Məhkəmə qərarları › İş №1(109)-16/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-16/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-16/2025 30.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 15:30 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri Naxçıvan Şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, tərcüməçi X6 iştirakları ilə Zərərçəkmiş şəxs iştirakı olmadan xx xxxx 1992-ci ildə İran İslam Respublikasının Xoy şəhərində doğulmuş, subay, İran İslam Respublikasının vətəndaşı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Stomatologiya” ixtisası üzrə 2-ci kurs tələbəsi, deməsinə görə ali təhsilli, məhkum olunmamış, Naxçıvan Dövlət Universitetinin Tələbə evində müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 və 28, 277-ci maddələri ilə 15 aprel 1993-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuş, subay, İran İslam Respublikasının vətəndaşı, Naxçıvan Dövlət Universitetinin 5-ci kurs tələbəsi, deməsinə görə ali təhsilli, məhkum olunmamış, Naxçıvan şəhəri, 21-ci məhəllə, döngə 5, ev 2B-də müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 276 və 28, 277-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, İran İslam Respublikasının xüsusi xidmət orqanları olan X27 Mühafizəçiləri Korpusunun (SEPAH) və İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən 2022-ci ildə İran İslam Respublikası ərazisində məxfi əməkdaşlığa cəlb edilərək, konfidensial davranması ilə bağlı müvafiq təlimat aldıqdan sonra Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhlükəsizlik, hüquq mühafizə və strateji əhəmiyyətli digər dövlət orqanları, dövlət sirri hesab edilən silahlı qüvvələrin və təhlükəsizlik orqanlarının şəxsi heyəti, vəzifəli şəxsləri və fəaliyyətləri haqqında, onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetinin rəhbər şəxsləri və təhsil alan tələbələri barədə mümkün məlumatların toplanması və qeyd olunan qurumların yerləşdiyi inzibati binaların, Naxçıvan Muxtar Respublikası ərazisində, habelə Azərbaycanın şimal bölgəsində dislokasiya olunmuş hərbi hissələrin, mövcud hərbi texnikaların, silah-sursatların fotoşəkillərinin əldə edilərək verilməsi barədə aldığı tapşırıqların icrası istiqamətində 2022- 2024-cü illər ərzində tamah niyyəti ilə gizli fəaliyyət göstərib Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün mobil telefonu vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisində dövlət orqanlarının, hərbi hissələrin çəkdiyi müvafiq fotoşəkillərini İran İslam Respublikasının Xoy şəhərində həmin ölkənin xüsusi xidmət orqanları olan “SEPAH”ın əməkdaşı Sadeghi Zülfüqara verməklə, həmçinin “ETTELAAT”ın nümayəndəsi X3 vermək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhlükəsizlik, hüquq mühafizə və strateji əhəmiyyətli digər dövlət orqanları, dövlət sirri hesab edilən silahlı qüvvələrin və təhlükəsizlik orqanlarının şəxsi heyəti, vəzifəli şəxsləri və fəaliyyətləri haqqında, Naxçıvan Dövlət Universitetinin rəhbər şəxsləri və təhsil alan tələbələrə dair məlumatlar toplayıb bu barədə şifrəli mətnlər tərtib etməklə, habelə “ETTELAAT” nümayəndələrinin tapşırığı əsasında Universitetin bir sıra tələbələri barədə topladığı məlumatları İran İslam Respublikasının Culfa gömrük nəzarət postunda yerləşən “X16”də (Prezident təşkilatı) “ETTELAAT”ın nümayəndələrinə ötürmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında casusluq fəaliyyətini həyata keçirən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə 2024-cü ilin may ayında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində görüşüb sonuncuya təqdim etməklə qəsdən cəsusluq etmiş, habelə Naxçıvan Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru vəzifəsində işləyən ictimai xadim Zərərçəkmiş şəxs xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə cinayətin gələcəkdə reallaşdırılmasına kömək edəcək zəruri şəraitin yaradılmasına yönələn hərəkətlərlə 2023-2024-cü illər ərzində sonuncunun Universitetdəki ictimai fəaliyyəti, ailə üzvləri, yaxın münasibəti olduğu şəxslər və hərəkət marşrutu barədə mühüm məlumatlar toplayıb, cinayətin əlverişli yer olaraq Naxçıvan şəhərində fəaliyyət göstərən “Şərq süfrəsi” restoranında yeməyinə zəhərli maddə qatmaqla törədilməsinin mümkünlüyü qənaətinə gələrək həmin vasitə ilə onun həyatına sui-qəsd edilməsini (terror aktı) planlaşdırıb bu barədə xarici xüsusi xidmət orqanı nümayəndələrinə məlumat hazırlamaqla qəsdən cinayətə hazırlıq hərəkətləri etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks tədbirlərlə saxlanıldığından cinayəti iradəsindən asılı olmayaraq başa çatdıra bilməmişdir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən 2019-cu ildə İran İslam Respublikasının Təbriz şəhərində məxfi əməkdaşlığa cəlb edilərək, konfidensial davranması ilə bağlı müvafiq təlimat aldıqdan sonra Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün həmin xüsusi xidmət orqanına vermək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında ictimaisiyasi vəziyyət, dövlət və digər qurumların İran İslam Respublikası vətəndaşlarına olan münasibəti, dövlət sirri hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən əməkdaşları haqqında, həmçinin onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr barədə mümkün kəşfiyyat məlumatlarının toplanması, habelə münasib tələbələrin İran İslam Respublikası ərazisinə göndərilərək xarici xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi barədə aldığı tapşırıqların icrası istiqamətində 2019-2024-cü illər ərzində tamah niyyəti ilə gizli fəaliyyət göstərib Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün İran İslam Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında casusluq fəaliyyətini həyata keçirən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində görüşüb müvafiq qeydiyyat aparmaqla Universitetin bir sıra tələbələri barədə məlumatları qəbul edib toplayaraq 2024-cü ilin iyun ayında İran İslam Respublikasının Culfa gömrük nəzarət postunda yerləşən “X16”də (Prezident təşkilatı) “ETTELAAT”ın nümayəndələrinə vermiş, habelə həmin xarici xüsusi xidmət orqanına vermək məqsədi ilə dövlət sirri hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən hərbi qulluqçulara dair məlumatlar toplayıb bu barədə şifrəli mətnlər tərtib etməklə qəsdən casusluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 10-12 yaşlarında cinsi zorakılığa məruz qalmış, bununla bağlı cinayət işi başlanmışdır. Buna görə də İranda olarkən ali təhsil və magistratura təhsili almasına baxmayaraq işləmək üçün heç kim ona iş verməmişdir. 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almağa başlamışdır. Həmin ərəfədə Naxçıvan Dövlət Universitetindən alacağı diplomun gələcəkdə təsdiqlənməsini xahiş etmək üçün onunla oxuyan iranlı tələbələrlə birlikdə Naxçıvan şəhərində yerləşən İran İslam Respublikasının Konsulluğuna getmiş və orada Konsulluğun əməkdaşı Bəyat adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Bəyat ona Təbrizdə olarkən iştirak etdiyi mitinqdən şəkilləri, həmçinin 10-12 yaşlarında başına gələn hadisəylə bağlı videoları göstərib ondan Naxçıvan şəhərindəki obyektlərin, stratejik əhəmiyyətli yerlərin şəkillərini çəkməsini, həmçinin NDU-də təhsil alan iranlı tələbələrin kimlərlə görüşməsi, hansı yerlərə getməsi, yüngül həyat tərzi sürən iranlı tələbə qızların barəsində məlumatlar toplamasını istəmiş, tapşırıqlarını icra etməyəcəyi təqdirdə əlində olan videoları, şəkilləri yaymaqla, ailəsini öldürməklə, təhdid etmişdir. O, videolarının yayılmasından qorxaraq ona verilən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, elə 2021-ci ildə özünəməxsus “Samsung Note 10+” markalı mobil telefonu ilə Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin və Naxçıvan MR Prokurorluğunun şəkillərini çəkmişdir. Lakin universitetdəki tələbələr və yüngül həyat tərzi sürən iranlı tələbə qızlar barədə heç kimə məlumat verməmişdir. Bəyat adlı şəxs onu dəfələrlə konsulluğa dəvət etmiş, izləməyə başlamış, o isə Bəyatın təzyiqlərindən təngə gəldiyi üçün Kanadaya qaçmaq istəmişdir. Təqsirləndirilən şəxs1 məcbur qaldığı üçün yalnız Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin və Naxçıvan MR Prokurorluğunun şəkillərini çəkdiyini, lakin heç kəsə göndərmədiyini, aparıb kiməsə təqdim etmədiyini, özündə saxladığını, şəkilləri Bəyat soruşarkən “bəli çəkmişəm” deyə bilmək üçün çəkdiyini bildirmişdir. Sonra həmin şəkilləri silsə də, DTX əməkdaşları tərəfindən şəkillər geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təhsil aldığı müddətdə həmişə Şahid4la birlikdə yemək yemişdir. Onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Azərin Xaçmaz rayonundan olduğunu bilmişdır. Ona heçnə təklif etməmiş, tapşırıq verməmiş və ondan heçnə soruşmamışdır. Zülfüqar Sadeghi isə onun dostunun atasıdır. Onun nə işlə məşğul olması barədə dəqiq bilməmiş, Coğrafiya müəllimi işlədiyini bilmişdir. 2016-cı ildə İran Kürdüstanı ilə bağlı söhbət etmək üçün dostu ilə birlikdə onun yanına getmiş, şəkil çəkdirmiş, 2016-cı ildən sonra onunla görüşməmişdir. Zülfüqar Sadeghinin əslən Naxçıvanlı olması barədə bilməmiş, Zülfüqar adlı şəxs ondan Naxçıvanla bağlı şəkil çəkməsini istəməmişdir.Şahid2 universitetin yaxınlığındakı ərzaq dükanını işlədən şəxs kimi tanıyır. Onunla arasında hər hansı düşmənçilik və ədavət yoxdur. Ondan hərbi hissənin əməkdaşları barədə heçnə soruşmamışdır. Ona sadəcə satdığı ərzaqların qiymətlərinin baha olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Naxçıvan şəhərinə gəldiyi ildə Ordubad rayonuna gəzməyə getdikləri vaxtdan tanımışdır. Onunla aralarında bir dəfə universitetdəki iclasda dediyi şeirlə bağlı narahatçılıq olmuşdur. Zərərçəkmiş şəxs əvvəl hara işlədiyi barədə bilməmişdir. Zərərçəkmiş şəxs onu izləməsi halı olmamış, o da Zərərçəkmiş şəxs haqqında maraqlanmamış, onun barəsində telefonunda heç bir yazışma olmamışdır. Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 tanımadığını, Təqsirləndirilən şəxs2 tərəfindən ona heç bir təklif olunmadığını, onu sadəcə universitetdə gördüyünü də qeyd etmişdir. Təqsirləndirilən şəxs1 ona verilən digər suallara cavab olaraq bildirmişdir ki, Naxçıvan şəhərinə ilk dəfə 2021-ci ildə gəlmiş, təhsil aldığı müddətdə İrana valideynlərini görmək üçün getmişdir. Orada olarkən ondan heç kim, heç nə soruşmamış, heç kimlə görüşməmiş, “SEPAH” yaxud “ETTELAAT” nümayəndələri ilə görüşüb əməkdaşlıq etməmişdir. İrandakı mitinqlərdə iştirak etdiyi üçün 3-4 nəfər “SEPAH” və “ETTELAAT” nümayəndələri tərəfindən tutulmuş, ondan birdə bu cür işlərdə iştirak etməməsi ilə bağlı imza alınmışdır. Onu bu əməli törətməyə məcbur edən Bəyat adlı şəxslə yalnız konsulluqda görüşmüş, onun telefonuna link göndərilməmişdir. Meysam eləcə də digər iranlı tələbələr dəvət aldıqları halda sərbəst şəkildə Konsulluğu girib çıxa bilmişlər. Bəyatla bir dəfə təsadüfən Naxçıvan şəhərində yerləşən “Banu” marketin qarşısında görüşmüş, tək olmadığı üçün aralarında danışıq olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində son olaraq qeyd etmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 276-cı maddəsi ilə qismən təqsirli bilir. İstintaq vaxtı qorxduğu üçün yanlış ifadə vermişdir. Dindirilmə zamanı əvvəlcə yanında müdafiəçisi olmamış, sonuncu dəfə müdafiəçisinin iştirakı ilə dindirilmişdir. Ona təzyiq göstərilməsi barədə müdafiəçisinə söyləsə də o heç bir tədbir görməmişdir. Ona təqdim olunan sənədləri “imzala” deyildiyi üçün imzalamışdır. Lakin Azərbaycan Respublikası Cinayət Məcəllənin 28 və 277-ci maddələri ilə verilən ittihamı qəbul etmir. Onun Zərərçəkmiş şəxsla heçbir ədavəti və düşmənçiliyi olmayıb və ondan pislik görməyib. O, psixoloji problemlərinin olduğunu və törətdiyi əməldən çox peşman olduğunu da qeyd etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə prosesinin cinayət işi üzrə zəruri sənədlərin elan olunması mərhələsindən sonra təqsirini boynuna alaraq bildirmişdir ki, 2016-cı ildə dayısı ilə birlikdə “Poşte Bərdari” (İnqilabın arxasında) adlı kitab yazmışdır. Həmin kitaba görə dayısı və dayısının oğlu İran Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən öldürülmüşdür. Bundan sonra həmin kitabı Əhməd Obalı adlı şəxsə vermiş və nəticədə onun oğlu da öldürülmüşdür. Kitabdakı İranda olan mitinq barədəki məlumatları eləcə də digər önəmli məlumatlar Meysəm Xamneyidən almışdır. Həmin kitabı Rafiq Ayətullah adlı şəxsin vasitəçiliyi ilə Amerikada çap etdirdikdən sonra İran Müdafiə Nazirliyinin əməkdaşları onun ailəsinə qarşı zorakılıq etməyə başlamış, anasının belini qırmış, bacısının burnunun qırıb maşında şəkillərini çəkmişlər. Daha sonra Müdafiə naziri Əli Şəmxani onu Naxçıvanda təhsil almaq adı ilə təhsil haqqını və digər maddi ehtiyaclarını ödəyərək Naxçıvana göndərmişdir. Ondan Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhlükəsizlik, hüquq mühafizə və strateji əhəmiyyətli digər dövlət orqanları, dövlət sirri hesab edilən silahlı qüvvələrin və təhlükəsizlik orqanlarının şəxsi heyəti, vəzifəli şəxsləri və fəaliyyətləri haqqında, onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetinin rəhbər şəxsləri və təhsil alan tələbələri barədə mümkün məlumatların toplanması və qeyd olunan qurumların yerləşdiyi inzibati binaların, Naxçıvan Muxtar Respublikası ərazisində, habelə Azərbaycanın şimal bölgəsində dislokasiya olunmuş hərbi hissələrin, mövcud hərbi texnikaların, silah-sursatların fotoşəkillərinin əldə edilərək verilməsi tələb olunmuş, o isə verilən tapşırıqları yerinə yetirmişdir. Meysam Zərərçəkmiş şəxs qarşı sui-qəsd planlanması barədə isə onu zəhərləyərək öldürmək barədə plan qurmadığını zəhərləmək dedikdə pul verməyi nəzərdə tutduğunu, bu sözdən parol kimi istifadə etdiklərini qeyd etmişdir. Özünü Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə tam təqsirli bildiyini və çox peşman olduğunu söyləmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Naxçıvan şəhərinə gələrək Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin stomatologiya ixtisası üzrə hazırlığa yazılmış və təhsil almağa başlamışdır. 1 illik hazırlıq müddəti bitdikdən sonra İran İslam Respublikasının Təbriz şəhərinə qayıtmışdır. Orada olarkən ev telefonlarına zəng edərək onu söhbət etmək üçün “Təbriz” Universitetinin beynəlxalq əlaqələr şöbəsinə dəvət etmişlər. O, sözügedən yerə getmiş və “ETTELAAT” təşkilatının nümayəndələri olan Paşa və Reza adlı şəxslərlə görüşmüşdür. Onlar ona hansı qızlarla görüşməsi, hansı yerlərə getməsi, universitetdə nə işlərlə məşğul olması, içki içməsi barədə faktlarla danışmış və “sən bizim oradakı nümayəndəmiz ol, Təbrizdə təhsil almaq istəyən olsa sən Təbrizə yönləndirərsən”. deyərək əməkdaşlıq təklif etmişlər. Ona içki içərkən çəkilmiş şəkillərini göstərib şantaj etmiş, Alı içki içmək İranda məsuliyyətə səbəb olduğu üçün qorxmuş və şifahi şəkildə əməkdaşlıq etməyi qəbul etmişdir. Təqsirləndirilən şəxs2 həmin nümayəndələri daha əvvəl tanımadığını, əl çəkmələri üçün əməkdaşlıq etməyi qəbul etsə də verdikləri tapşırığı yerinə yetirmədiyini, bir nəfəri belə Təbrizda təhsil almaq üçün yönləndirmədiyini qeyd etmişdir. Növbəti dəfə Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra İranda olarkən “ETTELAAT” nümayəndəsi onunla görüşmək istədiyini deyib maşına çağırmış, o özü və ailəsini incitməklərindən çəkindiyi üçün onunla görüşmüşdür. Nümayəndə ondan Naxçıvan şəhərində iranlı vətəndaşlara qarşı olan münasibət barədə soruşmuş, o isə yaxşı münasibət göstərildiyini demişdir. Bundan əlavə ona ara-sıra zəng edərək görüşmək təklif edilmişdir. Təqsirləndirilən şəxs2 yalnız ona yox bütün iranlı tələbələrə əməkdaşlıq təklif etdiklərini, həmçinin məcburi olaraq Culfa gömrük postunda yerləşən “X17”-ə getdiyini, orada “Naxçıvanda harda yaşayırsan?, nə oxuyursan?, nə edirsən?, atan harada işləyir?, nə iş görür?” kimi suallar olan formu doldurduğunu, bu barədə ətrafında olan iranlı tələbələrdən soruşduqda onların “hamımız o, forumu doldurmuşuq” deyə cavab verdiklərini bildirmişdir. 29 iyul 2024-cü il tarixdə Naxçıvandan İrana geri qayıdarkən Culfada İran sərhədinə təxminən 10-20 metr qala saxlanılmış və çantasından üzərində farsca yazılar olan, özünün də nə yazıldığını anlamadığı A4 kağızları aşkar edilmişdir. O, Naxçıvana həm tədris müddətində kəsrləri olduğu üçün həm də müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini yeniləmək üçün qayıtmışdır. 1 günlük gəldiyi üçün özü ilə çanta götürmək istəməmiş, lakin Təqsirləndirilən şəxs1 ilə ortaq dostları olan Şahid10 ondan İrandan gələrkən balıq konservası, xurma, düyü kimi ərzaqlar almasını xahiş etdiyi üçün çanta götürmüşdür. Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini yeniləmək üçün klinikaya qan verməyə gedərkən həmin çantanı Fəridgilin evinə qoymuş, onunla birlikdə universitete gedib oradakı işlərini həll etmiş, daha sonra bir qədər pivəxanada oturmuş və taksiylə gedib Fəridgildən çantasını götürmüşlər. Həmin vaxt çantanın içərisinə baxmamışdır. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Təbriz şəhərindən 90 kilometr aralıda azərbaycanlıların yaşadığı yerdəki “Azad” universitetində oxuyarkən həmin universitetdə görmüş, sonra NDU-da gördükdə üzdən tanısa da heç bir münasibətləri olmamış, onunla ümumiyyətlə görüşməmiş, telefon nömrəsini də bilməmişdir. İstintaq zamanı təzyiqlərə məruz qaldığından təqdim olunan sənədləri imzalamış, həmin vaxt yanında vəkili olmamış, son vaxtlarda vəkili gəldikdə ona vəsatət qaldırmasını desə də vəkil onun dediklərini nəzərə almamışdır. O, son olaraq ona qarşı irəli sürülən ittihamda adları qeyd olunmuş qız tələbələrin heç birini tanımadığını, çantasından aşkar olunan kağızlarda barmaq izinin olmadığını, farsca yazılan yazıları özünün də anlamadığını, ona məxsus çantadan aşkar olunduğu üçün məcbur qəbul etdiyini qeyd etmişdir. Həmçinin “ETTELAAT” nümayəndələrinin əməkdaşlıq təklifini qəbul etdiyi, onlarla görüşdüyü, telefonda danışdığı üçün səhv etdiyini, məsuliyyətini anlamadığını bildirmiş və Azərbaycan xalqından üzr istədiyini demişdir. Zərərçəkmiş şəxs Yavəz oğlu 28 fevral 2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə 1(109)-16/2025 nömrəli cinayət işi üzrə ona təqdim olunmuş 07 fevral 2025-ci il tarixli ittiham aktının surəti ilə tanış olduğunu, həmin ittiham aktı ilə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamları qanuni hesab etdiyini, onların müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunmalarını və cəzalanmalarını tələb etdiyini bildirmişdir. Həmçinin həmin iş üzrə təqsirləndirilən və ya təqsirləndirilənlərin ona qarşı olan plan və niyyətlərindən, cinayət tərkibli əməllərindən xəbərinin olmadığını, habelə çalışdığı sahədə işlərinin çoxluğunu nəzərə alaraq iş üzrə yekun məhkəmə hökmü çıxarılanadək proseslərin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə baxışı zamanı özünü narahat hiss etdiyi üçün ifadə verə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadənin elan olunmasını xahiş etmişdir. Şahid9 istintaq dövründəki ifadəsində göstərmişdir ki, o, 29 iyul 2024-cü il tarixdə, saat təxminən 20 radələrində Naxçıvan MR Culfa rayonu ərazisində, gömrük postunun yaxınlığında olarkən 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş və yaxınlıqda olan bir nəfərin üzərinə keçiriləcək baxış zamanı hal şahidi qismində iştirak etməyi təklif etmişdir. O, etiraz etmədən həmin DTX əməkdaşı ilə birlikdə yaxınlıqda olan məhəlləyə gəlmiş və ondan başqa DTX əməkdaşları baxış prossesində hal şahidi qismində iştirak etmək üçün digər bir nəfər şəxsi də oraya dəvət etmişlər. Bir qədər gözlədikdən sonra 1 nəfər hündür boylu, arıq bədən quruluşlu, təxminən 29-32 yaşlarında kişi cinsli şəxs olduqları ərazinin yaxınlığında taksidən düşmüşdür. Həmin şəxsin çiynində qara rəngli bel çantası var idi. Bu zaman DTX əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, daha sonra həmin şəxsin üzərinə axtarış keçiriləcəyi bildirilmiş və bunun üçün sonuncu DTX-nin Naxçıvan MR üzrə baş idarəsinin inzibati binasına dəvət olunmuşdur. Həmin şəxs etiraz etməyərək könüllü şəkildə üzərinə axtarış aparılmasına razılıq vermişdir. Onlar DTX əməkdaşlarının avtomobilləri ilə DTX-nin Naxçıvan MR üzrə baş idarəsinin inzibati binasına gəlmiş və orada olarkən saxlanılan şəxsin adının Əli olmasını bilmişdir. Həmin şəxsi tanımamış və hər hansı bir münasibəti olmamışdır. İnzibati binanın 18 saylı otağında həmin şəxsin üzərinə axtarış aparılmağa başlanmış və baxış zamanı Əlinin əynində olan qara rəngli cins materiallı şalvarın sağ yan cibindən 127 manat nağd pulun, sol yan cibindən isə “Redmi 9A” markalı mobil telefonun olması müəyyən edilmişdir. Daha sonra həmin şəxsə məxsus qara rəngli bel çantasına baxış keçirilmiş və çantanın daxilinə baxıldıqda oradan üzərində fars dilində yazılar olan göy rəngli qovluq aşkar edilmişdir. Qovluğun içərisində isə kompüter vasitəsilə fars dilində yazılaraq çap edilmiş 02 ədəd A4 formatlı vərəq var idi. Çantanın digər hissəsindən isə Əliyə məxsus pasport, müvəqqəti yamaq üçün icazə vəsiqəsi, “Asan Xidmət” Mərkəzindən alınmış sənədlər və geyim əşyaları aşkar edilmişdir. Daha sonra aşkar edilmiş həmin əşya və sənədlər DTX əməkdaşı tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Axtarış başa çatdıqdan sonra nəticəsinə dair müvafiq protokol tərtib edilmiş, daha sonra protokol ucadan oxunmuş, o, digər hal şahidi və tərcüməçi qismində iştirak edən şəxs, eləcə də baxış iştirakçısı Əli protokolla tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 24 iyun 2024-cü ildə növbədə olarkən DTX-nin əməkdaşları ona yaxınlaşaraq 204 nömrəli otağa baxış keçirmək istədiklərini bildirmiş və ondan baxış zamanı hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilərkən kompüter, 3-4 ədəd fləş-kart, telefon, Varzkarıya məxsus çamadanından isə üzərində farsca yazılar həmçinin bina, dövlət qeydiyyat nişanlı avtomobil və bəzi rütbəli insanların fotoşəkilləri olan A4 kağızlarının aşkar olunduğunu görmüşdür. Baxış keçirilən otaq Təqsirləndirilən şəxs1 otağı olmuşdur. O, həmin otaqda təxminən 1 il müddətində qalmışdır. Təqsirləndirilən şəxs1 otaqda Əli adlı şəxslə yaşamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 aşkar olunanlarla bağlı suallar verilsə də sakit dayanmış, sualları cavablandırmamışdır. DTX-nin əməkdaşları baxış keçirdikdə çəkiliş aparmış, Meysama hər hansı şəkildə təzyiq və təsir göstərilməmişdir. O, Təqsirləndirilən şəxs1 nizam-intizamlı və hörmətcil tələbə kimi tanıdığını da qeyd etmişdir. Şahid Mustafayev Şahid6 Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 29 iyul 2024-cü il tarixdə Naxçıvan MR Culfa rayonu ərazisində, gömrük postunun yaxınlığında olarkən Naxçıvan MR DTX-nin əməkdaşı ona yaxınlaşaraq bir nəfərin üzərinə baxış keçiriləcəyini bildirib ona baxış zamanı hal şahidi qismində iştirak etməyi təklif etmiş, o isə hal şahidi olmağı könüllü olaraq qəbul edib əməkdaşla birlikdə içəri getmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2nun əynində olan qara rəngli cins materiallı şalvarın sağ yan cibindən 127 manat nağd pulun, sol yan cibindən isə “Redmi 9A” markalı mobil telefonun olması müəyyən edilmişdir. Daha sonra həmin şəxsə məxsus qara rəngli bel çantasına baxış keçirilmiş və çantanın daxilinə baxıldıqda oradan üzərində fars dilində yazılar olan göy rəngli qovluq aşkar edilmişdir. Qovluğun içərisində isə kompüter vasitəsilə fars dilində yazılaraq çap edilmiş 02 ədəd A4 formatlı vərəq olmuşdur. Təqsirləndirilən şəxs2 baxış zamanı səmimi olaraq etiraf etmiş, ona orada heç bir təzyiq və təsir göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Naxçıvan Dövlət Universitetinin yataqxanasında tələbə şurasının müavini işləmiş, orada tələbələrin problemləri ilə maraqlanmış, buna görə də tələbələrin əksəriyyəti ilə münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 3 il, digər Təqsirləndirilən şəxs2 isə təxminən 1-2 ildir ki, tanıyır. Onların hər ikisi istər universitetdə olan müəllimlərlə, istərsə də yerli və xarici tələbələrlə xoş münasibət qurmuşlar. Onun onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 ilə eyni yataqxanada qalmış, Meysam və onun otaq yoldaşı olan Əli adlı şəxslə münasibəti olduğundan tez-tez onların qaldığı otağa getmiş, çay içib söhbət etmişdir. Təqsirləndirilən şəxs1 ilə söhbət əsnasında o, Zərərçəkmiş şəxs barəsində suallar vermiş, onun DTX-nin əməkdaşı olduğunu demiş, “Xəyal müəllim özünü bir şey hesab edir, Vasif Talıbov getdi oda gedəcək, onun da vaxtına az qalıb.” kimi ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs xarici tələbələrdən təhsil haqqının ödənilməsini tələb etdiyində Vasif Talıbovun vaxtında diplom alanadək ödənişlərin ödənilməsi tələb olunmadığl üçün hazırkı vəziyyətdən şikayət etmiş, “Vasif Talıbov qayıdıb gələcək, o, iranlıları sevən, Xomeyni ağanı sevən biridi, Vasif Talıbov irançıdı, o, tez bir zamanda qayıdıb gələcək, o, bizdən ödəniş pulu istəmirdi, bizimlə xoş rəftar edirdi, 1 ildir o, gedibdi Naxçıvan pis günə düşübdü” demişdir. Onun yanında olarkən Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmaq barədə heçnə deməsə də barəsində mənfi fikirlər söyləyərək ondan nifrət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun Goranboy rayonundan olduğunu bildiyi üçün Goranboy, Gəncə, Bakı haqqında söhbətlər etmişdir. Ona “İnstagram” sosial şəbəkəsində səsli mesaj göndərərək “dostum var bura gəlmək istəyir, Qarabağa yerləşmək istəyir, pulda neçə desən 10.000, 20.000 dollar verəcək, pul problem deyil” demiş və köməklik etməsini istəmişdir. O isə “öyrənim görüm xarici vətəndaş Qarabağa gələ bilər ya yox” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs1 həmişə DTX və hərbi barədə də maraqlanmış, hərbi hissələrlə bağlı danışarkən “bunlarda gətirib hərbi hissəni salıblar düz yataqxananın qarşısına, İranda hərbi hissələr xüsusi bağlı yerlərdədi”, “İlhamə həkim yoldaşı Kərəm Mustafayevə güvənir”, “mən elə belə adam deyiləm, mən böyük adamam, bilirəm burda kim harda işləyir, nə edir, hərbidə neçə adam var”, “hərbi baza Naxçıvanın Qıvraq rayonundadı” deyə fikirlər səsləndirmişdir. M. Varzkarı tutulmamışdan təxminən 1-2 ay əvvəl Naxçıvan şəhərində yerləşən “357 kafe”-nin həyətində Şahid4la birlikdə oturarkən “Ermənistan çox güclü dövlətdi, Ermənistan Azərbaycanı yox edəcək, Bakını uzağı 10 ilə alıb öz ərazisinə əlavə edəcək, Xomeyni ağanın hər yerdə adamları var, günü gündən onların sayı artır, istəsələr Azərbaycanı bu dəqiqə yox edərlər, Nehrəm kəndinin demək olar ki, 99 faizi ağanı sevənlərdi, günü bu gündə konsulluğa gedirlər ki, biz irana birləşək, biz iranı istəyirik, bizim canımız İlham Əliyevdən qurtarsın. Naxçıvan günü-gündən pisə gedir, Naxçıvan belə olmamışdı, ya Vasif qayıtmalıdı, yada Naxçıvan İrana birləşməlidi, ikisindən biri olmalıdır” demişdir. Şahid4 isə Ermənistanda maaşların Azərbaycandakından yüksək olduğunu bildirərək onu Ermənistana aparmağı orada həkim işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt “Google” brauzerində axtarış edərək Ermənistanda kartofun qiymətinin 20-30 qəpik, Naxçıvanda isə 1 manat olduğunu bildirmişdir. Rəsul adlı dostlarının yanında isə onlara “X11t-qat qeyrətlidi və Azərbaycanı yox edəcək. Paşinyanın qeyrəti, insafı var İlham Əliyevdə yoxdur. Onu yox edəcəklər. Nehrəm kəndinin sakinləri namaz qılandılar. Şiədilər. Culfalılar yemək içməklərini İrandan daşıyırdı indi isə yol bağlanıb Naxçıvanda acından ölürlər. Bakılılar belə gəlib İrandan alver edir. Bunlar Qarabağı alıblar, amma Erməni birdə qayıdıb girəcək ora” demiş, bu tip söhbətləri Murad Əsgər adlı dostlarının yanında da etmişdir. Şahid10 profilində Mübariz İbrahimovun şəklini paylaşan zaman ona “o səfeyi çıxar profil şəklindən, onu nəyə qoyursan, onu nəyə paylaşırsan” deyərək ondan profil şəklini dəyişməsini istəmişdir. Şahid10 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Meysam onun yanında olarkən Naxçıvan şəhərinin hər hansı inzibati binasının şəklini çəkməmiş, ondan heç vaxt məlumat gətirməsini istəməmişdir. Meysamın otağından aşkar olunan kağızlar barədə heç bir məlumatı olmamış, hər kəsin şəxsi açarı olduğundan Təqsirləndirilən şəxs1 olmadan onun otağına girmək qeyri-mümkün olmuşdur. Şahid10 son olaraq əvvəlcə Təqsirləndirilən şəxs1 necə biri olduğunu bilmədiyini o bu cür söhbətlər etməyə başladıqdan sonra onu Azərbaycanı sevməyən, yalanlar danışan biri kimi tanıdığını və uzaqlaşmağa başladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhərində yerləşən “Hakim Plaza” binasının “Asan Xidmət”ə baxan tərəfində Naxçıvan Dövlər Universitetinə gedən yolun üstündə ərzaq mağazası işlədir. Təqsirləndirilən şəxs1 1 ildir ki, ara-sıra saat 21:00-22:00 radələrində onun işlətdiyi mağazaya gəlib bir kənarda əyləşib müxtəlif ərzaq məhsulları alıb yemiş, mağazaya gəlib-gedən müştərilərə baxmışdır. Təqsirləndirilən şəxs1 təxminən keçən il bu vaxtlarda bayram ərəfəsində Bakı şəhərinə getmək üçün bilet almaq istədiyini söyləyib ondan Aviakassanın yerini soruşmuş, o da Aviakassanın harada yerləşməsi barədə təxmini ünvan bildirmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Meysamla yaxın münasibəti yoxdur. Müştəri kimi gəldiyi üçün onu mağazadan qovmaq istəməyib. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 mağazadakı məhsulların qiymətinin İran İslam Respublikasına nisbətdə daha baha olması ilə bağlı bir neçə dəfə öz narazılığını bildirmişdir. Həmçinin onun stolunun üzərində olan nisyə dəftərinə baxaraq ondan nisyə məhsul götürən hərbiçilərin aylıq qazancları barədə maraqlanmışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4 ildir ki, tanıyır. Onunla ilk dəfə Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti binasının yaxınlığında yerləşən 9 mərtəbəli binanın aşağısındakı elektrik malları satdığı dükanında tanış olmuşlar. Təqsirləndirilən şəxs1 ilk dəfə dükana getdiyində öz telefonu ilə dükandakı malların şəkillərini çəkməyə başlamış, o, Meysamdan nə etdiyini soruşduqda isə tələbə olduğunu, “Stomatologiya” ixtisası üzrə oxuduğunu, atasının da İranda elektrik malları satdığını, ona görə elə belə çəkdiyini bildirmişdir. Bundan sonra Meysam tez-tez onun dükanına gəlməyə başlamış, o, həmişə tələbə olduğu üçün Meysama hörmət etmiş, ona birlikdə oturub çay içməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 onun dükanına gələn zaman oraya gəlib-gedən müştərilər, satdığı avadanlıqlar barədə çoxlu suallar vermişdir. Bir dəfə Meysam ondan əvvəllər harada işlədiyini soruşduqda, o, Meysama əvvəllər Ədliyyə Nazirliyinin Penitesiar Xidmətində işlədiyini bildirmişdir. Daha sonra Meysam ondan nə üçün işdən çıxdığını sual etmiş, o isə işlədiyi dövrdə ağır iş rejiminin, maaşının az olduğunu və hər həftə imərclik təşkil olunduğunu səbəb kimi gətirərək işdən çıxdığını demişdir. Təxminən 3-4 ay bundan əvvəl Meysam onun dükanında olduğu zaman onun keçmiş iş yoldaşı və hal-hazırda DTX-nin əməkdaşı olan Əkbər adlı şəxs Qarabağlar kəndindən göndərilən kəklikotu bitkisini götürmək üçün onun dükanına gəlmiş və getdikdən sonra Meysam ondan həmin şəxsin kim olması ilə bağlı maraqlanmışdır. O da cavab olaraq ona Əkbərin əvvəllər onunla birgə Penitesiar Xidmətində işlədiyini və hazırda DTX əməkdaşı olduğunu, kənddən onun üçün pay olaraq kəklikotu bitkisinin göndərildiyini bildirmişdir. Meysam həmçinin ondan dükana gəlib-gedən formada olan hərbiçilərin kimliyi barədə suallar versə də, o, həmin şəxslərin hərbiçi olduğunu bildirsə də, çoxsunu tanımadığı üçün adlarını Meysama deməmişdir. Təxminən 2 ay bundan əvvəl o, Meysam ilə işlədiyi dükanın qarşısında dayandığı zaman sonuncu yolun əks tərəfində yerləşən binanın nə olduğunu soruşmuş, o, isə Meysama həmin binanın Hərbi lisey olduğunu bildirmişdir. Daha sonra Meysam ondan orada kimlərin təhsil aldığını soruşduqda, o Meysama orada kursantların təhsil aldığını, kursatların təhsili bitirdikdən sonra isə zabit kimi leytenant, baş leytenant və s. rütbələr aldığını bildirmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 söhbət əsnasında Naxçıvan şəhərindən başqa hüquq-mühafizə orqanlarının harda yerləşməsi barədə ona suallar verdiyini, o isə cavab olaraq X18 Respublikasının bütün şəhər və rayonlarında hüquqmühafizə və digər strateji obyektlərinin olmasını bildirmişdir. Meysam təxminən 6-7 ay əvvəl dükanda olduğu zaman masanın kənarında fars dilində mənasını bilmədiyi söz yazmışdır. Ondan nə yazdığını soruşduqda isə bərəkət duası yazdığını bildirmişdir. Hazırda DTX əməkdaşı olan xalası oğlu Ceyhun Hacıyev dükanına gələrkən həmin yazını görmüş və ona yazıya görə irad tutaraq, ondan həmin yazını silməyi tələb etmişdir. Sonradan Meysam dükanına gələrkən o, Meysama xalası oğlunun həmin yazını gördüyünü və yazıya görə irad tutduğunu bildirmiş, Meysam isə ondan xalası oğlunun adını və DTX də harada işlədiyini soruşmuşdur. Meysam onun xalası oğlunun DTX əməkdaşı olduğunu bildikdən sonra onunla daha da yaxından münasibət saxlamağa başlamışdır. Şahid1 ifadəsinin davamında Meysamın söhbət əsnasında Azərbaycan Respublikasındakı qiymətlərin İrana nisbətdə daha yüksək olduğunu, İran ordusunun Azərbaycana nisbətdə daha güclü olduğunu, Azərbaycan hakimiyyətini bəyənmədiyini, Türkiyə Respublikasında seçkilər keçirilən zaman Türkiyə Respublikasının prezidenti X19 şikayət etdiyini, “bu il bu seçilməyəcək, pis idarə edir başqası gələcək” dediyini də qeyd etmişdir. Şahid1 isə qiymətlərlə bağlı onunla razılaşsa da, digər fikirlərinin düzgün olmadığını deyərək onunla razılaşmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3 ildir ki, tanıyır. Belə ki, Meysamla onlar eyni fakültədə, yəni “Tibb” fakültəsində təhsil alırlar. Son 1 illik müddət ərzində onlar arasında daha yaxın münasibət yaranmışdır. O, qrup nümayəndəsi olaraq universitet rəhbərliyi ilə daha yaxın münasibəti olan tələbə olmuşdur. Təqsirləndirilən şəxs1 ona mütamadi olaraq universitet heyətiylə bağlı suallar vermiş, əsas da Zərərçəkmiş şəxsla maraqlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs işdən sonra əsasən haralara getməsi, asudə vaxtlarını hansı restoranlarda keçirməsi, universitet daxilində kimlərlə daha yaxın münasibət saxlaması barədə suallar vermiş, o da ümumi hamının bildiyi məlumatları, yəni Zərərçəkmiş şəxs universitetdə əsasən kimlərlə, hansı müəllimlərlə yaxın olması, saat neçədə işə gəlibgetməsi, həmçinin onunla bir dəfə “Şərq süfrəsi” restoranında qarşılaşdığını da Meysama bildirmiş, onun maraqlanmaqda məqsədinin nə olduğunu hiss etməmişdir. Sonradan o, Meysamın Zərərçəkmiş şəxs haqqında daha çox sual verdiyini görüb ondan uzaqlaşmışdır. X23 Varzkarının hamı ilə yaxşı münasibət qurmağa çalışan və çox pul xərcləyən tələbə olduğunu da qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2 ildir ki, sima olaraq tanıyır, lakin onun adını ibtidai istintaq zamanı öyrənmişdir. Meysam tez-tez günortadan sonra yanında Azər adlı şəxslə onun Naxçıvan Dövlət Universitetinə qalxan yolda yerləşən dükanına gələrək banan və lavaş almış, bananı lavaşın arasına qoyub dükanın içərisində gəzərək yeməyə başlamışdır. Bu müddət ərzində iranlı olduğu və hərəkətlərindən, çox danışmasından xoşu gəlmədiyi üçün aralarında söhbət keçməmişdir. Meysam tutulmamışdan təxminən 2-3 ay əvvəl dükanda olarkən bir neçə hərbiçi övladı gəlib alış-veriş etmiş və uşaqlar getdikdən sonra Meysam onların hərbiçi uşağı olduğunu bilərək ingilis dilini çox yaxşı bildiyini, onlara ingilis dilindən təmannasız dərs vermək istədiyini bildirmişdir. O, həmin vaxt zarafatla “İngilis dilində hazırlıq keçənsənsə elə mənə dərs ver” demiş, Təqsirləndirilən şəxs1 cavabında “mənə 20 manatlıq kontur atarsan internetimi açaram sənə onlayn dərs verərəm” demişdir. Loğman Hüseynəliyev hazırlığa görə nə qədər ödəniş edəcəyini soruşmuş, Meysam “300 manat verərsən” dedikdə “ə bədbəxt mən elə 300 manata kirayədə qalıram, gedib başqa yerdə 20-50 manata öyrənərəm” demişdir. Bir müddət sonra yenidən Təqsirləndirilən şəxs1 dükana gəldikdə ondan dərs verməyə başlayıb başlamadığını soruşmuş, o da gedib hərbi şəhərciyin məktəbinin direktoru ilə maraqlandığını, yay ayları olduğu üçün hərbiçilərin çoxunun məzuniyyətə gedəcəyini, buna görə də çox uşaq olmadığını, 3-5 nəfərə də dərs vermək istəmədiyini söyləmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxmini 2023-cü ilin yay ayından etibarən tələbə olaraq tanıyır və aralarında dostluq münasibəti Tələbə evində Meysamın ona yemək bişirməkdə köməklik etmək təklifindən sonra yaranmışdır. Onların NDU-nun Tələbə evindəki otaqları eyni mərtəbədə olduğundan Meysam onu tez-tez birlikdə yemek yemeye və çay içməyə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 söhbət əsnasında ona Ermənistanda təhsil almasına köməklik edə biləcəyini, orada həkim kimi işləyərək Azərbaycanda alacağından daha yüksək maaş ala biləcəyini demiş, Azərbaycanda təhsil almasına baxmayaraq daima Azərbaycan barədə, eləcə də Azərbaycan Respublikasının dövlət başçısı barədə alçaldıcı ifadələr işlətmiş, Ermənistan və İranı isə tərifləmişdir. O, həmçinin Qarabağın Ermənistana məxsus olduğunu, Ermənistanın gec-tez Qarabağı geri qaytaracağını demiş, “Azərbaycan İranındı, onlar buranı məhv edəcəklər, İranın başçısı Xomeyni ağanın burada adamları var. Babək rayonunun, Nehrəm kəndində İranın din adamlarının, Xomeyni ağanın tərəfdarları var. 1-2 ilə kimi Azərbaycan tamamilə yox olacaq. İranın qüvvələri çox böyükdü, Azərbaycan çox balacadı” kimi ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs1 özünü hərtərəfli biri kimi göstərmək məqsədilə alman, ingilis və ərəb dillərində danışa bildiyini söyləmiş, Naxçıvanda olan hərbi hissələrə gedərək alman dilindən dərs deyəcəyini bildirmişdir. Hərbi hissələr barədə danışarkən isə Naxçıvan şəhərində olan hərbi hissələrin şəkillərini çəkəcəyini həmin yerlər haqqında məlumat toplayacağını, həmçinin Xaçmaz və Xudat rayonlarında da hərbi hissələr olduğunu, oraların da şəkillərini çəkib, məlumatlar öyrənəcəyini demişdir. Lakin heçvaxt ona çəkdiyi şəkilləri göstərməmişdir. Həmçinin Meysam 2023-cü ilin yay aylarında o, Xaçmaz rayonunda olduğu zaman ona görüntülü zəng vurub orta yaşlı Əkbər adlı şəxsi göstərək “bu SEPAH-ın adamıdı, mənim atamda orada çalışır, SEPAH və “ETTELAAT” nümayəndələri Azərbaycanı və Naxçıvanı məhv edib torpaqların ələ keçirəcəklər” demişdir. O, daha sonra yataqxanada otaqda olarkən atasının şəkilini də ona göstərmişdir. Yay aylarında təxminən 3 dəfə ona İrandan görüntülü zəng edərək olduğu yeri göstərmiş, oraların çox qəşəng yerlər olduğunu söyləmiş, onun da gəlməsini təklif etmişdir. Görüntülü danışan zaman ondan da Xaçmaz şəhərindən məlumatlar verməsini istəmişdir. Meysam ona Ordubad rayonuna getməyi və orada olan hərbi hissələrin şəkillərini çəkməyi təklif etmişdir. O isə bu təklifi qəbul etməmişdir. Şahid4 ifadəsinin davamında Meysamın maddi vəziyyətinin yaxşı olduğunu, onun da maddi vəziyyəti ilə bağlı məlumatının olduğunu, ona İrandan köynək gətirdiyini, digər tələbələrlə arasında mübahisə yaranan zaman ona tərəf çıxdığını bildirmişdir. Ona Zərərçəkmiş şəxs və Kərəm Mustafayev barəsində suallar vermiş, universitetdə dekan vəzifəsində işləyən Kərəm Mustafayevin yoldaşının vəzifəyə necə gəlməsi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs1 ona “SEPAH-ın üzvüyəm gəl bir yerdə işləyək, səni mən yüksək səviyələrə qaldıracam” deyərək əməkdaşlıq təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsi Ambulator X1 27 iyul 2024-cü il tarixli, 5014 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2141 saylı ekspert rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2517 saylı ekspert rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2nun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli, 5/914 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyinin məzmunundan görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “X29 10+” markalı “SM-N975F” modelli “**********14886, **********14887” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş yaşıl rəngli “Silicon power” markalı 8GB yaddaşlı fləşkart tipli yaddaş qurğusu hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan mobil smartfonun yaddaşında olan məkan koordinatları, müxtəlif proqram təminatları və sosial şəbəkələr üzərindən yazışmalar həmin cihaz yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsilə əldə edilmiş hesabatın “Məkan koordinatları (Location)” və “Yazışmalar (Chat)” bölməsində öz əksini tapmışdır. Təqdim edilmiş “X29 10+” markalı “SM-N975F” modelli smartfonun əsas menyusunun “Google Photo” bölməsində və “Silicon power” markalı fləşkartın yaddaşında Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi dövlət orqanlarının, müxtəlif bankların, müəssisələrin, məkanların və obyektlərin 2022-ci ildə çəkilmiş fotoşəkilləri aşkar olundu. Aşkar olunmuş fotoşəkillərin parametirlərinə əsasən həmin fotoların “X29 10+” markalı“SM-N975F” modelli smartfonla çəkilməsinə dair rəqəmsal izlər aşkar olundu. Tədqiq olunan fləşkartın yaddaşında aşkar olunan Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi dövlət orqanlarının, müxtəlif bankların, müxtəlif müəssisələrin, məkanların və obyektlərin 2022-ci ildə çəkilmiş fotoşəkillərin xassələrinə “Properties/Created” əsasən həmin fotoşəkillərin yaddaş qurğusuna xx.xx.2023-cü ildə köçürülməsi müəyyən olundu. Tədqiq olunan mobil cihazın “Gallery” bölməsində olan “Yeni qovluq” içərisindəki 08 (səkkiz) ədəd “.jpg” formatlı foto şəkillərin “Details” parametirlərinə əsasən onların mobil smartfon daxilindəki “micro SD 8GB” həcimli xarici yaddaş qurğusunun yaddaşında olması aşkar olundu. Həmin fotoşəkillərin parametirlərinə əsasən 04 (dörd) ədədinin xx.xx.2024-cü ildə, 01 (bir) ədədinin xx.xx.2024-cü ildə və 03 (üç) ədədinin xx.xx.2024-cü ildə yaddaş qurğusu daxilinə yüklənməsi müəyyən edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 24 iyun 2024-cü il tarixli baxış protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı Naxçıvan Dövlət Universitetinin Tələbə evinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən 204 nömrəli otağa baxış keçirilmiş və otağın giriş hissəsindən sağ tərəfdə yerləşən paltar dolabının üst hissəsinə yerləşdirilmiş qara rəngli yük çamadanının alt hissəsində yerləşən əlavə saxlanc yerlərində kompüter vasitəsilə fars dilində yazılaraq çap edilmiş cəmi 13 (on üç) ədəd A4 formatlı, üzərlərində İİR-nın gerb və bayrağının, o cümlədən müxtəlif hərbi təşkilatlarına aid rəmzlərin, Naxçıvan MR-də yerləşən müxtəlif hüquq-mühafizə və strateji əhəmiyyətli dövlət orqanlarının inzibati binalarının və hərbi texnikanın fotoşəkilləri olan, hər biri fars dilində hazırlanmış möhürlə təsdiq edilmiş vərəqlər, otaqdakı yazı masasının üzərindən Təqsirləndirilən şəxs1 məxsus T63773854 nömrəli pasport, İİR-a məxsus sürücülük vəsiqəsi, MYİ seriyalı, ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vərəqəsi, 20220160X nömrəli tələbə bileti, 01 ədəd “ASUS” markalı notebook, 01 ədəd “Nokia” markalı və 01 ədəd “Samsung Note 10” markalı mobil telefonlar, 05 ədəd yaddaş kartı, 03 ədəd mini yaddaş daşıyıcısı, masanın siyirtməsində 02 ədəd qara və göy rəngli sərt yaddaş qurğusu, 04 ədəd İİR bank kartları və 711 manat nağd pul aşkar edilərək götürülmüşdür. - 25 iyun 2024-cü il tarixli baxış protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı otaqdan aşkar edilərək götürülmüş 13 ədəd A4 formatında fars dilində tərtib olunmuş vərəqlərdə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhlükəsizlik, hüquq mühafizə və strateji əhəmiyyətli digər dövlət orqanları, silahlı qüvvələrin və təhlükəsizlik orqanlarının şəxsi heyəti, vəzifəli şəxsləri və fəaliyyətləri, onların ailə üzvləri, eləcə də Naxçıvan Dövlət Universitetinin rəhbər şəxsləri, təhsil alan tələbələr barədə məlumatların olması müəyyən edilmişdir. - 27 iyun 2024-cü il tarixli baxış protokolundan, protokola əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd CD diskdən məlum olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı Naxçıvan Dövlət Universitetinin Tələbə evinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən 207 nömrəli otağından aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Note 10” markalı mobil telefonun “Camera” bölməsində hərbiçilərin və onların ailə üzvlərinin yaşaması üçün inşa edilmiş hərbi şəhərciyin fotoşəkillərinin, “Yeni qovluq” bölməsində fars dilində Azərbaycan Respublikası təhlükəsizliyi zərərinə istifadə oluna biləcək şifrəli mətn halında tərtib olunmuş məlumatlar olan 08 ədəd fotoşəkilin, mobil telefonun “Photos” bölməsində Naxçıvan şəhərində yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının, onun ətrafında yerləşən çox mərtəbəli binaların, həmçinin Naxçıvan MR Prokurorluğunun, Hərbi şəhərciyin, muzey, “Mərkəz aptek”, “Doğum mərkəzi”, “Bank Respublika” kimi inzibati binaların, küçə və prospektlərin fotoşəkillərinin, Təqsirləndirilən şəxs1 “SEPAH” əməkdaşı kimi qeyd etdiyi Zoulfegar Sadeghi ilə birgə çəkilmiş fotoşəkillərinin, olması müəyyən edilmişdir. - 08 iyul 2024-cü il tarixli baxış protokolu və protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı Naxçıvan Dövlət Universitetinin Tələbə evinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən 207 nömrəli otağından aşkar edilərək götürülmüş 01 ədəd “Silicon Power” markalı 8 GB yaddaşlı yaddaş daşıyıcısında fars dilində “Smartfon” yazılmış bölməsində Naxçıvan şəhərində yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının, onun ətrafında yerləşən çox mərtəbəli binaların, həmçinin Naxçıvan MR Prokurorluğun, Hərbi şəhərciyin, muzey, “Mərkəz aptek”, “Doğum mərkəzi”, “Bank Respublika” kimi inzibati binaların, eləcə də küçə və prospektlərin fotoşəkillərinin olması müəyyən edilmişdir. - 25 iyul 2024-cü il tarixli baxış protokolu və protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Note 10” markalı mobil telefonuna baxış zamanı mobil telefonun “Kontaktlar” bölməsində kontaktlar arasında Təqsirləndirilən şəxs1 ifadələrində “SEPAH” əməkdaşı kimi qeyd etdiyi Zoulfegar Sadeghiyə məxsus “Zolfgar Sadeghi” kimi qeyd olunmuş +98 914 462 8284 saylı mobil telefon nömrəsinin və fars dilində “X9 ETTELAAT” olaraq qeyd olunmuş 0939 *** **** saylı mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. - 29 iyul 2024-cü il tarixli şəxsi axtarış aparılması protokolundan məlum olur ki, Naxçıvan şəhəri, Culfa rayonunda gömrük-keçid məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins materiallı şalvarın sağ cibindən 127 manat nağd pul, sol yan cibindən “Redmi 9A” markalı mobil telefon, ona məxsus qara rəngli bel çantasının içərisindən aşkar edilmiş, üzərində fars dilində yazılar olan göy rəngli qovluğun içərisindən isə kompüter vasitəsilə yazılaraq çap edilmiş 02 (iki) ədəd A4 formatlı fars dilində şifrəli mətn halında tərtib olunmuş vərəqlər, çantanın digər hissəsindən isə Təqsirləndirilən şəxs2 məxsus pasport, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti yaşamaq müddətinin uzaldılması ilə bağlı Naxçıvan şəhərində yerləşən “Asan Xidmət” mərkəzindən alınmış sənədlər və ona məxsus geyim əşyaları aşkar edilərək götürülmüşdür. - 30 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərində olan qara rəngli bel çantasının daxilindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd A4 formatında fars dilində şifrəli mətn halında tərtib olunmuş vərəqlərdə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən əməkdaşlarına dair müvafiq məlumatları qeyd olunmuşdur. - 24 avqust 2024-cü il tarixli baxış protokolu və protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs2 məxsus “Redmi 9A” markalı mobil telefonun “File Manager” bölməsinin “İmages” hissəsində iş üzrə digər Təqsirləndirilən şəxs1 26 may 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs2 tərəfindən paylaşılan fotoşəkili bəyənməsi və bu anın Təqsirləndirilən şəxs2 tərəfindən “screen” olunaraq telefonunun yaddaşında saxlaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilmiş əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs əvvəllər məhkumluğu olmamışdır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Dövlət Universitetinin yataqxanasının komendatı tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1 mənfi, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunmuş, Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli X25 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli xasiyyətnamədə isə Təqsirləndirilən şəxs2 barəsində şikayət daxil olmadığı göstərilmişdir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPMin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, qapalı məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdurlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildilda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci ildə İran İslam Respublikasının Müdafiə naziri X22 təhsil almaq adı ilə təhsil haqqını və digər maddi ehtiyaclarını ödəyərək Naxçıvana göndərmişdir. Ondan Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhlükəsizlik, hüquq mühafizə və strateji əhəmiyyətli digər dövlət orqanları, dövlət sirri hesab edilən silahlı qüvvələrin və təhlükəsizlik orqanlarının şəxsi heyəti, vəzifəli şəxsləri və fəaliyyətləri haqqında, onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetinin rəhbər şəxsləri və təhsil alan tələbələri barədə mümkün məlumatların toplanması və qeyd olunan qurumların yerləşdiyi inzibati binaların, Naxçıvan Muxtar Respublikası ərazisində, habelə Azərbaycanın şimal bölgəsində dislokasiya olunmuş hərbi hissələrin, mövcud hərbi texnikaların, silah-sursatların fotoşəkillərinin əldə edilərək verilməsi tələb olunmuş, o isə verilən tapşırıqları yerinə yetirmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini məcburiyyət qarşısında yəni, valideynlərinə İran İslam Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən işgəncələr verildiyinə görə törətdiyini söyləməsi məsuliyyətdən azad olmaq və məhkəmə tərəfindən cəzanın yüngülləşdirilməsi məqsədi daşıyır. Ona görə də onun ifadəsi həmin hissədə əsaslı sayılmamalıdır. Təqsirləndirilən şəxs2 1 illik hazırlıq müddəti bitdikdən sonra İran İslam Respublikasının Təbriz şəhərinə qayıtmışdır. Orada olarkən ev telefonlarına zəng edərək onu söhbət etmək üçün “Təbriz” Universitetinin beynəlxalq əlaqələr şöbəsinə dəvət etmişlər. O, sözügedən yerə getmiş və “ETTELAAT” təşkilatının nümayəndələri olan Paşa və Reza adlı şəxslərlə görüşmüşdür. Onlar ona hansı qızlarla görüşməsi, hansı yerlərə getməsi, universitetdə nə işlərlə məşğul olması, içki içməsi barədə faktlarla danışmış və “sən bizim oradakı nümayəndəmiz ol, Təbrizdə təhsil almaq istəyən olsa sən Təbrizə yönləndirərsən”. deyərək əməkdaşlıq təklif etmişlər. Ona içki içərkən çəkilmiş şəkillərini göstərib şantaj etmiş, Alı içki içmək İranda məsuliyyətə səbəb olduğu üçün qorxmuş və şifahi şəkildə əməkdaşlıq etməyi qəbul etmişdir. Təqsirləndirilən şəxs2 həmin nümayəndələri daha əvvəl tanımadığını, əl çəkmələri üçün əməkdaşlıq etməyi qəbul etsə də verdikləri tapşırığı yerinə yetirmədiyini, bir nəfəri belə Təbrizda təhsil almaq üçün yönləndirmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 və 28, 277-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdirlər. Həmin cinayətlərin törədilməsində onlar bilavasitə təqsirlidirlər. Onların törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Təqsirləndirilən şəxslər cinayət əməlini qəsdən törətmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-cü maddəsinə əsasən xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Casusluq, yəni dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə Cinayət Məcəlləsinin 276-cı maddəsinin tərkibini, dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə Cinayət Məcəlləsinin 277-ci maddəsinin tərkibini, təşkil edir. Cinayət Məcəlləsinin 28-ci maddəsinə əsasən törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulan cinayətin törədilməsi on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 277-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi isə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4№-li Qərarının 30 aprel 2021-ci il tarixli redaksiyasına əsasən, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-in 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 276 və 28, 277-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 276 maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdikləri əməlləri səmimi etiraf etmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayətlərin tamah məqsədilə törədilməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətlərini ağırlaşdıran hal kimi nəzərə alına bilər. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün... müəyyən edilmiş cəza ciddi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun barəsində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-322/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 24 iyun 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli isə onun barəsində barəsində həmin məhkəmənin əvvəli 4(009)-405/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 29 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiklərindən onlar əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına gəlmə hüququ onların məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə kompüter-texniki ekspertizasına görə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Sübutların qiymətləndirilməsi haqqında 27 yanvar 2025-ci il tarixli qərardan məlum olur ki, ********* №-li cinayət işinin materiallarından İran İslam Respublikasının vətəndaşları X5, X13, X4, eləcə də digər şəxslər və xüsusatlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-ci maddəsilə başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Buna görə də hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 casusluq fəaliyyəti ilə məşğul olmasını və ictimai xadimin həyatına sui-qəsd (terror aktı) etməyə hazırlığını birbaşa təsdiq edən 13 ədəd A4 formatında fars dilində şifrəli mətn halında tərtib olunmuş vərəqlər və daxilində “Micro SD 8GB” xarici yaddaş kartı olan “X29 10+” markalı mobil telefon və “Silicon power” markalı falshkart tipli yaddaş qurğusu, eləcə də Təqsirləndirilən şəxs2 casusluq fəaliyyəti ilə məşğul olmasını birbaşa təsdiq edən 02 ədəd A4 formatında fars dilində şifrəli mətn halında tərtib olunmuş vərəqlər və “Redmi 9A” markalı mobil telefon ayrılmış digər cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən həmin cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 və 28, 277-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 277-ci maddəsiylə isə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzalarını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzalarını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə kompüter-texniki ekspertizasına görə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs1 casusluq fəaliyyəti ilə məşğul olmasını və ictimai xadimin həyatına sui-qəsd (terror aktı) etməyə hazırlığını birbaşa təsdiq edən 13 ədəd A4 formatında fars dilində şifrəli mətn halında tərtib olunmuş vərəqlər və daxilində “Micro SD 8GB” xarici yaddaş kartı olan “X29 10+” markalı mobil telefon, “Silicon power” markalı falshkart tipli yaddaş qurğusunun və Təqsirləndirilən şəxs2 casusluq fəaliyyəti ilə məşğul olmasını birbaşa təsdiq edən 02 ədəd A4 formatında fars dilində şifrəli mətn halında tərtib olunmuş vərəqlər və “Redmi 9A” markalı mobil telefonun ayrılmış digər cinayət işində saxlanması nəzərə alınsın. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Arzuyar Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar