçəkmiş şəxs onun oğlunu Şahid7anın mənzilindən götürərək evə aparmasını istəmişdir. Atası Zərərçəkmiş şəxs ikinci mərtəbəyə qalxmış, o isə anası ilə aşağıda qalmışdır. Bir müddət keçməsinə baxmayaraq atası qayıtmadığından, o, anasından oğlunu gətirməyi xahiş etmişdir. Bir dəqiqədən sonra anası qayıdaraq atasını kiminsə döydüyünü demişdir. Bundan sonra o ikinci mərtəbəyə qalxıb valideynlərinin mənzilinə daxil olmuş və atası Zərərçəkmiş şəxs divanda oturmuş vəziyyətdə, gözünün şişmiş vəziyyətdə olduğunu görmüşdür. Atası Zərərçəkmiş şəxs əli ilə üzünü örtmüş və onun əlində, üzündə qan olmuşdur. O atasından nə olduğunu soruşduqda atası ona sən get evinə, mənim özüm məşğul olacağam cavabını vermişdir. Atasına xəstəxanaya getməyi təklif etsə də , atası keçib gedər deyərək xəstəxanaya getməmişdir. Hadisədən sonra həftə ərzində o valideynlərinin yanına gəlmiş və atasının gözündəki şişin keçmədiyini görmüşdür. Bir həftədən sonra atasını Koqalım Şəhər Xəstəxanasına gətirmiş və orada atasına əməliyyat lazım olduğunu bildirmişlər. Bundan sonra atasını Surqut dairə xəstəxanasında əməliyyat etdirmiş və həkim gözün görmə qabiliyyətinin bərpa olunmayacağını demişdir. Məhkəməyə şahid qismində çağırılmış Şahid2 atası - Zərərçəkmiş şəxs öldüyü üçün məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə göndərərək zərərçəkmişin hüquqi varisi qismində tanınmasını xahiş etmiş, həmçinin ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, zərərçəkmişə dəymiş ziyanın tamamilə ödəndiyini və Ü. Mehdiyevə qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. X3 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il, saat 22:20 radələrində özünə məxsus mənzilində olub. Bu zaman o Şahid2 qışqırdığını eşidib və pəncərədən baxanda görüb ki, blokun yaxınlığında Zərərçəkmiş şəxs, onun arvadı və qızı Şahid2 dayanıblar. Şahid2 nəyə görəsə qışqırmış, ancaq onun nə dediyini xatırlamamışdır. Bu zaman bloka 15-ci mənzildən qonşuları olan Şahid7 və iki dostu gəlmiş, Şahid2 Şahid7 oğlunu evlərinə aparmasını xahiş etmişdir. Bundan sonra Şahid7 bloka daxil olmuşdur. Zərərçəkmiş şəxs bloka daxil olaraq pilləkəndə kiminsə qapısını döyür. O maraq üçün qapıdan boylanır və görür ki, 15 nömrəli mənzilin qapıları açıq vəziyyətdədir. Zərərçəkmiş şəxs qapıdan iki metr aralıda mənzilin dəhlizində arxası çıxışa tərəf dayanıb. Zərərçəkmiş şəxs tələb edir ki, nəvəsini ona versinlər. Cavabında Şahid8 ona dedi ki, oğlanı anasına verəcəkdir. Canayevlərin mənzili ilə onların mənzili arasında 10 metr məsafə vardır. Zərərçəkmiş şəxs görüntünün qarşısını örtdüyündən qabaqda kimin durduğunu görməmişdir. Bundan sonra o görür ki, Zərərçəkmiş şəxs sağ əli ilə dəhlizin sağ tərəfində dayanan şkafdan tutdu. Sol əli ilə sol gözünü tutdu və irəli əyildi. Bunları gördükdən sonra mənzilə tərəf gəldi. Dəhlizdə irəliləyərkən Zərərçəkmiş şəxs “sən nə etdin”- “sən nə etdin” sözlərini dediyini eşitdi. Yaxınlaşanda 15 nömrəli mənzilin dəhlizində qapıdan iki metr aralıda Zərərçəkmiş şəxs onun sol tərəfində isə Şahid7 dayanmasını görür. Şahid7 üzündə və boyun hissəsində heç bir xəsarət izi görməyib. Onlarla yanaşı dayanmış Şahid8 Təqsirləndirilən şəxs, sən nəyə görə Zərərçəkmiş şəxs vurmasını soruşmuş, sonra isə Təqsirləndirilən şəxs qovalamışdır. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs mənzilinə getməsinə köməklik etmişdir. Şahid4 ifadəsində göstərmişdir ki, o həkim oftomoloq işləyir. xx.xx.2018-ci il tarixdə, saat 10:30 radələrində onun qəbuluna Zərərçəkmiş şəxs arvadı ilə birlikdə gəlmiş, Zərərçəkmiş şəxs sol gözünün görmədiyini, ağrıdığını və şişdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs baxış keçirdiyi zaman müəyyən edib ki, gözün selikli qişasında kütləvi qan sızmalar, buynuz qişasının ödemi var, gözün ön kamerası tamamilə qanla doludur, yəni ümumi hifema var və ən yaxın yerləri görmək mümkün deyil, buna görə də gözün dibini təsvir etmək mümkün olmamışdır. O, Zərərçəkmiş şəxs nə baş verməsini soruşduqda xx.xx.2018-ci ildə tanıdığı bir şəxsə irad tutduğu üçün həmin adamın onun sol gözündən yumruqla vurduğu bildirmişdir. Zərərçəkmiş şəxs hadisəni tam ətraflı deməmiş, ona hücum edənlər barədə heçnə deməmişdir. Sonra Zərərçəkmiş şəxs soruşub ki, hadisədən sonra niyə həkimə müraciət etmədin. Cavabında bildirib ki, belə ağır nəticələri olacağını düşünmürdüm və keçib gedəcəyini düşünürdüm. Müayinənin nəticələrinə görə o xəstə Zərərçəkmiş şəxs göz almasının və orbitinin toxumalarının qançırı, xarici səbəbi başqa bir şəxsin və ya digər müəyyən olunmayan mənbələrlə toqquşma, 3-cü dərəcəli sol göz kantuzyası diaqnozu qoymuş, Zərərçəkmiş şəxs təcili əməliyyata ehtiyacı olduğundan ona Surqut dairə xəstəxanasının oftomologiya şöbəsinə getməsi üçün göndəriş vermişdir. Hal-hazırda Zərərçəkmiş şəxs sol gözü görmür. Adətən gözün belə kontuzyasından sonra gözün bərpası mümkün olmur. Zərərçəkmiş şəxs dəqiqliyi ilə deyir ki, o sol gözünün travmasını xx.xx.2018-cı il tarixdə cavan oğlanın ona vurduğu zərbə nəticəsində alıbdır. Yıxılmanı və başqa əşyalardan zərbə almasını istisna edir. Şahid5 ifadəsində göstərmişdir ki, o, RF DİN-nin Koqalım şəhəri üzrə şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir. xx.xx.2018-ci ildə axşam vaxtlarında RF DİN-nin Koqalım şəhəri üzrə şöbəsinə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə ərizə ilə Zərərçəkmiş şəxs müraciət etmişdir. Verilən məlumatın yoxlanılması zamanı Zərərçəkmiş şəxs öz izahatında göstərir ki, xx.xx.2016-cı il tarixdə Koqalım şəhəri, Festival küçəsi, ev 6, mənzil 15-də yaşayan qonşularıgilə gəlib ki, nəvəsini götürsün. Həmin mənzildə Təqsirləndirilən şəxs onun sol gözündən vurur və Zərərçəkmiş şəxs bununla fiziki ağrılara məruz qalır. Həmin vaxtı niyə təcili yardım və hüquq mühafizə orqanlarına müraciət etməməsi sualına cavabında Zərərçəkmiş şəxs belə ağır nəticələri olacağını bilməyib keçib gedəcəyini düşündüyünü və buna görə də hüquq mühafizə orqanlarına müraciət etmədiyini bildirib. Zərərçəkmiş şəxs bildirib ki, gözünün halı günü gündən pisləşdiyi üçün xəstəxanaya getmiş və Surqut şəhərində xəstəxanada müalicə olunduğundan hüquq mühafizə orqanlarına gec müraciət etmişdir. Zərərçəkmiş şəxs bədən xəsarətləri alması ilə əlaqədar yoxlamanın aparılması zamanı Şahid7 və Təqsirləndirilən şəxs dindirib. Onlar göstəriblər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələdiyindən o yıxılıb və qapının çərçivəsinə dəyərək zədə alıb. Zərərçəkmiş şəxs müraciət edən zaman tam ayıq olub, spirtli içkilər qəbul etməsi barədə heç bir şübhə olmayıb, sərbəst olaraq danışıb. Bundan əlavə Zərərçəkmiş şəxs heç bir konfiliktin olmadığını, heç bir şəxslə dava-dalaşının olmadığını və Təqsirləndirilən şəxs onu vurmasını israr etdi. Yoxlama zamanı təyin olunmuş Məhkəmə Ekspertizasının nəticəsinə görə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər dəydiyindən və toplanmış materiallarla RF CM-nin 118-ci maddəsinin əlamətləri olduğuna görə raport yazıb. Şahid6 ifadəsində göstərmişdir ki, Koqalım şəhər Polis Şöbəsində azyaşlılar üzrə bölmənin baş müfəttişi vəzifəsində işləyir. Azyaşlı Təqsirləndirilən şəxs xx.xx.2018-cı il tarixdə Zərərçəkmiş şəxs bədən xasərəti yetirdiyindən xx.xx.2019-cu il tarixdə RF DİN-nin Koqalım şəhər şöbəsində RF CM-nin118-ci maddəsinin İ hissəsi ilə **********6052144 nömrəli cinayət işi başlanmışdır. Qeyd olunan azyaşlı barədə xx.xx.2019-cu ildə azyaşlıların qeydiyyatı üzrə bölmədə qeydiyyata alınıb və onun barəsində müvafiq profilaktiki tədbirlər görülüb. Şahid7 Şamileviç ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci ildə axşam vaxtı saat 21:45 radələrində dostu U.İ.Mehdiyev ilə birlikdə küçədə blokun yanında idilər. Bu zaman Nikolayın qızı Şahid2 ondan xahiş etdi ki, oğlunu özü ilə evlərinə aparsın ki, valideynləri ilə olan söhbətini eşitməsin. O uşağı götürmüş və Təqsirləndirilən şəxs ilə birlikdə mənzilə qalxdmışdır. Bir müdətdən sonra onların mənzilinə qonşuları Zərərçəkmiş şəxs daxil olmuş və qışqıraraq tələb etmişdir ki, nəvəsini ona versinlər. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğundan anası Şahid8 dəhlizə çıxaraq qonşusunu sakitləşdirməyə başlamış və uşağı ona verməyəcəyini bildirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs qışqırmağa davam etmişdir. O otaqdan çıxaraq Zərərçəkmiş şəxs yaxınlaşmış və onun aqressiv davranışına irad bildirmişdir. Zərərçəkmiş şəxs isə onun boğazından tutaraq yumuruqla başının sol tərəfinə zərbə endirmiş və o ağrı hiss etdiyindən sonra nə olduğunu xatırlamamışdır. Anası onu otağa gətirdikdən bir müddət sonra özünə gəldikdə Zərərçəkmiş şəxs mənzildə görməmişdir. Sonra Təqsirləndirilən şəxs dediklərindən ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs onların arasında olanları gördükdən sonra Nikolayın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Zərərçəkmiş şəxs itələmiş və nəticədə Zərərçəkmiş şəxs başı ilə qapının çərçivəsinə dəyərək zədələnmişdir. Təqsirləndirilən şəxs sözlərinə görə o Zərərçəkmiş şəxs xəsarət yetirmək istəməyib və üzündən vurmayıb. Şahid8 ifadəsində göstərmişdir ki , xx.xx.2018-ci il tarixdə axşam vaxtı saat 21:45 radələrində öz evində, yəni Koqalım şəhəri Festivalnı küçəsi ev 6, mənzil 15-də idi. Onun oğlu İslam dostu Təqsirləndirilən şəxs ilə küçədə idilər. Bu zaman o, evlərinin blokunda qışqırıq səsi eşitmiş və balkona çıxan zaman Şahid1 və qızı Şahid2 arasında mübahisə etdiklərini görmqşdqr.Həmin vaxt İslam dostu Təqsirləndirilən şəxs ilə birlikdə blokun yaxınlığında durmuşdular. Bir müddət sonra Şahid7 Təqsirləndirilən şəxs və Şahid2 oğlu mənzilə daxil olmuşlar.Bir müddət sonra onların mənzilinə sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs daxil olmuş və tələb etmişdir ki, nəvəsini ona versinlər. Qonşuları şərxoş vəziyyətdə olduğu üçün o dəhlizə çıxaraq qonşularını sakitləşdirməyə başlamış və nəvəsini ona verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə qışqırmağa davam etmişdir.Bu zaman Şahid7 otaqdan çıxmış və onun tam yaxınına gələrək Zərərçəkmiş şəxs qeyri-qanuni hərəkətlər etməməsi üçün irad bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs Şahid7 boğazından tutmuş və başının sol tərəfinə zərbə vurmuşdur. Sonra o, Şahid7 tutaraq otağına gətirmişdir. Bu zaman Təqsirləndirilən şəxs otaqdan mənzilin dəhlizinə çıxmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir zərbə vurmasını görməmişdir. Otaqdan çıxdıqda Zərərçəkmiş şəxs üzündə qan olduğunu görmüş, daha sonra Zərərçəkmiş şəxs mənzildən çıxıb getmişdir. Şahid9 ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2018-ci il tarixdə qardaşının dediklərindən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs barəsində Koqalım şəhər şöbəsinə ona xəsarət yetirməsi barədə ərizə verilib. Qardaşı Təqsirləndirilən şəxs dediklərindən ona aydın olub ki, xx.xx.2018-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs dostu İslamgildə olubdur. Qardaşının sözlərinə görə onlar İslamgilin Festival küçəsi 6 nömrəli evin yanında gəziblər. Təqsirləndirilən şəxs sözlərindən məlum olub ki, həmin evə Zərərçəkmiş şəxs qızı öz oğlu ilə birlikdə gəliblər. Təqsirləndirilən şəxs sözlərindən qadın Şahid7 xahiş edib ki, o oğlu ilə otursun o harasa gedəcək. Bundan sonra qardaşı Şahid7 və Zərərçəkmiş şəxs nəvəsi ilə birlikdə Koqalım şəhər, Festival küçəsi, ev 6, mənzil 15-ə İslamgilin yaşadığı mənzilə gəlirlər. Bir müddət sonra mənzilə qardaşının sözlərinə görə sərxoş olan Zərərçəkmiş şəxs dail olur. Qardaşının sözlərinə görə o İslamgilin yaşadığı otaqda olub. Mənzilin qapıları açıq vəziyyətdə olubdur. Zərərçəkmiş şəxs orada başlayıb qışqırmağa ki, mənim nəvəmi verin, özünü idarə edə bilmədiyinə görə Şahid7 ona irad tutduğu zaman Zərərçəkmiş şəxs Şahid7 boğazından tutmuş və başına zərbələr vurmağa başlamışdır. Bunu görən Təqsirləndirilən şəxs otaqdan çıxıb və onlara müdaxilə edib. Bundan sonra müvazinətini itirən Zərərçəkmiş şəxs yıxılıb və qapının çərçivəsinə dəydikdən sonra üzünü tutub. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Rusiya Federasiyası, Xantı-Mansiysk muxtar vilayəti-Yuqra üzrə dövlət Məhkəmə Tibbi Ekspertiza Bürosunun verdiyi 168 nömrəli rəyə əsasən xx.xx.1957-ci il təvəllüdlü X6 sol gözün küt travması (Göz almasının ağır kontuziyası ilə göz almasının sklerasının subkonyuktival yırtığı) xəsarəti çox güman ki, xəstəxanaya getməzdən bir müddət əvvəl insanın əlləri və ayaqları olan bilən küt bərk cisimlərin (əşyaların) və digər bərk cisimlərin (əşyaların) həm belələri ilə toqquşması zamanı, həm də ona dəydikdə alına bilər. Xəsarətin törətdiyi fəsad ümumi əmək qabiliyyətinin üçdə biri (35%) olduğundan ağır bədən xəsarəti kimi qiymətləndirilir. Rusiya Federasiyası, Xantı-Mansiysk muxtar vilayəti-Yuqra üzrə dövlət Məhkəmə Tibbi Ekspertiza Bürosunun verdiyi 182 nömrəli rəyə əsasən 06 dekabr 2018-ci il tarixdə saat 22:00 radələrində xx xxx 2001-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs Koqalım şəhəri, Festival küçəsi, ev 6, mənzil 15-də, öz aralarında dalaşan xx xxx 1957-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs və azyaşlı 22 yanvar 2003-cü ildə anаdan olmuş Şahid7 Şamileviçin arasına girərək Zərərçəkmiş şəxs güclə itələdiyindən sonuncu müvazinətini itirərək sol gözü ilə qapının çərçivəsinə dəymiş, beləliklə o, sol gözünün küt travması nəticəsində bədən xəsarəti almış, (Göz almasının sklerasının koniktiv cırılması, gözün görmə qabiliyyətinin ağır dərəcədə itkisinə səbəb olub) beləliklə, bədənə ağır dərəcəli xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı ifadələr verərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, anlaqlı olmuş və ifadələrin mahiyyətini dərk etmişdir. 25 aprel 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış keçirilən Koqalım şəhəri, Festival küçəsində yerləşən iki mərtəbəli taxta evin (ev № 6) ikinci mərtəbəsində yerləşən mənzil 15-in giriş hissəsində taxtadan hazırlanmış qapı və qapının içəri tərəfində üstdən qoyulan qapı kilidi var. Evin girişində dəhliz vardır və girəndə sağ tərəfdə iki ədəd ağ -qara rəngli iki ədəd şkaf vardır.Girəndə sol tərəfdə həmçinin qəhvəyi rəngli şkaf vardır. Dəhlizdə mətbəxə və digər otaqlara açılan qapılar vardır. Hadisə yerinə baxış keçirilən zaman şəxsən iştirak edən Şahid8 dəhlizin aynanın qarşısında 1,5 metr aralıqda yerləşən bir hissəsini göstərdi hansı ki məhz orada xx.xx.2019 tarixdə axşam saatlarında onun 15 nömrəli mənzilinə daxil olan qonşusu Zərərçəkmiş şəxs dayandı başladı qışqırmağa və özünü aqressiv aparmağa. Bundan sonra onun oğluna Şahid7 Şamileviç fiziki güc tətbiq etdi və Təqsirləndirilən şəxs qaçıb gəlib Tereşenkonu itələdi və ola bilsin ki, sonuncu açıq olan qapının küncünə dəyib və daha sonra mənzili tərk edib. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonski Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidi Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü”nün daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci hissəsinin və 3-cü hissəsinin “d” bəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz.Məhkəmə, İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərtləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadəsi tədqiq edilmiş Şahid7 Şamiloviçin və Şahid8 Payzuddinovnanın ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticiyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini düzgün olmayaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif vermişdir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Lakin ibtidai istintaq orqanı ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittihamı verərkən qəsdin məzmununu və istiqamətini, zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqənin olub olmamasını, cinayətin törədlməsinin motiv və məqsədini, cinayət əməlinin obyektiv və subyektiv cəhətlərini tam araşdırmamış və səhv olaraq ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittihamı vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyi ondan ibarət olmuşdur ki, adi məişət ehtiyatlılığı tədbirlərinə, habelə hamı tərəfindən qəbul edilmiş bir sıra davranış qaydalarına riayət edilməməsi nəticəsində başqa şəxsin sağlamlığına ağır zərər yetirilmişdir.Lakin bu zaman onda xüsusi cinayətkar niyyət olmamışdır. Bu hal cinayətin təhlükəliliyini xeyli dərəcədə azaldır. Şərh olunan cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir; - müəyyən ehtiyatlılıq tədbirlərini və ya davranış qaydalarını pozan hərəkət və ya hərəkətsizlik; - sağlamlığa ağır zərər vurulmasından ibarət ictimai təhlükəli nəticə; - törədilmiş hərəkət və ya hərəkətsizliklə baş vermiş nəticə arasında səbəbli əlaqə; Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma müxtəlif hərəkət və ya hərəkətsizliklə törədilə bilər.Təfsir edilən cinayət subyektiv cəhətdən ehtiyatsızlıqla törədilir. İş materialında olan sənədlərdən, təqsirləndirilən şəxsin , zərərçəkmişin hüquqi varisi Şahid2, şahidlər Şahid7 Şamiloviçin və Şahid8 Payzuddinovnanın, ibtidai istintaq orqanına verdikləri ifadələrdən və məhkəməyə göndərdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun olduğu mənzilə daxil olan zərərçəkmiş Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərinin qarşısını almaq məqsədilə, 06 dekabr 2018-ci il tarixdə, saat 22:00 radələrində Koqalım şəhəri, Festival küçəsi, ev 6, mənzil 15-də, öz aralarında dalaşan xx xxx 1957-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs və azyaşlı 22 yanvar 2003-cü ildə anаdan olmuş Şahid7 Şamileviçin arasına girərək onları aralaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs güclə itələdiyindən, sonuncu müvazinətini itirərək sol gözü ilə qapının çərçivəsinə dəymiş, nəticədə Zərərçəkmiş şəxs sol gözünün küt travması nəticəsində bədən xəsarəti almış, (Göz almasının sklerasının koniktiv cırılması, gözün görmə qabiliyyətinin ağır dərəcədə itkisinə səbəb olub) beləliklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır dərəcəli xəsarət yetirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs dalaşanları aralamaq üçün araya girmiş və bu zaman öz hərəkətləri ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vura biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, belə nəticəni görməmiş və cinayətkarcasına etinasızlıq göstərərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa təqsirləndirilən şəxslə zərərçəkmişin hadisəyə qədər aralarında hər hansı mübahisənin və ya narazılığın olmaması, aralarında böyük yaş fərqinin olması (hadisə baş verərkən təqsirləndirilən şəxsin 17, zərərçəkmişin 61 yaşı olub) təqsirləndirilən şəxsin zərərçəkənin sağlamlığına qəsdən deyil, hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ağır xəsarət yetirməsini təsdiq edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir.Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanmış sübutlardır.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldə CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlaməti olmamış, eləcə də onun həmin cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ona ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsin ittihamın qeyd edilən hissəsi üzrə təqsirsizliyini təsdiq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldə CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin zəruri tərkib əlaməti olmadığından, onun əməli ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya, yəni CM-nin 131.2-ci maddəsinə tövsif edilməlidir. Ölmüş zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmış Maziyeva (Tereşenko) Olqa Nikolayevna tərəfindən məhkəməyə göndərilmiş və cinayət işi materialına əlavə olunmuş notarial qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, o özünün hüquqi varis kimi tanınmasını xahiş edir və əlavə olaraq göstərir ki, təqsirləndirilən şəxslə barışmışdır və zərərçəkmişə dəymiş ziyan tamamilə ödənmişdir. Odur ki, iş üzrə icraata xitam verməyi xahiş edir və zərərçəkmişə qarşı heç bir şikayəti və tələbi yoxdur. CM-nin 73.2-ci maddəsinə görə CM-nin 131.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə tədqiqadçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verir. CPM-nin 106.6-cı maddəsinin tələbinə əsasən yalnız zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisin zərərçəkmişlə barışmaq, ....şıkayətdən imtina etmək kimi hüquqları vardır. Cinayət işinə əlavə olunmuş 8 aprel 1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş X4 doğum şəhadətnaməsindəki ata qrafasındakı şəxs Zərərçəkmiş şəxsdir. Həmçinin iş materilında olan 27 aprel 2022-ci il tarixli, **********097003 nömrəli ölüm haqqında akt qeydinə əsasən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 22 aprel 2022-ci ildə ölmüşdür. Rusiya DİN Koqalım Şəhər şöbəsi tərrəfindən və Sədərək rayon İcra Hakimiyyəti Dəmirçi kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Naxçıvan Muxtar Respublikası X5 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 198 və 199 saylı arayışla görə Təqsirləndirilən şəxs valideynləri, Sədərək rayon Dəmirçi kənd sakinləri İ.İ.Mehdiyev (atası) və B.İ.X7 Respublikası X5nin QİÇS-lə mübarizə şöbəsində QİÇS/İİV xəstəliyinə görə daimi dispanser qeydiyyatındadır. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və qanunvericiliyin müddəalarına əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 131.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin hüquqi varisi Şahid2 ilə barışması, həmçinin zərərçəkmişə dəymiş zərərin tamamilə ödənməsi və zərərçəkmişin hüquqi varisinin heç bir şikayətinin və tələbinin olmaması nəzərə alınaraq CM-nin 73.2-ci və CPM-nin 40.3-cü maddələrinin tələblərinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, valideynlərinin hər ikisinin QİÇS/İİV xəstəsi olmasını, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmişə dəymiş zərərin tamamilə ödənməsini və zərərçəkmişin hüquqi varisinin heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Qərar qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs qaytarılmalıdır. -Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığından və ona dəymiş ziyan tamamilə ödənildiyindən həmin Məcəllənin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Onun barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs qaytarılsın. -Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar