Məhkəmə qərarları › İş №1(109)-18/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-18/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-18/2023 11.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Talıblı Türkanə İsmayıl qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi “X9”də yerləşən “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 01 yanvar 1970-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, evli, 5 uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikası İğdır şəhəri, Tuzluca rayonu, Yeni məhəlləsi, İkinci Kışla küçəsi, mənzil 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib idarə etdiyi 76AAP323/76AAS496 dövlət qeydiyyat nişanlı, “X11” markalı yük avtomobili ilə 20 aprel 2023-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının Gömrük sərhəddindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşıyarkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan yükün içərisindəki 90 ədəd sarı rəngli plastik vedrədə şaffaf sellofan paketlərə bükülərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş, 1-55 saylı olan tünd qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət obyektlərin ayrı-ayrılıqda təmiz çəkiləri 1-5 kq 676,66 qr, 2-5 kq 176.71 qr, 3-4 kq 876,71 qr, 4-5 kq 476,71 qr, 5-5 kq 176,71, 6-5 kq 576,71 qr, 7-5 kq 976,71 qr, 8-4 kq 476,71 qr, 9-5 kq 276,71 qr, 10-5 kq 376,71 qr, 11-5 kq 176,71 qr, 12-5 kq 676,71 qr, 13-4 kq 976,71 qr, 14-5 kq 376,71 qr, 15- 5 kq 376,71 qr, 16-5 kq 776,71 qr, 17-5 kq 876,71 qr, 18-5 kq 576,71 qr, 19-5 kq 976,71 qr, 20-4 kq 876,71 qr, 21-5 kq 476,71 qr, 22-5 kq 776,71 qr, 23-5 kq 476,71 qr, 24-5 kq 276,71 qr, 25-5 kq 776,71 qr, 26-5 kq 376,71 qr, 27-5 kq 176,71 qr, 28-5 kq 576,71 qr, 29- 5 kq 776,71 qr, 30-4 kq 976,71 qr, 31-5 kq 676,71 qr, 32-5 kq 476,71 qr, 33-4 kq 776,71 qr, 34-4 kq 876,71 qr, 35-4 kq 976,71 qr, 36-5 kq 676,71 qr, 37-4 kq 876,71 qr, 38-4 kq 976,71 qr, 39-5 kq 076,71 qr, 40-4 kq 876,71 qr, 41-5 kq 276,71 qr, 42-5 kq 076,71 qr, 43- 5 kq 576,71 qr, 44-4 kq 976,71 qr, 45-5 kq 376,71 qr, 46-4 kq 976,71 qr, 47-5 kq 376,71 qr, 48-5 kq 076,71 qr, 49-4 kq 976,71 qr, 50-4 kq 776,71 qr, 51-5 kq 976,71 qr, 52-6 kq 376,71 qr, 53-6 kq 076,71 qr, 54-4 kq 776,71, 55-5 kq 276,71 qr olmaqla ümumilikdə təmiz çəkisi 293 kiloqram 619 qram; 56-90 saylı olan açıq qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət obyektlərin ayrı-ayrılıqda təmiz çəkiləri 1-5 kq 276,66 qr, 2-5 kq 676.71 qr, 3-5 kq 676,71 qr, 4-5 kq 576,71 qr, 5-5 kq 976,71, 6-6 kq 376,71 qr, 7-5 kq 276,71 qr, 8-5 kq 976,71 qr, 9-6 kq 276,71 qr, 10-5 kq 076,71 qr, 11-5 kq 176,71 qr, 12-6 kq 376,71 qr, 13-5 kq 976,71 qr, 14-5 kq 676,71 qr, 15-5 kq 676,71 qr, 16-6 kq 376,71 qr, 17-5 kq 876,71 qr, 18-5 kq 776,71 qr, 19-6 kq 376,71 qr, 20-6 kq 276,71 qr, 21-5 kq 876,71 qr, 22-5 kq 876,71 qr, 23-5 kq 276,71 qr, 24-6 kq 376,71 qr, 25-6 kq 276,71 qr, 26- 5 kq 476,71 qr, 27-6 kq 076,71 qr, 28-5 kq 576,71 qr, 29-6 kq 176,71 qr, 30-6 kq 276,71 qr, 31-6 kq 476,71 qr, 32-5 kq 876,71 qr, 33-5 kq 676,71 qr, 34-5 kq 976,71 qr, 35-5 kq 576,71 qr olmaqla ümumi təmiz çəkisi 205 kiloqram 584,80 qram olmaqla ümumilikdə təmiz çəkisi 499 kiloqram 203,9 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 11 ildir ki, sürücülüklə məşğuldur, təxminən 5-6 il olar ki, “Mutlular” şirkətində işləyir. İğdır şəhərində olarkən işlədiyi firmanın qarajından “Mutlular” şirkətinə məxsus idarə etdiyi yük nəqliyyat vasitəsinə İrana aparmaq üçün “tütün” yükləmiş, Dilucu gömrüyündən keçərək İranın Culfa şəhərinə gəlmiş və yükü boşaltmışdır. Bundan sonra işlədiyi firmanın katibi Okan onunla telefon əlaqəsi saxlayaraq “əgər yükü boşaldıbsansa Təbriz şəhərinə get oradan da maşına “kalekim” yükləyəcəksən” deyə söyləmiş, yükü yükləyəcək şəxsin telefon nömrəsini vermişdir. Təqsirləndirilən şəxs Təbriz şəhərinə çatdıqda həmin şəxslə əlaqə saxlamış ancaq o, “bu gün artıq gecdir, sən tır parkında yat səhər yükü yükləyərik” demişdir. Gecəni yükü yükləyəcək şəxsin bürosunun yan tərəfində olan tır parkında maşının içərisində yatmış, səhər Təbrizdə olan şəxs onun sənədlərini hazırlayaraq yükü Tehran şəhərindən yükləyəcəyini söyləmiş, və oradakı şəxslərin telefon nömrəsini vermişdir. O, isə firmaya zəng edərək “yükü Təbrizdən yükləyəcəyimi demişdiniz, ancaq Təbrizdə olan şəxs deyir ki, yük Tehran şəhərindən yüklənəcək” demiş, firmadakı şəxs isə “yaxşı Tehrana get, yükü orada Qərb gömrüyündə yükləyəcəksən” deyə bildirmiş və Tehrandakı həmin yerin “konum”unu Turgutun telefonuna göndərmişdir. Tehrandakı şəxslə telefon əlaqəsi saxlayanda həmin şəxs Turguta “bugün gömrüyün qabağında maşında yat, səhər erkəndən gömrüyə daxil olarsan, o vaxta qədər mən də sənin sənədlərini hazır edərəm və yükü yükləyərsən” demişdir.O, gecə sənədləri hazırlanması üçün vermiş özü gömrüyün qarşısında yatmış, səhərisi gün isə hazırlanmış sənədlərini verdiyi şəxsdən təhvil almışdır. Gömrüyün qarşısında yerləşən tərəziyə girib çıxdıqdan sonra maşını boş əraziyə çəkmiş və yüklər başqa maşından onun maşınına yüklənmişdir. Yükləmə zamanı orada olmuş, yüklərə baxdıqda 3 müxtəlif növ mal olmasını, hətta bir neçə vedrənin qapağını açaraq içərisində ağ rəngli maddə olmasını görmüşdür. Bu zaman yüklənən yükləri özü Türkiyənin İğdır şəhərinə qədər apardıqdan sonra onlar başqa sürücü tərəfindən İstanbula ordan isə başqa sürücü vasitəsilə Niderlanda aparılacağı üçün yolda cırılıb-dağılarsa özünün etmədiyini sübut etmək üçün şəxsi telefonu ilə yüklərin hər bir tərəfinin şəklini çəkmişdir. Belə ki daha əvvəl belə bir hadisə başına gəlmiş, yükü İğdır şəhərinə gətirən sürücü onların dağılmasına səbəb olmuş, daha sonra Turgut həmin yükləri Təbrizə çatdırdıqda mal sahibi dağıldığına görə yükü qəbul etməmişdir. Yüklərin şəkilini çəkdikdən sonra əvvəlcədən ona “kalekim” yükləyəcəyi söyləndiyi və “kalekimi” tanıdığı üçün yükü yükləyənlərdən həmin yüklərin nə olmasını soruşmuş onlar isə “kalekim” xammalı olmasını söyləmişlər həmçinin firmadan ona “mən sənə “kalekim” yükləyəcəksən demişdim niyə başqa mal yükləmisən” deməsinlər deyə yüklərin videosunu çəkərək “Whatsapp” vasitəsilə firmaya göndərmiş, “mən bu yükün nə olduğunu bilmirəm siz mənə “kalekim” yükləyəcəyimi dediniz, amma bu yük “kalekim”e oxşamır, burada 3 növ mal var və mən bunların nə olduğunu bilmirəm, daha sonra nəsə olsa mənlik deyil” demiş qarşılığında isə “ problem deyil “kalekim” xam maddəsidir, yükü yüklə gəl “ cavabını almışdır. Yükü maşına yüklədikdən sonra gömrük işçiləri gələrək yüklərin hər birindən nümunə götürüb ekspertiza üçün aparmış, təxminən yarım saat sonra geri qayıdaraq heç bir problem olmadığını söyləmiş və nəqliyyat vasitəsini möhürləmişdirlər. Daha sonra İran gömrüyü ilə Naxçıvan gömrüyü arasında sadəcə bir körpü yolu olduğundan həmin yol ilə gələrək Naxçıvan Culfa gömrüyünə giriş etmiş, orada rəsmi sənədlərini, pasportu, maşının sənədlərini hazırlatmış, ödəyəcəyi pulu ödəmişdir. Gömrük əməkdaşı ona yaxınlaşaraq maşının X-ray aparatına salınacağını sonra anbara aparılacağını və oradakı əməkdaşların yükü boşaldıb nəqliyyat vasitəsinə baxacaqlarını bildirmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin möhürü Naxçıvan Culfa gömrüyündə açılmışdır. Nəqliyyat vasitəsini X-ray aparatından keçirdikdən sonra gömrük əməkdaşları yükü boşaldıb nəqliyyat vasitəsinə baxış keçirmişlər. Anbarda nəqliyyat vasitəsindən yüklərin boşaldılması zamanı ayağındakı problemə görə sabit vəziyyətdə dayandıqda ayaqları ağrıdığı üçün ətrafda gəzmiş, gömrük əməkdaşlarından biri “qardaş, get yükünün üzərində dur, yükün içərisinə narkotik və s. atarlar, sonra başın ağrıyar” deyə xəbərdarlıq etdikdə yükün yanına getmiş hətta daha sonra problem yaşamamaq üçün video çəkmək istəmiş, lakin gömrük əməkdaşları buna icazə verməmişlər. Bu zaman onlara “bəlkə yükümün içərisinə narkotik atdınız onda nə edəcəm” deyə söyləmiş onlar isə cavab olaraq “bura rəsmi yerdir onsuz kamera vardır” demişlər. Mallar nəqliyyat vasitəsindən boşaltdıldıqdan sonra mal olan vedrələr tək-tək x-ray aparatından keçirilmiş, heçnə aşkar edilməmişdir. Sonra mallar üçün 2 ədəd kinoloji it gətirilmiş ancaq itlər də heçnə tapmamışdır. Gömrük əməkdaşlarından biri “ heç nə tapılmadı, yükü nəqliyyat vasitəsinə yükləyin sürücü getsin “ demiş geri yükləmə zamanı dib tərəfdə olan paletlərdəki vedrələrə baxılmadığı məlum olmuş, onlardan götürərək yoxlamaya aparmışlar. Bu zaman ona paletdəki vedrələrin digərlərindən ağır olduğu söylənmiş, həmin vedrələr açılmış və fərqli torpağa bənzər nəisə aşkar edilmişdir. Ondan həmin malın nə olduğunu soruşduqda bilmədiyini yəqinki xammal olduğunu söyləmiş, bütün gömrük əməkdaşları oraya yığılmış, onlardan biri həmin torpağa bənzər maddəni yandırdıqda onun rəngi dəyişərək qaralmışdır. O, həmin maddənin şəklini çəkərək firmaya göndərmiş, “bu nə maddədir? Gömrükdə hər kəs bundan şübhələnib” deyə soruşmuşdur. Gömrük işçiləri ona “maddəni laboratoriyaya aparacağıq, artıq gecə saat ikidir,maşını gömrüyün qabağında saxlayıb yat sabaha analizin cavabı bilinər” demiş, səhər gəlib onu oyadaraq analizin cavabının çıxmasını, aşkar edilən maddənin heroin olmasını söyləmiş və onu tutmuşlar. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, ona qarşı irəli sürülən ittihama görə narkotik satıcısı, daşıyıcısı, bu işlərlə məşğul bir qrupu olan şəxs kimi görünsə də onun beynəlxalq sürücülüyü həyata keçirməklə bağlı icazə kağızı var və narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. Nəqliyyat vasitəsinə yük yüklənəndən sonra bununla bağlı gömrük əməliyyatları həyata keçirilir, səmərə faktura kimi sənədlər sürücüyə verilir, səmərə beynəlxalq sənəddir və sürücü onu imzalamır. Həmçinin o, yüklənən bütün yüklərin içərisinə baxaraq onları qəbul etməyin mümkün olmamasını, özünün heç bir halda nəqliyyat vasitəsində daşıdığı yükün içərisindən cavabdeh olmamasını, yükə görə məsuliyyətin firmanın üzərinə düşməsini, sürücü olaraq nəqliyyat vasitəsinə, yükün düzgün yüklənməsinə eləcə də yolda yükün xarab olmasına və ya dağılmasına görə cavabdeh olmasını idarə etdiyi nəqliyyat vasitəsinin yük yeri dəmir olduğundan və möhürləndiyindən ona sonradan müdaxilənın mümkünsüz olmasını söyləmişdir. Təqsirləndirilən şəxs şirkətin onlara daşıdıqları yükə görə əlavə pul ödəmədiyini maaş və maşının xərcləri üçün pul aldıqlarını bildirmişdir. Maşına yüklənən yüklər və ümumiyyətlə işlə bağlı hər bir məsələdə bütün sürücülər ilk olaraq “Mutlular” şirkətinin katibi Okanla əlaqə saxladığından ona malların maşına necə yükləndiyi barədə məlumat vermişdir. İdarə etdiyi nəqliyyat vasitəsinə yüklənən yüklərdən şübhələnməsə də İran tərəfə güvənmədiyi üçün Okana “bunlara güvənmirəm” demiş, hətta eşitdiyinə görə şirkətin bəzi sürücülərinin narkotik məsələsinə görə Naxçıvanda həbsdə olduqlarını xatırlatmış, hər ehtimala qarşı ona “Əgər nəsə problem olarsa, bu maşın məsuliyyət daşıyır” deyərək malların boşaldılıb idarə etdiyi nəqliyyat vasitəsinə yükləndiyi maşının nömrəsinin şəxsi telefonu ilə çəkilmiş şəkillərini ona göndərmişdir. İranda olarkən Okandan başqa heç kəslə əlaqə saxlamamasını, onunla olan yazışmalarının heç birini telefonundan silməməsini, yüklərin yüklənməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən yazışmalar telefonunda yoxdursa, deməli, həmin yazışmaların başqa şəxs tərəfindən silindiyini söyləmişdir. Həmçinin nəqliyyat vasitəsində olan idman ayaqqabısını isə Türkiyədən yeni almasını, alarkən “bluetooth” özəlliyinin olduğunu belə bilməməsini, sadəcə ayağında problem olduğu üçün həmişə bu cür ayaqqabılar geyinməsini söyləmiş, idarə etdiyi nəqliyyat vasitəsində izləmə cihazının mövcud olmasını, izləmə üçün ayaqqabıya ehtiyac olmamasını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 20 aprel 2023 - cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmuşdur. Vizual baxış keçirmək məqsədilə sürücünün sənədləri ilə tanış olarkən yükün qızıl üçbucaq ölkələrindən biri olan İrandan Nidarlanda getdiyi üçün riskli hərəkət marşurutu olmasını, yükün növü qarışıq olduğu üçün riskli olmasını, nəqliyyat vasitəsinin dəfələrlə külli miqdarda narkotik vasitə aşkar etdikləri nəqliyyat vasitələrinin aid olduğu “Mutlular” şirkətinə məxsus olmasını görmüş və bütün bunlara görə onda şübhə yaranmışdır. Nəticədə nəqliyyat vasitəsinə sürücünün də iştirakı ilə ətraflı baxış keçirmək qərarına gəlmişdir. Baxış keçirilməzdən əvvəl sürücüdən nəqliyyat vasitəsində qanunsuz nəsə olub - olmamasını soruşmuş, o isə özünü normal aparmış, şübhəli heç bir hərəkət etməmiş və qanunsuz predmetin olmamasını söyləmişdir. Növbəlilik prinsipinə uyğun olaraq nəqliyyat vasitəsi ilk olaraq X-RAY qurğusuna yönləndirilmiş, yoxlama zamanı şübhələr artmışdır. Daha sonra nəqliyyat vasitəsinə anbarda 2 hal şahidinin iştirakı ilə ətraflı baxılmış, yüklər fəhlələrin köməyi ilə maşından boşaldılaraq hissə-hissə rentgen qurğusundan keçirilmiş bu zaman skanlaşdırma şübəsinin əməkdaşı tərəfindən şübhəli cizgilər aşkarlanmış və anbara kinolji itlər gətirilmişdir. İlk növbədə kinoloji itin reaksiya verdiyi 2 paletdə olan vedrələr açılmışdır. Ümumilikdə bütün vedrələr açılmış, kənarlardakı zavod üsulu ilə bağlanmış vedrələrdə yapışqan maddə, paletin orta hissəsində yerləşən kustar üsulla bağlanmış vedrələrdə isə narkotik vasitə olmuşdur. Onlardan 55 ədədinin içərisində tünd - qəhvəyi rəngli daş formasında, 35 ədədinin içərisində isə açıq qəhvəyi rəngli toz halında maddə aşkarlanmışdır. Həmçinin o bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi gömrüyə İranın möhürü ilə daxil olmuş, kənarları dəmirli olduğundan ona müdaxilə mümkün olmamış, xammal və narkotik vasitə olan vedrələr arasında kənardan baxıldıqda heç bir fərq görünməmiş, kinoloji itin reaksiyasından sonra vedrələr açıldıqda rəng fərqi müəyyən edilmişdir. Beləki, narkotik vasitə olan vedrələr digərlərindən çəkisinə görə də fərqlənmiş, daha yüngül olmuşdur. Şahid1 narkotik vasitə aşkarlanan vedrələrin Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən götürüldüyünü, həmin nəqliyyat vasitəsi möhürlü olduğundan ona gömrükdə digər şəxslər tərəfindən narkotik vasitə yerləşdirilməsinin mümkünsüz olmasını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, iş üzrə ilkin sənədləşməni aparan təhqiqatçı olmuşdur. Təqsirləndirilən şəxs ilk ifadəsində “tütün” məmulatı gətirməsini, onu İrana boşaltdıqdan sonra “Mutlular” şirkətinin nümayəndəsi olan Okan adlı şəxs ilə telefon əlaqəsi saxlamasını, oradan Təbriz şəhərinə getməsini, daha sonra Tehranda deyəsən Museyib adlı şəxslə əlaqə saxlamasını, yükü yüklədikdən sonra Culfa şəhərinə gəlməsini söyləmişdir. Turqut Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsini alan zaman o çox sakit olmuşdur. Həmçinin Turqut Şahid4 narkotik vasitə aşkarlandıqdan sonra sənədləşmə zamanı orada olmuş, sürücünün “narkotik maddədən xəbərim yoxdur, paletlər nəqliyyat vasitəsinə Tehrandan yüklənmişdir, yüklərin bir neçəsini yoxladım amma içərisində qeyri-adi nə isə görmədim” deməsini eşitmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Naxçıvan Baş Gömrük İdarəsində skanlaşdırma şöbəsində baş inspektor vəzifəsində çalışır və Culfa gömrük postuna təhkim olunmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi risk qrupuna düşmüş, onda olan yük ancaq anbarda açıla biləcəyi üçün müayinə məmuru daha ətraflı baxış keçirmək məqsədilə onu anbara gətirmiş, paletlərdən bir neçəsinin içərisində olan yükü çıxarıb rentgen aparatına qoymuşdur. Nəqliyyat vasitəsində olan bütün vedrələr sarı rəngli, eyni formalı, plastik vedrələr olmuşdur. Monitorda yüklərə baxarkən dörd eynicinsli qabdan üçünün tünd rəngdə, birinin açıq rəngdə olmasını görmüş və daha sonra açıq rəngdə olan vedrədəki maddənin narkotik vasitə olması aşkar edilmişdir. Rentgen aparatında fərqli təsvirlər müəyyən edildikdən sonra vedrələrə baxdıqda xammal olan vedrələrin zavod üsulu ilə, narkotik vasitə olan vedrələrin isə kustar üsulla bağlanmasını görmüşlər. Ancaq paletə kənardan baxıldıqda qapağı açıq olan vedrələri görmək olmazdı. Belə ki narkotik vasitə olan vedrələr digərlərindən çəkidə də daha yüngül olmuşdur. Bu hallardan sonra yüklərə kinoloji it tətbiq olunmuşdur. Gömrükdə olarkən Təqsirləndirilən şəxs “mallardan bir şey çıxsa mənə nəsə edərlər?” deyə soruşmasını eşitmişdir. Həmçinin o bildirmişdir ki, nəqliyyat vasitəsi möhürlü olmuş, baxış müayinə məmurunun 2 hal şahidinin, kinoloji iti tətbiq edən mütəxəssisin iştirakı ilə keçirilmiş və hadisə ilə bağlı bütün prosedurlarda təqsirləndirilən şəxs iştirak etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi əvvəlcə gömrük baxışından keçirilir, əgər anbara gəlmək üçün qeyd edilərsə onda anbarda yük açılır, şübhəli hal aşkar edilərsə bu zaman o, xidməti itlə baxış üçün dəvət olunur. 21 aprel 2023-cü il tarixdə işdə olarkən gömrük əməkdaşı Rza ona “İrandan gələn Türkiyənin nəqliyyat vasitəsinə anbarda xidməti it ilə baxış keçirməlisən” demişdir. Anbara getdikdə həm nəqliyyat vasitəsinin içərisində həm də çöldə yüklər olmuşdur. Xidməti it ilə baxış zamanı it reaksiya vermiş bundan sonra bütün vedrələrə tək-tək baxılmağa başlanmışdır. Xidməti itin reaksiya verdiyi vedrələr paletin ortasında alt tərəfdə “kalekim” olan vedrələr isə kənarlarda olmuşdur. Narkotik vasitə olan vedrələrin çəkisi təxminən 5-6 kq digər vedrələrin çəkisi isə 12 kq olmuşdur. Onların bağlanma forması da fərqli olmuş, narkotik olan vedrələr sanki açılıb yenidən bağlanmış, digərləri isə zavod üsulu ilə bağlanmışdır. Ancaq kənardan baxdıqda vedrələrin açıq və ya bağlı olmasını müəyyən etmək olmazdı. Narkotik aşkarlananda sürücü yükün Tehrandan “aktarma” yolu ilə yəni başqa maşından öz maşınına paletlər halında yüklənməsini və “gətirib maşına qoyublar mən də gətirmişəm” deyə söyləmişdir. Yükə baxış zamanı gömrük əməkdaşları, 2 hal şahidi Şahid5 və Şahid6 iştirak etmişdir. Həmçinin təqsirləndirilən şəxs də orada olmuş, kinoloji itin narkotik vasitə olan vedrələrə reaksiya verməsini görmüşdür. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, gömrükdə anbardar kimi işləyir. 21 aprel 2023-cü il tarixdə gömrükdə yük boşaldarkən oranın əməkdaşı Rza ona bir maşından şübhələndiklərini söyləmiş, və Elmarla birlikdə hal şahidi kimi iştirak etmələrini istəmişdir. Onlar isə etiraz etmədən nəqliyyat vasitəsinə baxış keçirilən zaman hal şahidi kimi başdan sona qədər iştirak etmişdirlər. Maşın anbara aparıldıqdan sonra Rza sürücüdən maşında qadağan olunmuş nə isə varsa bəyan etməsini istəmiş, o isə qadağan olunmuş heç nəyin olmamasını söyləmişdir. Onlardan sürücünü tanıyıb- tanımadıqları barədə soruşulmuş onlar da tanımadıqlarını bildirmişdirlər. Nəqliyyat vasitəsindəki mallar rentgen qurğusundan keçirilmiş, gətirilən kinoloji itin reaksiyasından sonra 55 ədəd vedrədən daş formasında, 35 ədəd vedrədən isə tozşəkilli narkotik vasitə aşkar olunmuşdur. O, bütün vedrələrin çəkilərini, elecə də narkotik vasitə aşkar olunan vedrələrin kustar üsulla bağlanmasını, vedrələrin altında olan blompların açılmasını, zavod üsulu ilə bağlanan vedrələrdən seçilməsini, axır 2 paletdə olan kisələrdən “kalekim” çıxmasını gördüyünü söyləmişdir. Narkotik vasitə yalnız vedrələrdən tapılmış və həmin vedrələr paletin ortasında olmuş, paletlər isə “streç”lə bağlanmışdır. Yoxlama zamanı sürücü də yanlarında olmuş və özünü normal aparmışdır. Həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, şəxsi yoxlama da aparılmış, sürücünün üzərindən başqa nə isə çıxmamış və ona heç bir təzyiq göstərilməmişdir. Narkotik vasitə aşkar olunan vedrələr onların iştirakı ilə tərəzidə çəkilmiş, sənədləşdirmə işləri aparılmış, sənədlər onlar tərəfindən imzalanmışdır. Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmənin təşəbbüsü ilə mütəxəssis qismində dəvət olunaraq dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs maşınından götürülən sübt əhəmiyyəti daşıyan idman ayaqqabısı bluetooth özəlliyi olan ayaqqabıdır, qaçış, idman üçün nəzərdə tutulubdur. Həmin ayaqqabıdan ürək döyüntülərini, məsafəni ölçmək üçün, şəxsin yeridiyi ərazinin trayektoriyasını vermək üçün istifadə oluna bilər. Ancaq ayaqqabı bu xüsusiyyətləri yerinə yetirmək üçün telefona bağlı olmalıdır. Bluetoothlu olduğu üçün ancaq 10-15 metr məsafədən telefonla idarə oluna bilər. Ayaqqabı ilə telefona bağlanmaq üçün telefonda “X12 by Under Armour( Mapmyrun)” proqramı olmalıdır. Həmin proqram şəxsin canlı hərəkətini göstərir. Proqramın pullu versiyasında istənilən adam onu izləyə bilər. Proqram şəxsin hansı ərazidə hərəkət etdiyini yaddaşda saxlaya bilir. Sonradan başqa bir şəxs onun həmin proqrama qoşulduğu mail ilə proqrama daxil olub proqramın qeyd etdiklərinə baxa bilər. Şirkətin nümayəndələrindən birinin həmin proqramı yükləyib Turgutu izləməsi üçün ilk növbədə proqram Turgutun telefonuna yüklənmiş olmalıdır. Sözügedən proqram Turgutun telefonunda yoxdursa, şirkət onu izləyə bilməz. Məhkəmə baxışı zamanı təqirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətlə müraciət edərək təqsirləndirilən şəxsə məxsus “Redmi 11 pro” markalı mobil telefonda olan “Whatsapp” proqramının yazışmalarına baxış keçirilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə məxsus “Redmi 11 pro” markalı mobil telefonda “X12 by Under Armour( Mapmyrun)” proqramın yüklənib-yüklənməməsini müəyyənləşdirməsini istəmişdir. X1 telefona baxış keçirərək müəyyən etmişdir ki, My Run by Under Armour( Mapmyrun)” proqram “Redmi 11 pro” markalı mobil telefonda yüklü deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - 22 aprel 2023-cü il tarixli, 433 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizası rəyinə əsasən tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı, İğdır şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş 90 ədəd plastik vedrələrdə qablaşma ilə birlikdə ümumi çəkisi – 546 kiloqram 300 qram, ümumi təmiz çəkisi – 499 kiloqram 203,9 qram olan 55 ədəd plastik vedrələrdə tünd qəhvəyi rəngli və 35 ədəd plastik vedrələrdə açıq qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət maddələr ( 1-90 nömrəli obyektlər) tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na. (İ siyahı, sıra № 49) daxildir. 07 iyun 2023-cü il tarixli, 548 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizası rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı, İğdır şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş 90 ədəd plastik vedrələrdə olan heroin narkotik vasitəsinin; - 1-55 saylı olan tünd - qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət obyektlərin qablaşma ilə birlikdə ayrı-ayrılıqda çəkiləri ; 1-6 kq 199,95 qr, 2-5,7 kq, 3-5,4 kq, 4-6 kq, 5-5,7 kq, 6-6,1 kq, 7-6,5 kq, 8-5 kq, 9-5,8 kq, 10-5,9 kq, 11-5,7 kq, 12-6,2 kq, 13-5,5 kq, 14-5,9 kq, 15-5,9 kq, 16-6,3 kq, 17-6,4 kq, 18-6,1 kq, 19-6,5 kq, 20-5,4 kq, 21-6 kq, 22-6,3 kq, 23-6 kq, 24-5,8 kq, 25-6,3 kq, 26-5,9 kq, 27-5,7 kq, 28-6,1 kq, 29-6,3 kq, 30-5,5 kq, 31-6,2 kq, 32-6 kq, 33-5,3 kq, 34-5,4 kq, 35-5,5 kq, 36-6,2 kq, 37-5,4 kq, 38- 5,5 kq, 39-5,6 kq, 40-5,4 kq, 41-5,8 kq, 42- 5,6 kq, 43-6,1 kq, 44-5,5 kq, 45-5,9 kq, 46-5,5 kq, 47-5,9 kq, 48-5,6 kq, 49-5,5 kq, 50-5,3 kq, 51-6,5 kq, 52-6,9 kq, 53-6,6 kq, 54-5,3 kq, 55-5,8 kq,qablaşma ilə birlikdə ümumi çəkisi- 322 kiloqram 399,95 qram, ayrı-ayrılıqda təmiz çəkiləri ; 1-5 kq 676,66 qr, 2-5 kq 176,71 qr, 3-4 kq 876,71 qr, 4- 5 kq 476,71 qr, 5-5 kq 176,71 qr, 6-5 kq 576,71 qr, 7-5 kq 976,71 qr, 8-4 kq 476,71 qr, 9-5 kq 276,71 qr, 10-5 kq 376,71 qr, 11-5 kq 176,71 qr, 12-5 kq 676,71 qr, 13-4 kq 976,71 qr, 14-5 kq 376,71 qr, 15-5 kq 376,71 qr, 16-5 kq 776,71 qr, 17-5 kq 876,71 qr, 18- 5 kq 576,71 qr, 19- 5 kq 976,71 qr, 20-4 kq 876,71 qr, 21- 5 kq 476,71 qr, 22- 5 kq 776,71 qr, 23- 5 kq 476,71 qr, 24-5 kq 276,71 qr, 25-5 kq 776,71 qr, 26-5 kq 376,71 qr, 27-5 kq 176,71 qr, 28-5 kq 576,71 qr, 29-5 kq 776,71 qr, 30-4 kq 976,71 qr, 31-5 kq 676,71 qr, 32-5 kq 476,71 qr, 33- 4 kq 776,71 qr, 34-4 kq 876,71 qr, 35-4 kq 976,71 qr, 36-5 kq 676,71 qr, 37-4 kq 876,71 qr, 38- 4 kq 976,71 qr, 39-5 kq 076,71 qr, 40-4 kq 876,71 qr, 41-5 kq 276,71 qr, 42- 5 kq 076,71 qr, 43-5 kq 576,71 qr, 44-4 kq 976,71 qr, 45-5 kq 376,71 qr, 46-4 kq 976,71 qr, 47- 5 kq 376,71 qr, 48-5 kq 076,71 qr, 49-4 kq 976,71 qr, 50-4 kq 776,71 qr, 51-5 kq 976,71 qr, 52-6 kq 376,71 qr, 53-6 kq 076,71 qr, 54-4 kq 776,71 qr, 55-5 kq 276,71qr ümumi təmiz çəkisi - 293 kiloqram 619 qram; - 56-90 saylı olan açıq-qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət obyektlərin qablaşma ilə birlikdə ayrı-ayrılıqda çəkiləri; 1- 5 kq 799,95 qr, 2-6,2 kq, 3-6,2 kq, 4-6,1 kq, 5-6,5 kq, 6-6,9 kq, 7-5,8 kq, 8-6,5 kq, 9-6,8 kq, 10-5,6 kq, 11-5,7 kq, 12-6,9 kq, 13-6,5 kq, 14-6,2 kq, 15-6,2 kq, 16-6,9 kq, 17-6,4 kq, 18-6,3 kq, 19-6,9 kq, 20-6,8 kq, 21-6,4 kq, 22- 6,4 kq, 23-5,8 kq, 24-6,9 kq, 25-6,8 kq, 26-6 kq, 27-6,6 kq, 28-6,1 kq, 29-6,7 kq, 30-6,8 kq, 31-7 kq, 32-6,4 kq, 33-6,2 kq, 34-6,5 kq, 35-6,1 kq; qablaşma ilə birlikdə ümumi çəkisi - 223 kiloqram 899,95 qram, ayrı-ayrılıqda təmiz çəkiləri ; 1-5 kq 276,66 qr, 2-5 kq 676,71 qr, 3-5 kq 676,71 qr, 4-5 kq 576,71 qr, 5-5 kq 976,71 qr, 6-6 kq 376,71 qr, 7-5 kq 276,71 qr, 8-5 kq 976,71 qr, 9-6 kq 276,71 qr, 10-5 kq 076,71 qr, 11-5 kq 176,71 qr, 12-6 kq 376,71 qr, 13-5 kq 976,71 qr, 14-5 kq 676,71 qr, 15-5 kq 676,71 qr, 16-6 kq 376,71 qr, 17- 5 kq 876,71 qr, 18-5 kq 776,71 qr, 19-6 kq 376,71 qr, 20-6 kq 276,71 qr, 21-5 kq 876,71 qr, 22-5 kq 876,71 qr, 23-5 kq 276,71 qr, 24-6 kq 376,71 qr, 25-6 kq 276,71 qr, 26-5 kq 476,71 qr, 27-6 kq 076,71 qr, 28-5 kq 576,71 qr, 29-6 kq 176,71 qr, 30-6 kq 276,71 qr, 31- 6 kq 476,71 qr, 32-5 kq 876,71 qr, 33-5 kq 676,71 qr, 34-5 kq 976,71 qr, 35-5 kq 576,71 qr, ümumi təmiz çəkisi 205 kiloqram 584,80 qram; 1-90saylı obyektlərin qablaşma ilə birlikdə ümumi çəkisi-546 kiloqram 299,9 qram, ümumi təmiz çəkisi isə - 499 kiloqram 203,8 qram. - 1-55 nömrəli tünd-qəhvəyi rəngli obyektlər bir-biri ilə tərkibindəki kimyəvi komponentlərə və xarici görünüşünə görə eynilik təşkil edir. - 56-90 nömrəli açıq-qəhvəyi rəngli obyektlər bir-biri ilə tərkibindəki kimyəvi komponentlərə və xarici görünüşünə görə eynilik təşkil edir. - 1-55 nömrəli obyektlər 56-90 nömrəli obyektlərlə tərkibindəki kimyəvi komponentlərə və xarici görünüşünə görə bir-birindən fərqlidirlər. Ekspertizaların keçirilməsi zamanı tədqiqata 0,3 qram miqdarda heroin sərf olunmuş, 499 kiloqram 203,6 qram miqdarda heroin narkotik vasitəsi qalıq qalmışdır. Qablaşdırma üçün istifadə edilən bir ədəd plastik vedrənin çəkisi 500 qram, vedrələrin içərisindəki şəffaf sellofan torbanın çəkisi 23, 290 qramdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y. Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş: - 02 iyun 2023-cü il tarixli, 131 nömrəli ambulator məhkəmə narkoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadı. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. - 02 iyun 2023-cü il tarixli, 132 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır, onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - 21 aprel 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAP323/76AAS496 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsində daşınan yüklər nüvbəlilik rejiminə əsasən xx.xx.2023-cü il tarixdə səhər saatlarında “Hi-Scan 145180” markalı rentgen baxış qurğusundan keçirilərkən qurğunun müşahidə monitorunda şübhəli təsvirlərin görünməsi səbəbindən həmin yüklər “ Lesi” ləqəbli kinoloji itin tətbiqi ilə əsaslı şəkildə yoxlanılmışdır. Yoxlama zamanı kineloji xidmət itinin plastik vedrələrdə yerləşən yüklərə reaksiya verməsi nəricəsində həmin plastik vedrələrdə olan yüklər tək-tək yoxlanılmış və yoxlama zamanı 55 ədəd sarı rəngli plastik vedrələrin içərisində şəffaf sellofana yığılmış tünd - qəhvəyi rəngli , balaca daş qırıntıları formasında qablaşma ilə birlikdə ümumi təqribi çəkisi 319,1 kq və 35 ədəd sarı rəngli plastik vedrələrin içərisində şəffaf sellofana yığılmış açıq qəhvəyi rəngli , toz halında qablaşma ilə birlikdə ümumi təqribi çəkisi 222,95 kq olmaqla, qablaşma ilə birlikdə ümumi təqribi çəkisi 542,05 kq olan narkotik vasitəyə bənzər kütlələr aşkarlanmışdır. 21 aprel 2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında ” protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə bəyan edilməyən və ya gizlədilmiş heç bir predmet aşkar edilməmişdir. 03 iyun 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən mobil telefon “Redmi Note 11 Pro” markalı duos ( iki kartlı) İMEİ nömrələri 1-**********83140, 2-**********83157 olan mobil telefonda “Whatsapp” ani mesajlaşma proqramının mesajlar bölməsindən aşkar olunan yazılı mesajlar iş üçün əhəmiyyətli olduğundan həmin bölmənin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Həmin mobil telıefondan gedən və gələn zənglər siyahısında, mobil telefonun proqramlar menyusunda olan “mesajlar” adlı proqramda və telefonun proqramlar menyusunda yerləşən proqramlarında, telefonda olan şəkil və video görüntülərdə istintaq üçün əhəmiyyətli olan başqa telefon zəngləri, mesaj, şəkil, video görüntü, səs yazısı aşkar edilmədi. 19 may 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 Şöbəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin,.... Azərbaycan Respublikasının gömrük sərhədindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən gömrük nəzarətindən kənar və ya ondan gizli... keçirilməsi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri... əldə etmə və ya saxlama... daşıma, satma həmin Məcəllənin 234.4.1-ci maddəsinin, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri.... əldə etmə və ya saxlama ... daşıma, satma isə həmin Məcəllənin 234.4.3-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədinin gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin... nəqliyyat vasitələri ilə... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin... öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin... əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən heroinin 2 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması külli miqdardır. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixdə qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsi ilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimədə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünün və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur, yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyünü, malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və həmin qaimə daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malları və onların qablaşdırılmasını daşıyıcının təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Konvensiyanın tələblərinə görə daşıyıcı apardığı hər bir yük üçün məsuliyyət daşıyır. Təqsirləndirilən şəxs daşıdığı yükə görə məsuliyyət daşıdığını etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, idarə etdiyi avtomaşında aşkarlanan narkotik vasitədən xəbərinin olmamasını göstərməsini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən azad edilmək üçün verilmiş ifadə kimi qiymətləndiri. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, İran İslam Respublikasının Tehran şəhərində gömrükdə mal yüklənərkən Təqsirləndirilən şəxs özü orada iştirak etmiş, yüklənmiş malların fərqli vedrələrdə olduğunu görmüş, həmin mallara dediyinə görə özü baxmışdır. Yüklənən malların fərqli qablaşdırmada olmasını görmüş bu barədə “ Mutlular” şirkətinin nümayəndəsinə telefonunun “ Whatsapp” proqramı vasitəsilə bildirmiş, şirkətin nümayəndəsinin ona “nə olub qorxursan yoxsa” cavabını verdikdən sonra ona heç bir etiraz etməyərək, “bizim sürücülər hələ də Naxçıvanda həbsdə yatırlar” söyləməklə kifayətlənmişdir. Şirkət nümayəndəsi Okanın ona “biraz da sən kafanı dinlərsən” yazısına gülmək işarəsi atmaqla başqa fikir bildirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsin Türkiyə Respublikası sürücülərinin niyə Naxçıvanda həbsdə yatmalarına dair cavabında həmin sürücülərin qanunsuz olaraq narkotik vasitə daşıdıqlarına görə cəzalandırılmalarından xəbəri olduğunu bildirimişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tehran şəhərində gömrükdə mal yüklənərkən malların fərqli olmasını özü gördüyündən hətta şübhələndiyi üçün şirkətin nümayəndəsi ilə yazışmalar apardığından, həmin malları daşımaqdan imtina etmədiyindən, yəni bu barədə heç bir fikir bildirmədiyindən avtomaşına yüklənən həmin malların arasında narkotik vasitənin olmasından xəbəri olmuş, həmin narkotik vasitəni idarə etdiyi avtomaşınla Azərbaycan Respublikasının gömrük ərazisindən gizli keçirilməsinə çalışmışdır. Təqsirləndirilən şəxsin Tehran gömrüyündə avtomaşına yüklənən mallardan nümunə götürülərək hər bir şeyin qaydasında oldugunu söyləməsi də inandırıcı deyil ona görə ki, Tehran gömrüyündə mallardan nümunə götürülməsini və avtomaşına yüklənən malların qanuni yük olmasını təsdiq edən hər hansı bir mötəbər sənəd sürücü tərəfindən təqdim edilməmiş və bu barədə hər hansı mötəbər sənəd işə əlavə olunmamışdır. Bu isə onun Tehran gömrüyündə ekspertiza aparılması ilə bağlı verdiyi ifadənin yalan olduğunu göstərir. Təqsirləndirilən şəxs gömrük əməkdaşlarına avtomaşının yoxlanması zamanı “arabadan nəsə aşkar olunarsa məni tutarlarmı” deməsi də onun avtomaşında olan narkotik vasitədən xəbəri olmasını göstərir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına narkotik vasitəsini və digər yükləri İran İslam Respublikası ərazisində yüklənməsi tam təsdiq olunur. Məhkəmə hesab edir ki, külli miqdar təşkil edən narkotik vasitənin avtomaşını idarə edən şəxsdən kənar və xəbərsiz yerləşdirilməsinin ağlabatanlığı istisna edilir. Digər tərəfdən inandırıcı deyil ki, külli miqdar təşkil edən narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakı olmuş digər şəxslər onu tanımadıqları, qabaqcadan razılaşmadıqları kənar bir şəxs tərəfindən daşınmasını nəzərdə tutub buna cəhd etmiş olsunlar. Təqsirləndirilən şəxs məxsus “ Redmi 11 pro” markalı mobil telefonda "My Run by Under Armour (Mapmyrun)” proqram yüklü olmadığından sürücünün idarə etdiyi avtomaşından aşkarlanaraq götürülmüş “Bluetooth” özəlliyi olan idman ayaqqabısı ilə onu izləmək mümkün deyil. Təqsirləndirilən şəxsin verdiyi ifadədən müəyyən olunur ki, onun idarə etdiyi 76AAP323/76AAS496 dövlət qeydiyyat nişanlı, “X11” markalı yük avtomobilində izlənmə cihazı vardır və həmin cihaz vasitəsilə “Mutlular” şirkəti onu izləyə bilir. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 5 (beş) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsi isə 5 (beş) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş hədlərdə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 21 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 499 kiloqram 203,6 qram heroin narkotik vasitəsi məhv edilməlidir. - Culfa rayonun inzibati ərazisində yerləşən “Culfa” gömrük postunun ərazisində olan “Azərterminalkompleks” Birliyinin Naxçıvan ərazi idarəsinin anbarında saxlanılan 76AAP323/76AAS496 dövlət qeydiyyat nişanlı, “X11” markalı yük nəqliyyat vasitəsi və həmin yük naqliyyat vasitəsinə məxsus 2 ədəd texniki pasport “Mutlular” şirkətinə qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd “Redmi Note 11 Pro” markalı mobil telefon, 01 cüt “Hovr Machina 3” markalı idman ayaqqabısı Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 24098541 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD və Təqsirləndirilən şəxs qismində dindirilməsi protokoluna əlavənin elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsındə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 499 kiloqram 203,6 qram heroin narkotik vasitəsi məhv edilsin. - Culfa rayonun inzibati ərazisində yerləşən “Culfa” gömrük postunun ərazisində olan “Azərterminalkompleks” Birliyinin Naxçıvan ərazi idarəsinin anbarında saxlanılan 76AAP323/76AAS496 dövlət qeydiyyat nişanlı, “X11” markalı yük nəqliyyat vasitəsi və həmin yük naqliyyat vasitəsinə məxsus 2 ədəd texniki pasport “Mutlular” şirkətinə qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd “Redmi Note 11 Pro” markalı mobil telefon, 01 cüt “Hovr Machina 3” markalı idman ayaqqabısı Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 24098541 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD və Təqsirləndirilən şəxs qismində dindirilməsi protokoluna əlavənin elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar