Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-15/2025 07.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:10 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1990-ci ildə Naxçıvan şəhərində doğulmuş, subay, 1 azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 25 oktyabr 2024cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan 5,034 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib bir qismini istifadə etdikdən sonra malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edib təmiz çəkiləri 3,640 qram, 0,207 qram və 1,187 qram hissələrə ayırmaqla özünə məxsus pul qabına qoyub gizlədərək saxlamaqla daşımış, 25 oktyabr 2024-cü il tarixdə, saat 18:00 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, həmin vaxt onun üzərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək Gömrük postunun əməkdaşları tərəfindən şəxsi yoxlama aparılarkən 3 ədəd 3,640 qram, 0,207 qram və 1,187 qramdan ibarət bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 5,034 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 “Yeni Həyat” klinikasında həkim işlədiyini, onun işçisi olduğunu, İğdıra xəstələri müayinə etmək üçün 2 aydan bir getdiklərini söyləmişdir. Həkim Şahid3 ilə birlikdə xəstələri müayinə etmək məqsədi ilə Türkiyə Respublikasına getmiş, İğdırda 20-25 gün qalıb xəstələrini müayinə etmişlər. Keçmişdən tanıdığı bir nəfəri İğdırda görmüş, həmin adam ona –“Burada narkotik satan var “ – demiş, tanışının dediyi şəxslə əlaqə saxlamış, ona - ona - “Yer var ora qoyacıq pulu ora qoyub götürərsən”-demişlər. 23 oktyabr 2024-cü ildə İğdırda yerləşən “Leyləklər” parkına gedib 3 bükümdə olan psixotrop maddəni götürmüş, götürdüyü həmin maddəyə görə 470 manat pul ödəmiş, psixotrop maddənin növünü, miqdarını o danışmamış, lakin götürməmişdən əvvəl metamfetaminin təxminən 5 qram olduğunu bilmiş, əldə etdiyi psixotrop maddədən orada istifadə etməmişdir. Metamfetamini əldə edib sərhəddən keçirməyin hüquqa zidd əməl olduğunu bilmiş, lakin onu keçirmək üçün heç bir tədbir görməmiş, əldə etdiyi 3 büküm psixotrop maddəni pul qabına qoyub keçirməyi düşünmüşdür. İğdırdan aldığı narkotik vasitəni pul qabına qoyub Gömrükdən keçirə biləcəyini düşünmüş, lakin Gömrük məntəqəsindən keçən zaman gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Gömrük məntəqəsinə gəldikdən sonra veşlərini manitordan keçirtmiş, daha sonra özü yoxlanışdan keçəndə pul qabına baxış keçirəcəklərini demişlər. Pul qabına baxış zamanı 3 büküm psixotrop maddə aşkar edilmişdir. İğdıra getdikdə əvvəlcədən heç nə planlaşdırmamış, yoxlanış zamanı narkotik vasitəni Naxçıvanda kiməsə verməyi barəsində telefonunda da heç nə aşkarlanmamışdır. İğdırdan narkotik vasitəni 23 oktyabrda almış, 25 oktyabrda Gömrük məntəqəsindən keçən zaman tutulmuşdur. Psixotrop maddə onun mobil telefonundan alınsa da, türk vətəndaşının adını tam olaraq bilməmiş, səhv xatırlamırsa Həsən olmuş, 4-5 aydır ki, Həsənlə bu işləri görmüş, lakin Həsəni şəxsən heç tanımamışdır. Narkotik vasitəni satanı və ya gətirəni tanımadığını, həmin maddəni İğdırda ona tanışçılıqla təşkil etdiklərini söyləmişdir. 5 ay bundan əvvəl narkotik vasitə əldə edib istifadə etdiyini, daha öncədən istifadə etmədiyini söyləmişdir. Birinci dəfə “Leyləklər “in altına qoyulan narkotik vasitəni götürdüyünü, həmin narkotiki başqa adamın gətirdiyini, o narkotik vasitəyə görə borcu olduğunu, oktyabrda gedəndə əvvəlki borcuna görə “Leyləklər” parkı deyilən yerə 800 manat pul qoyduğunu söyləmişdir. Atası 2017-ci ildə rəhmətə getmiş, əri ilə boşanmış, daha sonra anası da ölmüş, bununla da problemləri başlamışdır. Əri ilə boşananda Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə uşağı ona verilmiş, himayəsində olan azyaşlı oğlu Elşən İsmayılovun hər iki valideyninin də yanında qaldığını bildirmiş və qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə uşağın onun himayəsinə verilməsinə baxmayaraq atası ilə əlaqəsini kəsməmişdir. Xarici pasportunu dəyişmədiyi üçün orada soyadı İsmayılova qalmış, boşanandan sonra şəxsiyyət vəsiqəsini dəyişdiyindən soyadı həmin sənəd də Tahirova olmuşdur. Gömrük əməkdaşlarına yoxlanış zamanı pasportunu verdiyi üçün cinayət işindəki sənədlərdə soyadı İsmayılova getmişdir. Məhkəməyə hal hazırda narkotik vasitə istifadə etmədiyini, heç bir asılılğının olmadığını, ondan istifadə etmədən də yaşaya biləcəyini, bundan sonra da qətiyyən narkotik istifadə etməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, həmin günü Sədərək Gömrük məntəqəsində ölkəyə giriş istiqamətində xidmətdə olmuş və sıra ilə vətəndaşlar gəlmişdir. Təqsirləndirilən şəxs sıra çatanda “metal detektor” dan keçmiş, üstünə baxış keçirən zaman fərqli hərəkətlər etməyə başlamış, sanki qrip olmuş kimi öskürüb asqırmışdır. Onun üzərinə tam baxış keçirilməsin deyə bu hərəkətlərlə onu diskindirməyə çalışmışdır. Onu yayındırmaq məqsədi ilə yoxlanışdan keçən zaman pul kisəsini yan tərəfə qoymuş, “metal detektor” dan keçdikdən sonra pul qabını cibinə qoymuşdur. Birdən-birə narahat olması, “Metal detektor”dan keçdikdən sonra əşyalarını gizli şəkildə götürüb keçirtməyə çalışması və digər hərəkətləri onda əsaslı şübhələr yaratmışdır. Türkanəni şəxsi yoxlanışa dəvət etmiş, yoxlanış zamanı iş yoldaşı Firəngizi çağırmış, Təqsirləndirilən şəxs razılığını alıb hüquqlarını ona bildirmişlər, həmin vaxt ona qarşı heç bir təsir olmamışdır. Daha sonra şəxsdən üzərində bəyan olunmayan və ya qadağan olunan hər hansı predmet olub-olmamasını soruşmuş, o isə - Üzərimdə qadağan olunan hər hansı predmet yoxdur. Bütün əşyalarımı elektron qaydada bəyan etmişəm.” – deyə cavab vermişdir. Videoçəkiliş vasitəsi ilə xanımın üzərində şəxsi yoxlanış keçirən zaman hər hansı bir şey çıxmamış, daha sonra əl yükünə baxmış, pul qabına baxış zamanı içərisindən 3 büküm tapmışdır. Həmin bükümlərin nə olduğunu soruşanda “nimesil” olduğunu bildirmişdir. Türkanə ona - “Mən həkiməm, onları qarışdırmışam ki, istifadə edəm”- demişdir. Daha sonra özü pul qabından çıxan 3 bükümün psixotrop maddə olduğunu etiraf etmişdir. Şəxsi yoxlanış zamanı Təqsirləndirilən şəxs razılığını alıb hüquqlarını ona bildirmişlər, həmin vaxt ona qarşı heç bir təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 25 oktyabr tarixində xidmətdə olmuş, həmin gün Türkiyə Respublikasından ölkəmizə giriş istiqamətindən xanım yaxınlaşmış, həmkarı Nigar Təqsirləndirilən şəxs şübhələnmiş, qadının şübhəli hərəkətlərinə görə şəxsi yoxlamaya cəlb etmiş, onu da kömək üçün çağırmışdır. Nigar otaqda xanımı şəxsi yoxlanışa alanda o da öz mobil telefonu ilə videogörüntü aparmışdır. Yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən 3 büküm çıxmış, həmin bükümləri açıb baxdıqdan sonra psixotrop maddəyə bənzər kristal formasında olan kütlə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs bükümlərdəki kütlənin nə olduğunu soruşduqda onlara –“Qripəm onu toz halına salıb gətirmişəm ki, suya qatım içim” – demiş, sonra yenidən eyni sualı verdikdə -“Mən həkiməm, bu dərmanı xəstələr üçün gətirmişəm.” – deyə söyləmiş, təqsirləndirilən şəxs hərdən bir bəhanə eləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən oktyabr ayının sonu Türkiyə Respublikasında olan xəstələrini müayinə üçün Türkanə ilə İğdıra getmiş, xəstəni müayinə etmiş, həmin müddətdə ev sahibinin evində qalmış, lakin xəstənin müalicəsinin onluq olmadığını görüb 3 gün qaldıqdan sonra Naxçıvana qayıtmışlar. Qaldıqları 3 gün üçün təxminən 200-300 manat pul vermişlər. Türkanənin İğdırda olduqları müddətdə harasa getməyini görməmiş, onlar 3 gün xəstənin yanında qalmış, bir yemək üçün çölə çıxmışlar. Naxçıvana qayıdan zaman mağazalara girib bazarlıq etmişlər. Nə gedən, nə də qayıdan zaman Türkanədə psixotrop maddə olduğunu hiss etməmiş və ya görməmiş, Türkanə də psixotrop maddə olduğu ona gömrükdə bəlli olmuş, təqsirləndirilən şəxsin üzərindən aşkarlanan psixotorop maddədən məlumatı olmamışdır. Türkiyə Respublikasına iki dəfə getdiklərini, birinci dəfə gedəndə 10 gün, ikinci dəfə gedəndə isə 3 gün qalmışlar. O, hal-hazırda “X16” mərkəzində işlədiyini, bel və boyun fıtığını müalicə etdiyini, bel ağrılarına baxdığı üçün tibbi avadanlıqları özü ilə aparmağa ehtiyac olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs klinikanın rəsmi işçisi olmamış, xəstəsi olanda Türkanəni gəlib xəstələri masaj etməyi üçün çağırmış, masajı yaxşı bildiyi üçün Türkiyə Respublikasına gedəndə onu da özüylə aparmış, lakin onun pulunu xəstələr vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2024-cü il tarixli, 1299 nömrəli məhkəmə- kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki üzəri şəffaf bantla sarılmış 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -3,640 qram; - 0,207 qram, - 1,187 qram olmaqla ümumi təmiz çəkisi – 5,034 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir.(İ Siyahı, İİ bənd, sıra № 27) Naxçıvan Muxtar Respublikası X1: - 23 noyabr 2024-cü il tarixli, 493 saylı ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, təqsirləndirilən şəxs X3 “metamfetamin” narkomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Dispanser qeydiyyata alınması məsləhətdir. - 23 noyabr 2024-cü il tarixli, 494 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs X3 hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır. Təqsirləndirilən şəxs X7 cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. - 29 oktyabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, X4 pul qabından aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5, 034 qram psixotrop maddə metamfetamin və həmin metamfetaminin gizlədildiyi boz rəngli pul qabı cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınıb və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 4,974 qram metamfetamin və boz rəngli pul qabı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılır. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 25 oktyabr 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı şəxsin üzərində olan boz rəngli pul qabının içərisindən sellofana bükülmüş halda 3 bükümdə, 1-ci bükümün qablaşdırma ilə birlikdə çəkisi 5,1 qram, 2-ci bükümün qablaşdırma ilə birlikdə çəkisi 2,1 qram və 3-cü bükümün qablaşdırma ilə birlikdə çəkisi isə 1,7 qram olan ağ rəngli, duz kristalı halında psixotrop maddəyə bənzər kütlələr aşkar edildi. Şəxsi yoxlama zamanı X4 üzərindən 1 ədəd Galaxy A10” markalı İMEİ1: **********17335/01; İMEİ2: **********17333/01 nömrəli mobil telefon, 1 ədəd “Xiaomi Hyper OS” markalı İMEİ1:**********45745; İMEİ2: **********45752 mobil telefon, 1 ədəd boz rəngli pul qabı və vətəndaşa məxsus C02969336 nömrəli pasport götürülmüşdür. - 14 yanvar 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 məxsus 1 ədəd “Galaxy A10” markalı İMEİ1: **********17335/01; İMEİ2: **********17333/01 nömrəli mobil telefona, 1 ədəd “Xiaomi Hyper OS” markalı İMEİ1:**********45745; İMEİ2: **********45752 mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. - 14 yanvar 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, DVD-də qeydə alınmış video-görüntü 5 dəqiqə 20 saniyə olması müəyyən edildi və məlum oldu ki, gömrük yoxlaması video çəkilişlə X6 gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən X6 üzərində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. X7 üzərində bəyan ediləcək əşya olmadığını bildirir. Sonra gömrük əməkdaşı tərəfindən X4 üzərində şəxsi yoxlama aparılmağa başlanılır. Yoxlama zamanı üzərində olan boz rəngli pul qabının içərisindən sellofana bükülmüş halda psixotrop maddəyə bənzər kütlələr aşkarlanır, aşkar olunmuş bükümlər sonrasında tərəzidə çəkilir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində keçirilmiş şəxsi yoxlama onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı üzərindən aşkar olunmuş maddələr ekspert rəyində göstərilmiş maddələrdir ki, həmin maddələr onun özünə məxsus olub, öz istifadəsi üçün daşımışdır. - 22 yanvar 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnamələrdən görünür ki, əvvəllər məhkum olunmamışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil İstismar idarəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. - 16 dekabr 2019-cu il tarixli, 2 (078)-856/2019 nömrəli Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, 24 yanvar 2012-ci il təvəllüdlü X10 anası Təqsirləndirilən şəxs yanında saxlanılmışdır. - Təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi 03 aprel 2025-ci il tarixli, 3-28-34-4/2 -926/2025 nömrəli məktubdan məlum olur ki, 03 aprel 2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 narko-test üsulu müayinə nəticəsində ünvan 2 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsindən THC (-), COC (-), AMP (-), MET(-), MTD(-), OPİ(-), TML(-), PCP(-), BAR (-), BZO (-), TCA (-) aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 26 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, həmin tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-1-ci maddələri ilə yenidən ittiham edilmişdir. Cinayət işində olan şəxsi yoxlanış aparılması ilə bağlı olan 01(bir) ədəd DVD tədqiq edildi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmuş, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahidlər Şahid2 və Şahid1 ifadələri ilə, maddi sübutlarla, 26 oktyabr 2024-cü il tarixli, 1299 nömrəli ekspert rəyi ilə, video görüntülərlə, digər mötəbər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs xəstələri müalicə etmək üçün Türkiyə Respublikasına getmiş, türk vətəndaşla əlaqə saxlayıb “Leyləklər” parkından 3 ədəd bükümdə olan metamfetamini götürmüş, həmin 3 bükümdə olan psixotrop maddəni boz rəngli pul qabına yerləşdirib gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahidlər Şahid2 və Şahid1 ifadələri ilə, maddi sübutlarla, 26 oktyabr 2024-cü il tarixli, 1299 nömrəli ekspert rəyi ilə, video görüntülərlə, digər mötəbər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs İğdırda türk vətəndaşla əlaqə qurub “Leyləklər” parkından 3 ədəd bükümdə ayrı - ayrılıqda təmiz çəkiləri 3,640 qram; - 0,207 qram; -1,187 qram olmaqla ümumi təmiz çəkisi - 5, 034 qram olan psixotrop maddə olan metamfetamini götürməsi, götürdüyü həmin maddəyə görə 470 manat pul ödəməsi, götürməmişdən əvvəl metamfetaminin təxminən 5 qram olduğunu bilməsi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkibini yaradır. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdardaəldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində olan pul qabından aşkar olunan ümumi təmiz çəkisi 5,034 qram psixotrop maddə metamfetamin külli miqdar kimi qiymətləndirilir. Belə ki, Təqsirləndirilən şəxs xəstələri müalicə etmək üçün Şahid3lə birlikdə Türkiyə Respublikasına getmiş, 23 oktyabr 2024-cü ildə Həsən adlı şəxslə telefon vasitəsi ilə əlaqə qurmuş, onun tapşırığına əsasən ”Leyləklər” parkından 3 ədəd bükümdə olan metamfetini götürmüş, orada olduğu müddətdə həmin psixotrop maddədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs 3 bükümdə götürdüyü metamfetaminin təxminən 5 qram olduğunu bilmişdir. 25 oktyabr 2024-cü ildə 3 bükümdə olan psixotrop maddəni boz rəngli pul qabına qoymuş, gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Təqsirləndirilən şəxs birdən-birə narahat olması, “Metal detektor”dan keçdikdən sonra əşyalarını gizli şəkildə götürüb keçirtməyə çalışması və digər hərəkətləri gömrük əməkdaşı Şahid1 əsaslı şübhələr yaratmışdır. Gömrük əməkdaşları Şahid1 və Şahid2 şəxsi yoxlanış zamanı Təqsirləndirilən şəxs pul qabından metamfetamin psixotrop maddəsini aşkar etmişlər. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, barəsində verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. 26 oktyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqda məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, subay olduğundan ailədə yeganə qazanc gətirən şəxs olmasını və bu səbəbdən də uşağına təkbaşına baxdığını, uşağın yaşı nəzərə alınmaqla xüsusi qayğıya ehtiyaclarının olmasını, ələlxüsus Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkəcəyi halda uşağın ana qayğısından və ana himayəsindən məhrum olacağını, bunun uşağın tərbiyəsinə və psixoloji vəziyyətlərinə ciddi şəkildə təsir edəcəyini məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməli və məhkəmə tərəfindən ona təyin ediləcək cəza qanunla müəyyən edilən müddətək təxirə salınmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını əsas tutmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağı var. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində 14 (on dörd) yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CMnin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi - təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Cinayət hüququnda humanizm prinsipi ən fundamental prinsiplərdən birini təşkil edir. Belə ki, humanizm prinsipi - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya 14 (on dörd) yaşına qədər uşağı olan qadınların, habelə 14 (on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət Məcəlləsi cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: 1) bu institut ancaq hamilə qadınlara, on dörd yaşına qədər uşağı olan qadınlara və on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir, 2) şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir, 3) şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Cəzanın təxirə salınması məsələsi həll edilərkən yuxarıda göstərilən hallar məcmu halda nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Məhkəmə göstərilən hüquqi məsələləri məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması qanunvericiliyinin bütün tələblərinə cavab verir və ona görə də cəzanın çəkilməsinin təxirə salınması məqsədəmüvafiq hesab olunmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 14 (on dörd) yaşına çatmayan 1 (bir) azyaşlı uşağı olduğundan ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzanın çəkilməsi uşağı 14 (on dörd) yaşına çatanadək təxirə salınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməli və onun davranışına nəzarəti həyata keçirmək Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərin davamı olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanı çəkməsi onun himayəsində olan 14 (on dörd) yaşı tamam olmamış azyaşlı uşağı X9 ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın uşağı 14 (on dörd) yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 39-cu bəndində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Cinayət prosesinin məhkəməyədək icraat mərhələsində isə müvafiq əsaslar olduğu halda, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, eləcə də güclü təsir edən maddələrin məhkəmə qərarı əsasında məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi CPM-in 131-1-ci maddəsinə və Lİİ fəslinin müvafiq normalarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 4,974 qram metamfetamin psixotrop maddəsi məhv edilməlidir və metamfetamini gizlətdiyi boz rəngli pul qabı isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Galaxy A10” markalı və 01 ədəd “Xiaomi Hyper OS” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus C02969336 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 02 (iki) ədəd DVD və 01 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci maddələri ilə təyin edilmiş cəzalar həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq hazırki hökmlə ona təyin edilən 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası himayəsində olan X10 (xx.xx.2012-ci il təvəllüdlü) 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Hökmün icrasına nəzarətin həyata keçirilməsi Naxçıvan Şəhər İcra və Probasiya bölməsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 4,974 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - metamfetamini gizlətdiyi boz rəngli pul qabı isə Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Galaxy A10” markalı və 01 ədəd “Xiaomi Hyper OS” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus C02969336 nömrəli pasport cəzanı icra edən orqana göndərilsin. Cinayət işi üzrə 02 (iki) ədəd DVD və 01 (bir) ədəd CD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Faiq Heydərov