Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-14/2024 10.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Diləvər oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, 2 uşaq atası, fərdi fəaliyyətlə məşğul olmuş, məhkumluğu olmayan, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında Şərur rayonu, Yengicə kənd sakini X10 məxsus rayonun Yengicə-Muğanlı yolunda yerləşən torpaq sahəsində hörgü-suvaq işlərinin görülməsi üçün 2850 manat müqabilində onunla razılığa gəlmiş, hörgü-suvaq işləri 14 oktyabr 2023-cü il tarixdə bitmiş, görülmüş işlərin müqabilində X22 Zaxarova 2000 manat pul vermişdir. 19 oktyabr 2023-cü il tarixdə, saat təxminən 15:00da Təqsirləndirilən şəxs tikinti işləri aparılan sahəyə gedərək qalan 850 manat pulu Fariz Ağayevdən tələb etdikdə Fariz Ağayev ondan gördüyü işlərin ölçüsünü və həcmini yenidən çıxarmasını istəmiş, bu zaman aralarında mübahisə yaranmış, Fariz Ağayev həmin vaxt ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədərək onu yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs oradan çıxaraq evlərinə qayıtmış, Fariz Ağayevin ona və ailə üzvlərinə qarşı işlətdiyi təhqiramiz ifadələrə görə ondan qisas almaq üçün Fariz Ağayevi öldürmək qərarına gəlmiş və bu məqsədlə evlərindən bıçaq götürdükdən sonra dostu Şahid6la görüşdüyündə Fariz Ağayevin onu təhqir etdiyini, bu hal təkrarlanarsa, Fariz üçün pis olacağını bildirmişdir. Daha sonra qardaşı Şahid7 zəng edib Fariz Ağayevin ona nalayiq ifadələr işlətdiyini, onu təhqir etdiyini, buna görə də onu döyəcəyini bildirmişdir. Şahid7 isə heç nə etməməsini, onu gözləməsini deyib özünəməxsus VAZ 2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yengicə kənd dayanacağına gələrək qardaşı Təqsirləndirilən şəxs avtomobilə mindirərək Fariz Ağayevlə barışdırmaq və aralarında olan mübahisəyə son qoymaq məqsədilə Fariz Ağayevin tikinti apardığı əraziyə aparmışdır. Fariz Ağayev orada olmadığından Təqsirləndirilən şəxs sonuncuya zəng etmiş, F.Ağayev kəndin mərkəzində olduğunu bildirmişdir. Fariz Ağayevlə görüşmək üçün kənd mərkəzi istiqamətində avtomobillə hərəkət edərkən saat təxminən 16:00- da Təqsirləndirilən şəxs Fariz Ağayevi öldürmək niyyətində olmasından xəbərsiz olan Şahid7 yolun kənd mərkəzinin qarşısından keçən hissəsində Fariz Ağayevin kənd sakini Şahid1 idarə etdiyi ** BE *** dövlət qeydiyyat nömrə nişanlı, QAZ-3302 markalı avtomobildə olduğunu görüb avtomobili saxlamış, qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə avtomobildən yerə düşmüşlər. Fariz Ağayev də olduğu avtomobildən yerə düşərək onların ünvanlarına kobud, nalayiq, təhqiredici ifadələr işlədərək onlara tərəf getmişdir. Şahid7 belə hərəkətlərin ona yaraşmadığını deyərək irad bildirdikdə, X17 Zaxarovun yaxasından tutaraq ona yumruq zərbəsi atmış, Şahid7 zərbədən yayınmışdır. Bu zaman Elvin X8 və qardaşına qarşı işlətdiyi nalayiq, təhqiramiz ifadələrə görə onu qəsdən öldürmək barədə qəti qərara gəlmiş və bu məqsədlə cibində olan turist bıçağını çıxararaq Fariz Ağayevin yaxasından yapışıb QAZ-3302 markalı avtomobilin yük hissəsinə söykəyərək onu qəsdən həyatdan məhrum etmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə yeddi ədəd bıçaq zərbəsi vurmaqla ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid – “döş qəfəsinin sol ön səthində orta körpücük xətt üzrə 3-4-cü qabırğalar səviyyəsində, döş qəfəsinin sol yan səthində orta qoltuqaltı xətt üzrə 11-12-ci qabırğalar səviyyəsində, döş qəfəsinin sağ yan səthində ön qoltuqaltı xətt üzrə 11-12-ci qabırğalar səviyyəsində, qarnın sağ ön səthində, həmçinin sol əlin ovuc səthində deşilmiş-kəsilmiş yaralar”, habelə həyat üçün təhlükəli hesab edilən sağlamlığa ağır zərər vurmağa aid - “döş qəfəsinin sol ön səthində 5-6-cı qabırğalar səviyyəsində və döş qəfəsinin sağ yan səthində orta qoltuqaltı xətt üzrə 2-3-cü qabırğalar səviyyəsində olan deşilmiş-kəsilmiş yaralar”la müşaiyət olunan bədən xəsarətləri yetirməklə onu qəsdən öldürmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, avqust ayının 28-də dostu Bəşirlə Şərur rayonu, Yengicə kəndindəki çayxanada oturarkən Fariz Ağayev onlara yaxınlaşmış, Yengicə-Muğanlı yolunda tikdirəcəyi restoranda işləməsi üçün boş vaxtının olub-olmadığını soruşmuş, o da boş vaxtının olduğunu bildirmişdir. Fariz ona pul göndəriləcəyini, pulu aldıqdan sonra işləmək üçün onu aparacağını söyləmiş və bu təkliflə razılaşmışlar. Avqust ayının 30-u Fariz qiymət danışmaq üçün onu obyektə aparmış, ölçü götürdükdən sonra ümumi məbləği təxminən 3600-3700 manat hesablamış, hər kvadrat metr üçün 5 manatdan suvağın, 4 manatdan isə hörgünün qiymətini danışıb razılaşmışlar. Ümumi qiyməti çıxardıqdan sonra Fariz ona imkanının olmadığını bildirmiş, o isə –“sən necə pis vəziyyətdəsən, imkanın yaxşıdır, keçən ilə kimi altında “Land Cruiser” markalı maşın sürürdün, necə imkanın yoxdur?”demiş, Fariz də qardaşları ilə danışmadığı üçün maddi imkanının yaxşı olmadığını söyləmişdir. O, pulu qardaşlarından istəməsini söylədiyində Fariz öz qardaşları haqqında nalayiq ifadələr işlətmişdir. Pulunun olmadığını gördüyü üçün ümumi məbləğdən 600 manat endirim etmiş, hətta işləyən fəhlələrin pulunu da özünün verəcəyini bildirmişdir. Fariz həmin vaxt 150 manat qapı-pəncərənin pulunu vermiş və 2850 manat borcu qalmışdır. Təxminən bir həftə keçdikdən sonra Fariz tavana “alçıpanı” da onun vurmağını istəmiş, o, normalda alçıpanın bir kvadrat metrini 4 manatdan vurduğunu, amma ona 1 manatdan vuracağını demiş, Fariz yenə vəziyyətinin yaxşı olmadığını, restoran açılandan sonra ödəyəcəyini dediyində o, bu iş üçün pul almayacağını bildirmişdir. Fariz obyektə şifer vuran ustaları gətirmiş, hər gün ustalarla savaşmış, iş bitənə yaxın ustaları qovub ödənişlərini etməməsini gördüyü üçün işin sonunda ona qarşı da bu cür hərəkə edəcəyi barədə içində şübhə yaranmışdır. O, hər dəfə yaranan problemi aradan qaldırmağa çalışmış, suvağı vurub qutardıqdan sonra Fariz özünün fəhlə gətirəcəyini söyləmiş, alçıpanı vurmağa başladığı gün isə heç kimin Farizin obyektinə gəlib işləmək istəmədiyini, özünün işləyəcəyini bildirmişdir. Növbəti gün Fariz obyektə gələrək ona yarım saat kömək etmiş, daha sonra - “sən işlə, mən gəlirəm”- deyib getmiş, 1 saat sonra isə zəng edərək Naxçıvan şəhərində olduğunu bildirmişdir. O da tək başına reykaları ölçməyə, üstünün “steklavatın” atmağa başlamış, saat təxminən 14:00-15:00 aralığında Fariz gəldiyində bütün bu işləri ödənişsiz etdiyi halda həm usta, həm də fəhlə kimi onu işlətdiyinə görə şikayətlənmişdir. Fariz bu iradı eşidən kimi aşağı düşmüş, -“mənlik deyil get fəhlə tap” - dedikdən sonra fəhlələrə təklif etsə də, heç biri Farizin obyektində işləmək istəməmişdir. Axşam Farizə zəng vuraraq fəhlələrin işləmək istəmədiyini bildirmiş, o da özünün kömək edəcəyini söyləmişdir. Səhəri gün obyektə gələrək Farizlə əlaqə saxlamış, ona “sən yavaş-yavaş işlə mən gəlirəm” dediyində, “gəlib burada günümü hədər etməyəcəm ki, mənim ailəm, uşağım var qabaqdan qış gəlir onları saxlamaq üçün pul qazanmalıyam” deyə söylənmiş, Fariz ona “alçıpanı pay vurursan deyə mənə minnət vurma ki, vurursan vur, vurmursan cəhənnəmə vur” dediyi üçün sağollaşaraq əşyalarını yığıb evə getmişdir. 18 oktyabr tarixində çayxanada Farizi görmüş, salam versə də onun salamını almamış, 19 oktyabrda isə təxminən saat 12:00-13:00 aralığında Fariz ona zəng vurub obyektə gəlməyini istəmiş, o da yağış yağdığı üçün sabah gələcəyini bildirsə də, təkidlə gəlməyini istəmişdir. Obyektə getmək üçün taksi çağırmış, yolda taksi sürücüsü Farizi də götürməli olduğunu demiş və yoldan onu da götürüb obyektə getmişlər. Fariz taksiyə oturan kimi - “eşidirəm, orada-burda deyirsən ki, Fariz çətin adamdır”- söyləmiş, oda - “bəli, sən çətin adamsan, səninlə yola getmək çətindir, indiyə qədər mən sağsalamat qalmışam, çox şükür”- demişdir. Dediyi bu sözlərdən Farizin onunla savaşmaq istədiyini hiss etmiş, ona görə də, taksi sürüsündən gözləməsini istəmişdir. Taksi sürücüsü isə uşaqlarını məktəbdən götürəcəyini deyərək getmişdir. Onlar birlikdə obyektə daxil olduqda Fariz pilləkənin yanındakı balaca çuxuru, divarın əyri olduğunu göstərib gördüyü işlə bağlı ona irad tutmuş, o isə çuxuru düzəldəcəyini, divarda isə heç bir əyrilik olmadığını söyləmiş, bunun səbəbini materialların köhnə, reykaların əyri olmasında görmüşdür. O, yenidən ölçü aparmağı təkidlə tələb etsə də, beton tökdürdüyü, alçıpan vurdurduğu, həyətə çınqıl yaydığından düzgün ölçü apara bilməyəcəyi üçün onun istəyini rədd etmişdir. Fariz ona inanmadığını söyləmiş, o da ölçü çıxarması üçün başqa usta gətirməsini dediyində Fariz onun yaxasından tutaraq ona yumruq atmışdır. Savaşmaq istədiyini hiss edəndə qapıya tərəf getmiş, Fariz yenidən qabağına keçərək ona yumruq atmış, o isə obyektdə işləyən fəhlələrə - “ağsaqqal adamdır, özündə deyil götürün mənim başımı zibilə salmayın”- deyib Yengicə kəndinə tərəf getmişdir. Fariz arxadan gələrək nalayiq ifadələr işlətdiyi üçün o da qarşılıq verərək söyüşlə danışmağa başlamışdır. Bu vaxt Farizi vurmuş, yerdən qalxıb onu vurmağa gəldiyində qucaqlayıb - “ağsaqqal adamsan, ayıbdır, yaşından - başından utan, gəlib 3-5 manata görə bu hərəkətləri eləmə, 850 manat borcun var, onu da istəmirəm, çıx get”- deyərək yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra Farizin söydüyü söyüşlərə görə narahat olmuş, ailəsinin üzünə baxa bilməmişdir. Gödəkcəsini geyinib mebeldəki açarların içərisindən bıçağı götürüb cibinə qoymuş, dostu ilə bir az dərdləşmək üçün taksi ilə rayona getmiş, həmin vaxt çox pis vəziyyətdə olduğuna görə özünü idarə edə bilməmiş, dostu ilə söhbətləşərkən bir bakal pivə sifariş versə də, əsəbdən içə bilməmişdir. Dostuna Farizin elədiyi hərəkətləri danışmış, dostu da bu məsələni boş verməsini demiş, 1 saat sonra evə getmək üçün dostunun yanından ayrıldığı zaman Fariz ona zəng edərək - “nə oldu qorxdun qaçdın, adamın var-yoxun, nəslin belə edərlər bax, bura gəlməyənin var-yoxun belə-belə edim”demiş, Farizin obyektə olduğunu öyrəndikdən sonra problemli adam olduğu üçün qardaşına zəng edərək Farizlə savaşmağa gedəcəyini demişdir. Qardaşı nə baş verdiyini soruşduqda Farizlə arasında olan mübahisəni ona danışmış, o da - “heç bir yerə getmə, gözlə orda gəlirəm” demiş, bir müddət sonra qardaşı maşınla gəlib nə baş verdiyini soruşduqda Farizin nalayiq ifadələr işlətdiyini söyləmişdir. Qardaşı Farizin içkili olduğunu düşünərək sabah söhbət etmələrini istəmiş, lakin o razılaşmamış, qardaşının evə qayıtmasını istəmiş, özünün isə Farizlə söhbət etməyə gedəcəyini bildirmişdir. Qardaşı ona - “lazım deyil, mən gəlməsəm siz savaşacaqsınız, ona görə, gəlirəm aranı sakitləşdirim”- demişdir. Onlar obyektə getsələr də Fariz orada olmamış, onunla əlaqə saxlayıb kənd mərkəzində olduğunu öyrənib ora getdiklərində Farizin Qasımın qazelinə əyləşdiyini gördüyündə onu çağırıb söhbət etmək istədiyini demiş, Fariz isə qardaşının yanında yenidən ona qarşı nalayiq ifadələr işlədərək obyektə getməsini istəmişdir. Bu vaxt qardaşı maşından düşüb - “ayıb deyil, ağsaqqal adamsan, oğlun yaşda adamdır, niyə belə söyüşlər söyürsən?” - deyə irad tutmuş, Fariz isə ölçünü səhv verdiyini söyləmiş və qardaşların onu döyməyə gəldiklərini düşünmüşdür. Məhəmməd ölçünü səhv vermək üstündə bu qədər söyüş söyməyə ehtiyac olmadığını demiş, Fariz yenidən onu döyməyə gəldiklərini söyləyəndə qardaşı döyməyə yox, söhbət etməyə gəldiklərini bildirmişdir. Bu vaxt Fariz qardaşına nalayiq söyüşlər söyərək yumruq atmış, yumruq atanda özündən çıxıb cibindən bıçağı çıxartmış, Farizi qazelə dayayıb bıçaqla vurmağa başlamış, neçə bıçaq zərbəsi vurduğunu bilməmiş, hadisə zamanı Farizin bədənindən qan axmasını, o cümlədən bıçaqda qan ləkəsi görməmişdir. Qardaşı onu vuraraq məktəbin həyətindəki çuxur bir yerə salmış, ona şillə vurub - “sən neyniyirsən niyə belə elədin ?” - demiş, özünü yaxşı hiss etmədiyi üçün qardaşından onu evə aparmasını istəmiş, onlar maşına əyləşəndə Farizin Salamın maşınına tərəf getdiyini görmüşdür. Maşında qardaşının əlindəki yaranı görmüş, əlinə nə olduğunu soruşduqda onun vurduğunu öyrənmiş, maykasını cırıb onun əlini bağlamış, qardaşı ilə birlikdə evə getmişlər. Evə gələndən sonra olanları anasına danışmış, Farizə nə olduğunu öyrənmək üçün qardaşı xəstəxanaya getmiş, o da polis əməkdaşlarının gəlib onu aparmalarını gözləmiş, bir az sonra polis əməkdaşları gəlib onu aparmışlar. Həmin vaxtı bıçağı onlara təhvil vermiş, hadisəni olduğu kimi danışmışdır. İfadəsinin davamında təqsirləndirilən şəxs cinayətkar olmadığını, Farizin etdiyi söyüşləri uda bilmədiyini, atasının ona həmişə kişi kimi, namusla, qeyrətlə yaşamağı, heç kəsin ailəsinə-uşağına sataşmamağı öyrətdiyini söyləmiş, bu vaxta qədər heç kəsin ailəsinə-uşağına sataşmamış, heç kəsdən bir qəpik olsun artıq pul almamış, Farizi söyüş söydüyü üçün bıçaqla vurmuş, məqsədi öldürmək olmamış, Farizin həyatda həmişə əziyyət çəkməsini, şikəst qalmasını istəmişdir. Son sözündə təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərdi ki, Naxçıvanda yaşamadığı üçün hadisə barədə kəndə gəldiyində kənd camaatından eşitmiş, qardaşı Fariz Ağayevin həmkəndliləri Təqsirləndirilən şəxsla bir yerdə işlədiyini, həmin şəxsin qardaşının obyektində suvaq vurduğunu, qardaşı ilə Təqsirləndirilən şəxs arasında pula görə mübahisə olduğunu, hadisənin Yengicə kənd orta məktəbinin qarşısında baş verdiyini eşitmiş, qardaşının ustaya təxminən 300-500 manat borcu olduğunu, pulu almağa getdiyində onların arasında mübahisə düşdüyünü, Elvinin mübahisədən sonra evlərindən soyuq silah götürərək kənd mərkəzində qardaşı ilə görüşüb axşama qədər Farizi axtardığını söyləmişdir. Kəndliləri axşamüstü çayxanada olan zaman Farizə zəng gəldiyini, Farizin də - “Allah mərdi-məzardan uzaq eləsin məni, durum çıxım gedim evə” - dediyini ona söyləmişlər. Hətta Fariz həmkəndlilərindən Yolçu adlı şəxsin maşını ilə evə gedən zaman Elvin və Məhəmmədin maşının qabağını kəsib onu maşından aşağı endirdiklərini eşitmişdir. Kəndə gəldikdən sonra hadisəyə birbaşa şahid olduğu üçün Qasımla görüşmüş, hadisənin necə baş verdiyini soruşmuşdur. Qasım Şəhriyar kəndinə gedən zaman Fariz işarə verdiyi üçün qazellə onun yanına gəldiyini, Fariz maşına oturduqdan sonra qardaşların ağ maşınla gəlib önlərini kəsdiyini demişdir. Fariz telefonu qazeldə qoyub yerə düşmüş, yerə düşdükdən sonra dalıncada Qasım düşmüşdür. Sonra - “məni vurdular yıxıldım yerə vallah bilmədin necə oldu hadisə” - deyə söyləmiş, daha sonra Elvinin Farizi yumruqladığını, Elvinin əlində bıçaq gördüyünü demişdir. Qasım əvvəlcə Elvinin Farizi yumruqladığını gördüyünü, daha sonra isə Elvinin əlində bıçaq gördüyünü onlara bildirmişdir. Hadisədən sonra təqsirləndirilən şəxsin heç bir qohumu, tanışı barışıq üçün onlara müraciət etməmişdir.S.Ağayev təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, inşaat materialları mağazasının yanında “Qazel” markalı avtomobil ilə dayanmış, saat təxminən 15:05-də Şəhriyar kəndindən zəng gəldiyi üçün oraya yük götürməyə getmiş, Yengicə kəndinin mərkəzinə çatanda Fariz Ağayev çayxananın qarşısından çıxıb ona əl etmiş, o da Şəhriyar kəndinə dönmədən Muğanlı kəndinə tərəf getmişdir. Fariz Ağayev maşına əyləşdikdən sonra telefonu avtomaşında qoymuş, həmin vaxt qazelin sol tərəfində “07” markalı avtomobil dayandığını görərək Fariz qazeldən düşmüş, ona -“dayan görüm, mənim ölçülərimi niyə düz verməyiblər ? ”- deyə söylənmişdir. Fariz qazeldən düşdükdən sonra Elvin və Məhəmməd ilə söhbət etməyə başlamış, o da qazeldən yerə enmişdir. Onlara yaxınlaşan zaman söyüş söydüklərini, Məhəmmədin Farizə -“ayıb deyil, sən öz oğlun yaşda bir uşağa söyüş söyürsən, nalayiq sözlər deyirsən” – dediyini, Farizin - “yaxşı edirəm söyürəm, o, mənə ölçünü düz vermir”- deyə cavab verdiyini eşitmişdir. Fariz daha sonra nalayiq ifadələr işlətmiş, Elvinə - “qardaşını gətirmisən mənim üstümə ?”- demiş, Məhəmməd də - “ayıb deyil, qardaş, biz bir kəndçiyik, bəs sən oğlun yaşda uşağa belə söyüşlər söyürsən”- söyləmiş, bundan sonra Fariz Məhəmmədi yumruqla vuranda o, araya girmiş, Farizə gücü çatmayacağını gördüyü üçün Məhəmmədi kənara çəkmişdir. Bu zaman Elvin arxadan gəlib Farizlə yumruqlaşmağa başlamış, onları ayırmaq üçün araya girən zaman ayağı ilişib kolun üstünə yıxılmışdır. Daha sonra Məhəmməd Elvini ayırmağa getmişdir.Ayağa qalxdığında Məhəmmədin Elvini apardığını görmüş, Farizdən nə olduğunu soruşduğunda - “Elvin məni bıçaqladı”- deyə cavab vermiş, bunu eşitdiyində yola tərəf qaçaraq orada olan Salam adlı şəxsi köməyə çağırmışdır. Fariz özü gəlib maşına əyləşmiş və Salam onu xəstəxanaya aparmışdır. Şahid1 ifadəsinin davamında bildirdi ki, hadisə olan günü güclü yağış yağdığını, Elvinin əlində bıçaq görmədiyini, Farizlə Elvinin sadəcə yumruqlaşdığını görüb bıçaqlamasına şahid olmadığını söyləmişdir. Farizin yas mərasimində Farizin qardaşları Sadıq, Vüqar və yaxın qohumları ona Fariz Ağayevin bıçaqlanmasında Məhəmmədin də köməyi olduğunu söyləməsini istəsələr də, o, Məhəmmədin Farizi vurmadığını, əksinə, onları ayırdığını demişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə olan günü təxminən onlardan 60-70 metr aralıda həmkəndlisi ilə maşında söhbət edərkən Şahid1 onu - “Salam, Salam düş gəl bunlar savaşırlar”- deyə çağırmış, o da maşınla dönüb gəlmişdir. Fariz Ağayevin özü gəlib maşına əyləşərkən - “deyəsən, Elvin məni bıçaqla vurdu”demiş, daha sonra xəstəxanaya tərəf yola düşmüşlər, yolda olarkən Fariz -“üşüyürəm mən”- deyə bildirmişdir. Xəstəxananın həyətinə daxil olanda Fariz haldan düşsə də, nəfəs almış, daha sonra xəstəxananın işçiləri Farizi arabaya qoyub aparmışlar. Həmin vaxt müstəntiq İsmayıl da xəstəxanaya gəlmiş, ondan - “bunu sən gətirmisən bura?”- deyə soruşmuş, o da - “bəli”- deyə cavab vermişdir. Müstəntiq ilə birlikdə hadisə yerinə getmiş, daha sonra maşını xəstəxananın həyətində qaldığı üçün oraya geri qayıtmış, bu vaxt xəstəxanada Şahid7 görmüş, əlinin yaralı olduğunu görəndə səbəbini soruşmuş, o da - “bıçaq vurdular dəydi əlimə”- deyə cavab vermişdir. Şahid2 ifadəsinin davamında bildirdi ki, Elvinlə Farizin münasibəti çox yaxşı olmuş, uzun müddət bir yerdə işləmişlər. Hadisə günü təxminən saat 13:00 - da Təqsirləndirilən şəxs onun maşınına əyləşib Farizlə mübahisə etdiyini demiş, o, bu hərəkətin düz olmadığını deyərək Elvinə irad tutmuşdur. Həmin vaxt onun maşınına adam minmiş, həmin adamı rayona aparmış və bir daha Elvini görməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, taksi sürücüsü işləyir. Təqsirləndirilən şəxs zəng edərək onu Farizin restoranına aparmağını xahiş etmiş, Elvini götürdükdən sonra yolda Fariz Ağayev zəng vuraraq onu da aparmağını istəmiş, hər ikisini götürüb restorana aparmışdır. Maşında olarkən Elvinin gördüyü işlərin haqqını ödəmədiyi üçün və ölçü məsələsi üstündə aralarında kiçik bir mübahisə olmuşdur. Onları endirdikdən sonra kəndə qayıtmış, bir az sonra Elvin zəng edərək obyektə gəlib onu aparmasını istəmişdir. Elvinlə kəndin mərkəzində qarşılaşmış, Elvini ilk olaraq gödəkcəsini dəyişməsi üçün evinə, daha sonra isə Yusifin yanına aparmışdır. İkinci dəfə Elvin onun maşınına minəndə Farizi öldürəcəyini demiş, lakin o, bu sözü ciddiyə almadığı üçün deyilənlər barədə heç kəsə danışmamışdır.Elvinin əlində bıçaq görməmiş, onların hər ikisindən spirtli içki iyi gəldiyini hiss etməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, çayxanadan çıxıb Muğanlı kəndinə tərəfə gedərkən Fariz Ağayevin çox nalayiq ifadələr işlətdiyini, Təqsirləndirilən şəxs isə pul haqqında danışdığını eşitmişdir. Yaxınlıqdan keçəndə onların asfaltdan kənara çıxdıqlarını görmüş, qabaqda əli ilə qarnını tutaraq Fariz, arxasınca isə Qasım çıxmışdır. Qasımın Salamı çağırdığını gördüyündə o da Salamı səsləmişdir. Salam maşınla gəldikdən sonra Fariz maşına oturmuş, Elvinlə qardaşı Məhəmməd də arxa tərəfdən pilləkənlərdən çıxıb özlərinin şəxsi maşınları ilə getmişlər. Şahid3 ifadəsinin davamında bildirdi ki, hadisə təxminən saat 16:00-da baş vermiş, hadisənin baş verdiyi yerlə onun olduğu yer arasında məsafə 6-7 metr olmuş, qazelin yanında dayandıqları üçün onları görməmiş, Fariz Ağayevi səsindən tanımış, Fariz onu kimin vurduğu barədə heç nə deməmiş, Farizi bıçaqla vuranın Elvin olduğunu ona Qasım söyləmişdir. Elvinlə zərərçəkmiş şəxs arasında hər hansı bir düşmənçilik və ədavətin olduğunu eşitməmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 19 oktyabr təxminən saat 15:00-16:00 radələrində yas mərasimində olmuş, bu vaxt qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək Fariz Ağayevin ona qarşı dəfələrlə nalayiq ifadələr işlətdiyini, onu obyektində usta kimi işlədib pulunu ödəmədiyini, düzgün ölçü verməməsi ilə bağlı bəhanələr uydurduğunu demişdir. Elvinin harada olduğunu öyrəndikdən sonra maşınla yanına getmiş, nə baş verdiyini soruşduqda Fariz ona nalayiq sözlər dediyi üçün onun yanına gedəcəyini bildirmişdir. Qardaşına - “evə gedək, sonra söhbət edərik” - desə də, Elvin onunla razılaşmadığından böyük kimi məsələni həll etmək üçün Elvinlə birlikdə getmiş, Farizlə münasibətləri yaxşı olduğu üçün onun sözünü eşidəcəyini düşünmüşdür. Obyektə getdiklərində Fariz orada olmamış, işçilər Musa və Əli ilə salamlaşdıqdan sonra çölə çıxdığında qardaşı ona Farizin kənddə olduğunu demişdir.Kəndə çatdıqlarında Farizin qazelə mindiyini görmüş, öndən gedərək Farizdən nə olduğunu soruşduğunda Fariz Elvinə -“qardaşını gətirmisən mənim üstümə”- deyə söylənmiş, o da Farizə - “sən məni tanımırsan? Sənin üstünə nəyə görə gəlməliyik ki, belə şeylər lazım deyil” – deyə cavab vermişdir. Daha sonra Fariz Elvinin düzgün ölçü vermədiyini demiş, o da ölçü üstündə nalayiq söyüşlər söyməyə ehtiyac olmadığını, yoluna qoyacağını Farizə bildirmişdir. O, bu sözləri dedikdən sonra Fariz yenə söyüş söyərək onun üstünə getmiş və ona yumruq vurarkən telefonu yerə düşmüşdür. Ayağa qalxıb “ayıbdır Fariz” - demiş, Qasım onu qucaqlayıb qazelə tərəf apararkən ona - “ tanımırsınız bunu, qardaşını da götür get burdan” - deyə söyləmişdir. Farizin yanına savaşmaq niyyəti ilə getmədiyini, ümumiyyətlə, savaşqan insan olmadığını, qardaşını Farizə yaxın buraxmayacağını, sadəcə, həmin vaxtı özünü itirdiyini bildirmişdir. Qardaşını götürüb getmək üçün arxaya çönəndə onun yanında olmadığını görmüş, qazelin yan tərəfinə keçəndə Farizin Elvini başından yumruqla vurduğuna şahid olmuş, qardaşının da Farizi qarnından yumruqla vurduğunu zənn edərək tez onları ayırmışdır. Həmin vaxt qardaşının əlində bıçaq olduğunu görməmiş, üzərində bıçaqla oraya getdiyini bilməmişdir. Daha sonra qardaşı ilə birlikdə bardurdan aşağı düşmüşlər və Elvinə - “bıçağı haradan götürüb cibinə qoydun sən, düz eləmədin”- deyə əsəbləşmiş, sonra qazelin arxa tərəfindən qardaşını götürüb maşına mindirmiş, Qasımın kömək üçün Salamı çağırdığını görüb o da fit çalaraq Salamı səsləmiş, həmin vaxt Fariz Salamın maşınına tərəf gəlmişdir. Farizin maşına əyləşdiyini gördükdən sonra qardaşı ilə birlikdə evə gedib hadisəni anasına danışmış və dərhal xəstəxanaya getmişdir. Xəstəxanada olanda polis əməkdaşları Elvini soruşmuş, o da qardaşı olduğunu bildirərək onlarla birlikdə evə getmiş, evə çatanda qardaşının polis əməkdaşları tərəfindən aparıldığını görmüşdür. Az sonra ona zəng edərək Farizin öldüyünü bildirmişlər. Şahid7 ifadəsinin davamında bildirdi ki, Farizin ölümü ona çox təsir etmiş, yaşadıqları müddətdə kənddə heç kiminlə düşmənçilikləri olmamışdır. Elvinlə Farizin münasibəti çox yaxşı olmuş, hadisə baş verənədək qardaşının Farizin obyektində işləməsindən məlumatsız olmuşdur. Zərərçəkmişlərlə barışıq əldə etmək üçün Farizin qardaşı Sadıq müəllimin bir dostu ilə xəbər göndərmiş, yas mərasiminə ağsaqqallar getmək istəsə də, Farizin ailəsi razı olmamışdır. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə olan günü səhərsəhər Təqsirləndirilən şəxs işdə yanına gəlmiş, söhbət zamanı Fariz ilə mübahisə etdiyini, Farizin ona söyüş söydüyünü demiş, o isə Elvinə - “Fariz bir az dili acı birisidir sənə nə isə söz-sav deyər get evə boş ver”- deyə söyləmiş, oda razılaşıb kəndə gedəcəyini bildirmişdir. Elvinə - “evə get, gedərsən kəndə orada olar görər ilişər sənə söz filan deyər savaşarsınız birdən ayıb olar. Yeri gələndə onunla çörək kəsmişik ayıbdır”deyəndə Elvin - “gedirəm evə, düz deyirsən, baxma Fariz əmidir söz deyər mənə mübahisə filan edərik ”- deyə ona söyləmiş, Elvin gedəndən yarım saat sonra ona zəng edərək evə gedib-getmədiyini maraqlanmış, o da evə getmədiyini, Farizlə görüşüb mübahisə etdiklərini, bıçaqla Farizi vurduğunu, indi isə evdə olduğunu demişdir. Elvinlə danışdıqdan sonra onlara getmiş, həmin vaxt o həyətdə olmuş, Elvindən nə olduğunu soruşmuş, o da Farizin işlətdiyi nalayiq ifadələrə görə onu bıçaqladığını demiş, daha sonra polis əməkdaşları Elvini aparmışlar. Şahid6 ifadəsinin davamında bildirdi ki, Fariz Ağayev onun qonşusu olmuş, Elvinə yanında işləyən fəhləsini qovub özünün işləyəcəyini desə də, verdiyi sözü tutmamış, o gəlib işləmədiyi üçün Elvin tək qalmış, buna görə də fəhlə tapmasa işləməyəcəyini demişdir. X13 münasibəti yaxşı olmuş, Fariz işi yarımçıq qaldığına görə Təqsirləndirilən şəxs söymüşdür. Elvin ona Farizi öldürəcəyi barədə deməmiş, üzərində bıçaq olduğunu bildirməmiş, hadisədən əvvəl görüşdükdə Farizlə aralarındakı mübahisə haqqında heç nə danışmamış, Elvinlə Farizin arasında olan borcdan məlumatı olmamış, onların obyektə mübahisə etdiklərinə, bir-birilərini söydüklərinə şahid olmamışdır. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, dayısı oğlu Şahid4 ilə birlikdə Farizin yerində işləmiş, orada işlədikləri vaxt Farizlə Elvinin iş üstündə mübahisə etdiklərini görmüş və onları aralamışdır. Fariz Elvinə - “gəl ölçünü ver”- deyə söyləmiş, Elvin obyektə gələn zaman Fariz nalayiq ifadələr işlətdiyindən mübahisə etməyə başlamışlar. X18 söymüş, Elvində - “məndən böyüksən söyüş söymə, gəlim ölçək-biçək nədir yerinə qoyaq”- demiş, yolda Elvin Farizə -“məndən böyüksən söyüş söymə”deyəndə Fariz Elvini yumruqla vurmuş, daha sonra Elvində Farizi vurmuş, o, sadəcə onları aralamışdır. Daha sonra Məhəmməd Elvinlə birlikdə mübahisənin səbəbini aydınlaşdırmaq üçün obyektə gəlmişdir. Şahid8 ifadəsinin davamında bildirdi ki, həm Fariz Ağayevlə, həm də Təqsirləndirilən şəxsla həmkəndlidirlər. Hadisədən əvvəl onların arasında hər hansı mübahisə olduğunu eşitməmiş, Farizin yanında işlədiyi müddətdə Fariz onu heç vaxt təhqir etməmiş, Elvin gördüyü işin pulunu almış, mübahisə zamanı 150 manat artıq ödəniş söhbəti olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan olunmuş: - Şahid9 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə, saat 14:00 radələrində yas mərasimində həmkəndlisi Şahid7lə yan-yana oturmuş, bu zaman ona zəng gəlmiş, o telefonda danışdıqdan sonra bildirdi ki, "Elvin Farizlə dava edib, gedim onları yoluna qoyum, problem olar birdən həll edim gəlirəm" demiş, təxmini 1 saat sonra Farizi Elvin bıçaqlayaraq öldürmüş, həmkəndli kimi onlarla münasibəti yaxşı olmuş, Şahid7 yasdan ayrılarkən həmin vaxt sakit idi, sadəcə o "gedim görüm bunlar niyə mübahisə ediblər, yoluna qoyum, sakitləşdirim, birdən savaşıb eliyərlər deyib" getmişdir. - Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X15 ilə həmkəndli olmuş, təxminən 4 gün öncə Farizin ona zəng edərək Muğanlı yolunda tikdirməkdə olduğu yeməkxanada kafel və asma tavan işini görə bilərsən soruşmuş, onunla razılaşaraq səhərisi günü yəni 15 oktyabr tarixində səhər saatlarında Farizin Muğanlı yolunda tikdirdiyi binaya alçıpan və kafel vurmaq üçün getmiş, həmin günü orada sanitar - texnik işlərini görmüş, yanında fəhlə olmadığına görə alçıpan yəni asma tavan işini görə bilməmiş, sanitar- texnik işindən sonra kəndlərində olan məsciddə işləmiş, məsciddə olan zaman Fariz ona zəng edərək emusiya işi görə bilirsən demiş, Farizə "bəli görə bilirəm" demiş, Fariz də ona "haradasansa gəlim səni maşınla götürüm gedək emusiyanı hazırlatdıraq və yeməkxananın emusiyasını vuraq" demiş, Fariz ilə danışdıqdan təxminən 15 dəqiqə sonra Fariz məscidin önündən onu götürmüş və rayonda olan Dəyirmanın yanındakı tikinti mağazasından emusiyanı hazırlatdırıb yeməkxanaya geri dönmüş, orada işə başlamış, ondan qabaq həmkəndlisi Təqsirləndirilən şəxs da orada işləmiş, 19 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Fariz Ağayevin tikdirdiyi yeməkxanada tikinti işi görərkən Fariz yeməkxanaya həmkəndlisi qazel şoferi Şahid1 ilə birlikdə gəlmiş, yeməkxananın damından su axdığını görüb əsəbləşib “mən bu ustalar ilə necə edim, mən bezmişəm, düzgün iş görmürlər” deyən zaman ayağını yeməkxananın pilləkəninə qoymuş, bu vaxt pilləkəndə olan su Farizin ayağına sıçramış və o yenidən əsəbləşmiş, həmin pilləkəni də Elvin əvvəl düzəltmiş, təxminən Fariz 1 saat sonra Elvin ilə yenidən yeməkxanaya gəlmiş, Fariz Elvinə divarın əyrilərini göstərərək ona "bu nə işdir görmüsən, pilləkənin əyrisi və pilləkəndə su axmaqdan su yerində yığılıb qalır" demiş, Fariz Elvinə "pul istədin verdim, pulunu kəsmədim ki," demiş, Elvin də Farizə "mən sənə hörmət etdim" demiş, Fariz də Elvinə "nə danışmışıq pulunu vermişəm, metrə qoymamışam işinə amma bu gün mənim işimi ölç təhvil ver" demiş, sonra onlar arasında mübahisə olmuş, onlar bir-birlərini tutmuş, onların bir birlərini vurmasına imkan verməmiş və Elvinə "çıx get burdan, burada qalsan Fariz ilə yenidən savaşasan" demiş, Elvin də yeməkxanadan çıxıb getmiş, sonra Fariz əsəbləşərək Elvinin dalınca birdə çıxmış, asfalt yolda onlar mübahisə etmiş, həmin vaxtı o özü yolda olmamış, bibisi oğlu Şahid8 orada olmuş, səsə yenidən çıxmış, Fariz ilə Elvinin yenidən mübahisə edib aralandıqlarını bilmiş, Fariz Elvinə "düzgün oğlansansa gəl işini ölç ver, əgər mənim borcum varsa sənə çıxarım verim" demiş, təxminən Elvin 150 metr getdikdən sonra Fariz Elvinə "sən kişi deyilsən gəl işi təhvil ver get" demiş, Elvin də ona "sən kişi deyilsən, amma bunu sənə kənddə heç kim deməmişdi, mən deyirəm Fariz sən qəhbəsən" demiş, Fariz bunu eşidən zaman əsəbləşərək Elvinə qaçma qaçanın var-yoxunu deyərək nalayiq söyüşlər işlətmiş, Elvində ona eyni söyüşlərlə cavab vermiş, Fariz də ona söyərək Əli ilə onun yanına getmiş, Fariz Əli ilə onun yanında gələn zaman onun koftasının cırıq olduğunu görmüş, Fariz onların yanında çay içmiş və Elvin qoy cəhənnəm olsun demiş, sonra Fariz çayı içdikdən sonra çıxıb getmiş, bir saat sonra Elvin ona zəng edərək “Fariz oradadır” deyə soruşmuş, Elvinə Fariz burada yoxdur demiş, saat yarım sonra Elvin qardaşı Məhəmməd ilə birlikdə yeməkxanaya gəlmiş, Elvin ona Farizi soruşmuş, Elvinə Fariz burada yoxdur demiş, o, bu vaxt Məhəmmədə boş ver getsin demiş, Məhəmməd də cavabında ona "problem yoxdur, mən bura böyük kimi gəlmişəm, görüm bunlar nə üstündə mübahisə edirlər, bura gəlmişəm bunların arasına sülh qatam, narahat olma" yorulmuyasınız deyib getmişlər, həmin vaxt Şahid7 əsəbi və aqresiv olmamış, çox sakit davranmış, o, sakit və təmkinlə danışmış, Elvin qardaşı Məhəmməd ilə birlikdə çıxıb getmiş, həmin günü həmkəndlisi Yusif ona zəng edərək kənd mərkəzində Fariz ilə Elvinin davası olduğunu, Elvinin Farizi bıçaqlayaraq öldürdüyünü demişdir. Elvində hər hansı psixioloji problem görməmiş, uşaqlıqdan Fariz Ağayevi tanımış, onunla münasibəti hər zaman yaxşı olmuş, Fariz adətən içən zaman əsəbi olmuş, Təqsirləndirilən şəxs yeməkxanada Fariz Ağayev ilə mübahisə edib dalaşarkən onları aralayan zaman Elvindən içki iyi gəlməmiş, amma Farizdən araq iyi gəlmiş, istər Təqsirləndirilən şəxs yeməkxanada Fariz Ağayev ilə mübahisə edən zaman, istərsə də Elvin qardaşı Məhəmməd ilə yeməkxanaya gəlib Fariz Ağayevi soruşan zaman onun üzərində bıçaq görməmiş, Təqsirləndirilən şəxs ona Fariz Ağayevi öldürəcəyi ilə bağlı nə telefon zəngində, nə də qardaşı ilə yeməkxanaya gəlib Farizi soruşan zaman heç nə deməmiş, əvvəllər Fariz Ağayev ilə Təqsirləndirilən şəxs mübahisə etdiklərini bilməmiş, belə hal ilə qarşılaşmamışdır. Ona ünvanlanmış zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndələri Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Nümayəndə1 və Nümayəndə2 vəsatətlərində göstərdikləri xüsusatlara cavab olaraq bildirmişdir ki, həmin tikilidə onlar mübahisə etmiş, Elvin Farizdən çox qorxmuş, hər kəlməsində onu çağıraraq "Musa gəl Farizi apar" demiş, həmin vaxt Fariz içkili olmuş, birinci dəfə onları sakitləşdirib aralayaraq Elvinə "çıx cəhənnəm ol get də görürsən əsəbləşib, çıx get durma burda" demiş, Elvin gedərkən Fariz yenə Elvinin üstünə cumub ona "gəl işimi təhvil ver" demiş, özü də Farizi tutub buraxmamış, Fariz ona "əsəbləşirəm Musa burax məni" demiş, o da ona buraxmayacağını deyib onu vurmasını demiş, Farizi oturdub çay verərək sakitləşdirmək istəmiş, Fariz onu eşitməyib Elvinin arxasınca getmiş, özü də onun arxasınca çölə çıxanda Farizin bir əli ilə Elvinin qolundan tutaraq bir əli ilə obyekti ona göstərib "gəl işi təhvil ver" dediyini eşitmiş, həmin vaxt onların gəldiyini görüb içəri girərək ayaqaltıların üzərinə çıxıb işinə davam etmiş, o, işləyən zaman bayırdan onların səsini yenidən eşidib ayaqaltılardan enib çölə çıxanda Elvinin aralaşıb getdiyini, Farizin isə Elvinə "sən kişi deyilsən" deməsini eşitmiş, Elvində ona "sən kişi deyilsən cavabını verərək Farizə bu kənddə sənə bu sözü deyən olmamışdı, amma mən sənin üzünə deyirəm sən qəhbəsən" deyib çönüb gedərkən Fariz yenidən Elvini söyərək ona "kişisənsə gəl bura, gəlmiyənin var-yoxunu söymüş", Elvin də ona eyni söyüşlə cavab verərək çıxıb getmiş, onlar birlikdə içəri girmiş, Əli onlara çay süzmüş, Fariz ondan "onun gördüyü işləri ölçməyini tələb edərək görürsən o, qaçdı bax gör kişi qəhbəsi Elvindi yoxsa mən" demiş, o da ona Elvinin işini ölçə bilməyəcəyini demiş, Fariz oradan çıxıb getmiş, o, Elvinin Farizin yaxasını cırmasını görməmiş, telefonda Elvini sakitləşdirməmiş, Fariz yanlarında olanda onu sakitləşdirərək bu söhbəti bağlayın demiş, Məhəmməd ora gələndə normal salamlaşıb yorulmayasız demiş, o, Məhəmmədə bu söhbətin uzanmamasını demiş, o, isə oraya böyük kimi gəldiyini və bunların arasında nə mübahisədir aydınlaşdırıb yoluna qoymaq istədiyini demiş və sağollaşaraq getmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6: - 27 noyabr 2023-cü il tarixli, 84 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 meyitinin üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol ön səthində orta körpücük xətt üzrə 3-4-cü qabırğalar səviyyəsində, döş qəfəsinin sol ön səthində 5-6-cı qabırğalar səviyyəsində, döş qəfəsinin sol yan səthində orta qoltuqaltı xətt üzrə 11-12-ci qabırğalar səviyyəsində, döş qəfəsinin sağ yan səthində orta qoltuqaltı xətt üzrə 2-3-cü qabırğalar səviyyəsində, döş qəfəsinin sağ yan səthində ön qoltuqaltı xətt üzrə 11-12-ci qabırğalar səviyyəsində, qarının sağ ön səthində (cəmi altı ədəd), sol əlin ovuc səthində deşilmiş-kəsilmiş yaralar vardır, həmin yaralar hər hansı deşici-kəsici alət təsirindən əmələ gəlmişdirlər, eləcədə ekspertizaya təqdim edilmiş bıçaq təsirindən də əmələ gəlməsi istisna edilmir. Döş qəfəsinin sol ön səthində 5-6-cı qabırğalar səviyyəsində olan və döş qəfəsinin sağ yan səthində 2-3-cü qabırğalar səviyyəsində olan deşilmiş-kəsilmiş yaralar döş boşluğuna nüfuz etdiyindən, ürək əzələsini və sağ ağciyərin yuxarı payını zədələyərək çoxlu qan itirməyə səbəb olduğundan yetirilmə anı həyat üçün təhlükəli olan "AĞİR" zərərvurmaya aiddirlər. Digər nahiyələrdə olan deşilmiş-kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aiddirlər. X9 ölümünə səbəb ağciyərin sağ yuxarı payının və ürəyin zirvəsində əzələ toxumasının zədələməsi hesabına baş vermiş çoxlu-massiv qan itirmə səbəb olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 1 saat əvvəl baş vermişdir. Meyitin üzərində olan xəsarətlər həyatidirlər. Xəsarət yetirilərkən zərərçəkənlə, xəsarət yetirən müxtəlif vəziyyətlərdə ola bilərlər. Meyitin sol əlində olan kəsilmiş yara mərhumun özünü müdafiə etmə əlamətlərinə xarakterik ola bilər. Xəsarətlərdən döş qəfəsinin sağ yan səthində 2-3cü qabırğalar səviyyəsində olan sağ ağciyərin yuxarı payını zədələyən və döş qəfəsinin sol ön səthində 5-6-cı qabırğalar səviyyəsində olan ürəyin zirvə nahiyəsini zədələyən deşilmiş-kəsilmiş yaralar nəticəsində baş vermiş çoxlu qan itirmə mərhumun ölümünə səbəb olmuşdur. Meyitin bədən səthində döş qəfəsində olan deşilmiş-kəsilmiş yaralar onun əynində olmuş paltarlardakı kəsiklərə uyğun gəlir. Meyitin üzərində olan xəsarətlər deşici-kəsici alət təsirindən əmələ gəlmişdir, eləcədə ekspertizaya təqdim edilmiş bıçaq təsirindən də əmələ gəlmələri istisna edilmir. Xəsarətlər bir alətlə deşici-kəsici alətlə, bıçaqla yetirilmişdirlər. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində 1,607 promil etil spirti aşkar edilmiş, qanda bu miqdarda etil spirti orta dərəcəli sərxoşluq dərəcəsinə uyğun gəlir. Metil, propil, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) aşkar edilməmişdir. - 28 noyabr 2023-cü il tarixli, 1470 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər-hansı bir obyektiv əlaməti aşkar edilmədi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 07 noyabr 2023-cü il tarixli, 12 nömrəli maddi sübutların bioloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən istintaqa təhvil verdiyi üzərində qanabənzər ləkələr olan qatlanan bıçaqda qan vardır. Bu qan insan qanıdır. Bu qan mərhum F.Ağayevə məxsusdur. Şahid2 məxsus ağ rəngli Mercedes markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağından qanabənzər ləkələrdən götürülmüş yaxmada qan vardır. Bu qan insan qanıdır və mərhum F. Ağayevə məxsusdur. Mərhum F. Ağayevin meyitinin üzərindən götürülmüş paltarlarda qan vardır. Bu qan insan qanıdır və mərhum F. Ağayevə məxsusdur. Təqsirləndirilən şəxs E. Zaxarovun cinayəti törədərkən üzərində olan 1 ədəd qara rəngli sırıqlı qolsuz gödəkcədə qan aşkar edildi. Bu qan insan qanıdır. Bu qan mərhum F. Ağayevə məxsusdur. - 16 noyabr 2023-cü il tarixli, 1128-1129 nömrəli məhkəmə trasoloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mərhum F.Ağayevə məxsus qara rəngli ön hissəsi zəncirbəndli gödəkçənin, göy rəngli uzunqol köynəyin və qara rəngli qolsuz maykanın, səthindəki zədələrin bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Tədqiqata təqdim edilmiş mərhum F. Ağayevə məxsus göy rəngli idman şalvarının, qara rəngli tumanın, 1 cüt qara rəngli corabın və bir cüt qara rəngli ayaqqabının, Təqsirləndirilən şəxs məxsus qara rəngli, papaqlı uzunqol köynəyin, qara rəngli qolsuz gödəkçənin, boz rəngli cins şalvarın, qara rəngli bel kəmərinin, 1 cüt ayaqqabının və şahid M. Zaxarova məxsus qara rəngli qolsuz gödəkçənin, qara rəngli uzun qol köynəyin, boz rəngli cins şalvarın, qara rəngli dimdikli papağın və 1 cüt idman ayaqqabısının səthlərində heç bir trasoloji zədə aşkar edilməyib, yalnız F.Ağayevə məxsus göy rəngli uzunqol köynəyin səthində olan 90x140 mm ölçüsündə olan zədə dartılma-cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş bıçaq formasına, quruluşuna, qabarit ölçülərinə və s. görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Üzərində onun təyinatını dəyişdirəcək heç bir əlavə dəyişiklik edilməmişdir. - 13 dekabr 2023-cü il tarixli, 1217 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixi cəhətdən normal inkişaf etmiş, onun əsas fərdipsixi xüsusiyyətlərinə görə ümumi dünya görüşü orta səviyyədə olmaqla bilikləri güzəran təcrübəsinə və onu əhatə edən sosial mikromühitə uyğun olduğu, ətraf aləmin və predmet və hadisələrini onlar arasında olan uyarlıqları dərk etməkdə çətinlik çəkməmiş, onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmamış, onun kifayət qədər lüğət ehtiyatına malik olduğu, öz fikirlərini başqalarına çatdıra bildiyi, E. Zaxarovun təfəkkürünün müstəqilliyi kimi keyfiyyəti normal səviyyədə olmaqla təhlil və tərkib prosesləri yaşına uyğun olmuş, ixtiyari yadda saxlaması normal olmuş, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional-psixi gərginlik halını keçirmişdir. Onun keçirmiş olduğu emosional-psixi gərginlik halı hadisədən bilavasitə əvvəl F. Ağayev ilə aralarında yaranmış sözlü mübahisə zamanı F. Ağayevin onu nalayiq söyüşlərlə söyərək təhqir etməsi ilə şərtlənmişdir. E. Zaxarov keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. E. Zaxarovun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur. E. Zaxarovun keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Naxçıvan Muxtar Respublikası X3: - 27 noyabr 2023-cü il tarixli, 384 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, o, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlıdır və hal-hazırda öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. - 27 noyabr 2023-cü il tarixli, 385 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əziyyət çəkmir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 19 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, hadisə yerinin fotoşəkilləri çəkilmiş, hava şəraiti yağışlı olduğundan iş üzrə sübut əhəmiyyəti daşıya biləcək izlər olmadığından hər hansı maddi sübut götürülməmişdir. Hadisə yerinə baxış protokoluna əsasən hadisənin Şərur rayonu, Yengicə kənd mərkəzində Yengicə-Muğanlı yolu istiqamətində məktəbin qabağında baş verdiyi müəyyən edilmişdir. - 19 oktyabr 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, X9 meyitinə baxış keçirilmiş, baxış zamanı meyitin üzərində qara rəngli gödəkcə, gödəkcənin sağ ön cibində 1 ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisində 14 ədəd 100 manat, 4 ədəd 50 manatlıq əskinas, 1 ədəd alışqan, 1 ədəd açar, 4 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik, 1 ədəd qara rəngli eynək, “Xiaomi” markalı “Redmi 9A" modelli smartfon telefonu, gödəkcənin üzərində qanabənzər ləkələr vardır. Gödəkcənin sağ ətəklik hissəsində 2 ədəd ölçüləri 3- 1,5 sm olan kəsiklər, sol ətəklik hissəsində 2 ədəd ölçüləri 3,5-2,5 sm olan kəsik, gödəkcənin sağ yaxalıq hissəsində 2 sm ölçüdə kəsik, cəmi 5 ədəd kəsik vardır. Gödəkcənin altında 1 ədəd göy rəngli, 3 düyməli köynək, köynəyin ön cibində 1 ədəd 20 manat, 1 ədəd 5 manatlıq əskinas vardır. Köynəyin sağ qoltuqaltı tikişindən 5 sm sola 1,7 sm ölçüdə kəsik, sağ ətəklik hissəsində 2 sm ölçüdə kəsik, sol ətəklik hissəsində 1,5 sm ölçüdə kəsik, sol ön səthində 2 sm ölçüdə kəsik və həmin kəsiyin yanında 1 sm ölçüdə kəsik, sol ətəklik hissəsində sol qoltuqaltı tikişdən 12 sm sağda 2 sm ölçüdə kəsik, cəmi 6 kəsik vardır. Göy rəngli köynəyin altında 1 qara rəngli mayka, maykanın ətəklik hissəsində qanabənzər ləkələr vardır. Maykanın sağ səthində 2 ədəd ölçüdə kəsik, maykanın ön səthində boyun tikişində 26 sm aşağıda 1,5 sm kəsik, maykanın sol ətəklik hissəsində 2 sm kəsik, cəmi 5 kəsik vardır. Meyitin ayağında göy rəngli 1 cüt qara corab, göy rəngli idman şalvarı, 1 ədəd qara rəngli alt paltarı vardır, həmin paltarlarda qanabənzər ləkələr müşahidə edilir. Meyit kişi cinsli boyu 1,82 sm-dır, saçları qara-ağ rəngli olub 0,8-1 sm-dır. Kəllə sümükləri qandır, ağzı yarımaçıqdır, görünən dişləri təbii və qandır. Burun və qulaq keçəcəkləri sərbəstdirlər, meyit kafi qidalıdır, meyit ləkələri gövdənin arxa hissəsində inkişaf edir, solğun çəhrayı rənglidir, barmaqla təzyiq etdikdə avazıyır, 12 saniyədən sonra öz əvvəlki rəngini alır, qarnı dairəvi formada olub, qabırğa hissəsi bir qədər önə çıxmışdır, yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişlər. Həmçinin meyitin döş qəfəsinin sol ön səthində 3-4 qabırğalar arası nahiyədə boylama istiqamətində 1 bucağı iti, bir bucağı küt, tacvari formada 1,5 sm ölçüdə yara, döş qəfəsinin sol ön səthində 5-6-cı qabırğalar arası nahiyədə 2 sm yara, döş qəfəsinin sol yan səthində 11-12-ci qabırğalar arası nahiyədə 2 sm ölçüdə yara, döş qəfəsinin sağ qoltuqaltı 2-3 qabırğalar arası nahiyədə 2 sm yara, döş qəfəsinin sağ 11-12-ci qabırğalar arası nahiyədə çəp istiqamətində yara, qarının sağ ön səthinə nisbətən çəp istiqamətində 2 sm ölçüdə tacvari formada 1 bucağı küt, 1 bucağı iti kənarları hamar kəsilmiş deşilmiş yara, sol əlin ovuc hissəsinə 3.5x0.5 sm ölçüdə kəsilmiş yara xəsarətləri, ümumilikdə 7 ədəd xəsarət vardır. Meyitin bədən səthində qeyd olunanlardan başqa xəsarətlər və xəsarət izləri aşkar edilməmişdir. Baxış zamanı qara rəngli gödəkcə, gödəkcənin sağ ön cibində 1 ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisində 14 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq əskinas, 1 ədəd alışqan, 1 ədəd açar, 4 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik, 1 ədəd qara rəngli eynək, 1 ədəd göy rəngli, üç düyməli köynək, köynəyin ön cibində 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq əskinas, 1 ədəd qara rəngli mayka, 1 cüt qara corab, göy rəngli idman şalvarı, 1 ədəd qara rəngli alt paltarı, 1 cüt qara rəngli ayaqqabı və “Xiaomi” markalı “Redmi 9A" modelli smartfon mobil telefonu müvafiq qaydada götürülərək qablaşdırılmışdır. 23 oktyabr 2023-cü il tarixli əşyaların təhvil verilməsi haqqında aktdan məlum olur ki, X2 meyitinə baxış zamanı meyitin üzərindən götürülmüş 14 ədəd 100 manatlıq (CO 1680862, C40884765, D13028531, A35763672, C83131849, C11891271, C29135475, C92074014, C95158147, C42887038, C35477798, A63727493, C15475585, D********), 4 ədəd 50 manatlıq ( A67283225, B08189175, A50661190, B********), 1 ədəd 20 manatlıq (A********), 1 ədəd 5 manatlıq ( A********), 4 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik olmaqla ümumilikdə 1626 manat pul, 1 ədəd alışqan, 1 ədəd açar, 1 ədəd qara rəngli eynək iş üzrə sübut əhəmiyyətli daşımadıqlarından zərərçəkmiş şəxsin hüquqi varisi X11 təhvil verilmişdir. - 19 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, E. Zaxarov üzərində olan “X23 9” markalı mobil telefonunu, cinayəti törədərkən istifadə etdiyi ümumi uzunluğu 19,5 sm, tutacaq hissəsi qəhvəyi rəngli taxta materialdan olmaqla 10,5 sm, deşici dəmir hissəsinin uzunluğu isə 9 sm, eni 2 sm olan üzərində “STAİNLESS” sözləri yazılmış və qanabənzər ləkələr olan qatlanan bıçağı və şəxsiyyət vəsiqəsini könüllü surətdə təqdim etdi. Həmçinin şəxsi axtarış zamanı E. Zaxarovun əynində olan 1 ədəd qara rəngli dəri materialdan qabağı seplə bağlanan qolsuz gödəkcə, 1 ədəd qara rəngli dimdikli papaq, 1 ədəd qara rəngli yun materialdan uzunqol, papaqlı köynək, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd şalvarın üzərində dəri materialdan qara rəngli kəmər və 1 cüt qara rəngli dəri materialdan ayaqqabı götürülmüşdür. Götürülən paltarlara baxış keçirilən zaman şalvarın sağ cibində 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinasları aşkar edilmiş, həmin pul əskinaslarına baxış zamanı üzərilərində iş üzrə hər hansı sübut əhəmiyyətinə malik izlər aşkar edilmədiyindən həmin pul əskinasları E. Zaxarova qaytarılmışdır. - 19 oktyabr 2023-cü il tarixli, 276 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun dərəcəsi 0,10 promildir və yüngül spirt iyi müəyyən olunmuşdur. Narkotik və digər maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti yoxdur. - 21 noyabr 2023-cü il əşyanın tanınmasının aparılması haqqından protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib "1" rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək həmin bıçağın özünə məxsus olduğunu, bıçağın hadisə zamanı cibində olduğunu, həmin bıçaqla hadisə zamanı Yengicə kənd mərkəzində məktəbin qabağında həmkəndlisi mərhum X12 vurduğunu, bıçağın qəhvəyi rəngli dəstəyi, tiyəsinin gümüşü rəngli qatlanan bıçaq olduğunu, uzunluğunun da təqribən 19,5 sm olduğunu demiş, həmin bıçağı da bu əlamətlərinə görə tanıdığını qeyd etmişdir. - 01 dekabr 2023-cü il əşyaya baxış aparılması haqqında protokoldan görünür ki, xarici yaddaş qurğusuna köçürülmüş “Ekspertiza 1135, Redmi 9 M2006C326” adlı iş çantasına baxış keçirilmiş, mesajlar bölməsinə daxil olduqda iş üçün əhəmiyyətli hallar aşkar olunmamış, zənglər bölməsinə daxil olduqda “Elvin usta” adının qarşısında yazılmış ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 11:56:58-də, 00 saniyə, cavablanmayan yazılmış zəng olmuşdur. “Elvin usta” adının qarşısında yazılmış ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 11:55:02-də, 09 saniyə, cavablandı yazılmış zəng olmuşdur. “Elvin usta” adının qarşısında yazılmış ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 14:14:51-də, 32 saniyə, cavablandı yazılmış zəng olmuşdur. Qeyd olunanlardan əlavə olaraq iş üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı 31 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 Şöbəsinə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Yengicə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Yengicə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli xasiyyətnamədə mərhum X15 müsbət xarakterizə olmuşdur. Məhkəmədə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Nümayəndə1 Şahid3 yalan ifadə verdiyi üçün barəsində xüsusi qərar çıxararaq aidiyyatı qurumlara göndərilməsi ilə bağlı dedikləri məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibinin olması, onun cinayətin törədilməsinə aidiyyatı və təqsirliliyi sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən ona düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında Şərur rayonu, Yengicə kənd sakini X10 məxsus rayonun Yengicə-Muğanlı yolunda yerləşən torpaq sahəsində 2850 manat müqabilində hörgü-suvaq işlərinin görülməsi üçün razılığa gəlmiş, hörgüsuvaq işləri 14 oktyabr 2023-cü il tarixdə bitmişdir. Görülmüş işlərin müqabilində X22 Zaxarova 2000 manat pul vermiş və 850 manat borcu qalmışdır. 19 oktyabr 2023-cü il tarixdə, saat təxminən 15:00-da Təqsirləndirilən şəxs tikinti işləri aparılan sahəyə gedərək qalan 850 manat pulu Fariz Ağayevdən tələb etdikdə Fariz Ağayev ondan gördüyü işlərin ölçüsünü və həcmini yenidən çıxarmasını istədiyi üçün aralarında mübahisə yaranmış, Fariz Ağayev həmin vaxt onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Məhkəmə istintaqı zamanı məlum olur ki, Təqsirləndirilən şəxs tikinti aparılan sahədən evlərinə qayıdıb Fariz Ağayevdən ona və ailə üzvlərinin ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə qisas almaq üçün onu öldürmək qərarına gəlmiş və bu məqsədlə evlərindən bıçaq götürdükdən sonra dostu Şahid6la görüşərkən Fariz Ağayevin onu təhqir etdiyini, bu hal təkrarlanarsa, Fariz üçün pis olacağını bildirmiş, daha sonra telefonla qardaşı Şahid7 zəng edib Fariz Ağayevin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini, buna görə də onu döyəcəyini demişdir. Fariz Ağayevə zəng edərək onun harada olduğunu öyrəndikdən sonra görüşmək üçün kənd mərkəzi istiqamətində avtomobillə hərəkət edərkən saat təxminən 16:00-da yolun kənd mərkəzinin qarşısından keçən hissəsində Fariz Ağayevin kənd sakini Şahid1 idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı, “QAZ-3302” markalı avtomobildə olduğunu görüb avtomobili saxladıb yerə düşmüşdür. Fariz Ağayev də olduğu avtomobildən yerə düşərək onların ünvanına kobud, nalayiq, təhqiredici ifadələr işlədərək onlara tərəf getdikdə Şahid7 ona belə hərəkətlərin yaraşmadığını deyərək iradını bildirmiş, X17 Zaxarovun yaxasından tutaraq ona yumruq zərbəsi atan zaman Elvin X8 və qardaşına qarşı etdiyi qanunsuz hərəkətlərə, həmçinin işlətdiyi nalayiq, təhqiramiz ifadələrə görə onu qəsdən öldürmək barədə qəti qərara gəlmiş və bu məqsədlə cibində olan turist bıçağını çıxararaq Fariz Ağayevin yaxasından yapışıb “QAZ-3302” markalı avtomobilin yük hissəsinə söykəyərək onu qəsdən həyatdan məhrum etmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə yeddi ədəd bıçaq zərbəsi vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsi təsdiqini tapır və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibini təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması, barəsində verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 4(110)-16/2023 nömrəli, 21 oktyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 19 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Cinayətin aləti olan üzərində “STAİNLESS” sözləri yazılmış üzərində qanabənzər ləkələr olan qatlanan turist bıçağı məhv edilməlidir. - ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd yaxma məhv edilməlidir. - Təqsirləndirilən şəxs cinayəti törədərkən üzərində olan 1 ədəd qara rəngli dəri materialdan qabağı seplə bağlanan qolsuz gödəkcə, 1 ədəd qara rəngli dimdikli papaq, 1 ədəd yun materialdan uzunqol papaqlı köynək, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd dəri materialdan qara rəngli kəmər, 1 cüt qara rəngli dəri materialdan ayaqqabı və “Xiaomi” markalı “Redmi note 9” modelli mobil telefon təqsirləndirilən şəxsin qardaşı Şahid7 qaytarılmalıdır. - X2 hadisə baş verən zaman əynində olmuş 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli gödəkcə, 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli uzun qol üç düyməli köynək, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli mayka, 1 cüt qara rəngli corab, 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli idman şalvarı, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli alt paltarı, 1 cüt qara rəngli ayaqqabı və “Xiaomi” markalı “Redmi 9A” modelli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X11 qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi Diləvər oğluna ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 240 ( iki yüz qırx ) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki ) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Cinayətin aləti olan üzərində “STAİNLESS” sözləri yazılmış üzərində qanabənzər ləkələr olan qatlanan turist bıçağı məhv edilsin. - ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd yaxma məhv edilsin. - Təqsirləndirilən şəxs cinayəti törədərkən üzərində olan 1 ədəd qara rəngli dəri materialdan qabağı seplə bağlanan qolsuz gödəkcə, 1 ədəd qara rəngli dimdikli papaq, 1 ədəd yun materialdan uzunqol papaqlı köynək, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd dəri materialdan qara rəngli kəmər, 1 cüt qara rəngli dəri materialdan ayaqqabı və “Xiaomi” markalı “Redmi note 9” modelli mobil telefon təqsirləndirilən şəxsin qardaşı Şahid7 qaytarılsın. - X2 hadisə baş verən zaman əynində olmuş 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli gödəkcə, 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli uzun qol üç düyməli köynək, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli mayka, 1 cüt qara rəngli corab, 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli idman şalvarı, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli alt paltarı, 1 cüt qara rəngli ayaqqabı və “Xiaomi” markalı “Redmi 9A” modelli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X11 qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi Diləvər oğluna ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 240 ( iki yüz qırx ) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov