Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(109)-17/2023 15.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X3 ibarət tərkibdə, Talıblı Türkanə İsmayıl qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Oqtay qızının, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.1995-ci il tarixdə Babək rayonu, Xətai kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1, 128 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “paranoid şəxsiyyət pozuntusu” psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə olmasına görə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 10 yanvar 2023-cu il tarixdə, saat 08:30 radələrində birlikdə yaşadıqları evdə əvvəllər də olduğu kimi, anası Zərərçəkmiş şəxs2 Oqtay qızı ilə aralarında baş vermiş ailə məişət zəmnində mübahisə zamanı anası Zərərçəkmiş şəxs2 başından sillə ilə vurmuş, həmin vaxtı yataq otağından səsə çıxan və bu vəziyyəti görən atası Zərərçəkmiş şəxs1 onu kənara itələyərək onları ayırmış, buna əsəbləşən Təqsirləndirilən şəxs qanunsuz olaraq əvvəlcədən əldə edib yataq otağında saxladığı soyuq silah hesab edilən qatlanıb-açılan bıçağı götürüb evin salonuna qayıdaraq, salonda soyuq silahı açaraq divanda oturan anası Radənin sol döş nahiyyəsinə qəsdən bir bıçaq zərbəsi vurmuş, həmin vaxtı anası onu kənara itələdikdə Yəhyanın əlindəki soyuq silahla Radənin sol qolunun said nahiyyəsini 2 yerdən kəsmiş, bundan sonra Təqsirləndirilən şəxs atasının yataq otağına girərək əlində saxladığı soyuq silahla atası Zərərçəkmiş şəxs1 sol böyür nahiyyəsinə qəsdən bir bıçaq zərbəsi vurmuş və nəticədə Zərərçəkmiş şəxs2 sol döş nahiyyəsində yara və sol qolun said nahiyyəsinin yuxarı 1/3 hissəsinin bayır səthində yara olan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, Əli Mirzəmmədovun isə sol böyür nahiyyəsində yara olan dərəcəsinə görə yetirmə anı həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadə verməmiş və İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının ona aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1, ev 27 ünvanında qeydiyyatda olmaqla yaşadığını, hal-hazırda işləmədiyini, Naxçıvan Universitetinin Xarici Dillər fakültəsində ingilis dili üzrə ali təhsil aldığını, 2018-ci ildə Naxçıvan Universitetindən məzun olduğunu, Culfa rayonunda N saylı hərbi hissədə hərbi xidmətdə olduğunu, subay olduğunu, Zərərçəkmiş şəxs1 doğma atası, Zərərçəkmiş şəxs2 isə doğma anası olduğunu, 4 nəfər ailə üzvünün olduğunu, uşaqlıqdan sakit biri olduğunu, dərdini və düşüncələrini ailəsilə bölüşsə də, qohumlarla bölüşmədiyini, Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəbdə orta təhsil aldığını, atası Əlinin və anası Radənin uşaqlıqdan ona qarşı münasibətlərinin yaxşı olmadığını, yəni atasının və anasının ona qarşı uşaqlıqda zorakılıq etdiklərini, ailədaxili hər bir münasibətdə atası və anasının bacısı ilə ona fərq qoyduqlarını, saymadıqlarını, isti münasibət göstərmədiklərini, ailəsinin ona qarşı laqeyd münasibətinə həmişə dözdüyünü, buna iradını bildirirdiyini, anası və atasının isə iradına birlikdə əks reaksiya verdiklərini, dediklərini dinləməyə belə dözümlərinin olmadığını bildirmişdir. Keçən ilin son aylarında bacısının hərəkətlərindən şübhələnməyə başladığını, bir neçə dəfə şəhərdə bacısının arxasıca gedəndə bacısının yoxa çıxdığını, öz- özünə “bacım necə yoxa çıxa bilər, məni aldadır” deyə düşünmüş, ondan sonra get-gedə şübhələri artmış, bu barədə anasına “bacım pis yola gedir, ayrı-ayrı avtomobillərə minib işə gedir, birdən-birə yoxa çıxır” demiş, anası Radə isə elə söz deyən kimi sözünü kəsib bacısını müdafiə etmişdir. Həmişə anası Radənin bacısının mövqeyini saxlayaraq qışqıraraq etiraz etdiyini, atası da mübahisəyə daxil olanda mübahisənin böyüdüyünü və qızışdığını, bacısı ilə münasibətinin olmadığını, bir evdə yaşasalar da, bacısı ilə ünsiyyət qurmadığını, bacısının hərəkətlərindən şübhələndiyinə görə bacını izlədiyini, təxminən 3-4 dəfə bacısının ayrı avtomobillərə mindiyi, avtomobildən düşdüyünü gördüyünü, bu hərəkətinin də öz şərəf və ləyaqətinə toxunduğunu, gündəlik olaraq əsəb, stres və gərginlik keçirdiyini, atası Əli ilə mübahisə eləməyinin səbəbini də bilmədiyini, atası ilə həyata baxışlarının və yanaşmalarının çox fərqli olduğunu, buna görə də fikirlərinin tutmadığını, valideynlərinin biri ilə mübahisə etdiyi zaman digərinin də söhbətə qoşulduğunu, mübahisə zamanı onların bir olduqlarını, özünün isə haqsız vəziyyətdə olduğunu, nəsə deməyin də mənasız olduğunu, uşaq vaxtı özünü ən çox döyənin anası olduğunu, atası Əlinin 2010-cu ildə işlə bağlı Rusiyaya getdiyini, anası, bacısı və özünün evdə atasız tək qaldığını, atasının arada-gedib gəldiyini, atasının gedib-gələndən sonra ailəyə qarşı münasibətinin soyduğunu, ən çox da atasının özünə qarşı hisslərinin azaldığını, atası Əliyə qarşı heç nə eləmədiyini, evdə öz otağının olduğunu, həmin otağa özündən başqa heç kimin girmədiyini, otaqda təmizliyi də özünün etdiyini, otağına ailəsindən kimsə girəndə xoşuna gəlmədiyini, “mənim şəxsi əşyalarımdı, kimsə mənim əşyalarıma toxunmasın” düşündüyünü, anasına “sən otağımı təmizləmə, mən özüm təmizləyərəm, kimsə əziyyət verməyi xoşlamıram” dediyini, evdə yaşadığı müddətdə valideynlərinin otağına keçmədiyini, yaxın dostunun olmadığını, əsgərlikdən gələndən sonra heç bir yerdə işləmədiyini, atası və anasının da işləmədiyini, bir bacısının evdə işlədiyini, işləmədiyi üçün ata və anasının ona təyziq etdiklərini, sənətinin ingilis-dili müəllimliyi olsa da, heç yerə müəllim kimi müraciət etmədiyini, 10 yanvar 2023-cü il tarixdə saat 06 radələrində, saat 7-yə qalmış yuxudan oyandığını, həmin vaxt evdə anasının və bacısının oyaq olduğunu, anası uzandığı üçün onu narahat eləmədiyini, özünə yemək hazırlayıb mətbəxdə yeməyini yediyini, bacısının da işə getmək üçün hazırlaşdığını, bacısının Cahan AVM-də insan resusları üzrə mütəxəssis olduğunu, həftədə bir bazar günü işləmədiyini, bacısının hazırlaşıb evdən çıxdığını, oyaq olduğu üçün və bacının pis yola getdiyini düşündüyündən onun ardınca evdən çıxdığını, küçəyə çıxanda bacısı Əsmərin küçədə olmadığını, həmin vaxt anası Radənin onu evə çağırdığını, qışqıraraq “bacın Əsmər elə hərəkət etməz, qayıt evə gəl” dedikdən sonra evə gəldiyini, təkrar buna görə anasına etirazını bildirib qışqırmağa ehtiyac yoxdur, qışqırma dediyini, səsə görə atasının gəldiyini və boğazından yapışaraq onu boğmağa başlayarkən onun əlindən qaçıb öz otağına getdiyini, sonra xeyli vaxtdır otağındakı kitab rəfində saxladığı qatlanıb açılan, qəhvəyi rəngli dəstəyi, metal rəngli tiyəsi olan bıçağı götürdüyünü, mübahisə salonda olduğu üçün bıçaqla salona gələrək anası qabaqda olduğuna görə və üstünə gəldiyinə görə onu vuranda anası Radənin əlini qaldırdığını, bıçaqla onun əlini yaraladığını, eyni vaxtı atasının üstünə gəldiyini, özünü boğduğu üçün və üstünə gəldiyi üçün əlindəki bıçaqla atası Əlini vurduğunu, atası Əlini hansı otaqda vurma anını dəqiq xatırlamadığını, atasının bıçağı əlindən aldığını, vurmaq istəyəndə əlini qabağa verdiyini, bıçağı tutanda bıçağın əlini kəsdiyini, həmin vaxt anasının da arxadan taxta ilə başından vurduğunu, bıçağın əlini kəsdiyini, bıçağın atasında qaldığını, özünün də otaqdan çıxdığını, evin qabağına həyətə çıxdığını, birinici dəfə idi belə hadisənin olduğunu, özünü itirdiyini, ata və anasının evdən çıxdığını, atası və anasının Əvəz əmisigilə tərəf getdiyini, özünün də ora getmək istəyəndə Muradın təcili tibbi yardıma zəng vurduğunu, üzündən qan axdığını hiss etdiyini, evdə üzünü yuyub yarasına pambıq qoysa da üzünün qanının kəsmədiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiyini, nə baş verdiyini soruşduqlarını, polis əməkdaşına “bıçaqla atamı və anamı vurmuşam” dediyini, polis əməkdaşlarının onu Naxçıvan ŞPİ-nə dəvət etdiyini, polisdə atası onu boğmağa başladığı üçün onları qorxutmaq məqsədilə bıçağı götürdüyünü və hadisənin mübahisə etdikləri üçün baş verdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Yəhya uşaq vaxtlarından özünə qapanıq uşaq olmuş uşaqlıqdan həyətdə oyun oynasa da, küçəyə arada çıxsa da onun heç vaxt dostu olmamış, evdə çox adam olanda Yəhya özünü narahat hiss eləmiş, tez-tez anası ilə mübahisə etmişdir.Ailə üzvləri Yəhyanın yaşadığı otağa keçə bilməmiş, Yəhya öz otağına keçəndə də qapısını bağlamışdır. Yəhya evdə bacısı Əsmərlə ünsiyyət saxlamamışdır. Oğlu Naxçıvan Universitetində İngilis dili üzrə ali təhsil alsa da heç yerdə işləməmişdir. Hadisə olan günü yataq otağında yatdığı zaman həyat yoldaşı Radə “məni niyə vurursan, səni polisə verəcəm” dediyini eşitmiş, bu səsə oyanıb salona çıxdıqdan sonra arvadının divanda oturduğunu, Yəhyanın isə Radəyə yumruq atdığını görmüş, “nə edirsən get işinlə məşğul ol” desə də, Yəhyanın əl çəkmədiyini görüb Yəhyanı əlindən və boğazından tutub əl çəksin deyə itələmiş, anasının yanından kənarlaşdırmaq istəyəndə sol baş barmağı onun ağzına keçmiş və Yəhya onun barmağını dişləmişdir.Öz yataq otağına keçib paltarlarını geyinmək istəyəndə arvadı ona “Əli bu bıçaq gətirib kömək elə” demiş, özlərini müdafiə etmək üçün mebelin taxtasını götürmüş,otaq qaranlıq olduğundan Yəhyanın əlində nə olduğunu görməmişdir. Anidən qarnına nəsə batdığını hiss etmiş, bundan sonra əlindəki taxtanı yerə atmış və Yəhyanın əlindən bıçağı almışdır.Bıçağın nə rəngdə olduğunu görməmişdir.Əlini bıçaq batan yerə tutaraq bir əlində taxta ilə evdən çıxmışdır. Qapıdan çıxan zaman Yəhya kənara çəkilib onlara baxmışdır.Bundan sonra qonşuların yardımı ilə xəstəxanaya getmişlər. İfadəsinin davamnda şahid Ə.Mirzəmmədov bildir ki, bu hadisədən xeyli müddət öncə Yəhyanı əsəb xəstəliyi ilə bağlı bir neçə həkimə göstərmiş, ona müalicə təyin olunmuş, hətta Rəşadət həkim onların evinə gələrək Yəhyaya baxdıqdan sonra onu xəstəxanaya aparmaq istəsə də, Yəhya həkimə gedəcəyi təqdirdə özünü öldürəcəyini bildirərək həkimə getməkdən imtina etmişdir.Oğlunun vəziyyəti hərbi xidmətdən sonra daha da pisləşmişdir.Xidmət dövründə Naxçıvanda, daha sonra isə Bakı şəhərində hərbi hospitalda müalicə almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Oqtay qızı digər Zərərçəkmiş şəxs1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zmanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Məhkəmə tibb ekspertizasının 12 yanvar 2023-cü il tarixli 41 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Oqtay qızının bədəninin sol döş nahiyyəsində yara,sol qolun said nahiyyəsinin yuxarı 1/3 hissəsinin bayır səthində yara, göstərilən xəsarətlətin hər hansı bir kəsici-deşici alətin təsirindən törənə biləcəyi,müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyini, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olduğu göstərilmişdir. Həmçinin 12 yanvar 2023-cü il tarixli 40 saylı ekspert rəyində Zərərçəkmiş şəxs1 bədənində sol böyür nahiyyəsində yara olduğu, göstərilən xəsarətin hər hansı bir kəsisi-deşici alətin təsirindən törəndiyi, bıçaqla törənə biləcəyini, müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyini, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid olduğu göstərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 12 yanvar 2023cü il tarixli 42 saylı ekspert rəyində Təqsirləndirilən şəxs bədəninin sol qulaq dəliyinin ön hisssəsində yara, sol burun qanadında, üst dodağın sol yarısında, sol ağız bucağından 4,2 sm bayırda, sol yanaq nahiyyəsində olmaqla 3 ədəd aypara şəkilli yara, sol kürək nahiyyəsində qançır olduğu, sağ əlin İİ barmağın ovuc səthində və İİİ barmağın ovuc səthində olan iki ədəd kəsilmiş yara olduğu, müddətinin qərarda göstərilən tarixə uyğungəldiyini, zərəvurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. 15 fevral 2023-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş Psixiatriyanın 11188 nömrəli xəstəlik tarixindən görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2018-ci il tarixdən 11 dekabr 2018-ci il tarixədək “Astenik sindrom. Poli-morf psixoz” diaqnozu ilə N nömrəli hərbi hissədə müalicə və müayinə olunmuşdur. Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş, alınmış cavabda onun Dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törədən zaman və sonra öz hərəkətlərinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub-olmamasını, psixi pozuntunun dərəcəsini və xarakterini, şəxsin özünə və ətrafdakılara qarşı təhlükəliliyini, yaxud onun başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyünü, daimi və intensiv müşahidə tələb edib-etməməsini, xəstəliyin ehtimal edilən müalicə müddətini, psixi pozuntunun tranzitor (qısa müddətli), yaxud xroniki olub-olmamasını müəyyən etmək məqsədilə cinayət işi üzrə 27 mart 2023-cü il tarixdə stasionar məhkəmə-psixiatrik ekspertizası təyin olunmuş, 15 may 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixədək stasionar məhkəmə psixiatrik ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən alınmış 31 may 2023-cü il tarixli 73 saylı ekspert rəyində Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şəxsiyyət pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, onun psixi pozuntusunun dərəcəsinin cinayət əməlini törətdiyi dövrdə və hal-hazırda kəskin təzahür etməklə ağır ifadəli olduğu, onun düçar olduğu şəxsiyyətin paranoid pozuntusu dekompensasiya vəziyyətində olduğundan onun psixi pozuntu ilə əlaqədar olaraq özünə və ətrafdakılara zərər yetirmək təhlükəsinin olduğu və özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb etdiyi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 21.1ci maddəsinin təsiri altına düşdüyü, hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görüldüyü göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 17 fevral 2023-cü il tarixli 127-128 nömrəli ekspert rəylərində tədqiqata təqdim edilmiş bıçağın zavod üsulu ilə hazırlandığı, konstruksiyasına, texniki göstəricilərinə və xəsarət yetirmə xüsusiyyətlərinə əsasən həmin bıçağın ümumi təyinatlı qatlanan ov bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edildiyi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yeri və ölçüsünün verildiyi, qara rəngli, uzunqol köynəyin, qara rəngli qolsuz maykanın, çəhrayı rəngli jaketin, ağ rəngli qolsuz maykanın və kremi rəngli lifçikin (busqalterin) səthindəki zədələrin bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəldiyi, təqdim edilmiş bıçağın və ona oxşar bıçaq tiyələrinə aid olduğu, Yəhya Mirəmmədovun əynində olan paltarların səthində heç bir trasoloji zədənin aşkar edilmədiyi göstərilmişdir. 27 mart 2023-cü il tarixdə cinayət işi üzrə məhkəmə-bioloji ekspertiza təyin edilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış 17 aprel 2023-cü il tarixli 04 saylı ekspert rəyində hadisənin törədilməsində istifadə edilmiş bıçağın, skatert stolüstü örtüyün, balınc üzü və mələfənin, pambığa hopdurularaq götürülmüş nümunələrin, hadisə zamanı ağır bədən xəsarəti almış Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli qolsuz mayka, bir ədəd qara rəngli uzunqol köynəyin, hadisə zamanı yüngül bədən xəsarəti alan Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd krem rəngli lifçik, bir ədəd ağ rəngli qadın maykası və bir ədəd tünd çəhrayı rəngli qolsuz jaketin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan və təqdim etdiyi bir ədəd üzərində LONSDALE yazılan tündgöy rəngli sepli idman üst geyimi, bir ədəd qəhvəyi rəngli uzunqol köynəyin və bir ədəd tünd göy rəngli cins materiallı şalvarın üzərilərində qan olduğu, bu qanın insan qanı olduğu, tərkib əlamətlərinə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanı ilə eyni olduğu, yəni O(İ) və A(İİ) qan qrupuna aid olduğu, 2 ədəd Samsung markalı telefonun, bir ədəd planşetin, bir ədəd mebel hissəsinin, zibil qutusundan aşkar edilmiş pambığı üzərilərində qan olduğu, bu qanın insan qanı olduğu, bu qanın Təqsirləndirilən şəxs aid olduğu, yəni O(İ) qan qrupuna aid olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 13 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumatın olmadığı, yəni məhkum olunmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Sahə İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Oqtay qızı müsbət xarakterizə olunurlar. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, o cümlədən CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs barəsində məhkəmə tərəfindən Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Məhkəmə tərəfindən CM-nin xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəzslərə zərər yetirməsi təhlükəsi yaradır (maddə 93.2). Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınmasından ibarətdir (maddə 94).İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər (maddə 97.2). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş mötəbər sübutlarla Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası CM-nin 126.1, 128 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsi tam sübut olunmuş və məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq edilməklə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Məhkəmə maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, qərar qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan iş üzrə maddi sübutlar: - 1 ədəd bıçaq, bir ədəd mebel hissəsi, pambığa hopdurularaq götürülmüş nümunələr, zibil qutusundan aşkar edilmiş pambıq, mətbəxdən götürülmüş pambıq məhv edilməli; -1 ədəd skater-stolüstü örtüyü, balınc üzü və mələfə, qara rəngli qolsuz mayka, bir ədəd qara rəngli uzunqol köynək, 2 ədəd Samsung markalı telefon, 1 ədəd planset Zərərçəkmiş şəxs1; - 1 ədəd krem rəngli lifcik, 1 ədəd ağ rəngli qadın maykası və 1 ədəd tünd- çəhrayı rəngli qolsuz jaket Zərərçəkmiş şəxs2 Oqtay qızına ; - 1 ədəd üzərində LONSDALE sözü yazılan tünd- göy rəngli, sepli idman üst geyimi, 1 ədəd qəhvəyi rəngli uzunqol köynək, 1 ədəd tünd - göy rəngli cins materiallı şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi ümumi tipli psixiatriya stasionarında məcburi müalicə ilə bağlı icranı həyata keçirən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilməlidir. Cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında qərarın elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-nin 477.3-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1, 128 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə edilsin. Bu qərarın ümumi tipli psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 1 ədəd bıçaq, bir ədəd mebel hissəsi, pambığa hopdurularaq götürülmüş nümunələr, zibil qutusundan aşkar edilmiş pambıq, mətbəxdən götürülmüş pambıq məhv edilsin; -1 ədəd skater-stolüstü örtüyü, balınc üzü və mələfə, qara rəngli qolsuz mayka, bir ədəd qara rəngli uzunqol köynək, 2 ədəd Samsung markalı telefon, 1 ədəd planset Zərərçəkmiş şəxs1; - 1 ədəd krem rəngli lifcik, 1 ədəd ağ rəngli qadın maykası və 1 ədəd tünd- çəhrayı rəngli qolsuz jaket Zərərçəkmiş şəxs2 Oqtay qızına; - 1 ədəd üzərində LONSDALE sözü yazılan tünd- göy rəngli, sepli idman üst geyimi, 1 ədəd qəhvəyi rəngli uzunqol köynək, 1 ədəd tünd - göy rəngli cins materiallı şalvar Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi ümumi tipli psixiatriya stasionarında məcburi müalicə ilə bağlı icranı həyata keçirən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilsin. Cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında qərarın elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Qərardan 20 gün müddətinə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov