Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-14/2025 14.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 15:30 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1940-cı ildə Culfa rayonu, Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 8 uşaq atası, təqaüdçü, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 150.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, aşkar şəkildə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 27 avqust 2024cü ildə Culfa rayon Yaycı kəndində qonşuluqlarında yaşayan və kürəkəninin qardaşı olan Qanuni nümayəndə məxsus olan qarajın qapısının açıq olduğunu görərək kiçik bayıra getmək üçün həmin qaraja daxil olmuş və qarajda Qanuni nümayəndə qardaşı, ağır dərəcəli əqli zəifliyinə görə İ qrup əlilliyi olan xx.xx.1979-cu il təvəllüdlü, AR vətəndaşı, təhsili olmayan, subay, Culfa rayon Yaycı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs görmüş, onu yanına çağırıb qarajın küncündə açar dəsti və istifadə olunmayan əşyaların yığılması üçün qoyulmuş köhnə taxta materiallı sandığın üzərində oturtmuş və ardınca isə həmin vaxt Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını onun ağız boşluğuna salıb qeyri-təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yaşadığı kənddə yas mərasimlərində mollalıq edir. Zərərçəkmiş şəxsin özü və ailəsi ilə yaxşı münasibətləri olmuşdur. Belə ki, onun qızı Zərərçəkmiş şəxs qardaşının arvadıdır. Hadisə baş verən günə qədər qarşı tərəflə ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisənin baş verdiyi günün tarixini xatırlamır. Yaşadığı evlə Rizvanın evinin arasında təxminən 400 metr məsafə var. Evdən çıxıb meydana gedərkən böyrəklərində problem olduğu üçün kiçik bayıra getmək istəmiş və zərərçəkmişin qardaşı Rizvanın qarajının qapısı qəbirstanlıq yoluna tərəf olduğundan qaraja girib kiçik bayıra getmək qərarına gəlmişdir. Həmin ərazidə qızının da evi, o cümlədən qarajdan 10-15 metr aralıda tualetləri olsa da, tələsdiyindən və aftafa götürmək lazım olduğu üçün qarajda ehtiyacını qarşılamağı düşünmüşdür. Qaraja daxil olduğunda Zərərçəkmiş şəxs qarajın dib tərəfində taxta sandığın üzərində oturub maşına baxdığını görmüş və ona zarafatla “İmran, maşın düzəldirsən?” deyə soruşduğunda, o da yox, özlərinə maşın alırlar, amma mənə maşın almırlar” cavabını vermişdir. Kiçik bayırını edərkən İmran ona yaxınlaşaraq cinsiyyət orqanından yapışmış və “ver bunu yeyim” demişdir. İmranın bu hərəkətinə kəskin reaksiya verərək bunun ayıb olduğunu bildirmiş və cinsiyyət orqanını şalvarının içərisinə salmışdır. Qarajdan çıxmaq istəyərkən Rizvan içəri daxil olmuş və ondan qarajda nə etdiklərini soruşduğunda kiçik bayıra getmək üçün qaraja girdiyini bildirmişdir. Həmin anda Rizvan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurmuşdur. Bir neçə dəqiqə sonra Rizvanın arvadı və onun qızı Güldanə hadisə yerinə gəlmişlər. Rizvan onu vuran zaman qızı Güldanə də görmüş, lakin heç nə soruşmadan onu evlərinə aparmışdır. Əvvəllər ehtiyacını qarşılamaq üçün heç vaxt həmin qaraja getməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəllər kiminsə cinsiyyət orqanına əl atmasını eşitmədiyini, qaraja girdiyinə görə peşman olduğunu, etdiyi hərəkətin yaşına uyğun olmadığının və onu bağışlamalarını xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, hadisə 27 avqust 2024-cü ildə baş vermişdir. Hadisə törədilməmişdən əvvəl onlara belə bir hal məlum olmamışdır. Həmin vaxtdan sonra bu hadisəyə görə gecələr yata bilməmiş, həmin hadisəni xatırladıqca əsəbləri pozulmuşdur. Həyat yoldaşı hadisədən qabaq Bədəli bir neçə dəfə qaraja girib çıxarkən görmüş, lakin qadın olduğu üçün gedib baxmağa risk etməmişdir. İmranın ancaq evlərinin arxasındakı qaz borusunun üstündə oturduğunu, orada onun heyvanlarına baxdığını, darıxanda gəlib gedən insanlarla salamlaşdığını, hamının İmranın xətrini istədiyini, yoldan keçən hər bir şəxsin İmranın kefini soruşduğunu söyləmişdir. Onlardan bir həyət o tərəfə rəhmətlik bacısının oğlu Orxanın yaşadığını, arada İmranın ora gedib-gəldiyini, lakin son vaxtlar belə hadisələrin tez-tez təkrarlanmağa başladığını, yəni həftədə bir dəfə, beş gündən bir, ayda elə olub 3-5 dəfə bu şeylərin təkrarlandığını, lakin özünə məlum olmadığını, çünki qabaqcadan olanlarla bağlı gözü ilə nəyisə görmədiyini qeyd etmişdir. Bacısının oğlu Orxanın da onların gediş-gəlişi çox olmayan döngələrində İmranla Bədəli bir yerdə gördüyünü və Orxanın da gəlib baş verən hadisələri dedikdən sonra İmranı qırağa çəkdiyini, onu necə qorxutduqlarını, İmranın ona “gəlib cinlər məni aparar” kimi bir ifadə işlətdiyini və İmranın da xəstə olduğu üçün hər şeyə inandığını bildirmişdir. Daha sonra İmranı çağırıb qıraqda biraz üstünə getdiyini, dilə tutduqdan sonra ona “çağırıb məni verirdi ağzıma” dediyini qeyd etmişdir. Bu sözləri eşidəndən sonra nə edəcəyini bilməmiş, gedib demək istəmiş, lakin camaatın ağsaqqal kişiyə şər atdığını deyəcəklərindən çəkinmişdir. Bədəl ilə əvvəldən nəsə münaqişələri olmamışdır. Bədəlin kənddə mollalıq etdiyini, mollalıq statusunun olub-olmadığını bilmədiyini, amma gedib yas mərasimlərində quran oxuduğunu, hətta Bədəlin atasının, anasının və bacısının yas mərasimlərində gətirdiklərini, quran oxuyub, yuxarı başda oturduğunu qeyd etmişdir. Həmçinin Bədəlin öz evində də belə bir xəstə övladı olduğunu qeyd etmişdir. O bu hadisədən sonra heç bir yerə gedə bilmədiyini və bu səbəbə görə keçən dəfəki məhkəmə hazırlıq iclasında onun barəsində həbs qətimkan tədbiri seçilsin dediyini bildirmişdir. Sonradan bu hadisəni qardaşı Əkbərlə məsləhətləşmiş və baş verənləri Bədəlin böyük oğlu Mehdiyə deməyi qərara almışlar. Bədəllə söhbət etməməsinin səbəbini isə, onunla üz-üzə gəlmək istəməməsi olduğunu bildirmişdir. Hadisənin baş verməsindən 4-5 gün qabaq qardaşının gedib Mehdi ilə söhbət elədiyini, qardaşının Mehdiyə “atanız belə bir hərəkətlər edir, bir tədbir görün, biz istəmirik ki, başqa bir şeylər olsun, dillərə düşsün, nəsə bir qan çıxsın, burada namus, qeyrət məsələsi var, qoymayın evdən çıxsın, xəstədirsə, xəstəxanaya yatırdın, dəlidirsə, dəlixanaya yatırdın, bir tədbir görün belə olmaz” dediyini və onun da “balaca qardaşımı götürüb gedib söhbət edəcəm” deyə qarşılıq verdiyini bildirmişdir. Bədəlin oğlanlarına xəbərdarlıq etdikdən sonra onlarla heç bir söhbəti olmamışdır. Təqribən bir il bundan öncə başqa adamların da bu halları gördüyünü, çağırıb Bədəlin üzünə tüpürüb hər söz dediklərini, hətta “biz yasa girəndə sən yasdan çıxarsan’’ dediklərini, sadəcə ad vermək istəmədiklərini və gəlib şahidlik etməkdən çəkindiklərini bildirmişdir. Bədələ xəbərdarlıq edəndən 5 gün sonra İmrana ‘’get qarajdan vedrəni gətir heyvanlara su verim’’ demiş və İmran vedrəni gətirməyə getmiş, gəlmədiyini gördüyü üçün üstündən bir neçə dəqiqə keçdikdən sonra qaraja getmiş, açıq-aşkar vəziyyətdə İmranı sandığın üstündə oturduğunu, Bədəlin əlini İmranın başına qoyduğunu, cinsiyyət orqanını da İmranın ağzına verdiyini görmüşdür. Qarajda yerdə sidik olmadığını, Bədəlin onun qarajında kiçik bayıra getməsinə görə ona heç vaxt, heç nə etməyəcəyini bildirmişdir. Gördüyü mənzərə qarşısında “ə şərəfsiz nə edirsən” demişdir. Bədəlin cinsiyyət orqanını İmranın ağzından çıxardığını, hətta 5 dəqiqəyə qədər Bədəlin cinsiyyət orqanının çöldə qaldığını bildirmişdir. Həmin vaxtı özünə hakim ola bilməmiş, Bədəli söyüb təhqir etmiş və bir şillə vurmuşdur. Daha sonra həyat yoldaşı gəlmiş, lakin həyat yoldaşı ora gəldiyində artıq orda olan vəziyyətin bitdiyini, sadəcə Bədəlin üstünün başının açıq vəziyyətdə olmasını gördüyünü, dərhal Bədəlin qızını yəni, qardaşının həyat yoldaşını çağırdığını bildirmişdir. Bədəlin qızının xəbəri olmadığını, gizli qalsın deyə məsələni Bədəlin qızına bildirmədiklərini, lakin Bədəlin qızı hadisə yerinə gəlməsəydi də belə bu məsələni açacağını, çünki əvvəlcədən Bədələ xəbərdarlıq etdiyini söyləmişdir. Bədəlin qızı gəldikdən sonra Bədəlin şalvarının qarşısının açıq olduğunu və Bədəlin də həmin vaxtı “bağışla, birdə belə bir şey eləməyəcəm” dediyini, qızın isə özündən getdiyini, ürəyinin narahat olduğunu bildirmişdir. Qızının özünə gəldikdən sonra ona “sən Allah buna dəymə, öz əlimlə aparım təhvil verim evə, özüm tapşıracam buna tədbir görsünlər” dediyini və Bədəlin üzünə söyə-söyə, tüpürə-tüpürə evlərinə apardığını, hətta qızının yolda gedəndə Bədələ “sənin kişiliyin olsa, qeyrətin olsa, bu gecə gedib özünü asarsan dediyini söyləmişdir. Hadisədən sonra Bədəlin böyük oğlu Mehdiyə zəng vurub harada olduğunu soruşmuş, yerini öyrəndikdən sonra Mehdini yanına çağırdığını və o gəldikdən sonra ona “məni qatil eləmək istəyirsiniz?, biz sizə dedik axı buna bir çarə edin, bir əncam qılın, get dədənə sahib, çıx yada ki, apar dəlixanaya qoy, xəstədirsə, xəstəxanaya qoy, özünüz aparın verin polisə, mən istəmirəm, mənim əlimlə nəsə olsun, mənim sizə yaxşılığım bu olar ki, özünüz aparın verin polisə, özünüz bunun tədbirin görün” dediyini söyləmişdir. Sonradan qardaşının, özünün və qızı Güldanənin də onlarla bu məsələni aydınlaşdırmaq üçün Bədəlgilə getdiyini söyləmişdir. İndiyə qədər kənddə heç kimin namusuna göz dikmədiyini və başqa bir pis hərəkəti olmadığını,lakin Bədəlin bu hərəkəti artıq kənddə dilə dişə düşdüyünü və artıq kəndə çıxa bilməyəcək vəziyyətə düşdüyünü, neçə vaxtdı nə gecəsinin nə də gündüzünün olmadığını, çox narahat olduğunu bildirmişdir. İlk başda bu hadisənin cinayət xarakterli olduğunu bilmədiyi üçün hadisədən iki gün sonra polisə müraciət etdiyini, Bədəldən şikayətçi olduğunu, əgər vaxtında bilsəydi Bədəli qarajdan ötürməyib və onu Polis şöbəsindən nümayəndə çağırıb təhvil verəcəyini bildirmiş və bu işlə bağlı ciddi tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, qarajda bir vedrə su doldurub ləyənə tökən zaman qaraja Bədəl gəlmiş, onu orda tutmuş ona gəl gedək söhbət eləyək demişdir. Sonra özünün dirəşməsi ilə cinsiyyət orqanını ağzına salmışdır.Daha sonra Rizvan gəlmiş və Bədəli döymüşdür. Əvvələr Bədəlin ona nəsə etmədiyini demişdir. Qorxduğu üçün nəsə eləmə deməmişdir. Bədəli bağışladığını, ondan üzr istəməsini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, tarixini dəqiq xatırlamasa da, hadisədən 3-4 gün əvvəl bazar günü bərbərə saçını düzəltdirməyə gedərkən dayısı İmranın 100-150 metr irəlidə döngədə dayandığını və ona tərəf getdiyində bir anda İmranın yoxa çıxdığının şahidi olmuşdur. 2-3 addım irəliyə getdikdən sonra İmran ilə təqsirləndirilən şəxsin üz-üzə yaxın vəziyyətdə dayandıqlarını gördüyündə onu görməsinlər deyə bir neçə addım geriyə getmişdir. Geri addım atdıqdan sonra onların niyə belə yaxın vəziyyətdə üz-üzə durmaları onda şübhə yaratmışdır. Həmin vaxt İmranı yanına çağırmış və əlini boynuna salaraq orada ne iş gördüyünü soruşduğunda, İmran ona “Bədəl mənə deyir xayalarımı oynat, cinsi orqanımı sal ağzına” cavabını vermişdir. Bu sözlərdən sonra çox narahat olmuş və bir anlıq hətta Bədəli öldürməyi belə düşünmüşdür.Lakin 3 uşağı gözünün önünə gəldiyi üçün fikrindən daşınmışdır. Sonra gördükləri barədə dayısı Nadirə danışmış, lakin aralarında olanları tam açıq şəkildə görə bilmədiyini bildirmişdir. O, qarajda baş vermiş hadisə ilə bağlı məlumatı olmadığını, bu məsələ barədə dayısının evində olan söhbətdən məlumatı olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, hadisədən təxminən iki il əvvəlki müddətdə bu olanları hiss etmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs özünü şübhəli apardığı halların şahidi olmuşdur. Xəstə qaynı Zərərçəkmiş şəxs o qulluq etmişdir. Qaynı onlarla bir evdə yaşayır. Yoldaşı Qanuni nümayəndə çox vaxtı Türkiyə Respublikasında olduğu üçün demək olar ki, əksər vaxtı Zərərçəkmiş şəxs özü nəzarət edir. İmran elə bir xəstədir ki,bir yerə getdiyində geri qayıtmaya bilər.Odur ki, onun arxasınca gedib tapıb gətirmək lazım olur.Daima nəzarət altında olmalıdır.Evdə darıxdığı zamanlarda İmran çıxıb həyətin arxasındakı qaz borusunun üzərində əyləşirdi. Onu çağırıb evə gəlməsini istədiyi zamanlarda çox vaxtı onun qarajdan çıxmasının və ya Təqsirləndirilən şəxs yaşadığı ev tərəfdən gəldiyinin şahidi olmuşdur. Qarajdan çıxdığı zamanlarda öndə İmran, arxasınca Təqsirləndirilən şəxs gəldiyini tez-tez müşahidə etmişdir. Əksər hallarda Təqsirləndirilən şəxs şalvarının qabaq hissəsini düzəldə-düzəldə çıxırdı. Bədəlin şalvarını düzəltməsi halı onu şübhəyə salırdı ki, nəyə görə bu həmişə İmranla qarajdan çıxarkən şalvarını qaydaya salır. İlk gördüyü zamanlar pis bir şey düşünməmişdir. Bu vəziyyət tez-tez təkrar olunduğu üçün artıq olanlar onda şübhə yaratmış və düzgün bir şeylərin getmədiyini düşünmüşdür. İlk zamanlarda Bədəlin yaşlı olması səbəbinə görə qaraja bayıra getmək üçün girdiyini düşünsə də, daha sonralar gedib qaraja baxdığında bayıra getmə əlamətlərini aşkar etməmişdir. İmrandan qarajda nə iş görmələri barədə soruşduğunda da o, heç bir söz deməmişdir. Daha sonralar kənd camaatından da Bədəlin əxlaqsız hərəkəti barədə eşitmişlər. Son vaxtlar bu hadisənin tez-tez təkrar olunmasına şahid olduğu üçün baş verənlər barədə həyat yoldaşı Qanuni nümayəndə məlumat vermişdir. Bu işi nəzarətə götürdükdən sonra əri Bədəli İmranın üstündə tutmuşdur. Hadisə günü həyətdə olduğu üçün ərinin səsinə qaraja getmiş və həyat yoldaşının qarajda Bədəli İmranla birlikdə tutduğunu görmüşdür. Həmin vaxtı Bədəlin şalvarı açıq vəziyyətdə, dizdən yuxarı çəkilmiş vəziyyətdə olmuş, cinsiyyət orqanını görməmişdir. Bədəl yoldaşına yalvararaq olanlar barədə heç kimə deməməsini, qələt elədiyini, birdə belə bir şey olmayacağını bildirmişdir. Atasının xəstə uşağa qarşı etdiyi hərəkəti görməsi üçün və gələcəkdə atasına qarşı şər atdıqlarını düşünməsin deyə qaraja gedərkən Bədəlin qızı, qaynının arvadı Güldanəni də çağırmışdır. Güldanənin hadisə yerində halı pisləşmiş, özünə gəldiyində isə atasına “get özünü öldür, bizim abırımız getdi” dediyində, Bədəl ona yalvararaq evə aparmamasını və baş verənlər barədə heç kimə danışmamasını bildirmişdir.Hadisə yerində olarkən Bədəl “mən özümü saxlaya bilmədim” və ya “sidik ifrazat etmək üçün qaraja girmişdim” kimi ifadələr işlətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər də bir neçə dəfə qardaşının arvadı Bədəllə İmranı qarajda bir yerdə görsə də, utandığı üçün onların yanına getməyib. Hadisədən 5-6 gün öncə bacısı oğlu Orxan da məhəllədə onları dalda bir yerdə birlikdə görüb. Orxan evdən çıxanda qonşuları Bədəllə İmranı yolun kənarında gördüyünü ona bildirmişdir. Orxan telefonla danışdığı zaman İmranın anidən yol kənarından getdiyini müşahidə etmişdir. İmran xəstə olduğu üçün daima nəzarətdə saxladıqlarından Orxana maraqlı gəlib ki, İmran hara getdi. Orxan divarın küncündən baxdığında görüb ki, İmranla Bədəl üz-üzə dayanıblar. Bunların çox yaxın məsafədə üz-üzə dayanmalarına Orxan şübhələnib və onların yanına getməyə utandığından divarın dalına çəkilib və dərhal İmranı yanına çağırıb. İmranı yanına çağırdıqdan sonra əvvəl İmran heç nə demək istəməyib. X7 deyib ki, “Bədəl əmi deyir mənim cinsiyyət orqanımı oynat”. Orxan bu hadisəni ona danışmışdır. Sonra Şahid6 İmranı çağırmış neçə dəfə bu haqda soruşmuş, o isə utandığından heç nə deməmişdir. Sonra İmrana “səni aparacam gəzdirəcəm, oğluma deyəcəm səni maşınla gəzdirsin de görüm orada Bədəl əminlə neyniyirdin” deyə soruşmuşdur. İmran isə “Bədəl əmi şalvarının qarşısını açıb cinsiyyət orqanını çıxarmışdı ki, bunu oynat” deyib. Bundan sonra qardaşları Rizvan və Əkbərlə söhbət etmişlər və Bədəlin böyük oğlunu bərbərxanaya dəvət edib orada söhbət edib onu başa salmaq istemişlər ki, bu barədə tədbir görsün,kənddə birdən elə başa düşərlər ki, İmran bu yolun yolçusudu. Həmçinin ifadəsində bildirdi ki, Əkbərin özü də neçə dəfə şahidi olub ki, Bədəl şalvarının qarşısını bağlaya-bağlaya qarajdan çıxır. Ata-anas və bacısı rəhmətə gedən vaxtı Bədəli yas mərasimində yuxarı başda oturtduqlarını, cümə axşamlarında qəbir üstünə apardıqlarını, bu hərəkəti ondan gözləmədiklərini demişdir. Bədəlin evi ilə qarajın arasındakı məsafənin təxminən 150-200 metr olduğunu, Bədəlgilin evindən məsçidə getməyə daha əlverişli asfalt yol olduğunu Bədəlin qaraja kiçik bayıra getməsinə heç bir əsas olmadığını, Rizvanın qarajının 3 metrliyində Bədəlin qızıgilin tualeti olduğunu Bədəlin həmin tualetə gedib kiçik bayıra gedə biləcək olduğunu,sadəcə bu normal olmayan yollarla gəlib məsçidə İmranı görüb ona qarşı əxlaqsız hərəkətlər etsin deyə getdiyini söyləmişdir.”Bədəl saatlarla kənd mərkəzində çayçıda çay içib nərd oynadığı vaxt necə özünü saxlaya bilirdi” demişdir. İfadəsinin davamında Şahid6 bildirdi ki,hadisə günü Rizvangilə getmiş və heç kimin hövsələsi olmadığını görmüşdür.Hadisəni soruşduğunda Rizvanın həyat yoldaşı bu məsələni danışdığında çox sarsılmışdır daha sonra qərara gəlmişlər ki, Bədəlgilə gedib xəstə uşağa qarşı niyə belə etdiyini soruşsunlar. Bədəlin böyük oğlu Mehdiyə zəng vurub evə çağırmışlar. Bədəlin evinə getdiklərində Bədəlin həyat yoldaşı və oğlu olmuş, Bədəl qarşılarına çıxmamışdır. Əkbər nə qədər etsə də Bədəl çölə çıxmamışdır. X5 reaksiya vermiş, sözlü münaqişə yaratmaq istəmişdir.Əgər Bədəl kiçik bayıra getmişdisə orada çıxıb “ay qonşu kiçik bayıra gəlmişəm burda anlaşılmazlıq olub” deyə biləcəyini bildirmişdir. Hadisədən 2 gün sonra 29 avqust 2-24-cü il tarixdə Rizvan polisə müraciət etmişdir. Anasının ölüm yatağında İmranı ona vəsiyyət etdiyini, Bədələ görə vəsiyyəti yerinə yetirə bilmədiyini söyləmiş ,bunun üçün də Bədəlin cəza almasını istədiyini bildirmişdir. Şahid1 ifadəsinin davamında bidirmişdir ki, hadisədən bir müddət öncə, o cümlədən hadisə baş verəndən iki gün sonra sonra Bədəlin hərəkətləri barədə onun ailəsinə məlumat versələr də, ailə üzvləri tədbir görmədiyi üçün və barışığa gəlmədiklərinə görə Bədəlin etdiyi hərəkətlər barədə polisə şikayət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun qaynatasıdır. Hadisədən 3 ay öncə Bədəlin İmrana qarşı etdiyi hərəkətə qarajda şahid olmuşdur. Onun təsərrüfat qapısı ilə qardaşının qarajı arasında 8- 10 metr məsafə var. Səhər-səhər toyuq-cücəni həmin təsərüfat qaspısından küçəyə ötürərkən qarajdan İmranın səsi gəlmişdir. İmran xəstə olduğu üçün onun qarajda nə işi olduğunu düşünüb İmranı səsləmiş və “orda nə edirsən?” deyə soruşaraq qaraja tərəf getmişdir. Qaraja daxil olduğunda İmranın qarajdakı sandığın üzərində oturduğunu, Təqsirləndirilən şəxs da üzü İmrana tərəf onun qarşısında durduğunu görmüşdür. Təqsirləndirilən şəxs onu görən kimi şalvarının sepini bağlamağa başlamışdır. Həmin anda Bədəl vəziyyətdən çıxmaq üçün qarajdakı maşına ışarə edərək “bunu da Hüseyn alıbdır can sağlığı ilə” sürəsiniz demişdir. Qarşılaşdığı bu vəziyyət onu şok vəziyyətinə salmış, nə baş verdiyini anlamamışdır. Bədəl getdikdən sonra onun qarajda kiçik bayıra gedə biləcəyini düşünüb qaraja baxmış, lakin sidik izinə rastlamamışdır. Bədəlin bu hərəkəti onda şübhə yaratsa da, məsələni heç kimə açıb danışmamışdır. Bu hadisənin üstündən 3 ay keçmiş qardaşı Rizvan Bədəlin hərəkətlərindən şübhələndiklərini ona bildirdiyində qarajda şahidi olduğu hadisə barədə qardaşına danışmışdır. Hadisə baş verən günü işdə olarkən Rizvan ona zəng edərək Bədəli iş başında tutduğunu söyləmiş və o işdən çıxıb evə gəlmişdir.Baş verənlərdən 100 faiz əmin olduqdan sonra qardaşlar yığışıb məsləhətləşmiş və məsələni böyütməyərək kənddə dilə-dişə düşməmək qərarına gəlmişlər. Bədəlin böyük oğlu Mehdiyə atasının etdiyi əxlaqsız hərəkət barədə bildirdiyində o, ilk öncə inanmasa da , daha sonra atası ilə söhbət edəcəyini və onların da dediyi kimi evdən bayıra buraxmayacaqlarını və özlərinin atalarının barəsində tədbir görəcəklərini söyləmişdir. Etdiyi bu çirkin hərəkətə aydınlıq gətirmək üçün qardaşları ilə Bədəlin evində olarkən onun balaca oğluna atasını çağırmasını bildirdiyində oğlu atasının bayıra çıxmaq istəmədini bildirdiyi üçün özü evə daxil olaraq Bədəlin qolundan yapışaraq bayıra çıxarmışdır.Çölə çıxardığı zaman Bədəl ona “məni bağışlayın, məni bağışlayın” deyə yalvarsa da, ondan etdiyi hərəkətə aydınlıq gətirməsini istəmiş və sonra bağışlanmasını istəməsini söyləmişdir. Həyətdə Bədəlin kiçik oğlunun mübahisə yaratmaq istədiyini gördükləri üçün ordan öz evlərinə gəlmişlər. Aralarında olan söhbət heç bir nəticə vermədiyi üçün, o cümlədən Bədəl barədə heç bir tədbir görülmədiyini və heç kimin danışıb barışmaq üçün onlara gəlmədiyini gördükdən sonra qardaşı Rizvan polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində bildirmişdir ki, hadisə baş verən günü evdə olarkən bacısı səs-küylə, onun arxasınca atası evə daxil olmuşlar.Atasının üstü-başı toz içərisində olmuşdur.Atasından nə olduğunu soruşduğunda, bacısı onun İmranın dalına mindiyini bildirmişdir. Sonra bacısı əsəbi halda qardaşını çağırmasını söyləmiş və qardaşı gəldikdən sonra hadisə barədə onu məlumatlandırmışlar. Eşitdiklərindən hamısı şok vəziyyətinə düşmüş, belə bir hadisənin baş verməsinə inanmamışlar. Həmin ərəfədə bacısının əri Əkbər qardaşına zəng vurmuş və qardaşları ilə birlikdə onlara gəlmişlər.Əsəbi halda olduğu üçün onlarla söhbətə qoşulmamış, qalmaqal böyüməsin deyə kənarda dayanmışdır. Həyətdə səs-küy olduğunu görüb xəstə anasına və qardaşına görə onları evdən qovaraq başqa yerdə söhbət etmələrini bildirmişdir. Qardaşı da gələnlərlə birlikdə getmişdir. Qardaşı söhbət edib qayıtdıqdan sonra onlara atalarını çölə, küçəyə qoymayacaqları barədə qarşı tərəflə razılığa gəldiklərini söyləmişdir. Həmçinin söhbət əsnasında qardaşı hadisə barədə onun məlumatının olduğunu, lakin şokda olduğundan və utandığı üçün atasına bir söz demədiyini bildirmişdir.Qarşı tərəflə bir neçə dəfə barışığa cəhd etsələr də, heç bir müsbət nəticə əldə olmamışdır.Zərərçəkmiş tərəf olanlarla bağlı onların əlində video görüntülər olduğunu söylədikləri zaman onlara həmin görüntüləri təqdim etmələrini istəmiş və bu halda atasını özlərinin polisə təhvil verəcəyini bildirmişdir.Lakin belə bir video onlara təqdim olunmamış, onlar özləri polisə şikayət etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: Şahid4 ifadəsində bildirmişdir ki, anket məlumatlarının düzgünlüyünü təsdiq etmiş, o Culfa rayon Yaycı kəndində özünə məxsus olan evdə ailəsilə birlikdə yaşayır. O təxminən xx.xx.2024-cü il tarixdə yaşadığı Culfa rayon Yaycı kəndində yerləşən ticarət mərkəzinə orada bərbər işləyən qaynı Şahid2 yanına saçını kəsdirmək üçün getmiş, orada qaynı Şahid2 ona atası Təqsirləndirilən şəxs onların əqli xəstə olan qardaşları Zərərçəkmiş şəxs yanında cinsi orqanını bayıra çıxararaq qardaşına göstərdiyini, bu cür əxlaqsız hərəkətlər etdiyini və atası Təqsirləndirilən şəxs nəzarət etməyini bildirmişdir. Bu zaman o eşitdiklərindən narahat olmuş və qaynı Şahid2 dediklərinə inanmaq isdəmədiyini bildirmiş, o həmin vaxt bu barədə dəqiq nəsə bilməsə onunla söhbət etməyəcəyini demişdir. O bu zaman bu barədə atası Təqsirləndirilən şəxs dolayı yolla söz çatdıracağını və özünün ona nəzarət edəcəyini bildirmiş, bundan sonra o bir iki gün atası ilə bu barədə necə söhbət edəcəyini və bir yol tapmağı fikirləşmiş, atası ilə bu barədə söhbət edə bilməmişdir. Atası Təqsirləndirilən şəxs onunla eyni kənddə yasayasa da o kənddə öz evində balaca qardaşı Şahid5la yaşamış, o isə öz evində ayrı yaşamışıdır. Təxminən 27 avqust 2024-cü il tarixdə günorta saatlarında qaynı Şahid2 balaca qardaşı Qanuni nümayəndə ona zəng etmiş və öz evinə gəlməyini, onunla işinin olduğunu bildirmiş, o Qanuni nümayəndə gilin qapısına getmiş və Qanuni nümayəndə həmin vaxt öz evlərinin həyətinin giriş qapısında olmuş, burada onunla ikisi söhbət etmişdir. Söhbət zamanı Qanuni nümayəndə həmin gün həyətində olan qarajda atası Təqsirləndirilən şəxsla qardaşı Zərərçəkmiş şəxs tutduğunu, atası Təqsirləndirilən şəxs xəstə qardaşı Zərərçəkmiş şəxs qarajda taxta sandığın üzərində oturtduğunu və cinsi orqanını onun əlinə verdiyini və bu vəziyyətdə onları aşkar etdiyini, onu sillə ilə vurub öz evinə göndərdiyini bildirmiş, o orada Qanuni nümayəndə heç nə demədən atası gilə getmişdir. Atası Təqsirləndirilən şəxs Qanuni nümayəndə dediklərini və nə etdiyi soruşmuş, bu zaman atası Təqsirləndirilən şəxs yol ilə gedən zaman kiçik bayrının gəldiyini və qəbirstanlığın yanı olduğundan kimsə görər deyə Qanuni nümayəndə qapısı açıq olan qarajına kiçik bayrın etmək üçün girdiyini və həmin vaxt qarajda avtomobil təmir edən Qanuni nümayəndə kiçik bayrın onun qarajına etdiyi üçün onu döydüyünü demiş, o həmin vaxt atasına əsəbləşib, bundan sonra birdə evdən kənara çıxmamasın bildirmişdir. O atası ilə onun otağında təkcə söhbət etmiş, sonra evdən çıxmış, atası gilin evinin həyatində olan zaman bacısı Şahid3 qaynı Şahid2 və onun qardaşları Rizvan ilə Nadir atası gilin həyətinə daxil olmuşlar, həmin vaxta atası gilin həyətində o qardaşı Heydər, anası Bacıxanım və qardaşının arvadı Məhəbbət olmuşdur. Orada qaynı Şahid2 ona iki gün qabaq bu haqda məlumat verdiyini və onun atasının qarsısın almaq üçün niyə tədbir görmədiyini soruşmuş, o da bu barədə atası ilə necə söhbət edəcəyini bilmədiyini demişdir. Bu zaman Şahid2 atasını gedib evdən həyətə gətirmək istəmiş, buna görə qardaşı Şahid5la qaynı Şahid2 arasında sözlü mübahisə baş vermiş, onlar dava olmaması üçün müdaxilə etmiş, sonra qaynı və qardaşları atasının tədbirin görməyini və evdən çölə çıxmamasın bildirmişlər, o da tədbirin görəcəyini demişdir. Sonra isə onlar həyətdən çıxıb getmişlər, o bundan bir iki gün sonra Tırla yola çıxmış, Türkiyədə olan zaman qardaşı Şahid5 ona zəng edib, Qanuni nümayəndə gilin atasından gedib şikayət etdiklərin demiş, bundan başqada baş verən hadisə barəsində heç bir məlumatının olmadığını bildirmişdir. İfadəsində əlavə olaraq bildirmişdir ki, əvvəllər atası Təqsirləndirilən şəxs İ qrup əlilliyi və əqli zəifliyi olan həmkəndlisi Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi barədə hər hansı bir məlumatı olmamış, qaynı Şahid2 onunla bərbərxanada bu barədə söhbət edəndən sonra məlumatı olmuş, atası Təqsirləndirilən şəxs bu cür əməllər törətməsindən şübhələnməmiş və ya əvvəllər şahidi olmamış, bu barədə kimdənsə nəsə eşitməmişdir. O kənddə atası gildən ayrı yaşamış və atası gilə gəlib gedən zamanlarda da atası Təqsirləndirilən şəxsla həmkəndlisi Zərərçəkmiş şəxs heç vaxt birlikdə görməmişdir. Həmkəndlisi Qanuni nümayəndə əvvəlcədən atası Təqsirləndirilən şəxsla, onunla və ya qardaşları ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamış, onlarla qohum olduqların Qanuni nümayəndə qardaşı Şahid2 onun bacısı ilə evli olduğunu, onlarla həmişə mehriban münasibətlərinin olduğunun bildirmişdir. Qaynı Şahid2 atasının onun xəstə qardaşı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi barədə onunla söhbət etdikdən sonra o bu barədə başqa kimləsə söhbət etməmiş, hadisə baş verən günü onunla qaynı Şahid2 iki gün bundan əvvəl bu barədə söhbət etməsini balaca qardaşı Şahid5 demiş, ifadəsinə əlavə etmək istədiyi başqa halın olmadığını bildirmişdir. Şahid3 ifadəsində bildirmişdir ki, Culfa rayon Yaycı kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. O anket məlumatlarının düzgünlüyünü təsdiq etmiş və ailəsi ilə birlikdə Culfa rayon Yaycı kəndində yerləşən əri Şahid2 məxsus olan fərdi yaşayış evində yaşadığını, onların yaşadığı evin yerləşdiyi həyətdə qayınları olan Qanuni nümayəndə və Şahid6 da özlərinə məxsus olan fərdi yaşayış evində ailələri ilə birlikdə yaşadıqlarını, balaca qaynı olan 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs da anadangəlmə əqli zəifliyi olduğuna görə onlarla bir həyətdə özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə ayrı yaşayan qaynı Qanuni nümayəndəla birlikdə yaşadığını bildirmişdir. Onlar və qayınları bir həyətdə ayrı-ayrılıqda özlərinə məxsus olan evlərdə yaşasalar da Zərərçəkmiş şəxs qaynı Qanuni nümayəndəla birlikdə yaşamış və onlarda Zərərçəkmiş şəxs bacardıqları qədər nəzarət etmişlər, qaynı Zərərçəkmiş şəxs anadangəlmə ağır dərəcəli əqli zəifliklə bağlı 2024-cü ilin 15 may tarixinədək İİ qrup əlil, həmin tarixdən sonra isə İ qrup əlil kimi qeydiyyatda durmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində o yaşadığı evin açıq eyvanında oturmuş və yemək hazırlamaq üçün soğan soymuş, bu zaman onlarla eyni həyətdə yaşayan qaynı Qanuni nümayəndə arvadı Şahid1 həyətlərində olan tövlənin açıq vəziyyətdə olan giriş qapısından onu uca səslə səsləyərək “ gəl bura atanı yığışdır” demişdir. O dərhal Şahid1 yanına getmiş, orada nə olduğunu Gülçöhrədən soruşmuş, o isə onların giriş qapısından təxminən 4-5 metr məsafədə yerləşən qaraja gəlməyini demişdir. O Gülçöhrənin arxasınca onların qarajına getmiş, orada Qanuni nümayəndə atası Təqsirləndirilən şəxs üst geyiminin boyun nahiyəsindən tutduğunu, atası Təqsirləndirilən şəxs üzərinin toz-torpaq olduğunu və şalvarını dizindən bir qarış yuxarı hissəsindən çəkərək bağladığını görmüşdür. Qaynı Zərərçəkmiş şəxs isə qarajda sakitcə dayanmış, bu zaman Qanuni nümayəndə atası Təqsirləndirilən şəxs çoxdandı gizli olaraq izlədiyini və atası Təqsirləndirilən şəxs xəstə qaynı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini və həmin vaxtda qarajda əxlaqsız hərəkət etdiyini zaman onu aşkar etdiyini bildirmişdir. Həmin vaxt atası Təqsirləndirilən şəxs heçnə etmədiyin deyərək, ağlamış, o həmin vaxt narahat olmuş və müqavimətini itirərək yerə yıxılmışdır. Bundan sonra qaynı Qanuni nümayəndəla arvadı Şahid1 ona kömək edib, ayağa qaldırmışlar, o ayağa qalxandan sonra atası Təqsirləndirilən şəxs qolundan tutaraq qarajdan çıxarmış, oradanda onlarla 100 metr məsafədə olan evlərinə doğru onu söyərək, danlayaraq aparmışdır. Həmin vaxt atası Təqsirləndirilən şəxs ona heç bir söz deməmiş, həmçinində özünü müdafiə etmək üçün bu barədə belə bir hərəkət etmədiyi, yalan olduğu və qaynının dediklərinin həqiqətə uyğun olmamağı barədə heçnə deməmişdir. O atasını evlərinə aparmış, evin həyətində olan anası Bacıxanım Hüseynova, qardaşı Şahid5 və gəlinləri Məhəbbət Hüseynovaya atası Təqsirləndirilən şəxs etdiyi əxlaqsız hərəkət barədə məlumat vermiş, ardınca isə gəlinləri Məhəbbətin mobil telefonu ilə qardaşı Mehdi Hüseynova zəng edib, bu barədə məlumat verib evə gəlməsini demişdir. Həmin vaxt anası və qardaşı atası Təqsirləndirilən şəxs bu nə hərəkətdi edibsən deyə soruşmuşlar o isə heç bir cavab vermədən gedib, evə daxil olmuş, bu zaman X6 oraya gəlmiş, o olanları ona demişdir. Mehdi Hüseynov atası ilə söhbət etmək üçün evə daxil olmuş, o orada yenidən narahat olub, sarsıntı keçirərək öz evinə geri gəlmişdir. Bundan bir müddət keçdikdən sonra o özünü toparlayıb, qaynı Qanuni nümayəndə gilə getmiş, orada Qanuni nümayəndə, arvadı Şahid1 və qaynı Şahid6 olmuş, biraz keçdikdən sonra əri Şahid2 gəlmiş, bu barədə söhbət etmişlər. O orada Qanuni nümayəndə bu barədə ona əvvəlcədən niyə məlumat vermədiyin soruşmuş, həmin vaxt Qanuni nümayəndə əlində sübutu olmadığından əvvəlcədən desə ona inanmayacağını, camaatın onun atası Təqsirləndirilən şəxs şər atmasın düşünəcəyini fikirləşdiyindən özü aşkar etməyənə kimi demədiyini bildirmiş, o oradan qayınları və əri Şahid2la birlikdə atası Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə onların evinə söhbət edib, bu məsələni qaydasına qoymaq üçün getmişdir. Onlar atası Təqsirləndirilən şəxs evinin həyətinə daxil olmuş və orada yerləşən masada anası Bacıxanım, qardaşları Mehdi, Heydər və onlar əyləşmiş, bu zaman əri Şahid2 qardaşı Mehdi Hüseynova atası Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qarşı etdiyi əxlaqsız hərəkətlər barədə ona qabaqcadan məlumat verdiyini və bu barədə niyə heç bir tədbir görmədiyini soruşmuşdur. X6 həmin vaxt əri Şahid2 onun dediklərinə əvvəlcə inana bilmədiyini və özü şəxsən nəzarət edib, baş verən hadisəni aşkar etməyə çalışdığını və bu səbəbdən tədbir görə bilmədiyini demiş, bundan sonra əri Şahid2 atası Təqsirləndirilən şəxs həyətə onların yanına gəlməsin tələb etmiş və həmin vaxt orada əri Şahid2la qardaşı Şahid5 arasında sözlü mübahisə yaranmış, o həmin vaxt yenidən narahat olmuş və oradan da evlərinə gəlmiş, bir neçə gündə baş verən hadisəyə görə xəstə yatmışdır. İfadəsində əlavə olaraq bildirmişdir ki, əvvəllər atası Təqsirləndirilən şəxs İ qrup əlilliyi və əqli zəifliyi olan qaynı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumatı olmamış, xx.xx.2024-cü ildə atası Təqsirləndirilən şəxs etdiyi əxlaqsız hərəkət qaynı Rizavan Abbasov tərəfindən aşkar olunduqdan sonra o atası Təqsirləndirilən şəxs etdiyi hərəkətlər barədə onun və əri Şahid2 dedikləri əsasında məlumatı olmuş, atası Təqsirləndirilən şəxs bu cür əməllər törətməsindən heç vaxt şübhələnməmiş və ya əvvəllərdə şahidi olmamış, qaynı Zərərçəkmiş şəxs bu barədə əvvəllər ona hər hansı bir məlumat verməmiş, həmçinində o bu haqda onunla söhbət etməmişdir. Atası Təqsirləndirilən şəxs evi onlarla və qaynı Qanuni nümayəndəla yaxın məsafədə yerləşmiş, unun qaraja kiçik bayrın etməyə girməsin ehtimal etmədiyini, qarajın yaxınlığından onların həyətə daxil olmaq üçün giriş qapısının olduğunu və həmin qapıdan həyətə daxil olduqda 4-5 metr irəlidə sanitar qovşaq olduğunu və atası Təqsirləndirilən şəxsda onu bildiyini bildirmişdir. O hadisə baş verən zaman atasını gedib, qarajda görmüş və orada atasının şalvarının qabağı açıq vəziyyətdə olmuş, özü şalvarın yuxarı çəkib onların yanında bağlamış, oradan onu götürüb evlərinə aparmışdır. Atası Təqsirləndirilən şəxs qaynı Qanuni nümayəndə onun yanında hər hansı bir formada döyərək xəsarət yetirməmiş, ondan əvvəl döyməyi barədə heç bir məlumatı olmamış, o qaraja daxil olanda Qanuni nümayəndə əlindən bir qəza çıxmaması üçün atasını evlərinə aparmağı üçün ona təhvil vermişdir. Onun əri və qayınları həmişə xeyir və şər məclislərində atası Təqsirləndirilən şəxs ağsaqqal kimi önə çəkib, hörmət etmişlər, onunla da həmişə mehriban olub, xoş rəftar etmişlər, atası Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkət etdiyinə o inandığını və onun etdiyi əmələ görə cəzasın çəkməyin tələb etdiyini, ifadəsinə başqa heç bir əlavəsinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – - 06 sentyabr 2024-cü il tarixli, 341 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Ağır dərəcəli əqli gerilik, davranış pozuntusu” psixi xəstəliyi vardır, o anlaqsızdır. Zərərçəkmiş şəxs hadisə baş verən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmamışdır və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində deyil. Zərərçəkmiş şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - 06 sentyabr 2024-cü il tarixli, 342 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəlik yoxdur, o qeyd edilən əməli törədən zaman öz hərəkətlərini qavramaq və dərk etmək iqtidarında olmuşdur və onun hərəkətləri AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, əməli törədərkən və hazırda anlaqlıdır və onun hazırkı vəziyyəti onunla bağlı araşdırma aparılmasına imkan verirş - 27 dekabr 2024-cü il tarixli 1552 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, mehribançılıq, sakit təbiətlilik, qayğısızlıq kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs ömrünün ahıl vaxtlarını yaşaması, onun emosional və psixi vəziyyətinə görə öz təsirini göstərə, onun öz hərəkətlərini, etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etməsinə, şüurlu nəzarətinin zəifləməsinə gətirib çıxara bilər. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur, lakin hadisə barədə müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. - 07 yanvar 2025-ci il tarixli, 132 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlamətinin aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verdiyi məlumata əsasən Zərərçəkmiş şəxs ağır dərəcəli əqli zəifliyinə görə İ qrup əlildir, əmək qabiliyyətsiz hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 29 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, hadisənin baş verdiyi yer Culfa rayonu, Yaycı kəndində, Qanuni nümayəndə məxsus həyətdə yerləşən qarajdır.Həmin qarajın giriş qapısı 3 x 2,20 metr nisbətində, dəmir profil üzərinə bərkidilmiş jec materiallıdır. Giriş qapı ilə üzbəüz dayandıqda qapının sağ küncündən 7 metr sağ tərəfdə Qanuni nümayəndə qardaşı Şahid2 həyətinin giriş qapısı yerləşir. Qarajın giriş qapısı iki tağlı çöl istiqamətdə açılan,hər bir tağı 1,5 x 2,20 metr nisbətindədir. Qarajın giriş qapısını açıb qaraja daxil olan zaman 1,40 metr irəlidə Qanuni nümayəndə məxsus olan qara rəngli Chery Tiggo markalı, **-BD-*** nömrəli avtomobil vardır. Giriş qapısından sol tərəfdə qapının küncündən 65 sm məsafədə sol küncdə, qapının bərkidildiyi divarın küncündən isə 35 sm irəlidə taxta materiallı, 45 sm enində, 80 sm uzunluğunda, 42 sm hündürlüyündə sandıq vardır. Həmin sandığın ön hissəsi ilə giriş qapısının bərkidildiyi divar arasında ağ rəngli sökülmüş formada olan ,içərisində torpaq olan un kisələri, sandıqda üzbəüz dayandıqda sandığın arxa hissəsində isə kapron materiallı 5-10 litrlik su və yağ qabları vardır. Qaraja daxil olduqda sağ tərəfdə divarın önündə yaşıl boyalı taxta şkaf üzərində isə 20 litrlik kapron materiallı konstirlər müşahidə olunmaqdadır. Qarajda olan avtomobilin ön sol hissəsində 05 ədəd üst-üstə yığılmış istifadə olunmuş avtomobil təkərləri, sağ ön hissəsində isə divarın küncündə parça bükümləri ilə poşet materiallı salafan bükümləri vardır. Avtomobilin ön divarlarında sol və sağ tərəfdə divarın orta hissəsində üç gözlü pəncərə vardır.Qarajın sahibi olan Qanuni nümayəndə dediyinə əsasən 27 avqust 2024-cü il tarixdə onunla birlikdə yaşayan xəstə, əqli qüsurlu qardaşı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs qarajın girişində sol tərəfdə küncdə yerləşən taxta sandığın üzərində oturdaraq onunla qeyri-təbii yolla, yəni Təqsirləndirilən şəxs cinsi orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna salaraq onunla cinsi əlaqədə olan zaman qaraja daxil olub onu aşkar etdiyi bildirmişdir. Həmin vaxt qarajın hər iki giriş qapısı açıq vəziyyətdə olmuşdur.Qaraja baxış keçirilən zaman sandığın ətrafında və üzərində hər hansı bir formada kişi sidik ifrazına və sperma qalıqlarına rast gəlinmədi. - 05 sentyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 göndərilmiş Təqsirləndirilən şəxs haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 10 dekabr 2024-cü il tarixli, Naxçıvan MR Culfa Rayon Polis Şöbəsinin qərarından məlum olur ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - 17 dekabr 2024-cü il tarixli, 4(089)-6/2024 nömrəli Naxçıvan MR Culfa Rayon Məhkəməsinin qərarından məlum olur ki, xx xxxx 1977-ci il tarixdə Culfa rayonu, Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, təhsili olmayan, işsiz, əvvəllər məhkum olunmamış, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - 17 dekabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Culfa rayon İcra Hakimiyyətinin Yaycı kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs İcra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunublar. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-inin 150.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərəçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirlir. Belə ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü ildə Qanuni nümayəndə məxsus olan qarajın qapısının açıq olduğunu görərək kiçik bayıra getmək üçün həmin qaraja daxil olmuş və qarajda zərərçəkmiş şəxs , əvvəlcədən tanıdığı,əqli cəhətdən xəstə-İ qrup əlil olan Zərərçəkmiş şəxs görmüş, onu yanına çağırıb qarajın küncündə qoyulmuş sandığın üzərində oturtmuş və cinsiyyət orqanını onun ağız boşluğuna salaraq zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkət etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş və onun qanuni nümayəndəsindən dəfələrlə etdiyi hərəkətə görə üzr istəməsi, lakin hansı hərəkəti etdiyini açıqlamaması onun zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkət etməsinə dəlalət edir. Təqsirləndirilən şəxs qarajla qızının həyətində olan ayaqyolunun arasındakı məsafənin 5-10 metr addımlıqda olduğunu bildiyini etiraf edərək, niyə məhz həmin ayaqyoluna yox, kiçik bayrı üçün qaraja girdiyini də əsaslandıra bilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək böyrəklərində problem olduğu üçün kiçik bayıra getmək istədiyini və zərərçəkmişin qardaşı Rizvanın qarajının qapısı qəbirstanlıq yoluna tərəf olduğundan qaraja sadəcə özünü saxlaya bilmədiyi üçün kiçik bayırını etməyə getdiyini, “Kiçik bayırını edərkən Zərərçəkmiş şəxs onu görüb,yaxınlaşaraq cinsiyyət orqanından yapışıb “ver bunu yeyim” – dediyini, İmrana bunun ayıb olduğunu bildirdiyini və cinsiyyət orqanını şalvarının içərisinə saldığını, həmin vaxt içəri Rizvanın daxil olduğunu və hər şeyi səhv başa düşdüyünü iddia etsə də, məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs evlərindən qaraja qədər olan məsafənin 400 metrə qədər olduğunu bildirsə də,digər şahid ifadələri ilə həmin məsafənin çox az- 100-120 metrə qədər olması öz təsdiqini tapır. Belə qısa məsafədə kiçik bayıra gedilməsi də inandırıcı deyildir. Digər tərəfdən təqsirləndirilən şəxs böyrək problemi olduğundan kiçik bayıra tez-tez getdiyini söyləsə də, onun böyrəkdə hər hansı bir çatışmazlığının olması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyil və o, məhkəmənin gedişində də böyrəklərində hər hansı bir çatışmazlığının olmasından şikayətçi olmamışdır. Həmçinin iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə hadisə günü İmranı qaraja vedrə dalınca göndərdiyini, İmran gec gəldiyindən onun arxasınca qaraja gedəndə İmranın qarajdakı sandığın üstündə oturduğunu, Bədəlin isə İmranın başından əli ilə tutaraq cinsiyyət orqanını onun ağzına verdiyini görmüş, bu zaman Bədələ hirslənərək onu söydüyünü bildirmişdir. Həmçinin o, Bədəlin qızını da həmin vaxt oraya çağırdığını, qızı da hadisəyə şahidlik etdiyini, Bədəlin həmin vaxt ona “ bağışlayın, bir də belə şey etməyəcəyəm” deyərək qızı ilə oradan uzaqlaşdığını,bu barədə Bədəlin oğluna məlumat verərək atalarını bu hərəkətlərindən çəkindirməyi xahiş etdiyini, sonradan Təqsirləndirilən şəxs evinə getsələr də Bədəlin evdən bayıra çıxmadığını, sadəcə etdiyi hərəkətə görə hamısından üzr istədiyini bildirmişdir. Həmçinin iş üzrə dindirilmiş Şahid7 Təqsirləndirilən şəxs İmranı divarın küncünə qısnadığını, İmrandan bu barədə soruşduqda “ çağırıb məni verirdi ağzıma” dediyini bildirmişdir. Həmçinin iş üzrə dindirilmiş Şahid1 da Təqsirləndirilən şəxs bir neçə dəfə qarajlarına girib-çıxdığını gördüyünü, lakin qadın olduğu üçün qaraja girmədiyini, Zərərçəkmiş şəxs qarşı əvvəllər də seksual xarakterli hərəkət etdiyindən dəfələrlə şübhələndiklərini, lakin utandıqlarından hadisə barədə kiməsə məlumat vermədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş öz doğma qızı Şahid3 hadisə günü atasının şalvarının dizindən bir qarış yuxarıda olduğunu, şalvarı yuxarı çəkib bağlamaq istədiyini öz gözləri ilə gördüyünü etiraf edərək atasının əxlaqsız hərəkətlər etdiyindən cəzalandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs daxil olduğu qarajda kiçik bayıra getdiyini söyləsə də, hadisə şahidləri həmin vaxt qarajda sidik olmadığını, ümumiyyətlə,yerdə nəm və ya yaş yerin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaq gedişində ibtidai istintaq zamanı ona qarşı zor tətbiq edildiyini bildirmiş,bununla bağlı məhkəmə tərəfindən müvafiq sorğu göndərilmiş və cavab alınmışdır. Həmin sorğuya verilmiş cavabdan aydın olur ki, Təqsirləndirilən şəxs qarşı heç bir təsir olunmamış, onun bu barədə hər hansı müraciəti qeydə alınmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual hərəkət etmədiyini söyləməsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 14 aprel 2025 ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, maddi sübutun olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış Məhkəmə-psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd disk (DVD) cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 14 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması, maddi sübutların olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış Məhkəmə-psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Təqsirləndirilən şəxs məxsus AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd disk (DVD) cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu
2. Kərimov Arzuyar Sadıq oğlu